Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-189/2020 24.08.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Qəribov Fikrət Atlıxan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X29, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroruDövlət ittihamçısı2, müdafiəçilər - Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi3, Şirvan şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxxxxx 1989-cu ildə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 3 (üç) azyaşlı uşağı olan, həbs olunanadək fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmayan, Ağcabədi şəhəri, ünvan 1 qeydiyyatda olan, həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx xxxxxx 1988-ci ildə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 3 (üç) azyaşlı uşağı olan, həbs olunanadək fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmayan, Ağcabədi şəhəri, ünvan 2 qeydiyyatda olan, həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə külli miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə etmiş, saxlamış, daşımış və satmış, eləcə də külli miqdarda narkotik vasitəni qabaqcadan əlbir olan bir qrup şəxs halında qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirmişdir. İttiham aktından, həmçinin görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə külli miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə etmiş, saxlamış, daşımış və satmış, eləcə də külli miqdarda narkotik vasitəni qabaqcadan əlbir olan bir qrup şəxs halında qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirmişdir. İbtidai istintaq orqanının Təqsirləndirilən şəxs1 ilə bağlı gəldiyi nəticəyə görə, o, külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etmə, saxlama, daşıma, satma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, yəni qaçaqmalçılıq yolu ilə keçirmə barədə 2019-cu ilin may ayında Bakı şəhərində şəxsiyyəti istintaqa məlum olmayan Ruslan adlı şəxslə qabaqcadan əlbir olaraq cinayət əlaqəsinə girmiş, bu məqsədlə ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun İran İslam Respublikasında yaşayan “Məmi” adlı üzvü tərəfindən istintaqa məlum olmayan yerdə və mənbədən əldə olunub Azərbaycan Respublikasına gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə göndərilmiş və Bakı şəhərində “Digah zibilxanası” adlanan ərazidə gizlədilmiş külli miqdarda narkotik vasitələri xx xxxx 2019-cu il tarixdə saat 15:00 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə satış məqsədilə qanunsuz olaraq oradan götürüb əldə etdikdən sonra onları idarə etdiyi «Mersedes Benz C 180» markalı, **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Əliçıraq qəsəbəsində yerləşən Şahid10 məxsus yaşayış evinə daşıyıb gətirərək orada gizlətmişdir. Sonra həmin gün saat 20:00 radələrində qeyd edilən narkotik vasitələrdən 1 (bir) ədəd şəffaf sellofanda olan 330 qram heroini və 1 (bir) ədəd sellofanda olan 540 qram psixotrop maddə olan metamfetamini Ruslan adlı şəxsin göstərişinə əsasən qanunsuz olaraq Abşeron rayonu, Əliçıraq qəsəbəsi ərazisində Təqsirləndirilən şəxs2 ilə birlikdə satmaq istəyərkən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Biləsuvar rayon Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq idarə etdiyi avtomobillə birlikdə Biləsuvar RPŞ-yə gətirilərək orada «Mersedes Benz C 180» markalı, **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən avtomobilin qabaq sağ oturacağının altında gizlədilmiş 2 (iki) ədəd bağlamada olan 330 qram narkotik vasitə olan heroin və 540 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan sonra polis əməkdaşları tərəfindən davam etdirilmiş istintaq-əməliyyat tədbirləri ilə bağlı Abşeron rayonu, Əliçıraq qəsəbəsində yerləşən Şahid10 məxsus yaşayış evində keçirilən axtarış zamanı həmin evdə onun Təqsirləndirilən şəxs2la birlikdə yataq otağındakı çarpayının altında gizlətdikləri 5 (beş) ədəd üzərləri yapışqan lentlə bağlanmış şəffaf sellofanlarda ayrı-ayrılıqda çəkisi – 700 qram, 1100 qram, 280 qram, 200 qram, 160 qram olmaqla, ümumi çəkisi 2440 qram olan narkotik vasitə heroin, 1 (bir) ədəd yapışqan lentlə bağlanmış şəffaf sellofanda çəkisi 575 qram psixotrop maddə olan metamfetamin, 1 (bir) ədəd yapışqan lentlə bağlanmış qara rəngli sellofanda çəkisi 1500 qram, 2 (iki) ədəd yapışqan lentlə bağlanmış şəffaf sellofanlarda ayrı-ayrılıqda çəkisi 1200 qram və 485 qram, ümumi çəkisi 3245 qram olan qurudulmuş marixuana, 1 (bir) ədəd «Belomorkanal» markalı dəmir siqaret qutusunda 5 (beş) ədəd polietilen bükümlərdə ayrı-ayrılıqda çəkisi 0,653 qram, 0,922 qram, 0,397 qram, 0,458 qram, 0,452 qram olmaqla, ümumi çəkisi 2,882 qram narkotik vasitə heroin, 2 (iki) ədəd polietlen bükümlərdə ayrı-ayrılıqda çəkisi 1,570 qram, 1,112 qram, ümumi çəkisi 2,682 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İbtidai istintaq orqanının Təqsirləndirilən şəxs2 ilə bağlı gəldiyi nəticəyə görə, o, külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etmə, saxlama, daşıma, satma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, yəni qaçaqmalçılıq yolu ilə keçirmə barədə 2019-cu ilin iyul ayında Ağcabədi şəhərində tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olaraq cinayət əlaqəsinə girmişdir. Bu məqsədlə ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun İran İslam Respublikasında yaşayan “Məmi” adlı üzvü tərəfindən istintaqa məlum olmayan yerdə və mənbədən əldə olunub Azərbaycan Respublikasına gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə göndərilmiş və Bakı şəhərində “Digah zibilxanası” adlanan ərazidə gizlədilmiş külli miqdarda narkotik vasitələri xx xxxx 2019-cu il tarixdə saat 15:00 radələrində o, Təqsirləndirilən şəxs1la birlikdə satış məqsədilə qanunsuz olaraq oradan götürüb əldə etdikdən sonra onları Təqsirləndirilən şəxs1 idarə etdiyi «Mersedes Benz C 180» markalı, **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Əliçıraq qəsəbəsində yerləşən Şahid10 məxsus yaşayış evinə daşıyıb gətirərək orada gizlətmişdir. Həmin gün saat 20:00 radələrində o, qeyd edilən narkotik vasitələrdən 1 (bir) ədəd şəffaf sellofanda 330 qram heroini və 1 (bir) ədəd sellofanda 540 qram psixotrop maddə olan metamfetamini Ruslan adlı şəxsin Təqsirləndirilən şəxs1 verdiyi göstərişinə əsasən qanunsuz olaraq Abşeron rayonu, Əliçıraq qəsəbəsi ərazisində birlikdə satmaq istəyərkən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Biləsuvar RPŞ əməkdaşları tərəfindən saxlanılaraq avtomobillə birlikdə Biləsuvar RPŞ-yə gətirilərək orada «Mersedes Benz C 180» markalı, **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən avtomobilin qabaq sağ oturacağının altında gizlədilmiş 2 (iki) ədəd bağlamada olan 330 qram narkotik vasitə olan heroin və 540 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan sonra polis əməkdaşları tərəfindən davam etdirilmiş istintaq-əməliyyat tədbirləri ilə bağlı Abşeron rayonu, Əliçıraq qəsəbəsində yerləşən Şahid10 məxsus yaşayış evində keçirilən axtarış zamanı həmin evdə onun Təqsirləndirilən şəxs1la birlikdə yataq otağındakı çarpayının altında gizlətdikləri 5 (beş) ədəd üzərləri yapışqan lentlə bağlanmış şəffaf sellofanlarda ayrı-ayrılıqda təmiz çəkisi – 700 qram, 1100 qram, 280 qram, 200 qram,160 qram, ümumi təmiz çəkisi 2440 qram olan narkotik vasitə heroin, 1 (bir) ədəd yapışqan lentlə bağlanmış şəffaf sellofanda təmiz çəkisi 575 qram olan psixotrop maddə olan metamfetamin, 1 (bir) ədəd yapışqan lentlə bağlanmış qara rəngli sellofanda təmiz çəkisi 1500 qram, 2 (iki) ədəd yapışqan lentlə bağlanmış şəffaf sellofanlarda ayrı-ayrılıqda təmiz çəkisi 1200 qram və 485 qram, ümumi təmiz çəkisi 3245 qram olan qurudulmuş marixuana, 1 (bir) ədəd «Belomorkanal» markalı dəmir siqaret qutusunda 5 (beş) ədəd polietilen bükümlərdə ayrı-ayrılıqda təmiz çəkisi 0,653 qram, 0,922 qram, 0,397 qram, 0,458 qram, 0,452 qram, ümumi təmiz çəkisi 2,882 qram narkotik vasitə heroin, 2 (iki) ədəd polietlen bükümlərdə ayrı-ayrılıqda təmiz çəkisi 1,570 qram, 1,112 qram, ümumi təmiz çəkisi 2,682 qram olan psixotrop maddə aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 onun uşaqlıq dostudur. O, Kənanla birlikdə Ağcabədi rayonundan Bakı şəhərinə gəlmişdir. Bacısı Nuranənin qonşusu həmin vaxt öz evində qalmadığından o və Kənan Nuranənin qonşusunun evində qalmışlar. Səhərisi gün o, Digah qəsəbəsində əvvəlcədən zibilliyə qoyulmuş torbada olan narkotik vasitəni götürmüş və bacısının qonşusunun evinə gəlmişdir. Həmin vaxt Kənan onun yanında olmamışdır. O, narkotik vasitəni götürdükdən sonra həmin narkotik vasitənin Vüqar adlı şəxsə verməli olduğu və bunun müqabilində ona 1000 manat məbləğində pul veriləcəyi deyilmişdir. Sonra Kənan evdə tək qalmasın deyə o, Kənana onunla bir yerə gedib gəlməsini demişdir. Onlar birlikdə ona deyilən yerə getmişlər. Onlar deyilən yerə getdikdə Vüqar adlı şəxsin 07 markalı avtomobildə əyləşdiyini görmüşlər. O, Kənana avtomobildən düşüb 07 markalı avtomobildə əyləşən şəxsin Vüqar olub-olmamasını dəqiqləşdirməsini demişdir. Kənan avtomobildən düşdükdə, polis əməkdaşları Kənanı tutmuşlar. Həmin vaxt o, qorxmuş və həmin ərazidən qaçmaq istəmişdir. Lakin polislər buna imkan verməmişlər və onu tutmuşlar. O və Kənan Biləsuvar rayon Polis İdarəsinə aparılmışdır. Orada onların iştirakı ilə onun idarə etdiyi avtomobilə baxış keçirilmiş və onların avtomobilə qoyduqları narkotik vasitələr aşkar edilərək götürülmüşdür.Təqsirləndirilən şəxs1 ifadəsində onu da bildirdi ki, o, narkotik vasitə əldə etdiyini və narkotik vasitəni Vüqar adlı şəxsə verməli olduğunu Kənana deməmişdir. Kənanın bu barədə ümumiyyətlə məlumatı olmamışdır.Təqsirləndirilən şəxs1 qeyd etdiklərinin nəzərə alınmasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi üzrə barəsində bəraətin verilməsini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona ən aşağı həddə cəzanın təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs1la birlikdə Ağcabədi rayonundan Bakı şəhərinə gəlmişdir. Pərvizin bacısı Nuranənin qonşusunun evi boş olduğundan, onlar orada qalmışlar. Səhər Pərvizə zəng gəlmiş və Pərviz Vüqar adlı şəxsin yanına gedəcəyini bildirərək ondan birlikdə getməsini xahiş etmişdir. O, Pərvizlə razılaşmış və onlar birlikdə Vüqarla görüşməyə getmişlər. Onlar həmin yerə çatdıqda, Pərviz ona avtomobildən düşüb gələn şəxsin Vüqar olub-olmadığını dəqiqləşdirməsini demişdir. O da avtomobildən düşüb Pərvizin ona göstərdiyi şəxsə yaxınlaşmış və həmin şəxsdən Vüqar olub-olmadığını soruşmuşdur. Bu vaxt polislər onu tutmuşlar. Təqsirləndirilən şəxs1 aşkarlanmış narkotik vasitələrə onun heç bir aidiyyətı yoxdur. Təqsirləndirilən şəxs2 qeyd etdiklərinin nəzərə alınmasını və ona qarşı irəli sürülmüş ittiham üzrə barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayətə ümumiyyətlə aidiyyatının olmaması, Təqsirləndirilən şəxs2ona qarşı irəli sürülmüşAzərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 206.3.2-ci maddələri ilə təqsirli bilməməsi ilə bağlı hissədə verdikləri ifadələrini məhkəmə cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadələr kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxslərin ayrı-ayrılıqda məhkəmə istintaqında verdikləri ifadələri mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında fərqli məzmunda ifadələr verərkən cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq məqsədi güdmüşlər. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 onun oğludur. xx xxxx 2019-cu il tarixdə Pərviz ona Bakıya gedəcəyini demişdir. O, Pərvizə birlikdə Bakı şəhərinə getmək istədiyini bildirmişdir. Lakin Pərviz Bakı şəhərində işinin olduğunu bildirərək, onunla birlikdə Bakı şəhərinə getməsinə etiraz etmiş və ona növbəti gün Bakı şəhərinə gəlməsini demişdir. O da xx xxxx 2019-cu il tarixdə Bakı şəhərinə gəlmiş və Bakı şəhərində qızıNuranənin evinə çatdıqda orada Pərvizi görmüşdür. Sonra Pərviz evdən çıxmışdır. Pərviz evdən çıxdıqda o, Pərvizdən hara getdiyini soruşmuş və Pərviz yaxınlıqdakı dükana gedib qayıdacağını ona bildirmişdir. O, Pərvizə demişdir ki, “istəyirsən mən gedim mağazaya?, Nə lazımdır alıb gətirim”. Pərviz onun yorğun olduğunu bildirərək onunla razılaşmamış və özünün dükana gedəcəyini bildirmişdir. Lakin Pərviz çıxıb getdikdən sonra evə qayıtmamışdır. O bir qədər gözlədikdən sonra Pərvizə zəng vurmuş, lakin Pərviz onun zənglərinə cavab verməmişdir. Həmin gün axşam saat 23:00 radələrində Pərviz ona “mama, narahat olma, çatıram” mesajı yazmışdır. Bundan sonra o, biraz rahatlaşmışdır. Bir qədər keçdikdən sonra qapı döyülmüşdür. O, tez qapını açmış və polislərin gəldiyini görmüşdür. O, polislərdən Pərvizə nə olduğunu soruşduqda, polislər hadisə barədə ona məlumat vermişlər. Bundan sonra polislər Nuranənin qonşusu Yeganənin evinə baxmışlar. Lakin o, özünü yaxşı hiss etmədiyindən polislərlə birlikdə Yeganənin evinə getməmişdir. Lakin onun qızı Nuranə polislərlə birlikdə Yeganənin evinə getmiş və orada keçirilən baxışda iştirak etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Bakı İstintaq Təcridxanasında görmüşdür. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 206.3.2-ci maddələri ilə məhkum olunmuş və hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılaraq cəza çəkir. Qardaşı Vüqar ona pul vermişdir ki, o, aparıb həmin pulu İranda Məmiyə versin. Amma Vüqar həmin pulu hansı məqsədlə Məmiyə çatdırmalı olduğunu ona deməmişdir. O, pulu Məmiyə verəndən sonra Məmi onun qardaşı Vüqara narkotik göndərmişdir. Sonra o, qardaşı Vüqarın onu aldatdığını və onu narkotik vasitələrin alverinə cəlb etdiyini bilmişdir. Məminin Vüqara göndərdiyi narkotik vasitənin qiyməti 15000 (on beş min) manat olduğu təqdirdə, Vüqar onun vasitəsi ilə Məmiyə cəmi 5500 (beş min beş yüz) manat pul göndərmişdir. Buna görə də Məmi onu İranda ay yarım girov saxlamışdır. Sonra Məminin ona yazığı gəlmiş və ona demişdir ki, “Vüqardan sənə qardaş olmaz.” Bundan sonra onun Məmi ilə münasibəti yaranmış və Məmi ona satmaq məqsədi ilə narkotik vasitə göndərməyi təklif etmişdir. O da Məminin təklifi ilə razılaşmışdır. Bundan sonra Məmi ona Solmaz və Fərqiyyə adında qadınlar vasitəsi ilə bir neçə dəfə narkotik vasitə və psixotrop maddələr göndərmişdir. Fərqiyyəni onunla Məmi tanış etmişdir. Məmi ona demişdir ki, “hansı narkotik vasitə lazım olsa, sənə göndərə bilərəm”. Məmi ona birinci dəfə Solmaz vasitəsi ilə 75 (yetmiş beş) qram, Fərqiyyə vasitəsi ilə isə 175 (yüz yetmiş beş) qram metamfetamin göndərmişdir. O, həmin malları Bakı şəhərində qəbul etmişdir. Sonra o, həmin metamfetaminləri həm satmış, həm də tanışlarına pulsuz vermişdir. Məmi ikinci dəfə ona metamfetamin göndərəndə Fərqiyəni polislər tutmuşlar. Fərqiyyədən sonra isə polislər onu tutmuşlar. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, xx xxxx 2019-cu il tarixdə axşam vaxtı küçədə olarkən polis əməkdaşları ona yaxınlaşaraq Biləsuvar rayon Polis şöbəsinə gətirilmiş iki nəfər şəxsin üzərlərinə və bir avtomobilə keçiriləcək baxışda hal şahidi kimi iştirak etməyi təklif etmişlər. O da etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Polis şöbəsinə getmişdir. Orada ona və digər hal şahidinə onların hüquq və vəzifələri izah edilmişdir. Polis əməkdaşları Biləsuvar rayon Polis şöbəsinin inzibati binasının həyətində ona qara rəngli “Mersedes” markalı avtomobil göstərmişlər. Sonra polislər təqsirləndirilən şəxslərin hər ikisinin üzərində şəxsi axtarış aparmışlar. Təqsirləndirilən şəxslərin üzərindən heç nə çıxmamışdır. Lakin Təqsirləndirilən şəxs1 məxsus avtomobilin qabaq sağ qapısı açıldıqdan sonra Təqsirləndirilən şəxs1 qabaq sağ oturacağın altından 1 (bir) bağlama götürüb polis əməkdaşlarına təqdim etmişdir. Bağlama açıldıqda, bağlamanın içərisindən 2 (iki) bağlama çıxmışdır. Polislər Təqsirləndirilən şəxs1 həmin bağlamanın nə olduğunu soruşduqda, Pərviz bağlamanın içərisində narkotik vasitə olduğunu bildirmişdir. Sonra polislər həmin bağlamanın şəklini çəkmişlər və onlar orada sənədləri imzalamışlar. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki,Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəldən tanımamış, onun təqsirləndirilən şəxslərlə heç bir münasibəti olmamışdır. xx xxxx 2019-cu il tarixdə o, Biləsuvar rayon Polis şöbəsinin DYP-nin qabağında olarkən polis əməkdaşları ona yaxınlaşaraq Polis şöbəsinə gətirilmiş iki şəxsin üzərlərinə və həmin şəxslərdən birinə məxsus nəqliyyat vasitəsinə keçiriləcək baxışda hal şahidi kimi iştirak etməsini ona təklif etmişlər. O, razılıq verdikdən sonra polis əməkdaşları ilə birlikdə Polis şöbəsinin inzibati binasına getmişdir. Orada ona və digər hal şahidinə onların hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra təqsirləndirilən şəxslərin üzərində axtarış keçirilmişdir. Lakin həmin şəxslərin üzərində narkotik vasitə aşkar edilməmişdir. Sonra qara rəngli “Mersedes” markalı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs1 həmin avtomobilin qabaq sağ oturacağının altından 1 (bir) bağlama götürüb polis əməkdaşlarına təqdim etmişdir. Bağlama onların iştirakları ilə açılıb baxıldıqda, bağlamanın içərisində 2 (iki) ədəd bağlamada heroin və metamfetamin aşkar edilmişdir. Bu barədə protokol tərtib edilmiş və o da həmin protokolu imzalamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, Biləsuvar rayon Polis şöbəsində əməliyyat müvəkkili vəzifəsində işləyir. xx xxxx 2019-cu il tarixdə X5 İslam Respublikasından Azərbaycan Respublikasına qayıdarkən gömrük yoxlaması zamanı Fərqiyyə Teymurovanın ayağındakı ayaqqabının altında külli miqdarda psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Həmin faktla əlaqədar başlanmış cinayət işi üzrə həyata keçirilmiş tədbirlər nəticəsində müəyyən edilmişdir ki, külli miqdarda psixotrop maddə olan metamfetamini gətirmək üçün X9 İrandan Məmi adında şəxs göndərmiş və həmin psixotrop maddə Azərbaycan Respublikasına gətirildikdən sonra Şahid5 tərəfindən qəbul edilməli olmuşdur. Əməliyyat-axtarış tədbirləri zamanı, həmçinin müəyyən olunmuşdur ki, Şahid5 İran İslam Respublikasında yaşayan cinayətkar qrupun üzvü Məmi adlı şəxslə sıx əlaqədə olmuş və həmin şəxslər bir-biriləri ilə mütəmadi telefon əlaqəsi saxlamışlar. İbtidai istintaq zamanı Şahid5 də öz səhvini başa düşdüyündən cinayətkar dəstənin qalan üzvlərinin ifşa edilməsi ilə bağlı könüllü olaraq istintaqla əməkdaşlıq etmək istədiyini bildirmişdir. Məmi qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına müxtəlif yollarla külli miqdarda narkotik vasitələr və psixotrop maddələr göndərməklə məşğul olduğundan, Məminin Azərbaycan Respublikasında olan cinayətkar əlaqələrini müəyyənləşdirmək məqsədi ilə Biləsuvar RPŞ-də müvafiq tədbirlər hazırlanmışdır. Şahid5 istintaqla könüllü əməkdaşlıq etməsi nəzərə alınaraq, Şahid5 istifadəsində olan mobil telefon və həmin telefonla aparılan danışıqlar sonuncunun razılığı ilə nəzarətə götürülmüşdür. Həmin tədbirlər həyata keçirilərkən müəyyənləşdirilmişdir ki, sərhəd pozucuları tərəfindən xx xxxx 2019-cu il tarixə keçən gecə dövlət sərhədi Beyləqan-Fizuli istiqamətində pozulmuş və ölkə ərazisinə qanunsuz yolla külli miqdarda narkotik vasitə və psixotrop maddələr gətirilmişdir. Sonradan isə həmin narkotik vasitələr və psixotrop maddələr “Mersedes” markalı avtomobillə daşınaraq Bakı şəhərinə gətirilmiş və Abşeron rayonu ərazisində gizlədilmişdir. Həmin narkotik vasitələri və psixotrop maddələri Abşeron rayonu ərazisində gizlədildiyi yerdən götürəcək şəxsləri ifşa etmək məqsədi ilə əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair müvafiq qərar qəbul edilmişdir. Qərar qəbul edildikdən sonra xx xxxx 2019-cu il tarixdə Abşeron rayonu, Əliçıraq qəsəbəsi və ətrafdakı ərazilər əməliyyat nəzarətinə götürülmüşdür. Həmin gün saat 17:00 radələrində “Mersedes” markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobil əməliyyat tədbirində istifadə olunan VAZ 2107 markalı avtomobilə yaxınlaşmışdır. Həmin “Mersedes” markalı avtomobilin sürücüsünün yanında əyləşmiş Təqsirləndirilən şəxs2 avtomobildən düşərək VAZ 2107 markalı avtomobilə yaxınlaşmış və avtomobildə olan şəxsin adının Vüqar olub-olmadığını soruşmuşdur. Bu zaman “Mersedes” avtomobilini idarə edən sürücü şübhələnərək avtomobili işə salmış və dərhal oradan uzaqlaşmaq istəmişdir. Lakin onun və digər polis əməkdaşlarının gördükləri tədbirlər nəticəsində həmin avtomobildən düşüb onlara yaxınlaşan Təqsirləndirilən şəxs2 və “Mersedes” markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs1 saxlanılmışlar. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Pərvizə məxsus “Mersedes” markalı avtomobillə Biləsuvar rayon Polis şöbəsinə gətirilmişlər. Orada hal şahidləri və müdafiəçilərin iştirakları ilə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər birinin üzərinə ayrı-ayrılıqda şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə keçirilən şəxsi axtarış zamanı hər hansı bir narkotik vasitə, psixotrop maddə və ya qadağan olunmuş digər predmet aşkar edilməmişdir. Bundan sonra Biləsuvar RPŞ-nin inzibati binasının həyətində olan və Təqsirləndirilən şəxs1 məxsus “Mersedes” markalı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs1 həmin avtomobilin qabaq sağ oturacağın altından 1 (bir) ədəd bağlamanı götürüb polislərə təqdim etmişdir. Bağlama açıldıqda bağlamanın içərisində 2 (iki) ədəd bükülüdə narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin aşkar edilmişdir. Bundan sonra aşkar edilmiş əşyalar barəsində protokol tərtib edilmiş və həmin protokol orada iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Davam etdirilmiş istintaq-əməliyyat tədbirləri ilə müəyyənləşdirilmişdir ki, Təqsirləndirilən şəxs1 öz yaxın dostu və qonşusu olan Təqsirləndirilən şəxs2 ilə birlikdə Ağcabədi rayonundan Bakı şəhərinə gəldikdən sonra həmin şəxslər birlikdə gedib İran islam Respublikasından göndərilmiş və naməlum şəxslər tərəfindən “Balaxanı zibilliyi” adlanan yerdə gizlədilmiş böyük bir bağlamada olan külli miqdarda narkotik vasitələri və psixotrop maddələri oradan götürərək Təqsirləndirilən şəxs1 Abşeron rayonu, Əliçıraq qəsəbəsində yaşayan bacısı Nuranənin evinin qonşuluğunda yerləşən Şahid10 evinə aparmışlar. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 orada bağlamanı açıb telefonla Məmiyə göstərdikdən sonra Məminin göstərişi ilə həmin narkotik vasitə və psixotrop maddələrdən müəyyən hissəsini aparıb Məminin dediyi yerlərə qoyaraq həmin əşyaların paylaşdırılmasını həyata keçirmişlər. Saxlanılan şəxslər qalan narkotik vasitələri və psixotrop maddələri Şahid10 məxsus evdə gizlətmişlər. Ev sahibi Şahid10 uzun müddət həmin evdə yaşamadığından və evin açarları istifadə üçün Təqsirləndirilən şəxs1 bacısı Nuranəyə verildiyindən, qalan narkotik vasitələrin və psixotrop maddələrin başqa şəxslər tərəfindən oradan götürülə biləcəyini nəzərə alaraq, həmin evdə təxirəsalınmaz istintaq hərəkəti kimi axtarış tədbirinin həyata keçirilməsi barədə qərar qəbul olunmuşdur. O və digər polis əməkdaşları qeyd edilən ünvana getdikdən sonra müstəntiq tərəfindən evin faktiki istifadəçisi Şahid8 həmin qərarla tanış edilmişdir. Bundan sonra bir mərtəbəli, bir otaqdan ibarət yarımçıq tikili olan yaşayış evində axtarış tədbiri həyata keçirilmişdir. Axtarışda evin faktiki istifadəçisi Şahid8 və Nuranənin həyat yoldaşı da iştirak etmişdir. Axtarış zamanı həmin bir otaqlı evdə dəmir çarpayının altında bağlama aşkarlanmışdır. Bağlama açıldıqdan sonra həmin bağlamanın içərisində 9 (doqquz) ədəd ayrı-ayrı sellofan bağlamalarda və 1 (bir) ədəd siqaret qutusunun içərisində müxtəlif növ narkotik vasitələrə və psixotrop maddə olan metamfetaminə oxşar maddələr, 2 (iki) ədəd kiçik tərəzilər aşkar edilmişdir. Sonra bağlamalarda və siqaret qutusunda olan həmin maddələr ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X23 oxşar məzmunlu ifadə verməklə Şahid4 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərdi ki, onun Nuranə ilə qonşu kimi çox yaxşı münasibəti olduğundan onlar hər zaman birbirilərinin evlərinə gedib-gəlmişlər. Onlardan kimsə evdə olmadıqda, onlar bir-birilərinin evlərinə nəzarət etmişlər. Son vaxtlar Tovuz rayonunda yaşayan onun anası xəstə olduğundan o, anasına dəymək üçün tez-tez rayona getmiş və anasının səhhətindən asılı olaraq günlərlə orada qalmışdır. 2019-cu ilin may ayının ortalarında onun anası yenidən bərk xəstələndiyindən o, anasının yanına, yəni Tovuz rayonuna getmiş və rayona gedərkən də evinin açarlarını qonşusu Nuranəyə verib evinə nəzarət etməsini xahiş etmişdir. 2019-cu ilin may ayının ortalarından iyul ayının sonuna kimi o, həmin evdə olmamışdır. 2019-cu ilin iyul ayının sonlarında o, Tovuz rayonundan evinə qayıtdıqdan sonra Nuranənin qardaşı Pərvizin və Pərvizin dostu Kənanın gecə vaxtı Nuranəgilə qonaq gəlmələrini Nuranədən eşitmişdir. Lakin Nuranəgilin evi darısqal olduğundan, Nuranə əlacsız qalıb Pərvizi və Kənanı onun evinə gətirmiş və orada Pərvizlə Kənana yatmaq üçün yer salmışdır. Nuranənin ona deməsinə görə, Pərvizgili onun evində qaldıqları müddətdə Pərviz və Kənan Nuranədən xəbərsiz onun evinə narkotik maddələr gətirib gizlətmişlər və bundan xəbər tutan polis əməkdaşları da gəlib onun evində axtarış apararaq həmin narkotik maddələri tapıb götürmüşlər. Ona məxsus evdə axtarışın keçirilməsinə dair onun heç bir etirazı və şikayəti olmamış və hal-hazırda da yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, o, ailə qurduqdan sonra ailəsi ilə birlikdə Abşeron rayonu, Əliçıraq qəsəbəsində yerləşən özünə məxsus fərdi yaşayış evində yaşayır. Təqsirləndirilən şəxs1 onun ögey qardaşıdır. Onlar anadan bir, atadan ayrı bacı-qardaşlardır. xx xxxx 2019-cu il tarixdə o, Pərvizin mobil telefonuna zəng vuraraq, Pərvizin hal-əhvalını soruşmuşdur. Həmin vaxt Pərviz ona sabah Bakı şəhərinə gələcəyini demişdir. O, Pərvizdən anasını da gətirməsini xahiş etmişdir. Lakin Pərviz işi olduğunu üçün tək gələcəyini, anasının isə avtobusla sabah ayrı gələcəyini ona demişdir. xx xxxx 2019-cu il tarixə keçən gecə saat 15:00 radələrində onun yaşadığı evin küçə qapısı döyülmüşdür. O, qapını açdıqda, Pərvizin öz dostu Kənanla birlikdə qapıda dayandığını görmüşdür. O, Pərvizlə Kənanı evə dəvət etsə də, Pərviz birazdan qayıdacağını ona bildirmişdir. O da öz növbəsində Pərvizə gecə onun evində qalmağı bildirmişdir. Pərviz isə onun evinin balaca olduğunu deyərək gecə qalmağa yer tapacaqlarını bildirmişdir. Sonra o, qonşusu Yeganənin evinin boş olduğunu, evin açarının onda olduğunu və gecə orada qala biləcəklərini Pərvizə demişdir. Pərvizgili onun təklifi ilə razılaşdıqdan sonra o, qonşusunun evini özündə olan açarla açıb Pərvizi və Kənanı bir otaqlı həmin evə dəvət etmiş və orada yerdə Pərvizgilə yatmaq üçün yer salmışdır. O, qardaşıgil üçün yer saldıqdan sonra öz evinə qayıtmışdır. X27 evində qalmışlar. Səhər isə o, işə getdiyindən Pərvizgildən xəbəri olmamışdır. Günortadan sonra o, işdən evə gələn zaman anasının da onlara qonaq gəldiyini görmüşdür. O, işdən qayıdan zaman Pərvizgili həyətdə olmuşlar. Saat 18:00 radələrində Pərvizlə Kənan mağazaya getmək adı ilə birlikdə Pərvizin avtomobilinə minib getmişlər və sonra evə geri qayıtmamışlar. Aradan biriki saat keçdikdən sonra onun anası narahat olmağa başlamışdır. Anası “Votsap” vasitəsi ilə Pərvizə yazaraq, Pərvizdən nə vaxt evə gələcəyini soruşmuşdur. Cavabında isə Pərviz birazdan gələcəyini anasına bildirmişdir. Sonra o, anasına yazılmış yazının Pərvizin yazısına oxşamadığını və Pərvizin başına nəsə bir iş gəldiyini anasına demişdir. Bir müddət keçdikdən sonra, yəni gecə 00:00 radələrində onun yaşadığı evin qapısı döyülmüşdür. Qapı açıldıqda onlar polis əməkdaşlarının gəldiklərini görmüşlər. Polislər onun yaşadığı evə daxil olduqdan sonra Pərvizi tutduqlarını onlara demişlər. O, polislərdən Pərvizi hansı səbəbə görə tutduqları soruşmuşdur. Polislər isə Pərvizi cinayət törətdiyinə görə tutduqlarını bildirmişlər. Polislər onun evində axtarış keçirmək istədikdə, o, polislərdən evi axtarmaq üçün icazələrinin olub-olmadığını soruşmuşdur. Polislər isə cavab olaraq bildirmişlər ki, onun evində axtarış aparılması lazımdır. Bundan sonra polislər onun yaşadığı evdə axtarış aparmışlar. Sonra Kənanın həyətdə polislərlə birlikdə avtomobildə oturduğu və onun evinin Kənan tərəfindən polislərə göstərilməsi onlara məlum olmuşdur. Bundan sonra polislər Pərvizgilin gecə qaldığı Yeganənin evinə keçmişlər və ona da polislərlə birlikdə Yeganənin evinə getməyi təklif etmişlər. O isə Yeganənin evinə getməmiş və əri ilə birlikdə həyətdə gözləmişdir. Evə təxminən altı-yeddi nəfər polis əməkdaşı daxil olmuşdur. Təxminən iyirmi dəqiqə sonra polislər onu evə dəvət etmişlər və o da Yeganənin evinə daxil olmuşdur. Həmin vaxt ev çox dağınıq olmuşdur. Onun yerdə saldığı döşəyin üstündə o, 3 (üç) ədəd skoçla bağlı balaca bükümlərin qoyulduğunu görmüşdür. Sonra o, evdən çölə çıxmış, anası və polislərlə birlikdə Biləsuvar rayon Polis şöbəsinə getmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Abşeron RPİ-nin Mehdiabad Polis bölməsində baş əməliyyat müvəkkili işləyir. xx xxxx 2019-cu tarixdə o, xidmətdə olarkən gecə vaxtı Biləsuvar RPŞ-nin əməkdaşları onun xidmət apardığı Mehdiabad Polis bölməsinə gələrək qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilmiş külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar istintaqı aparılan cinayət işi üzrə Abşeron rayonu, Əliçıraq qəsəbəsində yerləşən bir evdə təxirəsalınmaz istintaq hərəkəti kimi axtarış tədbirinin keçiriləcəyini və yerli polis orqanının nümayəndələri kimi Mehdiabad Polis bölməsinin əməkdaşlarının da həmin axtarış tədbirində iştirak etmələrini xahiş etmişlər. Bununla bağlı rəhbərliyə məruzə edilib razılıq alındıqdan sonra o və digər polis əməkdaşı Məmmədov X26 RPŞ-nin əməkdaşları ilə birlikdə Abşeron rayonu, Əliçıraq qəsəbəsində Şahid10 məxsus yaşayış evinin yerləşdiyi ünvana getmişlər. Həmin vaxt ev sahibin uzun müddət həmin evdə yaşamadığı, evin sahibi tərəfindən açarların qonşuluqda yaşayan Nuranə adlı qadına verilməsi müəyyən olunmuşdur. Onlar gəldikdən sonra müstəntiq evin faktiki istifadəçisi olan Şahid8 axtarış aparılması barədə qərarla tanış etmiş və sonra Nuranəyə həmin evin açarlarını təqdim etməyi təklif etmişdir. Şahid8 həmin evin açarlarını gətirmiş və müstəntiqə təqdim etmişdir. Sonra onun iştirakı ilə bir mərtəbəli, bir otaqdan ibarət yarımçıq tikili olan yaşayış evində axtarış həyata keçirilmişdir. Axtarış zamanı həmin evdə bağlama aşkarlanmışdır. Bağlama açıldıqda bağlamanın içərisində müxtəlif narkotik vasitələrə və psixotrop maddə olan metamfetaminə oxşar maddələr və 2 (iki) ədəd kiçik tərəzilərin olduğu məlum olmuşdur. Bu barədə müstəntiq tərəfindən protokol tərtib edilmiş və axtarışda iştirak edən şəxslər tərəfindən həmin protokolun doğruluğu imzalar ilə təsdiq olunmuşdur. Şahid2 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, Abşeron RPİ-nin Mehdiabad Polis bölməsində əməliyyat müvəkkili işləyir. xx xxxx 2019-cu tarixdə o, xidmətdə olarkən gecə vaxtı Biləsuvar RPŞ-nin əməkdaşları onun xidmət apardığı Mehdiabad Polis bölməsinə gələrək qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilmiş külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar istintaqı aparılan cinayət işi üzrə Abşeron rayonu, Əliçıraq qəsəbəsində yerləşən bir evdə təxirəsalınmaz istintaq hərəkəti kimi axtarış tədbirinin keçiriləcəyini və yerli polis orqanının nümayəndələri kimi Mehdiabad Polis bölməsinin əməkdaşlarının da həmin axtarış tədbirində iştirak etmələrini xahiş etmişlər. Bununla bağlı rəhbərliyə məruzə edilib razılıq alındıqdan sonra o və digər polis əməkdaşı Quliyev X32 RPŞ-nin əməkdaşları ilə birlikdə Abşeron rayonu, Əliçıraq qəsəbəsində Şahid10 məxsus yaşayış evinin yerləşdiyi ünvana getmişlər. Həmin vaxt ev sahibin uzun müddət həmin evdə yaşamadığı, evin sahibi tərəfindən açarların qonşuluqda yaşayan Nuranə adlı qadına verməsi müəyyən olunmuşdur. Onlar gəldikdən sonra müstəntiq evin faktiki istifadəçisi olan Şahid8 axtarış aparılması barədə qərarla tanış etmiş və sonra Nuranəyə həmin evin açarlarını təqdim etməyi təklif etmişdir. Şahid8 tərəfindən həmin evin açarları gətirilib müstəntiqə təqdim edildikdən sonra onun iştirakı ilə bir mərtəbəli, bir otaqdan ibarət yarımçıq tikili olan yaşayış evində axtarış həyata keçirilmişdir. Axtarış zamanı həmin evdə bağlama aşkarlanmışdır. Bağlama açılıb baxılarkən bağlamanın içərisində müxtəlif narkotik vasitələrə və psixotrop maddə olan metamfetaminə oxşar maddələr və 2 (iki) ədəd kiçik tərəzilərin olduğu məlum olmuşdur. Bu barədə müstəntiq tərəfindən protokol tərtib edilmiş və axtarışda iştirak edən şəxslər tərəfindən həmin protokolun doğruluğu imzalar ilə təsdiq olunmuşdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2019-cu il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 177) görünür ki, Abşeron rayonu ərazisində gizlədilmiş narkotik vasitələri və psixotrop maddələri götürüb onların bir hissəsini Şahid5 verəcək şəxslərin müəyyənləşdirilib saxlanılması, qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitələri və psixotrop maddələri çıxarmaq məqsədilə Abşeron rayonu ərazisində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2019-cu il tarixli əməliyyat tədbirinin keçirilməsi və müşahidə etmə haqqında protokoldan (cild 1, iş vərəqə 179) görünür ki, xx xxxx 2019-cu il tarixdə keçirilmiş əməliyyat tədbiri nəticəsində iki şəxs saxlanılmış, həmin şəxslərdən biri Təqsirləndirilən şəxs2, digəri isə Təqsirləndirilən şəxs1 olmuşdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 polis əməkdaşlarının müşayəti ilə Təqsirləndirilən şəxs1 idarə etdiyi “Mercedes C180” markalı **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Biləsuvar rayon Polis şöbəsinə gətirilmişlər. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2019-cu il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 183) görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə şübhəli bilindiyinə görə onun şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2019-cu il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 193) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətdiyinə görə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2019-cu il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 199-200) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilən zaman onun üzərindən iş üzrə əhəmiyyət kəsb edən “Samsung CE 0168” markalı mobil telefondan başqa hər hansı bir digər əşya aşkar edilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2019-cu il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 205) görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə şübhəli bilindiyinə görə onun şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2019-cu il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 215) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətdiyinə görə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2019-cu il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 220-221) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilən zaman onun üzərindən iş üzrə əhəmiyyət kəsb edən hər hansı əşya aşkar edilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2019-cu il tarixli avtomobilə baxış keçirilməsi və götürmə haqqında protokoldan, ona əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 226-229) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 məxsus «Mersedes Benz C 180» minik markalı, **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən Təqsirləndirilən şəxs1 şəxsən avtomobilin qabaq sağ oturacağının altında gizlədilmiş 1 (bir) ədəd bağlamada olan 2 (iki) bükümdə narkotik vasitə heroini və psixotrop maddə metamfetamini çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2019-cu il tarixli axtarış keçirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 230-231) görünür ki, Şahid10 məxsus yaşayış evində təxirəsalınmaz istintaq hərəkəti kimi axtarış tədbirinin keçirilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2019-cu il tarixliŞahid8 ərizəsindən (cild 1, iş vərəqə 232) görünür ki, Şahid8 qonşusu Şahid10 məxsus fərdi yaşayış evinin onun istifadəsində olduğunu və həmin evdə axtarış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2019-cu il tarixli axtarış keçirilməsi və götürmə haqqında protokoldan, ona əlavə edilmiş videogörüntüdən (cild 1, iş vərəqə 234-235) görünür ki, xx xxxx 2019-cu il tarixdə Şahid10 məxsus evdə axtarış keçirilmiş və iri sellofan paket (həmin paketin içərisində müxtəlif ölçülü 6 ədəd içərisində kristal ağ və qəhvəyi rəngdə olan maddələr), 2 (iki) ədəd tərəzi, 3 (üç) ədəd ayrıayrı bağlamalarda narkotik vasitəyə oxşar predmetlər aşkar edilərək maddi sübut kimi götürülmüşdür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2019-cu il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X33 Bölməsinin 828/829 saylı məhkəmə-bioloji ekspertizası rəyindən (cild 1, iş vərəqə 271-272) görünür ki, tədqiqata təqdim edilmiş üzərində “....Təqsirləndirilən şəxs1 idarə etdiyi ...” sözləri yazılmış kağız paketdə 1 (bir) ədəd şəffaf sellofanda təmiz çəkisi - 330 qram olan qəhvəyimtil rəngli maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir, 1 (bir) ədəd şəffaf sellofanda təmiz çəkisi - 540 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində “...X14 məxsus...” sözləri yazılmış 2 (iki) ədəd iç-içə ağ rəngli polietilen torbada 5 (beş) ədəd üzəri yapışqan lentlə bağlanmış şəffaf sellofanlarda ayrı-ayrılıqda təmiz çəkisi – 700 qram, 1100 qram, 280 qram, 200 qram, 160 qram, ümumi təmiz çəkisi – 2440 qram olan qəhvəyimtil rəngli maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir, 1 (bir) ədəd üzəri yapışqan lentlə bağlanmış şəffaf sellofanda təmiz çəkisi – 575 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 1 (bir) ədəd üzəri yapışqan lentlə bağlanmış qara rəngli sellofanda təmiz çəkisi – 1560 qram; 2 (iki) ədəd üzəri yapışqan lentlə bağlanmış şəffaf sellofanlarda ayrı-ayrılıqda təmiz çəkisi – 1200 qram, 485 qram, ümumi təmiz çəkisi – 3245 qram olan yaşılımtıl rəngli, xırdalanmış və qurudulmuş bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. 1 (bir) ədəd “Belomorkanal” markalı dəmir siqaret qutusunda 5 (beş) ədəd polietilen bükümlərdə ayrı-ayrılıqda təmiz çəkisi - 0,653 qram, 0,922 qram, 0,397 qram, 0,458 qram, 0,452 qram, ümumi təmiz çəkisi – 2,882 qram olan qəhvəyimtil rəngli maddə turyəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir, 2 (iki) ədəd polietilen bükümlərdə ayrı-ayrılıqda təmiz çəkisi - 1,570 qram, 1,112 qram, ümumi təmiz çəkisi - 2,682 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2019-cu il tarixli Təqsirləndirilən şəxs1 mobil telefonuna baxış keçirilməsi haqqında protokoldan, həmin protokola əlavə edilmiş diskdən və fotoşəkillərdən (cild 2, iş vərəqə 1-8) görünür ki, Təqsirləndirilən şəxs1 məxsus telefonun “Whatsapp” bölməsindəki siyahısında İran İslam Respublikasının mobil operatoruna aid +**********25, +**********31, +**********14, +**********75, +**********15 mobil telefon nömrələri qeyd edilmiş və həmin nömrələrlə 2019-cu ilin iyun-iyul ayları ərzində narkotik vasitələrin qaçaqmalçılığı və qanunsuz dövriyyəsi ilə əlaqədar çoxsaylı zənglərlə danışıqlar aparılmış, həmin danışıqların bəzilərində qablaşdırılmış halda bağlamalarda olan külli miqdarda narkotik vasitələrin fotoşəkilləri İran İslam Respublikasının operatoruna məxsus +**********25 mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə göndərilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2019-cu il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 2, iş vərəqə 23-24) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsi ilə bağlı təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr üzrə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2019-cu il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 2, iş vərəqə 76-77) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsi ilə bağlı təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr üzrə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2019-cu il tarixli Biləsuvar Rayon Məhkəməsinin 4(022)-43/2019 saylı qərarından (cild 2, iş vərəqə 102- 103) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs müddətinin əvvəli xx xxxx 2019-cu il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2019-cu il tarixli Biləsuvar Rayon Məhkəməsinin 4(022)-44/2019 saylı qərarından (cild 2, iş vərəqə 100- 101) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs müddətinin əvvəli xx xxxx 2019-cu il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2019-cu il tarixli arayışdan (cild 3, iş vərəqə 43) görünür ki, Təqsirləndirilən şəxs1 ailə üzvləri – anası Şahid9, arvadı X15, 2011-ci il təvəllüdlü qızı X10, 2013-cü il təvəllüdlü qızı X11 və 2017-ci il təvəllüdlü oğlu X7 ibarətdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2019-cu il tarixli xasiyyətnamədən (cild 3, iş vərəqə 44) görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2019-cu il tarixli maddi sübut kimi tanıma haqqında qərardan (cild 2, iş vərəqə 150-151) görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məxsus və tədqiqatdan sonra qalıq çəkisi 2772,332 qram olan narkotik vasitə heroin, 1117,482 qram olan psixotrop maddə metamfetamin və 3244,94 qram olan narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanılması üçün Biləsuvar rayon Polis şöbəsinə təhvil verilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2019-cu il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran Rayonlararası X6 X44 Yoxlamanın 431 saylı rəyindən (cild 3, iş vərəqə 164) görünür ki, Təqsirləndirilən şəxs1 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2019-cu il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran Rayonlararası X6 X44 Yoxlamanın 426 saylı rəyindən (cild 3, iş vərəqə 166) görünür ki, Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2019-cu il tarixli arayışdan (cild 3, iş vərəqə 45) görünür ki, Təqsirləndirilən şəxs2 ailə üzvləri – arvadı X12, 2011-ci il təvəllüdlü oğlu X24, 2013-cü il təvəllüdlü qızı X25 və 2017-ci il təvəllüdlü qızı X18 ibarətdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X8 tələbnaməsindən (cild 1, iş vərəqə 138-139) görünür ki,Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X8 tələbnaməsindən (cild 1, iş vərəqə 136-137) görünür ki,Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli xasiyyətnamədən (cild 3, iş vərəqə 161) görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxx 2019-cu il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 4, iş vərəqə 49-72) görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittihamın dəyişdirilmədən saxlanılması, Şahid8, Şahid10, Şahid9 və X19 əməllərində cinayət tərkibinin əlamətləri müəyyən olunmadığından həmin şəxslərin barəsində cinayət təqibinin başlanılmasının rədd edilməsi, ekspertiza tədqiqindən sonra qalıq çəkisi 2772,332 qram olan narkotik vasitə heroinin, 1117,482 qram olan psixotrop maddə metamfetaminin və 3244,94 qram olan narkotik vasitə qurudulmuş marixuananın, 2 (iki) ədəd tərəzinin, Təqsirləndirilən şəxs1 məxsus “Samsung CE 0168” markalı mobil telefonun maddi sübut kimi tanınması və saxlanılması üçün Biləsuvar RPŞ-nə təhvil verilməsinin nəzərə alınması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2011-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən (cild 3, iş vərəqə 37) görünür ki, xx xxxx 2011-ci il tarixdə Ağcabədi rayon qeydiyyat şöbəsində Təqsirləndirilən şəxs1 ilə X30 arasında nikah bağlanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2014-cü il tarixli nikah haqqında şəhadətnamənin surətindən (cild 3, iş vərəqə 46) görünür ki, xx xxxxxx 2014-cü il tarixdə Ağcabədi rayon qeydiyyat şöbəsində Təqsirləndirilən şəxs2 ilə X31 arasında nikah bağlanmış və nikahdan sonra X1 götürmüşdür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxx 2014-cü il tarixli AZ-İİİ seriyalı 406904 nömrəli doğum haqqında şəhadətnamənin surətindən (cild 4, iş vərəqə 163) görünür ki, xx xxx 2011-ci il tarixdə X39 doğulmuşdur. Onun atası Təqsirləndirilən şəxs2, anası X17r. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxx 2014-cü il tarixli AZ-İİİ seriyalı 406905 nömrəli doğum haqqında şəhadətnamənin surətindən (cild 4, iş vərəqə 164) görünür ki, xx xxxxxx 2013-cü il tarixdə X40 doğulmuşdur. Onun atası Təqsirləndirilən şəxs2, anası X17r. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxx 2017-ci il tarixli AZ-İİİ seriyalı 934513 nömrəli doğum haqqında şəhadətnamənin surətindən (cild 3, iş vərəqə 39) görünür ki, xx xxx 2017-ci il tarixdə X20 doğulmuşdur. Onun atası Təqsirləndirilən şəxs1, anası X21r. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2018-ci il tarixli AZ-İV seriyalı 060730 nömrəli doğum haqqında şəhadətnamənin surətindən (cild 3, iş vərəqə 47) görünür ki, xx xxxxxx 2017-ci il tarixdə X36 doğulmuşdur. Onun atası Təqsirləndirilən şəxs2, anası X17r. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxx 2018-ci il tarixli AD seriyalı 215410 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən (cild 3, iş vərəqə 32) görünür ki, «Mersedes Benz C 180» minik markalı, **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Təqsirləndirilən şəxs1dur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Andrey X2rşı” işi üzrə X48 Məhkəməsinin xx xxxx 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxslər onların əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmişlər, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüşlər, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçilərinin vasitəsi ilə suallar vermişlər və onlara qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişlər. Təqsirləndirilən şəxslər tərəfindən onların hər birinə qarşı irəli sürülmüş ittihamın mübahisələndirilməsinə baxmayaraq, məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən toplanmış sübutların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr yoxdur və həmin sübutlar əsasında cinayət hadisəsinin həqiqətən baş verməsi, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin bütün əlamətlərinin olması və həmin cinayət əməllərinin təqsirləndirilən şəxslər tərəfindən qəsdən törədilməsi tam təsdiq olunur. Lakin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsində nəzərdə tutulmuş ittihama gəldikdə məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən bu hissədə təqsirləndirilən şəxslərin törətdikləri əməllər düzgün tövsif olunmamışdır. Belə ki, məhkəmə istintaqında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətləri cinayətin icraçısı qismində etmələri sübuta yetirilmədi. Başqa sözlə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti icraçı qismində törətmələri təsdiq olunmadı. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsinə görə həmin maddə üzrə məsuliyyət yalnız o halda yarana bilər ki, təqsirkar şəxslər həmin Məcəllənin 206.1 və 206.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini qabaqcadan əlbir bir qrup şəxs halında törətmiş olsunlar. Cinayət Məcəlləsinin 206.2-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi başa düşülür. Hazırki cinayət işi üzrə qeyd edilən maddi hüquq normasında göstərilən qaçaqmalçılıq cinayətinin dispozitiv şərtləri narkotik vasitə və psixotrop maddələrin məhz Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsini nəzərdə tutur. Lakin məhkəmə istintaqında araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, İran İslam Respublikasında yaşayan Məmi adlı şəxs istintaqa məlum olmayan tarixdə və şəraitdə külli miqdarda narkotik vasitə və psixotrop maddələri Azərbaycan Respublikasının ərazisinə qaçaqmalçılıq yolu ilə keçirməyə müvəffəq olmuşdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 «Mersedes Benz C 180» markalı, **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkarlanmış 2 (iki) ədəd bağlamada olan 330 qram narkotik vasitə olan heroini və 540 qram psixotrop maddə metamfetamini, eləcə də Şahid10 məxsus yaşayış evdə aşkarlanmış və onların gizlətdikləri 5 (beş) ədəd üzərləri yapışqan lentlə bağlanmış şəffaf sellofanlarda ayrı-ayrılıqda çəkisi – 700 qram, 1100 qram, 280 qram, 200 qram, 160 qram olmaqla, ümumi çəkisi 2440 qram olan narkotik vasitə heroini, 1 (bir) ədəd yapışqan lentlə bağlanmış şəffaf sellofanda çəkisi 575 qram psixotrop maddə olan metamfetamini, 1 (bir) ədəd yapışqan lentlə bağlanmış qara rəngli sellofanda çəkisi 1500 qram, 2 (iki) ədəd yapışqan lentlə bağlanmış şəffaf sellofanlarda ayrı-ayrılıqda çəkisi 1200 qram və 485 qram, ümumi çəkisi 3245 qram olan qurudulmuş marixuananı, 1 (bir) ədəd «Belomorkanal» markalı dəmir siqaret qutusunda 5 (beş) ədəd polietilen bükümlərdə ayrıayrılıqda çəkisi 0,653 qram, 0,922 qram, 0,397 qram, 0,458 qram, 0,452 qram olmaqla, ümumi çəkisi 2,882 qram narkotik vasitə heroini, 2 (iki) ədəd polietlen bükümlərdə ayrıayrılıqda çəkisi 1,570 qram, 1,112 qram, ümumi çəkisi 2,682 qram olan psixotrop maddə metamfetamini bilavasitə, yəni icraçı qismində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud hansısa sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirməmişlər. Qeyd edilən məsələ ilə bağlı məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 öz ifadəsində onların keçirdikləri əməliyyat tədbirləri nəticəsində sərhəd pozucuları tərəfindən xx xxxx 2019-cu il tarixə keçən gecə dövlət sərhədinin Beyləqan-Fizuli istiqamətində pozulduğunu, ölkə ərazisinə qanunsuz yolla külli miqdarda narkotik vasitə və psixotrop maddələr gətirildiyini, sonradan həmin narkotik vasitələr və psixotrop maddələrin Bakı şəhərinə daşındığını, Abşeron rayonu ərazisində gizlədildiyini, həmin narkotik vasitələri və psixotrop maddələri Abşeron rayonu ərazisində gizlədildiyi yerdən götürəcək şəxsləri ifşa etmək məqsədi ilə əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair müvafiq qərarın qəbul edildiyini, xx xxxx 2019-cu il tarixdə Abşeron rayonu, Əliçıraq qəsəbəsi və ətrafdakı ərazilərin əməliyyat nəzarətinə götürüldüyünü, həmin gün saat 17:00 radələrində “Mersedes” markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobilin əməliyyat tədbirində istifadə olunan VAZ 2107 markalı avtomobilə yaxınlaşdığını, sonradan isə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tutulduğunu göstərmişdir. Şahidin ifadəsindən də görünür ki, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qaçaqmalçılıq yolu ilə narkotik vasitə və psixotrop maddələrin Azərbaycan Respublikasına keçirilməsi müəyyən edilməmişdir. Bu səbəbdən də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsində nəzərdə tutulmiş cinayətə nisbətdə icraçının əməlləri kimi, onların özlərinin isə həmin cinayətə nisbətdə icraçı qismində qiymətləndirilməsi və qəbul edilməsi yolverilməz və qanunsuzdur. Digər tərəfdən məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 məxsus telefonun “Whatsapp” bölməsindəki siyahısında İran İslam Respublikasının mobil operatoruna aid +**********25, +**********31, +**********14, +**********75, +**********15 mobil telefon nömrələrinin qeyd edilməsi, həmin nömrələrlə 2019-cu ilin iyun-iyul ayları ərzində narkotik vasitələrin qaçaqmalçılığı və qanunsuz dövriyyəsi ilə əlaqədar onların arasında çoxsaylı zənglərlə danışıqların aparılması, həmin danışıqların bəzilərində qablaşdırılmış halda bağlamalarda olan külli miqdarda narkotik vasitələrin fotoşəkilləri İran İslam Respublikasının operatoruna məxsus +**********25 mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə göndərilməsi müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 İran İslam Respublikasıdan qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə keçirilmiş külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz əldə edilməsi, saxlanması, daşınması, satılması barədə Məmi adlı şəxsdən müxtəlif yollarla, o cümlədən “Whatsapp” sosial şəbəkəsi vasitəsi göndərilmiş şəkillər və aparılmış danışıqlar əsasında göstərişlər almış və Məminin göstərişlərini cinayət əlaqəsinə girdiyi və qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2la birlikdə icra etmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 İslam Respublikasıdan Azərbaycan Respublikasının ərazisinə külli miqdar narkotik vasitə və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə keçirilməsinə Məmi adlı şəxsə və sonuncu ilə əlbir bir qrup şəxs halında hərəkət edən digər təqsirkar şəxslərə kömək etmişlər. Odur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitə və psixotrop maddələrin qaçaqmalçılığı ilə bağlı əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsindən həmin Məcəllənin 32.5, 206.3.2-ci maddəsinə tövsif edilməlidir. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 5 və 12-ci bəndlərinə əsasən – təmiz halda 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə heroin və 500 (beş yüz) qramdan artıq çəkidə qurudulmuş marixuana külli miqdar təşkil edir. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndində göstərilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə istintaqında obyektiv araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Məmi adlı şəxsə və sonuncu ilə birlikdə hərəkət edən təqsirkar şəxslərə İran İslam Respublikasından Azərbaycan Respublikasının ərazisinə qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin keçirilməsində və daha sonra həmin qanunsuz predmetlərin realizasiyası barədə kömək etmişlər və bununla bağlı çoxsaylı danışıqlar aparmışlar, müxtəlif göstərişləri icra etmişlər. Külli miqdarda narkotik vasitələr və psixotrop maddələr İran İslam Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə keçirildikdən sonra həmin vasitə və maddələrin haradan götürülməsi (əldə edilməsi), saxlanılması, daşınması və satılması barədə Təqsirləndirilən şəxs1 İran İslam Respublikasında yaşayan Məmi adlı şəxsdən birbaşa göstərişlər almışdır. Qeyd edilən hal cinayət işinin mübahisəsiz halıdır. Belə ki, Təqsirləndirilən şəxs1 Məmi adlı şəxslə “Whatsap” programı vasitəsi dəfələrlə Azərbaycan Respublikasına qanunsuz yola keçirilmiş narkotik vasitə və psixotrop maddələrin əldə edilməsi, saxlanılması, daşınması və satılması barədə danışıqlar və yazışmalar aparmış, eləcə də qanunsuz olaraq Azərbaycan Respublikasına keçirilmiş külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin haradan götürülməsi, hara və kimə çatdırılması, hansı qaydada daşınması, hansı məbləğdə konkret şəxslərə satılması barədə “Whatsap” programı vasitəsi ilə Məmi adlı şəxsdən dəfələrlə göstərişlər almışdır. Təqsirləndirilən şəxs1 Məmi adlı şəxsdən aldığı göstərişlər əsasında dostu Təqsirləndirilən şəxs2la cinayət əlaqəsinə girərək və qabaqcadan əlbir olan bir qrup şəxs halında həmin göstərişləri icra etmişdir. Əvvəlcədən əldə olunmuş və razılaşdırılmış ümumi cinayətkar niyyətə əsasən İran İslam Respublikasında yaşayan Məmi adlı şəxs istintaqa məlum olmayan yerdən və mənbədən əldə etdiyi külli miqdarda narkotik vasitələri və psixotrop maddələri qaçaqmalçılıq yolu Azərbaycan Respublikasına göndərməsini təşkil etmişdir. Məmi adlı şəxs Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə göndərdiyi narkotik vasitə və psixotrop maddələr barəsində ətraflı şəkildə Təqsirləndirilən şəxs1 məlumat və göstəriş vermişdir. Məmi adlı şəxsin məlumatına və göstərişinə əsasən Təqsirləndirilən şəxs1 dostu Təqsirləndirilən şəxs2la qabaqcadan razılaşaraq və qabaqcadan əlbir olaraq, xx xxxx 2019-cu il tarixdə saat 15:00 radələrində “Digah zibilxanası” adlanan əraziyə getmişdir. Onlar orada gizlədilmiş külli miqdarda narkotik vasitə və psixotrop maddələri gizlədilmiş yerdən satış məqsədilə qanunsuz olaraq götürərək əldə etmişlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx xxxx 2019-cu il tarixdə “Digah zibilxanası” adlanan ərazidə gizlədilmiş külli miqdarda narkotik vasitələri əldə etdikdən sonra həmin qanunsuz əşyaları Təqsirləndirilən şəxs1 məxsus «Mersedes Benz C 180» markalı, **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Əliçıraq qəsəbəsində yerləşən Şahid10 məxsus yaşayış evinə daşıyaraq aparmışlar və həmi evdə gizlətmişlər. Həmin gün saat 20:00 radələrində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Şahid10 məxsus evdə gizlətdikləri narkotik vasitə və psixotrop maddələrin bir hissəsini, yəni 1 (bir) ədəd şəffaf sellofanda 330 qram narkotik vasitə heroini və 1 (bir) ədəd sellofanda 540 qram psixotrop maddə metamfetamini götürərək Məmi adlı şəxsin göstərişinə əsasən “Vüqar” adlı şəxsə satmaq üçün Təqsirləndirilən şəxs1 məxsus “Mersedes” markalı avtomobillə “Vüqarın” olduğu yerə getmişlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Vüqar adlı şəxsə 1 (bir) ədəd şəffaf sellofanda 330 qram narkotik vasitə heroini və 1 (bir) ədəd sellofanda 540 qram psixotrop maddə metamfetamini satmaq istəyərkən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində polis əməkdaşları tərəfindən tutulmuşlar. Təqsirləndirilən şəxslər tutulduqdan sonra onlar Biləsuvar RPŞ-yə aparılmışlar. Polis şöbəsinin ərazisində Təqsirləndirilən şəxs1 məxsus «Mersedes Benz C 180» markalı, **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və Təqsirləndirilən şəxs1 şəxsən avtomobilin qabaq sağ oturacağının altında gizlədilmiş 2 (iki) ədəd bağlamada olan 330 qram narkotik vasitə olan heroini və 540 qram psixotrop maddə metamfetamini çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Bundan başqa, əməliyyat tədbirləri davam etdirilmiş və Abşeron rayonu, Əliçıraq qəsəbəsində yerləşən Şahid10 məxsus yaşayış evində axtarış aparılmışdır. Şahid10 məxsus evdə axtarışın keçirilməsi ilə bağlı hər hansı etiraz olmamışdır. Əvvəla ona görə ki, istintaq hərəkəti olan axtarış əsaslandırılmış prosessual qərar əsasında keçirilmişdir. Bundan başqa, evin sahibi Şahid10 etibar etdiyi Şahid8 Şahid10 məxsus evdə axtarışın aparılmasına dair razılığı olmuş və Şahid8 öz razılığını istintaq hərəkətinin nəticəsinə dair tərtib olunmuş protokolu imzalamaqla, habelə axtarışın aparılmasına dair etirazının olmamasını bildirməklə təsdiq etmişdir. Göstərilənlərdən başqa, məhkəmə istintaqında Şahid10 ifadə verərkən və cinayət prosesinin iştirakçılarının suallarına cavab verərkən onun evində aparılmış axtarışla bağlı etirazının və şikayətinin olmamasını açıq şəkildə bəyan etmişdir. Bu səbəbdən də Şahid10 məxsus evdə axtarışın aparılması, orada külli miqdarda narkotik vasitə və psixotrop maddələrin aşkarlanması barədə istintaq hərəkəti protokolunu məhkəmə mötəbər sübut kimi qəbul edir. Şahid10 məxsus evdə axtarış aparılarkən orada Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birlikdə gizlətdikləri 5 (beş) ədəd yapışqan lentlə bağlanmış şəffaf sellofanlarda ayrı-ayrılıqda çəkisi – 700 qram, 1100 qram, 280 qram, 200 qram, 160 qram olmaqla, ümumi çəkisi 2440 qram olan narkotik vasitə heroin, 1 (bir) ədəd yapışqan lentlə bağlanmış şəffaf sellofanda çəkisi 575 qram psixotrop maddə olan metamfetamin, 1 (bir) ədəd yapışqanlı lentlə bağlanmış qara rəngli sellofanda çəkisi 1500 qram, 2 (iki) ədəd yapışqanlı lentlə bağlanmış şəffaf sellofanlarda ayrı-ayrılıqda çəkisi 1200 qram və 485 qram, ümumi çəkisi 3245 qram olan qurudulmuş marixuana, 1 (bir) ədəd «Belomorkanal» markalı dəmir siqaret qutusunda 5 (beş) ədəd polietilen bükümlərdə ayrı-ayrılıqda çəkisi 0,653 qram, 0,922 qram, 0,397 qram, 0,458 qram, 0,452 qram olmaqla, ümumi çəkisi 2,882 qram narkotik vasitə heroin, 2 (iki) ədəd polietlen bükümlərdə ayrı-ayrılıqda çəkisi 1,570 qram, 1,112 qram ümumi çəkisi 2,682 qram olan psixotrop maddə metamfetamin və 2 (iki) ədəd tərəzi aşkar edilərək götürülmüşdür. Qeyd edilən hallar məhkəmə istintaqında öz təsdiqni tapmışdır. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan və yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə, onları CPM-nin 143- 146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətlərin bütün tərkib əlamətləri mövcuddur. Lakin təqsirləndirilən şəxslərin əməlləri qaçaqmalçılıq cinayətinə nisbətdə ibtidai istintaq orqanı tərəfindən səhv tövsif edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, narkotik vasitə və psixotrop maddələrin qaçaqmalçılığına nisbətdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsindən həmin Məcəllənin 32.5, 206.3.2-ci maddəsinə tövsif edilməlidir. Odur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən qəsdən törədilmiş cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməlidirlər. Cinayət hadisəsi məhz Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən törədilmiş və bu cinayətlərin törədilməsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bilavasitə təqsirlidirlər. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduqları əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün qanunla müəyyən edilmiş əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməlidirlər və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdırlar. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onların şəxsiyyətini, cinayətlərin hər birinin xarakterini, ictimai təhlükəlilik dərəcələrini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cavan və evli olmalarını, hər birinin ayrı-ayrılıqda 3 (üç) azyaşlı uşağının olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilmələrini və yaşayış yeri üzrə müsbət xarakterizə olmalarını onların hər birinə nisbətdə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində cəzanı ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şəxsiyyətini, onların cəzasını yüngülləşdirən halları, onların əməlində cəzanı ağırlaşdıran halların olmadığını, aşkar edilmiş narkotik vasitələrin və psixotrop maddələrin çəkisini, müxtəlif növlərə aid olmasını, həmin cinayətlərin törədilmə üsulunu və mexanizmini, aşkarlanmış narkotik vasitə və psixotrop maddələrin insan orqanizminə mənfi təsirini, çoxlu sayda insanların sağlamlığına ziyanını, həmin əməllərdən birinin (narkotik vasitə və psixotrop maddələrin qaçaqmalçılığı) transmilli cinayətə aid olduğunu, eləcə də, işin digər hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onların təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3cü maddələrinin sanksiyalarına uyğun şəkildə daha sərt həcmdə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir, həmin cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplanılmalı və onlara azadlıqdan məhrum etmə növündə sərt qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzalar tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Həmçinin, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2 və 234.4.1, 234.4.3-cü maddələrində göstərilən cinayət əməlləri həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Təqsirləndirilən şəxslərin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və cəzanın əvvəli onların tutulduğu vaxtdan, yəni xx xxxx 2019-cu il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan xx xxxx 2019-cu il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran Rayonlararası X6 X44 Yoxlamanın 426 və 431 saylı rəylərindən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyi aşkar olunmuş, onların narkomaniyadan məcburi müalicəyə ehtiyacı var və onların ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyləri və təqsirləndirilən şəxslərə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza çəkəcəkləri müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalı və onlarərazi narkoloji dispanserində qeydiyyata alınmalıdırlar. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, maddi sübut kimi Biləsuvar rayon Polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2772,332 qram olan narkotik vasitə heroin, 1117,482 qram olan psixotrop maddə metamfetamin, 3244,94 qram olan narkotik vasitə qurudulmuş marixuana, 2 (iki) ədəd tərəzi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir, cinayət işinin materiallarında saxlanılan Təqsirləndirilən şəxs1 və Şahid5 məxsus mobil nömrələrlə İran İslam Respublikasının mobil operatoruna məxsus telefon nömrələri arasında aparılmış danışıqların mətnini əks etdirən 3 (üç) ədəd CD disk və telefonlardan çıxarılmış fotoşəkillər cinayət işinin materiallarında saxlanılmalıdır, Təqsirləndirilən şəxs1 məxsus “Samsung CE 0168” markalı mobil telefon Təqsirləndirilən şəxs1 yaxın qohumlarına qaytarılmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 63 (altmış üç) manat 90 (doxsan) qəpik məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 63 (altmış üç) manat 90 (doxsan) qəpik məbləğində məhkəmə məsrəfi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi üzrə 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri üzrə 9 (doqquz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1qəti olaraq 13 (on üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni xx xxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi üzrə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri üzrə 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2qəti olaraq 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni xx xxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olub Biləsuvar rayon Polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2772,332 qram olan narkotik vasitə heroin, 1117,482 qram olan psixotrop maddə metamfetamin, 3244,94 qram olan narkotik vasitə qurudulmuş marixuana, 2 (iki) ədəd tərəzi məhv edilsin. Telefon danışıqlarını özündə əks etdirən 3 (üç) ədəd CD diskləri və telefonlardan çıxarılmış fotoşəkillər cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs1 məxsus “Samsung CE 0168” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 63 (altmış üç) manat 90 (doxsan) qəpik məbləğində pul vəsaiti təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-189/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-189/2020
24.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver