Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1888/2022 28.11.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri "Mərkəz" Vəkil Bürosunun vəkili Müdafiəçi Zülfiqar qızı və Təqsirləndirilən şəxs iştirakları ilə, 27 dekabr 1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 3 (üç) azyaşlı uşağı olan, həbs edilənədək Bakı şəhərində fəaliyyət göstərən 121 nömrəli tam orta məktəbdə gözətçi işləmiş, əvvəllər məhkum olunmayan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Rəhmanov küçəsi, döngə 1, ev 8-də qeydiyyatda olan və həbs edilənədək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və külli miqdarda psixotrop maddəni əldə edərək saxlayıb daşımışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi 10,570 qram külli miqdarda kustar üsulla hazırlanmış narkoik vasitə heroini, təmiz çəkisi 4,696 qram külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və təmiz çəkisi 0,807 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edərək üzərindəki əl çantasında saxlamaqla ünvan 1 ünvanınadək daşımış, həmin ünvanda yerləşən "xxxx" ASC-nin Sabunçu filialının inzibati binasının qarşısında özünü şübhəli apardığına görə Sabunçu rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün polis nəfərləri tərəfindən xx.xx.2022-ci il tarixdə, saat 02:00-da saxlanılaraq Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis bölməsinin ünvan 4 ünvanında yerləşən inzibati binasına gətirilmiş və orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı çiynindəki qara rəngli əl çantasının içərisindən 2 (iki) ədəd qapaqlı şəffaf plastik maye qabında gizlədilmiş, ayrıayrılıqda təmiz çəkiləri 0,290 qram, 0,089 qram, 0,130 qram, 2,890 qram, 0,440 qram, 0,425 qram, 0,024 qram və 0,408 qram olmaqla, ümumi təmiz çəkisi 4,696 qram olan kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin qablaşdırılmış 7 (yeddi) ədəd şəffaf polietilen və 1 (bir) ədəd kağız bükümlər, ayrı-ayrılıqda təmiz çəkiləri 9,430 qram və 1,140 qram olmaqla, ümumi təmiz çəkisi 10,570 qram olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin qablaşdırılmış 2 (iki) ədəd şəffaf polietilen bükümlər, ayrı-ayrılıqda təmiz çəkiləri 0,150 qram və 0,657 qram olmaqla, ümumi təmiz çəkisi 0,807 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana qablaşdırılmış 1 (bir) ədəd şəffaf polietilen və 1 (bir) ədəd gümüşü rəngli kağızdan hazırlanmış bükümlər aşkar edilərək götürülmüşlər. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, ustadır və ev təmiri ilə məşğul olmuşdur. O, usta kimi alçipan və santexnik işləri ilə məşğul olmuşdur. O, narkotik vasitə istifadəçisidir. Polis əməkdaşları tərəfindən saxlanıldığı gün onun üzərindən aşkar edilmiş narkotik vasitəni o, öz istifadəsi üçün əldə etmişdir. O, “Razin” kimi adlanan ərazidə olduğu vaxt 2 (iki) nəfər polis əməkdaşı yaxınlaşaraq onu saxlamışdır. O, saxlanılan zaman üzərində ümumilikdə 4-5 ədəd bükümdə narkotik vasitə heroin və marixuana, eləcə də psixotrop maddə metamfetamin olmuşdur. O, narkotik vasitədən yatmamaq üçün istifadə etmişdir. Belə ki, o, usta kimi gecələr işlədiyindən gecə yatmamaq üçün və səhərə qədər işləmək üçün narkotik vasitə və psixotrop maddədən istifadə etmişdir. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. O, törətdiyi əməldən çox peşamandır. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını və ona elan olunmuş ittiham üzrə yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, 19 iyun 2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində xidmətdə olarkən gecə saat 02:00 radələrində Leyla Məmmədbəyli küçəsində şəxsiyyətini sonradan müəyyən etdikləri Təqsirləndirilən şəxs moped nəqliyyat vasitəsində oturub telefon ilə oynadığını görmüşdür. Təqsirləndirilən şəxs hərəkətləri onlarda şübhə yaratdığından o, digər polis əməkdaşı ilə birlikdə Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmişlər və bundan sonra Təqsirləndirilən şəxs saxlamışlar. Bundan sonra Alim onlardan nəsə gizlətməyə çalışmış, sanki onlardan uzaqlaşmaq istəmişdir. Təqsirləndirilən şəxs bu şübhəli hərəkətləri onları daha da şübhələndirmişdir. Ona görə də onlar Təqsirləndirilən şəxs 13-cü Polis bölməsinə dəvət etmək və orada sonuncunun şübhəli olmasını araşdırmaq qərarına gəlmişlər. Sonra o və digər polis əməkdaşı Şahid2 Təqsirləndirilən şəxs 13-cü Polis bölməsinə aparmışlar. Orada təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və həmin vaxt sonuncunun üzərindən bir neçə bükümdə narkotik vasitə aşkar edilmişdir. Həmçinin Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə istintaqi zamanı elan edilib araşdırılmış ifadəsindən görünür ki, son vaxtlar xidmət apardıqları inzibati ərazidə oğurluqların sayının kəskin surətdə artması ilə əlaqədar o, iş yoldaşı Şahid2 ilə birlikdiə xx.xx.2022-ci il tarixdə, gecə saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisinə xidmətə çıxaraq ərazinin kənardan müşahidəsini aparmışlar və saat 02:00 radələrində qəsəbədəki Leyla Məmmədbəyli küçəsində yerləşən "xxxx" ASC-nin filialının yaxınlığında diqqətlərini bir nəfər əvvəllər tanımadıqları, ətrafdakı evlərin arasında gəzib dolaşmaqla sanki nə isə axtaran və bu hərəkətləri ilə də onlarda böyük şübhələr yaradan bir nəfər cəlb etmişdir. Onlar həmin şəxsdən şübhələnərək yaxınlaşıb özlərini təqdim edərək həmin şəxsdən ərazidə nə axtarması, harada yaşaması, kim olması, əvəllər məhkum olub-olmaması barədə suallar verməyə başlamışlar. Həmin şəxs onların polis əməkdaşları olduqlarını bilib narahat olmağa başlamış, verilən sadə sualları bir neçə dəfə təkrarən soruşaraq bir neçə saniyə fikirləşib çətinliklə cavablandırırmış, adını və soyadını belə zorla demişdir. Sorğu-sual zamanı həmin şəxsin Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yaşadığı məlum olduqda, saxlanıldığı ərazidə gecə vaxtı nə etməsinə dair suallarına cavab verə bilmədiyindən və danışdıqca sanki üzərində olan nəyisə gizlətməyə çalışdığı hiss olunduğundan qərara gəlmişlər ki, həmin şəxsi Polis bölməsinə aparıb üzərində şəxsi axtarış aparsınlar. Sonra onlar həmin şəxsi ərazi aidiyyəti üzrə Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis bölməsinə dəvət etmişlər, sonuncu da onlara etiraz etməmiş və bundan sonra onlar birlikdə xidməti avtomobilə əyləşərək yaxınlıqdakı Sabunçu RPİ-nin 13-cü Polis bölmsinin ünvan 5 ünvanında yerləşən inzibati binasına getmişlər. Orada növbədə olan təhqiqatçı Rafiq Babayev müvafiq sənədləşdirmə işlərinə başlamış, sonra saxlanılan şəxsin hüquqlarının müdafiə olunması üçün növbətçi vəkil dəvət olunmuşdur. Bundan sonra saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılacağı bildirilərək təklif olunmuşdur ki, üzərində saxlanılması qanunla qadağan olunmuş hər hansı bir predmet varsa təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və psixotrop maddə olmasını etiraf edərək əlini çiynindəki qara rəngli çantaya tərəf apararaq çantanın ağzını açıb masanın üzərinə qoymuş, daha sonra çantanın içərisindən 2 (iki) ədəd ağzı qapaqlı plastik maye qablarını çıxarıb masanın üzərinə düzmüşdür. Təhqiqatçı həmin plastik qabları açıb içərisindəki çoxsaylı sellofan və kağız bükümləri masanın üzərinə boşaltmış, bir-bir həmin bükümləri açaraq içərisinə baxış keçirmiş, həmin bükümlərin içərisində psixotrop maddəyə oxşar ağ rəngli kristal şəkilli kütlə, narkotik vasitə heroinə oxşar tünd qəhvəyi rəngli toz şəkilli kütlə və narkotik vasitə marixuanaya oxşar tünd yaşıl rəngli bitki mənşəli kütlə aşkar olunmuşdur. Saxlanılan şəxs bildirmişdir ki, həmin kütlələr narkotik vasitə heroin, marixuana və psixotrop maddə metamfetamindir, eləcə də həmin maddələri öz şəxsi istifadəsi üçün saxlanılmazdan bir qədər əvvəl tərəflərindən saxlanıldığı yerin yaxınlığından almışdır. Şahid ifadəsində, həmçinin bildirmişdir ki, saxlanılan Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması və ya konkret olaraq kiməsə satması, narkotik vasitə və psixotrop maddələrin satışı məqsədilə kiminləsə cinayət əlaqəsinə girməsi, üzərindən aşkar olunmuş narkotik vasitəni və psixotrop maddəni əldə etdiyi mənbə barədə hər hansı bir məlumatı yoxdur. Çünki onlar Təqsirləndirilən şəxs hər hansı bir məlumat əsasında deyil, sırf təsadüfən saxlamışlar, eləcə də Təqsirləndirilən şəxs əvvəllər tanımamışlar, narkotik aludəçisi olmasını bilməmişlər, barəsində hər hansı məlumata malik deyillər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 oxşar məzmunlu ifadə verməklə Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 iyun 2022-ci il tarixli raportdan (cild 1, iş vərəqə 4) görünür ki, həmin gün saat 02:00 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov küçəsi, Leyla Məmmədbəyli küçəsində yerləşən “Kapital Bankın” filialının qarşısında özünü şübhəli apardığı üçün polis əməkdaşları tərəfindən saxlanılmış və Sabunçu RPİ-nin 13-cü Polis bölməsinə aparılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 iyun 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 6) görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 iyun 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 21) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 iyun 2022-ci il tarixli şəxsi axtarış keçirilməsi və götürmə aparılması haqqında qərardan (cild 1, iş vərəqə 22) görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 iyun 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 24-25) görünür ki, həmin gün Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı o, üzərində olan qara rəngli çantanın içərisindən 2 (iki) ədəd şəffaf rəngli plastik qabı və 1 (bir) ədəd elektron tərəzini polis əməkdaşlarına təqdim etmişdir. Onun təqdim etdiyi şəffaf plastik qabların içərisindən 7 (yeddi) ədəd şəffaf sellofan və 1 (bir) ədəd kağız bükümlərə bükülmüş, içərisində kristal formada olan ağ rəngli maddə, 2 (iki) ədəd şəffaf selofana bükülmüş qəhvəyi rəngli toz şəkilli maddə, 1 (bir) ədəd şəffaf sellofan və 1 (bir) ədəd kağız bükümlərə bükülmüş qurudulmuş ot kütlə aşkarlanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 iyun 2022-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 7/655 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 30-32) görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 02 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,150 qram və 0,657 qram olmaqla, ümumi təmiz çəkisi 0,807 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqdim edilmiş 1 (bir) ədəd elektron tərəzinin üzərində bitki mənşəli narkotik maddələrin qalıqları yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 iyun 2022-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/3421 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 34-38) görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqata 1 (bir) ədəd zərfdə təqdim olunmuş 8 (səkkiz) ədəd bükümdə ümumi təmiz çəkisi 4,696 qram (ayrı-ayrılıqda təmiz çəkiləri 0,290 qram, 0,089 qram, 0,130 qram, 2,890 qram, 0,440 qram, 0,425 qram, 0,024 qram və 0,408 qram) ağ rəngli kristallardan ibarət maddələr xarici əlamətlərinə və tərkiblərindəki kimyəvi komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 2 (iki) ədəd bükümdə ümumi təmiz çəkisi 10,570 qram (ayrı-ayrılıqda təmiz çəkiləri 9,430 qram və 1,140 qram) qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və tərkiblərindəki kimyəvi komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqata 1 (bir) ədəd zərfdə təqdim olunmuş, 1 (bir) ədəd elektron tərəzinin üzərində heroinin və metamfetaminin izləri vardır, iz şəklində olduğu üçün heroinin və metamfetaminin çəkisini və bükümlərdəki heroinlə və metamfetaminlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş siyahılara əsasən heroin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in, metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»-in İ siyahısına daxildirlər. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 20 iyun 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 54-55) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 20 iyun 2022-ci il tarixli ərizədən (cild 1, iş vərəqə 74) görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 6 ünvanında axtarış və götürmə aparılmasına icazə vermişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 20 iyun 2022-ci il tarixli ərizədən (cild 1, iş vərəqə 75) görünür ki, X3 yaşadığı ünvan 6 ünvanında baxış və axtarış aparılmasına etiraz etməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 20 iyun 2022-ci il tarixli şəxsin icazəsi ilə axtarış aparılması haqqında qərardan (cild 1, iş vərəqə 76) görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 6 ünvanında axtarış aparılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 20 iyun 2022-ci il tarixli şəxsin icazəsi ilə axtarış aparılması haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 77-89) görünür ki, həmin gün Təqsirləndirilən şəxs yaşadığı ünvan 6 ünvanında axtarış aparılmış, lakin cinayət işi üzrə əhəmiyyət kəsb edən əşya və ya predmet aşkar edilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 20 iyun 2022-ci il tarixli Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-531/2022 saylı qərarından (cild 1, iş vərəqə 96-99) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli onun tutulduğu gündən, yəni 19 iyun 2022-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 20 iyun 2022-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan (cild 1, iş vərəqə 108) görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsini özündə əks etdirən 1 (bir) ədəd diskin maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 iyun 2022-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan (cild 1, iş vərəqə 109-110) görünür ki, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 10,470 qram təşkil edən narkotik vasitə heroinin, qalıq çəkisi 4,456 qram təşkil edən psixotrop maddə metamfetaminin, qalıq çəkisi 0,767 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuananın, 1 (bir) ədəd “Digital Scale” markalı elektron tərəzinin maddi sübut kimi tanınaraq Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 iyul 2022-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 113) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 15 avqust 2022-ci il tarixli mobil telefon cihazının yaddaşına baxış keçirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 146) görünür ki, Təqsirləndirilən şəxs məxsus “Redmi 9” markalı mobil telefona baxış keçirilmiş, lakin Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasına dəlalət edən hər hansı bir məlumat müəyyən edilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 27 avqust 2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 4787 nömrəli rəyindən (cild 1, iş vərəqə 161-162) görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 sentyabr 2022-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 148) görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəyə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək daxil olmuş və çıxan zənglərin, mesajların siyahısı, mətnləri, anten dairələri barədə məlumatlar əks olunmuş 1 (bir) ədəd diskə baxış keçirilmiş, lakin Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasına dəlalət edən hər hansı bir məlumat müəyyən edilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 sentyabr 2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin” X10 2506 nömrəli rəyindən (cild 1, iş vərəqə 163-165) görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda və törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin və psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmur, həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuş, ona görə törətdiyi əməllər barədə anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır, məcburi müalicəyə ehtiyacı yoxdur, cinayət işi üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək iqtidarına malikdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 30 sentyabr 2022-ci il Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sabunçu RPİ-nin 13-cü PB-nin məktubundan (cild 1, iş vərəqə 160) görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvanda narkotik vasitə və ya psixotrop maddələrin istehlakı üçün tiryəkxana təşkil etməsi təsdiq olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 05 oktyabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi, əməlin tövsif edilməsi və cinayət işindən ayrıca icraata cinayət işinin ayrılması haqqında qərardan (cild 1, iş vərəqə 167-178) görünür ki, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməsi, ona həmin maddə ilə ittiham elan edilməsi, barəsində Cinayət Məcəlləsinin 206.2, 234.4.1, 234.4.2, 234.4.3 və 238-ci maddələri ilə cinayət təqibinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 08 oktyabr 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 181- 182) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə yeni ittiham elan olunması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 oktyabr 2022-ci il tarixli Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-860/2022 saylı qərarından (cild 1, iş vərəqə 221-223) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 20 (iyirmi) gün müddətinə, yəni 08 noyabr 2022-ci il tarixədək uzadılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 03 yanvar 2006-ci il tarixli elektrokardioqrammadan (cild 1, iş vərəqə 125) görünür ki, Təqsirləndirilən şəxs sinus aritmiyası, ürəyin elektrik oxunun normal pozisiyada yerləşməsi, hiss dəstəsinin sağ ayaqcığının natamam blokadası, sol mədəciyin hipertrofiyasının əlamətləri, erkən repolyarizasiya sendromu aşkar olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 06 yanvar 2006-ci il tarixli səhhətin müayinə edilməsi barədə tibbi arayışdan (cild 1, iş vərəqə 124) görünür ki, Təqsirləndirilən şəxs uzun müddətdir ki, ürək xəstəliklərindən əziyyət çəkir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 07 iyul 2011-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən (cild 1, iş vərəqə 116) görünür ki, xx.xx.2011-ci il tarixdə X8 doğulmuş, onun anası X3, atası isə Təqsirləndirilən şəxsdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 22 aprel 2014-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən (cild 1, iş vərəqə 118) görünür ki, xx.xx.2013-cü il tarixdə X4 doğulmuş, onun anası X3, atası isə Təqsirləndirilən şəxsdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən (cild 1, iş vərəqə 120) görünür ki, xx.xx.2021-ci il tarixdə X4 doğulmuş, onun anası X3, atası isə Təqsirləndirilən şəxsdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı şəhəri 121 nömrəli tam orta məktəb tərəfindən verilmiş xasiyyətnamədən (cild 1, iş vərəqə 123) görünür ki, Təqsirləndirilən şəxs iş yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X2 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermiş, lakin ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 5-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə heroin və 2-ci Siyahısının 67-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan artıq çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini, külli miqdarda psixotrop maddə metamfetamini və narkotik vasitə qurudulmuş marixuananı əldə etmiş, daha sonra isə üzərində saxlayaraq daşımışdır. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə heroini, külli miqdarda psixotrop maddə metamfetamini, habelə narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların müəyyən edilməsi Təqsirləndirilən şəxs əməlinin tövsifində mühüm və başlıca rol oynayır. Belə ki, məhkəmə istintaqında müəyyən edilmişdir ki, Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü Polis bölməsinin əməkdaşları xx.xx.2022-ci il tarixdə gecə saatlarında xidmətdə olarkən ünvan 1 ünvanınada yerləşən "xxxx" ASC-nin filialının qarşısında olan Təqsirləndirilən şəxs hərəkətlərindən şübhələnərək ona yaxınlaşmışlar, həmin vaxt Təqsirləndirilən şəxs özünü şübhəli apardığından bu kimi hərəkətləri polis əməkdaşlarında yaranmış şübhəni daha da artırmış və nəticədə polis əməkdaşları həmin vaxt Təqsirləndirilən şəxs saxlayaraq Sabunçu RPİ-nin 13-cü Polis bölməsinə dəvət etmişlər. Polis Bölməsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı onun üzərində olan qara rəngli çantanın içərisindən təmiz çəkisi 10,570 qram təşkil edən külli miqdarda narkoik vasitə heroin, təmiz çəkisi 4,696 qram təşkil edən külli miqdarda psixotrop maddə metamfetamin və təmiz çəkisi 0,807 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana və 1 (bir) ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs şəxsi axtarış keçirilən zaman üzərindən aşkar edilmiş narkotik vasitə heroinin və marixuananın, psixotrop maddə metamfetaminin çəkisini, olduqları bükümlərin sayını, eləcə də aşkarlanmış vasitə və və maddələrin növünü, eləcə də elektron tərəzinin özünə məxsus olmasını mübahisələndirməmişdir. İbtidai istintaqın sonraki mərhələlərində və məhkəmə istintaqı zamanı da Təqsirləndirilən şəxs üzərindən aşkarlanmış narkotik vasitələrin və psixotrop maddənin çəkisini, bükümlərin sayını və növünü mübahisələndirməmişdir. Əksinə Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi şəkildə etiraf edirək dəfələrlə əməlindən peşman olduğunu bildirmişdir. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Bundan başqa, Təqsirləndirilən şəxs istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə istintaqı zamanı heç vaxt narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, üzərindən aşkar olunmuş narkotik vasitələri və psixotrop maddəni məhz öz istifadəsi üçün əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi qeyd edilən hissədə xüsusat şahid ifadələri, eləcə də cinayət işinin materialları ilə təsdiq olunmuşdur. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs tutulduqdan sonra ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülsə və həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb olunsa da, sonradan aparılan ibtidai araşdırma zamanı təqsirləndirilən şəxsin narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması faktı öz təsdiqini tapmamışdır. Bu səbəbdən də Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif olunmuşdur. Göstərilənləri həm məcmu halda, həm də ayrı-ayrılıqda təhlil edib və əldə olunan nəticəni nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs həqiqətən də üzərindən aşkar edilmiş külli miqdarda narkotik vasitə heroini, külli miqdarda psixotrop maddə metamfetamini, habelə narkotik vasitə qurudulmuş marixuananı məhz satış məqsədi olmadan, başqa sözlə, şəxsi istifadəsi üçün qanunsuz olaraq əldə edib saxlamaqla daşımışdır. Ona görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cavan olmasını, əvvəllər məhkum olunmamasını, evli olmaqla, himayəsində 3 (üç) azyaşlı uşağının olmasını, iş yeri üzrə müsbət xarakterizə olunmasını, uzun müddət ərzində ürək xəstəliyindən əziyyət çəkməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir və qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal və ya hallar müəyyən edilmədi. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, işin digər hallarını və onun ürək xəstəliyindən əziyyət çəkməsini nəzərə alaraq, belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasına əsasən aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1- 1-ci maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 19 iyun 2022-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan olan narkoloji rəyə əsasən Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 10,470 qram təşkil edən narkotik vasitə heroin, qalıq çəkisi 4,456 qram təşkil edən psixotrop maddə metamfetamin, qalıq çəkisi 0,767 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana, 1 (bir) ədəd “Digital Scale” markalı elektron tərəzi məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsini əks etdirən 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs məxsus “Redmi 9” markalı mobil telefon isə onun yaxın qohumlarına qaytarılmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 186 (yüz səksən altı) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 186 (yüz səksən altı) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 19 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 10,470 qram təşkil edən narkotik vasitə heroin, qalıq çəkisi 4,456 qram təşkil edən psixotrop maddə metamfetamin, qalıq çəkisi 0,767 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana, 1 (bir) ədəd “Digital Scale” markalı elektron tərəzi məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsini özündə əks etdirən 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın, Təqsirləndirilən şəxs məxsus “Redmi 9” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 186 (yüz səksən altı) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1888/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1888/2022
28.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver