Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-1894/2025 06.01.2026 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyeva Aytən Heydər qızı (sədrlik edən), X2 və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X3, təqsirləndirilən şəxslərin müdafiəçiləri - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri «Universal» Vəkil Bürosunun vəkili Müdafiəçi1, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri «Universal» Vəkil Bürosunun vəkili Müdafiəçi3, Azərbaycan Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri «Universal» Vəkil Bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 iştirakları ilə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2 və 186.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatına Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2 və 186.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair 1(101)-1894/2025 nömrəli cinayət işi daxil olmuşdur. Məhkəmə, cinayət işində irəli sürülmüş ittihamın mahiyyəti üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünü cinayət prosesi tərəflərinin iştirakı ilə ilkin dinləmələr vasitəsi ilə yoxlayıb belə nəticəyə gəlir ki, cinayət işinin məhkəmə baxışının qeyrimümkünlüyünə səbəb olan hallar mövcuddur, bu səbəbdən qeyd edilən cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, qeyd olunan cinayət işi üzrə 17 noyabr 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X6 vəsatət verərək, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2 və 186.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin baxılmasına xitam verilməsini və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinin kobud pozuntularına yol vermiş Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi X8 barəsində xüsusi qərar çıxarılmasını xahiş etmişdir. Dövlət ittihamçısı X6 vəsatətində qeyd etmişdir ki, məhkəmənin hazırlıq iclasınadək cinayət işi tərəfindən öyrənilərkən müəyyən olunmuşdur ki, məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 303-cü maddəsi ilə müəyyən edilmiş kobud pozuntulara yol verilmişdir. Belə ki, ittihama əsasən, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, aralarında olan ümumi cinayətkar niyyətə uyğun cinayətin törədilmə üsulunu qabaqcadan müəyyənləşdirməklə 01 iyul 2024-cü il tarixdə saat 17 radələrindən 03 iyul 2024-cü il tarixdə saat 02 radələrinədək olan müddət ərzində Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Binəqədi rayonu, Görədil bağları, 1303 A saylı bağ evinin hasarından aşıb həyətə daxil olaraq, həmin evin həyətindən tapdığı dəmir alətlə (lomla) evin birinci mərtəbəsinin dəmir qapısını aralayıb qapının qıfılını sındırıb hər ikisi saxlanc yeri kimi istifadə olunan evin otağına qanunsuz daxil olaraq, oradan ümumi dəyəri 60 manat olan 06 ədəd qazanı, ümumi dəyəri 20 manat olan 02 ədəd tavanı, ümumi dəyəri 100 manat olan 03 ədəd bıçaq və 01 ədəd ət doğrayan baltanı, dəyəri 65 manat olan 50 metr uzunluğunda bir top mis işıq kabelini, 3000 manat dəyərində olan Rusiya Federasiyasının Tula şəhərində 1796-cı ildə istehsal olunan qədimi samovarı, ümumi dəyəri 1.600 manat olan 02 ədəd “X10” markalı avtomobilə məxsus ön faraları, 2000 manat dəyərində olan “BMW-M-4” markalı avtomobilə məxsus lazer sol ön farasını, 800 manat dəyərində olan “BMW-M-4” markalı avtomobilə məxsus lazer ön sağ farasını, dəyəri 650 manat olan “Toyota prius 30” kuza markalı avtomobilə məxsus bir ədəd sol ön faranı, 1200 manat dəyərində olan “BMW-M-4” markalı avtomobilə məxsus elektron sükan mexanizminin mühərrikini, dəyəri 2500 manat olan “BMW-M-4” markalı avtomobilin sükan mexanizminin blokunu, ümumi dəyəri 2000 manat olan 08 ədəd “Hyundai-Elantra” markalı avtomobilin ön farasını, ümumi dəyəri 900 manat olan 2 ədəd “Kia Optima K 5” markalı avtomobilin arxa stoplarını, dəyəri 650 manat olan “Hyundai İX-35” markalı avtomobilə məxsus 01 ədəd diodlu sağ qanad stopunu, dəyəri 280 manat olan “Hyundai İX-35” markalı avtomobilin 01 ədəd diodlu arxa sağ baqaj stopunu, dəyəri 280 manat olan 01 ədəd “Samsung” markalı, VJJ4475S3B modelli tozsoranı, dəyəri 500 manat olan 01 ədəd “Truvox hydromist lite” markalı xüsusi çənli su ilə buxarla yuyan tozsoranı, ümumi dəyəri 3000 manat olan “Audi Q8” markalı avtomobilə aid 04 ədəd 19-luq diskləri, ümumi dəyəri 400 manat olan “Hyundai İX-35” markalı avtomobilə aid 02 ədəd 16-lıq diski, dəyəri 800 manat olan 01 ədəd 6 kilovatlıq işıq generatorunu, dəyəri 350 manat olan “Mersedes benz ML” markalı avtomobilin ön bamperinin alt hissəsində yerləşən 01 ədəd xrom dəmirini, dəyəri 500 manat olan ”Hyundai Azera” markalı avtomobilin baqajında olan 01 ədəd uzun stopu, dəyəri 450 manat olan “BMV-535” markalı avtomobilin 01 ədəd ön farasını, dəyəri 150 manat olan “BMW-535” markalı avtomobilin 01 ədəd arxa stopunu, ümumi dəyəri 9000 manat təşkil edən “Toyota”, “Hyundai”, “Kia”, “Mersedes” və “BMW” markalı avtomobillərə məxsus 30 ədəd arxa stopları, ümumi dəyəri 8000 manat olan həmin avtomobillərə məxsus 40 ədəd arxa stoplarını, ümumi dəyəri 10.000 manat olan həmin avtomobillərə aid 50 ədəd qapı zamokunu, ümumi dəyəri 5000 manat olan 20 ədəd bloku, 50 ədəd baqaj zamokunu, 170 ədəd baqaj və “BMW” markalı petlələrini, “Toyota”, “Hyundai”, “Kia”, “Mersedes” avtomobillərə məxsus 50 ədəd dartıcını, 50 ədəd dartıcının oynağını, ümumi dəyəri 1.500 manat olan 2.7 mühərrikli “Hyundai Santafe” markalı avtomobilin mühərrikinin ehtiyyat hissələri, dəyəri 600 manat olan həmin avtomobilin 01 ədəd katalizatorunu, ümumi dəyəri 3000 manat olan “Toyota”, “Hyundai”, “Kia”, “Mersedes” və “BMV” markalı avtomobillərə məxsus 20 ədəd ön və arxa bamperləri, dəyəri 130 manat təşkil edən Almaniya istehsallı “Forje” şirkətinə məxsus 01 açar naborunu, ümumi dəyəri 700 manat təşkil edən 02 ədəd dartıcı kranı, ümumi dəyəri 1320 manat təşkil edən “Toyota Camry” markalı avtomobilə məxsus 215/60/16-lıq Çində istehsal olunmuş “Horizon” firmasına məxsus 04 ədəd qış təkəri və həmin təkərlərin üzərində olan 16-lıq disklərini, bağ evinin ikinci mərtəbəsindən ümumi dəyəri 500 manat olan 05 ədəd mis qazanları, 65 manat dəyərində olan “Lusky pro” firmasına məxsus su matorunu, ümumi dəyəri 30 manat olan 10 metr uzunluğunda su nasosuna bağlanmış işlənmiş vəziyyətdə az kabelə məxsus kabeli, ikinci mərtəbədə otağın giriş qapısının üzərində divara vurulmuş dəyəri 55 manat olan Yaponiya istehsallı 01 ədəd “Filips” firmasına məxsus işıq plafonunu gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs ümumilikdə 62.275 manat məbləğində külli miqdarda ziyan vurmaqla vahid niyyətlə əhatə olunan qəsdlə oğurluq etmiş, habelə qeyd olunan tarixdə və ünvanda Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3la birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq hadisəsi zamanı dəyəri 300 manat olan dəmir qapını, dəyəri 12.000 manat olan Almaniya istehsalı olan 02 pedallı qədim pioninonu, 200 manat dəyərində olan qədim əlişi olan şkafın qapılarını, 100 manat dəyərində olan pəncərəni heç bir səbəb olmadan qəsdən zədələyib zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 12.600 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla özgənin əmlakını qəsdən zədələmişdir. Cinayət işinin materiallarından göründüyü kimi, xx.xx.2025-ci il tarixli qərarla həmin faktla bağlı Təqsirləndirilən şəxs3 barəsində əməlində hər hansı cinayət tərkibinin olmaması əsası ilə işin icraatına xitam verilməsinə baxmayaraq ibtidai istintaqın sonrakı mərhələsində yuxarıda qeyd edilən qərar ləğv edilmədən xx.xx.2025-ci il tarixdə o, CM-in 177.3.2 və 186.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrlə ittiham elan edilmişdir. Bundan başqa, ittiham aktının nəticə hissəsindən göründüyü kimi, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verilmiş ittihama əsasən, onlar Təqsirləndirilən şəxs3la qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, aralarında olan ümumi cinayətkar niyyətə uyğun cinayətin törədilmə üsulunu qabaqcadan müəyyənləşdirməklə 01 iyul 2024-cü il tarixdə saat 17 radələrindən 03 iyul 2024-cü il tarixdə saat 02 radələrinədək olan müddət ərzində Zərərçəkmiş şəxs məxsus bağ evinin hasarından aşıb həyətə daxil olaraq, həmin evin həyətindən tapdığı dəmir alətlə (lomla) evin birinci mərtəbəsinin dəmir qapısını aralayıb qapını qıfılını sındırıb hər ikisinin (yəni konkret olaraq kimin gostərilmədən) saxlanc yeri kimi istifadə olunan evin otağına qanunsuz daxil olaraq vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 62.275 manat məbləğində külli miqdarda ziyan vurmaqla oğurluq etmələri və... habelə qeyd olunan tarixdə (yəni dəqiq tarix göstərilmədən) Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3la birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq hadisəsi zamanı zərərçəkmiş şəxsə məxsus yuxarıda sadalanan əmlakını heç bir səbəb olmadan qəsdən zədələyib Zərərçəkmiş şəxs ümumilikdə 12.600 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla özgənin əmlakını qəsdən zədələmələri göstərilmişdir. Digər təqsirləndirilən şəxsə - Təqsirləndirilən şəxs3 verilmiş ittihama əsasən o, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, aralarında olan ümumi cinayətkar niyyətə uyğun cinayətin törədilmə üsulunu qabaqcadan müəyyənləşdirməklə 03 iyul 2024-cü il tarixdə saat 02 radələrinədək olan müddət ərzində Zərərçəkmiş şəxs məxsus bağ evinin hasarından aşıb həyətə daxil olaraq, həmin evin həyətindən tapdığı dəmir alətlə (lomla) evin birinci mərtəbəsinin dəmir qapısını aralayıb qapını qıfılını sındırıb hər ikisinin (yəni konkret olaraq kimin gostərilmədən) saxlanc yeri kimi istifadə olunan evin otağına qanunsuz daxil olaraq vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 62.275 manat məbləğində külli miqdarda ziyan vurmaqla oğurluq etmələri və... habelə qeyd olunan tarixdə (yəni dəqiq tarix göstərilmədən) Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq hadisəsi zamanı zərərçəkmiş şəxsə məxsus yuxarıda sadalanan əmlakını heç bir səbəb olmadan qəsdən zədələyib Zərərçəkmiş şəxs ümumilikdə 12.600 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla özgənin əmlakını qəsdən zədələmələri göstərilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 289.3.1-ci maddəsinə əsasən, ittiham aktının təsviri-əsaslandırıcı hissəsində cinayətin törədilmə vaxtı, üsulları, nəticələri və digər mühüm hallar göstərilməklə verilmiş ittihamın təsviri əks etdirilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 303.3.6-cı maddəsinə əsasən, cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması cinayət işinin baxılmasına xitam verilməsi və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması üçün əsasdır. Cinayət-Prosessual Məcəlləsinin 303.3.6-cı maddəsinə əsasən, cinayət işi üzrə ittiham aktının Cinayət-Prosessual Məcəlləsinin 289-cu maddənin tələblərinə uyğun olmaması kobud qanun pozuntusudur və bu qanun pozuntusuna yol verildikdə cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. İttihamın mahiyyətinin nədən ibarət olmasının aydın olmaması və ya dəqiq müəyyən edilməməsi təqsirləndirilən şəxsin “nədə ittiham olunduğunu”, “nədən müdafiə olunmalı olduğunu” bilməməsinə və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı presedent üzrə belə olan halda müdafiə hüququnun pozulmasına səbəb olur. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi üzrə təmin edilən minimal müdafiə hüquqları sırasında şəxsin nədə ittiham olunduğunu bilməsi cinayət qanununda nəzərdə tutulan cinayəti törətməsi barədə elan edilən ittihamın xarakteri və məzmununun ona aydın olmasını ehtiva edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 91.5.1-ci maddəsinə əsasən, “nədə təqsirləndirildiyini bilmək (ittihamın məzmunu, verilmiş ittihamın “faktiki tərəfi” və “hüquqi tövsifi”)” təqsirləndirilən şəxsin hüququdur. Yuxarıda göstərilənlər bilavasitə ittihamın mahiyyətini əks etdirdiyindən, təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması, həmçinin ittiham aktının düzgün tərtib edilməməsi məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntular hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3.1 və 303.3.6-cı maddələrində nəzərdə tutulan kobud qanun pozuntularına yol verildikdə cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmin Məcəllənin 300.1 və 300.1.5-ci maddələrinə əsasən, cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı həmin Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 307.2-ci maddəsinə əsasən məhkəmənin xüsusi qərarında onun hansı cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə və kim tərəfindən çıxarıldığı qeyd edilməli, işin mahiyyəti, dəqiq olaraq həmin Məcəllənin 303.3-cü maddəsində nəzərdə tutulmuş kobud pozuntulardan hansı pozuntu və kimin tərəfindən yol verildiyi ətraflı göstərilməlidir. Qeyd olunanlara əsasən, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2 və 186.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin məhkəmədə baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin yuxarıda qeyd olunan tələblərinin kobud pozuntularına yol vermiş Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi, X8 barəsində xüsusi qərar çıxarılmalıdır. Məhkəmə cinayət işi üzrə tərəflərin fikirlərini dinləyərək, dövlət ittihamçısının vəsatətində qeyd olunan halları nəzərə alıb, belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303-cü maddəsinə əsasən, dövlət ittihamçısı X3 vəsatəti təmin edilməli, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2 və 186.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair 1(101)-1894/2025 (2********) nömrəli cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol vermiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi, polis polkovnikleytenantı X5 barəsində xüsusi qərar çıxarılmalı və xüsusi qərar müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirinə göndərilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barələrində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 159, 298-300, 303.3.6, 306 və 307.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X6 tərəfindən verilmiş vəsatət təmin edilsin. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2 və 186.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair 1(101)-1894/2025 (2********) nömrəli cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Binəqədi rayon prokurorluğuna qaytarılsın. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barələrində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə məhkəməyədək icraat zamanı Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin tələblərinin kobud pozuntularına yol vermiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi, polis polkovnik-leytenantı X5 barəsində xüsusi qərar çıxarılsın. Qərarın surəti 3 gün müddətində cinayət prosesi tərəflərinə verilməsi və ya poçtla göndərilməsi təmin edilsin. Hakimlər: 1.(sədrlik edən) Aytən Əliyeva
2. Elmin Rüstəmov
3. Vüqar Quliyev