Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1904/2021 21.12.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Əfqan Niyətulla oğlunun sədrliyi ilə, Hüseynov Telman Qulaməli oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhər 18 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi, zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.2001-ci ildə Oğuz rayonunun Böyük Söyüdlü kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmayan, Oğuz rayonu, Böyük Söyüdlü kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, o, 16 iyul 2021-ci il tarixdə, saat 23 radələrində Şahid4 ilə Şahid1 arasında sonuncunun 14 iyul 2021-ci il tarixdə Şahid4 küçədə əl hərəkətləri etməsi və “instagram” sosial şəbəkəsində bir-birlərini nalayiq söyüşlə söymələri səbəbindən yaranmış mübahisəni aydınlaşdırmaq üçün o, tanışları Şahid4, X6 və Şahid2 ilə birlikdə Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən parkda Şahid1 və Zərərçəkmiş şəxs ilə görüşmüş, bundan sonra ətrafda başqa şəxslər olduğu üçün ünvan 2 ünvanında yerləşən «Aquvarium» kafesinin qarşısına gəlmişlər. Aquvarium» kafesinin qarşısında Yunis Salayev başı ilə Şahid1 sifət nahiyəsindən bir dəfə vurduğu üçün Zərərçəkmiş şəxs Yunis Salayevin bel nahiyəsindən tutaraq güləş fəndi ilə yerə yıxmaq istəyəndə Təqsirləndirilən şəxs üzərində gəzdirdiyi məişət təyinatlı, qatlanan tipli bıçağı çıxarıb Zərərçəkmiş şəxs sol bel nahiyəsindən qəsdən bir dəfə vuraraq, ona ümumilikdə həyatı üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarəti yetirməklə qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməl üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Yunisi iki ilə yaxındir ki, tanımış, Zauru isə təxminən 3-4 aydır ki, Yunisə görə tanımış, hər ikisi ilə münasibətləri normal olmuşdur. 16 iyul 2021-ci il tarixdə təxminən saat 20 radələrində Yunislə birlikdə Bakı şəhəri, Əhmədli qəsəbəsi, «Ukrayna dairəsi»nin yaxınlığında yerləşən «Heydər Əliyev» adına parkda gəzişən zaman Zaurla rastlaşmışlar. Zaur bildirmişdir ki, Nicat adlı tanışı onu nalayiq söyüşlərlə təhqir etmiş və bu səbəbdən də Nicatla söhbəti aydınlaşdırmaq üçün sonuncu ilə görüşmək istəmiş, onlara da həmin görüşə getməyi təklif etmişdir. Zaurla razılaşaraq birlikdə piyada 265 saylı orta məktəbin yanında yerləşən parka tərəf getməyə başlamışlar. Yolda olan zaman ümumi tanışları olan Elmir onlarla rastlaşmış və Zaur Elmirə də məsələ barədə demişdir. Elmir də həmin istiqamətdə getdiyini bildirib onlarla birlikdə gəzə-gəzə 265 saylı orta məktəbin yanında yerləşən parka getmişlər. Onlar həmin yerə çatan zaman Zaur və Yunis qarşıda hərəkət etmişlər. O isə onlardan bir qədər arxada getmişdir. Həmin vaxt Zaur və Yunis Nicat adlı şəxsə yaxınlaşıb nəsə danışmış, lakin sonuncuların nə barədə danışdıqlarını eşitməmişdir. Bundan sonra onlar Zaur, Yunis, Nicat və Nicatın yanında olan şəxs kənara çəkilmək məqsədi ilə parkdan çıxaraq, piyada «Aquvarium» kafesinin qarşısına getmişlər. Orada dayanıb söhbət edən zaman X8 aralarında nə söhbət olmasını soruşmuş, həmin vaxt Nicat qolundakı saatı çıxarıb dava etməyə hazırlaşan zaman Yunis başı ilə Nicatın sifətinə vurmuşdur. Bundan sonra Nicatın yanında olan Gündüz adlı şəxs arxadan Yunisə yaxınlaşaraq Yunisi güləş fəndi ilə yerə yıxmaq istədikdə o, arxadan Gündüzə yaxınlaşıb bir dəfə baş nahiyəsindən yumruqla vurmuşdur. Həmin vaxt Gündüz Yunisi buraxaraq ona tərəf hücum etmək istədikdə üzərində gəzdirdiyi qatlanan bıçaqla Gündüzün döş qəfəsinin sol hissəsindən bir dəfə zərbə endirmiş, sonuncunun sol hissəsi qanadığı üçün onların hərəsi bir tərəfə qaçaraq uzaqlaşmışlar. Nicatla bir-iki dəfə ümumi tanışları ilə birlikdə olan zaman salamlaşıb görüşmüş, Nicatın boksçu olmasını bilmişdir. Lakin Nicatla arasında heç bir münasibət olmamışdır. Zərərçəkmiş şəxs isə əvvəllər tanımamış və aralarında heç bir münasibət olmamışdır, Gündüzü birinci dəfə hadisə günü görmüşdür. Zaurla parkda görüşən zaman Zaur bildirmişdir ki, Nicat onu nalayiq söyüşlərlə təhqir edib və bu səbəbdən Nicatla görüşüb söhbəti aydınlaşdırmaq istəmişlər. O da bu səbəbdən Zaurla birlikdə qeyd olunan ünvana getmişdir. Hadisə zamanı onu heç kim vurmamış və o, heç bir bədən xəsarəti almamışdır. Hazırda əməlindən səmimi olaraq peşimandır. Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi özünün ifadəsi ilə yanaşı cinayət işi üzrə olan aşağıdakı dəlillərlə tam sübuta yetirilir. Belə ki, məhkəmədə zərəçəkmiş şəxs qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, iki ildir ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən “Elman Market” adlı mağazada satıcı işləyir. İş vaxtı hər gün saat 10:00-da başlayayaraq saat 21:00-da başa çatır. Şahid1 dostudur. Nicatı təxminən 5 ildir ki, oxuduğu Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsində yerləşən 265 saylı tam orta məktəbdən tanımış, aralarında yoldaşlıq münasibəti yaranmışdır. O, idmanın güləş, Nicat isə boks növü ilə məşğul olmuşdur. İdmanla məşğul olduqları üçün onlar tez-tez görüşüb birlikdə məşq etmişlər. X4 3 il olar ki, ortaq tanışları vasitəsi ilə tanımış, Şahid4 2 il olar ki, tanımışdır. Zaur onunla eyni məktəbdə oxusa da, təxminən üç il əvvəl münasibətləri yaranmış, sonradan Zaur teztez Əhmədli qəsəbəsinə gedib oradakı uşaqlarla dostluq etdiyi üçün münasibətləri soyumuşdur. Hadisə baş vermənişdən təxminən iki gün öncə Nicatla birlikdə olan zaman sonuncu ona Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsində yerləşən 40 saylı sərnişin avtobus dayanacağında bibisi oğlu Elmanın idarə etdiyi «Mercedes-Benz» markalı avtomobilin keçdiyini görüb əl etdiyini, həmin vaxt eyni məktəbdə oxuduqları Zaur da qarşı tərəfdəki dayancaqda dayandığını, Zaur həmin əl hərəkətini ona etdiyini səhv başa düşüb instagram səhifəsindən Nicata yazaraq əl hərəkətini ona edib etmədiyini soruşan zaman aralarında sözlə mübahisə baş verdiyini bildirmişdir. 16 iyul 2021-ci il tarixdə saat 21 radələrində işlədiyi marketdən işdən çıxdıqdan sonra dostu Nicatın istifadəsində olan mobil nömrəyə zəng vuraraq sonuncudan harada olub-olmamasını soruşmuş, Nicat idman etmək üçün təhsil aldıqları 265 nömrəli orta məktəbin yaxınlığında yerləşən parka getdiyini bildirmişdir. O, gəzə-gəzə Nicatın olduğu parka gedərək sonuncu ilə idman etməyə başlamışlar. Həmin vaxt Yunis və Zaur yanlarında olan 2 nəfər şəxslə birlikdə onlara yaxınlaşaraq parkda adam çox olduğunu bildirib söhbət etmək üçün sakit bir yerə getməyi təklif etmişdir. O, artıq Nicatla Zaurun arasında olan məsələdən məlumatı olduğu üçün razılaşmış və birlikdə Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsində yerləşən “Aquvarium” adlı kafenin yaxınlığında olan məişət tullantılarının atılması üçün nəzərdə tutulmuş qutuların yanına getmişlər. Həmin vaxt Yunislə Nicatın arasında sözlə mübahisə baş vermiş və mübahisə zamanı Yunis qəflətən baş zərbəsi ilə Nicatın sifət nahiyəsindən vurmuşdur. O, Yunisin Nicatı vurduğunu görüb tez yaxınlaşmış və Yunisin belindən tutub idman fəndi işlədərək sonuncunu yer yıxmaq istəmiş və bu vaxt bel nahiyəsində istilik hiss etdiyi üçün Yunisi buraxmışdır. O, kürək nahiyəsində güclü ağrı olduğunu hiss edib 3-4 addım kənara çəkilərək yerə yıxılmışdır. Yerə yıxılan zaman kürək nahiyəsindən qan gəldiyini görüb bıçaqla vurulduğunu başa düşmüşdür. Lakin qaranlıq olduğu üçün onu kimin bıçaqla vurduğunu bilməmişdir. Həmin şəxslər onun bıçaqlandığını görüb qaçaraq hadisə yerindən getmişlər. Özünü itirmiş və özünə gələndə görmüşdür ki, xəstəxanadadır. Daha sonra ona məlum olmuşdur ki, baş vermiş hadisə zamanı o, Yunisi tutub yerə yıxmaq istəyəndə Təqsirləndirilən şəxs arxadan üzərində olan bıçaqla onun sol kürək nahiyəsindən vuraraq xəsarət yetirmişdir. İdayəti əvvəllər tanımamışdır. Təqsirləndirilən şəxsin atası onun müalicəsinə mümkün olan köməkliyi göstərmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmış, ondan şikayət və təbi yoxdur. Məhkəmədə dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, İdayət onun oğludur. 16 iyul 2021-ci il tarixdə, yaşadıqları evə gələndə kiçik oğlu Rəşad evdə olsa da, İdayət evdə olmamışdır. İdayət təxminən gecə saat 00 radələrindən sonra evə gəldiyi üçün o, oğlundan harda olmasını və nə üçün evə gec gəlməsini soruşmuş, İdayət də cavabında ona dostları ilə birlikdə çayxanada oturduğundan evə gec gəldiyini demişdir. 17 iyul 2021ci il tarixdə saat 19 radələrində yaşadıqları evə qayıdan zaman yenə də İdayət evdə olmadığından o, İdayətin istifadəsində olan 055 ***-**-** GSM nömrəsinə zəng etmiş, lakin telefon sönülü olmuşdur. Həmin gün İdayət yaşadıqları evə gəlməmiş və harada qalması barədə məlumatı olmamışdır. 18 iyul 2021-ci il tarixdə təxminən saat 13 radələrində o, işdə olan zaman xatırlamadığı mobil nömrədən istifadəsində olan mobil nömrəyə zəng gəlmiş və o, telefona cavab verən zaman özünü İdayətin dostu Elmirin atası kimi təqdim edən şəxs ona bildirmişdir ki, 16 iyul 2021-ci il tarixdə İdayətlə tanışları arasında mübahisə baş vermiş və həmin mübahisə vaxtı İdayət bıçaqla Gündüz adlı tanışını vuraraq xəsarət yetirmişdir. Gündüz isə hazırda «Su-Tikinti» Xəstəxanasında müalicə almaqdadır. O, bundan sonra qeyd olunan xəstəxanaya getmiş və Gündüz ona bildirmişdir ki, onu İdayət bıçaqla vuraraq xəsarət yetirmişdir. Məhkəmədə dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, orta məktəbdə oxuduğu dövrdə Nicat, Gündüz və Elmirlə tanışlığı olmuş və münasibətləri normal olmuşdur. Yunisi iki ilə yaxındır ki, tanıyır, İdayəti isə Yunisə görə tanımış, münasibətləri normal olmuşdur. 14 iyul 2021-ci il tarixdə təxminən saat 12 radələrində o, 40 saylı marşrut avtobusunun sonuncu dayanacağında olan zaman Nicatı görmüş və Nicat ona tərəf baxaraq əl-qol hərəkətləri etmişdir. Həmin vaxt o, mağazaya daxil olmuş, mağazadan çıxandan sonra Nicatdan həmin hərəkətləri ona edib etmədiyini soruşmaq istəmiş, lakin həmin vaxt Nicat orada olmamışdır. Bu səbəbdən də öz «Zaur.Güneshli» instagram səhifəsindən Nicatın «Nguseinov» instagram səhifəsinə yazaraq bayaqki əl hərəkətini ona edib-etməməsini soruşmuşdur. Həmin mövzu ətrafında aralarında mübahisə yaranmış və o, Nicata bildirmişdir ki, axşam gəlib onunla təkbətək söhbət edəcək. X9 qəsəbəsinə getməmiş və həmin gün axşam təxminən saat 21 radələrində Nicata zəng edərək, Əhmədli qəsəbəsinə gəlməsini bildirmişdir. Nicat isə ona Günəşli qəsəbəsində olduğunu və əgər sözü varsa ora gəlməyini istəmişdir. O isə həmin gün Köhnə Günəşli qəsəbəsinə getməmişdir. 16 iyul 2021-ci il tarixdə təxminən saat 20 radələrində o, Elmirlə telefon əlaqəsi saxlayaraq, Bakı şəhəri, Əhmədli qəsəbəsi, «Ukrayna dairəsi»nin yaxınlığında yerləşən «Heydər Əliyev» adına parkda olduğunu bildirmiş və sonuncunu da həmin parka dəvət etmişdir. Onlar parkda olan zaman Yunis və İdayətlə rastlaşmışlar. İdayət və Yunisin yanında təxminən 3- 4 nəfər tanımadığı şəxslər olmuşdur. Onlar birlikdə olan zaman o, Yunislə söhbət edəndə Nicatın hərəkətləri barədə sonuncuya bildirmişdir. Daha sonra təklif etmişdir ki, gedib Nicatla bu barədə danışıb söhbəti aydınlaşdsınlar. Yunislə İdayət onunla razılaşmış və birlikdə piyada Köhnə Günəşli qəsəbəsinə getmişlər. Yolda olarkən Yunisin yanındakı tanımadığı şəxslər onlardan ayrılmışlar. Təxminən saat 22:30 radələrində onlar 265 saylı orta məktəbin yanında yerləşən parka getmişlər. Həmin vaxt Nicatla Gündüz ikisi birlikdə parkda məşq edirdilər. Onlar həmin vaxt Nicatla Gündüzə yaxınlaşaraq salamlaşmışlar. Bundan sonra Gündüz Yunisə parkda qadınlar və uşaqlar olduğunu, bu səbəbdən də kənara çəkilib söhbət etməyi məsləhət bildirmişdir. Onların hamısı parkdan çıxaraq, piyada «Aquvarium» kafesinin qarşısına getmişlər. Orada dayanıb söhbət edən zaman Nicat qolundakı saatı çıxardıqda Yunis anidən kəllə ilə Nicatı sifət nahiyəsindən vurmuşdur. Gündüz arxadan Yunisi qucaqladıqda anidən Gündüz qışqırmışdır. Həmin vaxt o, Gündüzün sol tərəfindən qan axdığını görmüş və Yunis hamıya qışqıraraq «qaçın» dediyini eşitmişdir. Onlar da qaçaraq oradan uzaqlaşmışlar. Sonradan ona məlum olmuşdur ki, Gündüz Nicatı qucaqlayan zaman İdayət Gündüzü bıçaqla vuraraq xəsarət yetirmişdir. Məhkəmədə dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 10 ildir ki, boks idman növü ilə məşğuldur və 5 ildir ki, «Azərbaycan Boks Federasiyası»nın üzvüdür. Zərərçəkmiş şəxs 5ci sinifdən tanımış, Gündüzlə eyni məktəbdə, yəni 265 saylı tam orta məktəbdə oxumuşlar. Münasibətləri yaxşı olmuşdur. Gündüz özü də, güləş idman növü ilə məşğul olmuşdur. 14 iyul 2021-ci il tarixdə təxminən saat 12 radələrində o, 40 saylı marşrut avtobusunun sonuncu dayanacağında olan zaman Gündüzün bibisi oğluna məxsus «Mercedes-Benz» markalı avtomobillə gəldiyini görüb əl etmişdir. Həmin vaxt eyni məktəbdə oxuduqları Zaur adlı şəxs də qarşı tərəfdəki dayancaqda dayanmışdır. Zaurla eyni məktəbdə oxusalar da, üç il əvvəl münasibətləri yaranmış, lakin sonradan Zaur tez-tez Əhmədli qəsəbəsinə gedib oradakı uşaqlarla dostluq etdiyi üçün Zaurla münasibətləri soyumuşdur. Gündüzə əl edən zaman Zaur onun hərəkətlərindən elə başa düşmüşdür ki, o, həmin əl hərəkətini ona edir, bu səbəbdən də ona tərs baxmışdır. Həmin vaxt o, dayanaraq Zaurun gəlməsini gözləmişdir ki, Zaur gəlib ona yaxınlaşarsa ona deyil, Gündüzə əl etdiyini bildirsin. Lakin Zaur ona tərəf gəlməmiş, oradan getmişdir. Təxminən bir saatda sonra Zaur özünə məxsus «Zaur.Güneshli» instagram səhifəsindən ona məxsus «Nguseinov» instagram səhifəsinə yazaraq bayaqkı əl hərəkətini ona edib-etməməyini soruşmuş, o isə Zaura bildirmişdir ki, ona qarşı əl hərəkəti etməmişdir. Lakin Zaur əl hərəkətini onun özünə qarşı edildiyini başa düşmüşdüsə niyə həmin vaxt yox, indi ona intstagram səhifəsindən yazaraq bildirmişdir. Bu mövzu ətrafında aralarında mübahisə yaranmış, Zaur ona bildirmişdir ki, axşam gəlib onuna təkbətək söhbət edəcək. Bundan sonra həmin gün axşam təxminən saat 21 radələrində Zaur tanımadığı mobil nömrədən ona zəng edərək, Əhmədli qəsəbəsinə gəlməyini bildirmiş, o isə Günəşli qəsəbəsində olduğunu, əgər sözü varsa onun olduğu yerə gəlməsini deyib dəstəyi asmışdır. İki gün müddətində Zaur onunla əlaqə saxlamamışdır. Bundan sonra 16 iyul 2021-ci il tarixdə təxminən saat 21 radələrində Gündüzlə birlikdə 265 saylı orta məktəbin yanında yerləşən parkda məşq edən zaman Zaurun, Yunis, Elmir və digər tanımadığı təxminən 8-10 nəfər şəxslə birlikdə onlara yaxınlaşdıqlarını görmüşdür. Onlar yaxınlaşıb salamlaşdıqdan sonra Yunis Gündüzə yaxınlaşaraq onunla Zaurun arasındakı məsələnin nədən ibarət olmasını soruşmuşdur. Bundan sonra Gündüz Yunisə bildirmişdir ki, parkda qadınlar və uşaqlar var, bu səbəbdən də kənara çəkilib söhbət etməyi məsləhət bilmişdir. Daha sonra onlar hamısı parkdan çıxaraq, piyada «Aquvarium» kafesinin qarşısına getmişlər. Orada dayanıb söhbət edən zaman Yunis ondan Zaurla aralarında nə söhbət olmasını soruşmuş, o, bu barədə danışan zaman söhbətin yarısında Yunis onun boyun naşhiyəsindən tutaraq özünə dartıb başı ilə burnundan bir dəfə vurmuşdur. Həmin vaxt onun burnundan qan açılmış və bu zaman kənardan kimsə «ağ könəklini bıçaqla vurdular» dedikdə hər kəs fərli istiqamətdə qaçmağa başlamışdır. Dağılışdıqdan sonra görmüşdür ki, bıçaqla vurulan şəxs Gündüzdür və Gündüzün bədəninin sol hissəsindən qan axır. Həmin vaxt o, əynindəki köynəyi çıxaraq Gündüzün xəsarət alan hissəsinə sıxmış və Gündüzün qardaşı Pərviz qaçaraq onların yanlarına gəlmişdir. Bundan sonra onunla Pərviz taksi saxlatdırıb Gündüzü «Su tikinti xəstəxanası»na aparmışlar. Daha sonra isə o, yaşadığı evə getmişdir. Baş vermiş hadisə təxminən 2-3 dəqiqə davam etmişdir. Hadisə zamanı orada o, Gündüz, Zaur, Yunis, Elmir və sonuncularla həmin yerə gəlmiş tanımadığı təxminən 8-10 nəfər şəxs, həmçinin ətrafda olan tanımadığı şəxslər olmuşdur. Hadisənin baş verməsinə səbəb Zaurla onunla arasında baş vermiş mübahisə olmuşdur. Gündüzü həmin vaxt kimin vurmasını görə bilməmişdir. Sonradan ona məlum olmuşdur ki, Gündüzü bıçaqla vuran şəxs oraya gəlmiş İdayətdir. Şahid qismində dindirilmiş Şahid2 Cinayət işinin 22-23-cü vərəqlərində olan və məhkəmədə araşdırılmış ifadəsində göstərmişdir ki, o, Türkiyə Respublikası «Şeh Erdabil» universiteti, İqtisadi və İdari fakultəsinin İİ kurs tələbəsidir. «Covid-19» pandemiyası ilə əlaqədar universitetinə getməsə də, dərsləri onlayn qaydada keçmişdir. 16 iyul 2021-ci il tarixdə təxminən saat 19 radələrində o, qardaşı Elvinlə birlikdə gəzmək üçün 40 saylı marşrut avtobusu ilə «Bakı Kinoteatrı»nın yanındakı parka getmişlər. Bir qədər parkda oturduqdan sonra piyada gəzərək «Əhmədli» metrostansiyasının yanına getmişlər. Daha sonra isə piyada «Ukrayna» dairəsində yerləşən parka getmişlər. Parkda olan zaman atası ona zəng edərək, evə getməlkərini bildirmiş və o da bu səbəbdən qardaşı ilə birlikdə piyada parkın yuxarı hissəsinə qalxıb gəzə gəzə getməyə başlamışlar. 62 saylı marşrut avtobusunun sonuncu dayanacağına çatmağa az qalmış yolda olan zaman Zaur, Yunis, İdayət və yanında olan tanımadığı digər 3-4 nəfər şəxslə rastlaşmışlar. Zaurla 265 saylı orta məktəbdə oxumuş, münasibətləri normal olmuşdur. Yunis və İdayəti isə təxminən iki ildir ki, tanımışdır. Aralarında ortaq dostları olduğu üçün tanışlıqları yaranmışdır. Həmin vaxt onlar salamlaşıb görüşdükdən sonra Zaurdan hara getmələrini soruşmuşdur. Zaur isə ona bildirmişdir ki, Nicatla aralarında mübahisələri düşmüş və həmin söhbəti etməyə gedirlər. Onun da yolu ev istiqamətində olduğu üçün birlikdə ara məhəllələrlə İnqilab İsmayılov küçəsinə düşmüşlər. Onlar həmin yerə çatdıqda, qardaşı Elvin onlarla sağollaşaraq 46 saylı maşrut avtobusunun sonuncu dayanacağında yerləşən parka gedəcəyini bildirib onlardan uzaqlaşmışdır. Daha sonra onlar hərəkətlərinə davam edərək 265 saylı orta məktəbin yanında yerləşən parka getmişlər. Həmin vaxt təxminən saat 21 radələri olmuşdur. Onlar hərəkətdə olan zaman o, eyni məhəllədə yaşayan İlkinlə rastlaşmış və İlkin ondan hara getdiyini soruşduqda o, sonuncuya bildirmişdir ki, Zaurla Nicatın söhbəti düşmüş və həmin məsələnin nədən ibarət olmasına baxmaq üçün getdiyini demişdir. Lakin İlkin onlarla gəlməmiş və sonuncu mağazadan çörək alıb yaşadığı evə getmişdir. O, İlkinlə söhbət edən zaman artıq Zaur, Yunis və İdayət, digər şəxslərlə qarşıda gedib 265 saylı orta məktəbin yanında yerləşən parkda Nicat və Gündüzlə görüşmüşdülər. O, Zaur, Yunis və Hidayətə çatmağa az qalmış sonuncular parkdan çıxaraq, piyada «Aquvarium» kafesinin qarşısına getmişlər. Orada dayanıb söhbət edən zaman o, Zaur, Yunis və Hidayətə çatdıqda, artıq Yunis Nicatı kəllə ilə vurmuş və dava dalaş başlamışdır. Elə həmin vaxt da kənardan kimsə «ağ könəklini bıçaqla vurdular» dedikdə hər kəs fərqli istiqamətdə qaçmağa başlamışdır. Dağılışdıqdan sonra görmüşdür ki, bıçaqla vurulan şəxs Gündüzdür. Lakin Gündüzü kimin vurduğunu görə bilməmişdir. Gündüz xəsarət aldığı yerdən əlini çəkən zaman qan axdığını görüb halı pisləşmiş və kimsə bildirmişdir ki, Gündüzü İdayət bıçaqla vurmuşdur. Daha sonra Nicat əynindəki köynəyi çıxaraq Gündüzün xəsarət alan hissəsinə sıxmış və Gündüzün qardaşı Pərviz qaçaraq onların yanlarına gəlmişdir. Bundan sonra Nicat və Pərviz yoldan keçən markası və dövlət nömrə nişanını xatırlamadığı taksi saxlatdırıb Gündüzü avtomobilə əyləşdirib xəstəxanaya aparmışlar. O da yaşadığı evə getmişdir. Nicat və Gündüzlə eyni məktəbdə, yəni 265 saylı orta məktəbdə oxumuşlar, daima birlikdə olmuşlar, münasibətləri yaxşı olmuşdur. Aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. Onun həmin yerə getməkdə heç bir məqsədi olmamış, yolları eyni istiqamətdə olduğu üçün birlikdə getmişdir. Baş vermiş hadisə təxminən 2-3 dəqiqə davam etmişdir. Hadisə zamanı orada o, Nicat, Gündüz, Zaur, Yunis, İdayət və sonuncularla həmin yerə gəlmiş tanımadığı təxminən 3-4 nəfər şəxs, həmçinin ətrafda olan tanımadığı şəxslər olmuşdur. Hadisə zamanı o, heç kimi vurmamış və heç kimə xəsarət yetirməmişdir.O, həmin şəxslərdən yalnız, Zaur, Yunis və İdayəti tanımışdır. Digər şəxsləri isə hadisə günü birici dəfə olmuşdur ki, , görmüşdür. Gündüzü kimin nə ilə vurmasını görməsə də, orada olan şəxslərdən biri bildirmişdir ki, Gündüzü İdayət bıçaqla vuraraq xəsarət yetirmişdir. Lakin həmin şəxsin kim olmasını bilməmişdir. Cinayət işinin 90-91-ci vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Xətai rayon şöbəsindən alınmış 25 avqust 2021-ci il tarixli 821 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs döş qəfəsinin sol yarısının plevra və qarın boşluğuna keçən kəsilmiş-deşilmiş yarası, qabırğanın kəsilməsi, diafraqmanın yaralanması, dalağın kəsilmiş yarası, hemoperitoneum, hemotoraks müəyyən edildi. Xəsarət deşici-kəsici alətin (bıçağın) təsirindən törənmişdir, qərarda göstərildiyi kimi 16.07.2021-ci il tarixdə kənar şəxs tərəfindən törənə bilərdi, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilir. Cinayət işinin 125-129-cu vərəqlərində olan məhkəmə tibbi-bioloji ekspertizasının 29.10.2021-ci il tarixli, 606-2021/MTBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu B/İİİ/-dür. (şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarış vərəqəsinin kserosurətinə əsasən.) .Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus 02 ədəd köynək üzərində olan ləkələrdə insan qam aşkar edildi. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq olunduqda yalnız “B” antigeni alındı. Bu qan ləkələri ABO sistemi üzrə B/İİİ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Ekspertizaya təqdim olunmuş bıçaq üzərində olan ləkələrdə qan aşkar olunmadı. Cinayət işinin 130-139-cu vərəqlərində olan məhkəmə tibbi-kriminalistik ekspertizasının 29.10.2021-ci il tarixli, 606-2021/MTKŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş və Zərərçəkmiş şəxs məxsus bir ədəd köynəyin arxa səthinin sol yarısının orta hissəsində bir ədəd deşilmiş-kəsilmiş zədə vardır. Bu zədə yaxşı itilikli ülgücü, yaxşı itilikli ucu və özünü zəif dərəcədə biruzə edən küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gəlmişdir.
2. Ekspertizaya təqdim olunmuş və Zərərçəkmiş şəxs məxsus köynək üzərində aşkar edilmiş deşilmiş-kəsilmiş zədənin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin və ya oxşar konstruktiv xüsusiyyətli alətin (alətlərin) tiyəsinin təsirindən əmələ gəlməsi inkar olunmur. 3.Ekspertizaya təqdim olunmuş və Zərərçəkmiş şəxs məxsus köynəyin arxa səthinin sol yarısının orta hissəsində olan bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədənində olan deşilmiş-kəsilmiş xəsarətlə nisbi olaraq uyğun gəlir. 4.Zərərçəkmiş şəxs bədənindəki deşilmiş-kəsilmiş xəsarətin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi və ya oxşar konstruktiv xüsusiyyətlərə malik digər bıçağın tiyəsi ilə yetirilməsini istisna etmək olmaz. 5.Ekspertizaya təqdim olunmuş və Zərərçəkmiş şəxs məxsus ikinci köynəyin üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmadı.
6. Ekspertizaya təqdim olunmuş və Zərərçəkmiş şəxs məxsus iki ədəd köynək üzərində fiziki qüvvə təsirindən, yəni dartma, cırılma və sökülmə nəticəsində yaranmış heç bir zədə aşkar olunmadı.
7. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı, qatlanan tipli səyahət bıçağıdır və soyuq silah hesab olunmur. Cinayət işinin 140-154;176-cı vərəqlərində olan qərardan görünür ki, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş 02 ədəd köynəyi və 1 ədəd bıçaq maddi sübut kimi tanınmış və saxlanması üçün Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Andandonskinin Rusiyaya qarşı» işi üzrə 28 sentyabr 2006-cı il tarixli qərarında göstərilmişdir ki, «sübutların mümkünlüyü» daxili (milli) qanunvericiliklə tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində əldə edilmiş, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilmiş şahid ifadələri də məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Buna görə məhkəmədə dindirilmiş şahidin ifadələri ilə yanaşı, məhkəmədə ifadəsi elan edilərək tədqiq edilmiş zərərçəkmiş şəxs və şahidin ifadələrini də ittihamın həlli üçün kifayət edən sübut növü kimi qiymətləndirilir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı araşdırılmış sübutları, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, məhkəmə ekspertiza rəylərini və maddi sübutu, eləcə də, iş üzrə sübut əhəmiyyətinə malik sənədləri tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək, məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş və o, CM-in 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. 11.11.2021-ci il tarixli notariat qaydasında təsdiq edilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin 88-89-cü vərəqlərində olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 26-cı və 31 vərəqində olan “Şübhəli şəxsin tutulması və barəsində axtraış elan edilməsi haqqında” qərardan və “Axtarışda olan şəxsi tutma haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə şübhəli bilindiyindən barəsində axtraış elan edilmiş və 31.07.2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtraış tədbiri nəticəsində şəxsiyyəti ilə birlikdə Xətai RPİ-nin MSY-nə təhvil verilmişdir. Cinayət işinin 80-84-cü vərəqlərində olan Bakı Şəhər Xətai Rayon məhkəməsinin 02.08.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində olan həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 31 iyul 2021-ci il tarixdən hesablanmışdır. Zərərçəkmiş şəxslə barışıq əldə etməsi, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmaması, əməlindən səmimi peşman olması, əvvəllər məhkum olunmaması CMin 59.1.9, 59.1.12 və 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallardır. Azərbaycan Respublikası CM-nin 60-cı maddəsində deyilir ki, “Bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz”. Təqsirləndirilən şəxsin əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal yoxdur. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinin tələblərini nəzərə almaqla CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimaitəhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin hər birinin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, xüsusilə də zərərçəkmiş şəxslə hazırkı dövrdə münasibətlərini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinin tələbinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Buna görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı həbsdə saxlanıldığı müddət ümumi cəza müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 31 iyul 2021-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası CMnin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlak müəyyən edilmədiyindən barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. İş üzrə mülki iddia, məhkəmə məsrəfi və üzərinə həbs qoyulmuş əmlak yoxdur. İş üzrə maddi sübut – Xətai RPİ-nin nin saxlanc anbarına təhvil verilmiş 01 ədəd bıçaq və 02 ədəd köynək CPM-nin 132.1.7-ci maddəsinə görə dəyəri olmadığından məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə
hökm etdi:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 4(dörd) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin, cəzaçəkmə müddətinin başlanğıcı 31 iyul 2021-ci ildən hesablansın, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut - Xətai rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş 01 ədəd bıçaq və 02 ədəd köynək məhv edilsin. Hökmdən elan olunduğu (hökmün surətinin Təqsirləndirilən şəxs verildiyi) andan 20 gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər, apelyasiya şikayəti və ya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.