Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1896/2025 21.01.2026 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Pənahov Babək Əkbər oğlunun sədrliyi Kamranov Hafiz Eldar oğlu və X2 ibarət tərkibdə Məhkəmə iclasının katibi: X4 Dövlət ittihamçısı: Baş prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: Bakı şəhəri 32 saylı Vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.2000-ci il tarixdə Ağdam rayonu, Xıdırlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), orta təhsilli, subay, məhkum olunmamış, Ağdam rayonu, Xıdırlı kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa “Əhməd” adı ilə məlum olan İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında “Əhməd” adlı şəxsə məxsus xüsusilə külli miqdarda olan narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin satışını həyata keçirəcəyi barədə razılığa gəlib aralarında olan vəzifə bölgüsünə əsasən o, “WhatsApp” proqramı vasitəsilə 077 ***-**-** GSM nömrə ilə istifadə etdiyi “iPhone” markalı mobil telefonla “Əhməd” adlı şəxslə əlaqə saxlayıb sonuncunun tapşırığı ilə şəxsiyyəti istintaqa məlum olmayan qrupun üzvü tərəfindən istintaqa məlum olmayan vaxtda Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində qoyulmuş yerdən ümumi təmiz çəkisi 3.148, 213 qram heroini və ümumi təmiz çəkisi 524,429 qram olan metamfetamini götürüb hissələrə bölüb bir hissəsini yaşadığı ünvan 3, mənzil 109-da saxlamış, bir qismini isə üzərində saxlayaraq daşımış, xx.xx.2025-ci il tarixdə mənzildə saxladığı heroinin 01 ədəd bükümdə 28,894 qram hissəsi və metamfetaminin 01 ədəd bükümdə 14,557 qram hissəsi tanışı Şahid1 tərəfindən oradan götürüldükdən sonra onlar həmin günü saat 10:30 radələrində Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində qeyd olunan ünvanın yaxınlığında saxlanılmış, üzərləri yoxlanılan zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 9,319 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd bükümdə təmiz çəkisi 4,872 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, Şahid1 isə əynində olan boz rəngli gödəkçəsinin iç sol cibindən bir ədəd bükümdə təmiz çəkisi 28,894 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd bükümdə təmiz çəkisi 14,557 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan sonra xx.xx.2025-ci il tarixdə, saat 16 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvan 3, mənzil 109-da özünün iştirakı ilə keçirilmiş baxış zamanı mətbəxin sol tərəfində yerləşən divanın alt saxlanc yerində olan qara rəngli qabın içərisindən bir ədəd bükümdə təmiz çəkisi 505 qram, xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə onun və Şahid1 üzərindən aşkar olunmuş metamfetaminlə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, üzərində heroinin izləri olan bir ədəd gümüşü rəngli elektron tərəzi və mətbəxin giriş hissəsinin sağında yerləşən soyuducunun dondurucu yerindən iki ədəd bağlamalarda ayrıayrılıqda təmiz çəkiləri 1.630 qram və 1.480 qram, ümumi təmiz çəkisi 3.110 qram, xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə onun və Şahid1 üzərindən aşkar olunmuş heroinlə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2025-ci ilin mart ayında taksi sürücüsü kimi tanış olduğu Şahid1 ilə birlikdə ünvan 3, mənzil 109-da kirayədə yaşamışdır. Tutulmamışdan bir müddət əvvəl sosial şəbəkədə İran vətəndaşı olan “Əhməd” adlı şəxslə tanış olub əri həbs edildiyi üçün qalmağa yerinin olmadığını bildirmiş, sonuncu da ona mənzil kirayələyə biləcəyini, bunun müqabilində göndərdiyi narkotik vasitələri həmin mənzildə saxlamalı olduğunu, həmçinin söyləyəcəyi ünvanlara yerləşdirməklə ona 2.000 manat pul verəcəyini demişdir. O da bununla razılamışdır. Bundan sonra “Əhməd” ona ev kirayələmək üçün bank kartına 500 manat pul köçürmüş, habelə kiçik miqdarda olmaqla müxtəlif ünvanlara yerləşdirməsi üçün narkotiklər göndərərək 2.000 manat pulu da vermişdir. 10 aprel 2025-ci il tarixdə “Əhməd”in göndərdiyi 4 böyük bükümdə olan heroini və 2 böyük bükümdə metamfetamini Hövsan qəsəbəsi ərazisindən götürüb yaşadığı mənzilə gətirmişdir. Sonra bu barədə Natiqə məlumat vermiş, onları “Əhməd”in dediyi yerlərə qoymağı və əldə etdikləri qazancı bölməyi təklif etmişdir. Natiq də bununla razılaşmışdır. Beləliklə, Natiqlə birlikdə 04 gün ərzində narkotik vasitələri və psixotrop maddələri Nərimanov və Binəqədi rayonları olmaqla müxtəlif ünvanlara yerləşdirmişlər. Bunun müqabilində Natiqə onun anasına məxsus olan bank kartına 800-900 manat olmaqla pul vəsaiti göndərmişdir. Natiq özü də narkotik istifadəçisi olmuşdur. 15 aprel 2025-ci il tarixdə səhər saatlarında Sabunçu rayonu, Bakıxanov qəsəbəsinə, anasının evinə getmək istəmişdir. Evdən çıxdıqdan sonra mülki geyimli polis əməkdaşları tərəfindən Natiqlə birlikdə kirayə yaşadığı evin yaxınlığında saxlanılmışlar. Saxlanılan zaman onun üzərində narkotik vasitə olmasa da, Natiqin üzərində heroin və metamfetamin aşkar edilmişdir. Daha sonra polis əməkdaşları onların yaşadıqları mənzilə baxış keçirmiş və orada saxladığı heroin və metamfetamin aşkar olunaraq götürülmüşdür. Himayəsində bir azyaşlı övladı var. Uşağının atası da hazırda azadlıqdan məhrum etmə cəzasının çəkir, onun razılığı ilə uşaq ata nənəsi X3 yanında qalır. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili Şahid5 ifadəsində göstərdi ki, xx.xx.2025-ci il tarixdə idarəyə Bakı şəhərində yaşayan Kübra adlı şəxsin narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Aparılmış araşdırma nəticəsində həmin şəxsin Təqsirləndirilən şəxs olduğu və onun ünvan 3, mənzil 109-da yaşadığı müəyyən edilmişdir. Bu barədə raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üzrə əməliyyat qrupu yaradılmışdır. Həmin günü saat 10 radələrində o və bölmənin əməkdaşları Şahid3, X8 və Şahid7 Sehran oğlu, Post-patrul xidməti bölüyünün polis nəfəri Şahid6 və 25-ci polis şöbəsinin sahə müvəkkili Şahid2 ilə birlikdə ünvan 2 ünvanın qarşısına gəlmişlər. Bir müddət sonra xarici görünüşcə Təqsirləndirilən şəxs oxşar bir qadının digər şəxslə piyada gəldiyini görüb onlara yaxınlaşmış, özlərini təqdim edib onların şəxsiyyətlərini müəyyən edərkən qadının Təqsirləndirilən şəxs, kişinin isə Şahid1 olduqlarını bilmişlər. Bundan sonra həmin şəxslərə məsələ barədə məlumat verib videoçəkiliş aparılacağını deyib üzərlərində olan əşyaların təqdim olunmasını təklif etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs əlində olan yaşadığı mənzilin açarını, bel çantasının içərisindən bir ədəd “iPhone” markalı mobil telefonu, şəxsiyyət vəsiqəsini, 01 ədəd bank kartını, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən içərisində 01 ədəd bağlamanı təqdim etmişdir. Həmin bağlamanın içərisində 02 ədəd büküm var idi. Şahid1 üstünü yoxlama zamanı isə o, əynindəki boz rəngli gödəkçənin iç sol cibindən 01 ədəd bağlamanı, sol yan cibindən 01 ədəd “Sobranie” markalı siqareti, 01 ədəd alışqanı, qara rəngli şalvarın sağ yan cibindən “Xiaomi” markalı mobil telefonu, sol yan cibindən avtomobil açarını və 94 manat pulu çıxarmışdır. Bu bağlamanın içərisində 02 ədəd ağ rəngli salfet bükümdə maddələr var idi. Aşkar olunan bükümlər və telefonlar qablaşdırılaraq götürülmüş, digər əşyalar isə özlərinə qaytarılmışdır. Məhkəmədə şahidlər Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili Şahid7, 25-ci polis şöbəsinin sahə müvəkkili Şahid2, idarənin Post-patrul xidməti bölüyünün polis nəfəri Şahid6 Şahid5 ifadəsinə oxşar məzmunda ifadə verdilər. Məhkəmədə Şahid1 ifadəsində göstərdi ki, o, taksi fəaliyyəti ilə məşğuldur və Təqsirləndirilən şəxs da müştəri kimi xx.xx.2025-ci il tarixdən tanımışdır. Təqsirləndirilən şəxs Hövsan və Bakıxanov qəsəbələrinə, habelə digər yerlərə aparmış, bununla da aralarında yaxın münasibətlər yaranmış, həmçinin onun mənzilində də qalmışdır. Kübranın narkotikdən istifadə etməsi və satışı ilə məşğul olması haqqında heç bir məlumatı olmamışdır. İlk dəfə Kübranın mənzilində olarkən soyuducuda 2-3 büküm görüb onların nə olduğunu soruşmuş, Kübra da İran vətəndaşından narkotik götürdüyünü və həmin şəxsin bildirdiyi vaxtı onun dediyi ünvanlara qoyacağını söyləmişdir. O bu barədə tanışı Ramala məlumat vermiş, sonuncu da onun böyük bəlada olduğunu deyərək məsələni tanışı olan Elvin adlı polis əməkdaşına bildirmişdir. Hadisə baş verməmişdən bir neçə gün əvvəl axşam vaxtı metronun “Neftçilər” stansiyasının yanında o Elvinlə görüşmüş, sonuncu özünü Nizami Rayon Polis İdarəsinin əməkdaşı kimi təqdim etmişdir. Kübranın mənzilində gördüklərini bir daha ona danışmış və Elvin də Kübranın saxlanılması üçün plan quraraq onu təlimatlandırmışdır. O da buna uyğun olaraq hərəkət etmiş, xx.xx.2025-ci il tarixdə Kübranın yaşadığı mənzildə olarkən soyuducuda olan maddələrin hərəsindən bir qədər götürərək salfetkaya büküb cibinə qoymuş, səhər saatlarında isə Kübra ilə birlikdə evdən çıxmışlar. Binanın həyətində olarkən polis əməkdaşları tərəfindən saxlanılmış və üzərləri yoxlanılan zaman o həmin bükümləri təqdim etmişdir. Məhkəmədə tədqiq edilmiş (elan olunmuş): • “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin yoxlanılmasına dair” xx.xx.2025-ci il tarixli protokola və ona əlavə edilmiş diskdəki olan görüntüyə əsasən Təqsirləndirilən şəxs və Şahid1 ünvan 3 ünvanının yaxınlığında saxlanılırlar. Saat 10:30-da onların üzərində yoxlama aparılmağa başlanılır. Təqsirləndirilən şəxs əlində olan mənzilin açarını, bel çantasının içindən bir ədəd “iPhone” markalı mobil telefonu, bir ədəd dodaq boyasını, şəxsiyyət vəsiqəsini, 01 ədəd bank kartını, göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bağlamanı təqdim edir. Bağlamanın içərisində olan 02 ədəd şəffaf sellofan bükümdə, 01 büküm narkotik vasitə olan metamfetaminə bənzər kristallik maddə, 01 bükümdə spesifik iyə malik heroinə bənzər qəhvəyi rəngli maddə qablaşdırılır. Şahid1 isə əynindəki boz rəngli gödəkçənin iç sol cibindən 01 ədəd bağlamanı, sol yan cibindən 01 ədəd “Sobranie” markalı siqareti və alışqanı, qara rəngli şalvarın sağ yan cibindən “Xiaomi” markalı mobil telefonu, sol yan cibindən avtomobil açarını və 94 manat pulu təqdim edir. Bağlamanın içərisində olan 02 ədəd ağ rəngli salfet bükümdə, 01 bükümdə narkotik vasitə olan metamfetaminə bənzər kristallik maddə, 01 bükümdə spesifik iyə malik heroinə bənzər qəhvəyi rəngli maddə qablaşdırılır. (İ cild, i.v.09-12; disk); • “Baxış keçirilməsi və götürülmə barədə” xx.xx.2025-ci il tarixli protokola və ona əlavə edilmiş diskdəki olan görüntüyə əsasən Təqsirləndirilən şəxs yaşadığı ünvan 3, 109 saylı mənzilinə baxış keçirilir. Baxış zamanı Təqsirləndirilən şəxs narkotik vasitənin saxladığı yerin göstərilməsi təklif edilir və sonuncu dəhlizin sonunda sağ tərəfdə yerləşən mətbəxə daxil olub sol tərəfdə olan divanın saxlanc yerini göstərərək orada narkotik vasitə saxladığını bildirir. Polis əməkdaşı tərəfindən divanın oturacaq hissəsi qaldırılır və saxlanc yerindən qara rəngli qab götürülərək kiçik masanın üstünə qoyulur. Bu qutunun içərisindən 01 ədəd gümüşü rəngli elektron tərəzi və 01 ədəd şəffaf sellofan bükümdə ağ rəngli, kristal formasında maddə aşkar olunur. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs həmin maddələri digər yerə qoymaq üçün “Əhməd” adlı İran vətəndaşından aldığını, elektron tərəzini isə belə maddələrin miqdarını çəkmək məqsədi ilə istifadə etdiyini bildirir. Daha sonra Təqsirləndirilən şəxs mətbəxin giriş hissəsinin sağında yerləşən soyuducunun dondurucu kamerasını açır. Polis əməkdaşı tərəfindən dondurucu kamerada olan 02 ədəd şəffaf sellofan büküm götürülür və masanın üzərinə qoyulur. Sonra 02 ədəd şəffaf sellofan bükümlər açılıb baxılan zaman içərisində qəhvəyi rəngli maddələr aşkar edilir. Bütün bükümlər və elektron tərəzi sellofan torbaya qoyulub qarblaşdırılaraq götürülür. Mənzilin digər yerində iş üçün əhəmiyyət kəsb edən hər hansı digər əşya və predmet aşkar edilmir (İ cild, i.v.59-61; disk); • Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2025-ci il tarixli, 6/1408 nömrəli rəyinə görə tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddi sübut (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan zərfdə 01 ədəd bükümdə təmiz çəkisi 9,319 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 01 ədəd bükümdə təmiz çəkisi 4,872 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Üzərində “Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar olunan...(imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan bağlamada 02 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1.630 qram və 1.480 qram, ümumi təmiz çəkisi 3.110 qram qəhvəyi rəngli tozşəkilli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 01 ədəd bükümdə təmiz çəkisi 505 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 01 ədəd elektron tərəzinin üzərində heroinin izləri vardır və iz şəklində olduğu üçün heroinin təmiz çəkisini və bükümlərdə olan heroinlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. Üzərində “Şahid1 üzərindən aşkar edilmiş maddi sübut (imza) Şahid1” yazısı və imzalar olan zərfdə 01 ədəd bükümdə təmiz çəkisi 28,894 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 01 ədəd bükümdə təmiz çəkisi 14,557 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş heroinin ümumi təmiz çəkisi 3.119,319 qram və metamfetaminin ümumi təmiz çəkisi 509,872 qram təşkil edir. Həmin heroin və metamfetaminlər Şahid1 olunun üzərindən aşkar edilmiş heroin və metamfetamin xarici əlamətlərinə və kimyəvi kompanent tərkibinə görə eynidirlər. Tədqiqatdan sonra Təqsirləndirilən şəxs aid heroinin qalıq çəkisi 3.118,819 qram, metemafetaminin qalıq çəkisi 509,572 qram, Şahid1 aid heroinin qalıq çəkisi 28,794 qram, metamfetaminin qalıq çəkisi 14,457 qram, aparılmış tədqiqatın dəyəri isə 114 manat təşkil edir (İ cild, i.v.76- 80); • Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” X15 xx.xx.2025-ci il tarixli, 422 nömrəli rəyinə görə 2000-ci il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthi üzərində xx.xx.2025-ci il tarixə uyğun gələn hər hansı bir xəsarət və ya xəsarət izi aşkar olunmamışdır (İ cild, i.v.202-203); • Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X15 xx.xx.2025-ci il tarixli, 2706 nömrəli rəyinə görə Təqsirləndirilən şəxs cinayəti törədən anda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik qeyd edilmir. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Onun hərəkəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs psixi vəziyyətinə görə barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur (İİ cild, i.v.137-139); • Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X15 Ambulator X1 haqqında” xx.xx.2025-ci il tarixli 5231 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin, psixostimulyatorların və kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibbi müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür (İİ cild, i.v.140- 141); • “Maddi sübut kimi tanınma haqqında” xx.xx.2025-ci il tarixli və “Sübutların qiymətləndirilməsi barədə” xx.xx.2025-ci il tarixli qərarlarla Şahid1 üzərindən, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalan 3.147,613 qram çəkidə narkotik vasitə heroin və 524,029 qram çəkidə psixotrop maddə metamfetamin, 01 ədəd elektron tərəzi, 01 ədəd “iPhone” markalı mobil telefon iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin saxlama kamerasına təhvil verilmişdir (İ cild, i.v.187-189; İİ cild, i.v.150-172); • “Baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokola və ona əlavə edilmiş fotoşəkillərə əsasən Təqsirləndirilən şəxs 077 ***-**-** GSM nömrə ilə istifadə olunan “iPhone” markalı mobil telefonunun “WhatsApp” proqramında “Atam” kimi qeyd olunmuş İran İslam Respublikası məxsus operatora aid +98 914-358-9327 nömrə ilə 10 aprel 2025-ci il tarixdən 14 aprel 2025-ci il tarixədək olan müddət ərzində mütəmadi olaraq dəfələrlə əlaqə yaradıldığı, Təqsirləndirilən şəxs həmin şəxsin şəklini göndərdiyi yerlərdən narkotik vasitələr və psixotrop maddələri götürüb hissələrə bölüb qablaşdıraraq büküm şəklində Bakı şəhərinin müxtəlif ərazilərində gizlin yerlərə qoyduqdan sonra onların şəkillərini “Atam” adlı istifadəçiyə göndərdiyi, əvəzində sonuncunun müxtəlif məbləğlərdə pulları Təqsirləndirilən şəxs bildirdiyi bank kartına köçürüldüyü müəyyən olunur. Mobil telefonda olan “WhatsApp” proqramından istifadə olunmaqla yaradılmış əlaqələrdən göründüyü kimi 10 aprel 2025-ci il tarixdə saat 22:38-də “Atam” adlı istifadəçi narkotik vasitələrin qoyulduğu məkanın fotoşəklini Təqsirləndirilən şəxs göndərir. Təqsirləndirilən şəxs saat 22:44-də qeyd olunan məkandan götürdüyü narkotik vasitə və psixotrop maddələri mənzildə olan masanın üzərində tərəzidə çəkməsinin video çəkilişini həyata keçirərək ona göndərir. 11 aprel aprel 2025-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələri hissələrə bölüb bükümlərdə qablaşdırdıqdan sonra fotoşəkillərini “Atam” adlı istifadəçiyə göndərir. Bu şəxs səsli mesajda 18 və 2-ni qoymağı xahiş edir. Təqsirləndirilən şəxs cavabında “Baş üstə, çöldəyəm, mən çıxdım” deyir. Sonra Təqsirləndirilən şəxs saat 10:13-dən başlayaraq saat 11:06-dək olan müddət ərzində Nizami rayonu ərazisində 18 büküm “kola” və 2 büküm “patı” olmaqla, ümumilikdə 46 büküm “kola” və 12 büküm “patı” bükümlərinin növünü və sayını qeyd etməklə qoyduğu 10 məkanın fotoşəkillərini və yerləşdiyi ünvanları ona göndərir. Sonra Təqsirləndirilən şəxs yaşadığı ünvana qayıdaraq saat 11:50-dən saat 11:54-dək narkotik vasitə və psixotrop maddələri bölüb qablaşdırmasının video çəkilişini apararaq “Atam” adlı istifadəçiyə göndərir və səsli mesajda daha 40 büküm “kola” qoya biləcəyini söyləyir. Saat 12:26-da hazırladığı bükümlərin və saat 14:04-də hazırladığı 15 bükümün fotoşəklini çəkərək ona göndərir. “Atam” adlı istifadəçi həmin bükümləri yaxın ərazilərə qoymasını xahiş edir. Təqsirləndirilən şəxs saat 15:28dən saat 15:54-dək olan müddət ərzində Nizami rayonu ərazisində narkotik vasitələrin növünü və sayını qeyd etməklə qoyduğu ümumilikdə 7 məkanın fotoşəkillərini və yerləşdiyi ünvanları bu şəxsə göndərir. Saat 16:04-də “Atam” adlı istifadəçi Təqsirləndirilən şəxs bildirdiyi bank kartının hesabına 310 manat pul köçürməsi barədə qəbzin fotoşəklini göndərir. Saat 16:04-də Təqsirləndirilən şəxs həmin pulları aldığı barədə məlumat verir. Saat 16:32-də “Atam” adlı istifadəçi Təqsirləndirilən şəxs bildirdiyi bank kartının hesabına 460 manat pul köçürməsi barədə qəbzin fotoşəklini göndərir. Saat 17:19-dan saat 18:12-dək olan müddət ərzində Təqsirləndirilən şəxs Sabunçu rayonu ərazisində narkotik vasitələrin növünü və sayını qeyd etməklə qoyduğu ümumilikdə 9 məkanın fotoşəkillərini və yerləşdiyi ünvanları “Atam” adlı istifadəçiyə göndərir. Saat 21:22-də Təqsirləndirilən şəxs 460 manat pulu aldığı barədə “Atam” adlı istifadəçiyə məlumat verir. Saat 21:22-də Təqsirləndirilən şəxs Nizami rayonu ərazisində narkotik vasitələrin növünü və sayını qeyd etməklə qoyduğu ümumilikdə 18 məkanın fotoşəkillərini və yerləşdiyi ünvanları “Atam” adlı istifadəçiyə göndərir. 12 aprel 2025-ci il tarixdə saat 00:25-dən saat 16:35-dək olan müddət ərzində K. Ağamirzəyeva Sabunçu və Nizami rayonları ərazisində narkotik vasitələrin növünü və sayını qeyd etməklə qoyduğu ümumilikdə 31 məkanın fotoşəkillərini və yerləşdiyi ünvanları “Atam” adlı istifadəçiyə göndərir. Saat 16:37-də “Atam” adlı istifadəçi Təqsirləndirilən şəxs bildirdiyi bank kartının hesabına 440 manat pul köçürməsi barədə qəbzin fotoşəklini göndərir. Saat 16:48-dən saat 20:43-dək olan müddət ərzində Təqsirləndirilən şəxs Sabunçu və Nizami rayonları ərazisində narkotik vasitələrin növünü və sayını qeyd etməklə qoyduğu ümumilikdə 4 məkanın fotoşəkillərini və yerləşdiyi ünvanları “Atam” adlı istifadəçiyə göndərir. Saat 21:15-də “Atam” adlı istifadəçi Təqsirləndirilən şəxs bildirdiyi bank kartının hesabına 225 manat pul köçürməsi barədə qəbzin fotoşəklini göndərir. Təqsirləndirilən şəxs pulları aldığı barədə məlumat verir. 13 aprel 2025-ci il tarixdə saat 10:42-dən saat 11:48-dək olan müddət ərzində Təqsirləndirilən şəxs Sabunçu rayonu Ramana qəsəbəsi ərazisində narkotik vasitələrin növünü və sayını qeyd etməklə qoyduğu ümumilikdə 12 məkanın fotoşəkillərini və yerləşdiyi ünvanları “Atam” adlı istifadəçiyə göndərir. 14 aprel 2025-ci il tarixdə saat 03:39-dan saat 06:53-dək olan müddət ərzində Təqsirləndirilən şəxs Nizami rayonu, Binəqədi rayonu və Nərimanov rayonu ərazisində narkotik vasitələrin növünü və sayını qeyd etməklə qoyduğu ümumilikdə 12 məkanın fotoşəkillərini və yerləşdiyi ünvanları, habelə hazırladığı daha bir neçə bükümlərin fotoşəklini çəkib “Atam” adlı istifadəçiyə göndərir. Saat 16:06-da “Atam” adlı istifadəçi Təqsirləndirilən şəxs bildirdiyi bank kartının hesabına 180 manat və 400 manat pul köçürmələri barədə qəbzlərin fotoşəkillərini göndərir. Saat 16:58-dən saat 18:15-dək olan müddət ərzində Təqsirləndirilən şəxs Sabunçu və Suraxanı rayonları ərazisində narkotik vasitələrin növünü və sayını qeyd etməklə qoyduğu ümumilikdə 26 məkanın fotoşəkillərini və yerləşdiyi ünvanları “Atam” adlı istifadəçiyə göndərir (İİ cild, i.v.99-112); • “Sübutların qiymətləndirilməsi barədə” xx.xx.2025-ci il tarixli qərarda ********* nömrəli cinayət işinin materiallarından təqsirləndirilən şəxslərin narkotik vasitələri və psixotrop maddələri əldə etməklə əlbir olduğu “Əhməd” adlı şəxs və qeyriləri, habelə narkotik vasitələrin mənbəyi ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə başqa cinayət işinin ayrıca icraata ayrılması, ayrılmış cinayət işinin istintaqı zamanı Şahid1 əməlinə yekun hüquqi qiymətin verilməsi göstərilmişdir (İİ cild, i.v.150-172); • “Cinayət işinin materiallarından cinayət işinin ayrılması haqqında” xx.xx.2025-ci il tarixli qərarla Təqsirləndirilən şəxs narkotik vasitələr və psixotrop maddələr əldə etməkdə əlbir olduğu “Əhməd” adlı İran İslam Respublikasının vətəndaşı və digər şəxslər, habelə narkotik vasitələrin mənbəyi ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə ********* nömrəli cinayət işindən ********* nömrəli cinayət işi ayrılmışdır (İİ cild, i.v.186-188); • Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(007)-118/2025 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır (İ cild, i.v.218-221); • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli arayışına görə Təqsirləndirilən şəxs barədə əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (İ cild, i.v.211); • “Doğum haqqında şəhadətnamə”nin sürətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il təvəllüdlü X9 adlı bir uşağı var (İİ cild, i.v.113). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi bu Məcəllənin 234.1-234.4-cü maddələrində nəzərdə tutulmuş əməlləri xüsusilə külli miqdarda törədilməsinə görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununa görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş (1.0.9-cü maddə), narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür (1.0.11-ci maddə). “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli Qərarında göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Məhkəmələrə izah edilsin ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir (8-ci bənd); Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır (9-cu bənd). Cinayət Məcəlləsinin 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi, külli miqdarda törədilməsi, habelə mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi nəzərdə tutulmuşdur. Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. Cinayət Məcəlləsinin 34.2-ci maddəsinin mənasına görə Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Yalnız Cinayət Məcəlləsinin 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi Məcəllənin 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyi, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsi, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi araşdırılmalıdır (12-ci bənd); bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi və ya satış məqsədi olmadan əldə edilməsi, saxlanılması, hazırlanması, emal edilməsi, daşınması müəyyən edildikdə, külli miqdar və ya xüsusilə külli miqdar əlamətinin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı müəyyən edilib ittihamda ayrıca göstərilməli, lakin əməl miqdarı daha böyük olan narkotik vasitəyə görə (daha ciddi məsuliyyətə səbəb olan miqdar üzrə) tövsif olunmalıdır. Yəni aşkar edilmiş müxtəlif növ narkotik vasitələrdən (psixotrop maddələrdən) hər hansı birinin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Cinayət Məcəlləsinin 234.1-1-ci və ya 234.4.3-cü maddəsi ilə, xüsusilə külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə satış məqsədinin olub-olmamasından asılı olmayaraq həmin Məcəllənin 234.4-1-ci maddəsi ilə tövsif edilməlidir (16-cı bənd). “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə heroinin xüsusilə külli miqdar (təmiz halda) daxil olmaqla aşağı həddi 800 qram, psixotrop maddə metamfetaminin xüsusilə külli miqdar (təmiz halda) daxil olmaqla aşağı həddi 400 qram təşkil edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa “Əhməd” adı ilə məlum olan İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında “Əhməd” adlı şəxsə məxsus xüsusilə külli miqdarda olan narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin satışını həyata keçirəcəyi barədə razılığa gəlib aralarında olan vəzifə bölgüsünə əsasən o, “WhatsApp” proqramı vasitəsilə 077 ***-**-** GSM nömrə ilə istifadə etdiyi “iPhone” markalı mobil telefonla “Əhməd” adlı şəxslə əlaqə saxlayıb sonuncunun tapşırığı ilə şəxsiyyəti istintaqa məlum olmayan qrupun üzvü tərəfindən istintaqa məlum olmayan vaxtda Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində qoyulmuş yerdən ümumi təmiz çəkisi 3.148, 213 qram heroini və ümumi təmiz çəkisi 524,429 qram olan metamfetamini götürüb hissələrə bölüb bir hissəsini yaşadığı ünvan 3, mənzil 109-da saxlamış, bir qismini isə üzərində saxlayaraq daşımış, xx.xx.2025-ci il tarixdə mənzildə saxladığı heroinin 01 ədəd bükümdə 28,894 qram hissəsi və metamfetaminin 01 ədəd bükümdə 14,557 qram hissəsi tanışı Şahid1 tərəfindən oradan götürüldükdən sonra onlar həmin günü saat 10:30 radələrində Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində qeyd olunan ünvanın yaxınlığında saxlanılmış, üzərləri yoxlanılan zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 9,319 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd bükümdə təmiz çəkisi 4,872 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, Şahid1 isə əynində olan boz rəngli gödəkçəsinin iç sol cibindən bir ədəd bükümdə təmiz çəkisi 28,894 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd bükümdə təmiz çəkisi 14,557 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan sonra xx.xx.2025-ci il tarixdə, saat 16 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvan 3, mənzil 109-da özünün iştirakı ilə keçirilmiş baxış zamanı mətbəxin sol tərəfində yerləşən divanın alt saxlanc yerində olan qara rəngli qabın içərisindən bir ədəd bükümdə təmiz çəkisi 505 qram, xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə onun və Şahid1 üzərindən aşkar olunmuş metamfetaminlə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, üzərində heroinin izləri olan bir ədəd gümüşü rəngli elektron tərəzi və mətbəxin giriş hissəsinin sağında yerləşən soyuducunun dondurucu yerindən iki ədəd bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 1.630 qram və 1.480 qram, ümumi təmiz çəkisi 3.110 qram, xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə onun və Şahid1 üzərindən aşkar olunmuş heroinlə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bu cinayətin törədilməsi məhkəmə istintaqında Təqsirləndirilən şəxs və şahid ifadələri, hadisə yerində və mənzildə videoçəkilişlə aparılmış yoxlama və baxış protokolları, mobil telefondan götürülmüş yazı və şəkillər onun tərəfindən xüsusilə külli miqdarda narkotik vasitə olan heroini və psixotrop maddə metamfetamini qabaqcadan əlbir olan bir qrup şəxs halında yayılmasına yönəldilmiş hərəkətlərin edilməsi tam sübuta yetirilir. Bununla da onun hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi müəyyən edilir. Törədilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş əməlin törətməsində təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Eyni zamanda, onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi halını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli onun həbsə alındığı andan – xx.xx.2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri də hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilməli, iş üzrə maddi sübut kimi tanınaraq bakı şəhəri Nizami Rayon Polis İdarəsinin saxlama kamerasında saxlanılan, qalıq qalan 3.147,613 qram çəkidə narkotik vasitə heroin və 524,029 qram çəkidə psixotrop maddə metamfetamin, 01 ədəd elektron tərəzi Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhv edilməli, 01 ədəd “iPhone” markalı mobil telefon Təqsirləndirilən şəxs özünə və ya yaxın qohumlarından birinə qaytarılmalı, ekspertiza tədqiqatının dəyəri 114 manat pul ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş göstərmiş Bakı şəhəri 32 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 25 saat üçün nəzərdə tutulan 275 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Bundan əlavə, məhkəmədə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2021-ci il təvəllüdlü X9 adlı övladı var. K.Ağamirzəyevənin bildirdiyinə görə uşağın atası da hazırda azadlıqdan məhrum etmə cəzasının çəkir və onun razılığı ilə övladı ata nənəsi olan X3 yanında qalır. Məhkəmədə X5 Təqsirləndirilən şəxs söylədiklərini təsdiq etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 160.1-ci maddəsinə əsasən valideynin və ya ailəni dolandıran şəxsin həbsə alınması, habelə cinayət prosesini həyata keçirən orqanın digər hərəkətləri nəticəsində nəzarətsiz, baxımsız qalmış və həyat üçün zəruri vəsaitlərdən məhrum olunmuş yetkinlik yaşına çatmamış, habelə əmək qabiliyyəti olmayan şəxslərin himayə olunmaq hüququ vardır və həmin orqan bu hüququ Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Cinayət prosesini həyata keçirən orqan yetkinlik yaşına çatmamışları və əmək qabiliyyəti olmayan şəxsləri qohumlarının razılığı ilə onların himayəsinə etibar etməyə haqlıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2003-cü il tarixli Qərarına görə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxsin himayəsində nəzarətsiz qalacaq uşaqlar olduqda ittiham hökmünün nəticəvi hissəsində onların Cinayət-Prosessual Məcəlləsinin 160-cı maddəsinə uyğun olaraq qohumların, yaxud başqa şəxslərin və ya orqanların himayəsinə verilməsi barədə göstərişlər əks etdirilməlidir (28-ci bənd). “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli Qərarına əsasən azadlıqdan məhrum etmə cəzasına məhkum edilən şəxslərin himayəsində yetkinlik yaşına çatmayan baxımsız uşaqlar olduqda, hökmün nəticəvi hissəsində belə uşaqların qohumların razılığı ilə onların və yaxud qəyyumluq və himayəçilik orqanlarının himayəsinə verilmələri göstərilməlidir (55-ci bənd). Qeyd olunanlarla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan xx.xx.2021-ci il təvəllüdlü övladı – X6 anasının razılığı ilə nənəsi X3 yanında qalması nəzərə alınmalı və uşağın himayə verilməsi məsələsinin həlli ilə bağlı aidiyyəti qəyyumluq və himayəçilik orqanına məlumat verilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318, 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın, ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat pul ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin saxlama kamerasında saxlanılan, qalıq qalan 3.147,613 qram çəkidə narkotik vasitə heroin və 524,029 qram çəkidə psixotrop maddə metamfetamin, 01 ədəd elektron tərəzi məhv edilsin, 01 ədəd “iPhone” markalı mobil telefon Təqsirləndirilən şəxs özünə və ya yaxın qohumlarından birinə qaytarılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Bakı şəhəri 32 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 25 saat üçün nəzərdə tutulan 275 (iki yüz yetmiş beş) manat pul ödənilsin. Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan xx.xx.2021-ci il təvəllüdlü övladı – X6 anasının razılığı ilə nənəsi X3 yanında qalması nəzərə alınsın və uşağın himayə verilməsi məsələsinin həlli ilə bağlı aidiyyəti qəyyumluq və himayəçilik orqanına məlumat verilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Babək Pənahov Hakimlər: Hafiz Kamranov Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(101)-1896/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1896/2025
21.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver