Məhkəmə qərarları › İş №1(101)-191/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-191/2021

16.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-191/2021 16.04.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Hazıqov Əliqismət Nurəli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1, kiçik ədliyyə müşaviri X5, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxxxx 1969-cu il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış, xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx xxxx 2020-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, faktiki həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir ondan ötrü ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 3200 qram (3 kq.200qram) çəkidə olan narkotik vasitə qurudulmuş marixuananı əldə edib daşıyaraq üzərində saxlamış, xx xxxx 2020-cu il tarixdə, saat 15:05 radələrində Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 11-ci mkr, qarajlıq ərazisində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq üzərinə şəxsi axtarış keçirilərkən sağ əlində saxladığı bir ədəd göy rəngli sellofanın içərisində sarı rəngli sellofana bükülmüş, təmiz çəkisi 3200 qram (3kq.200qr.) olan külli miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, lakin Təqsirləndirilən şəxsvun əməlində cinayət tərkibi müəyyən edilməmiş, Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilməmişdir. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddələri ilə irəli sürülən ittiham üzrə özünü təqsirli bilməyərək məhkəməyədək icraat mərhələsində verdiyi ifadələrindən imtina edib ifadəsində göstərdi ki, ünvan 2 ünvanda həyat yoldaşı və oğlu Kamranla birlikdə yaşamışdır. Son vaxtlarda isə Emil adlı kimsəsiz bir tanışı onlarda yaşamışdır. Sumqayıtda daş bazarında fəhlə işləmiş, həmçinin suvaqçılıq işini bacarmışdır. O, xeyli müddət əvvəl narkotik vasitələrdən istifadə etmiş, heroin narkotik vasitəsindən iynə ilə damarına vurmaqla istifadə etmişdir. xx xxxx 2020-ci il tarixdə, səhər həyat yoldaşı işə getmiş, o, oğlu Kamran və Emil evdə olmuşlar. İş yoldaşı Şahid6 təqribən saat 9:30-10 radələrində onlara gəlmiş, günəmuzd iş təklifi aldığını, getmək lazım olduğunu demişdir. Belə ki, günəmuzd iş olduqda hər ikisi bir-birinə məlumat vermiş və birlikdə gedib işləmişlər. Həmin vaxt da Tahirlə birlikdə işə görə evdən çıxmağa hazırlaşarkən getməzdən əvvəl narkotikə tələbatı olduğundan özündə olan heroini şprisdə istifadə etməyə hazırlamışdır. Elə həmin vaxt, təqribən saat 10-11 radələrində evin qapısı döyülmüş, oğlu Kamran başqa otaqda olduğundan qapını o açası olmuşdur. Kamran qapını açar-açmaz bərk səs-küy yaranmış, sanki evə basqın olmuşdur. Gələnlər “polispolis” deyib qışqırışmış, Kamranı itələyib yerə yıxmış, onun üstündən keçib onu, Tahiri və Emili tutmuşlar. Gələn polislər təqribən 10-12 nəfər olmuş, onlara cinayət axtarış rəisi olduğunu təqribən bildiyi Bəxtiyar adlı şəxs rəhbərlik etmişdir. Evə heç bir baxış və ya axtarış keçirilməmiş, masanın üstündən istifadə etməsi üçün hazırladığı, lakin istifadə edə bilmədiyi heroin olan şprisi və onları götürüb birbaşa Sumqayıt Polis İdarəsinə aparmışlar. Lakin oğlu Kamran aparılmamış, o, evdə qalmışdır. Polis İdarəsində onu, Tahiri və Emili ayrı-ayrı otaqlara salmışlar. Bundan sonra o, Tahirlə Emili görməmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, Sumqayıt Polis İdarəsində onunla aparılan danışıqlardan ona tam aydın olmuşdur ki, o, hansısa miqdarda narkotik vasitə ilə tutulmuş kimi sənədləşdirilməlidir. Çox yalvarıb-yaxarsa da xeyri olmamış, istədiklərinə nail olmaları üçün ona müxtğlif formalı təzyiqlər göstərilmiş, həmçinin onun 234.1-ci maddə ilə sənədləşdirilib məhkəməyə veriləcəyinə söz verilmişdir. Hətta oğlu Kamran sonradan Polis İdarəsinə gəlmiş, onun tutulmasına etiraz etmiş, polislərin mənzilə daxil olarkən onu təpiklə vurduqlarını, qabırğasından xəsarət aldığını, 12 manatlıq iynə vurdurub polisə gəldiyini bildirmiş, şikayət edəcəyini demişdir. Bəxtiyar adlı polis zabiti isə Kamrana “şikayət etsən, sən də atanın yanında olacaqsan” sözlərini deyib oğlunu hədələmişdir. Belə olduqda o, oğluna şikayət etməyə ehtiyac olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında daha sonra göstərdi ki, ona təzyiqlər göstərildiyindən, həm də narkotik tələbatına görə çox ciddi ağrıları olduğundan 234.1 maddə ilə polisdən gələn təklifləri qəbul etmiş, yəni nə desələr edəcəyinə razılaşmışdır. Bundan sonra o, Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə təhvil verilmişdir. Eşitdiyinə görə Tahirlə Emilə də eyni təkliflər olunmuş, onlar da razı salınmış və sənədləşmə aparılması üçün ayrı-ayrı Polis Bölmələrinə təhvil verilmişlər. 1-ci Polis Bölməsinin əməkdaşları tərəfindən o, Sumqayıt şəhərinin 11-ci mkr-nu ərazisində yerləşən «qarajlıq» deyilən yerə aparılmış, ona sellofan kisədə narkotik vasitə marixuana veriləcəyi, video çəkilişlə həmin narkotik vasitənin ondan götürüləcəyi barədə əvvəlcədən təlimatlandırılmışdır. Bundan sonra ona bir ədəd dolu sellofan kisə verilmiş, o, həmin kisə əlində guya qarajların arxasından çıxarkən polislər tərəfindən tutulmuş və 1-ci Polis Bölməsinə aparılmışdır. Daha sonra Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, onun əlində bir ədəd dolu sellofan kisə qarajların arxasından çıxması və polislər tərəfindən tutulması videoçəkilişlə aparılmışdır. O, saxlanıldıqdan sonra təhqiqatçı olduğunu öyrənib bildiyi bir polis zabiti ona yaxınlaşmış, guya hüquq və vəzifələri yazılmış bir vərəq ona təqdim etmişdir. Kağızdakı yazılar latın qrafikası ilə yazılmış, kağız vərəq ona formal olaraq, yəni çəkiliş xətrinə verilmiş olsa da, o, latın qrafikası ilə ümumiyyətlə oxuya bilməmişdir. Odur ki, guya tanış oldu kimi təqribən 5 saniyə sonra həmin vərəqi qaytarıb təhqiqatçının özünə vermişdir. Polis Bölməsində isə onun həmin kisə ilə fotoşəkilləri çəkilmiş və nə yazılmışdırsa hamısını imzalamışdır. İzahat, ifadə vermiş və guya 2 ay əvvəl Sumqayıt şəhərində yerdən 1000 manat pul tapdığını, həmin pula Corat qəsəbəsində yaşayan, çoxdan tanıdığı Sənan adlı şəxsdən həmin 1000 manat pulu müqabilində özünün istifadəsi üçün təxminən 3,5 kilo narkotik vasitə olan marixuana aldığını, guya Sənandan əvvəllər də narkotik vasitə aldığını göstərmiş, çox miqdarda olan həmin marixuananı evə aparmağın mümkün olmadığını, odur ki, bir ədəd selofan kisədə olan həmin marixuananı Sumqayıt şəhərinin 11-ci mkr.rayonuna aparıb «qarajlıq» adlanan ərazidə qarajların arasında gizlətdiyini bildirmişdir. Qeyd olunan ifadələr onun adından kompyüterdə yazılmış, ona təqdim olunmuş və onun tərəfindən imzalanmışdır. O, özü sərbəst olaraq özünə vəkil seçməmiş, hələ o, «qarajlıq» adlanan ərazidə saxlanılarkən təhqiqatçı Ələsgər adında birini vəkil təyin etmişdir. Ələsgər adlı vəkil demək olar ki, onun işində iştirak etməmişdir. 1 və ya 2 dəfə, həm də çox qısa bir müddətdə onu görmüş, vəkil iş barədə onunla heç bir söhbət etməmişdir. Təqsirləndirilən şəxs ifadəsinin yekununda göstərdi ki, əslində izahat və ifadələrində göstərilənlər hamısı polisin uydurması olmuş, o, heç vaxt marixuana narkotik vasitəsindən istifadə etməmiş, haradansa, hər hansı məbləğdə pul tapmamış, Corat qəsəbəsində Sənan adlı şəxsdən hər hansı növdən olan narkotik vasitə almamış, ümumiyyətlə Sənan adlı şəxsi tanımamışdır. İstintaq zamanı Sənan adlı şəxsin kimliyi ilə maraqlandıqda onun tutulmasından sonra Sənanın öldüyü ona bildirilmişdir. Onun yaşadığı evlə “qarajlıq” adlanan yer arasında təqribən 3 km ara məsafəsi olmuşdur ki, onun əldə etdiyi hər hansı narkotik vasitəni aparıb o qədər aralı məsafədə saxlaması ağlabatan deyildir. Polis tərəfindən onun mənzilinə basqın edilmiş, ondan ittihamda göstərilən narkotik vasitə götürülməmişdir. Polis onları tutub apararkən ayağına ayaqqabı geyməyə belə, imkan verilməmişdir. Onun ev domaşnikində (burada: yüngül ev ayaqqabısı, çəkələk, şəpit) aparıldığı və saxlanılarkən ayağında domaşnik olduğu videogörüntülərdə dəqiq görünməkdədir. Onun evindən bir ədəd şprisdə olan heroin narkotik vasitəsi götürülsə də, ümumiyyətlə sənədləşdirilməmiş, qarajlar adlanan ərazidən çəkilişdən qayıtdıqdan sonra narkotik tələbatı ilə əlaqədar ağrıları açıq-aşkar hiss olunduğundan saxlanılarkən mənzilində stolun üstündən götürülmüş bir ədəd şprisdəki məhlul heroin onun özünə verilmiş və bölmənin həyətindəki sanitar qovşağın yanında o, həmin heroini ineksiya yolu ilə özünə vurmuşdur. İstintaq boyu polisin dediklərinə uyğun ifadələr versə də, ona verilən sözə əməl edilmədiyini, yəni Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona ittiham verilmədiyini görüb, istintaq yekunlaşdırılarkən etirazlar etmiş, heç bir cinayət törətmədiyini qeyd etmiş və protokola imza etməkdən imtina etmişdir. Məhkəmədə barəsində həbs qətimkan tədbiri seçilərkən də o, hakimə heç bir cinayət törətmədiyini, narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Elə həmin gün Tahirlə Emilə də başqa-başqa polis bölmələrində ayrı-ayrılıqda narkotik vasitə “yüklənildiyi”, onların da barəsində cinayət işi başlanıldığı və həbs olunduqları ona sonradan məlum olmuşdur. Onun Tahir və Emillə heç bir cinayət əlaqəsi olmamış, onlarla birlikdə narkotik vasitələrdən istifadə etməmişdir. O, heç kimə narkotik vasitə satmamış, bu məqsədlə narkotik vasitə əldə etməmişdir. Onun istifadəsində (055) ***-**-** nömrəli mobil telefon olsa da, o, çox təsadüfi hallarda həmin telefondan istifadə etmişdir. Polislər onları mənzilində tutub apararkən Şahid6 mobil telefonunun onun mənzilində qaldığını xeyli müddət sonra eşitmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsinə dair müvafiq olaraq 13 və xx xxxx 2020-ci il tarixli protokollar elan olunmaqla tədqiq edildi. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadələrində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilmiş və ifadələrində göstərmişdir ki, o, uzun illər ərzində narkotik vasitə aludəçisi olmuş, bununla bağlı da dəfələrlə məhkum olunmuş, tez-tez ağrıları olduğundan mürtamadi olaraq narkotik istifadə etmişdir. O, təxminən 2 ay bundan qabaq Sumqayıt şəhəri ərazisində hərkət edərkən 1000 (min) manat pul tapmış, həmin pula narkotik vasitə almaq qərarına gəlmiş, ona görə də Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində yaşayan Sənan adlı şəxslə görüşmək qərarına gəlmişdir. O, Sənanı çoxdan tanımış, əvvəllər də Sənandan narkotik vasitə almışdır. Sənan da ona etibar etdiyi üçün həmişə narkotik vasitə vermişdir. Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində Sənanla görüşərək ona 1000 (min) manat pulu vermiş və pulun müqabilində Sənana ona narkotik vasitə olan marixuana verməsini demişdir. Sənan ondan bu qədər narkotik vasitəni nə etdiyini soruşduqda o, özünün istifadə edəcəyini, hazırda pulu olduğu üçün aldığını bildirmişdir. Sənan elə həmin görüşdüyü gün ona Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində təxminən 3,5 kilo narkotik vasitə olan marixuana vermiş, o da həmin marixuananı Sənanın verdiyi sellofandan başqa birdənə də sellofona qoyaraq bu qədər marixuananı evə aparmağın mümkün olmadığını düşünmüş, ona görə də marixuananı Sumqayıt şəhəri, 11-ci mkr ərazisində qarajlar adlanan ərazidə qarajların arasında gizlətmək qərarına gəlmişdir. Həmin yeri yaxşı tanıdığı üçün orada gizlətməyi fikirləşərək oraya getmiş və marixuananı orada gizlətmişdir. Hərdən isə ora gedib gizlətdiyi narkotikdən götürərək özü istifadə etmişdir. Sonradan yenə oradan özü üçün marixuana götürmək üçün getdikdə orada adamların gəzdiyini görmüş və kiminsə marixuananı tapmasından qorxduğu üçün onun yerini dəyişdirmək qərarına gəlmişdir. Ona görə də xx xxxx 2020-ci il tarixdə, saat təxminən 15:00 radələrində özü ilə göy rəngli başqa sellofan götürərək oraya getmiş, sarı rəngli sellofana bükülmüş marixuananı götürərək göy rəngli selofona qoymuş və oradan aralaşaraq marixuananı başqa yerdə gizlətməyi fikirləşmişdir. O, qarajların arası ilə əlində göy sellofonla tez-tez hərəkət edərək getdiyi zaman ona üç nəfər mülki geyimli şəxslər yaxınlaşaraq onu saxlamışdır. Sonra da bir nəfər polis formasında şəxs ona yaxınlaşmış, özlərinin Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinin əməkdaşları olduqlarını təqdim etmiş, bir nəfər polis formasında şəxsin də video kamera ilə onları çəkdiyini bildirmişdir. Təhiqiqatçı ona narkotik vasitələrin saxlanmasında, gəzdirilməsində şübhəli bilindiyi üçün onu saxladığını deyərək ona özünü təqdim etməyini, harada yaşadığını soruşmuş, o da özünü təqdim edərək Sumqayıt şəhəri, 10-cu mkr, ev 54, mənzil 10-da yaşadığını demişdir. Təhqiqatçı ona üzərində şəxsi axtarış aparılacağını, üzərində hər hansı qanunla qadağan olunmuş əşya olub-olmadığını soruşmuş, o da sağ əlində olan marixuananı gizlətməyin mənasız olduğunu görərək sellofanı göstərib marixuana olduğunu demişdir. Ona polis əməkdaşı tərəfindən tanış olmaq üçün hüquq və vəzifələri barədə bildiriş təqdim olunmuş və hüquqlarının müdafiə olunması üçün ona Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Ələsgər Məmmədovun təyin edildiyini, bundan sonra hüquqlarını onun müdafiə edəcəyini bildirmişdir. Sonra təhqiqatçı ona əlində olan sellofanı təqdim etməyini demiş və o, göy sellofanı açaraq içərisində sarı rəngli sellofana bükülmüş marixuananı açıb göstərərək hamısının marixuana olduğunu demişdir. Polis əməkdaşı həmin narkotik vasitəni nə vaxt, haradan, nə məqsədlə və neçəyə aldığını soruşduqda, o, həmin narkotik vasitəni 2 ay bundan qabaq Sumqayıt şəhəri, Corat qəsəbəsindən Sənan adlı şəxsdən 1000 (min) manata aldığını, özü istifadə etmək üçün saxladığını, tez-tez ağrıları olduğunu, ona görə də aldığını, yavaş-yavaş özü istəfadə edəcəyini demişdir. Polis əməkdaşı burada nə etdiyini soruşmuş və o, narkotik vasitəni qarajların arasında gizlətdiyini, hazırda götürüb yerini dəyişəcəyini demişdir. Sonra polis əməkdaşı üzərində şəxsi axtarış aparılacağını, etirazının olub-olmadığını soruşmuş, o da etirazı olmadığını bildirmişdir. Polis əməkdaşları onun üzərinə baxmış və üzərindən başqa heç nə çıxmadığından polis əməkdaşı ona sənədləşdirməni burada davam etdirməyin mümkün olmadığını, ona görədə polis bölməsinə getmələrini demiş, o da etiraz etməyərək getmişdir. Orada xidməti otaqların birində onun üzərindən çıxmış marixuana onun iştirakı ilə tərəzidə ölçülmüş, çəksinin 3 kilo 360 qram olması müəyyən edilmiş və sonra həmin narkotik vasitə qablaşdırılmışdır. O, polis əməkdaşları tərəfindən saxlanılarkən və üzərində olan marixuana aşkar edilərkən bütün hərəkətlərin çəkiliş vasitəsilə edildiyini, ona qarşı hər hansı zor tətbiq olunmadığını, narkotik satışı ilə məşğul olmadığını, həmin marixuananın hamısını özünün ağrıları olduğu üçün özünün istifadə edəcəyini bildirmişdir (iş vərəqə: səh. 43-45, 57-59). Lakin məhkəmə baxışı iş üzrə şahid qismində dindirilən Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid1 Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadəsində göstərdiyi xüsusatları inkar edib ifadəsində göstərdi ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs barəsində onun Sumqayıt şəhəri ərazisində əvvəllər də narkotik vasitələr satması barədə dəfələrlə əməliyyat məlumat daxil olmuşdur. xx xxxx 2020-ci il tarixdə də onun narkotik vasitələri qanunsuz qəbul etməsi, üzərində saxlaması və satışı ilə məşğul olmasını və hətta əməliyyat məlumatı daxil olan gün də üzərində narkotik vasitə olması barədə xidmət etdiyi Polis Bölməsinə, şəxsən ona əməliyyat məlumatı daxil olmuş və bu məlumatı yoxlamaq məqsədi ilə onun özü, Sumqayıt ŞPİ-nin X1 inspektoru, polis mayoru Şahid4, 1-ci Polis Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və həmin bölmənin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 də daxil olmaqla əməliyyat qrupu təşkil edilmişdir. Əldə olunan məlumat əsasında xx xxxx 2020-ci il tarixdə, saat 15:05 radələrində əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhərinin 11-ci mkrnu ərazisinə, «qarajlıq» deyilən yerə getmişlər. Həmin yerdə kriminalist Şahid4 “Panasonik” markalı videokameranı işə salmış və təxminən bir neçə dəqiqə sonra həmin ərazidə yolun orta istiqaməti ilə bir nəfər şəxsin tək yola çıxdığı müşahidə edilmişdir. Onlar həmin şəxsə yaxınlaşaraq onu saxlamış və özlərini təqdim edərək Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra bölmənin təhqiqatçısı, polis kapitanı Şərail Quliyev onlara yaxınlaşaraq özünü təqdim etmiş və saxlanılan şəxsə özünü təqdim etməsini təklif etmişdir. Saxlanılan şəxs də özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təhqiqatçı saxlanılan Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulunda, əldə edilməsində, üzərində gəzdirilməsində, satışında şübhəli bilindiyi üçün saxlanıldığını bildirmiş, ona hüquq və vəzifələrinə dair bildiriş təqdim olunmuşdur. Bundan sonra X7 Təqsirləndirilən şəxs video çəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyini deyərək ondan etirazının olub-olmamasını soruşmuş, Təqsirləndirilən şəxs buna etiraz etməmişdir. Təhqiqatçı şəxsi axtarışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs üzərində hər hansi əhəmiyyət kəsb edən, qanunla qadağan olunmuş əşyanın olub-olmamasını soruşduqda, Təqsirləndirilən şəxs sağ əlində olan göy rəngli sellofan torbanı onlara təqdim etmişdir. Onlar Fazildən təqdim etdiyi sellofan kisənin içərisində nə olduğunu soruşmuş, sonuncu kisənin içərisindəki kütlənin narkotik vasitə marixuana olduğunu bildirmiş, təhqiqatçının suallarına cavab olaraq o, həmin narkotik vasitəni təxminən iki ay əvvəl Sumqayıt şəhərinin Corat qəsəbəsində yaşayan Sənan adlı şəxsdən öz istifadəsi üçün 1000 (min) manata aldığını, ağrıları olduğu üçün özünün istifadə etdiyini, ərazidəki qarajların arasında gizlətdiyini, lakin sonra kiminsə yerini tapmasından narahat olduğu üçün yerini dəyişmək üçün götürdüyünü bildirmişdir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs saxlanıldığı yerdə sənədləşdirmənin davam etdirilməsinin mümkün olmadığını bildirmiş və 1-ci PB-nə getməyi təklif etmişdir. Bundan sonra video çəkiliş dayandırılmış və müvafiq sənədləşmə aparılması üçün Təqsirləndirilən şəxsla birlikdə Sumqayıt ŞPİ-nin 1-ci PB-nə getmişlər. Əməliyyat müvəkkili, Şahid1 ifadəsinin davamında göstərdi ki, Polis Bölməsində xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə elektron tərəzidə çəkilmiş və 3360 qram olması müəyyən edilmişdir. Ona verilmiş əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs ondan götürülən narkotik vasitəni təxminən iki ay əvvəl Sumqayıt şəhərinin Corat qəsəbəsində yaşayan Sənan adlı şəxsdən 1000 (min) manata aldığını bildirmiş, həmin şəxsin təxminən 1 ay bundan qabaq rəhmətə getdiyini demişdir. Təqsirləndirilən şəxs götürülən narkotik maddə 1-ci Polis Bölməsində onun yanında çəkilmiş, narkotik maddənin götürülməsi barədə protokol X7 tərəfindən onun, Təqsirləndirilən şəxs özünün, polis əməkdaşının, ekspert kriminalistin və müdafiəçi Ələsgər Məmmədovun iştirakı ilə tərtib edilmiş və bütün proses iştirakçıları tərəfindən imzalanmışdır. Şahid1 ifadəsinin yekununda göstərdi ki, əməliyyat tədbiri keçirilən gün, yəni xx xxxx 2020-ci il tarixdə o, və ya başqa polis əməkdaşları təqsirləndirilən şəxsi evinə getməmiş, onu və ya qeyrilərini Fazilin evində saxlayıb Sümqayıt Polis İdarəsinə aparmamışlar. O, Təqsirləndirilən şəxs özünü və yaşadığı evi əvvəlcədən tanısa da, hətta onun narkotik istifadəçisi olduğunu bilsə də, onun oğlunu, həmçinin Eili Abbasov və Şahid6 adlı şəxsləri tanımamış, onları Təqsirləndirilən şəxs evində tutmamışlar. xx xxxx 2020-ci il tarixdə daxil olan məlumatda Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi və onu saxlayıb gəzdirməsi göstərilsə də, onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə şəxsən onda məlumat olmamışdır. Təqsirləndirilən şəxs göstərdiyi Sənan adlı şəxsi şəxsən o özü də tanımış, onun Corat qəsəbəsində yaşadığını və Təqsirləndirilən şəxs tutulmasından bir ay əvvəl rəhmətə getdiyini də bilmişdir. Sonradan Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi mənbənin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirlərinin davam etdirilmiş, amma müsbət nəticə əldə olunmamışdır. İş üzrə şahid qismində ifadə vermiş əməliyyat müvəkkili Şahid1 məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə onun məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsi arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilməklə tədqiq olundu və bu zaman müəyyən edildi ki, Şahid1 məhkəmədəki ifadəsindən fərqli olaraq tədqiq olunan həmin ifadəsində Təqsirləndirilən şəxs əvvəllər də Sumqayıt şəhəri ərazisində narkotik vasitələr satması barədə dəfələrlə əməliyyat məlumat daxil olduğunu bildirmiş, həmçinin Təqsirləndirilən şəxs narkotik vasitə alıb əldə etdməsi ilə əlaqədar adını çəkdiyi Sənan adlı həmin şəxsin şəxsiyyətinin onlara məlum olmadığını, yəni onu tanımadığını göstərmişdir(iş vərəqə: səh. 95-98). Belə ki, Şahid1 məhkəmədəki ifadəsində Təqsirləndirilən şəxs özünü və yaşadığı evi əvvəlcədən tanıdığını, hətta onun narkotik istifadəçisi olduğunu bildiyini göstərmiş, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması ilə əlaqədar onda məlumat olmadığını, həmçinin Təqsirləndirilən şəxs göstərdiyi Sənan adlı şəxsi tanıdığını, onun Corat qəsəbəsində yaşadığını və Sənanın Təqsirləndirilən şəxs tutulmasından bir ay əvvəl rəhmətə getdiyini də bildiyini bildirmişdir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili Şahid2 Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı daxil olması, xx xxxx 2020-ci il tarixdə onun Sumqayıt şəhərinin 11-ci mkr-nu ərazisinə, «qarajlıq» deyilən yerdə saxlanılması, əməliyyat tədbirinin videolentə alınması ilə bağlı Şahid1 ilə oxşar məzmunlu ifadə verdi və əlavə olaraq göstərdi ki, Fazilin barəsində daxil olmuş əməliyyat məlumatı ilə bağlı günün ikinci yarısı saat 12-dən sonra hadisə yerinə, «qarajlıq» deyilən yerə gedilmiş, tutulmasından bir neçə saat əvvəl orada dayanıb Fazili güdməyə başlamışlar. Fazilin nə vaxt gələcəyi bilinmədiyindən onu təxminən 2 saat yarım orada gözləmişlər. Axşamüstü Fazilin uzaqdan gəldiyini gördükdə kriminalist çəkilişə başlamış, çəkiliş o, yaxınlaşarkən və saxlanılarkən də davam etmişdir. Saxlanıldıqdan sonra Təqsirləndirilən şəxs əynindəki kurtkasının altından göy rəngli sellofanda olan ot kütləsini sağ əli ilə çıxarıb onlara təqdim etmişdir. Fazil saxlanılarkən şərait olmadığından onlar Fazili aparıb bölməyə təhvil vermişlər. Bundan sonra o, çıxıb getmiş, protokol hazır olandan sonra çağrılmış, o, gedib protokolu oxumuş və düzgünlüyünü imzsıyla təsdiq etmişdir. Şahid2 ifadəsində həmçinin göstərdi ki, bildiyinə görə Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı Sumqayıt şəhər Polis İdarəsinə daxil olmuş, həmin məlumat 1-ci Polis Bölməsinə, yəni onlara ötrülmüş və əməliyyatı 1-ci Polis Bölməsi keçirmişdir. Sumqayıt şəhər Polis İdarəsinin cinayət axtarış şöbəsinin rəis müavini Bəxtiyar müəllim həmin əməliyyat tədbirində iştirak etməmişdir. O, (Şahid2) Təqsirləndirilən şəxs yaşadığı ünvanı ümumiyyətlə tanımamış, əməliyyat məlumatı daxil olduqdan sonra kimsə Fazilin yaşadığı ünvana onların bölməsindən heç kim getməmiş, bu barədə onlara göstəriş daxil olmamışdır. O, əməliyyat vaxtı hadisə yerində hansısa vəkili görməmiş, Fazilin vəkilini, həmçinin Tahir və Emil adlı şəxsləri ümumiyyətlə tanımamışdır. Bundan başqa, məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı daxil olması, xx xxxx 2020-ci il tarixdə onun Sumqayıt şəhərinin 11-ci mkr-nu ərazisinə, «qarajlıq» deyilən yerdə saxlanılması, əməliyyat tədbirinin videolentə alınması ilə bağlı Şahid1 və Şahid2lə oxşar məzmunlu ifadə verdi, həmçinin göstərdi ki, o, təqsirləndirilən şəxsin mənzilində olmamış, təqsirləndirilən şəxsin oğlu Kamranı, nə onun iş yoldaşı Tahiri və nə də onun evində qalan Emil adlı şəxsləri görməmiş və onları tanımamışdır. Sumqayıt şəhər Polis İdarəsinin cinayət axtarış şöbəsinin rəis müavini Bəxtiyar müəllim həmin əməliyyat tədbirində iştirak etməmiş, onun təqsirləndirilən şəxsin mənzilində olmamasını bilməmişdir. Daha sonra məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Sumqayıt şəhər Polis İdarəsinin X1 baş inspektoru Şahid4 ifadəsində göstərdi ki, o, hadisə günü, yəni xx xxxx 2020-ci il tarixdə, Sumqayıt şəhər Polis İdarəsinin əməliyyat qrupunun tərkibində növbədə olmuşdur. İdarə rəhbərliyinin tapşırığına əsasən həmin gün, saat təqribən 14-15 radələrində Sumqayıt şəhərinin 11-ci mkr-nu ərazisində, «qarajlıq» deyilən yerdə Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirində o, kriminalist qismində iştirak etmiş, Təqsirləndirilən şəxs saxlanılması, ondan marixuana narkotik vasitəsi götürülməsi prosesini İdarəyə məxsus “Panasonik” markalı videokamera vasitəsi ilə videolentə almışdır. Onlar gözləmə mövqeyində olarkən təhqiqatçı və əməliyyatçılar qarajların arxasından çıxıb piyada gələn bir nəfəri, hazırda baxılan iş üzrə Təqsirləndirilən şəxs göstərib ona “çək” komandası vermişlər. O, çəkilişə başlamış, çəkiliş prosesində əməliyyatçılar Təqsirləndirilən şəxs saxlamış, sonra təhqiqatçı sonuncuya və onu saxlayan əməliyyatçılara yaxınlaşıb onun saxlama səbəblərini, hüquq və vəzifələrini izah etmiş və Təqsirləndirilən şəxs bir ədəd göy rəngli polietilen kisədə bitki mənşəli kütlə götürülmüşdür. Bundan sonra təhqiqatçı sənədləşmənin 1-ci Polis Bölməsində aparılacağını elan edib videoçəkilişin dayandırılmasına göstəriş vermişdir. O, videoçəkilişi dayandırmış və hamı ilə birlikdə 1-ci Polis Bölməsinə getmişdir. Təqsirləndirilən şəxs bir ədəd polietilen kisədə aşkar olunub götürülmüş bitki mənşəli kütlənin çəkilib-çəkilməməsi onun yadında qalmamıqdır. Bir-iki gün sonra isə Təqsirləndirilən şəxs saxlanılması və ondan bir ədəd göy rəngli polietilen kisədə bitki mənşəli kütlə götürülməsinə dair video görüntüləri bir ədəd diskdə istintaq orqanına təqdim etmişdir. Şahid4 ifadəsinin davamında göstərdi ki, o, əməliyyat tədbirinin hansı şəraitdə, kimin ətrafında keçiriləcəyini əvvəlcədən bilməmiş, hadisə yerində yalnız 1-ci Polis Bölməsinin təhqiqatçısının göstərişinə əsasən hərəkət etmişdir. Hadisədən sonra 1-ci Polis Bölməsində olarkən orada heç bir çəkiliş aparmamış, sənədləşmə aparılan otaqda olsa da, yaxından iştirak etməmiş, bir kənarda oturub hadisə yerində apardığı çəkilişin effektini yoxlamışdır. Lakin Təqsirləndirilən şəxs bir ədəd göy rəngli polietilen kisədə bitki mənşəli kütlə götürülməsi barədə tərtib edilmiş protokolu hamı kimi o da imzalamışdır. Təqsirləndirilən şəxsin onda aşkar olunan narkotik maddəni hardan, kimdən, hansı şəraitdə alması ilə əlaqədar dediklərini o, eşitməmişdir. Təqsirləndirilən şəxs təkbaşına və ya qeyriləri ilə birlikdə evində tutulmasının, ona qarşı hər hansı fiziki və ya qeyri zor tətbiq olunmasının şahidi olmamışdır. İş üzrə şahid qismində ifadə vermiş kriminalist Şahid4 məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə onun məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsi arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilməklə tədqiq olundu və bu zaman müəyyən edildi ki, Şahid4 məhkəmədəki ifadəsindən fərqli olaraq tədqiq olunan həmin ifadəsində Təqsirləndirilən şəxs ətrafında keçirilməli olan əməliyyat tədbirinə görə təşkil olunan əməliyyat qrupuna kriminalist kimi onun da daxil edildiyini, xx xxxx 2020-ci il tarixdə, saat 15:05-də Sumqayıt şəhərinin 11-ci mkr-nu ərazisində, «qarajlıq» deyilən yerdə Təqsirləndirilən şəxs marixuana narkotik vasitəsi ilə saxlanıldığını, sonuncunun Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə aparıldığını, orada Təqsirləndirilən şəxs bir ədəd polietilen kisədə aşkar edilmiş marixuana narkotik vasitəsinin elektron tərəzidə çəkildiyini, çəkisinin 3360 qram olduğunun müəyyənləşdirildiyini, götürülmüş narkotik vasitənin qablaşdırılmaqla möhürləndiyini və imzalandığını göstərmişdir(iş vərəqə: səh. 79-81). Məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatəti əsasında Təqsirləndirilən şəxs oğlu Şahid5, Sumqayıt şəhər sakinləri Şahid7 və Şahid6 iş üzrə əlavə şahid qismində dindirilmələri təmin olunmuşdur. Şahid5 iş üzrə məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdi ki, Sumqayıt şəhəri, 10-cu mkr, ev 54, mənzil 10-da ünvanda o, atası – baxılan iş üzrə Təqsirləndirilən şəxs və anası ilə birlikdə yaşamışdır. Mənzil onların ailəsinə məxsus olmuşdur. Hadisə ərəfəsində atası fəhlə işləmiş, malyarlığı bacarmışdır. Atasının konkret iş yeri olmadığından kim çağırmışsa, gedib orada fəhləlik etmiş, əsasən daş bazarında işləmişdir. Onlarda yaşayan Şahid7 atası ilə yaxın münasibəti olmuş, onun heç kimi olmadığından atası Emilin onlarda yaşamasına icazə vermişdir. Səhər evdən çıxmış, axşam yatan ərəfədə onlara gəlmişdir. Atası uzun müddət narkotikdən istifadə etmiş, hətta buna görə məhkum olunmuşdur. Onun, anasının ciddi cəhdlərinə baxmayaraq atası narkotiklərdən əl çəkə bilməmişdir. Amma atasının narkotik vasitələri kimlərdən və necə əldə etməsini o, bilməmişdir. O, özü hadisə ərəfəsində nənəsigilin evinin yaxınlığında fəhlə işləmiş, mal yükləyib boşaltmışdır. Şahid5 ifadəsinin davamında hadisənin mahiyyəti üzrə göstərdi ki, o, hadisə günü, yəni xx xxxx 2020-ci il tarixdə işə getməmiş, evdə olmuşdur. Həmin gün, səhər saat təqribən 9-10 radələrində yataq otağında olmuş, yuxudan oyansa da, yatağından qalxmamışdır. Həmin saatlarda anasının işdə və ya nənəsigildə olduğunu dəqiq bilsə də, atasının evdə olub-olmadığını bilməmişdir. Elə həmin vaxt evin qapısının döyüldüyünü eşitmiş, mənzilin qapısını Emilin açdığını onun səsindən bilmişdir. Evə kiminsə gəldiyini eşidib o da qalxmış, atasının iş yoldaşı Şahid6 onlara gəldiyini görmüş, atasını işə aparmaq istədiyini öyrənmişdir. Həmin vaxt artıq anası işdə olmuşdur. Tahir atasından cavan olsa da, onların sözü tutmuş, iş yoldaşlığı etmişlər. O, Şahid6 və Şahid7 tanısa da, onlarla yaxın münasibəti olmamışdır. O, onlarla salamlaşsa da yanlarında qalmamış, evdə olmuşdur. Elə həmin vaxt mənzilin qapısı təkrarən döyülmüş və o özü gedib qapını açmış və bir nəfər mülki geyimdə olan, tanımadığı bir kişinin əlində kağızla mənzilin qapısı arxasında dayandığını görmüş və şəxsin işıq idarəsindən gəldiyini düşünmüşdür. Həmin şəxs ona salam vermiş və ardınca bəlkə də 10 nəfərdən çox mülki geyimli şəxslər “polis, polis” deyib onların mənzilinə basqın etmiş, heç bir söz demədən onu yerə yıxıb döyməyə başlamış, təpiklə onun qabırğa nahiyyəsinə vurmuşlar. Polislər ondan sakit dayanmağı tələb etmiş, əks təqdirdə onunçün pis ola biləcəyi ilə onu hədələmişlər. O, yerdə uzanıqlı vəziyyətdə olarkən polislər atasının otağına daxil olub onu, həmin vaxt onlarda atası olan otaqda olmuş Şahid6 və Şahid7 da tutmuş, evi axtarmışlar. Lakin mənzillərindən nə isə tapıb-tapmamalarını o, bilməmişdir. Polislər onu içəri otağa uzatdıqlarından o, başqa bir otaqda atasıgilin döyülüb-döyülməməsini görməmişdir. Bundan sonra polislər onun atasını, Tahiri və Emili dartışdıra-dartışdıra aparmış, apararkən onun 1-ci bölməyə aparılacağını eşitmişdir. Lakin o, yerə uzadılmış vəziyyətdə olduğuna görə polislərin atasıgili hansı vəziyyətdə apardıqlarını görməmişdir. Hansı səbəbdənsə onun özünü aparmamışlar. Polislər mənzili tərk etdikdən sonra ayağa qalxıb balkona çıxmış, atasıgilin 3-4 maşınla aparıldığını görmüşdür. Atasıgili aparan polislərdən birini üzdən tanısa da, onun hansı bölmədə işlədiyini və adını bilməmişdir. Şahid5 ifadəsinin yekununda göstərdi ki, atasıgil aparıldıqdan təqribən bir saat sonra evdən çıxıb sürünə-sürünə nənəsigilə getmişdir. Belə ki, mənzillərində polislər tərəfindən döyülərkən belindən xəsarət almış, ağrıdan dayana bilməmişdir. O, nənəsigildə hadisə barədə danışdır. Dayısının həyat yoldaşı tibb bacısı olduğundan o, aptekə gedib 12 manata iynə alıb gətimiş və ona vurmuşdur. Bir neçə saat ərzində uzanıb dincəlmiş, ağrıları azaldıqdan sonra axşamüstü, saat təqribən 4-5 radələrində atasının işi ilə maraqlanması üçün Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə getmişdir. O, orada 1-ci Polis Bölməsinin tualetinə gedərkən tualetin yanında atası ilə rastlaşmışdır. Sumqayıt şəhər Pİ-nin əməliyyatçıların rəisi kimi tanıdığı Bəxtiyar müəllim, əlavə bir neçə nəfər mülki geyimli polis işçiləri orada olmuş, atasını haradansa gətirmişlər. Mənzillərində tutulduqdan sonra atasının əvvəlcə Sumqayıt şəhər Polis İdarəsinə, oradan 1-ci Polis Bölməsinə aparıldığını, daha sonra isə Sumqayıt şəhərinin 11-ci mkr-nu ərazisinə, «qarajlıq» deyilən yerə aparıb orada videoçəkiliş aparıldığını öyrənmişdir. O, atasına polis əməkdaşları tərəfindən döyüldüyünü, belindən xəsarət aldığını, dayısının arvadı Samirə Əliyevanın ona 12 manata iynə alıb vurduğunu danışmış, polisin hərəkətlərindən şikayət edəcəyini demişdir. Lakin polislər onu hədələmiş, şikayət edəcəyi təqdirdə onun üçün də pis olacağını ona demişdir. Atası da onun şikayət etməsini məsləhət bilməmişdir. O, döyülməsiylə bağlı şikayət etmək istəsə də, qorxduğundan şikayət etməmişdir. Atası mənzildən aparılarkən onda və ya Tahirlə Emildə hər hansı narkotik vasitə görməmiş, atası ilə əlaqədar çəkiliş aparılan yerdə omamış, atasından narkotik vasitə götürülməsini görməmişdir. Bundan başqa, Şahid6 məhkəmə baxışı zamanı dindirilərkən ifadəsində göstərdi ki, o, Sumqayıt şəhərində “Şərq” bazarı ərazisində bir sex icarəyə götürüb orada lepka işləri (burada: gipsdən tökmə fiqurlar) ilə məşğul olmuş, baxılan iş üzrə Təqsirləndirilən şəxs ilə də tanışlığı həmin sexdə olmuşdur. Təqsirləndirilən şəxs fəhlə işləmiş və işləri ucuz qiymətə görmüşdür. Odur ki, iş olduqda o, Fazili çağırmış, yaxud özü gedib onu evindən götürüb işləmək üçün aparmışdır. Belə işlər mütəmadi olmamış, arabir düşdüyündən o, Fazili işləməsi üçün aparmışdır. Hadisə günü, yəni xx xxxx 2020-ci il tarixdə də fəhlə lazım olduğundan o, səhər saat 9:30 radələrində Təqsirləndirilən şəxs yaşadığı evə getmişdir. Fazilin evinə tez getməkdə məqsədi, həm də işləmək üçün onun evində olan lazımi iş alətlərini götürmək olmuşdur. Fazilin mənzilinin qapısını ona Təqsirləndirilən şəxs evində qalan Şahid7 açmışdır. Bildiyinə görə Şahid7 kimsəsiz olduğundan Fazil ona havadarlıq etmiş və evində yaşamağa icazə vermişdir. Həmin vaxt Fazilin həyat yoldaşının işə getdiyini, oğlu Kamranın isə başqa otaqda yatdığını öyrənmişdir. O, iş barədə Təqsirləndirilən şəxs əvvəlcədən xəbər verməmiş, gözlənilmədən iş təklifi ilə bağlı birbaşa onun evinə gəlib təklifi demişdir. Təqsirləndirilən şəxs işə çıxması üçün hazırlaşmağa başlamış, bir neçə dəqiqə sonra isə Fazilin oğlu Kamran da oyanmışdır. Kamran ümumi salam versə də, çıxıb başqa otağa getmiş, onların yanında qalmamışdır. Saat təqribən 10 radələrində o, Emil və Fazil sonuncunun otağında olarkən Fazilgilin qapıları döyülmüş, qapını Fazilin oğlu Kamran açmış və bu zaman evə təxminən 9-10 nəfər mülki geyimli şəxslər daxil olmuş, polis əməkdaşı olduqlarını bildirib qapını açan Kamranı yerə yıxıb ona qarşı kobudluq etməyə, onu döyməyə başlamış, hətta bəziləri onun üstündən keçib onu, Emili və Fazili tutmuş və onların hər üçünün üzünü divara çevirib əməliyyat tədbiri olduğunu bildirmişlər. Həmin vaxt gözlənilməz olduğundan onlar özlərini itirmiş, nə edəcəklərini bilməmişlər. Polislər onların üstünü yoxlamış, ora-bura baxmış, lakin narkotik maddə və yv sair qadağan olunmuş əşya aşkar edilməmişdir. Polislər əvvəlcə Emili, sonra onu, axırda isə Fazili çox kobud şəkildə mənzildən çıxarıb həyətdə ayrı-ayrı maşınlara mindirib birbaşa Sumqayıt şəhər Polis İdarəsinə aparmış, orada onları ayrı-ayrı otaqlara salmışlar. Polis əməkdaşları binadan onları çıxarıb apararkən Fazilin qonşuları da görmüş, lakin o, qonşuların heç birini tanımamışdır. Hətta polislər onları apararkən o, öz ayaqqabılarını deyil, səhvən Fazilin oğlunun ayaqqabılarını geyinib getmiş, ona məxsus mobil telefon isə Fazilgildə qalmışdır. Polis İdarəsində müxtəlif təzyiqlərə məruz qoyulduqdan sonra o, Sumqayıt ŞPİ-nin 4-cü polis bölməsinə aparılmış, Fazillə Emilin də başqa-başqa polis bölmələrinə aparıldıqlarını sonradan öyrənmiş, lakin konkret olaraq hansı bölmələrə aparıldıqlarını bilməmişdir. Şahid6 ifadəsinin davamında göstərdi ki, Sumqayıt ŞPİ-nin 4-cü polis bölməsinə aparıldıqdan sonra orada ondan guya 465 qram marixuana aşkar oldunduğunu etiraf etməsi və bununla əlaqədar aparılacaq sənədləşməni təsdiq etməsi tələb olunmuş, hətta onunla birgə saxlanılan Fazilə və Emilə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürüldüyü bildirilmiş və qəbul etməyəcəyi təqdirdə eyni maddə ilə ona da ittiham veriləcəyi ilə hədələnmişdir. Təzyiqlərə dözməmiş, təklifi qəbul edəsi olmuşdur. Odur ki, o, əvvəllər verdiyi ifadələrində polisin diqtəsi ilə ifadə vermiş, Fazilin evndə tutulduğu qəbul edilməmişdir. Şahid6 ifadəsinin davamında daha sonra göstərdi ki, o, hazırda məhkəmə baxışı zamanı verdiyi ifadəsini də özü bardə Sumqayıt şəhər Məhkəməsində baxılan iş üzrə məhkəmə prosesində də vermişdir. Ona elan olunmuş ittihama görə guya o, xx xxxx 2020ci il tarixdə, gündüz saat 2-3 radələrində 465 qram marixuana narkotik vasitəsi ilə Sumqayıt şəhərinin Kotec qəsəbəsində saxlanılmışdır. Sonradan isə Fazilin guya Sumqayıt şəhərində qarajlar adlanan ərazidə marixuana ilə tutulduğunu və ona qarşı Cinayət Məcəlləsinin həqiqətən 234.4.3-cü maddəsi ilə ittiham irəli sürüldüyünü öyrənmişdir. Emilin nə ilə tutulduğunu yazdıqlarını bilməsə də, ona qarşı Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham irəli sürüldüyünü öyrənib bilmişdir. Şahid6 ifadəsinin davamında daha sonra göstərdi ki, o, xx xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs mənzilinə içəri keçib Fazilin otağında oturmuş, həmin vaxt Fazilin istifadə etməsi üçün narkotik vasitə hazırladığını və ya onun yanında hər hansı formada istifadə etdiyini, Fazilin evində masanın üzərində şpris və ya narkotik vasitə görməmiş, o, Fazilgilə gedənə qədər sonuncunun narkotik istifadə edib-etməməsini bilməmişdir. Lakin Fazilin narkoman olduğunu, onun narkotik vasitə qəbul etmədən işə çıxa bilmədiyini dəqiq bilmişdir. Lakin Emil onun yanında narkotik vasitə qəbul etmədiyindən o, Emilin narkotik vasitələrdən istifadə edib-etməməsini bilməmişdir. O, çox təsadüfi hallarda narkortik vasitədən istifadə etdiyindən onda narkotik vasitəyə qarşı asılılıq olmamışdır. O, heç kimə narkortik vasitə satmamış, hadisə günü ondan heç bir miqdarda narkotik vasitə götürülməmiş, Təqsirləndirilən şəxs, Emilin narkotik vasitə satmalarının şahidi olmamışdır. Ən nəhayət, Şahid6 ifadəsinin sonunda göstərdi ki, o, Təqsirləndirilən şəxs evində olarkən onun üstündə anası Fəzilə Şahbazovanın adına olan, lakin daima onun istifadəsində olmuş (055) ***-**-** saylı mobil nömrəli telefon olmuşdur. Fazilgilə gedənədək işlə bağlı qeyriləri ilə əlaqə saxlasasa da, o, həmin gün hadisə ərəfəsində Fazillə, onun evində yaşayan Emillə mobil əlaqə saxlamamışdır. Fazilgildə olarkən mobil telefonu onun özündə olsa da, lakin tutulub aparıldıqdan sonra Polis İdarəsində telefonunun üstündə olmadığını görüb həyəcandan Fazilgildə unutduğunu başa düşmüşdür. Bundan sonra telefondan istifadə etməmişdir. Sonradan onun ailə üzvləri gedib ona məxsus həmin telefonu Fazilgildən götürmüşdür. Lakin buna baxmayaraq Sumqayıt şəhər Məhkəməsində onun barəsində baxılan iş üzrə vəkili tərəfindən onun mobil telefonu ilə bağlı anten məlumatlarının çıxarılmasına dair məhkəmə qarşısında vəsatət qaldırılmış, vəsatət təmin edilmiş, lakin, bildiyinə görə, hələ cavab alınmamışdır. Daha sonra iş üzrə məhkəmə baxışı zamanı şahid qismində dindirilən Şahid7 məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 və Şahid6 ifadələrində göstərdikləri xüsusatları özünə aid hissədə bir daha təsdiq edib göstərdi ki, o, ailəli olmuş, faktiki bir uşağı vardır. Anam rəhmətə getdikdən sonra arvadı uşağını da götürüb çıxıb getmiş, xalasıgilin evində yaşamağa başlamış, onunla əlaqə saxlamamışdır. O, baxılan iş üzrə Təqsirləndirilən şəxs tanımış, onunla yaxın münasibəti olmuşdur. Fazil onun ailə vəziyyətini bildiyindən onun heç kəsinin və yaşamağa yerinin olmadığını nəzərə alıb yaşamaq üçün onu evinə dəvət etmişdir. Artıq hadisə baş verən günədək, yəni xx xxxx 2020-ci il tarixədək təqribən 3-4 ay müddətində Təqsirləndirilən şəxs mənzilində onunla bir otaqda yaşamışdır. Şahid qismində dindirilən Şahid7 ifadəsinin davamında baş vermiş hadisənin mahiyyəti üzrə göstərdi ki, xx xxxx 2020-ci il tarixdə səhər saat təqribən 8-9 radələrində o, Fazil və sonuncunun oğlu Kamran Təqsirləndirilən şəxs mənzilində olarkən Fazilin tanışı və iş yoldaşı Şahid6 gözlənilmədən Təqsirləndirilən şəxs evinə gəlmiş və Fazilə sifarişli iş olduğunu və onu işləmək üçün aparmaq istədiyini bildirmişdir. Şahid6 gələrkən qapını döymüş, qapını şəxsən o açmışdır. Həmin vaxt Fazilin oğlu Kamran başqa otaqda yatmışdır. Şahid6 təklifinə əsasən Təqsirləndirilən şəxs işə getmək üçün hazırlaşarkən Kamran oyanıb onlarla salamlaşmışdır. Bu vaxt mənzilin qapısı döyülmüş və Fazilin oğlu Kamran qapıya yaxın olduğundan qapını sonuncu açmışdır. Elə həmin vaxt bir neçə polis əməkdaşı Fazilin evinə basqın etmiş, ilk öncə Fazilin oğlunu yerə yıxıb onu döyməyə başlamışlar. Bundan sonra onun üstündən keçib onları, yəni Təqsirləndirilən şəxs, Şahid6 və onu tutmuş, üst-başlarını, evi yoxlamış, lakin onların üstündən və evdən qanunla qadağan edilmiş hər hansı əşya və ya narkotik vasitə aşkar edilməmişdir. Lakin bütün bunlara baxmayaraq Fazilin oğlundan başqa onları Sumqayıt şəhər Polis İdarəsinə, oradan da 3-cü Polis Bölməsinə aparmışlar. Fazilin mənzilindən ilk olaraq o, çıxarılmış, ardınca kimin çıxarıldığını görməmişdir. Onu tutan polis əməkdaşlarından heç birini tanmamışdır. 3-cü Polis Bölməsində boynuna narkotik vasitə qoymaq istəmişlər. O, polisin hərəkətlərinə etiraz etdikdə orada söz sahibi olan tanımadığı polislərdən biri ona “geroyluq eləmə, yetim və kasıb oğlansan, əgər üzərindən narkotik aşkar edilmədiyini desən, sənə Cinayət Məcəlləsinin 234.4.3-cu maddəsi ilə ittiham irəli sürüləcək. Yox, əgər üzərindən narkotik çıxdığını, narkotiki əynindəki kurtkanın (burada: gödəkçə) içərisində gətirdiyini bildirsən, sənə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham irəli sürüləcək və nəticədə üyngül cəza ilə canını qurtaracaqsan.” ifadələrini işlədib onu hədələdiyindən o, bərk qorxuya düşmüş, çıxış yolu görməmiş və polislərin dediklərini olduğu kimi qəbul etmişdir. Odur ki, nə yazılmışsa, oxumadan imza etmişdir. Polislərin şərtlərini qəbul etdikdən sonra ona qara rəngli, içərisi dolu olan sellofan verilmiş, həmin sellofanı kurtkanın içərisinə qoyub kənardan onlara tərəf gəlmək tapşırılmışdır. O, polislərin dediyi kimi etimş, onlardan kənarlaşıb təkrar gəldikdə videoçəkilişlə onu saxlamışlar. Lakin bunun günün hansı saatlarında baş verdiyi yadında qalmamışdır. Şahid qismində dindirilən Şahid7 ifadəsinin davamında göstərdi ki, onun barəsində olan cinayət işi məhkəməyə göndərilərkən işlə tanış olmuş, sənədləşməyə əsasən guya o, xx xxxx 2020-ci il tarixdə, səhər-səhər Bakı şəhərinə getmiş, orada “20 Yanvar” metrostansiyasının yanında tanımadığı adamdan 80 manata 470 qram marixuana aliış və Sumqayıt şəhərində qayıtdıqda saat 12-13 arası 3-cü polis bölməsinin əməkdaşları tərəfindən götürülmüşdür. Bununla bağlı o, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkəməyə verilmişdir. Təqsirləndirilən şəxsla Şahid6 da eyni qaydada tutulduqlarını, artıq hər üçünün “kitabının bağlandığını”, həqiqəti deyəcəyi təqdirdə məhkəmədə də ona daha çox cəza təyin ediləcəyini fikirləşərək susmuş, əsil həqiqəti, ona göstərilən təsir və təzyiqləri məhkəmədə danışmamış, istintaq orqanının gəldiyi nəticə ilə razılaşıb verdiyi ifadələrini bir daha təsdiq etmiş və Sumqayıt şəhər Məhkəməsinin hökmünə əsasən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib bir il altı ay azadlıqdan məhrum edilmişdir. Əsil həqiqətdə isə hadisə onun göstərdiyi kimi olmuş, onda, Təqsirləndirilən şəxs və ya Şahid6 heç bir narkortik vasitə aşkar olunmamış, onların hər üçü xx xxxx 2020ci il tarixdə, səhər-səhər Fazilin evində saxlanılmışlar. Şahid qismində dindirilən Şahid7 ifadəsinin davamında daha sonra göstərdi ki, Təqsirləndirilən şəxs mobil telefonu olduğunu bilsə də, onun özündə mobil telefon olmamış, Şahid6 mobil telefonunun olub-olmamasını isə bilməmişdir. Təqsirləndirilən şəxs narkoman olmuş, heroindən istifadə etməklə iynə ilə bədəninə vurmuşdur. Lakin Təqsirləndirilən şəxs marixuanadan istifadə etməsinin və ya hər hansı növdən olan narkotik vasmitələri satmasının şahidi olmamışdır. O, özü də narkoman olmuş, hətta əvvəllər buna görə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə yenə də məhkum olunmuşdur. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan, Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid1 tərəfindən yazılmış xx xxxx 2020-ci il tarixli raportdan, eyni şəxs tərəfindən qəbul edilmiş “Əməliyyat tədbirlərinin keçirilməsi haqqında” xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs saxlanılmasına səbəb və əsas onun narkotik vasitələri qəbul etməsi, üzərində saxlaması ehtimalı barədə daxil olmuş əməliyyat məlumatı olmuşdur(iş vərəqə: səh. 3,5). İşdə olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan, Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid1 tərəfindən tərtib olunan xx xxxx 2020-ci il tarixli başqa bir raportdan görünür ki, raportun icraçısı Şahid1 tərəfindən həmin raportla baxılan iş üzrə Təqsirləndirilən şəxs üzərində narkotik vasitələri gəzdirməkdə və istifadə etməkdə şübhəli şəxs qismində xx xxxx 2020-ci il tarixdə, saat 15:20-də Sumqayıt şəhərinin 11-ci mkr-nu ərazisində, «qarajlıq» deyilən yerdə saxlanılması və 1-ci Polis Bölməsinə gətirilməsi barədə bölmə rəisinə məlumat verilmişdir. Tədqiq olunan həmin raportdan görünür ki, Təqsirləndirilən şəxs saxlanılmasında 1ci PB-nin əməliyyat müvəkkili Şahid1 ilə yanaşı, həmin bölmənin təhqiqatçısı X8, əməliyyat müvəkkilləri Şahid2 və Şahid3, həmçinin Sumqayıt şəhər Polis İdarəsinin X1 baş inspektoru Şahid4 iştirak etmiş, proses videokamera vasitəsilə videolentə alınmışdır (iş vərəqə: səh. 4). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Sumqayıt ŞPİ-nin 1-ci PB-nin təhqiqatçısı X8 tərəfindən tərtib olunan “Şəxsi axtarış və götürmə haqqında” xx xxxx 2020ci il tarixli protokoldan görünür ki, həmin protokol iş üzrə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edərək üzərində gəzdirməsi, saxlamasıgöndərməsi, daşıması və satması barədə daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar Fazhil İbrahimovun üzərinə şəxsi axtarış keçirilməsi və götürmə aparılması məqsədilə əməliyyat müvəkkilləri Şahid1, Şahid2 və Şahid3, Sumqayıt şəhər Polis İdarəsinin KTB-nin baş inspektoru Şahid4, həmçinin Təqsirləndirilən şəxs iştirakları ilə Sumqayıt ŞPİ-nin 1-ci PB-nin inzibati binasında saat 15-45-dən saat 16-15-ədək olan müddətdə tərtib olunmuşdur. Tədqiq olunan həmin protokolun məzmunundan görünür ki, təhqiqatçı özü də daxil olmaqla, protokolda adı keçən əməliyyat müvəkkilləri və inspektor-kriminalist Şahid4 xx xxxx 2020-ci il tarixdə, saat 15:05-də Sumqayıt şəhərinin 11-ci mkr-nu ərazisində yerləşən və «qarajlıq» adlanan yerə getmiş, sonuncu tərəfindən videoçəkiliş başlanılmış və həmin vaxt bir nəfərin tək olaraq yola çıxıb yolun ortası ilə gəldiyi müşahidə olunmuş, yolun ortası ilə gələn həmin şəxsə yaxınlaşıb polis əməkdaşları kimi özlərini təqdim etmiş, şəxsin hazırda barəsində cinayət işinə baxılan Təqsirləndirilən şəxs olduğu müəyyənləşdirilmiş, sonuncu hüquq və vəzifələrinə dair bildirişlə tanış edilmiş, ona narkotik vasitələri qanunsuz olaraq əldə etməkdə, saxlamaqda, daşımaqda, satmaqda və s. şübhəli olduğu, buna görə üzərində videoçəkilişlə şəxsi axtarış aparılacağı bildirilmiş və Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış aparılmasına etiraz etməmişdir. Tədqiq olunan həmin protokolun məzmunundan daha sonra görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa başlanılmış, təklif əsasənda sonuncu əlində olan içərisində sarı rəngli sellofana bükülmüş vəziyyətdə qurudulmuş marixuanaya bənzər ot kütləsi olan bir ədəd göy rəngli selofanı onlara təqdim etmiş, təqdim etdiyi kisənin içərisində “marixuana” narkotik vasitəsi olduğunu, özünün istifadəsi məqsədilə Sumqayıt şəhərinin Corat qəsəbəsində yaşayan Sənan adlı şəxsdən aldığını və eyni məqsədlə üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə polis tərəfindən götürülmüş və həmin an videoçəkiliş dayandırılmış və sonuncu ilə birlikdə Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gedilmişdir. Ən nəhayət, tədqiq olunan həmin protokolun məzmunundan görünür ki, Sumqayıt ŞPİ-nin 1-ci PB-də Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş bitki mənşəli kütlə elektron tərəzidə çəkilmiş, kütləsinin 3360 (üç min üç yüz altmış) qram olduğu müəyyənləşdirilmiş, mobil telefon vasitəsi ilə qeyd olunan sonuncu prosesin fotoşəkilləri çəkilmiş, ekspertiza tədqiqatına göndərilməsi üçün aşkar edilib götürülmüş bitki mənşəli kütlə zərfə qablaşdırılmış və DİN-nin 125 saylı möhürü ilə möhürlənmiş, həmçinin videoçəkiliş aparılmış bir ədəd DVD-R formatlı disk protokola əlavə edilmişdir (iş vərəqə: səh. 22-23, 24). İşdə olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə prosesinin videogörüntülərini özündə əks etdirən bir ədəd DVD-R formatlı diskə baxış keçirilməsi barədə protokolun məzmunundan görünür ki, həmin videogörüntülərin ardıcıllığı tədqiq olunan həmin protokolda qeyd olunmuşdur. Belə ki, aparılan qeydlərə əsasən Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə, saat təxminən 15:05 radələrində Sumqayıt şəhəri, 11-ci mk.-r-n ərazisində, «qarajlıq» deyilən yerlə gedərkən ona üç nəfər mülki geyimli şəxslər yaxınlaşaraq onu saxlamış və özlərini təqdim edərək Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları olduqlarını bildirmiş, sonra onlara polis formasında daha bir nəfər şəxs yaxınlaşmış və özünü təqdim edərək 1-ci PB-nin təqhiqatçısı olduğunu bildirmişdir. Təhqiqatçının tələbinə əsasən saxlanılan şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulunda, əldə edilməsində, üzərində gəzdirilməsində, satışında şübhəli bilindiyi üçün saxlanıldığını deyilmiş və saxlanılan şəxsə hüquq və vəzifələri barədə bildirişi təqdim etmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmiş, Təqsirləndirilən şəxs buna etiraz etməmişdir. Təhqiqatçı şəxsi axtarışa başlamazdan əvvəl üzərində qanunla qadağan olunmuş əşyalar olub-olmamasını Təqsirləndirilən şəxs soruşmuş, Təqsirləndirilən şəxs sağ əlində olan göy rəngli sellofanı təqdim edərək içərisində marixuana olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi göy rəngli sellofanın içərisində sarı rngli sellofana bükülmüş kütlənin olduğu müşahidə olunmuşdur. Təhqiqatçının suallarına cavab olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi kütlənin narkotik vasitə marixuana olduğunu, narkotik vasitəni təxminən iki ay əvvəl Sumqayıt şəhərinin Corat qəsəbəsində yaşayan Sənan adlı şəxsdən özünün istifadəsi üçün 1000 (min) manata aldığını, həmin narkotik vasitəni qarajların arasında gizləntiyini, ağrıları olduğu üçün buraya (saxlanıldığı əraziyə) gələrək az-az götürüb özü istifadə etdiyini, gizlətdiyi narkotik vasitənin yerini kiminsə tapa biləcəyindən narahat olduğu üçün götürüb yerini dəyişmək istədiyini bildirmişdir. Tədqiq olunan baxış keçirilməsi haqqında həmin protokolun məzmunundan daha sonra görünür ki, videogörüntülərdə təhqiqatçı Təqsirləndirilən şəxs onun saxlanıldığı yerdə sənədləşdirmənin davam etdirilməsinin mümkün olmadığını bildirmiş, 1-ci PB-nə gedəcəklərini ona demiş, Təqsirləndirilən şəxs buna etiraz etməmiş və burada videoçəkiliş dayandırılimışdır(iş vərəqə: səh. 93-94). İbtidai istintaq orqanı tərəfindən maddi sübut kimi qiymətləndirilməklə cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması prosesinin videogörüntüləri yüklənmiş 01 ədəd DVD-R formatlı disk xüsusi proqram vasitəsi ilə məhkəmə baxışı zamanı nümayiş olunmaqla tədqiq edildi və bu zaman müəyyən edildi ki, nümayiş olunan DVD-R formatlı diskə 4 dəqiqə 23 saniyəlik videogörüntülər daxildir. İlk saniyədən başlayan videoçəkilişin 05-ci saniyəsində hündürmərtəbəli yaşayış binasının qarşısında sıra ilə düzülmüş, bir-birinə bitişik avtomaşın qarajlarının qarşısındakı qarajlardan birinin arxasından baxılan iş üzrə Təqsirləndirilən şəxs əlində tutduğu göy rəngli, dolu qabaritə malik polietilen kisə ilə yeyin addımlarla videçəkilişin aparıldığı kamera istiqamətində gəlir, videogörüntülərin 10-cu saniyəsində üç nəfər mülki geyimli şəxslər – baxılan iş üzrə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkilləri Şahid1, Şahid2 və Şahid3 naməlum istiqamətdən çıxaraq Təqsirləndirilən şəxs qolundan tutaraq onu saxlayır və bu zamanı Sumqayıt ŞPİ-nin 1-ci PB-nin təhqiqatçısı Şərail Quliyev onlara yaxınlaşıb özünü təqdim edir, ardınca təhqiqatçının göstərişinə əsasən Təqsirləndirilən şəxs saxlamış əməliyyat müvəkkilləri özlərini, vəzifələrini və rütbələrini təqdim edirlər. Bundan sonra təhqiqatçının tələbinə əsasən saxlanılan Təqsirləndirilən şəxs özünü təqdim edir və yaşadığı Sumqayıt şəhərindəki ünvanı bildirir. X7 saxlanılan Təqsirləndirilən şəxs onun narkotik vasitələrin saxlanmasında və istifadəsində şübhəli bilindiyi üçün saxlanıldığını qeyd edib, sonuncudan üzərində qeyri-qanuni əşya olub-olmadığını soruşur. Bu zaman Təqsirləndirilən şəxs başı ilə əlindəki göy rəngli polietilen kisəyə işarə etməklə içərisində marixuana olduğunu bildirir. X7 bundan sonra saxlanılan Təqsirləndirilən şəxs bir vərəqədən ibarət kağız təqdim edib şübhəli şəxs kimi saxlanıldığından hüquq və vəzifələri ilə tanış olmağı təklif edir, sonuncu kağız vərəqi alıb baxır və «aydındır» deməklə həmin kağızı təhqiqatçının özünə qaytarır. Bundan sonra X7 Təqsirləndirilən şəxs onun hüquqlarını Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3 müdafiə edəcəyini bildirib sonuncuya əlindəki göy rəngli kisəni təqdim etməyi və açıb baxmağı təklif edir. Təqsirləndirilən şəxs təqdim etdiyi göy rəngli polietilen kisənin içərisində sarı rəngli, yapışqanlı lentlə (burada: skoç) sarınmış dolu polietilen kisə müşahidə olunur. bükülmüş kütlənin olduğu müşahidə olunmuşdur. X7 sarı rəngli kisəni üst tərəfdən cırmaqla içərisində olan yaşıl rəngli, bitki mənşəli kütləni nümayiş etdirir, Təqsirləndirilən şəxs suallara cavab olaraq təqdim etdiyi kütlənin narkotik vasitə marixuana olduğunu, özünün xəstə adam olduğunu, şəxsi istifadəsi üçün təxminən iki ay əvvəl 1000 (min) manata Corat qəsəbəsi sakini Sənan adlı şəxsdən aldığını, həmin narkotik vasitəni qarajların arasında gizləntiyini, hərdən saxlanıldığı əraziyə gələrək bir ovuc götürüb istifadə etdiyini, son zamanlar gizlətdiyi narkotik vasitənin yerinin bilinəcəyindən narahat olduğu üçün götürüb yerini dəyişmək istədiyini bildirmişdir. Nümayiş olunan həmin videogörüntülərdən daha sonra görünür ki, videogörüntülərdə X7 Təqsirləndirilən şəxs onun saxlanıldığı yerdə sənədləşdirmə aparılması üçün müvafiq şərait olmadığını bildirir və araşdırılmanın davam etdirilməsi, ondan götürülən marixuanaya bənzər kütlənin çəkisinin müəyyənləşdirilməsi və ekspertizaya göndərilməsindən ötrü hazırlanması üçün 1-ci PB-nə gedəcəklərini bildirir. 4 dəqiqə 23 saniyənin tamamıında videoçəkiliş dayandırılır (iş materialları). Daha sonra məhkəmə baxışı zamanı elan olunmaqla tədqiq edilən, iş üzrə keçirilmiş məhkəmə-bioloji ekspertizanın xx xxxx 2020-ci il tarixli, 7/48 saylı rəyindən görünür ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülməklə ekspertiza tədqiqatına təqdim olunmuş bir ədəd sarı rəngli sellofan bağlamadakı bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana narkotik vasitəsidir və həmin narkotik vasitənin təmiz çəkisi 3200 qram ( 3 kq 200 qram) təşkil edir. Tədqiq olunan həmin rəydən görünür ki, ekpertizaya təqdim edilmiş 3200 qram qurudulmuş marixuana narkotik vasitəsinin müəyyən hissəsi ekspertiza tədqiqatına sərf olunmuş və nəticədə 3199,8 qram qalıq qalmışdır (iş vərəqə: səh. 36-38). Bundan başqa, məhkəmə baxışı zamanı elan olunmaqla tədqiq edilən, iş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizanın xx xxxxx 2020-ci il tarixli, 1065 saylı rəyindən görünür ki, aparılan məhkəmə-tibbi tədqiqat zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) olduğu və onun həmin xəstəlikdən məcburi müalicəyə ehtiyacı olduğu müəyyən edilmişdir. Həmçinin ekspertilərin qənaətinə görə Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır (iş vərəqə: səh. 113-114). Məhkəmə baxışı zamanı tədqiq olunan, istintaq orqanı tərəfindən sübut növü kimi qiymətləndirilməklə ittiham aktına əlavə edilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nə verilmiş xx xxxx 2020-ci il tarixli əməliyyat tapşırığından və həmin tapşırığa əməliyyat orqanı tərəfindən verilən xx xxx 2020-ci il tarixli müvafiq cavabdan görünür ki, aidiyyatı əməliyyat orqanına Təqsirləndirilən şəxs götürülmüş marixuana narkotik vasitəsinin mənbəyini müəyyənləşdirmək tapşırığı ilə yanaşı, həmin orqana həm də sonuncunun narkotik vasitəni evində saxlamasının məqsədini və narkotik vasitələrin satışı ilə məşğul olubolmamasını müəyyənləşdirmək tapşırığı verilmişdir. Sumqayıt ŞPİ-nin 1-ci PB-si tərəfindən həmin əməliyyat tapşırığına verilmiş xx xxx 2020-ci il tarixli cavabdan görünür ki, əməliyyat tapşırığı üzrə müəyyənləşdirilməli faktlarla bağlı bir sıra tədbirlər keçirilmiş, aparılan əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olduğu müəyyənləşdirilmiş, lakin onun həmin narkotik vasitəni haradan, kimdən əldə etməsini, digər şəxslərə satmasını müəyyən etmək mümkün olmamışdır(iş vərəqə: səh. 103). Daha sonra işdə olan və sübut növü kimi ittiham aktına əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 xx xxxx 2020-ci il tarixli qərarı əsasında Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirləri keçirib onun üzərinə baxış keçirilməsi barədə qərarın qəbul edilməsi qanunauyğun hesab edilmişdir(iş vərəqə: səh. 115-116). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs götürülmüş, təmiz çəkisi 3200 qram təşkil edən kustar üsulla hazırlanmış qurudulmuş marixuana narkotik vasitəsi iş üzrə maddi sübut kimi tanınmış və həmin narkotik vasitənin ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 3199,8 qram hissəsi saxlanılması üçün Sumqayıt ŞPİnin saxlanc anbarına təhvil verilmişdir (iş vərəqə: səh. 72-73). Bundan başqa, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması prosesinin videogörüntüləri yüklənmiş 01 ədəd DVD-R formatlı disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir (iş vərəqə: səh. 93-94). Qeyd olunanlardan başqa, məhkəmə baxışı zamanı əldə olunmaqla tədqiq olunan Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmündən görünür ki, baxılan iş üzrə şahid qismində dindirilmiş X10 həmin hökmlə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək bir il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir ondan ötrü ki, o, naməlum mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda – 470 qram qurudulmuş marixuana narkotik vasitəsi əldə edib saxlamış, üzərində daşımış və xx xxxx 2020-ci il tarixdə, saat 12:27-də Sumqayıt ŞPİ-nin 3-cü polis bölməsinin əməkdaşları tərəfindən Sumqayıt şəhərinin 18-ci məhəlləsində saxlanılmış və qeyd olunan miqdarda və növdə narkotik vasitə ondan götürülmüşdür. Qeyd olunan cinayət işi ********* nömrə altında Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsində istintaq edilmiş, xx xxx 2020-ci il tarixdə yekunlaşdırılmışdır (iş materialları). Ən nəhayət, məhkəmə baxışı zamanı əldə olunmaqla tədqiq olunan Sumqayıt ŞPİnin müstəntiqi Tural Əhmədli tərəfindən ********* saylı cinayət işi üzrə xx xxx 2020-ci il tarixdə tərtib olunan ittiham aktından görünür ki, həmin iş üzrə Təqsirləndirilən şəxs haqqında baxılan cinayət işinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham olunur ondan ötrü ki, o, naməlum mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda – 465 qram qurudulmuş marixuana narkotik vasitəsi əldə edib saxlamış, üzərində daşımış və xx xxxx 2020-ci il tarixdə, saat 14:11-də Sumqayıt ŞPİ-nin 4-cü polis bölməsinin əməkdaşları tərəfindən Sumqayıt şəhərinin Kottec qəsəbəsində saxlanılmış və qeyd olunan miqdarda və növdə narkotik vasitə ondan götürülmüşdür. Sumqayıt Şəhər Məhkəməsindən daxil olmuş materiallarla müəyyən olunur ki, Şahid6 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi məhkəmənin icraatında məhkəmə baxışı mərhələsindədir (iş materialları). Məhkəmə kollegiyası iş üzrə hərtərəfli, obyektiv və tam araşdırma aparıb, məhkəmə baxışında tədqiq edilmiş sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq ümumi çəkisi 3200 qram (3 kq.200qr.) təşkil edən külli miqdarda qurudulmuş marixuana narkotik vasitəsini əldə etmə, saxlamaq və daşıma cinayətini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən və onun əməlində araşdırılan cinayətin tərkibi olmadığından Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə bəraət verilməlidir. Azərbaycan Respublikası CM-nin 7.1-ci maddəsinin tələbinə görə yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinin tələblərinə görə Cinayət- Prosessual Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələblərinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin, "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli qərarının, "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun konkret müddəalarını rəhbər tutaraq Təqsirləndirilən şəxs əməlinə hüquqi qiymət verərkən müəyyən etmişdir ki, məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsin əleyhinə sübutlar toplanılarkən polis tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin, "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri kobud şəkildə pozulmuş, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasına nail olunması məqsədilə onun hüquqları, o cümlədən müdafiə hüquqları ciddi şəkildə pozulmuş, eyni məqsədlə sübutlar qəsdən saxtalaşdırılmış, iş üzrə ilkin materiallar toplanılarkən qeyri-hüquqi metodlardan istifadə olunmuş, həm məhkəməyədək icraat mərhələsində və həm də məhkəmə istintaqı zamanı şəxsin ağır cinayət törətməkdə ittiham olunması ilə bağlı bilə-bilə yalan ifadələr verilmişdir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 137-ci maddəsinə əsasən əməliyyataxtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin İ hissəsinin tələbinə əsasən əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar bu qanuna müvafiq əldə edildikdə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. İlk növbədə, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə baxışı nəticəsində Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - 3200 qram (3 kq.200 qr.) çəkidə qurudulmuş marixuana narkotik vasitəsi əldə edərək üzərində saxlaması və daşıması və onun xx xxxx 2020-ci il tarixdə, saat 15:05 radələrində Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhərinin 11-ci mikrorayonu ərazisində yerləşən «qarajlıq» adlanan yerdə saxlanılması və ondan qeyd olunan növdə və miqdarda narkotik vasitənin götürülməsinə əsaslı şübhələr müəyyən edilmişdir. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Sumqayıt şəhər Polis İdarəsinin İstintaq Şöbəsinin ayrı-ayrı müstəntiqləri tərəfindən eyni gündə - xx xxxx 2020-ci il tarixdə Şahid6 xx xxxx 2020-ci il tarixdə, saat 14:11-də Sumqayıt ŞPİ-nin 4-cü PB-nin xidməti ərazisində həmin bölmənin əməkdaşları tərəfindən 465 qram qurudulmuş marixuana narkotik vasitəsi götürülməsi faktına görə Azərbaycan Respublikası CPM-nin 234.1-ci maddəsi ilə ********* saylı, Şahid7 xx xxxx 2020-ci il tarixdə, saat 12:30-da Sumqayıt ŞPİnin 3-cü PB-nin xidməti ərazisində həmin bölmənin əməkdaşları tərəfindən 470 qram qurudulmuş marixuana narkotik vasitəsi götürülməsi faktına görə Azərbaycan Respublikası CPM-nin 234.1-ci maddəsi ilə ********* saylı və Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə, saat 15:05-də Sumqayıt ŞPİ-nin 1-ci PB-nin xidməti ərazisində həmin bölmənin əməkdaşları tərəfindən 3200 qram qurudulmuş marixuana narkotik vasitəsi götürülməsi faktına görə Azərbaycan Respublikası CPM-nin 234.4.3-cü maddəsi ilə ********* saylı cinayət işləri başlanılmışdır. Məhkəmə baxışı zamanı baxılan iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə, saat 15:05 radələrində Sumqayıt ŞPİ-nin 1ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhərinin 11-ci mikrorayonu ərazisində yerləşən «qarajlıq» adlanan yerdə real olaraq saxlanıldığını və ondan 3200 qram çəkidə qurudulmuş marixuana narkotik vasitəsi götürüldüyünü inkar etmiş, xx xxxx 2020-ci il tarixdə, saat 9:30-10 radələrində yaşadığı Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 54, mənzil 10-da oğlu Kamran, tanışı Emil adlı şəxs və iş yoldaşı kimi münasibətdə olduğu Şahid6la birlikdə olarkən polis əməkdaşlarının onun mənzilinə basqın etdiyini, oğlu Kamranı döyüb yerə yıxmalarını, həmin vaxt özünün istifadəsi üçün hazırladığı içərisində narkotik maye olan bir ədəd şprisi götürmələrini, tanışı Emil adlı şəxsi, iş yoldaşı Şahid6 və onu kobud formada Sumqayıt şəhər Polis İdarəsinə apardıqlarını, oradan onları ayrı-ayrı Polis Bölmələrinə göndərilmələrini göstərmiş, onun mənzilindən, Emildən və Şahid6 heç bir növdə narkotik vasitə götürülmədiyini, qanunsuz olaraq onların hər birinə qarşı əsassız ittihamlar irəli sürüldüyünü bildirmiş, saxlanılmaları ilə əlaqədar geniş ifadə vermişdir. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs oğlu Şahid5, Sumqayıt şəhər sakinləri Şahid7 və Şahid6 Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmiş və ətraflı ifadə vermişlər. Məhkəmə baxışı zamanı tədqiq olunan Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmündən görünür ki, həmin iş üzrə bir il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş X10 özünün barəsində olan iş üzrə məhkəmə istintaqı zamanı baxılan bu iş üzrə şahid qismində dindirilərkən verdiyi ifadəsindən fərqli ifadə verib əməlini etiraf etmiş, xx xxxx 2020-ci il tarixdə, saat 12:30-da Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən ondan 470 qram qurudulmuş marixuana narkotik vasitəsi götürülməsi faktını təsdiq etmişdir. İfadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı şahid Emin Abbasov baxılan iş üzrə izah verib göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsində barəsində işə baxılarkən Təqsirləndirilən şəxsla Şahid6 da eyni qaydada tutulduqlarını, artıq hər üçünün “kitabının bağlandığını”, həqiqəti deyəcəyi təqdirdə məhkəmədə ona daha çox cəza təyin ediləcəyini fikirləşərək susmuş, əsil həqiqəti danışmamış, ona göstərilən təsir və təzyiqlər barədə məhkəməyə heç bir məlumat verməmişdir. Şahid6 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə iclas protokolları öyrənilərkən müəyyən olundu ki, həmin iş üzrə təqsirləndirilən şəxs Şahid6 Sumqayıt Şəhər Məhkəməsində barəsində işə baxılarkən verdiyi ifadəsi ilə baxılan bu iş üzrə verdiyi ifadəsi eynilik təşkil edir. İşdə olan Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbslə bağlı qaldırılan vəsatətə və verilən təqdimata münasibət bildirərkən həqiqətən də cinayət əməli törətmədiyini, narkotik vasitələrin satışı ilə məşğul olmadığını məhkəmənin nəzər diqqətinə çatdırmışdır (iş vərəqə: səh. 65-67). Bundan başqa, cinayət işi üzrə ibtidai istintaqın qurtarması və təqsirləndirilən şəxsin cinayət işinin materialları ilə tanış edilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs iş materialları ilə tanış olduqdan sonra protokola imza etməkdən imtina etmiş və imtina etməsinin səbəbini belə izah etmişdir ki, o, tutulan vaxt onun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkəməyə veriləcəyi bildirilmiş, ona görə də bu barədə heç kimə heç nə deməmişdir. Belə ki, o, heç kimdən 3200 qram narkotik vasitə almamış, onda 3200 qram narkotik vasitə olmamışdır. Ona görə də Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə məhkəməyə verilməsinə etiraz əlaməti olaraq protokola imza etməkdən imtina edir. (iş vərəqə: səh. 140). Məhkəmə baxışı zamanı, həmçinin müəyyən olundu ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs saxlanılmasına və 1-ci Polis Bölməsinə gətirilməsinə səbəb və əsas onun narkotik vasitələri qəbul etməsi, üzərində saxlaması ehtimalı barədə daxil olmuş əməliyyat məlumatı olmuşdur. Bu faktı işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid1 tərəfindən yazılmış xx xxxx 2020-ci il tarixli raport, eyni şəxs tərəfindən qəbul edilmiş “Əməliyyat tədbirlərinin keçirilməsi haqqında” eyni tarixli qərar və Təqsirləndirilən şəxs saxlanılması və 1-ci Polis Bölməsinə gətirilməsi barədə əməliyyat müvəkkili Şahid1 tərəfindən bölmə rəisinə verdiyi yazılı məlumat tam təsdiq edir. Qeyd olunan ilkin əməliyyat sənədləri ilə həm də təsdiq olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat xidmətinə hər hansı məlumat daxil olmamışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması prosesinin videogörüntüləri yüklənmiş 01 ədəd DVD-R formatlı disk məhkəmə baxışı zamanı nümayiş olunarkən də müəyyn olundu ki, Təqsirləndirilən şəxs polis tərəfindən saxlanıldıqdan sonra Sumqayıt ŞPİ-nin 1-ci PB-nin təhqiqatçısı Şərail Quliyev saxlanılan Təqsirləndirilən şəxs onun narkotik vasitələri saxlamaqda və istifadə etməkdə şübhəli olduğunu bildirmişdir. Qeyd olunan videogörüntülərdə Təqsirləndirilən şəxs narkotik vasitələri göndərməkdə, daşımaqda və satmaqda şübhəli olması barədə heç bir yazılı və ya şifahi mənbə mövcud deyildir. Lakin işdə olan, Təqsirləndirilən şəxs barəsində ilkin əməliyyat məlumatlarının əldə olunmasından, sonuncunun videoçəkiliş altında saxlanılmasından sonra tərtib edilən və məhkəmə baxışı zamanı tədqiq olunan “Şəxsi axtarış və götürmə haqqında” xx xxxx 2020ci il tarixli və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması prosesinin DVD-R formatlı diskə yüklənilmiş videogörüntülərə baxış keçirilməsi haqqında xx xxx 2020-ci il tarixli protokollardan görünür ki, hər iki protokol tərtib olunarkən təhriflərə yol verilmiş, Təqsirləndirilən şəxs saxlanılmasının səbəbi kimi onun qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, qəbul etməkdə və üzərində saxlamaqda şübhəli olması ilə yanaşı, onun həm də narkotik vasitələri göndərməkdə, daşımaqda və satmaqda da şübhəli olduğu qeyd edilmişdir(iş vərəqə: səh. 22-23, 93-94). Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması prosesinin videogörüntüləri yüklənmiş 01 ədəd DVD-R formatlı disk məhkəmə baxışı zamanı nümayiş olunarkən, “Şəxsi axtarış və götürmə haqqında” xx xxxx 2020-ci il tarixli protokol tədqiq olunarkən Təqsirləndirilən şəxs saxlanılması və ondan marixuana narkotik vasitəsinə bənzər kütlənin götürülməsi, çəkisinin müəyyənləşdirilməsi, qablaşdırılması və möhürlənməsi mərhələsində təqsirləndirilən şəxsin müdafiə hüquqlarının və Cinayət-Prosessual Məcəlləsinin tələblərinin ciddi şəkildə pozulduğu müəyyn edilmişdir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 245.2-ci maddəsinə əsasən axtarış və ya götürmə aparılmasından əvvəl müstəntiq barəsində axtarış və ya götürmənin aparıldığı şəxsi bu barədə qərarla tanış etməlidir. Bundan başqa, Azərbaycan Respublikası CPM-nin 90.7.7-ci və 91.5.7-ci maddələrinin tələbinə görə şübhəli və ya təqsirləndirilən şəxs müstəqil olaraq müdafiəçi seçmək, onun səlahiyyətlərinə xitam vermək, müdafiəçidən imtina etdiyi halda özü özünü müdafiə etmək hüququna malikdir. Həmin Məcəllənin 90.6-cı maddəsinə əsasən cinayət təqibini həyata keçirən təhqiqatçı, müstəntiq və ya prokuror şübhəli şəxsin hüquqlarını təmin etməli və ona qanunla qadağan edilməyən bütün vasitə və üsullardan istifadə etməklə müdafiə hüququnu həyata keçirməsinə mane olmamalıdır. Daha sonra həmin Məcəllənin 90.7.2-ci maddəsinin tələblərinə görə şübhəli şəxs tutulduğu halda tutulmanın əsaslarını bilmək və tutulduğu andan müdafiəçidən hüquqi yardım almaq, onu tutmuş şəxsdən, təhqiqatçıdan, müstəntiqdən və ya prokurordan hüquqları haqqında yazılı bildiriş almaq hüququna malikdir. Lakin Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması zamanı çəkilmiş videogörüntülərdən və sonuncunun üzərində şəxsi axtarış aparılmasına dair “Şəxsi axtarış və götürmə haqqında” xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində axtarış aparılmazdan əvvəl haqqında çıxarılan “Əməliyyat tədbirlərinin keçirilməsi haqqında” xx xxxx 2020-ci il tarixli qərarla tanış edilməmişdir. Bu barədə nə videogörüntülərdə, nə “Şəxsi axtarış və götürmə haqqında” xx xxxx 2020-ci il tarixli protokolda və nə də “Əməliyyat tədbirlərinin keçirilməsi haqqında” xx xxxx 2020-ci il tarixli qərarın özündə bunu təsdiq edəcək hər hansı elan və ya qeyd olduğu müəyyən edilməmişdir. Bundan başqa, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs saxlanılması və ondan marixuana narkotik vasitəsinə bənzər kütlənin götürülməsi prosesinin videogörüntülərinin nümayişi zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs şübhəli şəxs olaraq saxlanıldıqdan sonra təhqiqatçı tərəfindən saxlanılan şəxsin hüquqlarına dair bildiriş olması adı altında videoçəkilişin 01 dəqiqə 24-cü saniyəsində bir vərəqədən ibarət yazılı kağızı saxlanılan Təqsirləndirilən şəxs təqdim edilir, Təqsirləndirilən şəxs vərəqə baxaraq videoçəkilişin 01 dəqiqə 30-cu saniyəsində, yəni cəmi 6 saniyə sonra həmin yazılı vərəqi təhqiqatçıya qaytararaq “aydındır” sözünü ifadə edir. Təhqiqatçının özü tərəfindən isə videoçəkiliş zamanı şübhəli şəxs olaraq saxlanılan Təqsirləndirilən şəxs onun hüquq və vəzifələri izah edilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadəsində qeyd olunan bu fakta toxunub bildirmişdir ki, saxlanılarkən təhqiqatçı tərəfindən ona hüquqlarına dair latın qrafikası ilə yazılmış bir kağız vermişdir. Kağız vərəq ona formal olaraq, yəni çəkiliş xətrinə verilmiş olsa da, o, latın qrafikası ilə ümumiyyətlə oxuya bilməmişdir. Odur ki, guya tanış oldu kimi kağıza ötəri baxıb, təqribən 5 saniyə sonra həmin vərəqi qaytarıb təhqiqatçının özünə vermişdir. Cinayət işinin materiallarından isə görünür ki, Təqsirləndirilən şəxs cinayət işində olan bütün şəxsi qeydlərini yalnız azərbaycan dilinin kril qrafikası ilə aparmış, həmçinin cinayət işinin materiallarına təqsirləndirilən şəxsə təqdim edilməsi üçün kril qrafikalı azərbaycan əlifbasına çevrilmiş ittiham aktının surəti əlavə edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs saxlanılması və ondan marixuana narkotik vasitəsinə bənzər kütlənin götürülməsi prosesinin videogörüntülərinin nümayişi zamanı müəyyən edildi ki, həmin prosesdə şübhəli şəxs olaraq saxlanılan Təqsirləndirilən şəxs müstəqil olaraq müdafiəçi seçmək hüququ kobud şəkildə pozulmuşdur. Belə ki, nümayiş olunan videogörüntülərdən görünür ki, Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra hələ şəxsi axtarış aparılmazdan, sonuncudan hər hansı əşya götürülməzdən əvvəl X7 saxlanılan Təqsirləndirilən şəxs onun hüquqlarını Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3 müdafiə edəcəyini bildirib, ardınca «bunu da biləsiniz» kimi ifadə işlədərək saxlanılan Təqsirləndirilən şəxs müstəqil olaraq müdafiəçi seçmək hüququndan məhrum etmişdir. Bu xüsusatla bağlı daha sonra müəyyən edilmişdir ki, saxlanılan Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 1-ci PB-nə aparıldıqdan sonra tərtib olunan “Şəxsi axtarış və götürmə haqqında” xx xxxx 2020-ci il tarixli və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması prosesinin DVD-R formatlı diskə yüklənilmiş videogörüntülərə baxış keçirilməsi haqqında xx xxx 2020-ci il tarixli protokollarda müvafiq olaraq təhqiqatçı və müstəntiq Təqsirləndirilən şəxs müstəqil olaraq müdafiəçi seçmək hüququnun pozulduğunu bildiklərindən Təqsirləndirilən şəxs onun hüquqlarını Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3 müdafiə edəcəyini deməsini qeyd etməmişdir. Qeyd olunan xüsusatla bağlı tədqiq olunan materiallardan görünür ki, saxlanılan Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 1-ci PB-nə aparıldıqdan sonra təhqiqatçı tərəfindən Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkillərinin siyahısı saxlanılan Təqsirləndirilən şəxs təqdim olunmaqla protokol tərtib edilmiş və guya sonuncu ona təqdim olunan siyahıda X3 adını göstərərək hüquqlarının müdafiəsi üçün onun təyin edilməsini xahiş etmiş və hətta sonuncunun onun müdafiəçisi qismində iştirakını təmin etmək məqsədilə ərizə təqdim etmişdir. Məhz bundan sonra müdafiəçi təyin etmək barədə qərar qəbul edilib vəkilin mənsub olduğu Vəkil Bürosuna göndərilmiş və bundan sonra vəkil X6 müdafiəçi qismində xx xxxx 2020-ci il tarixli, 301 saylı order təqdim etməklə işə buraxılmış və cinayət işinin ibtidai istintaqının sonunadək müdafiəçi qismində işdə iştirak etmişdir. Məhkəməyədək icraat mərhələsində Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən vermiş olduğu ifadələrinə iş üzrə tərtib olunan ittiham aktında müstəntiq tərəfindən qiymət verilərkən də təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçi ilə bağlı müdafiə hüququnun pozulması hissəsində təhriflərə yol verilmiş, həmin dindirmə protokollarında Təqsirləndirilən şəxs saxlanılarkən ona vəkil X3 müdafiəçi təyin edilməsi göstərilsə də, ittiham aktında bu məsələ təqsirləndirilən şəxsin ifadələrinin məzmunundan bilərəkdən xaric edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadəsində qeyd olunan bu pozuntuyla bağlı göstərmişdir ki, o, özü sərbəst olaraq özünə vəkil seçməmiş, hələ o, «qarajlıq» adlanan ərazidə saxlanılarkən təhqiqatçı Ələsgər adında birini ona vəkil təyin etmişdir. Ələsgər adlı vəkil demək olar ki, onun işində iştirak etməmiş, 1 və ya 2 dəfə, həm də çox qısa bir müddətdə onu görmüş, iş barədə onunla heç bir söhbət aparmamışdır. Bundan başqa, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması prosesinin DVD-R formatlı diskə yüklənilmiş videogörüntülərin nümayişi zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs saxlanılarkən onun ayağında üzərində ağ rəngli naxışları olan yüngül ev ayaqqabısı (burada: “domaşnik” və s.) olmuşdur. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsində göstərmişdir ki, polis tərəfindən onun mənzilinə basqın edilmiş, ondan ittihamda göstərilən narkotik vasitə götürülməmişdir. Polis onları tutub apararkən ayağına ayaqqabı geyməyə belə, imkan verilməmişdir. Onun ev domaşnikində (burada: yüngül ev ayaqqabısı, çəkələk, şəpit) aparıldığı və saxlanılarkən ayağında domaşnik olduğu videogörüntülərdə dəqiq görünməkdədir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Sumqayıt şəhər Polis İdarəsinin X1 baş inspektoru, Təqsirləndirilən şəxs «qarajlıq» adlanan ərazidə saxlanılması prosesini videokamera vasitəsi ilə videolentə alımış Şahid4 ifadəsində göstərmişdir ki, o, hadisə günü, yəni xx xxxx 2020-ci il tarixdə, Sumqayıt şəhərinin 11-ci mkr-nu ərazisində, «qarajlıq» deyilən yerdə yalnız 1-ci Polis Bölməsinin təhqiqatçısının göstərişinə əsasən hərəkət etmiş, Təqsirləndirilən şəxs saxlanılması, ondan marixuana narkotik vasitəsi götürülməsi prosesini videolentə almışdır. Onlar gözləmə mövqeyində olarkən təhqiqatçı və əməliyyatçılar qarajların arxasından çıxıb piyada gələn bir nəfəri, hazırda baxılan iş üzrə Təqsirləndirilən şəxs göstərib ona “çək” komandası vermiş və o, çəkilişə başlamışdır. Lakin məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs saxlanılması prosesini özündə ehtiva edən videogörüntülərdən görünür ki, videoçəkiliş faktiki olaraq Təqsirləndirilən şəxs kamera önündə ilk görünməsindən hələ 05 saniyə əvvəl başlamışdır. Bundan başqa, məhkəmə baxışı zamanı Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə təqdim olunan Baksell mobil operatorundan əldə olunan (055) ***-**-** saylı mobil telefon nömrəsinə aid məlumatlardan görünür ki, həmin mobil nömrə X4 adına qeydiyyatdan keçmiş, xx xxxx 2020-ci il tarixdə həmin mobil nömrə ilə son zəng 09:06:09-da qeydiyyatdan keçmişdir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid6 ifadəsində bu xüsusatla bağlı göstərmişdir ki, hadisə günü, yəni xx xxxx 2020-ci il tarixdə o, səhər saat 9:30 radələrində Təqsirləndirilən şəxs yaşadığı evə getmişdir. O, Təqsirləndirilən şəxs evində olarkən onun üstündə anası Şahbazova Səlimənin adına olan, lakin daima onun istifadəsində olmuş (055) ***-**-** saylı mobil nömrəli telefon olmuşdur. Fazilgilə gedənədək işlə bağlı qeyriləri ilə əlaqə saxlasasa da, o, həmin gün hadisə ərəfəsində Fazillə, onun evində yaşayan Emillə mobil əlaqə saxlamamışdır. Fazilgildə olarkən mobil telefonu onun özündə olsa da, lakin tutulub aparıldıqdan sonra Polis İdarəsində telefonunun üstündə olmadığını görüb həyəcandan Fazilgildə unutduğunu başa düşmüşdür. Bundan sonra telefondan istifadə etməmişdir. Bundan başqa, məhkəmə baxışı zamanı tədqiq olunan “Şəxsi axtarış və götürmə haqqında” xx xxxx 2020-ci il tarixli və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması prosesinin DVD-R formatlı diskə yüklənilmiş videogörüntülərə baxış keçirilməsi haqqında xx xxx 2020-ci il tarixli protokollarla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması prosesini özündə ehtiva edən və məhkəmə baxışı zamanı nümayiş olunan videogörüntülər müqayisəli təhlil olunarkən müəyyən edildi ki, video çəkiliş prosesində saxlanılan Təqsirləndirilən şəxs onun üzərində videoçəkilişlə şəxsi axtarış aparılacağı barədə məlumat verilməmiş və sonuncunun buna etirazı olub-olmaması aydınlaşdırılmamışqdır. Lakin sonradan tərtib olunan xx xxxx 2020-ci il tarixli və xx xxx 2020-ci il tarixli protokolların tərtibi zamanı yenə də təhriflərə yol verilmiş, hər iki protokolun məzmununa Təqsirləndirilən şəxs saxlanılmasından sonra ona üzərində videoçəkilişlə şəxsi axtarış aparılacağı barədə məlumat verildiyi və sonuncunun buna etirazı olmadığı qeyd edilmişdir. Daha sonra, məhkəmə baxışı zamanı tədqiq olunan “Şəxsi axtarış və götürmə haqqında” xx xxxx 2020-ci il tarixli protokolla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması prosesini özündə ehtiva edən və məhkəmə baxışı zamanı nümayiş olunan videogörüntülər müqayisəli təhlil olunarkən həm də müəyyən edildi ki, DVD-R formatlı diskə 4 dəqiqə 23 saniyəlik videogörüntülər daxildir ki, həmin videoçəkiliş X7in Təqsirləndirilən şəxs onun saxlanıldığı yerdə sənədləşdirmə aparılması üçün müvafiq şərait olmaması, araşdırılmanın davam etdirilməsi, ondan götürülən marixuanaya bənzər kütlənin çəkisinin müəyyənləşdirilməsi və ekspertizaya göndərilməsindən ötrü hazırlanması üçün 1-ci PB-nə gedəcəklərini bildirməsi ilə 4 dəqiqə 23 saniyənin tamamıında dayandırılır. “Şəxsi axtarış və götürmə haqqında” xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, videoçəkilişin dayandırılmasından və Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 1-ci PB-də aparılmasından sonra sonuncudan aşkar edilib götürülmüş bitki mənşəli kütlə elektron tərəzidə çəkilmiş, kütləsinin 3360 (üç min üç yüz altmış) qram olduğu müəyyənləşdirilmiş, mobil telefon vasitəsi ilə qeyd olunan sonuncu prosesin fotoşəkilləri çəkilmiş, ekspertiza tədqiqatına göndərilməsi üçün aşkar edilib götürülmüş bitki mənşəli kütlə zərfə qablaşdırılmış və DİN-nin 125 saylı möhürü ilə möhürlənmiş, həmçinin videoçəkiliş aparılmış bir ədəd DVD-R formatlı disk protokola əlavə edilmişdir. Lakin tədqiq olunan “Şəxsi axtarış və götürmə haqqında” xx xxxx 2020-ci il tarixli həmin protokoldan görünür ki, sonuncu proses, yəni Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş bitki mənşəli kütlənin elektron tərəzidə çəkilməsi, kütləsinin 3360 (üç min üç yüz altmış) qram olmasının müəyyənləşdirilməsi, ekspertiza tədqiqatına göndərilməsi üçün götürülmüş kütlənin zərfə qablaşdırılması və DİN-nin 125 saylı möhürü ilə möhürlənməsi prosesi videolentə alınmamış və ya həmin prosesdə hal şahidlərinin iştirakı təmin edilməmişdir. Proses Təqsirləndirilən şəxs və polietilen kisədə olan naməlum kütlənin elektron tərəzidə çəkilməsi anının fotoşəklinin çəkilib protokola əlavə edilməsi ilə kifayətlənilmişdir. Qeyd olunan hissədəki prosesin videolentə alınmadığını iş üzrə şahid qismində dindirilən inspektor-kriminalist Şahid4 da ifadəsində təsdiq etmişdir. Hansı ki, qeyd olunan proses şəxsi axtarış və götürmə aparılması prosesinin əsasını təşkil edir. Azərbaycan Respublikası CPM-nin 245.3-cü maddəsinə əsasən axtarış və ya götürməni foto, video və kino çəkilişdən, yaxud digər yazan texniki vasitələrdən istifadə etməklə aparıla bilər. Axtarış və ya götürmə zamanı azı 2 (iki) hal şahidi iştirak etmədikdə videoçəkilişdən istifadə məcburidir. Həmin Məcəllənin 245.8-ci maddəsinin tələblərinə görə axtarış və ya götürmə zamanı götürülmüş bütün əşya və sənədlər istintaq hərəkətinin iştirakçılarına təqdim edilir, onların müvafiq olaraq miqdarı, ölçüsü, çəkisi, hansı materialdan hazırlanması və digər xüsusi əlamətləri göstərilməklə ətraflı təsvir edilir, əşyalar və sənədlər qablaşdırılır, zərurət olduqda isə müstəntiq tərəfindən möhürlənir. Daha sonra məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə «qarajlıq» adlanan ərazidə saxlanıldıqdan sonra, şəxsi axtarış və götürmə barədə müvafiq qərar qəbul edilməsinə baxmayaraq, nə saxlanıldığı həmin yerdə və nə də onun Sumqayıt ŞPİ-nin 1-ci PB-nə aparılmasından sonra həmin bölmədə şəxsi axtarışa məruz qalmamış, üzərinə, paltarlarına baxış keçirilməmişdir. Məhkəmə baxışı zamanı, qeyd olunanlardan başqa müəyyən edildi ki, şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş bitki mənşəli kütlə elektron tərəzi vasitəsi çəkilmiş və kütləsinin 3360 (üç min üç yüz altmış) qram olduğu müəyyənləşdirilmişdir. Lakin məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-bioloji ekspertizanın xx xxxx 2020-ci il tarixli, 7/48 saylı rəyindən görünür ki, tədqiqat zamanı baxılan iş üzrə Təqsirləndirilən şəxs götürülmüş qurudulmuş marixuana narkotik vasitəsinin təmiz çəkisinin 3200 qram (3 kq 200 qram), yəni 160 qram az olduğu müəyyənləşdirilmişdir. Qeyd olunan bu ziddiyətin özü, şəxsi axtarış və götürmənin prosessual pozuntularla aparılmasının göstəricisi kimi qiymətləndirilməlidir. Bundan başqa, məhkəmə baxışı zamanı tədqiq olunan xx xxxx 2020-ci il tarixli əməliyyat tapşırığından və həmin tapşırığa əməliyyat orqanı tərəfindən verilən xx xxx 2020-ci il tarixli müvafiq cavabdan görünür ki, həmin cavabda əməliyyat orqanı tərəfindən əməliyyat tapşırığı üzrə bir sıra tədbirlər keçirildiyi, aparılan əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasının müəyyənləşdirildiyi, lakin onun həmin narkotik vasitəni haradan, kimdən əldə etməsini və kiməsə satmasını müəyyən etməyin mümkün olmadığını göstərilmişdir. Lakin əməliyyat xidməti əməliyyat tapşırığına cavabda göstərdiyi xüsusatlarla bağlı konkret sübut təqdim etməmişdir(iş vərəqə: səh.77-78, 103). Ən nəhayət, məhkəmə baxışı zamanı müəyyən edildi ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs narkotik vasitə əldə etməsi, qəbul etməsi və üzərində saxlaması barədə Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili Şahid1 əməliyyat məlumatı daxil olduqdan sonra sonuncu tərəfindən əməliyyat tədbirinin keçirilməsi haqqında qərar qəbul edilsə də, bu əməliyyat tədbirinin keçirilməsi məqsədilə əməliyyat qrupu yaradılmamış, 1-ci PB-nin əməliyyat müvəkkilləri Şahid2, Şahid3 və hətta tabeçilik üzrə yuxarı orqan hesab olunan Sumqayıt ŞPİ-nin KTB-nin baş inspektor kriminalisti Şahid4 keçirilmiş əməliyyat tədbirinə hansı əsasla cəlb edilmələri qeyri-müəyyən olaraq qalmışdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid1 tərəfindən yazılmış xx xxxx 2020-ci il tarixli raport, eyni şəxs tərəfindən qəbul edilmiş və Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin rəisi tərəfindən təsdiq edilmiş “Əməliyyat tədbirlərinin keçirilməsi haqqında” xx xxxx 2020-ci il tarixli qərar, yenə də eyni şəxs tərəfindən yazılmış Təqsirləndirilən şəxs saxlanılması və Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə gətirilməsinə dair xx xxxx 2020-ci il tarixli, məlumat xarakterli raport, “Şəxsi axtarış və götürmə haqqında” xx xxxx 2020-ci il tarixli protokol, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması prosesinin DVD-R formatlı diskə yüklənilmiş videogörüntüləri, həmçinin Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması prosesinin DVD-R formatlı diskə yüklənilmiş videogörüntülərə baxış keçirilməsi haqqında xx xxx 2020-ci il tarixli protokol, xx xxxx 2020-ci il tarixli əməliyyat tapşırığına əməliyyat orqanı tərəfindən verilən xx xxx 2020-ci il tarixli cavab sənədləri Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq satış məqsədilə əldə etməsinin yeganə mənbəyi kimi təqdim edilmişdir ki, qeyd olunan həmin sənədlər "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikası CPM-nin tələbərinin pozuntusu ilə əldə olunduğundan, həmçinin Təqsirləndirilən şəxs müdafiə hüququnun pozulması yolu ilə ondan alınmış etirafedici izahat və ifadələr, şahid qismində dindirilən əməliyyat müvəkkilləri Şahid1, Şahid2, Şahid3 və Şahid4 işin hallarına uyğun gəlməyən ifadələri Təqsirləndirilən şəxs qarşı ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə irəli sürülən ittihamın təsdiqi üçün mötəbər sübutlar kimi qiymətləndirilə və qəbul edilə bilməz. Bütün qeyd olunanlarla yanaşı məhkəmə həm də qeyd edir ki, məhkəməyədək icraat mərhələsində qəbul edilmiş və ibtidai istintaq orqanı tərəfindən ittiham aktına sübut növü kimi əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı işə mahiyyəti üzrə baxılmadan, mahiyyəti üzrə araşdırma aparılmadan və yalnız istintaq orqanının təqdim etdiyi sənədlər əsasında çıxarıldığından, həmçinin işə mahiyyəti üzrə baxılması nəticəsində "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikası CPM-nin tələbərinin pozuntusu aşkar edildiyindən, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 xx xxxx 2020-ci il tarixli qərarı əsasında Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirləri keçirib onun üzərinə baxış keçirilməsi barədə qərarın qəbul edilməsi qanunauyğun hesab edilə, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı hüquqi qüvvəli sənəd olaraq mötəbər sübut kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası CPM-nin 33.1 və 33.3-cü maddələrində göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinin tələblərinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 125.2, 125.2.1 və 125.2.9-cu maddələrinə əsasən insan və vətəndaşların konstitusiya hüququqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Yenə də həmin Məcəllənin 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən əməldə cinayət tərkibi olmaması (maddə 42.1.2), təqsirliliyin sübuta yetirilməməsi (maddə 42.1.4.) əsasları ilə bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi yoxdursa və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcuddursa, 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə şəxsin barəsində bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin Məcəllənin 350.2-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılması ilə əlaqədar onun barəsində cəzasını yüngülləşdirən və ağırlaşdıran halların nəzərə alınması, məhkumluğu, cəza təyini, maddi ziyan, cəzaçəkmə müəssisəsinin növü, həbsdə saxlama müddətləri və həbsin əvvəli ilə bağlı məsələnin müzakirəsi istisna təşkil edəcəkdir. Cinayət işinə məhkəmə baxışı zamanı müəyyən edildi ki, xx xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, xx xxxx 2020-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həmin tarixdən məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılması ilə əlaqədar onun haqqında seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal həbsdən azad edilməlidir. Məhkəmə baxışı zamanı məhkəmə-narkoloji ekspertizasının xx xxxxx 2020-ci il tarixli 1065 saylı həmin rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Qeyd olunan bu ekspertiza rəyi ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmalı olduğundan onun barəsində tibbi xarakterli məcburi tədbirlər təyin oluna bilməz. Belə ki, Azərbaycan Respublikası CPM-nin 93.1 və 93.1.2-ci maddələrinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Sumqayıt şəhər Polis İdarəsinin saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən əlində olan bir ədəd sintetik torbanın içərisindən aşkar edilərək götürülməsi iddia olunan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 3199,8 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə bəraət verildiyindən, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi qiymətləndirilmiş həmin narkotik vasitə olan qurudulmuş marixuananı əldə etmiş, daşıyaraq saxlamış şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallarla birlikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli, eyni zamanda maddi sübut kimi qiymətləndirilmiş Təqsirləndirilən şəxs saxlanılması və üzərində şəxsi axtarış aparılması prosesinin videogörüntüləri yerləşdirilmiş bir ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 350.4-cü maddəsinə əsasən bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərməlidir. İş üzrə məhkəmə məsrəflərinə dair məsələ müzakirə olunarkən müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən əlində olan bir ədəd sintetik torbanın içərisindən aşkar edilərək götürülməsi iddia olunan narkotik vasitənin xx xxxx 2020-ci il tarixli, 7/48 saylı məhkəmə-bioloji ekspertizasının keçirilməsinə 69,82 (altmış doqquz manat 82 qəpik) manat xərc sərf olunmuşdur. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə bəraət verildiyindən xx xxxx 2020-ci il tarixli, 7/48 saylı məhkəmə-bioloji ekspertizasının keçirilməsinə sərf olunan 69,82 (altmış doqquz manat 82 qəpik) manat Təqsirləndirilən şəxs aid edilməməlidir. Azərbaycan Respublikası CPM-nin 353.3.4-cü maddəsinin tələblərinə əsasən məhkəmənin bəraət hökmündə bəraət almış şəxsə cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi məsələsi və mülki iddia üzrə qərarın motivləri göstərilməlidir. Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona ziyan vurulması ilə bağlı məhkəməyə müraciət etməmişdir. Bəraət alması ilə əlaqədar ona cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi tələbi ilə müraciət hüququnun olması izah olunmalıdır. İş üzrə mülki iddia yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 42.1, 42.1.4, 42.2.4, 348.3 və 350.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən və əməlində cinayət tərkibi müəyyən edilmədiyindən ona bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. İş üzrə maddi sübut – Sumqayıt şəhər Polis İdarəsinin saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən əlində olan bir ədəd sintetik torbanın içərisindən aşkar edilərək götürülməsi iddia olunan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 3199,8 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə bəraət verildiyindən, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi qiymətləndirilmiş həmin narkotik vasitə olan qurudulmuş marixuananı əldə etmiş, daşıyaraq saxlamış şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallarla birlikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Təqsirləndirilən şəxs saxlanılması və üzərində şəxsi axtarış aparılması prosesinin videogörüntüləri yerləşdirilmiş bir ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə bəraət verildiyindən onun barəsində narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər təyin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə bəraət verildiyindən xx xxxx 2020-ci il tarixli, 7/48 saylı məhkəmə-bioloji ekspertizasının keçirilməsinə sərf olunan 69,82 (altmış doqquz manat 82 qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs aid edilməsin. Bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi tələbi ilə müraciət hüququnun olması izah olunsun. İş üzrə mülki iddia yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar