Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1905/2021 30.12.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1974-cü il tarixdə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, işsiz, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini və psixotrop maddə metamfetamini, həmçinin güclü təsir maddəsi olan tramadol və preqabalini əldə edib daşımaqla özündə saxlamışdır. Belə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin və psixotrop maddə metafetamin, həmçinin güclü təsiredici maddələri əldə edib satmaq məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan şəxslə əlbir olub cinayət əlaqəsinə girərək sonuncu tərəfindən Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbəsi Məzahir Rüstəmov küçəsində yerləşən 5 mərtəbəli binanın həyətindəki ağaclarının birinin altında qoyulmuş sellafon torbanın içində bir ədəd kağız paketdə dörd ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1,056 qram, 1,005 qram, 0,966 qram, 0,321 qram olmaqla ümumi təmiz çəkisi 3,348 qram olan qəhvəyi rəngi maddə, xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroini, bir ədəd bükümdə təmiz çəkisi 10,310 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə-metamfetamini, üzərində «Tramadol 50 mq» göstəricisi olan 6 ədəd konvalyutda ümumilikdə 60 ədəd ağ-göy rəngli kapsulanın tərkibində üzərindəki göstəriciyə əsasən bir ədəd həbdə tramadolun təsisir maddəsinin miqdarı 0,05 qram olmaqla ümumi çəkisi 3 qram güclü təsir maddəsi-tramadolu, üzərində “Alyse 150 mg” göstəricisi olan konvalyut kəsiklərində ümumilikdə 15 ədəd ağ rəngli kapsulada üzərindəki göstəriciyə əsasən bir ədəd həbin miqdarı 0,15 qram olmaqla ümumi çəkisi 2.25 qram güclü təsir maddəsi-preqabalini və üzərində narkotik vasitə heroin izləri olan 1 ədəd «CAS CUX 420H» markalı elektron tərəzini 30 iyul 2021-ci il tarixdə saat 20 radələrində əldə edib daşıyaraq üzərində saxlamış, 31 iyul 2021-ci il tarixdə saat 17:30-da Azərbaycan Respublikası DİN-nin BNMİ-nin əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanının yaxınlığında saxlanılaraq Bakı şəhəri Binəqədi rayonu Azadlıq 191 ünvanda yerləşən Binəqədi RPİ-nin 4-cü PŞ-nə gətirilmiş və həmin günü saat 19:00-da üzərinə şəxsi axtarış keçirilərkən əynində olan ağ rəngli şalvarın sağ yan cibindən sellafon torbanın içində bir ədəd kağız paketdə dörd ədəd bükümdə ayrıayrılıqda təmiz çəkisi 1,056 qram, 1,005 qram, 0,966 qram, 0,321 qram olmaqla ümumi təmiz çəkisi 3,348 qram olan qəhvəyi rəngli maddə, xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroini, bir ədəd bükümdə təmiz çəkisi 10,310 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə-metamfetamin, üzərində «Tramadol 50 mq» göstəricisi olan 6 ədəd konvalyutda ümumilikdə 60 ədəd ağ-göy rəngli kapsulanın tərkibində üzərindəki göstəriciyə əsasən bir ədəd həbdə tramadolun təsir maddəsinin miqdarı 0,05 qram olmaqla ümumi çəkisi 3 qram güclü təsir maddəsitramadol, üzərində “Alyse 150 mg” göstəricisi olan konvalyut kəsiklərində ümumilikdə 15 ədəd ağ rəngli kapsulada üzərindəki göstəriciyə əsasən bir ədəd həbin miqdarı 0,15 qram olmaqla ümumi çəkisi 2.25 qram güclü təsir maddəsi-preqabalin və üzərində narkotik vasitə heroin izləri olan 1 ədəd «CAS CUX 420H» markalı elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs oğlu ona Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, özünü həmin Məcəllənin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, narkotik vasitələri satış məqsədi ilə deyil şəxsi istifadə üçün əldə etmişdir. O, 10 ilə yaxındır ki, narkotik vaistədən istifadə edir, həmin narkotik vasitəni üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxslərdən alaraq istifadə etmişdir. Lakin son zamanlar narkotik vasitədən istifadə etməyi azaltmış, demək olar ki, istifadə etməmiş, köhnədən aldığı dörd ədəd bükümdə heroin və bir ədəd bükümdə metamfetamini də üzərində saxlamışdır. O, narkotikdən canını qurtarmaq üçün təsiredici dərmanlardan istifadə etməsini fikirləşmiş, lakin narkotik vasitə aldığı şəxslərdən dərman əldə edə bilməmişdir. Bunun üçün də sosial şəbəkələrdə dərman satan şəxslərlə maraqlanmış, 2021-ci ilin iyun ayının sonlarında sosial şəbəkə vasitəsi ilə özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən “Məhəmməd” adlı şəxslə tanış olmuşdur. O, ondan dərman olub olmadığını maraqlanmış, Məhəmməd dərman təşkil edə biləcəyini bildirmiş, həmin dərmana görə 50 manat pul istəmişdir. Həmin 50 manatın qarşılığında 60 ədəd tramadol və 15 preqabalin verəcəyini bildirmiş, oda onunla razılaşmışdır. 31 iyul 2021-ci il tarixdə saat 12 radələrində özünə məxsus qramı az olan üzüyünü satmaq qərarına gəlmişdir. Buna görə də Nefçilərdə yerləşən bir neçə qızıl dükanına girib həmin üzüyünü satmaq istəmiş, amma az pul verilmiş, belə olan halda Nefçilər metrosunun ətrafında gedən gələnə həmin üzüyü göstərmişdir. Ona bir nəfər tanımadığı şəxs yaxınlaşaraq üzüyü almaq istəməsini bildirmiş, həmin üzüyü üzərində olan qızıl çəkən tərəzi ilə çəkərək 2 qram olduğunu ona göstərmiş, həmin şəxs üzüyə 80 manat pul verəcəyini bildirmişdir. O da onunla razılaşmış, 80 manata həmin üzüyü ona satmış, həmin pulun 30 manatını siqaretə və yeməyinə xərcləmiş, 31 iyul 2021-ci il tarixdə saat 15 radələrində Məhəmmədlə vatsap vasitəsi ilə əlaqə saxlamışdır. Məhəmməd ona hesab nömrəsi vermiş, həmin hesab nömrəsinə 50 manat pul köçürmüş, Məhəmməd ona Əhmədli qəsəbəsində yerləşən Köhnə Bakı Kinoteatrın yaxınlığında yerləşən «Kəndli» dükanın arxasında olan 5 mərtəbəli binanın həyətindəki ağaclarının birinin altından sellofan olacağını və onun içində 1 listdə 10 ədəd olmaqla 6 listdən ibarət olan ümumilikdə 60 ədəd tramadol və kəsilmiş listlərdə olan ümumilikdə 15 ədəd preqabalin olacağını demişdir. 31 iyul 2021-ci il tarixdə Məhəmmədin dediyi kimi Əhmədli qəsəbəsində yerləşən Köhnə Bakı Kinoteatrın yaxınlığında yerləşən «Kəndli» dükanın arxasında olmuş, orada 5 mərtəbəli binanın həyətindəki ağaclarının birinin altından sellofan paketi götürmüşdür. O, həmin paketi açıb baxdıqda paketdə 1 listdə 10 ədəd olmaqla 6 listdən ibarət olan ümumilikdə 60 ədəd tramadol və kəsilmiş listlərdə olan ümumilikdə 15 ədəd preqabalin olduğunu görmüşdür. Üzərində olan dörd ədəd bükümdə heroin və bir ədəd bükümdə metamfetamini və qızılı çəkib satdığı tərəzini də həmin dərmanlar olan sellafona qoyaraq yaşadığı ünvan 2 ünvanına gəlmişdir. O, həmin günü saat 17:30 -da mən yaşadığı ünvanın yaxınlığında olarkən mülki geyimdə olan şəxslər yaxınlaşaraq polis əməkdaşları olduqlarını qeyd edərək Binəqədi RPİ-nin 4-cü PŞ-nə gətirmiş, orada polis əməkdaşlarının Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olmasını bilmiş, polis şöbəsində olarkən üzərinə şəxsi axtarış keçirməsi nəzərinə çatdırılmaqla hüquqlarının müdafiə edilməsindən ötrü müdafiəçi təyin edilmiş, polis əməkdaşları da daxil olmaqla müdafiəçinin iştirakı ilə inzibati binada xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərində hər hansı bir qanunsuz əşya olub olmadığı sual verildikdə əynində olan şalvarın sağ yan cibindən sellofan torbanın içində olan dörd ədəd bükümdə heroini, bir ədəd bükümdə metamfetamini, 1 ədəd listə 10 ədəd olmaqla 6 listən ibraət 60 ədəd tramadolu, kəsik listlərdə 15 ədəd preqabalini və bir ədəd elektron tərəzini masanın üzərinə qoymuşdur. Həmin bükümlər və dərmanlar iştirakı ilə zərfə qoyularaq möhürlənmiş və tərəfindən iştirakçılar da daxil olmaqla imzalananaraq möhürlənmişdir. Narkotik vasitələri satış məqsədi ilə deyil, şəxsi istifadəsi üçün əldə etmişdir. Məhkəmədən himayəsində iki yetkinlik yaşına çatmayan övladının olmasının, “Hepatit-C” xəstəsi olmasının və atasının Qarabağ müharibəsi veteranı olmasının nəzərə alınaraq onun barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin BNMİ-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, 31 iyul 2021-ci il tarixdə X2 İdarəsininin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələr gəzdirməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:30-da ünvan 2 ünvanının yaxınlığında saxlanılaraq Binəqədi RPİ-nin 4-cü PŞ-nə gətirilmişdir. Həmin günü saat 19:00-da onun üzərinə şəxsi axtarış keçirilərkən əynində olan ağ rəngli şalvarın sağ yan cibindən sellafon torbanın içində 5 ədəd büküm, üzərində «Tramadol 50 mq» göstəricisi olan 6 ədəd konvalyutda ümumilikdə 60 ədəd tramadol və üzərində “Alyse 150 mg” göstəricisi olan konvalyut kəsiklərində ümumilikdə 15 ədəd preqabalin və 1 ədəd «CAS CUX 420H» markalı elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə ifadəsi elan edilmiş şahid Azərbaycan Respublikası DİN-nin BNMİ-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 31 iyul 2021-ci il tarixdə X3 İdarəsininin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələr gəzdirməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:30-da ünvan 2 ünvanının yaxınlığında saxlanılaraq Binəqədi RPİ-nin 4-cü PŞ-nə gətirilmişdir. Həmin günü saat 19:00-da onun üzərinə şəxsi axtarış keçirilərkən əynində olan ağ rəngli şalvarın sağ yan cibindən sellafon torbanın içində 5 ədəd büküm, üzərində «Tramadol 50 mq» göstəricisi olan 6 ədəd konvalyutda ümumilikdə 60 ədəd tramadol və üzərində “Alyse 150 mg” göstəricisi olan konvalyut kəsiklərində ümumilikdə 15 ədəd preqabalin və 1 ədəd «CAS CUX 420H» markalı elektron tərəzi aşkar edilərək götürülmüşdür. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 01.08.2021-ci il tarixli, 6/3227 nömrəli rəyindən görünür ki, tədqiqata üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №7 dairəvi möhür əksi, “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən....” sözləri qeyd edilmiş bir ədəd kağız paketdə dörd ədəd bükümdə ayrıayrılıqda təmiz çəkisi 1,056 qram, 1,005 qram, 0,966 qram, 0,321 qram ümumi təmiz çəkisi 3,348 qram olan qəhvəyi rəngi maddə, xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər bir ədəd bükümdə təmiz çəkis 10,310 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrof maddə-metamfetamindir. Üzərində “Tramadol 50 mq” göstəricisi olan 6 ədəd konvalyutda ümumilikdə 60 ədəd ağ-göy rəngli kapsulanın tərkibində üzərindəki göstəriciyə əsasən tramadolun təsir maddəsinin ümumi miqdarı 3 qram (bir ədəd həbdə tramadolun təsir maddəsinin miqdarı 0,05 qramdır) təşkil edir. Üzərində “Alyse 150 mg” göstəricisi olar konvalyut kəsiklərində ümumilikdə 13 ədəd ağ rəngli kapsulada üzərindəki göstəricisinə əsasən preqabalinin təsir maddəsinin ümumi miqdarı 2,25 qram (bir ədəd həbdə tramadolun təsir maddəsinin miqdarı 0,15 qramdır) təşkil edir. (iş vərəqə 38-43) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsi Ambulator X1 18.10.2021-ci il tarixli, 4018 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş vərəqə 109-110) İş materiallarında olan 31.07.2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış aparılarkən üzərində olan qanunsuz əşyaları könüllü olaraq təqdim etməsi təklif edilmiş, həmin vaxt əynində olan ağ rəngli şalvarın sağ yan cibindən sellafon torbanın içində 5 ədəd bükümü, üzərində «Tramadol 50 mq» göstəricisi olan 6 ədəd konvalyutda ümumilikdə 60 ədəd tramadolu və üzərində “Alyse 150 mg” göstəricisi olan konvalyut kəsiklərində ümumilikdə 15 ədəd ağ rəngli kapsuladan preqabalini və 1 ədəd «CAS CUX 420H» markalı elektron tərəzini masanın üzərinə qoymuşdur. (iş vərəqə 30-32) 01 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılarkən «Panasonic» vidokamera vasitəsi ilə qeydə alınmış və 01 ədəd DVD diskinə köçürülmüş video görüntüyə baxış keçirilərkən üzərində markası olmayan, ağ rəngli 1 ədəd DVD diski «HP» markalı kompüterin disk oxuducusu vasitəsi ilə açıldıqda içərisində 02 ədəd video fayl olduğu müəyyən edilmiş, həmin video fayllara baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə əməkdaşların iştirakı ilə şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs üzərində olan qanunsuz əşyaları könüllü olaraq təqdim etməsi təklif edilmiş, həmin vaxt Təqsirləndirilən şəxs əynində olan ağ rəngli şalvarın sağ yan cibindən sellafon torbanın içində 5 ədəd bükümü, üzərində «Tramadol 50 mq» göstəricisi olan 6 ədəd konvalyutda ümumilikdə 60 ədəd tramadolu və üzərində “Alyse 150 mg” göstəricisi olan konvalyut kəsiklərində ümumilikdə 15 ədəd ağ rəngli kapsuladan preqabalini və 1 ədəd «CAS CUX 420H» markalı elektron tərəzini masanın üzərinə qoymuşdur. (iş vərəqə 55) İş materiallarında olan Binəqədi rayon məhkəməsinin 02.08.2021-ci il tarixli, 5(001)- 1072/2021 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs ətrafında əməliyyat axtarış tədbirləri keçirilməsi barədə 31 iyul 2021-ci il tarixli qərar qanuni hesab edilmişdir. (iş vərəqə 57-59) Məhkəmə işdə toplanmış hüquqi sənədləri, ekspert rəylərini, təqsirləndirilən şəxsin, eləcə də şahidlərin ifadələrini tədqiq edib onlar əsasında müəyyən edilmiş hallara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs oğlunun özünü qismən təqsirli bilərək narkotik vasitələri satış məqsədi ilə deyil, şəxsi istifadəsi üçün əldə etməsi barədə ifadəsinə hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, onun bu ifadəsi işin faktiki hallarına uyğun olmamaqla, məsuliyyətdən boyun qaçırmağa yönəlmişdir və iş üzrə şahidlərin ifadələri, şəxsi axtarış və baxış protokolları, videoçəkiliş, ekspert rəyləri və iş materiallarında olan digər mötəbər sübutlarla tam təkzib olunur. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunun izah tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, həmin Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər – narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” 04.03.2011-ci il tarixli Qərarının 9-cu abzasında izah edilir ki, “narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır”. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələri əsasında təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamə və həmçinin Binəqədi rayon Məhkməsinin 02 noyabr 2012-ci il tarixli, 1(001)-290/2012 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 8 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 15.04.2014-cü ildə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir və onun əməlində cinayətlərin residivi halı yoxdur. İş materiallarında olan 001478 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs atası X6 müharibə veteranıdır. (iş vərəqə 114) İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 10.05.2004-cü il təvəllüdlü X8 və 24.01.2006-cı il təvəllüdlü X5 olmaqla iki yetkinlik yaşına çatmayan övladı vardır. (iş vərəqə 112-113) İş materiallarında olan Binəqədi rayon İcra Hakimiyyəti başçısının M.Ə.Rəsulzadə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş ailə tərkibi haqqında arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan xəstəlik arayışları və laborator analizlərin cavablarından görünür ki, Təqsirləndirilən şəxs “hepatit C” virusu vardır. (iş vərəqə 118-122) Məhkəmə AR CM-in 59-cu maddəsini rəhbər tutaraq, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmasını, himayəsində iki yetkinlik yaşına çatmayan övladının olmasını, “Hepatit-C” xəstəsi olmasını, atasının müharibə veteranı olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır, işdə cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayətlərin məcmusuna az ağır və ağır cinayətlər daxil olduğundan, təyin olunmuş cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3cü maddəsinə əsasən qismən toplanmalı və bu yolla təqsirləndirilən şəxsə qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cinayət əməlləri nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlaklar müəyyən edilmədiyindən, onun barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsi Ambulator X1 18.10.2021-ci il tarixli, 4018 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə maddi sübutlarla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutlar – Binəqədi RPİ-nin saxlanc yerinə təhvil verilmiş ekspertiza təqdiqatından sonra qalıq qalmış çəkisi 3,148 qram heroin, 10,260 qram metamfetamin, 56 ədəd tramadol, 13 ədəd güclü təsir maddəsi-preqabalin və 01 ədəd «CAS CUX 420H» markalı elektron tərəzi cinayətin predmetləri olduğundan hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması zamanı aparılmış videogörüntülərin olduğu 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq işi üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 65 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş materiallarında olan 31 iyul 2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan və Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 02.08.2021-ci il tarixli, 4(001)- 790/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 31 iyul 2021-ci il tarixdən hesablanmışdır.(iş vərəqə 21, 90-93) Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 31 iyul 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 25 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına 150 manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 05 il 10 ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.2.1-ci maddəsi ilə 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzalar qismən toplanılsın və Təqsirləndirilən şəxs qəti olaraq 06 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 31 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – Binəqədi RPİ-nin saxlanc yerinə təhvil verilmiş ekspertiza təqdiqatından sonra qalıq qalmış çəkisi 3,148 qram heroin, 10,260 qram metamfetamin, 56 ədəd tramadol, 13 ədəd güclü təsir maddəsi-preqabalin və 01 ədəd «CAS CUX 420H» markalı elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcləri – ekspertiza tədqiqatının dəyərini təşkil edən 65 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsə göstərilmiş 25 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına 150 manat miqdarında pul ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Quliyev hakimlər: Azər Paşayev İradə Həsənzadə
Məhkəmə qərarları › İş №1(101)-1905/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1905/2021
30.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver