Məhkəmə qərarları › İş №1(101)-1888/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1888/2024

15.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1888/2024 15.10.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Qəniyev Faiq Əsəd oğlu və X3 ibarət tərkibdə Məhkəmə iclasının katibi: X8 və X15 oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və X4, Müdafiəçi: Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1990-cı ildə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Beyləqan rayonu, SMD 4 qəsəbəsində qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Şuşa şəhərciyi, nömrəsiz fərdi evdə yaşamış, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ona görə ki, o, 28 fevral 2024-cü il tarixdə axşam saatlarında Suraxanı rayonu, Bülbülə qəsəbəsi ərazisində X1 məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 2,603 qram olan psixotrop maddə metamfetamin əldə edərək üzərində saxlamaqla daşımış, Bakı şəhəri Suraxanı rayon Polis idarəsinin 33-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 29 fevral 2024-cü tarixdə saat 15:00 dəqiqədə ünvan 1 ünvanının yaxınlığında saxlanılaraq Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Q yaşayış sahəsi 25 ünvanında yerləşən Suraxanı RPİ-nin 33-cü PB-nə aparılmış və orada üzərində şəxsi axtarış aparılarkən əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 02 (iki) ədəd ağ rəngli kağız bükümdə bir bükümdə təmiz çəkisi 2,603 qram olan kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və digər bükümdə təmiz çəkisi 0,11 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, taksi fəaliyyəti ilə məşğul olmuşdur. 33-cü Polis Bölməsinin əməkdaşları yaxınlaşmış və onu aparmaq istəmişlər. Nə üçün aparmaq istədiklərini soruşduqda bölməyə getdikdə aydınlaşdıracaqlarını demişlər. Onu bölməyə aparmışlar, araşdırma nəticəsində üzərindən 0,1 qr miqdarında psixotrop maddə aşkar etmişlər və balaca bükümdə marixuana. Marixuananın çəkisini bilmir. Sonra kimdən aldığını, necə olduğunu soruşmuşlar. O adam başına 20 manat qoymaqla Sabirin tanışından aldığını demişdir. Sabirin tanışının kim olduğunu bilmir. Onu saxladıqdan sonra Suraxanı rayon Polis İdarəsinə göndərmişlər. 48 saat orada saxlanıldıqdan sonra iş məhkəməyə getmişdir. Üstündə olan 0,1 qr maddə videoçəkilişlə üzərindən götürülmüşdür. X10 salam-sağolu olan şəxs kimi tanıyır. Narkotik və ya psixorop maddə lazım olan zaman Sabirə tanışlarından tapması üçün deyirmiş. Adətən marixuana istifadə edirmiş, metamfetamin yox. Metamfetamini falqaya büküb çəkməklə istifadə edirmiş. Saxlanılan zaman üzərində “Şüşə” adlanan maddə olmuşdur. Miqdarı 0,1 qram imiş. Üzərində çox az miqdarda marixuana da olmuşdur. Çəkiləri verdiyi pulun miqdarına uyğun demişdir. Cinayət işinin məhkəməyə 234.1-1-ci maddəsi ilə gödərildiyini müstəntiq dedikdən sonra bilmişdir. İbtidai istintaq zamanı ifadələri tam olaraq oxumamışdır, amma demişdir ki, özü üçün istifadə edir. Müstəntiq ifadələri ona oxumamışdır. Taksi fəaliyyətinə təzə başlamışdır. Narkotik vasitə qəbul edən zaman taksi kimi işləmirmiş. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Suraxanı RPİ-nin 33-cü Polis Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış məlumatı daxil olmuşdur. Məlumat ondan ibarət imiş ki, həmin şəxs üzərində şəxsi istifadə üçün 1 büküm narkotik vasitə daşıyır. Onlar kiçik əməliyyat müvəkkili Şahid2la şəxsin olduğu yerə yaxınlaşmış və onu 33-cü polis şöbəsinə dəvət etmişlər. Şöbədə üzərinə baxış keçirilən zaman üzərindən 1 büküm metamfetamin və 1 büküm “nəşə” çıxmışdır. Özü də şəxsi istifadə üçün üzərində daşıdığını qəbul etmişdir. X17 D massivində saxlamışlar. Saxlayarkən 2 nəfər olmuşlar. Müdafiəçini təhqiqatçı çağırmışdır. Təqsirləndirilən şəxsi bu işlə əlaqədar tanıyırmış. Saxlayarkən heç bir müqavimət olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 digər Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs onun üzərində ittiham aktında qeyd olunan miqdarda narkotik vasitənin olmamasına dair verdiyi ifadəsi ilə məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin bir-birinə, habelə işin faktiki hallarına uyğun olan ifadələri ilə, eyni zamanda iş materiallarında olan sübutlarla təkzib olunduğundan məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq, inandırıcı saymır və onun ifadəsini özünü müdafiə edilməsi kimi qiymətləndirir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan 29 fevral 2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası DİN-in Suraxanı RPİ-nin 33-cü Polis Bölməsinin təhqiqatçısı, polis kapitanı X5 tərəfindən tərtib edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” 29 fevral mart 2024-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmənin videoçəkiliş vasitəsi ilə aparılacağı barədə məlumat verilmiş, o, etiraz etmədiyini bildirdikdən sonra, onu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra o, əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd içərisində psixotrop maddə metamfetamin olan və bir ədəd içərisində narkotik vasitə qurudulmuş marixuana olan ağ rəngli kağız bükümləri çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər açıldıqda məlum olmuşdur ki, bükümün arasında narkotik vasitəyə bənzər kütlə vardır. Təqsirləndirilən şəxs təqdim etdiyi ağ rəngli kağız bükümlərdən birinin içərisində psixotrop maddə metamfetamin, digərində isə narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitələri Suraxanı rayonu, Bülbülə qəsəbəsi ərazisində tanıdığı Sabir adlı şəxsdən ümumilikdə 20 manata aldığını və öz istifadəsi üçün üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı başqa heç nə aşkar edilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-6/1244 nömrəli rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Arayışlar üçün No 171” dairəvi möhür əksləri olan, “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar...” sözləri, ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 01 ədəd sellofan bükümdə təmiz çəkisi 2,603 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Üzərində“Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar...” sözləri, ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə olan metamfetamin üzərində “Vət. X7 üzərindən aşkar...” sözləri, ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə olan metamfetaminlə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidir. Qeyd: metamfetaminin təmiz çəkisi-2,603 qram, tədqiqata sərf edildi-0,050 qram, qalıq-2,553 qram (ekspertiza tədqiqatın dəyəri 65 (altmış beş)) Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəməbioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-7/345 nömrəli rəyində göstərilir ki, üzərində “ Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış zərfdə oln bir ədəd kağız bükülüdə təmiz çəkisi 0,11 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə kannabis bitkisində kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Vət M.B.Novruzovdan və S.S.Kazımovdan götürülmüş marixuanalar tərkiblərinə görə eynidirlər.Qeyd: marixuananın təmiz çəkisi-0,11 qram, tədqiqata sərf edildi-0,02 qram, qalıq-0,09 qram (ekspertiza tədqiqatın dəyəri 72 (yetmiş iki)manat) Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan “diskə baxış keçirilməsi barədə” 02 mart 2024-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə Suraxanı RPl-nin 33-cü PB-nin inzibati binasında şəxsi axtarış keçirilən zaman çəkilmiş və diskə köçürülmüş özündə videogörüntüləri əks etdirən bir ədəd bir fayldan ibarət cd diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet olması barədə sual verilmiş, Təqsirləndirilən şəxs qara rəngli idman şalvarının sağ yan cibindən 02 (iki) ədəd ağ rəngli bükümü təqdim edərək bükümlərdən 01 ədədinin içərisindəki “şüşə” kimi tanıdığı psixotrop maddə olan metamfetamin və 01 ədəd digər bükümün içərisindəki isə “ot” kimi tanıdığı narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Həmin psixotrop maddə metamfetamini Suraxanı rayonu, Bülbülə qəsəbəsi ərazisində tanıdığı Sabir adlı şəxsdən 20 manat ödəməklə, digər narkotik vasitə qurudulmuş marixuananı isə 10 manat ödəməklə şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Cinayət işindən müəəyyən olunur ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 5(010)-201/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Suraxanı RPİ-nin 33-cü Polis Bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid1 əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair 29 fevral 2024-cü il tarixli qərarı qanuni hesab edilmişdir Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Bakı şəhəri Sabunçu RİHB-nın Ramana qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən təqdim olunmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X13 Şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2023-cü il tarixli, 1692 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomanıya xəstəlıyı) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyi hallarını nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəza seçilməli və cəzasını tutulduğu vaxtdan, yəni 15 oktyabr 2024-cü il tarixdən hesablanmaqla ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş materiallarından müəyyən edilir ki, məhkəmə ekspertizasının rəylərinin verilməsi üçün aparılmış tədqiqatın ümumi dəyəri 137 (yüz otuz yeddi) manat təşkil edir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və DİN–in Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,553 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 0,09 qram çətənə kannabis bitkisində kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən, həmin istintaq hərəkətinin videoçəkilişini özündə əks etdirən 01 ədəd dvd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 137 (yüz otuz yeddi) manat alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia yoxdur. hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı hər günü azadlıqdan məhrum etmə cəzasının 1 (bir) gününə bərabər tutulmaqla, həmin 2 (iki) gün təyin edilmiş cəza müddətindən çıxılmaqla, Təqsirləndirilən şəxs qəti olaraq 2 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 15 oktyabr 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam”qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbs edilsin, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 137 (yüz otuz yeddi) manat alınaraq dövlət büdcəsinə keçirilsin. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və DİN–in Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,553 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 0,09 qram çətənə kannabis bitkisində kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən, həmin istintaq hərəkətinin videoçəkilişini özündə əks etdirən 01 ədəd dvd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Faiq Qəniyev Elmin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar