Məhkəmə qərarları › İş №1(101)-1897/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-1897/2022

03.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-1897/2022 03.11.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Əhməd Qəhrəman oğlu Quliyevdən və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru X4 müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkilləri X5 və X3, Bakı şəhəri «Ədalət» vəkil bürosunun vəkili X2 iştirakı ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 206.3.2.-ci, 234.4.1.-ci və 234.4.3.-cü maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq müəyyən etdi: 2022-ci il oktyabrın 24-də Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatına Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 206.3.2.-ci, 234.4.1.-ci və 234.4.3.-cü maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə təqsirləndirilmələrinə dair 1(101)–1897/2022 saylı cinayət işi daxil olmuşdur. Cinayət işi üzrə ittiham aktı 2022-ci il oktyabrın 19-da Azərbaycan Respublikasının baş prokurorunun müavini tərəfindən təsdiq edilərək eyni tarixli məktubla baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Həmin iş üzrə ibtidai istintaq orqanı tərəfindən tərtib edilən ittiham aktından görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 2022-ci il may ayının əvvəllərində Bakı şəhərində qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girib satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzərətindən gizli qaçalmalçılıq yolu ilə keçirmə barədə qabaqcadan razılığa gəldikdə Təqsirləndirilən şəxs2 əldə olunan razılığa və ümumi cinayətkar niyyətə görə cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs1 tapşırığına əsasən 2022-ci il mayın 08-də saat 21 radələrində Bakı şəhərinin Suraxanı rayonunun Zığ şosesinə getməklə orada Hövsan yolu ilə kəsişən körpünün altında İran İslam Respublikasındakı şəxsiyyətləri məlum olmayan üzvlərinin istintaqa məlum olmayan şəraitdə, vaxtda və mənbədən tamah və satış məqsədi ilə əldə edib saxladıqları, gizli olaraq qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməklə daşıdıqları, qrupun Azərbaycan Respublikasında fəaliyyət göstərən və istintaqa məlum olmayan digər üzvləri vasitəsi ilə əvvəlcədən yerləşdirilib saxlanılaraq hər birinin üzərinə “2022-23” sözləri yazılan kağız yapışdırılmış 2,322 qram, 3,400 qram, 3,400 qram, 1,600 qram və 1,200 qram çəkilərdə və bunların müvafiq surətdə içərisinə yerləşdirildiyi, hər birinin üzərində “2Mafia” sözləri yazılan polietilendə plitəşəkilli, ayrıayrılıqda təmiz çəkiləri 1.000 qram, 1.010 qram, 1.000 qram, 1.015 qram və 1.005 qram, ümumilikdə 5.041,922 qram təmiz çəkidə omaqla beş ədəd bağlamada narkotik vasitə həşiş qətranını götürüb qanunsuz olaraq əldə etməklə saxlamış, daşımış və cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs1 təqdim etmiş, sonuncu həmin narkotik vasitəni özü ilə gətirdiyi "Pull&Bear” sözləri yazılmış kağız torbaya yerləşdirərək özündə saxlamış, ifşa olunmamaq üçün iz itirmək məqsədi ilə Bakı şəhərinin müxtəlif ərazilərinə daşıyıb 2022-ci il mayın 09-da saat 00:20-də Abşeron rayonu Mehdiabad qəsəbəsinin ərazisində yerləşən "Binəqədi Gənclər Şəhərciyi”nin Binəqədi-Novxanı şosesi istiqamətində olan girişindəki dairəvi yolayrıcının yaxınlığına gətirdiyi zaman qrupun İran İslam Respublikasında fəaliyyət göstərən üzvünün göstərişi ilə Elşad şərti adı ilə tanıdığı Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi tərəfindən əməliyyat tapşırığının yerinə yetirilməsi həvalə olunan əməliyyat qrupunun üzvü X6 qanunsuz olaraq satarkən saxlanılmış, keçiriən əməliyyat-axtarış tədbirləri nəticəsində 5.041,922 qram narkotik vasitə həşiş qətranı Təqsirləndirilən şəxs1 aşkar edilməklə götürülmüşdür. Dövlət ittihamçısı vəsatət verərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham olunduqları əməllərin Abşeron rayonunun ərazisində törədilməsi səbəbindən cinayət işinin Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının CPM-nin 29-cu maddəsinə əsasən, işin qanuni hakimin icraatından əsassız götürülməsi və ya bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla məhkəmə aidiyyətinin dəyişdirilməsi qadağandır. Azərbaycan Respublikasının CPM-nin 74.1.-ci maddəsinin tələbinə uyğun olaraq, cinayət işinə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Azərbaycan Respublikasının CPM-nin 75-ci maddəsinə görə, məhkəməyə daxil olmuş cinayət işinin həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. «Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası»nın təsdiq edilməsi barədə Məhkəmə Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli qərarına əlavə edilmiş siyahının 8-1.1.-ci bəndinə müvafiq olaraq Abşeron rayonunun ərazisində törədilmiş ağır cinayətlərə baxılması ərazi vahidi üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aiddir. Məhkəmə təqsirləndirilən şəxslərin və onların müdafiəçilərinin fikirlərini dinləyib iş materiallarının nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 206.3.2.-ci, 234.4.1.-ci və 234.4.3.-cü maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının CPM-nin 174.2.-ci maddəsinə qeyd olunduğu kimi, məhkəmə ibtidai istintaqı başa çatmış işi öz icraatına qəbul etdikdən sonra məhkəməyədək icraatın gedişində tətbiq edilmiş qətimkan tədbirini öz qərarı ilə təsdiq və ləğv edir, yaxud dəyişdirir. Qanunun bu tələbi də nəzərə alınmaqla məhkəmənin həmin məsələ ilə bağlı gəldiyi qənaət isə ondan ibarətdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qismində qətimkan tədbiri dəyişdirilməməlidir. Məhkəmə göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının CPM-nin 74- 75-ci, 174-cü və 321-ci maddələrinin tələblərini rəhbər tutaraq qərara aldı:

1. Dövlət ittihamçısının vəsatəti təmin olunsun.

2. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 206.3.2.-ci, 234.4.1.ci və 234.4.3.-cü maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilsin.

3. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qismində qətimkan tədbiri dəyişdirilməsin.

4. Qərarın surətinin 3 gün müddətində cinayət prosesi tərəflərinə verilməsi və ya poçtla göndərilməsi təmin edilsin.

Sədrlik edən İradə Həsənzadə

Hakimlər Əhməd Quliyev

Azər Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar