Məhkəmə qərarları › İş №1(101)-190/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-190/2025

18.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-190/2025 18.02.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X11 ibarət tərkibdə, məhkəmə iclasının katibi X9, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X5 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və X1, müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə açıq məhkəmə iclasında xx.xx.1977-ci ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, "xxxx" ASC-nin Bakı «Sukanal» idarəsində su anbarlarının istismarı sahəsində sahə rəisi vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, Tovuz rayonu Aşağı Quşçu kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, nömrəsiz fərdi evdə yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası ƏN Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin xeyli və külli miqdarda əmlakını ələ keçirməklə təkrarən dələduzluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə X17 vasitəsi ilə tanıdığı Zərərçəkmiş şəxs1 yeni tikili binalarda ipoteka yolu ilə tam təmirli evlərin alqı-satqısı ilə məşğul olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan vəd verib sonuncunun inam və etibarını qazanmış, Zərərçəkmiş şəxs1 Abşeron rayonu Xırdalan şəhərində ipoteka yolu ilə ev almaqda köməklik göstərməsi üçün ona müraciət etdikdə qeyd edilən məsələdə ona köməklik göstərəcəyini yalandan bildirib əslində sonuncuya məxsus külli miqdarda pulları ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 ilə Abşeron rayonu Xırdalan şəhəri, Heydər Əliyev prospekti «Nazlı» yanacaq doldurma məntəqəsinı yaxınlığında görüşüb həmin yer ilə üzbə-üz yerləşən "xxxx" MTK-nın inşa etdiyi yeni tikili binada ona məxsus olmayan 9 saylı mənzili göstərib həmin mənzilin özünə məxsus olması və 74.000 manat müqabilində mənzili tam şəkildə təmir etdirib ipoteka yolu ilə ona satacağını bildirməklə Zərərçəkmiş şəxs1 aldadaraq vahid niyyətlə əhatə olunanan qəsdlə 20 aprel 2019-cu il tarixdə saat 11:00 radələrində Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti 23 ünvanda yerləşən 2 saylı «Asan xidmət»də yerləşən notariusda 9200 manat, 04 oktyabr 2019-cu il tarixdə saat 15:47:42-də Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Nizami rayonu,M.Hadi küçəsində yerləşən ərzaq mağazasının içərisində quraşdırılmış ödəniş terminalı vasitəsi ilə onun Azərbaycan Beynəlxalq Bankında olan ******* hesaba (CİF kodu yəni, müştəri kodu 9757769, şəxsiyyət vəsiqəsinin fin kodu: xxxxxxx olan hesaba) göndərdiyi 1500 manat,17 oktyabr 2019-cu il tarixdə saat 16:09:08-də həmin yerdə və eyni hesaba göndərdiyi 1500 manat,17 oktyabr 2019-cu il tarixdə saat 16:10:09-da həmin yerdə və eyni hesaba göndərdiyi 1500 manat,17 oktyabr 2019-cu il tarixdə saat 16:16:09-da həmin yerdə və eyni hesaba göndərdiyi 500 manat, 18 oktyabr 2019-cu il tarixdən 2020ci ilin avqust ayınadək olan müddət ərzində istintaqla müəyyən edilməyən müxtəlif vaxtlarda və müxtəlif yerlərdə,hissə-hissə olmaqla 49000 manat,sonuncu dəfə isə 2020ci ilin avqust ayının sonlarında Bakı şəhəri,Yasamal rayonu,Moskva prospekti 67 ünvanında yerləşən "xxxx" ASC-nin inzibati binasının yaxınlığında 1000 manat olmaqla ümumilikdə Zərərçəkmiş şəxs1 məxsus 64200 manat pulu alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs1 külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan “Fidan” adlı şəxs vasitəsi ilə tanıdığı Zərərçəkmiş şəxs2 yeni tikili binalarda ipoteka yolu ilə tam təmirli evlərin alqı-satqısı ilə məşğul olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan vəd verib sonuncunun inam və etibarını qazanmış, Zərərçəkmiş şəxs2 Abşeron rayonu Xırdalan şəhərində ipoteka yolu ilə ev almaqda köməklik göstərməsi üçün ona müraciət etdikdə qeyd edilən məsələdə ona köməklik göstərəcəyini yalandan bildirib əslində sonuncuya məxsus xeyli miqdarda pulları ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 ilə Abşeron rayonu Xırdalan şəhəri,Heydər Əliyev prospekti «Nazlı» yanacaq doldurma məntəqəsinı yaxınlığında görüşüb həmin yer ilə üzbə-üz yerləşən "xxxx" MTK-nın inşa etdiyi yeni tikili binada ona məxsus olmayan 9 saylı mənzili göstərib həmin mənzilin özünə məxsus olması və 74.000 manat müqabilində mənzili tam şəkildə təmir etdirib ipoteka yolu ilə ona satacağını yalandan bildirməklə Zərərçəkmiş şəxs2 aldadaraq vahid niyyətlə əhatə olunanan qəsdlə 2020-ci ilin sentyabr ayının əvvəllərində Abşeron rayonu Xırdalan şəhəri,«AAAF» parkın yaxınlığında yerlşən «Bazarstore» hipermarketin qarşısında 2000 manat, 2020-ci ilin sentyabr ayının sonlarında Abşeron rayonu Xırdalan şəhəri, «AAAF» parkın yaxınlığındakı Quşçuluq massivində yerləşən fərdi yaşayış evində Şahid8 vasitəsilə göndərdiyi 5000 manat,18 noyabr 2020-ci il tarixdə saat 13:44:05-də Oğuz rayonu,Kərimli kəndi,Kərimli market-2 ünvanında yerləşən “E-manat” ödəmə terminalı vasitəsi ilə Şahid8 adına olan Kapital bank ASC-ə aid ******************** hesab nömrəli plastik karta göndərdiyi 5000 manat,18 noyabr 2020-ci il tarixdə saat 13:48:26-da həmin yerdə və eyni hesaba göndərdiyi 2000 manat,27 noyabr 2020-ci il tarixdə saat 13:00:12-də həmin yerdə və eyni hesaba göndərdiyi 2600 manat,bir müddət sonra Abşeron rayonu Xırdalan şəhəri, «AAAF» parkın yaxınlığında yerlşən «Bazarstore» hipermarketin qarşısında 2400 manat,sonuncu dəfə 2021-ci ilin yanvar ayının əvvəllərində Bakı şəhəri, Binəqədi rayonu,7-ci mikrorayon, S.S.Axundov küçəsində yerləşən Dərnəgül metrostansiyasının yaxınlığında 1000 manat olmaqla ümumilikdə Zərərçəkmiş şəxs2 məxsus 20000 manat pulu alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs2 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə "Bakı Sukanal" İdarəsinin +105 "Saray", +56.75, "Saray" və +82 "Masazır" su anbarlarının istismarı sahəsində sahə rəisi vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə tanışı Zərərçəkmiş şəxs3 işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan vədlər verib sonuncunun inam və etibarını qazanmış, Zərərçəkmiş şəxs3 özünün və qızı Şahid5 işə düzəldilməsində köməklik göstərməsi üçün ona müraciət etdikdə bununla əlaqədar hər hansı səlahiyyətə malik olmadığı halda yalandan Zərərçəkmiş şəxs3 qeyd edilən məsələ ilə bağlı köməklik göstərəcəyini bildirib əslində sonuncuya məxsus pulu ələ keçirmək niyyəti ilə onu aldadaraq Zərərçəkmiş şəxs3 məxsus Opel Vectra markalı **-FG-*** dövlət qeydiyyat nişanlı avtomobili 7000 manata Şahid2 etibarnamə əsasında 06 yanvar 2021-ci il tarixdə satdıqdan sonra həmin pulu Zərərçəkmiş şəxs3 verməyərək pulun bir hissəsini guya sonuncunun və qızı Şahid5 işə düzəlməsi üçün xərcləyəcəyini, yerdə qalan hissəsini isə Zərərçəkmiş şəxs3 yeni avtomobil almaq üçün ilkin ödəniş kimi verəcəyini yalandan bildirib həmin gün Bakı şəhəri,Yasamal rayonu, Moskva prospekti 67 ünvanında yerləşən "xxxx" ASC-nin inzibati binasının yaxınlığında Zərərçəkmiş şəxs3 məxsus 7000 manat pulu etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirməklə verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs3 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Xeyransa Hüseynquliyevanı tanıyır. O, özü Bakı su kanalı idarəsində su anbarlarının istismarı sahəsində sahə rəisi vəzifəsində işləyirdi. Bununla yanaşı, Abşeron rayonu Xırdalan şəhərində tikintisi aparılan "xxxx" MTK-nın inşa etdiyi binada su xətlərinin çəkilməsi işini görmüşdür. Bunun müqabilində MTK ona 4 mənzilin təmir edib satışına icazə vermişdir. Belə ki, o, MTK-ya həmin mənzillərin maya dəyərini mənzilləri satdıqda ödəməli, müştəridən həmin məbləğdən aldığı artıq məbləğ isə onun qazancı olmalı idi. Mənzili sata bilmədiyi təqdirdə MTK özü həmin mənzilləri sataraq onun gördüyü işlərə görə pulunu ödəməli idi. X13 Zərərçəkmiş şəxs1 ipoteka yolu ilə həmin MTK-dan iki otaqlı mənzili satmağı xahiş etmişdir. Bundan sonra Zərərçəkmiş şəxs1, sonuncunun əri və Nərgizlə görüşmüş, onlara Xatirəyə satmağı nəzərdə tutduğu iki otaqlı mənzili göstərmiş, sonuncular həmin mənzili bəyənmiş və ona 74.000 manat ödəmək şərtilə mənzili özü tərəfindən təmir etdirib müəyyən avadanlığı ilə birlikdə onlara təhvil verilməsini razılaşmışlar. Həmin mənzilin ipoteka yolu ilə Zərərçəkmiş şəxs1 verilməsi mümkün olmamışdır. Belə ki, Xatirənin rəsmi iş yeri olmadığı üçün həmin ipotekanı sənədləşdirmək alınmamış və belə qərara gəlmişlər ki, onlar ona nağd pul ödəniş etmək yolu ilə mənzili əldə etsinlər. Bundan sonra notariatda müqavilə bağlamaq şərti ilə Xatirədən 10.000 manat pulu borc kimi götürmüş, həmin pulu mənzilin təmirinə xərcləmiş, hətta müəyyən avadanlıq da həmin mənzilə alıb yerləşdirmişdir. Hissə –hissə olaraq Xatirə ona 64.000 manat pul ödəmişdir. Lakin Xatirə ona pulu Ukraynada işləyən qardaşının göndərdiyi, orada müharibə getdiyi üçün işləri dayandığından artıq ona pul göndərə bilmədiyi üçün mənzili sataraq onun pulunu qaytarmasını xahiş etmişdir. Həmin mənzili başqa bir adama sata bilmiş, aldığı puldan Xatirəyə 9.500 manat ödəmiş, 54.500 manat borcu qalmışdır. Həmin pulu ödəməyə çalışacaqdır. Bundan savayı, digər Zərərçəkmiş şəxs2lə Fidan adlı tanışı vasitəsilə tanış olmuş, Fidan ona bildirmişdir ki, Zərərçəkmiş şəxs2 ipoteka yolu ilə 2 otaqlı mənzil almaq istəyir. Öncə Nahidə bir həyət evini təklif etmiş, lakin Nahid bəyənmədiyi üçün Xırdalan şəhərində "xxxx" MTK tərəfindən inşa edilmiş binadan iki otaqlı mənzili təklif etmişdir. Həmin mənzilə Nahid arvadı ilə baxaraq bəyənmiş, Nahidlə birlikdə Xırdalan şəhərində olan ABB bankına ipoteka ilə əlaqədar müraciət etmişlər, lakin Nahidin də rəsmi iş yeri olmadığı üçün ipoteka yolu ilə mənzili almaq mümkün olmamış, o zaman razılığa gəlmişlər ki, Nahid həmin mənzili nağd pula, yəni 74.000 manata əldə etsin, həmin pulun az bir hissəsini ödəsin, qalan hissəsini isə 6 ay müddətinə ödəsin. Hissə-hissə olmaqla Zərərçəkmiş şəxs2 ona 20.000 manat pul ödəmiş, lakin sonra Zərərçəkmiş şəxs2 mənzili almaqdan imtina etmiş, pulunu geri tələb etmişdir.Zərərçəkmiş şəxs2 həmin puldan heç nə ödəməmiş, lakin ödəmək fikrindədir. Bundan savayı, tanışı Xeyransa Hüseynquliyevaya evini təmir etmək məqsədilə sonuncunun «Opel Vectra» markalı maşınını sonuncunun öz razılığı ilə 7.000 manata sataraq bir qismini evin təmirinə , bir hissəsini Xeyransanın qızının təhsil ödənişi üçün Xeyransaya qaytarmış, qalan hissəsini isə öz ehtiyacları üçün xərcləmişdir. O, Xeyransa ilə sonuncunun qızı Gülsurəyə işlədiyi Bakı Sukanal idarəsinə işə götürməyi söz verməmiş, bu məqsədlə onlardan pul almamışdır. Belə ki, işlədiyi idarədə olan ştat vahidləri təmir quraşdırma işləri ilə bağlı olduğu üçün həmin işlərə yalnız kişilər qəbul olunur, həmçinin boş iş yerləri olmamışdır. Buna baxmayaraq Xeyransa Hüseynquliyevanın şikayətləri əsasında onu işlədiyi Bakı Sukanal idarəsindən işdən xaric etmişlər. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki,Təqsirləndirilən şəxs tanıyır. Belə ki, qonşusu Nərgiz Məmmədova onun ev almaq istədiyini bilərək tanışı Təqsirləndirilən şəxs Xırdalan şəhərində yeni tikilmiş binada mənzil almağa kömək edə biləcəyini demişdir. O, Nərgizin təklifi ilə razı olduqdan sonra əri və Nərgizlə birlikdə Təqsirləndirilən şəxs ilə görüşərək Xırdalan şəhərində "xxxx" MTK-nın inşa etdiyi binada olan və Vüsalın dediyi kimi ona məxsus olan 2 otaqlı mənzilə baxmışlar. Mənzili bəyəndikdə həmin mənzili ipoteka yolu ilə 74.000 manat ödəməklə əldə etməyi razılaşmışlar. Lakin nə o, nə d əki, əri hər hansı bir rəsmi yerdə işləmədikləri üçün ipoteka ilə həmin mənzili əldə etmək mümkün olmamışdır.Bundan sonra Təqsirləndirilən şəxs ilə həmin mənzili nağd pula əldə etməyi razılaşmışlar. Notariusda borc müqaviləsi bağlayaraq ilkin olaraq Vüsala 10.000 manat ödəmişlər. Hissə-hissə isə sonuncuya ümumilikdə 64.000 manat pul ödəmişdir. Həmin pulları Ukraynada yaşayıb-işləyən qardaşı göndərirdi. Lakin Ukraynada müharibə başladığı üçün qardaşının işi dayanmış, artıq ona pul göndərə bilməmişdir. Təqsirləndirilən şəxs ona verilmiş pula mənzili təmir etmiş, hətta müəyyən avadanlıqlar da quraşdırmışdır. Pulu ödəyə bilmədiyi üçün Vüsaldan mənzilin satılmasını və pulunun qaytarılmasını istəmişdir. Sonuncu da onunla razılaşaraq mənzili başqa bir şəxsə satmış, lakin onun verdiyi puldan 9.274 manatı ödəmiş, 54.726 manat borcu qalmışdır. Həmin pulu Vüsaldan dəfələrlə tələb etməsinə baxmayaraq sonuncu ondan yayındığı və pulunu ödəmədiyi üçün ondan polisə şikayət etmişdir. Təqsirləndirilən şəxs qalan 54.726 manat pulunu tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Onu başqa bir ev makleri kimi tanıdığı Fidan adlı qadının vasitəsilə tanımışdır. Təqsirləndirilən şəxs ilə görüşmüş və sonuncu ona həyət evini təklif etmiş, lakin həyət evi onun xoşuna gəlməmişdir. Bir müddət sonra Vüsal ona zəng edərək Xırdaan şəhərində inşa edilmiş yeni binadan təmirli iki otaqlı mənzili təklif etmişdir. Həmin mənzilə gedib baxdıqda görmüşdür ki, mənzil həqiqətən təmirlidir, hətta paltaryuyan, divan və digər avadanlıqlar var idi. Həmin mənzili ipoteka yolu ilə əldə edilməsi alınmamışdır. Belə ki, onun rəsmi iş yeri olmadığı üçün ipoteka kreditini ala bilməmişdir. O zaman Vüsalla razılaşmışlar ki, həmin mənzili Vüsaldan nağd pula əldə edəcəkdir. Hətta notariusa gedərək borc müqaviləsi bağlamaq istəmişlər, lakin Vüsalın bu müqaviləyə görə rüsum ödəmək lazım olduğunu bildirdiyi üçün sadə yazılı müqavilə bağlayaraq borc kimi göstərməklə Vüsala ilk olaraq 2.000 manat pul vermişdir. Bir müddət sonra əlavə olaraq ona 5.000 manat da pul ödəmiş, onun da qəbzini Vüsal vermişdir. Daha sonra mənzilin sənədlərini depodan almaq məqsədilə Vüsal ondan 2.000 manat əlavə pul almışdır. Bundan sonra Vüsal bildirmişdir ki, o, keçmiş hərbçi olmuş, öz adına 4 %-ə ipoteka krediti ala bilər, krediti aldıqdan sonra mənzilin pulunu özünə götürəcək, banka isə kreditə görə ödənişi o etməli olacaqdır. Xırdalan şəhərində yerləşən ABB bankın filialına getmişlər, lakin orada bankın işçilərindən biri məsələdən hali olduqdan sonra ona bildirmişdir ki, Təqsirləndirilən şəxs dələduzdur, bir neçə adamı bu yolla aldadaraq maddi ziyan vurmuşdur. Bundan sonra o, kredit almaqdan imtina edərək öz pulunu Vüsaldan istəmişdir. İbtidai istintaq zamanı ona məlum olmuşdur ki, Vüsalın ona təklif etdiyi iki otaqlı mənzili ondan əvvəl Zərərçəkmiş şəxs1 təklif etmişdir. Qeyd etmək istəyir ki, Vüsala cəmi 20.000 manat pul ödəmiş, həmin puldan 9.600 manatı Vüsalın qardaşı oğlunun kartına göndərmişdir. Həmin məbləğdən Vüsal ona heç nə qaytarmamış, onunla görüşməkdən yayınmışdır. Bundan sonra polisə şikayət etmişdir. Vüsaldan sonuncunun ona vurduğu 20.000 manat zərəri tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 fadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. İşsiz olduğu üçün tanışı Şahid3 müraciət edərək ona iş tapmağa kömək etməsini xahiş etmişdir. Məhəmməd "xxxx" ASC-nin 82 sayli anbarında çilingər vəzifəsində işləyirdi.bir müddət sonra Şahid3 müdiri olan Təqsirləndirilən şəxs ilə görüşüb danışdığını, sonuncunun onu və qızı Gülsurəni idarə işinə düzəldəcəyini bildirmişdir. Bu minvalla o, Təqsirləndirilən şəxs ilə tanış olmuş, sonuncu ona qızını idarəyə komputer işinə düzəltmək üçün 3.000 manat pul lazım olduğunu bildirmişdir. Pulu olmadığı üçün özünə məxsus maşını satdırıb əldə etdiyi puldan 3.000 manatı qızının işi üçün götürməsini, qalan pula isə başqa bir maşın almasını Təqsirləndirilən şəxs xahiş etmişdir. Bir müddət sonra Vüsal maşina müştəri tapmış və onun həmin müştəriyə verdiyi baş etibarnamə ilə maşınını 7.000 manata satmış, lakin Vüsal həmin puldan ona heç nə verməmişdir. Vüsal onu aldadaraq nə qızını işə düzəltmiş, nə də ona yeni maşın almamışdır. Pulunu geri tələb etdikdə vüsal E-manat vasitəsilə ona təxminən 900-1.000 manat pulu ödəmişdir. Qalan 6.000 manatını isə ödəməmişdir. Həmin məbləğin ödənilməsini Təqsirləndirilən şəxs tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Sonuncu ilə birlikdə Sokarda birlikdə işləmiş, 2011-ci ildə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Bakı Sukanal” İdarəsinin rəisi vəzifəsinə təyin edildikdə Təqsirləndirilən şəxs etibar olduğu üçün onu da «Bakı Sukanal» İdarəsinə işə qəbul etmişdir. Vüsal özünü yaxşı işçi kimi göstərdiyi üçün Təqsirləndirilən şəxs 105 Saray, +56.75 Saray və +82 Masazır su anbarlarının istismarı sahəsinin sahə rəisi vəzifəsinə təyin etmişdir. İşlədiyi müddətdə 2021-ci ilin mart-aprel aylarına qədər Təqsirləndirilən şəxs barəsində hər hansı şikayət daxil olmamışdır. Lakin hal-hazırda məhkəmə zalında gördüyü zərərçəkmiş şəxs X3 onun qəbuluna gələrək Təqsirləndirilən şəxs onu aldadaraq qızını işə düzəltməyə söz verməsinə və buna görə ondan 3.000 manat pul almasına baxmayaraq qızını işə düzəltmədiyini bildirmişdir. O isə bu xanıma izah etmişdir ki, işə düzəlmə qaydası onlayn şəkildə Azərsu ASC-nin insan resursları departamentinə ərizə təqdim edilməklə həll olunur. Həmin departament vətəndaşı işə götürdükdə onun konkret iş yerini də müəyyən edir. Bu şikayətlərdən sonra Təqsirləndirilən şəxs öz ərizəsi ilə işdən çıxmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əmisidir. Əmisi ilə münasibəti yaxşı olmuş, heç bir ədavəti və düşmənçiliyi yoxdur. O, Xırdalan şəhərində yerləşən Bakı Mühəndislik Universitetinin İqtisadiyyat və idarə etmə fakultəsinin mühasibat uçot və audit ixtisası üzrə İİİ kurs tələbəsi olaraq təhsil alarkən əmisi Vüsal ona demişdir ki, Xırdalan şəhəri, “AAAF” park, Quşçuluq massivində yaşayan tanışı ona pul verməlidir və ondan Xırdalan şəhərində olduğu üçün həmin pulu götürüb ona çatdırmağını xahiş etmişdir. O da Xırdalan şəhəri,“AAAF” park, Quşçuluq massivində yaşayan və adının sonradan Nahid olduğunu bildiyi şəxsin evinə gedərək ondan 5000 manatı götürmüşdür. 5000 manat pulu həmin gün axşam tərəfi əmisi Vüsalın yaşadığı Sulutəpə qəsəbəsində yerləşən evinə gələrək ona vermişdir. Bir müddət sonra əmisi Təqsirləndirilən şəxs ona zəng vuraraq tələbə olduğu üçün təhsil aldığı Bakı Mühəndislik Universiteti tərəfindən ona verilmiş “Kapital Bank”a məxsus təqaüd kartının foto şəklini çəkib ona göndərməyini demişdir. O əmisi Vüsaldan nə üçün ona kartının foto şəkli lazım olduğunu soruşduqda, əmisi Vüsal ona demişdir ki,bir müddət əvvəl 5000 alıb ona verdiyi Nahid adlı şəxsə ev satdığı üçün Nahid tərəfindən evə görə qalan pulu göndərməli olduğundan və onun kartı tələbə kartı olduğu üçün komissiya haqqı tutulmadığından kartına Nahid tərəfindən 7000 manat pul göndəriləcək. O da öz kartının fotosunu çəkib əmisi Vüsala göndərmişdir. Həmin gün onun kartına 7000 manat gəldikdən sonra pulu çıxararaq axşam tərəfi əmisi Vüsalla Biləcəri dairəsi yaxınlığında görüşüb 7000 manatı ona vermişdir. Bir neçə gün sonra yenidən onun kartına 2600 manat pul gəlmişdir. Dərhal da əmisi Vüsal ona zəng vurmuş və kartına gələn 2600 manat pulun da Nahid tərəfindən evə görə ona göndərildiyini və həmin pulu da ona çatdırmalı olduğunu demişdir. O da pulu kartından çıxarıb həmin gün axşam Biləcəri dairəsi yaxınlığında əmisi Vüsalla görüşüb 2600 manatı ona vermişdir. Əmisi Təqsirləndirilən şəxs 5000 manat, daha sonra 7000 manat və son olaraq 2600 manat pulu, ümumilikdə 14600 manat pulu verərəkən əmisi Təqsirləndirilən şəxs tərəfindən ona heç bir manat da pul verilməmişdir. O bütün pulu, yəni 14600 manatı Vüsala tam şəkildə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və bui ş üzrə keçən zərərçəkmiş şəxsləri tanımır. O, polisin müstəntiqinə təxminən 2021-ci ilin fevral ayında gümüşü metalik rəngli, Opel Vektra markalı, **-FG-*** dövlət nömrə nişanlı avtomaşını əldə etməsi ilə bağlı ifadəsini vermişdir. Həmin ərəfədə özünə maşın axtardığı üçün sosial şəbəkələrdə olan Tap.az saytından bu maşının 8200 manata satıldığını öyrənmişdir. Elanı qoyan şəxsin adını və soyadını artıq xatırlamır və həmin şəxslə əlaqə saxlayıb görüşüb avtomaşına baxaraq bəyəndikdən sonra 8.200 manat ödəyərək maşını almışdır. Avtomaşını 16 fevral 2021-ci il tarixdə alqı-satqı edərək Azərbaycan Respukblikası DİN-nin BDYP-də öz adına rəsmiləşdirmişdir. Hazırda həmin avtomaşınla sərnişin daşımaqla ailəsinə çörək pulu qazanır. İbtidai istintaqa verdiyi ifadəsi ona elan edilmişdir. Həqiqətən o, müstəntiqə ifadə verən zaman öyrənmişdir ki, tanımadığı şəxsdən əldə etdiyi avtomaşın X2 məxsus olmuşdur. Təqsirləndirilən şəxs yaxın qohumu olan arvadı Şahid12 məhləməyə teleqram vuraraq bildirmişdir ki, səhhətində olan problem ilə əlaqədər məhkəmə iclasına gələ bilməyəcək, ibtidai araşdırma zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid12 ifadəsi elan olunaraq müəyyən edilmişdir ki,göstərilən ünvanda ailəsi ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs ilə 2004-cü ildə rəsmi nigaha daxil olmuşdur.Birgə nigahdan üç oğlan övladları dünyaya gəlib.Vüsalın Bakı şəhərində kimə, harada və hansı məqsədlə pul alması barədə heç bir məlumatı yoxdur.Onun Vüsalın hansı işlərlə məşğul olması barədə də heç bir məlumatı olmamışdır.2021-ci ildən bu günədək Vüsalla ayrı yaşasa da,rəsmi nigahları pozulmamışdır.Təxminən 2021-ci ilin mart ayının ortalanda evdə olduğu zaman həyətdə səs-küy eşitmiş, həyətə baxdıqda tanımadığı şəxslərin həyat yoldaşı Vüsalla mübahisə etdiklərininə şahid olmuş,həyətə düşmüş və həyətdə ona məlum olmuşdur ki, həyətlərinə gələn şəxslər Vüsaldan pul tələb edirlər.O məsələ ilə yaxından tanış olduqda həyətlərinə gələn adını sonradan bildiyi Xeyrənsə adlı şəxsə Vüsalın borcu olduğunu öyrənmişdir.Xeyli mübahisədən sonra Xeyrənsə Vüsalın ikinci həyat yoldaşı olduğunu ona demiş, o isə orada eşitdiklərinə inana bilməmişdir. Vüsal ona yalan danışaraq Xeyrənsəyə olan borcuna görə Xeyrənsanın elə fikilrər söylədiylni bildirmişdir.Sonra isə ona məlum olmuşdur ki,Vüsal Xeyrənsəni aldadaraq onunla evlənəcəyini bildirərək yaxınlıq etmiş,arvadının xəstə olduğunu demiş,Xeyrənsə ilə ailə kimi yaşayaraq etibarını qazanaraq pullarını mənımsəyirmiş.O Vüsalın həmin pulları hara xərclədiyini,hara qoyduğunu bilmir.Vüsal hər kəsi aldatdığı kimi onu da aldatmışdır.Vüsal ona şər-böhtan atmağa çalışmışdır.Bundan sonra oraya Binəqədi RPİnin 40-cı PB-nin polis əməkdaşları gəlmişlər və onlar bölməyə getmişlər.Orada o Vüsaldan şikayət etmişdir.Cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs3 düz danışır.Belə ki,Vüsal ona demişdir ki, «bir nəfər kişiyə pul borcluyam və həmin kişinin arvadı həyazsızlıq edərək onların evinə gəlib pulu qaytarmağımı tələb edəndə mən ondan vaxt istəyim,mən də ona görə vaxt istəmişəm».Əslində isə onun Vüsalın dələduzluq yolu ilə əldə etdiyi pullardan heç birməlumatı olmayıb. Təqsirləndirilən şəxs yaxın qohumu olan oğlu Şahid1 ibtidai araşdırma zamanı şahid qismində verdiyi ifadəsi elan olunaraq müəyyən edilmişdir ki, o,qeyd olunan ünvanda ailəsi ilə birgə yaşayır.Vüsal onun atası, Sevinc isə anasıdır.Təxminən 2021-ci ilin mart ayının ortalanda evdə olduğu zaman həyətdə səs-küy eşitmiş,həyətə baxdıqda tanımadığı şəxslərin həyat yoldaşı Vüsalla mübahisə etdiklərininə şahid olmuş,həyətə düşmüş və həyətdə ona məlum olmuşdur ki, həyətlərinə gələn şəxslər atası Vüsaldan pul tələb edirlər.O məsələ ilə yaxından tanış olduqda həyətlərinə gələn adını sonradan bildiyi Xeyrənsə adlı şəxsə atası Vüsalın borcu olduğunu öyrənmişdir.Xeyli mübahisədən sonra Xeyrənsə atam Vüsalın ikinci həyat yoldaşı olduğunu ona demiş,o isə orada eşitdiklərinə inana bilməmiş,lakin atası Vüsal yalan danışaraq Xeyrənsəyə olan borcuna görə Xeyrənsanın belə fikilrər söylədiylni bildirmişdir.Sonra ona məlum olmuşdur ki,atası Vüsal Xeyrənsəni aldadaraq onunla evlənəcəyini bildirərək onunla yaxınlıq etmiş, ona anasının xəstə olduğunu demiş, onunla ailə kimi yaşayaraq etibarını qazanaraq pullarını mənımsəyirmiş.O atası Vüsalın həmin pulları hara xərclədiyini, hara qoyduğunu bilmir.Atası Vüsal hər kəsi aldatdığı kimi onları da aldatmışdır.Vüsal onun anasına şərböhtan atmağa çalışmışdır.Bundan sonra Binəqədi RPİ-nin 40-cı PB-nin polis əməkdaşları gəlmişlər və onlar bölməyə getmişlər.Zərərçəkmiş şəxs3 düz danışır.Belə ki, atası Vüsal anasına demişdir ki,bir nəfər kişiyə pul borcludur və həmin kişinin arvadı həyazsızlıq edərək onların evə gəlib pulu qaytarmağını tələb edəndə anası ondan vaxt istəsin.Anası da ona görə vaxt istəmişdir.Əslində isə onların atası Vüsalın dələduzluq yolu ilə əldə etdiyi pullardan heç bir məlumatları olmmışdır. Təqsirləndirilən şəxs yaxın qohumu olan atası X14 ibtidai araşdırma zamanı şahid qismində verdiyi ifadəsi elan olunaraq müəyyən edilmişdir ki , o,göstərilən ünvanda ailəsi ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun böyük oğludur.Vüsalın Bakı şəhərində kimə, harada və hansı məqsədlə pul alması barədə heç bir məlumatı yoxdur.O Vüsalın hansı işlərlə məşğul olması barədə heç bir məlumatı olmamışdır.Vüsal tutulduqdan sonra Vüsalın törətdiyi cinayət əməlləri barədə məlumatı olmuşdur. Bir ata olaraq Vüsalın zərər çəkmişlərə vurduğu ziyanı ödəmək fikri yoxdur və Vüsalın vurduğu zərərləri ödəmək üçün imkanı yoxdur. Məhkəməyə daxil olmuş Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis bölməsinin rəisi polis polkovnik-leytenantı Kamran Hümbətovun xx.xx.2024-cü il tarixli 3-13-58-4/2-16463/24 saylı məktubunda məlum olunur ki, Sumqayıt şəhəri 20ci məhəllə , ev 4/59, mənzil 7-də yaşayan Şahid6 Nürəddin oğlunun yaşadığı yerin məlum olmaması səbəbindən onun Bakı Ağır Cinayətlər Məhkəməsinə gətirmək mümkün olamamışdır. Məhkəmə iclasında ibtidai araşdırma zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsi elan edilərək müəyyən edilmişdir ki, 2020-ci ilin ortalarından Sumqayıt şəhəri,41-ci məhəllə Çerkasi küçəsində «Avtosum» avtosalonunda işləyir.Təxminən 2018-ci ildən əslən Tovuz rayonundan olan,deməsinə görə Azərsu ASC-də işləyən Təqsirləndirilən şəxsı tanıyır.Tanışlıqlarına səbəb həmin vaxt onun «Turbo.az» saytına kreditdə olan gümüşü rəngli «Hunday sonata» markalı avtomaşını satan zaman Təqsirləndirilən şəxs həmin avtomaşını görüb ona zəng vurması olmuşdur.Həmin vaxt o Sumqayıt şəhərində avtovağzalın yaxınlığında yerləşən Asan xidmətin yaxınlığında icarəyə yer götürərək avtomaşın satışı ilə məşğul olurdu.Həmin vaxt Vüsal onunla görüşərək avtomaşına baxıb bəyəndikdən sonra ilkin ödəniş olaraq 5000 manat ödəniş edərək aylıq ödənişləri özü ödəmək şərti ilə avtomaşını götürüb getmişdir.Bundan sonra bir neçə dəfə olaraq Vüsalla iş yeringə görüşüb çay içmişlər.Həmin söhbət əsasında Vüsal "xxxx" ASC-də Ceyranbatan su anbarında işlədiyini və su sahəsində köməklik lazım olacağı halda kömək edə biləcəyini demişdir. Təxminən 2021-ci ilin fevral ayında Vüsal gümüşü metalik rəngli, Opel Vektra markalı avtormaşınla həmin vaxt onun işlədiyi «Azərsum» salona gələrək özünə məxsus oldluğunu bildirdiyi həmin Opel markalı avtomaşını məbləğini xatırlamadığı qiymətə satmaq istədiyini bildirmişdir.Həmin vaxt avtomaşında sarı saçlı bir xanım da qabaq oturacaqda əyləşmişdir.O avtomaşına baxmış və münasib olmadığı üçün ala bilməyəcəyini Vüsala demişdir.Bundan sonra onun Təqsirləndirilən şəxs ilə hər hansı bir əlaqəsi olmamışdır.Bir neçə il əvvəl Vüsal özünə məxsus olduğunu bildirdiyi "Opel Vectra" markalı avtomobillə salona gəlmişdir.Həmin vaxt salonda "Hyundai Sonata" markalı,**-ZT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil satışda olmamışdır,onun tərəfəndən Vüsala hər hansı bir "Hyundai Elantra" markalı avtomobili satmaq təklif edilməyib, belə olan halda hər hansı bir “Hundai Elantra” markalı avtomobilə görə ona beh olaraq nəinki 3000 manat, heç bir manat da pul verilməmişdir.Vüsal yalan danışır və yəqin ki, özünə kömək etmək məqsədi ilə elə sözlər deyib.Vüsal salona gələrkən "Opel Vectra" markalı avtomobildə sarı saçlı bir xanım da olmuşdur və Vüsal ona həmin xanımın həyat yoldaşı olduğunu bildirmişdir. Məhkəməyə X12 göndərdiyi teleqramdan müəyyən olunur ki, o hal-hazırda Türkiyyə Cumhuriyyəti, Gəbzə şəhərində dünyaya övlad gətirdiyi üçün hal-hazırda Türkiyədədir, bu səbəbdən məhkəmə prosesinə gələ bilmir, ibtidai araşdırma zamanı verdiyi ifadəsini təsdiq edir. Şahid5 ibtidai araşdırma zamanı verdiyi ifadəsi elan olunaraq müəyyən edilmişdir ki,göstərilən ünvanda ailəsi ilə birlikdə yaşayır.X18 pandemiyasi ilə əlaqədar olaraq karantin rejimi ərzində işləmədiyindən ailəni saxlamaq üçün iş yeri axtarırdı.Buna görə də anası Xeyrənsə təqribən 7-8 il əvvəl tanıdığı Şahid3 müraciət edərək iş axtarışında olduğunu bildirmişdir.Məhəmməd anasını Təqsirləndirilən şəxs adlı şəxslə tanış etmişdir.Vüsal anasına 3500 manat pul müqabilində kömək edəcəyini və onu "xxxx" ASC-də bağban,onu isə operator vəzifəsinə işə düzəldəcəyini demişdir.Bundan sonra Vüsalla anası arasında münasibət yaranmışdır. Bu müddət ərzində Vüsal anasına narahat olmamağını,2021-ci ilin fevral ayından anasının və onun artıq işə çıxacaqlarını bildirmişdir. Bundan sonra Vüsal anasına zəng edərək Sumqayıt şəhəri ərazisində yerləşən "Avtosum" adlı avtomobil salonuna gəlməyini demişdir.Anası da idarə etdiyi, özünə məxsus olmuş "Opel Vectra" markalı, **-FG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə oraya getmişdir.Daha sonra Vüsal anasının avtomobilini "tap.az" satışa qoymuşdu.06 yanvar 2021-ci il tarixdə Vüsal evə gələrək anasının avtomobilinə alıcı tapıldığını deyərək notariusa etibarnamə vermək üçün getməyə hazırlaşmağını bildirmişdir.Vüsal və anası birlikdə Bakı Beynəlxalq Avtovağzal Kompleksi ərazisində yerləşən 20 saylı notariat kontoruna getmişlər.Orada anası əvvəllər tanımadığı,alıcıya avtomobilinə aid baş etibarnamə vermişdir.Bundan sonra anası Vüsalla birlikdə oradan 20 Yanvar dairəsi ərazisində yerləşən "xxxx" ASC-nin inzibati binasının qarşısına getmişlər. Vüsal anasına avtomobildə gözləməyini demişdir,özü isə düşərək alıcı ilə söhbət etməyə getmişdir.Orada Vüsal alıcıdan 7000 manat pul alaraq anasına verməmiş və həmin pula onları işə düzəldəcəyini demişdir.Sonra Vüsal onları işə düzəltməmiş və 05 aprel 2021-ci tarixdə anasının pulunu qaytaracağına söz versə də, yenə də pulu qaytarmamışdır və anası da məcbur olub ərizə ilə hüquq-mühafizə orqanlarına müraciət etmişdir. Məhkəməyə daxil olmuş teleqramdan müəyyən olunur ki, Şahid9 xəstəliyi ilə əlaqədər məhkəmədə iştirak edə bilməyəcək, istintaq zamanı verdiyi izahatı təsdiqləyir. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid9 ifadəsi elan olunaraq müəyyən edilmişdir ki,qeyd olunan ünvanda ailəsi ilə birgə kirayədə yaşayır.X7 dostu rəhmətlik Əsgərin tanışı Vüsal adlı şəxsin ev alqı satqısı, ipotekası ilə məşğul olduğunu bildirdi.Həmin ərəfələrdə o oğluna ev almaq istəyirdi, lakin ilkin ödənişi etməyə pulu az olduğundan onların işi alınmamışdır.Bundan sonra qonşuluqda yaşayan Xatirə adlı qadının özlərinə ev axtardığını bilirdi.O Vüsalın yadında qalmayan xatırlamadığı mobil nömrəsini Xatirəyə vermişdir ki,özləri danışsınlar. Xatirə Bakını yaxşı tanımadığı üçün ondan bir dəfə Məhəmməd Hadi küçəsində yerləşən Beynəlxalq Bankın fililalına getmişdir.Bir dəfə də Xatirə ilə birlikdə Asan Xidmətdə olan notariusa gederek orada Vüsalla Xatirə kredit müqaviləsi bağlamışlar.Onun Xatirə və Vüsal arasında olan pulun məbləğindən dəqiq məlumatı yoxdur,lakin bilir ki, Xatirə Vüsal vasitəsi ilə Xırdalandan ev almalı idi. Xatirə bir neçə dəfə onun yanında terminal vasitəsi ilə Vüsalın kartına pul vurmuşdur.Həmin pulun məbləğini dəqiq bilmir.Zərərçəkmiş şəxs1 Şəfəqqət qızı ilə Təqsirləndirilən şəxs tanış etməkdə məqsədi yaxşılıqdan başqa bir şey olmamışdır,Xatirənin evi olmamışdır, qardaşı evində qalırdılar.Ondan vasitəçi nömrəsi istəmiş,o Vüsalın nömrəsini vermişdir.Onun bu işdə hər hansı bir marağı olmamışdır.Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs1 aldadaraq 64200 manatdan ona hər hansı məbləğdə pul verilməmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlləri üzrə təqsirli olması qismən özünün, zərərçəkmiş şəxslərin və şahid ifadələri ilə yanaşı cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin başlanılmasına dair xx.xx.2021ci il tarixli qərardan müəyyən olunur ki, bu cinayət işi Yasamal rayon prokuroru, baş ədliyyə müşaviri Elman Süleymanov tərəfindən fakta görə Azərbaycan Respublikası CMnin 178.2.3 və 178.2.4-cü maddələri ilə başlanılmış, cinayət işinin başlanmasına səbəb Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs tərəfindən onun 7.000 manat pulunun ələ keçirilməsi barədə müraciəti olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış ibtidai araşdırma orqanının xx.xx.2021-ci il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs istintaqdan gizləndiyi üçün onun barəsində Azərbaycan Rerspublikası CPM-nin 150-ci maddəsinə əsasən axtarış elan edilmiş və həmin tarixdə cinayət işinin icraatı Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Məhkəmədə elan edilib araşdırılmış ibtidai araşdırma orqanının xx.xx.2022-ci il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş,sonuncu istintaqdan yayındığından ona ittiham elan olunması mümkün olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış Yasamal rayon Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli qərarından müəyyən olunur ki, axtarışda olan Təqsirləndirilən şəxs barəsində 2 (iki) ay müəyyən edilməklə həbs qətimkan tədbiri seçilmiş,qərarda həbs etmənin əvvəli Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verildiyi vaxtdan hesablanması göstərilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası DİN-in 27 aprel 2023-cü il tarixli 3-13-25/2-5224/2023 nömrəli məktubundan müəyyən olunur ki, xx.xx.1979-cu il təvəllüdlü Təqsirləndirilən şəxs 26 aprel 2023-cü il tarixdə Gürcüstan Respublikası ərazisində saxlanılmışdır.Belə olan halda Təqsirləndirilən şəxs 26 aprel 2023-cü il tarixdən həbs edildiyi müəyyən edilməklə həbs etmənin əvvəli 26 aprel 2023cü il tarixdən hesablanmalıdır. Məhkəmədə elan edilib araşdırılmış “Azərsu" ASC-nin Bakı Sukanal” İdarəsinin xx.xx.2021-ci il tarixli, 01-01/01/993 nömrəli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2016-cı il tarixində “Bakı Sukanal” İdarəsinin 15 saylı kanalizasiya nasos stansiyasında mexanik vəzifəsinə işə qəbul edilmiş və xx.xx.2019-cu il tarixində həmin vəzifəyə işləmiş. Həmin tarixdə xx.xx.2019-cu il tarixində yeni əmək müqaviləsi bağlanılaraq o, +105 “Saray” su anbarının istismarı sahəsinin sahə rəisi vəzifəsinə qəbul edilmiş, xx.xx.2020-ci il tarixində onun əmək müqaviləsinin dəyişiklik edilərək +105 “Saray”, +56.75, “Saray” və +82 “Masazır” su anbarlarının istismarı sahəsində sahə rəisi vəzifəsinə keçirilmiş və xx.xx.2021-ci il tarixində həmin vəzifədə işləmişdir. Məhkəmədə elan edilib araşdırılmış “Azərsu" ASC-nin “Bakı Sukanal” İdarəsinin xx.xx.2021-ci il 01-xx/xx/1028 nömrəli məktubundan müəyyən olunur ki, “Bakı Sukanal” İdarəsi üzrə işə qəbul "xxxx" Açıq Səhmdar Cəmiyyəti sədrinin məktubuna əsasən İdarə rəisi tərəfindən əmək müqaviləsi bağlanılmaqla aparılır və Təqsirləndirilən şəxs işlədiyi müddətdə sahəyə işçilərin işə qəbulu və işdən azad edilməsi ilə bağlı hər hansı səlahiyyəti olmamışdır. +105 “Saray”, +56.75, “Saray” və +82 “Masazır” su anbarlarının istismarı sahəsində 2020-ci ilin oktyabr ayından 2021-ci ilin 05 fevral ayını əhatə edən dövr üzrə bir vahid təmirçi çilingər ştatı vakant olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış “Bakı Sukanal” İdarəsinin Su anbarları və nasos stansiyasının rəisinin xx.xx.2014-cü il tarixdə təsdiqlənmiş vəzifə təlimatından müəyyən olunur ki, Su anbarları və nasos stansiyasının rəisinin işə götürmə, əmək müqaviləsi bağlamaqla bağlı hər hansı səlahiyyəti yoxdur. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2024- cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan müəyyən olunur ki,Zərərçəkmiş şəxs3 iştirakı ilə hadisə yerinə baxış keçirilərkən sonuncu bildirmişdir ki, ona məxsus gümüşü metalik rəngli “Opel Vektra”markalı, **-FG-*** dövlət qeydiyyat nişanlı avtomaşının satılmasına görə 7000 manat pul Təqsirləndirilən şəxs tərəfindən Bakı şəhəri,Yasamal rayonu, Moskva prospekti 67 ünvanda yerləşən "xxxx" ASC-nin yaxınlığında ələ keçirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2021-ci il tarixli “Götürmə haqqında” protokoldan müəyyən olunur ki, zərər çəkmiş şəxs X20 tərəfindən Təqsirləndirilən şəxs mənzilin alınması üçün 20.000 manat pulun verilməsinə dair 03 vərəqdən ibarət əl yazmaları və 03 ədəd bank qəbzlərinin əks olunduğu 01 vərəq zərər çəkmiş şəxs X20 tərəfindən istintaqa təqdim edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2021-ci il tarixli “Götürmə haqqında” protokoldan müəyyən olunur ki, zərər çəkmiş şəxs X4 Təqsirləndirilən şəxs ilə aralarında olan Whatsapp yazışmalarının çıxarışlarını təqdim etmişdir. Məhkəmədə elan edilib araşdırılmış “Opel Vektra” markalı, gümüşü metalik rəngli,**-FG-*** dövlət nömrə nişanlı avtomaşına baxış keçirilməsi barədə xx.xx.2024-cü il tarixli protokoldan müəyyən olunur ki,ünvan 5 ünvanda yerləşən “Bravo” marketinin qarşısında gümüşü metalik rəngli “Opel Vektra”markalı, **-FG-*** dövlət qeydiyyat nişanlı avtomaşına baxış keçirilmiş, avtomaşının sahibi Şahid7 həmin avtomaşının ona məxsus olduğunu,avtomaşını Tap.az saytında satıldığını görərək satan şəxslə görüşüb 8200 manata almış, avtomaşınıalqı-satqı edərək öz adına rəsmiləşdirmişdir. Məhkəmədə elan edilib araşdırılmış "xxxx" MTK-nın xx.xx.2024-cü il tarixli, 01 №li məktubundan müəyyən olunur ki, "xxxx" MTK ilə Təqsirləndirilən şəxs ilə hər hansı bir müqavilə bağlanmamış, MTK-nın inşa etdiyi binalara Təqsirləndirilən şəxs payçı kimi qəbul edilməmiş və onun tərəfindən MTK-nın xəzinəsinə hər hansı məbləğdə vəsait ödənilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs məhkumluğuna dair Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış müvafiq tələbnamədən müəyyən olunur ki, onun məhkumluğuna dair hər hansı bir məlumat yoxdur,onu xarakterizə edən digər sənədlərdən müəyyən olunur ki, o evlidir,yetkinlik yaşına çatmış iki övladı, yetkinlik yaşına çatmamış bir övladı olmaqla azyaşl uşaqları yoxdur. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməlini törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Məhkəmə nəzərə alır ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 64.200 manat,Zərərçəkmiş şəxs2 20000 manat, Zərərçəkmiş şəxs3 7000 manat məbləğində zərər vurmuş,həmin zərərdən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 9274 manat qaytarılmış, 54726 manat zərər qalmış, digər Zərərçəkmiş şəxs3 vurduğu 7000 manat məbləğində zərərərdən 1000 manat qaytarmış, 6000 manat zərər qalmışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etdikdə Azərbaycan Respublikasının CM-nin 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində zərər dəymiş ziyanın qismən ödənməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir, onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ədalət prinsipini nəzərdə tutan 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədləri açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bundan əlavə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri təyin edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, hər bir şəxs barəsində verilən ittihamla bağlı qərəzsiz və ədalətli məhkəmə baxışı qeyd olunan X10 təməl prinsiplərindən Təqsirləndirilən şəxsin təqsirli bilindiyi dələduzluq cinayəti talama cinayətlərinin bir növü olmaqla aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və bu zaman əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu təqsirləndirilən şəxsə onun yalanlarının təsiri altında və ya ona olan inamının, etibarının təsiri altında könüllü olaraq verir. «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 saylı qərarının 1-ci bəndində qeyd olunur ki, etibardan sui-istifadə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olsun. Bu cinayətin özünəməxsusluğu ondan ibarətdir ki, mülkiyyətçinin əmlakı özgəninkiləşdirməsi və onu cinayətkara verməsi zahiri cəhətdən könüllü görünür. Faktiki isə təqsirkar aldadaraq və ya etibardan sui-istifadə edərək zərərçəkmiş şəxsi yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməllərinin törədilməsi məhkəmədə tədqiq edilmiş mötəbər sübut növləri ilə tam sübuta yetirilmişdir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməlinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı zərərçəkmiş şəxslərə vurulmuş ziyanın tam ödənilməsi üçün hər hansı bir hərəkət etməmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın məqsədinə yalnız onun cəmiyyətdən təcrid olunma yolu ilə nail olmaq mümkündür. Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə görə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cinayət əməllərini "xxxx" ASC-nin Bakı «Sukanal» idarəsində su anbarlarının istismarı sahəsində sahə rəisi vəzifəsində işləyərkən törətməsini nəzərə alaraq, onun barəsində dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzasının da əlavə cəza qismində təyin edilməsini qanunamüvafiq hesab edir. Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ağır cinayətlər kateqoriyasına aiddir və Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün həmin şəxsin azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Belə olan halda, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 26 aprel 2023-cü il tarixdən hesablanmalıdır. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə baxılan cinayət işi üzrə Təqsirləndirilən şəxs aid Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4-cü maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlak müəyyən edilmədiyindən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 dəymiş ziyanın ödənilməmiş hissəsi, Zərərçəkmiş şəxs2 isə ziyanla bağlı mülki-mühakimə qaydasında ərazi məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı təyinatla müdafiəsini keçirmiş Bakı Şəhəri 22 saylı Vəkil Bürosunu Vəkili X16 120 (yüz iyirmi) manat pul Bakı Şəhəri 22 saylı Vəkil Bürosunun nəfinə ödənilməli, məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla Bakı şəhəri «Yusif Allahverdiyev və Partnyorları» Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi üçün 520 AZN (beş yüz iyirmi manat) pul «Yusif Allahverdiyev və Partnyorları» Vəkil Bürosunun nəfinə ödənilməlidir. İş üzrə maddi sübut və məhkəmə xərcləri yoxdur. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2 ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək, CM-nin 46.2-ci maddəsinə əsasən 02 (iki) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 26 aprel 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxslər-Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 vurulmuş ziyanın ödənilməmiş hissəsi, Zərərçəkmiş şəxs2 isə vurulmuş ziyanla bağlı mülki-mühakimə qaydasında ərazi məhkəməsinə müraciət etmək hüququ izah edilsin. İbtidai istintaq zamanı göstərdiyi hüquqi yardımla bağlı müdafiəçi X16 oğlu üçün 120 (yüz iyirmi) manat Bakı Şəhəri 22 saylı Vəkil Bürosunun, məhkəmə iclaslarında göstərdiyi hüquqi yardımla bağlı isə Müdafiəçi üçün 520 AZN (beş yüz iyirmi manat) pul «Yusif Allahverdiyev və Partnyorları» Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Rasim Sadıxov Novruz Kərimov Leyla Məmmədova-Əsgərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar