Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1905/2024 16.09.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Məmmədzadə Səbinə Adil qızı və Məcidov X9 ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri “De Fendo” Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxx 1969-cu ildə Ermənistan Respublikası, Spitak rayonu, Saral kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, hazırda Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində nömrəsiz evdə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, o, 30 iyul 2023-cü il tarixdə, saat 16:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat-Pirşağı yolu 1-ci km 33 ünvanında yerləşən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Həssas Əhali qruplarından olan Şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Mərkəzinin yataqxana binasının dəhlizində həmin mərkəzdə yaşayan Zərərçəkmiş şəxs onun şəxsi əşyalarından istifadə etməsi, ünvanına nalayiq sözlər deməsi və onu vurmaq üçün üstünə gəlməsi səbəbindən aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı üzərində olan istintaqa məlum olmayan deşici-kəsici xassəyə malik alətlə Zərərçəkmiş şəxs qarın nahiyəsindən 1 (bir) dəfə qəsdən vuraraq sonuncuya “daxili qanaxma, enən çənbər bağırsaq və sol böyrəyin zədələnməsi ilə müşayiət olunan qarının ön divarının daxilə nüfuz edən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası” xəsarəti ilə müşayiət olunan insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, ailəsindən ayrılmış və qeydiyyata düşmək üçün sığınacaqda yaşamağa başlamışdır. O, orada qeydiyyata düşmüş və 1 il 4-5 ay müddətində həmin sığınacaqda qalmışdır. O, sığınacağa gəldikdən sonra Zərərçəkmiş şəxs da, sığınacağa gələrək orada yaşamışdır. Tatyana söhbət zamanı demişdir ki, Türkiyəyə getmiş, bir müddət orada yaşamış və artıq Azərbaycana qayıdaraq, burada yaşamağı qərara almışdır. Əvvəllər Zərərçəkmiş şəxs sakit insan olmuş və heç kəsdə işi olmamışdır. O, axşamlar restoranlarda qabyuyan kimi işləmişdir. O, işdən sonra sığınacağa qayıtdıqda, Zərərçəkmiş şəxs onun əşyalarından istifadə etdiyini hiss etmişdir. Bir müddət sonra o, əşyalarının yoxa çıxdığını görmüşdür. O, bir dəfə sığınacaqda olan hər kəsə demişdir ki, onun əşyalarına heç kəs toxunmasın, nəsə lazım olsa onun özünə desinlər və özü həmin əşyanı verəcək. Birinci dəfə Tatyana heç bir reaksiya verməmiş, ikinci dəfə isə Tatyana ona demişdir ki, “Sən kimsən? Sən mənə ağalıq edə bilməzsən, mən idmançıyam”. O isə, Tatyanaya sonuncunun kim olmasının ona maraqlı olmadığını deyərək onun əşyalarına toxunmamasını Tatyanadan tələb etmişdir. Bu söhbətdən sonra onun Tatyana ilə münasibətləri pozulmuşdur. Bundan sonra Tatyana özünü “ağa” kimi aparmağa başlamışdır. O, Tatyanaya dəfələrlə öz iradını bildirmiş, eləcə də sonuncu barəsində orada işləyən nəzarətçilərə məlumat vermişdir. Hətta bununla bağlı sığınacaqda iclas keçirilmiş və orada yaşayan sakinlərə xəbərdarlıq edilmişdir. Tatyana orada yaşayan şəxslərə onun haqqında yalandan bildirmişdir ki, o, dələduzdur. Həmçinin Tatyana onu itələmiş və ona dələduz (moşennik) demiş, əlavə olaraq “Sən hər axşam harasa gedirsən, biz nə bilək sən hara gedirsən?” kimi sözlər işlətmişdir. O, Tatyanaya axşamlar restoranda qabyuyan kimi işlədiyini demişdir. O, Tatyanaya demişdir ki, “Mən səni vuracam, öldürəcəm səni”. Hadisə günü o, əlində alma soya-soya dəhlizdə hərəkət etmişdir. Həmin vaxt Tatyana onu görmüş və yenidən ona dələduz (moşennik) demişdir. O, Tatyanaya demişdir ki, ondan uzaq dursun. Lakin Tatyana yenidən onu itələmişdir. Bu vaxt onlar əlbəyaxa olmuşlar və o, bıçaqla Tatyananı 1 (bir) dəfə vurmuşdur. Bundan sonra o, aşağı düşmüş və orada bıçağı tullamışdır. O, orada olan nəzarətçiyə polis çağırmasını və Tatyananı bıçaqladığını bildirmişdir. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, zərəçəkmiş şəxs ilə aralarında olan mübahisə zamanı Tatyana onu pilləkəndən itələmək istəmiş, sonra o, Tatyananı sığınacağın dəhlizində bıçaqla vurmuş və həmin vaxt onların yanında heç kəs olmamış, onların arasında barışıq əldə edilməmiş, çünki onun zərərçəkmiş şəxslə barışmaq kimi niyyəti belə yoxdur. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq elan edilmiş ittiham üzrə ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmədə verdiyi etirafedici ifadələrini, zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsini, habelə şahid ifadələrini, eləcə də cinayət işinin materiallarında olan çoxsaylı sübutları ayrıayrılıqda və məcmu halda təhlil edib, o cümlədən həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Belə ki, Zərərçəkmiş şəxs ibtidai istintaq orqanına vermiş olduğu ifadəsindən görünür ki, o, Mingəçevir şəhərində anadan olmuş və Sumqayıt şəhəri, Yataqxana məhəllə 76, ev 6A-da qeydiyyatda olmuşdur. O, orta məktəbi rus bölməsində oxumuşdur. O, əvvəllər İran və Türkiyə Respublikalarında yaşamışdır. Sonuncu dəfə isə o, Sumqayıt şəhərində yaşamışdır. O, əvvəllər evli olmuş və ərindən boşanmışdır. Onun bir qızı olmuş, qızı ailə qurub Bakı şəhərində yaşamışdır. Onun yaşamaq üçün evi olmadığına görə 12 noyabr 2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat-Pirşağı yolu 1-ci km 33 ünvanında yerləşən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Həssas Əhali qruplarından olan Şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Mərkəzində yaşamışdır. O, həmin mərkəzdə qadınlar üçün nəzərdə tutulmuş ümumi otaqda yaşamışdır. O, mərkəzə qəbul edildikdən sonra Təqsirləndirilən şəxs tanımışdır. Belə ki, Xəzangül həmin vaxt mərkəzdə yaşamışdır. Onun əvvəllər Xəzangüllə yaxşı münasibəti olsa da, 2023-cü ilin iyun-iyul aylarında onların münasibəti pisləşmişdir. Belə ki, Xəzangül dolabda (şkafda) saxladığı şəxsi əşyalarının azaldığını bildirib əşyalarını götürməkdə onu günahlandırmışdır. O, Xəzangülə əşyalarını götürmədiyini bildirsə də, sonuncu inanmayaraq ona nalayiq sözlər demişdir. Bu səbəbdən o, Xəzangülə nalayiq sözlər demişdir. Bununla bağlı onunla Xəzangülün arasında bir neçə dəfə mübahisə və dava-dalaş baş vermişdir. Mərkəzin rəhbərliyi onların arasında bir daha mübahisə və dava-dalaşın baş verməməsi üçün onu Xəzangülün yaşadığı otaqdan qadınların yaşadığı ikinci otağa keçirmişdir. Onun yerinə isə Güləbətin adlı qadın Xəzangülün yaşadığı otağa keçirilmişdir. Onların arasında bir neçə gün müddətində hər hansı bir hadisə baş verməmişdir. Hadisə günü, yəni 30 iyul 2023-cü il tarixdə, saat 16:00 radələrində meyvə vaxtı olmuşdur. O, meyvə yemək üçün yeməkxanaya getmək qərarına gəlmişdir. O, otaqdan çıxıb binanın birinci mərtəbəsində yerləşən dəhlizə düşmüşdür. Həmin vaxt orada o, Xəzangüllə rastlaşmışdır. Xəzangül onun üzünə baxıb gülmüş və onu ələ salmışdır. O, Xəzangüldən nə səbəbə güldüyünü soruşmuşdur. Xəzangül isə yaxşı edib güldüyünü demiş və ona nalayiq sözlər demişdir. O da, Xəzangülə nalayiq sözlər deyib dalaşmaq üçün sonuncunun üstünə tərəf getmişdir. Həmin vaxt Xəzangül əlində olan bıçaqla onun qarnından 1 (bir) dəfə vurmuşdur. Xəzangülün bıçağı onun qarnını kəsərək ona xəsarət yetirmişdir. Sonra Xəzangül bıçağı qarnından çıxarıb onun yanından getmişdir. O, qarnından qan axdığını görüb qışqıraraq kömək çağırmış və pilləkəndə oturmuşdur. Mərkəzdə yaşayan qadınlar, həmçinin mərkəzin işçiləri gələrək ona kömək etmişlər. Mərkəzin tibb bacısı ona ilkin tibbi yardım göstərmişdir. Təcili tibbi yardım avtomobili gələrək onu Sabunçu xəstəxanasına aparmışdır. Həkimlər onu cərrahiyyə əməliyyatı etmiş və o, bir neçə gün xəstəxanada qalaraq müalicə olunmuşdur. Sonra o, xəstəxanadan buraxılmış, müalicəsini davam etdirmiş və özünü yaxşı hiss etmişdir. Onun Xəzangüldən heç bir şikayət və tələbi olmamışdır. Zərərçəkmiş şəxs həmçinin, ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ona xəsarət yetirdiyi bıçaq düz, qatlanmayan, mətbəx bıçağı olmuşdur. Həmin bıçağın tiyəsi metal, dəstəyi isə qırmızı-göy rəngli plastmas materialdan ibarət olmuşdur. Hadisədən əvvəl o, Xəzangüllə yataqxananın dəhlizində rastlaşmışdır. Xəzangül onun üzünə baxıb gülmüşdür. O, Xəzangüldən nə səbəbə güldüyünü soruşmuşdur. Xəzangül yaxşı edib güldüyünü demiş və ona nalayiq sözlər demişdir. O da, Xəzangülə nalayiq sözlər deyib dalaşmaq üçün sonuncunun üstünə tərəf getmişdir. Həmin vaxt Xəzangül əlində olan bıçaqla onun qarnından bir dəfə vurmuşdur. Bundan sonra Xəzangül ona daha xəsarət yetirməmiş və ondan aralaşıb getmişdir. Xəzangülün onu öldürmək məqsədi olmamışdır. Həmin vaxt onların yanında və ətrafda heç kim olmamış, Xəzangülün ona xəsarət yetirdiyini heç kim görməmişdir. Hadisədən dərhal sonra onun yanına mərkəzdə yaşayan qadınlar və mərkəzin işçiləri gəlmişlər. Xəzangül əlindəki bıçaqla onun qarnından bir dəfə vuraraq ona bir ədəd xəsarət yetirmişdir. Nəticədə onun qarnı, bağırsağı və böyrəyi kəsilmişdir. Xəzangüllə mübahisəsi və sonuncunun ona xəsarət yertirməsi təxminən 1-2 dəqiqə ərzində baş verərək bitmiş, həmin vaxt Xəzangül əlindəki bıçaqla ona bədən xəsarəti yetirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 Əliosman qızı ifadəsində göstərdi ki, o, Xəzangül və Tatyana ilə eyni sığınacaqda yaşamışdır. 211 nömrəli otaqda Xəzangül yaşamış, 212 nömrəli otaqda isə o, yaşamışdır. O, Xəzangül ilə Tatyananın mübahisə etməsi ilə əlaqədar səslərini eşitmiş və Xəzangül otaqda əşyalarının oğurlanmasını demişdir. Tatyana isə bu barədə xəbərinin olmadığını demişdir. O, şəkər və təzyiq xəstəsidir. Bu səbəbdən hadisə günü o, otağında istirahət etmişdir. Birdən o, hayküy eşitmiş və aşağı düşdükdə artıq Tatyananın yerdə uzandığını görmüşdür. Həmin vaxt o, xəbər tutmuşdur ki, Xəzangül Tatyananı bıçaqlamışdır. Lakin həmin vaxt o, Xəzangülün nə səbəbdən Tatyananı bıçaqladığını bilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, 2019-cu il tarixdən Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat-Pirşağı yolu 1-ci km 33 ünvanında yerləşən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Həssas Əhali qruplarından olan Şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Mərkəzində nəzarətçi vəzifəsində işləmişdir. O, gecə vaxtı müəssisədə olub sakinlərin davranışına nəzarət edir. O, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs müəssisədə yaşayan sakinlər kimi tanımışdır. 2023-cü ilin iyul ayının ikinci on günlüyündə gecə saatlarında Xəzangül və Tatyana yaşadıqları otaqda bir-biri ilə dalaşmışlar. Bundan sonra Xəzangül 102-yə zəng edərək Tatyananın barəsində şikayət etmişdir. Bir neçə gün ərzində Xəzangüllə Tatyananın arasında hər hansı hadisə baş verməmişdir. 30 iyul 2023-cü il tarixdə gündüz saatlarında onun növbəsi olmadığı üçün o, müəssisədə olmamışdır. Həmin gün axşam saatlarında o, müəssisəyə işə gələrkən Xəzangülün bıçaqla Tatyanaya bədən xəsarəti yetirdiyini öyrənmişdir. O, Xəzangülün Tatyanaya xəsarət yetirdiyi bıçağı haradan əldə etdiyini bilmir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 Tarif oğlu ifadəsində göstərdi ki, o, təxminən 5 (beş) ildir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Həssas Əhali qruplarından olan Şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Mərkəzində nəzarətçi işləyir. O, Təqsirləndirilən şəxs və X1 işlədiyi müəssisədə yaşayan sakinlər kimi tanımışdır. 2023-cü ilin iyul ayında Tatyana Xəzangülə atmaca ataraq qıcıqlandırmışdır. O, bir neçə dəfə Tatyananın Xəzangülə “moşenik” dediyini, həmçinin rus dilində hansısa xoşagəlməz sözlər dediyini eşitmişdir. Bununla bağlı Xəzangüllə Tatyananın arasında bir neçə dəfə mübahisə baş vermişdir. Müəssisə rəhbərliyi isə qadınlara mehriban olmalarını, bir-birinə atmaca sözlər deyib bir-birini əsəbləşdirməməyi, mübahisə etməmələrini, dalaşmamalarını bildirmişdir. Xəzangüllə Tatyananın arasında hər hansı bir hadisənin baş verməsinin qarşısını almaq üçün müəssisə rəhbərliyi Tatyananın otağını dəyişmiş, əvəzində Güləbətin adlı qadın Xəzangüllə eyni otağa yerləşdirilmişdir. 30 iyul 2023-cü il tarixdə, saat 16:00 radələrində o, müəssisənin üçüncü mərtəbəsində olmuşdur. Həmin vaxt o, müəssisənin ikinci mərtəbəsində səs-küy eşidib aşağı düşmüşdür. O, aşağı düşdükdə, Xəzangülün bıçaqla Tatyanaya bədən xəsarəti yetirdiyini bilmişdir. Müəssisədə işləyən tibb bacısı Tatyanaya tibbi yardım göstərmiş və təcili tibbi yardım stansiyasına zəng etmişdir. Sonra o, telefonla 102-yə zəng edərək hadisə barədə məlumat vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Həssas Əhali qruplarından olan Şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Mərkəzində koordinator vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs 13 may 2022-ci il tarixdə müəssisəyə qəbul olunmuşdur. Xəzangül müəssisəyə yerləşdikdən sonra digər qadınlarla birlikdə müəssisənin ikinci mərtəbəsində yerləşən yataq otağında yaşamışdır. Bundan sonra müəssisəyə X2 adlı qadın qəbul edilmişdir. 2023-cü ilin iyul ayında Xəzangül onlara Tatyananın Xəzangülün şampunundan istifadə etdiyini demiş və buna narazılığına bildirmişdir. O, otaqda yaşayan qadınlara bir-birinin əşyalarından götürməməyi, mehriban olmalarını, mübahisə və dava-dalaş etməmələrini bildirmişdir. Müəssisə rəhbərliyi Xəzangüllə Tatyananın dava etməməsi, konflikt yaratmaması üçün Tatyananı həmin otaqdan çıxarıb digər otağa keçirmişlər. Tatyananın əvəzinə Xəzangülün yaşadığı otağa Güləbətin adlı qadını yerləşdirmişlər. 30 iyul 2023-cü il tarixdə o, müəssisədə olmamışdır. Həmin gün bazar günü olduğundan o, yaşadığı evdə olmuşdur. Növbəti gün o, işə gəldikdə, Xəzangülün bıçaqla Tatyanaya xəsarət yetirdiyini bilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, əlil olduğu üçün şikəstdir, O, hadisəni görməmiş, çünki həmin vaxt yatmışdır. İbtidai istintaq zamanı müstəntiqə verdiyi ifadə doğrudur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli raportdan (cild 1, iş vərəqə 2) görünür ki, həmin gün saat 16:00-da reabilitasiya mərkəzinin işçisi Şahid5 Azərbaycan Respublikası DİN-in 102 zəng xidmətinə zəng edərək Zabrat-Kürdəxanı yolu 1-ci km 33A Sosial Reabilitasiya mərkəzində Xəzəngül adlı qadının Tatyana adlı qadına bıçaqla xəsarət yetirməsi barədə məlumat vermişdir. xx.xx.2023-cü il tarixli baxış keçirilməsi və götürmə haqqında protokoldan, həmin protokola əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 3-10) görünür ki, həmin gün cinayət hadisəsinin baş verdiyi yerə, yəni Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat-Pirşağı yolu, 1-ci km 33 ünvanında yerləşən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Həssas Əhali qruplarından olan şəxslər üçün sığınacaq və sosial reabilitasiya Mərkəzinin inzibati binasında hadisə yerinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs binanın birinci mərtəbəsində dəhlizi göstərib, əlində olan bıçaqla Zərərçəkmiş şəxs qarın nahiyyəsindən bir dəfə orada vurduğunu bildirmişdir. xx.xx.2023-cü il tarixli arayışdan (cild 1, iş vərəqə 11) görünür ki, Zərərçəkmiş şəxs qarının sol ön divarının 1 (bir) ədəd daxilə nüfuz edən kəsilmiş-deşilmiş yarası xəsarəti ilə X8 daxil olmuşdur. xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 23) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 40) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixli Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-610/2023 saylı qərarından (cild 1, iş vərəqə 61-65) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində həbs qətimkan seçilməsi barədə verilmiş vəsatət təmin edilməmiş və o, məhkəmə iclas zalından azad olunmuşdur. xx.xx.2023-cü il tarixli qərardan (cild 01, iş vərəqə 66-67) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi haqqında qərardan (cild 01, iş vərəqə 119) görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” X10 2701 saylı ekspertiza rəyindən (cild 1, iş vərəqə 131-133) görünür ki, Zərərçəkmiş şəxs daxili qanaxma, enən çənbər bağırsaq və sol böyrəyin zədələnməsi ilə müşayiət olunan qarının ön divarının daxilə nüfuz edən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası müəyyən edildi. Xəsarət deşici-kəsici əşya (alət), ola bilsin bıçağın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən və şəxsin qeyd etdiyi xx.xx.2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 129-130) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsin könüllü gəlməsi haqqında protokoldan (cild 1, iş vərəq 137) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Sabunçu Rayon Polis İdarəsinə könüllü olaraq gələrək Bakı şəhərində müxtəlif ünvanlarda yaşadığını, yaşayış yerinin olmadığını, bu səbəbdən də axtarışda olduğundan xəbərinin olmadığını və bir daha istintaqdan gizlənməyəcəyini bildirmişdir. 23 may 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 138-148) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə yeni məzmunda ittiham elan edilməsi, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 29, 120.1, 29, 120.2.2, 126.2.4, 221.3 və 228.4-cü maddələrinin tərkibi olmadığından həmin maddələr ilə barəsində cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 151-152) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yeni məzmunda ittiham elan edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X4 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində müdafiə tərəfinə imkan yaradılmış, müdafiə tərəfi həmin sübutlara dair öz etirazını bildimiş, habelə məhkəmədə tədqiq edilmiş sübutlara etiraz etməsə də, irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, məhkəmədə araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 16:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat-Pirşağı yolu 1-ci km 33 ünvanında yerləşən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Həssas Əhali qruplarından olan Şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Mərkəzinin yataqxana binasının dəhlizində həmin mərkəzdə yaşayan Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində mübahisə baş vermişdir. Həmin mübahisənin baş verməsinə səbəb isə həmin hadisəyədək Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ünvanına nalayiq ifadələr işlətməsi, eləcə də yaşadıqları Mərkəzdə işləyən və yaşayan şəxslərin yanında dələduz və bu qəbildən olan sair sözləri işlədərək təhqir etməsi olmuşdur. Cinayət hadisəsi baş verənədək Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı nalayiq ifadələr işlətməsi səbəbindən dəfələrlə sözlü mübahisə baş vermişdir. Başqa sözlə, onların arasında baş vermiş sözlü mübahisəyə səbəbin – Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs şəxsi əşyalarından istifadə etməsi və sonuncunun ünvanına nalayiq sözlər işlətməsi halları cinayət işinin mübahisəz hallarıdır. Sonuncu dəfə belə hadisə xx.xx.2023-cü il tarixdə, saat 16:00 radələrində baş vermişdir. Belə ki, göstərilən tarixdə həmin Mərkəzdə növbəti dəfə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ünvanına nalayiq ifadələr işlətmiş, habelə sonuncunu pilləkənlərdən itələmək istəmişdir. Bu vaxt Təqsirləndirilən şəxs istintaqa məlum olmayan deşici-kəsici xassəyə malik alətlə Zərərçəkmiş şəxs qarın nahiyəsindən 1 (bir) dəfə qəsdən vuraraq sonuncuya ağır xəsarət yetirmişdir. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Bu hissədə qeyd edilməlidir ki, məhkəmədən asılı olmayan səbəblərdən (zərərçəkmiş şəxsin xarici ölkə ərazisində olması) Zərərçəkmiş şəxs məhkəmədə dindirilməsi mümkün olmamışdır. Buna baxmayaraq, məhkəmədə dindirilmiş şahid ifadələri ilə təsdiq edilmişdir ki, Zərərçəkmiş şəxs mütəmadi olaraq Təqsirləndirilən şəxs ünvanına nalayiq ifadələr işlətməklə təhqir etmişdir. Bu səbəbdən də Zərərçəkmiş şəxs əxlaqsız hərəkətlərinin təsiri nəticəsində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurması cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Zərərçəkmiş şəxsin aldığı ağır xəsarətlə təqsirləndirilən şəxsin törətmiş olduğu əməl (fəal hərəkət) arasında birbaşa səbəbli əlaqə olmuş və zərərçəkmiş şəxs həmin xəsarəti məhz təqsirləndirilən şəxsin bıçaqla ona yetirdiyi zərbə nəticəsində almışdır. Eyni zamanda məhkəmə cinayət hadisəsinin baş verməsinə səbəb olmuş halları, yəni Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs dəfələrlə nalayiq sözlər işlətmətsini, sonuncunun şəxsi əşyalarından istifadə etməsini, başqa sözlə, göstərilən bu halları məcmu halda nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini məhz Zərərçəkmiş şəxs sərgiləmiş olduğu əxlaqsız hərəkətlərinin təsiri altında törətmişdir. Belə olduğu təqdirdə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs qarşı həqiqətən də qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməlini törətmişdir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri var, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif edir. Bundan başqa, Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Həmçinin onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1ci maddəsi ilə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, ibtidai istintaq zamanı və məhkəmədə etirafedici ifadə verməsini, aztəminatlı şəxs olmasını və cinayət əməlini məhz zərərçəkmiş şəxsin əxlaqsız hərəkətlərinin təsiri altında törətməsini Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən, cinayət zərərçəkmiş şəxsin qanunsuz və əxlaqsız hərəkətlərinin təsiri altında törədildikdə (Cinayət Məcəlləsinin 59.1.8-ci maddə) təqsirləndirilən şəxsə təyin ediləcək cəza Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Göstərilənlərə baxmayaraq, məhkəmə Təqsirləndirilən şəxs törətdiyi zorakı cinayət əməlinə tənqidi yanaşaraq bu kimi halları qınayır. Bu hissədə qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs məhkəmədə ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, tərəflər arasında barışıq əldə edilməmiş, əksinə ümumiyyətlə onun zərərçəkmiş şəxslə barışmaq kimi niyyəti yoxdur. Bu isə onu göstərir ki, o, törətdiyi cinayətə görə peşman deyil. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə, o cümlədən pozulmuş sosial ədalətin bərpasına nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində göstərilən cinayət cinayətlərin təsnifatına görə ağır cinayətlər sırasına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 30 iyul 2023-cü il tarixdən 01 avqust 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət ona təyin ediləcək cəzadan çıxılmalı, üzərində saxlanılan cəzanın əvvəli isə hökmün elan olunduğu gündən, yəni 16 sentyabr 2024-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməli, onun barəsində həbs qətimkan tədbiri seçilməli, o, dərhal məhkəmə iclas zalında həbs edilməli və hökm qanuni qüvvəsini alanadək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Bu hissədə hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə olunmalıdır. İş üzrə ekspertiza xərci, maddi sübut və mülki iddia yoxdur. İş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və həmin maddə ilə ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 30 iyul 2023-cü il tarixdən 01 avqust 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət ona təyin edilmiş cəza müddətinə daxil edilməklə həmin cəzadan çıxılsın və onun üzərində 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Onun üzərində saxlanılan cəzanın əvvəli hökmün çıxarıldığı gündən, yəni 16 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin, onun barəsində həbs qətimkan tədbiri seçilsin, o, dərhal məhkəmə iclas zalında həbs edilsin və hökm qanuni qüvvəsini alanadək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Bu hissədə hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə olunsun. İş üzrə maddi sübut, mülki iddia, ekspertiza xərci və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Əli Məmmədov Hakimlər Səbinə Məmmədzadə Azad Məcidov
Məhkəmə qərarları › İş №1(101)-1905/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1905/2024
16.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver