Məhkəmə qərarları › İş №1(101)-1887/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1887/2022

06.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1887/2022 06.12.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Mahmudov İlham Ağa oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi-«Verduktum» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1981-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, əvvəllər məhkumluğu olmayan, subay, işləməyən, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 09 sentyabr 2022-ci il tarixdə Abşeron rayonu Masazır qəsəbəsində yerləşən Masazır gölü adlanan yerdə şəxsiyyəti istintaqa məlum olmayan tanımadığı şəxsdən 360 manata satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda iki ədəd bükümdə olmaqla bir bükümdə təmiz çəkisi 26,672 qram, ikinci bükümdə 0,543 qram olan cəmi təmiz çəkisi 27.215 qram qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 10 sentyabr 2022- ci il tarixdə anası X2 şikayəti əsasında Yasamal RPİ-nin 29-ctı PŞ-də aparılan araşdırma zamanı izahatının alınması məqsədilə ünvan 1 ünvanının qarşısında saxlanılaraq şöbənin inzibati binasına gətirilmiş, narkotik vasitələri qanunsuz əldə edib saxlamaqla daışmaqda şübhəli bilindiyi üçün üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı iki ədəd bükümdə olmaqla bir bükümdə təmiz çəkisi 26,672 qram, ikinci bükümdə 0.543 qram olan cəmi təmiz çəkisi 27,215 qram qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli kiqdarda heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, Narkotik vasitə aludəçisidir. 09 sentyabr 2022-ci il tarixində Masazır qəsəbəsinə dostları ilə görüşməyə getmişdir, Masazır gölünün ətrafında olan zaman üzdən tanıdığı, lakin şəxsiyyətini bilmədiyi şəxslərdən birinə yaxınlaşmışdır. Ona 360 manat pul verərək özü istifadə etmək üçün narkotik vasitə olan heroini almış və üzərində saxlamışdır. Həmin gün axşam radələrində evə gəlmişdir. 10 sentyabr 2022-ci il tarixdə səhər saatlarında anasının onu evi çirkli saxlamağı ilə bağlı ittiham etməsi səbəbi ilə aralarında mübahisə yaranmışdır. Evdən bayıra çıxan zaman anasının polisə məlumat verdiyini bilmişdir. Həyətə çıxmışdır. Saat 10:15 radələrində polis əməkdaşları ona yaxınlaşmışdırlar. Polislər onu Yasamal RPİ-nin 29-cu PŞ-nə dəvət etmişdirlər. Polis bölməsində üzərində hər hansı bir qanunsuz əşya, soyuq silah, yaxud narkotik vasitə olub-olmamasını sual etdikdə bildirmişdir ki, üzərində qanunsuz olaraq şəxsi istifadəsi üçün narkotik vasitə olan heroin vardır. Polis əməkdaşlarının iştirakı ilə təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış aparılmış, həmin narkotik vasitə aşkar olunub qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi özünün etirafedici ifadəsindən başqa məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və digər sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 10 sentyabr 2022-ci il tarixdə saat 10:02 radələrində işlədiyi Bakı şəhəri Yasamal rayonu 29cu Polis Şöbəsində istintaq-əməliyyat qrupunda xidmətdə olarkən tanımadığı, anket məlumatlarını sonradan bildiyi ünvan 2 ünvanında yaşayan Şahid1 Azərbaycan Respublikası DİN-in 102 zəng mərkəzi xidmətinə məlumat vermişdir ki, onunla bir ünvanda yaşayan oğlu Təqsirləndirilən şəxs narkotik vasitə aludəçisidir və onunla münaqişə edir. Bununla əlaqədar müvafiq əməliyyat tapşırığı verilmiş və o, həmin ünvanın polis sahə rəisi Şahid3 ilə birlikdə həmin ünvana getmiş və sonradan tanıdığı Təqsirləndirilən şəxs izahatının alınması məqsədilə şöbəyə dəvət etmişdir. Rəşad onlara tabe olmuş və onlar Rəşadı şöbəyə gətirmişdirlər. Şöbəyə daxil olarkən o. Rəşada üzərində hər hansı qanunsuz əşya, yaxud soyuq silah olub-olmadığını soruşduqda Rəşad bildirmişdir kı, üzərində qanunsuz olaraq narkotik vasitə vardır, özü istifadə edir deyə gəzdirir. O, dərhal bu barədə rəhbərliyə raportla məruzə etmiş və Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə olub-olmamasının araşdırılması üçün təhqiqatçı Anar Allahyarova məlumat vermişdir. Bundan sonra təhqiqatçı Anar Allahyarovun xidməti otağında onların və Bakı şəhər 22 saylı Vəkillər Bürosunun vəkili X3 iştirakı ilə həmin şəxsin üzərinə şəxsi axtarış aparılmış və Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən iki ədəd şəffaf rəngli sellofana bükülmüş, toz şəkilli qəhvəyi rəngli olan heroinə oxşar maddə aşkar olunub götürülərək qablaşdırılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 eyni məzmunlu ifadə verərək Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, oğlu Rəşadla anadan olduğu andan birlikdə yaşayırlar. Təqribən, 1 ildir ki Rəşad narotik vasitədən mütəmadi olaraq istifadə edir. Onunla bununla bağlı danışsa da danışıqlarına məhəl qoymayır. Onun üç övladı var hal-hazırda onlar hamısı talessemiya xəstəyilindən əziyyət çəkir. Qan institunda müalicə alır. 10 sentyabr 2022-ci il tarixində oğlunun qan azlığından əziyyət çəkdiyindən öləcəyindən qorxub onu müalicə etdirmək üçün polisə müraciət etmişdir. Hazırda ağır xəstədir, onu polisə şikayə etdiyi üçün özünü təqsirli bilir, oğlu burada ölsə özünü bağışlaya bilməyəcək. 10 sentyabr 2022-ci il tarixli şəxsi və götürmə protokolunda göstərilmişdir ki. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman onun qara rəngli idman şalvarının sağ cibindən 01 ədəd kağız zərfdə 02 ədəd bükümlərdə təmiz çəkisi 26,672 qram və 0,543 qram, ümumi təmiz çəkisi 27,215 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitə olan heroini Abşeron şəhəri Masazır qəsəbəsi Masazır gölü adlanan yerdən tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 360 manata aldığını bildirmişdir. Bu barədə protokol tərtib olunmuş, videoçəkiliş aparılmış və iştirakçılar tərəfindən imza olunmuşdur. 10 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərindən götürülmüş kütlənin narkotik vasitə olub-olmaması, əgər narkotik vasitədirsə dəqiq çəksinin nə qədər olmasını, narkotikin hansı növünə aid olduğunu müəyyən etmək məqsədi ilə məhkəməkimyəvi ekspertizası təyin edilmiş və 11 sentyabr 2022-ci il tarixli 6/5068 nömrəli rəy alınmışdır. Rəydən məlum olur ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs aşkar olunmuş 01 ədəd kağız zərfdə 02 ədəd bükümlərdə təmiz çəkisi 26,672 qram və 0,543 qram, ümumi təmiz çəkisi 27,215 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. 11 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs narkomaniya ilə bağlı hər hansı bir xəstəlik keçirib keçirməməsini və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olub-olmamasını müəyyən etmək məqsədilə barəsində məhkəmə-narkoloji ekspertizası təyin edilərək 13 sentyabr 2022-ci il tarixli 5168 nömrəli rəy alınmışdır. Ekspertin rəyindən məlum olur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostiumulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. 11 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs cinayət törətdiyi zaman və hazırda öz hərəkətlərini ölçüb-biçmək, onları idarə etmək qabiliyyətindən məhrum edən ruhi xəstəlikdən əzab çəkib - çəkməməsi, istintaqa dii/.giin ifadə verə bilmək və istintaq zamanı öz hərəkətlərini ölçüb-biçmək iqtidarında olmasını və onun məcburi qaydada psixiatiriya xəstəxanasında müalicə olunmağa ehtiyacının olub-olmamasını müəyyən etmək üçün ixtisaslı şəxslərin rəyinə zərurət olduğunu nəzərə alıb, iş üzrə məhkəməpsixiatirik ekspertizası təyin edilmişdir. 13 sentyabr 2022-ci il tarixli 2444 nömrəli rəydən məlum olur ki, yoxlanılan Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-in 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Hadisəni törədən zaman anlaqlı hesab olunur. İstintaq zamanı, istintaqın tam, hərtərəfli və obyektiv aparılması üçün, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs hər hansı bir şəxslə görüşərək ondan pul müqabilində narkotik vasitə olan heroin alıb-almamasının müəyyən edilməsi, əgər belə bir hal müəyyən olunarsa, Təqsirləndirilən şəxs narkotik vasitə satmış şəxs və ya şəxslərin şəxsiyyəti, həmçinin Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olub- olmamasmı müəyyən etmək məqsədi ilə Bakı şəhər Yasamal RPİ-yə əməliyyat tapşırığı verilmişdir. Bakı şəhər Yasamal RPİ-dən verilmiş əməliyyat tapşırığına cavabdan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroini satan şəxsin (şəxslərin) mənbəyini, həmçinin Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olub-olmamasını müəyyən etmək məqsədi ilə bir sıra əməliyyat-axtarış tədbirləri keçirilmiş, lakin heç bir müsbət nəticə əldə olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, baxış keçirilməsi barədə protokoldan, sms danışıq mətnləri və ekspertiza rəyləri ilə tam təsdiqini tapmışdır. Məhkəmə əməlin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran hallar məhkəmə istintaqı zamanı müəyyən edilmədi. İş materiallarına əlavə olunmuş Milli Hematologiya və Transfiologiya Mərkəzindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs "Beta talassemiya böyuk forma" diaqnozu ilə Milli Hematologiya və X1 bölməsində dispanser qeydiyyatında olub mütəmadi olaraq müayinə və müalicə olunur, davamlı olaraq müalicəyə etiyacı vardır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf edib əməlindən peşiman olduğunu bildirməsi, ağır xəstəlikdən əziyyət çəkməsi və 1-ci qrup əlil olması məhkəmə tərəfindən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 fevral 2006-cı il tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi” qaydasının 3.2-ci maddəsinə əsasən narkomanlıq xəstəliyinə düçar olmuş əlilliyi olan şəxslərə məcburi müalicə tətbiq oluna bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına, ailəsinin həyat şəraitinə təsirini, habelə özünün və qardaşlarının "Beta talassemiya böyuk forma" diaqnozu ilə Milli Hematologiya və X1 bölməsində dispanser qeydiyyatında olub mütəmadi olaraq müayinə və müalicəyə ehtiyacının olmasını və 1-ci qrup əlil olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə ona azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə icraatın aparılması zamanı həbsdə saxlama müddəti cəzaçəkmə müddətinə daxil edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 10 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, hal hazıra kimi həbsdədir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasının 02 günü azadlıqdan məhrumetmə cəzasının 01 gününə bərabər tutulur, odur ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 10 sentyabr 2022-ci il tarixdən bu günə 06 dekabr 2022-ci il tarixə olan 02 ay 26 günün bir günü təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının 02 gününə hesablanmaqla 05 ay 22 gün ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. İş üzrə maddi sübut olan və Yasamal rayon Polis İdarəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 27,115 qram narkotik vasitə heroin məhv edilməli və 01 ədəd DVD diski iş materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərcləri 92 (doxsan iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından «Verduktum» Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (yüz iyirmi) manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) ay 26 (iyirmi altı) günün bir günü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günə hesablanmaqla 05 (beş) ay 22 (iyirmi iki) gün müddət ona təyin olunmuş 02 (iki) il 06 (altı) ay azadlığın mədudlaşdırılması cəzasından çıxılmaqla qəti olaraq üzərində 02 (iki) il 08 (səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o dərhal məhkəmə iclas zalından həbsdən azad olusun. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqında iltizam qətimkan tədbiri seçilsin və barəsində seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Təqsirləndirilən şəxs davranışına nəzarət Bakı probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzası qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hüquqi yardımla bağlı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabından «Verduktum» Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (yüz iyirmi) manat məbləğində pul ödənilsin. İş üzrə maddi sübut olan və Yasamal rayon Polis İdarəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 27,115 qram narkotik vasitə heroin məhv edilsin. İş üzrə 01 ədəd DVD diski iş materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərcləri 92 (doxsan iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu, andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar