Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1904/2023 27.11.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Məmmədzadə Səbinə Adil qızı və Məcidov X8 ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin böyük prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxs nümayəndəsi (order və etibarnamə əsasında) Bakı şəhəri “Universal” Vəkil Bürosunun vəkili Nümayəndə, müdafiəçi – Bakı şəhər 04 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1979-cu ildə Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, himayəsində 1 (bir) yetkinlik yaşına çatmayan uşağı olan, həbs olunanadək fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmayan, Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhəri, B.Abbasov küçəsi, ev 41-də qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsində nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 03 saylı İstintaq Təcridxansında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2 və 181.3.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını ələ keçirmək və külli miqdarda əmlak əldə etmək məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edib zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqla quldurluq etmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, o, özgənin əmlakını ələ keçirmək və külli miqdarda əmlak əldə etmək məqsədi ilə tanışları Şahid1 və Şahid2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, əvvəlcədən danışaraq razılıq əldə etməklə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın niyyəti ilə planlaşdırdıqları kimi qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2022-ci il tarixdə, saat 12:00 radələrində Şahid1 idarə etdiyi «BMW» minik markalı, **-FH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 2 ünvanında yerləşən yaşayış binasının həyətinə gələrək həmin binada 44 nömrəli mənzildə yaşayan, valyuta mübadiləsi fəaliyyəti ilə məşğul olan Zərərçəkmiş şəxs mənzilə gəlişini müşahidə edib məlumat vermək və sonuncunun külli miqdarda əmlakını ələ keçirdikdən sonra birlikdə hadisə yerindən uzaqlaşmaq üçün Təqsirləndirilən şəxs Şahid1la birgə avtomobildə, Şahid2 isə yaşayış binasına daxil olaraq 44 nömrəli mənzilin yerləşdiyi blokda gözləmiş və həmin gün saat 12:40 radələrində Zərərçəkmiş şəxs əlində tutduğu kompyuter çantası ilə həyətə daxil olub bloka doğru hərəkət etdiyini müşahidə edən Təqsirləndirilən şəxs Şahid1 mobil telefonu ilə Şahid2 zəng vurub bu barədə onu məlumatlandıraraq basqın üçün hazırlaşmasına dair xəbərdarlıq etmiş, bu zaman Şahid1 ətrafa nəzarət etmək və zərurət olarsa xəbərdarlıq etmək üçün avtomobili tərk edib yaxınlıqda dayanaraq ətrafı müşahidə etmiş, Təqsirləndirilən şəxs isə «BMW» minik markalı, **-FH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək hadisə yerindən maneəsiz şəkildə uzaqlaşmaq üçün öz mülahizəsinə görə yaxınlıqda - ünvan 1 ünvanında yerləşən Əbu Bəkr məscidi istiqamətində əlverişli yerdə saxlayıb gözləmiş, bu zaman Şahid2 qeyd olunan binanın birinci mərtəbəsi ilə ikinci mərtəbəsi arasında yerləşən dəhlizdə pilləkənlərlə yuxarı qalxan Zərərçəkmiş şəxs üzərinə hücum edərək sonuncuya yumruqla qəsdən çoxsaylı zərbələr vuraraq alın sümüyünün yerdəyişməmiş qapalı sınığı, sağ və sol göz ətrafı nahiyənin qançırları və ağlı qişaya qansızma ilə müşayiət olunan hematomaları, sağ yuxarı göz qapağının cırılmış-əzilmiş yarası, burun tağının əzilmiş yarası, sol əlin 4-cü barmağının əzilmiş-cırılmış yaraları, sağ və sol dirsək oynağının, sağ və sol diz oynağının sıyrıqları ilə nəticələnən, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirməklə həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın edərək içərisində Zərərçəkmiş şəxs məxsus milli valyuta ilə 5.540 (beş min beş yüz qırx) manat ekvivalentində 200.000 (iki yüz min) Rusiya rublu, 365.500 (üç yüz altmış beş min beş yüz) manat ekvivalentində 215.000 X5 dolları və 108.000 (bir yüz səkkiz min) manat məbləğində pul vəsaiti olan 35 (otuz beş) manat dəyərində kompyuter çantasını Zərərçəkmiş şəxs əlindən alıb binanı tərk edərək həyətdə onu gözləyən Şahid1 yaxınlaşaraq birlikdə «BMW» minik markalı, **-FH-*** dövlət qeydiyyat nişanlı avtomobillə hadisə yerini tərk edib uzaqlaşmaq məqsədi ilə ardıcıllıqla ünvan 1 ünvanında yerləşən Əbu Bəkr məscidinə doğru piyada hərəkət etmiş və bütün bu müddət ərzində qeyd olunan avtomobillə ərazini müşahidə edən Təqsirləndirilən şəxs onlara yaxınlaşmasından sonra Şahid1la birgə həmin avtomobilə əyləşib ərazidən uzaqlaşmış və beləliklə, qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda əmlak əldə etmək məqsədi ilə Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edib zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqla, habelə zərərçəkmiş şəxsə külli miqdarda, yəni 479.075 (dörd yüz yetmiş doqquz min yetmiş beş) manat məbləğində ziyan vurmaqla quldurluq etmişlər. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, cinayət hadisəsi baş verən ərəfədə onun həyatında elə şeylər baş vermişdir ki, o, bu cinayət əməlini törətməyə məcbur olmuşdur. Buna səbəb isə onun övladı və pulla bağlı məsələlər olmuşdur. Belə ki, o, bir iş görmüş və bu işin nəticəsində də külli miqdarda pul vəsaiti itirmişdir. O, Zərərçəkmiş şəxsı çoxdandır kı, tanıyır. Bu işdə Şahid2 və Şahid1 da olmuşdur. O, Faiqi tanımır, amma Elşəni tanıyır. Yəni o, Elşənə bu məsələ barədə danışmışdır. Elşən isə ona narahat olmamağını, hər bir məsələni özü həll edəcəyini və hər bir şeyi özü edəcəyini bildirmişdir. O, Bəxtiyarı xarici valyuta mübadiləsilə məşğul olan bir şəxs kimi tanımışdır. O, blokda baş verən cinayət hadisəsində iştirak etməmişdir. O, blokda baş verən cinayət hadisəsi zamanı avtomobildə əyləşmiş, eləcə də avtomobili blokdan xeyli aralıda saxlamışdır. O, Bəxtiyara qarşı heç bir fəal hərəkət etməmiş, yəni Bəxtiyarın əllərini tutmamış, müqavimətini qırmamış və vurmamış, yəni Bəxtiyara qarşı heç nə etməmişdir. Bəxtiyara heç bir xəsarətin yetirilməyəcəyi ona deyilmişdir. Yəni ona deyilmişdir ki, ancaq Bəxtiyarın əlindən çantanı qapıb gedəcəklər. O, sonradan bilmişdir ki, Bəxtiyara xəsarət yetirilmişdir. O, heç Bəxtiyarın əlində çantanın olub-olmadığını da bilməmişdir. O, cinayət hadisəsi zamanı ümumiyyətlə Bəxtiyarı görməmiş, eləcə də Bəxtiyarın bloka necə girməsini görməmişdir. Çünki o, cinayət hadisəsi yerindən çox aralıda avtomobildə olmuşdur. Sonra Elşən və Faiq çanta ilə birgə gələrək onun olduğu avtomobilə gəlib əyləşmişlər və Faiq Bəxtiyarın çiyninə vuraraq çantanı qapıb gəldiyini bildirmişdir. Həmin çantadakı pulun miqdarı onun yadında deyil, amma çantadakı pulu o, üç yerə böldükdən sonra ona 69.000-70.000 ABŞ dolları məbləğində pul çatmışdır. Ona görə də ittiham aktında göstərilmiş ziyanın ümumi məbləği haradasa 100.000 (yüz min) manata qədər şişirdilmişdir. O, törətdiyi cinayət əməlindən peşmandır. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahid ifadələrinə, eləcə də cinayət işinin materiallarında olan çoxlu sayda sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də ona irəli sürülmüş ittihamla bağlı cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2 və 181.3.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətdiyini etiraf etsə də, cinayət əməlləri nəticəsində ələ keçirilmiş pul vəsaitinin ümumi məbləğini və ona çatan pul vəsaitinin məbləğini mübahisələndirmişdir. Məhkəmə qeyd edilən hissədə onun verdiyi ifadəni işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə məzmunda ifadə verərək məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi küçəsi, ev 315/84, mənzil 199-da yaşayır. Onun əlavə olaraq ünvan 2 ünvanında yerləşən binada 44 nömrəli mənzili var. Həmin mənzildə heç kim yaşamadığı üçün o, hərdən həmin mənzilə gedib baş çəkir. Təxminən 2000-ci ildən 2015-ci ilədək o, valyuta dəyişmə məntəqəsi işlətmiş və həmin fəaliyyətdən müəyyən qədər pul yığmışdır. O, xx.xx.2022-ci ildə yaşadığı Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi küçəsi, ev 315/84, mənzil 199-dan çıxarkən yığdığı 215.000 (iki yüz on beş min) ABŞ dolları, 200.000 (iki yüz min) Rusiya rublu və 108.000 (yüz səkkiz min) manat məbləğində pulu özünə məxsus kompyuter çantasının içinə qoyaraq özü ilə götürmüşdür. Belə ki, həmin vaxt onun ailə üzvləri Türkiyə Respublikasında olmuşlar və ondan başqa mənzildə heç kəs qalmadığından o, yaşadığı mənzildə pul saxlamaq istəməmişdir. Ona görə də o, pulu çantaya qoyub Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 2 saylı evin qarşısına gəlmişdir ki, həmin binadakı mənzilinə baş çəksin. O, həmin gün saat 12:40 radələrində binanın həyətinə daxil olan zaman həyətdə heç kəsi görməmişdir. O, mənzilin yerləşdiyi bloka yaxınlaşaraq blokun giriş qapısında şifrə yığmış və qapı açıldıqdan sonra bloka daxil olmuşdur. Sonra o, ikinci mərtəbəyə qalxmağa başlamışdır. O, birinci mərtəbə ilə ikinci mərtəbə arasında olan dəhlizdə olan zaman yuxarı mərtəbədən pilləkənlərlə əvvəllər tanımadığı və təxminən 35-40 yaşlarında bir nəfər kişinin aşağı düşdüyünü görmüşdür. Həmin kişi ona çatdıqda, heç bir söz demədən qəflətən onun sifətinə və başına yumruqıa vurmağa başlamışdır. Həmin şəxs ona qəflətən yumruqla zərbə endirdiyindən o, özünü itirmiş və həmin şəxsə müqavimət göstərə bilməmişdir. O, yumruq zərbələrinin təsirindən yerə yıxılmışdır. Yerə yıxıldıqdan sonra həmin şəxs onun sifətinə və başına yumruqla zərbə vurmağa davam etmişdir. Həmçinin həmin şəxs ona yumruqla zərb endirərkən onun əlindəki çantanı almaq istəmişdir. Həmin çantada külli miqdarda pul olduğundan o, çantanı əlindən buraxmamış, əksinə çantanı özünə tərəf çəkərək sıxmışdır. Lakin hücum edən şəxs ona zərbələr endirməyə davam etdiyindən o, əlindəki çantanı buraxmaq məcburiyyətində qalmışdır. Bundan istifadə edən həmin şəxs ona məxsus çantanı alıb dərhal oradan qaçıb getmişdir. Cinayət nəticəsində ona ümumilikdə 479.075 manat məbləğində ziyan vurulmuşdur. O, Təqsirləndirilən şəxslə barışmamış və barışmaq fikri də yoxdur. Zərərçəkmiş şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq Təqsirləndirilən şəxs ağır cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, nə onun, nə də Təqsirləndirilən şəxs hadisə zamanı Şahid2 Zərərçəkmiş şəxs qarşı fiziki zor tətbiq etməsi barədə məlumatı olmamışdır. O, Faiqin Zərərçəkmiş şəxs qarşı fiziki zor tətbiq etdiyini yalnız həbs olunduqdan sonra bilmişdir. O, hadisə yerinə getsə də, hadisə baş verən zaman qonşu məhəllədə avtomobildə gözləmişdir. Faiq onun yanından ayrılmış və bir müddət sonra əlində çanta ilə onun yanına qayıtmışdır. Bu zaman Yusif də onlarla birlikdə olmuşdur. O, hadisə yerinə gedən zaman Faiq və Yusif artıq orada olmuşlar. Yusif, Faiq və onun arasında Zərərçəkmiş şəxs məxsus pul vəsaitinin ələ keçirilməsi barədə razılıq əldə olunmuşdur. Əldə edilmiş razılığa əsasən Faiq Bəxtiyarın çantasını götürüb qaçmalı olmuş, onunla Yusif isə hadisə yerindən bir qədər kənarda dayanıb ətrafı müşahidə etməli olmuşlar. O və Yusif Faiqə dəfələrlə bildirmişlər ki, Faiq çantanı götürən zaman Bəxtiyara qarşı fiziki zor tətbiq etməsin. Lakin Faiq bunun əksinə olaraq Bəxtiyardan çantanı qapıb qaçarkən Bəxtiyarı döymüşdür. O, Yusif ilə avtomobildə bir qədər gözlədikdən sonra Faiq onların yanına çanta ilə geri qayıtmışdır. Bu zaman onlar çantanı açmadan dərhal Xırdalan şəhərinə getmişlər. Həmin çanta Zərərçəkmiş şəxs məxsus olmuş və çantanın içində çoxlu məbləğdə pul olmuşdur. Lakin o, pulun nə qədər olduğunu bilmir. Sonra Yusif çantanı açmış və onlar çantanın içində olan pulu gözəyarı şəkildə bölmüşlər. Çantanın içində olan puldan ona təxminən 100.000-110.000 manat pul çatmışdır. Həmin çantanın içində müxtəlif valyutada pul olmuşdur. Belə ki, çantada Azərbaycan manatından başqa, həmçinin ABŞ dolları və Rusiya rublu da olmuşdur. Zərəkçəkmiş şəxs Zərərçəkmiş şəxsı onların arasından yalnız Yusif tanımışdır. O, qeyd edilən iş üzrə Faiqlə Yusifin arasında vasitəçi rolunu oynamışdır. Zərərçəkmiş şəxs ancaq Yusif tanıdığından Bəxtiyar barədə bütün lazım olan məlumatları, sonuncunun üstündə həmişə pul olduğunu Yusif onlara bildirmişdir. Yusifin verdiyi məlumatlar əsasında isə o, yanında işləyən Faiqi bu işə cəlb etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, avtomobil təmiri sexində Şahid1 yanında işləmişdir. Təqsirləndirilən şəxs Elşənə Zərərçəkmiş şəxs və sonuncunun pul məsələləri ilə məşğul olması barədə məlumat vermişdir. Daha sonra isə Elşən ona Zərərçəkmiş şəxs barədə məlumat vermişdir. Elşən ona oğurluqda iştirak etməyi, daha dəqiq desə, Zərərçəkmiş şəxs çantasını oğurlayıb qaçmağı təklif etmişdir. Aralarında olan razılaşmaya əsasən o, Zərərçəkmiş şəxs çantasını götürüb qaçmalı olmuş, Yusif yaxınlıqda avtomobildə gözləməli olmuş, Elşən isə yola baxmalı olmuşdur ki, gələn olsa bu barədə ona məlumat versin. Hadisə baş verən zaman o, Zərərçəkmiş şəxsı sonuncuya məxsus evin blokunda görmüşdür. Elşən ona Zərərçəkmiş şəxs həmişə üzərində 40.000-50.000 manat məbləğində pul gəzdirdiyini bildirmişdir. O, çantanı oğurladıqdan sonra onların hər birinə təxminən 110.000-120.000 manat məbləğində pul çatmışdır. Çanta oğurlandıqdan sonra çantada olan pul Yusif tərəfindən onların arasında bölünmüşdür. Yusif çantada olan pulu gözəyarı şəkildə bölmüşdür. Hadisə baş verən vaxt, yəni o, Zərərçəkmiş şəxs ilə qarşılaşanda əvvəlcə Bəxtiyara bir dəfə yumruq vurmuş, sonra Bəxtiyar yerə yıxılmış və bundan sonra Bəxtiyara ikinci yumruq zərbəsini vurmuşdur. O, çantanı Zərərçəkmiş şəxs alıb qaçan zaman Bəxtiyar ona müqavimət göstərmişdir. Bu səbəbdən o, Bəxtiyara qarşı fiziki zor tətbiq etmək məcburiyyətində qalmışdır. Hadisə baş verən zaman o, anlaqsız vəziyyətdə olmuşdur. Nə Elşənin, nə də ki, Yusifin hadisə zamanı onun Zərərçəkmiş şəxs qarşı fiziki zor tətbiq edəcəyi barədə məlumatı olmamışdır. Çünki Elşən və Yusifin bununla bağlı niyyəti olmamışdır. Onlar çantada olan pulu Xırdalan şəhərinə gedərək orada bölmüşlər. Lakin onlar orada kimə nə qədər pul çatdığını saymamışlar. Daha sonra isə o, polis əməkdaşları tərəfindən tutulmuş və ona çatan pul vəsaitini polis əməkdaşlarına təhvil vermişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspertiza rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 19-24) görünür ki, həmin gün cinayət hadisəsi baş verən əraziyə, yəni ünvan 3 ünvanına, həmin mənzilin yerləşdiyi blokun dəhlizinə və evin yerləşdiyi həyət sahəsinə baxış keçirilmişdir. xx.xx.2022-ci il tarixli şahidin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan (cild 1, iş vərəqə 19-24) görünür ki, həmin gün Şahid2 cinayət nəticəsində əldə edilmiş puldan ona düşən pul hissəsini gizlətdiyi yerdən çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. xx.xx.2022-ci il tarixli götürmə keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 42-47) görünür ki, Şahid2 təqdim etdiyi pul vəsaiti (ələ keçirilmiş pul vəsaitinin ona çatan hissəsi) - 48.685 ABŞ dolları və 9.550 manat təşkil etmişdir. xx.xx.2022-ci il tarixli əməlin tövsif edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 51-52) görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.3.2-ci maddəsindən həmin Məcəllənin 181.3.2-ci maddəsinə tövsif edilmişdir. xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 64) görünür ki, həmin gün Şahid2 şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2022-ci il tarixli zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 81-83) görünür ki, həmin gün Zərərçəkmiş şəxs ona qarşı törədilmiş cinayət əməllərinin üsulu və mexanizmini cinayət hadisəsi baş verən yerdə əyani şəkildə göstərmişdir. xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 103-106) görünür ki, həmin gün Şahid2 Zərərçəkmiş şəxs qarşı törətmiş cinayət əməllərinin üsulu və mexanizmini cinayət hadisəsi baş verən yerdə əyani şəkildə göstərərək törətdiyi cinayət əməllərini etiraf etmişdir. xx.xx.2022-ci il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-904/2022 saylı qərarından (cild 1, iş vərəqə 111-114) görünür ki, həmin gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsi ilə təqsirləndirilən Şahid2 barəsində həbs qətimkan tədbiri seçilmişdir. xx.xx.2022-ci il tarixli ittiham elan etmək üçün şəxsin barəsində axtarış elan edilməsi və tutulması haqqında qərardan (cild 1, iş vərəqə 165-166) görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsi ilə şübhəli bilinən Şahid1 ittiham elan edilməsi üçün barəsində axtarış elan edilməklə tutulması qərara alınmışdır. xx.xx.2022-ci il tarixli qəbzdən (cild 1, iş vərəqə 169) görünür ki, həmin gün Zərərçəkmiş şəxs 48.685 ABŞ dolları və 9.550 manat məbləğində pul vəsaitini şəxsən ibtidai istintaq orqanından təhvil almışdır. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” X9 ekspertiza rəyindən (cild 1, iş vərəqə 180-182) görünür ki, Zərərçəkmiş şəxs məhkəmətibbi müayinəsi zamanı onun bədən səthində aşkar olunmuş xəsarətlər - alın sümüyünün yerdəyişməmiş qapalı sınığı, sağ və sol göz ətrafı nahiyənin qançırları və ağlı qişaya qansızma ilə müşayiət olunan hematomaları, sağ yuxarı göz qapağının cırılmış-əzilmiş yarası, burun tağının əzilmiş yarası, sol əlin 4-cü barmağının əzilmiş-cırılmış yaraları, sağ və sol dirsək oynağının, sağ və sol diz oynağının sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, göstərilən şəraitdə və 16 avqust 2022-ci il tarixdə əmələ gələ bilərdi, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. xx.xx.2022-ci il tarixli qəbzdən (cild 1, iş vərəqə 177) görünür ki, həmin gün Zərərçəkmiş şəxs 22.872 manat məbləğində pul vəsaitini şəxsən ibtidai istintaq orqanından təhvil almışdır. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 191) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmiş və məhkum olunmamışdır. xx.xx.2022-ci il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 193) görünür ki, həmin gün Şahid1 saxlanılaraq aidiyyəti üzrə polis orqanına təhvil verilmişdir. xx.xx.2022-ci il tarixli könüllü təqdim edilmiş pulun götürülməsi və baxış keçirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 194) görünür ki, həmin gün Şahid1 cinayət nəticəsində ona çatan puldan 37.500 ABŞ dolları məbləğində pul vəsaiti ibtidai istintaq orqanına təqdim etmişdir. xx.xx.2022-ci il tarixli əməlin tövsif edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 213-214) görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsindən həmin Məcəllənin 181.3.2 və 181.3.3-cü maddələrinə tövsif edilmişdir. xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 216-217) görünür ki, həmin gün Şahid1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2 və 181.3.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan edilmişdir. xx.xx.2022-ci il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-985/2022 saylı qərarından (cild 1, iş vərəqə 234-238) görünür ki, həmin gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2 və 181.3.3-cü maddələri ilə təqsirləndirilən Şahid1 barəsində həbs qətimkan tədbiri seçilmişdir. xx.xx.2022-ci il tarixli qəbzdən (cild 2, iş vərəqə 10) görünür ki, həmin gün Zərərçəkmiş şəxs 37.500 ABŞ dolları məbləğində pul vəsaitini şəxsən ibtidai istintaq orqanından təhvil almışdır. xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 2, iş vərəqə 29-31) görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2 və 181.3.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan edilmişdir. xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi və ittiham elan etmək üçün tutulması haqqında qərardan (cild 2, iş vərəqə 32-35) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. xx.xx.2022-ci il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-1081/2022 saylı qərarından (cild 1, iş vərəqə 56-61) görünür ki, həmin gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2 və 181.3.3-cü maddələri ilə təqsirləndirilən və axtarışda olan Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəlinin onun tutulduğu vaxtdan hesablanması qərara alınmışdır. xx.xx.2022-ci il tarixli Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 078-29556 nömrəli arayışından (cild 1, iş vərəqə 93) görünür ki, “BMW” markalı, **-FH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin balansında olmuşdur. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin arayışından (cild 1, iş vərəqə 93) görünür ki, “BMW” markalı, **-FH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi FHN-də müqavilə əsasında sürücü kimi işə qəbul olunmuş Şahid1 təhkim olunmuş, eləcə də o, xx.xx.2022-ci il tarixdən üzürsüz səbəbdən işə gəlmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla FHN arasında bağlanmış əmək müaviləsi ləğv edilmişdir. xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan (cild 2, iş vərəqə 133-135) görünür ki, həmin gün Şahid2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2 və 181.3.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan edilmişdir. xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan (cild 2, iş vərəqə 142-144) görünür ki, həmin gün Şahid1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2 və 181.3.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan edilmişdir. xx.xx.2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 2, iş vərəqə 153- 182) görünür ki, Şahid2 və Şahid1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2 və 181.3.3-cü maddələri ilə irəli sürülmüş ittihamın dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2 və 181.3.3-cü maddələri ilə başqa cinayət işinin ayrıca icraata ayrılması qərara alınmışdır. xx.xx.2022-ci il tarixli cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 1-4) görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2 və 181.3.3-cü maddələri ilə ayrıca icraatda cinayət işinin ayrılması və icraata götürülməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli xasiyyətnamədən (cild 3, iş vərəqə 12) görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. xx.xx.2023-cü il tarixli Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-609/2023 saylı hökmündən (cild 3, iş vərəqə 33-51) görünür ki, Şahid2 və Şahid1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2 və 181.3.3-cü maddələri ilə təqsirli bilinməklə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının cavab məktubundan (cild 2, iş vərəqə 200) görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən tutulmuş və həmin gün saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. xx.xx.2023-cü il tarixli Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 3-13-50/2-15421 nömrəli cavab məktubundan (cild 2, iş vərəqə 93) görünür ki, xx.xx.2023-cü il tarixdə Əliyev X2 Respublikasının Dərbənd şəhərində Azərbaycan Respublikasının səlahiyyətli orqanlarına təhvil verilmişdir. xx.xx.2023-cü il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-840/2023 saylı qərarından (cild 3, iş vərəqə 1-5) görünür ki, həmin gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2 və 181.3.3-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti xx.xx.2023-cü il tarixədək uzadılmışdır. xx.xx.2023-cü il tarixli arayışdan (cild 3, iş vərəqə 10) görünür ki, Əliyev X3 Muxtar Respublikası, Naxçıvan şəhəri, B. Abbasov küçəsi, ev 41-də qeydiyyatdadır. xx.xx.2023-cü il tarixli arayışdan (cild 3, iş vərəqə 12) görünür ki, Təqsirləndirilən şəxs evlidir və himayəsində 2 (iki) uşağı var, uşaqlardan biri yetkinlik yaşına çatmamışdır. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X9 kompleks məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 1854 saylı ekspertiza rəyindən (cild 3, iş vərəqə 67-70) görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dördə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs ünsiyyətcİllik, adaptivlik, situativlik, öz mövqeyini müdafiə etməyə meyllilik və s. kimi fərdi-psixoloji xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli və intellektual imkanları normaya uyğundur, əqli inkişafında gerilik əlamətləri müşahidə olunmur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixiemosional sferasında iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı dəyişiklik yaranmamışdır. O, emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. xx.xx.2023-cü il tarixli üzləşdirmə haqqında protokoldan (cild 3, iş vərəqə 72-78) görünür ki, həmin gün Şahid1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş və həmin vaxt onlar Zərərçəkmiş şəxs qarşı cinayətin törədilməsi bağlı razılığa gəldiklərini və cinayət hadisəsindən sonra Zərərçəkmiş şəxs məxsus pul vəsaitini öz aralarında böldüklərini təsdiq etmişlər. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən (cild 3, iş vərəqə 83-86) görünür ki, həmin gün Təqsirləndirilən şəxs cinayət hadisəsinin baş verdiyi ünvanda, Şahid2 yaşayış binasının blokuna daxil olduqdan sonra Şahid1la birlikdə Şahid2 gözlədiyi yeri göstərmişdir. xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan (cild 3, iş vərəqə 96- 114) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2 və 181.3.3-cü maddələri ilə elan edilmiş ittihamın dəyişdirilmədən saxlanılması, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.3, 181.2.5 və 29,120.2.5-ci maddələri cinayət təqibinin başlanmasının rədd edilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-1175/2023 saylı qərarından (cild 3, iş vərəqə 148-153) görünür ki, həmin gün Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti xx.xx.2023-cü il tarixədək uzadılmışdır. Ali təhsil haqqında diplomun surətindən (cild 3, iş vərəqə 15) görünür ki, Təqsirləndirilən şəxs ali təhsillidir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin Əsas Qanunda və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X4 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs açıq məhkəmə iclaslarında onların əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsə onun əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmış, lakin təqsirləndirilən şəxs və onun müdafiəçisi ayrı-ayrılıqda həmin sübutlara dair öz etirazlarını bildirməmişlər, habelə məhkəmə istintaqında təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı mübahisələndirməmişlər. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə görə qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət törətməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən hüquqi qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda, həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından Cinayət Qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsində sübut edilməli olan hallardan biri kimi cinayət hadisəsinin baş vermə faktının müəyyən edilməsi nəzərdə tutulmuşdur. Cinayət hüququ nəzəriyyəsinə görə cinayət hadisəsi dedikdə: müəyyən yerdə, müəyyən zamanda, müəyyən üsulla törədilən və müəyyən nəticəyə gətirib çıxaran hərəkət və ya hərəkətsizlik başa düşülür. Cinayət hadisəsinin sübut edilməsi zamanı hər hansı hadisənin baş verməsinin, hadisənin baş vermə anının, gedişinin və nəticəsinin, baş vermiş hadisənin əlamətlərinin Cinayət Qanununda göstərilən konkret cinayət tərkibinin əlamətlərinə uyğun gəlməsinin, cinayət niyyətinin həyata keçirilməsi mərhələsinin müəyyən edilməsi zəruridir. Cinayət məsuliyyəti o zaman yaranır ki, törədilmiş əməlin əlamətləri ilə Cinayət Qanununda göstərilən konkret cinayət tərkibinin əlamətləri üst-üstə düşmüş olsun. Şəxsin cinayət törətmək niyyəti onun konkret əməlində təzahür etmirsə, cinayət məsuliyyəti yarana bilməz. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2 və 181.3.3-cü maddələri ilə irəli sürülmüş ittiham məhkəmə istintaqında tam şəkildə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlardan görünür ki, cinayət hadisəsi xx.xx.2022-ci il tarixdə, təxminən saat 12:40 radələrində baş vermişdir. Cinayət hadisəsi baş verməmişdən əvvəl hər üç təqsirkar şəxs, yəni Təqsirləndirilən şəxs, Şahid2 və Şahid1 arasında Zərərçəkmiş şəxs məxsus külli miqdarda pul vəsaitinin qanunsuz şəkildə ələ keçirilməsi barədə razılıq əldə olunmuş və tərəflər arasında əldə edilmiş razılığa əsasən onların arasında cinayətin törədilməsi ilə bağlı rol bölgüsü də əvvəlcədən razılaşdırılmışdır. Belə ki, cinayət hadisəsi baş verənədək Təqsirləndirilən şəxs və Şahid1 bir-birilərini tanıdığından Təqsirləndirilən şəxs Şahid1 xarici valyuta mübadiləsi ilə məşğul olan Zərərçəkmiş şəxs üzərində külli miqdarda pul vəsaiti ilə hərəkət etməsi barədə məlumat vermişdir. Bundan sonra Yusif və Elşən Zərərçəkmiş şəxs pul vəsaitini qanunsuz şəkildə ələ keçirmək qərarına gəlmişlər və bu məqsədlə Elşən cinayətin digər icraçısı olan Şahid2 cinayətdin törədilməsini təklif etmişdir. Şahid2 də Şahid1 təklifi ilə razılaşmış və bundan sonra Yusif, Elşən və Faiq arasında Zərərçəkmiş şəxs məxsus pul vəsaitinin qanunsuz şəkildə ələ keçirilməsi barədə razılıq əldə edilmiş və həmin razılığa əsasən Şahid2 Zərərçəkmiş şəxs məxsus olan ünvanda, yəni Nərimanov rayonu ərazisindəki mənzilin yerləşdiyi blokda Zərərçəkmiş şəxs gözləməli və sonuncu pul vəsaiti ilə bloka daxil olduqdan sonra hücum edərək külli miqdarda pul vəsaitini ələ keçirməli olmuş, cinayətin digər iştirakçıları olan Şahid1 və Təqsirləndirilən şəxs isə binanın həyətində dayanaraq ətrafı müşahidə etməli və Zərərçəkmiş şəxs bloka daxil olduqdan sonra bu barədə Şahid2 məlumatlandırmalı, eləcə də hər hansı təhlükə yaranacağı təqdirdə bu barədə Şahid2 xəbərdar etməli olmuşlar. Tərəflər arasında göstərilən şəkildə razılıq əldə edildikdən sonra Yusif, Faiq və Elşən, yəni üçü birlikdə xx.xx.2022-ci il tarixdə, təxminən saat 12:00 radələrində Elşənə əmək müqaviləsinə əsasən təhkim edilmiş və Azərbaycan Respublikası FHN-nin balansında olan «BMW» minik markalı, **-FH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə (idarə edən Şahid1 olmuş) Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 2 ünvanına getmişlər. Ora çatdıqdan sonra Şahid2 həmin ünvanda 44 nömrəli mənzilin yerləşdiyi bloka daxil olaraq orada Zərərçəkmiş şəxs gəlməsini gözləmiş, Şahid1 və Təqsirləndirilən şəxs isə gəldikləri nəqliyyat vasitəsində Zərərçəkmiş şəxs gəlməsini gözləməklə yanaşı, həmçinin ətrafı müşahidə etmişlər. Təxminən saat 12:40 radələrində Zərərçəkmiş şəxs 44 nömrəli mənzilin yerləşdiyi bloka daxil olmaq istəyərkən Təqsirləndirilən şəxs Şahid1 məxsus mobil telefon vasitəsi ilə Şahid2 zəng edərək Zərərçəkmiş şəxs əlində çanta ilə bloka daxil olacağını bildirməklə Şahid2 Zərərçəkmiş şəxs qarşı cinayət əməlini törətməyə hazır vəziyyətə gətirmişdir. Təqsirləndirilən şəxs Şahid2 məlumatlandırdıqdan sonra Şahid1 nəqliyyat vasitəsindən düşərək binanın həyətində müşahidə aparmağa davam etmiş, Təqsirləndirilən şəxs isə Şahid1 təhkim edilmiş nəqliyyat vasitəsini bir qədər irəliyə sürərək orada Şahid1 və Şahid2 qayıtmasını gözləməyə başlamışdır. Zərərçəkmiş şəxs bloka daxil olduqdan sonra pilləkənlərlə yuxarı qalxmağa başlamış və birinci mərtəbə ilə ikinci mərtəbə arasında yerləşən dəhlizdə olarkən yuxarı mərtəbədən düşən Şahid2 qəflətən Zərərçəkmiş şəxs üzərinə hücum edərək sonuncuya yumruqla qəsdən zərbə vurmağa başlamışdır. Həmin zərbələr Zərərçəkmiş şəxs üçün gözlənilməz olduğundan o, Şahid2 lazımı müqavimət göstərə bilməmiş və nəticədə Şahid2 Zərərçəkmiş şəxs əlində olan çantanı alıb hadisə yerindən qaçmışdır. Zərərçəkmiş şəxs məxsus olan və təqsirkar Şahid2 tərəfindən qanunsuz şəkildə ələ keçirilmiş çantada 5.540 (beş min beş yüz qırx) manat ekvivalentində 200.000 (iki yüz min) Rusiya rublu, 365.500 (üç yüz altmış beş min beş yüz) manat ekvivalentində 215.000 X5 dolları və 108.000 (bir yüz səkkiz min) manat məbləğində pul vəsaiti olmuş və həmin pul vəsaitlərinin ümumi məbləği külli miqdar, yəni 479.075 manat təşkil etmişdir. Eyni zamanda Şahid2 Zərərçəkmiş şəxs vurmuş zərbələr nəticəsində sonuncuya alın sümüyünün yerdəyişməmiş qapalı sınığı, sağ və sol göz ətrafı nahiyənin qançırları və ağlı qişaya qansızma ilə müşayiət olunan hematomaları, sağ yuxarı göz qapağının cırılmış-əzilmiş yarası, burun tağının əzilmiş yarası, sol əlin 4-cü barmağının əzilmiş-cırılmış yaraları, sağ və sol dirsək oynağının, sağ və sol diz oynağının sıyrıqları ilə nəticələnən, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirilmişdir. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərlə Şahid2 ona yetirdiyi yumruq zərbələri arasında səbəbli əlaqə olmuş və Zərərçəkmiş şəxs həmin zərbələri məhz ona qarşı törədilmiş cinayət nəticəsində almışdır. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Şahid2 Zərərçəkmiş şəxs məxsus və içində külli miqdarda pul vəsaiti olan çantanı qanunsuz şəkildə ələ keçirib hadisə yerindən qaçdıqdan sonra əvvəlcə Şahid1 yaxınlaşmış və sonra onlar bir qədər aralıda nəqliyyat vasitəsində onları gözləyən Təqsirləndirilən şəxs yanına gedərək həmin nəqliyyat vasitəsinə minmişlər və bundan sonra onlar ü ü birlikdə oradan uzaqlaşmışlar. Zərərçəkmiş şəxs məxsus pul vəsaitinin qanunsuz şəkildə ələ keçirilməsi Təqsirləndirilən şəxs məlumatına əsasən mümkün olması səbəbindən ələ keçirilmiş pul vəsaitinin bölüşdürülməsi məhz Təqsirləndirilən şəxs həvalə olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs çantada olan pul vəsaitini üç nəfər arasında (Yusif, Elşən və Faiq) bölmüşdür. Məhkəmə istintaqında qanunsuz şəkildə ələ keçirilmiş pul vəsaitinin təqsirkar şəxslər arasında hansı qaydada və hansı həcmdə bölüşdürülməsini müəyyən etmək mümkün olmamışdır. Belə ki, Təqsirləndirilən şəxs məhkəmədə ifadə verərək ona çatan pul vəsaitinin təxminən 69-000-70.000 ABŞ dolları məbləğində olduğunu, Şahid2 isə məhkəmədə ifadə verərək cinayət nəticəsində onların hər birinə təxminən 110.000-120.000 manat məbləğində pul vəsaitinin çatdığını bildirmişdir. Şahid1 da bu hissədə oxşar məzmunda ifadə verməklə Şahid2 məhkəmədə verdiyi məlumatı təsdiq etmişdir. Cinayət nəticəsində qanunsuz şəkildə ələ keçirilmiş pul vəsaitinin ümumi məbləği 479.075 manat təşkil etdiyi halda, təqsirkar şəxslərin verdiyi məlumatlar əsasında onların hər birinə çatan məbləği müəyyən etmək mümkün olmamışdır. Halbuki qeyd edilən hal cinayət işi üzrə əhəmiyyət kəsb edən hallardan birini təşkil edir. Buna baxmayaraq, ələ keçirilmiş 479.075 manat məbləğində pul vəsaitinin təqsirkar Şahid2, Təqsirləndirilən şəxs və Şahid1 arasında bütövlükdə bölüşdürülməsi də cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Beləliklə, məhkəmədə təsdiq olunmuşdur ki, Təqsirləndirilən şəxs həqiqətən də qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını ələ keçirmək və külli miqdarda əmlak əldə etmək məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edib zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqla quldurluq etmişdir. Bu hissədə qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs bilavasitə Zərərçəkmiş şəxs qarşı zor tətbiq etməsə və içində külli miqdarda pul vəsaiti olan çantanın qanunsuz şəkildə ələ keçirilməsində iştirak etməsə də, digər təqsirkar Şahid1la birlikdə əvvəlcədən razılaşdırılmış şəkildə binanın həyətində ətrafı müşahidə etdiyindən, Zərərçəkmiş şəxs bloka daxil olduqdan sonra bu barədə Şahid2 məlumatlandırdığından, pul vəsaiti ələ keçirildikdən sonra pul vəsaitini bilavasitə təqsirkar şəxslər arasında bölüşdürdüyündən və cinayət nəticəsində ona pul vəsaiti çatdığından, başqa sözlə, əvvəlcədən razılaşdırılmış plana və rol bölgüsünə əsasən hər bir təqsirkar cinayətin törədilməsində iştirak etdiyindən Təqsirləndirilən şəxs törədilmiş cinayət əməllərinin icraçısı qismində çıxış edir. Yuxarıda göstərilən nəticə həm təqsirləndirilən şəxsin, həm zərərçəkmiş şəxsin, həm də şahid ifadələri ilə tam şəkildə təsdiq olunmuşdur. Həmçinin yuxarıda göstərilən və məhkəmədə öz təsdiqini tapmış hallar qanuni qüvvəsini almış Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(101)-609/2023 saylı hökmü ilə də tam şəkildə təsdiq olunur. Belə ki, göstərilən məhkəmə hökmü ilə Şahid2 və Şahid1 xx.xx.2022-ci il tarixdə, saat 12:40 radələrində Təqsirləndirilən şəxslə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını ələ keçirmək və külli miqdarda əmlak əldə etmək məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edib zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqla quldurluq etmələri təsdiq olunmuşdur. Həmin iş üzrə təqsirləndirilən şəxs qismində çıxış edən Şahid2 və Şahid1 məhkəmədə ifadə verərək Təqsirləndirilən şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs qarşı quldurluq cinayətlərini törətmələrini etiraf etmişlər. Yuxarıda müəyyən edilmiş hallar Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(101)-609/2023 saylı hökmü ilə təsdiq edildiyindən məhkəmə belə nəticəyə gəlir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin sözügedən hökmü hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində çıxış edən Təqsirləndirilən şəxs əməllərinin tövsifi və həmin cinayətləri törətməsində təqsirli olması hissəsində preyudisial əhəmiyyətə malik olan mötəbər və vacib sübut kimi çıxış edir. Bu səbəbdən də məhkəmə hesab edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(101)-609/2023 saylı hökmü Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilinməsi və onun tərəfindən törədilmiş cinayət əməllərinin tövsifində preyudisial əhəmiyyətə malikdir. Məhkəmə belə nəticəyə gələrkən, həmçinin ona istinad etmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(101)-609/2023 saylı hökmü Təqsirləndirilən şəxs əleyhinə olan yeganə sübut qismində çıxış etmir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(101)-609/2023 saylı hökmünün hazırkı cinayət işi üzrə preyudisial əhəmiyyətə malik olması, həmçinin “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsinin şərh edilməsinə” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 yanvar 2020-ci il tarixli qərarına da uyğundur. Belə ki, göstərilən Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən preyudisiya, daha əvvəl baxılan iş üzrə sübutetmə predmetinə aid olan və qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilən halların bir daha sübuta yetirilməsi zərurətindən azad olunmanı nəzərdə tutur. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının preyudisiallığı, barəsində bu qərarın çıxarıldığı şəxslərin dairəsi ilə məhdudlaşdırılır və aşağıdakı hər üç şərtin mövcudluğu halında mümkün olur: - konkret fakt bir iş üzrə cinayət prosesinin iştirakçısının iştirak etdiyi başqa bir iş üzrə çıxarılmış və qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilmiş olmalıdır; - bu fakt hər iki iş üzrə sübutetmə predmetinə aid olmalıdır; - hər iki işdə şəxsin hüquqi statusu eyni olmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Bundan başqa, həmin qərarda Konstitusiya Məhkəməsi Plenumu belə nəticəyə gəlmişdir ki, preyudisiya, daha əvvəl baxılan iş üzrə sübutetmə predmetinə aid olan və qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyənləşdirilən halların bir daha sübuta yetirilməsi zərurətindən azad olunmanı nəzərdə tutur. Yuxarıda göstərilənləri məcmu halda nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs həqiqətən də qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını ələ keçirmək və külli miqdarda əmlak əldə etmək məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edib zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqla quldurluq etmişdir. Cinayət hüququ nəzəriyyəsinə görə quldurluq cinayətinin obyekti həm mülkiyyət münasibətləri, həm də insan sağlamlığıdır. Quldurluq cinayəti obyektiv cəhətdən özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı basqında ifadə olunur. Basqın dedikdə, təqsirkarın zərərçəkmiş şəxsə qarşı yönəltdiyi və zor tətbiq edilməsi və ya zor tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qəflətən törədilən fəal hərəkətlər başa düşülür. Belə basqın o halda quldurluq cinayətinin tərkibini yaradır ki, hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və yaxud belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olsun və vahid məqsədə - özgə əmlakını ələ keçirməyə yönəlsin. "Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 mart 2005-ci il tarixli, 01 saylı qərarının 1-ci bəndində göstərilir ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Həmin qərarın 23-cü bəndində, həmçinin göstərilir ki, Cinayət Məcəlləsinin 181.1-ci maddəsində «həyat və sağlamlıq üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi hücuma məruz qalmış şəxsi (şəxsləri) öldürməklə, sağlamlığına zərər vurmaqla, onlara işgəncə verməklə və bu kimi psixi təsirləri ehtiva edir. Belə hədə həm sözlərlə, həm də hərəkətlərlə (məsələn zərərçəkmişin boğazına kəndir keçirməklə və s.) ifadə oluna bilər. Sözügedən qərarın 25-ci bəndində göstərilir ki, silah qismində istifadə edilən əşya dedikdə, zərərçəkmişə həyatı və ya sağlamlığı üçün təhlükəli xəsarətlər yetirə bilən predmetlər (məsələn, qatlanan və ya mətbəx bıçaqları, ülgüc, ling, dəyənək, balta və sair), həmçinin, hədəfi vurmaq, zərərçəkmişi halsızlaşdırmaq, onun müqavimətini qırmaq üçün nəzərdə tutulmuş predmetlər (məsələn, mexaniki püsgürdücülər, gözyaşardıcı və qıcıqlandırıcı maddələrlə doldurulmuş aerozol və digər qurğular) başa düşülməlidir. Şəxs silahı yalnız nümayiş etdirmişsə və ya aşkar yararsız və ya doldurulmamış silahla zərərçəkmişin həyatı və ya sağlamlığı üçün təhlükəli olan xəsarət yetirmək niyyəti olmadan həmin predmetlərlə onu hədələmiş və ya silah tətbiq etmə görüntüsü yaratmışsa (məsələn: silah maketi, oyuncaq xəncəl), digər ağırlaşdırıcı hallar olmadıqda işin konkret hallarından asılı olaraq onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.1-ci maddəsində nəzərdə tutulan quldurluq kimi tövsif edilməlidir. Həyat və sağlamlıq üçün təhlükəli zorakılıq (Cinayət Məcəlləsinin 181-ci maddəsi) dedikdə, elə zorakılıq başa düşülməlidir ki, təqsirkarın hərəkətləri zərərçəkmişə ağır, az ağır zərər vurma, həmçinin sağlamlığın qısa müddət pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş sağlamlığa yüngül zərər vurma ilə nəticələnmiş olsun. Özgənin əmlakını ələ keçirmək məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın o zaman Cinayət Məcəlləsinin 181.1-ci maddəsi ilə tövsif edilir ki, zərərçəkmişin sağlamlığına zərər yetirilməsə də, basqın anında onun həyatı və ya sağlamlığı üçün real təhlükə yaranmış olsun. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2 və 181.3.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin bütün tərkib əlamətləri var və bu səbəbdən də məhkəmə onun törətmiş olduğu əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2 və 181.3.3-cü maddələri ilə tövsif edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2 və 181.3.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətmiş və həmin cinayət hadisəsi həqiqətən baş vermişdir. Həmin cinayət əməli başa çatmış cinayətdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, eləcə də onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2 və 181.3.3-cü maddələri ilə təqsirli bilinməklə ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, evli olmaqla, himayəsində 1 (bir) yetkinlik yaşına çatmayan uşağının olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, ali təhsilli olmasını, ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı etirafedici ifadə verməsini, törətdiyini cinayət əməllərinə görə peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal və ya hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə cəza təyini zamanı cinayət hüququ nəzəriyyəsində öz əksini tapmış cəzanın fərdiləşdirilməsi prinsipinə riayət edilməli və Zərərçəkmiş şəxs qarşı cinayətin törədilməsinə səbəb bilavasitə Təqsirləndirilən şəxs vermiş olduğu məlumatlar olduğundan və o, zərərçəkmiş şəxsə vurulmuş ziyanı aradan qaldırmadığından ona təyin ediləcək cəza digər təqsirkar şəxslərə (Şahid1 və Şahid2) təyin edilmiş cəzadan nisbətən ağır cəza təşkil etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2 və 181.3.3-cü maddələrdə göstərilən cinayət əməlləri cinayətlərin təsnifatına görə xüsusilə ağır cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli onun xarici ölkədə tutulduğu vaxtdan, yəni 09 dekabr 2022-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilmədi. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2 və 181.3.3cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona həmin maddələr ilə 11 (on bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və ona təyin edilmiş cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 09 dekabr 2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Əli Məmmədov hakimlər Səbinə Məmmədzadə Azad Məcidov
Məhkəmə qərarları › İş №1(101)-1904/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1904/2023
27.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver