Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-190/2022 26.04.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Qəribov Fikrət Atlıxan oğlu (sədrlik edən), Hüseynov Telman Qulaməli oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X11, X12, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə Bakı şöbəsinin Bakı Ağır cinayətlər məhkəməsi üzrə prokuroru X17, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şöbəsinin Bakı Ağır cinayətlər məhkəməsi üzrə prokuroru Ələkbərov Valeh Həsən oğlunun, zərərçəkmiş şəxsin nümayəndəsi- Nümayəndə, Bakı şəhər 02 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi, X2 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin yerləşdiyi binada, açıq məhkəmə iclasında xx xxxxx 1982-ci ildə Saatlı rayonunun Telmankənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla eyni ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, Şahmarov Rabil Astan oğlunun xx xxxxx 1983-cü il tarixdə Almaniya Demokratik Respublikasının Drezden şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, məhkumluğu olmayan, ünvan 2 ünvanında qeydiyyatda olmaqla eyni ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilən, Təqsirləndirilən şəxs2 hər birinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.4, 308.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şahmarov Rabil Astan oğlu vəzifəli şəxs olaraq xidməti vazifələrinin icrası ilə əlaqədar özü və qabaqcadan əlbir olduğu üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək qabaqcadan əlbir olan bir şəxs halında xüsusilə külli miqdarda ziyan vurmaqla özgənin amlakını gizli olaraq talayaraq "Azərsu” ASC-nin hüquq və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmuşdur. Belə ki, o, 11.11.2014-cü il tarixdə X13 tərəfindən təsis edilmiş, 15.1 1 .2019-cu ildən isə nizamnamə kapitalının 100%-ni əlda etməklə qanuni təmsilçisi və direktoru olduğu ********** nömrəli VÖEN-lə dövlət qeydiyyatına alınmış "Nurşah” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası Vergilər Nazirliyində ********** nömrəsi ilə qeydiyyatdan keçmiş Nizamnaməsinə əsasən cəmiyyətin fəaliyyətinə rəhbərlik edən və onun operativ idarə olunmasını həyata keçirən, vəkalətnamə olmadan cəmiyyətin adından çıxış edən, cəmiyyətin adından mülkimüqavilələr bağlamaq və sair səlahiyyətlərə malik vəzifəli şəxs olaraq hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan, 27 aprel 2007-ci il tarixdə 1001 150032 nömrəli VÖEN-lə fiziki şəxs kimi dövlət qeydiyyatından keçmiş tanışı Təqsirləndirilən şəxs2 və istintaqla barələrində cinayət təqibi davam etdirilən qeyriləri ilə xüsusilə külli miqdarda özgəyə məxsus əmlakı gizli olaraq talamaq məqsədilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməklə, cinayətkar qrupun üzvləri ilə aralarında əvvəlcədən razılaşdırılmış ümumi cinayətkar niyyətə və məqsədə uyğun olaraq rəhbərlik etdiyi "Nurşah” MMC tərəfindən Xəzər dənizində yerləşən «Böyük Zirə» adası ətrafında batmış gəmilərin çıxarılması və qara metal qırıntısı kimi təhvil verilməsinə köməklik göstərilməsi üçün 02 iyun 2020-ci il tarixli və "Böyük Zirə” adası ətrafında aparacağı təmizlik işlərində istifadə etmək üçün icarəyə gəmilər verilməsi ilə bağlı 16 iyun 2020-ci il tarixli müraciətləri əsasında Müdafıə Nazirliyinin Hərbi Deniz Qüvvələrinin komandanlığı ilə bir ədəd kiçik desant gəmisinin, bir ədəd üzən kranın və iki ədəd yedək gəminin icarəyə götürülməsi haqqında 25 iyun 2020-ci il tarixdə 5738 nömrəli müqavilənin bağlanmasına nail olduqdan sonra həmin tarixdən başlayaraq qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 və qeyriləri ilə birlikdə Xəzər dənizinin dibində batmış gəmilərin və metal qırıntılarının axtarışı zamanı dənizin Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi istiqamətində Azərbaycan Respublikasının "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Bakı Sukanal İdarəsinin X5 təmizlənmiş suların Xəzər dənizinə axıdılması məqsədi ilə Hövsan akvatoriyasında dənizin dibi ilə bir-birinə qaynaq edilməklə 1970-1990-cı illərdə inşa olunmuş "Azərsu” ASC-yə məxsus, istifadə üçün yararlı vəziyyətdə diametri 1420 mm olan metal boruları dənizin dibində axtarış apararkən aşkar etdikdən sonra həmin Cəmiyyətin xəbəri olmadan müqavilə əsasında əldə etdiyi hərbi hissənin üzən kran və gəmilərindən, habelə onların şəxsi heyətinin köməyindən istifadə etməklə 2021-ci ilin iyun-avqust ayları ərzində həmin boru xətlərini üzən kran vasitəsilə dənizin dibindən çıxarıb, içərisinə hava doldurmaqla suyun üzərində saxlayıb yedək gəmiləri vasitəsilə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində Xəzər dənizinin sahilinə daşıyaraq, orada istintaqla müəyyən edilməyən şəxslərin vasitəsilə xüsusi kəsici alətlər vasitəsilə 1 0-1 1 metr uzunluqda doğrayaraq 24 iyul 2020-ci il tarixli alqı-satqı müqaviləsi ilə həmin borulardan 373.744 manat dəyərində ümumi uzunluğu 467,18 metr olan 43 ədədini sahibkarlıq fəaliyyəti ilə məşğul olan Şahid4 Qurban oğluna sataraq, 148.460 manat dəyərində ümumi uzunluğu 203,35 metr olan 21 ədəd metal borunu Xəzər dənizinin Hövsan qəsəbəsi sahilinin bir hissəsində, 1 17.960 manat dəyərində ümumi uzunluğu 147,45 metr olan 13 ədəd metal borunu isə Xəzər dənizinin Hövsan qəsəbəsi sahilinin digər hissəsində gələcəkdə satmaq məqsədilə gizlədərək, vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ila əlaqədar özü və qabaqcadan əlbir olduğu şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq menafeyinə qəsdən zidd olaraq istifada edərək qabaqcadan əlbir olan bir şəxs halında Azərbaycan Respublikasının "xxxx" açıq səhmdar cəmiyyətinə məxsus 817.98 metr uzunluğunda 640.164 manat dəyərində, yəni xüsusilə külli miqdarda ziyan vurmaqla metal boruları gizli olaraq talamış, həmin əməlləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında "xxxx" ASC-nin əmlak hüquqlarına və Respublika ərazisində su təchizatını va kanalizasiya xidmətini təşkil etməklə bağlı əsas funksiyasının yerinə yetirilməsi ilə əlaqədar qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərar vurmuşdur. Təqsirləndirilən şəxs2 vəzifəli şəxs olaraq xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və qabaqcadan əlbir olduğu üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək qabaqcadan əlbir olan bir şəxs halında xüsusilə külli miqdarda ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talayaraq "xxxx" ASC-nin hüquq va qanuni mənafelarinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmuşdur. Belə ki, o, hüquqi şəxs yaratmadan Azərbaycan Respublikası Vergilər Nazirliyində 27.04.2007-ci il tarixdə 1001 150032 nömrəsi ilə qeydiyyatdan keçərək sahibkarlıq fəaliyyati ilə məşğul olan vəzifəli şəxs kimi, 11.11.2014-cü il tarixdə X13 tərəfindən təsis edilmiş, 15.11.2019-cu ildən isə nizamnamə kapitalının 100%-ni əldə etməklə qanuni təmsilçisi və direktoru olduğu ********** nömrəli VÖEN-lə dövlət qeydiyyatına alınmış "Nurşah” məhdud məsuliyyətli cəmiyyətinin Azərbaycan Respublikası Vergilər Nazirliyində ********** nömrəsi ilə qeydiyyatdan keçmiş Nizamnaməsinə əsasən cəmiyyətin fəaliyyətinə rəhbərlik edən və onun operativ idarə olunmasını hayata keçirən, vəkalətnamə olmadan cəmiyyətin adından çıxış edən, cəmiyyətin adından mülkimüqavilələr bağlamaq və sair səlahiyyətlərə malik vəzifəli şəxs olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olan tanışı Təqsirləndirilən şəxs1 va istintaqla barələrində cinayət təqibi davam etdirilən qeyriləri ilə xüsusila külli miqdarda özgəyə məxsus əmlakı gizli olaraq talamaq məqsədilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməklə, cinayatkar qrupun üzvləri ilə aralarında əvvəlcadən razılaşdırılmış ümumi cinayəkar niyyətə və məqsədə uyğun olaraq "Nurşah” MMC tərəfindən Xəzər dənizində yerləşən «Böyük Zirə» adası ətrafında batmış gəmilərin çıxarılması və qara metal qırıntısı kimi təhvil verilməsinə köməklik göstərilməsi üçün 02 iyun 2020-ci il tarixli və "Böyük Zirə” adası ətrafında aparacağı təmizlik işlərində istifadə etmək üçün icarəyə gəmilər verilməsi ilə bağlı 16 iyun 2020-ci il tarixli müraciətləri əsasında Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin komandanlığı ilə bir ədəd kiçik desant gəmisinin, bir ədəd üzən kranın və iki ədəd yedək gəminin icarayə götürülməsi haqqında 25 iyun 2020-ci il tarixdə 5738 nömrəli müqavilənin bağlanmasına nail olduqdan sonra həmin tarixdən başlayaraq qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 və qeyriləri ilə birlikdə Xəzər dənizinin dibində batmış gəmilərin və metal qırıntılarının axtarışı zamanı dənizin Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi istiqamətində Azərbaycan Rəspublikasının "Azərsu” açıq səhmdar cəmiyyətinin Bakı Sukanal İdarəsinin X5 təmizlənmiş suların Xəzər dənizinə axıdılması məqsədi ilə Hövsan akvatoriyasında dənizin dibi ilə bir-birinə qaynaq edilməklə 1970-1990-cı illərdə inşa olunmuş "Azərsu” ASC-yə məxsus, istifadə üçün yararlı vəziyyətdə diametri 1420 mm olan metal boruları dənizin dibində axtarış apararkən aşkar etdikdən sonra həmin Cəmiyyətin xəbəri olmadan müqavilə əsasında əldə etdiyi hərbi hissənin üzən kran və gəmilərindən, habelə onların şəxsi həyətinin köməyindən istifadə etməklə 2020-ci ilin iyun-avqust ayları ərzində həmin boru xətlərini üzən kran vasitəsilə dənizin dibindən çıxarıb, içərisinə hava doldurmaqla suyun üzərində saxlayıb yedək gəmilərin vasitəsilə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində Xəzər dənizinin sahilinə daşıyaraq, orada istintaqla müəyyən edilməyən şəxslərin vasitəsilə xüsusi kəsici alətlər vasitəsilə 1 0-1 1 metr uzunluqda doğrayaraq 24 iyul 2020-ci il tarixli alqı-satqı müqaviləsi ilə həmin borulardan 373.744 manat dəyərində ümumi uzunluğu 467,18 metr olan 43 ədədini sahibkarlıq fəaliyyəti ilə məşğul olan X1, 148.460 manat dəyərində ümumi uzunluğu 203,35 metr olan 21 ədəd metal borunu Xəzər dənizinin Hövsan qəsəbəsi sahilinin bir hissəsində, 117.960 manat dəyərində ümumi uzunluğu 147,45 metr olan 13 ədəd metal borunu isə Xəzər dənizinin Hövsan qəsəbəsi sahilinin digər hissəsində gələcəkdə satmaq məqsədilə gizlədərək, vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ila əlaqədar özü və qabaqcadan əlbir olduğu şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafəyinə qəsdən zidd olaraq istifadə edərək qabaqcadan əlbir olan bir şəxs halında Azərbaycan Respublikasının "Azərsu” açıq sahmdar cəmiyyətinə məxsus 817.98 metr uzunluğunda 640.164 manat dəyərində, yəni xüsusilə külli miqdarda ziyan vurmaqla metal boruları gizli olaraq talamış, həmin əməlləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 'Azərsu” ASCnin əmlak hüquqlarına və respublika ərazisində su təchizatını və kanalizasiya xidmətini təşkil etməklə bağlı əsas funksiyasının yerinə yetirilməsi ilə əlaqədar qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Şahmarov Rabil Astan oğlu ona Azərbaycan Respublikası CM-nin 177.4,308. 2-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, uzun müddətdir ki, istifadəyə yararsız tullantı metalların, dəmir boruların, dəmir tikinti materiallarının toplanılması və istismara yararsız gəmilərin kəsilməsi və onların metal əritmə müəsissələrinə təhvilini həyata keçirmişdir. Dənizdə yararsız gəmilərin və metal tullantıların çıxarılması işinin həyata keçirilməsini həyata keçirir. Bir neçə dəfə Hərbi Dəniz Qüvvələrindən ona Hövsan Limanı adlanan ərazidə sahildən 1 km aralı “maqnitni polya” sayılan ərazidə tullantıların çıxarılmasını təklif etmişlər. “Maqnitni polya” adlanan ərazi Hərbi Dəniz Qüvvələrinin təlim keçdiyi ərazidir. O, bu təkliflə razılaşaraq Hərbi Dəniz Qüvvələri ilə iki müqavilə və limanla bir müqavilə bağlamışdır. Hərbi Dəniz Qüvvələri ilə gəmilərin icarəsi barəsində müqavilə bağlamışdır. Onun HDQ-lə bağladığı müqavilə Sahil Mühafizə İdarəsi tərəfindən təsdiq olunmuş, o, bu müqavilədə nəzərdə tutulan qaydada dənizdən çıxarılan metalın hər tonuna görə HDQ-nin bank hesabına 90 manat pul köçürmüşdür. Onların gəmilərin icarəsi ilə birlikdə günlük maliyyə xərci 7500-8000 manat olmuşdur. Bu hadisə baş verən zaman metal tullantıları çıxaran zaman metal turbolar aşkar edilmişdir. Bu barədə HDQ-nin rəhbərliyinə bildirən zaman həmin şəxslər 4 hektar ərazinin HDQ-nə aid olduğunu və o, ərazidə nə metal varsa, bütün metallar HDQ-nə məxsus olduğunu bildirmişlər. Bir müddət keçdikdən sonra Zərərçəkmiş şəxs ASC-nin işçiləri fəaliyyət göstərdiyikləri əraziyə gələrək həmin turbaların AZƏRSU ASC-yə məxsus olduğunu bildirmişlər. O, dəfələrlə DİN-nin Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsində və Prokurorluqda dindirilmişdir. Onların gördüyü işlərin hamısı qanun və müqavilə əsasında aparılıb və bütün borular zərərçəkmiş tərəfə qaytarılıb. Həmin boruları suyun altından dənizə və dənizdən sahilə çıxartmaq hamısı HDQ-nin əməkdaşlarının öhdəçiliyində olmuşdur. Onların işiləri sadəcə boruları sahildən metal saxlama qəbul etmə məntəqəsinə daşımaq olmuşdur. Dənizin dibində estakadalar, gəmilər və digər metal tullantıların çıxarılması barədə müqavilə bağlamış, müqaviləyə görə dənizin dibindən çıxan istənilən dəmir və boru metal tullantı sayılır. Metal boruların çıxarılmasının dayandırlıması ilə xəbərdarlıq edilən zaman işi dayandırmışlar. Həmin borular AZƏRSU ASC-yə istintaq başlamamışdan əvvəl təhvil vermişlər. Həmin borular təhvil verilən zaman şəxsən özü yük daşıma ilə bağlı xərcləri çəkmişdir. Metal boruların 43 ədədini Şahid4 satmış, 22 metal borunu isə təhvil vermişdir. AZƏRSU ASC-nin əməkdaşları həmin yerdə iş getdiyini bilirdilər, metal borular sahilə çıxdıqdan sonra gəlmişdilər. Limanla ayrı müqavilə bağlamış, Hərbi Dəniz Qüvvələri ilə metal tullantıların çıxarılması və gəmilərin icarəyə götürülməsi ilə bağlı ayrı müqavilə bağlamışdır. Müqavilədə nəzərdə tutulan Hərbi Dəniz Qüvvələrinə rəsmi şəkildə metalın 1 tonuna 90 manat pul köçürmək və 3 gəmiyə icarə haqqını da ödəmək öhdəliyini həyata keçirmişdir. İlk dəfə rəsmi şəkildə bank hesabına 40 000 AZN ödəmişlər. Ümumilikdə 97 000 AZN pul ödəmişdir. Rameli 13-14 ildir ki, tanıyır. Həmin şəxs maliyyə vəsaiti ilə təmin etmiş.o, isə işləri həll etmişdir. Metal tullantıların, həmçinin metal boruların dənizdən sahilə çıxarılmasını və digər işlərin hamısını Hərbi Dəniz Qüvvələrinin əməkdaşları həyata keçirmişdir. Mülki şəxslər icazəsiz həmin əraziyə daxil ola bilməzdirlər, nəinki Həmin ərazidən metal tullantı çıxartsınlar. Həmin müqavilənin qanuni olması Sahil Mühafizə Xidməti tərəfindən təsdiq olunmuşdur. Həmin ərazilərdə tele-kommunikasiya xətlərinin olub-olmamasını HDQ-nin əməkdaşları GPS-lə yoxlayırdılar. Məhkəmədə verdiyi ifadəsini təsdiq edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Hüseyb oğlu ona Azərbaycan Respublikası CM-nin 177.4, 308.2-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, əvvəllər Təqsirləndirilən şəxs1lə birlikdə çalışmış, Rabil ona şərik olmaq təklifini etdiyi zaman gəlir götürmək məqsədilə bu təklif ona cəzbedici gəlmişdir. Rabillə bu işi görməyə başladıqları vaxtdan bəri maliyyə dəstəyi göstərmişdir. Digər işlərlə isə Rabil məşğul olmuşdur. Onlar yalnız Hövsan limanı adlanan ərazidə deyil, Nargin adasında, başqa bir neçə yerdə metal tullantıların və istismara yararsız gəmilərin kəsilməsi satılması və s. işi ilə məşğul olmuşlar. HDQ ilə müqavilə bağladıqları zaman onlara həmin ərazinin “ Maqnitni Polya” olduğunu və həmin ərazidə strateji əhəmiyyətli boruların olub-olmaması barəsində GPS tətbiqi vasitəsilə yoxlanıldığını bildirmişlər. Müqavilə bağlayan zaman onların öhdəliyi metal tullantılar və qırıntıları çıxarmaq olmuşdur. Qırıntı dedikdə istismara yararsız gəmidə ola bilər. Həmin işləri görənlər isə Hərbi Dəniz Qüvvələrinin əməkdaşları olmuşlar. Onlar həmin ərazidən metal boru çıxartmaq niyyəti olmamışdır. O, bir başa olaraq işin içində olmasada, müqavilə ilə tanış olmuşdur. Hal-hazırda da Nargin adasın da batmış gəmilərin dənizdən çıxarılması işi ilə məşğul olur. İlk dəfə 10 000 AZN, ümumilikdə 70 000 AZN pul vəsaiti xərcləmişdir. Müqavilə metal tullantıların və qırıntıların çıxarılması ilə bağlı olmuş, həmin ərazidə nə qədər metal varsa, onlara çıxarılması deyilmişdir. Müqavilədə qırıntıları və tullantıları sahilə çıxartmaq HDQ-nin əməkdaşlarının vəzifəsi olmuşdur. Həmin ərazi gəmilərin təlim keçdiyi ərazisi hesab edilirdi. Metal tullantıları, həmçinin metal boruları dənizə çıxaranlar HDQ-nin əməkdaşları idi, onlar isə qarşılığında pul ödəmişlər. Metal borulara və tullantılar sahilə çıxan zaman onların sahibliyinə keçirdi.Hərbi Dəniz Qüvvələri ilə 4 dəfə yazışmalarından sonra müqavilə bağlamışlar, metal borular qanunsuz çıxarılırdırsa Hərbi Dəniz Qüvvələrini əməkdaşları onları sahilə çıxarmalı deuildi, çünki, borular sahilə onlar tərəfindən tərəfindən çıxarılıb. Dənizdən nəyin çıxarılıb, nəyin çıxarılmayacağını HDQ-nin əməkdaşları müəyyən edirdi. Hərbi prokurorluqda HDQ-nin bağladığı müqavilə ilə əlaqədar cinayət işi açılmışdır. Məhkəmə iclasında verdiyi ifadəsni təsdiq edir. Məhkəmə təqsirləndirilən şəxslər Şahmarov Rabil Astan oğlu və Təqsirləndirilən şəxs2 ifadələrini dinləyib, zərərəçəkmişin nümayəndəsini və şahidləri dindirərək, iş üzrə digər sübutları araşdıraraq hesab edir ki, onlar, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.4, 308.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidirlər. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, 2020-ci ilin iyun-avqust aylarında Təqsirləndirilən şəxs1, X22 va qeyrilərinin Azərsu ASC-nin X6 təmizlənmiş tullantı sularının dənizin akvatorjyasına bərabər şəkildə paylanmasını təmin etmək üçün nəzərdə tutulmuş Xəzər dənizində inşa olunmuş boruları oğurlamaları nəticəsində "Azərsu” ASC-yə xüsusilə külli miqdarda yəni 640.164 manat dəyərində maddi ziyan dəymişdir. Lakin 28 iyul 2021-ci il tarixdə "Azərsu” ASC-dən oğurlanmış borular təqsirləndirilən şəxslər tərəfindən tam olaraq geri qaytarılaraq X7 ərazisində saxlanca alınmışdır. Oğurlanmış borular həmin şəxslər tərəfindən tam olaraq geri qaytarıldığından bununla bağlı har hansı iddia, taləb və şikayətləri yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Əliyev Şahid1 oğlunun ifadəsindən görünür ki, 2015-ci ildən bu günə kimi Zərərçəkmiş şəxs ASC-nin İqtisadiyyat və uçot idarəsinin əsas Fondların idarə olunması şöbəsinin rəisi vəzifəsində çalışır. 06 avqust 2020-ci il tarixdə ona məlumat daxil olmuşdur ki, Bakı Sukanal İdarəsinin X6 təmizlənmiş suların Xəzər dənizinə axıdılması məqsədilə dənizin dibinə inşa edilmiş diametri 1420 mm olan metal borular çəkiliyi ərazidə naməlum gəmilər vardır. Məlumat daxil olduqdan sonra müavinin Şahid2lə Həmin əraziyə getmiş, həqiqətəndə qeyd edilən ərazidə 1 ədəd yük gəmisi və 1 ədəd kran gəmisi olduğunu müşahidə etmişdir. Orada nə iş görmələrini aydın görə bilməmiş, təxminən 1 saat sonra ona bildirmişdilər ki, dənizin dibindən metal borular kəsilib sahilə tərəf çıxarılır. Həmin borular “Kamaz” markalı yük avtomaşınlarına yüklənib Abşeron rayonu, Məmmədli qəsəbəsinə aparılır. Şahid2lə birlikdə Məmmədli qəsəbəsinə doğru hərəkət etmiş, boruların Məmmədli qəsəbəsi “Parniklər” adlanan ərazidəki metal saxlama məntəqəsinə gətirildiyini aşkar etmişdir. Həmin metal saxlama mənətəqəsinə 20 metr kənarda həmin saxlama məntəqəsini müşahidə etmişlər. Orada olan zaman metal saxlama məntəqəsinin sahibinin Elsevər adlı şəxs olduğunu bilmişdir. Həmin metal saxlama məntəqəsində bu boruların Zərərçəkmiş şəxs ASC-yə məxsus olması barədə fikirlər səsləndirdikdən sonra Hövsan istiqamətinə doğru hərəkət etmişdir. Yolda olan zaman ona 050- 211-lə başlayan nömrədən ona zəng gəlmişdir. Zəng edən şəxs özünü ona “ Rabil” kimi təqdim etmiş və həmin boruların lazımı sənəd əsasında Xəzər dənizindən çıxartdığını bildirmişdir. Ona görüşüb həmin sənədləri təqdim etməyi təklif etmiş, “Rabil” adlı şəxs təklifi qəbul etmiş, bundan sonra o, idarəyə baş verən hadisələrlə bağlı məlumat vermişdir. Həmin məlumat əsasında DİN-nin Nəqliyyatda Baş polis idarəsinin Su nəqliyyatında polis idarəsinə məlumat göndərilmişdir. Bir neçə gün sonra Məmmədli qəsəbəsində olan metal saxlama məntəqəsindən 2 ədəd borunun “Kamaz” markalı yük maşını vasitəsilə çıxarılması məlumatı daxil olmuşdur. Bakı Sukanal İdarəsinin əməkdaşları tərəfindən həmin maşını dəfələrlə saxlamağa cəhd etsələrdə, avtomaşını saxlamaq mümkün olmamışdır. Xocahəsən qəsəbəsində əməkdaşların müşayiətindən itmişdir. Dərhal həmin əraziyə doğru hərəkətə başlamış, Xocahəsən qəsəbəsində “Qaşıq zavodu “ adlandırılan ərazidə metaləritmə sexinin fəaliyyət göstərdiyini öyrənmiş, həmin sexin qapılarının bağlı olduğu üçün daxil ola bilməmişdir. “Elsevər”adlı şəxsin mobil telefonuna zəng edərək həmin boruların Zərərçəkmiş şəxs ASC yə məxsus olmasını bildirmişdir. Elsevər ona bildirmişdir ki, boruları “Rabil” adlı şəxsdən pul müqabilində alıb. Elsəvər ona yenidən zəng edərək sürücünün yük maşınını “Qaradağ postu” deyilən ərazidə saxladığını bildirmişdir. Dərhal həmin əraziyə doğru hərəkət etmişdir. Həmin yerə Qaradağ rayon polis əməkdaşları da gəlmişdir. Saxlanılan yük maşının üzərində 2 ədəd diametri 1420 mm olan boru var idi. Yenidən polis əməkdaşları ilə birikdə “ Qaşıq zavod” adlanan ərazidəki metaləritmə məntəqəsinə doğru hərəkət etmişdir. Polis əməkdaşları ilə birlikdə sexə daxil olmuş, metaləritmə məntəqəsində onların zənn elədiklərindən çox boru olduğunu görmüşlər. Onlar 14 ədəd boru aldıqlarını və 3 ədəd borunu tamamilə doğrandığını bildirmişlər. Borulardan biri isə yarımçıq doğranmış vəziyyətdə idi. Həmin ərazidə “Rabil” zəng edərək anlaşılmazlıq olduğunu və boruları qaytaracağını bildirmişdir. Həmin şəxs verdiyi vədə əməl etmədi və nəticəsində müvafiq dövlət orqanlarına müraciət etmişdir. Borular həmin şəxslərdən alınıb "xxxx" ASC-yə qaytarılmışdır. İbtidai İstintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 oğlunun ifadəsindən görünür ki, 2020-ci ilin iyul ayında N nömrəli hərbi hissənin X21 kiçik desant gəmisinin (D436) komandiri vəzifəsinə təyin olmuşdur. Həmin vəzifəyə təyin olunanda bildirmişdilər ki, müqavilə əsasında dənizə çıxışlar olur. O, 2 dəfə öz gəmisi dənizə çıxışı olub. Həmin borular komandiri olduğu (D436) gəmisinə yüklənərək Hövsan dəniz limanındakı sahilə aparılmışdır. Dənizə çıxışıları sutkalıq plan tərtib olunur. Bu plan əsasında dənizə çıxışla bağlı hazırlıq vərəqəsi tərtib olunur daha sonra rəhbər şəxslərin icazəsiylə dənizə çıxışa göstəriş verilir. Dəniz çıxış zamanı hərbi hissənin əməliyyat növbətçisinə məlumat verilir. Hövsan limanına yüklər boşaldıqdan sonra onlar həmin yeri tərk etmişlər. Bildirmək istəyirəm ki, müqavilənin şirkətlə bağlandığı barədə məlumatım olsa da, şirkət nümayəndələrini tanımır. Dənizə çıxan zaman azı 1 gün qabaqcadan məlumat verirdilər. Dənizə çıxan zaman hərəkət məntəqələri nəzarət vərəqəsində qeyd edilirdi. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Əliyev Şahid6 oğlunun ifadəsindən görünür ki, baş leytenant hərbi rütbəsində N nömrəli hərbi hissənin X21 kiçik desant gəmisinin (D436) komandirinin köməkçisi vəzifəsində işləyir. Onların çıxışı 1 sutka qabaqcadan bilinir. Bu barədə onlara əməliyyat növbətçisindən əmr daxil olur. Onun işi sadəcə xəritəylə bağlı olmuşdur. O, gəminin dənizin dibində ehtimal olunan təhlükələrə qarşı tədbirlər görür. Müqavilə olmasa həmin çıxışlara getmək barəsində əmr göndərilmir. Gəminin şəxsi heyəti tam yadımda deyil, 10 nəfərdən artıq olardı. Hər bir çıxışlarımız müqavilə əsasında olur. Müqavilə əsasında nəzarət vərəqəsi tərtib olunur. Əvvəlcədən hara gedəcəyimiz bizi bildirilir. İbtidai istintaq zamanı verdiyim ifadəmi təsdiq edirəm. Məhkəmə iclasında şahid qismində dindirilmiş Əliyev Şahid8 oğlunun ifadəsindən görünür ki, 19 iyun 2020-ci il tarixindən N nömrəli hərbi hissənin təmin edici gəmilər divizionun T 030 üzən kranın komandirinin köməkçisi vəzifəsində, leytenant rütbəsində işləyir. Şirkətlərlə müqavilə bağlandıqdan sonra gəmilərin həyata keçirəcəyi tapşırıqlar Hərbi hissə komandiri günlük planda qeyd edirmiş. Onun vəzifəsi şəxsi heyətin idarə edilməsi, Yüklərin təhlükəsizliy və yüklərin boşaldılması olmuşdur. Gəminin komandirindən sonra 2-ci şəxs o, olmuşdur. Hövsan dəniz limanına həmin vaxtlarda bir neçə dəfə rəhbərliyin göstərişi ilə fəaliyyət göstərmişdir Hərbi qulluqçudur, ona komandiri göstəriş verməsə gəmiylə bağlı heç bir fəaliyyət həyata keçirə bilməzdi. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsindən görünür ki, 2015-2020-ci illərdə Desant Gəmilər Divizionun D436 kiçik desant gəmisinin gəmi komandiri vəzifəsində işləmişdir. 2020-ci il mart ayından X21 komandir müavini vəzifəsini icra edirdim. Çıxışlar həmişə müqavilə əsasında təşkil olunurmuş. Müqavilə "xxxx" şirkəti ilə bağlanmışdır. Həmin borular onların gəmilərinə yükləndikdən sonra Hövsan liman adlanan əraziyə gələrək “ Nurşah” şirkətinin kranı vasitəsilə sahilə boşaldılırmış. Boruların yüklənməsini və çıxarılmasını "xxxx" şirkətinin işçiləri həyata keçirirmiş. Həmin müqavilədə problem olduqdan sonra daşıma fəaliyyətini dayandırmışlar. Borular yükləndikdən sonra Hövsan liman adlanan əraziyə çıxarılması barədə göstəriş verilmişdir. Müqavilə ilə tanış olmamış, göstəriş olmasa bu fəaliyyəti həyata keçirə bilməzdi. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edirəm. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 oğlunun ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs2la təxminən iki il əvvəl tanış olmuşdur, həmin şəxsin yanında fəhlə kimi işləmişdir. İşi istismara yararsız metalları toplanmasından və metaləritmə və saxlama məntəqəsinə daşınmaq ibarət olub. 2020- ci il yay ayında Təqsirləndirilən şəxs2 tərəfindən Hövsan dəniz limanı adlanan ərazidə işləməyə göndərilmş, həmin işə Təqsirləndirilən şəxs1 rəhbərlik etmişdir. çıxarılacığını bildirmişdir. Həmin ərazidə işləyən digər işçilərlə tanışlığı yoxdur. Həmin ərazidən dənizin dibindən xüsusi hava vurub boruları dənizin üzərinə qaldırıb xüsusi dartıcı vasitəylə sahilə çıxartmışlar. Onlarla Hərbi Dəniz Qüvvələrinin 1 ədəd kran tipli, bir ədəd yük gəmisi birlikdə işləmişdir. Həmin sahilə çıxarılan borular yük maşınlarına yüklənərək ərazidən daşınmışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Fərzəliyev Teymur akif oğlunun ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs ASC-nin İqtisadiyyat və uçot idarəsinin Əsas Fondların idarə olunması şöbəsinin rəis müavini vəzifəsində çalışır. Hövsan limanı adlanan ərazidə Zərərçəkmiş şəxs ASC-ye məxsus olan boruların çıxarılması barədə məlumat almışlar. Həmin əraziyə şöbə rəisi ilə birlikdə getdiyi zaman həmin borular dənizin dərinliyində olduğu üçün hər hansı bir fakt aşkar edə bilməmişdir. Orada olduğu zaman kənar şəxs şöbə rəisinə yaxınlaşaraq buradan çıxarılan boruların Məhəmmədlidə “parniklər” adlanan əraziyə daşındığını bildirmişdir. Rəisi ilə birlikdə “parnklər” adlanan əraziyə doğru hərəkət etmişdir. Burada təqribi 29 ədəd Bakı Sukanal idarəsinin X5 təmizlənmiş suların Xəzər dənizinə axıdılması məqsədilə dənizin dibinə inşa edilmiş diametri 1420 mm olan boruları müşahidə etmişdir. Metal qəbul etmə məntəqəsinin “Elsevər” adlı şəxsə məxsus olduğunu öyrənmişdir. Ərazidə olan insanlardan həmin boruların Zərərçəkmiş şəxs açıq səhmdar cəmiyyətinə məxsus olmasını eşitdikdən sonra “Hövsan liman“ adlanan əraziyə doğru hərəkət etmişlər. Yolda olarkən Səday müəllimə zəng gəlmiş, həmin borular barədə danışdığını eşitmişdir. Telefon zəngini bitirdikdən sonra kiminlə danışdığını soruşan zaman demişdir ki, “Rabil” adlı şəxs həmin borular barədə suallar verib və qeyd edib ki, həmin borular müəyyən sənədlər əsasında həmin şəxs tərəfindən dənizdən çıxarılıb. Daha sonra Səday müəllim bu barədə rəhbərliyə məlumat vermişdir .”Azərsu “ ASC-nin rəhbərliyi tərəfindən boruların oğurlanması faktı ilə bağlı DİN-nin Nəqliyyatda Baş polis idarəsinə məlumat verilmişdir. Boruların hamısı Zərərçəkmiş şəxs ASC-yə qaytarılmışdır. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəməiclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsindən görünür ki, 2020-ci ilin təxminən iyul ayında çalışdığı şirkət tərərfindən Hövsan dəniz limanında diametri 1420 mm olan boruları Qaradağ rayonu “Qaşıq Zavodu” adlanan ərazidəki metaləritmə sexinə aparmaq barədə göstəriş verilmişdir. O, idarə etdiyi “kamaz” markalı, **-BP-*** nömrəli dövlət qeydiyyat nişanlı yük avtomobili ilə verilən göstərişi yerinə yetirmiş. Həmin vaxtı idarə etdiyi avtomobilə 3 ədəd borunu qeyd etdiyi əraziyə aparmışdır. Elə həmin gün yenidən Hövsan dəniz limanı adlanan ərazidən yenidən 3 ədəd borunu yük avtomobilinə yükləyərək Abşeron rayonu Məmmədli qəsəbəsində metal yığımı məntəqəsinə aparıb boşaltmışdır. Hövsan dəniz limanında mühafizəçilər avtomobilin şəklini çəkmişdilər. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 ifadəsindən görünür ki, 2020- ci ilin iyun ayında işlədiyi şirkət tərəfindən Hövsan dəniz limanından diametri 1420 mm olan, uzunluğu təxminən 11 metr olan boruları Abşeron rayonu, Məmmədli qəsəbəsi ərazisində yerləşən metal yığım məntəqəsinə aparmağı barədə göstəriş verilmişdir. İdarə etdiyi “Kamaz” markalı **-CA-*** dövlət qeydiyyat nişanlı ona deyilən əraziyə getmiş, Hövsan limanına daxil olan zaman mühafizəçilər tərəfindən yoxlanılmış, daha sonra idarə etdiyi yük avtomobilinə kran vasitəsiylə 3 ədəd diametri 1420 mm olan borular yüklənmişdir. Həmin borular yükləndikdən sonra Abşeron rayonu, Məmmədli qəsəbəsində yerləşən metal yığım məntəqəsinə doğru hərəkət etmişdir. Metal saxlama məntəqəsinə boşaltmışdır. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edirəm. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 Firudun oğlunun ifadəsindən görünür ki, çalışdığı şirkət tərəfindən Hövsan dəniz limanında diametri 1420 mm olan boruları Qaradağ rayonu, “Qaşıq Zavodu” adlanan əraziyə və Abşeron rayonu, Məmmədli qəsəbəsində yerləşən metal yığım məntəqəsinə aparmağı barədə göstəriş verilmişdir. Hövsan limanına giriş zamanı həm şəxsiyyət vəsiqəsinin nömrəsini həm də ki, avtomobillərinin nömrəsinin şəklini çəkmişlər. İlk olaraq 3 ədəd borunu Qaradağ rayonu, “Qaşıq Zavod” adlanan ərazidəki metaləritmə sexinə aparmış, daha sonra 2 dəfə hər dəfəsində 3 boru olmaqla ümumilikdə 6 ədəd borunu Abşeron rayonu Məmmədli qəsəbəsində yerləşən metal saxlama məntəqəsinə gətirmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid13 Allahverdi oğlunun ifadəsindən görünür ki, 2020-ci ilin iyul ayında işlədiyi şirkət tərəfindən Hövsan dəniz limanı adlanan ərazidən diametri 14200 mm olan , uzunluğu 11 metr olan borular olmasını və həmin boruları Qardağ rayonunda “ Qaşıq Zavod” adlanan əraziyə daşımağı barədə göstəriş verilmişdir. İdarə etdiyi “Kamaz” markalı **-XT-*** dövlət nomrə nişanlı yük avtomobili ilə Hövsan dəniz limanına doğru hərəkət etmişdir. Həmin boruları orada yüklədikdən sonra ona bildirilən əraziyə “Qaşıq Zavodu” yaxınlığında olan metaləritmə sexinə aparmışdır. Ümumilikdə 4 dəfə hər dəfəsində 3 boru olmaqla 6-sını Qaradağ rayonu ərazsindəki “Qaşıq Zavodu” yaxınlığında metal əritmə sexinə, 6-sını isə Abşeron rayonu, Məmmədli qəsəbəsi yaxınlığında metal saxlama məntəqəsinə aparmışdır. 5-ci dəfə getdikdə isə daşımanın ləğv olunduğunu bildirmişlər. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. 21 iyun 2021-ci il tarixli baxış protokoldan görünür ki, baxış keçirilan yer "Azərsu” ASC-nin Bakı Sukanal idarəsinin Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən X7 həyətindəki metal borulardır. Həmin metal borular "Azərsu” ASC-nin Bakı Sukanal idarəsinin Suraxanı rayonu, Hövsan qəsəbəsindaəyerləşən X7 inzibati binasının arxa tərəfində boş torpaq sahəsindədir. Metal borulara baxış zamanı müəyyən olundu ki, baxış keçirilən yerdə ümumilikdə 16 ədəd metal boru vardır. Metal boruların 10 ədədi üst-üstə, 6 ədədi isə dağınıq formada X7 inzibati binasının arxa tərəfındə boş torpaq sahəsinə yığılmışdır. Metal boruların hamısının üzərində pas qatları (paslanmış) vardır. Həmin metal boruların ölçüləri müxtəlif olmaqla 13 ədədinin ölçüsü böyük, 3 ədədinin ölçüləri isə kiçikdir. Borular ölçülən zaman müəyyən olundu ki, hamısının diametrleri 1420 mm, qalınlıqları 16 mm olmaqla, uzunluqları 7.90 m, 1 1 .50, m, 1 1 .50 m, 1 1 .50 m, 1 1.20 m, 9 m, 1 1 .50 m, 1 1 .30 m, 1 1 .50 m, 1 1 .30 m, 1 1 .40 m, 7.20 m, 8.10 m, 1 .50 m, 4.90 m ve 2.80 metrdir. Boruların ümumi uzunluğu 144110 metrdir. 21 iyun 2021 -ci il tarixli baxış keçirilmasi haqqında protokoldan görünür ki, baxış keçirilən yer "Azərsu” ASC-nin Bakı Sukanal idarəsinin Binəqadi rayonu, Xocasan qəsabəsində yerləşən Biləcəri 2 saylı su-nasos stansiyasının həyətindəki metal borulardır. Həmin metal borular "Azərsu” ASC-nin Bakı Sukanal idarəsinin Binəqədi rayonu, Xocasan qəsəbəsində yerləşən Biləcəri 2 saylı su-nasos stansiyasının inzibati binasının arxa tərəfində boş torpaq sahəsindədir. Metal borulara baxış zamanı müəyyən olundu ki, baxış keçirilən yerdə ümumilikda 5 ədəd metal boru vardır. Metal borular bir-birinə yanaş ı(paralel) formada Biləcəri 2 saylı su-nasos stansiyasının inzibati binasının arxa tərəfində boş torpaq sahəsinə yığılmışdır. Metal boruların hamısının üzərində pas qatları (paslanmış) vardır. Metal borular ölçülən zaman müəyyən olundu ki, hamısının diametrleri 1420 mm, qalınlıqları 10.5 və 12.5 mm olmaqla, uzunluqları 1 1.20 m, 1 1 .20 m, 1 1 .55 m, 13.30 m ve 12 metrdir. Boruların ümumi uzunluğu 59.25 metrdir. 21 iyun 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış keçirilən hadisa yeri X9 maxsus Abşeron rayonunun Mammədli qəsəbəsində yerləşən metal yığımı məntəqəsidir. Hamin metal yığımı məntəqəsinə daxil olduqda qarşı sol tərəfdə üst-üstaəvə yanaşı yığılmış metal borular vardır. Metal borulara baxış zamanı müəyyən olundu ki, baxış keçirilən yerdə ümumilikdə 29 ədəd metal boru vardır. Metal boruların hamısının üzərində pas qatları (paslanmış) vardır. Metal borular ölçülən zaman müəyyən olundu ki, hamısının diametrləri 1420 mm, qalınlıqları 16 mm olmaqla, uzunluqları 1 1 .25, 1 1 .43, 1 1 .42, 1 1 .30, 1 1 .40, 1 1 .50, 1 1 .55, 1 1 .561 1 1 .50, 1 1 .50, 1 1 .35, 1 1 .40, 1 1 .30, 1 1 .20, 1 1 .50, 1 1 .00, 1 1 .40, 1 1 .321 1 1 .50, 1 1 .50, 1 1 .501 1 1 .35, 1 1 55, 1 1 . 1 0, 1 1 .00, 8.31 1 1 .451 1 1 .50 va 1 1 .20 metrdir. Boruların ümumi uzunluqları isə 326,83 metrdir. 03 avqust 2021 -ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış keçirilən yer "Azərsu” ASC-nin Bakı Sukanal idarəsinin Suraxanı rayonu, Hövsan qasəbəsində yerləşən X7 həyətindəki metal borulardır. Həmin metal borular "Azərsu” ASC-nin Bakı Sukanal idarəsinin Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən X10 inzibati binasının arxa tərəfində boş torpaq səhəsindədir. Metal borulara baxış zamanı müəyyən olundu ki, baxış keçirilən yerdə ümumilikdə 17 ədəd metal boru vardır. Metal borular üst-üstə və dağınıq formada X7 inzibati binasının arxa tərəfındə boş torpaq sahasinə yığılmışdır. Metal boruların hamısının üzərində pas qatları (paslanmış) vardır. Borular ölçülən zaman müəyyən olundu ki, hamısının diametrlari 1420 mm, qalınlıqları 16 mm olmaqla, uzunluqları 8.3, 5.45, 9.6, 8.3, 1 1 .77, 1 1 .62, 1 1 .621 8.68, 4.25, 5.58, 7.05, 4.05, 6.1 9, 7.1 0, 12.02, 1 0.20 va 8.1 7 metrdir. Boruların ümumi uzunluğu 140,35 metrdir. 03 avqust 2021 -ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış keçirilan yer "Azarsu” ASC-nin Bakı Sukanal idarəsinin Suraxanı rayonu, Hövsan qəsabəsində yerləşən X7 həyətindəki metal borulardır. Hamin metal borular 'Azərsu" ASC-nin Bakı Sukanal idarəsinin Suraxanı rayonu, Hövsan qəsaəbəsində yerləşən X7 inzibati binasının arxa tərəfində boş torpaq sahəsindədir. Metal borulara baxış zamanı müəyyən olundu ki, baxış keçirilən yerdə ümumilikdə 13 ədəd metal boru vardır. Metal borular üst-üstə və dağınıq formada X7 inzibati binasının arxa tərəfində boş torpaq sahəsinə yığılmışdır. Metal boruların hamısının üzərində pas qatları (paslanmış) vardır. Borular ölçülən zaman müəyyən olundu ki, hamısının diametri 1420 mm, qalınlığı 16 mm olmaqla, uzunluqları 1 1 .10, 10.70, 1 1 .60, 1 1 .10, 1 1 .45, i l 50, 1 1 .50, 1 1 .50, 1 1 .45, 1 1 .30, 1 1 .25, 1 1 .50 va 1 1 .50 metrdir. Boruların ümumi uzunluğu 147.45 metrdir. Kompleks mahkeme tikinti-texniki, amtaeşünaslıq va fiziki-kimyavi ekspertizasının 17 iyul 2021-ci il tarixli 6/2358-9/3958 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Hövsan qəsəbəsi ərazisində olan diametrləri 1.4 metr, qalınlıqları 16.4 mm olan 16 ədəd metal boruların hər biri dəmir əsaslı ərintidən hazırlanmışdır, üzərlərində karroziya ləkələri vardır. Məmmədli qəsəbəsi ərazisində olan diametrlari 1 .4 met, qalınlıqları 16.4 mm olan 29 ədəd metal boruların hər biri dəmir əsaslı ərintidən hazırlanmışdır, üzərlərində karroziya ləkələri vardır. Xocahəsən qəsəbəsi ərazisində olan diametrlari 1 .4 metr, qalınlıqları 10.5 mm va 12.5 mm intervalına olan 5 ədəd metal boruların har biri demir əsaslı ərintidən hazırlanmışdır, üzərlərində karroziya ləkələri vardır. Aparılmış fiziki-kimyəvi tədqiqatın nəticəlari nəzərə alınmaqla qeyd edilən boruların istifadədə olması nəzərə alınmaqla 1 metrinin 2020-ci ilin iyun-2021-ci ilin yanvar aylarına olan orta bazar qiyməti təxminan aşağıdaki kimi müəyyən olunur: Diametrlari 1 .4 metr, qalınlıqları 16.4 mm olan metal boruların 1 metri - 800.00 (səkkiz yüz) manat, Diametrieri 1 .4 metr, qalınlıqları 10.5 mm va 12.5 mm intervalına olan metal boruların 1 metri — 560.00 (beş yüz altmış) manat. Cinayet işinin materiallarında olan mobil operatorlardan daxil olmuş məlumatlara baxış keçirilməsi haqqında 02.08.2021 -ci il tarixli protokollardan görünür ki, X18 məxsus 050 ***-**-** mobil nömrəsi ilə Şahid4 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi arasında ümumilikdə 5 telefon danışığı olmaqla, 08.08.2020-ci il tarixdə saat, 15:50-da 300 saniyə, hamin tarixdə saat 15:57-da 97 saniye, saat 16:05-da 385 saniyə, saat 16:18-da 29 saniyə və saat 16:34-da 162 saniyə telefon danışığı olmuşdur. Bundan başqa X19 məxsus 050 ***-**-** mobil nömrəsi ilə Təqsirləndirilən şəxs1 istifadəsində olmuş 050-21 1-28-93 mobil telefon nömrəsi arasında ümumilikdə 33 telefon danışığı olmaqla, ilk telefon danışığı 05.08.2020-ci il tarixda saat 17:05-da, son telefon danışığı isə 08.08.2020-ci il tarixda saat 16:20-də olmuşdur. Şahid2 istifadasində olmuş 051 ***-**-** mobil telefon nömrəsi ila Təqsirləndirilən şəxs1 məxsus 050 21 1-28-93 mobil telefon nömrəsi arasında ümumilikdə 13 telefon danşığı olmaqla, ilk telefon danışığı 08.08.2020-ci il tarixdə saat 10:17-də, son telefon danışığı isə 25.08.2020-ci il tarixdə saat 16:06-da olmuşdur. Təqsirləndirilən şəxs1 istifadəsində olmuş 050 ***-**-** mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs2 istifadəsində olmuş 055 53900-00 mobil telefon nömrəsi arasında 01 .05.2020-ci il tarixdən 31 .08.2020-ci il tarixədək 705 sayda telefon danışığı olmuşdur. Təqsirləndirilən şəxs1 istifadəsində olmuş 050 ***-**-** mobil telefon nömrəsi ilə Şahid12 istifadəsində olmuş 055 42490-90 mobil telefon nömrəsi arasında 01 .05.2020-ci il tarixdən 31 .08.2020-ci il tarixədək 96 telefon danışığı olmuşdur. Təqsirləndirilən şəxs1 istifadəsində olmuş 050 ***-**-** mobil telefon nömrəsi ilə X3 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsi arasında 01.05.2020-ci il tarixdən 31.08.2020-ci il tarixədək 36 telefon danışığı olmuşdur. Təqsirləndirilən şəxs1 istifadəsində olmuş 050 ***-**-** mobil telefon nömrəsinin antenn dairəsi 01 , 02, 03, 06, 07, 08, 09, 1 1 , 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 26, 27, 28, 29 va 30 may 2020-ci il tarixlərind, 01 , 02, 03, 04, 05, 06, 07, 08, 09, 10, 1 1 , 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29 və 30 iyun 2020-ci il tarixlərində, 01 , 02, 03, 04, 05, 06, 07, 08, 09, 10, 1 1 , 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21 , 22, 23, 24, 25, 26, 27, 28, 29 ve 30 iyuı 2020-ci il tarixlərdə, 01 , 02, 03, 04, 05, 06, 07, 08, 09, 1 1 , 12, 1 31 15, 16, 17, 18, 20, 21, 22, 23, 24, 25, 26, 27, 28 ve 29 avqust 2020-ci il tarixlərdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, X37 ünvanını göstərir. Təqsirləndirilən şəxs2 istifadəsində olmuş 050 ***-**-** mobil telefon nömrəsinin antenn dairəsi 18.07.2020-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qasəbəsi, X37 ünvanını, 18.07.2020-ci il, 25.07.2020-ci il və 26.07.2020-ci il tarixlərdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ünvanlarını göstərir. Təqsirləndirilən şəxs2 istifadəsində olmuş 055 ***-**-** mobil telefon nömrəsinin antenn dairəsi 18, 19 və 20 iyun 2020-ci il tarixlərində, 05, 18, 19, 20, 23, 25, 28 va 31 iyul tarixlərində, 03, 05 və 06 avqust 2020-ci il tarixlərində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 4-cü mikrorayon, 3 A saylı evin yanı, Hövsan qəsəbəsi, Zeytunçuluq sovxozuı Hövsan qəsəbəsi və 207 saylı qazanxana ünvanlarını göstərir. Cinayet işinin materiallarında olan Azərsu” ASC-nin sədrinin müavini Seymur Seyidovun 19.02.2021-ci il tarixli məktubundan görünür ki, "xxxx" ASC-nin Bakı Sukanal idarəsinin X5 təmizlənmiş suların dənizinə axıdılması məqsədi ilə dənizin dibi ilə inşa olunmuş diametri 1420 mm, qalınlığı 16 mm olan metal boru xəttlərinin oğurlamaq məqsədilə 494.5 pm hissəsi (43 ədəd) doğranaraq çıxarılmış və "Azərsu l' ASC-yə 1 .101 .589.0 (bir milyon yüz bir min beş yüz səksən doqquz) manat (27 adad boru üzra - 691 .695.0 manat, 14 ədəd boru üzrə - 358.657.0 manat va 2 ədəd boru üzrə - 51 .237.0 manat) dəyarində ziyan dəymişdir. Qeyd olunan boru kəməri X33 X27 Naqliyyatının lahiyələndirilməsi üzrə Dövlat institunun layihasi asasında (QİPROREÇTRANS) Bakı Kanalizasiya İstehsalat Birliyinin X5 təmizlənmiş suların Xəzər dənizinə axıdılması məqsədi ilə inşa edilmişdir. Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasında su təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında 1 1 iyun 2004-cü il tarixli 252 nömrəli sərəncamının 3-cü bəndinə əsasən Bakı şəhər icra hakimiyyətinin Bakı kanalizasiya istehsalat birliyi ləğv edilərək onun funksiyaları əmlakı ilə birlikdə "Azərsu” ASC-yə verilmişdir. Cinayet işinin materiallarında olan 24.07.2020-ci il tarixli 01 nömrəli alqı satqı müqaviləsinin kserosuratindən görünür ki, həmin müqavilə satıcı "MCK” MMC-nin direktoru Təqsirləndirilən şəxs1 ilə alıcı fiziki şəxs X14 arasında bağlanmışdır. Müqavilənin 1 nömrəli ələvəsindən görünür ki, satıcı diametrıari 273, 325, 426, 530, 630, 720, 820, 1020, 1220 və 1420 mm olmaqla 450 ton metal boru verməli, həmin metalin bir tonu 430 manatdan qiymətlandirilməklə ümumilikdə alıcı satıcıya 193.500 manat pul ödəməlidir. Cinayət işinin materiallarında olan 26 may 2021 -ci il tarixli 19/457 nömrəli 02 iyun 2020-ci il tarixli 161 nömrəli məktubun surətindən görünür ki, "Nurşah” MMC-nin direktoru Təqsirləndirilən şəxs1 Hərbi Dəniz Qüvvələrinin komandanı X29 Zirə adası ətrafında batmış gəmilərin çıxarılması va qara metal qırıntısı kimi təhvil verilməsinə köməklik göstərilməsi üçün müraciət etmişdir. Cinayət işinin materiallarında olan 09 iyun 2020-ci il tarixli 1 174 nömrəli Alqı satqı müqaviləsinin surətindən görünür ki, həmin müqavilə satıcı Müdafia Nazirliyinin N nömrəli hərbi hissəsinin komandiri, X15 ilə alıcı "Nurşah” MMC-nin direktoru Təqsirləndirilən şəxs1 arasında bağlanmşdır. Həmin müqavilanin şərtlərinə əsasən satıcı 1 tonunun dəyəri 90 manat olmaqla ümumilikdə 150 miqdarında qara metal qırıntısını alıcıya verməli, alıcı da, 13.500 manat məbləğində pul ödəməlidir. 1 6 iyun 2020-ci il tarixli 164 nömrəli məktubun surətindən görünür ki, "Nurşah” MMC-nin direktoru Təqsirləndirilən şəxs1 Böyük Zira adası ətrafında apardığı təmizlik işlərinə lazım olan üzən kran, iki yedək və kiçik desant gəmisinin icarəyə götürülməsi üçün Hərbi Dəniz Qüvvələrinin komandanı Sübhan Bakirova müraciət etmişdir. Cinayət işinin materiallarında olan 25.06.2020-ci il tarixli 5738 nömrəli 'Gəmilərin kirayə verilməsinə dair” müqavilədən görünür ki, Hərbi Dəniz Qüvvələrinin N nömrəli hərbi hissəsi "Nurşah” MMC-yə N ay müddətinə bir ədəd üzən kran, bir ədəd yük daşıyan gəmi, 2 ədəd yedək gəmisi kirayə vermişdir. "Azərsu” ASC-dən daxil olmuş 25.06.2021-ci il tarixli 04/01-5/4/9537 nömrəli məktubdan görünür ki, ümumi uzunluğu 521 metr olan 47 ədəd metal boru geri qaytarılmş, uzunluğu 150 metr olması ehtimal edilən Hövsan qəsəbəsində Xəzər dənizinin sahilə yaxın hissəsinə saxlanılan metal borular Bakı Sukanal idarəsinin əmakdaşları tərəfındən nəzarətdə saxlanılır və qısa müddət ərzində X7 ərazisinə daşınaraq saxlanca alınacaqdır. Uzunluğu 150 metr olması ehtimal edilən metal borular və Hövsan Aerasiya stansiyasına qaytarılmış ümumi uzunluğu 521.98 metr olan 47 ədəd boru barədə har hansı şəxsə qarşı iddia ve tələbləri yoxdur. Cinayət işinin materiallarında olan "Azərsu” ASC-dan daxil olmuş 29.07.2021 -ci il tarixli 04/01-5/4/1 1 392 nömreli məktubdan görünür ki, 2020-ci ilin dekabr və 2021 -ci ilin yanvar aylarında Hövsan qəsəbəsində Xəzər dənizinin sahilə yaxın hissəsində oğurluq hadisəsi qeydə alınmamışdır. Metal boru xətlərinin qaytarılmamış hissəsi uzunluğu 140.35 metr olmaqfa (17 hisse) 28 iyul 2021 -ci il tarixində Bakı Sukanal idarəsinin X7 ərazisinə daşınaraq saxlanca alınmışdır. 2020-ci ilin avqust ayının əvvəllərində Bakı Sukanal İdarəsinin X5 təmizlənmiş suların Xəzər dənizinə axıdılması məqsədilə dənizin dibi ila inşa olunmuş diametri 1420 mm olan metal boru xətlərinin oğurlanmış hissələri tam olaraq Bakı Sukanal idarəsinin X7 arazisinə daşınaraq saxlanca alınmışdır. Bunun bağlı heç bir şikayətləri yoxdur. Kommersiya qurumunun dövlət reyestrindən çıxarşdan görünür ki, "Nurşah” məhdud məsuliyyətli cəmiyyəti 1 1 .1 1 .2014-cü il tarixdə Zaqatala rayonunun Muğanlı kəndində ********** nömrəli VÖEN-lə dövlət qeydiyyatına alınmaqla X13 tərəfindən təsis edilmiş, 15.1 1 .2019-cu ildən isə Təqsirləndirilən şəxs1 nizamnamə kapitalının 100%-ni əldə etməklə qanuni təmsilçisi və direktoru olmuşdur. Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatların verilməsi portalından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs2 1001 1 150032 nömrəli VÖEN-İə İqtisadiyyat Nazirliyinin yanında Dövlat Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş idarəsində fiziki şəxs kimi qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Səhiyye Nazirliyinin "Respublikası Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsindən daxil olmuş 12.07.2021-ci il tarixli 5957 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xəstəxanada müalicədə olmamışlar. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Respublikası Narkoloji Mərkəzi” publik hüquqi şəxsindən daxil olmuş 10.07.2021 -ci il tarixli 19/51-7412 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 va Təqsirləndirilən şəxs2 mərkəzdə müalicədə olmayıblar və qeydiyyatda yoxdurlar. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat-Statistika İnformasiya İdarəsindən alınmış Tələbnamədə göstərilir ki, Təqsirləndirilən şəxs2 oğlu əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs1 Bakı şəhəri Nizami rayon məhkəməsinin 20.08.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 322.2-ci maddəsi ila təqsirli bilinərək hər ay qazancından dövlət nəfinə 15% məblaəğində pul tutulmaqla 01 (bir) il 06 (altı) ay müddətinöəİslah işləri cezasına məhkum edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya idaresindən daxil olmuş 20.08.2021-ci il tarixli 21-1/129 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Nizami rayon məhkəməsinin 20.08.2014-cü il təcridi hökmü ilə Azərbaycan Respublikası CM-in 322.2-ci maddəsi ilə təqsirli bilinərək hər ay qazancından dövlət nəfinə 15% məbləğində pul tutulmaqla 01 (bir) il 06 (altı) ay müddətinə İslah işləri növündə cəzaya məhkum olunmuş və barəsində "28 May Respublika günü münasibətli amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 20.06.2016-cı il tarixli Qərarının 1.5-ci bəndi tətbiq edilməklə cəzadan azad edilmiş, məhkumluğu ödənilmişdir. Məhkəmə bələ nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.4, 308.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Rəspublikası Cinayət Məcəlləsinin 177.4-cü, 308.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirliliyi özlərinin qismən etirafı, məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və digər iş matərialları ilə tam sübuta yetirildiyindən onlar həmin maddələrlə üzrə təqsirli bilinib cəzalandırılmalıdırlar. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plənumunun 27 dəkabr 1996-cı il tarixli 4 saylı Qərarının 13-cü bəndinə əsaslanaraq, onların şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habələ təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs1 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə əsasən vurulmuş ziyanın tam ödənilməsini, yaşayış yerində müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 oğlunun əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə əsasən vurulmuş ziyanın tam ödənilməsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, himayəsində 2 az yalı uşağının olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə belə nəticəyə gəlir ki, ittiham aktında göstərilmiş ağırlaşdırıcı hallar onların cəlb olunduqlarıqərarlarda öz əksini tapdığından təkrar olaraq ağırlaşdırıcı hallar olaraq nəzərə alına bilməz,.qanunvericilikdə bu halların təqsirləndirilən şəxslərin cəlb olunduqları əməllərə münasibətdə təkrar olaraq ağırlaşdırıcı hal kimi nəzərə alınması yol verilməzdir. Qanunvericilik bu halları istisna edir. Məhkəmə belə qənaətə gəlir ki, bu şəxslərin əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan ağırlaşdırıcı hallar mövcud deyidir. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə,şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır.» Təqsirləndirilən şəxs1 barəsində 28.07.2021-ci il tarixdə Binəqədi rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, o, 28.07.2021-ci il tarixdə tutulmuşdur. Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsini əsas tuturaq hesab edir ki, Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu 28.07.2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilmişdir ki, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsində göstərilmişdir ki, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətlərini, cəzalarını yüngülləşdirən və ağırlaşdıran halları, vurulmuş ziyanın ödənilməsini, məhkumluqlarının olmamasını, yaşayış yerindən müsbət xasiyyətlənmələrini, zərərçəkmişin onlardan şikatətlərinin və tələblərinin olmamasını nəzərə alaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1cimaddəsi tətbiq olunmaqla Cinayət Məcəlləsinin 177.4-cü maddəsinin aşağı həddindən az cəza təyin edilməklə təyin olunmuş cəzaya nisbətdə isə Təqsirləndirilən şəxs1 himayəsində 1 az yaşlı, 1 yetkinlik yaşına catmayan olmaqla 2 uşağının olmasını, Təqsirləndirilən şəxs2 himayəsində 2 az yaşlı uşağının olmasını nəzərə alaraq hesab edir ki, onlara CM-nin 177.4, 308.2-ci maddələri ilə cəza çəkmədən islah olunmaları mümkün olduğundan, barələrində CM-nin 70.1-ci maddəsi tətbiq edilməklə, həmin cəza şərti olaraq tətbiq edilməlidir. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəsini aldığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, dərhal məhkəmə iclas zalından həbsdən azad olunmalı, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməklə hökm qanuni qüvvəsini alanadək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməli, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməklə hökm qanuni qüvvəsini alanadək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsində göstərilmişdir ki, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Məhkəmədə təqsirləndirilən şəxslərin Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakı müəyyən edilmədiyindən, barələrində xüsusi müsadirə tətbiq edilməməlidir. Cinayət işi üzrə üzərinə həbs qoyulan və ya müsadirəyə məruz qala biləcək qeyri əmlak müəyyən edilməmişdir. Maddi sübutlar -“Azərsu" ASC-nin Biləcəri 2 saylı su-nasos stansiyasında saxlanılan diametri 1420 mm olan 817.98 metr, 59.25 metr uzunluğunda metal boru, Zərərçəkmiş şəxs ASCnin X6 saxlanılan 758.73 metr metal boru Zərərçəkmiş şəxs ASC-yə verilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili X4 və məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi hər biri üçün ayrı-ayrılıqda 510 (beş yüz on ) manat miqdarında pul ödənilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356-ci maddələrini rəhbər tutaraq məhkəmə H ö k m e t d i : Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.4 və 308.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsi tətbiq olunmaqla Cinayət Məcəlləsinin 177.4-cü maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 308.2-ci maddəsi ilə 02 (iki) il müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3, 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas cəzaları qismən toplamaq yolu ilə, əlavə cəza birləşdirilməklə ona qəti olaraq 02 (iki) il müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 06(altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsi tətbiq edilməklə təyin edilmiş cəza 02 (iki) il müddətinə sınaq müddəti ilə şərti hesab edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, dərhal məhkəmə iclas zalından həbsdən azad olunsun, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməklə hökm qanuni qüvvəsini alanadək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 üzərinə sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 üzərində sınaq müddəti ərzində nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.4 və 308.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsi tətbiq olunmaqla Cinayət Məcəlləsinin 177.4-cü maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 308.2-ci maddəsi ilə 02 (iki) il müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3, 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas cəzaları qismən toplamaq yolu ilə, əlavə cəza birləşdirilməklə ona qəti olaraq 02 (iki) il müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsi tətbiq edilməklə təyin edilmiş cəza 02 (iki) il müddətinə sınaq müddəti ilə şərti hesab edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəsini alanadək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 üzərinə sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 üzərində sınaq müddəti ərzində nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Cinayət işi üzrə mülki iddianın olmaması nəzərə alınsın. Maddi sübutlar -“Azərsu" ASC-nin Biləcəri 2 saylı su-nasos stansiyasında saxlanılan diametri 1420 mm olan 817.98 metr, 59.25 metr uzunluğunda metal boru, Zərərçəkmiş şəxs ASCnin X6 saxlanılan 758.73 metr metal boru Zərərçəkmiş şəxs ASC-yə verilsin. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili X4 və məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi hər biri üçün ayrı-ayrılıqda 510 (beş yüz on ) manat miqdarında pul ödənilsin. Hökm elan edildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Qəribov Hakimlər: Telman Hüseynov Əli Məmmədov
Məhkəmə qərarları › İş №1(101)-190/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-190/2022
26.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver