Məhkəmə qərarları › İş №1(101)-1889/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1889/2025

16.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1889/2025 16.01.2026 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), X9 və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclas katibi – X3, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 21 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, ölmüş Təqsirləndirilən şəxs hüquqi varisi X5 iştirakı ilə, xx xxxx 1971-ci ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi qaydada əməklə məşğul olmuş, müddətsiz İ dərəcəli əlil olmuş, məhkumluğu olmayan, Göyçay rayonu Bakı küçəsi ev 89 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri Binəqədi rayonu 2-ci mədən nömrəsiz ünvanda kirayədə yaşamış, 10 dekabr 2025-ci il tarixdə vəfat etmiş Təqsirləndirilən şəxs (Fin: xxxxxxx) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 16 yanvar 2026-cı il tarixdə, saat 12:35-də Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:

1. Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli və xüsusilə külli miqdarda narkotik vasitəni əldə edib sataraq qazanc əldə etmək məqsədilə qeyriləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında öz aralarında rolları bölüşdürdükdən sonra 19 iyun 2025-ci il tarixdə əvvəlcədən aralarında olan razılaşmaya əsasən qrupun digər üzvü tərəfindən Bakı şəhəri ünvan 3ndə ağaclıq ərazidə gizlədilmiş 1(bir) ədəd ağ rəngli torbada içərisində külli miqdarda ümumi çəkisi 3505 qram olan 3(üç) ədəd polietilen bağlamadakı ayrı-ayrılıqda təmiz çəkiləri 1160 qram, 1150 qram və 1195 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 1(bir) ədəd üzəri yapışqan lentlə bağlanmış sellofan bağlamada xüsusilə külli miqdarda təmiz çəkisi 1270 qram olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib saxlamaqla üzərində daşımış, oradan uzaqlaşan zaman həmin ünvanda və həmin gün saat 00:18-də Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin (bundan sonra mətndə-Binəqədi RPİ-nin NMB) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq, orada üzərinin yoxlanılması zamanı əlində olan 1(bir) ədəd ağ rəngli torbada içərisində külli miqdarda ümumi çəkisi 3505 qram olan 3(üç) ədəd polietilen bağlamadakı ayrı-ayrılıqda təmiz çəkiləri 1160 qram, 1150 qram və 1195 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 1(bir) ədəd üzəri yapışqan lentlə bağlanmış sellofan bağlamada xüsusilə külli miqdarda təmiz çəkisi 1270 qram olan tünd qəhvəyi rəngli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Tərəflərin bildirdiyi və təqdim etdiyi işin halları və dəlilləri:

2. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək 19 noyabr 2025-ci il tarixli məhkəmə baxışı üzrə məhkəmə iclası zamanı verdiyi ifadəsində göstərdi ki, sinir sistemindəki xəstəliyi ilə əlaqədar əlilliyi vardır. Bədənində yaranan ağrıları üçün istifadə etdiyi ağrıkəsicilər ağrılarını kəsmədiyindən narkotik vasitə heroindən istifadə etmiş, lakin narkotik vasitə heroindən istifadə etməsinə baxmayaraq ağrılarını sakitləşdirə bilməmişdir. Ailə üzvlərinin yaşadığı evdə cavan gəlin olduğundan başqa evdə kirayə yaşamışdır. Bacısı oğlu 18 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Məhəmməd adlı şəxslə söhbət zamanı bacısı oğlu ilə birlikdə 1 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkdiyini və ona ağrılarını kəsməsi üçün psixotrop maddə metamfetamin gətirəcəyini bildirmişdir. Məhəmmədin ona gətirdiyi psixotrop maddə metamfetamindən istifadə etdikdə ağrılarının azaldığını hiss etmiş, bu səbəbdən Məhəmməd onun xahişi ilə hər gün və ya iki gündən bir həmin maddədən ona 1 qram gətirmişdir. Günlərin birində Məhəmməd ona psixotrop maddə gətirmədiyindən sonuncu ilə əlaqə saxlamış, Məhəmməd isə ona psixotrop maddə gətirə bilməyəcəyini deyərək evinin ünvanını göndərəcəyini və taksi ilə evinə gəlməsini bildirmişdir. O, Məhəmmədin evinə getmiş, sonuncu orada ona psixotrop maddə metamfetamin vermiş, lakin həmin maddənin təsirinin az olduğunu hiss etmişdir. Məhəmməd söhbət zamanı növbəti gün iranlı Rza adlı şəxsin ona 3 kiloqram narkotik vasitə gətirəcəyini, habelə ona yük gəldiyini, həmin yükün yaxınlıqda olduğunu deyərək birlikdə gedib götürmələrini təklif etmişdir. O, Məhəmmədin bildirdiyi ünvan 3 ünvanına getdikdə orada ağ kisə olduğunu görüb Məhəmmədə zəng edib bu barədə demiş, sonuncu isə həmin yerə özünün getməli olduğunu, lakin ünvanları səhv saldığını bildirmişdir. O, Məhəmməddən nə etməli olduğunu soruşduqda, sonuncu ona lazım olan maddənin həmin kisənin içərisində olduğunu, lazımı maddəni oradan götürməsini bildirmişdir. O, kisəni götürüb təxminən 10 metr uzaqlaşdıqdan sonra polis əməkdaşları videoçəkilişlə ona yaxınlaşaraq saxlamışlar. O, qeyd edilən ünvana 2 qram psixotrop maddə metamfetamin götürmək üçün getsə də orada olan kisəni götürmüşdür. Bu səbəbdən polislər həmin kisənin ona məxsus olubolmamasını soruşduqda etiraz etməmişdir. Məhəmməd ona həmin kisəni açıb baxmamasını tapşırmış, həmçinin hava qaranlıq olduğundan kisənin içərisindən ona lazım olan maddəni yerində tapmaq mümkün olmayacağından kisəni açıb içərisinə baxmamışdır. Polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki və ya psixi təzyiq olmamış, pis rəftara məruz qalmamışdır. Polis əməkdaşları onun saxlanıldığı ünvana üç avtomobildə gəlmişlər. Məhəmməd isə polislərin onu saxladığını görüb qaçıb getmişdir. Belə ki, polis əməkdaşları tərəfindən saxlanıldığı yer qaranlıq olduğundan, sonuncular onu 5-10 metr kənara aparıb ondan aşkar edilən bağlamanı açıb içərisinə baxarkən Məhəmməd kənardan onun saxlanıldığını görüb oradan qaçıb getmişdir.

3. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs 19 noyabr 2025 və 3 dekabr 2025-ci il tarixli məhkəmə baxışı üzrə məhkəmə iclaslarında ifadəsinə əlavə edərək göstərdi ki, 18 iyun 2025-ci il tarixdə, təxminən saat 20:00 radələrində Məhəmmədlə eyni kafedə oturub yemək yeyərkən sonuncu iranlı tərəfindən məkan göndəriləcəyini bildirmişdir. Gecə saat 23:00 radələrində iranlı Rza ona zəng edərək məkanı göndərəcəyini deyərək saat 00:00-a az qalmış ünvanı göndərmişdir. Bundan sonra Məhəmmədlə birlikdə göndərilən məkana getmiş, orada yol iki istiqamətə ayrılmış, Məhəmməd özünə aid maddələri götürmək üçün bir istiqamətə, o isə götürəcəyi maddə üçün digər istiqamətə doğru getmişdir. Rza ona da, Məhəmmədə də ayrı-ayrı məkanlar göndərmişdir. O, ünvandan götürdüyü kisəni açıb içərisinə baxmamışdır. Polis əməkdaşları onu saxladıqda Məhəmməd qaçaraq oradan uzaqlaşmışdır. Məhəmmədin soyadını və ya atasının adını bilmir. Məhəmmədin Binəqədi rayonunda yaşadığını bilsə də dəqiq ünvanı barədə məlumatı yoxdur. Saxlanılan zaman üzərindən aşkar olunmuş siqaret paketinin içərisində hər hansı qanunsuz maddə olmamış, həmin paketi siqaret çəkmək üçün üzərində saxlamışdır. 055 609-83-06 mobil telefon nömrəsi onun özünə məxsusdur. İbtidai araşdırma zamanı müstəntiq ona çoxsaylı sənədlər təqdim etmiş, o isə yazıb oxuya bilmədiyindən ona təqdim olunan sənədlərin müstəntiq tərəfindən oxunmasını istəmiş, lakin sonuncu ondan sənədləri tələsik imzalamasını tələb etmişdir. Həmin vaxt vəkili də yanında olmuş, sonuncu da ona təqdim edilmiş sənədləri imzalamasını bildirmişdir. O həmin vaxt özünü təzyiq altında hiss etmişdir. İbtidai istintaq dövründə narkotik vasitəni satması və ya satışı ilə məşğul olması ilə bağlı hər hansı ifadə işlətməmiş, ümumiyyətlə ibtidai istintaq dövründə ətraflı dindirilməmişdir. O, polis əməkdaşları tərəfindən saxlanıldığı ünvana ondan aşkar edilmiş xüsusilə külli miqdarda narkotik vasitələri götürmək üçün deyil, cəmi 2 qram psixotrop maddə metamfetamin götürmək üçün getməsi barədə müstəntiqə bildirmişdir. Təhqiqatçının otağında ondan aşkar edilmiş əşyalara baxılarkən onların içərisində psixotrop maddə metamfetamin olmamış, lakin marixuana və heroin olmuşdur. O, ittihamda qeyd olunan ünvana 2 qram çəkidə psixotrop maddə metamfetamin götürmək üçün getməsinə baxmayaraq, orada olan içərisindən narkotik vasitələr aşkar edilmiş torbanı şəxsən götürmüş, həmin maddələr ona polis əməkdaşları tərəfindən verilməmiş və ya bağlamanın içərisinə polis əməkdaşları tərəfindən digər hər hansı başqa maddələr əlavə olunmamışdır. O, saxlanılarkən üzərinə yerində videoçəkilişlə yoxlama keçirilmişdir.

4. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə 19 iyun 2025-ci il tarixdə şübhəli, 20 iyun 2025 və 18 sentyabr 2025-ci il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadələr elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs həmin ifadələrdə özünü tam təqsirli bilərək göstərmişdir ki, o, narkotik vasitə aludəçisidir. 18 iyun 2025-ci il tarixdə günorta saatlarında onunla İran İslam Respublikasında yaşayan, narkotiklərin alışı və satışı ilə məşğul olan “Rza” adlı şəxs “Whatsapp” sosial şəbəkəsi vasitəsilə əlaqə saxlayıb rayondan narkotik vasitə gəldiyini və 3 kq nəşə, 1 kq kakos, 1 kq şüşə və 20 list də M40 göndərəcəyini, qeyd olunan narkotik vasitələri Binəqədi rayonu ərazisində ona məkan atacağını, həmin məkanda bağlamada olan narkotik vasitəni oradan götürüb onun dediyi ünvanlara çatdıracağını, bunun müqabilində isə ona pul verəcəyini bildirmişdir. Daha sonra o, İran vətəndaşı ilə “Whatsapp” sosial şəbəkəsində əlaqə saxlayaraq ona Binəqədi rayonu ərazisində olduğunu və ona məkan atmasını bildirmişdir. Rza adlı İran vətəndaşı ona həmin gün saat 23 radələrində “Whatsapp” sosial şəbəkəsi vasitəsilə məkan atmışdır. 19 iyun 2025-ci il tarixdə, saat 00:18 radələrində həmin məkanda yəni, Bakı şəhəri Binəqədi rayonu Həmidəxanım Məmmədquluzadə küçəsində əvvəlcədən gizlədilən yerdə saxlanılan 1 (bir) ədəd ağ rəngli torbanı götürmüşdür. Daha sonra həmin bağlama ilə yolla bir qədər hərəkət edən zaman bir neçə şəxs ona yaxınlaşaraq özlərini Binəqədi RPİ-nin əməkdaşları kimi təqdim edərək videoçəkiliş aparmağa başlamış və ona kənara işıqlı tərəfə çəkilməyini bildirmişlər. Bundan sonra onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində, üzərində saxlayıb gəzdirməyində şübhəli olduğunu bildirib hüquq və vəzifələri izah olunaraq üzərində qanunla qadağan olan hər hansı əşyanın olub-olmaması soruşulmuşdur. O, polis əməkdaşlarına əlində olan ağ torbanın içərisində narkotik vasitələr olmasını bildirmişdir. Daha sonra polis əməkdaşları 1(bir) ədəd ağ rəngli ağzı şəffaf skoçla bağlanmış torbanın ağzını açıb içərisindən 4(dörd) ədəd bağlamada olan narkotik vasitəyə bənzər maddəni müəyyən etmişlər. Həmin bağlamalar tərəzidə çəkilmiş və 1-ci bükümün çəkisinin təxminən 1202 qram, 2-ci bükümün təxminən çəkisinin 1244 qram, 3-cü bükümün çəkisinin təxminən 1203 qram və 4 cü bükümün çəkisinin isə təxminən 1306 qram olması müəyyən edilmişdir. Daha sonra polis əməkdaşları onun üzərinə baxış keçirmiş və əynində olan qəhvəyi rəngli gödəkçənin sol cibindən bir ədəd USB naqili, bir ədəd cib dəsmalı, boz rəngli cins şalvarının sol cibindən iki ədəd siqaret dənəsi, şalvarının qabaq sağ cibindən bir ədəd alışqan, iynə başlığı, bir ədəd USB naqili, eyni zamanda üzərində “Maqna” yazısı olan içərisində 11 ədəd siqaret və arxa sağ cibindən bir ədəd “Samsung” markalı mobil telefonu və bir ədəd alışqan aşkar edilmişdir. Aşkar edilən əşyalar qablaşdırılaraq möhürlənmişdir (Cild 1, iş vərəqi (bundan sonra mətndə - i.v.) 64- 65; 69-71; 95-98; 198-201;). Təqsirləndirilən şəxs qeyd edilən ifadələrin sonunda kiril qrafikası ilə öz əlyazması ilə həmin ifadələri oxuması, doğru olması, əlavəsi olmaması, doğruluğunu imzası ilə təsdiq etməsinə dair qeyd aparmaqla imzalamışdır.

5. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.

6. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir.

7. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Binəqədi RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, etimad doğuran, dəqiq və qərəzsiz mənbədən daxil olmuş məlumatda xx xxxx 1971-ci ildə Göyçay şəhərində anadan olmuş Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edərək üzərində saxlayaraq gəzdirməsi bildirildiyindən həmin əməliyyat məlumatını yoxlamaq məqsədilə Binəqədi RPİ-nin Cinayət axtarış şöbəsinin kiçik inspektorları polis baş serjantı Şahid4 və polis kiçik serjantı Şahid3, NMB-nin baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı Şahid2 tərəfindən əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş və 18 iyun 2025-ci il tarixdə Şahid2 rəhbərliyi ilə əməliyyat qrupu təşkil olunmuşdur. Bundan sonra qrup üzvləri ilə birlikdə məlumat əsasında 19 iyun 2025-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi H.Məmmədquluzadə küçəsinin yaxınlığına gedilmiş və həmin gün, saat 00:18 radələrində xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs ilə üst-üstə düşən şəxsin olmasını və özünü şübhəli apardığı görülərək, həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər və həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Sonra həmin şəxsə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama və daşımasında şübhəli olduğunu bildirdikdən sonra saxlamışlar. Bundan sonra yerində videoçəkilişlə üstünü yoxlama və götürmə əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əlindəki ağ torbanın içərisində olan dörd bağlamanın narkotik vasitə olduğunu bildirmişdir. Üstünü yoxlama və götürmə aparılmazdan əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən külli miqdarda narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əlindəki ağ rəngli kisədə olan 4 (dörd) ədəd qara rəngli bağlamanı çıxararaq təqdim etmişdir. Qara rəngli bağlamalardan biri bıçaqla kəsildikdə içərisində qəhvəyi rəngli, spesifik iyli, toz şəkilli narkotik maddəyə bənzər kütlə olduğu aşkar edilmiş, həmin kütlə elektron tərəzidə çəkilərək çəkisinin 1302.0 qram olması müəyyən edilmişdir. Bundan sonra, digər qara rəngli, iri həcmli bağlamalar kəsildikdə hər birinin içərisində yaşıl rəngli, bitki mənşəli narkotik vasitəyə bənzər kütlələr olması aşkar edilmiş, həmin kütlələr elektron tərəzidə çəkildikdə ayrı-ayrılıqda çəkilərinin 1237.0 qram, 1194.5 qram və 1198.0 qram olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs üstü yoxlanılan zaman əlindəki bir ədəd alışqan, qəhvəyi rəngli gödəkçəsinin sol cibindən cib dəsmalı, USB naqil, şalvarının sol cibindən iki ədəd siqaret, sağ cibindən alışqan, iynə başlığı içərisində 11 ədəd siqaret olan “Maqna” markalı siqaret qutusu, şalvarın arxa sağ cibindən “Samsung” markalı telefon və alışqan aşkar edilmişdir. Bundan sonra 4(dörd) ədəd qara rəngli bağlama ağ rəngli torbaya yenidən qoyulmuş, telefon və üzərindən çıxan digər əşyalar isə istintaq əhəmiyyəti daşıdığından ağ rəngli zərfə qoyularaq hər bir bağlama və zərf 172 nömrəli möhürlə möhürlənmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş narkotik vasitənin ünvan 3ndə ağacın altından tapdığını bildirmişdir. Bundan sonra zəruri tədbirlərin görülməsi məqsədilə Təqsirləndirilən şəxs müşayiət altında Binəqədi RPİ-nin Təhqiqat Şöbəsinin xidməti otaqlarının birinə gətirilmiş və təhqiqatçı polis polkovnik-leytenantı Rövşən Xanbabayev tərəfindən zəruri təhqiqat hərəkətləri aparılmışdır.

8. Verilən suallara cavab olaraq Şahid1 ifadəsinə əlavə edərək göstərdi ki, Təqsirləndirilən şəxs tərəflərindən əlində ağ rəngli kisə ilə hərəkətdə olarkən saxlanılmış, saxlanılarkən həmin ünvana iki qram çəkidə psixotrop maddə metamfetamin üçün gəlməsi barədə hər hansı söz deməmiş, o cümlədən sonuncudan aşkar olunmuş bağlamanı götürməsinin birbaşa şahidi olmamışdır. Məhəmməd adlı şəxsin şəxsiyyəti, habelə Məhəmməd adlı şəxsin Təqsirləndirilən şəxs narkotik vasitə satması, Təqsirləndirilən şəxs saxlanıldığı yerə həmin şəxslə birlikdə gəlməsi barədə hər hansı məlumatları olmamışdır. Təqsirləndirilən şəxs konkret kiməsə narkotik vasitə və psixotrop maddə satması ilə bağlı onlara hər hansı məlumat olmamışdır. Əməliyyat tədbiri zamanı əvvəlcədən əməliyyat qrupunun rəhbəri tərəfindən təlimatlandırma aparılmışdır.

9. Məhkəmədə şahid qismində dindirilmiş Binəqədi RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı Şahid2, həmin idarənin Cinayət axtarışı şöbəsinin kiçik inspektorları polis baş serjantı Şahid4 və kiçik inspektoru polis kiçik serjantı Şahid3 məhkəməyədək icraat zamanı verdikləri ifadələri ilə eyni məzmunlu və Şahid1la oxşar məzmunlu ifadələr verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək əlavə olaraq göstərdilər ki, Təqsirləndirilən şəxs tərəflərindən tək halda fasiləsiz videoçəkilişlə saxlanılmış, sonuncu əlindəki torbanı könüllü şəkildə özü təqdim etmiş, aşkar olunmuş torbanın içərisi açılıb baxılarkən Təqsirləndirilən şəxs bağlamaların içərisində narkotik vasitələrin olduğunu bildiyindən təəccüblənməmiş, onlara qarşı hər hansı etirazını bildirməmiş, narkotik vasitələrin çəkisini mübahisələndirməmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən orada başqa hər hansı digər şəxs olmamış, həmin ərazidən kiminsə qaçıb uzaqlaşmasını görməmiş, o cümlədən Təqsirləndirilən şəxs saxlanılarkən ətrafa baxmamış, gözü ilə kimisə axtarmamışdır. Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və ya psixi təzyiq olunmamış, sonuncu saxlanılarkən narkotik vasitələri şəxsi istifadəsi üçün götürdüyünü bildirmişdir.

10. Məhkəmədə ölmüş Təqsirləndirilən şəxs hüquqi varisi qismində dindirilmiş X11 ifadəsində göstərdi ki, Nəcəfov Əflatun Əlibala oğlu onun doğma atası olmaqla sonuncu ilə heç bir ədavəti və ya narazılığı olmamışdır. Atasının narkotik vasitə və psixotrop maddələrdən sui-istifadə etməsi barədə məlumatlı olsa da, hazırkı iş üzrə ona verilmiş ittiham barədə hər hansı məlumatı yoxdur. V.Təqsirləndirilən şəxs atasının narkotik vasitə istehlakçısı olduğunu, lakin hər hansı qanunsuz maddələrin satışı ilə məşğul olmadığını bildirərək atasının əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə tövsif edilməsini məhkəmədən xahiş etdi.

11. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, ölmüş təqsirləndirilən şəxsin hüquqi varisinin və çoxsaylı şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

12. “Cinayət işi başlanılması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 19 iyun 2025-ci il tarixdə, saat 00:18-də Bakı şəhəri ünvan 3ndə saxlanılaraq yerində üstü yoxlanılan zaman üzərindən əlində olan 1(bir) ədəd ağ rəngli torbada içərisində-ümumi çəkisi 3505 qram olan, 3(üç) ədəd polietilen bağlamalardakı ayrı-ayrılıqda təmiz çəkiləri 1160 qram, 1150 qram və 1195 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 1(bir) ədəd üzəri yapışqan lentlə bağlanmış sellofan bağlamada təmiz çəkisi 1270,0 qram olan tünd qəhvəyi rəngli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroinin aşkar edilməsi faktına görə Binəqədi RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi polis kapitanı X12 tərəfindən 19 iyun 2025-ci il tarixdə, saat 17:00-da Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul edilmişdir (Cild 1, i.v.1;).

13. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 18 iyun 2025-ci il tarixli qərardan və bu barədə müvafiq materiallardan görünür ki, Binəqədi RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı Şahid2 tərəfindən Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri saxlaması və dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi qərara alınmış, həmin qərar Binəqədi RPİ-nin rəisi polis polkovniki İlqar Məmmədov tərəfindən təsdiq edilərək Şahid2 rəhbərliyi ilə həmin idarənin NMB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid1, cinayət axtarışı şöbəsinin kiçik inspektorları polis kiçik serjantı Şahid3 və polis baş serjantı Şahid4 ibarət əməliyyat qrupu təşkil edilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələr əldə edib üzərində saxlamaqda şübhəli bilinən Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək 19 iyun 2025-ci il tarixdə, saat 00:18-də Bakı şəhəri ünvan 3ndə saxlanılmış və üstünün fasiləsiz videoçəkilişlə yoxlanılması zamanı əlindəki bir ədəd bağlamanın içərisində narkotik vasitəyə bənzər kütlələr aşkar edilərək müvafiq qaydada qablaşdırılmışdır. Təqsirləndirilən şəxs ondan aşkar edilmiş qanunsuz maddəyə bənzər predmetlərlə birlikdə həmin tarixdə Binəqədi RPİ-yə gətirilmişdir (Cild 1, i.v. 4-9;).

14. “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” 19 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Binəqədi RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri Binəqədi rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə şübhəli bilindiyinə görə saxlanılmış xx xxxx 1971-ci ildə ünvan 5 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri Binəqədi rayonu 2-ci mədən fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs 19 iyun 2025-ci il tarixdə, saat 00:18-də Bakı şəhəri ünvan 3ndə saxlanılaraq saat 00:42-dək əməliyyat tədbiri qaydasında üstü yoxlanılmışdır. Üstünün yoxlanılması zamanı Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən külli miqdarda narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əlində olan ağ rəngli kisədə olan 4 ədəd qara rəngli bağlamanı çıxararaq təqdim etmişdir. Həmin qara rəngli 1 ədəd bağlama bıçaqla kəsildikdə içərisində qəhvəyi rəngli, spesifik iyli, toz şəkilli narkotik maddəyə bənzər kütlə olduğu aşkar edilmiş, həmin kütlə elektron tərəzidə çəkilərək çəkisinin 1302.0 qram olması müəyyən edilmişdir. Digər qara rəngli, iri həcmli 3 (üç) ədəd bağlamalar kəsildikdə içərisində yaşıl rəngli, bitki mənşəli narkotik vasitəyə bənzər kütlələr olması aşkar edilmiş və həmin kütlələr elektron tərəzidə çəkildikdə çəkilərinin ayrı-ayrılıqda 1194.5 qram, 1237.0 və 1198.0 qram olması müəyyən olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzəri yoxlanılan zaman əlindəki 1 ədəd alışqan, qəhvəyi rəngli gödəkçəsinin sol cibindən cib dəsmalı, USB naqil, şalvarın sol cibindən iki ədəd siqaret, sağ cibindən alışqan, iynə başlığı, içərisində 11 ədəd siqaret olan “Maqna” markalı siqaret qutusu, şalvarın arxa sağ cibindən “Samsung” markalı telefon və alışqan aşkar edilmişdir. Bundan sonra 4 ədəd qara rəngli bağlama ağ rəngli torbaya yenidən qoyulmuş, telefon və üzərindən çıxan digər əşyalar istintaq əhəmiyyəti daşıdığından ağ rəngli zərfə qoyularaq, hər bir bağlama və zərf 172 nömrəli möhürlə möhürlənmişdir. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş narkotik vasitəni ünvan 3ndə ağacın altından tapdığını bildirmişdir. Üstünü yoxlama Binəqədi RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı Şahid2 tərəfindən “İphone” markalı mobil telefondan istifadə edilməklə videoçəkiliş vasitəsilə Bakı şəhəri ünvan 3ndə keçirilmişdir. Protokolu yerində tərtib etmək üçün şərait olmadığından protokol Binəqədi RPİ-nin inzibati binasında həmin gün saat 00:50-dən 01:00-dək tərtib edilmişdir. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Protokolun düzgünlüyü imzalarla təsdiq edilmişdir. Protokola 1(bir) ədəd DVD disk əlavə olunmuşdur (Cild 1, i.v.12-14;).

15. “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” 19 iyun 2025-ci il tarixli qərar və protokoldan görünür ki, Binəqədi RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı polis polkovnik-leytenantı Rövşən Xanbabayev tərəfindən Təqsirləndirilən şəxs barəsində keçirilən əməliyyat-axtarış tədbirləri zamanı sonuncunun üzərindən aşkar edilərək götürülmüş, raportla məruzə olunmaqla aidiyyəti üzrə təqdim olunmuş ağ rəngli torbaya bükülmüş və baş hissəsi skoçla sarılmış, içərisində ayrılıqda 3(üç) ədəd qara rəngli sellofana bükülmüş marixuanaya oxşar narkotik vasitə, 1(bir) ədəd qara rəngli sellofana bükülmüş bükümdə isə qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə, içərisində əlavə olaraq 2(iki) ədəd sellofan büküm olan paketə və 1(bir) ədəd DVD diskə həmin tarixdə, saat 01:12-dən saat 01:42-dək baxış keçirilmişdir. Təqdim olunan 1-ci bükümün çəkisinin təxminən 1202 qram, 2-ci bükümün çəkisinin təxminən 1244 qram, 3-cü bükümün çəkisinin təxminən 1203 qram və 4-cü bükümün çəkisinin təxminən 1306 qram olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan əşyalar yenidən zərflərə qoyularaq qablaşdırılmış və 172 saylı möhürlə möhürlənmişdir. Baxış və götürmə süni işıqlandırma şəraitində keçirilmişdir. Baxış və götürmə istintaq hərəkəti zamanı videoçəkiliş Binəqədi RPİ-nin kriminalistik tədqiqatlar qrupunun inspektoru polis mayoru X4 tərəfindən “Sony” markalı videokameradan istifadə edilməklə aparılmışdır. Bu barədə tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, protokolun düzgünlüyü imzalarla təsdiq edilmiş və 1 (bir) ədəd DVD disk protokola əlavə edilmişdir (Cild 1, i.v. 18; 20-21;).

16. “Şübhəli şəxsin tutulması haqqında” 19 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 03:15-də təhqiqatçı Rövşən Xanbabayev tərəfindən müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X6 iştirakı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı 19 iyun 2025-ci il tarixdə, saat 00:18-dən tutulmuş hesab edilmişdir (Cild 1, i.v.33; 35-36;).

17. “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” və “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” 19 iyun 2025-ci il tarixli protokollarda əks olunan əməliyyat-axtarış tədbirləri və istintaq hərəkəti videoçəkilişlə aparılmış və bununla əlaqədar iki ədəd “DVD” formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən müvafiq olaraq müddətləri 26 dəqiqə 21 saniyə və 39 dəqiqə 58 saniyə olan həmin videoçəkilişlərin əks olunduğu iki ədəd diskdəki videogörüntülərə müstəntiq T.Q.Əliyev tərəfindən baxış keçirilməsinə dair 19 avqust 2025-ci il tarixli protokolla, eləcə də həmin disklərdəki videogörüntülərə məhkəmədə ölmüş Təqsirləndirilən şəxs hüquqi varisi Vüsal Nəcəfovun və digər proses iştirakçılarının iştirakı ilə baxılarkən müəyyən edildi ki, Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyat-axtarış tədbirləri, habelə üzərinin yoxlanılması zamanı, habelə sonradan təhqiqatçı tərəfindən təqdim edilən əşyalara keçirilmiş baxış istintaq hərəkəti zamanı protokollarda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz əksini tapmışdır. Videogörüntülərdən Təqsirləndirilən şəxs üzərində keçirilmiş yoxlama, habelə istintaq hərəkəti zamanı xarici görkəminin səliqəli olması, sərbəst olmaqla suallara rahat və ətraflı şəkildə cavab verməsi, onun hər hansı fiziki, psixi və sair təsirə məruz qalması müəyyən edilməmişdir. Eyni zamanda, videogörüntülərdən Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitələri məhz özünə məxsus olmasını sərbəst olaraq dəfələrlə vurğulaması müəyyən olunmuşdur (Cild 1, i.v. 153-155;).

18. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza Mərkəzinin “Məhkəmə-bioloji ekspertizasının” 19 iyun 2025-ci tarixli, 7/889 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş hər birinin üzərində “...Təqsirləndirilən şəxs...” yazısı və imzalar olan 3(üç) ədəd qara rəngli polieten bağlamalardakı ayrı-ayrılıqda təmiz çəkiləri – 1160 qram, 1150 qram və 1195 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi - 3505 qramdır. Təqdim olunmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş üzərində “... Təqsirləndirilən şəxs...” yazısı və imzalar olan kağız paketdəki siqaret qutusunun içərisində 11(on bir) ədəd “Maqna” adlı, həmin kağız paketdə 1 (bir) “Maqna” adlı və 1(bir) “Prima” adlı siqaretlərdə olan tütünün tərkibində narkotik vasitə hissəcikləri yoxdur, onların tərkibi yalnız tütündən ibarətdir. Həmin siqaretlərin tərkibində narkotik vasitə hissəcikləri olmadığına görə çəkisi müəyyən edilməmiş, müqayisəli təhqiqat aparılmamışdır. Marixuananın ümumi çəkisi - 3505 qram, tədqiqata sərf edildi - 0,3 qram (hər obyektdən 0,1 qram götürüldü), qalıq - 3504,7 qram. Aparılmış tədqiqatın dəyərinin 78 (yetmiş səkkiz) manat olması müəyyən edilmişdir (Cild 1, i.v. 51-55;).

19. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza Mərkəzinin “Məhkəmə fiziki-kimyəvi ekspertizasının” (materialların məhkəmə ekspertizası) 19 iyun 2025-ci il tarixli, 6/2244 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №172” dairəvi möhür əki olan, “Təqsirləndirilən şəxs (imza)” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd üzəri yapışqan lentlə bağlanmış sellofan bağlamada təmiz çəkisi 1270.0 qram olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin” siyahısına (Siyahı İ) daxildir. Heroinin təmiz çəkisi – 1270.0 qram, tədqiqata sərf edildi - 0,1 qram, qalıq - 1269,9 qram. Aparılmış tədqiqatın dəyərinin 65 (altmış beş) manat olması müəyyən edilmişdir (Cild 1, i.v. 56-60;).

20. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 20 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (Cild 1, i.v.78-79;).

21. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 iyun 2025-ci il tarixli, 4(001)- 449/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 19 iyun 2025-ci il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X13 təqdimat və vəsatətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 oktyabr 2025-ci il tarixli, 4(001)-681/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 8 noyabr 2025-ci il tarixədək uzadılmışdır (Cild 1, i.v.107-111; 240-243;).

22. “Maddi sübut qismində tanınma və saxlanca verilmə haqqında” 20 iyun 2025-ci il tarixli qərardan və müvafiq raportlardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş tədqiqatdan sonra qalıq qalmış 3504,7 qram narkotik vasitə qurudulmuş marixuana, 1269,9 qram narkotik vasitə heroin və videogörüntülərin köçürüldüyü 2(iki) ədəd disk iş üzrə sübut əhəmiyyəti nəzərə alınaraq maddi sübut qismində tanınmaqla narkotik vasitələrin saxlanılması üçün Binəqədi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilməsi, 2 (iki) ədəd diskin isə cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır (Cild 1, i.v. 112-113; 116;).

23. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsi tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamə, müvafiq hökm və qərarın surətlərindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə (5 dəfə) məhkum olunmuş, habelə həmin məhkumluqlarından üçü narkotik vasitələrin qanunsuz dövriyyəsi, o cümlədən onlardan biri isə narkotik vasitələrin qanunsuz olaraq satışı ilə əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli, 1(005)-200/2021 nömrəli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək ona 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmuş, həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən qəti olaraq 2(iki) il 6(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Salyan Rayon Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs “8 noyabr–Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndinə əsasən çəkilməmiş qalan cəzası 6 ay azaldılmış, 11 mart 2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Qeyd edilən sonuncu hökmün təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyindən) əziyyət çəkir (Cild 1, i.v. 129-131; 140-148;).

24. Göyçay şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 10 iyul 2025-ci il tarixli arayış və xasiyyətnamədən, “Azemis” elektron informasiya sistemindən əldə edilmiş məlumatlardan və X|X-JQ № 429588 nömrəli “Doğum haqqında şəhadətnamə”dən görünür ki, Təqsirləndirilən şəxs ünvan 7 ünvanında qeydiyyatda olmaqla Bakı şəhərində yaşayır, onun ailə tərkibi 1972-ci il təvəllüdlü arvadı X14, 1993-cü il təvəllüdlü qızı Aytac Məmmədova və 5 may 1996-cı il təvəllüdlü oğlu Vüsal Nəcəfovdan ibarətdir. Təqsirləndirilən şəxs əvvəllər həbsdə olmuş, həbsdən qayıtdıqdan sonra onun barəsində yaşadığı ərazidən yaşadığı müddətdə Göyçay şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır (Cild 1, i.v. 132-135; Cild 2;).

25. Binəqədi RPİ-nin cinayət axtarışı şöbəsinin rəisi polis polkovnik-leytenantı Yalçın Alısoy tərəfindən əməliyyat tapşırığına verilmiş cavabda göstərilmişdir ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs satış məqsədilə narkotik vasitə heroini və narkotik vasitə qurudulmuş marixuananı əldə etməsi, digər şəxslərə satması faktı öz təsdiqini tapsa da, onunla əlbir olmuş “Rza” adlı şəxs(lər)in şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır (Cild 1, i.v. 136;).

26. “Mobil telefona baxış keçirilməsi barədə” 18 avqust 2025-ci il tarixli protokol və həmin protokola əlavə edilmiş fotocədvəllərdən görünür ki, Təqsirləndirilən şəxs məxsus olan bir ədəd “Samsung” markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı mobil telefonda ***-***-**-** mobil telefon nömrəsinin olması müəyyən edilmişdir. Telefon danışıqları qovluğunda +98 901 752 20 30 mobil telefon nömrəsinin sahibi “Rza İran” adlı xarici ölkə abonentinin olması aşkar edilmişdir. Mobil telefonun “Whatsapp” proqramına daxil olduqda orada 18-19 iyun 2025-ci il tarixli yazışmalar aşkar edilmişdir. Həmin qovluqda “Rza İran” tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı səsli mesajlar və Bakı şəhəri Binəqədi rayonu ünvan 3ndə olan məkanın “Google Maps” proqramına əsasən məkanı göndərməsi, 19 iyun 2025-ci il tarixdə saat 00:08-də Təqsirləndirilən şəxs “Rza İran” adlı şəxsə olduğu yerin fotoşəkilini atması, fotoqalereyada 1(bir) ədəd fotoşəkil olması, həmin fotoşəkildə Təqsirləndirilən şəxs tərəfindən ”Rza İran” adlı şəxsə göndərilən şəkil olması müəyyən olunur (Cild 1, i.v. 149-152;).

27. “CD-Diskə baxış keçirilməsi haqqında” 24 avqust 2025-ci il tarixli protokoldan görünür ki, müvafiq məhkəmə qərarı ilə "xxxx" MMC-dən əldə edilmiş ***-***-**-** mobil telefon nömrəsinə daxil olmuş və çıxmış zənglər, sms və sair məlumatların olduğu 1(bir) ədəd diskdəki məlumatlara baxış keçirilmişdir. Baxış zamanı həmin diskə kompüter qəbuledicisi vasitəsilə daxil olduqda 3 ədəd fayl aşkar olunmuş, həmin fayllar “Mushteri zenglerinin detallashması” faylında **********06 usage_int xx.xx.2025 23:59:38 3579 LBBK4213O2/LBBK4213 Resulzade qesebe_Cafe/Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, “Pitixana” kafesində /Binagadi/ (40.43xx/xx.8421) **********06 usage_int xx.xx.2025 00:57:37 3490 LBBK102905/LBBK1029 7 MKR/Bakı şəhəri, Binəqədi rayonu, 7 mikrorayonu, Dərnəgül qəsəbəsi, Xarici Dairəvi küçəsi 116, məhəllə 3121/Binagadi/(40.429xx/xx.85843) başlığı altında həmin fayllar müəyyən olunmuşdur. 1ci fayla daxil olduqda Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrəli mobil nömrənin anten dairəsi üzrə ən sonuncu xanada xx.xx.2025-ci il tarixdə, saat 00:57:37 dəqiqədə Bakı şəhəri Binəqədi rayonu 7-ci mikrorayonu Dərnəgül qəsəbəsi Xarici Dairəvi küçəsi 116, məhəllə 3121 saylı ünvanda olması müəyyən olunmuşdur. 2 və 3-cü fayllarda istintaq üçün əhəmiyyət kəsb edən heç bir məlumat aşkar olunmamışdır (Cild 1, i.v. 157;).

28. “Ambulator komisyon məhkəmə-psixiatrik ekspertizasının” 14 iyul 2025-ci il tarixli, 2261 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Həmin rəyin anamnesis vitae (həyat anamnezi) hissəsindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə qismində 17 ildir nəşə istifadə etdiyini bildirmişdir (Cild 1, i.v. 170-172;).

29. “Canlı şəxsin məhkəmə-tibbi ekspertizası”nın 24 iyun 2025-ci il tarixli, 895 nömrəli rəyindən görünür ki, 21 iyun 2025-ci il tarixdə Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı onda hər hansı xəsarət aşkar edilməmişdir (Cild 1, i.v. 174-175;).

30. “Ambulator məcburi-məhkəmə narkoloji ekspertizasının” 15 sentyabr 2025-ci il tarixli 5759 saylı rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs müddətsiz İ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Həmin rəyin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs deməsinə görə 1989-cu ildən narkotik vasitə olan xaş-xaş kütləsindən kustar üsulla hazırlanmış narkotik nəhluldan və narkotik vasitə olan tiryəkdən inyeksiya yolu ilə istifadə etməyə başlamış, narkotik vasitə olan heroindən inyeksiya yolu ilə istifadə edir, həmçinin 2023-cü ildən psixotrop maddə olan metamfetamindən inyeksiya yolu ilə istifadə edir (Cild 1, i.v. 176-177;).

31. “Cinayət əməlinin tövsif edilməsi barədə” 16 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.4-1-ci maddəsinə tövsif edilməklə ibtidai istintaq davam etdirilmişdir (Cild 1, i.v.182;).

32. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” 18 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə nəzərdə tutulan ittiham müdafiəçisinin iştirakı ilə ona elan olunmaqla hüquq və vəzifələri ətraflı şəkildə izah edilmişdir (Cild 1, i.v.188-189;).

33. “Sübutların qiymətləndirilməsi haqqında” 19 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 18 sentyabr 2025-ci il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə elan edilmiş ittihamın dəyişdirilmədən qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş narkotik vasitələri əldə etdiyi mənbəni, şəxsiyyəti istintaqa məlum olmayan “Rza” adlı İran İslam Respublikası vətəndaşının şəxsiyyətinin müəyyən edilməsi üçün ********* nömrəli cinayət işindən ayrıca nömrə altında cinayət işinin ayrılması, hazırkı cinayət işi üzrə sübut əhəmiyyəti daşıdığına görə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 3505 qram, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 3504,7 qram narkotik vasitə qurudulmuş marixuananın, təmiz çəkisi 1270 qram, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 1269,9 qram narkotik vasitə heroinin və 2(iki) ədəd diskin cinayət işi üzrə maddi sübut kimi tanınmaqla məhkəmənin qanuni qüvvəsini alacaq hökmünün icrasınadək saxlanılması üçün Binəqədi RPİ-nin saxlanc yerinə təhvil verilməsinin nəzərə alınması, cinayət işi üzrə sübut əhəmiyyəti daşıdığına görə Təqsirləndirilən şəxs məxsus 1(bir) ədəd “Samsung” markalı smartfon tipli mobil telefon və "xxxx" MMC-dən daxil olmuş 1(bir) ədəd diskin iş üzrə maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır (Cild 1, i.v. 202-211;).

34. “Cinayət işindən iş ayrılması və icraata qəbul edilməsi haqqında” 19 sentyabr 2025ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə şəxsiyyəti istintaqa məlum olmayan naməlum şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1 maddəsi ilə ayrıca icraata ********* nömrəli cinayət işi ayrılmaqla ibtidai istintaq aparılır (Cild 1, i.v.213-214;).

35. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq T.Q.Əliyev tərəfindən 11 oktyabr 2025-ci il tarixdə tərtib edilmiş ittiham aktından görünür ki, həmin ittiham aktı 16 oktyabr 2025-ci il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir (Cild 1, i.v.223-231;).

36. Bakı Ağır Cinayətlər Məhkəməsinin 5 noyabr 2025-ci il tarixli, 1(101)-1889/2025 nömrəli məhkəmə hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə məhkəməyə verilməklə cinayət işi məhkəmə baxışına təyin edilmişdir (Cild 2;).

37. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından daxil olmuş 4666/2025 nömrəli tibb kitabçasından görünür ki, Təqsirləndirilən şəxs 21 iyun 2025-ci il tarixdə həmin təcridxananın tibb-sanitar hissəsində ilkin tibbi müayinədən keçirilərək adına tibbi kitabça açılmışdır. Həmin kitabçanın 12-ci bəndində göstərilmişdir ki, Təqsirləndirilən şəxs zədə almadığını bildirmişdir. Həmin kitabçanın 13-cü bəndində göstərilmişdir ki, hər iki yuxarı ətrafda köhnə çapıq toxuması, hər iki qasıq büküşündə postinyeksiya düyünləri vardır. Həmin kitabçanın 17-ci bəndində göstərilmişdir ki, Təqsirləndirilən şəxs deməsinə görə 20 ildir heroin istifadə etmişdir. Həmin kitabçanın 18-ci bəndində göstərilmişdir ki, Təqsirləndirilən şəxs anamnezinə əsasən narkomaniya, X2HCV, HİV və ağciyər vərəmi xəstəliklərindən əziyyət çəkir (Cild 2;).

38. Binəqədi RPİ-dən daxil olmuş 1 dekabr 2025-ci il tarixli məktubda göstərilmişdir ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi “Məhəmməd” adlı şəxsin şəxsiyyətini müəyyən etmək və digər xüsusiyyətlərlə əlaqədar keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamışdır (Cild 2;).

39. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X1 tərəfindən verilmiş 11 dekabr 2025-ci il tarixli, 3-16-17\36\2-2318\2025 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xəstəliyi ilə əlaqədar olaraq 10 dekabr 2025-ci il tarixdə vəfat etmişdir (Cild 2;).

40. X5 məhkəməyə yazılı ərizə ilə müraciəti əsasında o, 16 yanvar 2026-cı il tarixdə hazırkı iş üzrə ölmüş təqsirləndirilən şəxs, mərhum atası Təqsirləndirilən şəxs hüquqi varisi qismində tanınaraq hüquq və vəzifələri ətraflı olaraq izah edilmişdir (Cild 2;). Əməlin tövsifi və digər hüquqi məsələlər:

41. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.

42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.

43. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.

44. Həmçinin Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.

45. CM-in 234.4.3-cü maddəsi satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmaya görə cinayət məsuliyyətini müəyyən edir. CM-in 234.4-1-ci maddəsinə əsasən həmin Məcəllənin 234.1–234.4-cü maddələrində nəzərdə tutulmuş əməllərin xüsusilə külli miqdarda törədilməsinə görə cinayət məsuliyyəti müəyyən edilir və həmin maddənin sanksiyasında səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur.

46. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Siyahıların İ siyahısının 83-cü bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə heroinin xeyli miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi 2 qram və xüsusilə külli miqdar daxil olmaqla aşağı həddinin isə 800 qram olması müəyyən edilmişdir. Həmin Siyahının 109.1ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə qurudulmuş marixuananın xeyli miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5 qram, külli miqdar daxil olmaqla aşağı həddi 500 qram və xüsusilə külli miqdar daxil olmaqla aşağı həddinin isə 50000 qram olması müəyyən edilmişdir.

47. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müxtəlif növlərdə əldə edərək saxladığı və daşıdığı ümumilikdə 1270 qram olan narkotik vasitə heroinin çəkisinin həmin maddənin xeyli miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddindən təxminən 8466,6 dəfə, külli miqdar daxil olmaqla aşağı həddindən təxminən 635 dəfə, xüsusilə külli miqdar daxil olmaqla aşağı həddindən isə 1,58 dəfə artıq olması, ümumilikdə 3505 qram olan narkotik vasitə qurudulmuş marixuananın çəkisinin xeyli miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddindən təxminən 701 dəfədən, külli miqdar daxil olmaqla aşağı həddindən təxminən 7,01 dəfədən artıq olması, mobil telefonundan narkotik vasitələrin qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz dövriyyəsi, o cümlədən satışına dair çoxsaylı daxil olan və çıxan vatsap yazışmalarının, səs yazılarının və fotoşəkillərin aşkar edilməsi, videoçəkilişlə həyata keçirilmiş üstünün yerində yoxlanılması əməliyyat tədbiri və təqdim olunan əşyaya baxış və götürmə istintaq hərəkəti zamanı, eləcə də həm məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə aparılmış çoxsaylı istintaq hərəkətləri zamanı, həm də fasiləsiz audio-video yazı təmin edilməsi aparılmış məhkəmə icraatı zamanı müdafiəçisinin iştirakı ilə ona elan edilmiş ittihamda göstərilmiş müxtəlif növdə və çəkidə olan narkotik vasitələrin məhz özünə məxsus olması ilə bağlı verdiyi etirafedici ifadələri və iş materiallarında olan digər sübutlar onun məqsədinin məhz satışla bağlı olduğunun bilavasitə təzahürüdür.

48. Məhkəmə, Təqsirləndirilən şəxs yalnız 2 qram çəkidə psixotrop maddə metamfetamin götürməyə getməsi, əldə etdiyi narkotik vasitələri şəxsi istifadə məqsədilə əldə etməsi, ümumiyyətlə narkotik vasitələrin satışı ilə məşğul olmaması, bu barədə ibtidai istintaq zamanı müstəntiqə də bildirməsi, hadisə yerinə Məhəmməd adlı şəxslə birlikdə getməsi, lakin özünün saxlanıldıqdan sonra sonuncunun oradan qaçıb getməsi, ibtidai istintaq zamanı ifadələrində narkotik vasitələrin satışı ilə məşğul olmasına dair hər hansı ifadə verməməsi, ümumiyyətlə ona təqdim olunan sənədləri yazıb oxuya bilmədiyindən oxumadan müstəntiq tərəfindən tələsdirilməklə imzalamasına, xəstəliyi ilə əlaqədar hazırkı iş üzrə həbs olunmazdan əvvəl psixotrop maddə metamfetamindən istifadə etməyə başlamasına dair ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi xüsusilə ağır cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən və cəzadan yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Eyni zamanda, məhkəmə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı hüquq-mühafizə orqanı əməkdaşları ilə tam səmimi formada ünsiyyət qurmaqla özünü sərbəst ifadə edərək verilən suallara ətraflı cavab verməsini, habelə hər dəfə şübhəli və təqsirləndirilən şəxs qismində dindirildikdən sonra öz əlyazması (kiril əlifbası ilə) ilə ifadələrini oxumasını və ifadəsinin öz sözləri ilə düzgün yazılmasını xüsusilə qeyd etməsini, barəsində olan əvvəlki hökmlərə əsasən psixotrop maddə metamfetamindən azı 2021-ci ildən istifadə etməsini nəzərə alaraq sonradan məhkəmə icraatı zamanı ilkin ifadələrini təkzib edərək guya özünün oxuyub yazmağı bilmədiyini, təzyiq altında hiss etdiyindən təqdim olunan sənədləri oxuya bilmədən imzalaması və polis əməkdaşları tərəfindən saxlanıldığı yerə 2 qram psixotrop maddə metamfetamin üçün getməsi ilə bağlı ifadəsində göstərdiyi xüsusatları inandırıcı hesab etməməklə tənqidi yanaşmaqla bütövlükdə rədd edir. Həmçinin Təqsirləndirilən şəxs təkidlə hadisə yerinə Məhəmməd adlı şəxslə birlikdə getməsini və özünün saxlanıldıqdan sonra sonuncunun oradan qaçaraq uzaqlaşmasına dair bildirdiyi hər hansı digər sübutla öz təsdiqini tapmayan xüsusatla əlaqədar müvafiq sorğu ünvanlanmış, lakin “Məhəmməd” adlı şəxs barəsində hər hansı məlumat əldə olunması mümkün olmamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs videoçəkiliş vasitəsilə birbaşa saxlamaqla üstünün yoxlanılması əməliyyat tədbirlərini keçirmiş, həm məhkəməyədək, həm də məhkəmə icraatı zamanı dindirilmiş şahidlər təqsirləndirilən şəxsin tək halda saxlanıldığını, ətrafda digər hər hansı şəxsin olmadığını, o cümlədən Təqsirləndirilən şəxs da buna dair hər hansı bir söz və ya şübhəli davranışının olmadığını göstərmişlər. Odur ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ona yaradılmış sərbəst şəraitdə bildirmədiyi hər hansı digər sübutla öz təsdiqini tapmayan xüsusatları məhkəmə icraatı zamanı bildirməsini xüsusilə ağır cinayət əməlinə görə nəzərdə tutulmuş məhrumiyyətləri qabaqcadan görüb məsuliyyətdən boyun qaçırmağın bilavasitə təzahürü kimi qəbul edilməlidir.

49. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini rəhbər tutaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır.

50. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir.

51. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd edilən plenum qərarında yuxarıda təsvir olunan halların, o cümlədən narkotik vasitənin miqdarının ayrıca olaraq deyil, “başqa sübutlarla yanaşı” nəzərə alınması vurğulanmışdır.

52. Hökmün 51-ci bəndində qeyd edilən qərarın 12-ci bəndində göstərilmişdir ki, CMin 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2, 234.3 və 234.3-1ci maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi, külli miqdarda törədilməsi, habelə mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiyatelekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi nəzərdə tutulmuşdur. Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CM-in 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Əgər qabaqcadan əldə olunmuş razılıq CM-in 234.2-ci və ya 234.3-cü və ya 234.31-ci maddəsində göstərilən əməllərin birgə yerinə yetirilməsini, məsələn, narkotik vasitənin əldə olunmasını, saxlanmasını, daşınmasını deyil, müstəsna olaraq bunların törədilməsində icraçıya (icraçılara) köməkliyin göstərilməsini (məsələn, narkotik vasitənin qoyulduğu yeri tapmaq üçün icraçıya bələdçiliyin edilməsini) nəzərdə tutursa və kömək edən şəxs tərəfindən CM-in 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərdən hər hansı biri faktiki olaraq yerinə yetirilmirsə, həmin şəxsin əməli (Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 6 may tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə) cinayətin icraçısının (icraçılarının) əməllərinin hüquqi tövsifindən asılı olaraq, həmin cinayətdə köməkçi qismində iştirak etmə kimi CM-in 32.5-ci maddəsinə istinad olunmaqla tövsif edilməlidir. Cinayətin gedişində cinayətə qoşulmaqla (cinayətin digər iştirakçıları ilə qabaqcadan cinayətin törədilməsi məqsədilə əlbir olmadan) cinayətdə iştirak etmiş və ya digər cinayət törətmiş şəxsin hərəkətləri cinayətin iştirakçıları (içraçıları) ilə qabaqcadan cinayət əlaqəsinə girməklə cinayəti əlbir olan qrup şəkildə törətməsi kimi qiymətləndirilməməli və həmin şəxs özünün törətdiyi konkret hərəkətlərə görə məsuliyyət daşımalıdır. Narkotik vasitəni və ya psixotrop maddəni satan şəxsin və həmin narkotik vasitəni (psixotrop maddəni) ondan əldə edən şəxsin hərəkətləri (hətta aralarında buna dair əvvəlcədən razılaşma olduğu hallarda belə), eyni bir cinayətin birgə törədilməsi kimi qabaqcadan əlbir olan bir qrup şəxs üçün səciyyəvi olan əlamət mövcud olmadığından, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən cinayət kimi qiymətləndirilə bilməz və onlardan birincisi narkotik vasitənin (psixotrop maddənin) satışına, digəri isə narkotik vasitəni (psixotrop maddəni) əldə etməyə (yəni, müxtəlif əməllərə) görə və CPM-in 49.1-ci maddəsinin tələbi nəzərə alınaraq ayrı-ayrı icraatlarda aparılmalı olan cinayət təqibinin gedişində məsuliyyətə cəlb olunmalıdırlar. Yalnız CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyi, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlibgəlməməsi, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi araşdırılmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda, digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma və ya narkotik vasitəni satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir.

53. Hökmün 51-ci bəndində göstərilən qərarın 16-cı bəndində göstərilmişdir ki, CM-in 234.1-1-ci maddəsində bu Məcəllənin 234.1-ci maddəsində göstərilən əməllərin, 234.4.3cü maddəsində CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində nəzərdə tutulmuş əməllərin külli miqdarda törədilməsinə, CM-in 234.4-1-ci maddəsində isə həmin Məcəllənin 234.1-234.4-cü maddələrində nəzərdə tutulmuş əməllərin xüsusilə külli miqdarda törədilməsinə görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Odur ki, CM-in 234.1-ci maddəsində və ya 234.2 və 234.3-1-ci maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda və ya xüsusilə külli miqdarda törədilib törədilməməsi məsələsi 961-İİQ nömrəli Qanun ilə təsdiq edilmiş müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi və ya satış məqsədi olmadan əldə edilməsi, saxlanılması, hazırlanması, emal edilməsi, daşınması müəyyən edildikdə, külli miqdar və ya xüsusilə külli miqdar əlamətinin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı müəyyən edilib ittihamda ayrıca göstərilməli, lakin əməl miqdarı daha böyük olan narkotik vasitəyə görə (daha ciddi məsuliyyətə səbəb olan miqdar üzrə) tövsif olunmalıdır. Yəni aşkar edilmiş müxtəlif növ narkotik vasitələrdən (psixotrop maddələrdən) hər hansı birinin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.1-1-ci və ya 234.4.3-cü maddəsi ilə, xüsusilə külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə satış məqsədinin olubolmamasından asılı olmayaraq CM-in 234.4-1-ci maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə satış məqsədilə törədilən əməl (miqdarın xeyli miqdar təşkil edib-etməməsindən asılı olmayaraq) CM-in 234.2-ci maddəsi ilə, belə məqsəd olmadan törədilən əməl isə (narkotik vasitənin və ya psixotrop maddənin miqdarı xeyli miqdar təşkil etdikdə) CM-in 234.1-ci maddəsi ilə tövsif edilməlidir.

54. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbərliyi şübhə doğurmayan çoxsaylı sübutlarla onun qeyd edilən cinayət əməlini, yəni ona istinad edilən cinayət əməlini törətməsi mübahisəsiz olaraq tam sübuta yetirilir.

55. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə xüsusilə ağır cinayətlər kateqoriyasına aid edilir.

56. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.

57. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

58. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlər Şahid1, Şahid4, Şahid3 və Şahid2 ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə tam təkzib olunur.

59. Qeyd edilənlərə əsasən, məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, ölmüş təqsirləndirilən şəxsin, onun hüquqi varisinin və şahidlərin ifadələrini tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 234.4-1-ci maddəsi ilə tövsif edilmişdir. Lakin o, öldüyündən CPM-in 44.2.1-1-ci maddəsinə əsasən ona cəza təyin edilməməlidir.

60. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində CM-in 234.4-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs CM-in 234.4-1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, lakin öldüyündən ona cəza təyin olunmamalıdır.

61. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.4-1-ci maddəsi ilə CPM-in 44.2.1-1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs öldüyündən cəza təyin edilməməlidir.

62. Belə ki, CPM-in 39.1.5-ci maddəsinin tələbinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir).

63. CPM-in 41.2-ci maddəsinin tələbinə əsasən təhqiqatçı, müstəntiq və ya prokuror bəraətverici əsaslar olmadıqda təqsirləndirilən (şübhəli şəxsin), habelə ölmüş təqsirləndirilən (şübhəli) şəxsin və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş, lakin təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçinin, barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin razılığı olmadan cinayət təqibinə xitam verilməsi barədə qərar çıxara bilməz. Belə halda cinayət təqibi üzrə icraat bu Məcəllə ilə müəyyən edilmiş qaydada davam etdirilir və hökmün, məhkəmənin digər qərarının çıxarılması ilə başa çatdırılır.

64. CPM-in 43.3-1-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçisinin razılığı ilə yol verilir.

65. CPM-in 106-1-ci maddəsinə əsasən ölmüş təqsirləndirilən (şübhəli) şəxsin hüquq və vəzifələrini cinayət işi üzrə icraat zamanı həyata keçirmək istəyini bildirən yaxın qohumlarından biri təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi hesab olunur. Şəxs təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüşdürsə, onun yaxın qohumlarının da həmin şəxsin hüquqi varisi qismində tanınmaq hüququ vardır və bu Məcəllənin təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi ilə bağlı müddəaları onlara da şamil olunur.

66. CPM-in 119.4-cü maddəsinə əsasən ölmüş təqsirləndirilən (şübhəli) şəxsin və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş, lakin təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüş şəxsin, habelə hadisə nəticəsində ölmüş zərərçəkmiş şəxsin yaxın qohumu özünün hüquqi varis qismində tanınmasını tələb edə bilər. Onun ərizəsinə cinayət prosesini həyata keçirən orqan tərəfindən bu Məcəllənin 119.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır.

67. Hazırkı cinayət işi üzrə ölmüş təqsirləndirilən şəxs vəfat etməzdən əvvəl verilmiş ittiham üzrə özünü tam təqsirli bilmədiyindən onun hüquqlarını müdafiə edən müdafiəçi və hüquqi varisi ölmüş Təqsirləndirilən şəxs mənafeyi əleyhinə hərəkət edə bilməzlər. Hökmün 40-cı bəndində qeyd edildiyi kimi X5 məhkəməyə yazılı ərizə ilə müraciəti əsasında o, 16 yanvar 2026-cı il tarixdə hazırkı iş üzrə ölmüş təqsirləndirilən şəxs, mərhum atası Təqsirləndirilən şəxs hüquqi varisi qismində tanınaraq hüquq və vəzifələri ətraflı olaraq izah edilmişdir.

68. CPM-in 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

69. CPM-in 44.2.1-1-ci maddəsinin tələbinə əsasən, bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə CPM-in 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda - ölmüş təqsirləndirilən (şübhəli) şəxsə və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş, lakin təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüş şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır.

70. Eyni zamanda, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ölməsi ilə əlaqədar barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi nəzərə alınmalıdır.

71. Məhkəmə, CPM-in 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir.

72. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olmaqla Binəqədi RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan, tədqiqatlardan sonra ümumi qalıq çəkisi 3504,7 qram olan narkotik vasitə qurudulmuş marixuana və 1269,9 qram olan narkotik vasitə heroin məhv edilməli, 1 (bir) ədəd “Samsung” markalı mobil telefon Təqsirləndirilən şəxs hüquqi varisi X7 qaytarılmalı, “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” əməliyyat tədbiri və “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə” istintaq hərəkəti zamanı aparılmış videoçəkiliş zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü 2 (iki) ədəd disk və "xxxx" MMC-dən götürülmüş 1 (bir) ədəd disk olmaqla ümumilikdə 3(üç) ədəd disk hazırkı cinayət işinin materiallarında saxlanılmalıdır.

73. CPM-yə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır.

74. Məhkəmə hesab edir ki, CPM-in 198.6-cı maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək məhkum öldükdə, onun vərəsələri məhkəmə məsrəfləri ilə əlaqədar öhdəliklərə cavabdehlik daşımırlar. Odur ki, 143 (bir yüz qırx üç) manat məbləğində ekspertiza xərcinin dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi nəzərə alınmalıdır.

75. İş üzrə mülki iddia verilməmiş və üzərinə həbs qoyulmuş əmlak yoxdur.

76. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.

77. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müəddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.

78. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.5, 44.2.1-1, 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs öldüyündən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-1-ci maddəsinə əsasən ona cəza təyin edilməsin. Təqsirləndirilən şəxs öldüyündən barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi nəzərə alınsın. İş üzrə maddi sübut olmaqla Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin saxlanc otağında saxlanılan tədqiqatlardan sonra ümumi qalıq çəkisi 3504,7 qram olan narkotik vasitə qurudulmuş marixuana və 1269,9 qram olan narkotik vasitə heroin məhv edilsin, 1 (bir) ədəd “Samsung” markalı mobil telefon ölmüş Təqsirləndirilən şəxs hüquqi varisi X7 qaytarılsın, 3 (üç) ədəd diskin hazırkı cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi olan 143 (bir yüz qırx üç) manat məbləğində ekspertiza xərcinin dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi nəzərə alınsın. Hökmdən elan olunduğu, hökmün surətinin ölmüş Təqsirləndirilən şəxs hüquqi varisi X7 isə verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar