Məhkəmə qərarları › İş №1(101)-1896/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1896/2024

18.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1896/2024 18.09.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Məmmədzadə Səbinə Adil qızı, Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X11, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokurorları Dövlət ittihamçısı və X7, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri “Fides” vəkil bürosunun vəkili X8, zərərçəkmiş şəxsin hüquqi varisi X2 iştirakları ilə, xx xxxxxx 1985-ci il tarixdə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, himayəsində bir azyaşlı uşağı olan, işləməyən, əvvəllər Qazax Hərbi Məhkəməsinin 18 avqust 2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 335.2-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş; Yevlax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya qərarının 2.4-cü bəndinə əsasən Təqsirləndirilən şəxs cəzadan azad edilmiş; Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 aprel 2024-cü il tarixli, 1(005)-162/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2ında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi xuliqanlıq niyyəti ilə xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmiş, həmçinin, silah qismində istifadə olunan əşyadan istifadə edərək zor tətbiq olunması və belə zorun tətbiq olunması hədəsi ilə müşayiət olunan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri ilə xuliqanlıq etmişdir. Belə ki, o, 13 fevral 2024-cü il tarixdə saat 17 radələrində keçmiş arvadı xx.xx.1986cı il təvəllüdlü Zərərçəkmiş şəxs ünvan 3 ünvanından çıxıb doğma övladları X5 aparmaq üçün yaşadığı ünvana gəldiyini bildikdən sonra küçədə gözləyərək ünvan 4 ünvanının qarşısında Zərərçəkmiş şəxs qarşılayıb bir gün əvvəl, yəni 12 fevral 2024-cü il tarixdə aralarında yaranmış sözlü mübahisədə sonuncunun onunla kobud şəkildə rəftar edərək təhqir etməsini, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 iyul 2023-cü il tarixli, 2(008)-427/2023 nömrəli qətnaməsi ilə nikahlarının pozulmasına baxmayaraq onun iradəsinə uyğun davranmamasını cüzi səbəb kimi bəhanə edərək, öz üstünlüyünü ona, eləcə də ətrafdakılara nümayiş etdirmək məqsədi ilə Zərərçəkmiş şəxs yaxınlaşaraq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, hamı tərəfindən qəbul edilmiş davranış qaydalarına, əxlaq normalarına saymazlıq və laqeydlik göstərərək üzərində gəzdirdiyi silah qismində istifadə olunan soyuq silah hesab edilməyən məişət təyinatlı bıçağı çıxarıb ictimai yer olan küçədə, çoxsaylı yaşayış binalarının və fərdi yaşayış evlərinin əhatəsində sakinlərin, ətrafda olan, küçə ilə hərəkət edən şəxslərin rahatlığının pozulmasına, onlarda təşviş yaratmaqla mənafelərinə toxunulmasına səbəb olan hərəkətləri ilə, silah qismində istifadə etdiyi məişət təyinatlı bıçaqdan istifadə etməklə Zərərçəkmiş şəxs qarşı zor tətbiq edərək qəsdən öldürmək qərarına gəlib törətmək niyyətində olduğu əməlin xarakterini və hüquqaziddliyini, bu əməlin törədilməsi ilə zərərçəkmişin ölümünə səbəb olacaq ictimai təhlükəli nəticələrin baş verməsini qabaqcadan görərək və bunları arzu edərək, sonuncunun öldürülməsinə yönəlmiş bilavasitə niyyətlə hərəkət edərək, öz şəxsiyyətini onun şəxsiyyətinin fövqünə qoyub, ictimai qaydalara qarşı açıq etinasızlıq göstərərək heç bir əsaslı səbəb olmadan, yəni xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs qəsdən öldürmək məqsədilə əlində tutduğu bıçaqla bədəninin müxtəlif nahiyələrinə ardıcıl olaraq çoxsaylı zərbələr yetirməklə müstəsna dərəcədə rəhmsizlik və qəddarlıqla ona xüsusi əzab və ağrılar yetirdiyini dərk edərək və bunu arzu edərək, yəni xüsusi amansızlıqla sonuncuya ölümlə birbaşa səbəbli əlaqəli, həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya aid döş qəfəsinin arxa səthində plevra boşluğuna nüfuz edən sağ və sol ağciyərin zədələnməsi ilə müşayiət olunan 08 ədəd deşilmiş-kəsilmiş yaralar və dərəcələrinə görə sağlamlığa yüngül zərər vurmanın əlamətlərinə malik boyun nahiyəsinin arxa səthində 01 ədəd, döş qəfəsinin ön səthinin sağ yarısında 03 ədəd, qarın nahiyəsinin ön səthində 01 ədəd, döş qəfəsinin arxa səthinin sağ və sol yarısında 19 ədəd, sol bazu nahiyəsinin arxa səthində 02 ədəd, bel nahiyəsinin sağ yarısında 01 ədəd (cəmi 27 ədəd) olmaqla, ümumilikdə 35 (otuz beş) ədəd deşilmiş-kəsilmiş yaralar xəsarətləri yetirmiş, sonuncunun döş qəfəsinin arxa səthindən plevra boşluğuna nüfuz edən sağ və sol ağciyərin zədələnməsi müşayiət olunan kəskin daxili və xarici qanitirmə nəticəsində baş vermiş hemorragik şokdan ölməsi ilə Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmiş, eyni zamanda silah qismində istifadə olunan əşyadan istifadə edərək zor tətbiq olunması və belə zorun tətbiq olunması hədəsi ilə müşayiət olunan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri ilə xuliqanlıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2009-cu ildə Zərərçəkmiş şəxs ilə evlənmiş və onların iki övladı var, biri azyaşlıdır. O və Sevinc 2 il əvvəl boşanmışlar. Uşaqlardan biri onunla yaşayırmış, digəri isə məktəblər tətil olduqda onların evinə gəlirmiş. O, Sevincin ona xəyanət etdiyini bilib onu qısqanmış və onu öldürməyi qərara almışdır. Belə ki, Sevinc uşaqları götürmək üçün onların evinə gəlmişdir. Hadisəyə kimi uşaqları götürməyə gələndə Sevinclə aralarında hər hansısa sözsöhbət olmamışdır. Hadisə Bakı şəhəri, Nərimanov rayonu, “Çermet” adlanan ərazidə baş vermişdir. Hadisə zamanı səs-küy olduğundan ətrafa insanlar toplaşmışlar. Lakin, həmin vaxt o artıq Sevinci bıçaqla vurmuşdur. O, öz evinin qapısının önündə Sevinci qətlə yetirmişdir. Keçmiş həyat yoldaşı onun onu öldürmək niyətində olduğunu bilirmiş. O, vaxtı ilə Sevincə belə hərəkətlərə yol verdiyi üçün nöqsan bildirmiş, amma Sevinc ona öz həyatıdır, özü bilər deyə cavab vermişdir. Əməlindən peşman deyil. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, onun 2 övladı var, onlardan birinin 14 digərinin isə 7 yaşı var. Onun uşaqları hazırda anasının himayəsi altındadır və anasının 64 yaşı var. O, Sevincdən boşanarkən ona hərəkət edərkən ondan icazə alması barədə heç bir şərt qoymamışdır. O, əvvəllər Azərbaycan Respublikası CM-nin 177-ci maddəsi ilə məhkum olmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs onun doğma qızıdır. Zərərçəkmiş şəxs 2009-cu ildə Təqsirləndirilən şəxs Elşən oğlu ilə ailə həyatı qurmuşdur. Lakin onlar 1 il yarım olar ki, boşanmışlar. Əvvəllər qızı Sevinc uşaqları götürməyə gedərkən Rövşənın anası problem yaradırmış, uşaqları götürməyə icazə vermirmişlər. Həmçinin il yarımdan çox boşanmış olmaqlarına baxmayaraq Rövşən övladları üçün hər hansısa maddi dəstək göstərmirmiş. Nəvələrini onlar böyütmüşlər. Uşaqlardan qız onlarla, oğlan isə atası Rövşənin evində yaşayırmış. 13 fevral 2024-cü ildə o işdə olarkən qızı Sevincə zəng etmiş və harda olduğunu soruşmuşdur. Sevinc ona metroda olduğunu bildirmişdir. Sonradan qızı uşaqları götürmək üçün keçmiş həyat yoldaşının evinə getmiş, lakin keçmiş həyat yoldaşı uşaqları ona verməkdən imtina etmişdir. O, gecə saat 22:00-da işdən qayıtdıqda Sevincin əşyalarının evdə olduğunu görmüş, lakin Sevinc evdə yox imiş. Sevincin gödəkcəsi stolun üstündə imiş, telefonu zaryatkada imiş, pasport və çantası masanın üzərində imiş. O, düşünmüşdür ki, Sevinc marketə getmiş, lakin saatlar keçməyinə baxmayaraq Sevinc evə gəlməmişdir. O, axşam saat 00:00-00:30-a kimi Elşənə zəng etmiş və Rövşənin harda olduğunu soruşmuşdur. Lakin, Elşən ona Rövşənə zəng çatmadığını demişdir. Sonradan Elşən ona Sevincin öldüyünü bildirmişdir. Rövşən yalan ifadə verir, qızı Sevinc Rövşənə xəyanət etməmişdir. O, Təqsirləndirilən şəxslə barışıq əldə etməmiş, şikayətçidir. Xahiş edir, Təqsirləndirilən şəxs barəsində ömürlük azadlıqdan məhrum etmə cəzası verilsin. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. Rövşən 2009-cu ildə Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuş və bu nikahdan onların iki övladı doğulmuşdur. Onun həyat yoldaşı əlildir. Onlar nəvələrinə kredit götürərək telefon almışlar. Telefon üstündə Rövşənlə gəlin arasında münasibət pis imiş. Sevinc özü üçün yerini isidirmiş və telefonu Rövşənə vermirmiş. Gəlini anasıgilə qonaq yola salmışdır. Sevinc gedərkən küsülü ayrılmamışdır. Ana nənəsi 14 yaşında olan oğlan nəvəsini yola vermirmiş, həmin nəvəsi 10-15 gün orda qaldıqdan sonra hasardan aşıb onlara gəlmiş və ona demişdir ki, anası telefonda “Whatsapp” sosial şəbəkəsində başqaları ilə danışır. Bu hadisələr Rövşən və Sevinc boşanmazdan əvvəl olmuş və sonu ölümlə nəticələnmişdir. Rövşən və Sevinc 1 ildir ki, boşanmışlar. Oğlunun keçmiş həyat yoldaşını öldürməsinə haqq qazandırmır. Hadisə günü o evdə ət çəkirmiş. Onun eviylə hadisə baş verən yer arasında 20 metr məsafə var. O, hadisəni eşitmirmiş. Hadisədən əvvəl axşamdan Sevinc telefonda danışırmış ki, qızını gəlib aparsın. Sevinc Koroğludan onların ünvanına gəlmiş, bir oğlan taksi sürücüsünə kömək etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs tanımır, ilk dəfədir görür. 13 fevral 2024-cü il tarixdə o məhlədə qadın cəsədi görmüşdür. O, həmin an qadının kim olduğunu, kim tərəfindən öldürüldüyünü bilməmişdir. Sonradan məhlədə eşitmişdir ki, öldürülən qadın Rövşənin keçmiş həyat yoldaşı olmuş, aralarında söz-söhbət yaranmış və Rövşən onu öldürmüşdür. O, hadisə anını görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs tanımır. 13 fevral 2024-cü il tarixdə o oğlu ilə həyətdə imiş və onlar marketə getmək istəyirmişlər. O, birdən səs eşitmiş, düşünmüşdür ki, kimdirsə dostları ilə dalaşır. O, oğluyla birlikdə çölə çıxmış və görmüşdür ki, Rövşən qızla dalaşır. Qız ön tərəfə doğru yerə yıxılmış və Rövşən bıçaq çıxarmışdır. Rövşən ona demişdir ki, yaxın gəlməsin, namus məsələsidir. O, yanında uşaq olduğundan evə girmiş və dərhal DİN-in 102 xidmətinə zəng etmişdir. Sonra polis əməkdaşları gəlmişdir. O, Rövşən və Sevincin boğuşduğunu görmüş, bıçaqlanma anını görməmişdir. Ola bilər ki, o ora yaxınlaşmazdan əvvəl elə Rövşən qızı bıçaqlamışdır. Lakin o yerdə qan izi görməmişdir. O, qışqırıq səsləri eşidirmiş. O, istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Elan edilmiş cinayət işinin 1-ci cild 187-191-ci vərəqələrində olan şahidin dindirilmə protokoluna və protokoldakı imzaya əsasən Şahid2 bildirmişdir ki, imza onun imzasıdır. O, istintaq zamanı verdiyi ifadəni təsdiq edərək bir daha bildirmişdir ki, o ətrafdaki insanlardan eşitmişdir ki, Rövşən bıçaqla qadına ardıcıl çoxsaylı zərbələr endirmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış iş üzrə Şahid1 ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla şəxsi münasibəti, düşmənçiliyi və ədavəti olmamışdır. 13 fevral 2024-cü il tarixdə təxminən saat 17 radələrində yaşadığı evdən çıxıb Keşlə Bazarı istiqamətində getmişdir. Yaşadığı ünvanın yaxınlığında, Sübhan Ələsgərov küçəsindən tək keçərkən bir nəfər qadının "kömək eləyin” deyə səsləndiyini görmüşdür. Həmin tərəfə yaxınlaşdıqda sonradan adının Rövşən olduğunu bildiyi şəxsin qadının saçından tutub özünə tərəf sıxdığını görmüş, onlara tərəf yaxınlaşıb ayırmaq istədikdə, Rövşən “çəkil arxaya, heç kim yaxın gəlməsin” deyərək bıçaq çıxartmış və qadının sinəsindən vurmağa başlamışdır. Qadın zərbələrin təsirindən dizi üstə yerə çökmüşdür. Bundan sonra Rövşən qadının baş hissəsindən bıçaqla vurmuş və qadın üzüüstə yerə yıxılmışdır. Qadın hərəkətsiz halda yerdə üzüüstə uzanıqlı vəziyyətdə olduğu zaman Rövşən bir qədər kənara çəkilmiş və bir neçə saniyə sonra yenidən qadına yaxınlaşıb əlindəki bıçaqla kürək nahiyəsindən təkrarən ardıcıl çoxsaylı zərbələr endirmişdir. Daha sonra Rövşən oradan ayrılıb vurduğu yerdən təxminən 25-30 metr aralıda yerləşən fərdi yaşayış evinə girmişdir. Həmin vaxt köməklik etmək üçün yoldan keçən bir nəfərə yaxınlaşıb bildirmişdir. Həmin şəxs də gəlmiş və birlikdə təcili tibbi yardıma, DİN-in 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermişlər. Bir neçə dəqiqə sonra təcili tibbi yardım və polis əməkdaşları hadisə yerinə gəlmişdir. Polis əməkdaşları gəldikdən sonra Rövşənin girdiyi fərdi yaşayış evinə daxil olub onu götürüb aparmışdır. Hadisənin hansı səbəbdən baş verdiyi barədə məlumatı yoxdur. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 1-ci cild 3-cü vərəqəsində olan və tədqiq edilərək araşdırılmış Nərimanov rayon prokurorluğunun böyük müstəntiqi, İİ dərəcəli hüquqşünas İbrahim İbrahimovun 13 fevral 2023-cü il tarixli təqririndən görünür ki, 13 fevral 2024-cü il tarixdə saat 17:50-də ünvan 4 ünvanının qarşısında Zərərçəkmiş şəxs meyitinin aşkar edilməsi barədə məlumat daxil olmuşdur. Cinayət işinin 1-ci cild 4-15-ci vərəqələrində olan və tədqiq edilərək araşdırılmış «Hadisə yerinə baxış keçirilməsi haqqında» 13 fevral 2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri ünvan 4 ünvanını qarşısıdır. Həmin yerdə üzərində kəsilmiş-deşilmiş xəsarətlər olan qadın meyiti vardır. Meyitin ətrafında qanabənzər ləkələr vardır. Həmin qanabənzər ləkələrdən tamponla nümunələr götürülmüşdür. Oradakı fərdi yaşayış evinin həyətyanı sahəsində olan paltaryuyan maşının üstündə üzərində qanabənzər ləkələr olan 01 ədəd bıçaq qablaşdırılaraq götürülmüşdür. Baxış zamanı fotoçəkiliş aparılmışdır. Cinayət işinin 1-ci cild 17-20-ci vərəqələrində olan və tədqiq edilərək araşdırılmış 13 fevral 2024-cü il tarixli meyitə baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, meyitin boyun nahiyəsində, döş qəfəsinin ön səthində və arxa səthində, qarın nahiyəsində, sol bazu nahiyəsində, bel nahiyəsində xəsarət izləri mövcuddur. Cinayət işinin 1-ci cild 58-63-cü vərəqələrində olan və tədqiq edilərək araşdırılmış 13 fevral 2024-cü il tarixli götürmə aparılması və baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə zamanı Təqsirləndirilən şəxs üzərində olmuş bir ədəd qara rəngli gödəkçə, bir ədəd qara rəngli kofta, bir ədəd qara rəngli jaket, bir ədəd cins şalvar, bir ədəd mayka, bir cüt corab, bir cüt ayaqqabı qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin 1-ci cild 73-80-ci vərəqələrində olan və tədqiq edilərək araşdırılmış 14 fevral 2024-cü il tarixli şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması barədə protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq edərək, baş vermiş hadisəni əyani surətdə göstərmişdir. Cinayət işinin 1-ci cild 222-227-ci vərəqələrində olan və tədqiq edilərək araşdırılmış 16 fevral 2024-cü il tarixli götürmə aparılması və baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd qara rəngli gödəkçə, bir ədəd göy rəngli kofta, bir ədəd şalvar, alt geyimləri qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin 1-ci cild 167-168-ci vərəqələrində olan və tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi Ekspertiza və X6” X12 26 fevral 2024-cü il tarixli 146 saylı canlı şəxsin ekspertizasının rəyindən görünür ki, vətəndaş Təqsirləndirilən şəxs məhkəmə - tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - sol əlin 1-ci barmağının əsas falanqasının kəsilmiş yarası iti kənarlı alətin ola bilsin bıçağın tiyəsinin kəsici təsirindən, alın nahiyəsinin sıyrıqları, burun tağının yaraları, sol qaş nahiyəsinin şişkinli, qançırlı hematoması isə küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə yəni xx.xx.2024-cü tarixdə əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Təqsirləndirilən şəxs almış olduğu xəsarətlərin xarakterinə və yerləşdiyi nahiyələrə, ilk məlumata əsaslanaraq demək olar ki, həmin xəsarətlər şəxsin öz boyu hündürlüyündən yıxılması nəticəsində əmələ gələ bilməsi istisna edilmir. Cinayət işinin 1-ci cild 171-174-cü vərəqələrində olan və tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi Ekspertiza və X6” X12 15 mart 2024-cü il tarixli 28 saylı meyitin ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitinin məhkəmə - tibbi müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkar olunmuşdur: döş qəfəsinin arxa səthində plevra boşluğuna nüfuz edən sağ və sol ağciyərin zədələnməsi ilə müşayiət olunan 08 (səkkiz) ədəd deşilmiş-kəsilmiş yaralar, boyun nahiyəsinin arxa səthində 01 ədəd, döş qəfəsinin ön səthinin sağ yarısında 03 ədəd, qarın nahiyəsinin ön səthində 01 ədəd, döş qəfəsinin arxa səthinin sağ və sol yarısında 19 ədəd, sol bazu nahiyəsinin arxa səthində 02 ədəd, bel nahiyəsinin sağ yarısında 01 ədəd deşilmiş-kəsilmiş yaraları (ümumilikdə 35 ədəd) deşici-kəsici təsirə malik alətin (alətlərin) o cümlədən ekspertizaya təqdim edilmiş bıçağın və ona oxşar bıçaqların təsirindən törənmişlər, qeyd olunan xəsarətlər həyati olub ölümündən az əvvəl olmaqla qərarda göstərilən xx.xx.2024-cü il tarixə və şəraitə uyğundur, dərəcələrinə görə sağ və sol ağciyərin zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin arxa səthinin döş boşluğuna nüfuz edən 08 (səkkiz) ədəd deşilmiş-kəsilmiş yaraları həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın, boyun nahiyəsinin arxa səthində 01 ədəd, döş qəfəsinin ön səthinin sağ yarısında 03 ədəd, qarın nahiyəsinin ön səthində 01 ədəd, döş qəfəsinin arxa səthinin sağ və sol yarısında 19 ədəd, sol bazu nahiyəsinin arxa səthində 02 ədəd, bel nahiyəsinin sağ yarısında 01 ədəd (ümumilikdə 27 ədəd) deşilmiş-kəsilmiş yaralar sağlamlığın qısa müddətinə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmanın əlamətlərinə malikdir. Zərərçəkmiş şəxs ölümünə səbəb - döş qəfəsinin arxa səthindən plevra boşluğuna nüfuz edən sağ və sol ağciyərin zədələnməsi müşayiət olunan kəskin daxili və xarici qanitirmə nəticəsində baş vermiş hemorragik şok olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinə olunduğu vaxtdan təxminən 4-6 saat əvvələ uyğun gəlir. Zərərçəkmiş şəxs döş qəfəsinin ön səthində və qann nahiyəsində olan yaraları alarkən üzbə-üz və ona yaxın vəziyyətlərdə, döş qəfəsinin arxa səthində qeyd olunan yaraları alarkən arxası xəsarət yetirən şəxsə olmaqla uzanıqlı və ona yaxın ola bilərdi. Xəsarətlərin qarşılıqlı mübarizə və ya özünü müdafıyə xarakterli olub-olmamasının məhkəmə-tibbi morfoloji xüsusiyyətləri yoxdur. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə - kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazalon, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Cinayət işinin 1-ci cild 214-219-cu vərəqələrində olan və tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi Ekspertiza və X6” X12 məhkəmə-bioloji ekspertizasının 25 aprel 2024-cü il tarixli 221/2024-MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu-Abeta/ll/. Təqsirləndirilən şəxs qan qrupu- Abeta/ll/. Ekspertizaya təqdim olunan 01 ədəd bıçaq, 08 ədəd çubuqlu pambıq tampon, Zərərçəkmiş şəxs məxsus gödəkcə, kofta, şalvar, trusik, büstqalter, 01 cüt krasovka, Təqsirləndirilən şəxs məxsus 01 cüt ayaqqabı, şalvar və gödəkcə üzərində insan qanı ləkələri aşkar olunmuşdur. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda «A» antigeni, bəzi ləkələrdə həmçinin beta aqulyutinini də alınmışdır. Bu qan ləkələri Abeta/ll/ qruplu şəxsə, o cümlədən zərərçəkmiş Zərərçəkmiş şəxs və ya Təqsirləndirilən şəxs məxsus ola bilər, əgər hadisə zamanı sonuncuda qanaxma ilə müşahidə olunan xəsarət olubsa. Tədqiq olunan Təqsirləndirilən şəxs məxsus köynək, alt mayka, jaket, Zərərçəkmiş şəxs məxsus 01 cüt corab üzərində isə qana şübhəli ləkələr aşkar olunmamışdır. Cinayət işinin 1-ci cild 222-235-ci vərəqələrində olan və tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi Ekspertiza və X6” X12 məhkəmə-kriminalistik ekspertizasının 03 may 2024-cü il tarixli 149- 2024/MTKŞ saylı rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş və mərhum Zərərçəkmiş şəxs məxsus olmuş büstqalterin ön səthinin sağ yarısının yuxarı hissəsində 02 (iki) ədəd və bel hissəsinin sağ yan səthi, sağ qoltuqaltı nahiyəsində 01 (bir) ədəd (cəmi 03 (üç) ədəd); sviterin ön səthinin sağ yarısının orta-aşağı hissəsində 02 (iki) ədəd, ön səthinin sağ yarısının orta hissəsində 02 (iki) ədəd, arxa səthinin sağ yarısının orta hissəsində 05 (beş) ədəd, arxa səthinin sağ yarısının aşağı hissəsində 01 (bir) ədəd, arxa səthinin sol yarısının yuxarı hissəsində 02 (iki) ədəd, arxa səthinin sol yarısının orta hissəsi və arxa səthinin orta hissəsində 14 (on dörd) ədəd (cəmi 26 (iyirmi altı) ədəd) və gödəkçənin ön səthinin sağ yarısının orta hissəsində 01 (bir) ədəd, ön səthinin sağ yarısının yuxarı hissəsində 04 (dörd) ədəd, arxa səthinin sol yarısının yuxarı hissəsi və sol qoltuqaltı nahiyəsinin arxa səthində 11 (on bir) ədəd, arxa səthinin sol yarısının orta hissəsində 05 (beş) ədəd, arxa səthinin sağ yarısının orta hissəsində 07 (yeddi) ədəd, arxa səthinin sağ yarısının aşağı hissəsində 02 (iki) ədəd, kapuşonun arxa səthinin sol yarısının aşağı hissəsində 01 (bir) ədəd və kapuşonun üst səthində, təpə nahiyəsində 01 (bir) ədəd (cəmi 32 (otuz iki) ədəd) deşilmiş-kəsilmiş zədələr vardır. Bu zədələr iti ucu və iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdirlər. Ekspertizaya təqdim olunmuş və mərhum Zərərçəkmiş şəxs məxsus olmuş gödəkçənin arxa səthinin sol yarısının orta hissəsində olan 01 (bir) ədəd səthi kəsilmiş zədə vardır, bu zədə iti kənara malik olan hər hansı bir iti alətin (əşyanın/predmetin) kəsici kənarının təsirindən törənməyə xarakterikdir. Ekspertizaya təqdim olunmuş və mərhum Zərərçəkmiş şəxs məxsus geyim əşyalarının üzərində əlbəyaxa dalaşma zamanı əmələ gəlməyə xarakterik heç bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş və mərhum Zərərçəkmiş şəxs məxsus büstqalter, sviter və gödəkçənin üzərində aşkar edilmiş zədələrin yerləşmə nahiyəsinə əsasən demək olar ki, zədələr yetirilən anda iz törədən alət (alətlər) geyim əşyaları üzərində olan zədə nahiyələrinə tərəf yönəlmiş vəziyyətdə olmuşdur. Ekspertizaya təqdim olunmuş və mərhum Zərərçəkmiş şəxs məxsus olmuş bir ədəd şalvar, bir ədəd tuman, bir cüt corab və bir cüt ayaqqabının üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmamışdır. Ekspertizaya təqdim olunmuş və Təqsirləndirilən şəxs məxsus bir ədəd gödəkçə, bir ədəd şalvar, bir ədəd sviter, bir ədəd jaket, bir ədəd mayka, bir cüt corab və bir cüt ayaqqabının üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmamışdır. Ekspertizaya təqdim edilmiş və mərhum Zərərçəkmiş şəxs məxsus geyim əşyaları üzərində olan zədələrə əsasən demək olar ki, zədələrin yetirildiyi anda iz törədən alətin tiyəsi zərərçəkmiş şəxsin bədən səthində olan deşilmiş-kəsilmiş xəsarətlərin yerləşdiyi nahiyələrə doğru yönəlmiş vəziyyətdə olmuşdur. Ekspertizaya təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış, deşici-kəsici xassəyə malik məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab olunmur. Təqdim edilmiş bıçağın üzərində sonradan onun təyinatını dəyişdirən heç bir əlavə və ya dəyişiklik edilməmişdir. Ekspertizaya təqdim edilmiş bıçaq deformasiyaya uğradığı, yəni tiyəsi əyildiyi və tiyəsinin ucu küt qüvvə ilə qarşılıqlı təsirdən sındığı üçün bıçaqla eksperimental zədələrin yetirilməsi mümkün olmadığından, mərhum Zərərçəkmiş şəxs Rəiael qızına məxsus geyim əşyalarının üzərində olan zədələrin tədqiqata təqdim olunmuş bıçağın təsirindən əmələ gəlib- gəlməməsi barədə fikir söyləmək mümkün deyildir. Ekspertizaya təqdim edilmiş və mərhum Zərərçəkmiş şəxs məxsus gödəkçənin, sviterin, şalvarın, tumanın, büstqalterin və 01 cüt ayaqqabının hər iki qaytanların demək olar, bütün səthi üzərində müəyyən edilmiş qan ləkələri qan mənbəyi ilə (qanlı səth ilə) statik (hərəkətsiz) kontakt nəticəsində əmələ gəlmiş, sonra isə fiziki kapilarlıq faktoru üzrə səthə hopmuşdur. Təqdim edilmiş 01 cüt ayaqqabının üzərində müəyyən edilmiş qan ləkələri qan mənbəyi və ya qanlı səth ilə dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmişdirlər və yaxma xarakterlidir. Ekspertizaya təqdim edilmiş və Təqsirləndirilən şəxs məxsus gödəkçənin və 01 cüt ayaqqabıların üzərində əmələ gəlmiş qan ləkələri qan mənbəyi ilə və ya qanlı səthlə dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmişdirlər və yaxma xarakterlidirlər. Təqsirləndirilən şəxs məxsus şalvarın üzərində müəyyən olunmuş qan ləkələrindən bəzisi qan mənbəyindən (qanlı səthdən) bir-birinin üzərinə düşən damcılar, bəziləri isə, bucaq altında düşən damcılar nəticəsində əmələ gəlməyə uyğun gəlirlər. Təqdim olunmuş bıçağın tiyəsinin üzərində müəyyən edilmiş qan ləkələri qan mənbəyi və ya qanlı səthlə dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmiş və yaxma xarakterli qan ləkələridirlər. Ekspertizaya təqdim olunmuş və mərhum Zərərçəkmiş şəxs məxsus 01 cüt corabın, Təqsirləndirilən şəxs məxsus 01 ədəd köynək, 01 ədəd mayka və bir ədəd jaketin üzərində qana şübhəli ləkələr aşkar olunmamışdır. Məhkəmə iclasında dindirilərkən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını, əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə cinayət əməllərini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlləriinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4 və 221.3-cü maddələri ilə tövsif olunmuş, o, həmin maddələrdə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmçinin məhkəmə “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli qərarının izah və tövsiyələrini də nəzərə alır. Belə ki, qərarda qeyd edilmişdir ki: “Qəsdən adam öldürməyə görə cəza təyin edilərkən cinayətin baş verməsinin bütün halları, qəsdin növü, motivi və məqsədi, üsulu edilmə mərhələsi və şəraiti,həmçinin təqsirkarın şəxsiyyəti, törətdiyi əmələ münasibəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Eyni zamanda zərərçəkmişin şəxsiyyətinə aid məlumatlar, onun təqsirkarla qarşılıqlı münasibəti, həmçinin hadisəyə qədərki davranışı tədqiq olunmalıdır”. Belə ki, cinayət işinin 1-ci cild 97-98 və 128-129-cu vərəqələrində olan X3 X1 görünür ki, Təqsirləndirilən şəxs cinayət işinin 1-ci cild 202-203-cü vərəqələrində olan Qazax Hərbi Məhkəməsinin 18 avqust 2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 335.2-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş; cinayət işinin 2-ci cild 61-69-cu vərəqələrində olan Yevlax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Yevlax Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş 10 sentyabr 2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının tələblərini pozduğu üçün cəzası 09 ay 16 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya qərarının 2.4-cü bəndinə əsasən Təqsirləndirilən şəxs cəzadan azad edilmişdir. Bundan başqa, cinayət işinin 2-ci cild 75-78-ci vərəqələrində olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 aprel 2024-cü il tarixli, 1(005)-162/2024 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli 02 (iki) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 aprel 2024-cü il tarixli, 1(005)- 162/2024 nömrəli hökmünün məzmunundan görünür ki, həmin hökm üzrə hadisə 2022-ci ildə baş vermişdir. İş üzrə Təqsirləndirilən şəxs barəsində əvvəli 01 mart 2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsindən daxil olmuş göstərişdən görünür ki, Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 aprel 2024-cü il tarixli, 1(005)-162/2024 nömrəli hökmü 10 may 2024-cü il tarixdə qanuni qüvvəsini almışdır. Təqsirləndirilən şəxs hazırda ittiham edildiyi cinayəti Nərimanov Rayon Məhkəməsinin 19 aprel 2024-cü il tarixli, 1(005)-162/2024 nömrəli hökmündən qabaq törətdiyindən məhkəmə ona CM-nin 66.5-ci maddəsində nəzərdə tutulan qaydada cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il qərarının 17-ci bəndində göstərilmişdir ki, məhkumun təqsirli bilindiyi cinayətlərin bir hissəsi birinci hökm çıxarılanadək, digər hissəsinin isə həmin hökm çıxarıldıqdan sonra törətdiyi müəyyən olunduqda ikinci hökm üzrə cəza ilk növbədə birinci hökm çıxarılanadək törədilmiş cinayətlərin məcmusu üzrə, sonra CM-nin 66.5-ci maddəsində müəyyən edilən qaydada təyin edilir, daha sonra birinci hökm çıxarılandan sonra törədilən cinayətlər üzrə cinayətlərin məcmusu üzrə cəza təyin edilir. Təqsirləndirilən şəxs hazırda ittiham edildiyi cinayəti Nərimanov Rayon Məhkəməsinin 19 aprel 2024-cü il tarixli, 1(005)-162/2024 nömrəli hökmündən qabaq törətdiyindən onun əməli cinayətlərin residivini yaratmır. Cinayət işi materiallarına əlavə edilmiş sistemdən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağı 2016-cı il təvəllüdlü X9 vardır. Cinayət işinin 1-ci cild 243-244-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi X12 ambulator məcburi-narkoloji tibbi yoxlamanın 29 mart 2024-cü il tarixli 2004 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 1-ci cild 208-211-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X12 kompleks ambulator psixoloji və psixiatrik ekspertizasının 09 mart 2024-cü il tarixli 669 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində qeyd edilmiş ictimai təhlükəli əməli törətdiyi zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində qeyd edilmiş ictimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik müəyyən edilmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs cinayət işi üzrə istintaq hərəkətlərində iştirak edə bilər. Təqsirləndirilən şəxs hövsələsizlik, inadkarlıq, eqosentrizm, qıcığa qarşı həssaslıq, başqalarının hiss və yaşantılarına biganə olmaq, məsuliyyətsizlik, özünə qarşı hörmət tələb etmək kimi fərdi-psixi xüsusiyyətlər müəyyən edilir. Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətləri fonunda, keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxsinin başqa kişilərlə görüşüb-danışmasını düşünməsi ilə əlaqədar qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törətməsini əvvəlcədən planlamışdır. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Cinayət işinin 2-ci cild 72-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 30 saylı MKİS-dən daxil olmuş 31 may 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət səciyyələndirilir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı övladının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, müsbət səciyyələndirilməsini isə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunduğu və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmasını nəzərə alaraq, Azərbaycan Respublikası CM-nin 93-1-ci maddəsinə əsasən onun barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməsini və ərazi narkoloji dispanserində qeydiyyata alınmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X410 iyul 2024-cü il tarixli ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxslə barışmadığını, ona ömürlük azadlıqdan məhrumetmə cəzasının verilməsini xahiş etmişdir. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə görə xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq 13 fevral 2024-cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 1-ci cild 30-31-ci vərəqələrində olan cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 fevral 2024-cü il tarixdə tutulmuşdur. Həmçinin, cinayət işinin 1-ci cild 106-110-cu vərəqələrində olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 fevral 2024-cü il tarixli, 4(005)-226/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 13 fevral 2024-cü il tarixdən hesablanmaqla, həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nərimanov Rayon Prokurorluğunun maddi sübutlar otağında saxlanılan Zərərçəkmiş şəxs məxsus 01 ədəd qara rəngli gödəkçə, 01 ədəd göy rəngli kofta, 01 ədəd göy rəngli cins şalvar, 01 ədəd qara rəngli büstqalter, 01 ədəd qara rəngli trusik, 01 cüt qara rəngli corab, 01 cüt ağ-qara rəngli ayaqqabı, Təqsirləndirilən şəxs məxsus 01 ədəd qara rəngli gödəkçə, 01 ədəd qara rəngli kofta, 01 ədəd qara rəngli jaket, 01 ədəd göy rəngli cins şalvar, 01 ədəd qara rəngli mayka, 01 cüt boz rəngli corab, 01 cüt qara rəngli ayaqqabı, hadisə yerinə baxış zamanı aşkar edilərək götürülmüş 01 ədəd bıçaq və qırmızımtıl rəngli qana oxşar ləkələrdən xüsusi tampon vasitəsi ilə götürülmüş 08 ədəd nümunələr məhv edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə məhkəmə xərci yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həl etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, cinayət yolu ilə əldə edilmiş əmlak müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli və “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4 və 221.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.4-cü maddələri ilə təqsirli bilinərək 17 (on yeddi) il müddətə azadlıqdan məhrumetmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 17 (on yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 aprel 2024-cü il tarixli, 1(005)-162/2024 nömrəli hökmü ilə təyin edilmiş 02 (iki) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 18 (on səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 13 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nərimanov Rayon Prokurorluğunun maddi sübutlar otağında saxlanılan Zərərçəkmiş şəxs məxsus 01 ədəd qara rəngli gödəkçə, 01 ədəd göy rəngli kofta, 01 ədəd göy rəngli cins şalvar, 01 ədəd qara rəngli büstqalter, 01 ədəd qara rəngli trusik, 01 cüt qara rəngli corab, 01 cüt ağ-qara rəngli ayaqqabı, Təqsirləndirilən şəxs məxsus 01 ədəd qara rəngli gödəkçə, 01 ədəd qara rəngli kofta, 01 ədəd qara rəngli jaket, 01 ədəd göy rəngli cins şalvar, 01 ədəd qara rəngli mayka, 01 cüt boz rəngli corab, 01 cüt qara rəngli ayaqqabı, hadisə yerinə baxış zamanı aşkar edilərək götürülmüş 01 ədəd bıçaq və qırmızımtıl rəngli qana oxşar ləkələrdən xüsusi tampon vasitəsi ilə götürülmüş 08 ədəd nümunələr məhv edilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Səbinə Məmmədzadə Əli Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar