Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1892/2025 19.12.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər, X5 (sədrlik edən), X3 və Ələkbərli Roman Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi İmanlı Aytən Məhəmməd qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxs müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 2006-cı ildə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmayan, İmişli rayonu, Bəhramtəpə qəsəbə ərazi dairəsi, Bəhramtəpə qəsəbəsi ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 15 iyun 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)-394/2025 saylı, 17 iyun 2025-ci il tarixli qərarı ilə barəsində əvvəli 15 iyun 2025-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədilə 15 iyun 2025-ci il tarixdə saat 00:30 radələrində ünvan 2 ünvanının qarşısında əvvəlcədən tanış olduğu hücuma məruz qalmış Pakistan Respublikası vətəndaşı Zərərçəkmiş şəxs Akhtar Muhammad Shakelin müqavimətini qırmaq üçün üz və bədəninin müxtəlif nahiyələrindən yumruq zərbələri vuraraq sonuncunun hərəkət imkanlarını fiziki olaraq məhdudlaşdırmaqla həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edib nəticədə Zərərçəkmiş şəxs Akhtar Muhammad Shakelə “baş beyin silkələnməsi” ilə müşayət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməklə cibində olan 430 manat nağd pul və zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 5 manat dəyərində olan “Winston Xs” markalı siqaret qutusunu ələ keçirib hadisə yerindən uzaqlaşaraq Zərərçəkmiş şəxs Akhtar Muhammad Shakelə ümumilikdə 435 manat məbləğində maddi ziyan vurub quldurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə ilkin olaraq özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, hadisə günü yanında bir xanım ilə gedən zaman Pakistan Respublikasının vətəndaşı olan şəxs yanında xanıma əxlaqsız hərəkət etmiş və bu hərəkətdən sonra o pakistanlya 2 dəfə yumruq zərbəsi endirmişdir. Pakistan Respublikasının vətəndaşı sərxoş olmuşdur. Daha sonra polis əməkdaşları gəlmiş və pakistanlı hadisə yerindən qaçmışdır. Məhkəmə iclasında ona verilmiş suallar zamanı özünü təqsirli bildiyini, ittihamı qəbul etdiyini, istintaqda verdiyi ifadəni təstiq edərək, 14 iyun 2025-ci il tarixdə Nəsimi rayonu, R.Rza küçəsində olan zaman bir nəfər pakistanlının ondan yol soruşduğunu, pulu olmadığı üçün ona kömək edib pul əldə etmək istədiyini, həmin şəxsi 1-2 saat həmin ərazidə gəzdirdiyini, 15 iyun 2025-ci il tarixdə 00:30 radələrində pakistanlının yaxınlıqda yerləşən adını xatırlamadığı marketə getdiyini və həmin zaman onun cibində çoxlu pul gördüyünü, həmin şəxsə diqqət yetirən zaman pulu arxa sol cibinə qoyduğunu və ondan pulu götürüb qaçmaq qərarına gəldiyini, arxasında dayanıb əl atıb pulu götürdüyünü, həmin şəxsin onun qolundan tutan zaman, yumruqla onun sifət nahiyyəsindən vurub pul və Winston xs markalı siqareti götürüb qaçdığını, həmin şəxsin onun arxasınca gəldiyini, sonuncunun qolundan tutan zaman, onu vurmağa başladığını və həmin şəxsə çoxsaylı zərbələr endirdiyini və ətrafdakı insanlar gəldikdən sonra oradan qaçdığını bildirmişdir. Sonda Təqsirləndirilən şəxs etdiyi əməldən peşman olduğunu bildirmişdir. Məhkəmə dövlət ittihamçısını, zərər çəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 181.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün qismən etirafedici ifadəsi ilə yanaşı aşağıda göstərilən digər sübutlarla təsdiq edilir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Akhtar Muhammad Shakelin məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, 29 may 2025-ci il tarixdə Bakıya turist kimi gəlmişdir. O Bakını Tik-tok sosial şəbəkəsində görüb bəyənmişdir. Bir müddət dostları ilə gəzmişdir. 14 iyun 2025-ci il tarixdə saat 22 radələrində dostlarından ayrı düşmüşdür. Həmin vaxtı bir nəfərə yaxınlaşıb söz soruşmuşdur. O, kömək edəcəyini bildirmişdir. Ondan kömək istəmiş həmin köməyin qarşılığında ona yemək almağı təklif etmişdir. Həmin şəxslə bir müddət gəzdikdən sonra o yaxınlıqda yerləşən marketə getmişdir. O, 5 manata Winston xs markalı siqaret aldıqdan sonra pulu sol arxa cibinə qoymuşdur. Həmin vaxtı üzərində 430 manat pul olmuşdur. Həmin şəxsin telefonla kimləsə danışdığını hiss etmişdir. O, 400 manatı bir, 30 manatı digər cibinə qoymuşdur. Bu zaman həmin şəxsin ona diqqətlə nəzər yetirdiyini hiss etmişdir. Bir müddət sonra saat 00:30 radələrində Nəsimi rayonu, R.Rza küçəsi 34 ünvanında olan zaman həmin şəxs əl atıb onun pulunu götürmək istəmişdir. Onun əlindən tutmuşdur. Bu zaman həmin şəxs onun üz nahiyəsindən yumruq zərbəsi vuraraq pulu və siqareti götürmüşdür. Onun qaçmaması üçün onun biləyindən tutmuşdur. Bu zaman həmin şəxs onun bədəninin müxtəlif yerlərindən çoxsaylı zərbələr vurmağa başlamışdır. O, işıqlıq yerə çəkmək istəmişdir. Ordan uzaqlaşmağa çalışmışdır. Bu zaman ətrafda olan şəxslər köməyə gəlmişdir. Həmin şəxs ağ rəngli avtomobilə əyləşmək istəmişdir. O, Din-in 102 zəng xidmətinə məlumat vermişdir. Polis bölməsinə dəvət olunan zaman həmin şəxsi bölmədə tanımışdır. Sonradan məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs Akhtar Muhammad Shakelin müdafiəçisi X4 tərəfindən verilmiş 15 dekabr 2025-ci il tarixli ərizədən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Akhtar Muhammad Shakel Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarında olan 15 iyun 2025-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, cinayət hadisəsinin baş verdiyi yer Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza və Həzi Aslanov küçələrinin kəsişməsində yerləşən “X7” qarşısında. “X7” iki mərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşir. Pakistan Respublikası vətəndaşı Zərərçəkmiş şəxs daş örtüklü asfalt səkinin üzərini əli ilə göstərərək tanımadığı şəxs tərəfindən döyüldüyünü və 500 manat məbləğində pulunun alındığını bildirmişdir. Cinayət işinin materiallarında olan “maddi sübut kimi tanınma haqqında qərardan” və qəbzdən görünür ki, Zərərçəkmiş şəxs ona dəymiş ziyandan 400 (dörd yüz) manat məbləğində pulu və “Vinston xs” markalı siqareti təhvil almışdır. Cinayət işinin materiallarında olan “şəxsin tanınmaya təqdim edilməsi haqqında” 16 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs təqdim edilən şəxslər sırasından tanımışdır. Cinayət işinin materiallarında olan 16 iyun 2025-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs ilə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs arasında üzləşdirmə istintaq hərəkəti həyata keçirilmiş, üzləşdirmə zamanı onlar ifadələrində göstərdiklərini bir-birinin üzünə qarşı bir daha təsdiq etmişlər. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs barəsində olan məhkəmə-tibbi ekspertizasının 04 avqust 2025-ci il tarixli 967 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2025-cİ il tarixdə X10 PHŞ-yə müraciət etmiş və ona “baş beyin silkələnməsi” diaqnozu qoyulmuşdur. Qeyd olunan diaqnozda göstərilən xəsarət bərk küt əşyanın təsirindən əmələ gəlmişdir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. -Zərərçəkmiş şəxsn bədənində aşkar edilmiş xəsarətin xarekterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni insan bədəninn hissəsinin (əl, ayaq və .s) təsirindən əmələ gələ bilməsi mümkündür və şəxsin özü tərəfindən yetrilməsi az inandırıcıdır. Cinayət işinin materiallarında olan ambulator-məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2025-ci il tarixli 2712 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda mülayim dərəcədə ifadə olunmuş dissosiativ-konversion pozuntu, özünü kəsmələrlə aşkar olunur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə mülayim dərəcədə ifadə olunmuş dissosiativ-konversion pozuntu, özünü kəsmələrlə aşkar olunur. Təqsirləndirilən şəxs müəyyən edilən psixi pozuntu o dərəcədə ifadə olunmayıb ki, o, öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM- nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan İmişli Rayon Polis Şöbəsindən daxil olmuş 25 sentyabr 2025-ci il tarixli, 83/2-16951 saylı məktubdan görünür ki, İmişli RPŞ-nin İstintaq bölməsinin icraatında Təqsirləndirilən şəxs barəsində istintaq olunan 1********. ********* və 19044034 saylı cinayət işləri üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1-ci maddəsinə əsasən dayandırılmışdır. Cinayət işinin materiallarında olan “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 26 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, ifadəsi yerində yoxlanılan Təqsirləndirilən şəxs bildirdi ki, Bakı şəhərinə iş tapmaq üçün gəlmişdir. Təxminən 10 iyun 2025-ci il tarixində Bakıya gəlmiş və 14 iyun 2025-ci il tarixdə Nəsimi rayonu, R.Rza küçəsində olan zaman bir nəfər pakistanlı ondan yol soruşmuşdur. Onun pulu olmadığı üçün pakistanlıya kömək edib pul qazanmaq istəmişdir. Həmin şəxsi 1-2 saat həmin ərazidə gəzdirmişdir. 15 iyun 2025-ci il tarixdə, saat 00:30 radələrində yaxınlıqda yerləşən adını xatırlamadığı marketə girmiş və onun cibində pul görmüşdür. Həmin şəxsin pulu arxa sol cibinə qoyduğunu görmüşdür. O, pakistanlıdan pulu götürüb qaçmaq qərarına gəlmişdir. Onun arxasında dayanıb əl atıb pulu götürmüş və həmin şəxs onun qolundan tutmuşdur. Bu zaman o, yumruqla pakistanlının sifət nahiyyəsindən vurub pul və Vinston xs markalı siqareti götürüb qaçmışdır. Həmin şəxs onun arxası ilə gəlməyə başlamış və qolundan tutmuşdur. Bu zaman o, pakistanlını vurmağa başlamışdır. Həmin şəxsə çoxsaylı zərbələr endirmişdir. Ətrafda olan şəxslər gəlmiş və o, qaçmışdır. O, pakistanlının üzərindən 400 manat pulu və siqareti götürmüşdür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından və cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli, 1 nömrəli qərarının 23-cü bəndinə əsasən, CM-nin 181.1-ci maddəsində «həyat və sağlamlıq üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi hücuma məruz qalmış şəxsi (şəxsləri) öldürməklə, sağlamlığına zərər vurmaqla, onlara işgəncə verməklə və bu kimi psixi təsirləri ehtiva edir. Belə hədə həm sözlərlə, həm də hərəkətlərlə (məsələn zərərçəkmişin boğazına kəndir keçirməklə və s.) ifadə oluna bilər. Həyat və sağlamlıq üçün təhlükəli zorakılıq (CM-nin 181-ci maddəsi) dedikdə, elə zorakılıq başa düşülməlidir ki, təqsirkarın hərəkətləri zərərçəkmişə ağır, az ağır zərər vurma, həmçinin sağlamlığın qısa müddət pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş sağlamlığa yüngül zərər vurma ilə nəticələnmiş olsun. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 15 iyun 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)- 394/2025 saylı, 17 iyun 2025-ci il tarixli qərarı ilə barəsində əvvəli 15 iyun 2025-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 15 iyun 2025ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Cinayət işinin materiallarında olan qəbzdən görünür ki, ibtidai istintaq zamanı 400 (dörd yüz) manat məbləğində pul və “Vinston xs” markalı siqaret zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılmışdır. Buna görə də məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut qismində tanınmış 400 (dörd yüz) manat məbləğində pul və “Vinston xs” markalı siqaretin zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. İş üzrə məhkəmə xərci müəyyən edilməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 15 iyun 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İşi üzrə maddi sübut qismində tanınmış 400 (dörd yüz) manat məbləğində pul və “Vinston xs” markalı siqaretin zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Elnur Nuriyev (sədrlik edən) Azər Tağıyev Roman Ələkbərli
Məhkəmə qərarları › İş №1(101)-1892/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1892/2025
19.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver