Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-1890/2024 10.10.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədzadə Səbinə Adil qızı (sədrlik edən), Məcidov X29 və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, Qafarova- Məmmədova Turan Zakir qızının katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X12, zərərçəkmiş şəxslərin hüquqi varisləri: X16, X3 və X6, müdafiəçi: “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, anlaqsız vəziyyətdə cinayət törətmiş şəxs Təqsirləndirilən şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə, tərcüməçi X4 iştirakları ilə, xx.xx.1999-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, hazırda barəsində seçilmiş həbs qətimkan tədbirinin əvəzinə təhlükəsizlik tədbiri olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X25 saxlanılan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7 və 120.2.9-cu maddələri ilə nəzərdə tutulan cinayət əməlini anlaqsız vəziyyətdə törətmiş Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs əziyyət çəkdiyi şizofreniya paranoid forma, hallüsinator paranoid sindromla təzahür edən kəskin psixotik hal diaqnozlu psixi xəstəliyin təsiri altında, anlaqsız vəziyyətdə, yəni öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmadan, xx.xx.2024-cü il tarixdə, saat 12 radələrində ünvan 3 ünvanında onda müəyyən edilən psixi patologiyaya xas imperativ hallusinasiyaların və ailə üzvlərinə qarşı yaranmış sayıqlama fikirlərinin əsasında şəxsi münasibətlər zəminində həmin mənzilin mətbəxindən götürdüyü, iti ucu, iti ülgücü və küpü olan deşici-kəsici xassəyə malik, qara rəngli ebanit materialdan hazırlanmış dəstəyinin uzunluğu 120 mm, bozumtul gümüşü rəngli metaldan hazırlanmış tiyəsinin uzunluğu 125 mm olan soyuq silah hesab olunmayan zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağı ilə atası, xx.xx.1972-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 müstəsna dərəcədə qəddarlıq və rəhimsizlik nümayiş etdirərək xüsusi amansızlıqla qəsdən öldürmək məqsədilə dərəcəsinə görə sağlamlığa zərərvurmayan sağ bazu oynağı nahiyəsinin müxtəlif ölçülü 6 (altı) ədəd cızıqları, hər iki kürək, bel, sağ diz oynağı nahiyələrinin müxtəlif ölçülü üzəriləri nəmli sıyrıqları, hər iki dodağın sağ yarısının 2x1 sm və sağ dirsək oynağı nahiyəsinin arxa-bayır səthində 4x3 sm ölçüdə, göyümtül-qırmızı rəngli, qeyri-müəyyən formalı qançır xəsarətləri, dərəcəsinə görə sağlamlığa yüngül zərərvurma əlamətlərinə malik olan, döş qəfəsinin ön səthinin yuxarı hissəsində 3 (üç) ədəd, döş qəfəsinin sol yarısının 2 (iki) ədəd, sol bazuda 3 (üç) ədəd, sağ bazuda 1 (bir) ədəd, sağ bazu oynağı nahiyəsinin 2 (iki) ədəd- cəmi 11 (on bir) ədəd deşilmiş-kəsilmiş yara xəsarətləri və ölçüləri 2x0,5sm-dən 8x l,5 sm-dək olan, kənarları hamar va ucları iti olan, qanayan, ənsə-boyun nahiyəsinin 4 (dörd) ədəd, sağ gicgah nahiyəsinin 1 (bir) ədəd, sağ qaş nahiyəsinin 1 (bir) ədəd, sol qulaqaltı nahiyənin 1 (bir) ədəd, sol yanaq nahiyəsinin 3 (üç) ədəd, sol yanaqdan başlayaraq üst dodağadək davam etməklə 1 (bir) ədəd, sol yanaqdan başlayaraq alt dodağadək davam etməklə 1 (bir) ədəd, alt çənənin mərkəzi hissəsində 1 (bir) ədəd, sağ yanaq nahiyəsində 2 (iki) ədəd, döş qəfəsinin ön səthində 4 (dörd) ədəd, sol əlin ovuc səthinin 2 (iki) ədəd, sol bazunun 4 (dörd) ədəd cəmi 25 (iyirmi beş) ədəd kəsilmiş yara xəsarətləri və həyat üçün təhlükəli olan, dərəcəsinə görə sağlamlığa ağır zərərvurma əlamətlərinə malik olan, ölçüləri 1x0,5sm-dən, 3x1 sm-dək olmaqla kənarları hamar, bir ucu küt-«n» şəkilli, digər ucu iti olan boşluqlara nüfuz edən sol kürək nahiyəsinin 1 (bir) ədəd, döş qəfəsinin sağ-yan sathinin 1 (bir) ədəd, döş qəfəsinin ön səthində-mərkəzi hissəsində 2 (iki) ədəd, döş qəfəsinin ön səthinin sol yarısının 9 (doqquz) ədəd, qarının ön səthinin sol yarısında 1 (bir) ədəd cəmi 14 (on dörd) ədəd deşilmiş-kəsilmiş yara xəsarətləri və boyunun sol-yan səthindən başlayaraq boyunun sağ-yan səthinədək davam edən və boyun üzvlərinin kəsilməsi ilə müşayət olunmuş 1 (bir) ədəd geniş ölçülü kəsilmiş yara xəsarəti ümumilikdə 57 (əlli yeddi) ədəd bədən xəsarətləri yetirərək sonuncunu xüsusi amansızlıqla qəsdən öldürdükdən, yəni qəsdən həyatdan məhrum etdikdən sonra cinayətin aləti hesab olunan həmin bıçağı özü ilə götürməklə hadisə yerini tərk edərək istifadəsində olan “Hyundai” markalı, “Accent” modelli, “**-LY-***” dövlət qeydiyyat nişanlı avtomobili ilə həmin gün, yəni xx.xx.2024-cü il tarixdə saat 14:00 radələrində bacısı xx.xx.1997-ci il təvəllüdlü Zərərçəkmiş şəxs4 azyaşlı qızı xx.xx.2021-ci il təvəllüdlü Zərərçəkmiş şəxs5 ilə yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış sahəsi, “Şəms Residence” yaşayış kompleksi ev 13 m, mənzil 116 ünvanına gəlmiş, həmin mənzildə onda müəyyən edilən psixi patologiyaya xas imperativ hallusinasiyaların və ailə üzvlərinə qarşı yaranmış sayıqlama fikirlərinin əsasında şəxsi münasibətlər zəminində azyaşlı Zərərçəkmiş şəxs5 gözü qarşısında sonuncuya xüsusi əzab verməsini dərk edərək bacısı Zərərçəkmiş şəxs4 xüsusi amansızlıqla qəsdən öldürmək məqsədi ilə qeyd olunan bıçaqla ardıcıl zərbələr yetirmiş, bıçaq tiyə hissəsindən iki yerə bölündüyündən o, mənzilin mətbəxindən götürdüyü, iti ucu, iti ülgücü və küpü olan deşici-kəsici xassəyə malik, tünd-qəhvəyi rəngli, taxta lövhədən ibarət dəstəyinin uzunluğu 111 mm, gümüşü rəngli metaldan hazırlanmış tiyəsinin uzunluğu 155 mm, olan soyuq silah hesab olunmayan zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağı ilə sonuncuya zərbələr yetirməyə davam edərək dərəcəsinə görə sağlamlığa zərərvurmayan döş qəfəsinin sol yuxarı iç səthinin və solda mədəüstü nahiyənin iç səthinin çoxsaylı səthi kəsilmiş yara xəsarətləri, başın alın nahiyəsinin sağ yan səthinin və sağ gözaltı nahiyənin qançır xəsarətləri, dərəcəsinə görə sağlamlığa yüngül zərərvurma əlamətlərinə malik olan döş qəfəsinin sol yuxarı iç və bayır səthinin, sol süd vəzinin, döş qəfəsinin sol aşağı iç səthinin döş boşluğuna nüfuz etməyən 12 (on iki) ədəd, sol kürəküstü nahiyənin, sol bazu oynağı nahiyəsinin arxa və bayır səthlərinin, sol bazunun orta və aşağı 1/3 -nin bayır səthlərinin və sol budun orta 1/3-nin bayır səthinin 6 (altı) ədəd- cəmi 22 (iyirmi iki) ədəd deşilmiş-kəsilmiş yara xəsarətləri və ölümü ilə birbaşa səbəbli əlaqəli olan, travmatik və hemorragik şokla müşayiət olunan həyatla bir araya sığmayan politravma fonunda - İİ və İİİ boyun fəqərələri səviyyəsindən başın gövdədən travmatik natamam amputasiyası (ayrılması) və həmin səviyyədə əzələlərin, arteriya və venaların, sinirlərin və bağların, qırtlağın və udlağın tam kəsilməsi, İİ və İİİ boyun fəqərələrinin cisimlərinin və çıxıntılarının qəlpəşəkilli sınıqları və onurğa beyinin boyun şöbəsinin tam kəsilməsi ilə müşayiət olunan, dərəcəsinə görə sağlamlığa ağır zərərvurma əlamətlərinə malik olan, boyunun yumşaq toxumasının qansızmalı dairəvi şəkilli geniş kəsilmiş yarası, sol ağ ciyərin və ürəyin zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin sol yuxarı bayır səthinin və solda orta qoltuqaltı xətt üzrə döş qəfəsinin sol yan səthinin döş boşluğuna nüfuz edən 04 (dörd) ədəd deşilmiş-kəsilmiş yara xəsarətləri yetirməklə xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmiş, bundan dərhal sonra o, müstəsna dərəcədə qəddarlıq və rəhimsizlik nümayiş etdirərək cinayət törədilən zaman onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olmuş, yəni azyaşlı Zərərçəkmiş şəxs5 onda müəyyən edilən psixi patologiyaya xas imperativ hallusinasiyaların və ailə üzvlərinə qarşı yaranmış sayıqlama fikirlərinin əsasında şəxsi münasibətlər zəminində müstəsna dərəcədə qəddarlıq və rəhimsizlik nümayiş etdirərək xüsusi amansızlıqla qəsdən öldürmək məqsədi ilə həmin tünd-qəhvəyi rəngli mətbəx bıçağı ilə sonuncuya dərəcəsinə görə sağlamlığa zərərvurmayan sağ əlin arxa səthinin bir ədəd səthi kəsilmiş yara xəsarəti, dərəcəsinə görə sağlamlığa yüngül zərərvurma əlamətlərinə malik olan, döş qəfəsinin sol yuxarı iç səthinin döş boşluğuna nüfuz etməyən 01 (bir) ədəd, cəmi 02 (iki) ədəd deşilmiş-kəsilmiş yaraları və sağ mil-bilək oynağı nahiyəsinin iç və arxa səthininin iki ədəd kəsilmiş yara xəsarətləri və travmatik və hemorragik şokla müşayiət olunan həyatla bir araya sığmayan, ölümü ilə birbaşa səbəbli əlaqəli olan, politravma fonunda politravma fonunda İİ və İİİ boyun fəqərələri səviyyəsindən başın gövdədən travmatik natamam amputasiyası (ayrılması) və həmin səviyyədə əzələlərin, arteriya və venaların, sinirlərin və bağların, qırtlağın və udlağın tam kəsilməsi, İİ və İİİ boyun fəqərələrinin cisimlərinin və çıxıntılarının qəlpəşəkilli sınıqları və onurğa beyinin boyun şöbəsinin tam kəsilməsi ilə müşayiət olunan, dərəcəsinə görə sağlamlığa ağır zərərvurma əlamətlərinə malik olan, boyunun yumşaq toxumasının qansızmalı dairəvi şəkilli geniş kəsilmiş yarası, solda mədəüstü nahiyənin döş boşluğuna nüfuz edən 01 (bir) ədəd deşilmiş-kəsilmiş yara xəsarəti yetirməklə köməksiz vəziyyətdə olan şəxsi xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmiş, bundan sonra o, həmin avtomobili ilə ünvan 4 ünvanında yerləşən “Onur İnşaat” adlı inşaat materialları mağazasından taxta materialdan hazırlanmış dəstəyinin uzunluğu 370 mm, gümüşü rəngli metaldan hazırlanmış tiyəsinin köndələn uzunluğu 135 mm olan, soyuq silah hesab olunmayan, zavod üsulu ilə hazırlanmış təsərrüfat təyinatlı balta almış, həmin gün, yəni xx.xx.2024-cü il tarixdə, saat 15:43 radələrində ünvan 5 ünvanının giriş qapısının bayır tərəfində, qardaşı xx.xx.2015-ci il təvəllüdlü Zərərçəkmiş şəxs3 gözü qarşısında sonuncuya xüsusi əzab verməsini dərk edərək xüsusi amansızlıqla qəsdən öldürmək məqsədi ilə onda müəyyən edilən psixi patologiyaya xas imperativ hallusinasiyaların və ailə üzvlərinə qarşı yaranmış sayıqlama fikirlərinin əsasında şəxsi münasibətlər zəminində müstəsna dərəcədə qəddarlıq və rəhimsizlik nümayiş etdirərək həmin balta ilə anası xx.xx.1977-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 dərəcəsinə görə sağlamlığa zərərvurmayan boyun-döş qəfəsi və hər iki bazu oynaqlarının ön səthlərinin 05 (beş) ədəd zolaqşəkilli qançır xəsarətləri və ölümlə birbaşa səbəbli əlaqəli, həyat üçün təhlükəli olan dərəcəsinə görə sağlamlığa ağır zərərvurma əlamətlərinə malik olan, cəmi 14 (on dörd) ədəd olmaqla kəllənin alın- təpə, üz və boyun nahiyələrinin, kəllə və üz skleti sümüklərinin çoxsaylı qəlpəli sınıqları, baş beynin ağır dərəcəli əzilməsi və baş beynin hissəvi evakuasiyası ilə müşaiyət olunmuş çapılmış yara xəsarətləri yetirməklə xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmiş, dərhal sonra müstəsna dərəcədə qəddarlıq və rəhimsizlik nümayiş etdirərək cinayət törədilən zaman onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olmuş, yəni yetkinlik yaşına çatmamış qardaşı Zərərçəkmiş şəxs3 onda müəyyən edilən psixi patologiyaya xas imperativ hallusinasiyaların və ailə üzvlərinə qarşı yaranmış sayıqlama fikirlərinin əsasında şəxsi münasibətlər zəminində müstəsna dərəcədə qəddarlıq və rəhimsizlik nümayiş etdirərək xüsusi amansızlıqla qəsdən öldürmək məqsədi ilə həmin balta ilə sonuncuya dərəcəsinə görə sağlamlığa zərərvurmayan döş qəfəsinin ön səthinin sol yarısının sıyrığı və ölümlə birbaşa səbəbli əlaqəli, həyat üçün təhlükəli olan dərəcəsinə görə sağlamlığa ağır zərərvurma əlamətlərinə malik olan, cəmi 08 (səkkiz) ədəd olmaqla kəllənin alın-təpə və üz nahiyələrinin kəllə və üz skleti sümüklərinin çoxsaylı qəlpəli sınıqları, baş beynin ağır dərəcəli əzilməsi və baş beynin hissəvi evakuasiyası ilə müşayət olunmuş çapılmış yara xəsarətləri xəsarətləri yetirərək xüsusi amansızlıqla qəsdən öldürmüş, bununla da o, ikisi onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olmuş, ümumilikdə beş nəfər olmaqla iki və daha çox şəxsi xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. İbtidai istintaq orqanı Azərbaycan Respublikası CM-nin 120.2.4, 120.2.7 və 120.2.9cu maddələri ilə nəzərdə tutulmuş və cinayət məsuliyyətinə səbəb olan əməli anlaqsız vəziyyətdə törətmiş Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraata xitam verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar müəyyən etmədiyindən anlaqsız vəziyyətdə cinayət törətmiş şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə iş materiallarını məhkəməyə göndərmişdir. Təqsirləndirilən şəxs barəsində məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış və Azərbaycan Respublikası CM-nin 120.2.4, 120.2.7 və 120.2.9-cu maddələrində nəzərdə tutulan cinayət hadisəsinin törədilməsi, həmin cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi və sonuncunun qeyd olunan cinayət əməlini törədərkən anlaqsız vəziyyətdə olması tam təsdiq olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında ifadə verməkdən imtina etmiş, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, məhkəmə tərəfindən prosessual fəaliyyət qabiliyyəti olmayan şəxs kimi tanınmamışdan əvvəl təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən mənzildə tək yaşamışdır. Mərhum Zərərçəkmiş şəxs1 onun atası, mərhum Zərərçəkmiş şəxs2 onun anası, mərhum Zərərçəkmiş şəxs4 onun doğma bacısı, mərhum Zərərçəkmiş şəxs3 onun doğma qardaşı, azyaşlı Ülviyyə isə bacısı Elmiranın qızı olmuşdur. Atası, anası və qardaşı Xətai rayonu, General Şıxlinski küçəsi ev 59 B, mənzil 303-də yaşamışlar. Bacısı Zərərçəkmiş şəxs4 isə qızı Ülviyyə ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu ərazisində yaşamışlar. O, dəfələrlə ailəsinə problemlər yaratdığı üçün, evdə olan narazılıqlardan ötrü ona ayrı ev almışlar və həmin evdə tək yaşamışdır. Tək yaşadığı üçün atası, anası, bacısı və qardaşı ilə normal münasibəti olmamışdır. Əvvəllər müxtəlif restoranlarda ofisiant və barmen kimi işləmişdir. Cinayət törədən vaxt heç bir yerdə işləməmişdir. xx.xx.2024-cü il tarixdə, saat 10 radələrində atası Mehmanla birlikdə göy rəngli “Hyundai Accent” markalı **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xətai rayonu, General Şıxlinski küçəsində olan evlərinə getmişlər və həmin vaxt evdə heç kim olmamışdır. Atası mətbəxdə səhər yeməyi hazırlamağa başlamışdır. O, atasını öldürmək qərarına gəldiyi üçün evin mətbəxindən götürdüyü bıçaqla qəflətən atasına zərbələr vurmağa başlamış, atası ağır xəsarətlər alaraq yerə yıxılmış və o, avtomobilin açarını və atasını vurduğu bıçağı götürərək evdən çıxmışdır. “Hyundai Accent” markalı **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Suraxanı rayonunda yaşayan bacısı Elmiragilə getmişdir. Bacısı qapını açmış və o, Elmiraya öz üzərində olan bıçaqla zərbələr vurmağa başlamış və Elmira yerə yıxılmış, həmin vaxt evdə olan bacısı qızı Ülviyyə ağlamağa başlamış və o, sonuncuya da bıçaqla zərbələr vurarkən bıçaq əlində qırılmışdır. Daha sonra mətbəxə keçmiş və oradan başqa bıçağı götürərək onların ikisinə də həmin bıçaqla yenidən zərbələr vurmuşdur. Bıçaqların ikisini də orada qoyub, “Hyundai Accent” markalı avtomobillə Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən binanın həyətinə qayıtmış və avtomobili orada saxlamışdır. Təxminən saat 15 radələrində məhəllədə olan “AL marketə” girmiş və siqaret almaq istəmiş, lakin əlində qan olduğunu gördükləri üçün ona siqaret satmamışlar. Marketdən çıxarkən anası Pikə və qardaşı Məhəmmədin yaşadıqları evə getdiklərini görmüşdür. Anası ilə sözlü mübahisə etdikdən sonra anası ona “çıx get, bəsdir, ailəmizi çox incidirsən” demişdir. Pikə Məhəmməd ilə birlikdə öz yaşadıqları binaya tərəf getmiş, o da 1001 xırdavat mağazasına girib 20 manata balta almış və onların arxasınca yaşadıqları binaya tərəf getmişdir. Baltanı belinə qoyub anasıgil yaşayan bloka daxil olmuş, anasıgil isə lift ilə öz yaşadıqları mənzilə qalmışlar. O da digər lift ilə həmin mənzilə qalxmışdır. Liftdən çıxan kimi belindəki balta ilə qapını açmaq istəyən anasını vurmağa başlamış, bu zaman arxadan qadın cinsli bir şəxs anasını nə üçün vurduğunu soruşduqda, ona “bas bayıra” deyərək qışqırmışdır. Sonra həmin balta ilə qardaşı Məhəmmədi də vurmuş və onları da öldürdükdən sonra qapını açaraq evə girmişdir. Baltanı şkafla eyvanın divarı arasında olan hissədə olan 02 ədəd su borusunun arxasında gizlətmiş, paltarlarını dəyişərək evdən çıxmışdır. Piyada binanın həyətində yerləşən “AL market’’-in qarşısına gəlmiş və orada olan polis işçiləri özünü şübhəli apardığı üçün onu saxlamış və Xətai RPİ-nin 35-ci PB-nə gətirmişlər. O, verilən suallara cavab olaraq göstərmişdir ki, hadisə baş vermiş Xətai rayonu, General Şıxlinski küçəsi ev 59 B-nin 1-ci mərtəbəsində quraşdırılmış təhlükəsizlik kamerasının görüntülərində xx.xx.2024-cü il tarixdə, saat 15:43-də şalvarının kəmərinə balta keçirmiş kişi cinsli şəxs o özüdür. Atası Mehman, anası Pikə və bacısı Elmiranın onu ailənin övladı kimi saymamaları, ona diqqət göstərməmələri və ondan ayrı yaşamaq istəmələri səbəbindən onda ailə üzvlərinə qarşı böyük nifrət yaratmışdır. Qardaşı Məhəmməd və Elmiranın qızı Ülviyyə də böyüyüb gələcəkdə valideynləri kimi olacaqları üçün onların hər birini öldürmüşdür ki, rahatlıq tapsın. Eyni zamanda daxilindəki səs sanki ona deymişdir ki, o ailə üzvlərini öldürməlidir və o, bunu etmişdir. Cinayət hadisəsi zamanı sağ əlinin iki barmağının kəsilməsi xəsarətini almışdır. Hadisənin şahidi qonşuluqdakı mənzildə yaşayan adını bilmədiyi qadın cinsli şəxs olmuşdur. Hadisə baş verən vaxt əynində qara rəngli qolsuz gödəkçə və göy rəngli cins şalvar olmuşdur. Hadisə zamanı bədən səthi üzərində və paltarlarında qan ləkəsi olmuşdur. Odur ki, paltarlarını anası və atası yaşayan mənzilin hamam otağında dəyişib çölə çıxmışdır. Qeyd etmişdir ki, o, heç bir ruhi və ya psixi xəstəlikdən əziyyət çəkmir, heç vaxt narkotik vasitə qəbul etməmiş, hərdən bir spirtli içki içmişdir. Cinayət törədən zaman spirtli içkinin təsiri altında olmamışdır. (cild İ, i/v: 32-36,103-107) Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs1 hüquqi varisi X3 ifadəsində göstərdi ki, mərhum Zərərçəkmiş şəxs1 onun qardaşıdır. O, hadisənin bilavasitə şahidi olmamış, hadisə barədə məlumatı ona qohumları zəng edərək məlumat vermişlər. Bu hadisəyə qədər Təqsirləndirilən şəxs psixi xəstəliklər olmuş, o, müxtəlif dərmanlar qəbul etmiş, lakin psixiatriya dispanserində stasionar müalicə almamışdır. Ailə üzvləri arasında əvvəllər də söz-söhbətlər olsa da, hadisəyə qədər Əhməd tərəfindən hər hansı zorakılıq hərəkətləri olmamışdır. Ölən də, öldürən də onun qohumudur. Buna görə də Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti yoxdur. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 hüquqi varisi X16 ifadəsində göstərdi ki, mərhum Zərərçəkmiş şəxs2 onun bacısı, Zərərçəkmiş şəxs3 isə bacısının oğludur. Hadisə günü o, işdən gələndə ona zəng edərək Əhmədin ailəsini qətlə yetirdiyini bildirmişlər, o, əvvəlcə onun ailəsini öldürdüyünü zənn etmiş, lakin sonradan öz ailəsini öldürdüyünü bilmişdir. Onlar yaxın ərazilərdə yaşamışlar, Əhməd atası ilə birlikdə tez-tez onların evinə gəlib-getmişdir. Əhmədin ara-sıra yalnız öz valideynləri ilə aqressiv münasibəti olmuş. Evdə Əhmədin bacısı və bacısının uşağı olduğundan bacısı Pikə Əhmədi ailə üzvlərindən ayırmış və onun həyatının yaxşı olması üçün əlindən gələni etmişdir. Əhmədin əvvəllər də atası ilə sözləri çəp gəlsə də, o, heç vaxt atasına cavab qaytarmamışdır. Anası həmişə Əhmədlə dərin münasibət qurmamasını tapşırmış, lakin o, Əhməddən özünə qarşı heç bir aqressiv münasibət görməmişdir. Əhmədin dərmanlarını qəbul etməsinə atası nəzarət etmiş, lakin son vaxtlarda Əhməd tək yaşadığından ehtimal ki, dərmanlarını qəbul etməmişdir. Əhməddən şikayətçi olub-olmamaq məsələsinə qaldıqda isə o, bildirmişdir ki, Əhmədi bağışlaya bilməz. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs4 hüquqi varisi qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, bacısı ona zəng edərək, Mehman müəllim və Pikə xanımın öldürüldüyünü bildirmiş, o, Elmira və onun övladının sağ olduğunu zənn edərək hadisə yerinə getmiş, həmin zaman əməkdaşlar Elmiranın mənzilinin qapısını açmağa çalışmışlar. Onlar da orada dayanıb qapının qırılmağını gözləmişlər. Qapı qırılandan sonra Elmira və övladının da öldürüldüyü məlum olmuşdur. O, sonuncu dəfə Neapol dairəsinin yaxınlığında Ülvi adlı şəxsin ad günündə Əhmədlə görüşmüş, Əhmədin psixi xəstə olması ilə bağlı hər hansı əlamətləri müşahidə etməmiş, əksinə Əhməd çox sakit olmuşdur. Onlara sadəcə Əhmədin müəyyən problemlərinin olduğu bildirilmişdir. Onun və onun bütün ailəsinin xahişi Əhmədin ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasıdır. İbtidai istintaq zamanı cinayət işi üzrə Zərərçəkmiş şəxs5 hüquqi varisi qismində dindirilmiş X9 ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, öz ifadəsində bildirmişdir ki, hazırda Bakı şəhərində anket məlumatlarında qeyd etdiyi ünvanda müvəqqəti qeydiyyata düşərək həyat yoldaşı Təranə Niftəliyeva, qayınatası və qayınanası ilə birlikdə yaşayır. O, 1982-ci ildən etibarən daimi olaraq Rusiya Federasiyasında yaşamış və həmin ölkənin daxili işlər orqanlarında xidmət etmişdir. 2016cı ildən etibarən təqaüdə çıxmışdır, hazırda işləmir. Baş vermiş hadisə ilə əlaqədar qeyd etmişdir ki, mərhum Zərərçəkmiş şəxs4 onun gəlini, mərhum Zərərçəkmiş şəxs5 isə doğma nəvəsi olmuşdur. Belə ki, gəlini Zərərçəkmiş şəxs4 ilə onun oğlu Sərxan Niftəliyev xx.xx.2020- ci il tarixdə Rusiyada rəsmi nikaha daxil olmuşlar və onların birgə nikahından xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs5 Rusiyada anadan olmuşdur. Sərxan, Elmira və onların qızı Ülviyyə birlikdə RF-nın Skovorodino şəhərində yaşamışlar. Sərxan RF-nın Fövqəladə Hallar Nazirliyinin Yanğından mühafizə hissəsində dispeçer işləmişdir. Hazırda isə Sərxan kompyüter üzrə proqramist işləyir. Ülviyyə anadan olduqdan sonra Elmira evdə darıxdığını demiş, həm də Skovorodino şəhərində havalar soyuq keçdiyi üçün Elmira azyaşlı qızı Ülviyyə və qayınanası Təranə xanımla birlikdə 2021-ci ilin yay aylarında Bakı şəhərinə gəlmiş və daimi olaraq burada yaşamağa başlamışlar. Elmira Bakı şəhərinə gəldikdən sonra əvvəlcə atası Mehman, anası Pikə və qardaşı Əhmədin yaşadığı mənzildə onlarla birlikdə yaşamış, lakin Əhmədin evdə tez-tez ailə üzvləri ilə mübahisə etməsi və onlara qarşı kobud hərəkətlər etməsi səbəbindən 2023-cü ilin yay aylarında atası Mehman qızı Elmiraya Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yeni mənzil almış və Elmira ilə sonuncunun qızı Ülviyyə həmin mənzildə yaşamağa başlamışlar. 2023-cü ilin yay aylarından hadisə baş verən vaxtadək Əhmədlə bacısı Elmira arasında hər hansı mübahisə baş verib-verməməsi və ya Əhmədin ümumiyyətlə bacısıgilə gedib-getməməsi barədə məlumatı yoxdur. 13 fevral 2024-cü il tarixdə o, həyat yoldaşı ilə Rusiyada öz yaşadığı evində olmuş, Sərxan isə Rusiyanın başqa şəhərində ezamiyyətdə olmuşdur. Elmiraya zəng etsələr də, telefona cavab vermədiyi üçün narahat olmuşlar. Bir müddət sonra Bakı şəhərində yaşayan qohumları onlara xəbər vermişdir ki, Təqsirləndirilən şəxs öz atası Mehmanı, anası Pikəni, qardaşı Məhəmmədi, bacısı Elmiranı və bacısı qızı Ülviyyəni qəsdən öldürmüşdür. Təqsirləndirilən şəxs hansı səbəbdən bu cinayəti törətməsi barədə dəqiq məlumatı yoxdur. Təqsirləndirilən şəxs hər hansı psixi pozuntusunun olması barədə Əhmədin atası Mehmandan eşitmişdir ki, Əhməd idman yarışlarında iştirak etdikdən sonra baş nahiyyəsindən travma almış və daha sonra onda psixi pozuntu yaranmışdır. O, Əhmədlə bir neçə dəfə görüşmüş və hiss etmişdir ki, Əhməd onlarla yaxın münasibət qurmaqdan çəkinir, heç nə danışmır, soyuq yanaşır. Amma onun psixi pozuntusunun olmasını hiss etməmişdir. (cild İİ, i/v: 183, 187-189) Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Fazil qızı ifadəsində bildirmişdir ki, o, 5 aydır ki, Zərərçəkmiş şəxs1 və onun ailəsinin yaşadığı binaya köçmüş, həmin ailə ilə üzbəüz qonşu olmuşlar. O, Əhmədi ümumiyyətlə tanımamış, əvvəllər onun Zərərçəkmiş şəxs1 balaca qardaşı olduğunu zənn etmiş, sonradan oğlu olduğunu öyrənmişdir. O, hadisə baş verən gün doktoranturaya hazırlaşmağı ilə əlaqədar evdə dərs oxumuş, birdən səs-küy eşitmiş, qapıya yaxınlaşaraq qapının gözləmə dəliyindən baxmış və bir nəfər şəxsin kimisə yerə yıxıb, əlində ağ rəngdə olan əşya ilə başını əzdiyini görmüşdür. Daha sonra otağa keçib həyat yoldaşına zəng edib qapının qarşısında kimisə baltaladıqlarını demişdir. Daha sonra həyat yoldaşı ona zəng edərək polisə və binanın komendantına məlumat verdiyini, qısa zamanda gələcəklərini demişdir. O, əlində telefonla yenidən qapıya tərəf yaxınlaşmış, hadisənin həyəcanından uzun müddətin keçdiyini düşünərək yenidən həyat yoldaşına zəng edib, niyə hələ də polislərin gəlmədiklərini soruşmuşdur. O, həyat yoldaşına həmin şəxsin onların mənzilinin qapısını baltalayıb, onu öldürə biləcəyini demiş və qapının gözləmə dəliyindən hadisənin videosunu çəkməyə başlamışdır. O, həyat yoldaşına həmin şəxsin balta ilə onu öldürməsindənsə, özünü yaşadıqların evin balkonundan, yəni 12-ci mərtəbədən atacağını demişdir. Daha sonra yenidən qapıdan baxanda həmin şəxsin qarşıdakı qapını açarla açdığını görmüş, həmin an bir az rahatlaşmışdır ki, onu öldürməyəcək. Həmin şəxs qapını açıb öz evinə girəndə onun Əhməd olduğunu anlamışdır. O, əvvəlcə həmin şəxsin təsadüfi bir yer seçdiyini və qarşısına çıxan hər hansı bir şəxsi qətlə yetirdiyini düşünmüşdür. O, səsi gələn şəxsin əvvəlcə qız olduğunu düşünmüş, sonradan həmin şəxsin Əhmədin balaca qardaşı Məhəmməd olduğunu anlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, o, Zərərçəkmiş şəxs1 və ailəsinin yaşadığı mənzillə üzbəüz mənzilin divar qonşusudur. Belə ki, onların mənzillərin tam üz-üzə deyil. O, hadisə günü evdə olan zaman uşaq səsi və ağlamaq səsi eşitmiş, uşaq ağlayaraq “anamı öldürmə” deyə yalvarmışdır. O, qapını açanda Əhmədin anasının başının üzərində dayandığını görmüş, Zərərçəkmiş şəxs2 ürəyinin getdiyini zənn etmiş, onlara tərəf 1-2 addım atıb Əhməddən nə olduğunu və nə etdiyini soruşmuşdur. Əhməd anasını təpikləmiş və onu görüb təhqir etmişdir. O, qorxaraq geri çəkilmiş və daha sonra polisə zəng etmişdir. Hadisə vaxtı nə başqa adamın səsini eşitməmiş, nə də Əhmədə kiminsə kömək etdiyini görməmişdir. O, hadisə zamanı Əhmədin əlində dəstəkli əşya görmüş, əvvəl çəkic olduğunu sanmış, sonra həmin əşyanın balta olduğunu görmüşdür. O, evdə olduğu müddətdə baltanın yerə dəyməyinin səslərini, əvvəl uşağın yalvarışlarını, daha sonra isə iniltisini eşitmişdir. O, uşağın harada olduğunu görməmiş, yalnız “anamı öldürmə, anam yazıqdır” deyə yalvardığını eşitmişdir. O, qapını açıb hadisəni görmüş, daha sonra qapını bağlamışdır. O, Əhmədin evdən çıxıb getməsini qapının gözləmə dəliyindən görmüş, belə ki, Əhməd evdən çıxıb pilləkənlə aşağı qaçmışdır. O, Əhmədin bacısı ilə hər hansı mübahisəsinin olmasının şahidi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 öz ifadəsində bildirmişdir ki, o, mərhum Zərərçəkmiş şəxs1 qohumudur. Mehmanla münasibətləri yaxşı olmuş, gedişgəlişləri olmuşdur. O, Əhməddən bir pislik görməmiş, lakin atası həmişə Əhmədin dərmanlar qəbul etdiyini demişdir. Lakin ailəsi onlara Əhmədin vəziyyəti barədə açıq məlumat verməmişlər. O, Moskva şəhərində Mehman və Əhmədlə birlikdə qalmış, Əhməd Moskvada restoranda, atasının yanında işləmiş, orada heç bir pis hərəkətini və ya davranışını görməmişdir. O, hadisədən bir gün əvvəl Zərərçəkmiş şəxs1la bir yerdə olmuş, çay içib söhbət edən zaman Mehman ona Əhmədi səhhəti ilə bağlı “Maştağaya” aparacağını demişdir. Əhmədin ailəsi qapalı ailə olmuş, evlərinin sirrini heç kimə verməmişlər, buna görə də o, Əhmədin psixi xəstəliyinin olduğunu bilsə də, onun vəziyyəti ilə bağlı geniş məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, o, 1- 2 ay müddətində “Şəms Residence” adlı binada mühafizəçi işləmiş, hadisə günü binaya maşın yaxınlaşmış, o, sonradan adının Əhməd olduğunu öyrəndiyi sürücüdən həmin binada yaşayıb-yaşamadığını soruşmuş, sonuncu isə cavabında qonaq gəldiyini bildirmişdir. Həmin şəxs maşını uzaq yerdə saxlayıb getmiş, o, maşını niyə orada saxlayıb getdiyini soruşanda geri gələcəyini bildirmişdir. Təxminən 5 dəqiqə sonra Əhməd qayıtmış, həyətdə mərkəz tərəfdəki çıxışdan çıxmaq istəmiş, o, bir də yaxınlaşıb, bayaqdan ora-bura getdiyini, onun kim olduğunu və kimin yanına gəldiyini soruşmuş, bu zaman həmin şəxs əsəbləşərək “sənə demədim ki, mən qonağam, niyə 2-ci dəfə məndən soruşursan?” demişdir. O, həmin şəxsin onun üzərinə doğru gəldiyini görüb, binanın mühafizəçisi olduğunu və ondan kim olduğunu soruşmaq məcburiyyətində olduğunu demişdir. Həmin şəxs sonra “gəlirəm” deyib getmiş, 5 dəqiqə sonra əlində “kola” içkisi ilə blokda dayanaraq, tez-tez siqaret çəkib, kola içmişdir. Həmin şəxs 10-15 dəqiqə sonra göy rəngli və “Hyundai” markalı avtomobillə çıxışa yaxınlaşaraq siqnal verib, yolu açmasını istəmiş, o da yolu açmışdır. Əhməd həmin müddət ərzində tək olmuş və yanında heç kim olmamışdır. Məhkəmədə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq olunan Şahid1 ifadəsində göstərmişdir ki, o, 2023-cü ilin mart ayından ünvan 7 ünvanında yerləşən “Onur İnşaat” adlı mağazanın sahibidir. Həmin mağazada inşaat materiallarının satışı həyata keçirilir. xx.xx.2024-cü il tarixdə bibisi Minayə Nadirovanı həkim müayinəsi üçün X5 apardığına görə mağazaya saat 15:05 radələrində gəlmiş və mağazanı açmışdır. Saat 15:20 radələrində adının sonradan Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi şəxs mağazaya daxil olmuşdur. Sonuncunun əynində qara rəngli qolsuz gödəkçə, göy rəngli cins şalvar olmuş və sağ əli əl-üz dəsmalı ilə sarılı olmuşdur. Həmin dəsmalın üzəri qanlı olmuş və sağ əlinin üzərində 01 ədəd bıçaq kəsiyinə bənzər kəsik olmuşdur. Təqsirləndirilən şəxs mağazaya daxil olduqdan sonra ondan “Sizdə balta olur” deyə soruşmuşdur. O da sonuncuya balta olduğunu bildirmiş və baltaları göstərmişdir. Təqsirləndirilən şəxs ona sapının arxa tərəfi qırmızı, qalan hissəsi sarı rəngli, çəkisi 800 qram olan, üzərinə qara markerlə “9 manat” yazısı yazılmış baltanı göstərmiş və həmin baltanı istədiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs həmin baltanı təqdim etmişdir. Təqsirləndirilən şəxs baltanın ödənişi üçün 20 manatlıq əskinaz təqdim etmiş və o, Təqsirləndirilən şəxs qalıq olaraq 10 manatlıq əskinaz və 01 manatlıq əskinaz-cəmi 11 manat qaytarmışdır. Bundan sonra Təqsirləndirilən şəxs heç nə demədən mağazadan çıxıb getmişdir. Təqsirləndirilən şəxs adam öldürməsi və ya adam öldürəcəyi barədə ona heç bir şey deməmişdir. Təqsirləndirilən şəxs sağ əlini əl-üz dəsmalı ilə sarımış, həmin dəsmalın üzəri qanlı olmuş və sağ əlinin üzərində 01 ədəd bıçaq kəsiyinə bənzər kəsik olmuşdur. (cild İ, i/v: 59-61) Məhkəmə kollegiyası iş üzrə dindirilmiş əməli anlaqsız vəziyyətdə törətmiş şəxsin, zərərçəkmiş şəxslərin hüquqi varislərinin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA X21 Şəxsin Xətai rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 163 nömrəli məhkəmə-tibb ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs sağ əlin İİ, İİİ barmaqlarının kəsilmiş dəri yaraları müəyyən edildi. Xəsarətlər iti kənarlı əşya (alət) təsirindən törənmişlər, törənmə müddətlərinə görə qərarda göstərilmiş xx.xx.2024-cü il tarixdə xəsarət yetirərkən törənə bilərdilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilmir. (cild İİ, i/v: 6-7) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA X21 Şəxsin Xətai rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 21 nömrəli məhkəmə-tibb ekspertizasının rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs1 meyitində cəmi 57 ədəd olmaqla iti alətin təsirindən törənmiş (deşilmiş-kəsilmiş yaralar, kəsilmiş yaralar və cızıqlar) aşağıdakı qrup xəsarətlər aşkar edildi: cəmi 14 ədəd olmaqla - sol kürək nahiyəsinin 1 ədəd, döş qəfəsinin sağ-yan səthinin 1 ədəd, döş qəfəsinin ön səthində-mərkəzi hissəsində 2 ədəd, döş qəfəsinin ön səthinin sol yarısının 9 ədəd, qarının ön səthinin sol yarısında 1 ədəd, ölçüləri 1x0,5sm-dən, 3x1 sm-dək kənarları hamar, bir ucu küt-«n» şəkilli, digər ucu iti olan boşluqlara nüfuz edən deşilmiş-kəsilmiş yaraları və cəmi 11 ədəd olmaqla döş qəfəsinin ön səthinin yuxarı hissəsində 3 ədəd, döş qəfəsinin sol yarısının 2 ədəd, sol bazuda 3 ədəd, sağ bazuda 1 ədəd, sağ bazu oynağı nahiyəsinin 2 ədəd analoji ölçülü və xarakterli deşilmiş-kəsilmiş yaraları; boyunun sol-yan səthindən başlayaraq boyunun sağ-yan səthinədək davam edən və boyun üzvlərinin kəsilməsi ilə müşayət olunmuş 1 ədəd geniş ölçülü, ənsə-boyun nahiyəsinin 4 ədəd, sağ gicgah nahiyəsinin 1 ədəd, sağ qaş nahiyəsinin 1 ədəd, sol qulaqaltı nahiyənin 1 ədəd, sol yanaq nahiyəsinin 3 ədəd, sol yanaqdan başlayaraq üst dodağadək davam etməklə 1 ədəd, sol yanaqdan başlayaraq alt dodağadək davam etməklə 1 ədəd, alt çənənin mərkəzi hissəsində 1 ədəd, sağ yanaq nahiyəsində 2 ədəd, döş qəfəsinin ön səthində 4 ədəd, sol əlin ovuc səthinin 2 ədəd, sol bazunun 4 ədəd ölçüləri 2x0,5sm-dən 8x1,5 sm-dək olan, kənarları hamar va ucları iti olan qanayan kəsilmiş yaraları; sağ bazu oynağı nahiyəsinin müxtəlif ölçülü 6 ədəd cızıqları; hər iki kürək, bel, sağ diz oynağı nahiyələrinin müxtəlif ölçülü üzəriləri nəmli sıyrıqları; hər iki dodağın sağ yarısının 2x1 sm və sağ dirsək oynağı nahiyəsinin arxa-bayır səthində 4x3 sm ölçüdə, göyümtül-qırmızı rəngli, qeyri-müəyyən formalı qançırlar. Qeyd edilən xəsarətlər həyati olub, mərhumun ölümündən az əvvəl (dəqiqələrlə və saniyələrlə ölçülən vaxt vahidi ərzində) törənmişlər, həmin xəsarətlərdən deşilmiş-kəsilmiş yaralar deşici-kəsici əşya (alət) təsirindən, kəsilmiş yaralar isə iti kənarlı əşya (alət) təsirindən, cızıqlar isə iti uclu əşya (alət) təsirindən törənməklə ola bilsin ki, eyni konstruksiyalı üçvalentli dəmir ionlarına malik bıçaq təsirindən, sıyrıqlar və qançırlar isə bərk küt əşya(lar) təsirindən törənmişlər, qərarda göstərilən xx.xx.2024-cü il tarixdə və şəraitdə əmələ gələ bilərdilər və dərəcələrinə görə boyun üzvlərinin kəsilməsi ilə müşayət olunmuş boyun nahiyəsinin 1 ədəd geniş ölçülü kəsilmiş yarası, döş qəfəsinin 13 ədəd və qarının 1 ədəd döş və qarın boşluqlarına nüfuz edərək sol ağciyərin, ürəyin və yoğun bağırsağın zədələnməsi ilə müşaiət olunmuş deşilmiş-kəsilmiş yaraları həm ümumilikdə, həm də ayrı-ayrılıqda canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdir, sıyrıqlar, qançırlar və cızıqlar sağlamlığa zərərvurmayan xəsarətlərin əlamətlərinə malikdirlər, digər deşilmiş-kəsilmiş yaralar və kəsilmiş yaralar isə həm ümümilikdə, həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmanın əlamətlərinə malikdirlər, mərhumun ölümü ilə birbaşa səbəbli əlaqəlidirlər. Mərhum Zərərçəkmiş şəxs1 ölümünə səbəb boyun üzvlərinin kəsilməsi, döş qəfəsi və qarın nahiyələrinin boşluqlara nüfuz edərək sol ağciyərin, ürəyin va yoğun bağırsağın zədələnməsi ilə müşayət olunmuş deşilmiş-kəsilmiş yaraları, çoxsaylı kəsilmiş va kəsilmişdeşilmiş yaralar nəticəsində baş vermiş kəskin qanitirmə olmuşdur. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən demək olar ki, mərhumun ölümü meyitinin meyitxanada müayinə olunduğu vaxtdan təxminən 6-9 saat əvvələ uyğun gəlir. Mərhum Zərərçəkmiş şəxs1 xəsarət yetirilərkən xəsarət yetirən onunla üzbəüz və sol hissəsində olmaqla müxtəlif duruş vəziyyətlərində ola bilərdi. Mərhum Zərərçəkmiş şəxs1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində narkotik maddələr və etil spirti aşkar edilməmişdir. (cild İİ, i/v: 137-142) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA X21 Şəxsin Xətai rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 22 nömrəli məhkəmə-tibb ekspertizası rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs2 meyitində aşağıdakı xəsarətlər aşkar edilmişdir: kəllənin alın-təpə, üz və boyun nahiyələrinin cəmi 14 ədəd olmaqla kəllə və üz skleti sümüklərinin çoxsaylı qəlpəli sınıqları, baş beynin ağır dərəcəli əzilməsi və baş beynin hissəvi evakuasiyası ilə müşaiyət olunmuş çapılmış yaraları; boyun-döş qəfəsi və hər iki bazu oynaqlarının ön səthlərinin 5 ədəd zolaqşəkilli qançırları. Qeyd edilən xəsarətlər həyati olub, mərhumun ölümündən az əvvəl (dəqiqələr və saniyələrlə ölçülən qısa vaxt vahidi ərzində) törənmişlər, həmin xəsarətlərdən çapılmış yaralar çapıcı əşyanın (alətin) çapıcı təsirindən, ola bilsin ki, eyni konstruksiyalı çapıcı əşya (alət) təsirindən, qançırlar isə çapıcı əşyanın (alətm) küt təsirindən törənmişlər, qərarda göstərilən xx.xx.2024-cü il tarixdə və şəraitdə əmələ gələ bilərdilər və dərəcələrinə görə boyun-döş qəfəsi və hər iki bazu oynaqlarının ön səthlərinin 5 ədəd zolaqşəkilli qançırları canlı şəxslərdə sağlamlığa zərərvurmayan xəsarətlərin əlamətlərinə malik olduqlarından dərəcələri təyin edilmir, digər xəsarətlər - kəllənin alın-təpə, üz və boyun nahiyələrinin cəmi 14 ədəd olmaqla kəllə və üz skleti sümüklərinin çoxsaylı qəlpəli sınıqları, baş beynin ağır dərəcəli əzilməsi və baş beynin hissəvi evakuasiyası ilə müşaiyət olunmuş çapılmış yaraları - həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər və mərhumun ölümü ilə birbaşa səbəbli əlaqəlidirlər. Mərhum Zərərçəkmiş şəxs2 ölümünə səbəb almış olduğu həyatla bir araya sığmayan xəsarətlər nəticəsində baş vermiş kəskin massiv qanitirmə, ağır dərəcəli baş beyin əzilməsi və baş beynin hissəvi evakuasiyası olmuşdur. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən demək olar ki, mərhumun ölümü meyitinin meyitxanada müayinə olunduğu vaxtdan təxminən 4-6 saat əvvələ uyğun gəlir. Mərhum Zərərçəkmiş şəxs2 xəsarət yetirilərkən xəsarət yetirən şəxs onunla üzbəüz və nisbətən sol tərəfində olmaqla müxtəlif duruş vəziyyətlərində, əsasən arxaya doğru əyilmiş və ya arxası üstə uzanmış vəziyyətlərə uyğun gəlir. Mərhum Zərərçəkmiş şəxs2 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində narkotik maddələr və etil spirti aşkar edilməmişdir. (cild İİ, i/v: 143-147) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA X21 Şəxsin Xətai rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 23 nömrəli məhkəmə-tibb ekspertizasının rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs3 meyitində aşağıdakı xəsarətlər aşkar edilmişdir: kəllənin alın-təpə və üz nahiyələrinin cəmi 8 ədəd olmaqla kəllə və üz skleti sümüklərinin çoxsaylı qəlpəli sınıqları, baş beynin ağır dərəcəli əzilməsi və baş beynin hissəvi evakuasiyası ilə müşayət olunmuş çapılmış yaraları; döş qəfəsinin ön səthinin sol yarısının sıyrığı. Qeyd edilən xəsarətlər həyati olub, mərhumun ölümündən az əvvəl (dəqiqələrlə və saniyələrlə ölçülən qısa vaxt vahidi ərzində) törənmişlər, həmin xəsarətlərdən çapılmış yaralar çapıcı əşya (alət) təsirindən, ola bilsin ki, eyni konstruksiyalı çapıcı əşya (alət) təsirindən, sıyrıq isə bərk küt əşya təsirindən törənmişlər, qərarda göstərilən xx.xx.2024-cü il tarixdə və şəraitdə əmələ gələ bilərdilər və dərəcələrinə görə kəllənin alin-təpə və üz nahiyələrinin cəmi 8 ədəd olmaqla kəllə və üz skleti sümüklərinin çoxsaylı qəlpəli sınıqları, baş beynin ağır dərəcəli əzilməsi və baş beynin hissəvi evakuasiyası ilə müşayət olunmuş çapılmış yaraları həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər, digər xəsarət - döş qəfəsinin sıyrığı isə sağlamlığa zərərvurmayan xəsarətlərin əlamətlərinə malik olduğundan dərəcəsi təyin edilmir və mərhumun ölümü ilə birbaşa səbəbli əlaqəlidirlər. Mərhum Zərərçəkmiş şəxs3 ölümünə səbəb almış olduğu həyatla bir araya sığmayan xəsarətlər nəticəsində baş vermiş kəskin massiv qanitirmə, ağır dərəcəli baş beyin əzilməsi və baş beynin hissəvi evakuasiyası olmuşdur. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən demək olar ki, mərhumun ölümü meyitinin meyitxanada müayinə olunduğu vaxtdan təxminən 4-6 saat əvvələ uyğun gəlir. Mərhum Zərərçəkmiş şəxs3 xəsarət yetirilərkən o, xəsarət yetirən şəxslə üzbəüz olmaqla müxtəlif duruş vəziyyətlərində, əsasən arxaya doğru əyilmiş və ya arxası üstə uzanmış vəziyyətlərinə uyğun gəlir. (cild İİ, i/v: 148-152) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA X21 Şəxsin Suraxanı rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 22 nömrəli məhkəmə-tibb ekspertizasının rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs5 meyiti üzərində aşağıdakı xəsarətlər müəyyən edilmişdir: Travmatik və hemorragik şokla müşayiət olunan həyatla bir araya sığmayan politravma fonunda İİ və İİİ boyun fəqərələri səviyyəsindən başın gövdədən travmatik natamam amputasiyası (ayrılması) və həmin səviyyədə əzələlərin, arteriya və venaların, sinirlərin və bağların, qırtlağın və udlağın tam kəsilməsi, İİ və İİİ boyun fəqərələrinin cisimlərinin və çıxıntılarının qəlpəşəkilli sınıqları və onurğa beyinin boyun şöbəsinin tam kəsilməsi. Boyunun yumşaq toxumasının qansızmalı dairəvi şəkilli geniş kəsilmiş yarası; solda mədəüstü nahiyənin döş boşluğuna nüfuz edən bir (1) ədəd və döş qəfəsinin sol yuxarı iç səthinin döş boşluğuna nüfuz etməyən bir (1) ədəd cəmi iki (2) ədəd deşilmişkəsilmiş yaraları və sağ mil-bilək oynağı nahiyəsinin iç və arxa səthininin iki ədəd kəsilmiş yaraları, sağ əlin arxa səthinin bir ədəd səthi kəsilmiş yarası. Xəsarətlər həyatidirlər. Xəsarətlərdən - travmatik və hemorragik şokla müşayət olunan həyatla bir araya sığmayan politravma fonunda İİ və İİİ boyun fəqərələri səviyyəsindən başın gövdədən travmatik natamam amputasiyası (ayrılması) və həmin səviyyədə əzələlərin, arteriya və venaların, sinirlərin və bağların, qırtlağın və udlağın tam kəsilməsi, İİ və İİİ boyun fəqərələrinin cisimlərinin və çıxıntılarının qəlpəşəkilli sınıqları və onurğa beyinin boyun şöbəsinin tam kəsilməsi, boyunun yumşaq toxumasının qansızmalı dairəvi şəkilli geniş kəsilmiş yarası kəsici kənara malik alətin təsirindən; döş qəfəsin ön səthinin və solda mədə üstü nahiyənin deşilmiş- kəsilmiş yaraları deşici-kəsici alətin (alətlərin) təsirindən; sağ mil-bilək oynağı nahiyəsinin arxa və iç səthinin kəsilmiş yaraları və sağ əlin arxa səthinin səthi kəsilmiş yarası kəsici kənara malik alətin (alətlərin) təsirindən törənmişlər, qərarda göstərilən şəraitdə və hadisə yerində aşkarlanan bıçağın təsirindən yetirilə bilərdi. Dərəcəsinə görə boyunun dairəvi şəkilli geniş kəsilmiş yarası və solda mədəüstü nahiyənin döş boşluğuna nüfuz edən bir (1) ədəd deşilmiş - kəsilmiş yarası canlı şəxslərdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla mərhumun ölümü ilə birbaşa səbəbli əlaqəlidir. Döş qəfəsinin sol yuxarı iç səthinin döş boşluğuna nüfuz etməyən bir (1) ədəd deşilmişkəsilmiş yarası və sağ mil-bilək oynağı nahiyəsinin iki ədəd kəsilmiş yaraları canlı şəxslərdə sağlamlığa yüngül zərərvurmanın əlamətlərinə malikdirlər. Sağ əlin arxa səthinin səthi kəsilmiş yarası isə canlı şəxslərdə sağlamlığa zərərvurmayan xəsarətlərin əlamətlərinə malik olmaqla mərhumun ölümü ilə səbəbli əlaqəli deyildir. Mərhum Zərərçəkmiş şəxs5 ölümünə səbəb həyatla bir araya sığmayan boyun orqanlarının politravması - boyunun dairəvi şəkilli geniş kəsilmiş yarası və gövdənin deşilmiş- kəsilmiş yaraları fonunda travmatik və hemorragik şok olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 6-8 saat əvvələ uyğun gəlir. Mərhum Zərərçəkmiş şəxs5 xəsarət yetirilən zaman istənilən vəziyyətdə, eləcə də yaralar yetirilərkən zərərçəkmiş şəxslə cinayəti törətmiş şəxs istənilən qarşılıqlı vəziyyətlərdə ola bilərdi. Xəsarətlərin xarakterinə və lokalizasiyasina görə xəsarət yetirildikdən sonra Zərərçəkmiş şəxs5 ölümü dərhal baş vermişdir, qeyd edilən xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirməsi nəticəsində əmələ gəlməsi inkar olunur. Mərhum Zərərçəkmiş şəxs5 paltarı üzərində, meyiti üzərində olan xəsarət yerlərinə uyğun zədələr vardır. (cild İİ, i/v: 154-159) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA X21 Şəxsin Suraxanı rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 23 nömrəli məhkəmə-tibb ekspertizası rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs4 meyiti üzərində aşağıdakı xəsarətlər müəyyən edilmişdir: Travmatik və hemorragik şokla müşayiət olunan həyatla bir araya sığmayan politravma fonunda- İİ və İİİ boyun fəqərələri səviyyəsindən başın gövdədən travmatik natamam amputasiyası (ayrılması) və həmin səviyyədə əzələlərin, arteriya və venaların, sinirlərin və bağların, qırtlağın və udlağın tam kəsilməsi, İİ və İİİ boyun fəqərələrinin cisimlərinin və çıxıntılarının qəlpəşəkilli sınıqları və onurğa beyinin boyun şöbəsinin tam kəsilməsi. Boyunun yumşaq toxumasının qansızmalı dairəvi şəkilli geniş kəsilmiş yarası; sol ağ ciyərin və ürəyin zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin sol yuxarı bayır səthinin və solda orta qoltuqaltı xətt üzrə döş qəfəsinin sol yan səthinin döş boşluğuna nüfuz edən dörd (4) ədəd; döş qəfəsinin sol yuxarı iç və bayır səthinin, sol süd vəzinin, döş qəfəsinin sol aşağı iç səthinin döş boşluğuna nüfuz etməyən on iki (12) ədəd; sol kürəküstü nahiyənin, sol bazu oynağı nahiyəsinin arxa və bayır səthlərinin, sol bazunun orta və aşağı 1/3-nin bayır səthlərinin və sol budun orta 1/3-nin bayır səthinin altı (6) ədəd - cəmi iyirmi iki (22) ədəd deşilmiş-kəsilmiş yaraları; döş qəfəsinin sol yuxarı iç səthinin və solda mədəüstü nahiyənin iç səthinin çoxsaylı səthi kəsilmiş yaraları. Başın alın nahiyəsinin sağ yan səthinin və sağ gözaltı nahiyənin qançırları. Yuxarıda qeyd edilən xəsarətlər həyatidirlər. Xəsarətlərdən - travmatik və hemorragik şokla müşayiət olunan həyatla bir araya sığmayan politravma fonunda- İİ və İİİ boyun fəqərələri səviyyəsindən başın gövdədən travmatik natamam amputasiyası (ayrılmas) və həmin səviyyədə əzələlərin, arteriya və venaların, sinirlərin və bağların, qırtlağın və udlaın tam kəsilməsi, İİ və İİİ boyun fəqərələrinin cisimlərinin və çıxıntılarının qəlpəşəkilli sınıqları və onurğa beyinin boyun şöbəsinin tam kəsilməsi, boyunun yumşaq toxumasının qansızmalı dairəvi şəkilli geniş kəsilmiş yarası kəsici kənara malik alətin təsirindən; döş qəfəsin ön və arxa səthinin, sol yuxarı və sol aşağı ətrafın deşilmiş-kəsilmiş yaraları deşici-kəsici alətin (alətlərin) təsirindən; döş qəfəsinin ön səthinin səthi kəsilmiş yaraları kəsici kənara malik alətin (alətlərin) təsirindən törənmişlər, qərarda göstərilən şəraitdə və hadisə yerində aşkarlanan bıçağın təsirindən yetirilə bilərdi. Başın alın nahiyəsinin sağ yan səthinin və sağ gözaltı nahiyənin qançırları isə bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir. Dərəcəsinə görə boyunun dairəvi şəkilli geniş kəsilmiş yarası; sol ağ ciyərin və ürəyin zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin sol yuxarı bayır səthinin və solda orta qoltuqaltı xətt üzrə döş qəfəsinin sol yan səthinin döş boşluğuna nüfuz edən dörd (4) ədəd deşilmiş-kəsilmiş yaraları canlı şəxslərdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla mərhumun ölümü ilə birbaşa səbəbli əlaqəlidir. Döş qəfəsin ön və arxa səthinin, sol yuxarı və sol aşağı ətrafın deşilmiş-kəsilmiş yaraları canlı şəxslərdə sağlamlığa yüngül zərərvurmanın əlamətlərinə malikdirlər. Döş qəfəsinin ön səthinin səthi kəsilmiş yaraları və başın alın nahiyəsinin sağ yan səthinin, sağ gözaltı nahiyənin qançırları isə canlı şəxslərdə sağlamlığa zərərvurmayan xəsarətlərin əlamətlərinə malik olmaqla mərhumun ölümü ilə səbəbli əlaqəli deyildir. Mərhum Zərərçəkmiş şəxs4 ölümünə səbəb həyatla bir araya sığmayan boyun orqanların politravması - boyunun dairəvi şəkilli geniş kəsilmiş yarası və gövdənin, yuxarı və aşağı ətrafların çoxsaylı deşilmiş-kəsilmiş yaraları fonunda travmatik və hemorragik şok olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 6-8 saat əvvələ uyğun gəlir. Mərhum Zərərçəkmiş şəxs4 xəsarət yetirilən zaman istənilən vəziyyətdə, eləcə də yaralar yetirilərkən zərərçəkmiş şəxslə cinayəti törətmiş şəxs istənilən qarşılıqlı vəziyyətlərdə ola bilərdi. Xəsarətlərin xarakterinə və lokalizasiyasina görə xəsarət yetirildikdən sonra Zərərçəkmiş şəxs4 ölümü dərhal baş vermişdir, qeyd edilən xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirməsi nəticəsində əmələ gəlməsi inkar olunur. Mərhum Zərərçəkmiş şəxs4 paltarı üzərində, meyiti üzərində olan xəsarət yerlərinə uyğun zədələr vardır. Mərhum Zərərçəkmiş şəxs4 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1.4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. (cild 2, i/v: 160- 166) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X22 Şəxsdən daxil olmuş ambulator məcburi-narkoloji tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 1029 nömrəli rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya və alkoqolizm xəstəliyinin əlamətləri aşkar olunmur. Müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya və alkoqolizm xəstəliyindən əzab çəkmir. Narkomaniyadan və alkoqolizmdən məcburi müalicəyə ehtiyacı yoxdur. (cild İİ, i/v: 26-28) - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsində keçirilmiş məhkəmə-genetik ekspertizasının nəticəsinə dair verilmiş xx.xx.2024-cü il tarixli, 24/606R nömrəli rəyindən görünür ki, “1”, “2”, “3”, “4”, “5” rəqəmləri ilə nömrələnmiş ümumilikdə 10 (on) ədəd çöplü pambıq tampona hopdurulmuş, 01 (bir) ədəd baltanın tiyə və dəstəyi üzərində, 01 (bir) ədəd dəstəyi qara rəngli tiyəsi ortadan qırılmış bıçağın tiyə və dəstəyi üzərində, şərti olaraq yeddinci kağız zərfdə 01 (bir) ədəd dəstəyi qəhvəyi rəngli bıçağın tiyə və dəstəyi üzərində, 01 (bir) cüt qara rəngli tərlik üzərində, 01 (bir) cüt narıncı rəngli tərlik üzərində, şərti olaraq səkkizinci kağız zərfdə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "D" yaşayış sahəsi, "Şəms Resident" ev 1, mənzil 16 ünvanında aşkar edilmiş qanabənzər ləkələrdən 02 (iki) ədəd çöplü pambıq tampona hopdurulmuş, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş 01 (bir) cüt qara rəngli idman ayaqqabısı üzərində, Zərərçəkmiş şəxs1 hadisə zamanı əynində olmuş 01 (bir) ədəd qara rəngli qısaqol köynək, 01 (bir) ədəd ağ rəngli mayka, 01 (bir) ədəd qara kəmər, 01 (bir) ədəd tünd boz cins şalvar, 01 (bir) cüt qara corab və 01 (bir) ədəd boz rəngli tuman üzərində, Zərərçəkmiş şəxs2 hadisə zamanı əynində olmuş 01 (bir) ədəd qara rəngli palto, 01 (bir) ədəd qara rəngli köynək, 01 (bir) ədəd qara yubka, 01 (bir) cüt tünd albalı rəngli çəkmə, 01 (bir) ədəd sarımtıl rəngli kalqotka, 01 (bir) ədəd qara rəngli tuman və 01 (bir) ədəd boz rəngli büstqalter üzərində, Zərərçəkmiş şəxs3 hadisə zamanı əynində olmuş 01 (bir) ədəd qara gödəkçə, 01 (bir) ədəd tünd göy rəngli idman dəsti, 01 (bir) ədəd ağ rəngli qısaqol köynək, 01 (bir) cüt qəhvəyi rəngli idman ayaqqabısı, 01 (bir) cüt yaşımtıl rəngli corab və 01 (bir) ədəd tünd boz rəngli tuman üzərində, Zərərçəkmiş şəxs5 hadisə zamanı əynində olmuş üzəri zərli bozumtul rəngli köynək, qırmızı rəngli mayka, göy rəngli cins şalvar, bənövşəyi rəngli kalqotka və 01 (bir) cüt çəhrayı rəngli ayaqqabı üzərində, Zərərçəkmiş şəxs4 hadisə zamanı əynində olmuş ağ rəngli qısa qol köynək, çəhrayı rəngli büstqalter, göy rəngli cins şalvar, 01 (bir) ədəd bej və 01 (bir) ədəd qəhvəyi rəngli corab üzərində, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş 01 (bir) ədəd göy rəngli cins şalvar, açıq mavi rəngli dəri kəmər, qara qolsuz gödəkçə, tünd göy və boz rəngli tuman və tünd göy rəngli uzunqol köynək üzərində aşkar edilmiş qanabənzər ləkələr insana məxsusdur; “1” ilə işarələnmiş 02 (iki) ədəd çöplü pambıq tampona hopdurulmuş qan nümunələri, Zərərçəkmiş şəxs2 hadisə zamanı əynində olmuş 01 (bir) cüt tünd albalı rəngli çəkmənin sağ və sol taylarının üzərində aşkar edilmiş qan ləkələri, Zərərçəkmiş şəxs3 hadisə zamanı əynində olmuş 01 (bir) ədəd qara gödəkçə, 01 (bir) ədəd tünd göy rəngli idman gödəkçəsi, 01 (bir) ədəd qara rəngli cins şalvar, 01 (bir) ədəd ağ rəngli qısaqol köynək, 01 (bir) cüt yaşılmıtıl rəngli corab, 01 (bir) ədəd tünd boz rəngli tuman və 01 (bir) ədəd mayka üzərində aşkar edilmiş qan ləkələri Zərərçəkmiş şəxs3 məxsusdur; “3” ilə işarələnmiş 02 (iki) ədəd çöplü pambıq tampona hopdurulmuş qan nümunələri, Zərərçəkmiş şəxs1 hadisə zamanı əynində olmuş 01 (bir) ədəd qara rəngli qısaqol köynək, 01 (bir) ədəd ağ rəngli mayka, 01 (bir) ədəd qara kəmərlə birlikdə 01 (bir) ədəd tünd boz cins şalvar, 01 (bir) ədəd boz rəngli tuman və 01 (bir) cüt qara rəngli corab üzərində aşkar edilmiş qan ləkələri Zərərçəkmiş şəxs1 məxsusdur. “4” ilə işarələnmiş 02 (iki) ədəd və “5” ilə işarələnmiş 02 (iki) ədəd çöplü pambıq tampona hopdurulmuş qan nümunələri, 01 (bir) ədəd dəstəyi qara rəngli tiyəsi ortadan qırılmış bıçağın dəstəyində aşkar edilmiş qan ləkələri, həmçinin 04 (dörd) ədəd "Winstone" markalı siqaret kötüyünün arxa hissəsində olan bioloji mənşəli materiallar Təqsirləndirilən şəxs məxsusdur; Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "D" yaşayış sahəsi, "Şəms Resident" ev 1, mənzil 16 ünvanında aşkar edilmiş qanabənzər ləkələrdən götürülmüş və üzərində "Saç B.M.- 1" qeydi olan 01 (bir) ədəd çöplü pambıq tampona hopdurulmuş qan nümunəsi, 01 (bir) cüt qara rəngli tərliyin sağ və sol tayları üzərində, Zərərçəkmiş şəxs4 hadisə zamanı əynində olmuş 01 (bir) ədəd ağ rəngli qısa qol köynək, 01 (bir) ədəd çəhrayı rəngli büstqalter, 01 (bir) ədəd göy rəngli cins şalvar, 01 (bir) ədəd bej və 01 (bir) ədəd qəhvəyi rəngli corab üzərində aşkar edilmiş qan ləkələri Zərərçəkmiş şəxs4 məxsusdur; Zərərçəkmiş şəxs2 hadisə zamanı əynində olmuş 01 (bir) ədəd qara rəngli palto, 01 (bir) ədəd qara rəngli köynək, 01 (bir) ədəd sarımtıl rəngli kalqotka, 01 (bir) ədəd qara rəngli tuman, 01 (bir) ədəd boz rəngli büstqalter, 01 (bir) cüt tünd albalı rəngli çəkmənin sol tayının alt səthində aşkar edilmiş qan ləkələri Zərərçəkmiş şəxs2 qızma məxsusdur; Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış sahəsi, “Şəms Resident” ev 1, mənzil 16 ünvanında aşkar edilmiş qanabənzər ləkələrdən götürülmüş və üzərində “Uşaq-A” qeydi olan 01 (bir) ədəd çöplü pambıq tampona hopdurulmuş qan nümunəsi, Zərərçəkmiş şəxs5 hadisə zamanı əynində olmuş üzəri zərli bozumtul rəngli 01 (bir) ədəd köynək, 01 (bir) ədəd çəhrayı rəngli mayka, 01 (bir) ədəd göy rəngli cins şalvar, 01 (bir) ədəd bənövşəyi rəngli kalqotka, 01 (bir) cüt çəhrayı rəngli ayaqqabısının sağ və sol tayları üzərində aşkar edilmiş qan ləkələri Zərərçəkmiş şəxs5 məxsusdur; 01 (bir) ədəd baltanın dəstəyinin aşağı və yuxarı hissələrində və Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş 01 (bir) ədəd tünd göy rəngli uzunqol köynəyin sol bilək hissəsində həm Zərərçəkmiş şəxs3 və həm də Təqsirləndirilən şəxs məxsus qan nümunələri mövcuddur; 01 (bir) ədəd baltanın tiyəsi üzərində, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş 01 (bir) ədəd qara qolsuz gödəkçənin sağ-arxa tərəfində və sol cib hissəsində həm Zərərçəkmiş şəxs2, həm Zərərçəkmiş şəxs3 və həm də Təqsirləndirilən şəxs məxsus qan nümunələri mövcuddur; 01 (bir) ədəd dəstəyi qara rəngli tiyəsi ortadan qırılmış bıçağın tiyəsi üzərində həm Zərərçəkmiş şəxs1, həm Zərərçəkmiş şəxs4 və həm də Təqsirləndirilən şəxs məxsus qan nümunələri mövcuddur; 01 (bir) ədəd dəstəyi qəhvəyi rəngli bıçağın tiyəsi üzərində həm Zərərçəkmiş şəxs5 və həm də Təqsirləndirilən şəxs məxsus qan nümunələri mövcuddur; 01 (bir) ədəd dəstəyi qəhvəyi rəngli bıçağın dəstəyi üzərində həm Zərərçəkmiş şəxs4, həm Zərərçəkmiş şəxs5 və həm də Təqsirləndirilən şəxs məxsus qan nümunələri mövcuddur; 01 (bir) cüt narıncı rəngli tərliyin sağ və sol tayı üzərində həm Zərərçəkmiş şəxs4 və həm də Təqsirləndirilən şəxs məxsus qan nümunələri mövcuddur; Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş 01 (bir) cüt qara rəngli idman ayaqqabısının sağ və sol tayının üzərində və alt səthində, həmçinin Zərərçəkmiş şəxs2 hadisə zamanı əynində olmuş 01 (bir) ədəd qara rəngli yubka üzərində və Zərərçəkmiş şəxs3 hadisə zamanı əynində olmuş 01 (bir) cüt qəhvəyi rəngli idman ayaqqabısının sağ və sol tayının alt səthində həm Zərərçəkmiş şəxs2 və həm də Zərərçəkmiş şəxs3 məxsus qan nümunələri mövcuddur; Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş 01 (bir) ədəd göy rəngli cins şalvarın sağ cibi, cins şalvarın sağ ayağının aşağı hissəsi üzərində və sol cibi üzərində həm Zərərçəkmiş şəxs1, həm Zərərçəkmiş şəxs2, həm Zərərçəkmiş şəxs3, həm Zərərçəkmiş şəxs4, həm Zərərçəkmiş şəxs5 və həm də Təqsirləndirilən şəxs məxsus qan nümunələri mövcuddur; Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş 01 (bir) ədəd göy rəngli cins şalvarın arxa hissəsində, kəməri üzərində, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş 01 (bir) ədəd boz rəngli tumanın arxa hissəsində və 01 (bir) ədəd tünd göy rəngli uzunqol köynəyin ön hissəsində və sağ bilək hissəsində həm Zərərçəkmiş şəxs1, həm Zərərçəkmiş şəxs2 qızma və həm də Zərərçəkmiş şəxs3 məxsus qan nümunələri mövcuddur; 01 (bir) ədəd tünd rəngli şüşə materialdan olan fincanın ağıza təmas edən hissələrində müqayisəli tədqiqatın keçirilməsi üçün kifayət qədər yararlı bioloji mənşəli materiallar mövcuddur, həmin bioloji mənşəli materiallardan əldə edilmiş DNT profili qadın cinsindən olan naməlum şəxsə məxsusdur və DİN-nin DNT məlumat bankında olan DNT profilləri ilə eynilik təşkil etmir. Belə ki, 01 (bir) ədəd tünd rəngli şüşə materialdan olan fincanın ağıza təmas edən hissələrində mövcud olan bioloji mənşəli materiallar Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 məxsus deyildir. (cild İİ, i/v: 203-228) - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzində keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının nəticəsinə dair verilmiş xx.xx.2024-cü il tarixli, 3- 16-16/2-6/1060 nömrəli rəydən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikasının prokurorluğu Xətai rayon prokurorluğu Zərflər üçün” dairəvi möhür əksi olan paketdəki üzərində “Sedalit”, “Eqolanza” və “Tabex” markalanma göstəricisi olan həblərin tərkibində 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nazərət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”-na 18 mart 2016-cı il tarixli “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı’'na və “Zəhərli maddələrin siyahısı”na daxil olan maddələr yoxdur. Qərarda "Sedalit” dərman həbləri, “Eqolonza” dərman həbləri və “Tabex” dərman həblərinin təyinatının nədən ibarət olması və həmin dərman həblərinin hansı xəstəliklərin müalicəsində istifadə olunması ilə bağlı qoyulmuş sual maddə və materiallarının məhkəmə ekspertizasının həll etdiyi məsələlərə (predmetinə) aid olmadığı üçün cavablandırılmadı. (cild İİ, i/v: 229-232) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-X8 X23 daxil olmuş kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 394 nömrəli rəyinə görə, yoxlanılan şəxs Təqsirləndirilən şəxs barəsində istintaqın ekspertlər qarşısında qoyduğu suallara ambulator şəraitdə cavab verməyin bir qədər çətin olmasını nəzərə alaraq hazırkı psixi vəziyyətinin düzgün qiymətləndirilməsi ətraflı və uzun müddətli müayinə tələb etdiyi üçün onun stasionar məhkəmə psixiatrik ekspertizasına göndərilməsi zəruridir. (cild İİ, i/v: 22-25) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-X8 X23 daxil olmuş kompleks stasionar məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 34 nömrəli rəyindən görünür ki, Məhkəmə-psixiatrik ekspertizası üzrə: yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda şizofreniya paranoid forma, hallüsinator - paranoid sindromla təzahür edən kəskin psixotik hal diaqnozlu psixi xəstəlik müəyyən edilir. Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarında olmamışdır. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqsız hesab edilir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ağırlığı və yoxlanılan şəxsin hazırda psixotik vəziyyətdə olmaqla özü və ətrafdakılara qarşı sosial təhlükə təşkil etməsini nəzərə alaraq onun barəsində AR CM-nin 95.0.4-cü maddəsinə müvafiq olaraq X1 intensiv müşahidə altında məcburi müalicə tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə-psixoloji ekspertizası üzrə: yoxlanılan şəxs Təqsirləndirilən şəxs psixi vəziyyəti ilə əlaqədar emosional-iradi sferasında impulsivlik, davranışının və emosiyalarının qeyri-adekvat olması, aqressiv davranışlara və emosional reaksiyalara meyillilik, hərəkət və davranışının tənzimləməsinin çatışmamazlığı, ətrafında baş verənlərə qarşı biganəlik, fərdi psixi xüsusiyyətlərində inadkarlıq, şübhəlilik müəyyən edilir. Törətdiyi əməl zamanı Təqsirləndirilən şəxs psixi-emosional vəziyyəti onda müəyyən edilən psixi patologiya ilə əlaqədar olmuş, psixotik halda olduğundan, qərarın təsviri hissəsində göstərilən cinayət əməlini həmin psixi patologiyaya xas olan imperativ hallusinasiyalar və sayıqlama fikirlərinin (ailə üzvlərinə qarşı yaranmış) təsiri altında törətmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi- emosional vəziyyəti onda yaranmış psixi patologiya ilə əlaqədar olmuş, psixotik halda olduğundan o, etdiyi hərəkətlərin mahiyyətini dərk etmək qabiliyyətinə malik olmamışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt (qəflətən baş vermiş güclü ruhi həyacan) vəziyyətində olmamışdır. (cild İİ, i/v: 236-245) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-X8 X23 daxil olmuş təkrar stasionar məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 69 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən “Şizofreniya paranoid forma, hallüsinator - paranoid sindromla təzahür edən kəskin psixotik hal” qeyd olunmuşdur. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törədərkən kəskin psixotik vəziyyətdə (hallüsinasiyaların və sayıqlama fikirlərinin təsiri altında) olduğundan öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Buna görə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli barəsində anlaqsız hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs psixotik vəziyyət hal-hazırda davam edir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 95.0.4-cü maddəsinə əsasən X1 intensiv müşahidə altında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda da “Şizofreniya paranoid forma, hallüsinator - paranoid sindromla təzahür edən kəskin psixotik hal” xəstəliyindən əziyyət çəkir. Təqsirləndirilən şəxs hal-hazırda onda qeyd olunan paranoid şizofreniya xəstəliyinə xarakter olan kəskin psixotik vəziyyətin (hallüsinasiyalar və sayıqlama fikirləri) davam etməsi səbəbindən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, habelə onları idarə etmək iqtidarında deyildir. Hal-hazırkı psixi vəziyyətinə görə Təqsirləndirilən şəxs özü və ətrafdakılar üçün təhlükəli olması nəzərə alınaraq stasionar şəraitdə məcburi müalicəyə ehtiyacının yarandığı müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 97.4cü maddəsində qeyd edilir ki, öz psixi vəziyyətinə görə ətrafdakılar və özü üçün təhlükəli olan, intensiv və daimi müşahidə tələb edən şəxslərə X1 intensiv müşahidə altında məcburi müalicə təyin edilə bilər. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.4-cü maddəsinə əsasən X1 intensiv müşahidə altında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. (cild İİ, i/v: 285-294) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X13 X26 Məhkəmə tibbi-kriminalistika şöbəsinin xx.xx.2024-cü il tarixli, 154-MTKŞ/2024 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus göy rəngli cins şalvar, açıq mavi rəngli dəri kəmər, qara qolsuz gödəkçə, tünd göy-boz rəngli tuman və tünd göy rəngli uzunqol köynəyin üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus qolsuz maykanın ön səthində solda bir ədəd, ön səthində sağda dörd ədəd, qısaqol köynəyin ön səthində sağda bir ədəd, ön səthində sağda sağ qolu kəsişməklə birə ədəd, ön səthində solda iki ədəd, ön səthində demək olar ki, ortada bir ədəd, ön səthinin aşağı nahiyəsində sağda, ortada və solda üç ədəd, arxa səthində solda bir ədəd deşilmiş-kəsilmiş zədələr aşkar olundu. Bu zədələr kafi itilikdə olan ülgücü, iti ucu və küpü olan yastı tiyə tipli deşicikəsici alətin (alətlərin) təsirindən əmələ gələ bilərdi. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus bir cüt qara rəngli idman ayaqqabısı, tüman, bir cüt corab və şalvar üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs4 Elman qızına məxsus ağımtıl koftanın ön səthində solda bir ədəd, ön səthində ortada on beş ədəd, ön səthinin sol aşağı nahiyəsində iki ədəd, ön səthinin sol aşağı nahiyəsində bir ədəd, sol qolun ön səthində bir ədəd, koftanın arxa səthinin sol yuxarı nahiyəsində iki ədəd, koftanın sol qolun arxa səthində üç ədəd, şalvarın ön səthində solda iki ədəd, ön səthində sağda bir ədəd, büstqalterin ön stəhində solda iki ədəd deşilmiş-kəsilmiş zədələr aşkar olundu. Bu zədələr kafi itilikdə olan ülgücü, iti ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gələ bilərdi. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs4 Elman qızına məxsus iki ədəd corab üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs5 məxsus qolsuz maykanın ön səhinində solda iki ədəd və uzunqol koftanın ön səthində solda iki ədəd deşilmiş-kəsilmiş zədələr aşkar olundu. Bu zədələr kafi itilikdə olan ülgücü, iti ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gələ bilərdi. Zərərçəkmiş şəxs5 məxsus şalvar, kolqotka və bir cüt corab üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs2 məxsus paltonun yaxalığının ön səthində solda bir ədəd dəlib-keçən zədə aşkar olundu. Bu zədə çox güman ki, hər hansı bir çapıcı xüsusiyyətə malik alətin (əşyanın) təsirindən törənmişdir, solda bir ədəd dəlib-keçən zədə aşkar olundu. Bu zədə çox güman ki, hər hansı bir çapıcı xüsusiyyətə malik alətin (əşyanın) təsirindən törənmişdir. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs2 məxsus qara rəngli koftanın ön səthində solda altı ədəd və ön səthinin sağ yuxarı nahiyəsində altı ədəd tam və natamam dəlib-keçən zədələr aşkar olundu. Bu zədələr küt yaranma mexanizminə malik olub, koftanın müvafiq nahiyələrinin, ola bilsin ki, hər hansı küt əşyanın (əşyaların) ilişib dartılması nəticəsində müxtəlif şəraitlərdə əmələ gələ bilərdi. Zərərçəkmiş şəxs2 məxsus koftanın yaxasına tikilmiş düymələrdən ikisinin (yuxarıdan saymaqla 1-ci və 2-ci düymə) öz yerində olmaması aşkar olundu. Bu düymələrin öz yerində olmaması köynəyin müvafiq nahiyəsinə (yaxasına) küt qüvvə tətbiq etməklə qopub düşməsi ilə izah oluna bilər. Zərərçəkmiş şəxs2 məxsus yubka, büstqalter, kolqotka, qadın tumanı və bir cüt çəkmə üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs3 məxsus bir cüt ayaqqabı, tünd göy rəngli gödəkçə, qara rəngli cins şalvar, uzunqol ağ rəngli köynək, trusik, qolsuz mayka, bir cüt corab, qara rəngli gödəkçə üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4 Elman qızına və Zərərçəkmiş şəxs5 məxsus paltarların üzərində aşkar edilmiş deşilmiş- kəsilmiş zədələrin forma, xətti ölçüləri, morfoloji əlamətləri, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4 Elman qızının və Zərərçəkmiş şəxs5 meyitlərinin məhkəmə-tibb müayinəsi zamanı onların bədən səthlərində müəyyən edilmiş eyni xarakterli xəsarətlərin (deşilmiş- kəsilmiş və kəsilmiş yaralar) forma, xətti ölçüləri, morfoloji əlamətləri, yara kanallarının uzunluqları və ekspertizaya təqdim edilmiş hər iki bıçağın tiyəsinin konstruktiv xüsusiyyətlərini nəzərə alaraq, demək olar ki, hər üç şəxsə məxsus paltarlarda və onların bədənlərində olan zədələr və xəsarətlər ekspertizaya təqdim edilmiş hər iki bıçağın tiyəsi ilə və ya eyni konstruktiv xüsusiyyətlərə malik digər bıçağın tiyəsi ilə törənməsi inkar olunmur. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs2 məxsus qara rəngli paltonun yaxalığın ön səthində solda aşkar edilmiş bir ədəd çapıcı xüsusiyyətə malik olan alətin (əşyanın) təsirindən törənmiş zədənin forma, xarakteri, morfoloji əlamətləri, P.B. Əhmədovanın meyitinin məhkəmə-tibb müayinəsi zamanı onun bədənində aşkar edilmiş eyni xarakterli xəsarətlərin (çapılmış xarakterli yaralar) forma və morfoloji əlamətləri və ekspertizaya təqdim edilmiş baltanın tiyəsinin konstruktiv xüsusiyyətlərini nəzərə alaraq demək olar ki, paltoda olan çapılmış zədə və Zərərçəkmiş şəxs2 bədənində aşkar edilmiş eyni xarakterli xəsarətlərin ekspertizaya təqdim edilmiş baltanın tiyəsi ilə və ya eyni konstruktiv xüsusiyyətlərə malik digər baltanın tiyəsi ilə törənməsi inkar olunmur. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs3 məxsus bir cüt ayaqqabı, tünd göy rəngli gödəkçə, qara rəngli cins şalvar, uzunqol ağ rəngli köynək, trusik, qolsuz mayka, bir cüt corab, qara rəngli gödəkçə üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Zərərçəkmiş şəxs3 meyitində aşkar edilmiş çapılmış xarakterli xəsarətlərin (kəllənin alın-təpə, üz və boyun nahiyələrinin 8 ədəd olmaqla kəllə və üz skeleti sümüklərinin çoxsaylı qəlpəli sınıqları, baş beynin ağır dərəcəli əzilməsi və baş beynin hissəvi evakuasiyası ilə müşayiət olunmuş yaralar) forma, morfoloji əlamətləri və ekspertizaya təqdim edilmiş baltanın tiyəsinin konstruktiv xüsusiyyətlərini nəzərə alaraq demək olar ki, bu xəsarətlərin ekspertizaya təqdim edilmiş baltanın tiyəsi ilə və ya eyni konstruktiv xüsusiyyətlərə malik digər baltanın tiyəsi ilə törənməsi inkar olunmur. Təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Təqdim olunmuş iki hissəyə bölünmüş bıçaq fraqmenti zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Təqdim olunmuş balta zavod üsulu ilə hazırlanmış təsərrüfat məişət təyinatlı baltadır və soyuq silah hesab edilmir. (cild İİİ, i/v: 42-63) - “Baxış keçirilməsi haqqında” 13 fevral 2024-cü il tarixli protokoldan görünür ki, şahid qismində dinidirlimiş Şahid2 təqdim etdiyi videogörüntüyə onun iştirakı ilə baxış keçirilmiş və baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: videogörüntünün müddəti 47 saniyədir. Videogörüntü qapının gözlük hissəsindən telefon vasitəsilə çəkilmişdir. Videogörüntüdə bir nəfər şəxsin əlində olan çapıcı alətlə digər şəxsi yıxmaqla üzərinə çıxıb ona xəsarətlər yetirdiyi görünür. Videogörüntüdə bir nəfər kişi cinsli uşağın xəsarət yetirən şəxsə yalvarması aralarında keçən dialoqdan aydın başa düşülür. Videogörüntüdə aşağıdakı dialoqda qeyd edilən danışaqlar qeydə alınır: Zərərçəkmiş şəxs3: Məni öldürmə, nə olar öldürmə. Zərərçəkmiş şəxs3: Məni öldürmə. Zərərçəkmiş şəxs3: Öldürmə, öldürmə, yazıqdır anam. Təqsirləndirilən şəxs: Qışqırma. Zərərçəkmiş şəxs3: Məni öldürmə. Təqsirləndirilən şəxs: Yox, narahat olma. Zərərçəkmiş şəxs3: Anam axı heç nə etməməmişdi, anam axı heç nə etməməmişdi. Təqsirləndirilən şəxs: Necə yəni, necə yəni? Zərərçəkmiş şəxs3: Nə olar, nə olar. Təqsirləndirilən şəxs: Ay bala, sən narahat olma. Zərərçəkmiş şəxs3: Məni də öldürücəklər, mən yaşamayacağam. Baxışda iştirak edən Şahid2 bildirdi ki, həmin videoögrüntü yaşadığı Bakı şəhəri, Xətai rayonu, Gen.Şıxlmski küçəsi ev 59B, 302 saylı mənizlin qapısının gözlüyündən qeydə almışdır. xx.xx.2024-cü il saat 15:40 radələrində o, mənzilin qapısının qarşısında səs-küy eşitmiş və bu səbəbdən qapıya yaxınlaşmış, qapının gözlüyündən çölə baxdıqda Təqsirləndirilən şəxs anası Zərərçəkmiş şəxs2 yerə yıxaraq sapının arxa hissəsi qırmızı, qalan hissəsi isə sarı rəngdə olan balta ilə sonuncunun baş nahiyyəsinə zərbələr vurduğunu görmüşdür. O, tez qapıdan uzaqlaşıb əri Nurlan Əliyevə zəng etmiş və baş vermiş hadisə barədə məlumat vermişdir. Nurlan Əliyev də öz növbəsində AR DİN-nin “102” məlumat xidmətinə zəng edərək baş vermiş hadisə barədə məlumat vermişdir. Bundan sonra o, telefonu ilə birlikdə yenidən qapıya yaxınlaşmış və telefonunu çıxararaq həmin hadisənin video görüntüsünü çəkmişdir. Təqsirləndirilən şəxs anası Zərərçəkmiş şəxs2 balta ilə xəsarətlər yetirən zaman Zərərçəkmiş şəxs3 özünü onların qapısına sıxmış və qardaşı Təqsirləndirilən şəxs ağlayaraq “nə olar anamı öldürmə” deyə səslənmişdir. Lakin, Təqsirləndirilən şəxs qardaşı Məhmmədin sözlərinə və ağlamağına baxmayaraq anasına balta ilə zərbələr vurmağa davam etmişdir. Təqsirləndirilən şəxs qardaşı Məhəmmədə “narahat olma” deyə səslənmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 qətlə yetirdikdən sonra əlində balta ilə Məhəmmədə yaxınlaşmışdır. Zərərçəkmiş şəxs3 həmin vaxt ağlayaraq Təqsirləndirilən şəxs “nə olar məni öldürmə” deyə səslənişdir. Lakin, buna baxmayaraq Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 yaxınlaşaraq onun baş nahiyyəsinə balta ilə zərbə endirmişdir. Zərərçəkmiş şəxs3 yerə yıxılmış və Təqsirləndirilən şəxs ona yenidən balta ilə zərbələr yetirməyə davam etmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 qətlə yetirdikdən sonra açarla qapının kilidini açaraq evə daxil olmuş, təxminən 5 dəqiqə sonra Təqsirləndirilən şəxs evin qapısını tamamilə açıq qoymaqla evi tərk etmişdir. Mənzildən çıxarkən Təqsirləndirilən şəxs hadisə zamanı əynində olan paltarlardan fərqli paltarlar olmuşdur. Təqsirləndirilən şəxs evə daxil olduqdan sonra paltarlarının dəyişib evi tərk etmişdir. (cild İ, i/v: 67-69) - “Baxış keçirilməsi haqqında” 14 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Xətai RPİ-nin 35-ci PB-dən daxil olmuş “DVD” diskə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi X7 iştirakı ilə baxış keçirilmiş və baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, real vaxtla saat 10:54-də atası Zərərçəkmiş şəxs1la birlikdə hadisənin baş verdiyi ünvan 8 ünvanındakı binanın liftinə daxil olmuş, xx.xx.2024-cü il tarixdə, real vaxtla saat 12:20-də Təqsirləndirilən şəxs həmin binanı tək tərk etmiş, xx.xx.2024-cü il tarixdə, real vaxtla saat 15:41-də Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 ikisi birlikdə hadisənin baş verdiyi Xətai rayonu, General Şıxlinski küçəsi ev 59 B ünvanındakı binanın liftinə daxil olmuşlar. xx.xx.2024-cü il tarixdə, real vaxtla saat 15:43-də Təqsirləndirilən şəxs belinə keçirdiyi balta ilə hadisənin baş verdiyi binanın liftinə daxil olmuş və real vaxtla saat 16:07-də binanı tək tərk etmiş, real vaxtla, saat 16:08-də Təqsirləndirilən şəxs hadisə baş vermiş binanın yaxınlığında polis əməkdaşları tərəfindən saxlanaraq polis şöbəsinə aparılmışdır. Baxış iştirak edən Təqsirləndirilən şəxs videogörüntülərdəki kişi cinsli şəxsin özünün olduğunu, belinə keçirdiyi isə cinayəti törətmək üçün istifadə etdiyi balta olduğunu bildirmişdir. (cild İ, i/v: 78- 79) - Bundan başqa cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X19 20 fevral 2024cü il tarixli məktubundan və ona əlavə edilmiş sənədlərin, o cümlədən Zərərçəkmiş şəxs1 ərizəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə xx.xx.2020-xx.xx.2020-ci il tarixdə yuxarıda adı göstərilən xəstəxanada gündüz stasionarı şöbəsində ambulator müayinədə olmuş, təkrar xx.xx.2023-cü il tarixdə xəstəxanaya stasionar müalicəyə qəbul olunmuş, xx.xx.2023-cü il tarixdə atasının ərizəsi əsasında xəstəxanadan evə yazılmışdır. (cild İİ, i/v: 60-90) - Cinayət işinə əlavə olunmuş xx.xx.2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 127.1-ci maddəsi ilə cinayət işi başlanmış, xx.xx.2016-cı il tarixdə CPM-nin 40.2.2-ci maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilmişdir. (cild İİ, i/v: 275- 276) - Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 35-ci PB-nin 06 aprel 2024-cü il tarixli məktubundan görünür ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs istinad edilən cinayətləri hər hansı digər şəxs və ya şəxslərin iştirakı ilə törətməsi, cinayətlərin törədilməsinə təhrik edilməsi, həmçinin sifariş əsasında törətməsi halları müəyyən edilməmişdir. (cild İİ, i/v: 280) Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7 və 120.2.9-cu maddələrində nəzərdə tutulan cinayət əməlini anlaqsız vəziyyətdə törətməsini sübuta yetmiş hesab edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin tələblərinə müvafiq olaraq cinayət məsuliyyətindən və cəzadan azad olunmalı və iş üzrə keçirilmiş ekspertiza rəylərinə və həmçinin Azərbaycan Respublikası CM-nin 21.2 və 95.0.4-cü maddələrinə uyğun olaraq barəsində X1 intensiv müşahidə altında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbir təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinə əsasən ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilmir. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən anlaqsız vəziyyətdə ictimai təhlükəli əməl (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs barəsində məhkəmə tərəfindən bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1-1 və 93.1-1.1-ci maddələrinə əsasən, həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə məhkəmə tərəfindən tibbi xarakterli məcburi tədbir təyin edilir. Həmin Məcəllənin 95.0 və 95.0.4-cü maddələrinə əsasən, məhkəmə psixi pozuntusu olan şəxslərə ixtisaslaşdırılmış psixiatriya stasionarlarında intensiv müşahidə altında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirləri təyin edə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 477.3-cü maddəsinə əsasən şəxs tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin anlaqsız vəziyyətdə törədilməsini sübuta yetirilmiş hesab etdikdə, məhkəmə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar çıxarır. Bundan başqa məhkəmə, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri qərar qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübutlarla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Bakı şəhəri Xətai rayon prokurorluğunun saxlanılan cinayətin alətləri olan üzərində qanabənzər ləkələr olan bir ədəd balta, üzərində qanabənzər ləkələr olan qara rəngli ortadan qırılmış bir ədəd bıçaq, üzərində qanabənzər ləkələr olan qəhvəyi rəngli bir ədəd bıçaq, Zərərçəkmiş şəxs1 hadisə zamanı əynində olmuş bir ədəd qara rəngli qısaqol köynək, bir ədəd ağ rəngli mayka, bir ədəd qara kəmər, bir ədəd tünd boz rəngli cins şalvar, bir cüt qara corab və bir ədəd boz rəngli tuman, Zərərçəkmiş şəxs2 hadisə zamanı əynində olmuş bir ədəd qara rəngli palto, bir ədəd qara rəngli köynək, bir ədəd qara yubka, bir cüt tünd albalı rəngli çəkmə, bir ədəd sarımtıl rəngli kalqotka, bir ədəd qara rəngli tuman və bir ədəd boz rəngli büstqalter, Zərərçəkmiş şəxs3 hadisə zamanı əynində olmuş bir ədəd qara gödəkçə, bir ədəd tünd göy rəngli idman dəsti, bir ədəd ağ rəngli qısaqol kofta, bir cüt qəhvəyi rəngli idman ayaqqabısı, bir cüt yaşımtıl rəngli corab və bir ədəd tünd boz rəngli tuman, zərərçəkmiş şəxs X2 hadisə zamanı əynində olmuş üzəri zərli bozumtul rəngli kofta, qırmızı rəngli mayka, göy rəngli cins şalvar, bənövşəyi rəngli kalqotka və bir cüt çəhrayı çəhrayı rəngli ayaqqabı, Zərərçəkmiş şəxs4 hadisə zamanı əynində olmuş ağ rəngli qısa qol kofta, çəhrayı rəngli büstqalter, göy rəngli cins şalvar, bir cüt corab, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş bir ədəd göy rəngli cins şalvar, açıq mavi rəngli dəri kəmər, qara qolsuz gödəkçə, tünd göy və boz rəngli tuman və tünd göy rəngli uzunqol köynək qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7 və 120.2.9-cu maddələri ilə nəzərdə tutulan əməli anlaqsız vəziyyətdə törətməsi ilə əlaqədar cinayət məsuliyyətindən və cəzadan azad edildiyindən məhkəmə hesab edir ki, iş üzrə məhkəmə məsrəfi olan 114 (yüz on dörd) manat ekspertiza xərci dövlət büdcəsi hesabına aid edilməlidir. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən Təqsirləndirilən şəxs göstərdiyi 70 saat hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi 420 (dörd yüz iyirmi) manat məbləğində pul ödənilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 477-ci maddəsinin və Azərbaycan Respublikası CM-nin 21.1, 21.2, 93.1-1, 93.1.-1.1, 95.0 və 95.0.4-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7 və 120.2.9-cu maddələri ilə nəzərdə tutulan əməli anlaqsız vəziyyətdə törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən və cəzadan azad edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.2 və 95.0.4-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs ixtisaslaşdırılmış psixiatriya stasionarlarında intensiv müşahidə altında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbir təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri qərar qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlansın. Qərar qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs ixtisaslaşdırılmış psixiatriya stasionarına yerləşdirilməsi hazırda saxlandığı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X24 həvalə edilsin. İş üzrə maddi sübutlar- Bakı şəhəri Xətai rayon prokurorluğunun saxlanılan cinayətin alətləri olan üzərində qanabənzər ləkələr olan bir ədəd balta, üzərində qanabənzər ləkələr olan qara rəngli ortadan qırılmış bir ədəd bıçaq, üzərində qanabənzər ləkələr olan qəhvəyi rəngli bir ədəd bıçaq, Zərərçəkmiş şəxs1 hadisə zamanı əynində olmuş bir ədəd qara rəngli qısaqol köynək, bir ədəd ağ rəngli mayka, bir ədəd qara kəmər, bir ədəd tünd boz rəngli cins şalvar, bir cüt qara corab və bir ədəd boz rəngli tuman, Zərərçəkmiş şəxs2 hadisə zamanı əynində olmuş bir ədəd qara rəngli palto, bir ədəd qara rəngli köynək, bir ədəd qara yubka, bir cüt tünd albalı rəngli çəkmə, bir ədəd sarımtıl rəngli kalqotka, bir ədəd qara rəngli tuman və bir ədəd boz rəngli büstqalter, Zərərçəkmiş şəxs3 hadisə zamanı əynində olmuş bir ədəd qara gödəkçə, bir ədəd tünd göy rəngli idman dəsti, bir ədəd ağ rəngli qısaqol kofta, bir cüt qəhvəyi rəngli idman ayaqqabısı, bir cüt yaşımtıl rəngli corab və bir ədəd tünd boz rəngli tuman, zərərçəkmiş şəxs X2 hadisə zamanı əynində olmuş üzəri zərli bozumtul rəngli kofta, qırmızı rəngli mayka, göy rəngli cins şalvar, bənövşəyi rəngli kalqotka və bir cüt çəhrayı çəhrayı rəngli ayaqqabı, Zərərçəkmiş şəxs4 hadisə zamanı əynində olmuş ağ rəngli qısa qol kofta, çəhrayı rəngli büstqalter, göy rəngli cins şalvar, bir cüt corab, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş bir ədəd göy rəngli cins şalvar, açıq mavi rəngli dəri kəmər, qara qolsuz gödəkçə, tünd göy və boz rəngli tuman və tünd göy rəngli uzunqol köynək qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə məsrəfi - 114 (yüz on dörd) manat ekspertiza xərci dövlət büdcəsi hesabına aid edilsin. Azərbaycan Respublikası Vəkillər Kollegiyası “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi 420 (dörd yüz iyirmi) manat məbləğində əmək haqqı ödənilsin. Qərardan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Səbinə Məmmədzadə Hakimlər: Əli Məmmədov Azad Məcidov
Məhkəmə qərarları › İş №1(101)-1890/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-1890/2024
10.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver