Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1909/2022 20.12.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Mahmudov İlham Ağa oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Tofiq oğlu, müdafiəçi “Verdiktum” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə 27 avqust 1980-ci il tarixdə Bakı şəhərində kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Yasamal rayonu, V.Əliyev küçəsi, ev 185 yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İsintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitəni külli miqdarda əldə etmə, saxlama və daşıma niyyəti ilə şəxsiyyəti istintaqa məlum olmayan “Emin” adlı şəxslə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq sonuncunun qanunsuz olaraq satış məqsədi ilə istintaqla müəyyən edilməsi mümkün olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda əldə etdiyi 01 ədəd bükümdə təmiz çəkisi 2,644 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroini 08 iyul 2022-ci il tarixdə saat 10 radələrində təhvil alıb sonradan “Emin” adlı şəxsin tapşırığına əsasən onun deyəcəyi istintaqa məlum olmayan ayrı-ayrı şəxslərə satıb əldə olunmuş gəlirin bir hissəsini özünə götürmək şərti ilə üzərində saxlamaqla daşımış, həmin gün saat 20:30 dəqiqədə Bakı Şəhər Yasamal rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin və Cinayət Axtarış Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri zamanı ünvan 1 ünvanın qarşısında saxlanılaraq Polis İdarəsinin inzibati binasına gətirilmiş, üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq satış məqsədi ilə əldə edib saxlamaqla daşıdığı 01 ədəd bükümdə təmiz çəkisi 2,644 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, uzun müddətdir narkotik vasitə qəbul etmiş, son vaxtlar isə ara-sıra narkotik vasitə metadon qəbul etmişdir. 08 iyul 2022-ci il tarixdə təxminən saat 20:30 radələrində piyada olaraq yaşadığı ünvan istiqamətində hərəkət edərkən mülki geyimdə olan iki nəfər polis əməkdaşı yaxınlaşaraq polis vəsiqələrini göstərib üzərində narkotik vasitə və psixotrop maddələri gəzdirməkdə şübhəli olduğunu bildirib onu Bakı Şəhər Yasamal rayon Polis İdarəsinə özləri ilə birlikdə gəlməyə dəvət etmişlər. Yanında polis əməkdaşları olduğundan başqa hər hansısa bir hərəkət etməyə macal tapmayıb polislərlə birlikdə getməyə razı olmuşdur. İdarəyə çatmış və idarənin xidməti otaqlarının birində üzərinə şəxsi axtarış aparmışlar. Şəxsi axtarış və götürmə zamanı üzərində hər hansı bir narkotik vasitə aşkar olunmamışdır. Lakin polis əməkdaşları tərəfindən onun üzərinə narkotik vasitə qoyulub sonrada çəkilişlə baxış zamanı üzərindən həmin narkotik vasitəni aşkar edib götürmüşlər. Üzərində heç bir şey aşkar olunmamasına baxmayaraq istifadə etdiyi üçün özünü Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və digər protokollarla tam öz təsdiqini tapmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər, Yasamal rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhər, Yasamal rayonu ərazisində Təqsirləndirilən şəxs mütəmadi olaraq qanunsuz narkotik vasitələrin əldə etməsi, saxlaması, qəbulu və dövriyyəsi ilə məşğul olması barədə Yasamal rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Böməsinə daxil olmuş əməliyyat məlumatını yoxlamaq və Təqsirləndirilən şəxs cinayət başında ifşa etmək məqsədi ilə 08 iyul 2022-ci il tarixdə o və Yasamal rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid2 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin günü, yəni, 08 iyul 2022-ci il tarixdə saat 20:30 radələrində ünvan 2 ünvanının qarşısında Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edib və birlikdə Yasamal rayon Polis İdarəsinə dəvət etmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs razılaşaraq onlarla birlikdə gəlmiş və idarənin xidməti otaqlarının birində video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış aparılması bildirilmişdir. Təqsirləndirilən şəxs təklifə əsasən əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən ağ kağıza bükülmüş bükülünü təqdim etmişdir. Həmin bükülü açıldıqda içərisində qəhvəyi rəngli tozşəkilli maddə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bükümün içərisində narkotik vasitə heroindir, həmin narkotik vasitəni həmin gün səhər saatlarında Bakı şəhəri, Yasamal bazarının yanından üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən 20 manata almışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş, Bakı şəhər, Yasamal rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid3 Məmmədağa oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma oğludur. Məmməd 1999-cu ildən etibarən narkotik vasitə heroin istifadəçisidir. Tərəfindən dəfələrlə müalicə məqsədi ilə Narkoloji dispanserə göndərilmiş, lakin müalicənin heç bir nəticəsi olmamışdır. Oğlu Məmməd əvvəllər narkotik vasitə istifadəçisi olmasına baxmayaraq təxminən 03 ay əvvəl bilmişdir ki, oğlu Təqsirləndirilən şəxs onlardan biraz uzaqda, qonşuluqda yaşayan “Emin” adlı şəxsə qoşulmağa başlamışdır. Əvvəllər qonşusu olmuş, hazırda qonşuluqdakı mənzildə yaşamayan həmin “Emin” adlı şəxs açıq-aşkar küçələrdə narkotik satanın birisidir. Qeyd etdiyi kimi həmin “Emin” adlı şəxs hazırda qonşuluğunda yaşamasa da biraz uzaqda, bildiyi qədər Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamalda ünvanını dəqiq bilmədiyi evə köçmüşdür. Buna baxmayaraq özünə məxsus nömrəsini bilmədiyi “Mercedes C klass” marakalı avtomobil ilə tez-tez məhləyə gəlib-getməkdədir. Zənnincə yaşadığı qeyd etdiyi məhləyə gəlib-gedərək oğlu və digərlərinə narkotiklər paylayaraq satdırır. Eyniliklə oğlu Təqsirləndirilən şəxs tutulduğu vaxtdan bir qədər öncə, yəni, xx.xx.2022-ci il tarixdə təxminən saat 18-19 radələrində oğlu Təqsirləndirilən şəxs“Emin” adlı həmin şəxslə telefonla danışığına kənardan, gizlincə qulaq asarkən aralarında gedən danışıqlarından belə başa düşmüşdür ki, bir qədər vaxt öncə oğlu Emindən narkotiklər götürmüş və həmin narkotikləri sataraq pulunu ona göndərəcəkdir. Lakin bu planları baş tutmamış və oğlu Təqsirləndirilən şəxs “Emin” adlı həmin şəxsə məxsus narkotikləri satarkən tutulmuşdur. Oğlu Eminin narkotiklərini satmaqla bunun müqabilində özü üçün həm biraz narkotik əldə etmiş, həm də satdığı pulu Eminə göndərəndə bir qədərdə özünə pul qalmışdır. Oğlu Məmməd gündəlik olaraq Emindən narkotik vasitə götürdükdən sonra satıb, gecələri ya “Emin”adlı şəxsin, yada onun arvadı olduğunu bildiyi “Xuraman” adlı şəxsin bank kartlarına satdığı narkotiklərin pullarını göndərmişdir. Bununla bağlı oğluna dəfələrlə irad bildirib bu yoldan çəkinməsini desə də Məmməd ona məhəl qoymadan əməlinə davam etdirmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Məhkəmə Ekspertizası Mərkəzinin 09 iyul 2022- ci il tarixli 6/3745 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası Yasamal rayonu Polis İdarəsi..” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 2,644 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbacan Respublikasının qanunu ilə təstiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxildir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası SN-nin Respublika Narkoloji Mərkəzinin verdiyi 29 sentyabr 2022-ci il tarixli, 5649 №-li rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asıllıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyəyə ehtiyacı vardır. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş ambulator məhkəmə-psixiatrik ekspertizasının 29 sentyabr 2022-ci il tarixli 2583 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyt çəkmir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. -Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər-hansı bir (ruhi) xəstəlik qeyd olunmamışdır. -Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək imkanında olmuşdur. -Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. -Təqsirləndirilən şəxs iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barədə istintaqa düzgün ifadə qabiliyyətinə malikdir. Cinayət işinə əlavə olunmuş "xxxx" MMC-dən xx.xx.2022-ci il tarixdə xx.xx.2021-ci il tarixdə daxil olmuş xx.xx.2022-ci il tarixli, 19327 nömrəli məktuba əlavə edilmiş telefon danışıqlarının və əhatə dairəsin qeyd olunduğu bir ədəd diskə baxş keçirilmiş, baxış zamanı Bir ədəd “CD’ Tomatlı diskin üzərində qələmlə "19124" rəqəmləri yazılmış yazı mövcuddur. Həmin disk Bakı Şəhəri Yasamal RPİ-nin İŞ-nin xidməti otaqda olan «HP» markalı kompüterin DVD oxuyucusu vasitəsi ilə açıldıqda 01 ədəd “abuneciler.xls” adlı, 01 ədəd “********** sms.txt” adlı, 01 ədəd “**********31 txt” adlı fayllar aşkar olunmuşdur. “********** sms.txf’adlı ikinci fayl açıldıqda orada Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək daxil olan və çıxan mesajların mətinləri göstərilmişdir. Həmin siyahıya baxış keçirən zamanı xx.xx.2022-ci il tarixdə saat 01:48:17-də **********55 nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan **********31, «Terezini getirdi wemistan?» xx.xx.2022-ci il tarixdə saat 02:56:46-da Təqsirləndirilən şəxs istifadəsində olan **********31 ilə **********55 nömrə arasında «Dijirem ki dunen 2 qram alan gelmiwdi İkram birde 0.5pati istejir». xx.xx.2022-ci il tarixdə saat 09:52:45-də **********55 nömrə arasında Təqsirləndirilən şəxs istifadəsində olan **********31 nömrə arasında «Kartıma pul gonder pul lazimdi. Zaklatkadayam. Goturub gelirem» xx.xx.2022-ci il tarixdə saat 23:55:50-də **********55 nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan **********31 nömrə arasında «Gecenin xeyrindense gunduzun weri yaxwidi. Olmagina muwviq sene 1.5 kola birde pati verecek». xx.xx.2022-ci il tarixdə 13:07:30-da **********55 nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan **********31 nömrə arasında «Birteher 1 qr pati atib» xx.xx.2022-ci il tarixdə saat 00:48:27-də **********55 nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan **********31 nömrə arasında «Bu gun mene gonderdiyin pulkarın hamsini whatchapda yaz gonder mene eve çatanda, indi 35 m verdin beyaxda 17 m qalanlarida yaz mende yazacam gorek duzdu» . xx.xx.2022-ci il tarixdə saat 00:49:13-də **********55 nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan **********31 nömrə arasında «Eve çatanda. Sora haq hesabi eliyek heqiqetende day bele. olmaz ey ay qaqam yene mala verdiyim pul cıxmir 2 gundu bawini acib burax iwa» xx.xx.2022-ci il tarixdə saat 01:05:09-da **********55 nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan **********31 nömrə arasında «Qardawim atiram indi . Sqaret qutusunun icindedi agzini skoclamiwam icinde 2 kola 20 manatligda penceredi . Sqaret packasnin icinde bcaj var birde telfon» xx.xx.2022-ci il tarixdə 01:17:57-də **********55 nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan **********31 nömrə arasında «9 cu mertebe 1 dq cixiram balkona ha zirdi. İwig salacam telfonumla el eliyersen goren kimi» xx.xx.2022-ci il tarixdə saat 01:24:25-də **********55 nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan **********31 nömrə arasında «Mali salfetkaya bukmııwem evde ac» xx.xx.2022-ci il tarixdə saat 23:05:26-da **********56 nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan **********31 nömrə arasında «050 *** ** ** ferid yiğ bu monteye gozliyir senli» xx.xx.2022-ci il tarixdə saat 15:09:18-də **********84, nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan **********31 nömrə arasında «Menem nuruw duran kimi mene zeng ele» və s. Bu kimi sms lər müəyyən olunmuşdur. xx.xx.2022-ci il tarixdə saat 22:14:56-də **********55 nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan **********31 nömrə arasında «4169 7387 2494 6664» xx.xx.2022-ci il tarixdə saat ll:41:15-də **********30 nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan **********31 nömrə arasında «Mamed salam. Qaqavv menem fuad.neynirsen?hardasan?gelib seni gormek istryire.m.mene demiwdin seher gelersen.dunen gele bilmedim.indi yixudan ayilmiwau.ve» xx.xx.2022-ci il tarixdə saat 21:51:06-da **********55 nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan **********31 nömrə arasında «4169 7387 2494 6664» xx.xx.2022-ci il tarixdə saat 19:16:12-da **********00 nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan **********31 nömrə arasında «4169 7385 2392 9747 kapital bank» xx.xx.2022-ci il tarixdə saat 21:54:27-də Təqsirləndirilən şəxs istifadəsində olan **********31 nömrə ilə **********06 nömrə arasında «Memmedagadi» xx.xx.2022-ci il tarixdə saat 06:05:09-də **********48 nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan **********31 nömrə arasında «Qaqas menem Elxandi» sözləri, yazılmış sms mətnlərinin olması aşkar edilmişdir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 2,644 qram kustar üsullu hazırlanmış narkotik vasitə heroin maddi sübun kimi tanınmış və ekspertiza tədqiqatından qalıq qalmış 2,594 qram narkotik vasitə heroin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Yasamal RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. Cinayət işi üzrə şəxsi axtarış və götürmə aparılmasına dair video görüntünə əks etdirən 1 ədəd CD disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur. Cinayət işi üzrə "xxxx" MMC-dən daxil olan 01 ədəd CD disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək, narkotik vasitələrin satışı ilə məşqul olmamasını bildirməkdə yalnız məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Beləliklə, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, baxış keçirilməsi barədə protokoldan, video görüntülərin keçirilməsi barədə protokol, özünün istintaq zamanı vermiş olduğu etirafedici ifadələri və ekspertiza rəyləri ilə tam təsdiqini tapmışdır. Məhkəmə əməlin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə tövsif edilməli və o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsindən əldə edilən məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran hallar müəyyən olumadı. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən olunmadı. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəza ümumi cəzaçəkmə müəssisəsində çəkilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 08 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində saxlanılaraq tutulmuşdur. Odur ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun şübhəli şəxs qismində tutulduğu 08 iyul 2022-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut olan və Yasamal rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş tədqiqatdan sonrakı çəkisi 2,594 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroin məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə hərəkətlərinin həyata keçirilməsi prossesini əks etdirən videoçəkilişin görüntüləri olan 01 ədəd CD disk və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 65 (altmış beş) manat ekspertiza xərcləri Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından «Verduktum» Vəkil Bürosunun vəkili Müdafiəçi 144 (yüz qırx dörd) manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 08 iyul 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək, ona narkomaniyadan məcburi müalicə təyin edilsin. Hüquqi yardımla bağlı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabından «Verduktum» Vəkil Bürosunun vəkili Müdafiəçi 144 (yüz qırx dörd) manat məbləğində pul ödənilsin. İş üzrə maddi sübut olan və Yasamal rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş tədqiqatdan sonrakı çəkisi 2,594 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroin məhv edilsin. Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə hərəkətlərinin həyata keçirilməsi prossesini əks etdirən videoçəkilişin görüntüləri olan 01 ədəd CD disk və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 65 (altmış beş) manat ekspertiza xərcləri Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1909/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1909/2022
20.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver