Məhkəmə qərarları › İş №1(101)-1894/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1894/2024

06.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1894/2024 06.11.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X10-Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X2, X5, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, X6, müdafiəçilər, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “M.B.M” Vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakları ilə məhkəmə, X4, xx xxxxxxxx 1990-cı ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, qanunla müəyyən edilmiş əsaslarla məhkumluğu ödənilməmiş, Ağdam rayonu, Sarıçoban kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasmda həbsdə saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.2 və 126.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: X8 02 dekabr 2023-cü il tarixdə saat 23:00 radələrində ünvan 1 ünvanda yerləşən 2 saylı Peşə Litseyinin yataqxanasının həyətində Şahid1 ona narkotik vasitə heroin verməkdən imtina etməsinə görə aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs mübahisəyə müdaxilə edib ictimai borcunu yerinə yetirərək tərəfləri ayırmağa çalışarkən Təqsirləndirilən şəxs özü ilə hadisə yerinə gətirdiyi bıçaqla xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs kürək və qarın nahiyələrindən iki dəfə vuraraq sonuncuya döş qəfəsi nahiyəsinin arxa səthinin sağ yarısının daxilə, döş boşluğuna nüfuz etməyən kəsilmişdeşilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül, qarm nahiyəsinin ön divarından daxilə, qarın boşluğuna nüfuz edən kəsilmiş-deşilmiş yarası, nazik bağırsağın dəlib keçən kəsilmiş- deşilmiş yarası, köndələn çənbər bağırsağın serozasmın kəsilmiş yarası, nazik bağırsaq müsariqəsinin kəsilmişdeşilmiş yarası, böyük piyliyin kəsilmiş-deşilmiş yarası və mədənin arxa divarının serozasmın kəsilmiş yarası kimi insan həyatı üçün təhlükəli olan xəsarətlər yetirməklə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs X8 ifadələrində göstərdi ki, ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilir. Hadisə günü evdə olmuş, daha sonra əvvəlcədən tanıdığı Nicat və Mübariz adlı şəxslərlə görüşmüşdür. Həmin vaxt üzərində evdən götürdüyü bıçaq olmasına baxmayaraq məqsədi sadəcə onları qorxutmaq olmuşdur. Nicat ona verməli olduğu 500 manat pulu vermək istəməmiş, o isə ona ehtiyacı olduğunu, heç olmasa 200- 300 manat pul verməsini bildirmişdir. Səhəri gün Nicat və Mübarizlə aralarında anlaşmazlıq olmuş, onu vurmaq istədiklərini anladıqda özünü müdafiə etmişdir. Hadisə 02 dekabr 2023-cü il tarixdə, axşam saat 10-11 radələrində “Neapol” ərazisində baş vermişdir. Hadisə günü Nicat və Mübarizdə iki metrlik armatur olduğunu gördüyü üçün üzərində bıçaq aparmış, hadisə nəticəsində Nicata bir-iki bıçaq zərbəsi yetirmişdir. Onlar da ona armaturla xəsarət yetirilmişdir, bununla bağlı ekspertiza rəyi də mövcuddur. Armaturu Mübarizin gətirməsinə baxmayaraq ona xəsarəti Nicat yetirmişdir.Onun əsas mübahisəsi Mübarizlə olmuşdur. Nicatla aralarındakı məsələ isə hadisədən bir gün qabaq pulla bağlı olmuşdur. Mübariz ona zəng edib məhləyə çıxmağını istəmiş, o da həmin vaxt evdən onların yanına getmişdir. O, Mübarizin armatur gətirdiyini görmüş, bu səbəblə evdən bıçaq gətirmişdir. Hadisə zamanı adı çəkilən hər iki şəxslə dalaşmış və hər ikisi tərəfindən ona xəsarət yetirilmişdir. Əvvəllər onunla Mübariz və Nicatla mübahisə olmamışdır. Mübahisə zamanı onları qonşular ayırmışlar. Zərərçəkmiş şəxs şikayətçi deyildir. 2018-ci ildə AR Cinayət Məcəlləsinin 126.1 və 221.3-cü maddələri ilə məhkum olunmuşdur, 2022-ci ildə isə azad olunmuşdur. Əvvəllər narkotik vasitə istifadəçisi olmamışdır. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində təqsirləndirilən şəxs X8 ibtidai istintaq zamanı özünü qismən təqsirli bilərək ifadələrində göstərmişdir ki, 02 dekabr 2023cü il tarixdə təxminən saat 22 radələrində yaşadığı ünvan 1 ünvanda yerləşən yataqxanadakı evdən çıxaraq həyətə çıxmışdır. Həmin vaxt Mübarizin yaşadığı ev istiqamətdə getmişdir. Küçədən onun həyətinə baxdıqda Mübarizin ortaq tanışları olan Zərərçəkmiş şəxs ilə birlikdə narkotik vasitə heroin çəkdiklərini görmüşdür. Bundan sonra Mübariz ilə mobil telefon vasitəsi ilə əlaqə saxlamış, onda narkotik vasitə heroin olubolmadığını soruşmuşdur. Mübariz onda sadəcə 01 bükümdə narkotik vasitə heroin olduğunu, həmin heroini də hal-hazırda Nicatla birlikdə istifadə etdiyini demişdir. Bu zaman Mübarizə ona narkotik vasitə saxlaması ilə bağlı xahiş etdiyini dedikdə Mübariz onda olan narkotik vasitə heroini artıq istifadə etdiklərini demişdir. Bundan sonra o artıq hər hansı bir söz deməmişdir. Təxminən 15 dəqiqədən sonra yenidən Mübariz ilə mobil telefon vasitəsi ilə əlaqə saxlamış və telefon danışığı zamanı onun tək küçəyə çıxmasını xahiş etmişdir. Lakin, Mübariz Nicat ilə birlikdə küçəyə çıxmışdır. Mübariz ilə söhbət zamanı Nicatın yanında Mübarizdən narkotik vasitə istəməmək üçün ona kənar bir yerə gedərək söhbət etmələrini istəmişdir. Həmin vaxt Nicat Mübarizin onunla tək halda söhbət etməyəcəyini, söhbət zamanı onun da iştirak edəcəyini demişdir. O Mübariz və Nicatın onunla mübahisə etmək istədiklərini görüb onlara ayağında tərlik olduğunu, evə gedərək ayaqqabı geyinib geri qayıdacağını demişdir. Bundan sonra yaşadığı evə getmiş, evdə mətbəxdə olan bıçağı götürərək və ayağındakı tərliyi çıxarıb ayaqqabı geyinib Mübarizgilin yanma qayıtmışdır. O Mübarizgilə yaxınlaşarkən Nicatın əlində armatur kimi tanınan dəmir parçasının olduğunu görmüşdür. Bundan sonra Mübarizə kənarda söhbət etmələrini demişdir. Mübariz də onunla razılaşmış və onlar ikilikdə yaxınlıqda olan 2 saylı Peşə Litseyi istiqamətdə təxminən 20-30 metr piyada hərəkət etmişlər. Dayandıqdan sonra Mübarizə onu niyə aldatdığını, səhər saatlarından xahiş etməyinə baxmayaraq hansı səbəbdən ona narkotik vasitə saxlamamasmın səbəbini soruşmuşdur. Mübariz isə artıq onda olan narkotik vasitəni Nicatla birlikdə istifadə etdiklərini dedmişdir. Mübarizin cavabı onun xoşuna gəlmədiyinə görə əsəbləşmiş və Mübarizin sinəsindən itələmişdir. Mübariz də qarşılıq verib onunla tutaşmağa başlamışdır. Mübarizlə qarşılıqlı tutaşarkən yerə yıxılmışlar. Bu zaman Nicat yanlarına gəlmiş və onları ayırmışdır. Ayağa qalxdıqdan sonra anidən Mübariz və Nicat ikilikdə onunla sözlü mübahisə etməyə başlamışlar. Həmin vaxt Mübariz və Nicat birlikdə onun üzərinə gəlmişlər. Həmin an Nicat əlindəki dəmir parçası ilə başının sol tərəfindən zərbə ilə vurmuşdur. Bundan sonra özü ilə yaşadığı evdən götürdüyü və sağ əlində saxladığı mətbəx bıçağı ilə Mübarizi vurmaq istəsə də Mübariz ona müqavimət göstərdiyinə görə zərbələr ona dəyməmişdir. Bundan sonra Nicat əlindəki dəmir parçası ilə üzərinə gəlib kürəyindən ardıcıl zərbələr vurarkən əlindəki bıçaqla əvvəlcə Nicatın qarın, daha sonra isə kürək nahiyələrindən ardıcıl zərbələr vurmuşdur. Sonradan Nicatın dəmir parçası ilə baş və kürək nahiyələrindən vurduğu zərbələrin təsirindən huşunu itirib yerə çökmüşdür. Bir neçə dəqiqə sonra qonşuluqda yaşayan şəxslər səs-küyə həmin yerə gəlmişlər. Həmin şəxslər onu həmin yerdən çıxarıb yaşadığı evə gətirmişlər. Özünə gəldikdə artıq evdə olduğunu görmüşdür. Zərərçəkmiş şəxs ifadələrində göstərdi ki, Qələndərov Vüqarla uzun illər dostluq etmişlər. 2023-cü ilin dekabr ayında bıçaqlandığı zaman onu Vüqarın işində zərərçəkmiş şəxs kimi qeyd etmişlər. Lakin ibtidai istintaq zamanı da o, onu vuran adamı görmədiyini bildirmişdir. Vüqara 500 manat borcu olmasına baxmayaraq aralarında pula görə dava düşməmiş, sadəcə inciklik olmuşdur. Vüqarı qulağından kimin vurduğunu bilməmişdir. Vüqardan heç bir şikayəti yoxdur. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Zərərçəkmiş şəxs göstərmişdir ki, 02 dekabr 2023-cü il tarixdə təxminən saat 23 radələrində piyada olaraq müvəqqəti yaşadığı ünvan 1 ünvanda yerləşən 2 saylı Peşə Liseyinin yataqxanası istiqamətində hərəkət edirmiş. Yataqxananın qarşısına çatdıqda xalası Şahid2 yaşadığı 1-ci mərtəbədə yerləşən mənzilə doğru getməyə başlamışdır. Bu zaman yataqxananın yan tərəfində yerləşən orta məktəbin həyətindən səs-küy eşitmişdir. Həmin yerə doğru yaxınlaşdıqda yataqxanada yaşayan Vüqar və Mübariz adlı şəxslərin yerdə uzanıqlı vəziyyətdə ola-ola bir-birlərinə qarşı əlləri ilə qarşılıqlı fiziki zor tətbiq etmələrini görmüşdür. Dərhal onları birbirindən ayırmaq üçün həmin yerə yaxınlaşmışdır. Onlara yaxınlaşan kimi yerdə uzanıqlı vəziyyətdə bir- birindən kənarlaşdırmışdır. Bundan sonra Vüqar və Mübariz adh şəxslər bir- birlərinin ünvanlarına nalayiq ifadələr işlətmişlər. Buna baxmayaraq onların arasında mübahisənin hansı səbəbdən başlanması və nəyə görə bir-birləri ilə dava- dalaş etmələrini bilməmişdir. Lakin onlar yenə də bir-birlərinin ünvanlarına nalayiq ifadələr işlətməkdə davam etmişlər və buna görə də anidən yenidən bir-birləri ilə sözlü mübahisə etməyə başlamışlar. Həmin an onları sakitləşdirmək və mübahisənin kəskinləşməsinin qarşısına almaq üçün onların arasına keçmişdir. Bu zaman onların hər ikisinə tərəf müəyyən əl-qol hərəkətləri etməklə onları sakitləşdirməyə çalışmışdır. Bu zaman ani bir anda Vüqarın əlində olan mətbəx bıçağı ilə Mübarizə tərəf zərbə vurmaq istəməsini görmüşdür. Həmin vaxt Mübarizi Vüqardan kənarlaşdırmaq istədikdə kürəyinin sağ tərəfindən nəyinsə dəyməsini hiss etmişdir. Geriyə çöndükdə Mübarizin üzünü tutmasını görmüşdür. Qarşıya baxdıqda isə Vüqar ikinci dəfə üzərində olan mətbəx bıçağı ilə qarm nahiyəsindən də bir dəfə zərbə vurmuşdur. Həmin an artıq Vüqarın əlində olan mətbəx bıçağı ilə kürək və qarm nahiyələrindən vurmasını anlamışdır. Artıq özünü narahat hiss etməyə başladığından yaxınlıqda olan xalasının yaşadığı mənzilə daxil olmuşdur. Bu zaman xalası Şahid2 mənzilin qonaq otağında olmuş və onu görən kimi yaxınlaşıb nə baş verməsini soruşmuşdur. O da yataqxananın həyətində Vüqar və Mübarizin arasında dava-dalaşa müdaxilə edib onları ayırmaq istəyərkən Vüqarın bıçaqla ona kürək və qarm nahiyələrindən xəsarət yetirməsi barədə məlumat vermişdir. Xalası da ona ilkin tibbi yardım göstərilməsi üçün təcili xəstəxanaya getməli olduqlarını demişdir. O isə TTY avtomobilinin gec gələcəyini düşünüb xalasından taksi avtomobili sifariş etməsini xahiş etmişdir. Təxminən 5 dəqiqədən sonra taksi avtomobili yataqxananın qarşısına gəlmişdir. Xalası və taksi avtomobilinin tanımadığı sürücüsü onu avtomobilə əyləşdirmişlər. Bir qədər sonra taksi avtomobili ilə Sabunçu şəhər xəstəxanasına gəlmişlər. Şahid1 ifadələrində göstərdi ki, təqsirləndirilən şəxs Qələndərov Vüqarla birlikdə böyümüşlər. Aralarında dava olmuş, lakin o, Vüqarın əlində heç nə görməmişdir. Vüqarla mübahisəsi adi səbəbdən yaranmışdır. Dava borc üstündə olub. Vüqara kimin xəsarət yetirdiyini bimir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etmişdir. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində zərərçəkmiş şəxs Şahid1 göstərmişdir ki, 02 dekabr 2023-cü il tarixdə saat 23 radələrində evdə olarkən üzdən tanıdığı, lakin adını bilmədiyi qonuşuluqda yaşayan azyaşlı oğlan uşağı evin qapısını döyərək qonşuları Təqsirləndirilən şəxs onu yaşadıqları binanın qarşısında gözlədiyini demişdir. Bundan sonra binanın qarşısına çıxmışdır. Həmin vaxt Vüqar həyətdə onu gözləmişdir. O Vüqarla görüşdükdən sonra Vüqar bədənində ağrılar olduğundan ona narkotik vasitə heroin verməyini istəmişdir. O da üzərində narkotik vasitə olmadığını, olduğu halda belə ona niyə verməli olduğunu dedikdə Vüqar onunla mübahisə etməyə başlamışdır. O da Vüqara ondan narkotik vasitə istədiyi üçün irad bildirmişdir. Bundan sonra Vüqar yenidən onunla mübahisə etməyə başlamışdır. Daha sonra ondan həmin yerdə gözləməyini istəmişdir. Vüqar ondan aralaşaraq yaşadığı ev istiqamətində getmişdir. Təxminən 5 dəqiqədən sonra Vüqar gələrək ona yaxınlaşmış və onunla birlikdə yaşadıqları yataqxananın həyətində yerləşən orta məktəbin qarşısına getməyini istəmişdir. Təxminən 30-40 metr həmin istiqamətdə hərəkət etdikdən sonra Vüqar onunla mübahisə etməyə başlamışdır. Həmin vaxt Vüqarla əlbəyaxa olmuşlar. Bundan sonra hər ikisi yerə yıxılmışlar. Yaranmış səs-küyə qonşuluqlarında yaşayan Nicat həmin yerə gəlmişdir. Nicat mübahisə etməmələrini deyərək onları ayırmağa çalışmışdır. Mübahisə gedişatmda ani anda Vüqar sağ əlində olan bıçaqla ona zərbə vurmaq istəyərkən əli ilə Vüqarın sağ əlindən tutmuşdur, nəticədə Vüqarın qolu burun nahiyəsinə dəymişdir. Həmin vaxt onları aralaşdırmaq məqsədi ilə Nicat aralarına girmişdir. Lakin Vüqar əlindəki bıçaqla Nicatın kürək və qarın nahiyəsindən də zərbə vurdu. Nicatın qarın nahiyəsindən qan axmasını gördükdən sonra Nicatı Vüqardan kənarlaşdırmışdır. Daha sonra Nicat qonşuluqda yaşayan xalası Kəmalənin evinə getmişdir. O və Vüqar da yaşadıqları evlərə getmişlər. Hadisə zamanı onlardan başqa ətrafda hər hansı bir şəxs olmamışdır. Şahid2 ifadələrində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun bacısı oğludur. 02 dekabr 2023-cü il tarixdə Nicat evə gələndə onun bıçaqlandığını görmüş, Nicatdan soruşduqda onu kimin vurduğunu deməmişdir. Nicatı taksi ilə xəstəxanaya apardılar. Sonradan Nicat özü ona bildirdi ki, Vüqar onu qəsdən vurmayıb. Onun bildiyinə görə təqsirləndirilən şəxs Vüqar Mübarizlə dalaşıb. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid2 ifadələrində göstərmişdir ki, 02 dekabr 2023-cü il tarixdə təxminən saat 23 radələrində yaşadığı ünvan 1 ünvanda yerləşən 2 sayh Peşə Liseyinin yataqxasmda yerləşən mənzilində qonaq otağında əyləşmişdir. Həmin vaxt mənzilin qapısı anidən açılmış və bacısı oğlu Zərərçəkmiş şəxs həyəcanlı halda içəri daxil olmuşdur. Bu zaman Nicatın əynində olan qara rəngli qış gödəkçəsinin aşağı alt hissəsinin qan içərisində olmasını görmüşdür. Dərhal Nicata yaxınlaşıb ondan nə baş verməsini soruşduqda o yataqxanm həyətində bir nəfər şəxs tərəfindən bıçaqla vurulması barədə məlumat vermişdir. Nicatın əynində olan gödəkçəsinə baxdıqda gödəkçənin ön tərəfində xırda-xırda və kiçik ölçülü təxminən 3-4 ədəd bıçaq zədəsinin olmasını görmüşdür. Nicatın xəsarət almasını görüb və onun çoxlu qan itirə biləcəyini düşünüb ona ilkin tibbi yardım göstərilməsi üçün xəstəxanaya aparmaq məqsədilə dərhal taksi avtomobili sifariş vermişdir. Təxminən 5 dəqiqədən sonra taksi avtomobili yataqxananın qarşısına gəlmişdir. Taksi avtomobilinin tanımadığı sürücüsü ilə birlikdə Nicatı avtomobilə əyləşdirmişlər. Təxminən saat 01 radələrində taksi avtomobili ilə Sabunçu xəstəxanasına gəlmişlər. Xəstəxanaya daxil olduqdan sonra həkim personalı Nicatı qəbul edib dərhal cərrahiyyə şöbəsinə keçirmişlər. Daha sonra Nicatın üzərində cərrahi əməliyyat aparılmışdır. Cərrahi əməliyyat başa çatdıqdan sonra xəstəxananın təsərrüfat işçilərindən bir nəfər tanımadığı qadın hadisə zamanı Nicatın əynində olan 1 ədəd qara rəngli qış gödəkçəsini və 1 ədəd göy rəngli cins şalvarı bağlamada olmaqla ona təhvil vermişdir. Bir neçə dəqiqədən sonra polis əməkdaşları xəstəxananın qəbul şöbəsinin qarşısında ona yaxınlaşmışlar. Onlar Nicatın bıçaqla vurulması hadisəsi ilə bağlı ondan şifahi sorğu-sual etmişlər. O da bildikləri barədə polis əməkdaşlarına məlumat vermişdir. Polis əməkdaşlarının deməsindən sonra Nicatın yataqxanada yaşayan Vüqar adlı şəxs tərəfindən bıçaqlanmasım bilmişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş: Hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə ünvan 1 ünvanda yerləşən 2 saylı Peşə Litseyinin yataqxanasının həyətində baş vermişdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 229 sayh rəyindən görünür ki; Vət. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər - döş qəfəsi nahiyəsinin arxa səthinin sağ yarısının daxilə - döş boşluğuna nüfuz etməyən kəsilmiş-deşilmiş yarası, qarın nahiyəsinin ön divarından daxilə - qarm boşluğuna nüfuz edən kəsilmiş- deşilmiş yarası, nazik bağırsağın dəlib-keçən kəsilmiş-deşilmiş yarası, köndələn çənbər bağırsağın serozasmın kəsilmiş yarası, nazik bağırsaq müsariqəsinin kəsilmiş- deşilmiş yarası, böyük piyliyin kəsilmiş-deşilmiş yarası və mədənin arxa divarının serozasmın kəsilmiş yarası deşici-kəsici əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən və xəstəlik tarixinin kserosurətində qeyd olunan xx.xx.2023-cü il tarixdə və şəraitdə, yəni kənar şəxs tərəfindən deşici-kəsici əşya (əşyalar), ola bilsin bıçaqla (bıçaqlarla) yetirilə bilərdilər, qeyd olunan xəsarətlərdən qarm nahiyəsinin ön divarından daxilə - qarm boşluğuna nüfuz edən kəsilmiş- deşilmiş yarası, nazik bağırsağın dəlibkeçən kəsilmiş-deşilmiş yarası, köndələn çənbər bağırsağın serozasmın kəsilmiş yarası, nazik bağırsaq müsariqəsinin kəsilmiş- deşilmiş yarası, böyük piyliyin kəsilmiş-deşilmiş yarası və mədənin arxa divarının serozasmın kəsilmiş yarası dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir, döş qəfəsi nahiyəsinin arxa səthinin sağ yarısının daxilə - döş boşluğuna nüfuz etməyən kəsilmiş-deşilmiş yarası isə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 617 sayh rəyindən görünür k, yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik məyyən edilmir. Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Məhkəmədə təqsirləndirilən şəxs X8 özünü ona elan olunmuş ittihamda qismən təqsirli bilərək göstərdi ki, o, özünü müdafiə məqsədi ilə bıçaqdan istifadə etmişdir. Nicatın əlində armatur görmüş və bu səbəbdən üzərində bıçaq götürmüşdür. Məhkəmə təqsirləndirilən şəxs X4 bu ifadələrini iş üzrə dindirilmiş zərərçəkmiş şəxs və şahidlərin ifadələri ilə, həmçinin, məhkəmə tibbi ekspertizasının rəyi və cinayət işinin materiallarında olan digər mötəbər sübutlarla qarşılıqlı təhlil edərək qeyd edir ki, onun bu ifadələri öz müdafiəsinə yönəlmiş, faktiki əsası olmayan ifadələr kimi nəzərə alınmalıdır. Beləliklə onun həm ibtidai istintaq zamanı, həm də məhkəmədə verdiyi ifadələri yuxarıda sadalanan sübutlarla təkzib olundu. Məhkəmə gəldiyi bu qənaətlə bağlı qeyd edir ki, məhkəmə, təqsirləndirilən şəxs X4 təqsirsizlik prezumpsiyası hüququna əsasən özünün təqsirsizliyini sübut etməyə borclu olmadığını nəzərə alır, lakin onun özünün müdafiəsi üçün göstərdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etmək vəzifəsi daşıdığını qeyd edir. O isə bəyanatlarında iddia etdiyi halları təsdiq edən sübut təqdim etmədi. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs X1 ifadə vermək hüququna malikdir. O, bilə-bilə yalan xəbərçilik etməkdən başqa özünün müdafiəsi üçün göstərdiyi hallara görə məsuliyyət daşımır. O, xəbərçilik etdikdə isə bunu təsdiq edən sübutları da təqdim etməlidir. Əks halda özündə dəqiq faktı nəzərdə tutmayan məlumatın əsassız olaraq yoxlanılması hüquq müstəvisinə çıxarılardı. Bu da hüququ müəyyənlikdən “in abstrakto”ya, yəni mücərəddiyə, qeyri-müəyyənliyə çevirərdi. Buna isə qanunla yol verilmir. Həmçinin məhkəmə Zərərçəkmiş şəxs məhkəmədə verdiyi ifadələrinə münasibətdə qeyd edir ki, onun belə ifadə verməsinin səbəbi təqsirləndirilən şəxs X8 ilə aralarında olmuş yaxınlıq münasibətləri səbəbindən əks məzmunda ifadə verəcəyi təqdirdə qarşılaşacağını güman etdiyi təqsirləndirilən şəxsin məzəmmətdən yayınmaq, təqsirləndirilən şəxsə yararlanmaq cəhdi və başqasının işinə yaramaq anlayışının məntiqə uyğun olmayan şəkildə başa düşmənin nəticəsi kimi qiymətləndirir. Bu səbəbdən də, məhkəmə, onun ibtidai istintaq zamanı verdiyi ifadələrinə əsaslanmağı əsaslı sayır və onun həmin ifadələrinə əsaslanır. Beləliklə, məhkəmə göstərilənləri nəzərə alaraq, təqsirləndirilən şəxs X4 ona elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməlini anlaqlı vəziyyətdə qəsdən törətməsi qənaətinə gəlib, onun təqsirli bilinməsini və onun əməlinin Azərbaycan Respublikası CMnin 126.2.2 və 126.2.4-cü maddələri ilə tövsif edilməsini əsaslı sayır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs X7 məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə maddi sübut yoxdur. Məhkəmədə təqsirləndirilən şəxs X7 Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “M.B.M” Vəkil bürosunun vəkili Müdafiəçin tərəfindən 50 (əlli) saat hüquqi yardım göstərilməsi və bu səbəbdən ona 300 (üç yüz) manat ödənilməli olması müəyyən olundu. Məhkəmə bu məbləğin dövlət büdcəsi hesabına ödənilməsini təmin edib təqsirləndirilən şəxsin həmin ödəmədən azad olunmasını əsaslı sayır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən ahnmış tələbnamədən və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 iyul 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 126.1 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 5 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Onun təqsirli bilindiyiTəqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 iyul 2019-cu il tarixli hökmü ilə ona qəti olaraq təyin edilmiş 5 (beş) il azadlıqdan məhrumetmə cəzasını çəkməkdən Azərbaycan Respublikası Prezidentinin 27 may 2022-ci il tarixli 3282 saylı əfv sərəncamına əsasən cəzasının çəkilməmiş hissəsindən azad edildiyindən onun məhkumluğu ödənilməmiş və məhkumluğu dövründə hazırkı cinayəti törətmişdir. Bu səbəbədən də Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 18.2.2-ci maddəsinin tələblərinə əsəasən cinayətlərin təhlükəli residivi kimi nəzərə alınmalıdır. Məhkmədə təqsirləndirilən şəxs X4 cəzasını yüngülləşdirən hallar kimi himayəsində üç nəfər yetkinlik yaşına çatmayan uşağının olması, cinayət əməlinin törədilmə üsul və şəraiti barəsində qismən etirafedici ifadələr verib cinayətin üstünün açılmasında iştirak etməsi və zərərçəkmiş şəxslə barışması müəyyən olundu. Məhkəmədə, təqsirləndirilən şəxs X4 cəzasını ağırlaşdıran hal kimi cinayətlərin təhlükəli residivi müəyyən olundu. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməlinin xarakterini və təqsirləndirilən şəxs X4 onun şəxsiyyətini xarakterizə edən məlumatları nəzərə alıb, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır. Çünki məhkəmənin qənaətinə görə təqsirləndirilən şəxs X7 azadlıqdan məhrum etmə cəzasına nisbətən daha yüngül cəza təyin etmək üçün əsas müəyyən olunmadı. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən, təhlükəli residivə görə təyin ediləcək cəzanın müddəti maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Məhkəmə, təqsirləndirilən şəxs X7 cəza təyin edərəkən cinayət qanınunun həmin tələbini nəzərə alır. Məhkəmədə elan olunub, araşdırılmış cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs X8 04 dekabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulub 06 dekabr 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onun barəsində həbs qətimkan tədbiri seçilib hazırki vaxtadək həbsdə saxlanılması müəyyən olundu. Məhkəmə bu halı X4 cəzaçəkmə müddətinin başlanğıcını müəyyən edərkən nəzərə alır. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməllərinin xarakterini və təqsirləndirilən şəxs X4 qəsdən ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğunu, əvvəllər azadlıqdan məhrum etməcəzasına məhkum olunduğu və əməlində cinayətələrin residivi olduğunuü nəzərə alıb, təyin edilmiş cəzanın onun tərəfəindən Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olmasını nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxs X4 cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən, onun barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmə, təqsirləndirilən şəxs X7 təyin ediləcək cəzanın müddətini müəyyən edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halın olmasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına, həyat və ailə şəraitinə təsirini, onun cəmiyyətə reinteqrasiya olma hallarını nəzərə alır. hökmetdi: X8 Azərbaycan Respublikası CM-nin 126.2.2 və 126.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 08 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunsun. X7 təyin edilmiş cəzanın başlanğıcı 04 dekabr 2023-cü il tarixdən hesablansın. X4 barəsində qətimkan tədbiri qismində seçilmiş həbs hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. X8 ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Dövlət büdcəsi hesabına məhkəmədə təqsirləndirilən şəxs X7 göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “M.B.M” Vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün 300 ( üç yüz ) manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər X9 və Tədris Mərkəzinin hesabına ödənilsin. X8 həmin ödəmədən azad olunsun. Hökmdən elan olunduğu, X8 isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Novruz Kərimov Hakimlər: Rasim Sadıxov Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar