Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-190/2024 16.01.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X5 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi: Nümayəndə, müdafiəçilər: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 Oqtay oğlu və Müdafiəçi2 iştirakları ilə açıq məhkəmə iclasında xx.xx.1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində 2011 və 2020ci il təvəllüdlü iki uşağı olan, ali təhsilli, Zərərçəkmiş şəxs, QSC-nrin satış nümayəndəsi vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nizami rayonu, İ.Məmmədov küçəsi, ev 7, mənzil 36-da qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Bakixanov qəsəbəsi, Sülh küçəsi 13, mənzil 44-də yaşayan, barəsində «polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.3.2, 313 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Qapalı Səhmdar Cəmiyyətinin satış nümayəndəsi (ekspeditoru) vəzifəsində işləyərkən vəzifəli şəxs olmaqla tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edib vəzifə saxtakarlığı törətmiş, həmçinin bilə-bilə istintaqa məlum olmayan mənbədən əldə etdiyi saxta sənədlərdən istifadə etmiş və öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş külli miqdarda özgə əmlakını talamaqla mənimsəmişdir. Belə ki, o, hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 2, ev 8, mənzil 9 olan Zərərçəkmiş şəxs Qapalı Səhmdar Cəmiyyətinin (VÖEN **********) 19 oktyabr 2004-cü il tarixdən satış nümayəndəsi (ekspeditoru) vəzifəsində işləyərkən, tamah niyyəti ilə, öz qulluq mövqeyindən istifadə etməklə ona etibar olunmuş özgə əmlakını mənimsəmə yolu ilə talamaq məqsədilə, Cəmiyyətlə aralarında bağlanmış əmək və tam maddi məsuliyyət haqqında müqavilələrə əsasən, ona etibar edilmiş maddi sərvətlərin və görüləcək işlərin tam qeydinə qalmaq, müəssisəyə heç bir səbəb üzündən ziyan vurmamaq və ziyankarlığa qarşı mübariz olmaq, müəssisənin rəhbərliyinə vaxtı-vaxtında öhdəsində olan maddi sərvətlərin təhlükəsizliyi barədə məlumat vermək və lazım gəldikdə qorxulu vəziyyətin səbəblərini aydınlaşdırmaq, ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və başqa görüləcək işlərin dəqiq uçotunu aparmaq, müəyyən edilmiş qaydada hesabat tərtib edib tələb olunan yerlərə təqdim etmək, ona etibar edilmiş maddi sərvətlərin inventarizasıyasını həyata keçirmək və sair səlahiyyətlərə malik inzibati-təsərrüfat funksiyasını yerinə yetirən vəzifəli şəxs olmaqla rəsmi sənəd olan Zərərçəkmiş şəxs QSC tərəfindən verilmiş 11 yanvar 2019-cu il tarixli, 0907 nömrəli “diller müqaviləsi”nə tamah niyyətilə bilə-bilə yalan məlumatlar, yəni onun niyyətindən məlumatlı olmayan Azərbaycan Respublikası Mina Təmizləmə Agentliyində təlim və metodoloji təminat şöbəsinin müdiri vəzifəsində işləyən tanışı Şahid9 şəxsi məlumatlarını daxil edib yazmaqla və onun əvəzinə şəxsən saxta imza ilə imzalamaqla, həmçinin rəsmi sənəd olan Zərərçəkmiş şəxs QSC tərəfindən verilmiş 01 noyabr 2021-ci il tarixli, 01 dekabr 2021-ci il tarixli və 01 yanvar 2022ci il tarixli “üzləşmə aktları”nın “dillerin nümayəndəsi” qrafasına istintaqa məlum olmayan mənbədən əldə etdiyi üzərində “Şahid9 VÖEN **********” yazısı olan saxta ştampın əksini vurmaqla bilə-bilə yalan məlumatlar daxil edib həmin saxta sənədlərdən də istifadə etməklə, əvvəlcədən planlaşdırdığı vahid niyyətə uyğun olaraq Cəmiyyətin Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 2, ev 8, mənzil 9 ünvanda yerləşən anbarından özü, həmçinin tabeçiliyində olmaqla onun niyyətindən məlumatlı olmayan Zərərçəkmiş şəxs QSC-də sürücü-ekspeditor vəzifəsində işləyən Şahid7 və Şahid8 vasitəsi ilə 01 yanvar 2022-ci il tarixdən – 30 aprel 2022-ci il tarixədək olan müddətdə, o cümlədən xx.xx.2022-ci il tarixli 1064 nömrəli, xx.xx.2022-ci il tarixli 1857 nömrəli, xx.xx.2022-ci il tarixli 2169 nömrəli, xx.xx.2022-ci il tarixli 2403 nömrəli, xx.xx.2022-ci il tarixli 2693 nömrəli, xx.xx.2022-ci il tarixli 2870 nömrəli, xx.xx.2022-ci il tarixli 2925 nömrəli, xx.xx.2022-ci il tarixli 2930 nömrəli, xx.xx.2022-ci il tarixli 3191 nömrəli, xx.xx.2022-ci il tarixli 3178 nömrəli, xx.xx.2022-ci il tarixli 3452 nömrəli, xx.xx.2022-ci il tarixli 3736 nömrəli, xx.xx.2022-ci il tarixli 3771 nömrəli, xx.xx.2022-ci il tarixli 3934 nömrəli, xx.xx.2022-ci il tarixli 3947 nömrəli, xx.xx.2022-ci il tarixli 4118 nömrəli, xx.xx.2022-ci il tarixli 4541 nömrəli, xx.xx.2022-ci il tarixli 4912 nömrəli, xx.xx.2022-ci il tarixli 5180 nömrəli, xx.xx.2022-ci il tarixli 5361 nömrəli, xx.xx.2022-ci il tarixli 6172 nömrəli, xx.xx.2022-ci il tarixli 6197 nömrəli, xx.xx.2022-ci il tarixli 6371 nömrəli, xx.xx.2022-ci il tarixli 6624 nömrəli, xx.xx.2022-ci il tarixli 6624 nömrəli, xx.xx.2022-ci il tarixli 7594 nömrəli, xx.xx.2022-ci il tarixli 7826 nömrəli, xx.xx.2022-ci il tarixli 8234 nömrəli, xx.xx.2022-ci il tarixli 8243 nömrəli, xx.xx.2022-ci il tarixli 8635 nömrəli, xx.xx.2022-ci il tarixli 9137 nömrəli, xx.xx.2022-ci il tarixli 9151 nömrəli, xx.xx.2022-ci il tarixli 9428 nömrəli, xx.xx.2022-ci il tarixli 9623 nömrəli, xx.xx.2022-ci il tarixli 10201 nömrəli, xx.xx.2022-ci il tarixli 10397 nömrəli, xx.xx.2022-ci il tarixli 10529 nömrəli, xx.xx.2022-ci il tarixli 10612 nömrəli, xx.xx.2022-ci il tarixli 10790 nömrəli, xx.xx.2022-ci il tarixli 10928 nömrəli, xx.xx.2022-ci il tarixli 11031 nömrəli, xx.xx.2022-ci il tarixli 11364 nömrəli, xx.xx.2022-ci il tarixli 11459 nömrəli, xx.xx.2022-ci il tarixli 11719 nömrəli, xx.xx.2022-ci il tarixli 11932 nömrəli, xx.xx.2022-ci il tarixli 12112 nömrəli, xx.xx.2022-ci il tarixli 12117 nömrəli, xx.xx.2022-ci il tarixli 12312 nömrəli, xx.xx.2022-ci il tarixli 12504 nömrəli, xx.xx.2022-ci il tarixli 12581 nömrəli, xx.xx.2022-ci il tarixli 12607 nömrəli, xx.xx.2022-ci il tarixli 13639 nömrəli, xx.xx.2022-ci il tarixli 13730 nömrəli, xx.xx.2022-ci il tarixli 14240 nömrəli, xx.xx.2022-ci il tarixli 14387 nömrəli, xx.xx.2022-ci il tarixli 14454 nömrəli, xx.xx.2022-ci il tarixli 14555 nömrəli, xx.xx.2022-ci il tarixli 14901 nömrəli, xx.xx.2022-ci il tarixli 15126 nömrəli, xx.xx.2022-ci il tarixli 16525 nömrəli, xx.xx.2022-ci il tarixli 16709 nömrəli, xx.xx.2022-ci il tarixli 17155 nömrəli, xx.xx.2022-ci il tarixli 17939 nömrəli, xx.xx.2022-ci il tarixli 17943 nömrəli, xx.xx.2022-ci il tarixli 18177 nömrəli, xx.xx.2022-ci il tarixli 18696 nömrəli, xx.xx.2022-ci il tarixli 19242 nömrəli,xx.xx.2022-ci il tarixli 19391 nömrəli, xx.xx.2022-ci il tarixli 20000 nömrəli, xx.xx.2022-ci il tarixli 20008 nömrəli, xx.xx.2022-ci il tarixli 20202 nömrəli, xx.xx.2022-ci il tarixli 20390 nömrəli, xx.xx.2022-ci il tarixli 20755 nömrəli, xx.xx.2022-ci il tarixli 20807 nömrəli, xx.xx.2022-ci il tarixli 21128 nömrəli, xx.xx.2022-ci il tarixli 21462 nömrəli, xx.xx.2022-ci il tarixli 21530 nömrəli, xx.xx.2022-ci il tarixli 21724 nömrəli, xx.xx.2022-ci il tarixli 22230 nömrəli, xx.xx.2022-ci il tarixli 22462 nömrəli, xx.xx.2022-ci il tarixli 22721 nömrəli, xx.xx.2022-ci il tarixli 22940 nömrəli, xx.xx.2022-ci il tarixli 22979 nömrəli qaimələrlə ümumillikdə 484894,93 manat dəyərində, müxtəlif çeşiddə və adda rəqəmsal elektronika avadanlığını qəbul edib Bakı şəhəri ərazisində fəaliyyət göstərən ayrı-ayrı ticarət obyektlərinə satış üçün təhvil verməklə, 01 yanvar 2022-ci il tarixə 10 müştəri üzrə öhdəliyində 240167,44 manat qalığı olmaqla, 17045,71 manat dəyərində mal anbara qaytarılmaqla, 10 müştəri tərəfindən təsdiq olunan faktiki borc 160103,42 manat olmaqla, ümumilikdə 447771,52 manat nağd pul vəsaitinin hissə-hissə xəzinəyə ödəməklə, cəmi 100141.72 (yüz min yüz qırx bir manat yetmiş iki qəpik) manat pulu xəzinəyə təhvil verməyərək özünün şəxsi ehtiyaclarına sərf etməklə, ona etibar olunmuş Zərərçəkmiş şəxs QSC-nə məxsus külli miqdarda özgə əmlakını talamaqla mənimsəmişdir. Bundan başqa o, 2022-ci ilin mart ayında Zərərçəkmiş şəxs QSC tərəfindən Şahid9 yaşadığı ünvana Cəmiyyətə borcunun olması ilə bağlı məktub ünvanlandıqda Şahid9 onun əməlləri barədə məlumatının olacağını bilib həmin borcun anlaşılmazlıq səbəbindən yaranması və Cəmiyyətin xəzinəsinə ödənilməsi barədə sonuncuda inam yaratmaq üçün istintaqa məlum olmayan mənbədən əldə etdiyi saxta olan “075334” nömrəli “mədaxil qəbzi”nə 13 yanvar 2022-ci il tarixdə Şahid9 tərəfindən 43600,0 manat pul vəsaitinin ödənilməsi barədə bilə-bilə yalan məlumatlar daxil edib həmin qəbzin üzərinə istintaqa məlum olmayan mənbədən əldə etdiyi üzərində “İNTEQRAL beyond compare XƏZİNƏ 2” yazısı olan saxta ştampın əksini vuraraq “075334” nömrəli həmin “mədaxil qəbzi”ni Şahid9 göndərməklə, həmçinin istintaqa məlum olmayan mənbədən əldə etdiyi saxta olan “073040” nömrəli “mədaxil qəbzi”nə 02 fevral 2022-ci il tarixdə Cəmiyyətlə aralarında diller müqaviləsi mövcud olan X7 tərəfindən 22400,0 manat pul vəsaitinin Cəmiyyətin xəzinəsinə ödənilməsi barədə bilə-bilə yalan məlumatlar daxil edib həmin qəbzin üzərinə istintaqa məlum olmayan mənbədən əldə etdiyi üzərində “İNTEQRAL beyond compare XƏZİNƏ 2” yazısı olan saxta ştampın əksini vuraraq həmin qəbzi 03 noyabr 2022-ci il tarixdə təqdim etməklə bilə-bilə istintaqa məlum olmayan mənbədən əldə etdiyi saxta sənədlərdən istifadə etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2004-cü ilin sentyabr ayından Zərərçəkmiş şəxs QSC-də ekspeditor işləmiş, 18 il müddətində heç bir nöqsanı olmamışdır. 2022-ci ilin mart ayında yol qəzası keçirmiş, bununla bağlı müalicə almışdır, müalicəsinə şirkət heç bir yardım göstərməmişdir. Onun fəaliyyəti yoxlaınıldı, auditora izahatını vermiş, lakin yoxlamada, yəni malları verdiyi mağazalara auditorla birlikdə üzləşdirmə aparılması üçün getməmişdir, mağazalara onunla işləməyə şirkət bildirmiş və 10 dilerdə malların çatışmamazlığı aşkar edilmiş, bu səbəbə görə ona cinayət işi başlanmış və o həbs edilmişdir. Həbsdə olduğu zaman onun razılığı olmadan qohumları şirkətə ziyan kimi müəyyən edilən 100141,77 manat pulu ödəmişlər, bundan sonra onu həbsdən azad etmişlər, buna baxmayaraq barəsində olan işi məhkəməyə göndərmişlər. Dilerlərlə muqaviləni şirkət özü bağlayıb, o heç bir saxtakarlıq etməmiş və saxta stampla qəbzləri təsdiq etməmişdir. Onun şirkətə aid mobil telefonu və planşeti olmuş, planşetlə sifarişləri və malların dövriyyəsini qeyd edirdi. Əksər hallarda mağazalar mal aldığı gün pulu ödəmiş, lakin müəyyən vaxtlarda mallar nisyə verilirdi, bu da mağazada nağd pulun olmaması ilə bağlı olmuşdur. Mağazalar nağd pul ödəyəndə qəbz yazılırdı, qəbzlə verilən malın saylı, çeşidi və ödənilən məbləğ qeyd edilirdi. Əvvələr bir-iki aydan bir audit yoxlamalar keçirilirdi, lakin onun işində heç bir nöqsan aşkar edilmirdi, bütün dilerlərlə ştirkət müqavilə bağlayır, müqavilələr şirkətin möhürü ilə təsdiq edilirdi. Həmin müqavilələrdə olan imzalar ona məxsus olmamışdır. Bəzi hallarda müdiriyyətin icazəsi ilə müqavilə olmadan malların satışı həyata keçirilirdi, sonradan müqavilə tərtib olunurdu, həmin müqavilələri o yazırdı, lakin imza onun deyil. başqa şəxsin imazı olmuşdur. Kim imzalayıb xəbəri yoxdur. Üzləşdirmə aktları ilə tanışdı, bütün malları dilerlərə təqdim edib, malları mənimsəməyibdir. Sadəcə nisyə mal alan mağazalar pulu bir ay müddətində ödəməli idi, o da pulları aldığı gün şirkətin kassasına ödəməliydi. Bəzən onun məsul olduğu mağazalarda başqa ekspeditor. Bəzə isə şirkətin operatoru müqavilə bağlayıb mal verirdilər. Auditin rəyi ilə razı deyildir, onun audit rəyində göstərilən məbləğdə kəsiri ola bilməz, daha azdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Auditorlar Palatasının üzvü – sərbəst auditor Şahid1 ifadəsində göstərmişdir ki, təqsirləndiridlən şəxs Təqsirləndirilən şəxs auditlə bağlı tvnıyır, Onunla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. O, «Xəzər Asndit» adlı auditor şirkətinin əməkdaşı olmaqla Zərərçəkmiş şəxs QSC-nin onun işlədiyi şirkətlə bağladığı müqavilə əsasında bu QSC-də aidit keçirmiş, aidit yalnız Təqsirləndirilən şəxs deyil, demək olar ki, bir çox ekspeditorların fəaliyyətinə aid olmuşdur, audit zamanı Təqsirləndirilən şəxs 1001141, 72 manat məbləğində kəsir müəyyən edilmişdir, bu kəsir Təqsirləndirilən şəxs işlədiyi 10 mağazada müəyyən edidlmişdir. Audit ilk olaraq maliyyə sənədləri yoxlanılması ilə başlanılmış, təkcə Təqsirləndirilən şəxs fəaliyyətinə aid 473 maliyyə sənədləri yoxlanılmış, Təqsirləndirilən şəxs izahatı alınmış, onun ayrı-ayrı yer və rayonlarda işlədiyi 10 dilerdə üzləşdirmə aparılaraq göstərilən kəsir müəyyən edildi. Dəvət edilməsinə baxmayaraq Təqsirləndirilən şəxs üzləşdrilmələrdə iştirak etməmiş, delerlər isə aldığı malların pulunu Təqsirləndirilən şəxs ödəmələrini bildirmişlər. Aiditlə müəyyən edlmişdir ki, şirkətə diler tərəfindən ödənilmiş bank vasitəsilə deyil ekspeditorlara nağd ödəməklə həyata keçirilir, bu da kəsirlərin yaranmasına səbəb olur. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, təqsirləndiridlən şəxs Təqsirləndirilən şəxs tanıyır. Sonuncu onun hüquq şöbəsinin müdiri olduğu Zərərçəkmiş şəxs QSC-də ekspeditor işləyirdi. Təqsirləndirilən şəxs işlədiyi vəzifədə tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı törətmiş, həmçinin saxta sənədlərdən istifadə etməklə ona etibar edilmiş 100 141.72 manat dəyərində QSC-nin ona etibar edilmiş mal-materialını mənimsəmişdir. Belə ki, Təqsirləndirilən şəxs QSC ilə maddi –məsuliyyət haqqında müqavilə bağlamasına baxmayaraq ona etibar edilmiş elektron avadanlıqlar və məişət texnikasını dilerlər olan verdiyi 10 mağazaya görə əldə etdiyi pul vəsaitlərini mənimsəmişdir. QSC-yə isə saxta sənədlər təqdim edərək etdiyi cinayəti ört-basdır etmişdir. Lakin QSC-də onun etdiyi hərəkətlər aşkar olunmuş və audit təyin edilməklə yol verdiyi nöqsanlar aşkar olunmuşdur. Təqsirləndirilən şəxs qohumları QSG-yə vurulmuş ziyanı tam ödəmişdir, cəsiyyətin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi menecer işlədiyi Zərərçəkmiş şəxs QSC-nin ekspeditoru kimi tanımsışdır. Onun vəzifəsi malların sifarişinin həyata keçirilməsindən, malların ekspeditorlar arasında bölünməsindən və müştərilərlə müqavilələrin bağlanılmasını həyata keçirməkdən ibarət olmuşdur. Cəmiyyətin məhsulu mobil telefon və digər elektronika avadanlıqları olmuşdur. 2022-ci ilin yanvar ayının əvvəllərində bir ekspeditorun fəaliyyətində çatışmamazlıq aşkar edildiyi üçün digər ekspeditorların da fəailiyyətlərinin yoxlanılmasına başlanılmışdır. Bu yoxlamanı cəmiyyətin daxili auditləri həyata keçirmişdir. Digər ekspeditorlar kimi Təqsirləndirilən şəxs də fəaliyyəti yoxlanılmış, onun dislokasiyasında olmuş 10-a yaxın mağaza ilə üzləşdirilmələr aparılmış və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs həmin 10 mağazaya satdığı mallara görə 100.141, 72 manat çatışmamazlıq aşkar edilmişdir. Həmin pul vəsaiti Təqsirləndirilən şəxs tələb olunsa da sonuncu bu məbləği ödəməkdən imtina etmiş, sonradan isə ümumiyyətlə işə çıxmamış və cəmiyyətin rəhbərliyinin dəvətlərinə məhəl qoymamışdır. Həmçinin müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs Şahid9 adlı mağaza sahibinin xəbəri olmadan onun adından saxta müqavilə tərtib edərək guya həmin şəxsin mağazasına mal satıldığını göstərərək həmin malları qeydiyyatsız olaraq başqa şəxslərə satmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs QSC-də xəzinədar vəzifəsində işləyən Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs QSC-nin ekspeditoru kimi tanımış, onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. Vəzifəsi Cəmiyyətin xəzinəsinə daxil olan pul vəsaitlərini xəzinəyə mədaxil etməkdən və xəzinədəki pul vəsaitlərini müvafiq sənədlər əsasında xəzinədən məxaric etməkdən ibarət olmuşdur. Cəmiyyət rəqəmsal texnikanın satışı ilə məşğul olmuşdur. Dillerlərlə bağlanmış müqaviləyə əsasən ekspeditorlar vasitəsi ilə həmin dillerlərə mallar çatdırılmış, eləcə də həmin dillerlərin vasitəsi ilə onların hər birinə ayrı-ayrılıqda təhkim olunmuş dillerlərin mağazalarından pulların yığılması və kassaya mədaxil edilməsi təmin edilmişdir. Bütün ekspeditorlar cəmiyyətlə tam maddi məsuliyyət haqqında müqavilələr bağlamış və onlara anbardan təhvil verilmiş mallara görə tam maddi məsuliyyət daşımışlar. Ekspeditorlar dillerlərə təqdim etdiyi mala görə kassa çekini iki nüsxədə əldə edir, nüsxənin biri dillerdə qalır, biri isə ekspeditor tərəfindən xəzinədarlığa, yəni kassaya təqdim olunurdu. Cəmiyyətin anbarından götürdükləri mallara görə ekspeditorlar tərəfindən ödəniş edilərkən, o, onların ümumilikdə Cəmiyyətin anbarından hansı məbləğdə mal götürdüklərini görə bilimədiyini, həmçinin nağdsız qaydada satış isə elektron vergi-hesab fakturası tərtib olunmaqla, həmin fakturaya əsasən dillerlər ödənişi Cəmiyyətin bankda olan hesabına ödəmiş, ödənilən məbləğlərin isə Cəmiyyətin sistemində ekspeditorların anbardan götürdüyü mallara görə hesablarından çıxılırdı. Təqsirləndirilən şəxs digər ekspeditorlar kimi anbardan qəbul etdiyi malların satışından əladə etdiyi pul vəsaitlərinin ödənişlərini dillerlərdən qəbul etdikdən sonra nağd qayda da xəzinəyə ödəmiş, sonuncu nağd şəkildə Cəmiyyətə ödədiyi pul vəsaitlərini o, xəzinəyə mədaxil edib rəsmiləşdirmiş, yəni ki, ödənilən pula dair hər zaman mədaxil qəbz tərtib edilməklə, həmin qəbzi o, və sonuncu imzalamışlar. Təqsirləndirilən şəxs öhdəliyində yaranmış çatışmazlıqla bağlı göstərir ki, təxminən 2021-ci ilin dekabr ayının sonlarında və 2022-ci ilin yanvar ayının əvvəllərində Cəmiyyətin Gəncə regionunda fəaliyyət göstərən ekspeditorların birinin fəaliyyətində çatışmazlıqlar aşkar edilmiş və bu səbəbdən Cəmiyyət rəhbərliyinin göstərişinə əsasən digər ekspeditorlarında fəaliyyəti yoxlanılmağa başlanmış, Cəmiyyət rəhbərliyinin göstərişinə əsasən 2022-ci ilin aprel ayının sonlarında Cəmiyyətin daxili auditləri tərəfindən rəqəmsal texnikanın topdan satışı ilə işləyən ekspeditor Təqsirləndirilən şəxs fəaliyyəti yoxlanılmış və dislokasiyasına aid olan Bakı şəhəri ərazisində fəaliyyət göstərən ticarət subyektləri və dillerlərin bir neçəsində çatışmazlıqlar aşkar olunmuşdur. Auditlə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ticarət əlaqəsi qurduğu 10 dillerə satdığı malların dəyəri olan 100141.72 manat pul vəsaitini mənimsəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs QSC-də baş anbardar vəzifəsində işləyən Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs cəmiyyətin ekspeditoru kimi tanımış, onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. Baş anbardar kimi vəzifəsi Cəmiyyətin anbarına məhsulları qəbul edib, onun uçotunu aparmaq, bununla yanaşı anbardan məhsulların verilməsini həyata keçirməkdən ibarət olmuşdur. Cəmiyyətin fəaliyyəti məişət əşyalarının, o cümlədən elektronika avadanlıqlarının, yəni kompyüter, mobil telefonlar, planşetlər və onların aksesuarlarının topdan satışını həyata keçirməkdən ibarət olmuş, həmin satış müqavilə bağlandığı dillerlərə ekspeditorlar tərəfindən məhsulların çatdırnılması vasitəsi ilə həyata keçirilmişdir. Cəmiyyətin sabiq ekspeditoru Təqsirləndirilən şəxs Cəmiyyətin anbarından qaimə əsasında malları təhvil alır, ödənişi isə xəzinədarlığa keçirirdi. Onun vəzifəsi vaxtlı-vaxtında Təqsirləndirilən şəxslə işləyən sürücülərin yük maşınlarına qayimə əsasında malların təhvil verilməsindən ibarət olmuşdur. Təqsirləndirilən şəxs malları vaxtında və düzgün olaraq çatdırması, təqdim etdiyi mallara görə pulun alınmasına nəzarəti o həyata keçirmir, bu səlahiyyət ona aid olmamışdır. Sonradan bilmişdir ki, 2022-ci ilin may ayı ərzində Təqsirləndirilən şəxs ticarət əlaqəsi qurduğu 10 müştəriyə çatdırdığı ümumillikdə 100141.72 manat məbləğində mala görə pul vəsaitini Cəmiyyətin xəzinəsinə ödəməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs QSC-də sürücüekspeditor vəzifəsində işləyən Şahid7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs QSC-də sürücü-ekspeditor işlədiyi dövrdən tanımış, Təqsirləndirilən şəxs ekspeditor kimi müqavilə bağladığı dillerlərin mallarını anbardan təhvil alaraq təyinatı üzrə idarə etdiyi maşınla çatdırmışdır. Bəzi hallarda çeklər əsasında dillerlər tərəfindən aparıldığı ödəniş məbləğlərini xəzinədarlığa o, ödəmiş, onun ödənişlərlə bağlı heç bir problem olmamışdır. Təxminən 2022-ci ilin yanvar ayının əvvəllərində Cəmiyyətin Gəncə regionunda fəaliyyət göstərən ekspeditorların birinin fəaliyyətində çatışmazlıqlar aşkar edilmiş və bu səbəbdən Cəmiyyət rəhbərliyinin göstərişinə əsasən digər ekspeditorlarında fəaliyyəti yoxlanılmağa bağlanıldığını bildirmişdir. Həmçinin qeyd olunan dövrdə Cəmiyyətə yeni satış müdiri olaraq Şahid2 təyin edildiyini, sonuncu işə yeni təyin edildikdən sonra isə Cəmiyyətdə fəaliyyət göstərən hər-bir ekspeditorun fəaliyyətinin yoxlanılmasında şəxsən iştirak etdiyini və sözü gedən yoxlamalar çox ciddi şəkildə aparıldığını qeyd etmişdir. Xatırladığı qədəri ilə təxminən 2022-ci ilin aprel ayının sonlarında Cəmiyyət tərəfindən onun və Təqsirləndirilən şəxs ticarət əlaqəsində olduqları dillerlər üzrə yoxlamalar aparılmış və nəticədə, ticarət əlaqəsində olduqları ümumillikdə 10 diller üzrə külli miqdarda çatışmazlıqlar aşkar edilmişdir. Həmin vaxt qeyd olunan diler üzrə mal və pul borcunun qalığına dair üzləşmələr keçirilmiş və ümumillikdə 100.141.72 manat çatışmazlıq aşkar edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs QSC-də sürücüekspeditor vəzifəsində işləyən Şahid8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs QSC-də sürücü-ekspeditor işlədiyi dövrdən tanımış, Təqsirləndirilən şəxs ekspeditor kimi müqavilə bağladığı dillerlərin mallarını anbardan təhvil alaraq təyinatı üzrə idarə etdiyi maşınla çatdırmışdır. Bəzi hallarda çeklər əsasında dillerlər tərəfindən aparıldığı ödəniş məbləğlərini xəzinədarlığa o, ödəmiş, onun ödənişlərlə bağlı heç bir problem olmamışdır. Təxminən 2022-ci ilin yanvar ayının əvvəllərində Cəmiyyətin Gəncə regionunda fəaliyyət göstərən ekspeditorların birinin fəaliyyətində çatışmazlıqlar aşkar edilmiş və bu səbəbdən Cəmiyyət rəhbərliyinin göstərişinə əsasən digər ekspeditorlarında fəaliyyəti yoxlanılmağa bağlanıldığını bildirmişdir. Həmçinin qeyd olunan dövrdə Cəmiyyətə yeni satış müdiri olaraq Şahid2 təyin edildiyini, sonuncu işə yeni təyin edildikdən sonra isə Cəmiyyətdə fəaliyyət göstərən hər-bir ekspeditorun fəaliyyətinin yoxlanılmasında şəxsən iştirak etdiyini və sözü gedən yoxlamalar çox ciddi şəkildə aparıldığını qeyd etmişdir. Xatırladığı qədəri ilə təxminən 2022-ci ilin aprel ayının sonlarında Cəmiyyət tərəfindən onun və Təqsirləndirilən şəxs ticarət əlaqəsində olduqları dillerlər üzrə yoxlamalar aparılmış və nəticədə, ticarət əlaqəsində olduqları ümumillikdə 10 diller üzrə külli miqdarda çatışmazlıqlar aşkar edilmişdir. Həmin vaxt qeyd olunan diler üzrə mal və pul borcunun qalığına dair üzləşmələr keçirilmiş və ümumillikdə 100.141.72 manat çatışmazlıq aşkar edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs QSC-də rəqəmsal texnikanın topdan satış şöbəsinin rəhbəri Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, onunla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs onun işlədiyi Zərərçəkmiş şəxs QSC-də ekspeditor vəzifəsində 20 ilə yaxın işləmiş, onunla bağlı bu hadisəyə qədər heç bir narazılıq olmamışdır. Belə ki, tamam başqa ekspeditorun işindəki nöqsanlarla bağlı şirkətin bütün ekspeditorların fəaliyyəti yoxlanılmış, həmin yoxlama zamanı Təqsirləndirilən şəxs təqdim edilmiş məhsullardan 100141.72 manat kəsir aşkar edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əlaqəsi olan Şahid9 saxta sənədlər əsasında mallar göstərilmiş, hətta saxta ödəniş qəbzi iə, guya Şahid9 şirkətə ödəniş edilməsi göstərilmişdir. O, yalnız mobil telefonlara məsuliyyət daşıyır, həmin şöbənin rəhbəridir. Təqsirləndirilən şəxs digər avadanlıqlarla yanaşı şirkətin anbarı vasitəsilə telefonlar da verilmişdir. Təqsirləndirilən şəxs barəsində keçirilmiş daxili auditdə iştirak etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs QSC-nin daxili auditoru Şahid10 ifadəsində göstərmişdir ki, bu QSC-də 2009-cu ildən auditor vəzifəsində çalışır. Təqsirləndirilən şəxs tanıyır, onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. Cəmiyyətdə rəqəmsal texnikanın topdan satış şöbəsində ekspeditor işləmiş Təqsirləndirilən şəxs ona təhkim edilmiş nəqliyyat vasitə və sürücü vasitəsilə şirkətlə müqavilə bağlamış dilerlərin sifarişi əsasında şirkətin anbarından məhsulu qaimə ilə qəbul edərək dilerlərə çatdırır, onlardan qəbzlə məhsulun dəyərini qəbul edir və şirkətin kassasına ödənişi həyata keçirir. Bütün bu ödənişlər şirkətin elektron sistemində öz əksini tapır. Başqa bir ekspeditorun fəaliyyətində nöqsanlar baş verdiyi üçün rəhbərliyin göstərişi ilə şirkətin auditor xidməti bütün ekspeditorların fəaliyyətini yoxlamışdır. Bir çox ekspeditorun ödənişlərdə kəsirlər müəyyən edilmişdir. Həmin ekspeditorlardan biri də Təqsirləndirilən şəxs olmuşdur. Təqsirləndirilən şəxs təqdim edilmiş məhsullardan 100141.72 manat kəsir aşkar edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əlaqəsi olan Şahid9 saxta sənədlər əsasında mallar göstərilmiş, hətta saxta ödəniş qəbzi iə, guya Şahid9 şirkətə ödəniş edilməsi göstərilmiş, hansı ki, faktiki ödəniş olmamışdır. Audit zamanı Təqsirləndirilən şəxs əlaqələri olan 10 və yaxud 11 dilerlərlə görüşmüş, müəyyən edilmişdir ki, sonuncuların Təqsirləndirilən şəxs ödədikləri ümumi məbləğ təşkil edən 100141.72 manat pulu şirkətin kassasına ödəməmişdir. Hal-hazırda həmin məbləğ Təqsirləndirilən şəxs qohumları tərəfindən şirkətə tam olaraq ödənilmişdir. Bu məsələ ilə bağlı Təqsirləndirilən şəxs çağırıb söhbət etmiş, ondan hər hansı bir probleminin olduğunu soruşmuş, sonuncu cavab vermişdir ki, heç bir problemi yoxdur, araşdıra bilərlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs QSC-də məaliyyə şöbəsinin rəhbəri Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. O, həmin cəmiyyətdə xx.xx.2015-ci il tarixdən maliyyə şöbəsinin rəhbəri vəzifəsində işləyir, həmin dövrdən də şirkətdə ekspeditor işləyən Təqsirləndirilən şəxs tanıyır. Cəmiyyətin fəaliyyəti iri və xırda məişət əşyalarının, o cümlədən elektronika avadanlıqlarının, yəni kompyüter, mobil telefonlar, planşetlər və onların aksesuarlarının topdan satışını həyata keçirməkdən ibarətdir. Cəmiyyətin hüquqi və faktiki ünvanının ünvan 2 rəhbərliyi tərəfindən işə qəbul olunan əməkdaşlarla müvafiq əmək müqavilələri, ekspeditorlarla isə əlavə olaraq tam maddi məsuliyyət haqqında müqavilə də bağlanmışdır. Ona görə də, ekspeditorlar satış üçün götürdükləri məhsullar üzrə tam məsul cavabdeh şəxsdirlər. Ekspeditorlar dillerlərə satış üçün təhvil veridikləri malların müqabilində pul vəsaitlərini dillerlərdən qəbul etdikləri zaman, həmin pul vəsaitinin qəbuluna dair istifadələrində olan terminal vasitəsi ilə müvafiq çek çap edərək həmin çeki imzalayıb bir nüsxəsini pul vəsaiti ödəyən dillerə verərək bir nüsxəsini özlərində saxlayıb, sonradan həmin çekləri xəzinəyə təhvil verirlər. Bu ödənişlər Cəmiyyətin elektron sistemində əks olunur. Təxminən 2022-ci ilin yanvar ayının əvvəllərində Cəmiyyətin regionda fəaliyyət göstərən ekspeditorların birinin fəaliyyətində çatışmazlıqlar aşkar edilmiş və bu səbəbdən Cəmiyyət rəhbərliyinin göstərişinə əsasən digər ekspeditorlarında fəaliyyəti yoxlanılmağa başlanmışdır. Bundan əlavə həmin vaxt Cəmiyyət rəhbərliyinin göstərişinə əsasən 2022-ci ilin aprel ayı ərzində Cəmiyyətin daxili auditləri tərəfindən rəqəmsal texnikanın satışı ilə işləyən ekspeditorların fəaliyyəti yoxlanılmış, eləcə də, həmin vaxt Cəmiyyətdə rəqəmsal texnikanın topdan satışı ilə işləyən ekspeditor Təqsirləndirilən şəxs fəaliyyəti yoxlanaraqsonuncunun dislokasiyasına aid olan dillerlərdə mal və pul qalığının təftişi keçirilmişdır. Təqsirləndirilən şəxs fəaliyyəti yoxlanılan zaman onun ticarət əlaqəsində olduğu bir neçə diller üzrə çatışmazlıqlar aşkar olunmuşdur. Bununla da, keçirilmiş yoxlama və təftiş nəticəsində sonuncunun ticarət əlaqəsində olduğu 10 diller üzrə öhdəliyində ümumillikdə 100141.72 manat çatışmazlığın olduğu aşkar edilmişdir. Həmin dövrdə Cəmiyyət rəhbərliyi tərəfindən Elnurun öhdəsində yaranmış çatışmazlıq ondan tələb edilsə də, sonuncu müəyyən bəhanələr gətirərək qeyd olunan çatışmazlığın ona aid olmadığını bildirərək öhdəsində yaranmış çatışmazlıq kimi olan ümumillikdə 100141.72 manat pul vəsaitini Cəmiyyətə ödəməmiş və sonradan müəyyən bəhanələrlə çatışmazlığı Cəmiyyətə ödəməkdən yayınmış, daha sonra isə ümumiyyətlə işə çıxmamışdır. İbtidai istintaq zamanıhəmin borcu onun qohumları şirkətə tam olaraq ödəmişlər. Həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ticarət əlaqəsi olduğunu qeyd etdiyi və bir neçə müddətdir ki, adına ticarət olunduğu süni şəkildə göstərdiyi Şahid9 ilə sonuncunun hərhansı ticarət əlaqəsi olmamış və onların tanışlıq münasibətləri olsa da, Elnur həmin şəxsin xəbəri olmadan adından diller müqaviləsini özü dolduraraq, həmçinin üzləşmə aktlarını təsdiqlədərək həmin şəxsin adına mal satıldığını və həmin şəxsin adından, eləcədə guya nümayəndələrindən qəbzlə pul ödənildiyini süni şəkildə göstərərək Şahid9 adı ilə Cəmiyyətdən satış məqsədilə çıxan həmin malları Cəmiyyətə məlum olmayan digər ticarət subyektlərinə satmış və əldə olunan pul vəsaitlərini Cəmiyyətin xəzinəsinə ödəməyərək mənimsəmişdir. Bununla da, Təqsirləndirilən şəxs fəaliyyətinin yoxlaması zamanı öhdəliyində aşkar edilmiş çatışmazlıq olan ümumillikdə 100141.72 manat pul vəsaitinin 44.393,89 manatı, Elnur tərəfindən süni göstərilmiş və əslində mövcud olmayan diller Şahid9 üzrə yaranmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs QSC-nin telefon məhsulları üzrə satış şöbəsinin müdiri işləmiş Şahid13 ifadəsində göstərmişdir ki, o, bu vəzifədə şirkətdə 2017-ci ilə qədər işləmiş, həmin ildən başqa işə keçmişdir. Bu hadisələr isə 2019-cu ildə baş vermişdir. Bu səbəbdən onun baş vermiş hadisələrdən məlumatı olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs QSC-nin auditoru X12 ifadəsində göstərmişdir ki, bu QSC-də 2009-cu ildən auditor vəzifəsində çalışır. Təqsirləndirilən şəxs tanıyır, onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. Cəmiyyətdə rəqəmsal texnikanın topdan satış şöbəsində ekspeditor işləmiş Təqsirləndirilən şəxs ona təhkim edilmiş nəqliyyat vasitə və sürücü vasitəsilə şirkətlə müqavilə bağlamış dilerlərin sifarişi əsasında şirkətin anbarından məhsulu qaimə ilə qəbul edərək dilerlərə çatdırır, onlardan qəbzlə məhsulun dəyərini qəbul edir və şirkətin kassasına ödənişi həyata keçirir. Bütün bu ödənişlər şirkətin elektron sistemində öz əksini tapır. Başqa bir ekspeditorun fəaliyyətində nöqsanlar baş verdiyi üçün rəhbərliyin göstərişi ilə şirkətin auditor xidməti bütün ekspeditorların fəaliyyətini yoxlamışdır. Bir çox ekspeditorun ödənişlərdə kəsirlər müəyyən edilmişdir. Həmin ekspeditorlardan biri də Təqsirləndirilən şəxs olmuşdur. Təqsirləndirilən şəxs təqdim edilmiş məhsullardan 100141.72 manat kəsir aşkar edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əlaqəsi olan Şahid9 saxta sənədlər əsasında mallar göstərilmiş, hətta saxta ödəniş qəbzi iə, guya Şahid9 şirkətə ödəniş edilməsi göstərilmiş, hansı ki, faktiki ödəniş olmamışdır. Audit zamanı Təqsirləndirilən şəxs əlaqələri olan 10 və yaxud 11 dilerlərlə görüşmüş, müəyyən edilmişdir ki, sonuncuların Təqsirləndirilən şəxs ödədikləri ümumi məbləğ təşkil edən 100141.72 manat pulu şirkətin kassasına ödəməmişdir. Hal-hazırda həmin məbləğ Təqsirləndirilən şəxs qohumları tərəfindən şirkətə tam olaraq ödənilmişdir. Bu məsələ ilə bağlı Təqsirləndirilən şəxs çağırıb söhbət etmiş, ondan hər hansı bir probleminin olduğunu soruşmuş, sonuncu cavab vermişdir ki, heç bir problemi yoxdur, araşdıra bilərlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, onunla əvvəllər birlikdə hərbi xidmətdə olmuş və həmin vaxtdan onların münasibətləri yaranmışdır. Təqsirləndirilən şəxs hərbi xidmətdən təxris olunduqdan sonra onun Zərərçəkmiş şəxs QSC-də ekspeditor işləməsindən xəbəri olmuşdur. Təxminən 15 il bundan öncə o, həmin cəmiyyətin ofisindən Elnurun məsləhəti və iştirakı ilə özünə “Samsung” markalı “Duos” modelli bir ədəd mobil telefon əldə etmişdir. Həmin telefonu alan zaman şəxsiyyət vəsiqəsinin surətini təqdim etmişdir. O, 2005-ci il tarixdən Azərbaycan Respublikası Mina Təmizlama Agentliyində “ANAMA”-da müxtəlif vəzifələrdə işləmiş, 2021-ci ilin aprel ayında isə Agnetlikdə təlim və metodoloji təminat şöbəsinin müdiri vəzifəsində işləyir. Elnurun işlədiyi Zərərçəkmiş şəxs QSC ilə heç bir ticari əlaqələri olmamış, onun şəxsi mağazası yoxdur, həmin Cəmiyyətdən hər hansı bir məhsul almamışdır. 2022-ci ilin mart ayında onun qeydiyyatda olduğu ünvana bu Cəmiyyət tərəfindən məktub gəlmiş və məktubda göstərilmişdir ki, onun Zərərçəkmiş şəxs QSC-dən əldə etdiyi məhsullara görə 44.000 manat borcu vardır. O, Elnurun həmin Cəmiyyətdə işlədiyini bildiyindən həmin vaxt dərhal sonuncuya zəng etmiş və həmin Cəmiyyətdən onun ünvanına borcun olması barədə məktubun gəldiyini demişdir. Elnur bunun ola bilsin anlaşılmazlıq olduğunu və qısa müddət ərzində bu məsələni aydınlaşdırıb ona məlumat verəcəyini bildirmişdir. Bundan 2 gün sonra Elnur ona məsələni həll etdiyini və həmin pulu Cəmiyyətə ödədiyini bildirmiş və onun ünvanına taksi vasitəsi ilə həmin borcun Cəmiyyətə ödədiyinə dair qəbzi göndərmiş və təkrar olaraq məsələni həll etdiyini və narahat olmamağını bildirmişdir. Artıq ibtidai istintaq orqanına dəvət olunduqda bilmişdir ki, onun adına məhsulların satılması rəsmiləşdirilmiş, bununla bağlı saxta müqavilələr bağlanılmışdır. Həmin cəmiyyətdə onun tək tanıdığı Təqsirləndirilən şəxs olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid16 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs QSC-nin ekspeditoru kimi tanıyır, onunla heç bir ədavəti və ya düşmənçiliyi yoxdur. Belə ki, onun Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Bakcell” mağazası olmuşdur. Həmin mağazaya Zərərçəkmiş şəxs QSC-nin ekspeditoru kimi tanıdığı Təqsirləndirilən şəxs mobil smartfon telefonlarını və onların aksesuarlarını diler müqaviləsinə əsasən satış üçün nisyə təqdim etmiş, həmin məhsulları satdıqdan sonra pulları birbaşa Təqsirləndirilən şəxs ödəmişdir. Diler müqaviləsini isə Zərərçəkmiş şəxs QSC ilə bağlamışdır. Elə bir hal olmamışdır ki, onun aldığı məhsula görə borcu qalmış olsun. xx.xx.2022-ci tarixdə Zərərçəkmiş şəxs QSC-nin əməkdaşları və auditorlar onun iş yerinə gələrək üzləşdirmə keçirərək bildirmişlər ki, onun Cəmiyyətə 797.46 manat pul borcu vardır. O isə Elnurdan aldığı mallara görə pullarını tam ödədiyini bildirmiş və bundan sonra iş yerində tərtib olunmuş üzləşmə aktını imzalamışdır. Təqsirləndirilən şəxs ona ödədiyi malın pulunu Cəmiyyətə təhvil verməməsinin səbəbini o bilmir. Məhkəmə iclasında şiahid qismində dindirilmiş Şahid15 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs QSC-nin ekspeditoru kimi tanıyır, onunla heç bir ədavəti və ya düşmənçiliyi yoxdur. Onun Bakı şəhəri Zabrat qəsəbəsində yerləşən “Zabrat” telekom mağazası olmuşdur. Həmin mağazaya Zərərçəkmiş şəxs QSC ilə bağladığı diler müqaviləsinə əsasən Təqsirləndirilən şəxs tərəfindən müxtəlif markalı smartfon telefonlar və aksesuarları təqdim edilmişdir. Həmin malları bəzi hallarda nağd şəkildə ödənişini həyata keçirmiş, bəzi hallarda isə malları satdıqdan sonra ödənişini birbaşa Təqsirləndirilən şəxs şəxsən özünə həyata keçirmişdir. Onun Təqsirləndirilən şəxs sonuncunun gətirdiyi mallara görə borcu qalmamışdır. xx.xx.2022-ci tarixdə Zərərçəkmiş şəxs QSC-nin əməkdaşları və auditorları ona məxsus “Zabrat” telekom mağazasına gəlib bildirmişlər ki, Elnurun ticarət əlaqəsi olduğu dillerlərlə pul borcunun və mal qalığının olub-olmamasını araşdırılır. O da həmin şəxslərə şərait yaratmış və həmin vaxt yoxlayıcılar özlərində olan sənədləri göstərib bildirmişlər ki, Elnurun öhdəliyində olan qalığına əsasən ona məxsus mağazanın Cəmiyyətə 746.44 manat pul borcu vardır. O isə Elnurdan aldığı mallara görə mağazanın heç bir borcunun olmadığını, 746.04 manat pul vəsaitinin sonuncuya tam ödənildiyini bildirmişdir. Bundan sonra mağazada üzləşmə aktı tərtib olunaraq tərəflərindən imzalanmışdır. Aktda 746.04 manat pul vəsaitinin Elnura ödənildiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs ondan aldığı pulları Cəmiyyyətə ödəməməsinin səbəbini bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs QSC-nin daxili auditoru Şahid11 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. Cəmiyyətdə rəqəmsal texnikanın topdan satış şöbəsində ekspeditor işləmiş Təqsirləndirilən şəxs ona təhkim edilmiş nəqliyyat vasitə və sürücü vasitəsilə şirkətlə müqavilə bağlamış dilerlərin sifarişi əsasında şirkətin anbarından məhsulu qaimə ilə qəbul edərək dilerlərə çatdırır, onlardan qəbzlə məhsulun dəyərini qəbul edir və şirkətin kassasına ödənişi həyata keçirir. Bütün bu ödənişlər şirkətin elektron sistemində öz əksini tapır. Başqa bir ekspeditorun fəaliyyətində nöqsanlar baş verdiyi üçün rəhbərliyin göstərişi ilə şirkətin auditor xidməti bütün ekspeditorların fəaliyyətini yoxlamışdır. Bir çox ekspeditorun ödənişlərdə kəsirlər müəyyən edilmişdir. Həmin ekspeditorlardan biri də Təqsirləndirilən şəxs olmuşdur. Təqsirləndirilən şəxs təqdim edilmiş məhsullardan 100141.72 manat kəsir aşkar edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əlaqəsi olan Şahid9 saxta sənədlər əsasında mallar göstərilmiş, hətta saxta ödəniş qəbzi ilə, guya Şahid9 şirkətə ödəniş edilməsi göstərilmiş, hansı ki, faktiki ödəniş olmamışdır. Bu məsələ ilə bağlı Təqsirləndirilən şəxslə görüşərək aydınlıq gətirməsini istəmişlər. Lakin Təqsirləndirilən şəxs bildirmişdir ki, onun heç bir kəsri yoxdur, araşdırma aparılmasına etirazı yoxdur. Bundan sonra audit keçirilmiş və Təqsirləndirilən şəxs işlədiyi 10 və yaxud 11 dilerlərlərin obyektlərinə gedilərək üzləşdirmələr aparılmış, müvafiq üzləşdirmə aktları tərtib edilmiş, hansı ki, həmin aktlarla müəyyən olunur ki, dilerlər Təqsirləndirilən şəxs aldıqları məhsula görə pullarını tam ödəmiş, lakin Təqsirləndirilən şəxs dilerlərdən aldığı və ümumi məbləğ təşkil edən 100141.72 manat pulu şirkətin kassasına ödəməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid14 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Beləki Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs QSC-nin satış təmsilçisi olmaqla onun 2019-cu ilin sentyabr ayından "xxxx" MMC-də baş mühasib vəzifəsində işlədiyini şirkətə mobil telefon aparatlarını və aksessuarlarını satmışdır.Gətirdiyi mallara görə ödənişi nəğd şəkildə Təqsirləndirilən şəxs və ya Zərərçəkmiş şəxs QSC-nin bank hesabına pul köçürməklə ödəniş etmişlər. Hər ayın sonu Təqsirləndirilən şəxslə ödənişlə bağlı üzləşdirmə keçirilmiş, ayın axırına 200-300 manat borcları olsada növbəti ayda həmin borcu bağlayırdılar. Axırıncı ödənişi Təqsirləndirilən şəxs 2022-ci ilin may ayının 12-13-də edərək borcu tamam bağlamışlar. Elə hallar olmuşdur ki, Elnurun satışa təqdim etdiyi telefon nasaz olduqda həmin telefonu özünə sənədləşdirilməklə qaytarırdılar. Təqsirləndirilən şəxs ödənişi nəğd etdikdə isə qəbz tərtib edilməklə Təqsirləndirilən şəxs qol çəkdirirdilər. xx.xx.2022-ci tarixdə Zərərçəkmiş şəxs QSC-nin əməkdaşları və auditor onun baş mühasib işlədiyi “TEXNOPLUS” elektronika mağazasına gəlib bildirmişlər ki, Elnurun onların mağazasına verdikləri mala görə 19166.0 manat pul borcu yaranmışdır. Bundan sonra ödəniş sənədlərini onlara təqdim edərək sübut etmişlər ki, mağazanın Təqsirləndirilən şəxs heç bir borcu yoxdur. Şahid14 verdiyi ifadəsi ilə əlaqədar əlavə ifadə vermiş Təqsirləndirilən şəxs şahidin ifadəsini təsdiq etmiş və bildirmişdir ki, 2022-ci ilin may ayının 13-də 19166.0 manat pulu “TEXNOPLUS” elektronika mağazasından qəbul etmiş və Zərərçəkmiş şəxs QSC-nin mühasibatlığına tam ödəmişdir, ödəmə sənədi cinayət işində vardır. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid17 ifadəsi elan olunaraq müəyyən edilmişdir ki, təxminən təxminən 18 ildir ki, fərdi sahibkarlıqla məşğul olur. Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev pr 70 ünvanında yerləşən “NEXTELEKOM” mağazasının ona məxsus olduğunu, həmin mağazanın fəaliyyətinin elektron avadanlıqlarının və məişət tenixkasının satışını həyata keçirməkdən ibarət olduğunu, o, elektron avadanlıqları və məişət tenixkasını müxtəlif firmalardan nağd və nisyə alıb həmin mağzada satışını həyata keçirdiyini, həmin firmalardan birinin də Zərərçəkmiş şəxs QSC olduğunu və onun sözü gedən Cəmiyyətlə arasında diller müqaviləsinin mövcud olduğunu, həmin Cəmiyyətin ekspeditoru işləmiş Təqsirləndirilən şəxs ticarət əlaqələri zamanı tanıdığını, sonuncu ilə qohumluğunun, qərəzliliyinin, ədavətinin olmadığını, Elnurun ona məxsus “NEXTELEKOM” mağazasına müxtəlif markalı smartfon telefonlar və aksesuarlarının nağd və nisyə qaydada satışını etdiyini qeyd edərək bildirmişdir ki, xx.xx.2022-ci tarixdə Zərərçəkmiş şəxs QSC-nin əməkdaşları və bildiyi qədər auditorlar palatasının üzvü ona məxsus “NEXTELEKOM” mağazasına gəlib bildirmişdirlər ki, Elnurun ticarət əlaqəsində olduğu dillerlərlə pul borcunun və mal qalığının olub-olmaması araşdırılır. O da həmin şəxsə şərait yaratmış və həmin vaxt özlərində olan sənədləri göstərib Elnurun öhdəliyində olan qalığına əsasən ona məxsus mağazanın Cəmiyyətə 2180.69 manat pul borcu olduğunu qeyd etmişdirlər. O isə Elnurdan aldığı mallara görə mağazanın cəmi 581.69 manat borcu olduğunu və yerdə kəsir kimi qalan 1599.0 manat pul vəsaitinin sonuncuya ödədiyini bildirmişdur. Bundan sonra orada üzləşmə aktı tərtib olunaraq tərəflərindən imzalanmışdır. O, üzləşmə zamanı kəsir kimi yaranmış 1599.0 manat pul vəsaitinin onun tərəfindən Elnura ödənildiyini, sonuncunun isə sonradan həmin pulu Cəmiyyətə təhvil verməsi və ya özünün istifadəsinə yönəltməsi ilə bağlı onun hər hansı məlumatının olmadığını qeyd etmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid18 ifadəsi elan olunaraq müəyyən edilmişdir ki, atası X6 20 ildir ki, fərdi sahibkarlıqla məşğul olduğunu, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində onlara məxsus “Samsung- 41” adlı elektronika mağazasının fəaliyyət göstərdiyini, o, isə təxminən 3 ildir ki, həmin mağazada atası Vidadi Əlihümmətova işlərində köməklik göstərdiyini, belə ki, o, qeyd olunan mağazada firmalardan malların alınmasına və satışın həyata keçirilməsinə nəzarət etdiyini, onlara məxsus mağazanın fəaliyyətinin elektron avadanlıqların və məişət tenixkasının satışını həyata keçirməkdən ibarət olduğunu, o, həmin malları müxtəlif firmalardan nağd və nisyə alıb mağzada satışını həyata keçirdiyini, həmin firmalardan biri də Zərərçəkmiş şəxs QSC olduğunu və atası Vidadi Əlihümmətovunun sözü gedən Cəmiyyətlə aralarında diller müqaviləsi mövcud olduğunu, həmin Cəmiyyətin ekspeditoru işləmiş Təqsirləndirilən şəxs ticarət əlaqələri zamanı tanıdığını, sonuncu ilə qohumluğunun, qərəzliyinin, ədavətinin olmadığını, o cümlədən Təqsirləndirilən şəxs onlara məxsus “Samsung-41” mağazasına müxtəlif markalı smartfon telefonları nağd və nisyə qaydada satışını etdiyini bildirməklə göstərmişdir ki, xx.xx.2022-ci tarixdə Zərərçəkmiş şəxs QSC-nin əməkdaşları və bildiyi qədər auditorlar palatısının üzvü onlara məxsu “Sansung-41” mağazasına gəlib bildirmişdirlər ki, Elnurun ticarət əlaqəsində olduğu dillerlərlə pul borcunun və mal qalığının olub-olmamasını araşdırılır. O, da həmin şəxslərə şərait yaratmış və həmin şəxslər özlərində olan sənədləri göstərib bildirmişdirlər ki, Elnurun öhdəliyində olan qalığına əsasən onlara məxsus mağazanın Cəmiyyətə 63297.27 manat pul borcu vardır. O, isə həmin şəxslərə Elnurdan aldıqları mallara görə mağazanın cəmi 58297.27 manat borcu olduğunu və yerdə kəsir kimi qalan 5000.0 manat pul vəsaitini sonuncuya ödədiyini bildirmişdir. Bundan sonra isə orada üzləşmə aktı tərtib olunaraq tərəflərindən imzalanmışdır. O, üzləşmə zamanı kəsir kimi yaranmış 5000.0 manat pul vəsaitinin Təqsirləndirilən şəxs ödənildiyini bildirərək, sonuncunun həmin pulu sonradan Cəmiyyətə təhvil verməsi və ya özünün istifadəsinə yönəltməsi ilə bağlı hər hansı məlumatının olmadığını qeyd etmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlləri üzrə təqsirli olması qismən özünün, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi və şahidlərin ifadələri ilə yanaşı, cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış xx.xx.2022-ci il tarixli audit aktından və ona əlavə edilmiş cədvəldən müəyyən olunur ki, Təqsirləndirilən şəxs 10 diller üzrə öhdəliyində 100.141,72 ( yüz min yüz qırx bir manat yetmiş iki qəpik) manat çatışmazlığı mövcuddur. Məhkəmədə elan edilib araşdırılmış Zərərçəkmiş şəxs QSC-nin öz təşəbbüsü ilə keçirilmiş və İMZA EKSPERTİZA MƏRKƏZİ tərəfindən verilmiş 16 may 2022-ci il tarixli, İEM-01/05/22 nömrəli mütəxəssis rəyində göstərilmişdir ki, Şahid9 adından Zərərçəkmiş şəxs QSC arasında bağlanmış 11 yanvar 2019-cu il tarixli 0907 nömrəli müqavilənin 1-ci və 3-cü səhifəsindəki əlyazmaların (1-ci səhifədə “Şahid9”, 3-cü səhifənin “Diler” bölməsindəki “Şahid9 Binəqədi r-u. S.S.Axundov küçəsi 11.M.104. Mob: “**********” yazılar) və 3-cü səhifənin “Diler” bölməsində olan imza – Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Həmçinin həmin mütəxəssis rəyində göstərilmişdir ki, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli Üzləşmə aktlarının Zərərçəkmiş şəxs QSCnin nümayəndəsi qrafasındakı imzalar – Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli Üzləşmə aktlarının yuxarı hissəsindəki “V.X19” yazıları, aktların sonunda “dillerin nümayəndəsi” qrafalarındakı “Kazımov O” və “Kazımov Orxan” yazıları və həmin yazıların qarşısındakı imzalar, həmçinin xx.xx.2022-ci il tarixli Üzləşmə aktının yuxarı hissəsindəki “V.X20” yazıları, aktın sonunda “dillerin nümayəndəsi” qrafalarındakı “Zamanov Orxan” yazıları və həmin yazıların qarşısındakı imzalar – Şahid9 tərəfindən yox, Şahid7 tərəfindən yox, X8 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Bundan əlavə xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli Üzləşmə aktlarının yuxarı hissəsindəki “V.X19” və “dillerin nümayəndəsi” qrafalarındakı “Kazımov O”, “Kazımov Orxan” yazıları öz aralarında bir-biriləri ilə, həmçinin xx.xx.2022-ci il tarixli Üzləşmə aktının yuxarı hissəsindəki “V.X20” və “dillerin nümayəndəsi” qrafalarındakı “Zamanov Orxan” yazıları ilə - eyni şəxs tərəfindən icra olunmuşdur. xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli Üzləşmə aktlarının “diller nümayəndəsi” qrafalarındakı “Kazımov O”, “Kazımov Orxan” yazıları qarşısındakı eyni şəxs tərəfindən icra olunmuş imzalarla (İ qrup) xx.xx.2022-ci il tarixli Üzləşmə aktının “diller nümayəndəsi” qrafalarındakı “Zeynalov Orxan” yazıları qarşısındakı eyni şəxs tərəfindən icra olunmuş imzaların (İqrup) öz aralarında eyni şəxs və ya müxtəlif şəxslər tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmamışdır.Həmin Şahid9 adına tərtib olunmuş 13 yanvar 2022-ci il tarixli, 075334 nömrəli mədaxil qəbzinin surətinin üzərindəki əlyazmalar və “İmza (təhvil verən)”, “İmza (təhvil alan)” qrafalarındakı imzalar – Şahid9 tərəfindən yox, Şahid7 tərəfindən yox, X9 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-xətşünaslıq ekspertizasının 02 dekabr 2022-ci il tarixli, 4/1643 nömrəli rəydən müəyyən olunur ki, ekspertizaya təqdim edilmiş, yanvar ayı üzrə xx.xx.2022-ci il tarixli 6172 nömrəli, xx.xx.2022-ci il tarixli 5361 nömrəli, xx.xx.2022-ci il tarixli 4912 nömrəli, xx.xx.2022-ci il tarixli 4541 nömrəli, xx.xx.2022ci il tarixli 3934 nömrəli, xx.xx.2022-ci il tarixli 3771 nömrəli, xx.xx.2022-ci il tarixli 3736 nömrəli, xx.xx.2022-ci il tarixli 3191 nömrəli, xx.xx.2022-ci il tarixli 3178 nömrəli, xx.xx.2022ci il tarixli 2870 nömrəli, xx.xx.2022-ci il tarixli 2693 nömrəli, xx.xx.2022-ci il tarixli 2403 nömrəli, xx.xx.2022-ci il tarixli 2169 nömrəli, fevral ayı üzrə xx.xx.2022-ci il tarixli 11459 nömrəli, xx.xx.2022-ci il tarixli 11364 nömrəli, xx.xx.2022-ci il tarixli 11031 nömrəli, xx.xx.2022-ci il tarixli 10928 nömrəli, xx.xx.2022-ci il tarixli 10790 nömrəli, xx.xx.2022-ci il tarixli 10612 nömrəli, xx.xx.2022-ci il tarixli 10529 nömrəli, xx.xx.2022-ci il tarixli 10397 nömrəli, xx.xx.2022-ci il tarixli 9623 nömrəli, xx.xx.2022-ci il tarixli 9151 nömrəli, xx.xx.2022ci il tarixli 9137 nömrəli, xx.xx.2022-ci il tarixli 8635 nömrəli, xx.xx.2022-ci il tarixli 8243 nömrəli, xx.xx.2022-ci il tarixli 8234 nömrəli, xx.xx.2022-ci il tarixli 7826 nömrəli, xx.xx.2022ci il tarixli 7594 nömrəli, xx.xx.2022-ci il tarixli 6627 nömrəli, xx.xx.2022-ci il tarixli 6624 nömrəli, xx.xx.2022-ci il tarixli 6371 nömrəli, mart ayı üzrə xx.xx.2022-ci il tarixli 17155 nömrəli, xx.xx.2022-ci il tarixli 16525 nömrəli, xx.xx.2022-ci il tarixli 14901 nömrəli, xx.xx.2022-ci il tarixli 14454 nömrəli, xx.xx.2022-ci il tarixli 14387 nömrəli, xx.xx.2022-ci il tarixli 14240 nömrəli, xx.xx.2022-ci il tarixli 13730 nömrəli, xx.xx.2022-ci il tarixli 13639 nömrəli, xx.xx.2022-ci il tarixli 12504 nömrəli, xx.xx.2022-ci il tarixli 12312 nömrəli, xx.xx.2022-ci il tarixli 12117 nömrəli, xx.xx.2022-ci il tarixli 12112 nömrəli, xx.xx.2022-ci il tarixli 11932 nömrəli, aprel ayı üzrə xx.xx.2022-ci il tarixli 22721 nömrəli,xx.xx.2022-ci il tarixli 22979 nömrəli, xx.xx.2022-ci il tarixli 22462 nömrəli, xx.xx.2022-ci il tarixli 21724 nömrəli, xx.xx.2022-ci il tarixli 21530 nömrəli, xx.xx.2022-ci il tarixli 21462 nömrəli, xx.xx.2022-ci il tarixli 21128 nömrəli, xx.xx.2022-ci il tarixli 20807 nömrəli, xx.xx.2022-ci il tarixli 20755 nömrəli, xx.xx.2022-ci il tarixli 20390 nömrəli, xx.xx.2022-ci il tarixli 20202 nömrəli, xx.xx.2022-ci il tarixli 20008 nömrəli, xx.xx.2022-ci il tarixli 19391 nömrəli, xx.xx.2022-ci il tarixli 20000 nömrəli, xx.xx.2022-ci il tarixli 19242 nömrəli, xx.xx.2022-ci il tarixli 18696 nömrəli, xx.xx.2022-ci il tarixli 18177 nömrəli, xx.xx.2022-ci il tarixli 17943 nömrəli, xx.xx.2022-ci il tarixli 17939 nömrəli qaimələrdə “Təhvil aldı”(Poluçil)” qrafalarındakı imzalar - Şahid7 tərəfindən icra olunmuşdur. Bundan əlavə, həmin rəydə göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş, yanvar ayı üzrə xx.xx.2022-ci il tarixli 6197 nömrəli, xx.xx.2022-ci il tarixli 5180 nömrəli, xx.xx.2022-ci il tarixli 3947 nömrəli, xx.xx.2022-ci il tarixli 3452 nömrəli, xx.xx.2022-ci il tarixli 2930 nömrəli, xx.xx.2022-ci il tarixli 2925 nömrəli, xx.xx.2022-ci il tarixli 1064 nömrəli, fevral ayı üzrə xx.xx.2022-ci il tarixli 11719 nömrəli, xx.xx.2022-ci il tarixli 9428 nömrəli, xx.xx.2022-ci il tarixli 10201 nömrəli, mart ayı üzrə xx.xx.2022-ci il tarixli 16709 nömrəli, xx.xx.2022-ci il tarixli 15126 nömrəli, xx.xx.2022-ci il tarixli 14555 nömrəli, xx.xx.2022-ci il tarixli 12581 nömrəli, xx.xx.2022-ci il tarixli 12607 nömrəli qaimələrdə Təhvil aldı”(Poluçil)” qrafalarındakı imzalar, xx.xx.2019-cu il tarixli, 0907 nömrəli “Diler müqaviləsi”in 1-ci vərəqinin yuxarı hissəsindəki və 3-cü vərəqində “Diler:” hissəsindəki əlyazmalar - Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Həmçinin həmin rəydə göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş, xx.xx.2019-cu il tarixli, 0907 nömrəli “Diler müqaviləsi”in 3-cü vərəqinin aşağı sol hissəsində “Diler:” hissəsində “imza, möhür” qrafasındakı imza, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli “Üzləşmə Akt”larında “Dilerin nümayəndəsi” qrafalarındakı imzalar - Şahid9 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Eləcə də, göstərilmişdir ki, Ekspertizaya təqdim edilmiş, xx.xx.2019-cu il tarixli, 0907 nömrəli “Diler müqaviləsi”in 3-cü vərəqinin aşağı sol hissəsində “Diler:” hissəsində “imza, möhür” qrafasındakı imzada - Şahid9 oğlunun həqiqi imzalarına oxşadılmaqla icra olunma əlamətləri müşahidə olundu. O cümlədən həmin rəydə göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş, xx.xx.2019cu il tarixli, 0907 nömrəli “Diler müqaviləsi”in 3-cü vərəqinin aşağı sol hissəsində “Diler:” hissəsində “imza, möhür” qrafasındakı imzanın - Təqsirləndirilən şəxs tərəfindən, Şahid7 tərəfindən və ya digər şəxs tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsinin 3.1-ci bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmadı. Eləcə də, həmin rəydə göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli “Üzləşmə Akt”larında “Dilerin nümayəndəsi” qrafalarındakı imzaların - Təqsirləndirilən şəxs tərəfindən, Şahid7 tərəfindən və ya digər şəxs (şəxslər) tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsinin 3.2-ci bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmadı. Bundan başqa həmin rəydə qeyd edilmişdir ki, ekspertizaya təqdim edilmiş, yanvar ayı üzrə xx.xx.2022-ci il tarixli 4118 nömrəli, xx.xx.2022-ci il tarixli 1857 nömrəli, aprel ayı üzrə xx.xx.2022-ci il tarixli 22940 nömrəli, xx.xx.2022-ci il tarixli 22230 nömrəli qaimələrdə “Təhvil aldı”(Poluçil)” qrafalarındakı imzalar - Təqsirləndirilən şəxs tərəfindən yox, Şahid7 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Həmçinin qeyd edilmişdir ki, ekspertizaya təqdim edilmiş, yanvar ayı üzrə xx.xx.2022-ci il tarixli 4118 nömrəli, xx.xx.2022-ci il tarixli 1857 nömrəli, aprel ayı üzrə xx.xx.2022-ci il tarixli 22940 nömrəli, xx.xx.2022-ci il tarixli 22230 nömrəli qaimələrdə “Təhvil aldı”(Poluçil)” qrafalarındakı imzalarda - Təqsirləndirilən şəxs və Şahid7 həqiqi imzalarına oxşadılmaqla icra olunma əlamətləri müşahidə olunmadı. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-texniki ekspertizasının 08 dekabr 2022-ci il tarixli, 5/1421 nömrəli rəyindən müəyyən olunur ki tədqiqata təqdim edilmiş xx.xx.2022-ci il tarixli, 073040 №-li və xx.xx.2022-ci il tarixli, 075334 №-li “mədaxil qəbz”lərinin blankları ilə Zərərçəkmiş şəxs QSC-nə məxsus 042259 №-li 3 (üç) nüsxədən ibarət olan “mədaxil qəbz”lərinin blanklarının tərtibat formaları öz aralarında eynilik təşkil etmirlər. Bundan əlavə həmin rəydə göstərilmişdir ki, təqdim edilmiş xx.xx.2022-ci il tarixli, 073040 №-li və xx.xx.2022-ci il tarixli, 075334 №-li “mədaxil qəbz”lərinin blankları və №-li və xx.xx.2022-ci il tarixli, 075334 №-li “mədaxil qəbz”lərinin blankları ilə Zərərçəkmiş şəxs QSC-nə məxsus 042259 №-li 3 (üç) nüsxədən ibarət olan “mədaxil qəbz”lərinin blankları ofset çap üsulu ilə hazırlanmışdırlar. Bundan başqa həmin rəydə göstərilmişdir ki, təqdim edilmiş xx.xx.2022-ci il tarixli, 073040 №-li və xx.xx.2022-ci il tarixli, 075334 №-li “mədaxil qəbz”lərinin üzərlərində olan ştamp əksi relyef klişedən sənədlərin üzərilərinə bir başa vurulmuşdurlar. O cümlədən həmin rəydə göstərilmişdir ki, təqdim edilmiş xx.xx.2022-ci il tarixli, 073040 №-li və xx.xx.2022-ci il tarixli, 075334 №-li “mədaxil qəbz”lərinin üzərlərlərində olan “İNTEQRAL beyond compare XƏZİNƏ 2” məzmunlu ştamp əksi eyni məzmunlu eksperimental əks nümunələri ilə eynilik təşkil etmirlər. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-mühasibatlıq ekspertizasının 17 oktyabr 2022-ci il tarixli, 9/6554 nömrəli rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs QSC-nin ticarət nümayəndəsi (ekspeditor) Təqsirləndirilən şəxs hesabı üzrə yaranmış çatışmazlıq 100.141.72 (yüz min yüz qırx bir manat yetmiş iki qəpik) manat məbləğində müəyyən edilir. 100.141.72 (yüz min yüz qırx bir manat yetmiş iki qəpik) manat ziyan ekspeditor Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs Qapalı Səhmdar Cəmiyyətinə vurulmuş maddi ziyandır. Məhkəmədə elan edilib araşdırılmış kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 3162 nömrəli rəyindən müəyyən ounur ki, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə, o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərd etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmü və o, hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Eləcə də, Təqsirləndirilən şəxs məvburi müəalicəyə ehtiyacı yoxdur. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş idarəsi tərəfindən daxil olmuş xx.xx.2023-cü il tarixli, **********220800 №-li məktubdan müəyyən olunur ki, uçot-baza məlumatlarına əsasən X13 (VÖEN:**********) xx.xx.2006-cı il tarixdə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs qismində uçota alınması və xx.xx.2017-ci il tarixdə vergi uçotunun ləğv edilməsi barədə məlumat mövcuddur. Beləliklə, Təqsirləndirilən şəxs rəsmi sənəd olan Zərərçəkmiş şəxs QSC tərəfindən verilmiş 11 yanvar 2019-cu il tarixli, 0907 nömrəli “diller müqaviləsi”nə tanışı Şahid9 şəxsi məlumatlarını bilib həmin müqaviləyə yazmış və onun əvəzinə saxta imza ilə imzalamış, həmçinin rəsmi sənəd olan Zərərçəkmiş şəxs QSC tərəfindən verilmiş 01 noyabr 2021-ci il tarixli, 01 dekabr 2021-ci il tarixli və 01 yanvar 2022-ci il tarixli “üzləşmə aktları”nın “dillerin nümayəndəsi” qrafasına üzərində “Şahid9 VÖEN **********” yazısı olan saxta ştampın əksini vurmuş, o cümlədən 2022-ci ilin mart ayında Zərərçəkmiş şəxs QSC tərəfindən Şahid9 yaşadığı ünvana Cəmiyyətə borcunun olması ilə bağlı məktub ünvanlandıqda sonuncunun onun əməlləri barədə məlumatının olacağını bilib həmin borcun anlaşılmazlıq səbəbindən yaranması və Cəmiyyətin xəzinəsinə ödənilməsi barədə Şahid9 inam yaratmaq üçün saxta olan “075334” nömrəli “mədaxil qəbzi”nə 13 yanvar 2022-ci il tarixdə Şahid9 tərəfindən 43600,0 manat pul vəsaitinin ödənilməsi barədə bilə-bilə yalan məlumatlar daxil etmiş və həmin qəbzin üzərinə “İNTEQRAL beyond compare XƏZİNƏ 2” yazısı olan saxta ştampın əksini vuraraq “075334” nömrəli həmin “mədaxil qəbzi”ni Şahid9 göndərmiş, eləcə də, saxta olan “073040” nömrəli “mədaxil qəbzi”nə 02 fevral 2022-ci il tarixdə Cəmiyyətlə aralarında diller müqaviləsi mövcud olan X7 tərəfindən 22400,0 manat pul vəsaitinin Cəmiyyətin xəzinəsinə ödənilməsi barədə bilə-bilə yalan məlumatlar daxil edib həmin qəbzə üzərində “İNTEQRAL beyond compare XƏZİNƏ 2” yazısı olan saxta ştampın əksini vuraraq həmin qəbzi 03 noyabr 2022-ci il tarixdə bilə-bilə saxta sənədlərdən istifadə etməsi tam sübuta yetirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli üzləşmə aktlarından müəyyən olunur ki, həmin aktlarda olan “dillerin nümayəndəsi” qrafasına “Şahid9 VÖEN **********” yazısı olan ştampın əksi vurulmuşdur. Lakin Şahid9 onun adına hər-hansı VÖEN-in qeydiyyatdan keçmədiyini bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli üzləşmə aktlarından görünür ki, həmin aktlarda olan “dillerin nümayəndəsi” qrafasına “Şahid9 VÖEN **********” yazısı olan ştampın əksi vurulmuşdur. Lakin Şahid9 onun adına hər-hansı VÖEN-in qeydiyyatdan keçmədiyini bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış ibtidai araşdırması zamanı Təqsirləndirilən şəxs istintaqa könüllü təqdim etdiyi xx.xx.2022-ci il tarixli 073040 №-li 22400.0 manat ödənişə dair “mədaxil qəbzi” ona diller X3 tanımadığı nümayəndəsi tərəfindən verilmiş və həmin 22400.0 manat pul vəsaiti Cəmiyyətin xəzinəsinə ödənmişdir. Məhkəmədə elan edilib araşdırılmış istintaq zamanı Zərərçəkmiş şəxs QSC-dən daxil olmuş xx.xx.2022-ci il tarixli, 90 №-li məktubindan müıyyən olunur ki, 075334 və 073040 nömrəli “mədaxil qəbzləri” Cəmiyyətdə mövcud olmamış və hər hansı ekspeditora təhvil verilməmiş, eləcə də, sözü gedən qəbzlər əsasında Cəmiyyətin xəzinəsinə hər-hansı məbləğdə pul vəsaitləri mədaxil edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2022-ci il tarixli 4118 nömrəli, xx.xx.2022-ci il tarixli 1857 nömrəli, aprel ayı üzrə xx.xx.2022-ci il tarixli 22940 nömrəli və xx.xx.2022-ci il tarixli 22230 nömrəli qaimələrdən müəyyən olunur ki, qayimələr əsasında mallara dair sifarişlər Təqsirləndirilən şəxs tərəfindən ticarət əlaqəsində olduğu dillerlərdən qəbul edilərək həmin mallar sonuncunun göstərişinə əsasən ekspeditor Şahid8 tərəfindən Cəmiyyətin anbarından qəbul edilərək Təqsirləndirilən şəxs ticarət əlaqələrində olduğu dillerlərə çatdırılmışdır. Məhkəmədə elan edilib araşdırılmış əmək müqaviləsinin surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs QSC-də ekspeditor vəzifəsinə işə qəbul edilməsi üçün onunla 19 oktyabr 2004-cü il tarixdə ilk dəfə əmək müqaviləsi bağlanmış və o, həmin tarixdən Cəmiyyətdə (ekspeditor) vəzifəsinə işə qəbul edilmişdir. Müqavilələdən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Qapalı Səhmdar Cəmiyyətində (ekspeditor) vəzifəsində işlədiyi müddətdə, onunla bağlanmış 19 oktyabr 2004-cü il tarixli əmək və tam maddi məsuliyyət haqqında müqavilələrə əsasən, ona etibar edilmiş maddi sərvətlərin və görüləcək işlərin tam qeydinə qalmaq, müəssisəyə heç bir səbəb üçündən ziyan vurmamaq və ziyankarlığa qarşı mübariz olmaq, müəssisənin rəhbərliyinə vaxtıvaxtında öhdəsində olan maddi sərvətlərin təhlükəsizliyi barədə məlumat vermək və lazım gəldikdə qorxulu vəziyyətin səbəblərini aydınlaşdırmaq, ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və başqa görüləcək işlərin dəqiq uçotunu aparmaq, müəyyən edilmiş qaydada hesabat tərtib edib tələb olunan yerlərə təqdim etmək, ona etibar edilmiş maddi sərvətlərin inventarizasıyasını həyata keçirmək və sair səlahiyyətlərə malik olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış “cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında» qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında» 05 noyabr 2022-ci il qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nın 179.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilmiş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbirinin müddəti Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 noyabr 2022-ci il tarixli qərarı ilə müəyyən edilmiş həbsdə saxlama müddətinin sonunadək müəyyən edildiyindən 03 yanvar 2023-cü il tarixdə qətimkan tədbirinin müddəti başa çatmış və həmin tarixdə sonuncunun barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il 03 yanvar 2023-cü il tartixədən – 02 ay həbsdə saxlanılmışdır. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs məhkumluğuna dair sorğuya cavabdan müəyyən olunur ki, o, əvvəllər məhkum olmamışdır. Məhkəmədə elan edilib araşdırılmışZərərçəkmiş şəxs Qapalı Səhmdar Cəmiyyətinin 2024 nömrəli, xx.xx.2022-ci il tarixli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs oğlou tərəfindən cəmiyyətə vurulmuş 100141,72 manat maddi ziyan tam ödənilmişdir. Cəmiyyətin Təqsirləndirilən şəxs qarş heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iş üzrə toplanmış bütün sübutlara və işin obyektiv hallarına qiymət verməklə belə nəticəyə gəlir ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs əməllərini Azərbaycan Respublikası CM-nin 179.3.2, 313 və 320.2-ci maddələri ilə düzgün olaraq tövsif etmişdir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməlini törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Beləliklə, Zərərçəkmiş şəxs Qapalı Səhmdar Cəmiyyətinin satış nümayəndəsi (ekspeditoru) vəzifəsində işləyərkən vəzifəli şəxs olmaqla tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edib vəzifə saxtakarlığı törətmiş, həmçinin bilə-bilə istintaqa məlum olmayan mənbədən əldə etdiyi saxta sənədlərdən istifadə etmiş və öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş külli miqdarda əmlakı mənimsəyərək Cəmiyyətə killi miqdarda ziyan vurması özünün və şahidlərin ifadələri, ibtidai araşdırma və məhkəmə baxışı zamanı keçirilmiş ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməlinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.4-cu maddəsinə əsasən himayəsində azyaşlı uşağının olmasını, 59.1.13-cü maddəsinə əsasən dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, əvvəllər məhkum olmamasını, yaşaayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinə bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 60-cı maddəsi Təqsirləndirilən şəxs cəza təyin etdikdə nəzərə alınmalıdır. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə əsas və əlavə cəza kimi o cinayətlərə görə tətbiq edilə bilər ki, həmin cinayətlər, əsasən, vəzifə səlahiyyətlərindən istifadə və ya müəyyən fəaliyyət növü ilə məşğul olma ilə əlaqədar törədilmiş olsun. Bu cəzanın məqsədi isə vəzifə səlahiyyətlərindən və ya qulluq mövqeyindən istifadə etməklə, habelə müəyyən fəaliyyətlə məşğul olmaqla cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Bir qayda olaraq, bu cəza növü əsas və əlavə cəza kimi CM-in Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında birbaşa qeyd edildiyi hallarda tətbiq edilir. Eyni zamanda, həmin cəza əlavə cəza kimi CM-in Xüsusi hissəsinin maddəsində nəzərdə tutulmayan hallarda da təyin edilə bilər. Azərbaycan Respublikası CM-in 46.2-ci maddəsinə görə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cinayət əməllərini öz qulluq mövqeyindən istifadə etməklə, yəni İNTEQRAL” Qapalı Səhmdar Cəmiyyətində satış nümayəndəsi (ekspeditoru) vəzifəsində işləyərkən törətməsini nəzərə alaraq, onun barəsində dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzasının da əlavə cəza qismində təyin edilməsini qanunamüvafiq hesab edir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bundan əlavə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri təyin edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir . Beləliklə, hər bir şəxs barəsində verilən ittihamla bağlı qərəzsiz və ədalətli məhkəmə baxışı qeyd olunan X4 təməl prinsiplərindəndir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etdikdə onun məsuliyyətini yüngülləşdirən halları, məsuliyyətini ağırlaşdıran halların olmamasını və cinayət əməlinin maddi ziyanla bağlı olmaqla dəymiş maddi ziyanın tam şəkildə ödənilməsini, zərərçəkmiş şəxslə barışıb razılıq əldə edilməsini və bununla cinayət əməlinin ictimai təhlükəli nəticələrinin əhəmiyyətli dərəcədə aradan qaldırılmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla cəzası şərti tətbiq etməklə islah olunması mümkündür. Belə ki, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. CM-nin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişdirməmək, ona belə icazə verildikdə isə yeni yaşayış yeri üzrə dərhal qeydiyyata alınıb bu barədə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermək vəzifəsi qoyulmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs üzərində müəyyən edilmiş sınaq müddətinin başlanğıcının Azərbaycan Respublikası CİM-nin 181.1-ci maddəsinə əsasən, hökmün qanuni qüvvəyə mindiyi gündən hesablanmalı olmasını nəzərə alır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli qərarına əsasən “Cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir.” Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə xüsusi müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Məhkəmə nəzərə alır ki, baxılan iş üzrə xüsusi müsadirə edilən əmlak müəyyən edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Cəmiyyət daxili qaimələr, müqavilə, üzləşmə aktları və mədaxil qəbzləri cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və ekspertiza xərcləri yoxdur. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.3.2, 320.2 və 313-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinərək, CM-nin 46.2-ci maddəsinə əsasən 03 (üç) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə CM-nin 179.3.2-ci maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 320.2-ci maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 313-cü maddəsinə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nın 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 05 (beş) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilib, təyin edilən azadlıqdan məhrum etmə cəzası şərti hesab olunmaqla Təqsirləndirilən şəxs üzərində 02 (iki) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrasına nəzarət sınaq müddəti ərzində onun yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişdirməmək, ona belə icazə verildikdə isə yeni yaşayış yeri üzrə dərhal qeydiyyata alınıb bu barədə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermək vəzifəsi qoyulsun. Cinayət işinin materiallarına əlavə edilmiş Cəmiyyət daxili qaimələr, müqavilə, üzləşmə aktları və mədaxil qəbzləri cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Rasim Sadıxov Novruz Kərimov Əsgərova-Məmmədova Leyla
Məhkəmə qərarları › İş №1(101)-190/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-190/2024
16.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver