Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-189/2025 25.02.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədzadə Səbinə Adil qızının sədrliyi ilə, Hakimlər: Məcidov X11 və Ələkbərli Roman Nəriman oğlundan ibarət tərkibdə, Qafarova-Məmmədova Turan Zakir qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs1, Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi: X1, Müdafiəçi: Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1969-cu il tarixdə Laçın rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olub, ünvan 2zil 47-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 181.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, silah qismində tətbiq edilən əşya tətbiq etməklə özgənin əmlakını ələ keçirmək məqsədi ilə hücuma məruz qalmış şəxsin həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edərək zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla quldurluq etmiş, habelə satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə əldə edib, saxlayaraq daşımışdır. Belə ki, ittiham aktına görə o, xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda, bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,534 qram olan ağ rəngli kristallik maddə formasında kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 15 manat müqabilində əldə edib üzərində saxlamış, 26 avqust 2023-cü il tarixdə saat 03:30 radələrində Abşeron Rayon Polis İdarəsinin post patrul xidməti bölüyünün əməkdaşları tərəfindən Abşeron rayonu Masazır qəsəbəsi, Qurtuluş-93 yaşayış kompleksinin ərazisində psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılıb Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 6 ünvanında yerləşən Abşeron RPİ-yə gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarının sağ yan tərəfdəki kiçik cibindən həmin 0,534 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, özgənin əmlakını ələ keçirmək məqsədi ilə 24 sentyabr 2023-cü il tarixdə saat 21:30 radələrində Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi 13 ünvanında yerləşən Zərərçəkmiş şəxs2 MMC-yə məxsus marketə müştəri qismində gələrək marketdə piştaxtanın üzərindən bir ədəninin dəyəri 2 manat, ümumi dəyəri 240 manat olan 120 ədəd 75 qramlıq, “snickers” şokoladını gizli olaraq götürüb marketi tərk edərkən, onun qanunazidd hərəkətini aşkar etmiş həmin marketin işçisi Zərərçəkmiş şəxs1 onun götürdüyü şokoladları geri qaytarması ilə bağlı tələbinə əməl etməyib özgə əmlakının ələ keçirməyə yönəlmiş hərəkətlərini davam etdirərək, üzərində olan silah qismində istifadə etdiyi mətbəx bıçağını hücuma məruz qalmış Zərərçəkmiş şəxs1 nümayiş etdirməklə həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın edib hadisə yerindən uzaqlaşmaqla Zərərçəkmiş şəxs2 MMC-yə 240 manat maddi ziyan vurub quldurluq etmişdir. Bundan əlavə o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan xeyli miqdarda təmiz çəkisi 0,647 qram olan ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, 26 sentyabr 2023-cü il tarixdə saat 21:30 radələrində Bakı şəhəri, Nizami RPİ-nin 25-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 70A ünvanının qarşısında Zərərçəkmiş şəxs2 martekdə quldurluq cinayətinin törədilməsində şübhəli şəxs qismində saxlanılaraq ünvan 6 ünvanında yerləşən Nizami RPİ-nin 25-ci PŞ-nə gətirilib, şöbədə xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilərkən, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellafon bükümdə təmiz çəkisi 0,647 qram olan ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 181.2.5-ci maddələri ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, onun pula ehtiyacı olmuş, satıb pula çevirmək məqsədilə “Snikers” markalı şokoladları mağazadan götürüb çıxmışdır. “Patı” adı ilə tanıdığı psixotrop maddəni təxminən 6 ay əvvəl istifadə etməyə başlamışdır. O, həmin vaxt kirayə pulunu verə bilməmiş, ehtiyacı yarandığına görə Zərərçəkmiş şəxs2-a gedib oradan oğurluq etmək ağlına gəlmişdir. O, mağazaya girmiş, “Snikers” götürüb çölə çıxmış, orda dayanan mühafizəçi oğlan onu görmüş, ona dayanmağını demiş, o da üzərində olan bıçağı çıxartmışdır. Həmin şəxslə onun arasında təxminən 10 metr məsafə olmuşdur. Oğlan bıçağı gördükdən sonra yaxınlaşmamış, o da çıxıb getmişdir. Həmin gün bıçağı axşam qaranlıq olduğuna görə götürmüş, ümumiyyətlə həmişə bıçağı üstündə gəzdirmiş, həmin bıçaq mətbəx bıçağı olmuşdur. Tutulduqdan sonra psixotrop maddə də üzərindən aşkar olunmuş, onun çəkisi təxminən yarım qram olmuşdur. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, müxtəlif vaxtlarda üzərindən iki dəfə metamfetamin aşkar olmuşdur. Son dövrlərdə təxminən 3 ay işsiz olmuş, o, kirayədə tək başına yaşamış, işləmədiyi üçün kirayə pulunu ödəyə bilməmiş, ona görə də “Snikers” şokoladlarını oğurlayıb satmışdır. 80 ədəd “Snikers” şokoladını 80 manata satmışdır. O, oğurluğa getməzdən əvvəl də psixotrop maddədən istifadə etmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X2 izahatında göstərmişdir ki, Hadisə “Özbəkistan-Tofiq Abbasov” küçələrinin kəsişməsində yerləşən “Bazarstore MMC”-nin Qarayev mağazasında baş vermişdir. Həmin mağazada təqsirləndirilən şəxs ağ sellefona “Super Snikers” markalı 80 qramlıq məhsulu yığıb mağazadan uzaqlaşmaq istəyərkən, meyvə-tərəvəz bölümündə satıcı vəzifəsində işləyən əməkdaş məhsulları geri qaytarması məqsədilə onun arxasınca getmişdir. Bu zaman oğurluq edən şəxs onların əməkdaşlarına tərəf çevrilərək ona bıçaq uzatmış və yaxınlaşacağı təqdirdə ona zərər yetirəcəyini bildirmişdir. Satıcı da orada qorxaraq mağazaya geri qayıtmışdır. Zərərçəkmiş şəxs2 MMC məhsulları rəsmi alqı-satqı müqaviləsi əsasında “Veysəloğlu” firmasından almış, məhsulların qaimələri olmuşdur. Məhsulların təhvil-qəbul aktları da var. Hansı ki, məhsulların çatdırılması “Veysəloğlu” tərəfindən həyata keçirilir və onlara çatdırılır. Onlar “Veysəloğlu” firmasından yalnız “snikers” almamış, Zərərçəkmiş şəxs2 böyük mağaza olduğu üçün orda müxtəlif məbləğlər və müxtəlif məhsullar olmuşdur. Vahid qiymət və vahid buraxılış qiyməti olmuşdur. Oğurlanan məhsul 39-cu məhsul olmuş, 80 qramlıq “Super snikers” yazılmışdır. Vahidin qiyməti əks olunmuş, sayın nəticəsində 120 ədəd “snikers” olduğu onlara məlum olmuşdur. Mağazada marketin məhsullarına günün sonunda baxış keçirilmiş, əskik və ya artıq gələn məhsullar firmalarla danışıq zamanı üzləşdirilmişdir. Hüquqi şəxsə dəymiş ziyan 240 manat olmuşdur. ƏDV vergisi xaric 1 məhsulun qiyməti 1.32 manat olmuş, ƏDV vergisi olduqda bir məhsulun qiyməti 2 manata yaxın olmuşdur. Hazırda Zərərçəkmiş şəxs2da həmin məhsulun qiyməti 2.29 manatdır. Nümayəndə həmçinin bildirmişdir ki, “Bazarstore MMC”-yə dəymiş ziyan ödənilməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, hadisə baş verən vaxt Qarayevdə yerləşən Zərərçəkmiş şəxs2 mağazasında işləmiş və mal qəbulunda olmuşdur. Həmin zaman mühafizəçi qadın kameradan baxarkən oğurluq hadisəsi olduğunu görmüş, özü mane ola bilmədiyinə görə ona məlumat vermişdir. O, oğurluq edən şəxsin qarşısına çıxanda həmin şəxs bıçaq çıxarmış, buna görə də həmin şəxsə yaxınlaşa bilməmişdir. Zərərçəkmiş şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, mühafizəçi qadın kamera görüntüsündən şəxsin mağazadan çıxmasını görmüş və ona məlumat vermiş, o da mal qəbulu qapısından oğurluq edən şəxsin qarşısına çıxmış, həmin şəxsə yerində dayanmasını demişdir. Şəxs ona cavabında “qarşıma çıxma, sənə zərər verə bilərəm” demişdir. Təqsirləndirilən şəxs ona heç bir təzyiq göstərməmiş, ona “səni öldürərəm” deməmişdir. Şəxs tərəfindən ona hər hansı bir ziyan dəyməmiş və ondan şikayəti yoxdur. Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 ifadəsində göstərmişdir ki, 23 sentyabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs2 marketdən 102 zəng mərkəzinə məlumat daxil olmuş, məlumatda bir nəfər şəxsin bıçaq tətbiq edərək marketdən oğurluq etməsi bildirilmişdir. Onlar video görüntülərlə işləmiş və həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. Hadisədən 1-2 gün sonra şəxs Neftçilər dairəsi yaxınlığında başqa bir şəxslə birlikdə saxlanılmış, şöbəyə gətirilmiş, özü səmimi olaraq törətdiyi əməli etiraf etmişdir. Şöbədə həmin şəxs həmçinin narkotik vasitələrin istifadəçisi olduğunu da etiraf etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, 2023-cü ilin sentyabr ayında Zərərçəkmiş şəxs2 marketin əməkdaşına qarşı quldurluq hadisəsi törədilməsi ilə bağlı məlumat daxil olmuş, onlar həmin hadisədə şübhəli bilinən Təqsirləndirilən şəxs Qara Qarayev ərazisində yaxınlaşmışlar. Həmin vaxt Təqsirləndirilən şəxs yanında başqa şəxs də olmuş, həmin şəxs də başqa bir işdə şübhəli olmuşdur. Hər ikisi idarəyə dəvət olunmuş, təhqiqatçının otağında Təqsirləndirilən şəxs üzərlərinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs üzərindən narkotik vasitəyə bənzər maddə aşkar olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid5 ifadəsində göstərmişdir ki, 2023-cü ilin dəqiq xatırlamadığı tarixdə, təxminən gecə saat 3 radələrində şəxs özünü şübhəli apardığı üçün ona yaxınlaşmışlar, ondan şəxsiyyətini təsdiq edən sənədini təqdim etməsini xahiş etmişlər, həmin şəxs üzərində şəxsiyyətini təsdiq edən sənəd olmadığını bildirmişdir. Onlar şəxsiyyəti sonradan müəyyən edilən Təqsirləndirilən şəxs bölməyə dəvət etmişlər. Orada aparılan şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən metamfetaminə bənzər maddə aşkar edilmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid2 öz ifadəsində bildirmişdir ki, Nizami RPİ-nin 25-ci PŞ-nin baş əməliyyat müvəkkili vəzifəsidə xidmət etmiş və polis leytenantı rütbəsindədir. Sonradan adlarını bildiyi Təqsirləndirilən şəxs və X5 əvvəllər tanımamış, sonuncularla heç bir düşmənçiliyi, ədavəti və qohumluğu olmamışdır. 24 sentyabr 2023-cü il tarixdə ünvan 8 ünvanda yerləşən Zərərçəkmiş şəxs2 marketdən quldurluq yolu ilə əmlakın ələ keçirilməsi faktı əsasında aparılan araşdırma üzrə verilmiş tapşırığın icrası ilə əlaqədar olaraq keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin faktın törədilməsində Təqsirləndirilən şəxs şübhəli olması müəyyən edilmiş, 26 sentyabr 2023-cü il tarixdə saat 21.30 radələrində sonuncunun Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində olması müəyyən edilərək Q.Qarayev prospekti 70A saylı ünvanın qarşısına gəldikdə, xarici əlamətləri Təqsirləndirilən şəxs adlı şəxsin xarici əlamətləri ilə üst-üstə düşən şəxsin daha bir nəfər şəxslə birlikdə olması müəyyən edilmiş, həmin şəxslərə yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşları olmalarını bildirərək, həmin şəxslərə özlərini təqdim etmələri təklif olunmuş, həmin şəxslər özlərini təqdim edərək Təqsirləndirilən şəxs və X6 olmalarını bildirdikdən sonra hər iki şəxsə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmaları, o cümlədən Təqsirləndirilən şəxs quldurluq hadisəsinin törədilməsində şübhəli olması bildirilərək onlarla birlikdə Nizami RPİ-nin 25-ci PŞ-nə gəlmələri təklif olunmuşdur. PŞ-də həmin şəxslərə hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət olunduqdan sonra üzərlərinə şəxsi axtarış aparılmışdır. İlk əvvəl şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və narkotik vasitə qalıqları varsa təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofan kəsiyindəki bükülünü təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxış keçirilərkən içərisində ağ rəngli, kristal halında spesifik iyə malik olan maddə aşkar edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs həmin bir ədəd bükümdəkinin «patı» kimi tanıdığı maddə olmasını, şəxsi istifadəsi üçün 10 manata «zakladka» yolu ilə aldığını bildirmişdir. Daha sonra aşkar olunmuş büküm qablaşdırılmaqla götürülmüş və bu barədə müvafiq protokol tərtib edilməklə iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra şəxsi axtarış zamanı Təbriz Tahirova üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və narkotik vasitə qalıqları varsa təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra Təbriz Tahirov əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofan kəsiyindəki bükülünü təqdim etmişdir. Bundan sonra Təbriz Tahirovun təqdim etdiyi bükümə baxış keçirilərkən içərisində ağ rəngli, kristal halında spesifik iyə malik olan maddə aşkar edilmişdir. X6 həmin bir ədəd bükümdəkinin «patı» kimi tanıdığı maddə olmasını, şəxsi istifadəsi üçün 10 manata «zakladka» yolu ilə aldığını bildirmişdir. Daha sonra aşkar olunmuş büküm qablaşdırılmaqla götürülmüş və bu barədə müvafiq protokol tərtib edilməklə iştirakçılar tərəfindən imzalanmışdır. (cild İİ, i/v 50-52 ) İbtidai istintaq zamanı şahid qismində dindirilmiş məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid4 öz ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 03 radələrində iş yoldaşı Şahid5 ilə birlikdə Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş 93” yaşayış kompleksində xidmət aparan zaman kompleksin girişində bir nəfər şəxsin özünü şübhəli aparmasını görüb həmin şəxsə yaxınlaşmış və xidməti vəsiqələrini göstərib özlərini təqdim edərək, həmin şəxsdən şəxsiyyətini təsdiq edən sənədin təqdim edilməsini xahiş etmişlər. Həmin şəxs üzərində şəxsiyyət vəsiqəsinin olmadığını bildirərək verdikləri suallardan yayınmaq istəmiş, verilən suallara qeyri-səmimi cavab verdiyindən, özünü şübhəli apardığından, zahiri əlamətlərtindən narkotik maddə qəbul edən şəxsə oxşadığından və üzərində narkotik vasitə olduğunu bildirdiyi üçün həmin şəxsi Abşeron rayon polis idarəsinə dəvət etmişlər. Həmin şəxs onlarla razılaşaraq birlikdə idarəyə getmiş və onlar raport yazıb həmin şəxsi idarənin növbətçi hissəsinə təhvil vermişlər. İdarədə şəxsiyyəti yoxlanılan zaman həmin şəxs xx xxxxxxx 1969-cu il tarixdə Laçın şəhərində anadan olmuş Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. İdarədə rəhbərliyin göstərişinə əsasən həmin şəxsin üzərində şəxsi axtarış aparılması və sənədləşmə üçün təhqiqatçı ayrılmışdır. Bundan sonra Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis polkovnik-leytenantı X3 tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, sonra onların və prosesə dəvət edilmiş vəkil X4 iştirakı ilə video çəkiliş vasitəsi ilə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmağa başlanmış, şəxsi axtarışa başlamazdan öncə Təqsirləndirilən şəxs vəkilinin yanında təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah olunmuş, sonra isə üzərində qanunla qadağan edilmiş əşyalar, o cümlədən narkotik vasitə varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan balaca cibindən bir ədəd şəffaf rəngli sellofan bükümü çıxararaq təqdim etmiş, həmin bükümün içərisinə baxdıqda içərisində ağ rəngli kristal şəkilli maddənin olduğu müşahidə olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bükümün içərisində psixotrop maddə olan metamfetamin olduğunu, 5-6 aydır ki, psixotrop maddə qəbul etdiyini, metamfetamini xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidə olan zaman tanımadığı şəxsdən 15 manat müqabilində alıb əynində olan göy rəngli cins şalvarının sağ yan balaca cibinə qoyaraq özü ilə Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş 93” yaşayış kompleksinə daşımaqla saxladığını, narkotik vasitə və psixtrop maddə qəbul etməsindən, saxlamasından ailə üzvlərinin xəbəri olmadığını bildirmişdir”. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf rəngli sellofan bükümdəki kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, bir ədəd kağız zərfdə qablaşdırılıb götürülmüş, təhqiqatçı tərəfindən protokol tərtib olunmuş və onlar hamısı həmin protokola imaza etmişlər. (cild İİ, i/v: 20-22) İbtidai istintaq zamanı şahid qismində dindirilmiş məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid6 öz ifadəsində bildirmişdir ki, təxminən 3 il müddətdir ki, Zərərçəkmiş şəxs2 MMC-yə məxsus ünvan 9 ünvanında yerləşən marketdə nəzarətçi vəzifəsində çalışmışdır. 24 sentyabr 2023-cü il tarixdə saat təxminən 21:30 radələrində o, marketin içərisində vitrinlərin arasında gəzinən zaman təxminən 45-50 yaşlarında, arıq bir kişinin özünü şübhəli apardığını görmüşdür. Buna görə də o, müşahidə kameralarının olduğu otağa keçmiş və həmin şəxsin hərəkətlərini ekrandan müşahidə etməyə başlamışdır. Bu zaman həmin şəxs öz cibindən iri sellofan torba çıxartmış və rəfdə olan “snikers” şololadının qutularından 5 qutunu sellofan torbaya atmış və qapı tərəfə yollanmışdır. Buna görə də o, mağazada mal qəbul edən işləyən Rafilə bu barədə məlumat vermiş və həmin şəxsin qarşısını kəsməyini demişdir. Daha sonra Rafil həmin şəxsin qarşısına keçmiş, o isə həmin şəxsin arxasınca mağazadan çıxmışdır. Bu zaman o, Rafilə həmin şəxsin qaçacağını demiş, Rafil də bir az qabağa gedəndə həmin şəxs bir ədəd bıçaq çıxartmış və Rafilə tərəf tutaraq, “yaxın gəlmə öldürərəm” ifadəsini işlətmişdir. Buna görə də o, Rafılə geri çəkilməsini demiş və həmin şəxs qaçıb getmişdir. Daha sonra onlar, talanmış “snikers”lərin sayını dəqiqləşdirmiş və müəyyən olunmuşdur ki, həmin şəxs 5 qutu, hər qutuda 24 ədəd olmaqla ümumilikdə 75 qramlıq 120 ədəd “snikers” şokoladını oğurlamışdır. Baş vermiş hadisə nəticəsində şirkətə 240 manat maddi ziyan dəymiş, belə ki, bir ədəd 75 qramlıq “snikers”in qiyməti həmin vaxt 2 manat olmuşdur. Hadisə zamanı “snikers”ləri talayan şəxs ona zor tətbiq etməmiş, zor tətbiq etməklə hədələməmiş və biçaq çəkməmişdir. (cild İİ, i/v: 92-93) Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan: - «Baxış keçirilməsi haqqında» 24 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Nizami RPİ-nin 25-ci PŞ-nin təhqiqatçısı, polis baş leytenantı Pünhan Mehdiyev tərəfindən hadisə yerinə baxış keçirilmiş və hadisə yerinin ünvan 8 ünvanda yerləşməsi müəyyən edilmişdir. (cild İ, i/v: 6-9) - “İfadənin yerində yoxlanılması” haqqında 22 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadələri yerində yoxlanılmış və həmin istintaq hərəkəti zamanı o, quldurluq hadisəsinin detallarını deməklə və göstərməklə, ifadəsində dediklərini bir daha təsdiq etmişdir. (cild İİ, i/v 119-122) - “Video görüntüyə baxış keçirilməsi haqqında» 24 sentyabr 2023- cü il tarixli protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs2 marketin daxilində müqşahidə kamerasında olan vaxt göstərici üzrə saat 21:24 dəqiqədə bir nəfər, orta boylu başında göy rəngli kepka, əynində qara rəngli qısaqol köynək, göy rəngli şalvar olan, təxminən 34-40 yaşlarında bir nəfər şəxs mağazaya daxil olaraq əlindən olan ağ və göy rəngli sellofan torbanı açıb mağazada olan rəfə yaxınlaşmış, daha sonra yerə əyilərək rəfdə olan “snikers” qutularını sellofan torbaya yığmış və oradan uzaqlaşmışdır. Həmin marketin Özbəkistan küçəsi istiqamətində quraşdırılmış müşahidə kamerasından götürülmüş görüntüdə vaxt göstəricisi üzrə saat 21:26 dəqiqədə həmin şəxsin marketdən çıxaraq Q.Qarayev prospekti istiqamətində iti addımlarla hərəkət etdiyi, sonuncuya yaxınlaşmaq istəyən şəxsə tərəf geri çevrilərək əlində olan sellofan torbanı sağ əlindən sol əlinə keçirərək, sağ əlində olan bıçağı həmin şəxsə tərəf istiqamətləndirib, iti addımlarla oradan uzaqlaşmışdır. Həmin görüntülər 01 ədəd CD diskə köçürülməklə götürülmüşdür. (cild İ, i/v 10) Cinayət işinin materiallarına əlavə edilmiş CD disk məhkəmə iclasında nümayiş etdirilməklə bilavasitə tədqiq edilmiş və videogörüntülərin “Video görüntüyə baxış keçirilməsi haqqında» 24 sentyabr 2023-cü il tarixli protokolun məzmunu ilə eynilik təşkil etməsi müəyyən edilmişdir. - “Könüllü təqdimetmə və götürmə haqqında» xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixdə marketdən əldə etmiş olduğu oğurluq hadisəsinin qarşısını almağa çalışan Zərərçəkmiş şəxs1 qarşı nümayiş etdirilmiş qulp hissəsi qara rəngli plastik materialdan hazırlandığı, qulp hissəsinin uzunluğu 9 sm, tiyə hissəsinin uzunluğu 13 sm olan bıçaq götürülmüşdür. (cild İ, i/v 14) - “Şəxsi axtarış və götürmə haqqında” 26 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Nizami RPİ-nin 25-ci PŞ-nin təhqiqatçısı, polis baş leytenantı Pünhan Mehdiyev tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilərkən o, əyində olan göy rəngli cins şalvarının sağ yan cibindən, bir ədəd bükümdə içərisində ağ rəngli kristallik maddəni təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdəkinin psixotrop maddə- metamfetamin olmasını, şəxsi istifadəsi üçün üzdən tanımadığı şəxsdən 10 manata almasını bildirmişdir. (cild İ, i/v 37-38) - “Şəxsi axtarış və götürmə haqqında” 26 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilərkən o, əyində olan göy rəngli cins şalvarının sağ yan balaca cibindən, bir ədəd şəffaf sellofana bükülmüş bükümdə çıxardıb təqdim edərək, həmin bükümdəki kütlənin psixotrop maddə olan metamfetamın olmasını, şəxsi istifadəsi üçün üzdən tanımadığı şəxsdən xx.xx.2023cü il tarixdə Nakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidə 15 manata almasını bildirmişdir. (cild İ, i/v: 205-206) Hər iki şəxsi axtarış və götürmə prosesinin əks olunduğu və cinayət işinin materiallarına əlavə edilmiş CD disklər məhkəmə iclasında nümayiş etdirilməklə bilavasitə tədqiq edilmiş və videogörüntülərin “Şəxsi axtarış və götürmə haqqında” 26 sentyabr 2023-cü il və 26 avqust 2023-cü il tarixli protokollarla eynilik təşkil etdiyi müəyyən edilmişdir. - Məhkəmə-kimyəvi ekspertizasının 26 avqust 2023-cü il tarixli 3-16-16/2-6/4555 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN zərflər üçün № 56” dairəvi möhür əksləri olan, “Təqsirləndirilən şəxs” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,534 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu itlə təsdiq edilmiş «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in siyahısına daxildir. (cild İ, i/v: 212-216) - Məhkəmə-kimyəvi ekspertizasının 27 sentyabr 2023-cü il tarixli 3-16-16/2-6/5094 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «...Vətəndaş Təqsirləndirilən şəxs təqdim etdiyi...» sözlər olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,647 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu itlə təsdiq edilmiş «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in siyahısına daxildir. (cild İ, i/v: 46-50) - Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 7879 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs eyni zamanda bir neçə narkotik vasitələrin və digər psixoaktiv maddələrin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild İİ, i/v: 83-84) - Məhkəmə-ballistik ekspertizasının xx.xx.2023-cü il tarixli, 1-16-16/2-3/1622 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kesiçi, ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir, üzərində onun təyinatını dəyişdirən hər-hansı əlavə və ya dəyişikliklər edilməmişdir. (cild İİ, i/v: 85-87) - Məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 3421 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. O, ictimai təhlükəli əməlləri törətdiyi zaman onda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Həmin dövürdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də o, törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs ictimai əməli törətdikdən sonra psixi xəstəliyə tutulmamışdır. Onda hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. O, hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. O, ictimai təhlükəli əməllərini törədərkən, törətdikdən sonra anlaqlılığı istisan etməyən etməyən psixi pozuntudan əziyyət çəkməmişdir. O, iş üçün əhəmiyyət kəsb edən halları düzgün ifadə vermək qabiliyyətinə malikdir. (cild İİ, i/v 95-98) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək törətdiyi hər bir cinayət əməlini səmimi etiraf etmişdir. Məhkəmə hesab edir ki, məhkəmə iclasında həm təqsirləndirilən şəxsin etirafedici ifadəsi, həm zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, həm də cinayət işinin materialları, istintaq hərəkətlərinin protokolları, maddi sübutlar və videogörüntülərlə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamlar tam təsdiqini tapmışdır. Cinayət əməlinin tövsifi ilə bağlı məhkəmənin mövqeyi, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlməlidir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət mühakimə icraatında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün əsas isə yalnız qanun əsasında toplanılmış sübutlardır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər. Həmin qərarda həmçinin göstərilmişdir ki, CM-nin 181.1-ci maddəsində «həyat və sağlamlıq üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi hücuma məruz qalmış şəxsi (şəxsləri) öldürməklə, sağlamlığına zərər vurmaqla, onlara işgəncə verməklə və bu kimi psixi təsirləri ehtiva edir. Belə hədə həm sözlərlə, həm də hərəkətlərlə (məsələn zərərçəkmişin boğazına kəndir keçirməklə və s.) ifadə oluna bilər. Həyat və sağlamlıq üçün təhlükəli zorakılıq (CM-nin 181-ci maddəsi) dedikdə, elə zorakılıq başa düşülməlidir ki, təqsirkarın hərəkətləri zərərçəkmişə ağır, az ağır zərər vurma, həmçinin sağlamlığın qısa müddət pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş sağlamlığa yüngül zərər vurma ilə nəticələnmiş olsun. Quldurluq basqını nəticəsində zərərçəkmişin sağlamlığına qəsdən yüngül və ya az ağır zərər yetirilərsə, həmin əməl quldurluq cinayətinin tərkibi ilə əhatə olunur və əməlin əlavə olaraq CM-nin 127, 128-ci maddələri ilə də tövsif edilməsi tələb olunmur. Təqsirli şəxsin əməli AR CM-nin 181.2.5-ci maddəsi ilə tövsif edildikdə, məhkəmələr basqın zamanı tətbiq edilmiş predmetin canlı qüvvənin və ya digər hədəfin vurulması üçün yararlı silah olub-olmamasını ekspert rəyi əsasında müəyyən etməlidir. Qanunda göstərilən hallar mövcud olduqda, belə şəxsin əməli, əlavə olaraq AR CM-nin 228-ci maddəsi ilə də tövsif edilməlidir. Silah qismində istifadə edilən əşya dedikdə, zərərçəkmişə həyatı və ya sağlamlığı üçün təhlükəli xəsarətlər yetirə bilən predmetlər (məsələn, qatlanan və ya mətbəx bıçaqları, ülgüc, ling, dəyənək, balta və i.a.), həmçinin, hədəfi vurmaq, zərərçəkmişi halsızlaşdırmaq, onun müqavimətini qırmaq üçün nəzərdə tutulmuş predmetlər (məsələn, mexaniki püsgürdücülər, gözyaşardıcı və qıcıqlandırıcı maddələrlə doldurulmuş aerozol və digər qurğular) başa düşülməlidir. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə üzərində olan mətbəx bıçağını nümayiş etdirərək ona həyat və sağlamlığı üçün zor tətbiq edilməsi ilə hədələmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında 3 mart 2005-ci il tarixli qərarında göstərilmişdir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s, kimi hərəkətlər də aiddir.yaşayış sahəsi dedikdə yaşayış və qeyri yaşayış sahələri də daxil olmaqla mülkiyyət formasından asılı olmayaraq mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Şəxs «daxil olmaq» əlamətilə özgə əmlakının talanması əməlində təqsirli bilinmişsə, onun hərəkətlərini əlavə olaraq CM-nin 157-ci maddəsi ilə də tövsif etməyə (ehtiyac yoxdur. Belə ki, bu cür qanunsuz hərəkət oğurluq, soyğunçuluq və ya quldurluq cinayətlərinin tövsifedici əlamətidir. Quldurluq cinayətini əmlakın hədə-qorxu ilə tələb edilməsi cinayətindən (CM-nin 182ci maddəsi) fərqləndirərkən nəzərə almaq lazımdır ki, quldurluqda əmlakın ələ keçirilməsi zor tətbiq edilməsi ilə eyni vaxtda və ya ondan dərhal sonra baş verirsə, özgə əmlakını hədə-qorxu ilə tələb etmə zamanı təqsirli şəxsin əməli əmlakın və ya ona olan hüquqların gələcəkdə əldə edilməsinə yönəlir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs gecə saatlarında Zərərçəkmiş şəxs2 marketinə daxil olaraq rəfdəki şokolad qutularını götürdükdən sonra marketin əməkdaşı Zərərçəkmiş şəxs1 ona mane olmasının qarşısını almaq məqsədi ilə ona bıçaq nümayiş etdirib, onu həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq edəcəyi ilə hədələyərək hadisə yerini tərk etmişdir. Yuxarıda qeyd olunan həmin qərardan həmçinin görünür ki, quldurluq cinayətinin tərkibinin yaranması üçün silah qismində hər hansı bir predmetin istifadə olunması zəruri deyil, həmin cinayətin tərkibinin yaranması üçün zərərçəkmiş şəxsin həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsinə məruz qalması kifayət edir. Həmin zorakılıq hücuma məruz qalmış şəxsi (şəxsləri) öldürməklə, sağlamlığına zərər vurmaqla, onlara işgəncə verməklə və bu kimi psixi təsirləri ehtiva edir. Belə hədə həm sözlərlə, həm də hərəkətlərlə (məsələn zərərçəkmişin boğazına kəndir keçirməklə və s.) ifadə oluna bilər. Həyat və sağlamlıq üçün təhlükəli zorakılıq (CM-nin 181-ci maddəsi) dedikdə, elə zorakılıq başa düşülməlidir ki, təqsirkarın hərəkətləri zərərçəkmişə ağır, az ağır zərər vurma, həmçinin sağlamlığın qısa müddət pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş sağlamlığa yüngül zərər vurma ilə nəticələnmiş olsun. Quldurluq basqını nəticəsində zərərçəkmişin sağlamlığına qəsdən yüngül və ya az ağır zərər yetirilərsə, həmin əməl quldurluq cinayətinin tərkibi ilə əhatə olunur və əməlin əlavə olaraq CM-nin 127, 128-ci maddələri ilə də tövsif edilməsi tələb olunmur. Tədqiq edilmiş videogörüntüdən də görünür ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin əlindəki predmeti gördükdən sonra geri çəkilir və ona müdaxilə etməyi dayandırır, bu da onu göstərir ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin əlindəki predmeti öz həyat və sağlamlığı üçün təhdid olaraq qəbul edir. Bununla da məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli araşdırma zamanı təqsirləndirilən şəxsin etirafedici ifadələri, zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi ilə, üzləşdirmə protokolları, ifadənin yerində yoxlanılması protokolu, hadisə anının videogörüntüləri, eyni zamanda iş üzrə keçirilmiş ekspertizaların rəyləri və maddi sübutlarla təsdiq olunaraq, tam, hərtərəfli və obyektiv araşdırılmış və cinayət əməlinin həmin şəxslər tərəfindən törədilməsi məhkəmədə heç bir şübhə doğurmamışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 26 avqust 2023-cü il tarixdə saat 03:30 radələrində Abşeron Rayon Polis İdarəsinin post patrul xidməti bölüyünün əməkdaşları tərəfindən Abşeron rayonu Masazır qəsəbəsi, Qurtuluş-93 yaşayış kompleksinin ərazisində psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılıb Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 6 ünvanında yerləşən Abşeron RPİ-yə gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarının sağ yan tərəfdəki kiçik cibindən həmin 0,534 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, həmçinin o, 26 sentyabr 2023-cü il tarixdə saat 21:30 radələrində Bakı şəhəri, Nizami RPİ-nin 25-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 70A ünvanının qarşısında Zərərçəkmiş şəxs2 martekdə quldurluq cinayətinin törədilməsində şübhəli şəxs qismində saxlanılaraq ünvan 6 ünvanında yerləşən Nizami RPİ-nin 25-ci PŞ-nə gətirilib, şöbədə xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilərkən, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellafon bükümdə təmiz çəkisi 0,647 qram olan ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri məhkəmə istintaqı zamanı tam təsdiqini tapmış və onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmartan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci və 181.2.5-ci maddələrində nəzərdə tutulan cinayətlərin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətlərin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs həmin cinayət əməllərini qəsdən törətmişdir. Onun əməlləri başa çatmış cinayətdir, cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır, 181.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli isə ağır cinayətlər kateqoriyasına aiddir. Onun tərəfindən törədilmiş əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. O, həmin maddələrdə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Nəsimi rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Milli Məclisin xx.xx.2003-cü il tarixli Amnistiya qərarına əsasın isə azad olunmuşdur. Bakı şəhər Səbail rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 127.2.2-ci maddəsi ilə 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin xx.xx.2004-cü il qərarı ilə əməli Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsinə tövsif edilməklə cəzası 01 il 06 ay müddətinə endirilmişdir. Bakı şəhər Nərimanov rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 213.4-cü maddəsi ilə 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı şəhər Yasamal rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 213.4-cü maddəsi ilə 02 il 10 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. (cild İİ, i/v 44-46) Bundan başqa cinayət işinin materiallarında olan Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 04 iyul 2024-cü il tarixli 1(008)-90/2024 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.3-2 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək, ona 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, onun 09 aprel 2022-ci il tarixdən 11 aprel 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində 03 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Həmçinin Bakı Apellyasiya Məhkəməsinin 07 fevral 2025-ci il tarixli 1(103)-133/2025 nömrəli qərarından görünür ki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 04 iyul 2024-cü il tarixli 1(008)-90/2024 nömrəli hökmü dəyişdirilmiş, müvafiq epizodlar üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmiş və həmin hissədə cinayət təqibinə xitam verilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmış və qərar elan olunduğu andan dərhal qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin təkrar törədilməsi təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran haldır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin törətdiyi cinayət əməllərini etiraf edib, səmimi peşmançılığını ifadə etməsini, həmçinin müharibə veteranı olmasını, Zərərçəkmiş şəxs1 ondan şikayət və tələbinin olmamasını, ona yüngül cəza verilməsini xahiş etməsini təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Yuxarıda göstərilən halları nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 181.2.5-ci maddələrinin sanksiyası daxilində şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 7879 nömrəli rəyi əsas götürülməli, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməli, o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin olunmuş cəza ilə Sabunçu rayon Məhkəməsinin 04 iyul 2024-cü il tarixli 1(008)-90/2024 nömrəli hökmü ilə təyin olunmuş 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası toplanmalı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 09 aprel 2022-ci il tarixdən 11 aprel 2022-ci il tarixədək, habelə 26 avqust 2023-cü il tarixdən 27 avqust 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı müddət ona təyin ediləcək cəzadan çıxılmalı və ona təyin ediləcək cəzanın çəkilmə müddətinin əvvəli 26 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, eyni zamanda Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələblərinə əsasən ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut qismində tanınaraq Nizami RPİ-nin maddi sübutların saxlanc kamerasına təhvil verilmiş tədqiqatdan sonrakı qalıq çəkisi 0,597 qram və 0,484 qram təşkil edən psixotrop maddə metamfetamin və bir ədəd bıçaq məhv edilməli, «şəxsi axtarış və götürmə» istintaq hərəkətlərinin görüntülərini özündə əks etdirən 2 ədəd CD disk və quldurluq hadisəsinin görüntülərini özündə əks etdirən 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı iş üzrə müəyyən olunmuş məhkəmə məsrəfləri – 210 (iki yüz on) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Cinayət işinin materiallarından görünür ki, cinayət əməli nəticəsində “Bazarstore MMC”-yə 240 manat məbləğində maddi ziyan dəymişdir. Odur ki, məhkəmə hesab edir ki, iş üzrə zərərçəkmiş hüquqi şəxsə dəymiş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi 144 (yüz qırx dörd) saat hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 864 (səkkiz yüz altmış dörd) manat məbləğində pul ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 181.2.5-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə 8 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş əsas cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin olunmuş cəza ilə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 04 iyul 2024cü il tarixli 1(008)-90/2024 nömrəli hökmü ilə təyin olunmuş 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasını qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 9 (doqquz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 09 aprel 2022-ci il tarixdən 11 aprel 2022-ci il tarixədək, habelə 26 avqust 2023-cü il tarixdən 27 avqust 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı cəmi 04 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində 9 (doqquz) il 5 (beş) ay 26 (iyirmi altı) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 26 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin. O, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar - Nizami RPİ-nin maddi sübutların saxlanc kamerasına təhvil verilmiş tədqiqatdan sonrakı qalıq çəkisi 0,597 qram və 0,484 qram təşkil edən psixotrop maddə metamfetamin və bir ədəd bıçaq məhv edilsin, «şəxsi axtarış və götürmə» istintaq hərəkətlərinin görüntülərini özündə əks etdirən 2 ədəd CD disk və quldurluq hadisəsinin görüntülərini özündə əks etdirən 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 210 (iki yüz on) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə zərərçəkmiş hüquqi şəxsə dəymiş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 864 (səkkiz yüz altmış dörd) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Səbinə Məmmədzadə Hakimlər Roman Ələkbərli Azad Məcidov
Məhkəmə qərarları › İş №1(101)-189/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-189/2025
25.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver