Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-191/2022 30.03.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokurorları, ədliyyə müşaviri X3 və kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 Əlimirzə oğlu və Təqsirləndirilən şəxs3un və müdafiəçilər - Bakı şəhəri, 2 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi3, Müdafiəçi1 və Müdafiəçi2 iştirakı ilə, xx xxxx 1983-cü il tarixdə Xaçmaz rayonunun Qaraçı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, himayəsində bir nəfər yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Xaçmaz rayonu, Qaraçı kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında kirayədə yaşamış, 19 may 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 21 may 2021-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə, xx xxxxxx 1979-cu il tarixdə Quba rayonu, Küpçal-Qışlaq kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, himayəsində bir nəfər yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, işləməyən, Quba rayon Məhkəməsinin 09 iyun 2021-ci il tarixli 1(027)-45/2021 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 1 il 6 ay müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə, qəti olaraq 1 il 5 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, təyin olunmuş cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 09 iyun 2021-ci tarixdən hesablanması qərara alınmış, hökm 01 iyul 2021-ci il tarixdə qanuni qüvvəyə minmiş, cəzasını çəkməmiş, Quba rayonu, Küpçal-Qışlaq kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında kirayədə yaşamış, 19 may 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 21 may 2021-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə, xx xxxxxx 1992-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir nəfər apzyaşlı uşağı olan, orta təhsilli, işləməyən, ünvan 2 ünvanında qeydiyyatda olan, ünvan 3da yaşamış, 22 may 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 24 may 2021-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 240.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 naməlum vaxtda və şəraitdə narkotik vasitələrin satışını həyata keçirmək məqsədilə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 18 may 2021-ci il tarixdə Təqsirləndirilən şəxs3 ümumi təmiz çəkisi 0,281 qram təşkil edən narkotik vasitə heroini satış məqsədilə qanunsuz olaraq əldə edib özündə saxlamaqla daşımış, 19 may 2021-ci il tarixdə saat 17:30 radələrində Nəsimi rayon Polis idarəsi Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 5 ünvanının qarşısında saxlanılaraq Nəsimi RPİ-nin 21-ci Polis bölməsinə gətirilmiş və polis bölməsində onun üzərində videoçəkilişlə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 2 ədəd gümüşü rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,178 qram və 0,103 qram olmaqla, ümumi təmiz çəkisi 0,281 qram təşkil edən narkotik vasitə heroin və narkotik vasitələrin satışında istifadə etmək məqsədilə üzərində gəzdirdiyi 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs2 naməlum vaxtda və şəraitdə narkotik vasitələrin satışını həyata keçirmək məqsədilə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 19 may 2021-ci il tarixdə Təqsirləndirilən şəxs3 ümumi təmiz çəkisi 0,292 qram təşkil edən narkotik vasitə heroini satış məqsədilə qanunsuz olaraq əldə edib özündə saxlamaqla daşımış, 19 may 2021-ci il tarixdə saat 17:30 radələrində Nəsimi rayon Polis idarəsi Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsi, 25 ünvanının qarşısında saxlanılaraq Nəsimi RPİ-nin 21-ci Polis bölməsinə gətirilmiş və polis bölməsində onun üzərində videoçəkilişlə şəxsi axtarış keçirilən zaman əynində olan tünd narıncı qarışıq rəngli köynəyin sol çöl döş cibindən 3 ədəd gümüşü rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,081 qram, 0,104 və 0,107 qram olmaqla, ümumi təmiz çəkisi 0,292 qram təşkil edən narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs3 məlum olmayan vaxtda və şəraitdə naməlum mənbədən satış məqsədilə qanunsuz olaraq 0,573 qram narkotik vasitə heroini və satış məqədilə qanunsuz olaraq tərkibində tramadolun təsiredici maddəsinin ümumi miqdarı 0,50 qram olan 5 ədəd güclü təsir edən maddə tramadol həblərini əldə edib özündə saxlamaqla daşımış, narkotik vasitə heroinin satışını həyata keçirmək məqsədilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 18 may 2021-ci il tarixdə narkotik vasitə heroinin ayrı-ayrılıqda təmiz çəkisi 0,178 qram və 0,103 qram olmaqla, ümumitəmiz çəkisi 0,281 qram təşkil edən hissəsini 2 bükümdə Təqsirləndirilən şəxs1, 19 may 2021-ci il tarixdə ayrı-ayrılıqda təmiz çəkisi 0,081 qram, 0,104 qram və 0,107 qram olmaqla ümumi təmiz çəkisi 0,292 qram təşkil edən hissəsini isə 3 bükümdə Təqsirləndirilən şəxs2 sataraq pulunu ona çatdırması üçün vermiş, 19 may 2021-ci il tarixdə saat 17:30 radələrində Nəsimi RPİ Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsi, 25 ünvanının qarşısında saxlanılaraq Nəsimi RPİ-nin 21-ci Polis bölməsinə gətirilmiş və polis bölməsində Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarının sol yan cibindən satış məqsədilə üzərində gəzdirdiyi həmin narkotik vasitə heroin 2 bükümdə, Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilən zaman isə əynində olan tünd narıncı qarışıq rəngli köynəyinin sol çöl döş cibindən satış məqsədilə üzərində gəzdirdiyi həmin narkotik vaitə heroin 3 bükümdə aşkar olunaraq götürülmüş, 22 may 2021-ci il tarixdə Nəsimi RPİ Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində o, yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsi, 25 ünvanının qarşısında saxlanılaraq Nəsimi rayon Polis idarəsinə gətirilib üzərində şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli cins şalvarının sağ qabaq cibindən satış məqsədilə üzərində gəzdirdiyi 5 ədəd güclü təsir edən maddə olan tramadol həbləri və üzərində narkotik vasitə heroin izləri olan iki ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs1 elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, hadisə baş verən gün o, evində yatarkən 7-8 nəfərin evə girdiklərini görüb yuxudan oyanmışdır. Onun əl-qolunu tutub idarəyə gətirmişlər və polis əməkdaşları orada üstünə baxış keçirmişlər. Lakin onun üzərindən heç nə aşkar olunmamışdır. Daha sonra polis işçiləri onun üstünə iki büküm narkotik vasitə və tərəzi qoymuş, çəkiliş vaxtı onları çıxarıb təqdim etməyi tapşırmışlar. Bundan sonra polis işçiləri çəkiliş aparmış, ona üstündə nə varsa çıxarmağı təklif etmişlər. O da, bir qədər əvvəl polis əməkdaşlarının ona verdikləri iki bükümdə narkotik vasitəni və tərəzini çıxarıb stolun üstünə qoymuşdur. Proses iştirakçılarının suallarını cavablandıran Təqsirləndirilən şəxs1 özünün narkotik vasitələrdən istifadə etmədiyini, nə də ki, onun satışı ilə məşğul olmadığını, Təqsirləndirilən şəxs2 onun yeznəsi olduğunu, polis əməkdaşları onu saxlayıb evdən çıxaranda, Vaqifi həyətdə gördüyünü, ondan əvvəl polis işçilərinin Vaqifi tutduqlarını, özünün Təqsirləndirilən şəxs3 tanımadığını, narkotik vasitələrin nə olduğunu bilmədiyini, özünün gündəlik dəmir-dümür yığaraq satıb ailəsini dolandırdığını, uşağı ilə bir yerdə yaşadığını, onu ekspertizaya aparsalar da, qanından analiz üçün nümunə götürmədiklərini, istintaq vaxtı heç bir ifadə vermədiyini, polis əməkdaşları ona nə deyiblərsə, həmin sözləri təkrar etdiyini, Elvini tanımadığını, saxlanılarkən yanında vəkil olmadığını, Elvini ona tanınmaya təqdim etmədiklərini, həyat yoldaşından ayrıldığını və təxminən bir ildir ki, uşağına tək baxdığını bildirdi. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə istintaq zamanı ittiham elan edilərkən özünü həmin ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, uzun müddətdir narkotik vasitədən istifadə edir. 19.05.2021-ci il tarixdə saat təxminən 17:30 radələrində ünvan 8 ünvanın qarşısında olan zaman ona 2 nəfər şəxs yaxınlaşmış və özlərini polis əməkdaşı kimi təqdim etmişlər. Həmin şəxslər özlərini Nəsimi RPİ-nin NMB-nin əməkdaşları kimi təqdim etdikdən sonra onun narkotik vasitənin istifadəsində və satışında şübhəli olduğunu bildirmişlər və üzərinə şəxsi axtarış keçirilməsi üçün onu Nəsimi RPİ-nin 21-ci PB-uə gətirmişlər. Polis bölməsində xidməti otaqların birində mütəxəssisin iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 2 ədəd gümüşü kağıza bükülmüş bükümün içərisində spesifik iyə malik, toz şəkilli, tünd qəhvəyi rəngli narkotik maddəyə mənzər maddə və sağ yan cibindən isə 1 ədəd boz rəngli elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Üzərindən aşkar edilmiş narkotik vasitənin heroin olduğunu bildirmiş və həmin heroini 18 may 2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Kubinka adlanan yerdə Elvin adlı şəxsdən satmaq məqsədilə aldığını, satdıqdan sonra əldə edilmiş pulu Elvinə verəcəyini və bunun müqabilində Elvinin ona şəxsi istifadəsi üçün narkotik verəcəyini bildirmişdir. Bundan sonra iştirakçılara həmin kağızın içində olan narkotik vasitəyə bənzər maddənin və elektron tərəzinin ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmişdir. Əvvəlcə zərfin içərisi iştirakçılara göstərilmiş və həmin zərflərin içərisinin boş olduğu müəyyən edilmişdir. Bundan sonra kağızın içərisində olan narkotik vasitəyə bənzər maddə və elektron tərəzi zərfə qoyularaq, zərfin ağzı Nəsimi RPİ-nin zərflər üçün nəzərdə tutulmuş “186” nömrəli möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərflərin üzəri imzalanmışdır. O, 21-ci PB-nə gətirilərkən və 21-ci PB-də olarkən ona qarşı fiziki zor tətbiq olunmamışdır (cild 1, iş vərəqi 86-87). Lakin Təqsirləndirilən şəxs1 25 avqust 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə ona ittiham elan edilərkən həmin ittihamda özünü təqsirli bilməmiş və ifadə verməkdən imtina etmişdir (cild 2, iş vərəqi 221-222, 224-228). Elan olunmuş ifadə ilə bağlı verilmiş suallara cavabında Təqsirləndirilən şəxs1 özünün yazıboxuya bilmədiyini, istintaqda verdiyi etirafedici ifadəsini təsdiq etmədiyini, həmin ifadəni təzyiqlər altında imzaladığını, yeznəsi Təqsirləndirilən şəxs2 rayonda yaşadığını və onun narkotik vasitələrdən istifadə etməsi barədə xəbəri olmadığını bildirdi. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs2 elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, qara ciyərindən müayinə olunmaq üçün Bakı şəhərinə gəlmiş, qalmağa yeri olmadığı üçün Muraddan onun evində qalmağı xahiş etmişdir. Muradgilin həyətində olduğu vaxt təxminən 7-8 nəfər polis işçisi həyətə girmiş və onları tutub polis bölməsinə aparmışlar. Həmin vaxt onun üstündə 0,081 qram narkotik vasitə olmuşdur. Proses iştirakçılarının suallarını cavablandıran Təqsirləndirilən şəxs2 saxlanılarkən üstündə 0,081 qram narkotik olduğunu, onun çəkisini təxmini olaraq bildiyini, özünün Qubada yaşadığını və tutulmamışdan 3 gün qabaq Bakıya gəldiyini, qaynı Muradın yanında qaldığını və əvvəllər Elvini tanımadığını, onları birinci gün polis əməkdaşları tutanda narkotikləri zorla boynuna qoyduqlarını, əslində həmin vaxt onda cəmi bir büküm narkotik olduğunu, saxlanılarkən polis işçilərindən bunun səbəbini soruşduğunu, onların lazımsız vaxtda lazımsız yerdə olması səbəbindən tutulduğunu bildirdiklərini, özünü narkotik vasitədən istifadəyə görə təqsirli bildiyini, satışla bağlı təqsirli bilmədiyini, Muradın yaşadığı evin həyət evi olduğunu və oğlu ilə oturub çay içdiklərinii, bu zaman 7-8 nəfərin həyətə girib onu tutduqlarını, istintaq zamanı ondan heç nə soruşmadıqlarını, polis işçiləri nə yazıblarsa, onları oxumadan imzaladığını, Elvini ona tanınmaya təqdim etmədiklərini, məhkəməyə sanksiyaya aparılanda Elvin adlı şəxsin onların «podelniki» olduğunu bildiyini, istintaqda vəkili olmadığını bildirdi. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə istintaq zamanı ittiham elan edilərkən özünü verilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, həqiqətən də Quba rayonu, Küpçal-Qışlaq kəndində qeydiyyatda olmaqla yaşayır, hazırda heç bir yerdə işləmir, sadəcə şəxsi işləri ilə bağlı 1 həftədir ki, yəni 13-14 may 2021-ci il tarixdən ünvan 9 ünvanında kirayədə yaşayır. O, təxminən 1 ildir ki, narkotik vasitə heroindən istifadə edir. 19.05.2021-ci il tarixdə səhər saatlarında Nəsimi rayonu, A.Qurbanov küçəsində Elvin kimi tanıdığı, anket məlumatlarını, yaşadığı ünvanı, telefon nömrəsini bilmədiyi, 35-45 yaşlı, qarayanız, arıq bədənli, saçları ağarmış, orta boylu şəxsdən hər bükümü 15 manata razılaşaraq narkotik vasitə heroin almış, həmin narkotik vasitələri digər şəxsə sataraq pulunu Elvin adlı şəxsə ödəmək məqsədi ilə üzərində saxlamışdır. Elvindən siqaretin kağızına bükülü 3 ədəd narkotik vasitə olan heroini aldıqdan sonra əynində olan köynəyinin cibinə qoymuşdur. 19.05.2021-ci il tarixdə saat təxminən 17:30 radələrində kirayə yaşadığı ünvan 11 ünvanın qarşısında olan zaman ona 2 nəfər mülki geyimli şəxslər yaxınlaşmışlar, özlərini təqdim edərək Nəsimi RPİ-nin əməkdaşları olmasını bildirmişlər. O da, özünü polis əməkdaşlarına təqdim etdikdən sonra polislər onun hərəkətlərinin şübhəli olduğunu bildirərək, barəsində əməliyyat məlumatı olduğu üçün onu Nəsimi RPİ-yə dəvət etmiş, o da, polislərin dəvəti ilə Nəsimi RPİ-nin inzibati binasına gəlmişdir. Polis İdarəsində polis əməkdaşları üzərində axtarış aparacaqlarını bildirmişlər və bunun üçün videoçəkilişdən istifadə edəcəklərini demişlər. O, buna etiraz etməmişdir. Daha sonra polis əməkdaşları onun üçün dövlət hesabına vəkil istəyib-istəmədiyini soruşmuş, o da, istədiyini demiş, sonra onun qarşısına vəkillərin siyahısı qoyulmuş və vəkil seçməyini demişlər. O da, dövlət hesabına müdafiəçi ilə təmin olunmağını istədiyini demişdir. Daha sonra vəkil dəvət olunmuş, axtarış videoçəkiliş vasitəsilə aparılmışdır. Axtarışda iştirak etmək üçün 2 nəfər şahidi, videoçəkiliş aparan bir nəfər mütəxəssis dəvət etmişlər. Ondan üstündə, paltarlarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməyi təklif edilmişdir. O, əynində olan tünd narıncı qarışıq rəngli köynəyinin sol çöl döş cibindən 3 ədəd ayrı-ayrı siqaretin gümüşü rəngli kağızlarına bükülmüş hər birinin içərisində tünd qəhvəyi rəngli toz şəkilli maddələri masanın üzərinə qoymuşdur. Bundan sonra onun üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, o, üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Bundan sonra onun üzərində axtarış aparılmağa başlanılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Sonra onun üzərindən aşkar edilmiş əşyaların adını deməsi və təqdim etməsi təklif olunmuşdur. O, 3 ədəd siqaretin gümüşü kağızlarındakı bükümlərin hər birinin içərisində spesifik iyə malik olan tünd qəhvəyi rəngli toz şəkilli maddələrin el içində “kokos” deyilən narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Eyni zamanda ondan həmin narkotik vasitəni haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sual edəndə o, narkotik maddələri “Elvin” kimi tanıdığı şəxsdən 19.05.2021-ci il tarixdə səhər saatlarında Nəsimi rayonu, A.Qurbanov küçəsində hər bir bükümünü 15 manata razılaşıb digər şəxslərə satıb pulunu ödəmək məqsədi ilə alaraq üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra iştirakçılara həmin 3 ədəd siqaretin gümüşü kağızlarına bükülmüş içərisində spesifik iyə malik olan tünd qəhvəyi rəngli toz şəkilli maddələr ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmişdir. Əvvəlcə zərfin içərisi iştirakçılara göstərilmiş və həmin zərflərin içərisinin boş olduğu müəyyən edilmişdir. Bundan sonra 3 ədəd siqaretin gümüşü kağızlarına bükülmüş içərisində spesifık iyə malik olan tünd qəhvəyi rəngli toz şəkilli maddələr zərfə qoyularaq, zərfin ağzı Nəsimi RPİ-nin zərflər üçün nəzərdə tutulmuş 186 nömrəli möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərflərin üzəri imzalanmışdır. Bundan sonra videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilib protokol tərtib edilməsi üçün dayandırılmışdır. Videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilmişdir. Şəxsi axtarış və götürmə zamanı tərəfindən və digər iştirakçılar tərəfindən heç bir şikayət daxil olmamış və vəsatət qaldırılmamışdır. Təqsirləndirilən şəxs2 istintaqa verdiyi həmin ifadəsinə görə, o, əvvəllər narkotik vasitələrin satışı ilə məşğul olmamış, sadəcə Elvindən aldığı narkotik vasitələri satmaq istəmişdir. Tam səmimi olaraq bildirir ki, həmin narkotik vasitələri Elvin adlı şəxsdən satış məqsədi üçün almışdır. Polis əməkdaşları onu saxlayarkən ona qarşı heç bir qanuna zidd hərəkətə yol verməmişlər (cild 1, iş vərəqi 200-203). Təqsirləndirilən şəxs2 25 avqust 2021-ci il tarixdə ona Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə ittiham elan edilərkən özünü həmin ittihamda təqsirli bilməyib ifadə verməkdən imtina etmişdir (cild 2, iş vərəqi 275-276, 278-282). Elan olunmuş ifadə ilə bağlı suallara cavabında Vaqif Şarmirzəyev protokoldakı imzaların özünə məxsus olduğunu, lakin həmin ifadəsini təsdiq etmədiyini, ifadənin ondan polis əməkdaşlarının təzyiqi ilə alındığını, onun üzərində cəmi 0,081 qram narkotik olduğunu, qalan narkotik vasitələri onun üzərinə polis işçiləri tərəfindən qoyulduğunu bildirdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, indi yaşadığı Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsi, 25 ünvanına yeni köçmüşdür. 22 may 2021-ci il tarixdə polis əməkdaşları onu saxlamış və polis idarəsinə aparıb onu CM-nin 234.2-ci maddəsi ilə rəsmiləşdirmişlər. Sonradan ona demişlər ki, həmin maddə ilə onun əməlini subuta yetirmək mümkün olmur. Bundan sonra onu məhkəməyə sanksiyaya aparanda iki nəfəri ona göstərib həmin şəxslərin onun «podelniki» olduğunu bildirmişlər. Lakin o, həmin şəxsləri, yəni bir yerdə işlərinə baxılan Murad və Vaqif adlı şəxsləri tanımır. Proses iştirakçılarının suallarını cavablandıran Təqsirləndirilən şəxs3 saxlanılarkən polis əməkdaşlarının ona təzyiq göstərdiklərini, bundan sonra ona nə demişlərsə, həmin sənədlərin hamısını imzaladığını, ikinci dəfə onun ifadələrini dəyişdiklərini, özünün «Kubinka»ya yeni köçdüyünü və həmin ünvanda kirayədə yaşadığını, onu saxlayarkən narkotik vasitələrdən istifadə edib-etmədiyini soruşduqlarını, onun isə vaxtı ilə istifadə etdiyini, lakin sonra tərgitdiyini söylədiyini bildirdi. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə istintaq zamanı ona ittiham elan edilərkən özünü verilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsi, ev 25-də arvadı X1, oğlu Eminlə birlikdə yaşayır. O, təxminən iki ildir ki, narkotik vasitə olan heroin qəbul edir. Həm də narkotik vasitələrin satışı ilə məşğuldur, narkotik vasitə olan heroin satır, narkotiki Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsində tanışları və tanımadığı onu tanıyan şəxslərə satır. O, narkotik vasitə olan heroinin qramını 25 manata satır. Narkotik vasitələri üzərində gəzdirdiyi tərəzi ilə çəkib satır. 22.05.2021-ci il tarixdə saat 12 radələrində Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsində olan zaman polislər ona yaxınlaşaraq özlərini təqdim edərək onu Nəsimi rayon Polis İdarəsinə dəvət etmişlər. O da, etiraz etmədən onlarla birlikdə polis idarəsinə getmiş, polis idarəsində şəxsi axtarış zamanı ona məxsus olan əynində olan göy rəngli cins şalvarının sağ qabaq cibindən gümüşü rəngli 1 ədəd tərəzini və arxa hissəsi qara rəngli olan 1 ədəd tərəzi aşkar edilmişdir. Axtarış zamanı ona məxsus olan əynindəki göy rəngli cins şalvarın sol arxa cibindən özünə məxsus olan 1 ədəd “Samsung” markalı və 1 ədəd “Alcatel” markalı mobil telefonlar, 5 ədəd “Tramadol” həblərini təqdim etmişdir. Şəxsi axtarış videoçəklişlə aparılmışdır. Bununla bağlı protokol tərtib edilmiş, o da, şəxsi axtarışda iştirak edən şəxslərlə birlikdə protokola imza etmişdir. O, narkotik vasitə olan heroini tanışları Vaqifə və Murada satmışdır. Muradla Vaqif ondan iki dəfə təxminən bir həftə bundan qabaq almışlar. Sonuncu dəfə Vaqif ondan iki qram almış, hələ də aldığı narkotikin pulunu verməmişdir. Murad isə üç qram narkotik vasitə heroin alıb ona 70 manat pul vermişdir. O, narkotikin satışında özünü təqsirli bilir, əməlinin cinayət olduğunu da başa düşür (cild 2, iş vərəqi 29-30). İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs3 25 avqust 2021-ci il tarixdə ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 240.1-ci maddələri ilə ittiham elan edilərkən özünü həmin ittihamda təqsirli bilməyib ifadəsində göstərmişdir ki, narkotik vasitənin satışı ilə məşqul olmamış, sadəcə olaraq istifadəçisidir. İki ilə yaxındır ki, narkotik vasitə olan heroindən istifadə edir. 22.05.2021-ci il tarixdə saat 12 radələrində Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsində olan zaman polislər ona yaxınlaşaraq özlərini təqdim edərək Nəsimi rayon Polis İdarəsinə dəvət etmişlər. O da, etiraz etmədən onlarla birlikdə polis idarəsinə getmiş, polis idarəsində şəxsi axtarış zamanı ona məxsus olan əynində olan göy rəngli cins şalvarının sağ qabaq cibindən gümüşü rəngli 1 ədəd tərəzi və arxa hissəsi qara rəngli olan 1 ədəd tərəzi aşkar edilmişdir. Axtarış zamanı ona məxsus olan əynindəki göy rəngli cins şalvarın sol arxa cibindən özünə məxsus olan 1 ədəd “Samsung” markalı və 1 ədəd “Alcatel” markalı mobil telefonlar, 5 ədəd “Tramadol” həblərini təqdim etmişdir. Şəxsi axtarış videoçəklişlə aparılmışdır. Bununla bağlı protokol tərtib edilmiş, o da, şəxsi axtarışda iştirak edən şəxslərlə birlikdə protokola imza etmişdir. Həmin zaman polis əməkdaşları ona bildirmişlər ki, ifadəsində narkotik vasitələrin satışı ilə məşqul olduğunu qeyd etsin. Bu səbəbdən də, ilkin olaraq o cür ifadə vermişdir. Tərəzilər istifadə etdiyi narkotik vasitənin həcmini bilmək üçün ölçmüşdür. Narkotik vasitəni internet vasitəsi ilə tanımadığı şəxslərdən əldə edir (cild 2, iş vərəqi 248-249). Elan olunmuş ifadələrlə bağlı suallara cavabında Təqsirləndirilən şəxs3 istintaq zamanı verdiyi ifadəni oxumadan imzaladığını, sonda ifadəsini oxuması və düzgün olması sözlərini yazdırdıqlarını və imza etdirdiklərini əlavə etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Nəsimi rayon Polis idarəsi Narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili Şahid1 istintaq zamanı verdiyi ifadəni təsdiq edərək göstərdi ki, ona Təqsirləndirilən şəxs1 narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat daxil olmuş, o da, bu barədə rəhbərliyə müraciət etdikdən sonra əməliyyat qrupu yaradılmışdır. Daha sonra Təqsirləndirilən şəxs1 əməliyyat qrupu tərəfindən yaşadığı ünvanda saxlanılaraq idarəyə gətirilmiş və üzərində şəxsi axtarış keçirilərkən narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Proses iştirakçılarının suallarını cavablandıran Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, Vaqiflə Muradı eyni ünvanda saxladıqlarını, Elvin adlı şəxsi isə Muradgilin tutulmasından 3 gün sonra saxladıqlarını, Vaqifin barəsinldə əməliyyat məlumatının Səməd adlı əməliyyatçıya daxil olduğunu, ona daxil olan əməliyyat məlumatının Muradın narkotik vasitələrin satışı ilə məşğul olması barədə olduğunu, Təqsirləndirilən şəxs1 digər əməliyyat müvəkkili Şahid2lə birlikdə onun tərəfindən saxlanıldığını, şifahi sorğu zamanı Muradın narkotik vasitəni Elvindən alıb satdığını, bunun müqabilində Elvinin ona istifadə etmək üçün narkotik verdiyini dediyini, Muraddan nakrotik vasitə almalı olan şəxsi saxlamadıqlarını, məlumatı dəqiqləşdirdikdən 3 gün sonra Elvini saxladıqlarını bildirdi. Məhkəmə iclasında şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq olundu. Şahid1 həmin ifadəsinə görə, 19 may 2021-ci il tarixdə xidmətdə olarkən məlumat daxil olmuşdur ki, ünvan 12 ünvanının qarşısında Murad adlı şəxs narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlaması, gəzdirməsi və satması ilə məşğul olur. Bununla bağlı təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi ilə bağlı qərar qəbul olunmuş və həmin qərarın icra olunması ilə bağlı ondan və bölmənin əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu təşkil edilmişdir. Daha sonra saat 17 radələrində daxil olmuş məlumatın yoxlanılması məqsədi ilə əməliyyat müvəkkili Şahid2lə ünvan 13 ünvanın yaxınlığında Murad adlı şəxsi görüb, sonuncuya yaxınlaşaraq özlərini təqdim etmişlər və həmin vaxt Murad adlı şəxsin Təqsirləndirilən şəxs1 olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 barəsində əməliyyat məlumatının daxil olmasını və bu səbəbdən onlarla Nəsimi RPİ-yə gəlməli olmasını bildirdikdən sonra Təqsirləndirilən şəxs1 etiraz etməmiş və birlikdə Nəsimi RPİ-yə gəlmişlər. Polis idarəsində Təqsirləndirilən şəxs1 gətirilməsi ilə bağlı rəhbərliyə raportla müraciət olunmuş və həmin raport üzrə araşdırma aparılması Nəsimi RPİ-nin 21-ci PB-yə həvalə edilmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs1 tərəflərindən 21-ci PB-yə aparılmışdır. 21-ci PB-də baş təhqiqatçı Nicat Sadıqov tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiə edilməsi üçün vəkil təyin olunduqdan sonra, sonuncu şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra Təqsirləndirilən şəxs1 üzərinə baş təhqiqatçı Nicat Sadıqov tərəfindən şəxsi axtarış istintaq hərəkəti keçirilmişdir. Videoçəkilişlə aparılan şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərində hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə olub-olmaması, olduğu təqdirdə onları könüllü təqdim etməsi təklif edildikdə, Təqsirləndirilən şəxs1 əynində olan göy rəngli cins şalvarın sol yan cibindən iki ədəd gümüşü rəngli kağıza bükülmüş bükümləri və həmin şalvarın sağ yan cibindən bir ədəd boz rəngli, işlək vəziyyətdə olan elektron tərəzini çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilmiş, lakin başqa hər hansı bir əşya və ya predmet, o cümlədən narkotik vasitə aşkar olunmamışdır. Sonra Təqsirləndirilən şəxs1 təqdim etdiyi bükümlərdə olan maddənin nə olması soruşulduqda, sonuncu, həmin bükümlərdə olan qəhvəyi rəngli maddənin narkotik vasitə heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 həmin heroinləri kimdən əldə etməsini soruşduqda, demişdir ki, həmin narkotik vasitə heroini 18 may 2021-ci il tarixdə «Kubinka» ərazisində Elvin adlı şəxsdən satmaq məqsədilə əldə edib, satdıqdan sonra əldə etdiyi pulu Elvin adlı şəxsə verəcəkmiş və bunun müqabilində Elvin adlı şəxs ona şəxsi istifadəsi üçün narkotik vasitə verəcəkmiş. Daha sonra Təqsirləndirilən şəxs1 təqdim etdiyi bükümlər və tərəzi müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Sonra bu barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmaqla düzgün tərtib edilməsi bütün iştirakçılar tərəfindən imza ilə təsdiq edilmişdir. Təqsirləndirilən şəxs1 narkotik vasitələrin satışı ilə məşğul olur, bununla bağlı bölməyə dəfələrlə əməliyyat məlumatları daxil olmuş və sonuncu dəfə bununla bağlı məlumat daxil olduqda tədbir keçirməklə Təqsirləndirilən şəxs1 polis idarəsinə gətirmişlər (cild 2, iş vərəqi 103-106). Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Nəsimi rayon Polis idarəsi Narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili Şahid2 istintaq zamanı verdiyi ifadəni təsdiq edərək göstərdi ki, o, Təqsirləndirilən şəxs1 müəyyən edilib saxlanılmasında əməliyyat qrupunun üzvü kimi iştirak etmişdir. Bu barədə əməliyyat məlumatı Şahid1 daxil olmuş, rəhbərliyə müraciət olunduqdan sonra təxirəsalınmaz tədbir keçirilmişdir. Murad adlı şəxs «Kubinka» adlanan ərazidə onlar tərəfindən saxlanılmış və idarəyə gətirilmişdir. Sonradan təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs1 üzərində videoçəkilişlə şəxsi axtarış keçirilmiş və narkotik vasitə heroin, elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Sorğu zamanı Murad narkotik vasitəni «Kubinka»da yaşayan Elvin adlı şəxsdən aldığını bildirmişdir. Proses iştirakçılarının suallarını cavablandıran Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, Murad barəsində həmin vaxt ilk dəfə onlara əməliyyat məlumatı daxil olduğunu, Muradın özünün narkotik vasitələrdən istifadə etdiyini bildirdiyini, Murad tutulan vaxt uşağının evdə olmadığını, Vaqifin də Muradla eyni gündə saxlanıldığını, Vaqifin saxlanılmasında onların iştirak etmədiklərini, Muradın saxlanılmasında onun Şahid1la birlikdə iştirak etdiklərini, əməliyyat məlumatının Ruslana daxil olduğunu bildirdi. Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq olunarkən, onun həmkarı Şahid1 məhkəmədə tədqiq olunmuş ifadəsi ilə oxşar məzmunlu geniş ifadə verdiyi müəyyən olundu (cild 2, iş vərəqi 130-133). Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Nəsimi rayon Polis idarəsi Narkotiklərlə mübarizə bölməsinin baş əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərdi ki, ona Vaqif adlı şəxsin narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. O da, həmin məlumatı rəhbərliyə məruzə etdikdən sonra bölmənin əməliyyat müvəkkili Şahid5 da daxil olduğu əməliyyat qrupu təşkil edilmişdir. 19 may 2021-ci il tarixdə onlar «Kubinka» adlanan əraziyə gedərək xarici əlamətlərinə görə müəyyən etdikləri Vaqif adlı şəxsi saxlayaraq idarəyə gətirmişlər. Orada onun üzərində şəxsi axtarış zamanı 3 büküm narkotik vasitə aşkar olunmuşdur. Şifahi sorğu zamanı Vaqif aşkar olunmuş narkotik vasitələri Elvin adlı şəxsdən aldığını bildirmişdir. Aradan bir neçə gün keçmiş müstəntiqin verdiyi əməliyyat tapşırığı əsasında onlar həmin ərazidə Elvin adlı şəxsi müəyyən edərək saxlamış, daha sonra idarədə müstəntiq tərəfindən onun və kiçik inspektor Şahid4 iştirakı ilə Təqsirləndirilən şəxs3 üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Həmin axtarış zamanı Elvinin üzərindən 5 ədəd «Tramadol» həbsləri və 2 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Proses iştirakçılarının suallarını cavablandıran Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, əməliyyat məlumatında Vaqif adlı şəxsin hansı bölgədən olmasının göstərilmədiyini, amma onun zahiri görünüşü barədə məlumatın daxil olduğunu, həmin məlumatı ona Vaqifdən narkotik alan şəxsin verdiyini, lakin məxfi olduğuna görə həmin şəxsin adını çəkə bilməyəcəyini, saxlanılarkən Vaqifin özünün narkotik vasitələrin satışı ilə məşğul olmasını etiraf etdiyini, Vaqifi kirayə yaşadığı evin qarşısında saxladığını, həmin vaxt onun narkotik vasitənin təsiri altında olduğunu, Murad barədə onda əməliyyat məlumatının olmadığını, lakin Muradı da Nəsimi RPİ-də gördüyünü, Muradın saxlanılmasında iştirak etmədiyini, narkotik vasitəni alan şəxsi müəyyən etmədiklərini, Elvinin narkotik vasitələrin satışı ilə məşğul olmasını əvvəllər tutduqları digər şəxslərin də bildirdiklərini, lakin onların Elvini əvvəlcədən tanımadıqlarını, yaşadığı ünvan və şəxsiyyəti barədə əvvəlcədən məlumat aldıqlarını bildirdi. Məhkəmə iclasında Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq olundu. Həmin ifadəsində şahid göstərmişdir ki, 19 may 2021-ci il tarixdə xidmətdə olarkən məlumat daxil olmuşdur ki, ünvan 12 ünvanının qarşısında Vaqif adlı şəxs narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlaması, gəzdirməsi və satması ilə məşğul olur. Bununla bağlı tərəfindən təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi ilə bağlı qərar qəbul olunmuş və həmin qərarın icra olunması ilə bağlı o və bölmənin əməliyyat müvəkkili Şahid5 ibarət əməliyyat qrupu təşkil edilmişdir. Daha sonra saat 17 radələrində daxil olmuş məlumatın yoxlanılması məqsədi ilə əməliyyat müvəkkili Şahid5lə ünvan 13 ünvanın yaxınlığında Vaqif adlı şəxsi görüb sonuncuya yaxınlaşaraq özlərini təqdim etmişlər və həmin vaxt Vaqif adlı şəxsin Təqsirləndirilən şəxs2 olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs2 barəsində əməliyyat məlumatının daxil olmasını və bu səbəbdən onlarla Nəsimi RPİ-yə gəlməli olmasını bildirdikdən sonra Təqsirləndirilən şəxs2 etiraz etməmiş və onlar birlikdə Nəsimi RPİ-yə gəlmişlər. Polis idarəsində Təqsirləndirilən şəxs2 gətirilməsi ilə bağlı rəhbərliyə raportla müraciət olunmuş və həmin raport üzrə araşdırma aparılması Nəsimi RPİ-nin Təhqiqat şöbəsinə həvalə edilmişdir. Baş təhqiqatçı Babək Mirzəyev tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiə edilməsi üçün vəkil təyin olunduqdan sonra sonuncu şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra Təqsirləndirilən şəxs2 üzərinə baş təhqiqatçı Babək Mirzəyev tərəfindən şəxsi axtarış istintaq hərəkəti keçirilmişdir. Videoçəkilişlə aparılan şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərində hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə olub-olmaması, olduğu təqdirdə onları könüllü təqdim etməsi təklif edildikdə, Təqsirləndirilən şəxs2 əynində olan tünd narıncı qarışıq rəngli köynəyinin sol çöl döş cibindən üç ədəd siqaretin gümüşü rəngli kağızlarına bükülmüş bükümləri çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilmiş, lakin başqa hər hansı bir əşya və ya predmet, o cümlədən narkotik vasitə aşkar olunmamışdır. Sonra Təqsirləndirilən şəxs2 təqdim etdiyi bükümlərdə olan maddənin nə olması soruşulduqda, sonuncu həmin bükümlərdə olan qəhvəyi rəngli maddənin narkotik vasitə heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 həmin heroinləri kimdən əldə etməsini soruşduqda, demişdir ki, həmin narkotik vasitə heroini 19 may 2021-ci il tarixdə səhər saatlarında A.Qurbanov küçəsində Elvin adlı şəxsdən hər bükümünü 15 manat olmaqla satıb pulunu ödəmək məqsədilə əldə etmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 təqdim etdiyi bükümlər müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Sonra bu barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmaqla düzgün tərtib edilməsi bütün iştirakçılar tərəfindən imza ilə təsdiq edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM- nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılaraq İstintaq şöbəsinə göndərilmiş və orada Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçilmişdir. Həmin vaxt İstintaq şöbəsinin baş müstəntiqi, polis mayoru Anar Miralayev tərəfindən Elvin adlı şəxsin şəxsiyyətinin müəyyən edilərək polis idarəsinə gətirilməsi ilə bağlı bölməyə daxil olmuş əməliyyat tapşırığına əsasən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 22 may 2021-ci il tarixdə ünvan 2-də qeydiyyatda olan və Nəsimi rayonu, A.Qurbanov küçəsi, ev 25-də kirayədə yaşayan Təqsirləndirilən şəxs3 yaşadığı ünvanın qarşısında saxlanılaraq Nəsimi RPİ-yə gətirilmişdir. Nəsimi RPİ-də Təqsirləndirilən şəxs3 müstəntiq Ramal Şahmarov tərəfindən şübhəli şəxs qismində tutularaq sonuncuya hüquqlarının müdafiəsi üçün vəkil təyin edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs3 üzərinə müstəntiq Ramal Şahmarov tərəfindən şəxsi axtarış istintaq hərəkəti keçirilmişdir. Videoçəkilişlə aparılan şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs3 üzərində hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə olub-olmaması, olduğu təqdirdə onları könüllü təqdim etməsi təklif edildikdə, Təqsirləndirilən şəxs3 əynində olan göy rəngli cins şalvarın sol arxa cibindən bir ədəd «Samsung» və bir ədəd «Alcatel» markalı mobil telefonları və 05 ədəd «Tramadol» həblərini, həmin şalvarın sağ qabaq cibindən bir ədəd gümüşü rəngli elektron tərəzi və bir ədəd arxa hissəsi qara rəngdə olan elektron tərəzini çıxarıb təqdim etmişdir. Verilən şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs3 təqdim etdiyi elektron tərəziləri narkotik vasitələrin satışında istifadə etdiyini, narkotik vasitə olan heroini Vaqif və Murad adlı şəxslərə özünün satdığım bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs3 təqdim etdiyi əşyalar və «Tramadol» həbləri müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Sonra bu barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmaqla düzgün tərtib edilməsi bütün iştirakçılar tərəfindən imza ilə təsdiq edilmişdir. Təqsirləndirilən şəxs3 tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2lə birlikdə narkotik vasitələrin satışı ilə məşğul olurlar. Belə ki, bölməyə dəfələrlə həmin şəxslər barəsində əməliyyat məlumatları daxil olmuş, uzun müddət olmuşdur ki, həmin şəbəkəni tutmağa çalışmışlar, bu səbəbdən də həmin şəxslər barəsində məlumat daxil olan kimi onlar saxlanılaraq polis idarəsinə gətirilmişlər (cild 2, iş vərəqi 126-129). Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Nəsimi rayon Polis idarəsi Narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili Şahid5 Vəliyyəddin oğlu təqsirləndirilən şəxslərdən Vaqif adlı şəxsin müəyyən edilərək saxlanılmasında əməliyyat qrupunun üzvü kimi iştirak etdiyini, bu bərədə əməliyyat məlumatının Şahid3 daxil olduğunu, rəhbərliyə məruzə olunduqdan sonra təxirəsalınmaz tədbir keçirilərək Təqsirləndirilən şəxs2 onlar tərəfindən saxlanıldığını, sorğu zamanı Vaqifin narkotik vasitələri Elvindən aldığını bildirdiyini, Vaqifin narkotik vasitəni kimə satacağını müəyyən etmədiklərini, əməliyyat məlumatında Vaqifin şəxsiyyəti və yaşadığı ünvan barədə məlumatların olduğunu bildirdi. Məhkəmə iclasında Şahid5 Vəliyyəddin oğlunun ibtidai istintaq zamanı verdiyi ifadə tədqiq olunarkən, onun Təqsirləndirilən şəxs2 müəyyən edilərək saxlanılması və üzərində şəxsi axtarış keçirilərkən əməliyyat qrupunun üzvü kimi iştirak etməsi, həmin hissədə həmkarı Şahid3 ifadəsi ilə oxşar məzmunlu ifadə verdiyi müəyyən edildi (cild 2, 107-110). Məhkəmə iclasında şahid - Nəsimi RPİ-nin Narkotiklərlə mübarizə bölməsinin kiçik inspektoru Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadə elan və tədqiq olunarkən, onun Təqsirləndirilən şəxs3 müəyyən edilərək saxlanılması və müstəntiq tərəfindən idarədə üzərinə şəxsi axtarış keçirilərkən əməliyyat qrupunun üzvü kimi iştirak etməsi, həmin hissədə həmkarı Şahid3 ifadəsi ilə oxşar məzmunlu ifadə verdiyi müəyyən edildi (cild 2, 107-110, 134-136). Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə 19 may 2021-ci il tarixli protokola əsasən, Təqsirləndirilən şəxs1 üzərində videoçəkilişlə şəxsi axtarış aparılarkən əynində olan göy rəngli cins şalvarının sol yan cibindən iki ədəd gümüşü rəngli kağız bükümdə narkotik vasitə heroinə bənzər maddələr və həmin şalvarın sağ yan cibindən bir ədəd işlək vəziyyətdə olan elektron tərəzi aşkar olunaraq götürülmüşdür (cild 1, iş vərəqi 48- 55). Məhkəmə-kimyəvi ekspertizasının 20 may 2021-ci il tarixli 6/1983 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası Daxili İşlər nazirliyi Zərflər üçün №186» dairəvi möhür əksi olan «Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş....» sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd iki ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,178 qram, 0,103 qram, ümumi təmiz çəkisi isə 0,281 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Bir ədəd elektron tərəzidə narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək mümkün olmamışdır və Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş heroin ilə müqayisəli tədqiqat aparılması mümkün deyildir (cild 1, iş vərəqi 60-64). Cinayət işinin materiallarına əlavə olunmuş şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə 19 may 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 üzərində videoçəkilişlə şəxsi axtarış aparılarkən əynində olan tünd narıncı qarışıq rəngli köynəyinin sol çöl döş cibindən üç ədəd siqaretin gümüşü rəngli kağız bükümlərində narkotik vasitə olan heroinə bənzər maddələr aşkar olunaraq götürülmüşdür (cild 1, iş vərəqi 162-169). Məhkəmə-kimyəvi ekspertizasının 20 may 2021-ci il tarixli 6/1981 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası Daxili İşlər nazirliyi Zərflər üçün №186» dairəvi möhür əksi olan «Şübhəli şəxs Təqsirləndirilən şəxs2» sözləri, adlar, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə qablaşdırılmış üç ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,081 qram, 0,104 qram, 0,107 qram, ümumi təmiz çəkisi 0,292 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (cild 1, iş vərəqi 173-177). Cinayət işində olan şəxsi axtarış aparılması haqqında 22 may 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 üzərində videoçəkilişlə şəxsi axtarış aparılarkən əynində olan göy rəngli cins şalvarın sol arxa cibindən beş ədəd «Tramadol» həbləri, həmin cins şalvarının sağ qabaq cibindən bir ədəd gümüşü rəngli işlək vəziyyətdə olan elektron tərəzi və arxa hissəsi qara rəngdə olan işlək vəziyyətdə bir ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür (cild 1, iş vərəqi 257-260). İş materiallarına əlavə edilmiş 12 avqust 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokola əsasən, Təqsirləndirilən şəxs3 istifadəsində olmuş mobil telefon nömrəsi ilə aparılmış danışıqlara baxış keçirilərkən Təqsirləndirilən şəxs3 müxtəlif şəxslərlə narkotik vasitələrin alqısatqısı ilə bağlı çoxsaylı SMS-lərin olması müəyyən edilmişdir (cild 2, iş vərəqi 119-125). İbtidai istintaq orqanı tərəfindən verilmiş əməliyyat tapşırığına Nəsimi RPİ-nin 21-ci Polis bölməsinin 17.08.2021-ci il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində dəfələrlə narkotik vasitələrin satışı ilə məşğul olmaları barədə əməliyyat məlumatları daxil olmuş, uzun müddət qeyd olunan şəbəkə ətrafında əməliyyat tədbirlərinin həyata keçirilmiş və sonuncu dəfə adları qeyd olunan şəxslər barəsində əməliyyat məlumatı daxil olduqda, həmin şəxslər saxlanılmışlar. Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkotik vasitələri hansı mənbədən əldə etmələrinin müəyyən edilməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, lakin müsbət nəticə əldə olunmamışdır (cild 2, iş vərəqi 137). Məhkəmə-kimyəvi ekspertizasının 24 may 2021-ci il tarixli 6/2045 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş «Şübhəli şəxs Təqsirləndirilən şəxs2...» qeydli zərfdəki 3 ədəd bükümdə olan heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər (cild 2, iş vərəqi 138-142). Məhkəmə-kimyəvi ekspertizasının 24 may 2021-ci il tarixli 6/2046 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərlərində AR DİN «Zərflər üçün №186» möhür əksi, «...Təqsirləndirilən şəxs3...» və sair yazılar olan 2 ədəd zərfdən birindəki 1 ədəd 12x6 sm ölçüdə gümüşü korpuslu elektron tərəzinin, digər zərfdəki 1 ədəd 7x4 sm ölçüdə qara korpuslu elektron tərəzinin səthlərində narkotik vasitə heroinin izləri müəyyən edildi. Həmin tərəzilərin səthlərindəki heroinlər iz şəklində olduğundan təmiz çəkilərinin müəyyən edilməsi və eyniləşdirmə tədqiqatlarının aparılması mümkün deyildir. 1 ədəd üzərində «Tramadol 50mg» göstəriciləri olan blister kəsiyindəki 5 ədəd ağ/göy rəngli dərman kapsullarının tərkibində güclü təsir edən maddə tramadol müəyyən edildi. 5 kapsulun tərkibində tramadol təsiredici maddəsinin ümumi miqdarı 0,25 qram müəyyən edildi. «Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş....» qeydli zərfdəki 2 ədəd bükümdə olan heroin kütlələri ilə, «Şübhəli şəxs Təqsirləndirilən şəxs2...» qeydli zərfdəki 3 ədəd bükümdə olan heroin kütlələri öz aralarında eynilik təşkil edirlər (cild 2, iş vərəqi 143-149). Məhkəmə-narkoloji ekspertizasının 02 avqust 2021-ci il tarixli 2699 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə etmə halları istisna olunmur. Lakin hal-hazırda Təqsirləndirilən şəxs1 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (cild 2, iş vərəqi 154-155). Məhkəmə-narkoloji ekspertizasının 02 avqust 2021-ci il tarixli 2606 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 2, iş vərəqi 152-153). Məhkəmə-narkoloji ekspertizasının 02 avqust 2021-ci il tarixli 2608 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən periodik istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs2 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (cild 2, iş vərəqi 150- 151). Ambulator məhkəmə-psixiatrik ekspertizasının 28 iyul 2021-ci il tarixli 1621 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 qərarın təsviri hissəsində göstərilən cinayəti törədərkən xroniki psixi xəstəlik, kəmağıllılıq, psixi fəaliyyətin müvəqqəti pozulması və ya hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmayıb. Təqsirləndirilən şəxs3 qeyd edilən əməli törədən zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs3 törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs3 hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkarlanmır. Təqsirləndirilən şəxs3 hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs3 istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs3 əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs3 barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur (cild 2, iş vərəqi 156-158). Ambulator məhkəmə-psixiatrik ekspertizasının 28 iyul 2021-ci il tarixli 1622 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 qərarın təsviri hissəsində göstərilən cinayəti törədərkən xroniki psixi xəstəlik, kəmağıllılıq, psixi fəaliyyətin müvəqqəti pozulması və ya hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmayıb. Təqsirləndirilən şəxs1 qeyd edilən əməli törədən zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkarlanmır. Təqsirləndirilən şəxs1 hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur (cild 2, iş vərəqi 159-161). Ambulator məhkəmə-psixiatrik ekspertizasının 13 avqust 2021-ci il tarixli 1777 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hər hansı bir psixi xəstəliyin əlamətləri müəyyən edilmir. Təqsirləndirilən şəxs2 qərarda qeyd edilən cinayət əməlini törədən zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs2 hazırda da hər hansı bir psixi xəstəliyin əlamətləri aşkarlanmır. Təqsirləndirilən şəxs2 hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur (cild 2, iş vərəqi 162-164). İbtidai istintaq orqanının 24 avqust 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə heroinin ekspertiza tədqiqatlarından sonrakı 0,121 qram qalığı və bir ədəd elektron tərəzi, Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə heroinin ekspertiza tədqiqatlarından sonrakı 0,122 qram qalığı, Təqsirləndirilən şəxs3 üzərindən aşkar olunmuş iki ədəd elektron tərəzi və ekspertiza tədqiqatından sonra qalıq qalmış üç kapsul «Tramadol» həbləri cinayətin predmeti olduğundan, üzərində cinayətin izlərini saxladığından maddi sübut hesab edilmiş və saxlanılması üçün Nəsimi RPİ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir (cild 2, iş vərəqi 168-184, 319). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən daxil olmuş 31.07.2021-ci il və 02.08.2021-ci il tarixli tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs2 Quba rayon məhkəməsinin 09.06.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsinə əsasən, qəti olaraq 1 il 6 ay nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 1 il 5 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur, hökm 01.07.2021-ci il tarixdə qüvvəyə minmişdir. Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunsa da, məhkumluğu ödənilmiş, Təqsirləndirilən şəxs3 isə məhkum olunmamışdır (cild 2, i.v. 111-118). Məhkəmə iclasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 öz müdafiəsi üçün dəlillər gətirərək, verilmiş ittihamlarla özlərini təqsirli bilmədiklərini, üzərlərindən aşkar olunmuş göstərilən narkotik vasitələrin onlara məxsus olmadığını, həmin maddələrin polis əməkdaşları tərəfindən onların üzərinə qoyulduğunu, Təqsirləndirilən şəxs2 isə üzərində yalnız 1 qrama yaxın narkotik vasitə olduğunu, ibtidai istintaq zamanı etirafedici ifadələrini polis işçilərinin təzyiqləri nəticəsində verdiklərini, bu səbəbdən elan olunmuş ittihamlarla razı olmadıqlarını və ittihamı qəbul etmədiklərini bildirdilər. Məhkəmə kollegiyası hazırkı hökmdə sadalanan və məhkəmə iclasında tədqiq olunmuş çoxsaylı sübutlarla təkzib olunduğuna görə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məhkəmədəki mövqelərini onların cinayət məsuliyyətindən yayınmaq üçün seçdikləri müdafiə taktikası kimi dəyərləndirir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndində məhkəmələrə tövsiyyə olunur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslərin törətdikləri əməllər düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlərdir, təsnifatına görə az ağır və ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər, həmin Məcəllənin 15.4-cü maddəsinə əsasən isə, azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddələri, Təqsirləndirilən şəxs3 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 240.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətmələri tam sübuta yetirilmişdir. Onlar qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 Əlimirzə oğluna və Təqsirləndirilən şəxs3 qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 Əlimirzə oğluna və Təqsirləndirilən şəxs3 cəza təyin edərkən onların törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə uyğun olaraq, təqsirləndirilən şəxslərin hər birinin himayəsində azyaşlı və yetkinlik yaşına çatmayan uşaqların olmasını onların cəzalarını yüngülləşdirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs3 ittiham olunduğu maddələr üzrə ayrı-ayrılıqda cəzalar təyin edilməli, həmin cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplanılmalı və ona qəti cəza təyin olunmalıdır. Məhkəmədə həmçinin müəyyən edildi ki, Təqsirləndirilən şəxs2 Quba rayon məhkəməsinin 09.06.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsinə əsasən, qəti olaraq 1 il 6 ay nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 1 il 5 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, təyin olunmuş cəzanın məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 09 iyun 2021-ci tarixdən hesablanması qərara alınmışdır. Həmin hökm 01.07.2021-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Lakin iş materallarından görünür ki, Təqsirləndirilən şəxs2 həmin hökm çıxarılmazdan əvvəl, yəni 19 may 2021-ci il tarixdə hazırkı iş üzrə şübhəli şəxs qismində tutulmuş, 21 may 2021-ci il tarixdə ona CM-nin 234.2-ci maddəsi ilə ittiham elan edilərək həmin tarixdə Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Qeyd olunan vaxtdan hal-hazıra qədər Təqsirləndirilən şəxs2 hazırkı iş üzrə fasiləsiz həbsdə saxlanılır. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələbinə görə, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə, yəni cinayətlərin məcmusu qaydasında cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 Quba rayon məhkəməsinin 09.06.2021-ci il tarixli hökmü ilə təyin olunmuş və çəkilməmiş qalan 1 il 6 ay müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 1 il 5 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzasına münasibətdə hesab edir ki, həmin cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, yəni cinayətlərin məcmusu qaydasında hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilərək Təqsirləndirilən şəxs2 qəti cəza təyin olunmalıdır. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 Əlimirzə oğluna və Təqsirləndirilən şəxs3 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzalar ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2ci maddəsinin tələbinə görə, ilk dəfə ağır cinayət törətməyə görə məhkum olunmuş şəxsər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan müddəaları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 Əlimirzə oğlu və Təqsirləndirilən şəxs3 ibtidai həbs müddətləri cəzaçəkmə müddətlərinə daxil edilməli, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə cəzalarının başlanğıcı 19 may 2021-ci il tarixdən, Təqsirləndirilən şəxs3 cəzasının başlanğıcı isə 21 may 2021-ci il tarixdə hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən, həmin tarixlərdə adları çəkilən şəxslər Bakı şəhəri, Nəsimi rayon Polis idarəsi Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən tərəfindən şübhəli şəxs qismində tutulmuşlar. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 Əlimirzə oğlu və Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, 132.1.6-cı maddəsinə görə, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Bakı şəhəri, Nəsimi rayon Polis idarəsinin maddi sübutları saxlama otağına təhvil verilmiş iş üzrə maddi sübutlar – Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə heroinin ekspertiza tədqiqatlarından sonrakı 0,121 qram qalığı və bir ədəd elektron tərəzi, Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə heroinin ekspertiza tədqiqatlarından sonrakı 0,122 qram qalığı, Təqsirləndirilən şəxs3 üzərindən aşkar olunmuş iki ədəd elektron tərəzi və ekspertiza tədqiqatından sonra qalıq qalmış üç kapsul «Tramadol» həbləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, təqsirləndirilən şəxslərin üzərində şəxsi axtarışlar və götürmə aparılmasını özündə əks etdirən 3 ədəd, həmçinin telefon danışıqlarına dair məlumatları özündə əks etdirən 1 ədəd CD disklər cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə ibtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatları ümumilikdə 349 (üç yüz qırx doqquz) manat 80 qəpik dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 349 (üç yüz qırx doqquz) manat 80 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada, yəni hər birindən 116 manat (yüz on altı) manat 60 qəpik hesabı ilə tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Cinayət işində olan məhkəmə-narkoloji ekspertizasının 02 avqust 2021-ci il tarixli 2606 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Həmçinin, məhkəmə-narkoloji ekspertizasının həmin tarixli 2608 və 2699 saylı rəylərinə əsasən, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə halları təsdiq olunsa da, müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmadığından və onlar narkomaniya xəstəliyindən əzab çəkmədiklərindən onların narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən qeyd olunan rəyləri nəzərə alan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs3 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində isə tibbi xarakterli məcburi tədbirlər təyin edilməməli, lakin onların hər ikisi ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması, həmçinin xüsusi müsadirəyə təklif olunmuş əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 19 may 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməsin, lakin o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 hazırkı iş üzrə təyin olunmuş cəzaya Quba rayon Məhkəməsinin 09 iyun 2021-ci il tarixli hökmü ilə təyin olunmuş və çəkilməmiş qalan 1 il 6 ay müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etməklə 1 il 5 ay 29 gün müddətə azadlıqdan məhrumetmə cəzası qismən birləşdirilsin və Təqsirləndirilən şəxs2 Əlimirzə oğluna qəti olaraq 1 il 6 ay müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 7 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 Əlimirzə oğluna təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 19 may 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Əlimirzə oğlu barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməsin, lakin o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 240.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə 6 (altı) il 6 (altı) ay müddətə, Cinayət Məcəlləsinin 240.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs3 qəti olaraq 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs3 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 22 may 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs3 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Cinayət işi üzrə maddi sübutlar – Bakı şəhəri, Nəsimi RPİ-nin maddi sübutları saxlama otağına təhvil verilən ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 0,121 qram və 0,122 qram çəkidə narkotik vasitə heroin, 3 kapsul “Tramadol” həbləri və 3 ədəd elektron tərəzi hökm qaununi qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxslərin üzərində şəxsi axtarışlar və götürmə aparılmasını özündə əks etdirən 3 ədəd, həmçinin telefon danışıqlarına dair məlumatları özündə əks etdirən 1 ədəd CD disklərin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Məhkəmə məsrəfləri hesab edilən 349 (üç yüz qırx doqquz) manat 80 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada, yəni hər birindən 116 manat (yüz on altı) manat 60 qəpik hesabı ilə tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması, həmçinin xüsusi müsadirəyə təklif olunmuş əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev Əsli ilə düzdür Hakim Eldar İsmayılov
Məhkəmə qərarları › İş №1(101)-191/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-191/2022
30.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver