Məhkəmə qərarları › İş №1(101)-191/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-191/2020

31.01.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-191/2020 31.01.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov x14 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi x7, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Məmmədhəsən oğlunun, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1984-cü il tarixdə Quba rayonunun 2-ci Nügədi kəndində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işləməmiş, orta təhsilli, əvvəllər məhkum olunmuş (Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 aprel 2013cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına və şərti maliyyə vahidinin 3.000 misli miqdarında cərimə cəzasına məhkum edilmiş, Bakı Apelyasiya Məhkəməsinin 8 iyul 2013-cü il tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəzası 7 (yeddi) ilə endirilmiş, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 22 dekabr 2017-ci il tarixli qərarı ilə əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.3-cü maddəsindən həmin Məcəllənin 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilərək Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası və 3.300 manat cərimə cəzası saxlanılmış, 8 iyun 2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, cərimə cəzası çəkilməmiş), məhkumluğu ödənilməmiş, Quba rayonunun 2-ci Nügədi kəndində qeydiyyatda olan, Abşeron rayonu, Masazır qəsəbəsində yaşamış və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihama əsasənTəqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə daxil olub oğurluq etmiş və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib daşıyaraq üzərində saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə istintaqa Malış ləqəbi kimi məlum olan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında 15 aprel 2019-cu il tarixdə gecə saat 4:00 radələrində ünvan 1 ünvanında yerləşən “Az Qranata” şərab dükanının qapısını açaraq dükana qanunsuz daxil olub saxlanc yeri hesab edilən kassa aparatından və şkafın içərisindən 1800 manat pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs Məmmədhəsən oğluna 1800 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, 19 aprel 2019-cu il tarixdə gecə saat 00:30 radələrində Xətai RPİ-nin 37-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq cinayətinin törədilməsində və narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli bilinərək Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 20 yanvar küçəsi, 59 saylı ünvanın qarşısında saxlanılaraq Xətai RPİ-nin 37-ci PŞ-nə gətirilmiş, orada hal şahidlərinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilən zaman naməlum mənbədən satış məqsədilə qanunsuz olaraq əldə edib əynindəki qara rəngli dəri gödəkcəsinin sol yan cibində saxlayaraq daşıdığı bir ədəd sellofan bükümdə olan külli miqdarda 11,460 qram çəkidə və bir ədəd üzərində “Cappuccino” yazısı olan falqa paketinin içərisində olan külli miqdarda 56,818 qram çəkidə, ümumi təmiz çəkisi 68,278 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin, eləcə də bir ədəd sellofan bükümün içərisində olan külli miqdarda 27,540 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.4.3-cü maddələri ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, oğurluq cinayətini törətməmiş, həmin cinayəti Malış ləqəbli şəxs törətmişdir. Malış ləqəbli şəxsin ad və soyadını bilməmişdir. Tutulduğu gün idarə etdiyi “Kia Optima” markalı avtomobil Zülfüqar adlı şəxsə məxsus olmuşdur. O, həmin avtomobili Zülfüqardan idarə etmək üçün almışdır. Əvvəllər bədənində olan ağrılara görə narkotik vasitədən istifadə etmiş, lakin tutulduğu vaxt üzərindən narkotik vasitə aşkar olunmamışdır. 2019-cu ili aprelin ayının 15-də o, 3-cü mikrorayonda çay evində olmuşdur. Polislər onu Ceyranbatan qəsəbəsində tutmuşdur. Onu Ceyranbatan qəsəbəsində yerləşən “Olimp” çay evində Xətai rayon Polis İdarəsinin əməkdaşları tutmuşlar. Polis əməkdaşları onunla birlikdə Azər adlı şəxsi də tutmuşdular.İbtidai istintaq zamanı ifadəyə oxumadan imza etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və buna görə də təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, bədənində ağrılar olduğuna görə narkotik vasitənin müxtəlif növlərindən istifadə etmiş, heç bir yerdə işləməmiş və maddi imkanı zəif oludğuna görə oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə o, 15 aprel 2019-cu il tarixdə saat 4 radələrində oğurluq etmək məqsədi ilə tanışı Malış ləqəbli şəxslə birlikdə idarə etdiyi “Kia Optima” markalı avtomobillə Bakı şəhəri, Xətai rayonu, “NZS” qəsəbəsinə gəlmişlər. Məqsədləri orada yerləşən dükanlardan birindən oğurluq etmək olmuşdur. Onlar orada yol kənarında “Az Granata” adlı şərab mağazasını görmüşlər. Buna görə də onlar qərara gəlmişlər ki, qeyd olunan şərab evinə daxil olub oradan oğurluq etsinlər. O, avtomobili şərab evinin qarşısında saxlamış və onlar yerə düşüb bir qədər ətrafa göz gəzdirmişlər. Ətrafda heç kimin olmadığına əmin olduqdan sonra Malış əlində olan dəmir parçası (armatur) ilə mağazanın qapısını açmışdır. Bundan sonra o, dükana daxil olmuş və tələsik mağazada olan kassa aparatına yaxınlaşıb kassa apararatını açıb orada olan pulları götürmüşdür. Bundan sonra mağazada olan şkafın siyirməsini açıb orada olan pulları da götürüb mağazadan çölə çıxaraq idarə etdiyi avtomobilə əyləşib oradan uzaqlaşmışlar. Bir qədər getdikdən sonra Malışla birlikdə oğurladıqları pulları sayan zaman həmin pulun 1800 manat olduğunu müəyyən etmişlər. Həmin puldan 500 manatını özünə götürüb qalan 1300 manatını Malışa vermiş, əldə etdiyi pulları şəxsi ehtiyacı üçün xərcləmişdir. Bundan başqa, 18 aprel 2019-cu il tarixdə Binəqədi rayonu ərazisində olan zaman təsadüfən bir nəfər şəxslə tanış olmuş və aralarında olan söhbət zamanı həmin şəxs ona üzərində narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin olduğunu və həmin maddələri satmaq istədiyini bildirmişdir. O, bədənində olan ağrılar zamanı hər dəfə narkotik vasitə tapa bilmədiyi üçün həmin şəxsdə olan heroin və metamfetamini 200 manata almağa razılaşmışdır. Bundan sonra o, həmin şəxsə 200 manat pul verib ondan 3 ədəd bükümdə olan heroin və metafetamini öz şəxsi istifadəsi üçün alıb ayrılaraq çıxıb getmişdir. O, aldığı heroin və metamfetamini əynində olan qara rəngli gödəkcəsinin sol yan cibinə qoyub münasib vaxtda istifadə etməsi üçün üzərində saxlayaraq gəzdirməyə başlamışdır. O, 19 aprel 2019-cu il tarixdə saat 00:30 radələrində Abşeron rayonu Ceyranbatan qəsəbəsində yerləşən “Olimp” çay evinin qarşısında olan zaman Xətai rayon Polis İdarəsinin əməkdaşları yaxınlaşaraq onu saxlamışlar. Həmin vaxt o, üzərində narkotik vasitə olduğuna görə qorxub qaçmaq istəmişdir. Lakin polis əməkdaşları onu tutub saxlamışlar. Buna görə də o, üzərində gəzdirdiyi bıçağı çıxarıb bir neçə dəfə qarın nahiyəsinə vuraraq özünə xəsarət yetirmişdir. Bundan sonra polis əməkdaşları onu 37ci Polis Bölməsinə aparmışlar. Polis Bölməsində o, müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulduqdan sonra polis əməkdaşlarının, ona təqdim edilmiş vəkilin və dəvət olunmuş hal şahidlərinin iştirakı ilə üzərinə baxış keçirilmişdir. Baxış keçrilməzdən əvvəl polis əməkdaşları ondan üzərində qanunla saxlanması, daşınması, gəzdirilməsi qadağan olunmuş əşya və maddələr varsa çıxarıb təqdim etməsini bildirmişlər. Buna görə də o, əynində olan qara rəngli gödəkcəsinin sol yan cibində saxladığı 2 ədəd sellofan kəsiyinə bükülmüş və 1 ədəd “Cappuccino” yazısı olan sellofan kəsiyinə bükülmüş bükümləri çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Sonra polis əməkdaşları hal şahidlərinin iştirakı ilə üzərinə baxış keçirmişlər. Polis əməkdaşları həmin bükümlərin içərisində nə olduğunu və haradan əldə etdiyini soruşan zaman o, həmin bükümlərin içərisində narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin olduğunu və həmin maddələri şəxsi istifadəsi üçün 18 aprel 2019cu il tarixdə Binəqədi rayonu ərazisində təsadüfən tanış olduğu şəxsdən 200 manata aldığını bildirmişdir. Sonra üzərindən aşkar olunmuş maddələr zərfə qoyularaq qablaşdırılmışdır. O, polis əməkdaşları, hal şahidləri və müdafiəçi həmin zərfin üzərinə imza etmişlər (cild 1, iş vərəqə 237-239). Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi iş materiallarına və işin hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi həmin ifadəsini mötəbər hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs Məmmədhəsən oğlu ifadəsində bildirdi ki, təxminən 2 il əvvəl “Az Qranata” şirkəti ilə müqavilə bağlayıb həmin şirkətə məxsus malların satışı ilə məşğul olmuşdur. O, bu məqsədlə ünvan 1 ünvanında yerləşən mağazanı icarəyə götürüb “Az Qranata” adı ilə işlətmişdir. Həmin dükanda x2 işləmişdir. 15 aprel 2019-cu il tarixdə dükanda satıcı işləyən Rəhman ona zəng edib dükandakı kassa aparatından 1.800 manat pulun oğurlandığını demişdir. Rəhman həmçinin ona dükanın qapısının kilidini açarla açıb içəri daxil olaraq oğurluq edildiyini bildirmişdir. Çünki, qapının və kilidin üzərində heç bir zədə olmamışdır. Rəhman bu məlumatı verdikdən sonra o, dükana getmiş, həmin vaxt orada polis əməkdaşlarının olduğunu və onların hadisə yerinə baxış kecirdiklərini görmüşdür. O, dükana baxdıqda hec bir dağıntı görməmişdir. Hadisə baş verən gün mağazanın kameraları işlək vəziyyətdə olmamışdır. Polis əməkdaşları oğurluq cinayətini Şəhriyar adlı şəxslə Malış ləqəbli şəxsin törətdiyini demişlər. Təqsirləndirilən şəxsdən 1800 manat tələb etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid7 ifadəsində bildirdi ki,15 aprel 2019-cu il tarixdə Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin inzibati ərazisində “NZS” qəsəbəsi, Zakir Yusifov küçəsi, 28 m ünvanında yerləşən “Az Qranata” şərab dükanından naməlum şəxsin dükanın qapısının kilidini açmaqla oradan 1.800 manat pul oğurlaması faktı ilə bağlı həmin cinayəti törədən şəxsin müəyyən edilməsi istiqamətində şöbənin əməkdaşları tərəfindən bir sıra əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Daxil olmuş əməliyyat məlumatına əsasən müəyyən olunmuşdur ki, həmin oğurluq cinayətini Təqsirləndirilən şəxs və onun tanışları x5 və şəxsiyyəti məlum olmayan Malış ləqəbli şəxs birlikdə törətmişlər. Buna görə də onlar tərəfindən Təqsirləndirilən şəxs, x4 və şəxsiyyəti məlum olmayan Malış ləqəbli şəxsin axtarışına başlanılmışdır. 18 aprel 2019-cu il tarixdə daxil olmuş əməliyyat məlumatına əsasən müəyyən olunmuşdur ki, həmin gün saat 22 radələrindən sonra Təqsirləndirilən şəxs Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 20 yanvar küçəsində yerləşən “Olimp” çay evinə gələcəkdir. Buna görə də Təqsirləndirilən şəxs tutulması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi məqsədilə şöbənin əməkdaşları Şahid4, Şahid5, Şahid3, Şahid6 və o da daxil olmaqla əməliyyat qrupu yaradılmış və 18 aprel 2019-cu il tarixdə saat 21 radələrində Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 20 yanvar küçəsində yerləşən “Olimp” çay evinin ətrafına gedərək müşahidə etməyə başlamışlar. 19 aprel 2019-cu il tarixə keçən gecə təxminən saat 00:30 radələrində “Olimp” çay evinin qarşısına “Kia Optima” markalı DD-196-CD nömrə nişanlı avtomobilin gələrək saxladığını və avtomobildən üç nəfər şəxsin düşərək həmin çay evinə getdiklərini görmüşlər. Həmin üç nəfər şəxslərdən birinin əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşadığını görmüşlər. Həmin üç nəfər şəxs “Olimp” çay evinə daxil olduqdan bir neçə dəqiqə sonra onlardan biri çayxananın qarşısına çıxaraq telefonla danışmağa başlamışdır. Bundan sonra həmin şəxsin arxasınca əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxs bayıra çıxmışdır. O və əməliyyat qrupunun digər üzvləri qərara gəlmişlər ki, onlara yaxınlaşıb özlərini təqdim edərək şəxsiyətlərini müəyyən etsinlər. Bu məqsədlə o, əməliyyat qrupunun digər üzvləri ilə birlikdə əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşıb özlərini təqdim edərək ondan Təqsirləndirilən şəxs olub-olmadığını soruşmuşlar. Həmin şəxs ad və soyadını onlara deməyərək onlardan nə üçün maraqlandıqlarını soruşmuşdur. O da həmin şəxsə Xətai rayonu, “NZS” qəsəbəsində yerləşən “Az Qranata” şərab dükanında baş vermiş oğurluqda Şəhriyar adlı şəxs şübhəli olduğuna görə soruşduqlarını bildirmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs bənzəyən şəxslə birlikdə çayxanaya gəlib sonra çayxanadan bayıra çıxaraq telefonla danışan və adının Samir olduğu sonradan ona məlum olan şəxs çayxananın həyətindən qaçaraq oradan uzaqlaşmışdır. Əməliyyat qrupunun üzvlərindən bir neçəsi Samirin arxasınca qaçsalar da, onu tuta bilməmişlər. Həmin vaxt əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxs də qaçmaq istəmişdir. Lakin o, dərhal Şəhriyarı tutub saxlamışdır. Şəhriyar isə müqavimət göstərməyə çalışaraq istəmişdir ki, əllərindən çıxıb qaçsın, lakin onlar Şəhriyarı tutub saxlamışlar. Buna baxmayaraq Şəhriyar dartınaraq onların əllərindən çıxmış və cibindən bıçaq çıxarıb öz qolunu kəsməyə başlamış, sonra da bıçaqla qarın nahiyəsinə vuraraq özünə xəsarətlər yetirmişdir. Onlar birlikdə dərhal Şəhriyara yaxınlaşaraq qolundan tutub əlindən bıçağı almağa nail olmuşlar. Bundan sonra həmin şəxs özü onlara bildirmişdir ki, Təqsirləndirilən şəxsdur. Həmin vaxt çayxanadan çıxan üçüncü şəxsi də saxlamışlar və özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirərək həmin şəxsdən də ad və soyadını soruşmuşlar. O da özünü təqdim etmiş və müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxslə birlikdə çayxanaya gələn həmin üçüncü şəxs Şahid9dur. Bundan sonra onlar Təqsirləndirilən şəxs və Şahid9 əməliyyat qrupunun üzvləri ilə birlikdə xidməti avtomobillər ilə Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə gətirmiş və dərhal təcili tibbi yardım çağırmışlar. Təcili tibbi yardım həkimləri gəlib Təqsirləndirilən şəxs tibbi yardım göstərmişlər. Sonra şöbədə bir daha onların şəxsiyyətlərini yoxlamış və həqiqətən də onların Təqsirləndirilən şəxs və Şahid9 olduqlarını müəyyən etmişlər və barələrində tədbir görülməsi üçün şöbənin rəhbərliyinə raportla müraciət etmişlər. Bundan sonra şöbədə xidməti otaqların birində şöbənin təhqiqatçısı tərəfindən Təqsirləndirilən şəxs üzərinə dəvət olunmuş hal şahidlərinin və vəkilin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni əşyalar varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkcəsinin sol yan cibindən 2 ədəd sellofan kəsiyinə bükülmüş bükülüləri çıxarıb masanın üstünə qoyaraq həmin bükümlərin içərisində narkotik vasitə olan kokos və şüşə maddələri olduğunu demişdir. Şəhriyarın təqdim etdiyi bükülülər açılıb içərisinə baxıldıqda tünd qəhvəyi və ağ rəngli kristal şəklində maddələr olduğunu görmüşlər. Bundan sonra təhqiqatçı tərəfindən həmin bükülülər zərfə qoyularaq qablaşdırılmış, sonra zərfin üzəri baxışda iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Bükülülərin biri “Cappuccino” yazısı olan falqa paketinə bükülmüşdür. Həmin vaxt şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitələri bir gün əvvəl Binəqədi rayonu ərazisində tanımadığı şəxsdən 200 manata aldığını, həmçinin 4-5 gün əvvəl tanışları Zülfüqar və Malış ləqəbli şəxslərlə birlikdə Xətai rayonu, “NZS” qəsəbəsində yerləşən “Az Qranata” şərab dükanından 1800 manat pul oğurladıqlarını bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən baxış keçirilməsi barədə protokol tərtib edilmiş və baxış iştirakçılarına oxunduqdan sonra iştirakçılar tərəfindən protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Şəhriyar tutulan zaman ona qarşı heç bir xəsarət yetirilməmişdir. Əməliyyat məlumatı Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri üzərində saxlaması və istifadəsi barədə olmuşdur. Təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən VəliyevCeyhunYaşaroğlu,Şahid5,HüseynovSəidHəsənağaoğlu, Şahid3 vəƏliyevVüsal Böyükkişioğlu Şahid7 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid1ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, 19 aprel 2019-cu il tarixdə təxminən saat 3 radələrində işdən çıxıb piyada yaşadığı evə getmək məqsədi ilə Xətai rayonu 37-ci Polis Şöbəsinin qarşısından keçən zaman tanımadığı 2 nəfər polis əməkdaşları onu saxlamış və xahiş etmişlər ki, şöbədə bir nəfər şəxsin üstünə baxış kecirilərkən həmin baxışda hal şahidi qismində iştirak etsin. O da etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə şöbəyə daxil olmuşdur. Orada xidməti otaqların birində bir neçə polis əməkdaşlarının, vəkilin və ondan başqa bir nəfər də hal şahidinin iştirakı ilə orada adı ona məlum olan Təqsirləndirilən şəxs üstünə baxış keçirilmişdir. Baxış kecirilməzdən əvvəl ona və baxışda iştirak edən digər hal şahidinə hüquq və vəzifələri izah edilmişdir. Baxış zamanı polis əməkdaşları Təqsirləndirilən şəxs təklif etmişlər ki, üstündə qeyri-qanuni nə əşya varsa cıxarıb masanın üstünə qoysun. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli dəri gödəkcəsinin sol yan cibindən 3 ədəd sellofan kəsiyinə bükülmüş bükülünü cıxarıb masanın üstünə qoymuş və bildirmişdir ki, içərisindəkilər narkotik vasitə olan heroin və şüşə adlandırdıqları psixotrop maddədir. Polis əməkdaşlarının apardıqları sorğu zamanı Şəhriyar bildirdi ki, həmin narkotik vasitəni və psixotrop maddəni bir gün əvvəl Binəqədi rayonu ərazisində tanımadığı şəxsdən 200 manata almışdır. Bundan sonra həmin 3 ədəd bükümlər polis əməkdaşları tərəfindən zərfə qoyularaq qablaşdırılıb bağlanmış və üzərinə möhür vurulmuşdur. Bundan sonra polis əməkdaşları tərəfindən bu barədə protokol tərtib edilərək onlara oxunmuşdur. Protokol düzgün tərtib edilmiş, o və baxışda iştirak edən digər şəxslər həmin protokola və zərfin üzərinə imza etmişlər (cild 1, iş vərəqə 105- 106). Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid2 ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, o, Şahid1 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdir (cild 1, iş vərəqə 114-115). Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid9 ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, 18 aprel 2019-cu il tarixdə onun mobil telefonuna zəng gəlmişdir. O, telefonu açıb danışan vaxt həmin şəxsin tanışı Şəhriyar olduğunu bilmiş və özləri aralarında razılaşmışlar ki, həmin gün saat 23 radələrində Bakı şəhəri, 3-cü mikrorayon ərazisində “Neptun” marketin qarşısında görüşüb Abşeron rayonu, Ceyranbatan qəsəbəsinə gedib orada yerləşən çayxanada domino oynasınlar. O, həmin gün təxminən saat 23:30 radələrində deyilən yerdə Şəhriyar ilə görüşmüş və sonuncunun idarə etdiyi qara rəngli “Kia Rio” markalı avtomobili ilə Ceyranbatan qəsəbəsinə getmişlər. Həmin vaxt Şəhriyarın yanında Samir adlı şəxs də olmuşdur. Onlar Ceyranbatan qəsəbəsində yerləşən “Olimp” çay evinə gedib otaqların birində oturmuşlar. Samir özünə yemək sifariş etmiş, onlar isə oturub söhbət etmişlər. Bir qədər sonra Samir otaqdan çayxananın həyətinə çıxmışdır. Ondan sonra Şəhriyarın telefonuna zəng gəlmiş və Şəhriyar da durub otaqdan çıxaraq çayxananın həyətinə keçmişdir. Həmin vaxtı bayırda səs-küy eşidib çölə çıxmış və görmüşdür ki, çayxananın həyətində və qarşısında təxminən 7-8 nəfər mülkü geyimdə olan şəxslər var, onların bir neçəsi Şəhriyarı tutub saxlayıblar, lakin Şəhriyar onlara müqavimət göstərərək həmin şəxslərin əlindən çıxmağa çalışır. Şəhriyarı tutub saxlayan şəxslərdən biri ona özünü təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişdir. Şəhriyar həmin vaxt polis əməkdaşlarına müqavimət göstərsə də, polis əməkdaşlarının əlindən çıxa bilməmişdir. Həmin vaxt Şəhriyar cibindən bıçaq çıxararaq qolunun bilək nahiyəsini kəsmiş, daha sonra bıçaqla öz qarın nahiyəsinə zərbələr vurmuşdur. Polis əməkdaşları Şəhriyarın əlindən bıçağı almış və qolundan tutub öz avtomobillərinə otuzdurmuşlar. Həmin vaxt polis əməkdaşları onu da avtomobilə əyləşdirmiş, Samir isə qaçmışdır. Bundan sonra polis əməkdaşları onu və Şəhriyarı Xətai rayonu 37-ci Polis Şöbəsinə aparmışlar. Həmin vaxt polis əməkdaşları təcili tibb yardım çağırmış və həkimlər gəlib Şəhriyara tibbi yardım göstərmişlər. Bundan sonra polis əməkdaşları onu şifahi olaraq sorğu sual edərək ondan Xətai rayonu ərazisində “Az Qranata” şərab evi dükanından oğurluq edib-etməməyini soruşmuşlar. O, “Az Qranata” şərab evi dükanından oğurluq hadisəsindən heç bir məlumatı olmadığından polis əməkdaşlarına xəbəri olmadığını bildirmişdir. Polis şöbəsində ona məlum olmuşdur ki, polis əməkdaşları Şəhriyarın üstünə baxış kecirdikləri zaman Şəhriyarın əynində olan gödəkcəsinin cibindən narkotik maddə heroin və psixotrop maddə aşkar olunaraq götürülmüşdür. Ona polis şöbəsində eləcə də məlum olmuşdur ki, Şəhriyar adı çəkilən həmin “Az Qranata” şərab evindən pul oğurladığına görə saxlanılaraq şöbəyə gətirilmiş və üstünə baxış kecirilən zaman həmin narkotik vasitə və psixotrop maddə aşkar olunmuşdur. O, Şəhriyar ilə hec zaman narkotik vasitə və ya psixotrop maddə qəbul etməmiş və Şəhriyarın üstündən aşkar olunan narkotik vasitənin və psixotrop maddəni haradan əldə etməsini və hansı məqsədlə əldə etdiyini bilməmişdir. Şəhriyar “Az Qranata” şərab dükanından oğurluq etməsi barədə ona heç bir söz deməmişdir. O, Şəhriyarın oğurluq etdiyini 37-ci Polis Şöbəsində olan vaxt polis əməkdaşlarından eşitmişdir. O, Malış ləqəbli şəxsi tanımır və görməmişdir. Şəhriyar Malış adlı şəxs barədə ona heç bir söz deməmişdir. Şəhriyarın həmin narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini haradan və kimdən alması barədə onun heç bir məlumat yoxdur (cild 1, iş vərəqə 117-120). Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ilə Şahid2, Şahid1, Şahid4, Şahid7 arasında üzləşdirmə istintaq hərəkətləri keçirilmiş və üzləşdirmə zamanı da onlar ibtidai istintaq zamanı verdikləri ifadələrini təsdiqləyərək təqsirləndirilən şəxsin üzünə qarşı demişlər (cild 1, iş vərəqə 202-221). Cinayət işinin materiallarında olan 19 aprel 2019-cu il tarixli “maddi sübuta baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs saxlanılan zaman özünə xəsarət yetirdiyi və maddi sübut kimi götürülmüş bıçağa keçirilmiş baxış zamanı həmin bıçağın qatlanıb açılan bıçaq, dəstəyinin baş və arxa hissəsi qızılı rəngdə metaldan, orta hissəsinin isə palıdı rəngdə olması, açıldıqda dəstəyi ilə birlikdə ümumi uzunluğunun 18 sm olması müəyyən edilmişdir (cild 1, iş vərəqə 56). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 aprel 2019-cu il tarixli 10372 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “iştirakçılar: 1. Şahid4...2. Şahid6...3. U.Əliyev....4. H.Hacıyev... 5. Şahid5....” əl yazıları olan 1 ədəd kağız paketdəki 1 ədəd bükümdə təmiz çəkisi 11,460 qram qəhvəyi rəngli maddə kütləsi və “Cappucino” yazısı olan folqa paketdəki təmiz çəkisi 56,818 qram tünd qəhvəyi rəngli maddə kütləsi (ümumi çəkisi 68,278 qram təşkil edir) kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 1 ədəd bükümdə təmiz çəkisi 27,540 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (Qeyd: heroinin ümumi təmiz çəkisi 68,278 qram, tədqiqata sərf edildi 0,080 qram, qalıq 68,198 qram; metamfetaminin təmiz çəkisi 27,540 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 27,490 qram (cild 1, iş vərəqə 59-60). Cinayət işinin materiallarında olan “maddi sübut kimi tanıma haqqında” 5 sentyabr 2019-cu il tarixli qərardan görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 2 ədəd bükümdə ümumi ilkin çəkisi 68,278 qram olan, aparılmış kimyəvi tədqiqatdansonra qalıq çəkisi 68,198 qram olan narkotik vasitə heroin və ilkin təmiz çəkisi 27,540 qram olan, aparılmış kimyəvi tədqiqatdansonra qalıq çəkisi 27,490 qram olan psixotrop maddə metamfetamin sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmişdir (cild 1, iş vərəqə 188-189). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator x1 15 iyul 2019-cu il tarixli 1645 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 fevral 2006-cı il tarili 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məntəqələrdə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomaniya xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİ qrup əlil olması ilə əlaqədar olaraq ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün olmamış, ərazinarkolojidispanserindəqeydiyyataalınmasıməsləhətgörülmüşdür (cild 1, iş vərəqə 191-193). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 iyul 2019-cu il tarixli 18548 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu batıcı xassəyə malik olan turist bıçağıdır, soyuq silah hesab edilməmişdir (cild 1, iş vərəqə 195). Cinayət işinin materiallarından görünür ki, Malış ləqəbli şəxsin oğurluq etməsi faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə ayrıca icraata cinayət işi ayrılmışdır (cild 1, iş vərəqə 259-261). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə olan heroini aldığı mənbənin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ayrıca icraata cinayət işi ayrılmışdır (cild 1, iş vərəqə 266-268). İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə daxil olub oğurluq etmiş və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib daşıyaraq üzərində saxlamışdır. Lakin ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddəni satış məqsədi ilə əldə etməsi barədə nəticəyə gələrkən heç bir sübut əldə etməmiş, məhkəmə baxışında da təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitəni və psixotrop maddəni satış məqsədi ilə əldə etməsi, saxlaması və daşımasını təsdiq edən heç bir sübut müəyyən olunmamışdır. İbtidai istintaq orqanı gəldiyi nəticəni həm də təkzibedilməz sübutlar kimi sadaladığı şahid ifadələri, əməliyyat məlumatı və məhkəmə-kimyəvi ekspertizasının rəyi ilə də təsdiq edildiyini vurğulamışdır. Ancaq həmin sübutların heç birində təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitənin və psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanması və daşınmasını təsdiq edən hallar mövcud deyildir. Beləliklə, faktiki olaraq ibtidai istintaq orqanının qiymətləndirdiyi sübutlar əslində təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsini təsdiq edir. Cinayət işinin materiallarında olan “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə” 19 aprel 2019-cu il tarixli qərardan görünür ki, Şəhriyar adlı şəxsin oğurluqda şübhəli bilinməsi və narkotik vasitə istifadəçisi olmasına dair əməliyyat məlumatı daxil olmuşdur (cild 1, iş vərəqə 24-25). Cinayət işinin materiallarında olan “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 19 aprel 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğurluqda, eləcə də narkotik vasitələrin istifadəçisi olması və qanunsuz olaraq narkotik vasitənin saxlanmasında şübhəli olduğuna görə tutulmuşdur (cild 1, iş vərəqə 28). Cinayət işinin materiallarında olan “baxış keçirilməsi haqqında” 19 aprel 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğurluqda, eləcə də narkotik vasitələrin istifadəçisi olması və qanunsuz olaraq narkotik vasitənin saxlanmasında şübhəli bilinərək Xətai rayonu 37-ci Polis Şöbəsinə gətirilmiş və üzərinə keçirilən baxış zamanı əynində olan qara rəngli gödəkcənin sol yan cibindən bir ədəd sellofan kəsiyinə bükülmüş, içərisində tünd qəhvəyi rəngli maddə və bir ədəd sellofan kəsiyinə bükülmüş, içərisində ağ rəngli kristalşəkilli kütlə aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqə 41- 42). Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Lakin məhkəmə baxışı zamanı araşdırılmış sübutlarda və işin materiallarında Təqsirləndirilən şəxs tərəfindən onun üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə yayılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut aşkar olunmadı. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddələrinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1997-ci il tarixli 4 saylı Qərarının 4-cü bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunmuş və İİ qrup əlil olması ilə əlaqədar olaraq ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün olmadığından ərazinarkolojidispanserindəqeydiyyataalınmasıməsləhətgörülmüşdür. Məhkəmə bu halı da nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotikvasitəheroin və psixotrop maddə metamfetamin onun şəxsi istifadəsi ilə bağlı olmuşdur. Təqsirləndirilən şəxs həmin narkotik vasitə və psixotrop maddəni satış məqsədi ilə əldə etməsi, narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən heç bir sübut əldə olunmamış və faktiki olaraq bu istiqamətdə hər hansı istintaq hərəkəti yerinə yetirilməmişdir. Cinayət işinin materiallarında Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmasını, üzərindən aşkar olunan narkotik vasitə və psixotrop maddəni satmaq məqsədi ilə əldə etməsini və istehlakçı ilə əvvəlcədən hər hansı razılığının olmasını təsdiq edən heç bir sübut yoxdur. Məhkəmə hesab edir ki, digər mötəbər sübutların mövcud olmadığı şəraitdə narkotik vasitə və psixotrop maddənin yalnız külli miqdarda olması şəxsin ağır cinayət törətməkdə - satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etməkdə, saxlamaqda və daşımaqda təqsirli bilinməsinə əsas verə bilməz. Məhkəmə Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə olan heroinin 68,278 qram çəkidə və psixotrop maddə olan metamfetaminin 27,540 qram çəkidə olması kriteriyasından yanaşılıb onun əməlinin satış kimi qiymətləndirilməsi üçün hüquqi əsas olmadığı qənaətinə gəlir. Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddəni satış məqsədi ilə əldə etməsinə dair fikir istintaq orqanının mülahizəsidir ki, o da ittihamın əsasına qoyula bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə, işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin, Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144 və 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Məhkəmə cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə olan əməli təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli olması özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilərək sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və x3 verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 aprel 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına və şərti maliyyə vahidinin 3.000 misli miqdarında cərimə cəzasına məhkum edilmiş, Bakı Apelyasiya Məhkəməsinin 8 iyul 2013-cü il tarixli qərarı ilə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 7 (yeddi) ilə endirilmiş, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 22 dekabr 2017-ci il tarixli qərarı ilə əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.3-cü maddəsindən həmin Məcəllənin 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilərək Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası və 3.300 manat cərimə cəzası saxlanılmış, 8 iyun 2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, cərimə cəzası isə çəkilməmişdir (cild 1, iş vərəqə 111-113; 273-275). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinin tələbinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residiv müəyyən edilən zamanı nəzərə alınmır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəlki hökm üzrə həmçinin azadlıqdan məhrum etmə ilə bağlı olmayan cərimə cəzası da təyin edildiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinin tələbinə əsasən residiv müəyyən edilən zaman həmin hissədə məhkumluq nəzərə alınmamalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətlərin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinin tələbinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən 2 il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər az ağır cinayət törətməyə görə məhkum olunmuş və cəzasını çəkib qurtardıqdan sonra 2 il keçmədən yenidən qəsdən az ağır cinayət törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinin tələbinə əsasən məhkumluğu ödənilməmiş və buna görə də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələbinə əsasən onun əməlində cinayətlərin residivi vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs əməllərində cinayətlərin residivi olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbinə əsasən ona təyin ediləcək cəzanın müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələrinin sanksiyasının yuxarı həddinin yarısından az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxsna cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Əmək və x11 Nazirliyi yanında Dövlət tibbi-sosial ekspertiza və reabilitasiya xidmətinin məktubuna əsasən Təqsirləndirilən şəxs ikinci dərəcə əlildir (cild 1, iş vərəqə 163). Məhkəmə Təqsirləndirilən şəxs 2-ci qrup əlil olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməllərində cinayətlərin residivi onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə Təqsirləndirilən şəxstörətdiyi cinayət əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələrinə tövsif etməklə yanaşı onun həmin maddələrin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını məqsədəuyğun hesab edir. Cinayət işinin materiallarında olan Bakı şəhəri Xətai rayon məhkəməsinin 20 aprel 2019-cu il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 19 aprel 2019-cu il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 101-102). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-ci maddəsinin tələbinə əsasən cinayətlərin təsnifatına görə “az ağır” cinayətlər sırasına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi nəzərdə tutulur. Həmin normaların tələblərinə görə Təqsirləndirilən şəxs əməllərində cinayətlərin residivi mövcud olduğundan və əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən ona təyin olunacaq cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəza çəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu gündən, yəni 19 aprel 2019-cu il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. Məhkəmə Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 22 dekabr 2017-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməmiş hissəsi olan 3.300 manat cərimə cəzasını ödəməməsini nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinin tələbinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək 3.300 manat cərimə cəzası müstəqil icra olunmalıdır. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 149 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Cinayət işinin materiallarından görünür ki, Zərərçəkmiş şəxs Məmmədhəsən oğlu Təqsirləndirilən şəxs qarşı mülki iddia verməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Məhkəmə işin faktiki hallarına və araşdırılmış sübutlara istinad edərək zərərçəkmiş şəxsə mülki iddia ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun izah edilməsini əsaslı sayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübut olan və Xətai rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş tədqiqatlardan sonra qalıq çəkisi 68,198 qram olan narkotik vasitə heroin və qalıq çəkisi 27,490 qram olan psixotrop maddə metamfetamin və 1 ədəd turist bıçağı Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197,198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 22 dekabr 2017-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməmiş hissəsi olan 3.300 manat cərimə cəzası hazırki hökmlə təyin edilmiş cəzaya tamamilə birləşdirilərək ona qəti olaraq4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası və 3.300 manat cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 3.300 manat cərimə cəzası müstəqil icra olunsun. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 19 aprel 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazinarkolojidispanserindəprofilaktik qeydiyyataalınsın. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 149 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Zərərçəkmiş şəxs Məmmədhəsən oğluna mülki mühakimə icraatı qaydasında Təqsirləndirilən şəxs qarşı iddia vermək hüququ izah edilsin. İş üzrə maddi sübut olan və Xətai rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş tədqiqatlardan sonra qalıq çəkisi 68,198 qram olan narkotik vasitə heroin və qalıq çəkisi 27,490 qram olan psixotrop maddə metamfetamin, eləcə də 1 ədəd turist bıçağı Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən məhv edilsin. Hökm elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar