Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1897/2025 14.01.2026 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlunun sədrliyi ilə, hakimlər Quliyev Vüqar Elbrus oğlu və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, X6, Abdullayeva Sədaqət İlyas qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Mirzəyev və Partnyorları Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1995-ci ildə Rusiya Federasiyası, Moskva şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, himayəsində az yaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ:
1. Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edib üzərində saxlayaraq daşımışdır.
2. Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı Əhməd adlı şəxslə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında əldə olunan razılığa əsasən aralarında aparılmış vəzifə bölgüsünə uyğun olaraq narkotik maddələrin qoyulacağı ünvanlar barədə İran İslam Respublikası vətəndaşı Əhməd adlı şəxsdən məlumat aldıqdan sonra qanunsuz olaraq 02 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 3,561 qram və 100,666 qram olmaqla külli miqdarda ümumi təmiz çəkisi 104,227 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, 06 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,880 qram, 0,108 qram, 0,056 qram, 0,186 qram, 79,308 qram, 8,307 qram olmaqla külli miqdarda ümumi təmiz çəkisi 88,845 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla 11 iyul 2025-ci il tarixdə ünvan 2 ünvanına daşımış, 11 iyul 2025-ci il tarixdə saat 02:35 radələrində Nərimanov RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən ünvan 2 ünvanda saxlanılaraq, ünvan 3rimanov RPİ-nin 17-ci PŞ-nə gətirilərək üzərində video çəkilişlə keçirilən şəxsi axtarış və götürmə zamanı əlində olan çəhrayi rəngli çantanın içərisindən 02 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 3,561 qram və 100,666 qram olmaqla öz aralarında kimyəvi komponent tərkiblərinə görə eyni olan killi miqdarda ümumi təmiz çəkisi 104,227 qram ağ kristallik maddə şəklində kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, əlində olan çəhrayi rəngli çantanın içərisindən 05 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,880 qram, 0,108 qram, 0,056 qram, 0,186 qram, 79,308 qram və qara rəngli idman şalvarının sağ cibindən 01 ədəd bükümdə 8,307 qram olmaqla öz aralarında kimyəvi komponent tərkiblərinə görə eyni olan külli miqdarda ümumi təmiz çəkisi 88,845 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək aşkar edilərək götürülmüşdür.
İşin faktiki halları:
Təqsirləndirilən şəxsə qarşı, ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:
3. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin polis nəfərləri Şahid2 və Şahid1 11 iyul 2025-ci il il tarixli raportundan görünür ki, 11 iyul 2025-ci il tarixdə saat 02:35 radələrində xidmətdə olan zaman ünvan 5 ünvanının qarşısında yolun qaranlıq hissəsində 1 nəfər şəxsin dayandığını görərək ona yaxınlaşıb özlərini təqdim etmiş, ona verdikləri suallara qeyri adekvat cavablar vermiş və xanımın hərəkətləri şüphə yaratdığından ondan üzərində hər hansı qanunsuz vasitə olmasını soruşduqda çantasında külli miqdarda narkotik vasitə olduğunu və onu həmin ünvanda tanımadığı şəxsə verməli olduğunu bildirmiş, bundan sonra avtopatrul dəvət edərək onu 17-ci PŞ-nə gətirərək Növbətçi Hissəyə təhvil vermişlər. (cild 1, i.v.3)
4. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 11 iyul 2025-ci il il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan və qərardan görünür ki, Təqsirləndirilən şəxs 11 iyul 2025-ci il il tarixdə saat 03:50-dən tutulmuş hesab edilmişdir. (cild 1, i.v.17)
5. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 11 iyul 2025-ci il il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan çəhrayı rəngli çantadan 01 ədəd şəffaf sellofana bükülmüş içərisində ağ rəngli kristal şəkilli, psixotrop maddəyə bənzər bükümü, 01 ədəd şəffaf sellofan bükümdə içərisndə qəhvəyi rəngli tozşəkilli narkotik vasitəyə bənzər bükümü, həmin çantanın içərisində olan sarı rəngli qutunun içərisindən 04 ədəd bükümdə qəhvəyi rəngli tozşəkilli narkotik vasitəyə bənzər maddə və 01 ədəd ağ rəngli kristal şəkilli psixotrop maddəyə bənzər bükümləri təqdim etdi. Bundan sonra o əynindəki qara rəngli idman şalvarın sağ cibindən 01 ədəd sellona bükümdə qəhvəyi rəngli tozşəkilli narkotik vasitəyə bənzər bükümü, çantanın içəriində istifadə etdiyi "Samsumg A55" markalı mobil teiefonu çıxararaq təqdim etdi. Soğru zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərin psixotrop maddə metamfetmin və narkotik vasitə heroin olmasını, həmin maddələri İran İslam Respublikasının vətəndaşından müxtəlif ünvanlara qoymçaq məqsədi ilə əldə etdərək üzərində saxladığını bildirdi. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ümumillikdə 08 ədəd bükümdə olan ədəd ağ rəngli kristal şəkilli psixotrop maddəyə bənzər bükümlər və qəhvəyi rəngli tozşəkilli narkotik vasitəyə bənzər maddə olan bükümlər içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırıldı, DiN-in 219 saylı möhürü ilə möhürləndi, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. (cild 1, i.v.26-27)
6. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X11 Amblator X1 xx.xx.2025-ci il tarixli 4108 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin, opioidlərin və psixostimulyatorlarm qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibbi müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. (cild 1, i.v.35-36)
7. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə fıziki-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli, 6/2407 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №219” dairəvi möhür əksi olan “Şübhəli şəxs: Təqsirləndirilən şəxs (imza)” sözləri, soyad və imzalar qeyd edilmiş ədəd 4 ədəd zərfdə olan; 1 №-li zərfdə bir ədəd bükümdə təmiz çəkisi 3,561 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. Digər 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,880 qram qəhvəyi rəngli, 0,108 qram, 0,056 qram, 0,186 qram açıq qəhvəyi rəngli ümumi təmiz çəkisi 1,230 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 2№-li zərfdə bir ədəd bükümdə təmiz çəkisi 79,308 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 3№-li zərfdə bir ədəd bükümdə təmiz çəkisi 100,666 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 4№-li zərfdə bir ədəd bükümdə təmiz çəkisi 8,307 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqdim edilmiş metamfetaminlər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir. Tədim edilmiş 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 79,308 qram, 8,307 qram, 0,880 qram qəhvəyi rəngli heroin bir-biri ilə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir. Təqdim edilmiş 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,108 qram, 0,056 qram, 0,186 qram açıq qəhvəyi rəngli heroin bir-biri ilə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlər eynilik təşkil edir. (cild 1, i.v. 37-42)
8. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2025-ci il tarixli, “CD-R disk üzrə videoyazl məlumatlarına baxış keçirilməsi barədə” protokoldan görünür ki, baxış zamanı aşağıdakılar müəyyən edildi: Həmin disk «HP» markalı kompyuterin DVD oxuyucusu vasitəsi ilə açıldıqda 01 ədəd "VİD-20250711- WA0000" adlı və 01 ədəd "VİD-20250711-WA0001" adlı video fayıl aşkar olundu. Baxış zamanı məlum olmuşdur ki, həmin 01 ədəd "VİD-20250711-WA0000" adlı və 01 ədəd "VİD-20250711-WA0001" adlı fayla əks edilmiş görüntülər 11 iyul 2025-cü il tarixdə qeydə alınır. Süni işıqlandırma ilə işıqlandırılmış otaq Nərimanov RPİ-nin 17-ci PŞ-də xidməti otaqlardan biridir. Video görüntüdən müəyyən edilir ki, təhqiqatçı Rəhim Rəhimlinin qarşı hissəsində masa arxasında əyləşmiş şəxs, Bakı şəhəri 25 saylı vəkil bürosunun vəkili X4, ayaq üstə dayanmış əynində qara rəngli qısaqol köynək və qara rəngli şalvar olan qadın cinsli şəxs Təqsirləndirilən şəxs, digər adları təhqiqatçı tərəfindən sadalanan Nərimanov RPİ-nin PPXB-nin polis nəfərləri Şahid2, Şahid1 və Şahid3dır . Video çəkilişin davamında təhqiqatçı Rəhim Rəhimli Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini sonuncuya təklif edir. Təqsirləndirilən şəxs da, əlində olan çəhrayı rəngli çantanın içərindən 01 ədəd şəffaf sellofana bükülmüş bükümdə olan psixotrop maddə mtamfetamini, 01 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroini, içərisində 04 ədəd bükümdə narkotik vasitə heroini və 01 ədəd psixotrop maddə metamfetamin olan sarı rəngli qutunu, əynimdə olan qara rəngli idman şalvarının sağ cibindən 01 ədəd sellofana bükümdə olan narkotik vasitə heroini, istifadə etdiyi "Samsung A55" markalı mobil telefonu çıxarıb masanın üzərinə qoyaraq təqdim etməsi, sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi 08 ədəd bükümlərin içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu, həmin maddələri İran İslam Respublikasının vətəndaşı Əhməd adlı şəxsin sifarişi əsasında müxtəlif ünvanlara qoymaq məqsədi ilə əldə edərək üzərində saxladığını bildirməsi və həmin bükümlərin zərfə qoyularaq möhürlənməsi video görüntü zamanı qeydə alınır. Baxışda iştirak edən Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 08 ədəd bükümdə olan narkotik vasitə heroin və psixotrop maddə metamfetamini İran İslam Respublikasının vətəndaşı Əhməd adlı şəxsin sifarişi əsasında müxtəlif ünvanlara qoymaq məqsədi ilə əldə edərək üzərində saxladığını, bunun qarşılığında Əhmədin ona müəyyən məbləğdə pul verdiyini bildirdi. Protokol düz yazılıb, əlavə və şikayət daxil olmadı, imzalarla təsdiq olunur. (cild 1, i.v. 58-59).
9. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “Cinayət işi üzrə əməlin tövsif edilməsi barədə” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilmişdir. (cild 1, i.v. 60-61)
10. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2025-ci il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan olunmuşdur. (cild 1, i.v. 64-65)
11. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(005)-866/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 11 iyul 2025-ci il il tarixdən hesablanmaqla 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (cild 1, i.v. 89-94)
12. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2025-ci il tarixli, “mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, İstintaqa təqdim olunan bir ədəd telefon «Samsung A55» markalı mobil telefondur, korpusun arxa hissəsində "samsung" sözü əks olunmuş, arxa hissədə kamera və fənər olmaqla gümüşü rənglidir, üzərinə çəhrayi rəngli qoruyucu üzlük taxılmıdır. Mobil telefonun istehsal bütövlüyünün pozulması müşahidə olunmur. Telefonun sağ yan hissəsində yerləşən düyməcik vasitəsi ilə onu işlək vəziyyətə gətirdikdə telefonun «Samsung A55» sözü əks olunma videofraqment ekrana gəldikdən sonra telefonun "iş masası" ekranda görünür. İş masasında olan "Whatsapp" proqramına daxil olduqda proqramın ***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçməsi və yazışmaların olması, həmin yazışmalara baxış keçirilən zaman Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə İran İslam Respublikasına məxsus +98 ********** saylı mobil nömrənin arasında narkotik vasitə və psixotrop maddələrin əldə edilməsi, müxtəlif ünvanlara qoyulması barədə yazışma və səs yazıların göndərilməsi, narkotik vasitələrin qoyulduğu ünvanın işarələnmiş şəkil və məkan bildirimlərinin göndərilməsi aşkar edildi. Baxışda iştirak edən Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrənin ona məxsus olduğunu, İran İslam Respublikasına məxsus +98 ********** saylı mobil nömrənin narkotik vasitə və psixotrop maddəni əldə etdiyi İran İslam Respublikasının vətəndaşı Əhməd adlı şəxsə məxsus olduğunu, narkotik vasitələri Əhmədin sifarişi əsasında müxtəlif ünvanlara qoymaq məqsədi ilə əldə edərək üzərində saxladığını, bunun qarşılığında Əhmədin ona müxtəlif məbləğlərdə pullar verdiyini bildirmişdir. (cild 1, i.v. 101-102)
13. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X11 xx.xx.2025-ci il tarixli 7224/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adı göstərilən xəstəxanada müalicədə olmamışdır. (cild 1, i.v. 131).
14. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Psixiatriya Xəstəxanasının xx.xx.2025-ci il tarixli 1/3949 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs son 10 ildə adı göstərilən xəstəxanaya müraciət etməmişdir. (cild 1, i.v. 132).
15. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 1, i.v. 134-135)
16. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X3 Hüquqi Şəxsinin xx.xx.2025-ci il tarixli, 2616 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. İİ. Yekun hissəsi. Cinayət işi materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəməpsixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: -Yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. -Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. -Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. (cild 1, i.v. 151-154)
17. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2025-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 06 ədəd bükümdə ilkin təmiz çəkisi 104,227 qram olan narkotik vasitə heroin və 02 ədəd bükümdə ilkin təmiz çəkisi 88,845 qram olan psixotrop maddə metamfetaminin maddi sübut kimi tanınması, qalıq qalmış 104,127 qram çəkidə narkotik vasitə heroin və 88,785 qram çəkidə psixotrop maddə metamfetamin saxlanış üçün Nərimanov RPİ-nin saxlanc anbarına təhvil verilməsi, iş üzrə Təqsirləndirilən şəxs məxsus 01 ədəd "Samsung A55" markalı mobil telefon maddi sübut kimi tanınaraq saxlanış üçün Nərimanov RPİ-nin saxlanc anbarına təhvil verilməsi, iş üzrə Təqsirləndirilən şəxs üzərinə şəxs axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD formatlı disk maddi sübut kimi tanınaraq istintaq materiallarına əlavə edilməsi, iş üzrə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılması vaxtı xx.xx.2025-ci il, saat 02:35 kimi qeyd edilsin və oxunması qərara alınmışdır. (cild 1, i.v. 162-175)
18. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 07 oktyabr 2025-ci il tarixli qərardan görünrü ki, Azərbaycan Respublikası CMin 234.4.1 və 234.4.3-cü maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə olan heroini, psixotrop maddə metamfetmaini əldə etdiyi mənbəni və Əhməd adlı şəxsin müəyyən etmək üçün cinayət işindən xx.xx.2025-ci il tarixdə Azərbaycan Respubilkasmm CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrılmışdır (cild 1, i.v. 177-179)
19. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2025-ci il tarixli “Təqsirləndirilən şəxsə yenidən ittiham elan olunması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan olunmuşdur. (cild 1, i.v. 182-183)
20. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə, elan edilərək tədqiq olunmuş, Təqsirləndirilən şəxs həmin ifadədə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olsa da, ünvan 7 ünvanında kirayə olaraq yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Altı ay olmuşdur ki, psixotrop maddə və narkotik vasitələrdən istifadə etmişdir. Narkotik vasitəni Bakı şəhəri ərazisində tanımadığım şəxslərdən alaraq istifadə etmişdir. O, sosial şəbəkələrdə özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən Əhməd adlı şəxslə tanış olmuşdur. Əhməd ona bildirmişdir ki, narkotik vasitə və psixatrop maddə lazım olan zaman ondan ala bilər. Buna görə də o, bir neçə dəfə Əhmədin vasitəsi ilə narkotik vasitə əldə edərək istifadə etmişdir. Əhməd ona göndərdiyi narkotik vasitələri götürüb deyəcəyi ünvanlara qoymağı qarşılığında pul verəcəyini bildirmişdir. O da maddi cəhətdən sıxıntı çəkdiyi üçün razılaşmış və Əhmədin ona bildirdiyi yerlərdən narkotik vasitəni götürüb dediyi yerlərə qoyaraq həmin yerin foto şəklini və məkan, yəni konumunu “Whatsapp” proqramı vasitəsi ilə ona göndərmişdir. Bunun qarşılığında isə Əhməd ona pul göndərmişdir. Əhmədin istəyi üzrə narkotik vasitə və psixatrop maddəni Bakı şəhərində müxtəlif ünvanlara qoyduğu üçün çantanı üzərində saxlayaraq gəzdirmişdir ki, lazım olan ünvanlara qoya bilsin. 11 iyul 2025-ci il tarixdə saat 02:35 radələrində İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən Əhməd adlı şəxsin sifarişi ilə narkotik vasitə və psixotrop maddə qoymaq məqsədi ilə göndərmiş olduğu konum əsasında ünvan 2 ünvanının qarşısına getmişdir. Həmin ünvana üzərində olan narkotik vasitə heroini və psixotrop maddə metamfetamini yerləşdirib şəklini çəkərək Əhmədə göndərmək məqsədi ilə getmişdir. O, qeyd olunan ünvanda olan zaman Nərimanov RPİ-nin PPXB-nin əməkdaşları ona yaxınlaşaraq Özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib ondan özünü təqdim etməyini istəmişlər. O, özünü polis əməkdaşlarına təqdim etməyib üzərində narkotik vasitə olduğu üçün onlardan uzaqlaşamağa çalışmışdır. Həmin vaxt polis əməkdaşları onun hərəkətlərimdən şübhələndikləri üçün onu saxlamışlar və sorğu zamanı üzərində narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onu Nərimanov RPİ-nin 17-ci PŞ-nə dəvət etmişlər. O da heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsində narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu və üzərinə şəxsi axtarış keçiriləcəyi ona bildirilmişdir. Ona hüquq və vəzifələri izah olunmuş, müdafiəçi təqdim olunmuş və şübhəli şəxs qismində tutulduqdan sonra xidməti otaqların birində polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Həmin vaxt ona üzərində qanunsuz əşya və ya maddə varsa könüllü olaraq təqdim etməyini bildirmişlər. O da gizlətməyin heç bir əhəmiyyəti olmadığını başa düşüb əlində olan çəhrayı rəngli çantanın içərində saxladığı 01 ədəd şəffaf sellofana bükülmüş bükümdə olan psixotrop maddə mtamfetamini, 01 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroini, həmin çantanın içərisində olan sarı rəngli qutunun içərisindəki 04 ədəd bükümdə narkotik vasitə heroini və 01 ədəd psixotrop maddə metamfetamini, əynində olan qara rəngli idman şalvarının sağ cibindən 01 ədəd sellofana bükümdə olan narkotik vasitə heroini, istifadə etdiyi “Samsung A55” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Sorğu zamanı o, təqdim etdiyi 08 ədəd bükümlərin içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu, həmin maddələri İran İslam Respublikasının vətəndaşı Əhməd adlı şəxsin sifarişi əsasında müxtəlif ünvanlara qoymaq məqsədi ilə əldə edərək üzərində saxladığını bildirmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilsə də, üzərindən başqa heç bir şey aşkar olunmamışdır. Bundan sonra isə bütün hərəkətlər protokollaşdırılmış, onun və iştirakçıların iştirakı ilə həmin maddələr zərfə qoyulub möhürlənmiş və onlar imzaları ilə protokolun doğruluğunu təsdiq etmişlər. O, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmuşdur. İran İslam Respublikasının vətəndaşı Əhməd adlı şəxsin göndərdiyi narkotik vasitə və psixatrop maddəni sonuncunun istəyi üzrə müxtəlif ünvanlara qoyaraq həmin yerin ünvan, məkan və yerin fotoşəklini çəkərək “Whatsapp” proqramı vasitəsi ilə Əhmədə göndərmişdir. Bunun qarşılığında isə Əhməd ona müəyyən məbləğdə pullar göndərmişdir. Polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilən zaman ona qarşı hər hansı fiziki zor və sair təzyiqlər göstərilməmişdir. O, Əhmədlə “Whatsapp” proqramı vasitəsi ilə istifadə etdiyi +98 ********** saylı mobil nömrə vasitəsi ilə əlaqə saxlamışdır. İstifadə etdiyi “Samsung A55” markalı mobil telefonumda Əhməd adlı şəxsin istifadə etdiyi +98********** saylı mobil nömrə ilə yazışmaları olmuşdur. O, ***-***-**-** saylı "xxxx" MMC-yə məxsus mobil nömrəni “Whatsapp” proqramında istifadə eytmişdir. Adi zənglər üçün isə ***-***-**-** "xxxx" MMC-yə məxsus mobil nömrəni istifadə etmişdir.
21. Məhkəmə tərkibi qanunvericiliyin tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir.
22. Məhkəmə şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, Nərimanov RPİ-nin Post Patrul Xidməti Bölüyünün polis nəfəri vəzifəsində işləyir və polis serjantıdır. 11 iyul 2025-ci il tarixdə Nərimanov RPİ-nin Post Patrul Xidməti Bölüyünün polis nəfəri, polis serjantı Şahid2 ilə birlikdə inzibati ərazidə AP6970 çağırışlı avtopatrul avtomobilində xidmət aparmışdır. Həmin gün saat 02:35 radələrində ünvan 2 ünvanında xidmət aparan zaman bir nəfər qadın cinsli şəxsin onları görən kimi özünü şübhəli apardığını görmüşlər. Buna görə də, həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər və həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar Təqsirləndirilən şəxsnm özünü şübhəli aparmasını, verdikləri suallara cavab olaraq narkotik vasitə istifadəçisi və üzərində narkotik vasitə olmasını bildirməsinə görə sonuncunu saxlayaraq ərazi üzrə Nərimanov RPİ-nin 17-ci PŞ-nə aparmışlar və şöbədə həmin şəxsin şəxsiyyəti müəyyən edilən zaman həmin şəxsin xx.xx.1995-ci ildə Rusiya Federasiyası, Moskva şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 7 ünvanında yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Sonra Təqsirləndirilən şəxs qızmın barəsində araşdırma aparılması üçün raportla şöbənin rəhbərliyinə məruzə etmişlər və araşdırma aparılması təhqiqatçı Rəhim Rəhimliyə həvalə edilmişdir. Rəhim Rəhimli də Təqsirləndirilən şəxsnm hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra onların və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs qızmın üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Təqsirləndirilən şəxs qadın olduğu üçün sonuncunun üzərinə keçiriləcək şəxsi axtarışda iştirak etməsi üçün Nərimanov RPİ-nin PPXB-nin polis nəfəri Şahid3 da dəvət edilmişdir. Şəxsi axtarış keçirməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif edilmişdir. Təqsirləndirilən şəxs da əlində olan çəhrayı rəngli çantadan içərində psixotrop maddə mtamfetaminə bənzər maddə olan 01 ədəd şəffaf sellofan bükümü, içərisinə narkotik vasitə heroinə bənzər maddə olan 01 ədəd şəffaf sellofan bükümü, həmin çantanın içərisində olan sarı rəngli qutunun içərisindən narkotik vasitə heroinə bənzər maddə olan 04 ədəd bükümü və psixotrop maddə metamfetaminə bənzər 01 ədəd 04 ədəd bükümü, əynimdə olan qara rəngli idman şalvarının sağ cibindən narkotik vasitə heroinə bənzər maddə olan 01 ədəd sellofana bükümü, istifadə etdiyi “Samsung A55” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoyaraq, 08 ədəd bükümlərin içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu, həmin maddələri İran İslam Respublikasının vətəndaşı Əhməd adlı şəxsin sifarişi əsasında müxtəlif ünvanlara qoymaq məqsədi ilə əldə edərək üzərində saxladığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxsnm üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Sonra axtarış iştirakçılarının iştirakı ilə Mayanın üzərindən aşkar olunmuş kütlələr qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir.
23. Məhkəmədə şahid qismində dindirilmiş hazırda Nərimanov RPİ-nin Post Patrul Xidməti Bölüyünün polis nəfəri vəzifəsində işləyən Şahid2 da Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verməklə onun işin halları ilə bağlı göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir.
24. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunmuş Şahid3 ifadəsində göstərmişdir ki, o, Nərimanov RPİ-nin Post Patrul Xidməti Bölüyünün polis nəfəri vəzifəsində işləyir və polis serjantıdır. Nərimanov RPİ-nin PPXB-nin polis serjantı, polis nəfərləri Şahid1 və Şahid2 tərəfindən 11 iyul 2025-ci il tarixdə saat 02:35 radələrində Təqsirləndirilən şəxs ünvan 2 ünvanında özünü narkotik vasitələrin dövriyyəsində şübhəli apardığı üçün saxlanılaraq Nərimanov RPİ-nin 17-ci PS- nə gətirilmiş və onun barəsində araşdırma aparılması təhqiqatçı Rəhim Rəhimliyə həvalə edilmişdi. Təqsirləndirilən şəxs qadın olduğu üçün onun üzərində keçiriləcək şəxsi axtarışda iştirak etmək üçün onu da dəvət etmişlər. Şəxsi axtarış keçirməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif edilmişdir. Təqsirləndirilən şəxs da əlində olan çəhrayı rəngli çantadan içərində psixotrop maddə mtamfetaminə bənzər maddə olan 01 ədəd şəffaf sellofan bükümü, içərisinə narkotik vasitə heroinə bənzər maddə olan 01 ədəd şəffaf sellofan bükümü, həmin çantanın içərisində olan sarı rəngli qutunun içərisindən narkotik vasitə heroinə bənzər maddə olan 04 ədəd bükümü və psixotrop maddə metamfetaminə bənzər 01 ədəd 04 ədəd bükümü, əynimdə olan qara rəngli idman şalvarının sağ cibindən narkotik vasitə heroinə bənzər maddə olan 01 ədəd sellofana bükümü, istifadə etdiyi "Samsung A55" markalı mobil telefonu çıxarıb masanın üzərinə qoyaraq, təqdim etdiyi 08 ədəd bükümlərin içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu, həmin maddələri İran İslam Respublikasının vətəndaşı Əhməd adlı şəxsin sifarişi əsasında müxtəlif ünvanlara qoymaq məqsədi ilə əldə edərək üzərində saxladığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildi və axtarış zamanı onun üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Sonra axtarış iştirakçılarının iştirakı ilə Mayanın üzərindən aşkar olunmuş kütlələr qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir.
25. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir.
Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır:
26. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olsa da, ünvan 7 ünvanında kirayə olaraq yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Altı ay olmuşdur ki, psixotrop maddə və narkotik vasitələrdən istifadə etmişdir. İlk dəfə narkotik vasitəni rəfiqələri ilə birlikdə istifadə etmişdir. Narkotik vasitəni Bakı şəhəri ərazisində tanımadığı şəxslərdən alaraq istifadə etmişdir. O, sosial şəbəkələrdə özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən Əhməd adlı şəxslə tanış olmuşdur. Əhməd ona bildirmişdir ki, narkotik vasitə və psixatrop maddə lazım olan zaman ondan ala bilər. Buna görə də o, bir neçə dəfə Əhmədin vasitəsi ilə narkotik vasitə əldə edərək istifadə etmişdir. Əhməd ona göndərdiyi narkotik vasitələri götürüb deyəcəyi ünvanlara qoymağı bildirmişdir. Qarşılığında isə o, həmin narkotik vasitələrin üzərindən özünün ehtiyacı qədər narkotik vasitə götürmüşdür. O Əhmədin ona bildirdiyi yerlərdən narkotik vasitəni götürüb dediyi yerlərə qoyaraq həmin yerin foto şəklini və məkan, yəni konumunu “Whatsapp” proqramı vasitəsi ilə ona göndərmişdir. 11 iyul 2025-ci il tarixdə saat 02:35 radələrində İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən Əhməd adlı şəxsin sifarişi ilə narkotik vasitə və psixotrop maddə qoymaq məqsədi ilə göndərmiş olduğu konum əsasında ünvan 2 ünvanının qarşısına getmişdir. Həmin ünvana üzərində olan narkotik vasitə heroini və psixotrop maddə metamfetamini yerləşdirib şəklini çəkərək Əhmədə göndərmək məqsədi ilə getmişdir. O, qeyd olunan ünvanda olan zaman Nərimanov RPİ-nin PPXB-nin əməkdaşları ona yaxınlaşaraq Özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib ondan özünü təqdim etməyini istəmişlər. O, polis əməkdaşları ilə sorğu zamanı üzərində narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onu Nərimanov RPİ-nin 17-ci PŞ-nə dəvət etmişlər. O da heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişdir. Polis əməkdaşları ona narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf etməsini, əgər etiraf edərsə işinin yüngülləşməsində ona kömək olunacağını bildirmişdir. Buna görə də o, polis əməkdaşlarının dedikləri ilə razılaşaraq imzalamışdır. Əslində o, narkotik vasitələrin daşınması qarşılığında pul yox, şəxsi ehtiyyacları üçün narkotik vasitə əldə etmişdir.Bütün bu qeyd etdiklərini, peşman olmasını və himayəsində azyaşlı övladının olmasını nəzərə alaraq məhkəmədən daha aşağı həddə cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir.
Hüquqi məsələlər:
Azərbaycan Respublikası Cinayət Məcəlləsi:
27. CM-nin 234.4.1. və 234.4.3. maddələrinə əsasən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma; Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorları satma, yaxud prekursorları eyni məqsədlə xeyli miqdarda hazırlama, əldə etmə, saxlama, göndərmə və ya daşıma; Yetkinlik yaşına çatmayanlara qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, habelə bu Məcəllənin 234.2-ci və 234.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri təhsil və ya tibb müəssisələrində, eləcə də cəzaçəkmə müəssisələrində yaxud həbs yerlərində törətmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən və yaxud külli miqdarda törədildikdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
28. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
29. Maddə 58.3. cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.
30. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.
31. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
32. Maddə 56.1.2. qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisəsi müəyyən edilir.
33. Maddə 69.3. Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır.
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi:
34. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
35. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir.
36. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.
37. Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.
38. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.
39. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.
40. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həlletməlidir.
41. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.
Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu:
42. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən, heroinin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. Həmçinin, metamfetaminin də 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu
43. Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir.
44. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir.
45. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir.
46. Maddə 1.0.11. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 26 fevral tarixli 63 nömrəli qərarı ilə təsdiq edilmiş “İstintaq təcridxanalarının daxili intizam Qaydaları”
47. Həmin Qaydaların 5.7-ci bəndinə əsasən, İstintaq təcridxanasının müdiriyyəti istintaq təcridxanasına gətirilmiş həbs edilmiş şəxsi qəbul etməli və aşağıdakı məlumatları qeydə almalıdır: ... 5.7.5. həbs edilmiş şəxsin üzərində müşahidə olunan hər hansı bədən xəsarətləri və onun istintaq təcridxanasına daxil olanadək məruz qaldığı hər hansı işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar barədə şikayəti. 21.8. bənd. İstintaq təcridxanasının müdiriyyəti həbs edilmiş şəxsdə prosessual hərəkətin keçirilməsindən əvvəl və sonra müşahidə olunan bədən xəsarətləri və prosessual hərəkət zamanı yol verilən hər hansı işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar barədə şikayətləri qeydə alır və Qanunda (“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanun) nəzərdə tutulmuş qaydada tədbirlər görür.
Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 saylı Qərarı
48. Qərarın 9-cu bəndi. Məhkəmələrə tövsiyə edilir ki, 9. CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı
49. Qərarın 25-ci bəndi (2-ci abzas). Cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət veribverməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır.
50. Qərarın 26-cı bəndi. Azərbaycan Respublikası CPM-nin 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Həmin maddənin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özüözlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz.
Məhkəmənin hüquqi dəyərləndirməsi:
51. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham toplanmış sübutlarla tam olaraq təsdiq olunur. Bununla bağlı ittiham tərəfinin təqdim etdiyi sübutların şübhə altına alınması üçün əsaslar yoxdur. Eyni zamanda təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitələrin şəxsi istehlak miqdarından dəfələrlə artıq, külli miqdarda olması, həmçinin, telefon və digər sübutlar narkotik vasitənin məhz satış məqsədilə əldə edilməsinə dəlalət edir.
52. Narkotik vasitənin təqsirləndirilən şəxsin üzərindən aşkar edilməsi, qablaşdırılması, həmin vasitələrin kimyəvi tərkibinin müəyyən edilməsi ilə bağlı ilkin sübutların əldə edilməsi ilə əlaqədar istintaq hərəkətlərinin etibarsız hesab olunması üçün əsaslar müəyyən edilmədiyindən həmin hərəkətlərin nəticələri iş üzrə mötəbər sübutlar kimi qəbul edilir.
53. Təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş narkotik vasitənin növü qadağan olunmuş əşya olduğundan və miqdarı qüvvədə olan qanunvericiliyə əsasən külli miqdar təşkil etdiyindən irəli sürülmüş ittihama uyğun cinayət məsuliyyəti yaradır.
54. Məhkəmənin mövqeyinə görə, Təqsirləndirilən şəxs tərəfindən cinayətin başqa şəxslə qabaqcadan əlbir olmaqla törədilməsinə dair ittiham da əsaslıdır. Belə ki, ibtidai istintaq və məhkəmə iclaslarında ifadə verən zaman Təqsirləndirilən şəxs narkotik və psixotrop maddələri İran İslam Respublikası vətəndaşı Əhməd adlı şəxsin göstərdiyi ünvanlara qoymaq üçün götürdüyünü bildirmişdir. Əlavə olaraq Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə zamanı üzərindən aşkar edilmiş «Samsung A55» markalı mobil telefonun “Whatsapp” proqramında İran İslam Respublikasına məxsus +98 ********** saylı mobil nömrənin arasında narkotik vasitə və psixotrop maddələrin əldə edilməsi, müxtəlif ünvanlara qoyulması barədə yazışma və səs yazıların göndərilməsi, narkotik vasitələrin qoyulduğu ünvanın işarələnmiş şəkil və məkan bildirimlərinin göndərilməsi aşkar edilmişdir
55. Təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlillər keçərli deyil. Belə ki, təqsirləndirilən şəxs narkotik vasitələrin satış məqsədilə daşınması işi ilə məşğul olmadığını, polis əməkdaşları tərəfindən təsirlərə məruz qalaraq məcbur olub həmin etiraf edici ifadə verdiyini bildirmişdir.
56. Məhkəmə tərkibi, təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsinə sözügedən hissədə tənqidi yanaşaraq, ifadədə qeyd olunan bu xüsusatları təqsirləndirilən şəxsi məsuliyyətdən yayındırmaq xarakteri daşıyan, heç bir fakta əsaslanmayan ifadə kimi qiymətləndirir.
57. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında ifadə verərkən bildirmişdir ki, narkotik vasitələrin daşınması qarşılığında İran İslam Respublikası vətəndaşı olan Əhməd adlı şəxsdən pul almamışdır. Sadəcə olaraq həmin narkotik vasitələrdən öz şəxsi istifadəsi üçün narkotik vasitə götürmüşdür.
58. Qeyd olunan xüsusatlar onun özünün ibtidai istintaq zamanı və məhkəmə iclasında etirafedici ifadələri, iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələri, istintaq hərəkətlərinin protokolları, ekspertiza rəyləri ilə, digər sübutlar və işin faktiki halları ilə tam təkzib olunur.
59. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması iş materiallarında olan 11 iyul 2025-ci il il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokol, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X11 Amblator X1 xx.xx.2025-ci il tarixli 4108 nömrəli rəyi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə fıziki-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli, 6/2407 nömrəli rəyi, xx.xx.2025-ci il tarixli, “CD-R disk üzrə videoyazl məlumatlarına baxış keçirilməsi barədə” protokol, xx.xx.2025-ci il tarixli, “mobil telefona baxış keçirilməsi haqqında” protokol, eləcə də, iş materiallarında olan digər materiallar və təqsirləndirilən şəxsin özünün məhkəmə iclasında verdiyi etiraf edici ifadələri ilə tam sübuta yetirilir.
60. Beləliklə məhkəmə baxışı gedişində tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu təqsirləndirilən şəxsin cinayətdə təqsirini təsdiq etdiyi üçün məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli olduğuna dair ittiham hökmü çıxarılmalı olduğu qənaətinə gəlir.
61. Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət qanunun müvafiq normasının sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.
62. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır.
63. Məhkəmə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, gənc olmasını, törətdiyi əməli etiraf etməklə əməlindən səmimi peşman olması, Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində xx.xx.2015 X7 adlı azyaşlı övladının olması, cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.
64. Təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir.
65. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olduğunu və ağırlaşdıran halların olmadığını nəzərə alaraq bir daha qeyd edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzasının hüdudları daxilində minimum cəzaya yaxın həddə cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar.
66. Təqsirləndirilən şəxs cəzasının çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir.
67. Cinayət işində olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 11 iyul 2025-ci il il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə barəsində həbsetmənin əvvəli 11 iyul 2025-ci il il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Təqsirləndirilən şəxs hökm çıxarılanadək həbsdə saxlandığı üçün həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə bir günə bir gün hesablanmaqla daxil edilməlidir.
68. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun tutulduğu 11 iyul 2025-ci il il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.
69. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir.
70. İş üzrə maddi sübut – Bakı şəhəri Nərimanov RPİ-nin saxlanc anbarına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 104,127 qram çəkidə narkotik vasitə heroin və 88,785 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilməli, şəxsi axtarış və götürməni əks edirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı. Təqsirləndirilən şəxs məxsus bir ədəd Samsung A55 markalı mobil telefon xx.xx.2025-ci il tarixdə Azərbaycan Respubilkasının CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli ayrılmışdır cinayət işinə aid edilməlidir.
71. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 65 (altmış beş) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxsdan tutularaq dövlət büdcəsinə ödənilməlidir.
72. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onların hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Mirzəyev və Partnyorları Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 28 aprel 2025-ci il tarixdən sonra 11 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla dövlət büdcəsinin vəsaiti hesabına məhkəmə mərhələsində göstərilmiş 29 (iyirmi doqquz) iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi işlədiyi Mirzəyev və Partnyorları Vəkil Bürosunun hesabına 329 (üç yüz iyirmi doqquz) manat məbləğində pul köçürülməlidir.
73. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
h ö k m e t d i:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 11 iyul 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut – Bakı şəhəri Nərimanov RPİ-nin saxlanc anbarına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 104,127 qram çəkidə narkotik vasitə heroin və 88,785 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilsin, şəxsi axtarış və götürməni əks edirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın, Təqsirləndirilən şəxs məxsus bir ədəd Samsung A55 markalı mobil telefon ayrılmışdır cinayət işinə aid edilsin. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. Məhkəmə iclaslarında göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi üçün 329 (üç yüz iyirmi doqquz) manat pul Mirzəyev və Partnyorları Vəkil Bürosunun nəfinə ödənilsin. Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən onun elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə münasibətdə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Elmin Rüstəmov Aytən Əliyeva Vüqar Quliyev