Məhkəmə qərarları › İş №1(101)-190/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-190/2023

23.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-190/2023 23.01.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim:Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər:X7, Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Kazımov Məhəmməd Arif oğlunun katibliyi ilə, Dövlət ittihamçıları: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, X10, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri Sumqayıt Regional vəkil bürosunun vəkili X6 iştirakı ilə, Təqsirləndirilən şəxs (xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ittiham verilmişdir ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, ittihama görə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan 3000 manat ödəməklə 08 (səkkiz) ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 2,137 qram, 2,017 qram, 2,810 qram, 2,862 qram, 2,073 qram, 1,942 qram, 2,471 qram və 2,662 qram və 01 ədəd qara rəngli sellofan torbada təmiz çəkisi 1005 qram olmaqla, ümumi təmiz çəkisi 1023,974 qram (1 kq 23,974 qram) bitki mənşəli kütlələr, tərkiblərinə görə öz aralarında eynilik təşkil edən, tərkibində çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı alaraq əldə edib üzərində saxlamaqla daşımış və 02 mart 2022-ci il tarixdə saat 22:10 dəqiqədə Suraxanı RPİ-nin NMB-nin və CAŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Suraxanı rayonu, Əmircan qəsəbəsi, T.Bayram küçəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün saxlanılıb ünvan 3 ünvanında yerləşən Suraxanı RPİ-nə gətirilərək üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən 08 (səkkiz) ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 2,137 qram, 2,017 qram, 2,810 qram, 2,862 qram, 2,073 qram, 1,942 qram, 2,471 qram və 2,662 qram və əynindəki qara rəngli gödəkçəsinin sağ iç hissəsindən 01 ədəd qara rəngli sellofan torbada təmiz çəkisi 1005 qram olmaqla, ümumi təmiz çəkisi 1023,974 qram (1 kq 23,974 qram) bitki mənşəli kütlələr, tərkiblərinə görə öz aralarında eynilik təşkil edən, tərkibində çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd üzərində cüzi miqdarda narkotik vasitə qurudulmuş marixuana olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona verilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 02 mart 2022-ci il tarixdə təxminən saat 20 radələrində o, yaşadığı evdən çıxıb onlarla qonşuluqda yaşayan tanışı Pərvinin ad gününü qeyd etmək üçün onun yaşadığı evə getməyə başlamışdır. Pərvingilin həyətinə daxil olan zaman küçədən polis əməkdaşları ona yaxınlaşıb Suraxanı RPİ-nə aparmışlar. Polis idarəsində otaqlardan birində əvvəlcə üzərinə baxış keçirmişlər, lakin üzərindən heç nə aşkar olunmamışdır. Daha sonra polis əməkdaşları 08 ədəd kibrit qutusunu, bir ədəd elektron tərəzini və bir ədəd iri həcimli bağlamanı verib onların içərisində nəşə kimi tanıdığı qurudulmuş marixuana olduğunu bildirmişlər. Polis əməkdaşları həmin 08 ədəd kibrit qutusunu və bir ədəd elektron tərəzini onun əynində olan gödəkçənin sol yan cibinə qoymuşlar, iri həcimli bağlamanı isə əynində olan gödəkçəni açıb sağ iç hissəsinə qoymuşlar və üzərində videoçəkiliş aparılan zaman həmin kibrit qutularını, elektron tərəzini və iri bağlamanı çıxarıb təqdim edərək içərisində qurudulmuş marixuana olmasını, həmin narkotik vasitələri Türkan qəsəbəsində “Yadigar” adlı şəxsdən 3000 manata həm öz istifadəsi, həm də satmaq üçün aldığını deməyini istəmişlər. O, əvvəlcə buna razı olmasa da, polis əməkdaşları ona psixoloji təsir etdikləri üçün qorxmuş və razılaşmışdır. Daha sonra videoçəkiliş aparmaqla polis əməkdaşları onun üzərinə baxış keçirmişlər. Baxış zamanı məcbur qalaraq həmin kibrit qutularını, elektron tərəzini və bir ədəd iri bağlamanı çıxarıb təqdim edərək Türkan qəsəbəsində “Yadigar” adlı şəxsdən 3000 manata həm öz istifadəsi, həm də satmaq üçün aldığını demişdir. Lakin bir daha həmin narkotik vasitələrin ona məxsus olmadığını və polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində hər hansı bir narkotik maddə və ya elektron tərəzi olmadığını qeyd etmişdir. Polis əməkdaşları ona psixoloji təzyiq göstərdikləri üçün qorxmuş və üzərində şəxsi axtarış aparılan zaman və izahatını verdiyi zaman elə bildirmişdir. Sonradan hadisənin şokundan çıxaraq elə ilk ifadələrində narkotik vasitənin ona məxsus olmamasını bildirmişdir. Tutulan zaman və üzərində axtarış aparılan zaman müdafiəçi olmamışdır. Müdafiəçini ilk dəfə barəsində həbs qətimkan tədbiri seçilən zaman məhkəmədə görmüşdür. Evlərində isə ümumiyyətlə axtarış aparılmamışdır. Mənzildə axtarış aparılması haqqında protokola əlavə olunmuş şəkilləri anası çəkib vatsap vasitəsi ilə müstəntiqə göndərmişdir. Həmin şəkillərdən də məlum olur ki, orada ancaq ev əşyalarının şəkilləridir. Bir nəfər də olsun adam şəkili yoxdur. Üzərində aparılan baxış zamanı vəkilin iştirakından imtina barədə ərizənin məzmununu anlamamış, həmin ərizəni verərkən vəkil orada olmamışdır. Evdə guya aparılacaq axtarışda vəkilin iştirakından imtinası barədə ondan ərizə alınmamışdır. Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ilkin izahatı məhkəmədə elan olunmuşdur. O, həmin izahatında bildirmişdir ki, 2010-cu ildən etibarən “nəşə” adı ilə bilinən qurudulmuş marixuanadan çəkmək yolu il istifadə edir. O, nəşəni müxtəlif şəxslərdən, ən çox da Türkan qəsəbəsində yaşayan tanışı “Yadigar” adlı şəxsdən alıb istifadə etmişdir. Sonuncu dəfə 02 mart 2022-ci il tarixdə Yadigardan 3000 manat ödəməklə 1 kiloqramdan artıq nəşə almışdır. Həmin gün axşam məhəllədə piyada hərəkət edən zaman mülki geyimdə yaxınlaşan şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmişlər və onu üzərində narkotik maddələr saxlayaraq daşımaqda şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış keçirilməsi üçün Suraxanı RPİ-nə dəvət etmişlər. O da razılaşıb polis əməkdaşları ilə birlikdə polis idarəsinə getmişdir. Suraxanı RPİ-də xidməti otaqların birində hüquq və vəzifələri ona izah edildikdən sonra dövlət hesabına vəkil dəvət olunmuş və vəkili ona hüquq və vəzifələrini bir daha izah etdikdən sonra videoçəkilişlə üzərinə şəxsi axtarış keçirmişlər. Həmin vaxtı polis əməkdaşı ona üzərində hər hansı bir qanunsuz saxladığı əşya olduğu təqdirdə onu çıxarıb təqdim etməyini bildirmişdir. O da əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 08 ədəd içərisində nəşə olan kibrit qutusunu və bir ədəd elektron tərəzini, əynində olan gödəkçənin sağ iç hissəsindən isə bir ədəd içərisində nəşə olan qara rəngli sellofan bükümü, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən isə özünə məxsus “İphone 13” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Polis əməkdaşı tərəfindən həmin büküm və kibrit qutuları açılaraq içərisinə baxış keçirilmişdir. Sonra polis əməkdaşları ondan həmin bükümün və kibrit qutularının içərisində nə olması, nə vaxt və haradan əldə etdiyi barədə soruşmuşlar. O da həmin iri qara rəngli sellofan bükümün və 08 ədəd kibrit qutusunun içərisində nəşə kimi tanıdığı yəni qurudulmuş marixuana olduğunu, onları 02 mart 2022-ci il tarixdə Türkan qəsəbəsində yaşayan tanışı Yadigardan cəmi 3000 manata həm öz şəxsi istifadəsi üçün, həm də satmaq üçün aldığını bildirmişdir. Bundan sonra həmin 01 ədəd büküm və 08 ədəd kibrit qutusu polis əməkdaşı tərəfindən zərfə qoyularaq qablaşdırılmış, onun tərəfindən də zərfin üzəri imzalandıqdan sonra möhürlənmişdir. Digər polis əməkdaşı tərəfindən onun üzərinə baxış keçirilmiş və üzərindən hər hansı bir qanunsuz saxladığı əşya aşkar olunmamışdır. Daha sonra bununla bağlı tərtib olunmuş protokol tərtib edilmiş və digər sənədlər onun tərəfindən imzalanmışdır. O, ibtidai istintaq zamanı verdiyi ilkin izahatını təsdiq etmədiyini, həmin izahatı polislərin təzyiqlərinə məruz qaldığı üçün verdiyini bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Azərbaycan Respublikası DİN-in Bakı şəhəri, Suraxanı RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2 Abidin oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin əldə etməsi və istifadəsi ilə məşğul olması barədə onlara əməliyyat məlumatı daxil olmuşdur. Bununla əlaqədar əməliyyat qrupu yaradılmış, o da əməliyyat qrupuna daxil edilmişdir. Həmin vaxtlar mart ayı olmuş, axşam saat 22 radələri olmuşdur. Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, T.Bayram küçəsində o və digər polis əməkdaşları Şahid1, Şahid3, Şahid4la birlikdə saxlayıb Suraxanı RPİ-nə aparmışlar. Polis İdarəsində müdafiəçi dəvət olunmuş, təhqiqatçının otağında videoçəkilişlə Vüqarın üzərinə baxış keçirilmişdir. Videoçəklişi o özü mobil telefonla aparmış, sonra çəkilişi diskə köçürmüş və təhqiqtçıya vermişdir. Vüqarın üzərindən kibrit qutuları, elektron tərəzi və qara paket bağlama aşkar olunmuşdur. Sonra Vüqarın yaşadığı mənzilə də baxış keçirilmiş, əməliyyat qrupunda iştirak edənlər və vəkil də mənzilə baxış keçirilməsində iştirak etmişlər. Vüqarın üzərinə baxış keçiriləndə vəkilin iştirak edib-etməməsini xatırlamdığını bildirmişdir. Şahid2 Abidin oğlu məhkəmədə ona verilən suallara cavab olaraq bildirmişdir ki, Vüqarı evlərinə yaxın yerdə küçədə saxlamışlar, Vüqar saxlanılarkən tək olmuşdur. Vüqarı polis idarəsinə aparanda nə qadın, nə də kişi, heç kim onlara yaxınlaşmayıb və işlərinə müdaxilə etməmişlər. Vüqarın davranışı səmimi olmuş, saxlanılan zaman Vüqar kiminsə ad gününə getdiyini demişdir. Vüqar saxlanılarkən marixuananı Türkan qəsəbəsindən bir nəfər şəxsdən aldığını demişdir. Vüqarın üzərinə baxış keçirilərkən videoçəkliş fasiləsiz birbaşa aparılmışdır. Vüqarı axşam saat 22 radələrində saxlamışlar, saatı dəqiq deyə bilmədiyini, ilkin olaraq ifadələrində və Vüqarın saxlanılmasını təhqiqatçı ilkin olaraq iş materiallarında düz göstərmişdir. Vüqarı saxlayanda axşam saatları olduğunu, ola bilsin saatı düz xatırlamdığını bildirmişdir. Sənədləşməni təhqiqatçı aparmışdır, o özü əməliyyatçı olmuş, onun işi şəxsi tutub təhvil verməkdən ibarət olmuşdur. Ola bilsinki, ilkin olaraq ifadələrində Vüqarı saxladıqları saatın 20.10 radələrin olmasını bildirmişdir. Vüqarı saxladıqları ərazidə müşahidə kamerası olub-olmamasını görməmişdir. Vüqarı saxladıqları yerdən polis idarəsinə yol 10-15 dəqiqəlik yol olmuşdur. Vüqarın yaşadığı mənzilə saat neçədə baxış keçirilməsi yadında olmadığnı demiş, mənzilə baxış keçirməyə təhqiqatçı, vəkil və əməliyyatda iştirak edən polislər ilə getmişlər. Mənzilə baxış keçiriləndə Vüqarın anası orada olmuş, Vüqarın anasından ərizə alınmış, orada başqa adam olması yadında qalmamışdır. Mənzildə videoçəkliş və ya fotoşəkil çəkilməsini də xatırlamadığını bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Azərbaycan Respublikası DİN-in Bakı şəhəri, Suraxanı RPİ-nin 31-ci PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Vüqar adlı şəxsin narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı əməliyyat məlumatı daxil olmuş, bu barədə rəhbərliyə məruzə olunmuş, 4 nəfər polis əməkdaşından ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunda iştirak edən polislər Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığına getmişlər, onu yaşadığı evin yanında saxlayıb, ona narkotik vasitələrin satışında şübhəli olduğunu bildirib, işlədiyi polis idarəsinə aparmışlar. Təhqiqatçı Vüqarın üzərinə baxış keçirmiş, Vüqarın üzərindən 10 ədədə yaxın kibrit qutuları, içərisində marixuanaya bənzər maddə olan bağlama, tərəzi, mobil telefon aşkar olunmuşdur. Şahid1 məhkəmədə ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs Əmircan qəsəbəsində saxlamışlar, küçənin adı dəqiq yadında qalmamışdır. Vüqarı saxlayarkən tək olmuş, yanında heç kim olmamışdır. Vüqarın davranışı normal olmuş, əvvəlcə qaçmağa cəhd göstərsə də qarşısını almışlar. Vüqarı saxladıqları vaxt axşam saatları olmuş, Vüqar narkotik vasitəni Türkan qəsəbəsində yaşayan bir nəfər şəxsdən aldığını demişdir. Vüqar tərəzi ilə bağlı da narkotik vasitələrin satışında istifadə etdiyini demişdir. Təqsirləndirilən şəxs qarşı nə o, nə də digər polis əməkdaşları tərəfindən fiziki zor tətbiq olunmamışdır. O, Vüqarın Suraxanı rayonu ərazisində və Bakı şəhərində «Keşa» ləqəbi ilə tanındığını bildirmişdir. Vüqarı saxladıqları zaman saatın neçə olmasını dəqiq xatırlamamış, saat 21-22 radələri ola biləcəyini söyləmişdir. İlkin ifadələr verərkən Vüqarı saxladıqları saatı düzgün göstərmiş, hansı saat yazılıbsa onun düzgün olduğunu bildirmişdir. İş materiallarında da ilkin olaraq Vüqarın saxlanılma saatının dəqiq göstərildiyini, yalnışlığın ola bilmədiyini demişdir. Vüqarı saxladıqları yer Vüqarın evinə yaxın yer olmuşdur. Vüqarın yaşadığı mənzildə də axtarış aparılmışdır və o da orada iştirak etmiş, mənzildən qanunsuz heç nə aşkar olunmamışdır, mənzildə fotoşəkillər çəkilmiş, videoçəkliş aparılmamışdır. Mənzilə baxış keçrilərkən özləri ilə hal şahidi aparmamışlar. Mənzilə baxış keçirilməsinin saatını xatırlamır. Vüqarı saxlayandan sonra mənzilə axtarış keçirilmişdir və protokolda göstərilən saat düzdür. Vüqarın üzərinə axtarış keçirilməsi barədə videogörüntünü adətən polislər özləri çəkir, lakin həmin videonu kimin çəkməsi yadında deyil. Videoçəkiliş fasiləsiz olub və dayandırılmayıb. Vüqarı polis idarəsinə aparandan sonra vəkil gəlmiş və sonra baxış keçirilmişdir. Vüqarın yaşadığı mənzilə axtarış keçirməyə gedəndə anası evdə olmuşdur. Cinayət işinin ilkin sənədləşməsində Vüqarı saxladıqları vaxt düzgün göstərilib. Həmin saat 20.10 göstərilbsə həmin vaxt düzdür. Vüqarın üzərinə baxış keçirilən zaman vəkil iştirak etmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Azərbaycan Respublikası DİN-in Bakı şəhəri, Suraxanı RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, onun qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsi və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat qrupu yaradılmışdı. O, Suraxanı RPİ-nin NMB-nin CA üzrə əməliyyat müvəkkili Şahid2, Suraxanı RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid1 və Suraxanı RPİ-nin 31-ci PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid4la birlikdə Təqsirləndirilən şəxs saxlamışlar və onu Suraxanı RPİ-nə dəvət etmişlər. Suraxanı RPİ-də xidməti otaqların birində üzərinə videoçəklişlə baxış keçirilmiş, onun üzərində kibrit qutularında marixuana, tərəzi, telefon, büküm aşkar olunmuşdur. Təhqiqatçı tərəfindən həmin bükümlər ekspertizaya göndərmək üçün götürülmüşdür. Sonra təhqiqatçı və baxış da iştirak edən şəxslər Vüqarın yaşadığı mənzilə baxış keçirilməsi üçün getmişlər. Həmin evdən qanunsuz əşya aşkar olunmamışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Azərbaycan Respublikası DİN-in Bakı şəhəri, Suraxanı RPİ-nin 31-ci PB-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində işləmiş Şahid4 ifadəsində göstərmişdir ki, 2022-ci il tarixdə mart ayının əvvəllərində Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsi və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdu. Polis əməkdaşları Şahid2 Şahid3 və Şahid1la birlikdə Suraxanı rayonu, Əmircan qəsəbəsində Təqsirləndirilən şəxs yaxınlaşaraq, onu Suraxanı RPİ-nə aparmışlar. Polis idarəsində təhqiqatçı baxış keçirmiş, özü könüllü narkotik vasitə marixuananı təqdim etmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. 02 mart 2022-ci il tarixdə axşam saatlarında onlarla qonşuluqda yaşayan Pərvinin ad günü olmuş və sonuncu bununla bağlı tədbir keçirirmiş. Buna görə də 02 mart 2022-ci il tarixdə axşam saatlarında oğlu Vüqar yaşadıqları evdən çıxıb Pərvinin ad gününü qeyd etmək üçün Pərvingilə getdiyini bildirmişdir. Bir neçə dəqiqə sonra küçədə səs-küy eşitmiş və çölə çıxmışdır. Bu zaman görmüşdür ki, oğlu Vüqarı tanımadığı bir neçə nəfər mülki geyimli şəxs avtomobilə əyləşdirib aparırlar. Həmin vaxt küçədə Pərvin və onun qohumu olan Nəhayət də orada olmuşlar. O həmin şəxslərə yaxınlaşıb nə baş verdiyini soruşduqda Nəhayət bildirmişdir ki, polislər Vüqarı Pərvingilin həyətindən götürüb aparmışlar. Sonra öyrənmişlər ki, Vüqarı Suraxanı RPİ-nə aparıblar. Onun yaşadığı mənzilə polis əməkdaşları tərəfindən axtarış keçirilməmişdir. Sonradan işi aparan müstəntiqin xahişi ilə onun oğlu Vüqara kömək edəcəyini düşünüb yaşadığı mənzilin fotoşəkillərini telefonla çəkib «WhatsApp» proqrammı vasitəsi ilə ona göndərmişdir. Şəkilləri çəkəndən sonra müstəntiqin yanında da olmuş, müstəntiq ona oğlu Vüqara kömək edəcəyinə söz vermiş, lakin sonradan oğlu Vüqarı günahsız yerə həbs etmişlər və buraxmamışlar. Şahid6 məhkəmədə ona verilən suallara cavab olaraq bildirmişdir ki, Vüqar həbs olunandan 5-6 gün sonra müstəntiqə evlərinin şəkillərini göndərmişdir. Oğlu Vüqar zərgərlik edib ailəsini dolandırırmış. Qonşuların çoxu polislərin Vüqarı yaşadıqları məhlədən saxlayıb apardıqlarını görmüşlər. Polislər oğlu Vüqarı saxlayanda əlində heç nə olmamışdır, bunu qonşular da görmüşlər. Vüqara uşaqlıqda əmisi «Keşa» çağırırmış deyə ona bəzən «Keşa» deyirmişlər. Mart ayının 2-si təxminən axşam saatlarında oğlu Vüqar yaşadıqları evdən çıxıb Pərvinin ad gününü qeyd etmək üçün onlara getmişdir. Oğlu Vüqar heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmayıb. İki ildir ki, Suraxanı rayonunda onlara məxsus ev ilə bağlı mübahisəli iş gedirmiş. Əmircan qəsəbəsində məscidin axundu həmin mənzili onun əlindən almağa çalışmışlar. Sonuncu dəfə də Suraxanı rayon Pİ-nin 31-ci polis bölməsində də ona xəbardarlıq edilmişdir ki, ya evin açarını onlara təhvil verməlidir, əks təqdirdə ona və uşaqlarına pis olacaq. Sonra o, şikayətlər etmiş, İcra Hakimiyyətindən Süleyman müəllim gəlib evə baxış keçirmiş, evin onlara aid olduğunu demişlər. Həmin vaxtlar evə görə bir neçə yerə şikayət etdiyi üçün ona elə gəlir ki, oğlu Vüqarı buna görə əsassız və qanunsuz olaraq həbs etmişlər. Vüqar həmin gün evdən çıxaraq birbaşa Pərvinin ad gününə getmişdir. Vüqar ad gününə onlarla birlikdə getməli imiş, lakin Vüqar onlardan əvvəl evdən çıxıb getmişdir. Vüqarı elə ad günü olan Pərvinin həyətin də polislər saxlayıb aparmışlar. Vüqarı saxladıqları vaxt saat 20 radələri olmuş, çünki Pərvin saat 20 radələrindən əvvəl zəng vurub Vüqarı çağıranda o, Vüqara demişdir ki, «Vüqar, sən get biz də sənin arxanca gələcəyik». Həmin gün məhəllədə olan müşahidə kameralarından da Vüqarın saat 20 radələrində polislər tərəfindən saxlanılaraq aparıldığı görülür. İbtidai araşdırma zamanı o, müşahidə kamerasından çıxarılmış videogörüntünü müstəntiqə təqdim etmişdir, lakin sonradan bilmişdir ki, müstəntiq onu işə əlavə etməmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid5 ifadəsində göstərmişdir ki,Vüqar və ailəsi ilə eyni məhəllədə yaşayırlar, onunla aralarında qonşu kimi yaxşı münasibətlər vardır. 02 mart 2022-ci il tarixdə onlarla eyni həyətdə yaşayan baldızı oğlu Pərvinin ad günü imiş və Pərvin evində bununla bağlı məclis təşkil etmişdir. O da həyətlərində imiş, evə girmişdi ki, oturacaq stulları çıxarsın. Saat 20 radələrində həyətdə olan zaman Vüqar onların həyətinə daxil olmuş, bundan bir-iki dəqiqə sonra isə 2 nəfər mülki geyimli şəxslər həyətə daxil olub Vüqarın qoluna girərək, onu tutub həyətdən çölə çıxarmışlar və avtomobilə əyləşdirib aparmışlar. O, arxadan Vüqara səslənib nə baş verdiyini soruşmuş, lakin Vüqar ona cavab verməmişdir. Sonradan eşitmişdir ki, güya əlində narkotik vasitə tutublar. Lakin bu belə olmamışdır, Vüqar onların həyətinə girəndə əlində heç nə yox imiş. Polislər icazəsiz onların həyətə girib onu tutub saxlamışlar. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid7 ifadəsində göstərmişdir ki, 02 mart 2022ci il tarixdə onun ad günü imiş və əvvəlcədən dost-tanışlara, həm də Vüqara bu barədə xəbərdarlıq edərək həmin gün evlərində tədbir keçirəcəyini demişdi. Həmin gün işdə olduğu üçün axşam saatlarında evə gəlmiş və təxminən saat 20 radələrində“Whatsapp” proqramı vasitəsilə dost-tanışlara, eləcə də, Vüqara zəng edərək evlərinə gəlməsini demişdir. Bir neçə dəqiqə sonra o, evdə olan zaman həyətlərində səs-küy gəlmiş və o, çölə çıxdıqda ona demişdilər ki, 2 nəfər mülki geyimli şəxs Vüqarı onların həyətinə daxil olub həyətlərindən çıxararaq avtomobilə mindirib aparmışlar. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də tədqiq etmişdir. Cinayət işinin materiallarında olan Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs Qasım oğlu həmin tarixdə təhqiqatçı X9 tərəfindən tutulmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 04 mart 2022-ci il tarixli 4(010)-135/2022 saylı qərarından məlum olur ki, Təqsirləndirilən şəxs Qasım oğlunun barəsində əvvəli 02 mart 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işi üzrə təyin edilmiş məhkəmə-bioloji ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 7/207 saylı 02 mart 2022-ci il tarixli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən...kibrit qutuları ...tərəzi...” yazısı və imzalar olan kağız paketdəki 08 (səkkiz) ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri: 2,137 qram, 2,017 qram, 2,810 qram, 2,862 qram, 2,073 qram, 1,942 qram, bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmil üzərində “Vət. Təqsirləndirilən şəxs... bir ədəd kütlə” yazısı və imzalar olan kağız bağlamadakı 01 (bir) ədəd qara rəngli sellofan torbada təmiz çəkisi – 1005 qram (1kq 5 qram) bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuanaların ümumi çəkisi 1023,974 qramdır (1 kq 23,974 qram). Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Bir ədəd elektron tərəzinin üzərində cüzi miqdarda narkotik vasitə olan marixuananın hissəcikləri vardır. Həmin hissəciklər cuzi miqdarda olduğu üçün onun çəkisini müəyyən etmək və müqayisəli tədqiqat aparmaq mümkün olmadı. Cinayət işi üzrə təyin edilmiş ambulator məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin verdiyi 2507 saylı 14 may 2022-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslr barəsində tibbi tədbirlərin tətiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman aşkar edilərək götürülülməsi iddia olunan və barəsində məhkəmə-bioloji təyin edilərək müvafiq rəy alınmış cəmi 1023,974 qram narkotik vasitə qurudulmuş marixuana və bir ədəd elektron tərəzi maddi sübut qismində tanınmış və ekspertiza tədqiqatından sonrakı qalıq 1023,474 qram narkotik vasitə qurudulmuş marixuana və bir ədəd elektron tərəzi zəruri istintaq hərəkətləri yekunlaşdırıldıqdan sonra maddi sübutun taleyi ilə bağlı məhkəmənin yekun qərarı qəbul olunanadək saxlanılması üçün Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, istintaq zamanı şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogüröntünü özündə əks etdirən bir ədəd DVD diski və "xxxx" MMC-dən alınmış bir ədəd CD diski iş üzrə mühüm əhəmiyyət kəsb etdiyi üçün sübut qismində tanınaraq cinayət işinə əlavə olunmuşdur. İstintaq zamanı alınmış tələbnamədən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhər Suraxanı rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Suraxanı rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə 03 ay 18 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Məhkumluğu yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs müdafiəçini ilk dəfə olaraq həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə aparılarkən gördüyünü bildirmişdir. Təqsirləndirilən şəxsin barəsində şəxsi axtarış və götürülmə istintaq hərəkətinin keçirilməsinə dair protokolda və həmin protokola əlavə edilmiş videoçəkilişdə hər hansı bir vəkilin iştirakı görunmur. Cinayət işinin materiallarında olan 02.03 2022-ci il tarixli (saat 22:45) Şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, İ/V13) məlum olur ki, həmin qərarı Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin təhqiqatçısı Qasım Poladlı qəbul etmişdir. Həmin qərarı Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili X8 imzalamışdır. Cinayət işinin materiallarında olan 02.03 2022-ci il tarixli Şübhəli şəxsə müdafiəçinin təqdim edilməsi barədə protokoldan (cild 1, İ/V23) məlum olur ki,Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili X1 Vüqar Qədir oğluna təqdim olunmuşdur. Bundan sonra işdə olan sənədlərdə; Şübhə edilən şəxsin hüquq və vəzifələri haqqında bildirişdə, İnsan Hüquq və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 5ci və 36-cı maddələrinin izah edilməsi haqqında bildirişdə, etiraz edilə bilən şəxslər barədə məlumatların şübhəli şəxsə bildirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokolda, Şübhəli şəxsə hüquq və vəzifələrinin izah edilməsi haqqında protokolda (cild 1, 23-29-cü səhifələr) Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili X3 imzaları vardır. Cinayət işinin materiallarında olan cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında xx.xx.2022 tarixli protokoldan (cild 1, İ/V30) məlum olur ki, oğlu Təqsirləndirilən şəxs həmin tarixdə saat 22:45 də tutulmuşdur. Həmin tutma protokolunda da Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili X3 imzası vardır. Şəxsi axtarış və götürmə aparlılması haqqında xx.xx.2022 tarixli protokolda(cild 1, İ/V31) Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili X3 imzası vardır. Cinayət işinin materiallarında olan şübhəli şəxs Təqsirləndirilən şəxs Ərizəsindən məlum olur ki, (cild 1, İ/V33) Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək hüquqlarının keyfiyyətli müdafiə oluna bilməsi məqsədi ilə üzərində şəxsi axtarış və götürmə aparılması zamanı müdafiəçisi X2 (???) iştirakını məqsədə müvafiq hesab etməmiş, üzərində şəxsi axtarış və götürməni müdafiəçinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Həmin vaxt isə istinaq orqanının mülahizələrinə əsasən Təqsirləndirilən şəxsün müdafiəçisi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili X8 idi. Həmin Ərizədə Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili X3 imzası və «tanış oldum» qeydi vardır. Lakin əvvəl sadalanan sənədlərdən fərqli olaraq həmin ərizədə vəkil Azər Bünyatovun «tanış oldum qeydi» deməyə əsas verir ki, Azər Bünyatov həmin sənəd yazılan zaman deyil sonradan həmin sənədlə tanış olaraq imzalamışdır. Məhkəmə Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulması zamanı Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili X3 iştirak etməməsi barədə iddiasını araşdırmaq məqsədi ilə vəkil X3 istifadəsində olan mobil telefonların 02 mart və 03 mart 2022-ci il tarixlərə olan anten məlumatları götürülmüş və onun Suraxanı rayon 33-cü polis bölməsinin ərazisində olması təsdiqini tapmamışdır. Bundan başqa cinayət işinin materiallarında (cild 1, İ\V 70) olan 04 mart 2022-ci il tarixli 018066 nömrəli təqsirləndirilən şəxsə müdafiəçinin təqdim olunması haqqında Protokoldan görünür ki, Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili X8 həmin tarixdə təqsirləndirilən Təqsirləndirilən şəxs təqdim olunmuşdur. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs istintaq orqanı tərəfindən istinad edilən cinayəti törətməmişdir. Onun satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə ni əldə etməsi, saxlaması və daşımamasını sübut etmək Təqsirləndirilən şəxs üzərinə düşmür, bu halın əksini isə sübut etmək ittiham tərəfinin vəzifəsi olmuşdur. Məhkəmədə cinayət işinin materiallarına əlavə edilmiş istintaq zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogüröntünü özündə əks etdirən bir ədəd DVD diskə baxış keçirilmişdir. Həmin video görüntü 9 hissədən ibarət video parçalardan ibarətdir. Məhkəmə yuxarıda sadalanan sübutları tədqiq edərək bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə verilmiş ittiham üzrə bəraət verilməlidir. Belə ki, məhkəmə araşdırması nəticəsində Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı hüquqlarının kobud pozulması aşkar edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 246-cı maddəsində göstərilmişdir ki, müstəntiq iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək, barəsində istintaq hərəkəti aparılan şəxsin paltarında, əşyalarında və ya bədənində ola bilən əşya və sənədləri, bir qayda olaraq, məhkəmənin qərarı əsasında götürə bilər. Məhkəmənin qərarı alınmadan şəxsi axtarış aşağıdakı hallarda aparıla bilər; -şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə, təqsirləndirilən şəxs barəsində həbsə alma qətimkan tədbiri tətbiq edildikdə, axtarış və ya götürmənin aparıldığı binada olan şəxsin cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşya və sənədləri gizlətməsini güman etməyə kifayət qədər əsaslar olduqda. Göründüyü kimi Təqsirləndirilən şəxs tutulması qanunsuz olmuşdur. Tutma zamanı vəkil olmamışdır. Tutma qanunsuz olduğu üçün şəxsi axtarış və götürmə də qanunsuz olmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 246.3-cü maddəsində göstərilmişdir ki, şəxsi axtarış və götürmə zamanı videoçəkilişdən istifadə edilmədikdə barəsində şəxsi axtarış və götürmə aparılan şəxslə eyni cinsdən olan azı 2 (iki) hal şahidinin iştirakı məcburidir. Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarış və götürmə həm də ona görə qanunsuzdur ki, videoçəkilişdən istifadə qanunvericiliyin tələblərinə uyğun deyildir. Videoçəkiliş tam deyil, 9 qısa hissədən ibarətdir. İstintaq orqanını qanunsuzluğu bunlarla bitmir. Cinayət işinin materiallarında 02 mart 2022-ci il tarixli (cild 1, İ/V39) Mənzilə baxış keçirilməsi haqqında qərar vardır. Cinayət işinin materiallarında 02 mart 2022-ci il tarixli (cild 1, İ/V41) Mənzildə axtarış keçirilməsi haqqında protokol vardır. Təhqiqatçı baxış keçirilməsi haqqında qərar qəbul edib axtarış keçirir. Amma qanunsuzluq təəssüf ki, bununla da bitmir. Məhkəmə zamanı məlum oldu ki, Təqsirləndirilən şəxs yaşadığı evdə nə baxış, nə axtarış keçirilmişdir. Axtarış protokolundan məlum olur ki, axtarış zamanı nə hal şahidləri olmuş, nə də videoçəkilişdən istifadə olunmuşdur. Amma Təqsirləndirilən şəxs müdafiəçisi nədənsə şəxsi axtarış və götürmədən fərqli olaraq evdə axtarışda iştirak etmişdir. Bu dəfə müdafiəçi A.Bünyatov Təqsirləndirilən şəxs «hüquqlarının keyfiyyətli müdafiə oluna bilməsinin» qayğısına qalmamışdır. Ya da müdafiəçiyə Təqsirləndirilən şəxs yaşadığı evdən qanunsuz əşyaların çıxmayacağı məlum olmuşdur. Əsil həqiqət isə bundan ibarətdir ki, həmin evdə nə baxış, nə də axtarış keçirilməmiş, müdafiəçi A.Bünyatov təhqiqatçı Qasım Poladlının saxtakarlığına şərik olmuşdur. Məhkəmə istintaqı zamanı məhkəmə təhqiqatçı Qasım Poladlını məhkəməyə dəvət edərək pozuntularla bağlı dindirməyə çox cəhdlər etsə də o, məhkəməyə gəlməmiş, barəsində çıxarılan məcburi gətirmə qərarı da icra olunmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən alınmış əmrin surətindən məlum olmuşdur ki, Qasım Poladlı polis adına xələl gətirən davranışa yol verdiyi üçün orqandan xaric olunmuşdur. Cinayət işinin materiallarında olan 09 mart 2022-ci il tarixli vəkil orderindən məlum olur ki, vəkil X11 həmin tarixdə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün həmin tarixdə müqavilə bağlamışdır. Lakin vəkil Anar Qasımlı təqsirləndirilənə 12 may 2022-ci il tarixdə təqdim olunmuşdur. Cinayət işinin materiallarında olan 21 iyun 2022-ci il tarixli protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ********** nömrəsinə dair məlumatlar "xxxx" MMCdən götürülmüşdür. Məlumatlara baxış zamanı hər hansı iş üçün əhəmiyətli məlumat əldə olunmamışdır. Həmin diskə məhkəmədə də baxış keçirilmiş, 02 mart 2022-ci tarixdə Təqsirləndirilən şəxs ümumiyyətlə Türkan qəsəbəsində olmadığı məlum olmuşdur. Halbuki, ilkin izahatda o, narkotik vasitəni Türkanda Yadigar adlı şəxsdən almasını bildirmişdir. Məhkəmə istintaqı zamanı müdafiə tərəfi məhkəməyə videogörüntü olan disk təqdim etmişlər. Həmin görüntüdə kişi cinsinə məxsus şəxsin yoldan keçməsi, ardınca da avtomobilin keçməsi əks olunmuşdur. Təqsirləndirilən şəxs həmin şəxsin özünün olmasını, əlində heç nəyin olmamasını, ardınca gələn maşının isə polislər olmasını bildirmişdir. İttiham tərəfi bu halı da təkzib edən sübutlar gətirməmişdir. Azərbaycan Respublikası CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 125.2-ci maddəsinə əsasən insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə; istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd edilən Məcəllənin 125.3-cü maddəsinə görə isə, bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs saxlanması, barəsində həbs qətiimkan tədbiri seçilməsinə dair bütün prosesual sənədlərdə saxlanılma vaxtı kimi xx.xx.2022-ci il tarix saat 20:10 dəqiqə qeyd edilmişdir. Sonradan nədənsə istintaq orqanı hər hansı bir tutarlı səbəb və əsas göstərmədən təqsirləndirilən şəxsin tutulma vaxtının saat 22:10 kimi oxunması barədə qərar qəbul etmişdir. Habelə Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə isintaq hərəkətinin aparılmasına dair protokolunda başlanma saatı 23:00, başa çatma saatı 23:10 kimi göstərilsə də, həmin istintaq hərəkətinin aparılmasını əks etdirən və məhkəmə baxışında tədqiq olunmuş video görüntüdə mobil telefonun ekranında saatın əqrəblərinin 23:49 olduğu açıq aşkar görünür. Həmçinin ibtidai istintaq orqanı tərəfindən bütün prosesual sənədlərdə Təqsirləndirilən şəxs saxlanılması vaxtı xx.xx.2022-ci il tarix saat 20:10 dəiqəqə kimi göstərilsə də, halbuki ibtidai və məhkəmə istintaqı zamanı tədqiq olunmuş video görüntüdə Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 20:20 radələrində idarə etdiyi avtomobillə yaşadığı ünvana gələrək avtomobilini yaşadığı evin həyətində park etdikdən sonra evindən təxminən 100 metr aralıda yaşayan dostunun ad günündə iştirak etmək üçün onlara tərəf gedərkən yolda saxlanıldığı görünür. Həmin video görüntülərindən məlum olur ki, saat 20:20-dir və Vüqar hələ tutulmayıb, küçədə sərbəst hərəkət edir, onun əlində heç bir sellofan kulok yoxdur. İttiham tərəfi göstərilən bu halları təkzib edən heç bir sübut təqdim etməmişdir. Bununla yanaşı məhkəmə, Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası CPM-nin, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının konkret müddəalarını rəhbər tutaraq Təqsirləndirilən şəxs əməlinə hüquqi qiymət verərkən müəyyən edilmişdir ki, məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsin əleyhinə sübutlar toplanılarkən Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasına nail olunması məqsədilə onun hüquqları, o cümlədən müdafiə hüquqları ciddi şəkildə pozulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, “İctimai təhlükəli əməlin həm qanunvericilik, həm də doktrinal aspektdə müəyyən edilməsi hər bir cinayətə xas olan hüquqi və sosial əlamətləri üzə çıxarır. Cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən, o cümlədən, başqa hüquqpozmalardan fərqləndirilməsinə xidmət edir. Belə ki, cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər”. Məhkəmə hesab edir ki, ittiham tərəfinin təqdim etdiyi və məhkəmədə yoxlanılmış sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirliliyi sübuta yetirilmir. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır; cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir, ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. İttiham tərəfi nəinki təqsirləndirilən şəxsi ifşa edən sübutlar və dəlillər toplayaraq məhkəməyə təqdim etməli, həm də müdafiə tərəfinin müdafiə üçün irəli sürdüyü sübutları və dəlilləri də təkzib etməlidir. Müdafiə üçün irəli sürülmüş sübut və dəlillər ittiham tərəfindən tutarlı dəlillərlə təkzib edilməzsə, sübuta yetirilmiş hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs təqsirsizliyinə dəlalət edən dəlillərin təkzib edilməsi üçün əlavə sübutlar toplanılmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə tərkibi yuxarıda qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə müəyyən olunmuş cinayət əməllərini törətməkdə təqsirli olması barədə ittihamın sübut olunmasında əsaslı şübhələr mövcuddur. Bu şübhələrin digər sübutlarla aradan qaldırılması mümkün deyil və ittiham tərəfi həmin halı təsdiq edən hər-hansı bir mötəbər sübuta istinad edə bilməmişdir. Cinayət işinin materiallarında da belə sübut olmadığına görə həmin şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir olunmalıdır. “Erkapis Xorvatiyaya qarşı” iş üzrə Avropa Məhkəməsinin 25 aprel 2013-cü il tarixli qərarında göstərilir ki, ədalətli məhkəmə araşdırması anlayışı prinsip etibarı ilə güman edir ki, əgər əks təqdir üçün əsaslı səbəb yoxdursa, məhkəmələr şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələrdən fərqli olaraq, onların məhkəmə iclasında verdikləri ifadələrinə daha çox əhəmiyyət verməlidirlər. Digər səbəblər arasında ibtidai istintaq zamanı dindirmə ittiham tərəfinin məhkəmədə iş üzrə ittihamı müdafiə etmək üçün məlumat toplaması prosesidir. Halbuki məhkəmə prosesi, məhkəmə iclasında araşdırılıb əldə edilən sübutlara ədalətli hüquqi qiymət verilməsi nəticəsində təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyən etmək üçün kifayətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1 və 349.5.3-cü maddələrinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə, məhkəmənin hökmü əsaslı hesab olunur. Həmin Məcəllənin 351.3cü maddəsinə əsasən məhkəmə tərəfindən ittiham hökmü məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq və təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək çıxarıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1-cimaddəsinin tələbinə görə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, cinayətin törədilməsinə aidiyyəti olmadıqda və təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Cinayət-Prosessual Məcəllənin 42.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə, bəraət hökmü çıxarılır. Azərbaycan Respublikası CPM-nin 350.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 55.1 -ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair » 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqsirliliyi sübuta yetirilmədiyindən, həmin əsasla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə bəraət verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş "həbs" qətimkan tədbiri ləğv edilməli və o, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 357.0.1-ci maddəsinə əsasən məhkəmə iclası zalında dərhal həbsdən azad edilməlidirlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 353.3.4-cü maddəsinə əsasən bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi tələbi ilə müraciət hüququnun olması izah olunmalıdır. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş külli miqdarda ümumi təmiz çəkisi-1023,974 qram narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatdan sonrakı qalıq 1023,474 qramı və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntünü özündə əks etdirən bir ədəd DVD disk və "xxxx" MMC-dən alınmış bir ədəd CD disk, «Azerfon»dan alınmış bir ədər disk, «Azercell»dən alınmış bir ədər disk, müdafiə tərəfinin təqdim etdiyi videogörüntülər olan bir ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət iş üzrə məhkəmə məsrəfi olan 78 (yetmiş səkkiz) manatın ödənilməsindən Təqsirləndirilən şəxs azad edilməlidir. Azərbaycan Respublikası CPM-nin 56.0.1-ci maddəsinə əsasən bəraət almış şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42, 55, 346, 347,349-350, 352-353, 357-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham olunan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsiri sübuta yetmədiyinə görə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş "həbs" qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə zalından dərhal həbsdən azad edilsin. Bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi tələbi ilə müraciət hüququnun olması izah olunsun. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntünü özündə əks etdirən bir ədəd DVD disk və "xxxx" MMC-dən alınmış bir ədəd CD disk, «Azerfon»dan alınmış bir ədər disk, «Azercell»dən alınmış bir ədəd disk, müdafiə tərəfinin təqdim etdiyi videogörüntülər olan bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş külli miqdarda ümumi təmiz çəkisi-1023,974 qram narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatdan sonrakı qalıq 1023,474 qramı və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işi üzrə məhkəmə məsrəfi olan 78 (yetmiş səkkiz) manatın ödənilməsindən Təqsirləndirilən şəxs azad edilsin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 353.3.4-cü maddəsinə əsasən bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi tələbi ilə müraciət hüququnun olması izah olunsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar