Məhkəmə qərarları › İş №1(101)-1908/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1908/2021

30.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1908/2021 30.12.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Məmmədov Əli İrfan oğlu və Qəribov Fikrət Atlıxan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, Bakı şəhəri 12 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1983-cü ildə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddəni əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və şəraitdə narkotik vasitə və psixotrop maddələrin ölkə ərazisində satışını həyata keçirmək məqsədilə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı Abbas adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək istintaqa məlum olmayan vaxtda və yerdə Abbas adlı şəxsdən satış məqsədilə qanunsuz olaraq külli miqdarda 65 qram çəkidə narkotik vasitə heroini və külli miqdarda 58 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 31 iyul 2021-ci il tarixdə saat 18:50-də ünvan 2 ünvanın qarşısında saxlanılaraq Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis bölməsinə gətirilmiş və Polis bölməsində üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli şalvarın sol yan cibindən 01 bükümdə təmiz çəkisi 65 qram təşkil edən külli miqdarda həmin narkotik vasitə heroin və 01 bükümdə təmiz çəkisi 58 qram təşkil edən külli miqdarda həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə təqsirli bilmədi və ifadəsində göstərdi ki, o, polis əməkdaşları tərəfindən saxlanılan zaman Bülbül prospekti, ev 96 ünvanında yerlşəşən evinin qarşısında olmuş, polis əməkdaşları onu döyərək və əlini qandallayaraq maşına mindirib Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmış, daha sonra onu yaşadığı evə apararaq, evə baxış keçirmişlər. O, İran İslam Respublikası vətəndaşı olan Abbas adlı şəxslə sosial şəbəkədə tanış olmuş, Abbas adlı şəxs ona narkotik vasitə təklif etmiş, lakin o, Abbasdan narkotik vasitə almamışdır. Abbas adlı şəxslə 4-5 dəfə əlaqə saxlamış və heç vaxt Abbasın təklifini qəbul etməmişdir. O, saxlanılan zaman üzərində narkotik vasitə olmamışdır. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs göstərdi ki, Abbas adlı şəxsin əməlləri və polis əməkdaşlarının onu döyməsi ilə bağlı hüquq mühafizə orqanlarına müraciət etməmiş, onun istifadəsində olan (050) ***-**-** saylı mobil nömrə ilə ola bilsin ki, narkotik vasitə ilə bağlı yazışmalar olsun. Bununla yanaşı, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir müddətdir ki, narkotik vasitə heroini Bakı şəhərində müxtəlif yerlərdə tanımadığı şəxslərdən alıb istifadə edir. Təxminən bir aya yaxındır ki, o, internetdə İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı Abbas adlı şəxslə tanış olmuş, Abbas ona narkotik maddələrin satışı ilə məşğul olduğunu bildirmiş, bir neçə gün əvvəl Abbas ona narkotik maddələri qoyacağı yeri deyəcəyini və o, həmin narkotik maddələri Abbasın qoyduğu yerdən götürüb öz bildiyi hər hansı bir yerə qoyaraq bu barədə Abbasa məlumat verəcəyini, bunun qarşılığında da isə Abbas onun məxsus olan 4169 7385 5112 9798 saylı “Kapital bank”a məxsus kart hesabına 100 manat pul köçürəcəyini bildirmiş, o da Abbasın bu təklifi ilə razılaşmışdır. 29 iyul 2021-ci il tarixdə günorta saatlarında Abbas onunla əlaqə saxlayaraq Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Riyad” ticarət mərkəzinin qarşısında yerləşən “Riyad” ticarət mərkəzi yazılan plakatın arxasına sellofan bükümlərdə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin qoyduğunu və gedib həmin narkotik maddələri götürməyini demişdir. Həmin günü o, saat 21 radələrində gedib həmin bükümləri Abbasın dediyi yerdən tapıb götürmüş, bükümləri bir-iki gün üzərində saxlayaraq heç bir yerə qoymamışdır. 31 iyul 2021-ci il tarixdə təxminən saat 18:30 radələrində ünvan 4 ünvanın yaxınlığında piyada hərəkət edən zaman iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirərək onun qanunsuz olaraq narkotik vasitə əldə etmək, saxlamaq və daşımaqda şübhəli olduğunu və buna görə də üzərinə baxış keçirilməli olduğunu bildirərək onu Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis bölməsinə dəvət edərək birlikdə həmin bölməyə gəlmişlər. Bölmədə otaqlardan birində ona hüquq və vəzifələri izah edildikdən sonra ona dövlət hesabına vəkil dəvət edərək vəkilinin iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış keçirilmişdir. İlk öncə ondan üzərində hər hansı bir əşya, predmet və ya maddə olub-olmaması sual edildikdən sonra o, əynində olan göy rəngli şalvarının sağ yan cibindən 1 ədəd tibbi maska, həmin şalvarının sol yan cibindən 2 ədəd sellofan büküm, şalvarının sağ arxa cibindən isə 1 ədəd "Samsung" markalı mobil telefon və şalvarının sol arxa cibindən 1 ədəd qəhvəyi rəngli pul kisəsini çıxarıb masanın üzərinə qoymuşdur. Polis əməkdaşları ondan həmin iki ədəd bükümün içərisində nə olması, nə vaxt, kimdən, hansı üsulla və hansı məqsədlə əldə etməsini soruşduqda o, həmin iki ədəd sellofan bükümün birinin içərisində metamfetamin kimi tanıdığı narkotik maddə, digər sellofan bükümün içərisində isə heroin kimi tanıdığı narkotik maddə olduğunu demiş, həmin bükümləri İran vətəndaşı kimi tanıdığı Abbas adlı şəxsin dediyi yerdən - Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Riyad” ticarət mərkəzinin qarşısındakı “Riyad” ticarət mərkəzi sözləri yazılmış plakatın arxasından götürdüyünü, həmin narkotik maddələri hər hansı bir yerə qoyaraq bu barədə Abbasa məlumat verəcəyini, bunun qarşılığında isə Abbasın onun “Kapital bank”a məxsus olan 4169 7385 5112 9798 saylı bank kartına 100 manat pul köçürəcəyini demişdir. Daha sonra üzərindən çıxan iki ədəd sellofan bükümlər ayrı-ayrılıqda sıfırlanmış elektron tərəzidə çəkilmiş və içərisində metamfetamin olan bükümün çəkisi 59 qram, içərisində heroin olan bükümün çəkisi isə 67 qram olmuşdur. Sonra isə üzərində şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edildikdən sonra protokola imza etmişdir. Polis əməkdaşları tərəfindən saxlanıldığı və bölmədə olduğu zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır (cild 1, iş vərəqi 62-66). Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsində xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələrin əldə etməsi, gəzdirməsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, 31 iyul 2021-ci il tarixdə əldə olunmuş məlumat Baş Narkotiklə Mübarizə İdarəsinin rəhbərliyinə məruzə edildikdən sonra Baş İdarənin əməliyyat müvəkkili Şahid2 ilə birgə təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ilə əlaqədar qərar qəbul edilmiş, bundan sonra o, Şahid2 ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu ərazisinə yollanmışlar. 31 iyul 2021-ci il tarixdə saat təxminən 18 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi ünvanında Təqsirləndirilən şəxs piyada hərəkətdə olduğunu görüb ona yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmişlər, Təqsirləndirilən şəxs üzərində və paltarlarında hər hansı bir narkotik maddə gəzdirdiyi şübhəsi olduğu üçün Orucovu yaxın ərazidə yerləşən Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis bölməsinin inzibati binasına gətirmişlər. Təqsirləndirilən şəxs Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis bölməsinin inzibati binasındakı xidməti otaqların birində Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat qrupunun təhqiqatçısı Vüsal Həsənquliyev tərəfindən müdafiəçi təyin edilmiş, daha sonra təyin edilmiş müdafiəçinin, onun və əməliyyat müvəkkili Şahid2 iştirakı ilə video qeydiyyat etməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilməyə başlanılmışdır. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs əynində olan şalvarının cibindən 2 ədəd sellofan büküm, 1 ədəd “Samsung” markalı telefon və 1 ədəd qəhvəyi rəngli portmanatı çıxardaraq masanın üzərinə qoymuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs paltarlarının ciblərinə baxış keçirilsə də heç bir əşya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 2 ədəd sellofan bükümlərə baxış keçirilən zaman bükümlərin birinin içərisində narkotik vasitə heroinə bənzər kütlə, digər bükümün içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olması müəyyən edilmiş, Təqsirləndirilən şəxs üzərindən çıxmış pul qabı özünə qaytarılsa da, 1 ədəd “Samsung” markalı telefon təhqiqatçı tərəfindən protokollaşdırılaraq iş üçün maddi sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən çıxmış 2 ədəd büküm elektron tərəzi ilə çəkilmiş və ekspertizaya təqdim edilməsi üçün həmin bükümlər zərfə qoyaraq möhürlənərək qablaşdırılmışdır. Məhkəmədə verilən suallara cavab olaraq Şahid1 göstərdi ki, Təqsirləndirilən şəxs narkotik vasitəni saxlanıldıqdan 2 gün əvvəl İran İslam Respublikası vətəndaşı olan Abbas adlı şəxsdən Xırdalan şəhərində əldə etdiyini, narkotik vasitəni 100 manat müqabilində başqa yerə qoyacağını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşı Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiyi xüsusatları tam təsdiq etdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 31 iyul 2021-ci il tarixli raportun məzmunundan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda xx.xx.1983-cü ildə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Nəsimi rayonu ərazisində dövriyyəsi ilə məşğul olması bildirilir (cild 1, iş vərəqi 3). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair 31 iyul 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ifşa olunması və yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 4-5). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 31 iyul 2021-ci il tarixli raportun məzmunundan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində xx.xx.1983-cü ildə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Nəsimi rayonu ərazisində dövriyyəsı ilə məşğul olmasında şübhəli bilindiyi üçün 31 iyul 2021-ci il tarixdə, saat 18:50 dəqiqədə ünvan 6 ünvanının yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis bölməsinə gətirilmişdir (cild 1, iş vərəqi 9). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 31 iyul 2021-ci il tarixli protokoldan və protokola əlavə edilmiş diskdən görünür ki, həmin gün Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, edilmiş təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarının sağ yan cibindən 1 ədəd tibbi maskanı, sol yan cibindən 2 ədəd sellofan bükümü, sağ arxa cibindən 1 ədəd özünə məxsus “Samsung” markalı mobil telefonu, sol arxa cibindən 1 ədəd qəhvəyi rəngli portmanatı təqdim edərək masanın üzərinə qoymuş, bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı sonucunun əynində olan göy rəngli şalvarının ciblərinə baxış keçirilsə də heç bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi özünə məxsus 1 ədəd "Samsung" markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Təqsirləndirilən şəxs təqdim etdiyi portmanatına baxış keçirilən zaman içərisində 1 ədəd sürücülük vəsiqəsi, 1 ədəd üzərində 4169-7385-5112-9798 rəqəmləri əks olunmuş plastik kart və 300 manat nağd pul aşkar edilmişdir. Pul vəsaiti şəxsin özünə qaytarılsa da sürücülük vəsiqəsi və plastik bank kartı götürülmüşdür. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi 2 ədəd sellofan bükümə baxış keçirilən zaman bükümlərdən birinin içərisində narkotik vasitə heroinə bənzər kütlə, digər bükümdə isə psixotrop maddə metamfetaminə bənzər kütlə olması müəyyən edilmişdir. Həmin maddələrin təxmini çəkilərinin müəyyən edilməsi məqsədilə sıfırlanmış halda elektron tərəzi ilə çəkilmişdir. İçərisində narkotik vasitə heorinə bənzər kütlə olan 1-ci bükümün çəkisinin 67 qram, digər bükümdə olan kütlənin çəkisinin isə 59 qram olması müəyyən edilmişdir. Həmin sellofan bükümlər 1 ədəd içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmışdır. Bundan sonra həmin kağız zərfin üzəri "DİN-nin Zərflər üçün 7 saylı" möhürü ilə möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümlərdə olan maddələrin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Həmin maddələri 2 gün öncə Xirdalan şəhəri ərazisində, “Riyad” ticarət mərkəzinin yaxınlığından götürdüyünü, həmin yerǝ narkotik maddə qoyulmasını ona təxminən 4-5 ay bundan öncə tanış olduğu, ona adını Abbas kimi bildirən, İran İslam Respublikasının vətəndaşının bildirdiyini, həmin yerdən narkotiki götürərək Abbas adlı şəxsin dediyi yerə qoymaqla 100 manat pul əldə etməli olduğunu, özünün də narkotik maddə heroin istifadəçisi olduğunu, ilk dəfədir ki bu işlə məşğul olduğunu qeyd etmişdir. Saxlanılan zaman və polis idarəsində olan zaman ona qarşı heç bir zor tətbiq edilmədiyini əlavə olaraq bildirmişdir (cild 1, iş vərəqi 30-32). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə fiziki-kimyəvi ekspetizasınm 01 avqust 2021-ci il tarixli, 6/3228 nömrəli rəydən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “DİN Zərflər üçün №7” dairəvi möhür əksi olan “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən.....” sözləri və imzalar qeyd edilmiş kağız paketin içərisində bir ədəd sellofan bükümdə təmiz çəkisi 65 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər bir ədəd sellofan bükümdə təmiz çəkisi 58 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat təşkil edir (cild 1, iş vərəqi 38-43). İşdə olan əməliyyat tapşırığına Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis bölməsinin 26 oktyabr 2021-ci il tarixli 085-12647-1221 nömrəli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik maddələri əldə etdiyi İİR vətəndaşı olan Abbas adlı şəxsin kimliyini və onun ünvanını, eləcə də Təqsirləndirilən şəxs əvvəllər kimlərdən narkotik maddələr almasını və kimlərə satmasını müəyyən etmək mümkün olmamışdır (cild 1, iş vərəqi 126). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş mobil telefona baxış keçirilməsi haqqında 10 avqust 2021-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, baxış zamanı qeyd olunan mobil telefonda ***-***-**-** və ***-***-**-** saylı GSM nömrələrinin olması müəyyən edilmişdir. Bundan başqa həmin telefonun ekranı sındığı üçün ekranda heç nə görünmədiyindən həmin telefona baxış keçirmək mümkün olmamışdır (cild 1, iş vərəqi 99-100). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 15 sentyabr 2021-ci il tarixli 2145 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri müəyyən edilmir. Təqsirləndirilən şəxs qərarda qeyd edilən əməli törətdiyi zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur (cild 1, iş vərəqi 134-136). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 03 noyabr 2021-ci il tarixli 4286 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opoidlərin və kannabioidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 137-138). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş diskə baxış keçirilməsi haqqında 06 noyabr 2021-ci il tarixli protokoldan və protokola əlavə edilmiş diskdən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan və "xxxx" MMC-yə məxsus ***-***-**-** saylı mobil telefon nömrəsinə 01 aprel 2021-ci il tarixdən 31 iyul 2021-ci il tarixədək olan müddət ərzində daxil olmuş mesaj mətnlərinə baxış zamanı həmin nömrəyə aşağıdakı məzmunda mesajların daxil olması və yazılması müəyyən edilmişdir: 02-04-2021 22:58:29 1.1.**********19 1.1.**********48 Axsamin xeyir. Pul almaliydim and içdiki sabah verecek. Sabaha qeder biteher et sabah vererem qarfdas. 05-04-2021 13:02:07 1.1.**********19 1.1.**********67 Allaha and olsun uzum yoxdu telefonu acmağa. Hormetsilik kimi qedul etme. 2021 13:45:39 1.1.**********19 1.1.**********52 Qohum olurem. 12-04-2021 02:56:46 1.1.**********19 1.1.**********45 Zeng vurum sene 13-04-2021 14:39:15 1.1.**********19 1.1.**********51 Vüqar catdin Qardaş.Menem Rahil. Salamatciliqdi? 13-04-2021 16:10:24 1.1.**********19 1.1.**********45 Vı mojete perezvonıtğ pozje? 29-04-2021 14:21:56 1.1.**********19 1.1.**********17 Salam Qardaş. Men pulu duzeltmisem 700 manat. Ne vaxt lazimdisa de getirim ya gelsen gotur. Nece rahatdisa. 06-05-2021 20:14:19 1.1.**********19 1.1.**********67 3 Gune odeyecem. 08-05-2021 13:18:09 1.1.**********19 1.1.**********66 Salam. Axsam inşallah goruserik. 09-05-2021 20:43:50 1.1.**********19 1.1.**********45 Cox sagol. Minnetdaram. 11-05-2021 23:26:33 1.1.**********19 1.1.**********38 Kola 1. 11-05-2021 23:26:42 11-05-2021 23:26:42 1.1.**********19 1.1.**********38 imkan varsa. 11-05-2021 23:27:03 11-05-2021 23:27:03 1.1.**********19 1.1.**********38 Olsun. 11-05-2021 23:27:12 1.1.**********19 1.1.**********38 Amma temiz ceki olsun. 11-05-2021 23:28:09 1.1.**********19 1.1.**********38 Bas uste. 11-05-2021 23:29:42 1.1.**********19 1.1.**********38 Harda gorusek? 11-05-2021 23:31:10 1.1.**********19 1.1.**********38 Yaxsi gozleyirem. 11-05-2021 23:45:35 1.1.**********19 1.1.**********38 2 deiqeye gelirem. 11-05-2021 23:49:00 1.1.**********19 1.1.**********38 Hardasan men sizin mehledeyem . 12-05-2021 00:00:48 1.1.**********19 1.1.**********38 0.85. 12-05-2021 15:26:20 1.1.**********19 1.1.**********80 Mene zeng vur tecili. 12-05-2021 16:51:51 1.1.**********19 1.1.**********21 Men gec cixacam . Sen get gotur dermani. 12-05-2021 18:24:26 1.1.**********19 1.1.**********80 Ay Mahir. 13-05-2021 23:21:44 1.1.**********19 1.1.**********91 Kola icirsen? 14-05-2021 04:40:52 14-05-2021 04:40:52 1.1.**********19 1.1.**********08 10 manatliq pati. 14-05-2021 04:41:10 1.1.**********19 1.1.**********08 Sizin qapinin qabagindaya. 14-05-2021 12:31:42 14-05-2021 12:31:43 1.1.**********19 1.1.**********80 Mahi. 16-05-2021 01:11:03 16-05-2021 01:11:03 1.1.**********19 1.1.**********66 Hele gelmemisem gelib xeber edecem. 21-05-2021 01:04:39 1.1.**********19 1.1.**********92 qaqaş ağrıyıram. 25-05-2021 18:30:50 1.1.**********19 1.1.**********91 Alinmirsa de alinmir narahat olma. 27-05-2021 14:09:08 1.1.**********19 1.1.**********15 Sene borcum yoxdu. Hele artiqvermisem. Xais edirem meni narahat etme. Qapiyada gelme. 30-05-2021 00:10:54 1.1.**********19 1.1.**********05 İstesen zeng vurarsan xeyrin olar varindisa cekmeye ver mene. Axsam qaytararam sene. 08-06-2021 03:28:03 1.1.**********19 1.1.**********38 Hele gozleyirem. Gelende xeber edecem sene. 23-06-2021 16:51:40 1.1.**********19 1.1.**********38 P var yari? 23-06-2021 16:53:17 1.1.**********19 1.1.**********38 Harda gorusek goturu. 23-06-2021 16:56:14 1.1.**********19 1.1.**********38 He gelirem 3 deqiqeye. 23-06-2021 16:56:20 1.1.**********19 1.1.**********38 He yari. 30-06-2021 23:12:19 **********19 1.1,**********91 Rahil gelirsen ya yo. 05-07-2021 01:37:22 1.1.**********19 1.1.**********38 Sukur salamatciliq. Yox qaqa yoxdu. 10-07-2021 03:02:43 1.1.**********19 1.1.**********21 20 manat. 11-07-2021 04:40:00 1.1.**********19 1.1.**********51 İmkanlasdir tez at pulu lazimdi. 11-07-2021 22:16:00 1.1.**********19 1.1.**********90 Narahat olma. Ozum xeber edecem. 15-07-2021 00:47:47 1.1.**********92 1.1.**********19 kola yoxu. 15-04-2021 03:02:45 1.1.**********58 1.1.**********19 xala oglu uari pati lazimdi. 17-04-2021 02:29:11 1.1.**********92 i. 1.**********19 söyüş söymə əlində mal ola ola atkaz elədin. 17-04-2021 02:29:49 17-04-2021 02:29:50 1.1.**********92 1.1.**********19 camaata mal satırsan mənə çatanda pulun yoxdu. 17-04-2021 22:47:28 1.1.**********40 1.1.**********19 men senden hecne isdemirem borca isdiyirem cehenneme ver cox goynen gedisen inwallah duwersen. 24-04-2021 15:34:59 1.1.**********62 1.1.**********19 Qaqam mene bidene das vere bilersen gelirsense bidene xirda das dvin mivij eliye bilersen qaqam versende sagol vermesende. 08-05-2021 18:38:24 1.1.**********21 1.1.**********19 Nolar faliqada verdə mənə qaqam. 08-05-2021 21:04:37 1.1.**********13 1.1.**********19 Qaqa 4 dene lazmdi. 08-05-2021 21:44:35 1.1.**********15 1.1.**********19 Ay qaqa gor ne deyirem ag alinmirsa obisi duzelirse onan alindiraq brat men semi gozduyurem dedin40dryqa gor nece saat oldu ay qaqam 09-05-2021 14:48:04 1.1.**********30 1.1.**********19 Ay dosdum p lazmdi 1 neqdi yarda kola hardasan tez cavab ver mene. 12-06-2021 23:35:40 1.1.**********38 1.1.**********19 qaqas pati var he di bilim. 07-07-2021 20:43:00 1.1.**********06 1.1.**********19 Roma seni yigsa deki agarti 50 manatdi kolada 30 manatdi pulu ele al. 07-07-2021 21:56:38 07-07-2021 21:56:38 1.1.**********06 1.1.**********19 Eliye didim pulu vur didi ozune vuracam patinu 50 den kolani 30 dan asaqi verme. 13-07-2021 18:07:37 1.1.**********90 1.1.**********19 Atas meti varundu? 13-07-2021 21:13:15 1.1.**********90 1.1.**********19 Atash pul qalib elimde normal kola tapanmıram senin isin noldu alinmadi parkin usteyem. 13-07-2021 21:45:31 1.1.**********90 1.1.**********19 Qaqas olurem sen cam noldu. 26-07-2021 23:31:46 1.1.**********21 1J .**********19 Qaqa menem cavanşir.burdayam 50manat pul var.imkan var 2dene gotur dus.burdayam mehlevizde.yeke masnin yaninda. 28-07-2021 16:07:00 1.1.**********06 1.1.**********19 Qaqash imkan olsa mene kola yox biraz pati verersende onun evezine. 28-07-2021 16:58:54 1.1.**********06 1.1.**********19 Coxdandi cekmirem ona gore didim kolanin yerine pato verersen atash senide bezdirdim (cild 1, iş vərəqi 143-144). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş diskə baxış keçirilməsi haqqında 06 noyabr 2021-ci il tarixli protokoldan və protokola əlavə edilmiş diskdən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan və "xxxx" MMC-yə məxsus ***-***-**-** saylı mobil telefon nömrəsinə 01 aprel 2021-ci il tarixdən 31 iyul 2021-ci il tarixədək olan müddət ərzində daxil olmuş mesaj mətnlərinə baxış zamanı həmin nömrəyə aşağıdakı məzmunda mesajların daxil olması və yazılması müəyyən edilmişdir: 07/05/2021,22:39:56.**********80,**********19.Mehledesen?Patini qaytariram. 07/05/2021,22:40:29,**********80,**********19.7.8 deq gelirem. 07/05/2021.22:48:20.**********80,**********19.Burdayam. 07/05/2021.22:50:53,**********80,**********19,Qaqa telesirem çıx gedim. 07/05/2021.22:54:29,**********80.**********19.Rahim kiwi agriyir eve getmeliyem cix gorey. 08/05/2021.11:20:17,**********80,**********19.Qaqa var menem vüsal. 08/05/2021.20:46:41.**********45.**********19.Qaqa mezere alda burda donuram piyadayam. 08/05/2021,21:09:59.**********13.**********19, А у qaqa meni guzdyler ax. 08/05/2021,21:18:44.**********45,**********19.Qaqa men dondum burda gelirsen gelmirsen zaryatkada 3%dı sönür. 15/05/2021,21:22:29,**********80,**********19.Maci qaqam. 18/05/2021.00:44:48.**********44.**********19,Qaqa salam. 19/05/2021,20:22:29,**********80,**********19.Yuxarda doneceyde Aptekin yanindayam qaqa. 25/05/2021.12:13:01,**********50.**********19,menem Kanan. 28/05/2021.19:14:46,**********80,**********19.Qaqa menem vüsal. 29/05/2021,18:23:36,**********80.**********19, Xala oglu jaman pis agrijiram umudum sansan. 29/05/2021.19:08:17,**********70,**********19,Qaqa menem mahi. 29/05/2021.19:12:20,**********80.**********19.Xala oglu san mana putoj vermali dojuldun xala oglu agrijiram sana 15 manata verim birda tarazi san mana putoj birazda pati agrijiram. 29/05/2021.19:14:27.**********80.**********19.Xala oglu sana 15 manat verim birda tarazi san da putoju ver birazda pati. 30/05/2021,00:14:08,**********80,**********19,Alisa var iki dana isdamirsan. 02/06/2021,08:18:38,**********32,**********19,sen haçansa pe. 02/06/2021,08:45:27,**********80,**********19,GELİREM QAQA PROPKADİ DEHWET SEMED VURQUN PARKİN YANİNDA DURUB YOL. 02/06/2021,20:07:24.**********80.**********19.QAQA SEN CANİN BAWİMİ APARDİ ALLAHA AND OLA BİDENE DUZ QOW ELE VERİM GETSİN NOMRENİDE ALLAHA AND OLA QİRİRAM. 02/06/2021,20:09:05.**********19.**********80,Gel Asifgiln mehlesine zeng vur verim. 02/06/2021.20:12:39,**********80.**********19.AND OLA ALLAHA QAQA. QARDAW KİMİ BAWA DUW LAP BORCA VERİSEN ELE BİL HAQ HESABA ADİYALİ YOXDU BU GUN GECE VERECEM O PULU. 02/06/2021.20:15:51.**********80.**********19.QAQA BURDAYAM. 04/06/2021,11:39:24.**********03.**********19. Soz soruşurdum zeng vurum götür. 04/06/2021.13:12:43.**********35.**********19.XA LA OGLU M ANAM KANAN TAZA NOMURAMDİ AC. 05/06/2021.18:46:04.**********23,**********19.X ALA OGLU ASİF GALİF SANİGOZDUJUR MECİDA. 06/06/2021,10:40:13,**********91,**********19,sroüni telfoni aü. 13/06/2021,00:37:09.**********44,**********19,Burdayam qaqa. 02/07/2021,12:25:47,**********15,**********19,Çıxartda məni blokdan yekə kişisən. 02/07/2021,13:02:51,**********15.**********19.Pul verməliyəm sənə məni yığ. 05/07/2021.00:19:53.**********25.**********19.Menem kenan meni yiq. 11/07/2021,18:27:13.**********90.**********19.Telefona cavab ver Rahıl (cild 1, iş vərəqi 145-146). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş bank məlumatlarına baxış keçirilməsi barədə 06 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, 22 iyun 2021-ci il tarixdən 30 iyul 2021-ci il tarixədək olan müddət ərzindǝ Təqsirləndirilən şəxs istifadəsində olan 4169 7385 5112 9798 nömrəli bank kartına müxtəlif bankomatlardan və terminallardan müxtəlif miqdarlarda pul mədaxil və ya məxaric olunsa da kim tərəfindən köçürülməsi müəyyən edilməmişdir. Diskə baxış zamanı iştirak edən Təqsirləndirilən şəxs oglu bildirdi ki, həqiqətən də 4169 7385 5112 9798 nömrəli bank kartı onun özünə məxsusdur, lakin yuxarıda qeyd edilən pul vəsaitlərinin onun kartına kim tərəfindən və hansı məqsədlə köçürülməsini tam olaraq xatırlamır (cild 1, iş vərəqi 147). İşdə olan sübutların qiymətləndirilməsi haqqında 07 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxslunun üzərindən aşkar olunaraq götürülmüş təmiz çəkisi 65 qram narkotik vasitə heroin, təmiz çəkisi 58 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 01 ədəd “Samsung” markalı telefon, 01 ədəd 4169-7385- 5112-9798 nömrəli bank kartı maddi sübut kimi tanınmış, ekspert tədqiqatından sonra qalıq qalmış 64,95 qram heroin, 57,95 qram metamfetamin, mobil telefon və bank kartı saxlanması üçün Bakı şəhəri Nəsimi RPİ-nin Növbətçi Hisəssinə təhvil verilmişdir (cild 1, iş vərəqi 150-158, 167). İşdə olan cinayət işindən ayrıca icraata cinayət işinin ayrılması barədə 07 noyabr 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işindən Abbas adlı şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrılmışdır (cild 1, iş vərəqi 160). Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, X2 əvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 85). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin və metamfetaminin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin və psixotrop maddənin ona aid olmaması, polis əməkdaşlarının onu döyərək etirafedici ifadələr alması barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadələri özünü müdafiə xarakteri daşımaqla ağır cinayət törətməyə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan yayınmaq və cəzasını yüngülləşdirmək məqsədi daşıyır və özünün ifadəsindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur. Əksinə, məhkəmə yuxarıda şərh olunan bütün sübutları, o cümlədən təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini sübut kimi qəbul edərək, müqayisəli şəkildə təhlil edib onları məcmu halda qiymətləndiriərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs həmin narkotik vasitəni məhz satış məqsədilə əldə edib daşımış və saxlamışdır. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddəni əldə etməsi, daşıması və saxlaması kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməllər ağır cinayət kimi təsnif edilmişdir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 31 iyul 2021-ci ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində 02 avqust 2021-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 31 iyul 2021-ci il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 20, 75-79). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 31 iyul 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Təqsirləndirilən şəxs götürülərək Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi hissəsində saxlanılan, ekspertiza tədqiqatından qalıq qalmış 64,95 qram heroin, 57,95 qram metamfetamin, 4169-7385-5112-9798 nömrəli 01 ədəd bank kartı məhv edilməli, “Samsung” markalı bir ədəd mobil telefon aparatı Təqsirləndirilən şəxs yaxın qohumlarından birinə qaytarılmalıdır. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 65 (altmış beş) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 31 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar aşağıdakı qaydada həll edilsin: - Təqsirləndirilən şəxs götürülərək Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Növbətçi hissəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 64,95 qram heroin, 57,95 qram metamfetamin, 4169-7385-5112-9798 nömrəli 01 ədəd bank kartı məhv edilsin, - Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Növbətçi hissəsində saxlanılan “Samsung” markalı bir ədəd mobil telefon aparatı Təqsirləndirilən şəxs yaxın qohumlarından birinə qaytarılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 65 (altmış beş) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar