Məhkəmə qərarları › İş №1(101)-1896/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-1896/2023

10.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-1896/2023 10.10.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə, müdafiəçi: Bakı şəhəri “Ekol” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə açıq məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Tərtib edilmiş ittiham aktına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə təqsirləndirilir. Məhkəmənin hazırlıq iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi yazılı vəsatət verərək göstərmişdir ki, cinayət işinin materialları ilə tanış olarkən aşağıdakı kobud pozuntularının olması aşkar olunmuşdur. 1.Cinayət işinin 74-cü səhifəsində olan “şübhəli şəxsə hüquq və vəzifələrinin izah edilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan aşıq-aşkar görünür ki, şübhəli şəxsin adı və soyadının qarşısındakı imza ad və soyadı yazan şəxs tərəfindən icra edilmişdir. Təqsirləndirilən şəxs adının qarşısındakı imza cinayət işi materiallarında olan digər imzaları ilə eynilik təşkil etmir.

2. Cinayət işinin 75-ci səhifəsində olan “etiraz edilə bilən şəxslər barədə məlumatların şübhəli şəxsə bildirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan aşıq-aşkar görünür ki, şübhəli şəxsin adı və soyadının qarşısındakı imza ad və soyadı yazan şəxs tərəfindən icra edilmişdir. Təqsirləndirilən şəxs adının qarşısındakı imza cinayət işi materiallarında olan digər imzaları ilə eynilik təşkil etmir.

3. Cinayət işinin 199 və 200-cü səhifəsində olan “təqsirləndirilən şəxsi və müdafiəçisini cinayət işinin materialları ilə tanış etmə haqqında” xx.xx.2023-cü il tarixli protokolda da Təqsirləndirilən şəxs adının qarşısındakı imzanın cinayət işi materiallarında olan Təqsirləndirilən şəxs digər imzaları ilə eynilik təşkil etməməsi faktı bir daha öz əksini tapır. Müdafiə tərəfi vəsatətində pozuntu hesab etdiyi digər halları da gətirərək Təqsirləndirilən şəxs müdafiə hüququnun pozulması hallarının aradan qaldırılması üçün cinayət işi üzrə icraata xitam verilməklə işi ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM–nin 97,127–ci maddələrinin tələblərini rəhbər tutaraq Müdafiəçi yazılı vəsatətində göstərdiyi məsələlərin öz həllini tapması və araşdırılması üçün 21 avqust 2023-cü il tarixli qərarla cinayət işi üzrə məhkəmə-xətşünaslıq ekspertizasi təyin edilmiş, Ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspertinə həvalə edilmişdir. Məhkəmədə tədqiq edilib araşdırılmış 4/1429 saylı 12 sentyabr 2023-cü il tarixli Məhkəməxətşünaslıq ekspertizasının “1.1. Xətt və imzaların tədqiqi” rəyindən müəyyən olunur ki, ekspert tədqiqatının nəticəsində 1(101)-1896/2023 nömrəli cinayət işinin 1-ci cildinin 199-200-cü vərəqələrində olan xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxsi və onun müdafiəçisini cinayət işinin materialları ilə tanış etmə haqqında” protokolun 1-ci vərəqinin aşağı hissəsindəki imza və 2ci vərəqində “Təqsirləndirilən şəxs:Təqsirləndirilən şəxs” qrafasındakı imza- Təqsirləndirilən şəxs tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur, həmin cinayət işinin 1-ci cildinin 74-cü vərəqində olan xx.xx.2023-cü il tarixli “şübhəli şəxsə hüquq və vəzifələrinin izah edilməsi haqqında” protokolda və 75-ci vərəqində olan xx.xx.2023-cü il tarixli “etiraz edilə bilən şəxslər barədə məlumatların şübhəli şəxsə bildirilməsi haqqında” protokolda “Şübhəli şəxs:Təqsirləndirilən şəxs” qrafalarındakı imzaların-Təqsirləndirilən şəxs tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub olunmamasını tədqiqat prosesinin təsviri hissəsinin 2-ci bəndində göstərilən səbəblərə görə təyin etmək mümkün olmamışdır. Beləliklə, ekspertiza rəyindən müəyyən olunur ki, Müdafiəçi yazılı vəsatətində göstərdiyi İ cildin “təqsirləndirilən şəxsi və onun müdafiəçisini cinayət işinin materialları ilə tanış etmə haqqında” 199-cu səhifəsindəki protokolun yerləşdiyi vərəqənin aşağı hissəsindəki imza və İ cildin 200-cü səhifəsində yerləşən “Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs” kimi qeyd olunan qrafada imza təqsirləndirilən şəxsə aid deyildir və Nərimanov RPİ İŞ-nin müstəntiqi, polis mayoru Məhəmməd Tağıyev tərəfindən və ya qeyrisi tərəfindən imzalanmışdır. Əlavə olaraq İ cildin 74 və 75-ci səhifələrində olan “şübhəli şəxsə hüquq və vəzifələrinin izah edilməsi haqqında” və “etiraz edilə bilən şəxslər barədə məlumatların şübhəli şəxsə bildirilməsi haqqında” “Şübhəli şəxs:Təqsirləndirilən şəxs” qrafalarındakı imzalara münasibətdə ekspert rəyində imzaların kimə məxsus olduğunu müəyyən edə bilməmiş və bu səbəbdən həmin imzalarında Təqsirləndirilən şəxs məxsus olması şübhə altına alınmışdır. Dövlət İttihamçısı çıxışında göstərmişdir ki, “təqsirləndirilən şəxsi və onun müdafiəçisini cinayət işinin materialları ilə tanış etmə haqqında” protokolunda qeyd olunan imzalar Təqsirləndirilən şəxs tərəfindən yox, başqası tərəfindən icra edilmişdir. “Şübhəli şəxsə hüquq və vəzifələrinin izah edilməsi haqqında” və “etiraz edilə bilən şəxslər barədə məlumatların şübhəli şəxsə bildirilməsi haqqında” protokollarda isə imzaların Təqsirləndirilən şəxs tərəfindən icra edilməsi məhkəmə xətşünaslıq ekspterzasının rəyində göstərildiyi üçün hesab etmək olar ki, təqsirləndirilən şəxsin ibtidai araşdırma zamanı müdafiə hüququ kobud pozulmuş və Azərbaycan Respublikasının CPM-nin 303.3.1-cü maddəsində qeyd olunan kobud qanun pozuntuları aradan qaldırılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Müdafiə tərəfi öz növbəsində dövlət ittihamçısının fikri ilə razı olduqlarını, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi isə bu məsələnin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə cinayət işində irəli sürülmüş ittihamın mahiyyəti üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünü cinayət prosesi tərəflərinin iştirakı ilə ilkin dinləmələr vasitəsilə yoxlayıb belə nəticəyə gəlir ki, qeyd edilən cinayət işi üzrə ibtidai araşdırma zamanı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3.1-ci maddəsində nəzərdə tutulmuş kobud pozuntulara yol verilməklə təqsirləndirilən şəxsin müdafiə hüququ pozulmuşdur. Azərbaycan Respublikası CPM-in 303.1-ci maddəsinin tələbinə görə məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Məhkəmə cinayət işinə prosessual rəhbərliyi həyata keçirən prokurora qaytardıqda təqsirləndirilən şəxsin həbs müddətinin uzadılması məsələsini də həll etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300.1.5, 303.3.1 və 306-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə R A R A A L D İ: 1.Məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyi üçün cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Nərimanov rayon prokuroruna qaytarılsın.

2. Qərarın surəti məlumat üçün cinayət prosesinin iştirakçılarına və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Nərimanov rayon prokuroruna göndərilsin. 3.Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri 01 (bir) ay müddətə 10 noyabr 2023-cü il tarixədək uzadılsın.

Hakimlər: 1.(sədrlik edən) Rasim Sadıxov

2. Novruz Kərimov

3. Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar