Məhkəmə qərarları › İş №1(101)-189/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-189/2021

03.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-189/2021 03.03.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsi Sədrlik edən Xankişiyev Mirzə Aslan oğlu, hakimlər Mahmudov İlham Ağa oğlu və Qəniyev Faiq Əsəd oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X11, dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş prokurorluğunun Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçi, zərərçəkmiş şəxslərin hüquqi varisləri X9, X1 və Zərərçəkmiş şəxs3 iştirakları ilə, xx.xx.1992-ci ildə Cəbrayıl rayonununda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, «AZ.treyd» şirkətində satış təmsilçisi işləyən, məhkumluğu olmayan, Cəbrayıl rayonu Soltanlı kəndində qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 81-ci məhəllə ev 132 B-də yaşayan və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxsxx xxxxxxx 2019-cu ildə saat 07:50-də texniki cəhətdən saz vəziyyətdə olan VAZ-21074 minik markalı **-UL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Yevlax istiqamətində 50 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və ya başqa əmlaka zərər vurmamalı, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunu etməyib qarşı sol hərəkət zolağına çıxaraq qarşıdan əks istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs1 idarə etdiyi VAZ-2106 markalı **-OA-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ hissəsi onun avtomobilinin qabaq sol hissəsi ilə, VAZ-2106 markalı avtomobilin hərəkət zolağında, hərəkət hissəsini hərəkət zolaqlarına ayıran üfüqi nişanlanma xəttindən 1,7 metr sağda toqquşmuş, nəticədə ehtiyatsızlıqdan iki şəxsin ölməsinə, yəni VAZ-2106 markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 kəllə tağı və kəllə əsası sümüklərinin açıq sınığı, baş beyin toxumasının əzilməsi, soldan İİİ-İV- V-Vİ qabırğaların sınığı, sol bazu və sağ baldır sümüklərinin açıq yerdəyişmiş sınığı, sol bud sümüyünün qapalı sınığı, alın, sol bazu və sağ baldırda yaralar kimi insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarətlərindən ölməsinə, VAZ-21074 minik markalı avtomobilin sərnişini Zərərçəkmiş şəxs2 kəllə əsası sümüyünün sınığı, baş beyin toxumasının əzilməsi, sol qaş qövsündə və sağ ağız bucağında yara, sağ bazu sümüyünün qapalı sınığı, döş sümüyünün və sağdan İİİ-İV-V-Vİ-Vİİ-Vİİİ qabırğaların sınığı, sağ ağciyərin aşağı payının cırılması, döş qəfəsinin sağ yarısında və sağ bud nahiyəsində sıyrıqlar kimi insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarətlərindən ölməsinə, VAZ-2106 markalı avtomobilin sərnişinləri Zərərçəkmiş şəxs3 qapalı kəllə beyin travması ilə müşayət olunan baş beyin silkələnməsi, sağ budun çıxığı, sol sirkə kasasının sınığı, sol qaş üstü və alın nahiyəsinin əzilmiş yaraları kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran, Zərərçəkmiş şəxs4 alın nahiyəsində, sağda əzilmiş yara, sağ və sol bud sümüklərinin distal, açıq, oynaq daxili sınıqları kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarətləri almalarına, habelə VAZ-21074 minik markalı **-UL-*** dövlət qeydiyyat nişanlı avtomobilin yararsız hala düşərək sahibi Zərərçəkmiş şəxs2 5000 (beş min) manat, VAZ-2106 minik markalı **-OA-*** dövlət qeydiyyat nişanlı avtomobilin əzilərək sahibi X6 4456 (dörd min dörd yüz əlli altı) manat maddi ziyan yetirməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Bakıda yaşayan dostunun qardaşının toy mərasimi ilə əlaqədar onları toya dəvət etmişlər. Səhər tezdən durub maşını sürüb yanacaq doldurma məntəqəsində yanacaq doldurmuş, mərhum Samir avtomaşını idarə etməkdə çətinlik çəkdiyindən sükan arxasında o əyləşmişdir. Yollarda təmir getdiyindən bəzi yerlərdə əks tərəfdən gələn atomaşınların hərəkətini qarşı yola buraxmışlar. Hadisə vaxt qarşı tərəfi onların yoluna buraxmışlar. Həmin yerdə sürət saatda 50 km. olmuş, bir qədər sonra öz yollarına keçmiş, həmin vaxt qarşıdan Qazel markalı maşın gəlmişdir. “Qaz L” markalı avtomaşın böyük olduğuna görə arxa tərəfi görsənməmiş, yəni onun arxasında maşın olub olmadığını görməmişdir. O, “Qaz L” markalı avtomaşına çatan zaman birdən 06 markalı avtomaşın dolayı vəziyyətdə onun idarə etdiyi avtomaşının qarşısına çıxmışdır. O həmin vaxt həmin maşının dönmək istədiyini və ya ötmə əməliyyatı aparmsını başa düşməmiş, bir sözlə nə etmək istədiyi məlum olmamışdır. Yəni saniyə içində hadisə baş vermiş, o, əlindən gələni etsə də istəmədən bu hadisə baş vermişdir. Onun bu hadisədə heç bir günahı olmamışdır. Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxslər və zərərəkmiş şəxslərin hüquqi varislərinin ifadələri, ekspert rəyləri və digər protokolarla sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, xx xxxxxxx 2019-cu il tarixdə səhər bacısı Güluzərin əri Əhmədağanın idarə etdiyi VAZ-2106 markalı avtomobillə Şamaxı rayonundan çıxıb Bakı şəhərinə gedərkən Bakı-Şamaxı yolunun Qobustan rayonu ərazisində o arxada, bacısı Güluzər isə onun yanında oturmuş, avtomobildə başqa sərnişin olmamışdır. Qobustan rayonu ərazisində avtomobillə hərəkətdə olarkən qarşı tərəfdən rayon istiqamətinə avtomobillər hərəkət etmişdir. Birdən əks istiqamətdə gələn avtomobillərdən biri ağ rəngli minik avtomobili sonradan bildiyi VAZ-2107 markalı avtomobil qəfildən yüksək sürətlə onların əyləşdiyi avtomobilin yoluna çıxmış, onlar avtomobildə qışqırmışlar. Həmin an toqquşma baş vermişdir. VAZ-2107 markalı avtomobil əyləşdiyi avtomobili yüksək sürətlə Bakı istiqamətndəki hərəkət zolağında qabaq hissədən vuraraq yerində fırladıb Bakı istiqamətndəki hərəkət zolağında üzü Şamaxı istiqamətinə çevirmişdir. VAZ-2107 markalı avtomobil isə sola getmişdir. Toqquşma zamanı Əhmədağa sükan arxasında sıxılmış vəziyyətdə qalmış və danışmamışdır. O və bacısı Güluzər xəsarət almışlar. Avtomobilə yaxınlaşan adamlar onları salondan çölə çıxarmış və avtomobilin yaxınlığına qoymuşlar. Hadisə yerinə gələn Fövqaladə Hallar Nazirliyinin işçiləri VAZ-2107 markalı avtomobildən sürücünü və yanında oturacaqda hərəkətsiz ölmüş vəziyyətdə olan üzü tüklü cavan oğlanı çıxarmağa çalışmışlar. Sürücü oğlan sağ qalmış və danışırmış. Həmin vaxt onları xəstəxanaya aparmışlar. Əhmədağa da avtomobildə ölmüşdür. Zərərçəkmiş şəxs həmçinin ifadəsində göstərmişdir ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, onunla barışmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, xx xxxxxxx 2019-cu il tarixdə səhər atası Zərərçəkmiş şəxs1 özünə məxsus olan VAZ-2106 markalı avtomobillə Ağsu rayonundan anası Zərərçəkmiş şəxs4 yolüstü Şamaxı şəhərindən götürmüş və xalası Zərərçəkmiş şəxs3 ilə Bakı şəhərinə yola düşmüşdür. Həmin günü saat 09 radələrində telefon vasitəsilə ona zəng olunaraq atasıgilin Bakı-Şamaxı yolunun Qobustan rayonu ərazisində yol qəzasına düşərək ağır xəsarətlər aldığını demişlər, dərhal Şamaxı rayon xəstəxanasına getmiş, orada anası və xalasının xəsarət aldığı, atası Əhmədağanın hadisə yerində öldüyü ona məlum olmuşdur. Hadisə yerinə gedərək nəzər yetirərkən ona məlum olmuşdur ki, Bakı-Şamaxı-Yevlax yolunun Qobsutan rayonu ərazisində atası öz yolunda Bakı istiqamətində hərəkətdə olarkən əks istiqamətdən gələn avtomobillərdən biri ağ rəngli VAZ-21074 markalı avtomobil qəfildən onların yoluna çıxaraq atasının idarə etdiyi avtomobillə toqquşmuşdur. Nəticədə atası və VAZ-21074 markalı avtomobildə olan sərnişin hadisə yerində avtomobildə ölmüş, VAZ-2107 markalı avtomobilin sürücüsü, anası və xalası xəsarət almışlar. Zərərçəkmiş şəxsin hüquqi varisi həmçinin ifadəsində göstərmişdir ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, onunla barışmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, o, Seyidağanın ifadəsini tam təsdiqləyir, bütün hadisə onun dediyi kimi olmuşdur. Lakin müstəntiqdən narazıdır, çün ki, birinci müstəntiq demişdir ki, onların maşını ötmə əməliyyatı aparmış, orada taksi sürücüsü Şamaxılı adam da orada olmuş, əfsuslar olsun ki, həmin adamın nömrəsini götürməmişdir. Onun avtomaşını necə ötmə apara bilərdi ki, onun idarə etdiyi avtomaşın ortada olan qırıq-qırıq xəttin üzərində çevrilmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi həmçinin ifadəsində göstərmişdir ki, onun Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur, onunla barışmışdır. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, xx xxxxxxx 2019-cu ildə saat 07:50 radələrində əri Zərərçəkmiş şəxs1 idarə etdiyi özünə məxsus olan VAZ-2106 markalı ** OA *** dövlət qeydiyyat nişanlı avtomobillə Ağsu rayonundan çıxıb Bakı şəhərinə gedərkən o, avtomobildə arxada solda, bacısı Fəridə isə sağda onun yanında əyləşmişdir. Avtomobildə başqa sərnişin və yük olmamış, avtomobil saz vəziyyətdə olmuşdur. Bakı-Şamaxı yolunun Qobustan rayonu ərazisində Əhmədağa idarə etdiyi avtomobillə öz yolunda təxminən 50 km/saat sürətlə hərəkətdə olarkən qarşıdan əks istiqamətdə avtomobillər hərəkət etmiş, qəfildən gələn avtomobilin arxasından bir ağ rəngli minik avtomobilinin əyləşdiyi avtomobilin yoluna çıxdığını görmüş, bu zaman Əhmədağa sükanı az sola almış, həmin an əyləşydiyi avtomobilin yolunda toqquşma baş vermişdir. Əyləşdiyi avtomobillə toqquşan minik avtomobilinin sürəti çox olmuşdur. Baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində onlar xəsarət almışlar. O, xəstəxanada ayılmış, Əhmədağanın aldığı xəsarətlərdən hadisə yerində ölməsi, onların yoluna çıxaraq əyləşdiyi avtomobillə toqquşan ağ rəngli avtomobilin sürücüsünün xəsarət alması, həmin avtomobildə olan sərnişinin ölməsi sonradan ona məlum olmuşdur.. Məhkəmə istintaqı zamanı müdafiəçinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X15 və X12 eyni məzmunlu ifadə verərək ifadələrində göstərdilər ki, onlar evakuator maşını idarə edirlər. Hadisə baş verən günü tam xatırlamırlar. Hadisə baş verən zaman onları əzilmiş avtomaşınları evakuatorla aparaq dayanacaqa qoymaq üçün çağırmışlar. Onlar avtomaşınları aparıb dayanacağa qoymuşlar və getmişlər. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Məhkəmə tibb ekspertizasının xx.xx.2019-cu il tarixli 10 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs2 meyitinin bədəni üzərində aşkar edilmiş xəsarətlər kəllə əsası sümüyünün sınığı, baş beyin toxumasının əzilməsi, sol qaş qövsündə və sağ ağız bucağında yara, sağ bazu sümüyünün qapalı sınığı, döş sümüyünün və sağdan İİİ-İV-V-Vİ-Vİİ-Vİİİ qabırğaların sınığı, sağ ağciyərin aşağı payının cırılması, döş qəfəsinin sağ yarısında və sağ bud nahiyəsində sıyrıqlar bədənin küt travması nəticəsində törənmişdir, xx xxxxxxx 2019-cu il tarixə uyğundur, avtomobillərin toqquşması zamanı sərnişində əmələ gəlməsi mümkündür. Həmin xəsarətlərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətləri vardır. Ölümünə səbəb kəllə əsası sümüyünün sınması nəticəsində baş beyin toxumasının əzilməsi olmuşdur. Ölümün baş verməsi meyitin məhkəmə tibbi müayinəsindən 2-4 saat əvvələ uyğundur. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Məhkəmə tibb ekspertizasının xx.xx.2019-cu il tarixli 11 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs1 meyitinin bədəni üzərində aşkar edilmiş xəsarətlər kəllə tağı və kəllə əsası sümüklərinin açıq sınığı, baş beyin toxumasının əzilməsi, soldan İİİ-İV-V-Vİ qabırğaların sınığı, sol bazu və sağ baldır sümüklərinin açıq yerdəyişmiş sınığı, sol bud sümüyünün qapalı sınığı, alın, sol bazu və sağ baldırda yaralar bədənin küt travması nəticəsində törənmişdir, xx xxxxxxx 2019-cu il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində sürücü qismində əmələ gəlməyə uyğundur. Həmin xəsarətlərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətləri vardır. Ölümünə səbəb kəllə əsası və kəllə sümüklərinin sınması nəticəsində baş beyin toxumasının əzilməsi olmuşdur. Ölümün baş verməsi meyitin məhkəmə tibbi müayinəsindən 2-3 saat əvvələ uyğundur. Zərərçəkmiş şəxs1 meyitindən götürülmüş qanın məhkəmə kimya tədqiqatı zamanı etil spirti və naroktik maddələr aşkar edilməmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Məhkəmə tibb ekspertizasının xx.xx.2019-cu il tarixli 157 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs3 bədəni üzərində aşkar edilmiş xəsarətlər qapalı kəllə beyin travması ilə müşayət olunan baş beyin silkələnməsi, sağ budun çıxığı, sol sirkə kasasının sınığı, sol qaş üstü və alın nahiyəsinin əzilmiş yaraları müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, xx.xx.2019-cu il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı sərnişin qismində əmələ gəlməsi mümkündür, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Məhkəmə tibb ekspertizasının xx.xx.2019-cu il tarixli 158 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs4 bədəni üzərində aşkar edilmiş xəsarətlər alın nahiyəsində, sağda əzilmiş yara, sağ və sol bud sümüklərinin distal, açıq, oynaq daxili sınıqları müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, xx.xx.2019-cu il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı sərnişin qismində əmələ gəlməsi mümkündür, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Məhkəmə bioloji ekspertizasının xx.xx.2019-cu il tarixli 855/2019-MTBŞ nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ABO sistemi üzrə qrupp göstəricisi: Balfa/H/(İİİ). Ekspertizaya təqdim edilmiş bir ədəd plastik hissə üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə B və H antigenlri alındı. Aqqlyutininlə isə alınmadı. Belə olan halda bu qan ləkələri Balfa/H/(İİİ) qruplu şəxsə, o cümlədən də Təqsirləndirilən şəxs məxsus ola bilər. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Məhkəmə trasoloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 2625 nömrəli rəyi ilə müəyəyn edilmişdir ki, İlkin kontakt halında toqquşma VAZ-2106 markalı ** OA *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ hissəsi ilə VAZ-21074 markalı ** UL *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol hissəsi arasında təxminən 20-25 dərəcə bucaq altında baş vermişdir. Qobsutan rayon Dövlət X4 daxil olmuş bir ədəd flaşkarta baxış keçirilərkən Dövlət X5 əməkdaşlarının yol-nəqliyyat hadisəsi baş vermiş yerdə VAZ-21074 markalı ** UL *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ oturacağında sıxılıb qalmış üzü tüklü yaralı halda olan sərnişin Zərərçəkmiş şəxs2, həmin avtomobilin qabaq sol oturacağında sıxılıb qalmış yaralı vəziyyətdə olan sürücü Təqsirləndirilən şəxs çıxarıldığı müəyyən edilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx xxxx 2020-ci il tarixli 4672 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, istintaq tərəfindən təqdim olunmuş hadisə mexanizmi, hadisə yerinin müayinəsi zamanı istintaq tərəfindən müəyyən olunaraq qərarda göstərilən hərəkət hissəsində nəqliyyat vastələrindən qalmış izlərlə, həmçinin nəqliyyat trasoloji ekspertizası yolu ilə müəyyən olunan ilkin kontakt anında nəqliyyat vasitələri arasında olan toqquşma bucağı ilə ziddiyyət təşkil etmir. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən VAZ-21074 markalı ** UL *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş xx xxxxxxx 2019-cu il tarixli 240 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə aktı ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs hadisə törədən anda ayıq vəziyyətdə olmuşdur. «xxxx» MMC-dən alınmış ziyan aktından məlum olur ki, VAZ-2106 markalı ** OA *** dövlət qeydiyyat nişanlı avtomobilə 4456 (dörd min dörd yüz əlli altı) manat ziyan dəymişdir. «xxxx» MMC-dən alınmış xx.xx.2019-cu il tarixli ziyan aktı ilə müəyyən edilmişdir ki, VAZ-21074 markalı ** UL *** dövlət qeydiyyat nişanlı avtomobilə 5000 (beş min) manat ziyan dəymişdir. VAZ-21074 markalı ** UL *** və VAZ-2106 markalı ** OA *** dövlət qeydiyyat nişanlı avtomobillər, Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd qara rəngli qolsuz gödəkçə, qara rəngli ağ zolaqları olan kəsilmiş halda uzunqol köynək, hadisəni əks etdirən bir ədəd flaşkart və bir ədəd DVD disk cinayət işi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış, VAZ-21074 avtomobil saxlanılması üçün sahibi X2, VAZ-2106 markalı avtomobil saxlanılması üçün X6, geyim əşyaları Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin saxlanc anbarına təhvil verilmiş, bir ədəd flaşkart cinayət işinə əlavə edilmişdir. Zərərçəkmiş şəxslərin hüquqi varisləri və zərərçəkmiş şəxslərin vermiş olduqları ifadələr və ərizələrdən görünür ki, onlar Təqsirləndirilən şəxslə barışmışlar, onların Təqsirləndirilən şəxs qarşı şikayət və tələbləri yoxdur. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs ifadəsinə hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, o, hadisə ilə bağlı heç bir günahının olmamasını, hadisə ani olaraq baş verdiyindən baş vermiş hadisənin qarşısını almaq imkanının olmamasını bildirməklə yalnız məsuliyətdən yaxa qurtarmaq məqsədi güdmüşdür. Beləliklə, məhkəmə baxışında kifayət qədər tədqiq edilmiş zərərçəkmiş şəxslər və zərərçəkmiş şəxslərin hüquqi varislərinin ifadələri, məhkəmədə tədqiq edilmiş ekspert rəyiləri və protokollar, habelə, cinayət işinin materialları üzrə toplanmış sübutların məcmusu Təqsirləndirilən şəxs elan olunmuş ittihamın əsasını təşkil etdiyinə ğörə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi sübut olunmuş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cinayət əməlinin hüquqi tövsüf məsələsini müzakirə edərək məhkəmə hesab edir ki Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə tövsif edilməsi əsaslıdır və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakderini və ictimai təhlükəliliyini, təqsirkarın şəxsiyyətini, törədilmiş cinayətin ehtiyatsızlıq nəticəsində baş verməsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslər və zərərçəkmiş şəxslərin hüquqi varisləri ilə barışıq əldə edilməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən başqa hallar kimi onun ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, himayəsində bir azyaşlı övladının olmasını, özünün xəsarət alıb hazırda həmin xəsarətdən əziyyət çəkməsini və yaşayış yerindən müsbət xarakterizə olunmasını nəzərə alır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən əməlində ağırlaşdırıcı halların olması müəyyən olunmadı. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Sumqayıt şəhər məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ilə həyat yoldaşı X13 arasında xx xxxxxx 2017-ci il tarixdə Sumqayıt “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsində bağlanmış və 3627 nömrəli nikah pozulmuş və birgə nikahdan olan yetkinlik yaşına çatmayan xx xxxxxx 2018-ci il təvəllüdlü X8 atası Təqsirləndirilən şəxs himayəsinə verilmişdir. Cinayət işinə əlavə olunmuş Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin xəstəlik tarixindən görünür ki, X3 hazırda kəskin Limfoblas Leykoz L1 İmRG ağır xəstəlikdən əzab çəkir və o atası Təqsirləndirilən şəxs himayəsindədir. İş üzrə maddi sübut olan və Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsində saxlanılan Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd qara rəngli qolsuz gödəkçə, qara rəngli ağ zolaqları olan kəsilmiş halda uzunqol köynək məhv edilməlidir. Bir ədəd flaşkart və bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. VAZ-21074 markalı **-UL-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması üçün sahibi X2 qaytarılması və VAZ-2106 markalı **-OA-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması üçün sahibi X6 qaytarılması nəzərə alınmalıdır. İş üzrə məhkəmə xərcləri 408,46 manat Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə keçirilməlidir. Məhkəmə Azərbaycan Respublikasi Cinayət Məcəlləsinin 99.1.2-ci maddəsinin tələbinə əsasən həmin Məcəllənin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakın olub-olmaması məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin belə bir əmlakı yoxdur . Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli hökm icraya yönəldiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut olan və Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsində saxlanılan Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd qara rəngli qolsuz gödəkçə, qara rəngli ağ zolaqları olan kəsilmiş halda uzunqol köynək məhv edilsin. Bir ədəd fləşkart və bir ədəd DVD diski cinayət işinin materiallarında saxlanılsın. VAZ-21074 markalı **-UL-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması üçün sahibi X2 verilməsi və VAZ-2106 markalı **-OA-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması üçün sahibi X6 verilməsi nəzərə alınsın. İş üzrə məhkəmə xərcləri 408,46 manat Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə keçirilsin. Hökmdən, elan olunduğu andan, 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar