Məhkəmə qərarları › İş №1(101)-1900/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1900/2021

17.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1900/2021 17.12.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri; Mahmudov İlham Ağa oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1, 234.4.3, 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı «Yəhya» adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı «Yəhya» adlı şəxs və qeyriləri tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli külli miqdarda narkotik vasitələri İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsinə və satışının təşkil edilməsinə əvvəlcədən vəd verməklə razılığa gələrək köməklik etmiş, bu məqsədlə «Yəhya» adlı şəxs və qeyriləri naməlum vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirdikləri külli miqdarda ümumi təmiz çəkisi 5024,491 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini, külli miqdarda ümumi təmiz çəkisi 1000 qram kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki, külli miqdarda ümumi təmiz çəkisi 3145 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı istintaqa məlum olmayan ünvanda yerləşdirib bu barədə Təqsirləndirilən şəxs məlumat verdikdən sonra sonuncu həmin kütlələri istintaqa məlum olmayan vaxtda və şəraitdə qeyd olunan yerdən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib satışını həyata keçirmək məqsədi ilə qeyd edilən çəkidə narkotik vasitə heroinin bir ədəd bükümdə olan 94,491 qramını üzərində, 4930 qram narkotik vasitə heroini, 1000 qram narkotik vasitə tiryəki və 3145 qram narkotik vasitə qurudulmuş marixuananı isə qeydiyyatda olmaqla yaşadığı özünə məxsus ünvan 1 ünvanın yaxınlığındakı işlətdiyi metal qəbulu məntəqəsinə daşıyaraq saxlamış, həmçinin istintaqa məlum olmayan mənbədən əldə etdiyi çətənə (kannabis) bitkisinin toxumlarından istifadə etməklə qanunsuz olaraq özünə məxsus yaşadığı ünvan 1 ünvanının həyətyanı sahəsində külli miqdarda, yəni 50 ədəd tərkibində narkotik maddələr olan çətənə bitkiləri əkib yetişdirməklə kultivasiya etmiş, daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 29 iyul 2021-ci İl tarixdə saat 06:30-da ünvan 1 ünvanının yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq Baş İdarəyə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə külli miqdarda təmiz çəkisi 94,491 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Əməliyyat axtarış tədbirinin davamı olaraq həmin gün saat 11:00-dan etibarən Təqsirləndirilən şəxs öz könüllü razılığı, icazəsi və iştirakı ilə yaşadığı ünvan 1 ünvanının yaxınlığındakı işlətdiyi metal qəbulu məntəqəsinə baxış keçirilən zaman həmin tikilinin girişindən sağ tərəfdəki kreslonun yanında gizlətməklə saxladığı bir ədəd sellofan torbanın içərisindən beş ədəd bükümdə külli miqdarda ümumi təmiz çəkisi 4930 qram olmaqla üzərindən aşkar edilmiş narkotik vasitə heroinlə kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd bükümdə külli miqdarda təmiz çəkisi 1000 qram xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryək və bir ədəd bükümdə külli miqdarda təmiz çəkisi 3145 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, həmçinin Təqsirləndirilən şəxs razılığı, icazəsi və iştirakı ilə qeydiyyatda olmaqla yaşadığı ünvan 1 ünvanına baxış keçirilən zaman həmin ünvanın həyətyanı sahəsindən qanunsuz olaraq əkib-becərdiyi, xüsusi-aqrotexniki qaydada qulluq göstərərək yetişdirmə dərəcəsinə çatdırdığı külli miqdarda 50 ədəd yaş vəziyyətdə ümumi çəkisi 7155 qram çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür . Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitənin istifadə edənidir. Atasını uşaq vaxtı itirmiş, buna görə də 14-15 yaşından dəmir yığıb satmaq ilə məşğul olaraq çörək pulu qazanmışdır. Evdə ailəsi ilə birgə yaşayır. O, məlum hadisə baş verməmişdən 4-5 ay qabaq narkotik vasitə istifadə etməyə başlamışdır. 27 iyul 2021-ci il tarixdə gecə saat 02-03 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən obyektində iş gördüyü zaman, beş dənə PPX maşını həyətə daxil olmuşdur. 4 nəfər polis maşınında qalmaqla, 14 nəfər mülki geyimli şəxslər vəsiqə göstərmədən obyektə girərək onu döyərək yerə yıxmış və əllərinə arxadan qandal vurmuşlar. Bundan sonra yerdən götürdükləri bellə baş nahiyyəsinə vuraraq zərbələr endirmişlər. Bir nəfər də əlində kisə ilə obyektdəki otağa girmişdir. Onu sürüyəsürüyə otağa salmışlar. Bu zaman onun əynində qara rəngli şalvar olmuş, belə ki, otaqda boz rəngli şalvar geyinmişdir. Obyektində olan otaqda 8 ədəd kameranı da sındırıb qutusunu aparmışlar. Ona bildirmişlər ki, ağaclarının yerini bilirlər və valideynlərini, uşaqlarını polis bölməsinə aparıblar. Ona məxsus olmayan narkotik vasitələri boynuna götürmədiyi təqdirdə, onları həbs edəcəklər. Orada videoçəkiliş etmişlər. Bundan sonra onu qabaq tərəfə, ağacların yanına aparmışlar. Belə ki, onlara ağaclarının yerini göstərmiş və Baş Narkotiklərlə Mübarizə İdarəsinə getmişdir. Orada bir cibimə 01 büküm narkotik vasitə, digər cibinə isə telefon qoymuşlar. Gecə götürdükləri narkotik vasitə səhv etmirsə, 2 kiloqram olmuşdur. Onu idarədən evə gətirəndə saat 11 radələri olardı. İkinci dəfə evə gələndə artıq narkotik vasitənin miqdarı çox olmuşdur. Buna etiraz etdikdə ona bildirmişlər ki, «sən onsuzda külli miqdarla tutulmusan, 49 ağacdır, bunları da götür boynuna». Şəxsi axtarış zamanı üzərində qanunla qadağan olan hər hansı əşya aşkar edilməmişdir. Lakin, polis əməkdaşları onu döyərək üzərində külli miqdarda narkotik vasitə aşkar olunmasına dair protokol tərtib edərək ona imza etdirmişlər. Obyektinə də baxış keçirilərkən orada heç nə aşkar olunmamış, bir ədəd sellofan torbanı çıxarıb heroin olduğunu, bir ədəd bükümdə narkotik vasitə tiryək, bir ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuana çıxararaq polislər ona məxsus olduğunu bildirməsi üçün ona işgəncələr vermişlər. İstintaq zamanı ifadələrində İran İslam Respublikasının vətəndaşı “Yəhya” adlı şəxslə narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olmasını və ondan pul müqabilində narkotik vasitə və psixotrop maddələr əldə edərək onun dediyi ünvanlara çatdıracağı barədə vermiş olduğu ifadələri Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının fiziki və psixi təzyiqlər ilə vermiş, lakin bildirmək istəyir ki, o, ümumiyyətlə, “Yəhya” adlı şəxsi tanımır və bu ad polis işçiləri tərəfindən uydurulmuş bir addır. Ona təzyiq olması ilə bağlı vəkilinə də bildirmişdir. Narkotik vasitənin heç bir növü onda olmamışdır. Ancaq həyətindən çıxan 49 ədəd narkotik tərkibli bitkilər ona məxsus olmuşdur.. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi məhkəmə iclasında dindirilmiş şahid ifadələri, ekspertiza rəyləri və digər sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin XMİÜ baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis kapitanıdır. 28 iyul 2021 -ci il tarixdə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etməsi, saxlaması, daşıması və satması ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs ünvan 1 ünvanının yaxınlığında olduğunu bildikləri üçün 29 iyul 2021-ci il tarixdə saat 06:30 radələrində həmin ünvana gəlmişdirlər. Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər və Baş Narkotiklərlə Mübarizə İdarəsinə getmək lazım olduğunu bildirmişdirlər. Təqsirləndirilən şəxs etiraz etmədən razılaşıb Baş İdarəyə gəlmişdir. Baş İdarədə Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış başlamışdır. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşıb əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütləni təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sol yan cibindən “Redmi” mobil telefon, ona məxsus sürücülük vəsiqəsi, üç ədəd açar və içində siqaret dənələri olan siqaret qutusu aşkar olunmuşdur. Sonra heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırılmış, qablaşdırmanın üzəri imzalanmış və götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar olumuş narkotik maddələri İran İslam Respublikası vətəndaşı “Yəhya” adlı şəxsin vasitəsi ilə əldə etmişdir, həmin narkotik maddələri “Yəhya” adlı şəxsin deyəcəyi ünvanlara çatdıracaqdır, əlavə olaraq Bakı şəhəri, Sabunçu rayonunda yerləşən yaşadığı evin yaxınlığındakı tikilidə narkotik maddə saxlayır, orada saxladığı narkotik maddələri təqdim edə bilər, həmin evə və yaxınlığındakı tikiliyə baxış keçirilməsinə etirazı yoxdur. Bundan sonra həmin tikiliyə baxış keçirmək üçün etirazının olmadığını bilmək üçün Təqsirləndirilən şəxs ərizə alınmışdır. 29 iyul 2021-cı il tarixdə saat 11:00-da ünvan 1 ünvanına və yaxınlığında yerləşən avtomobil sexinə videoçəkilişlə baxış başlanmışdır. Baxış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs evdə və tikilidə olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığındaki avtomobil təmir sexi kimi istifadə etdiyi tikilinin girişindən sağ tərəfdəki kreslonun yanında gizlətdiyi bir ədəd sellofan torbanı təqdim etmişdir. Həmin torbanın içindən beş ədəd bükümdə narkotik vasitə heroinə bənzər, bir ədəd bükümdə narkotik vasitə tiryəkə bənzər, bir ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr aşkar olunmuşdur. Sonra heroinə bənzər kütlələr elektron tərəzidə çəkilmiş və qablaşdırılmış üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür. Daha sonra avtomobil sexi kimi istifadə olunan tikilinin digər hissələrinə baxış keçirilmiş və əlavə olaraq heçnə aşkar olunmamışdır. Baxışın davamında Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanının həyətyanı sahəsindən 50 ədəd kultivasiya edilmiş çətənə bitkisinə bənzər kollar aşkar edilərək qablaşdırılıb götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, yaşadığı evin yaxınlığındaki özünə məxsus avtomobil sexi kimi istifadə etdiyi tikildən aşkar olunan narkotik maddələri İran İslam Respublikası vətəndaşı “Yəhya” adlı şəxsin vasitəsi ilə əldə etmişdir, həmin narkotik maddələri “Yəhya" adlı şəxsin deyəcəyi ünvanlara çatdıracaqdır, əlavə olaraq yaşadığı evin həyətyanı sahəsindən aşkar olunan əlli ədəd çətənə kolunu əkib-becərmişdir. Bundan sonra baxış zamanı qurtarmış, videoçəkiliş dayandırılmış, protokol tərtib edilmiş, ucadan oxunmuş, həmin protokola imza etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş BNMİ-nin əməkdaşları Şahid2 və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid1 Şahid3 ifadəsi ilə eyni məzmunlu ifadə vermişlər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 iyul 2021-ci il tarixli, 6/3173 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən..” yazısı olan paketdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 94,491 qram qəvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində : “şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi..” yazısı olan bağlamadakı 5 (beş) ədəd bükümdə ümumi təmiz çəkisi 4930 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotiki vasitə-heroindir və 1(bir) ədəd bükümdə təmiz çəkisi 1000 qram tünd qəhvəyi rəngli qətranabənzər, spesifik tiryək iyli maddə xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə -tiryəkdir. Təqsirləndirilən şəxs götürülmüş heroinin ümumi təmiz çəkisi 5024,491 qram ( 5 kq 24,491 qr) təşkil edir və həmin heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Qeyd: heroinin ümumi təmiz çəkisi : 5024,491 qr, tədqiqata sərf edildi: 0,30 qr (0,20 qr və 0,10 qr) qalıq: 5024,191 qramdır. -Tiryəkin təmiz çəkisi: 1000 qr, tədqiqata sərf edildi: 0,2 qr, qalıq: 999,8 qramdır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 iyul 2021-ci il tarixli, 7/721 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi...” yazısı və imzalar olan 01 (bir) ədəd qara rəngli polietilen bağlamadakı təmiz çəkisi - 3145 qram (3 kq 145 qr) olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. -Tədqiqata təqdim edilmiş ağ kağız üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs evindən ..” yazısı və imzalar olan göy rəngli polietilen bağlamadakı bir ədəd qara rəngli polietilen bağlamanın içərisində ümumi sayı 50 (əlli) ədəd yaş vəziyyətdə ümumi çəkisi - 7155 qram (7 kq 155 qram) olan bitki nümunələri əkilib- becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. -Təqdim edilmiş çətənə (kannabis) bitkiləri tərkiblərinə görə eynidirlər. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim edilmiş çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq edilmişdir. Qeyd: Marixuananın təmiz çəkisi -3145 qram (1 N-li ob) cəmi tədqiqata sərf edildi - 0,2 qram qalıq- 3144,8 qramdır. Çətənə bitkilərinin ümumi çəkisi -7155 qra (2-51 N-li ob) cəmi tədqiqata sərf edildi - 1,0 qram, qalıq 7154 qramdır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş 06 sentyabr 2021-ci il tarixli 3295 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asililiq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin Ambulator psixiatrik ekspertizasının 29 oktyabr 2021-ci il tarixli 2530 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik qeyd edilmir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir.Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də T. Rzaxanov törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Keçirilmiş tədbirlərin davamı olaraq 29 iyul 2021-ci il tarixdə saat 11:00 dəqiqədən etibarən Təqsirləndirilən şəxs icazəsi və iştirakı ilə ünvan 1 ünvanının yaxınlığındakı işlətdiyi metal qəbulu məntəqəsinə baxış keçirilən zaman həmin tikilinin girişindən sağ tərəfdəki kreslonun yanında saxladığı bir ədəd sellofan torbanın içərisindən beş ədəd bükümdə narkotik vasitə heroinə bənzər, bir ədəd bükümdə narkotik vasitə tiryəkə bənzər və bir ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddələr , həmçinin Təqsirləndirilən şəxs icazəsi və iştirakı ilə yaşadığı ünvan 1 ünvanına baxış keçirilən zaman həmin ünvanın həyətyanı sahəsindən qanunsuz olaraq əkib-becərdiyi, xüsusi- aqrotexniki qaydada qulluq göstərərək yetişdirmə dərəcəsinə çatdırdığı 50 ədəd çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış və götürmə, eyni zamanda baxış və götürmə aparılmasını özündə əks etdirən 02 ədəd DVD disk maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş 14 sentyabr 2021-ci il tarixli, 008-3243-1221 saylı əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və ünvan 1 ünvanının yaxınlığındakı avtomobil təmir sexi kimi istifadə etdiyi tikilidən aşkar edilmiş narkotik vasitələrin satış məqsədi ilə əldə edib, saxladığına, bu kimi maddələrin qanunsuz ticarət dövriyyəsində İran İslam Respublikasının vətəndaşı olan “Yəhya” adlı şəxslə birgə əlaqələrinin olmasına və fəaliyyət göstərməsinə, “Yəhya” adlı şəxsin həmin narkotik vasitəni cinayətdə əlbir olduqları digər naməlum şəxslər vasitəsi ilə irandan qaçaqmalçılıq yolu ilə Təqsirləndirilən şəxs göndərdiklərinə, Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə qaçaqmalçılıq yolu ilə qanunsuz əldə etdikdən sonra bu kimi maddələri qanunsuz daşıma fəaliyyəti ilə məşğul olmasına və qanunsuz saxlamasına dair əlavə məlumatlar əldə edilmişdir. Lakin "Yəhya" adlı şəxsin, eləcə də cinayətin digər iştirakçılarının şəxsiyyətlərinin, onların yaxın əlaqələrinin müəyyən edilməsi hələlik mümkün olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs həyətyanı sahəsində əkdiyi narkotik tərkibli bitkiləri satış məqsədi ilə əkdiyi müəyyən edilmişdir. 11.09.2021-ci il tarixli cinayət işinin istintaq materiallarına əlavə edilmiş mobil telefon aparatına baxış keçirilməsi haqqında protokollardan görünür ki, Təqsirləndirilən şəxs mobil telefonunun Redmi A2 markalı mobuil telefon olduğu, içərisində 070- ***-**-** və ***-***-**- ** saylı mobil nömrələrin olduğu müəyyən edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs mobil telefonunda İran İslam Respublikasına məxsus Araz Germi adı altında qeyd edilmiş +**********27 saylı, Fuflo adı altında qeyd edilmiş +**********73 saylı, Kərbalayi qaqa adı altında qeyd edilmiş +**********39 saylı, X3 adı altında qeyd edilmiş +**********29 saylı, sadəcə nömrələri qeyd edilmiş +**********74 saylı, +**********86 saylı, +**********88 saylı və +**********71 saylı mobil nömrələrin olduğu qeyd edilmişdir. İran İslam Respublikasına məxsus Araz Germi adı altında qeyd edilmiş +**********27 saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrə ilə Vatsap sosial şəbəkəsində narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı danışıqların olduğu, İran İslam Respublikasına məxsus mobil nömrənin istifadəçisinin Təqsirləndirilən şəxs malı (narkotik vasitənin) qoyduğu yeri şəkildə olan işarə vasitəsi ilə bildirmişdir. Fuflo adı altında qeyd edilmiş +**********73 saylı istifadəçi ilə Təqsirləndirilən şəxs arasında narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı danışıq müəyyən edilməmişdir. Kərbalayi qaqa adı altında qeyd edilmiş +**********39 saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs arasında narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı danışıqlar olmuşdur. Belə ki, həmin danışıqlara əsasən Təqsirləndirilən şəxs İran İslam Respublikasına məxsus mobil nömrənin istifadəçisinə narkotik vasitə göndərməsini xahiş edir, həmin nömrənin istifadəçisi isə karta pul atmağı bildirir. Karta pul atıldıqdan sonra həmin İran İslam Respublikasının vətəndaşı naməlum şəxslər vasitəsi ilə narkotik vasitəni qoyduğu ünvanı Təqsirləndirilən şəxs bildirir. 08 may 2021 -ci il tarixdə Təhmi Rzaxanov həmin nömrənin sahibi ilə danışıb pul göndərsə də İran İslam Respublikasının vətəndaşı ona narkotik vasitə göndərməmiş, buna görə də Təqsirləndirilən şəxs ona nalayiq ifadələr yazmışdır. Lakin sonradan yenə də həmin mobil nömrə ilə yazışmış, ona narkotik vasitə heroinin şəkilləri çəkilərək atılmış, narkotik vasitənin olduğu yerdən götürdükdən sonra Təqsirləndirilən şəxs həmin narkotik vasitənin şəkillərini çəkərək həmin mobil nömrəyə atmış və narkotik vasitə heroinin sulu olduğunu deyib ona iradını bildirmişdir. X3 adı altında qeyd edilmiş +**********29 saylı mobil nömrənin İstifadəçisi 17 iyul 2021-ci il tarixdə “axşam zəng vur 5 gram atım gutur”, “Zak vur 5 dana guyum bir yera gutur man razı ulmaram biri mana nə razı getsin”, “Poli duzal bir yera 40 gram kula guymusam get gutur” tipli mesajları Təqsirləndirilən şəxs yazmışdır. Bundan başqa narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı onlar arasında danışıq olmuşdur. +**********86 saylı İran İslam Respublikasına məxsus mobil nömrə istifadəçisi ilə Təqsirləndirilən şəxs arasında yazışma olmuş və həmin nömrə Təqsirləndirilən şəxs “Zak vurarsan bir suhbat eliyarik axşamda 5 dana guyaram bir yera guturarsan” tipli mesaj yazmışdır. Bundan sonra Təqsirləndirilən şəxs ona çek şəkilləri atmışdır. +**********71 saylı mobil ilə Təqsirləndirilən şəxs arasında yazışma olmuş, yazışmada Təqsirləndirilən şəxs həmin İran İslam Respublikasının vətəndaşından 13 torpaq 17 patı istəyir. Bunun müqabilində isə 2900 manat pul karta yükləyəcəyini bildirir. Qalan pulu isə 3-4 gün ərzində verəcəyini və həmin narktoik vasitədən 1-2 manatda özü qazanc etməyi barədə İran islam Respublikasının vətəndaşına bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrənin “Fotograflar” olan hissəsinə baxış zamanı narkotik tərkibli bitkilərin, narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin şəkilləri müəyyən edilmişdir. Həmin şəkillər çıxarılaraq protokola əlavə olunmuşdur. 211900390 nömrəli cinayət işinin materiallarından mənbə xüsusatı ilə bağlı 01 noyabr 2021-ci il tarixdə ********* nömrəli cinayət işi ayrılaraq icraata qəbul edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli şəxsi axtarış və götürmə barədə, baxış və götürmə barədə protokollar, eləcə də, cinayət işinə əlavə edilən digər ilkin araşdırma materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə vermiş olduğu ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, İran İslam Respublikası vətəndaşı ilə əlaqə saxlamadığını, onun vermiş olduğu narkotikləri ünvanlara çatdırmadığını və ümumiyyətlə onda narkotik vasitə aşkar olunmadığını bildirməkdə öz o, yalnız məsuliyyətini yaxa qurtarmaq məqsədi güdmüşdür. Cinayət işinin istintaqı zamanı toplanmış sübutlarla Təqsirləndirilən şəxs cinayət əməlini törətməsi özünün qismən təsdiqedici ifadələri ilə yanaşı şahidlərin ifadələri, diskə baxış protokolu, telefon mesajları, iş üzrə tanınmış maddi və digər təkzib olunmaz sübutlarla öz təsdiqini tapmışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri məhkəmə iclasında öz təsdiqini tapdığından o, təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə əməlin tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1, 234.4.3 və 237.2.3-cü maddələri ilə tövsüf edilməli və o, həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 3 azyaşlı övladının olması onun məsuliyyətini yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 29 iyul 2021-ci il tarixdə şübhəli şəxs qismində saxlanılaraq tutulmuşdur. Odur ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun şübhəli şəxs qismində tutulduğu 29 iyul 2021-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsində saxlanılan Təqsirləndirilən şəxs, avtomobil təmiri sexindən və onun yaşadığı ünvandan aşkar edilərək götürülmüş ekspertizadan sonra qalıq qalan 5024,191 qram çəkidə narkotik vasitə heroin, 999,8 qram çəkidə narkotik vasitə tiryək, 3144,8 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və 7154 qram çəkidə 50 ədəd narkotik tətkibli çətənə (kannabis) bitkiləri məhv edilməlidir. 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bir ədəd “Redmi” markalı mobil telefon Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılmalıdır. İş üzrə evkspertiza xərcləri 170,58 ( yüz yetmiş manat əlli səkkiz qəpik) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi Əli oğluna 96 (doxsan altı) manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1, 234.4.3 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddələri ilə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq Təqsirləndirilən şəxs 15 (on beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 29 iyul 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək, ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Hüquqi yardımla bağlı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi Əli oğluna 96 (doxsan altı) manat məbləğində pul ödənilsin. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsində saxlanılan Təqsirləndirilən şəxs, avtomobil təmiri sexindən və onun yaşadığı ünvandan aşkar edilərək götürülmüş ekspertizadan sonra qalıq qalan 5024,191 qram çəkidə narkotik vasitə heroin, 999,8 qram çəkidə narkotik vasitə tiryək, 3144,8 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və 7154 qram çəkidə 50 ədəd narkotik tətkibli çətənə (kannabis) bitkiləri məhv edilsin. 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Bir ədəd “Redmi” markalı mobil telefon Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılsın. İş üzrə evkspertiza xərcləri 170,58 ( yüz yetmiş manat əlli səkkiz qəpik) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar