Məhkəmə qərarları › İş №1(101)-1893/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1893/2024

16.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1893/2024 16.10.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi – X3 və X5, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs və onun etibarnamə üzrə nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri “Hümbətov və Partnyorları” Vəkil Bürosunun vəkili Nümayəndə, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, 4 yanvar 1991-ci ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçi hüquqlarına malik olmaqla direktoru vəzifəsində işləyən, Abşeron rayonu, Saray qəsəbəsində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs (Fin:xxxxxxx) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 16 oktyabr 2024-cü il tarixdə, saat 10:45-də Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:

1. İbtidai istintaq orqanı tərəfindən tərtib edilmiş ittiham aktına və “Təqsirləndirilən şəxsi yenidən cəlb etmə haqqında” 14 may 2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilərək məhkəməyə verilmişdir ona görə ki, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirib külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir.

2. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tibbi avadanlıqların alqı-satqısı fəaliyyəti ilə məşğul olmasına dair görüntü yaradıb inandırmaq üçün “Facebook” sosial şəbəkəsində "xxxx" adlı səhifə yaradaraq stomatoloji vasitələrin satışı ilə məşğul olması barədə elan yerləşdirmiş, etibardan sui-istifadə etmə və aldatma yolu ilə tibbi və kosmetoloji, eləcə də tibbi sahədə istifadə olunan elektron avadanlıqlar ələ keçirib satışından gəlir əldə etmək üçün Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsində yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin ofisində administrator vəzifəsində işləyən Şahid5 ilkin ödəniş etməklə cəmiyyətin satışa çıxardığı avadanlıqları nisyə olaraq əldə edib daha sonra sataraq aylıq 10000 manat olmaqla 6 ay ərzində tibbi avadanlıqların dəyərini tam şəkildə ödəyəcəyinə dair yalan vəd vermiş, Şahid5 bu barədə cəmiyyətin direktoru Zərərçəkmiş şəxs məlumat verib sonuncunun razılığını aldıqda üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan öz cinayətkar məqsədindən çıxış edərək 5 iyun 2023-cü il tarixdən 19 iyun 2023-cü il tarixədək olan müddət ərzində vahid niyyətlə əhatə olunan qəsdlə 20.000 manat dəyərində 2019-cu ilin istehsalı olan 1(bir) ədəd “Planmeca Emerald” skayner, 1.000 manat dəyərində 2019-cu ilin istehsalı olan 1(bir) ədəd “X12 3 D” markalı printer, 1.500 manat dəyərində 2019-cu ilin istehsalı olan 1(bir) ədəd “Dell” markalı “Precision 7530” modelli noutbuk, 25.000 manat dəyərində 2020-ci ilin istehsalı olan 1(bir) ədəd “Planmeca” markalı ******* nömrəli stomatoloji kreslo, 4.000 manat dəyərində 2021-ci ilin istehsalı olan 2(iki) ədəd “8500 lonto Kosmetik-Liege” markalı kosmetoloji kreslo, 18.000 manat dəyərində 2013-cü ilin istehsalı olan 3(üç) ədəd "xxxx" markalı stomatoloji kreslonu, ümumilikdə 69.500 manat məbləğində tibbi və digər qeyd edilən avadanlıqları Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsində yerləşən "xxxx" MMC-in ofisindən əldə edib ilkin ödəniş təəssüratı yaratmaqdan ötrü hissə-hissə olmaqla ümumilikdə 7.500 manat məbləğində pul vəsaiti ödəməklə Zərərçəkmiş şəxs inamını qazanaraq etibardan sui-istifadə etmə və aldatma yolu ilə həmin avadanlıqları ələ keçirərək 2023-cü ilin iyun ayında istintaqa məlum olmayan gündə 1(bir) ədəd “Planmeca Emerald” skayneri, “X12 3 D” markalı 1(bir) ədəd printeri və “Dell” markalı “Precision 7530” modelli 1(bir) ədəd noutbuku Şahid1 21.000 manata, 2023-cü ilin iyun ayında istintaqa məlum olmayan gündə "xxxx" markalı 1(bir) ədəd stomatoloji kreslonu Şahid4 3.500 manata və 1(bir) ədəd “Planmeca” markalı ******* nömrəli stomatoloji kreslonu Şahid4 20.000 manata, digər avadanlıqları isə istintaqla müəyyən edilməyən tarix və şəraitdə şəxsiyyəti məlum olmayan şəxslərə satmaqla əldə etdiyi pul vəsaitlərini şəxsi ehtiyaclarına sərf edərək vahid niyyətlə əhatə olunan qəsdlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs ümumilikdə külli miqdarda 62.000 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir.

Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:

3. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, “Azərbaycan Tibb Universitetinin” “Stomatologiya” fakültəsini bitirmiş və hazırda "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinin (bundan sonra mətndə-MMC) stomatoloji klinikasının yeganə təsisçisi olmaqla həmçinin həmin şirkətin direktorudur. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, X16, ev 9B, mənzil 29, şirkətin yerləşdiyi ərazi isə ünvan 3 ünvanı olmaqla rəhbərlik etdiyi klinikalarda insanlara stomatoloji və kosmetoloji xidmətlər göstərilir. "xxxx" MMC-nin əməkdaşı Təqsirləndirilən şəxs stomatoloqların “whatsapp” qrupunda olarkən qrupun üzvü kimi tanımışdır. Təqsirləndirilən şəxs birinci dəfə 2020-ci ilin sentyabr ayında onun şirkətinə gələrkən görmüş və Cənnətlə tanışlıq zamanı sonuncu özünü ona "xxxx" MMC-nin əməkdaşı kimi təqdim edərək Sumqayıt şəhərində yerləşən şirkətlərinin stomatoloji malların satışı ilə məşğul olduğunu bildirmişdir. Söhbət zamanı Cənnət ona "xxxx" şirkətinin “Facebook” sosial şəbəkəsində elanının olduğunu da bildirmiş, o da “Facebook” sosial şəbəkəsində axtarış elan etdikdə həqiqətən də "xxxx" şirkətinin stomatoloji malların satışı ilə məşğul olması elanını, həmçinin elanda Cənnətin istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin qeyd olunduğunu görüb sonuncunun sözlərinə inanmışdır. Cənnət ilk dəfə 2020ci ilin sentyabr ayında 44 günlük “Vətən müharibəsi” dövründə cəbhə bölgəsində tibbi məqsədlə istifadə edilməsi üçün “fizyodispenser” cihazının lazım olduğunu həkimlərin “whatsapp” qrupunda yazarkən o, heç bir təmanna güdmədən 2019-cu ildə öz vəsaiti hesabına şirkətə aldığı, həmin dövrün məzənnəsi ilə 7250 manat təşkil edən 3900 avro dəyərində “fizyodispenser” cihazını Təqsirləndirilən şəxs göndərmiş, sonuncu isə həmin cihazı təmənnasız qəbul etmədiyini, pulunu ona verəcəyini bildirsə də, sonradan ona hər hansı bir məbləğdə vəsait verməmiş, buna baxmayaraq o həmin cihazın pulunu Təqsirləndirilən şəxs tələb etməmişdir. 2023-cü ilin iyun ayının əvvəllərində şirkətdə işləyən Şahid5 onun yanına gələrək şirkət üçün alınmış, lakin istifadə edilməyən 2019-cu ilin buraxılışı olan 1(bir) ədəd “Planmeca Emerald” skaynerə, 2019-cu ilin buraxılışı olan “X12 3D” markalı 1(bir) ədəd printerə, 2019-cu ilin buraxılış olan “Dell” markalı “Precision 7530” modelli 1(bir) ədəd noutbuka (**********8), 2020-ci ilin istehsalı olan 1(bir) ədəd “Planmeca” markalı ******* nömrəli stomatoloji kresloya, 2013-cü ilin buraxılışı olan "xxxx" markalı 3(üç) ədəd stomotoloji kresloya və 2(iki) ədəd “8500 lonto Kosmetik-Liege“ markalı kosmetoloji kresloya müştəri çıxdığını ona bildirmiş, o da həmin müştərinin Cənnət olduğunu bildikdə ilk öncə buna etiraz etmiş, lakin çoxsaylı təkidlərdən sonra qeyd olunan aparatların Təqsirləndirilən şəxs satılmasına razılıq vermişdir. 5 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs şirkətdən ona məxsus olan 2(iki) ədəd “8500 lonto Kosmetik-Liege“ markalı kosmetoloji kreslonu ilkində 1000 manat ödəməklə onlardan qəbul etmiş və həmin tarixdə əl yazma yazaraq digər qalıq məbləğ olan 2000 manat vəsaiti 15 iyun 2023-cü il tarixdə ödəməyi öhdəsinə götürmüş, bundan başqa həmin tarixdə 2019-cu ilin buraxılışı olan 1(bir) ədəd “Planmeca Emerald” skayneri, 2020-ci ilin istehsalı olan 1(bir) ədəd “Planmeca” markalı ******* nömrəli stomatoloji kreslonu və 2013cü ilin buraxılışı olan "xxxx" markalı 3(üç) ədəd stomatoloji kreslonu, həmçinin “X12 3 D” markalı 1(bir) ədəd printeri və 2019-cu ilin buraxılış olan “Dell” markalı “Precision 7.530” modelli 1(bir) ədəd noutbuku (**********8) onlardan götürərək şirkətə həmin tibbi avadanlıqlara görə hissə-hissə olmaqla ümumilikdə 7.500 manat pul ödəmişdir. 19 iyun 2023-cü il tarixdə o, şirkətdə mühasib vəzifəsində işləyən Şahid2 yanına çağırmış və ona Təqsirləndirilən şəxs şirkətdən götürmüş olduğu bütün tibbi avadanlıqların siyahısını tutmağını və bütün avadanlıqları bir alqı-satqı müqaviləsində qeyd etməyini, bunun üçün də yeni müqavilə hazırlamağını ona tapşırmış, Şahid2 də Təqsirləndirilən şəxs 5 iyun 2023-cü il tarixdən 19 iyun 2023-cü il tarixə kimi şirkətdən götürmüş olduğu bütün tibbi avadanlıqları bir müqavilədə qeyd edərək "xxxx" MMC ilə Təqsirləndirilən şəxs arasında 0506/23 saylı 19 iyun 2023-cü il tarixli alqı-satqı müqaviləsini tərtib etmiş, o və Təqsirləndirilən şəxs həmin müqavilə ilə tanış olduqdan sonra tərəf kimi həmin müqaviləni imzalamışdır. Həmin müqavilədə avadanlıqların qiyməti ümumilikdə 69.500 manat qeyd olunsa da o, 2019-cu ilin buraxılışı olan 1(bir) ədəd “Planmeca Emerald" skaynerin qiymətinin 20.000 (iyirmi min) manat, 2019-cu ilin buraxılışı olan “X12 3D” markalı 1(bir) ədəd printerin qiymətinin 1000 (bir min) manat, 2019-cu ilin buraxılış olan “Dell” markalı “Precision 7.530” modelli 1(bir) ədəd noutbukun (**********8) qiymətinin 1500 (bir min beş yüz) manat, 2020-ci ilin istehsalı olan 1(bir) ədəd “Planmeca” markalı ******* nömrəli stomatoloji kreslonun qiymətinin 25.000(iyirmi beş min) manat, 2013-cü ilin buraxılışı olan "xxxx" markalı 3(üç) ədəd stomatoloji kreslonun hər bir ədədinin dəyərinin 6.000 (altı min) manat, 2(iki) ədəd “8.500 lonto Kosmetik-Liege“ markalı kosmetoloji kreslonun 1(bir) ədədinin dəyərinin 2.000(iki min) manat olduğunu bildirmişdir. Müqavilədə həmçinin Təqsirləndirilən şəxs şirkətə hissə-hissə olmaqla ödəmiş olduğu ümumilikdə 7500 manat vəsait də qeyd edilmiş, müqavilənin şərtlərinə görə isə hər ay 10.000 manat olmaqla 6 ay ərzində tibbi avadanlıqların pulu şirkətə tam şəkildə Təqsirləndirilən şəxs tərəfindən ödənilməli olmuşdur. Müqavilə bağlandıqdan sonra Təqsirləndirilən şəxs yerdə qalan tibbi avadanlıqları da şirkətdən götürüb getmiş, daha sonra telefonlara da cavab verməyərək qaçıb gizlənmişdir. Bununla da Təqsirləndirilən şəxs şirkətdən götürmüş olduğu ümumilikdə 69.500 manat dəyərində tibbi avadanlığın pulundan 7.500 manatını ödəməklə tibbi avadanlıqları onlardan almış, yerdə qalan 62.000 manat dəyərində ona məxsus əmlakı isə ələ keçirmişdir. O, ümumiyyətlə tibbi avadanlıq alqısatqısı ilə məşğul olmamış, şirkətdə istifadə edilmədiyi üçün ilk dəfə öz vəsaiti hesabına alınmış yuxarıda adları qeyd olunan tibbi avadanlıqları satmaq qərarına gəlmiş, nəticədə Təqsirləndirilən şəxs tərəfindən aldadılmışdır. Təqsirləndirilən şəxs 5 iyun 2023-cü il tarixdə satdığı avadanlıqlar saz və işlək vəziyyətdə olmuş, əks təqdirdə Təqsirləndirilən şəxs onun rəhbərlik etdiyi şirkətlə 19 iyun 2023-cü il tarixdə yeni müqavilə bağlamazdı.Məhkəmə-əmtəşünaslıq ekspertizasının rəyində tibbi avadanlıqların ümumilikdə dəyəri az göstərildiyindən, yəni, 69500 manat dəyərində əmlakın dəyəri 55800 manat qeyd edildiyindən, ibtidai istintaq orqanından həmin əmlakların dəyərinin müqavilədə qeyd olunan rəqəmlə götürülməsini xahiş etmişdir.

4. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs ifadəsinə əlavə olaraq göstərdi ki, o, təxminən 30 ildir diş həkimi kimi fəaliyyət göstərir. O, əvvəllər Cənnəti tanımamış, 44 günlük Vətən müharibəsi dövründə sonuncu həkimlərin “Whatsapp” sosial şəbəkəsində olan qrupunda “müharibə zonasına diş aparatları lazımdır, kim verə bilər?” məzmunda elan yazmış, o da bir ildən artıq müddətdir istifadə etmədiyi diş aparatını verə biləcəyini bildirdikdə Cənnət ona həmin aparatı müharibə bitdikdən sonra geri qaytaracağını demiş, lakin sonradan aparatı geri qaytarmamış, o da bu barədə ümumiyyətlə maraqlanmamışdır. 2023-cü ilin iyun ayında "xxxx" klinikasında satılan cihazlar barədə klinikanın adından hər kəsə açıq olmaqla elan verilmiş, Cənnət həmin elanı görüb menecer ilə əlaqə saxlamış, cihazların satılıb-satılmaması ilə maraqlanmış, menecer tərəfindən cihazların satışda olması barədə məlumat verilmişdir. O həmin vaxt Cənnəti şəxsən görməmiş, tanımamış, habelə sonuncu klinikadan avadanlıqların bir hissəsini götürdükdə də onunla görüşməmiş və görməmişdir. Sonradan Şahid5 ona həmin şəxsin başqa avadanlıqlarla da maraqlandığını bildirdikdə, klinikanın köhnə ofisindən köçərkən qalmış iki ədəd avadanlığı da sata biləcəyini bildirmişdir. O, Şahid5 cihazlarla maraqlanan şəxsin Təqsirləndirilən şəxs olduğunu öyrəndikdə isə sonuncudan uzaq durmalarını, heç bir cihazı satmamalarını demiş, lakin menecer Şahid5 Cənnətin ondan əl çəkmədiyini, dəfələrlə zəng vurub cihazları almaq istədiyini bildirdiyindən həmin cihazların yalnız müqavilə yolu ilə Cənnətə satılmasına razılıq vermişdir. Cənnət əvvəlcədən 69.000 manat puldan 7.500 manat məbləğində pulu əlbəəl verib özünə qarşı inam formalaşdırmış, 2023-cü ilin iyun ayında direktoru və təsisçisi olduğu "xxxx" MMC ilə Cənnət arasında müqavilə bağlandıqdan sonra sonuncu qısa müddət ərzində avadanlıqları, habelə həmin avadanlıqlara məxsus monitor, printer və digər əşyaları da götürüb aparmışdır. Müqaviləyə əsasən Cənnət 6 ay ərzində hər ay onlara 10.000 manat pul ödəməli olmuş, müqavilə bağlanarkən sonuncu hər ay puldan hissəvi ödənişlər edəcəyinə dair söz vermiş, lakin heç bir ödəniş etməmiş, danışıqlar zamanı pulu gətirəcəyi, Bakıda olmadığı və ya hazırda pulu olmadığı kimi müxtəlif bəhanələr gətirərək onları aldatmış, bir müddət sonra Cənnətin telefonlarına zəng çatmamış, 2 ay onunla əlaqə yaratmağa çalışmalarına baxmayaraq, onunla heç cür əlaqə saxlamaq mümkün olmamış, bu səbəbdən polisə müraciət etmişlər. O, bir neçə nəfər şəxslə bu barədə danışdıqda hamı Cənnətin fırıldaqçılığından şikayət edərək onun bir çox şəxsə borcu olmasını bildirmişdir. Cənnət müqavilədə nəzərdə tutulan 69.500 manat puldan 7.500 manat pulu bir dəfəyə ödəmiş, qalan məbləğdən isə heç nə ödəməmişdir. Müqavilə 2023-cü il iyun ayında "xxxx" MMC ilə Təqsirləndirilən şəxs arasında imzalanmış, o həmin "xxxx" MMC-nin həm yeganə təsisçisi, həm direktorudur. "xxxx" klinikası 15 ildir fəaliyyət göstərir. Klinikada istifadə edilən avadanlıqların pulunu öz şəxsi vəsaiti hesabına hissə-hissə ödəmiş, özü klinikanın idarə etməsini həyata keçirmişdir. Müqavilə iyun ayında imzalansa da, sonrakı iki ay ərzində Təqsirləndirilən şəxs axtarsalar da onu tapa bilməmişlər. Alqı-satqı zamanı təhvil verilmiş bütün avadanlıqlar işlək vəziyyətdə olmaqla heç birinin təmirə ehtiyacı olmamış, avadanlıqlar müqavilə bağlandıqdan sonra göndərilmişdir. Həmin avadanlıqlar onun şəxsi mülkiyyəti olmuş, lakin hazırkı dövrədək bağlanılmış bütün müqavilələr ona məxsus şirkətin adından bağlanılmışdır. Həmin avadanlıqlarda hansısa çatışmazlıq olduqda Şahid5 çatışmayan cihazları tapıb verməsini tapşırmışdır. Printer, skayner və “Planmeca” cihazları yeni olmuş, həmin cihazlarda hər hansı nasazlıq olmamışdır. Təqsirləndirilən şəxs inanmadığı üçün onunla müqavilə bağlamaq qərarına gəlmiş və müqavilə bağlandıqdan sonra avadanlıqları ona vermişlər. Təqsirləndirilən şəxs satılmış cihazlar "xxxx" MMC-nin adından alındığı üçün həmin şirkətin adından da satılmışdır. Buna görə də müqavilə bağlayanda həmişə şirkətin adından müqavilə bağlanılmışdır. Lakin həmin cihazlar "xxxx" MMC-nin deyil, özünün şəxsi vəsaiti hesabına alınmaqla onun mülkiyyəti olmuşdur. Sadəcə olaraq "xxxx" MMC-nin həm təsisçisi, həm də direktoru olduğundan müqavilə həmin müəssisənin adından bağlanmışdır. Cənnət barəsində polisə edilmiş şikayət hüquq-mühafizə orqanlarında təmsilçilik üçün etibarnamə verdiyi şirkətin işçisi Şahid2 tərəfindən onun tələbinə əsasən edilmişdir. Müqavilədə Cənnətin 6 ay ərzində ödənişi tam etməli olduğu qeyd edilsə də, Cənnət zənglərə cavab vermədiyindən 2 ay sonra sonuncudan polis orqanına şikayət edilmişdir. Belə ki, Cənnət zənglərə cavab verməməklə onları incitdiyi, habelə başqa şəxslər də Cənnətin onları da aldatdığını dediyi üçün polisə müraciət etmək qərarına gəlmişdir. İmzalanmış müqavilənin bir nüsxəsi Təqsirləndirilən şəxs verilmişdir. O, Cənnətlə ümumiyyətlə görüşməmiş, danışmamış, sonuncu ilə klinikanın meneceri Rəşad danışmışdır. Təqsirləndirilən şəxs satılmış avadanlıqlar "xxxx" MMC-yə məxsus olmaqla şirkət adına, lakin şəxsən özünün şəxsi vəsaiti hesabına nağd qaydada alınmış, həmin avadanlıqlar Finlandiyadan sifariş əsasında Azərbaycan Respublikasında distrübütor şirkət olan “Vita stom” vasitəsi ilə gətirilmiş, gömrükdən yoxlanışından keçirilərək klinikaya təhvil verilmişdir. Təqsirləndirilən şəxs 7.500 manat məbləğində pulu klinikaya vermiş, həmin pul vəsaiti klinikanın kassasına mədaxil edilmişdir. Avadanlıqlar Cənnət tərəfindən təhvil alındıqdan sonra sonuncu avadanlıqların işləməməsi ilə bağlı klinikaya müraciət etmiş, onlar da çatışmayan detalları sonuncuya göndərmiş, avadanlıqlar saz vəziyyətdə olmaqla həkimlər tərəfindən işlədilmiş, bəzi avadanlıqlar isə ümumiyyətlə heç vaxt işlədilməklə yeni olmuşdur. Cənnət avadanlıqları hissə-hissə olaraq tam təhvil götürdükdən sonra Şahid5 ilə müqavilə bağlamışdır. 5 iyun 2023-cü il tarixli müqavilə bağlandıqdan sonra 19 iyun 2023-cü il tarixdə hansı səbəbdən ikinci müqavilənin bağlanmasını xatırlamır. İfadəsinin sonunda Zərərçəkmiş şəxs avadanlıqların bir qisminin ibtidai istintaq orqanı tərəfindən ona təhvil verildiyini, hazırda həmin avadanlıqların klinikanın yaxınlığında icarəyə götürdüyü anbarda saxladığını, Cənnətin onlara ödəniş kimi verdiyi pul vəsaitini də hesablamaqla faktiki olaraq ona vurulmuş maddi ziyanın tam olaraq ödənilmiş hesab edilə biləcəyini nəzərə alaraq Təqsirləndirilən şəxs hər hansı şikayət və ya tələbinin olmadığını bildirərək qanuna müvafiq olaraq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi.

5. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, o, 6 aprel 2022-ci ildə "xxxx" MMC-də administrator vəzifəsinə işə düzəlmişdir. 2023-cü ilin yay aylarında "xxxx" MMC-də işlədiyi ərəfələrdə Təqsirləndirilən şəxs onların şirkətinə gələrək direktor Zərərçəkmiş şəxs götürmüş olduğu “fizyodispenser” aparatına görə sonuncuya 2000 manata yaxın pul borclu qaldığını və həmin borcu qısa müddət ərzində ödəyəcəyini ona bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs ona şirkətlərinin satışa çıxardığı 1(bir) ədəd “Planmeca” skayneri, 1(bir) ədəd printeri, 1(bir) ədəd kompüteri, 2(iki) ədəd kosmetoloji kreslonu və 4(dörd) ədəd stomatoloji kreslonu ilkin ödəniş etməklə almaq istədiyini bildirmişdir. O da Təqsirləndirilən şəxs təklifini Zərərçəkmiş şəxs çatdırmış, sonuncu da avadanlıqların Təqsirləndirilən şəxs satılmasına razılıq vermişdir. 5 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs 2(iki) ədəd kosmetoloji kreslonu və 4(dörd) ədəd stomatoloji kreslonu, daha sonra isə 1(bir) ədəd printer və 1(bir) ədəd skayneri şirkətdən götürmüş və şirkətə hissə-hissə olmaqla 7500 manat pul ödəmişdir. 19 iyun 2023-cü il tarixdə "xxxx" MMC ilə Təqsirləndirilən şəxs arasında 0506/23 saylı yeni alqı-satqı müqaviləsi bağlanmış, Təqsirləndirilən şəxs satılan aparatlar işlək və saz vəziyyətdə olmuşdur.

6. Verilən suallara cavab olaraq Şahid5 ifadəsinə əlavə edərək göstərdi ki, 2022-ci ildə "xxxx" MMC-nin klinikasında təmir işləri aparılarkən müdiriyyət tərəfindən istifadədən çıxarılmış avadanlıqların satışının həyata keçirilməsi ona tapşırılmış, o da klinikanın Nicat adlı işçisi ilə birlikdə “Tap.az” internet saytında klinikanın adından bu barədə elan yerləşdirərək avadanlıqların qiyməti və fotoşəkillərini də elana əlavə etmiş, lakin həmin vaxt hər hansı şəxsdən müsbət geri dönüş olmamışdır. Təxminən 1 il sonra, 2023-cü il tarixdə elanı yenidən yerləşdirdikdə müraciətlər edilməyə başlanılmış, habelə Təqsirləndirilən şəxs da yaxınlaşıb aparatlarla maraqlandığını bildirmişdir. O, Cənnətin əvvəllər də Zərərçəkmiş şəxs müharibə vaxtı aparat aldığını, sonuncunun ona həmin aparatı hədiyyə etdiyini sonradan bilmişdir. Təqsirləndirilən şəxs başqa digər şəxslər də həmin avadanlıqlarla maraqlanmışdır. Cənnətlə 7.500 manat məbləğində ilkin ödəniş edib qalan məbləği daxili kreditlə ödənilməsi barədə razılıq əldə etmiş, o da həmin şərtlərlə müqavilə tərtib edib ödəniş tarixlərini qeyd etmişdir. O, iyun ayının sonunadək həmin klinikada işlədikdən sonra oradan ayrılmış, lakin sonradan klinikadakı işçilər ona zəng edib Cənnətin ödəniş etmədiyini bildirdikdə Cənnətlə əlaqə saxlamış, bu zaman sonuncu müxtəlif bəhanələr gətirərək ödənişi edə bilmədiyini demişdir. O isə bu barədə klinikaya məlumat vermişdir. "xxxx" MMC-də işlədiyi dövrdə Təqsirləndirilən şəxs ilkin ödədiyi məbləğdən əlavə hər hansı ödəniş etməmişdir. Cənnət aparatları aldığı ilkin dövrlərdə quraşdırmada problem olduğunu, habelə skaynerin diskini tapmadığını bildirdikdə, o həmin aparatlarda lazımı bütün tibbi hissələrin olduğunu, onun qeyd etdiyi hissələrin bəzilərinin avadanlığın üzərində verilmədiyini, bəzilərinin isə onlarda olmadığını izah etmişdir. Belə ki, “Planmeca” cihazında müəyyən hissələrin avadanlıqla birgə satılmadığını, həmin əskik olan hissəni istədikdə ona verə bilməyəcəklərini izah etmiş və müvafiq “İT” mütəxəssisinə müraciət etməsini məsləhət görmüşdür. Bildiyinə görə sonradan Təqsirləndirilən şəxs həmin problemi özü həll etmişdir. Bağdakı anbarda saxlanılmaqla oradan götürülmüş uşaq stomatoloji aparatlar (Fedesa markalı kreslolar) bir müddət istifadədən kənar qaldığı üçün nasaz vəziyyətdə olmuş, lakin klinikadan götürülən “Planmeca” skayner və kreslolar ideal vəziyyətdə olmuşdur. Bağdan götürülən avadanlıqların nasaz olmaları barədə məlumatı Təqsirləndirilən şəxs bildirmişdir. Cənnət “Planmeca” avadanlığını Gəncədə hansısa həkimə satdığını demişdir. Təqsirləndirilən şəxs klinikadan götürülmüş avadanlıqlarda nasazlıqla bağlı deyil, həmin avadanlıqların quraşdırılmasında hansısa problemlər və ya hansısa qurğuların çatışmaması ilə bağlı məlumat vermiş, bağdan götürülmüş "xxxx" markalı avadanlıqların isə aspiratorlarının nasaz olmasını bildirmişdir. Cənnətlə aralarında razılaşma olduqdan sonra başqa bir nəfər kişi cinsli şəxs yaxınlaşıb skayneri təhvil almışdır. Cənnət “Planmeca” avadanlığının aspiratorunu da istədikdə, həmin avadanlığın aspiratorunu satmadıqlarını, başqa yerdən ala biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs bağdan götürdüyü "xxxx" markalı avadanlıqların texniki vəziyyəti barədə məlumatı olmadığından həmin cihazların nasaz olub-olması da dəqiq məlumatı olmamışdır. Təqsirləndirilən şəxs aldığı avadanlıqlardakı çatışmazlıqlar, nöqsanlar və sair hallar barədə ona bildirdikləri ilə bağlı o, şəxsən Zərərçəkmiş şəxs məlumat vermişdir. O, işdən çıxdıqdan sonra Təqsirləndirilən şəxs hansısa avadanlığın işləmədiyini, həmin avadanlığı alan şəxsin onu qaytarmaq istədiyini, skaynerin diskini isə özünün düzəltdirdiyini bildirmişdir.

7. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, 2009-cu ildən "xxxx" MMC-nin direktoru Zərərçəkmiş şəxs şəxsi sürücüsü kimi işləməklə yanaşı şirkətin təsərrüfat işləri ilə məşğul olur. 2023-cü ilin yay aylarında Təqsirləndirilən şəxs onun işlədiyi şirkətdən 2019-cu ilin buraxılışı olan 1(bir) ədəd “Planmeca Emerald” skayner, 2019-cu ilin buraxılışı olan “X12 3 D” markalı 1(bir) ədəd printer, 2019-cu ilin buraxılış olan “Dell” markalı “Precision 7530” modelli 1(bir) ədəd noutbuk (**********8), 2020-ci ilin istehsalı olan 1 ədəd “Planmeca” markalı ******* nömrəli stomatoloji kreslo, 2013-cü ilin buraxılışı olan "xxxx" markalı 3(üç) ədəd stomatoloji kreslo və 2(iki) ədəd “8500 lonto Kosmetik-Liege” markalı kosmetoloji kreslo alıb aparmışdır. Cənnət həmin avadanlıqları şirkətdən hissə-hissə götürmüş və hissə-hissə Könül vasitəsi ilə şirkətə ümumilikdə 7500 manat pul ödəmiş, lakin sonda 62.000 manatını ödəməyərək gizlənmişdir. Cənnət “166” yük daşıma xidmətlərindən istifadə edərək həmin avadanlıqları şirkətdən götürüb aparmışdır. O, avadanlıqların bir hissəsinin anbar kimi istifadə edilən bağ evindən götürüldüyünü, onların hansı vəziyyətdə olmasını bilmədiyini, Cənnəti bağ evinə özünün istiqamətləndirdiyini, sonradan ödənişlə bağlı Cənnətlə əlaqə yaratmağa çalışsa da zənglərə cavab vermədiyini bildirdi.

8. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, "xxxx" MMC-də mühasib vəzifəsində işləyir. Həmin şirkət insanlara stomatoloji və kosmetoloji xidmətlər göstərir. Şirkətdə 30 nəfər tibb xidməti işçisi işləyir. "xxxx" MMC-nin direktoru Zərərçəkmiş şəxsdır. 5 iyun 2023-cü ildə Təqsirləndirilən şəxs onun işlədiyi şirkətdən direktor Zərərçəkmiş şəxs məxsus olan 2(iki) ədəd “8500 lonto Kosmetik-Liege“ markalı kosmetoloji kreslonu ilkində 1000 manat ödəməklə şirkətdən qəbul etmiş və həmin tarixdə əl yazma yazaraq digər qalıq məbləğ olan 2000 manat vəsaiti 15 iyun 2023-cü il tarixdə ödəməyi öhdəsinə götürmüş, bundan başqa həmin tarixdə 2019-cu ilin buraxılışı olan 1(bir) ədəd “Planmeca Emerald” skayneri, 2020-ci ilin istehsalı olan 1(bir) ədəd “Planmeca” markalı ******* nömrəli stomatoloji kreslonu və 2013-cü ilin buraxılışı olan "xxxx" markalı 3(üç) ədəd stomatoloji kreslonu, həmçinin “X12 3 D” markalı 1(bir) ədəd printeri və 2019-cu ilin buraxılışı olan “Dell” markalı “Precision 7530” modelli 1(bir) ədəd noutbuku (**********8) onlardan götürərək şirkətə həmin tibbi avadanlıqlara görə hissəhissə olmaqla ümumilikdə 7500 manat pul ödəmişdir. 19 iyun 2023-cü il tarixdə direktor Zərərçəkmiş şəxs onu yanına çağırmış və ona Təqsirləndirilən şəxs şirkətdən götürmüş olduğu bütün tibbi avadanlıqların siyahısını tutmağını və bütün avadanlıqları bir alqı-satqı müqaviləsində qeyd etməyini, bunun üçün də yeni müqavilə hazırlamağını tapşırmış, o da Təqsirləndirilən şəxs 5 iyun 2023-cü il tarixdən 19 iyun 2023-cü il tarixə kimi şirkətdən götürmüş olduğu bütün tibbi avadanlıqları bir müqavilədə qeyd edərək "xxxx" MMC ilə Təqsirləndirilən şəxs arasında 0506/23 saylı 19 iyun 2023-cü il tarixli alqı-satqı müqaviləsini tərtib etmiş, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs da həmin müqavilə ilə tanış olduqdan sonra tərəf kimi həmin müqaviləni imzalamışlar. Həmin müqavilədə avadanlıqların qiymətinin ümumilikdə 69500 manat qeyd olunmasına baxmayaraq, 2019cu ilin buraxılışı olan 1(bir) ədəd “Planmeca Emerald” skaynerin qiymətinin 20000 (iyirmi min) manat, 2019-cu ilin buraxılışı olan “X12 3 D” markalı 1(bir) ədəd printerin qiymətinin 1000 (bir min) manat, 2019-cu ilin buraxılış olan “Dell” markalı “Precision 7530” modelli 1(bir) ədəd noutbukun (**********8) qiymətinin 1500 (bir min beş yüz) manat, 2020-ci ilin istehsalı olan 1(bir) ədəd “Planmeca” markalı ******* nömrəli stomatoloji kreslonun qiymətinin 25000(iyirmi beş min) manat, 2013-cü ilin buraxılışı olan "xxxx" markalı 3(üç) ədəd stomatoloji kreslonun hər bir ədədinin dəyərinin 6000 (altı min) manat, 2(iki) ədəd “8500 lonto Kosmetik-Liege“ markalı kosmetoloji kreslonun 1(bir) ədədinin dəyəri 2000 (iki min) manat olmuşdur. Müqavilədə həmçinin Təqsirləndirilən şəxs şirkətə hissə-hissə olmaqla ödəmiş olduğu ümumilikdə 7500 manat vəsait də qeyd edilmiş, müqavilənin şərtlərinə görə isə hər ay 10000(on min) manat olmaqla 6 ay ərzində tibbi avadanlıqların pulu şirkətə tam şəkildə ödənilməli olmuşdur. Müqavilə bağlandıqdan sonra Təqsirləndirilən şəxs getmiş, daha sonra telefonlara da cavab verməyərək gizlənmişdir. Bununla da Təqsirləndirilən şəxs şirkətdən götürmüş olduğu ümumilikdə 69500 manat dəyərində tibbi avadanlığın pulundan 7500 manatını ödəməklə tibbi avadanlıqları onlardan almış, yerdə qalan 62000 manat dəyərində direktor Zərərçəkmiş şəxs məxsus əmlakı isə ələ keçirmişdir. Zərərçəkmiş şəxs ümumiyyətlə tibbi avadanlıq alqı-satqısı ilə məşğul olmamış, şirkətdə istifadə edilmədiyi üçün ilk dəfə öz vəsaiti hesabına alınmış yuxarıda adları qeyd olunan tibbi avadanlıqları satmaq qərarına gəlmiş və nəticədə Təqsirləndirilən şəxs tərəfindən aldadılmışdır. Təqsirləndirilən şəxs 5 iyun 2023-cü il tarixdə şirkətdən götürmüş olduğu avadanlıqlar saz və işlək vəziyyətdə olmuşdur.

9. Verilən suallara cavab olaraq Şahid2 ifadəsinə əlavə olaraq göstərdi ki, 2023-cü ilin iyun ayından "xxxx" MMC-nin mühasibi kimi maliyyə işlərini aparmış, işə başladıqdan sonra ondan əvvəl bağlanmış bütün müqavilələri təhvil almış, müdiriyyət tərəfindən ona bütün müqavilələrin komplektləşdirilməsi barədə göstəriş verilmiş, Təqsirləndirilən şəxs tərəfindən ayrı-ayrı avadanlıqların müxtəlif zaman aralığında götürüldüyünü müəyyən etmiş, o da komplektləşdirmə apardıqdan sonra Təqsirləndirilən şəxs zəng edib dəvət edərək gəlib müqaviləni imzalamasını, habelə müqavilənin bir nüsxəsinin onda, bir nüsxəsinin isə şirkətdə qalacağını demişdir. Cənnətlə birinci dəfə necə əlaqə saxlayaraq tanış olduğunu dəqiq olaraq xatırlamır. O, yekun müqaviləni 19 iyun 2023-cü il tarixdə tərtib etmiş, həmin müqavilə "xxxx" MMC-nin direktoru Zərərçəkmiş şəxs tərəfindən şəxsən imzalanmaqla möhürlənmiş, Cənnət isə onun iştirakı olmadan klinikaya gələrək müqavilənin hər səhifəsini imzalamışdır. Müqaviləni tərtib etməzdən əvvəl Təqsirləndirilən şəxsla əlaqə saxlayaraq klinikaya bir il ərzində borcunu ödəməsi barədə müqavilə bağladıqlarını bildirərək həmin borcunu ödəməsini təklif etmiş, aralarındakı danışığa əsasən yeni müqavilə bağlamaqla ayda 10000 manat olmaqla borcunu 6 aya ödəməyi razılaşdırmışlar. O bu barədə müqaviləni tərtib etmişdir. Müqavilə imzalandıqdan sonra Cənnətdən borcunu hansı aydan ödəyəcəyi ilə maraqlandıqda sonuncu iyul ayından etibarən ödəniş edəcəyini bildirmiş, lakin sentyabr ayına qədər gözləsələr də Cənnət hər hansı ödəniş etməmişdir. Sentyabrda şirkətdə ondan ödənişin hansı səbəbdən edilməməsi ilə maraqlanmağı tələb edilmişdir. Təqsirləndirilən şəxs o, şirkətdə işləməyə başlamazdan əvvəl ümumilikdə 7.500 manat ödəniş etmiş, həmin ödəniş kassaya mədaxil edilmişdir. Avadanlıqlar Zərərçəkmiş şəxs şəxsi mülkiyyəti olmuş, sadəcə "xxxx" MMC şirkətindən götürüldüyü üçün müqavilə şirkətin adından hazırlanmışdır. Onların sonradan 19 iyul tarixində müqavilə tərtib etməkdə məqsədi Təqsirləndirilən şəxs onlardan avadanlıq almaqla borclu olmasını təsdiq etmək olmuşdur. Müqavilədəki möhür Zərərçəkmiş şəxs özü tərəfindən şəxsən vurulmuş, həmin müqaviləni özü tərtib etmiş, müqavilə bağlanarkən avadanlıqlar artıq götürülmüş, polisə şikayətini etibarnamə əsasında etmişdir. Cənnət iyul ayında ödəniş edəcəyini demiş, lakin heç bir ödəniş etməmişdir. "xxxx" MMC-də işə başladıqdan sonra şirkətin debitor-kreditor borclarını hesablayarkən Təqsirləndirilən şəxs borcunun olmasını görüb sonuncu ilə mobil telefonla danışmışdır. Lakin ilk dəfə Təqsirləndirilən şəxsla özünün, yoxsa sonuncunun onunla əlaqə saxladığını və hansı şəkildə tanış olduqlarını dəqiq xatırlamır. Təqsirləndirilən şəxs satılmış avadanlıqlar Zərərçəkmiş şəxs tərəfindən şəxsən sifariş verilmiş, həmin avadanlıqların ölkəyə gətirilməsinə dair sənədlər onları gətirən şirkətdə saxlanılır. O, klinikanın mühasibi olduğundan Cənnət Məhərərmovla alqı-satqı aparılmasına dair sənədlərin olmasını müəyyən etmişdir.

10. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, o, 1 noyabr 2022-ci ildən isə “X19” MMC-nin direktoru vəzifəsində işləyir. Təqsirləndirilən şəxs 2015-ci ildən Sumqayıt şəhərində yerləşən "xxxx" MMC-nin satış meneceri kimi tanımış, ondan stomatoloji materiallar alıb işlətmiş və onunla münasibəti də bu yolla yaranmışdır. O, “X19” MMC-nin direktoru vəzifəsində işləməklə yanaşı, özü də xəstələrin müayinə və müalicəsini aparmışdır. 2023-cü ilin iyun ayında Təqsirləndirilən şəxs onun iş yerinə gələrək iki ədəd stomatoloji kürsü satdığını və həmin kürsüləri Natəvan adlı həkimdən alıb-satdığını ona bildirmişdir. Həmin ərəfələrdə ona iki ədəd stomatoloji kürsü lazım olduğu üçün o, Təqsirləndirilən şəxs kürsülərin markalarını soruşmuş, Cənnət də ona 3500 manata satdığı bir ədəd kürsünün "xxxx" şirkətinin istehsalı olduğunu, digər kürsünün isə “Planmeca" şirkətinin istehsalı olduğunu və həmin kürsünü 30.000 manata satdığını ona bildirmişdir. O, "xxxx" şirkətinin istehsalı olan bir ədəd kürsünü 3500 manata almağa razılıq versə də, digər “Planmeca” şirkətinin istehsalı olan kürsünü 30.000 manata baha satdığını Cənnətə bildirmiş, bundan sonra onların söhbətləri yarımçıq qalmışdır. Təxminən 2-3 gün sonra Cənnət 3500 manat dəyərində olan "xxxx" şirkətinin istehsalı olan bir ədəd kürsünü onun iş yerinə gətirib quraşdırmış və o, Cənnətə əlbəəl 3500 manat pul vermişdir. Bundan təxminən bir neçə gün sonra Cənnət istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi ilə onun istifadəsində olan 055-858-80- 88 saylı mobil nömrəyə zəng vuraraq “Planmeca” şirkətinin istehsalı olan kürsünün qiymətində endirim etdiyini ona bildirmiş və həmin kürsünü ona 20.000 manata sata biləcəyini təklif etmişdir. O da Cənnətin təklifi ilə razılaşıb onu klinikaya dəvət etmişdir. Cənnət tanımadığı ustalarla işlədiyi “X19” klinikasına gəlmiş və həmin kürsünü onun otağında quraşdırmışdır. Söhbət zamanı o, Cənnətə özündə olan bir ədəd kürsünü 5000 manata satdığını bildirmiş, Cənnət də həmin kürsüyə baxıb 5000 manat verə biləcəyini ona bildirmiş və ondan nağd şəkildə 15000 manat pul almış və bir ədəd 5000 manat dəyərində olan kürsünü də özü ilə götürüb aparmışdır. Həmin ərəfələrdə universitetdən olan tanışı Şahid1 ona zəng vuraraq Cənnət adlı şəxsi tanıyıb-tanımadığını ondan xəbər almış, o da Cənnəti tanıdığını və ondan iki ədəd kürsünü aldığını bildirmişdir. Bəhruz da Cənnətdən bir ədəd skayner, kompyuter və printer aparatı almaq fikrinin olduğunu ona bildirdikdə o, Bəhruza xeyir-dua vermişdir. Bir müddət sonra Cənnətdən aldığı kürsüdə problem meydana gəlmiş və o, Cənnətə bu barədə məlumat verdikdə Cənnət ustalarla gəlib həmin aparatı təmir etdirmişdir.

11. Verilən suallara cavab olara Şahid4 ifadəsinə əlavə edərək göstərdi ki, o, Təqsirləndirilən şəxs təxminən 9-10 ildir tanıyır, sonuncudan müxtəlif vaxtlarda bazardan daha ucuz qiymətə təxminən 8-10 dəfə müxtəlif tibbi avadanlıqlar alıb istifadə etmiş, həmin avadanlıqlarla bağlı hər hansı problem olmamışdır. Sonuncu dəfə Cənnət ona stomatoloji kürsü avadanlığı olduğunu bildirərək satmağı təklif etmiş, o da Cənnətlə razılaşıb həmin kürsüləri 3.500 manata almış, həmin avadanlıq tam sökülmüş vəziyyətdə olduğundan onu aldıqdan sonra üzərində təxminən 1000-1500 manat məbləğində xərc çəkilməklə quraşdırma işləri aparılmışdır. Həmin gündən təxminən 2 həftə sonra, yəni 2023-cü ilin yay aylarının əvvəllərində Cənnət ona “Planmeca” markalı avadanlıq təklif etmiş, həmin avadanlığın qiymətini 20.000 manata razılaşdırmaqla ona ümumilikdə 15.000 manat pul və 5.000 manata razılaşdıqları köhnə stomatoloji kürsünü verməyə razılaşmışdır. Bir müddət sonra Cənnətdən aldığı həmin avadanlıqlar tam sökülmüş vəziyyətdə ona təhvil verilmiş, quraşdırdıqdan sonra avadanlıqlarda müəyyən nasazlıqlar çıxmış, yəni hava püskürdən qurğu olmadığından əlavə olaraq usta çağırıb 1.000 manata quraşdırmanı həyata keçirmişlər. “Planmeca” avadanlığının yenisinin qiyməti təxminən 33000 manatdır. Sonradan həmin avadanlıqlar polislər tərəfindən 2024-cü ilin mart ayının 29-da maddi sübut olduğundan ondan götürülmüşdür. Cənnətdən aldığı avadanlıqların bazar qiyməti ilə maraqlandıqda həmin cihazların müəyyən müddət işlənmiş olması nəzərə alınmaqla uyğun olması ilə əlaqədar almışdır. Nasazlığı özünün hesabına düzəltdiyindən Cənnətə verməli olduğu məbləğdən 1000 (bir min) manat çıxmışdır. Belə ki, o, Cənnətə 14000 (on dörd min) manat məbləğində pul, 5000 manat dəyərində isə özünə məxsus avadanlığı vermişdir. Avadanlığın təmirinə isə özünün 1000 manat xərci çıxdığı üçün həmin məbləği Cənnətə verməli olduğu ümumi məbləğdən çıxmışdır.

12. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid1 ölkə hüdudlarından kənarda olduğundan onun ifadəsi tərəflərin vəsatəti ilə elan olunaraq tədqiq edilmiş və o həmin ifadəsində göstərmişdir ki, o, 2016-cı ildən Gəncə şəhərində yerləşən X1 həkim stomatoloq kimi işləyir. 2023-cü ilin iyun ayında işlədiyi xəstəxanaya öz vəsaiti hesabına işlənmiş vəziyyətdə olan 1(bir) ədəd skayner, 1(bir) ədəd printer və 1(bir) ədəd kompyuter almaq istəmiş və tanış stomatoloqlara bu barədə məlumat vermiş, həmin ərəfələrdə onun istifadəsində olan 055 ***-**-** saylı mobil nömrəyə tanımadığı nömrədən zəng gəlmiş və zəng vuran şəxs ona telefonda özünü stomatoloji avadanlıqların satışı ilə məşğul olan şəxs kimi təqdim etmiş və adının Cənnət olduğunu bildirmişdir. Cənnət adlı şəxs telefonda ona 1(bir) ədəd skayner almaq istəməsi barədə məlumat aldığını bildirdikdə o da skayner almaq fikrinin olduğunu bildirmişdir. Həmin vaxt Cənnət ona Bakı şəhərində bir klinikanın bağlanmasını və orada olan bütün tibbi avadanlıqların satışa çıxarılmasını və əlində işlənmiş bəzi tibbi avadanlıqlar olduğunu ona bildirmiş və “whatsapp” vasitəsi ilə istədiyi cihazların şəkillərini, daha sonra isə cihazların qiymətini ona göndərmişdir. O da aparatların qiymətini öyrənmək üçün “Vitaston” şirkəti ilə əlaqə saxlamış və qiymətləri öyrəndikdən sonra 1 ədəd skayner, 1 ədəd printer və 1 ədəd kompyuterə 21.000 manat verəcəyini Cənnətə bildirmiş, Cənnət də onun təklifi ilə razılaşmışdır. Bu söhbətdən bir neçə gün sonra Cənnət öz tanışı Əli adlı şəxsi onun işlədiyi Gəncə şəhərində yerləşən "xxxx" MMC-də (X4) şəxsi iş otağına göndərmiş, o da Cənnətin göndərdiyi şəxsə ilkin olaraq 15.000 manat pul vermiş, pul verdikdən bir neçə gün sonra tanımadığı taksi vasitəsi ilə Cənnət istədiyi 2019-cu ilin buraxılışı olan 1 ədəd “Planmeca Emerald” skayneri, 2019-cu ilin buraxılışı olan “X12 3 D” markalı 1 ədəd printeri və 2019-cu ilin buraxılış olan “Dell” markalı “Precision 7530” modelli 1 ədəd noutbuku (**********8) ona göndərmişdir. Bu zaman o, kompyuterin işləmədiyini görmüş və kompyuteri Bakı şəhərinə təmirə göndərmiş və kompyuterin parametrlərini təmir etdirib geri qaytarmışdır. Onun təmirə 1000 manat xərci çıxmışdır. Bir neçə gün sonra isə Cənnət onun işlədiyi kilinikaya başqa bir şəxs, yəni Məhərrəm adlı şəxsi göndərmiş və yerdə qalan 6000 manat pulu Məhərrəm adlı şəxsə verməyini ona bildirmiş, o da 6000 manat pulu öz iş otağında Cənnətin göndərdiyi Məhərrəm adlı şəxsə vermişdir. Nəhayət o, adları qeyd olunan aparatlara ümumilikdə 21000 manat pul vermiş, təmirə isə 1000 manat xərci çıxmışdır. O həmin aparatların sənədlərini və qarantiyasını Cənnətdən tələb etdikdə sonuncu aparatların zəmanət talonunu ona göndərəcəyini bildirmiş, lakin sonradan göndərməmişdir. O, həmçinin Təqsirləndirilən şəxsla arasında olan “whatsapp” yazışmalarını istintaq orqanına təqdim etmişdir (Cild 1, iş vərəqi (bundan sonra mətndə - i.v.) i.v.130-132;).

13. İbtidai istintaq orqanı iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, cinayət işi materiallarında olan aşağıdakı ekspert rəyini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi təqdim etmişdir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

14. “Cinayət işinin başlanması və icraata götürülməsi barədə” 25 yanvar 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin istintaqı şöbəsinin (bundan sonra mətndə-BİTİACİŞ) xüsusilə mühüm işlər üzrə baş müstəntiqi, polis polkovnik-leytenantı X6 tərəfindən Şahid2 müraciəti əsasında Zərərçəkmiş şəxs rəhbərlik etdiyi "xxxx" MMC ilə bağlanmış müqavilə əsasında Zərərçəkmiş şəxs 62000 manat dəyərində əmlakını ələ keçirməsi faktına görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata götürülərək istintaq edilmişdir (Cild 1, i.v 1;).

15. "xxxx" MMC-nin mühasibi vəzifəsində işləyən Şahid2 22 sentyabr 2023-cü il tarixli müvafiq qaydada qeydə alınmış ərizəsindən görünür ki, Şahid2 Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs "xxxx" MMC-yə məxsus 62000 manat dəyərində stomatoloji və kosmetoloji avadanlıqları 2023-cü ilin aprel ayında götürərək aybaay ödənişləri etməsinin sözünü verməsinə baxmayaraq, ödənişləri etmədiyindən həmin pulun alınıb qaytarılmasına köməklik edilməsini xahiş etmişdir (Cild 1, i.v. 3;).

16. "xxxx" MMC-nin direktoru Zərərçəkmiş şəxs tərəfindən imzalanmaqla həmin müəssisənin dairəvi möhürü ilə təsdiqlənmiş etibarnamədən görünür ki, cəmiyyətin adından müvafiq hərəkətlərin edilməsinə dair Şahid2 31 dekabr 2024-cü il tarixədək qüvvədə olan etibarnamə verilmişdir (Cild 1, i.v.4;).

17. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 1 oktyabr 2023-cü il tarixli və “Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın ləğv edilməsi haqqında” 20 dekabr 2023-cü il tarixli qərarlardan və müvafiq məktublardan görünür ki, Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis polkovnik-leytenantı X7 tərəfindən Şahid2 olunun müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, həmin qərar Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq şöbəsinin rəisi, polis mayoru Elvin Nəsibovun vəsatəti əsasında Bakı şəhəri Yasamal rayon prokuroru tərəfindən ləğv edilərək material üzrə əlavə araşdırma aparılması üçün Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq şöbəsinə göndərilmiş, material 21 dekabr 2023-cü il tarixdə Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq şöbəsinə daxil olmuş, hər hansı araşdırma aparılmadan 28 dekabr 2023-cü il tarixdə material öyrənilməsi üçün BİTİACİŞ-yə göndərilmiş və 30 dekabr 2023-cü il tarixdə həmin quruma daxil olmuşdur (Cild 1, i.v.9-19;).

18. "xxxx" MMC-nin nizamnaməsindən görünür ki, Zərərçəkmiş şəxs həmin cəmiyyətin 100% pul şəklində olan paylarına sahib olan təsisçisidir və həmin nizamnaməyə əsasən cəmiyyətin fəaliyyətinə cari rəhbərliyin cəmiyyətin təkbaşına icra orqanı olan direktor tərəfindən həyata keçirilməsi müəyyən edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş 25 iyul 2023-cü il tarixli çıxarışa əsasən Zərərçəkmiş şəxs həmçinin "xxxx" MMC-nin qanuni təmsilçi funksiyalarına malik olan direktorudur (Cild 1, i.v. 30-36;).

19. 5 iyun 2023-cü il tarixli, 0506/23 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, həmin tarixdə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qeydə alınmış və nizamnamə əsasında fəaliyyət göstərən "xxxx" MMC, direktor Zərərçəkmiş şəxs şəxsində (satıcı) və digər tərəfdən Təqsirləndirilən şəxs (alıcı) arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci maddəsində (Maddə 1. Müqavilənin predmeti) göstərilmişdir ki, müqaviləyə əsasən satıcı alıcıya stomatoloji avadanlıqlar – 4 ədəd stomatoloji kreslo və 1 ədəd “Planmeca” stomatoloji aparatı (müqavilədə bundan sonra “Mal”) satır, alıcı isə həmin malı qəbul edir və müqavilə ilə razılaşdırılmış malın dəyərini satıcıya ödəyir. Malın ümumi qiyməti 33000 (otuz üç min) manat təşkil edir. Həmin müqavilə satıcı qismində direktor Zərərçəkmiş şəxs və alıcı qismində Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır (Cild 2, i.v.12-14;).

20. 19 iyun 2023-cü il tarixli, 0506/23 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, həmin tarixdə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qeydə alınmış və nizamnamə əsasında fəaliyyət göstərən "xxxx" MMC, direktor Zərərçəkmiş şəxs şəxsində (satıcı) və digər tərəfdən Təqsirləndirilən şəxs (alıcı) arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci maddəsində (Maddə 1. Müqavilənin predmeti) göstərilmişdir ki, müqaviləyə əsasən satıcı alıcıya stomatoloji avadanlıqlar – 1 ədəd “Planmeca” skayner, 1 ədəd printer, 1 ədəd kompyuter, 1 ədəd “Planmeca”, 2 ədəd kosmetoloji kreslo və 4 ədəd stomatoloji kreslo (müqavilədə bundan sonra “Mal”) satır, alıcı isə həmin malı qəbul edir və müqavilə ilə razılaşdırılmış malın dəyərini satıcıya ödəyir. Malın ümumi qiyməti 18000 (on səkkiz min) avro və 36000 (otuz altı min) manat, ümumilikdə 69500 (altmış doqquz min beş yüz) manat təşkil edir. Həmin müqavilə satıcı qismində direktor Zərərçəkmiş şəxs və alıcı qismində Təqsirləndirilən şəxs tərəfindən imzalanmış, habelə birinci tərəfindən "xxxx" MMC-nin dairəvi möhürü vurulmaqla təsdiq edilmişdir (Cild 1, i.v. 37-39; Cild 2, i.v. 15-17;).

21. “Zərərçəkmiş şəxs qismində tanımaq haqqında” 27 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs həmin tarixli ərizəsi əsasında sonuncu fiziki şəxs kimi cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (Cild 1, i.v. 72;).

22. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X11 BİTİACİŞ-yə ünvanlandığı 10 fevral 2024-cü il tarixli ərizə və həmin ərizəyə əlavə olunmuş orderdən görünür ki, F.Q.Quliyev Təqsirləndirilən şəxs nümayəndəsi qismində cinayət prosesinə buraxılmasını xahiş etmiş, qeyd edilən ərizə 12 fevral 2024-cü il tarixdə müvafiq qaydada qeydə alınmış, lakin həmin müraciətlə bağlı hər hansı prosessual hərəkətlər edilməmişdir (Cild 1, i.v. 124-125;)

23. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 13 fevral 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair qərar qəbul edilmiş və həmin ittiham ona müdafiəçisi F.Q.Quliyevin iştirakı ilə 18 mart 2024-cü il tarixdə elan edilmişdir (Cild 1, i.v. 133-134;).

24. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsi tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin 15 fevral 2024-cü il tarixli cavabından və müvafiq hökmlərdən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər hərbi xidmət və sağlamlıq əleyhinə olan cinayət əməllərinə görə məhkum olunmuşdur (Cild 1, i.v. 140;).

25. “Şəxsin barəsində axtarış elan edilməsi və tutulması barədə” 13 fevral 2024-cü il tarixli və “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” 24 fevral 2024-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs olduğu yerin müəyyən edilərək ona ittihamın elan edilməsi mümkün olmadığından barəsində 13 fevral 2024-cü il tarixdə axtarış elan edilməsinə dair qərar qəbul edilmiş və 24 fevral 2024-cü il tarixdə isə iş üzrə icraat Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 53.1.3-cü maddəsinin tələbinə əsasən dayandırılmışdır(Cild 1, i.v. 135;151;).

26. X10 30 yanvar 2024-cü il tarixli vəsatəti əsasında ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror 26 fevral 2024-cü il tarixdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək Təqsirləndirilən şəxs adına və istifadəsində olan mobil telefon məlumatlarının müvafiq mobil telefon operatorlarından götürülməsinə dair təqdimat vermiş və həmin vəsatət və təqdimata Bakı şəhəri Səbail Rayon Məhkəməsində 12 mart 2024-cü il tarixdə baxılaraq müvafiq qərar qəbul edilmişdir (Cild 1, i.v. 90; 153-154;163- 164;).

27. X10 24 fevral 2024-cü il tarixli vəsatəti əsasında ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror 9 mart 2024-cü il tarixdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs məxus olmaqla Şahid1 və X8 iş otaqlarında saxlanılan müvafiq əmlakların üzərinə həbs qoyulmasına dair təqdimat vermiş və həmin vəsatət və təqdimata Bakı şəhəri Səbail Rayon Məhkəməsində 12 mart 2024-cü il tarixdə baxılaraq cinayət işi üzrə ibtidai istintaq aparıldığı dövr üçün müvafiq qərar qəbul edilmişdir (Cild 1, i.v. 149-150; 155-156;165- 166;).

28. “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” 16 mart 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnməklə istintaqı davam etdirilmişdir (Cild 1, i.v. 167;).

29. “Əmlak üzərinə həbs qoyulması haqqında” müvafiq olaraq 16 mart 2024 və 18 mart 2024-cü il tarixli protokollar və fotocədvəllərdən görünür ki, Şahid1 və Şahid4 istifadəsində olan 2019-cu ilin buraxılışı olan 1(bir) ədəd “Planmeca Emerald” skayner, 2019-cu ilin buraxılışı olan 1(bir) ədəd “X12 3 D” printer, 2019-cu ilin buraxılışı olan 1(bir) ədəd “Dell” markalı “Precision 7530” modelli notebook (**********8), 2020-ci ilin buraxılışı olan 1(bir) ədəd “Planmeca” markalı ******* kodlu stomotoloji kreslo, 2013-cü ilin buraxılışı olan 1(bir) ədəd "xxxx" markalı stomatoloji kreslo müstəntiq Osman Məmmədov tərəfindən götürülmüşdür (Cild 1, i.v.168-181;)

30. “Axtarışda olan şəxsin tutulması haqqında” 18 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 16:00 radələrində Yasamal rayonu, Qələbə dairəsinin qarşısında saxlanılaraq Səbail RPİ-nin müvəqqəti saxlama yerinə təhvil verilmişdir (Cild 1, i.v. 182-183;).

31. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 19 mart 2024-cü il tarixli, 4(009)-139/2024 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 18 mart 2024-cü il tarixdən hesablanmaqla 3(üç) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (Cild 1, i.v. 213-216;).

32. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 aprel 2024-cü il tarixli, 4(103)-306/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 19 mart 2024-cü il tarixli, 4(009)-139/2024 saylı qərarı və barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilmişdir. Həmin qərarın 6-cı səhifəsinin 2-ci abzasında göstərilmişdir ki, “Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilərkən qeyd edilmiş prosessual əsaslar,....apellyasiya icraatı zamanı öz təsdiqini tapmamışdır. Göründüyü kimi, məhkəmə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilərkən sadalanmış prosessual “əsasların” nə dərəcə real və əsaslı olmasını aydınlaşdırmadığından təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilməsinə və ya həbsdə saxlanılmasına zərurət olması barədə formal mülahizələr əsasında qərar qəbul etmişdir.” Eyni zamanda həmin qərarın 8-ci səhifəsinin 3-8-ci abzaslarında göstərilmişdir ki, “Məhkəmə kollegiyası tərəfindən Təqsirləndirilən şəxs elan olunmuş ittihamla bağlı maddi əsaslar, habelə təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında mövcud olmuş münasibətlər üzrə hazırda apellyasiya baxışı zamanı diqqətçəkən məqamlar müəyyən edilmişdir.....Məhkəmə kollegiyası nəzərə çatdırır ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında müxtəlif zaman kəsiyində rəsmi və ya qeyri-rəsmi formada avadanlıqların alqı-satqısı ilə bağlı münasibətlərin mövcudluğu təqsirləndirilən şəxs tərəfindən pul məbləğlərinin dələduzluq niyyəti ilə ələ keçirilməsini şübhə altına qoyur. Məhkəmə kollegiyası təqsirsizlik prezumpsiyasına riayət etməklə qeyd edir ki, göründüyü kimi, cinayət işinin hazırkı mərhələsində ittihamda göstərilən pul məbləğlərinin dələduzluqla ələ keçirilən əmlak kütləsinə daxil olub-olmaması, dələduzluğun predmeti olub-olmaması müəyyənləşdirilməmiş və əlavə zəruri istintaq hərəkətlərinin aparılması tələb olunur. Başa sözlə, istintaq orqanının əldə etdiyi həmin məlumat mötəbər deyildir, bununla bağlı “ağlabatan” sübutlar təqdim edilməmişdir.” Həmçinin həmin qərarında 9-cu səhifəsinin sonuncu abzasında göstərilmişdir ki, “Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılması üçün prosessual əsaslar hazırkı vəziyyətdə ümumiyyətlə mövcud olmadığından, maddi əsasların isə cinayət işinin hazırkı mərhələsində tutarlı olduğunu düşünmək üçün əsaslar olmadığından onun həbsdə saxlanılması Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə və Avropa Məhkəməsinin presedentlərinə ziddir...”(Cild 1, i.v. 231-243;).

33. “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 2 aprel 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə müstəntiq tərəfindən Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir (Cild 1, i.v. 247-248;).

34. “Məhkəmə-əmtəəşünaslıq” ekspertizasının 19 aprel 2024-cü il tarixli 9/2310 nömrəli rəyindən görünür ki, 2023-cü ilin iyun ayına olan orta bazar qiyməti ilə 2019-cu ilin buraxılışı olan bir ədəd “Planmeca Emerald” markalanma göstəriciləri olan skaynerin qiyməti 19.000 manat, 2019-cu ilin buraxılışı olan 1 (bir) ədəd “X12 3D” markalanma göstəriciləri olan printerin qiyməti 1.200 manat, 2019-cu ilin buraxılışı olan 1 (bir) ədəd “Dell” markalı “Precision 7530” modelli notebookun (**********8) qiyməti 600 manat, 2020ci ilin buraxılışı olan 1 (bir) ədəd “Planmeca” markalı ******* kodlu stomotoloji kreslonun qiyməti 20.000 manat, 2013-cü ilin buraxılışı olan 1 (bir) ədəd "xxxx" markalı stomatoloji kreslonun qiyməti 4.000 manat, 3 (üç) ədədinin qiyməti isə 12.000 manat, “8500 lonto “Kosmetik-Liege” markalı 1 (bir) ədəd kosmetoloji kreslonun qiyməti 1.500 manat, 2 (iki) ədədinin qiyməti isə 3.000 manat, adları qeyd olunan əmlakların ümumi dəyəri isə təxminən 55800,00 manatdır. Aparılmış tədqiqatın dəyərinin 50 (əlli) manat olması müəyyən edilmişdir (Cild 2, i.v. 26-30;)

35. “Üzləşdirmə” 13 may 2024-cü il tarixli protokoldan görünür ki, şahid qismində dindirilmiş Şahid5 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, Şahid5 üzləşmə zamanı Təqsirləndirilən şəxs 2023-cü ilin may-iyun ayından işlədiyi şirkətə gələrkən görüb tanıdığını, 2023-cü ilin may ayının sonları iyun ayının əvvəlləri Təqsirləndirilən şəxs işlədiyi "xxxx" MMC şirkətinə gələrək şirkət tərəfindən satışa çıxarılan 4 ədəd stomatoloji kreslonu, 1 ədəd “Planmeca” markalı tibbi avadanlığı, 1 ədəd printeri və 1 ədəd noutbuku şirkətdən nisyə şəkildə götürərək hissə-hissə olmaqla şirkətə 7500 manat pul ödədiyini, 5 iyun 2023-cü ildə bir dəfə qəbz yazaraq və bir dəfə də həmin tarixdə Natəvan xanımla müqavilə bağladığını, “Planmeca” markalı stomatoloji kreslonu və iki ədəd kosmetoloji kreslonu işlək vəziyyətdə şirkətdən söküb ona verdiklərini, printer işlənməmiş vəziyyətdə, yəni təzə şəkildə ona təhvil verildiyini, digər avadanlıqları isə şirkətdə işləyən Ramalın ona verdiyini, Təqsirləndirilən şəxs yalnız bir dəfə “Planmeca” aparatında “asos” olmadığını, bundan başqa skaynerdə proqram olmadığını ona bildirdiyini, digər aparatların hər hansı birinin işləməməsi barədə ona məlumat vermədiyini, daha sonra isə özünün işdən çıxdığını, şirkətlə Təqsirləndirilən şəxs arasında olanlardan xəbərinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs Şahid5 dediklərini təsdiq edərək, əlavə olaraq şirkətdən aldığı aparatlarda sonradan problem çıxdığını və həmin vaxt Könüllə əlaqə saxlamağa cəhd göstərsə də sonuncuya zəng çatmadığını bildirmişdir (Cild 2, i.v. 42-43;).

36. “Sübutların qiymətləndirilməsi haqqında” 13 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yenidən ittiham elan olunarkən ekspert rəyində göstərilən 55800 manat deyil, Zərərçəkmiş şəxs göstərdiyi 62000 manat qiymətin əsas götürülməsi qərara alınmışdır (Cild 2, i.v.45-58;).

37. “Maddi sübut kimi tanınma haqqında” 13 may 2024-cü il tarixli qərardan və müvafiq iltizamdan görünür ki, 2019-cu ilin buraxılışı olan 1 (bir) ədəd “Planmeca Emerald” skayner, 2019-cu ilin buraxılışı olan 1 (bir) ədəd “X12 3 D” printer, 2019-cu ilin buraxılışı olan 1 (bir) ədəd “Dell” markalı “Precision 7530” modelli notebook (**********8), 2020-ci ilin buraxılışı olan 1 (bir) ədəd “Planmeca” markalı ******* kodlu stomotoloji kreslo, 2013-cü ilin buraxılışı olan 1 (bir) ədəd "xxxx" markalı stomatoloji kreslo, həmçinin Təqsirləndirilən şəxs 5 iyun 2023-cü il tarixdə kosmetoloji kresloları "xxxx" MMC-dən götürməsi barədə əlyazma, 5 iyun 2023-cü il tarixdə "xxxx" MMC ilə Təqsirləndirilən şəxs arasında olan 0506/23 saylı alqı-satqı müqaviləsi və 19 iyun 2023-cü il tarixdə "xxxx" MMC ilə Təqsirləndirilən şəxs arasında olan 0506/23 saylı alqı-satqı müqaviləsi iş üzrə maddi sübut kimi tanınmış və üzərinə həbs qoyulmuş 2019-cu ilin buraxılışı olan 1 (bir) ədəd “Planmeca Emerald” skayner, 2019-cu ilin buraxılışı olan 1 (bir) ədəd “X12 3 D” printer, 2019-cu ilin buraxılışı olan 1 (bir) ədəd “Dell” markalı “Precision 7530” modelli noutbuk (**********8), 2020-ci ilin buraxılışı olan 1 (bir) ədəd “Planmeca” markalı ******* kodlu stomatoloji kreslo, 2013-cü ilin buraxılışı olan 1 (bir) ədəd "xxxx" markalı stomatoloji kreslolar saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilmişdir (Cild 2, i.v. 59-60;).

38. “Təqsirləndirilən şəxsi yenidən cəlb etmə haqqında” 14 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə yenidən təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri nəzərə alınmışdır (Cild 2, i.v. 64-66;)

39. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq O.M.Məmmədov tərəfindən 7 iyun 2024-cü il tarixdə tərtib edilmiş ittiham aktından görünür ki, həmin ittiham aktı 11 iyun 2024-cü il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayət Məhkəməsinə göndərilmişdir (Cild 2, i.v.87-100;).

40. Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 iyul 2024-cü il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkəməyə verilməklə ********* nömrəli cinayət işi məhkəmə baxışına təyin edilmişdir (Cild 3;).

Təqsirləndirilən şəxsin müdafiəsi üçün müdafiə tərəfinin irəli sürdüyü sübutlar aşağıdakılardır:

41. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, 2015-ci ildən Sumqayıt şəhərində yerləşən "xxxx" şirkətini təsis etmiş, şirkətin əsas fəaliyyəti stomatoloji avadanlıqların alış və satışını həyata keçirmək olmuşdur. O, 2023-cü ilin may-iyun aylarında "xxxx" MMC şirkətinin nümayəndəsi Şahid5 69.500 manat dəyərində tibbi avadanlıq, yəni 2019-cu ilin buraxılışı olan 1(bir) ədəd “Planmeca Emerald” skaynerə, 2019-cu ilin buraxılışı olan “X12 3D” markalı 1 (bir) ədəd printerə, 2019-cu ilin buraxılışı olan “Dell” markalı “Precision 7530” modelli 1 (bir) ədəd “notebooka” (**********8), 2020-ci ilin istehsalı olan 1(bir) ədəd “Planmeca” markalı ******* nömrəli stomotoloji kresloya, 2013-cü ilin buraxılışı olan "xxxx" markalı 3(üç) ədəd stomatoloji kresloya və 2 (iki) ədəd “8500 lonto Kosmetik-Liege” markalı kosmetoloji kresloya hissəhissə olmaqla 7500 manat ödəməklə həmin avadanlıqları şirkətdən götürmüşdür. Həmin avadanlıqların alqı-satqısı ilə bağlı şirkətin direktoru Zərərçəkmiş şəxs ilə onun arasında müqavilə bağlanmışdır. O, qeyd olunan tibbi avadanlıqları aldıqdan sonra tibbi avadanlıqlarda problemlər aşkarlamış və bu barədə "xxxx" MMC şirkətinin nümayəndəsi Şahid5 məlumat vermişdir. Lakin Şahid5 onun avadanlıqlardakı nasazlıqların aradan qaldırılması ilə bağlı çağırışlarına məhəl qoymamışdır. O da məcbur qalıb öz vəsaiti hesabına, yəni özündən ümumilikdə 12500 manat vəsait sərf edərək aparatları təmir etdirmişdir. O, aparatları təmir etdirdikdən sonra "xxxx" MMC şirkətindən almış olduğu 2019-cu ilin buraxılışı olan 1 (bir) ədəd “Planmeca Emerald” skayneri, 2019-cu ilin buraxılışı olan “X12 3D” markalı 1 (bir) ədəd printeri, 2019-cu ilin buraxılış olan “Dell” markalı “Precision 7530” modelli 1 (bir) ədəd “notebooku” (**********8) 21.000 manata X1 işləyən Şahid1, 2013-cü ilin buraxılışı olan 1 (bir) ədəd "xxxx" markalı stomatoloji kreslonu 3500 manata, 2020-ci ilin istehsalı olan 1 (bir) ədəd “Planmeca” markalı ******* nömrəli stomotoloji kreslonu isə 15.000 manata “X19” MMC-nin direktoru Şahid4, 2013-cü ilin buraxılışı olan 2 (iki) ədəd "xxxx" markalı stomatoloji kreslonu isə “Lalafo” saytında tanımadığı şəxsə 1.500 manata, 2 (iki) ədəd “8500 lonto Kosmetik-Liege” markalı kosmetoloji kreslonu isə “Lalafo” saytında tanımadığı şəxsə xatırlamadığı qiymətə satmışdır.

42. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsinə əlavə edərək göstərdi ki, , o, Zərərçəkmiş şəxs 2020-ci ildən əvvəl tanısa da, aralarında şəxsi tanışlıq olmamışdır. Belə ki, Zərərçəkmiş şəxs olan avadanlıqlar “Ege Hospital” klinikasının arxasında yerləşən ofisdə saxlanılmış, avadanlıqlara baxmaq üçün həmin ofisə getdikdə avadanlıqların satışa qoyulduğunu görmüşdür. Müharibədən sonra klinikalara gedərkən orada Şahid5 ilə tanış olmuş, sonuncu avadanlıqların satılması barədə ona demiş, avadanlıqların qiyməti barədə ilkin olaraq 69.000 manata razılaşmamış, onlar arasında 3 ayrı müqavilə bağlanmışdır. Müharibə vaxtı 58.000 avro dəyərində özünə məxsus malları təmənnasız olaraq verdiyindən maddi imkanı zəifləmiş və yenidən məhsul sifariş vermək üçün büdcəsi az olduğundan hansısa bankdan kredit götürüb yüksək faiz ödəməkdənsə, "xxxx" MMC-dən avadanlıqları götürüb onları sataraq hissə-hissə ödəməklə qazanc əldə etməklə biznesini dirçəltmək istəmişdir. Belə ki, avadanlıqları götürərkən məqsədi öz işinə sərmayə qoymaq olmuş, aldığı pulla başqa bir avadanlıq sifariş etmiş, qazanc əldə edib hissə-hissə ödəməyi planlaşdırmışdır. "xxxx" MMC-dən aldığı cihazları 2023-cü ilin iyun ayında sataraq, əldə etdiyi pulun bir hissəsini öz biznesinə sərmayə kimi yatırmış, müxtəlif vaxtlarda Pakistandan avadanlıqlar alıb gətirmiş, gətirdiyi digər avadanlıqları da satmaqla məşğul olmuşdur. Azər və Bəhruz həkimə satdığı avadanlıqlardan bəzilərinin monitorları qırıq olmuş, avadanlıqlardakı həmin qüsurların şəklini çəkib Şahid5 da göndərmişdir. Şahid5 ilə üzləşmə zamanı sonuncu da avadanlıqlardakı nasazlıqlar barədə ona məlumat verdiyini təsdiq etmişdir. Aldığı avadanlıqlarda qüsurlar və nasazlıqlar aşkar edildikdən sonra həmin qüsur və nasazlıqların aradan qaldırılmasına sərf olunan təmir xərclərini avadanlıqların müqavilədə göstərilən qiymətindən çıxmalarını, qalan məbləği isə ödəyəcəyini bildirmişdir. Belə ki, avadanlıqlarda olan cərrahi aspirator adlı xüsusi bir qurğu həmin avadanlıqları digər oxşar avadanlıqlardan daha bahalı edir. Həkim Şahid4 satılmış avadanlıqların qiymətini 20.000 manata razılaşmış, lakin avadanlıqlarda nasazlıq aşkar olunduğu üçün 5.000 manatdan artıq məbləğdə öz vəsaiti hesabına həmin avadanlığın təmirinə xərcləmişdir. Zərərçəkmiş şəxs ilə əlaqə saxlamağa cəhd etsə də, sonuncu onun zənglərinə cavab verməmişdir. Onun aldatmaq niyyəti olsaydı cihazları aldıqdan sonra özü "xxxx" MMC-nin işçiləri ilə əlaqə saxlamazdı.

43. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsinə əlavə edərək göstərdi ki, o, uzun müddətdir tibbi məhsulların alqı-satqısı ilə məşğul olmuş, həmin məhsulların bəzilərini direktoru olduğu "xxxx" MMC-nin adından, bəzilərini isə fiziki şəxs olaraq idxal edərək satmışdır. Hətta Zərərçəkmiş şəxs da ondan cərrahi xalatlar sifariş edərək almışdır. Həmçinin Zərərçəkmiş şəxs 2020-ci ildə müharibə vaxtı yaralıların müalicəsi üçün istifadə etməsi üçün avadanlıq vermiş, həmin cihazlar təyinatı üzrə istifadə edilsə də, sonradan Zərərçəkmiş şəxs həmin cihazların ona geri qaytarılmadığını bildirmişdir. O, müqavilədə göstərilən avadanlıqları həqiqətən də götürmüş, həmin avadanlıqları götürərkən ilkin olaraq 7.500 manat ödəmiş, sonradan qalıq 62.000 manatın ödənilməsi ilə bağlı Zərərçəkmiş şəxs ilə danışıqlar aparmış, lakin sonuncu ondan polisə şikayət etdiyindən və aralarında anlaşılmazlıq yarandığından ödəməmişdir. O, ilkin olaraq 2023-cü ilin may ayının sonlarında 6.000 manat dəyərində avadanlıq götürmüş, sonradan 5 iyun 2023-cü il tarixli müqaviləni Şahid5 iştirakı ilə Zərərçəkmiş şəxs ilə deyil, "xxxx" MMC ilə bağlamış, həmin müqaviləyə əsasən isə üzərinə 1 il müddətinə ödəniş etmək öhdəliyi qoyulmuş, ilk ödənişini 4 iyunda etmişdir. 19 iyun 2023-cü il tarixli müqavilənin surəti ona verilmədiyi üçün ümumiyyətlə həmin müqaviləni imzalamdığını düşünür. Ümumiyyətlə "xxxx" MMC ilə aralarında bağlanılan heç bir müqavilənin surəti ona verilməmiş, avadanlıqların hamısı həmin MMC-yə məxsus olmuş, əvvəllər də həmin MMCdən avadanlıq almış, lakin həmin alqı-satqı proseslərindən heç biri rəsmiləşdirilməmişdir. Onun imzaladığı müqavilədə ödəniş hissə-hissə olmaqla bir il müddətində nəzərdə tutulmuşdu. Sonradan müqavilənin şərtlərinin dəyişdirilməklə ona münasibətdə ağırlaşdırılmasına baxmayaraq həmin müqavilə üzrə də öhdəliyini icra etməyə etirazı olmamış, lakin avadanlıqların təmirinə çəkdiyi xərclərin ümumi ödənişdən çıxılmasını istəsə də, razılıq əldə edilmədiyindən aralarında anlaşılmazlıq yaranmışdır. O, şəxsən Zərərçəkmiş şəxs ilə müqavilə bağlamamış, şirkət kimi "xxxx" MMC ilə müqavilə bağlamış, həmin MMC-dən müqavilələrdə qeyd edilən avadanlıqları götürmüşdür. Avadanlıqları üç dəfəyə olmaqla "xxxx" MMC-dən hissə-hissə götürmüş, müqaviləni isə sonradan bağlamışlar. İlkin olaraq “Planmeca”cihazlarını təxminən may ayının sonunda götürmüşdür. O, avadanlığı həkim Şahid4 satdıqdan sonra quraşdırma zamanı aspirator qurğusunun işləmədiyini görmüş, çəkdiyi əlavə xərclərin MMC tərəfindən qarşılanacağı təqdirdə sonuncuya qalan ödənişi ödəməyi düşünmüşdür. Onun Zərərçəkmiş şəxs ilə şəxsən tanışlığı olmamışdır. O, avadanlıqları bağ evindən götürmüş, həmin avadanlıqları təmir etdirdikdən sonra satmış, "xxxx" aparatını 3.000 manata satmışdır. Ona MMC və ya zərərçəkmiş şəxs tərəfindən avadanlıqların qaytarılması ilə bağlı hər hansı məktub gəlməmişdir. O, cərrahi aspirator qurğusunun quraşdırılmasına görə 5.000 manat vəsait xərcləmiş, “Planmeca” cihazının aspiratoru ümumiyyətlə olmamış, habelə “Planmeca” avadanlığının proqramında səhvlik olmuşdur.

44. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsinə əlavə edərək göstərdi ki, aldığı avadanlıqlar "xxxx" MMC-yə aid olmuş, əvvəllər də həmin MMC-dən avadanlıq almışdır. Müqaviləni "xxxx" MMC-nin klinikasının ofisində bağlamış, həmin MMC-dən əvvəllər alıb-satdığı avadanlıqlarla bağlı aralarında hər hansı sənədləşmə olmamış, həmin alqı-satqı həm nağd, həm də köçürmə yolu ilə olmuşdur. O, “Ege Hospitalın” arxasında Orxan adlı şəxsin işlətdiyi yerə aparıb məhsul vermiş, həmin vaxtdan da "xxxx" MMC ilə əməkdaşlıq etmişdir. O, "xxxx" MMC-dən götürdüyü sonuncu avandanlıqlarla bağlı üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdən boyun qaçırmamış, lakin həmin avadanlıqların qüsur və çatışmazlıqları ilə bağlı öz vəsaiti hesabına çəkdiyi xərclərin ümumi məbləğdən çıxılmasını istəmişdir. Avadanlıqların alqı-satqısı ilə bağlı Şahid5 ilə əlaqə saxladığından, həmin avadanlıqlardakı qüsur və nöqsanlarla bağlı videoları da çəkib sonuncuya vatsap vasitəsi ilə göndərmiş, lakin sonradan Şahid5 işdən çıxarıldığını öyrənmişdir. Avadanlıqları təmir etməmişdən əvvəl Şahid5 ilə danışmış, hətta o, sonuncuya mesaj da yazaraq çatışmazlıqlarla bağlı foto və videolar göndərmiş, həmin cihazlara müdaxilə edərək təmir etdirməyə razılıq almış, lakin sonradan Şahid5 ona hər hansı cavab gəlməmişdir. Həmin foto və videoları özünə məxsus mobil telefonla çəkmişdir. Həmin foto və videolardan da avadanlıqlarda qüsur və çatışmazlıqların olması aydın görünür. Sonradan Şahid2 ilə də özü əlaqə saxlamış, ona vəziyyəti izah etmiş, Xəyyam isə çəkdiyi xərclərin ümumi ödəniş məbləğindən çıxılacağını bildirmişdir. Lakin daha sonra Zərərçəkmiş şəxs oğlu Orxan ona zəng edərək müqavilədəki məbləği tam ödəməli olmasını bildirərək ona hədə-qorxu gələrək hər hansı güzəşt olmayacağını bildirmişdir. Buna görə də aralarında mübahisə yaranmış, 2-3 gündən sonra isə Daxili işlər nazirliyindən ona zəng edilərək barəsində cinayət işi başlanıldığı bildirilmişdir. Avadanlıqların işləməməsini, onlarda qüsur və nasazlıqların olmasını həmin avadanlıqları işə salmaq istəyərkən aşkar etmişdir. Belə ki, həkim Şahid4 avadanlığı satdıqdan sonra həmin avadanlığı quraşdıranda cihazda nasazlığın olmasını müəyyən etmişdir. Belə ki, Şahid4 verdiyi avadanlıqda aspirator olmadığına görə həmin avadanlığı nisbətən ucuz qiymətə satmış, razılıqlarına əsasən Şahid4 ona tibbi kreslo vermişdir. “Planmeca” avadanlığının aspiratoru üzərində olmadığına görə Şahid4 da ona verdiyi kreslosunda olan aspiratorunu açıb götürmüşdür. Belə ki, aspirator “Planmeca” avadanlığının içərisində olduğundan və həmin avadanlığın içərisinə baxa bilmədiyindən onun olmadığını görməmişdir. Digər avadanlıqlarda isə aspirator kənar qurğu kimi olur. Şahid4 5000 manat məbləğində kreslo almış, 14000 min manat isə hissə-hissə olmaqla nağd qaydada pul almışdır. "xxxx" MMC-dən aldığı avadanlıqların pulunu bir il ərzində ödəməyi planlaşdırmışdır. Lakin sonradan Zərərçəkmiş şəxs ilə avadanlıqlara çəkilmiş 12500 manat əlavə xərclərin ümumi məbləğdən çıxılması ilə bağlı yaranmış fikir ayrılıqları ilə bağlı razılığa gələ bilməmişlər. Təkcə cərrahi aspiratorların quraşdırımasına 5000 manat əlavə xərci çıxmışdır. “Plamenca” cihazının əsas qurğularından olan aspirator isə ümumiyyətlə olmamış və proqramında səhvlik olmuşdur. Ona "xxxx" MMC və ya Zərərçəkmiş şəxs tərəfindən avadanlıqları qaytarmaqla bağlı hər hansı rəsmi müraciət və ya məktub göndərilməmişdir. Avadanlıqların bəzilərini bağ evindən götürmüş, həmin avadanlıqları bağ evindən götürərkən orada xatırlmadığı hansısa şəxs olmuş, lakin həmin şəxsin dəqiq olaraq Şahid3 olub-olmamasını xatırlamır. Həmin avadanlıqları öz şəxsi vəsaiti hesabına təmir etdirib satmış, buna baxmayaraq, onları ucuz qiymətə deyil, bazar qiymətinə uyğun satmışdır. "xxxx" cihazlarını 3.000 manata satmışdır. Həkim Şahid1 21000 manata "xxxx" MMC-dən götürdüyü skayner, printer və kompyuteri satmışdır. "xxxx" MMC ilə olan müqavilədə həmin avadanlıqların qiyməti isə təxminən 22 min manata razılaşdırılmışdı. Müqavilədə “Planmeca” cihazı 25.000 manata nəzərdə tutulsa da, avadanlıqda qüsur və çatışmazlıq aşkar edildiyindən 20000 manata Azər həkimə satmışdır. O, heç vaxt hər hansı şəxsə yalan danışmamış, gördüyü işlə əlaqədar borcu, biznes və bank öhdəliklərinin olması biznesdə qəbul edilə bilən haldır. İfadəsinin sonunda anasının xəstə olduğunu, qardaşının ailəsinin də onun himayəsində olduğunu, anasının xəstəlikdən əziyyət çəkdiyini və iş görərək öz işinə sərmayə qoyub qazanc əldə etmək istədiyini, hazırda da üzərinə düşən öhdəliyi yerinə yetirməyə hazır olduğunu, hər hansı şəxsi aldatmaq niyyəti olmadığını bildirərək məhkəmədən ona bəraət verilməsini xahiş etdi.

45. İş materiallarına əlavə edilməklə məhkəmə iclasında tədqiq edilmiş “AZEMİS” elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatlardan, əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidmətinin Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsinə dair internet vergi idarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs "xxxx" MMC-nin direktorudur (Cild 3;).

46. Müdafiə tərəfindən Təqsirləndirilən şəxs avadanlıqların qüsur, çatışmazlıq və sair nöqsanlara dair Şahid5 məlumat verməsi, avadanlıqların təmir edilməsinə dair foto və videogörüntülərin olduğu disklər məhkəməyə təqdim edilərək həmin disklərdəki videogörüntülərin məhkəmə iclasında tədqiq edilməsi xahiş edilmişdir. Həmin disklərdəki videogörüntülər məhkəmə iclas zalında quraşdırılmış monitorlarda əks etdirilərək tərəflərin iştirakı ilə tədqiq edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs izah verərək bildirdi ki, aspiratorun içərisinin paslanmasını, nasaz olmasını, ustanın aspiratoru təmir etməsini öz mobil telefonu ilə çəkərək həmin foto və videoları Zərərçəkmiş şəxs göstərməsi üçün Şahid5 göndərmişdir. Həmin hallarla bağlı Şahid5 ilə telefon danışıqları, mesajlaşmaları olmuşdur. Təqdim etdiyi disklərdəki olan foto və video görüntülər “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə göndərilən foto və videolar olmuşdur. Təqsirləndirilən şəxs həmin görüntüləri və digər oxşar xarakterli görüntüləri çəkdiyi foto və videoların olduğu mobil telefonunu təqdim edərək həmin mobil telefona baxış keçirilməsinə etiraz etməmişdir. Baxış zamanı videogörüntülərdən birinin 27 may 2023-cü il tarixdə, saat 12:18-də, digər bir videonun isə 28 may 2023-cü il tarixdə, saat 16:15-də qeydə alındığı müəyyən edilmişdir.

Məhkəmənin hüquqi dəyərləndirməsi:

47. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

48. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

49. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir.

50. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuş, ittiham və müdafiə tərəfinin təqdim etdiyi sübutlar tərəflərin iştirakı ilə tədqiq edilmişdir.

51. CPM-in 21.3-cü maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.

52. Təqsirsizlik prezumpsiyasının yuxarıda qeyd olunan dispozisiya şərtləri onu tələb edir ki, ittiham tərəfi təqdim etdiyi sübutlarla cinayətin baş verməsini, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibinin olmasını və ya onun təqsirliliyini sübuta yetirə bilmirsə, həmin mərhələdə məhkəmə araşdırması başa çatmış olur, müdafiə tərəfinin özünümüdafiə ilə bağlı gətirdiyi digər dəlillərin dəyərləndirilməsinə də zərurət qalmır. Belə ki, CPM-in 138.2ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür.

53. Məhkəmə hesab edir ki, məhkəmə baxışı zamanı ittiham tərəfi təqsirləndirilən şəxsin aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirib külli miqdarda ziyan vurmaqla dələduzluq etməsini sübuta yetirə bilməmişdir.

54. Belə ki, CPM-in 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər.

55. CPM-in 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir.

56. CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalı, 145.1, 145.2 və 145.3-cü maddələrin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir.

57. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs və onun müdafiəçisi irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirərək ittihamın qanunsuz və əsassız olmasını iddia etmişlər və buna əsas kimi Təqsirləndirilən şəxs əməlində hər hansı cinayət tərkibinin olmadığını, sonuncunun zərərçəkmiş şəxs qismində tanınmış şəxslə aralarındakı münasibətin mülki hüquq münasibətlərinin predmeti olduğunu, "xxxx" MMC-nin direktoru Zərərçəkmiş şəxs həmin şirkətin mühasibi olan Şahid2 verdiyi qanunsuz etibarnamə əsasında sonuncunun 22 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə şikayət etdiyini, Şahid2 Zərərçəkmiş şəxs tərəfindən verilmiş etibarnamədə sonuncunun direktor olaraq imzası, habelə rəhbərlik etdiyi şirkətin möhürü mövcud olsa da, həmin etibarnamənin yalnız qüvvədə olma müddəti göstərilməklə verilmə müddəti, o cümlədən imzalanma tarixi qeyd olunmadığından əhəmiyyətsiz hesab olunmalı olduğunu, həmin əhəmiyyətsiz etibarnamə əsasında şikayət vermiş Şahid2 ərizəsi əsasında qanunsuz araşdırma aparılaraq cinayət işi başlanıldığını, Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan Zərərçəkmiş şəxs və ya Şahid2 hər hansı şikayət vermədiyi halda həmin qərarın şöbə rəisi Elvin Nəsibovun vəsatəti əsasında Bakı şəhəri Yasamal rayon prokurorunun qərarı ilə qanunsuz və əsassız olaraq ləğv edildiyini, "xxxx" MMC-nin hər hansı saxta şirkət olmamaqla rəsmi dövlət qeydiyyatından keçməklə hazırda da fəaliyyət göstərdiyini, Zərərçəkmiş şəxs "xxxx" MMC-nin təsisçisi olduğu kimi, Təqsirləndirilən şəxs da "xxxx" MMC-nin yeganə təsisçisi və direktoru olduğunu, rəsmi qeydiyyatdan keçməklə hazırda fəaliyyətdə olmaqla hər hansı vergi borcu olmayan, yeganə təsisçisi, habelə direktoru olduğu şirkətlə bağlı xarici ölkələrə getdiyi sərgilər, məhsullar və göstərdiyi xidmətlərin sosial şəbəkələrdə reklam edilməsinin qanunvericiliyin tələblərinə müvafiq olaraq hər hansı cinayət olmadığını, Təqsirləndirilən şəxs hər hansı tamah məqsədinin olmadığını, iş görərək qazanc əldə etmək istədiyini, Zərərçəkmiş şəxs ilə 2023-cü ilin iyun ayındakı yazılı iki alqı-satqı müqaviləsindən təxminən üç il əvvəl də aralarında şifahi bağışlama müqaviləsinin olmasının onun dələduzluq niyyətinin olmadığını göstərdiyini, təqsirləndirilən şəxs barəsində cinayət işi üzrə icraatın Zərərçəkmiş şəxs deyil, sonuncunun rəhbərlik etdiyi cəmiyyətin adından şikayət vermək hüququ olmayan etibarnamə verdiyi Şahid2 şikayəti əsasında başlanıldığını, Təqsirləndirilən şəxs əvvəllər mülkiyyət əleyhinə heç bir cinayət törətmədiyini, əməlində hər hansı cinayət tərkibinin əlamətləri mövcud olmadığından zərərçəkmiş şəxs qismində tanınmış şəxslə aralarındakı münasibət mülki hüquq münasibətləri olduğundan sonuncunun barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etmişlər.

58. Müdafiə tərəfinin məhkəmə istintaqında iddia etdiyi hallar maddi və prosessual qanunvericilik, xüsusilə ittihamın maddi əsası baxımından mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə qeyd edilən halların ətraflı şəkildə məhkəmə istintaqında araşdırılmasını zəruri hesab etmişdir.

59. Müdafiə tərəfinin iddia etdiyi halları ətraflı şəkildə araşdırmaq məqsədi ilə məhkəmə tərəfindən müvafiq qərarlar qəbul edilmiş, yeni sübutlar əldə edilərək məhkəmə istintaqında tədqiq edilməklə araşdırılmışdır.

60. İş üzrə obyektiv həqiqəti müəyyən etmək məqsədi ilə məhkəmə ilk növbədə təqsirləndirilən şəxsin və müdafiəçinin iddia etdikləri dəlillərin ümumi şəkildə təhlil edilməsini zəruri hesab edir.

61. Belə ki, müdafiə tərəfi irəli sürülmüş ittihamın qanunsuz və əsassız olmasını aşağıda göstərilən dəlillərlə əsaslandırmışdır: a) cinayət işinin başlanılması üçün səbəb və əsas qanunsuz və əsassız olmuşdur; b) Təqsirləndirilən şəxsla "xxxx" MMC-nin direktoru olan və fiziki şəxs kimi zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs arasında olan münasibət müqavilədən əmələ gələn mülki-hüquqi münasibət olmuş; c) Təqsirləndirilən şəxs tamah məqsədi, "xxxx" MMC-dən müvafiq avadanlıqları götürərkən və sonradan hər hansı dələduzluq etmək niyyəti olmamış; ç) Təqsirləndirilən şəxs "xxxx" MMC-dən müvafiq əmlakları götürdükdən sonra həmin avadanlıqlarla bağlı müəyyən qüsur, nöqsan və sair çatışmazlıqlar aşkarlanmış, bu barədə MMC-nin əməkdaşlarına məlumat verilmiş, lakin MMC əməkdaşları tərəfindən laqeyd yanaşılmış; d) alqı-satqı müqaviləsi ilə alınmış avadanlıqlardakı qüsur, nöqsan və sair çatışmazlıqlar Təqsirləndirilən şəxs öz hesabına aradan qaldırılmasına, bununla bağlı həmin xərclərin ümumi məbləğdən çıxılmasının istənilməsinə baxmayaraq, bundan imtina edildiyindən aralarında anlaşılmazlıq yaranmış; e) 5 iyun 2023-cü il tarixli müqavilədə bir il ərzində öhdəliyi icra etməli olması göstərilsə də, sonradan ona təqdim edilməyən şərtləri daha da ağırlaşdırılaraq üzərinə götürdüyü öhdəliyini 6 ay ərzində icra etməli olmasına dair müqavilə tərtib edilməsinə baxmayaraq, həmin öhdəliyi də yerinə yetirməkdən imtina etməmişdir.

62. Göründüyü kimi müdafiə tərəfi irəli sürülmüş ittihama qarşı arqumentlər gətirərək ittihamın qanunsuz və əsassız olmasını iddia etmişdir. Bu səbəbdən də məhkəmə müdafiə tərəfinin iddia etdiyi dəlilləri və bu dəlillərlə bağlı məhkəməyə təqdim etdiyi sübutları cinayət işinin materialları ilə müqayisəli şəkildə yoxlayıb təhlil edilməsini vacib saymış və bununla bağlı məhkəmə istintaqında kifayət qədər ətraflı araşdırma aparılmışdır.

63. Bu hissədə məhkəmə xüsusilə vurğulayır ki, məhkəmə istintaqında aparılmış araşdırma məhkəmə baxışının hədləri kontekstində müdafiə tərəfinin iddia etdiyi dəlillərlə bağlı əlavə sübutların əldə edilməsi və həmin sübutların cinayət işinin materiallarında olan digər sübutlarla məcmu halda müqayisəli şəkildə yoxlanılması və hüquqi qiymət verilməsi vasitəsilə həyata keçirilmişdir.

64. Belə ki, məhkəmə tərəfindən əldə edilmiş və ibtidai araşdırma orqanı tərəfindən təqdim olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs tibbi avadanlıqlar və sair malların alqı-satqısı fəaliyyəti ilə məşğul olmaqla, həmçinin "xxxx" MMC-nin qanuni təmsilçilik hüquqlarına malik olan direktoru vəzifəsində işləyir. O, ayrı-ayrı şəxslərlə işgüzar münasibətlər qurmaqla uzun müddətdir bu sahədə fəaliyyət göstərir. Zərərçəkmiş şəxs rəhbərlik etdiyi "xxxx" MMC ilə də aralarında işgüzar münasibətlər olmuş, əvvəllər sonuncuya hətta tibbi xalatlar satmış, ondan isə 2020-ci ildə tibbi avadanlıq götürmüşdür. 2023-cü ilin may ayında Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsində yerləşən "xxxx" MMC-nin bir sıra avadanlıqları satışa çıxardığını öyrənib, bu barədə maraqlandıqda cəmiyyətin işçisi Şahid5 onunla danışıqlar aparmış, danışıqlar zamanı ilkin olaraq cəmiyyətin satışa çıxardığı avadanlıqları nisyə olaraq, yəni cəmiyyətə ödənilməli olan pul vəsaitinin cəmiyyət tərəfindən güzəşt kimi daxili kredit formasında verilərək daha sonra həmin malları sataraq 1(bir) il ərzində tibbi avadanlıqların dəyərini tam şəkildə ödəməklə bağlı razılığa gəlinmiş, avadanlıqların bir qismini götürdükdən sonra sataraq əldə etdiyi puldan hissə-hissə olmaqla 7500 manat məbləğində pul vəsaitini MMC-nin işçisi Şahid5 şəxsən vermiş, sonrakı dövrdə də cəmiyyətə məxsus və satışa çıxarılmış aralarındakı müqavilədə qeyd edilən əmlakların hamısını təhvil almışdır. Belə ki, Təqsirləndirilən şəxs cəmiyyətə məxsus olan 2019-cu ilin istehsalı olan 1(bir) ədəd “Planmeca Emerald” skayner, 2019-cu ilin istehsalı olan 1(bir) ədəd “X12 3 D” markalı printer, 2019-cu ilin istehsalı olan 1(bir) ədəd “Dell” markalı “Precision 7530” modelli noutbuk, 2020-ci ilin istehsalı olan 1(bir) ədəd “Planmeca” markalı ******* nömrəli stomatoloji kreslo, 2021-ci ilin istehsalı olan 2(iki) ədəd “8500 lonto Kosmetik-Liege” markalı kosmetoloji kreslo, 2013-cü ilin istehsalı olan 3(üç) ədəd "xxxx" markalı stomatoloji kreslonu, ümumilikdə 69.500 manat məbləğində tibbi və digər qeyd edilən avadanlıqların əsas hissəsini Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsində yerləşən "xxxx" MMC-in ofisindən, digər hissəsini isə cəmiyyətin anbarı kimi istifadə edilən bağ evindən əldə etmiş, hissə-hissə olmaqla ümumilikdə 7.500 manat məbləğində pul vəsaiti ödəmişdir. Götürdüyü avadanlıqlardan 2023-cü ilin iyun ayında 1(bir) ədəd “Planmeca Emerald” skayneri, “X12 3 D” markalı 1(bir) ədəd printeri və “Dell” markalı “Precision 7530” modelli 1(bir) ədəd noutbuku Şahid1 21.000 manata, 2023cü ilin iyun ayında "xxxx" markalı 1(bir) ədəd stomatoloji kreslonu Şahid4 3.500 manata və 1(bir) ədəd “Planmeca” markalı ******* nömrəli stomatoloji kreslonu Şahid4 20.000 manata, digər avadanlıqları isə başqa şəxslərə satmış, həmin avadanlıqlarda aşkar olunmuş qüsur, nöqsan və sair çatışmazlıqların aradan qaldırılması barədə cəmiyyətin işçisi Şahid5 məlumat vermiş, aşkar olunmuş həmin qüsur, nöqsan və sair çatışmazlıqları öz vəsaiti hesabına aradan qaldırdıqdan sonra yaranmış həmin xərclərin üzərinə götürdüyü öhdəlik kimi nəzərdə tutulan ödənişdən çıxılması üçün cəmiyyətə müraciət etmiş, lakin bununla bağlı satıcı ilə aralarında anlaşılmazlıq yaranmışdır.

65. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.

66. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.

67. CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayətprosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.

68. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.

69. CM-in 178.1-ci maddəsində dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməyə görə cinayət məsuliyyəti müəyyən edilir. Qeyd edilən məcəllənin 178.3.2-ci maddəsinə görə CM-in 178.1 və ya 178.2-ci maddələrində nəzərdə tutulmuş dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə həmin maddə ilə cinayət məsuliyyəti müəyyən edilir.

70. CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür.

71. Məhkəmə yekun qərar – bəraət hökmü çıxararkən Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərini rəhbər tuturaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır.

72. Məhkəmə ilk növbədə vurğulayır ki, dələduzluq cinayətinin obyekti qismində mülkiyyət münasibətləri çıxış edir və subyektiv cəhətdən yalnız birbaşa qəsd formasında tamah məqsədilə törədilir. Dələduzluq cinayəti digər talama cinayətlərindən fərqli olaraq, məhz aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında, heç bir təzyiq və ya təsir, zor tətbiq etmə, yaxud zor tətbiq etmə hədəsi olmadan könüllü surətdə vermiş olur. Başqa sözlə, əmlak şəxsin sahibliyindən gizli yolla çıxmır, aldadılma və ya etibarından sui-istifadə edilmə nəticəsində zərərçəkmiş şəxsin özü tərəfindən zahirən könüllü şəkildə təqsirkar şəxsə verilir. Təqsirkar şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxsi yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olur.

73. Ali Məhkəmənin Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (qərarın 1-ci bəndi). Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər (qərarın 2-ci bəndi). Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan suiistifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir (qərarın 3-cü bəndi). Məhkəmələrə izah edilsin ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər (qərarın 5-ci bəndi). Məhkəmələrin nəzərinə çatdırılsın ki, “Mülki və siyasi hüquqlar haqqında” Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 16 dekabr 1966-cı il tarixdə qəbul edilmiş Beynəlxalq Paktın 11-ci maddəsinə və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 4 saylı Protokolunun 1ci maddəsinə əsasən, heç kəs hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. Bu baxımdan əmlakın qaytarılmaması obyektiv hallarla, yəni müflisləşmə və ya uğursuz kommersiya fəaliyyəti nəticəsində, borclunun əmlakının oğurlanması və bu kimi sair hallarla əlaqədar olmuşdursa, kreditor və borclunun qarşılıqlı münasibətləri mülki qanunvericilik əsasında tənzimlənməlidir. Mülki münasibətlərdən irəli gələn (məsələn, qanuna müvafiq olaraq bağlanmış borc, kredit, icarə və sair müqavilələr üzrə) öhdəliklərin yerinə yetirilməməsi yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, şəxsin həmin müqavilələri bağlamazdan əvvəl özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilmiş olsun. Qalan hallarda belə öhdəliklərin yerinə yetirilməməsi məsələsinə mülki mühakimə icraatı qaydasında baxıla bilər (qərarın 27-ci bəndi). Dələduzluğun törədilməsi nəticəsində ələ keçirilmiş əmlakın dəyərinə dair mübahisə yarandıqda onun dəyəri məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi əsasında, belə əmlak məhv edildikdə və ya itirildikdə isə iş üzrə toplanmış sübutlar əsasında müəyyən edilir (qərarın 33-cü bəndi).

74. Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyinin müddəalarının mənasına görə, cinayət işinin həlli üzrə məhkəmənin və ittiham tərəfinin funksiyaları bir-birindən ciddi fərqlənir və onlardan hər biri müvafiq subyektin üzərinə düşür. Cinayət təqibinin başlanması, ittihamın irəli sürülməsi və məhkəmədə müdafiəsi qanunda müəyyən edilən orqanlar və vəzifəli şəxslər, qanunda nəzərdə tutulmuş hallarda isə, həmçinin zərərçəkmiş tərəfindən həyata keçirilir. Cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə isə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır.

75. CPM-in sübutların qiymətləndirilməsinə dair normalarına görə cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Belə ki, təhqiqatçı, müstəntiq, prokuror və ya hakim qanunu və vicdanı rəhbər tutaraq, sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkun olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (Cinayət Prosessual Məcəlləsinin 145.2 və 145.3-cü maddələri). Bu maddələrin təhlili belə qənaətə gəlməyə əsas verir ki, dövlət ittihamçısı qismində prokurorun funksiyası yalnız ittihamın müdafiəsi ilə məhdudlaşmır. O, həmçinin təqsirləndirilən şəxsin kifayət qədər sübut olmadan təqsirləndirilərək cəzalandırılmasının qarşısının alınması ilə bağlı səlahiyyətə də malikdir.

76. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsi və CPM-in 21.2-ci maddəsinin tələblərinə görə, bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Lakin istintaq orqanı Təqsirləndirilən şəxs CM-in 178.3.2-ci maddəsi ilə ittiham elan edərkən bütün şübhələri onun ziyanına təfsir etmiş və bununla da qeyd olunan konstitusion və prosessual təminatları kobud surətdə pozaraq qanunsuz və əsassız nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmədə dindirilmiş zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs, şahidlər Şahid5, Şahid3 və Şahid2 kifayət qədər ziddiyyətli və işin halları ilə uzlaşmayan ifadələri, eləcə də yuxarıda qeyd edilən şübhəli və ehtimal xarakterli digər sübutlar Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsası kimi qiymətləndirilə bilməz. Belə ki, Zərərçəkmiş şəxs, Şahid5 və Şahid2 ifadələrindən görünür ki, "xxxx" MMC-nin adından müvafiq internet saytlarında açıq elan verilməklə cəmiyyət tərəfindən satışa çıxarılmış əmlaklarla bağlı digər şəxslər də maraqlanmış, lakin Təqsirləndirilən şəxsla aparılmış danışıqlar nəticəsində tərəflər müvafiq şərtləri razılaşdıraraq əvvəlcə əmlakların bir hissəsini ilkin ödəniş alaraq qəbzə imzalatmaqla vermiş, daha sonra Təqsirləndirilən şəxs həmin əmlakların bir hissəsini sataraq nəzərdə tutulmuş ödənişi hissə-hissə etmiş, habelə aralarındakı razılığa əsasən digər əmlaklar da Təqsirləndirilən şəxs hissə-hissə (cəmiyyətin klinikası və malların saxlanıldığı anbar kimi istifadə edilən bağ evindən) təhvil verilmiş, bununla bağlı yazılı müqavilə bağlanmışdır. Sonradan işə yeni başlamış şirkətin mühasibi Şahid2 cəmiyyətin debitor-kredit borcları ilə maraqlanarkən və Şahid5 da işdən çıxması ilə əlaqədar Təqsirləndirilən şəxsla danışıqlar apararaq cəmiyyət adından yeni müqavilə bağlanılmışdır. Şahid5 işdən çıxdıqdan sonra Təqsirləndirilən şəxs Şahid2 ilə əlaqə saxlayaraq götürdüyü əmlakların bir qismində müəyyən qüsur, nöqsan və sair çatışmazlığın olması, bununla əlaqədar əlavə xərclərin yaranması barədə məlumat vermiş, sonuncu isə Zərərçəkmiş şəxs ilə danışdıqdan sonra həmin xərclərin də ümumi məbləğin ödənişi zamanı nəzərə alınacağını bildirmişdir. Lakin sonradan Orxan adlı şəxs (Təqsirləndirilən şəxs onun Zərərçəkmiş şəxs övladı kimi özünü təqdim etdiyini bildirir) Təqsirləndirilən şəxsla danışaraq Şahid2 bildirdiyinin əksinə olaraq ümumi ödənişdən hər hansı güzəşt və ya hansısa yaranmış xərcin çıxılmayacağını demiş, həmin hal cəmiyyətin digər işçiləri tərəfindən də bildirildiyindən alıcı ilə satıcı arasında narazılıq yaranmış, həmin mübahisəni aralarındakı müqavilələrdə nəzərdə tutulduğu kimi danışıqlar yolu həll etməyə hər hansı cəhd edilməmiş, nəticədə satıcı aralarındakı mülkihüquq münasibətdən yaranmış mübahisə ilə bağlı alıcı Təqsirləndirilən şəxs hüquqmühafizə orqanına şikayət etmişdir.

77. Məhkəmə kollegiyası qeyd edir ki, hüquq tətbiqetmə təcrübəsində, habelə cinayəthüquq nəzəriyyəsində talama cinayətlərini xarakterizə edən, eyni zamanda onları əmlak zərəri ilə müşayiət edilən digər cinayətlərdən ayırmağa imkan verən obyektiv və subyektiv əlamətlər göstərilmişdir.

78. Talama cinayətlərinin obyektiv, yəni cinayətlərin obyektini və obyektiv cəhətlərini səciyyələndirən əlamətlər kimi aşağıdakılar qeyd olunur: - özgə əmlakının ələ keçirilməsi, yəni götürülməsi (zərərçəkmişin əmlakının kütləsindən ayrılması) və (və ya) təqsirkarın özünün və yaxud digər şəxslərin nəfinə keçirilməsi; - götürülmənin və nəfinə keçirilmənin hüquqa zidd olması; - bunların əvəzsiz olması; - cinayətin predmeti kimi özgə əmlakının (əmlaka olan hüququn) çıxış etməsi; - mülkiyyətçiyə və yaxud əmlaka sahiblik edən digər şəxsə birbaşa əmlak zərərinin vurulması.

79. Subyektiv, yəni talama cinayətlərini xarakterizə edən daxili əlamətlərə isə aşağıdakılar aid edilir: - birbaşa qəsd; - tamah məqsəd;

80. Talama cinayətlərindən sayılan dələduzluq – CM-in 178.1-ci maddəsinin dispozisiyasında etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə kimi təsbit edilmişdir. Bu müddəaya və talama cinayətlərinin ümumi əlamətlərini xarakterizə edən əlamətlərə görə aldatmadan, etibardan istifadə edən şəxsin qəsdi birbaşa və məhz həmin üsulların köməkliyi ilə əmlakın ələ keçirilməsinə, əmlak hüquqlarının əldə edilməsinə yönəlməlidir.

81. Odur ki (əməl hüququn əldə edilməsində deyil, əmlakın ələ keçirilməsində ifadə olunduqda), dələduzluq cinayətinin subyektiv cəhəti aldatma və etibardan sui-istifadə etməklə özgə əmlakını ələ keçirən şəxsin əmlakı ələ keçirmək niyyətinin həmin əmlakın ona verilməsinədək mövcud olmasını və buna müvafiq olaraq məqsədinin digər talama cinayətlərində olduğu kimi, əmlakın əvəzsiz olaraq ələ keçirilməsinə yönəlməsini ehtiva edir.

82. Dələduzluq cinayət qanununda maddi tərkibli cinayət olaraq təsbit edildiyindən, əməl özgə əmlakının aldatma yolu ilə ələ keçirilməsinə yönəldikdə, əmlakın faktiki olaraq ələ keçirilməsi (təqsirkarın həmin əmlak üzərində real olaraq sərəncam vermək imkanı əldə etməsi) anından bitmiş olur.

83. Bu səbəbdən əmlakı sahibliyinə keçirərkən (məsələn, müəyyən razılaşmaya, müqaviləyə əsasən) şəxsdə bu cür (aldatma, etibardan sui-istifadə etməklə özgə əmlakını əvəzsiz olaraq ələ keçirmə) niyyətinin olmaması, sonrakı dövrdə əmlak, əmlakın əvəzi maliyyə çətinlikləri, iflasa uğrama kimi səbəblərlə əlaqədar mülkiyyətçiyə qaytarılmadıqda və yaxud şəxs əldə etdiyi əmlakın müqabilində üzərinə götürdüyü öhdəliyi yerinə yetirə bilmədikdə, onun belə hərəkət etməsi CM-in 178-ci maddəsinin dispozisiyası nöqteyinəzərindən cinayət-hüquqi məna kəsb etməyərək əvvəlki razılaşmanın (müqavilə üzrə öhdəliyin) lazımınca icra olunmaması, yəni mülki hüquqi xarakterli pozuntu kimi çıxış edir və göstərilən hal şəxsi mülki-hüquq münasibətlərinin sübyektindən dələduza çevirmir. Hətta, zərəçəkmiş şəxsin maddi zərər görməsi təqsirkarın başqa kriminal xarakterli niyyət və məqsədləri ilə bağlı olduqda belə, müstəsna olaraq bundan çıxış etməklə CM-in 178-ci maddəsinin tərkibinin mövcudluğu barədə mühakimə yürütmək düzgün deyil. Çünki, yuxarıda təsvir edilmiş talama cinayətlərini xarakterizə edən ümumi əlamətlərdən və CM-in 178.1-ci maddəsinin dispoziyasından irəli gələn mənaya görə, söhbət özgə əmlakının ələ keçirilməsində ifadə olunmuş dələduzluq cinayəti üzrə ittihamdan gedirsə, təqsirkarın zərərçəkmiş şəxsin mövcud olan əmlakını ələ keçirməsi (mövcud əmlak kütləsindən hansısa hissəsini ayırıb özünün və yaxud üçüncü şəxsin nəfinə keçirməsi) tələb olunur. Belə (əmlakın ələ keçirilməsi ilə bağlı) dələduzluqda zərərçəkmiş şəxsin maddi zərər görməsi onun gözlənilən artımı, qazancı almamasında deyil, mövcud olan əmlak kütləsinin ələ keçirilmiş əmlak hesabına azalmasında (malik olduğu əmlakdan məhrum edilməsində) ifadə olunmalıdır.

84. Məhkəmədə tədqiq olunmuş sübutlardan və işin hallarından göründüyü kimi zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs tapşırığı və bilavasitə məlumatı əsasında sonuncunun rəhbərlik etdiyi cəmiyyətin işçisi Şahid5 Təqsirləndirilən şəxsla razılığa gələrkən və Təqsirləndirilən şəxs həmin razılaşmalardakı nəzərdə tutulmuş əmlakları əldə edərkən sonuncunun həqiqi niyyətinin aralarındakı razılaşmanın şərtlərinə əməl etmək olmadığı (onu aldadıb hansısa əmlakının əvəzsiz olaraq ələ keçirmək olduğu) görünmür. Əksinə, Təqsirləndirilən şəxs razılaşma əsasında hissə-hissə əmlakı götürdükdən qısa müddət sonra həmin əmlakı sataraq öhdəliyinin bir hissəsini icra etməsi, sonradan razılaşdırdıqları digər əmlakları da tam əldə etdikdən sonra həmin əmlakların satışı prosesində və sonrakı müddətdə əmlaklarda aşkarlanmış nöqsan, qüsur və sair çatışmazlıqlarla bağlı müvafiq şəxsləri məlumatlandırması, həmin nöqsan, qüsur və sair çatışmazlıqları öz vəsaiti hesabına aradan qaldıraraq əldə etdiyi əmlakları dəyərdəyməzinə deyil, məhz bazar qiymətinə münasib olaraq satması, sonradan cəmiyyət tərəfindən artıq əmlakların verilməsi nəticəsində faktiki icra edilmiş alqı-satqının yazılı müqavilə ilə rəsmiləşdirilməsinə razılıq verərək bu barədə tərtib olunmuş müqaviləni imzalaması Təqsirləndirilən şəxs əmlakları götürməzdən və razılaşmazdan əvvəl tamah niyyətinin olması haqqında nəticəni ciddi şəkildə istisna və təkzib edir. Əksinə Təqsirləndirilən şəxs əmlakları artıq əldə etdikdən sonra da onların dəyər-dəyməzinə satılaraq haqsız gəlir əldə etməyə deyil, həmin əmlaklardakı qüsur, nöqsan və sair çatışmazlıqları aradan qaldırmaqla onları məhz bazar qiymətinə uyğun olaraq satdığı şəxslərlə (bax hökmün 10-12-ci bəndlərindəki şahidlər Şahid4 və Şahid1 ifadələrinə) ciddi şəkildə bazarlıq edərək satıb gəlir əldə etməklə həmişə gördüyü öz biznesini dirçəldərək öz öhdəliyini yerinə yetirmək istəyini təsdiq edir. Təsvir olunanlardan görünür ki, Təqsirləndirilən şəxs şərh edilən əməllərində dələduzluq cinayətinin tərkibinin olması və həmin əməllərə görə onun CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilinməsi barədə ibtidai istintaq orqanının gəldiyi nəticə qanuni, əsaslı və mötəbər sayıla bilməz.

85. Məhkəmə kollegiyası xüsusi vurğulamaqla qeyd edir ki, məhkəmə araşdırması ilə ibtidai istintaq orqanı tərəfindən müəyyən edilməsinin əksinə olaraq müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxsla "xxxx" MMC-nin direktoru olmaqla fiziki şəxs kimi zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs arasında alqı-satqı əsasında əmlakın götürülməsi 5 iyun 2023-cü il tarixdən 19 iyun 2023-cü il tarixədək deyil, daha erkən 2023-cü ilin may ayından başlamış (bax hökmün 43 və 46-cı bəndlərinə), 5 iyun 2023-cü il tarixdə isə artıq başa çatmışdır. 5 iyun 2023-cü il tarixdə tərəflər arasında yazılı müqavilə bağlanmış, sonradan isə 19 iyun 2023-cü il tarixdə yeni müqavilə tərtib edilmişdir. Bundan başqa, ibtidai istintaq orqanı cinayət-prosessual qanunvericiliyin tələblərini kobud şəkildə pozmaqla (bax hökmün 25-29-cu bəndlərinə) iş üzrə icraatın dayandırılmasına və dayandırılmış iş üzrə hər hansı istintaq və prosessual hərəkətlərin həyata keçirilməsinin cinayət təqibi orqanına qadağan edilməsinə baxmayaraq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror və məhkəmə nəzarətini həyata keçirən məhkəmənin diqqətini həmin hala yönəltmədən cinayət təqibini yerinə yetirmək əvəzinə zərərçəkmiş şəxs qismində tanınmış şəxsin dələduzluqla ələ keçirildiyini iddia etdiyi əmlakların sonuncuya geri qaytarılmasına təkidli səylər göstərərək buna nail olunmuşdur. Həmçinin ibtidai istintaq orqanı dələduzluqla ələ keçirilməsi iddia olunan özgənin mülkiyyətində olan əmlakların mülkiyyətçisini düzgün müəyyən etməyərək törədilməsi iddia edilən talama cinayətinin obyektiv cəhətinin zəruri əlaməti olan birbaşa ziyanın kimə vurulmasını dəqiq aydınlaşdırmamaqla yanaşı, həmin əmlakların dəyərinin qiymətləndirilməsi zamanı da (bax hökmün 32 və 34-cü bəndlərinə) mötəbər sübutları nəzərə almamışdır. Başqa sözlə, ittiham aktının nəticəvi hissəsində və iş materiallarında olan 14 may 2024-cü il tarixli “Təqsirləndirilən şəxsi yenidən cəlb etmə haqqında” qərarda təqsirləndirilən şəxsə verilmiş ittihamın məzmununda cinayət əməlinin təsviri, o cümlədən iş üzrə cinayətin predmeti olan əmlakın mülkiyyətçisinin toplanmış cinayət işi materialları ilə ziddiyyət təşkil etməsi də müəyyən edilmişdir. Məhkəmə kollegiyası məhkəmədə tədqiq edilmiş sübutların yekun qərar qəbul edilməsinə kifayət etməsini nəzərə alaraq, cinayət təqibinin tezliyinin təmin edilməsi məqsədi ilə müdafiə tərəfindən maddi sübut qismində tanınmış əmlakların dəyəri ilə bağlı verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə dair vəsatəti təmin edilməsinə zərurət görməmişdir. İş üzrə cinayət-prosessual qanunveriliyin digər pozuntusu hallarına da (misal üçün bax hökmün 22; 25-29-cu bəndlərinə) yol verilməsi müəyyən edilsə də, məhkəmə kollegiyası həmin hallara hüquqi qiymət verilməsini zəruri hesab etmir.

86. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasındakı razılaşmalar üzrə Təqsirləndirilən şəxs aldatma və ya etibardan sui-istifadə etməklə özgə əmlakını əvəzsiz olaraq ələ keçirmə niyyəti olmamış, sonradan aralarında yaranmış anlaşılmazlıqlarla əlaqədar zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs qarşısında götürdüyü öhdəliyi tam yerinə yetirməmişdir. Qeyd edilənlərə əsasən Təqsirləndirilən şəxs əməli CM-in 178-ci maddəsinin dispozisiyası nöqteyi-nəzərindən cinayət-hüquqi məna kəsb etməyərək mülki hüquqi xarakterli pozuntu kimi çıxış edir və göstərilən hal Təqsirləndirilən şəxs mülki-hüquq münasibətlərinin sübyektindən dələduzluq cinayətinin subyektinə çevirmir və həmin ittiham üzrə onun əməlində dələduzluq cinayətinin tərkibinin olmadığını təsdiq edir.

87. CPM-in 351.3.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri onun təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələrin onun xeyrinə şərh edilməsi nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər. Həmin Məcəllənin 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir.

88. Beləliklə, işdəki sübutlara hüquqi qiymət verən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə CM-in 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin əlamətləri mövcud deyil və ona həmin maddə ilə bəraət verilməlidir.

89. CPM-in 42.1 və 42.1.2-ci maddələrinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmaması müəyyən edildikdə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.2 və 42.2.2-ci maddələrinə görə, həmin Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar olduqda bəraət hökmü çıxarılır.

90. Bütün bunları nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində etibardan sui-istifadə etmə və aldatma yolu ilə tamah niyyəti ilə özgənin külli miqdarda əmlakını ələ keçirməsində ifadə olunan CM-in 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibi olmadığından ona həmin maddə ilə verilmiş ittiham üzrə CPM-in 42.1, 42.1.2, 42.2 və 42.2.2-ci maddələrinə əsasən bəraət verilməlidir.

91. Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələyə gəldikdə məhkəmə belə hesab edir ki, CPM-in yuxarıda göstərilən maddələrinə əsasən ona bəraət verildiyindən barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir.

92. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş və ya xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir.

93. Cinayət işi üzrə ibtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 55 (əlli beş) manat məbləğində pul CPM-in 197.2-ci maddəsinə uyğun olaraq dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə ödənilmiş hesab edilməsi nəzərə alınmalıdır.

94. İş üzrə maddi sübut kimi tanınmış 2019-cu ilin buraxılışı olan 1(bir) ədəd “Planmeca Emerald” skayner, 2019-cu ilin buraxılışı olan 1(bir) ədəd “X12 3 D” printer, 2019-cu ilin buraxılışı olan 1(bir) ədəd “Dell” markalı “Precision 7530” modelli noutbuk (**********8), 2020-ci ilin buraxılışı olan 1(bir) ədəd “Planmeca” markalı ******* kodlu stomatoloji kreslo, 2013-cü ilin buraxılışı olan 1(bir) ədəd "xxxx" markalı stomatoloji kreslonun saxlanılması üçün ibtidai araşdırma orqanı tərəfindən zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalı, həmçinin Təqsirləndirilən şəxs 05 iyun 2023-cü il tarixdə kosmetoloji kresloları "xxxx" MMC-dən götürməsi barədə əlyazma, 05 iyun 2023-cü il tarixdə "xxxx" MMC ilə Təqsirləndirilən şəxs arasında olan 0506/23 saylı alqı-satqı müqaviləsi və 19 iyun 2023-cü il tarixdə "xxxx" MMC ilə Təqsirləndirilən şəxs arasında olan 0506/23 saylı alqı-satqı müqaviləsi hazırkı cinayət işinin materiallarında saxlanılmalıdır.

95. İbtidai araşdırma orqanı tərəfindən zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs, habelə müvafiq əmlakların vicdanlı alıcıları olan Şahid1 və Şahid4 vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi barədə mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüquqlarının olması onlara izah edilməlidir.

96. CPM-in 356.5-ci maddəsinə əsasən bəraət almış şəxsə onun qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilməlidir.

97. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1, 42.1.2, 42.2, 42.2.2, 344-350, 352-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibinin olmaması əsası ilə ona bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs qanunsuz tutulması, həbs olunması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi barədə mülki mühakimə icraatı qaydasında tələb irəli sürülməsi hüququna malik olması izah olunsun. İş üzrə maddi sübut kimi tanınmış 2019-cu ilin buraxılışı olan 1(bir) ədəd “Planmeca Emerald” skayner, 2019-cu ilin buraxılışı olan 1(bir) ədəd “X12 3 D” printer, 2019-cu ilin buraxılışı olan 1(bir) ədəd “Dell” markalı “Precision 7530” modelli notebook (**********8), 2020-ci ilin buraxılışı olan 1(bir) ədəd “Planmeca” markalı ******* kodlu stomotoloji kreslo, 2013-cü ilin buraxılışı olan 1(bir) ədəd "xxxx" markalı stomatoloji kreslonun saxlanılması üçün ibtidai araşdırma orqanı tərəfindən zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın, həmçinin Təqsirləndirilən şəxs 05 iyun 2023-cü il tarixdə kosmetoloji kresloları "xxxx" MMC-dən götürməsi barədə əlyazma, 05 iyun 2023cü il tarixdə "xxxx" MMC ilə Təqsirləndirilən şəxs arasında olan 0506/23 saylı alqı-satqı müqaviləsi və 19 iyun 2023-cü il tarixdə "xxxx" MMC ilə Təqsirləndirilən şəxs arasında olan 0506/23 saylı alqı-satqı müqaviləsi hazırkı cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci kimi məhkəmə məsrəfini təşkil edən 55 (əlli beş) manat məbləğində pul vəsaiti dövlət büdcəsi vəsaiti hesabına ödənilmiş hesab edilsin. İş üzrə üzərinə həbs qoyulmuş və xüsusi müsadirəyə təklif edilən əmlakın, mülki iddianın olmaması nəzərə alınsın. İbtidai araşdırma orqanı tərəfindən zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs, habelə şahid qismində tanınmış Şahid1 və Şahid4 mülki mühakimə icraatı qaydasında iddia vermək hüququ izah edilsin. Hökmdən elan olunduğu vaxtdan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar