Məhkəmə qərarları › İş №1(101)-1900/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1900/2023

23.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1900/2023 23.11.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Kərimova Mahirə Nəzər qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Fəxri Afiq oğlu və X2 ibarət tərkibdə, Abbasov Fəxrəddin Səlahəddin oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, məhkumluğu olan, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CMin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin qərarı ilə “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmış, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Cəfər Cabbarlı küçəsi, ev 21-də, qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs, 24 aprel 2023-cü il tarixdə, səhər saat 08 radələrində yaşadığı ünvan 1 ünvanının yaxınlığında şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən 20 manat müqabilində qanunsuz olaraq satış məqsədi olmadan külli miqdarda 2,777 qram çəkidə ağ rəngli, kristal şəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlamış, həmin günü saat 11:55 radələrində yaşadığı ünvan 1 ünvanının yaxınlığında həmin psixotrop maddəni üzərində daşıyarkən Binəqədi RPİ-nin 43-cü PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılaraq polis bölməsinə gətirilmiş, polis bölməsinin inzibati binasında şübhəli şəxs qismində tutulduqdan sonra üzərinə şəxsi axtarış keçirilərkən əynində olan tünd boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş halda təmiz çəkisi 2,777 qram olan ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-nin 234.1-1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, səhər saatlarında Binəqədi RPİ-nin 43-cü PB-in polis əməkdaşı Tural adlı şəxs və digər polis əməkdaşları yaşadığı evə daxil olub onu 43-cü PB-nə aparmışlar. Binəqədi RPİ-nin 43-cü PB-in əməkdaşları yaşadığı evdə onu saxladıqları vaxt üzərindən heç bir narkotik vasitə aşkar olunmamışdır. Binəqədi RPİ-nin 43-cü PB-də Tural adlı şəxs onun barəsində CM-in 234.1-ci maddəsi ilə sənədləşdirilmə aparalıcağını bildirmişdir. O da sənədləri oxumadan imza etmişdir. Təqsirləndirilən şəxs suallara cavab olaraq bildirmişdir ki, əvvəllər də CM-nin o, CMin 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. O, kakos adlı narkotik vasitə istifadəçisidir. Özü kakos adlı narkotik vasitə istifadəçisi olsa da, onu metamfetamin adlı narkotik vasitə ilə sənədləşdirmişlər. onun narkotik vasitələri əldə etdiyi adam tutulmuşdur. O, yaşadığı ünvanda anası, atası və bacısı ilə birgə yaşayır. Binəqədi RPİ-nin 43-cü PB-in əməkdaşları onu səhər saat 10:00-11:00 radələrində gəlib aparmışlar. O, xx.xx.2023-cü il tarixdə, səhər saatlarında narkoloji dispanserdə müalicə almaq üçün həkimə getməli idi, ona görə də, polis əməkdaşlarının səhər 10:00 radələrində gəlməklərini dəqiq bilir. Səhər saatlarında narkoloji dispanserdə işləyən həkimindən zəng gözlədiyi vaxt polis əməkdaşları gəlib onu aparmışlar. O, polis əməkdaşlarının evə necə daxil olmaqlarını görməmişdir. Binəqədi RPİnin 43-cü PB-in polis əməkdaşı Tural adlı şəxs onun narkotik istifadəçisi olduğu üçün onlarla 43-cü PB-yə getməli olduğunu bildirmişdir. Polis əməkdaşları onu apardıqları vaxt əynini dəyişməyə qoymamışlar. 4 nəfər polis əməkdaşı qoluna girib öz maşınlarına əyləşdirib onu Binəqədi RPİ-nin 43-cü PB-yə aparmışlar. 43-cü polis bölməsi yaşadığı evə yaxın olduğundan 1 dəqiqədən sonra bölməyə çatmışlar. 43-cü PB-yə daxil olduqdan sonra onu bölmənin MSY-ə aparmışlar, sonra onu çəkiliş aparılan otağa aparmışlar. Çəkiliş təhqiqatçının otağında aparılmışdır. Binəqədi RPİ-nin 43-cü PB-in polis əməkdaşı Tural adlı şəxs çəkilişdən qabaq narkotik vasitəni onun cibinə qoymuşdur. O, 43-cü PB-də müdafiəçi ilə təmin olunmuşdur. O, təzyiq altında olduğuna görə müdafiəçisinə üzərindən narkotik vasitə olduğunu bildirmişdir. O, narkotik vasitənin miqdarını dəqiq bilsə idi deyilənlərlə razılaşmayacaqdı. Evdə saxladıqları vaxt polis əməkdaşları ona əl atmışlar. Onu CM-nin 234.4.3-cü maddəsi ilə ittiham olunacağı ilə hədələmişlər. Polis əməkdaşları çəkiliş vaxtı nə deyəcəyini qabaqcadan ona öyrətmişlər. İbtidai istintaq zamanı da verdiyi ifadəsini oxumamış imzalamışdır. Polis əməkdaşları onun yaşadığı evin qapısından daxil olan kimi onu tutmuşlar. Yaşadığı evin həyət qapısını anası açmışdır. Polis əməkdaşlarının evə daxil olması üçün anasının razılığının olub-olmamasını bilmir. Evin qapısı açılan kimi 1-ci polis əməkdaşlarını görmüşdür. Saxlanıldığı vaxt əynində sarı rəngli köynək və uzunluğu dizindən aşağı olan dama-dama şortik olmuşdur. Evdən onu aparan zaman anası əynini dəyişmək üçün qırmızı rəngli köynək və qara rəngli şalvar vermişdir. Təhqiqatçının otağında çəkiliş aparılan zaman əynində qırmızı rəngli köynək və qara rəngli şalvar olmuşdur. Onun cibinə “Patı” adlı narkotik vasitə qoymuşlar. Polis əməkdaşları onu evdə saxladıqları vaxt yüngül formada döymüşlər. Cinayət işi məhkəməyə daxil olandan müdafiəçi ilə görüşməmişdir. Ona olunan təzyiqlərlə bağlı heç yerə şikayət etməmişdir. Polis əməkdaşları onu şillə ilə vurmuşlar və vurduqları şilləyə görə başında xəsarətlər olmuşdur. Polis əməkdaşları ona şillə vurduqlarına görə elan olunmuş ittihamla razılaşmışdır. Onu 4 nəfər polis əməkdaşı yaşadığı evdən gəlib aparmışlar. Onu 43-cü PByə aparan polis əməkdaşlarının arasında Şahid1 da var idi. Binəqədi RPİ-nin 43-cü PB-də Şahid1 ona qarşı fiziki təzyiq göstərmişdir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində psixotrop maddə metamfetamin olmamışdır. Narkotik vasitəni 43-cü PB-də cibinə qoymuşlar. Şahid1 da narkotik vasitənin cibinə qoyulmasında iştirak etmişdir. Ona qarşı Binəqədi RPİ-nin 43-cü PB-də təzyiqlər olmuş, amma bədənində heç bir xəsarət olmamışdır. Saxlanıldığı vaxt polis əməkdaşları ona əl-qol atmışlar, dartışdırmışlar, anasının yanında şillə vurmuşlar amma heç bir xəsarəti olmamışdır. Odur ki, deyilənlərin nəzərə alınaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü irəli sürülün ittiham üzrə, təqsirli bilməsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, ona CM-nin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilir, təxminən 5 ildir ki, narkotik vasitələrdən istifadə edir. 24 aprel 2023-cü il tarixdə, axşam saat 11:55 radələrində yaşadığı ünvan 4 ünvanından çıxaraq siqaret almağa gedən zaman evin yaxınlığında 2 nəfər mülki geyimdə olan polis əməkdaşları yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin şəxslər üzərində narkotik vasitə olmasından şübhə edildiyi üçün üzərinə şəxsi axtarış aparılması məqsədi ilə onu Binəqədi RPİ 43-cü PB-yə dəvət etmişdirlər. O, polis əməkdaşlarına etiraz etməyərək onlarla birlikdə Binəqədi RPİ-nin 43-cü PB-yə getmişdir. Polis şöbəsində hüquq və vəzifləri izah edilmiş və öz razılığı ilə müdafiəçinin iştirakı olmadan video çəkiliş vasitəsilə üzərinə axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində olan geyimində qeyri-qanuni əşyanın olub-olmadığı soruşulduqda o, əynində olan tünd boz rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofona bükülmüş bükülünü çıxarıb masanın üzərinə qoymuş və üzərində başqa hər hansı bir əşyanın olmamasını bildirmişdir. Daha sonra üzərinə axtarış keçirilən zaman üzərindən qanunla qadağan olunan əşya aşkar olunmamışdır. Sorğu zamanı o, üzərindən aşkar edilmiş bir ədəd bükülünün içərisində olan maddənin “şüşə, metamfetamin”olmasını, həmin “şüşə, metamfetamini” 24 aprel 2023-cü il tarixdə, səhər saat 08 radələrində yaşadığı evin yaxınlığında adını Azər bildiyi şəxsdən 20 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs suallara cavab olaraq bildirmişdir ki, o, Azərin kimliyi, harada yaşaması barədə dəqiq məlumatı yoxdur, onu təsadüfən tanımışdır. Həmin vaxtda adını ona Azər demiş, sonuncunun konkret olaraq anket məlumatlarını bilmir. O, təxminən 5 ildir ki, narkotik maddələrdən istifadə edir, narkotik vasitələrin satışı ilə məşğul olmur, o, saxlanılarkən, polis bölməsinə aparılarkən və polis bölməsində olduğu zaman polis əməkdaşları tərəfindən ona qarşı heç bir təzyiq və ya təsir edilməmişdir. Saxlanıldıqdan sonra barəsində görülmüş bütün tədbirlər onun öz razılığı ilə olmuşdur. O, mobil telefondan istifadə etmir, ümumiyyətlə mobil telefon işlətmir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi və daşınması ilə əlaqədar əməliyyat məlumatı daxil olmuşdur. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında tərəflərindən saxlanılaraq Binəqədi RPİ-nin 43-cü PB-yə dəvət olunmuşdur. Binəqədi RPİ-nin 43-cü PB-də saxladıqları şəxsi aidiyyatı üzrə təhqiqatçıya təhvil vermişlər. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman sonuncunun üzərindən narkotik vasitə aşkar olunmuşdur. Şahid1 verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs üzərindən şəffaf sellofana bükülmüş narkotik vasitə metamfetamin aşkar olunmuşdur. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə yaşadığı evin yaxınlığında saxlamışlar. Təqsirləndirilən şəxs saxladıqları zaman heç bir narazılıq, etiraz bildirməmişdir. Təqsirləndirilən şəxs qarşı tərəflərindən heç bir fiziki təzyiq və ya təsir göstərilməmişdir. Təqsirləndirilən şəxs barəsində əməliyyyat məlumatı ona daxil olmuşdur. Təqsirləndirilən şəxs xidmət etdikləri Binəqədi RPİ-nin 43-cü PB-də yaşayır. Təqsirləndirilən şəxs yaşadığı ünvandakı qonşular tərəfindən sonucunun narkotik vasitə istifadəçisi olmağı barədə şikayətlər daxil olmuşdur. Təqsirləndirilən şəxs Binəqədi rayonu, C.Cabbarlı küçəsində Binəqədi RPİ-nin 43-cü PBdən sonuncunun saxlanıldığı yerə gedən istiqamətdə yolun sağında saxlamışlar. Əvvəllər Təqsirləndirilən şəxs yaşadığı ünvanı tanımamışdır. Saxlanıldıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvanı tanımışdır. Təqsirləndirilən şəxs yaşadığı ünvanda olmamışdır. Təqsirləndirilən şəxs saxlanılmasında 2 nəfər iştirak etmişlər. Təqsirləndirilən şəxs saxladıqları vaxt yanlarında 1 nəfər tanımadıqları şəxs var idi. Tanımadıqları şəxsi həmin yerdən kənarlaşdırdıqdan sonra Binəqədi RPİ-nin 43-cü PB-in təhqiqatçısı Mirsiyaf Hüseynovla birlikdə Təqsirləndirilən şəxs bölməyə aparmışlar. 43-cü PB-də Təqsirləndirilən şəxs qarşı heç bir fiziki təsir və təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs tutulub Binəqədi RPİ-nin 43-cü PB-yə gətirildikdən sonra anası PB-yə gəlmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə baxışı zamanı dindirilmiş şahid X4 ifadəsində göstərmişdir ki, təxminən 2023-cü ilin aprel ayında Təqsirləndirilən şəxs Binəqədi rayonu, C.Cabbarlı küçəsində saxlamışlar. Təqsirləndirilən şəxs saxladıqdan sonra Binəqədi RPİ-nin 43-cü PB-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış aparılan zaman sonuncu üzərində 1 büküm narkotik vasitə metamfetamin aşkar olunmuş, sənədləşdirilərək Binəqədi RPİ-nin İstintaq şöbəsinə təhvil verilmişdir. Şahid X4 verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında saxlamışlar. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman narkotik vasitə metamfetamin aşkar olunmuşdur. Təqsirləndirilən şəxs Binəqədi RPİ-nin 43-cü PB-də CM-nin 234.4.3-cü maddəsi ilə sənədləşdirmə aparılması ilə bağlı təhdid etməmişlər. Təqsirləndirilən şəxs Binəqədi rayonu, C.Cabbarlı küçəsində yaşadığı evin 100-150 metr yaxınlığında saxlamışlar. Təqsirləndirilən şəxs yaşadığı evdə olmamışdır. Təqsirləndirilən şəxs valideynlərini görməmiş və tanımır. Binəqədi RPİ-nin 43cü PB-də Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman sonuncun əynində olan tünd boz rəngli şalvarın sağ yan cibindən narkotik vasitə metamfetamin aşkar olunmuşdur. Binəqədi RPİ-nin 43-cü PB-də Təqsirləndirilən şəxs qarşı heç bir təsir və təzyiq göstərilməmişdir. Narkotik vasitəni video çəkilişlə Təqsirləndirilən şəxs özü təqdim etmişdir. Binəqədi RPİ-nin 43-cü PB-də Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunmuş, lakin video çəkiliş müdafiəçinin iştirakı olmadan aparılmışdır. Təqsirləndirilən şəxs 2 nəfər saxlamışlar. Təqsirləndirilən şəxs yaşadığı evə daxil olmamışlar. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, 24 aprel 2023-cü il tarixdə ünvan 6 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin əldə etməsi üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədi ilə raportla rəhbərliyə müraciət etmiş və bundan sonra özünün rəhbərliyi və Binəqədi RPİ-nin 43-cü PB-nin əməliyyat müvəkkili X3 iştirakı ilə əməliyyat qrupu yaradılaraq, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilmişdir. 24 aprel 2023-cü il tarixdə, saat 11:00 radələrində Nicatın qanunsuz əməllərini ifşa etmək və onun olduğu yeri müəyyən etmək məqsədi ilə yaşadığı C.Cabbarlı küçəsi ev 21 ünvanının yaxınlığında əməliyyat mövqeyi seçmişlər. Saat 11:55-də Nicatın yaşadığı evdən çıxaraq piyada hərəkət etdiyini görüb tədbir iştirakçıları ilə birlikdə ona yaxınlaşıb, özlərini təqdim edib, xidməti vəsiqələri göstərib, həmin şəxsdən özünü təqdim etməsini istəmişlər. Həmin şəxs Təqsirləndirilən şəxs olduğunu dedikdən sonra ona qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə etməsi, üzərində gəzdirməkdə şübhəli olduğunu bildirib onu Binəqədi RPİ-nin 43-cü PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs razılaşıb polis bölməsinə gəlmiş, bölmədə olan zaman xidməti otaqların birində təhqiqatçı tərəfindən Nicata hüquq və vəzifələri elan olunduqdan sonra vəkil dəvət olunub ona təqdim edilmişdir. Bundan sonra Nicatın özünün razılığı ilə müdafiəçininin iştirakı olmadan video çəkilişlə onun üzərinə axtarış keçirilmiş və Nicat əynindəki tünd boz rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükülünü çıxarıb masanın üzərinə qoyub üzərində başqa heç nə olmadığını bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükülünün içərisində “şüşə” yəni psixatrop maddə olan metamfetamin olduğunu, həmin maddəni xx.xx.2023-cü il tarixdə, səhər saat 08 radələrində Azər adlı şəxsdən öz istifadəsi üçün 20 manata aldığını bildirmişdir. Şahid qismində dindirilmiş X4 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadələrindən görünür ki, digər Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadələri təkrarlayaraq, ibtidai istintaq zamanı eyni məzmunda ifadə vermişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, CM-nin 234.1-1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. (İ cild, i.v. 1) xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 15:00-da Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdə, saat 11.55-dən tutulmuş hesab edilmişdir. (İ cild, i.v. 27) xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması barədə” protokoldan, xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs tünd boz rəngli şalvarın sağ yan cibində olan bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü təqdim etmiş, sorğu zamanı həmin bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümün içərisində olan maddənin “şüşə, metemfetamin” kimi tanınan narkotik vasitə olduğunu, 24 aprel 2023-cü il tarixdə, səhər saat 08 radələrində yaşadığı evin yaxınlığında Azər adlı şəxsdən 20 manata şəxsi istifadəsi üçün alıb üzərində gəzdirdiyini bildirmişdir. (İ cild, i.v. 31-33, 53) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/2382 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “......1. Təqsirləndirilən şəxs imza..... ” yazı və imzalar olan zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 2,777 qram ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetemfetamindir. (İ cild, i.v. 41-43) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (İ cild, i.v. 55-56) Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 4(001)-439/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. (İ cild, i.v. 75-79) xx.xx.2023-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılarkən qeydə alınmış video görüntülərinin köçürüldüyü 01 ədəd DVD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmış, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 2,777 qram olan psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və tədqiqatdan sonra qalıq çəkisi 2,725 qram olan hissəsi saxlanılması üçün Binəqədi RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. (İ cild, i.v. 80, 81) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmündən, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından və Azərbaycan Respublikası ƏN Penitensiar Xidməti 14 saylı cəzaçəkmə müəssisəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq daxil olmuş məktubundan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə isə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin qərarı ilə “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmış, xx.xx.2021-ci il tarixdə amnistiya qərarına əsasən cəzanın sonu ilə azad olunmuşdur. (İ cild, i.v. 89-90, 91-95, 96-99) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi, X9 Ambulator X1 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 4065 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (İ cild, i.v. 108-109) Azərbaycan Respublikası ƏN Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının sorğuya cavab məktubundan və ona əlavə olunmuş tibbi kitabçadan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə təcridxanaya gətirilmiş və ilkin tibbi müayinədən keçirilərək onun adına tibbi kitabça açılmışdır. İlkin tibbi müayinə zamanı hər iki yuxarı ətrafda postinyeksion trofik döyənək müşahidə edilmişdir. Xəsarəti həbs olunmazdan əvvəl aldığını bildirmişdir. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələri, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə, Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi, təzyiqlərə məruz qaldığından ibtidai istitaq zamanı etirafedici ifadələr verməsi və s. ilə bağlı verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən şəxsi mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə olan metamfetamini əldə etməsini, saxlamasını və daşımasını sübuta yetirilmiş hesab edir. Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - şahidlərin ifadələri, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları, cinayət işinin digər materialları ilə təkzib olunur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı, yəni satış məqsədi olmadan külli miqdarda psixotrop maddə olan metamfetamini əldə etməsinə dair ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etirafedici ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən “metamfetamin” psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi 2 qram müəyyən edilmişdir. Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi, Binəqədi RPİ-nin 43-cü PB-də mənəvi təzyiqlərə məruz qaldığından ibtidai istitaq zamanı etirafedici ifadələr verməsi və s. ilə bağlı verdiyi ifadələri iş üzrə toplanmış sübutlar və işin faktiki halları ilə bağlı verdiyi ifadələri iş üzrə toplanmış sübutlar və işin faktiki halları ilə tam təkzib edildiyindən, həmçinin iş materiallarında olan sübutlarla təsdiq edilmədiyindən və işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən məhkəmə Təqsirləndirilən şəxs həmin ifadələrini işin faktiki hallarına uyğun olmayan, özünü müdafiə xarakterli ifadə, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətlərini yüngülləşdirməyə yönəlmiş cəhdləri kimi qiymətləndirərək sübut qismində qəbul etmir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Deveyer Belçikaya qarşı» iş üzrə qərarında göstərmişdir ki, «ittiham» termininə formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verilməlidir və Məhkəmə ittihamın zahiri təzahürlərinin arxasında nəyin durduğunu nəzərdən keçirməli və ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını araşdırmalıdır. Məhkəmə yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-1-ci maddəsi cinayətlərin təsnifatına görə ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. CM-nin 59-cu maddəsinə maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. İş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və götürülməmişdir. CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs qəsdən az ağır cinayət törətməyə görə əvvəllər məhkum olunmuş və qanunvericilikdə nəzərdə tutulan müddət keçmədən yenidən qəsdən cinayət törətmişdir. CM-in 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun CM-in 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair 18 mart 2013-cü il tarixli qərarının nəticəvi hissəsindən görünür ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir. Həmin şəxsin əməli eyni zamanda cinayətlərin təkrar törədilməsi əlaməti ilə tövsif edilə bilməz. Cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə, CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olması onun cəzasını ağırlaşdıran hallar kimi nəzərə alır. CM-in 18.5-ci maddəsinə əsasən cinayətlərin residivinə görə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və hədlərdə daha sərt cəza tətbiq edilir. CM-in 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən halla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı ağırlaşdıran halı nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 11.55-də azadlığı faktiki məhdudlaşdırılmış, həmin tarixdə, saat 15.00-da şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 4(001)-439/2023 saylı qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə azadlığı faktiki məhdudlaşdırılaraq eyni tarixdə şübhəli şəxs qismində tutulmuş və həmin tarixdən hazırkı vaxtadək həbsdə saxlanılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddətinin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalı və həbsdə saxlanması müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Təqsirləndirilən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 88 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə, CM-in 93.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Binəqədi RPİ-nin saxlanc yerində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,725 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD formatlı disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Binəqədi RPİ-nin saxlanc yerində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,725 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD formatlı disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 88 (səksən səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Mahirə Kərimova Hakimlər: Fəxri Məmmədov Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar