Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1884/2024 01.11.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclas katibi – X4 və X6, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1, müdafiəçilər – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi1 və fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxx 1987-ci ildə Neftçala rayonu, X29ində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 2 (iki) azyaşlı və 1(bir) yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, fərdi qaydada əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Neftçala rayonu, X29ində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs (Fin:xxxxxxx) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 1 noyabr 2024-cü il tarixdə, saat 17:15-də Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:
1. Təqsirləndirilən şəxs məlum olmayan mənbədən, məlum olmayan tarixdə, vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 11,279 qram çəkidə psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla ünvan 2 ünvanının yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (bundan sonra mətndə-BMCMİ) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində o, 23 fevral 2024-cü il tarixdə, saat 08:47-də ünvan 2 ünvanının yaxınlığında saxlanılıb Baş İdarəyə gətirilərək üzərində keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarının sağ yan cibindən 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 6,170 qram və 5,109 qram olmaqla, ümumilikdə külli miqdarda 11,279 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri:
2. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, dindar ailədə böyüməklə mebel sexində işləmişdir. 23 fevral 2024-cü il tarixdə, səhər saat 9 radələrində işə gedərkən iş yerinə çatmağa bir neçə dəqiqəlik məsafə qalmış bir qara rəngli avtomobil qarşısını kəsmiş, həmin avtomobildən 3 nəfər mülki geyimdə olan özlərini polis əməkdaşları kimi təqdim edən şəxs düşüb ondan Ramin olub-olmadığını soruşub dəqiqləşdirmiş, daha sonra ondan avtomobilə əyləşməyini tələb edərək BMCMİ-yə aparılmış, yolda mobil telefonu əlindən alınmış və onunla dinlə bağlı söhbətlər edərək ziyarətdə olub-olmaması və sair bu kimi suallar verilmişdir. O isə Təbriz şəhərində il yarım dini təhsil aldığını, lakin 3 azyaşlı uşağı olduğu üçün təhsilini yarımçıq qoyub Azərbaycan Respublikasına qayıtdığını demişdir. Belə ki, o, Azərbaycan Respublikasında müvafiq razılıq əsasında Təbriz şəhərində “Camiyətul-Mustafa” univerisitetində dini təhsil almağa getmiş, orada təhsil aldığı dövrdə Allahşükür Paşazadə də universiteti ziyarət etmişdir. BMCMİ-də 10-12 nəfər tanımadığı şəxs ona psixi təzyiq göstərək təqdim etdikləri predmetlərin özünə məxsus olmasını qəbul etməli olduğunu bildirmişlər. O, heç vaxt narkotik vasitə və ya psixotrop maddələrdən istifadə etməmiş, polis əməkdaşları tərəfindən saxlanılarkən sonuncular ondan namaz qılıb ibadətlə məşğul olub-olmaması, habelə dindar olub-olmaması, hər hansı dini qrupların üzvü olub-olması ilə bağlı suallar verərək dindar olması ilə əlaqədar saxlanıldığını bildirmişlər. O, BMCMİ-yə aparılması barədə iki gün ərzində hər hansı qohumu və ya tanışına məlumat verə bilməmiş, yalnız iki gündən sonra vəkili vasitəsilə ailə üzvlərinə saxlanılması barədə məlumat verə bilmişdir. O, BMCMİ-yə gətirildikdən sonra anket məlumatları barədə qeydiyyat aparılaraq üzərində yoxlama keçirilmiş, yoxlama zamanı üzərində hər hansı narkotik vasitə olmamış, fərdi söhbət aparılarkən onun saxlanılmasında iştirak etmiş əməliyyat müvəkkillərindən biri qarşısına iki büküm qoyaraq “soruşulanda “şüşə” olduğunu deyərsən” demişdir. O, müxtəlif dost-tanışlarından polis əməkdaşlarının dedikləri ilə razılaşmadıqda fiziki və psixi təzyiqlərə məruz qoyulduqlarını eşitdiyindən, özünü əsir kimi hiss etmiş, bu səbəbdən polis əməkdaşları ondan nəyi necə tələb etmişlərsə elə də demiş və etmişdir. Saxlanılarkən əllərinə qandal vurulmamış, habelə BMCMİ-yə gətirildikdə də qolları açıq vəziyyətdə olmuşdur. O, polis əməkdaşları ilə razılığa gəldikdən sonra ona müdafiəçi təqdim edilmiş, müdafiəçi gəlməmişdən əvvəl hər hansı sənədə imza çəkməmiş, habelə müdafiəçi ilə hər hansı konfidensial görüşü olmamış, sonuncunu yalnız videoçəkiliş aparılarkən, o cümlədən barəsində qətimkan tədbiri məsələsi həll edilərkən məhkəmədə görmüş, videoçəkilişdən sonra həyata keçirilmiş hər hansı istintaq hərəkəti zamanı isə ümumiyyətlə həmin müdafiəçisini görməmiş, müstəntiq imzalamaq üçün lazım olan sənədləri X14 gətirərkən müdafiəçi orada olmamışdır. Şəxsi axtarış və götürmə istintaq hərəkəti aparıldıqdan sonra X14 aparılmış, növbəti gün analiz verməyə göndərilmişdir. Onun saxlanıldığı yerdən BMCMİ-yə qədər avtomobillə olan təxmini məsafə 15 dəqiqə olmuş, idarəyə aparıldıqdan sonra 15-20 dəqiqə ərzində polislər onunla söhbət edərək nəyi necə etməyi və deməli olmasını razılaşdırmış, saxlanıldıqdan təxminən 40 dəqiqə sonra isə videoçəkilişlə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış və götürmə zamanı üzərində 49 manat pul, iş yerinə daxil olmaq üçün kart, nəqliyyat vasitələrindən istifadə üçün nəzərdə tutulmuş “Bakı kartı” və “Xiaomi Redmi” markalı telefon aşkar edilmiş, mobil telefonu ondan götürülərək baxış keçirilməklə yoxlanılmış, lakin sonradan hər hansı sənədləşmə aparılaraq ona təqdim edilməmişdir. Məhkəmə iclasında ifadəsində göstərdiyi halları psixoloji təzyiq altında olduğundan barəsində qətimkan tədbiri məsələsi seçilərkən məhkəmədə hakimə bildirməmişdir.
3. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq ifadəsinə əlavə edərək göstərdi ki, məhkəmədə dindirilmiş şahidlər Şahid1 və Şahid3 onun saxlanılmasında iştirak etmiş, təhqiqatçı onun üzərində şəxsi axtarış aparmamışdan əvvəl Şahid1 onunla fərdi söhbət aparıb “Whatsapp” sosial şəbəkəsində dini qrupa üzv olduğuna görə saxlanıldığını, bu səbəbdən təqdim edilən narkotik vasitəni götürməsini tələb etmiş, lakin həmin fərdi söhbətin aparılmasında Şahid3 iştirak etməmişdir. Saxlanılarkən istifadəsində ***-***-**-** mobil telefon nömrəsi olmuşdur. O, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində barəsində qətimkan tədbiri seçilməsi məsələsinə baxılarkən qərarda onun adından qeyd edilmiş halları həqiqətən də hakimə bildirsə də, həmin halları məhkəməyə getməmişdən əvvəl polis əməkdaşlarının ondan tələb edilən qaydada hakimə demədiyi halda təzyiq ediləcəyinə dair təhdidlərə məruz qalması ilə əlaqədar bildirmişdir. Belə ki, polis əməkdaşları tərəfindən ona fiziki zorakılıq edilməmiş, habelə pis rəftara məruz qalmasa da ondan tələb ediləni etməyi halda işgəncəyə məruz qalacağına dair psixi təsirə məruz qaldığından hər hansı etiraz etməmişdir. O, heç vaxt narkotik vasitə və ya psixotrop maddələrdən istifadə etməmişdir. Lakin saxlanıldıqdan sonra ona verilmiş şirniyyat və çayın tərkibinə narkotik vasitə qatılması səbəbindən ekspertiza zamanı orqanizmində narkotik vasitə aşkar edildiyini hesab edir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində barəsində həbs qətimkan tədbiri seçildikdən sonra yenidən BMCMİ-yə aparılmış və daha sonra isə Bakı İstintaq Təcridxanasına göndərilmişdir. Şahid2 adlı polis əməkdaşı onun saxlanılmasında iştirak etmiş, lakin ona hər hansı təzyiq göstərməmiş, avtomobili Şahid2 idarə etmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs zərərli vərdişlərdən uzaq olduğunu, yaşayış və iş yerləri üzrə şəxsiyyətinin daim müsbət xarakterizə olunduğunu, himayəsində üç azyaşlı uşağı olduğunu, hər hansı cinayət əməli törətmədiyini bildirərək ailədə yeganə qazanc gətirən şəxsin özünün olması nəzərə alınaraq məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi.
4. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri, 22 saylı Vəkil Bürosunun vəkili X12 iştirakı ilə 23 fevral 2024-cü il tarixdə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadələr elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs həmin ifadələrdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, arada psixotrop maddə metamfetamindən istifadə etmiş, lakin satışı ilə məşğul olmamışdır. O, 21 fevral 2024-cü il tarixdə yolun kənarından 2 (iki) ədəd bükümdə “şüşə” tapmış, “şüşə” istifadə etdiyindən həmin maddəni üzərində saxlamışdır. 23 fevral 2024-cü il tarixdə, saat 08:47-də Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, N.Abdullayev küçəsi 4/52 ünvanının yaxınlığında olduğu zaman bir neçə nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim etməklə xidməti vəsiqələrini göstərib BMCMİ-nin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ondan özünü təqdim etməsini xahiş etmiş, o özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirməklə barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. O, yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq üzərində psixotrop maddə “şüşə” olduğunu etiraf etmişdir. Bundan sonra polis əməkdaşları onu polis idarəsinə dəvət etmiş, o da buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə BMCMİ-yə gəlmişdir. Polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş, şübhəli şəxs qismində tutulmaqla hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmiş, üzərində narkotik vasitə və ya psixotrop maddə varsa təqdim etməsi təklif edilmiş, o isə üzərində psixotrop maddə metamfetamin olduğunu bildirib əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 2 (iki) ədəd sellofan bükümü, şalvarının sol yan cibindən şəxsiyyət vəsiqəsini, 1 (bir) ədəd “Bakı” kartını, 1 (bir) ədəd qulaqcığı, 1 (bir) ədəd “damafon” başlığını, 49 manat nağd pulu və 2 (iki) ədəd 10 qəpiyi, həmin şalvarın sol arxa cibindən isə 1 (bir) ədəd “Redmi” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqdim etdiyi bükümlərə baxış zamanı sellofan bükümün içərisində psixotrop maddə metamfetamin aşkar edilmişdir. Bundan sonra aşkar olunmuş 2 (iki) ədəd sellofan bükümün içərisində olan psixotrop maddə metamfetamin kağız zərfdə qablaşdırılıb möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış davam etdirilərkən təqdim etdiyi 1 (bir) ədəd “Redmi” markalı mobil telefon və şəxsiyyət vəsiqəsi götürülmüş, aşkar edilmiş digər əşyalar özünə geri qaytarılmışdır. Şifahi sorğu zamanı o, üzərindən aşkar edilmiş maddəni 21 fevral 2024-cü ildə işlədiyi Keşlə qəsəbəsi ərazisində yerdən tapdığını və istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, protokolun düzgünlüyü imzalarla təsdiq edilmişdir. O, üzərindən psixotrop maddə metamfetamin aşkar edilməsini səmimi olaraq etiraf etmiş və törətdiyi cinayət əməlindən çox peşman olduğunu bildirmişdir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman və şəxsi axtarış keçirilən zaman ona qarşı nə fiziki, nə də psixi təzyiq olmamış, zor tətbiq edilməmişdir. O, aşkar edilmiş psixotrop maddəni şəxsi istifadəsi üçün üzərində saxlamışdır. O, bir müddətdir şüşə istifadə etmiş, üzərində külli miqdarda psixotrop maddə olması barədə başqa şəxslərin məlumatı olmamışdır (Cild 1, iş vərəqi (bundan sonra mətndə-i.v.) 36-37; 57-59; 70-72;).
5. Həmçinin, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı hazırkı məhkəmə icraatı zamanı da onun hüquqlarını müdafiə etmiş müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakı ilə 20 may 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi elan edilərək tədqiq edilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs həmin ifadəsində hazırkı məhkəmə iclasında verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə vermişdir (Cild 1, i.v.162-163;).
6. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.
7. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir.
8. Məhkəmədə şahid qismində dindirilmiş BMCMİ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, 22 fevral 2024-cü il tarixdə BMCMİ-yə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuş, məlumat barədə raportla BMCMİ-nin rəhbərliyinə məruzə edilərək Təqsirləndirilən şəxs müəyyən edilib ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə 22 fevral 2024-cü il tarixli qərar qəbul edilmiş, ondan və BMCMİ-nin əməkdaşları olan əməliyyat müvəkkilləri Şahid3 və Şahid2 ibarət əməliyyat qrupu yaradılmış, əməliyyat qrupuna rəhbərlik ona həvalə edilmişdir. Qəbul edilmiş qərarın icra edilməsi üçün əməliyyat qrupu Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, N.Abdullayev küçəsi 4/52 ünvanına yola düşmüşdür. Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarın icra edilməsi ilə əlaqədar 23 fevral 2024-cü il tarixdə, saat 08:47 radələrində Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, N.Abdullayev küçəsi 4/52 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs bənzər şəxs saxlanılmışdır. Özlərini təqdim edib polis əməkdaşları olduqlarını demiş və həmin şəxsə öz anket məlumatını bildirməsini təklif etmişlər. Həmin şəxs özünü təqdim etdikdən sonra Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edildikdən sonra qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olması bildirilmiş və üzərində keçiriləcək istintaq hərəkətləri üçün BMCMİ-nin inzibati binasına dəvət edilmişdir. Baş İdarəyə gəldikdən sonra Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədi ilə 22 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil X16 dəvət olunaraq Təqsirləndirilən şəxs təqdim olunmuşdur. Təqsirləndirilən şəxs hüquqlarının həmin vəkil tərəfindən müdafiə edilməsinə etirazı olmadığını bildirmiş və Təqsirləndirilən şəxs ilə müdafiəçisinə konfidensial ünsiyyət saxlamaq üçün şərait yaradılmışdır. Təqsirləndirilən şəxs və müdafiəçisi konfidensial ünsiyyət saxladıqdan sonra birinci şübhəli şəxs qismində tutularaq bu barədə müvafiq qərar və protokol tərtib edilmiş, həmçinin Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilindiyi və bununla bağlı ilkin olaraq videoçəkilişdən istifadə edilməklə üstünün yoxlanılacağı və üzərində olan əşyalara baxış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs buna etiraz etmədiyini, üstünün yoxlanmasına razı olduğunu bildirmişdir. Şəxsi axtarış və götürmə həyata keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs prosessual qanunverilikdə nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş və o, hüquqlarının aydın olduğunu bildirmişdir. Şəxsi axtarış və götürmə 23 fevral 2024-cü il tarixdə videoçəkiliş aparılmaqla həyata keçirilməyə başlanılmış, istintaq hərəkətindən əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmənin videoçəkiliş əsasında həyata keçiriləcəyi barədə məlumat verilmiş, sonuncu buna etiraz etmədiyini bildirdikdən sonra şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, Təqsirləndirilən şəxs isə üzərində psixotrop maddə metamfetamin olduğunu bildirib əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 2(iki) ədəd sellofan bükümü, şalvarın sol yan cibindən 1 (bir) şəxsiyyət vəsiqəsini, 1 (bir) ədəd “Bakı kart”, 1 (bir) ədəd qulaqcıq, 1 (bir) ədəd “damafon” başlığı, 49 manat nağd pul və 2 ədəd 10 qəpik, həmin şalvarın sol arxa cibindən isə 1 (bir) ədəd “Redmi” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqdim edilən bükümlərə baxış zamanı sellofan bükümlərin içərisində psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilmişdir. Bundan sonra aşkar olunmuş 2 (iki) ədəd sellofan bükümün içərisində olan psixotrop maddə metamfetaminə bənzər maddə kağız zərfdə qablaşdırılıb möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış davam etdirilərkən aşkar edilmiş 1 (bir) ədəd “Redmi” markalı mobil telefon və şəxsiyyət vəsiqəsi götürülmüş, aşkar edilmiş digər əşyalar özünə geri qaytarılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş maddəni 21 fevral 2024-cü ildə işlədiyi Keşlə qəsəbəsi ərazisindən yerdən tapdığını və istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, protokol düzgün tərtib edildiyi üçün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir.
9. Verilən suallara cavab olaraq Şahid1 ifadəsinə əlavə edərək göstərdi ki, əməliyyat məlumatı 22 fevral 2024-cü il tarixdə onun özünə daxil olmuş, keçirilmiş əməliyyat-axtarış tədbirinin qanuniliyi məhkəmə nəzarəti qaydasında yoxlanılmış, Təqsirləndirilən şəxs saxlanılarkən üzərində narkotik vasitə olmasını etiraf etdiyindən sonuncunun üzərində hər hansı yoxlama aparmaq zərurəti yaranmamış, yalnız kəsici-deşici alətin olub-olmamasını müəyyənləşdirmək üçün üzdən yoxlanılmış, eləcə də qoluna qandal vurulmamışdır. Təqsirləndirilən şəxs saxlanılaraq idarəyə gətirildikdən sonra bu barədə rəhbərliyə özü tərəfindən raportla müraciət edilmiş, həmin müddət ərzində Ramin onların yanında olmaqla nəzarət altında olmuş, orada sonuncunun üzərində yoxlama keçirilməmiş, hər hansı sual verilməmişdir. Rəhbərliyə raportla məlumat verildikdən dərhal sonra təhqiqatçının yanına aparılmış, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə üzərində şəxsi axtarış və digər istintaq hərəkətləri keçirilmişdir. Təqsirləndirilən şəxs saxlanılması barədə yaxın qohumlarına zəng edilərək məlumat verilmişdir. Təqsirləndirilən şəxs kiməsə narkotik vasitə satması barədə verilən əməliyyat tapşırığının nəticəsi barədə məlumatı olmamış, habelə sonuncunun dini inancları və sair məsələləri ilə bağlı onlarda hər hansı məlumat olmamış və həmin hallarla bağlı Təqsirləndirilən şəxslə hər hansı söhbət aparılmamışdır. Müdafiəçi dəvət edildikdən sonra başqa otaqda, lakin nəzarət altında sonuncu ilə Təqsirləndirilən şəxs arasında konfidensial söhbətlər aparılmışdır. Onun digər əməliyyat müvəkkillərinin nə zaman ifadə verməsi barədə məlumatı olmamış, səsləndirdiyi ifadələr təhqiqatçı tərəfindən yazılı olaraq qeydiyyata alınmışdır. Təqsirləndirilən şəxs saxlanılaraq idarəyə gətirilərkən yolda tıxacın olması, eləcə də təhqiqatçı tərəfindən sənədləşmə işlərinin hazırlanması ilə əlaqədar prosessual hərəkətlərin aparılmasında müəyyən gecikmələrin yaranmasına səbəb olmuşdur. Əməliyyat tədbirləri zamanı üzərində ***-***-**-** saylı mobil telefon nömrəsi olmuşdur. Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatı onun satış məqsədi ilə narkotik vasitə və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi barədə olsa da, sonrakı müddət ərzində Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddələri konkret olaraq hər hansı şəxsə satması, ümumiyyətlə narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmasına dair hər hansı konkret məlumat əldə edilməmişdir.
10. Məhkəmədə şahid qismində dindirilmiş BMCMİ-nin əməliyyat müvəkkilləri, polis mayoru Şahid3 və polis kapitanı Şahid2 məhkəməyədək icraat zamanı verdikləri ifadələri ilə əsasən eyni məzmunlu və Şahid1la əsasən oxşar məzmunlu ifadələr verərək əlavə olaraq göstərdilər ki, Təqsirləndirilən şəxs saxlanılarkən, üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılarkən, o cümlədən istintaq hərəkəti zamanı üzərindən aşkar edilmiş predmetlərə dair hər hansı etirazını bildirməmiş, ona qarşı tərəflərindən və ya hər hansı şəxs tərəfindən fiziki, psixi və sair zorakılıq tətbiq olunmamış, pis rəftara məruz qalmamışdır.
11. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
12. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, 23 fevral 2024-cü il tarixdə, saat 08:47 dəqiqədə Təqsirləndirilən şəxs saxlanılaraq üzərində şəxsi axtarış keçirilən zaman ondan iki bükümdə külli miqdarda ümumi təmiz çəkisi 11,279 qram olan psixotrop maddə metamfetaminin aşkar edilərək götürülməsi faktına görə BMCMİ-nin İstintaq İdarəsinin baş müstəntiqi, polis kapitanı X9 tərəfindən 23 fevral 2024-cü il tarixdə, saat 15:30-da Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul edilməklə istintaqı aparılmışdır (Cild 1, i.v.1;).
13. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 22 fevral 2024-cü il tarixli qərardan və bu barədə müvafiq materiallardan görünür ki, BMCMİ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən xx xxxxx 1987-ci ildə Neftçala rayonu, X29ində anadan olmuş, Neftçala rayonu, X29ində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi qərara alınmış, həmin qərar BMCMİ-nin rəisi, polis general-mayoru Əbülfət Rzayev tərəfindən təsdiq edilərək Şahid1 rəhbərliyi ilə həmin İdarənin əməliyyat müvəkkilləri, polis mayoru Şahid3 və polis kapitanı Şahid2 ibarət əməliyyat qrupu təşkil edilmiş, Təqsirləndirilən şəxs 23 fevral 2024-cü il tarixdə, saat 08:47 radələrində ünvan 3 ünvanın yaxınlığında saxlanılaraq həmin Baş İdarəyə gətirilmiş, keçirilmiş əməliyyataxtarış tədbirləri barədə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və məhkəmə nəzarəti qaydasında müvafiq məhkəməyə məlumat verilmişdir (Cild 1, i.v. 3- 8).
14. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 fevral 2024-cü il tarixli, 5(005)- 590/2024 saylı qərarından görünür ki, BMCMİ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən qəbul edilməklə həmin Baş İdarənin rəisi, polis general-mayoru Əbülfət Rzayev tərəfindən təsdiq edilmiş 22 fevral 2024-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar məhkəmə nəzarəti qaydasında yoxlanılaraq qanuna uyğun hesab edilmişdir(Cild 1, 90-91;).
15. “Şübhəli şəxsin tutulması haqqında” 23 fevral 2024-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisi - Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri, 22 saylı Vəkil Bürosunun vəkili X12 iştirakı ilə BMCMİ-nin İstintaq İdarəsinin Təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis kapitanı X17 tərəfindən həmin tarixdə, saat 09:58-də şübhəli şəxs qismində tutulmuşdur. Qərar və protokola əsasən Təqsirləndirilən şəxs 23 fevral 2024-cü il tarixdə, saat 08:47-də ünvan 3 ünvanın yaxınlığında saxlanılmış və bu barədə qardaşı X1 istifadəsində olmuş mobil telefon vasitəsi ilə məlumat verilmişdir (Cild 1, i.v.17-18;).
16. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 23 fevral 2024-cü il tarixli protokoldan görünür ki, qeyd edilən tarixdə qəbul edilməklə müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs elan edilmiş müvafiq qərar əsasında həmin gün, saat 10:25-dən 10:38-dək BMCMİ-nin İstintaq İdarəsinin Təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis kapitanı N.N.Əzimov tərəfindən həmin Baş İdarənin əməliyyat müvəkkili, polis kapitanı Şahid1, əməliyyat müvəkkilləri, polis mayoru Şahid3 və polis kapitanı Şahid2 iştirakı ilə BMCMİ-nin inzibati binasında xidməti iş otaqlarından birində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Protokoldan görünür ki, Təqsirləndirilən şəxs barəsində tərtib olunmuş şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılmasına dair qərar ilə tanış edildikdən sonra ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və ya sənədləri könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində psixotrop maddə şüşə olduğunu bildirməklə əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 2 (iki) ədəd sellofan bükümü, şalvarının sol yan cibindən 1 (bir) ədəd şəxsiyyət vəsiqəsi, 1 (bir) ədəd “Bakı kart” kartını, 1 (bir) ədəd qulaqcıq, 1 (bir) “damafon”, 49 (qırx doqquz) manat pul və 2 (iki) ədəd 10 (on) qəpik, həmin şalvarın sol arxa cibindən isə 1 (bir) ədəd “Redmi” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 2 (iki) ədəd bükümə baxış zamanı sellofan bükümlərin içərisində ağ rəngli, kristal formalı psixotrop maddə metamfetaminə oxşar maddə aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 2 (iki) ədəd sellofan bükümün içərisində olan psixotrop maddə metamfetaminə oxşar maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən bir ədəd ağ rəngli kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs təqdim etdiyi 1 (bir) ədəd “Redmi” markalı mobil telefonun özünə məxsus olmasını və içərisində ***-***-**-** saylı mobil nömrə olduğunu bildirmişdir. Həmin mobil telefon və Təqsirləndirilən şəxs özünəməxsus olan şəxsiyyət vəsiqəsi iş üzrə əhəmiyyət kəsb etdiyindən təhqiqatçı tərəfindən götürülmüşdür. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddəni 2 gün əvvəl, yəni 21 fevral 2024-cü il tarixdə işlədiyi Keşlə qəsəbəsi ərazisində yerdə tapdığını, şəxsi istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini bildirmişdir. Şəxsi axtarış və götürmə “Sony” markalı videokamera vasitəsilə videoçəkiliş aparılmaqla xidməti iş otağında həyata keçirilmişdir. Bu barədə həmin tarixdə saat 10:45-dən 11:05-dən protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, iştirakçılara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, doğruluğu imzalarla təsdiq edilmişdir (Cild 1, i.v. 25-28;).
17. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 23 fevral 2024-cü il tarixli protokolda əks olunan istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı bir ədəd “DVD” formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən müddəti 13 dəqiqə 2 saniyə olan həmin videogörüntünün əks olunduğu bir ədəd diskdəki videogörüntüyə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakı ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntüdə öz əksini tapmışdır. Videogörüntüdən Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı xarici görkəminin və geyiminin səliqəli olması, sərbəst olaraq suallara rahat şəkildə cavab verməklə fəal olması, onun hər hansı fiziki, psixi və sair təsirə məruz qalması müəyyən edilməmişdir (Cild 1, i.v. 28;)
18. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin “Məhkəmə fiziki-kimyəvi (materialların məhkəmə)” ekspertizasının 3-16-16/2-6/1084 saylı, 23 fevral 2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №6” möhür əksləri, “Şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar edilmiş...” yazıları, imzalar olan zərfdəki 2 (iki) ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 6,170 qram və 5,109 qram, ümumi təmiz çəkiləri 11,279 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin” İ siyahısına daxildir. Metamfetaminin ümumi təmiz çəkisi 11,279 qram, tədqiqata sərf edildi 0,2 qram, qalıq çəki 11,079 qram. Aparılmış tədqiqatın dəyəri 80 (səksən) manatdır (Cild 1, i.v. 39-43;).
19. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 23 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulmuş ittiham müdafiəçisinin iştirakı ilə elan edililərək hüquq və vəzifələri ətraflı şəkildə izah olunmuşdur (Cild 1, i.v. 60-64;).
20. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 fevral 2024-cü il tarixli, 4(005)- 281/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 23 fevral 2024-cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Qeyd edilən qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, müdafiəçi X16 Təqsirləndirilən şəxs hüquqlarını fəal şəkildə müdafiə etməklə həbs qətimkan tədbirinin seçilməsi barədə verilmiş vəsatət və təqdimatın təmin edilməsinə etiraz etmiş, Təqsirləndirilən şəxs isə özünü qismən təqsirli bildiyini, mebel sexində işlədiyini, narkotik vasitəni işə gedərkən yolda tapdığını, maraqlı gəldiyi üçün götürdüyünü, əvvəllər istifadə istifadə etmədiyini bildirərək barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı verilmiş vəsatət və təqdimatın təmin edilməməsini xahiş etmişdir (Cild 1, i.v. 78-82;).
21. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsi tərəfindən verilmiş 12 mart 2024-cü il tarixli məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamaqla məhkum olunmamış şəxsdir (Cild 1, i.v.96-97;).
22. “Maddi sübut hesab edilməsi haqqında” 9 mart 2024-cü il tarixli qərar və müvafiq raportdan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 11,279 qram çəkidə psixotrop maddə metamfetamin maddi sübut kimi tanınaraq ekspertiza tədqiqatından sonrakı qalıq qalmış 11,079 qram çəkidə psixotrop maddə metamfetamin saxlanılmasından ötrü BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir (Cild 1, i.v.102-104;).
23. BMCMİ-nin rəis müavini, polis polkovniki Fariz Vəliyevin həmin İdarənin İstintaq və Təhqiqat İdarəsinin rəisi, polis polkovnik-leytenantı Rəhman Kərimova ünvanladığı 18 mart 2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması və üzərindən aşkar edilən psixotrop maddəni də satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşıması aşkar edilmiş, lakin Təqsirləndirilən şəxs digər cinayət əməllərinin törədilməsində iştirakının olub-olmaması, yaxın əlaqələrinin müəyyən edilməsi, narkotik vasitələrin və ya psixotrop maddələrin satışında və istifadəsində şübhəli olan şəxslərlə əlaqələrinin müəyyən edilməsi, qanunsuz olaraq əldə etdiyi psixotrop maddəni, nə vaxt, kimdən, harada və hansı şəraitdə əldə etməsi, psixotrop maddənin əldə edilmə mənbəyinin müəyyən edilməsi istiqamətində aparılmış əməliyyataxtarış tədbirləri nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamışdır(Cild 1, i.v.118;).
24. "xxxx" MMC-dən daxil olmuş diskə baxış keçirilməsi haqqında” 18 mart 2024-cü il tarixli protokoldan görünür ki, müvafiq məhkəmə qərarı ilə "xxxx" MMC-dən əldə edilmiş 1 (bir) ədəd CD diskdə olan məlumatlara baxış keçirilmiş, baxış zamanı iş üzrə sübut əhəmiyyəti kəsb edə biləcək hər hansı məlumat aşkar olunmamışdır (Cild 1, i.v. 121;).
25. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X24 tərəfindən təqdim edilmiş cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə həmin xəstəxanada müalicədə olmamışdır (Cild 1, i.v.122;).
26. Azərbaycan Respublikası Neftçala rayonu İcra Hakimiyyəti Başçısının X29 İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan, AA0910208, AA09010147 və AA0910207 seriya nömrəli şəxsiyyət vəsiqələrindən, xasiyyətnamədən və “Azemis” elektron məhkəmə sistemi vasitəsilə əldə edilmiş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi 2 sentyabr 1982-ci il təvəllüdlü arvadı X7, 15 sentyabr 2010-cu il təvəllüdlü qızı Nərgiz Babazadə, 24 oktyabr 2012-ci il təvəllüdlü oğlu Mirsalam Babazadə və 20 oktyabr 2013-cü il təvəllüdlü qızı Mirzeynəb Babazadədən ibarət olmaqla Təqsirləndirilən şəxs qeydiyyatda olduğu və müəyyən müddət ərzində yaşadığı yer üzrə müsbət xarakterizə olunur (Cild 1, i.v. 124-129; Cild 2;).
27. “Ambulator komisyon məcburi məhkəmə-narkoloji ekspertizasının” 24 fevral 2024cü il tarixli, 1243 saylı rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Həmin rəyin təsviri əsaslandırıcı hissəsindən görünür ki, ekspress-test üsulu ilə müayinə nəticəsində Təqsirləndirilən şəxs götürülmüş sidik nümunəsində AMP(+) aşkar edilmişdir. Müayinə zamanı narkotik vasitələrdən istifadəsini inkar edir. Öz narkoloji anamnezi haqqında tam məlumat vermir. Narkotik vasitələrdən sui-istifadə etməsini gizlətməyə çalışır. Psixotrop maddələrə qarşı patoloji meyl formalaşıb. Psixotrop maddələrin qəbulundan psixi və fiziki asılılıq vardır (Cild 1, i.v.130-131;).
28. “Canlı şəxsin məhkəmə-tibbi” ekspertizasının 19 mart 2024-cü il tarixli 111/MEŞ saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarət – döş qəfəsinin ön səthinin qançırı bərk küt əşyanın təsirindən müayinədən, yəni 24 fevral 2024-cü il tarixdən 2-3 gün əvvəl əmələ gəlmişdir və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin olunmur. Özünün deməsinə görə təxminən 2-3 gün əvvəl işdə ehtiyatsızlıqdan sinəsindən xəsarət almışdır. Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarət müxtəlif şəraitlərdə, o cümlədən sərbəst yıxılma, bədənin müvafiq nahiyəsinin küt əşyaya çırpılması və ya həmin nahiyəyə küt əşyanın dəyməsi nəticəsində yarana bilərdi (Cild 1, i.v. 133-134;).
29. “Sübutların qiymətləndirilməsi haqqında” 17 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş ekspert tədqiqatlarına sərf olunduqdan sonra qalıq çəkisi 11,079 qram qalmış psixotrop maddə metamfetaminin maddi sübut kimi tanınması və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanılması üçün BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilməsinin nəzərə alınması, cinayət işinin materiallarından psixotrop maddə metamfetaminin mənbə xüsusatı ilə bağlı ayrıca icraata material ayrılması, Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış və götürmə zamanı çəkilən videogörüntüləri əks etdirən 1 (bir) ədəd DVD diskin maddi sübut kimi tanınmaqla cinayət işi materiallarına əlavə edilməsi, Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd “Redmi” markalı mobil telefonun ailə üzvlərinə təhvil verilməsi qərara alınmışdır (Cild 1, i.v. 136-145;).
30. “Təqsirləndirilən şəxsə yenidən ittiham olunması haqqında” 20 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə yenidən müdafiəçisi Müdafiəçi2 iştirakı ilə ittiham elan edilməklə itihamın mahiyyəti, habelə hüquq və vəzifələri ətraflı şəkildə izah edilmişdir (Cild 1, i.v. 152-153;).
31. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq T.S.Arazlı tərəfindən 4 iyun 2024-cü il tarixdə tərtib edilmiş ittiham aktından görünür ki, həmin ittiham aktı 6 iyun 2024-cü il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün Bakı Ağır Cinayət Məhkəməsinə göndərilmişdir (Cild 1, i.v.183-189;).
32. Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 iyun 2024-cü il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkəməyə verilməklə cinayət işi məhkəmə baxışına təyin edilmişdir (Cild 2;).
33. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə tərəfindən verilmiş sorğuya BMCMİnin rəisi tərəfindən təqdim edilmiş 3 avqust 2024-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, BMCMİ-də Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyat-axtarış tədbiri üzrə olan əməliyyat-qeydiyyat işi barədə məlumat aşkar edilməmişdir (Cild 2;).
34. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə tərəfindən verilmiş sorğuya BMCMİnin rəisi tərəfindən təqdim edilmiş 13 avqust 2024-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, BMCMİ-nin inzibati binasına quraşdırılmış videomüşahidə kameralarının yaddaş qurğusu olmadığı üçün həmin idarənin inzibati binasının, habelə müvəqqəti saxlama yerinin giriş-çıxışı və dəhlizlərinin izlənməsini təmin edən kameraların 23-24 fevral 2024-cü il tarixli videogörüntülərinin təqdim edilməsi mümkün olmamışdır (Cild 2;).
35. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə tərəfindən verilmiş sorğuya Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Növbətçi Hissələri İdarəetmə Xidmətinin rəisi tərəfindən təqdim edilmiş 14 avqust 2024-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, ünvan 4 ünvanında 21 fevral 2024-cü il tarixli, habelə 23 fevral 2024-cü il tarixdə, saat 08:00-dan saat 10:00-a kimi olan “Təhlükəsiz Şəhər” kameralarının videoqeydləri ilə bağlı arxivlərin saxlanılma müddəti bitdiyindən həmin informasiyanın təqdim edilməsi mümkün deyildir (Cild 2;).
36. Müdafiə tərəfinin sorğusu əsasında Təqsirləndirilən şəxs şəxsi işi Bakı İstintaq Təcridxanasından məhkəmə tərəfindən tələb edilərək tərəflərin iştirakı ilə məhkəmə iclasında tədqiq edilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək BMCMİ-nin müvəqqəti saxlama yerində saxlanılmış, Təqsirləndirilən şəxs BMCMİ-nin X14 qəbul edilərkən BMCMİ-nin müvəqqəti saxlama yerinin növbətçiləri, polis nəfərləri, polis serjantları R.R.Abdullayev, K.A.Hacıbalayev və polis kiçik serjantı S.B.Ələkbərov tərəfindən müvafiq akt tərtib olunmuş, həmin akta əsasən Təqsirləndirilən şəxs 23 fevral 2024-cü il tarixdə təhqiqatçı N.N.Əzizmov tərəfindən tutma protokolu əsasında X14 təhvil verilmiş, qəbul zamanı Təqsirləndirilən şəxs sol sinə nahiyəsində göyərmə izi aşkar edilmiş, bu barədə soruşduqda Təqsirləndirilən şəxs tutulmazdan iki gün əvvəl evdə iş görərkən həmin xəsarəti aldığını bildirmişdir. Şəxsi işdə olan Təqsirləndirilən şəxs BMCMİ-də olduğu müddət ərzində adına açılmış tibb kitabçasından görünür ki, o, 23 fevral 2024-cü il tarixdə BMCMİ-yə gətirilmişdir (Cild 2;)
37. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə tərəfindən verilmiş sorğuya BMCMİnin rəisi tərəfindən təqdim edilmiş 2 sentyabr 2024-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs BMCMİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı 23 fevral 2024-cü il tarixdə saxlanılmış, şübhəli şəxs qismində tutulduqdan sonra BMCMİ-nin X14 qəbul edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 fevral 2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilərək həmin gün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına köçürülmüşdür. Təqsirləndirilən şəxs BMCMİ-də saxlanıldığı müddətdə məhkəmə-tibbi ekspertizasından keçirilmiş, “Məhkəmə-tibbi ekspertizasının” 24 fevral 2024-cü il tarixli 111/MEŞ nömrəli rəyinə əsasən döş qəfəsinin ön səthinin qançırı xəsarəti aşkar edilərək müvafiq rəy iş materiallarına əlavə edilməklə müvafiq araşdırma aparılaraq göstərilən xüsusatlara cinayət işi üzrə hüquqi qiymət verilmişdir (Cild 2,).
38. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə tərəfindən verilmiş Təqsirləndirilən şəxs 23 fevral 2024-cü il tarixdə BMCMİ-nin Növbətçi Hissəsinə gətirilən şəxslərin qeydiyyatına dair çıxarışın təsdiq edilmiş surətinin təqdim edilməsinə dair sorğusuna BMCMİ-nin rəisi tərəfindən təqdim edilmiş 1 noyabr 2024-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs BMCMİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı 23 fevral 2024-cü il tarixdə, saat 08:47-də ünvan 5 ünvanının yaxınlığında saxlanılaraq Baş İdarəyə gətirilmiş, saat 10:25-dən etibarən Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı üzərindən 2 (iki) ədəd bükümdə külli miqdarda ümumi təmiz çəkisi 11,279 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür (Cild 2;).
39. Məhkəmə tərəfindən verilmiş məlumat əsasında məhkəməyə təqdim edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 18 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsinin prokuroru, baş ədliyyə müşaviri X10 tərəfindən Təqsirləndirilən şəxs BMCMİ-nin əməkdaşları tərəfindən işgəncələrə və fiziki zorakılığa məruz qalması barədə daxil olmuş məlumat üzrə toplanmış 2191-C-24 nömrəli material üzrə araşdırma aparılmış, araşdırma zamanı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, “MTE və PA Birliyi” 111/MEŞ nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarət – döş qəfəsinin ön səthinin qançırı bərk küt əşyanın təsirindən müayinədən, yəni 24 fevral 2024-cü il tarixdən 2-3 gün əvvəl əmələ gəlmiş və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin olunmamış, Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarət müxtəlif şəraitlərdə yarana bilərdi (Cild 2,). Əməlin tövsifi və digər hüquqi məsələlər:
40. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
41. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
42. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir.
43. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs açıq məhkəmə iclaslarında onun əleyhinə olan bütün sübutların tədqiqində seçdiyi müdafiəçiləri ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuş, o cümlədən müdafiə hüququnun həyata keçirilməsi ilə əlaqədar müdafiəçilərinin vasitəsi ilə məhkəməyə yeni sübutlar təqdim etmişdir. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində müdafiə tərəfinə imkan yaradılmışdır. Eyni zamanda müdafiə tərəfi məhkəmə istintaqında irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirmişdir.
44. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.
45. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.
46. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.
47. Həmçinin Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.
48. CM-in 234.4.3-cü maddəsi satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmaya görə cinayət məsuliyyətini müəyyən edir. Həmin maddənin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur.
49. Məhkəmə tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilməmişdir.
50. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini əldə etmiş, saxlamış və daşımışdır. Lakin ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini məhz satış məqsədi ilə əldə etməsi barədə nəticəyə gələrkən iş materiallarında olan hər hansı mötəbər sübuta istinad etməməklə yanaşı, təqsirləndirilən şəxsə bununla bağlı verdiyi ittihamda şəxsin həmin maddə ilə təqsirliliyini müəyyən edən hər hansı dəlil belə göstərməmişdir.
51. Məhkəmə, ibtidai istintaq orqanının sübutları qiymətləndirilməsinə dair mövqeyi ilə bağlı qeyd edir ki, ibtidai istintaq orqanı hökmün 29-cu bəndində göstərilmiş qərarda, cinayət qanununun normalarına və vahid məhkəmə təcrübəsinə istinad edərək təqsirləndirilən şəxsin əməlində “satış məqsədinin” sübuta yetirlməsini göstərməyə çalışsa da, əksinə toplanmış sübutlar və istinad etdiyi normalar, həmçinin hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsindən irəli gələn izah və tövsiyələr, təqsirləndirilən şəxsin əməlində “satış məqsədinin” olmadığını təsdiq edir.
52. Belə ki, istintaq orqanı Təqsirləndirilən şəxs əməlinə hüquqi qiymət verərkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li Qərarının 9-cu bəndinə istinad etmişdir. Həmin bənddə göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.
53. Qeyd edilən plenum qərarında yuxarıda təsvir olunan halların, o cümlədən narkotik vasitənin miqdarının ayrıca olaraq deyil, “başqa sübutlarla yanaşı” nəzərə alınması vurğulanmışdır. Plenumun hüquqi mövqeyinə görə, özü-özlüyündə narkotik vasitənin külli miqdar təşkil etməsi təqsirkar şəxsin satış məqsədi ilə hərəkət etməsinə dəlalət edən hal kimi qiymətləndirilə bilməz. Belə nəticəyə gəlmək üçün bütün diqqətəlayiq halların məcmusundan çıxış etmək lazımdır. O cümlədən, külli miqdarda narkotik vasitəni əldə edib saxlayan, daşıyan şəxsin özünün narkotik istehlakçısı olmaması, başqa şəxslərlə (istehlakçılarla) razılığın mövcudluğu, satış üçün narkotik vasitənin çəkilib xırda bağlamalarda qablaşdırılması kimi hallar da müəyyən olunduqları təqdirdə, başqa sübutlarla birlikdə götürülməklə şəxsin məhz satış məqsədilə narkotik vasitəni əldə edib saxlamasına dəlalət edən əsaslar kimi nəzərdən keçirilə bilərlər.
54. Halbuki, istintaq orqanı Təqsirləndirilən şəxs verdiyi ittihamda və cinayət təqibi ilə bağlı topladığı materiallarda təqsirləndirilən şəxs tərəfindən psixotrop maddələri satacağı istehlakçı ilə razılığın əldə edilməsi, psixotrop maddələrin çəkilib çoxsaylı xırda bağlamalara bükülməsi, həmçinin onda tərəzinin və digər vasitələrin olması ilə bağlı ümumiyyətlə heç bir dəlil və sübut gətirməmişdir.
55. Bundan başqa, istintaq orqanı hökmün 29-cu bəndində göstərilmiş qərarda təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərkən “Aşkar olunmuş psixotrop maddə metamfetaminə münasibətdə qeyd olunmalıdır ki, həmin psixotrop maddənin külli miqdarda olması Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətdiyini deməyə əsas verir....Aydın olur ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini əldə etmiş, daha sonra satış məqsədilə üzərində saxlamaqla daşımışdır” cümlələri ilə öz gəldiyi nəticəni əsaslandırmağa çalışsa da, faktiki olaraq mövcud olmayan sübutlara istinad edib əsassız qənaətə gəlmişdir.
56. Başqa sözlə, istintaq orqanı təqsirləndirilən şəxsin əməlində CM-in 234.4.3-cü maddəsinin tərkibinin olması qənaətinə gələrkən, yalnız psixotrop maddənin külli miqdarda olmasına istinad etsə də, özü özlüyündə yalnız bu əlamət “satış məqsədinin” qeyd-şərtsiz sübutu kimi əsas götürülə bilməz.
57. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı üzərində müdafiəçisinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış istintaq hərəkəti aparılarkən üzərindən aşkar edilmiş psixotrop maddəni saxlanılmamışdan iki gün əvvəl Keşlə qəsəbəsində işə gedərkən yol kənarında tapdığını, həmin maddəni öz şəxsi istifadəsi üçün üzərində saxladığını, habelə hər hansı şəxsə satmaq və ya bağışlamaq niyyətinin olmadığını göstərmişdir. İstintaq orqanının sübut qismində istinad etdiyi istintaq hərəkətlərinin protokolları, şahid ifadələri, ekspert rəyləri, maddi sübutlar və digər sənədlərdə də, təqsirləndirilən şəxsin psixotrop maddəni məhz satış məqsədi ilə əldə etməsini təsdiq edən mötəbər heç bir sübut və dəlil yoxdur və həmçinin hər hansı belə bir sübut məhkəmə baxışında da, ittiham tərəfindən təqdim edilməmişdir.
58. Əksinə istintaq orqanının məhkəməyədək icraat materiallarına əlavə etdiyi əməliyyat tapşırığına cavabdan (bax hökmün 23-cü bəndi) görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışında və istifadəsində şübhəli olan şəxslərlə əlaqələrinin müəyyən edilməsi, qanunsuz olaraq əldə etdiyi psixotrop maddəni, nə vaxt, kimdən, harada və hansı şəraitdə əldə etməsi, psixotrop maddənin əldə edilmə mənbəyinin müəyyən edilməsi istiqamətində keçirilmiş əməliyyat-axtarış tədbirləri müsbət nəticə verməmişdir.
59. Həmçinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş, təqsirləndirilən şəxsin ətrafında əməliyyat tədbirlərini həyata keçirən və ittiham tərəfinin əsas şahidləri olan polis əməkdaşları Şahid1, Şahid3 və Şahid2 ifadələrindən də göründüyü kimi, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə ilkin əməliyyat məlumatlarının olmasına baxmayaraq, sonradan bu məlumatlar öz təsdiqini tapmamışdır.
60. Məhkəmə, ibtidai istintaq orqanının bu qənaətini əsassız hesab edərək qeyd edir ki, şəxsin üzərində aşkar edilmiş psixotrop maddənin miqdarının yalnız şəxsi istehlak miqdarından artıq və ya külli miqdarda olması, digər mötəbər sübutların olmadığı bir halda əməlin satış məqsədilə əldə edilmə kimi qiymətləndirilməsi üçün əsas vermir.
61. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir.
62. Lakin məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarda və iş materiallarında Təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş psixotrop maddəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə yayılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut müəyyən edilməmişdir.
63. Məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli CMin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir.
64. Məhkəmə bu nəticəyə gələrkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının müddəalarını da rəhbər tutur.
65. Hökmün 64-cü bəndində qeyd edilmiş Ali Məhkəmə Plenumun Qərarının 14-cü bəndinə əsasən satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən nəzərə alınmalıdır ki, CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır.
66. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Siyahıların İİ siyahısının 118-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün psixotrop maddə metamfetaminin xeyli miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi 2 qram və xüsusilə külli miqdar daxil olmaqla aşağı həddinin isə 400 qram olması müəyyən edilmişdir.
67. CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, CPM-in 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmçinin CPM-in 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir.
68. CPM-in 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir.
69. CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.
70. CPM-in 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.
71. CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir.
72. “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur.
73. CPM-in 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144 və 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir.
74. Məhkəmə, gəldiyi nəticələri həm prosessual normaların tələbləri baxımından, həm də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və X5 haqqında” Avropa Konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının müddəaları baxımından da əsaslı hesab edir.
75. Belə ki, “Kondraşinanın Rusiya Federasiyasına qarşı” işində də Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin.
76. X22 Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X20rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.
77. “Avropa İnsan Hüquqları Məhkəməsinin gələcək fəaliyyətinə dair Brayton Bəyannaməsi”nin 7-ci bəndində qeyd edilmişdir ki, “Milli səviyyədə Konvensiyanın müddəalarının tam həyata keçirilməsi üzv dövlətlərdən qanun pozuntularının qarşısını almaq üçün effektiv tədbirlərin görülməsini tələb edir. Bütün qanunvericilik və siyasətin inkişafı, həmçinin dövlət qulluqçuları tərəfindən öz xidməti vəzifələrinin icrası elə səviyyədə olmalıdır ki, bu Konvensiyanın müddəalarının tam icrasına imkan versin. Üzv dövlətlər Konvensiyanın müddəalarının mümkün pozulması hallarının qarşısını almaq üçün hüquqi müdafiə vasitələrini təmin etməlidirlər. Milli məhkəmələr və tribunallar Konvensiyanı və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu nəzərə almalıdırlar. Bütün bu tələblər məcmu halda Konvensiyanın müddəalarının pozulması hallarının qarşısını ala bilər. Bu isə məhkəməyə əsaslı müraciətlərin sayının azalmasına gətirib çıxarmaqla iş yükünün də kəmiyyətinin aşağı düşməsinə səbəb olacaqdır”.
78. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
79. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə Təqsirləndirilən şəxs əməlinin CM-in 234.1-1-ci maddəsinin tərkib əlamətlərinə uyğun gəldiyini qeyd edərək, onun əməlinin CMin 234.1-1-ci maddəsi ilə tövsif edilməsini qanuni və ədalətli hesab edir.
80. Qeyd olunanlarla bağlı məhkəmə Təqsirləndirilən şəxs əməlinin CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməsini əsaslı və qanuni hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyası hədlərində cəza təyin edilməlidir.
81. CM-in 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımaya görə cinayət məsuliyyətini müəyyən edir.
82. Həmin Məcəllənin 234.1-1-ci maddəsi isə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. Həmin maddənin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur.
83. Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmiş, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir.
84. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli Qərarının müddəalarını da rəhbər tutur.
85. Məhkəmə, Təqsirləndirilən şəxs “Şəxsi axtarış və götürmə” istintaq hərəkəti zamanı aşkar edilmiş psixotrop maddənin ona məxsus olmaması, ümumiyyətlə narkotik vasitə və ya psixotrop maddələrdən istifadə etməməsi, dindar olması ilə əlaqədar polis əməkdaşları tərəfindən saxlanılması, saxlanıldıqdan sonra psixi təzyiqlərə məruz qalması ilə əlaqədar fiziki təzyiqlərə məruz qalacağından qorxduğundan həm ibtidai istintaq zamanı dindirilərkən, həm də barəsində qətimkan tədbiri məsələsinə məhkəmədə baxılarkən həqiqətə tam uyğun olmayan ilkin ifadə və izahatlar verməsi, idarədə olarkən ona təqdim edilmiş şirniyyat və çayın tərkibinə narkotik vasitə və ya psixotrop maddə əlavə edilməsi ilə əlaqədar ekspertiza tədqiqatları zamanı ondan götürülmüş nümunələrin tərkibində psixotrop maddə aşkar edilməsi, müdafiəçi ilə hər hansı konfidensial görüşlərin keçirilməməsi ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi ağır cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun CM-in 234.1-1-ci maddəsi ilə olan cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Eyni zamanda, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı, eləcə də məhkəmə iclaslarında heç vaxt narkotik vasitə və ya psixotrop maddələrdən istifadə etmədiyini bildirsə də, aparılmış ekspert təqiqatlarının nəticəsində onda psixostimulyatorların qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuş, habelə ekspress-test üsulu ilə müayinə nəticəsində Təqsirləndirilən şəxs götürülmüş sidik nümunəsində AMP(+) olması (bax hökmün 27-ci bəndi) müəyyən edilmişdir.
86. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının 24-cü bəndində göstərilmişdir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin qərarın 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür.
87. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin Rusiyaya qarşı” iş üzrə 28 sentyabr 2006-cı il tarixli, həmçinin “Saidinin Fransaya qarşı” iş üzrə 20 sentyabr 1993-cü il tarixli qərarlarında izah edilir ki, sübutların mümkünlüyü daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma və məhkəmə istintaqı mərhələsində əldə edilən, milli məhkəmələr tərəfindən sübut kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər.
88. Avropa İnsan Hüquqları Məhkəməsinin İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsi ilə əlaqədar “X2rşı” işi ilə bağlı qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər.
89. Halbuki, Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra hər hansı xəsarətinin olması və ya ona qarşı hər hansı fiziki, psixi və sair zorakılıq tətbiq edilməsinə dair hər hansı mötəbər sübut müəyyən edilməmişdir. Əksinə Təqsirləndirilən şəxs hökmün 16-17 və 20-ci bəndlərində qeyd edildiyi kimi üzərində müdafiəçisinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən, habelə barəsində məhkəmə nəzarəti qaydasında qətimkan tədbiri seçilməsi məsələsinə məhkəmə iclasında müdafiəçisinin iştirakı ilə baxılarkən saxlanıldığı zaman və ya ondan sonra hər hansı fiziki, psixi və sair təzyiqə, pis rəftara və zorakılığa məruz qalmasına dair hər hansı məlumat verməmiş, həmçinin hökmün 28, 36 və 39-cu bəndlərində qeyd edilən mötəbərliyi şübhə altına alına bilinməyən məhkəmədə tədqiq edilmiş sənədlərlə də Təqsirləndirilən şəxs saxlanılarkən və ondan sonra hər hansı fiziki, psixi və sair təzyiq və təsirə məruz qalması öz təsdiqini tapmamışdır.
90. Qeyd edilənlərə əsasən, məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur.
91. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-1-ci maddəsi ilə tövsif edilməli və o həmin maddə ilə təqsirli bilinərək cəzalanmalıdır.
92. Beləliklə, məhkəmə kollegiyası, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:
93. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır.
94. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.
95. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır.
96. Məhkəmə CM-in 59.1.4-cü maddəsinin tələbinə əsasən himayəsində 2 (iki) azyaşlı uşağının olmasını, habelə CM-in 59.2-ci maddəsinin tələbinə əsasən himayəsində 1 (bir) yetkinlik yaşına çatmayan uşağının olmasını, təqsirləndirilən şəxsin 37 yaşında olmaqla əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamasını, qeydiyyatda olduğu və yaşayış yeri üzrə müsbət xarakterizə olunmaqla ailədə yeganə qazanc gətirən şəxs olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.
97. Məhkəmə CM-in 61.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cəzasını ağırlaşdıran hər hansı halın olmamasını qeyd edir.
98. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın ən aşağı həddə təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.
99. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza CM-in 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.
100. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, CPM-in 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6).
101. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 23 fevral 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 fevral 2024-cü il tarixli qərarı ilə onun barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu 23 fevral 2024-cü il tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır.
102. Məhkəmə, CPM-in 353.4.8-ci əsasən ibtidai həbs müddətinin CM-in 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 23 fevral 2024-cü il tarixdən hesablanmalıdır.
103. Məhkəmə hökmün 27-ci bəndində qeyd edilən ekspertiza rəyini və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, CM-in 93-1-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır.
104. Məhkəmə, CPM-in 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir.
105. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olmaqla BMCMİ-nin maddi sübutların saxlanc yerində saxlanılan, tədqiqatlardan sonra qalıq çəkisi 11,079 qram olan psixotrop maddə metamfetamin məhv edilməli, "xxxx" MMC-dən daxil olmuş 1 (bir) ədəd CD disk və şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı çəkilmiş görüntüləri özündə əks etdirən 1 (bir) ədəd DVD disk hazırkı cinayət işinin materiallarında saxlanılmalıdır.
106. CPM-ə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır.
107. Məhkəmə hesab edir ki, CPM-in 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 80 (səksən) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir.
108. İş üzrə mülki iddia verilməmiş və üzərinə həbs qoyulmuş əmlak yoxdur.
109. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.
110. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və X5 haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.
111. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318, 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu 23 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olmaqla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan tədqiqatlardan sonra qalıq çəkisi 11,079 qram olan psixotrop maddə metamfetamin məhv edilsin, 2 (iki) ədəd disk hazırkı cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 80 (səksən) manat məbləğində məhkəmə məsrəfi olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, hökmün surətinin Təqsirləndirilən şəxs isə verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.