Məhkəmə qərarları › İş №1(101)-1902/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1902/2022

06.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1902/2022 06.12.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokurormetodisti Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi: «VERDİKTUM» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə açıq məhkəmə iclasında xx.xx.1968-ci il tarixdə Füzuli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, 3-cü dərəcəli müharibə əlili, işləməyən, məhkumluğu olan, Füzuli şəhəri, Azadlıq küçəsi, ev 100-də qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə küçəsi, ev 27A-da yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq müəyyən etdı: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığına həyat üçün təhlükəli olan qəsdən ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 04 iyun 2022-ci il tarixdə, saat 23:15 radələrində ünvan 1 ünvanda yerləşən avtoyuma məntəqəsinin qarşısında həmin avtoyuma məntəqəsini icarə əsasında işlədən Zərərçəkmiş şəxs ilə aralarında yaranmış şəxsi münasibətlərin pozulması zəmnində, yəni Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi avtoyuma məntəqəsinə məxsus kompressorun nasaz olması səbəbindən qonşuları narahat etdiyi üçün təmir etdirməsini xahiş edən zaman, sonuncunun ona qarşı nalayiq ifadə işlətməsi səbəbindən yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs üzərində olan bıçaqla bir dəfə qəsdən Zərərçəkmiş şəxs qarın nahiyəsinə zərbə vuraraq, ona qarının ön divarının sağ yarısının qarın boşluğuna nüfuz edən zərərçəkmiş şəxsin sağlamlığına həyat üçün təhlükəli olan qəsdən ağır zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə küçəsi, ev 27A-nın qarşısında özünə məxsus avtoyuma məntəqəsi vardır və o, həmin məntəqəni təxminən il yarım bundan qabaq Zərərçəkmiş şəxs icarəyə vermişdir. Zərərçəkmiş şəxs ondan cavan olmaqla münasibətləri də yaxşı olmuşdur. Niyaməddin icarə haqqını da vaxtlı-vaxtında ödəmişdir. xx.xx.2022-ci il tarixdə yaşadığı evlə üzbəüz yerləşən binada yaşayan bir qazi ona yaxınlaşaraq qonşuluqda yaşadığını, müharibədə iştirak etdiyini, qazi olduğunu və ona məxsus avtoyuma məntəqəsində olan kompressorun səsinin onu narahat etdiyindən gecələr yata bilmədiyini demişdir. O, bir qonşu kimi həmin oğlana tez bir zamanda həmin kompressoru təmir etdirəcəyi barədə söz vermişdir. Bundan sonra o, Niyaməddinə kompressor xarab olduğundan səsinin qonşuları narahat etdiyini bildirmiş, lazımdırsa kompressorun təmir pulunu özünün ödəyəcəyini deyərək kompressoru təmir etdirməsini xahiş etmişdir. Niyaməddin də söz vermişdir ki, kompressoru öz hesabına təmir edəcək, qazinin ona da kompressorun səsi ilə bağlı müraciət etdiyini demişdir. xx.xx.2022-ci il tarixdə, təxminən saat 22 radələrində o, siqaret çəkmək üçün yaşadığı evin qarşısına çıxmış, bu zaman görmüşdür ki, bir maşın saxlamış, maşından Niyaməddinin çıxdığını görərək onu yanına çağıraraq kompressoru təmir etdirməməsinin səbəbini soruşmuşdur. Əfsuslar olsun ki, o, Niyaməddinin toydan gəldiyini, içkili olduğunu bilməmişdir. Bunu bilsəydi bu söhbəti heç açmazdı. Niyaməddin onunla yüksək səslə danışaraq üstünə qışqırmış, o da ona bildirmişdir ki, atası yaşındadır, niyə onunla qışqıraraq danışır. Niyaməddin isə onu təhqir edərək cavabında «sən mənim atamın nəcisi də ola bilməzsən» demişdir. O, Niyaməddinə ağıllı olmasını demiş, Niyaməddin isə ona «dəli səninkilərdi» deməsinə görə dözməyərək yumruqla Niyaməddinin sifət nahiyəsindən bir dəfə vurmuşdur. O, 1-ci Qarabağ müharibəsinin iştirakçısı və əlilidir. Bir gözünü həmin müharibədə itirmiş, kontuziya almış, əsəbləri korlanmış, bu səbəbdən təhqirə dözməyib oğlu yaşında olan Niyaməddinin hərəkətinə görə onu vurmuşdur. Cavabında Niyaməddin onu təpiklə sinəsindən vurmuş və o, yerə yıxılmışdır. Bundan sonra orada olan bir neçə nəfər qonşular onları aralamışlar. Bundan sonra o, mənzilinə qayıdaraq fikirləşmişdir ki, artıq Niyaməddinlə işləyə bilməz və onu çağırıb özünə də bunu bildirməlidir. Bundan sonra Niyaməddinə zəng edərək onu binanın qarşısına çağırmışdır. Bundan sonra özü də həyətə enmiş, görmüşdür ki, Niyaməddin bir neçə nəfər şəxslə onun yanına gəlmişdir. Bu vaxt qonşusu və dostu olan Şahid1 binanın qarşısından təsadüfən keçən zaman onu görüb yanına gəlmişdir. Niyaməddinə obyektin icarə vaxtının qurtaran günü təhvil verməsini demişdir. Niyaməddinin yanında bir neçə şəxsi gördüyü üçün başa düşmüşdür ki, Niyaməddin həmin şəxsləri onu döymək üçün gətirmişdir. Ona görə də o, əynində olan şalvarının kəmərinə sancılmış cib bıçağını çıxararaq bir dəfə onunla üzbəüz olan Niyaməddinin qarın nahiyyəsinə vurmuşdur. Bundan sonra Niyaməddin sərbəst hərəkət edərək maşina tərəf getmiş və dostları onu xəstəxanaya aparmışlar. Lakin Niyaməddinin dostlarından 1-2-si onun yanına gələrək Niyaməddini vurmasının səbəbini soruşmuş, o da onlara hər şeyi olduğu kimi danışmış və bu şəxslər ondan aralanaraq çıxıb getmişlər. Bundan sonra o, səhhəti ilə bağlı evdə xəstə yatmışdır. Belə ki, digər xəstəliklərlə yanaşı, onda şəkər də vardır. Keçirdiyi həyəcana görə şəkəri yüksəlmiş, bu səbəbdən polisə yalnız səhhəti düzələndən sonra, yəni xx.xx.2022-ci il tarixdə gedərək könüllü təslim olmuşdur. Etdiyi əməldən peşmandır. Niyaməddinə xəsarət yetirdiyi bıçağı isə evinə qayıdarkən xatırlamadığı yerə atmışdır. Məhkəmə iclasında zərərçəkən şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. Baş vermiş hadisəyə səbəb isə onun toy günü spirtli içkilər qəbul etməklə Təqsirləndirilən şəxs icarəyə götürdüyü maşınyuma sexinin qarşısına gəldiyi zaman Tahirin kompressoru təmir etmək barədə sözlərini düzgün anlamaması olmuşdur. Həmin gün yaranmış mübahisəyə görə peşmandır. Belə olmamalıydı. Axı o, il yarım müddətində Tahirin ona icarəyə verdiyi maşınyuma sexini işlətmiş, həmin sexdə hava kompressoru həqiqətən nasaz olmuş, uca səslə işləmiş, bu da ətrafda yaşayan bina sakinlərinin narazılığına səbəb olmuşdur. Həqiqətən hadisə ərəfəsində sexin yanındakı binada yaşayan qazi ona şikayət etmişdir ki, kompressorun səsi onu narahat edir. Hadisə 04 iyun 2022-ci il tarixdə, saat 22 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanın qarşısında baş vermişdir. Belə ki, həmin gün saat təxminən 18 radələrində qonşunun oğlunun kiçik toy məclisi olmuş və o, qonşularla birlikdə həmin toy məclisində iştirak etmiş, az da olsa spirtli içkilər qəbul etmişdir. Toydan sonra saat təxminən 22 radələrində o qonşuları ilə birlikdə toy məclisindən gələrək icarə əsasında işlətdiyi avtoyuma məntəqəsinin qarşısında avtomobildən düşmüş, həmin vaxt Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında dayanaraq siqaret çəkdiyini görmüşdür. Tahir onu yanına çağıraraq avtoyuma məntəqəsində olan kompressorun səsinin qonşulara narahatçılıq yaratmasını və həmin kompressoru təmir etdirmək lazım olduğunu demiş və aralarında bu məsələyə görə mübahisə yaranmış, mübahisələri davaya keçmiş, həmin dava zamanı Tahir və o biri-birini vurmuşlar. Lakin ətrafda olan qonşular onları ayırmış, Tahir öz evinə, o isə öz evinə çıxıb getmişdir. Bundan az bir müddətdən sonra Tahir ona zəng vuraraq onun yanına gəlməsini, ona sözü olduğunu bildirmişdir. O, gələcəyini bildirərək, Tahirin yaşadığı evin qarşısına çatanda görmüşdür ki, Tahir dostu Ramil ilə binanın girişinin qarşısında dayanmışlar. O,toydan birlikdə gəldiyi Güloğlan və başqa 2 nəfər şəxslə Tahirə yaxınlaşmış və ondan nə demək istədiyini soruşduqda, Tahir ona, «biz artıq bir yerdə işləyə bilmərik, ayın axırı, vaxtın tamam olan kimi yerimi boşalt» demişdir. O, Tahirə avtoyuma məntəqəsini vaxtı tamam olan kimi təhvil verəcəyini bildirmişdir. O, sözünü deyib qurtarmamış gözlənilmədən Tahir şalvarının kəmərində saxladığı bıçağı çıxararaq onun sağ qarın boşluğundan bir bıçaq zərbəsi vurmuşdur. Həmin vaxt o, əlini qarnına tutub kənara çəkilmək istədikdə, görmüşdür ki, arxadan dostları Güloğlan və daha 2 nəfər şəxs yaxınlaşaraq onu Güloğlanın idarə etdiyi «Mersedes» markalı avtomobilə əyləşdirərək oradan X12 aparmışlar. X5 ilkin yardım göstərildikdən sonra onu əməliyyat etmişlər. O, heç kəsi Tahiri döymək üçün məhəlləyə çağırmamışdır. Yaxınlıqda olan insanlar onun sexindəki işçilər olmuşdur. Həmin vaxt sex hələ işləyirdi, bu səbəbdən də işçiləri orada olmuşdur. İbtidai araşdırma zamanı o, Təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir şikayəti, iddia və tələbi yoxdur və ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs həm qonşusu, həm də dostudur. Zərərçəkmiş şəxsi isə tanımır. Tahirin yaşadıqları binanın qarşısındı maşınyuma məntəqəsi var. Həmin məntəqəni Tahir zərərçəkmiş şəxsə icarəyə vermiş, həmin məntəqədə olan hava vurma aparatı nasaz olduğu üçün uca səslə işləyərək ətrafdakı qonşuları narahat edirdi. 04 iyun 2022-ci il tarixdə saat təxminən 23:00 radələrində Tahirin yaşadığı ünvan 2 ünvanın qarşısından keçərkən Tahirin evinin qarşısında dayanaraq siqaret çəkdiyini görüb idarə etdiyi avtomobili yolun kənarında saxlayıb avtomobildən düşərək ona yaxınlaşmışdır. O, Tahirə yaxınlaşıb salam vermiş, Tahirin həyəcanlı olduğunu görüb ondan nə baş verdiyini soruşmuşdur. Tahir ona bildirmişdir ki, təxminən bir neçə dəqiqə qabaq o, avtoyuma məntəqəsini icarə əsasında işlədən Niyaməddinlə sonuncu hava vurma aparatını təmir etmədiyi və ətrafdakı qonşuları narahat etdiyi üçün mübahisə etmiş,yenidən Niyaməddinə zəng vurub çağırmışdır ki, gəlib avtoyuma məntəqəsini geri qaytarsın. Çünki o, daha onunla işləyə bilməyəcək. O da Tahirin əsəbi olduğunu görüb onu sakitşədirməyə çalışmışdır. Bu zaman Niyaməddin Tahirə yaxınlaşmış, yolun kənarında isə iki avtomobil dayanmış və həmin avtomobillərdən təxminən 4-5 nəfər cavan oğlanlar düşərək onlara tərəf gəlməyə başlamışlar. Tahirə yaxınlaşan Niyaməddin Tahirlə mübahisə etməyə başlamış və Niyaməddin əlini qarın nahiyəsinə tutaraq “vurdu” deyə qışqırmışdır. Başa düşmüşdür ki, Tahir Niyaməddini bıçaqla vurmuşdur. Niyaməddin qarın nahiyyəsini tutduğu və oradan qan gəldiyi üçün başa düşmüşdür ki, bıçaq zərbəsi Niyaməddinin qarın nahiyyəsinə dəymişdir. Bundan sonra Niyaməddin əlini qarnına tutaraq dostlarının yanına getmiş və dostları onu avtomobilə əyləşdirərək xəstəxanaya aparmışlar. Tahir isə öz evinə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, təqsirləndirilən və zərərçəkmiş şəxsləri Bakı şəhəri, Binəqədi rayonu, Eldar Babayev küçəsinin sakinləri kimi tanıyır. O, ünvan 3 ünvanında yerləşən binanın avtodayanacağında gözətçi kimi işləyir, hər gün axşam saat 16:00 radələrində işə gələrək növbəti gün səhər saat 09:00-da işini bitirib evə çıxıb gedirdi. İşlədiyi bina ilə üzbə-üz avtoyuma məntəqəsi yerləşirdi, həmin məntəqəni Zərərçəkmiş şəxs işlədirdi. 04 iyun 2022-ci il tarixdə saat təxminən 19:00 radələrində o, bina sakinlərindən bir şəxsin avtomobilini Niyaməddinin işlətdiyi avtoyuma məntəqəsinə yumaq üçün vermiş, bundan sonra təxminən bir neçə dəfə o, işlədiyi binanın qarşısına çıxaraq siqaret çəkmiş və avtomobilin hələ də yuyulmadığını görərək yenidən öz gözətçi köşkünə qayıdıb oturaraq televizora baxmışdır. Axırıncı dəfə saat təxminən 23:15 radələrində o, məntəqəyə verdiyi avtomobilin yuyulub yuyulmadığını yoxlamaq məqsədi ilə binanın qarşısına çıxanda görmüşdür ki, avtoyuma məntəqəsinin qarşısında təxminən 10-15 nəfər adam toplaşıb. Onlara yaxınlaşaraq görmüşdür ki, Niyaməddin əlini qarnına tutaraq dayanıb və onun qarın nahiyəsindən qan axır. Onu vuran isə Tahir olmuşdur. Bundan sonra Niyaməddin bir nəfər şəxslə yolun kənarında dayanmış Mersedes markalı avtomobilə əyləşərək xəstəxanaya getmişlər. Orada olan şəxslərin sözlərindən bilmişdir ki, Tahirlə Niyaməddinin mübahisəsi avtoyuma məntəqəsində olan nasaz kompressorun səs salması üstündə olmuşdur. Belə ki, Niyaməddin kompressoru təmir etmədiyi üçün ətrafdakı sakinlər narazılıq edirdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tanıyır. Belə ki, o, çörək pulu qazanmaq üçün ünvan 2 ünvanında yerləşən avtoyuma məntəqəsində yuyucu işləyir. Məntəqənin sahibi Təqsirləndirilən şəxsdir. Lakin məntəqəni icarəyə götürüb işlədən Niyaməddin olmuşdur. Halhazırda həmin məntəqəni başqa adam işlədir, lakin o, orada yuyucu vəzifəsində işləməyə davam edir. Ounla birlikdə həmin məntəqədə Əli və Emin adlı şəxslərdə işləyir. Onlar gecə növbəsində işlədikləri üçün hər gün axşam saat 20:00 radələrində işə gəlir, səhər saat 08:00da işlərini bitirib evlərinə gedirlər. 04 iyun 2022-ci il tarixdə saat təxminən 20:00 radələrində o, həmişəki kimi avtoyuma məntəqəsinə gəlmiş və öz işinə başlamışdır. Həmin vaxt onunla birlikdə Emin və Əli orada olmuşlar. Saat təxminən 22 radələrində müdir Niyaməddin məntəqənin yanına qonşularla birlikdə gələrək avtomobildən düşərək onlara yaxınlaşıb işin gedişatı ilə maraqlanmış, onlar hər şeyin qaydasında olmasını bildirmişlər. Bu zaman avtoyuma məntəqəsinin sahibi Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında dayanaraq siqaret çəkirdi. Tahir Niyaməddini yanına çağırmış, Niyaməddin Tahirin yanına getdikdə o və iş yoldaşları öz işlərinə davam edərək məntəqənin daxilində avtomobil yumuşlar. Bir az keçmiş onlar bayırdan səs-küy eşidərək məntəqədən çıxanda görmüşlər ki, Tahirlə Niyaməddin mübahisə edirlər. O, Əli, Emin və avtodayanacaqda gözətçi işləyən Emin onlara yaxınlaşmış və ayırmışlar. Həmin vaxt Tahir öz yaşadığı evinə getmiş, Niyaməddin isə təxminən 5 dəqiqə dayandıqdan sonra öz yaşadığı məhəlləyə getmişdir. Hər ikisi çıxıb getdikdən sonra onlar yenidən öz işlərinə davam etmişlər Təxminən saat 23 radələrində o, avtoyuma məntəqəsinin içərisində olarkən yenidən səs-küy eşidərək bayıra çıxmış və görmüşdür ki, təxminən 8-10 nəfər adam məntəqədən bir qədər aralıda dayanmışlar, Niyaməddin isə əlini qarın nahiyyəsinə tutub və onun qarnından qan axdığını görmüşdür. Həmin vaxt Niyaməddinin dostları onu Güloğlanın idarə etdiyi Mersedes markalı avtomobilə əyləşdirmiş və oradan xəstəxayana aparmışlar. Tahir isə yaşadığı evin həyətinə girmişdir. Sonra ona məlum olmuşdur ki, Tahirlə Niyaməddinin arasında məntəqədə olan kompressorun nasazlığına görə mübahisə olmuş və mübahisə zamanı Tahir əlindəki bıçaqla Niyaməddinin qarın nahiyəsindən bir bıçaq zərbəsi vurmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi tanımır, Zərərçəkmiş şəxs isə onun dostudur. 04 iyun 2022-ci il tarixdə saat təxminən 15:00 radələrində onun Qazax rayonundan sinif yoldaşları X9 və X8 gəlmişdilər. Onlar Bakı şəhərindən maşın bazarından maşın almaq məqsədi ilə qonaq kimi onun yanına gəlmiş, o, qonaqları ilə istirahət etmək üçün dostu Niyaməddinə zəng vuraraq qonaqların gəldiyini və onlarla birlikdə kafeyə gedib oturmasını təklif etmişdir. Niyaməddin isə saat 18 radələrində toya gedəcəyini, toydan sonra görüşməyi təklif etmişdir. Həmin gün saat təxminən 23 radələrində işlətdiyi Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə 27A ünvanında yerləşən avtoyuma məntəqəsinin qarşısında görüşəcəkləri barədə razılaşmış və deyilən saatda idarə etdiyi Mersedes markalı **-HG-*** dövlət nömrə nişanlı avtomobili ilə dostları Anar Məmmədov və Samir Qasımov ilə birlikdə Niyaməddinin işlətdiyi avtoyuma məntəqəsinin yanına gəlmişlər. Bu zaman görmüşdür ki, avtoyuma məntəqəsinin qarşısında adamlar toplaşmış, maşını saxlayaraq dostları Anar və Samirlə birlikdə həmin yerə yaxınlaşaraq Niyaməddinin bir nəfər tanımadığı şəxslə sözlə mübahisə edir. Onlara yaxınlaşıb salam vermək istəyərkən bu zaman gözlənilmədən həmin tanımadığı şəxs, halhazırda məhkəmə zalında gördüyü Təqsirləndirilən şəxs əlindəki bıçaqla Niyaməddinin qarın nahiyəsindən bir zərbə vurmuşdur. Həmin vaxt ara qarışmış və o, Niyaməddinin qarnından qan axmasını görüb tez onu idarə etdiyi avtomobilə əyləşdirərək oradan X12 gətirmişdir. Orada Niyaməddinə ilkin tibbi yardım göstərildikdən sonra onu əməliyyata almışlar. Bu iş üzrə bildiyi budur. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli üzrə təqsirli olması özünün, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, cinayət işinin digər materialları ilə də, tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Binəqədi RPİ-nin 7-cı PB-nin rəisinə ünvanlanan xx.xx.2022-ci il tarixli raportdan müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə, saat 23:30-də «Yeganə» şadlıq sarayının yanında 1986-cı il təvəllüdlü Zərərçəkmiş şəxs qarın boşluğunun kəsilmiş-deşilmiş yarası ilə KTM-ə daxil olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış “baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən müəyyən olunur ki, hadisə yeri ünvan 1 ünvanda yerləşən avtoyuma məntəqəsidir. Məntəqədə avtomobil yoxdur, məntəqənin qarşısında avtomobil yumuq üçün sarı rəngdə dəzgah vardır. Baxış zamanı hadisə yerində iş üçün əhəmiyyət kəsb edən əşyalar aşkar edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış “təqsirini boynuna almaqla könüllü gəlmə haqqında” xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə, saat 17:00 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 7-ci PB-nə gələrək ünvan 6 ünvanın qarşısında yerləşən avtoyuma məntəqəsinin qarşısında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs qarın boşlığına bıçaqla zərbə endirərək xəsarət yetirdiyini bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Binəqədi rayon prokurorunun «təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiəsindən imtina edilməsi barədə» xx.xx.2022-ci il tarixli qərarından müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək MSY-dən azad edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 02 gün müddətə tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış «götürmə aparılması haqqında» 12 iyun 2022-ci il tarixli protokoldan müəyyən olunur ki, Zərərçəkmiş şəxs hadisə anında əynində olmüş bir ədəd köynək, bir ədəd mayka və bir ədəd dəsmal 1 saylı ŞKX-dan götürülmüşdür. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi ekspertizasının 16 iyul 2022-ci il tarixli, 1470 saylı rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs aşağıdakı xəsarətləri almışdır– qarının ön divarının sağ yarısının qarın boşluğuna nüfuz edən, nazik bağırsağ ilgəklərini 3(üç), S-vari bağırsağı 1(bir) yerdən zədələyən, daxili qanitirmə və bağırsaq möhtəviyyatının qarın boşluğuna tökülməsi ilə müşayiət olunan deşilmiş-kəsilmiş yarası deşivi-kəsici əşyanın (alətin) bir zərbəsi təsirindən törənmişdir, qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən tarixdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni 04 iyun 2022-ci il tarixdə qeyd olunan nahiyəyə kənar şəxs tərəfindən deşici-kəsici alətlə, ola bilsin bıçaqla vurma nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər. Məhkəmədə elan edilib araşdırılmış ambulator məhkəmə-psixiatrik ekspertizasının 28 iyul 2022-ci il tarixli, 1972 saylı rəyindən müıfyyən olunur ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər-hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəliyin əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur.Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri AR CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs istintаq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kompleks bioloji, trasoloji və kriminalistik ekspertizasının 12 sentyabr 2022-ci il tarixli, 442/2022-MTKŞ saylı rəyindən iüəyyən olunur ki, İ.1. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthində bir ədəd, maykanın ön səthində bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar olundu. Bu zədələr küpü, kafi itilikdə olan ülgücü və iti ucu olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən törənmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kompleks bioloji, trasoloji və kriminalistik ekspertizasının 23 sentyabr 2022-ci il tarixli, 555/2022-MTBŞ saylı rəyindən müəıyyən olunur ki, 1. Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu: O-alfa, beta/İ/. /Şəxsiyyəti təsdiq edən sənədlər üzrə portal axtarış vərəqəsinin kserosurətinə əsasən/ 3. Ekspertizaya təqdim edilən Zərərçəkmiş şəxs məxsus köynək, mayka və bir ədəd dəsmal üzərində insan qanı ləkələri aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda H antigeni və həmçinin alfa, beta aqqlyutininləri də alındı. Beləliklə, bu qan ləkələri O-alfa, beta/İ/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus ola bilər. Məhkəmədə elan edilib araşdırılmış Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixli ərizəsindən müəyyən olunur ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir tələbi və şikayəti yoxdur. Məhkəmədə elan edilib araşdırılmış Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ******** saylı məktübündan müəyyən olunur ki, Təqsirləndirilən şəxs 3-cü dərəcəli müharibə əlildir, 1-ci Qarabağ mühabribəsinin iştirakıçısı olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs məhkumluğuna dair sorğuya cavabdan və hökmün surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 200.2.1, 200.2.2, 205-1 və 66.2-ci maddələri ilə təqsirli bilinərək barəsində 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına və 03 il alkoqollu içkilərin alıı və satışı ilə məşğul olmaq hüququndan məhrum edilmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il tarixli Bakı Qaradağ rayon məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş hissəsinin 02 ay 04 günündən çəkməkdən vaxtından əvvəl şərti azad olunmuşdur. Bakı Şəhər Probasiya İdarəsinin xx.xx.2022-ci il tarixli, 21-1-3-19617-11 saylı arayışından müəyyən olunur ki, Təqsirləndirilən şəxs əsas cəzasının müddəti xx.xx.2021-ci il tarixdə başa çatmış, xx.xx.2022-ci il tarixə Təqsirləndirilən şəxs 03 il müddətinə alkoqollu içkilərin alışı və satışı fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməsinə dair əlavə cəzasının 01 il 08 ay 29 gününü çəkmiş, əlavə cəzasının çəkilməmiş hissəsi 01 il 03 ay 01 gün təşkil edir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən şəxs az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunduğundan Təqsirləndirilən şəxs əməlində residiv olmaqla məhkumluğu ödənilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsində nəzərdə tutduğu əməli 04 iyun 2022-ci il tarixdə, yəni məhkumluğu bitməyən dövrdə törətmişdir. Belə olan halda Təqsirləndirilən şəxs məhkumlluğu ödənilməmiş, yenidən qəsdən cinayət törətməsi Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmədə elan edilib araşdırılmış Bakı Şəhər Probosiya İdarəsinin 21-1-3-19617-11 saylı, xx.xx.2022-ci il tarixli məktubdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixə 03 il alkoqollu içkilərin alışı və satışı ilə məşğul olmaq hüququndan məhrum edilməsinə dair əlavə cəzasının 01 il 08 ay 29 gününü çəkmiş, əlavə cəzanın çəkilməmiş hissəsi 01 il 03 ay 01 gün təşkil edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li qərarının 12-ci bəndinə əsasən cinayətlərin residivi, təhlükəli residivi və xüsusuilə təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən, cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. Bu halda, cəza, CM-in 65.3-cü maddəsi ilə müəyyən edilmiş qaydalar nəzərə alınmaqla təyin edilir, bu şərtlə ki, CM-in 65.2-ci maddəsinə görə, belə cəzaların təyinini istisna edən əsaslar olmasın. Cinayətlərin və ya hökmlərin məcmuyu üzrə qəti cəza isə, müvafiq olaraq, CM-in 66 və 67-ci maddələrinə uyğun olaraq təyin edilir. Məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs cəza təyin edilərkən əvvəlki hökmlə əlavə cəzasınının çəkilməmiş hissəsi, yəni 01 il 02 ay 12 gün müddətinə alkoqollu içkilərin alışı və satışı ilə məşğul olmaq hüququndan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hazırki iş üzrə təyin edilmiş cəzaya tamamilə və ya qismən birləşdirilməklə hökmlərin məcmusu ilə qəti cəza təyin edilməlidir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixli ərizəni məhkəməyə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığı və həbslə bağlı olmayan cəza təyin edilmsin bildirmişdir. Məhkəmə, aşağıdakı halları nəzərə almaqla hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edildikdə CM-nin 65.3-cü maddəsinə əsasən residivə görə cəza, CM-nin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar nəzərə alınmadan, təyin edilməlidir. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası 59.1.10-cu maddəsin əsasən könüllü gəlib təqsirini boynuna almasını, CM-in 59.1.12-ci maddəsinə uyğun olaraq zərərçəkmiş şəxslə barışıq əldə etməsini, CM-nin 59.1.13-cü maddəsinə uyğun olaraq cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, habelə CM-nin 59.2-ci maddəsinə uyğun olaraq törətdiyi əməli səmimi etiraf etməsini, 3-cü qrup əlil olmaqla 1-ci Qarabağ mühabirəsi iştirakıçısı olmasını, 53 yaşında olmaqla şəkərli diabet xəstəliyindən əziyyət çəkməsini, əməlindən səmimi peşman olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə nəzərə alır ki, CM-nin 65.3-cü maddəsinin tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar qalxmış olur. Belə olan halda məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etdikdə CM-nin 60-cı maddəsinin tələblərini tətbiq etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs yaşını, şəkərli diabet xəstəliyindən əziyyət çəkməsini, 1ci Qarabağ mühabirəsi iştirakıçısı olmaqla gözdən 3-cü qrup əlil olmasını, onun məhkəmədə davranışını və zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənilərək onunla barışıq əldə etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını Azərbaycan Respublikası CM-in 62ci maddəsinə əsasən onun törətdiyi cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan müstəsna hallar hesab edir və Azərbaycan Respublikası CM-in 65.3-cü maddəsinə əsasən residivə görə cəzanın Təqsirləndirilən şəxs CM-in 65.2-ci maddəsində müəyyən edilmiş qaydaları nəzərə alınmadan təyin olunmasını mümkün sayır. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməlini törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxlərin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxslərin islah olunmasına və ailələrinin həyat şəraitinə təsiri nəzərə alır. «Ədalət mühakiməsnin həyata keçirilməsi zamanı» insan hüquqlarının və əsas Azadlıqlarının müddəalarının və Avropa Məhkəməsi presedentlərin tətbiqi hapqqında «Avropa Konsensiyasının müddəalarının və Avropa Məhkəməsi presedentlərin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 02 saylı qərarının13-cü bəndinin tələblərinə əsasən, məhkəmələrə tövsiyə edilmşdir ki, Azəbaycan Respublikasının tərəfdaş çıxdığı «Vətəndaş və siyasi hüquqlar haqqında» Beynəlxalq Paktın 9-cu maddəsinin 3-cü bəndinə istinad edilməklə, həbsin tətbiqinin ümumi təcrübəyə çevrilməsinə yol veilməsin. Şəxsin məhkəməyə gəlməsinə təminat olduğu halda azadlıqda qalmasına üstünlük veilməlidir. Həbsin tədbiqinə müstəsna tədbir kimi baxılmalı, başqa tədbirin tətbiqi qeyri-mümkün olduqda, həbs son dərəcə zəruri hallarda tətbiq edilməlidir. Məhkəmə nəzərə alır ki, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamı ilə cəza siyasətinin humanistləşdirilməsi məqsədi qoyulmuş, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tətbiqi genişləndirilməsi tövsiyyə edilmişdir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bundan əlavə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri təyin edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, hər bir şəxs barəsində verilən ittihamla bağlı qərəzsiz və ədalətli məhkəmə baxışı qeyd olunan X3 təməl prinsiplərindəndir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etdikdə onun cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs islah olunması Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla cəzasını şərti tətbiq etməklə mümkündür. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli qərarına əsasən “Cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir.” Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə олан halda iş üzrə maddi sübut olan Bakı şəhəri Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmiş bir ədəd köynək, bir ədəd mayka və bir ədəd dəsmal məhv edilməlidir. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla «Verdiktum»Vəkil Bürosunun vəkili Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafəçi Müdafiəçi üçün 300 AZN (üç yüz manat) pul «Verdiktum»Vəkil Bürosunun hesabına ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməklə, barəsində Azərbaycan Respublikası CM-in 62-ci maddəsi tətbiq edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 30 noyabr 2020-ci il tarixli hökmü ilə təyin edilmiş əlavə cəzanın çəkilməmiş qalan 01 il 02 ay 12 gün alkoqollu içkilərin alışı və satışı ilə məşğul olmaq hüququndan məhrum etmə hissəsi Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hazırkı iş üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına tamamilə birləşdirilməklə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 il 02 ay 12 gün alkoqollu içkilərin alışı və satışı ilə məşğul olmaq hüququndan məhrum edilməklə, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq edilib, təyin edilən azadlıqdan məhrum etmə cəzası şərti hesab olunmaqla Təqsirləndirilən şəxs üzərində 01 (bir) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökm icraya yönəldiyi tarixdən hesablansın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrasına nəzarət sınaq müddəti ərzində onun yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə, cəzasının icrasına nəzarət edən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. İş üzrə maddi sübut olan və Bakı şəhəri Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmiş bir ədəd köynək, bir ədəd mayka və bir ədəd dəsmal məhv edilsin. Göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi üçün 300 AZN (üç yüz manat) pul «Verdiktum» Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar