Məhkəmə qərarları › İş №1(101)-191/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-191/2024

04.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-191/2024 04.03.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyeva Aytən Heydər qızı (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs1 Cəlal oğlunun və Zərərçəkmiş şəxs2, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1982-ci il tarixdə Ermənistan Respublikası, Masis rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə saat 16.30-da açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttihamın mahiyyəti: 1.Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 ilə arasında olan şifahi razılaşmaya əsasən ona özünü işgüzar və ticarətlə məşğul olan şəxs kimi təqdim edib Zərərçəkmiş şəxs2 ilə ticarət qurub spirtli və enerji içkilərini ucuz qiymətə alıb baha qiymətə sataraq qazanc əldə edəcəyinə dair yalan vəd verməklə aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə, hissə-hissə ilk dəfə xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi 8 ünvanında yerləşən “Pivka” restoranında tanışı Zərərçəkmiş şəxs1 vasitəsi ilə 50.000 (əlli min) manat pulu, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi 8 ünvanında yerləşən “Pivka” restoranında tanışı Zərərçəkmiş şəxs1 vasitəsi itə 13.300 (on üç min üç yüz) manat pulu, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi 8 ünvanında yerləşən “Pivka” restoranında tanışı Zərərçəkmiş şəxs1 vasitəsi ilə 25.000 (iyirmi beş min) manat pulu, 14.03.22-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi 8 ünvanında yerləşən “Pivka” restoranında tanışı Zərərçəkmiş şəxs1 vasitəsi ilə 41.000 (qırx bir min) manat pulu, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi 8 ünvanında yerləşən “Pivka” restoranında tanışı Zərərçəkmiş şəxs1 vasitəsi ilə 3.500 (üç min beş yüz) manat pul vəsaitini ələ keçirib heç bir iş görməmiş, bütün pulları öz şəxsi ehtiyaclarına xərcləməklə Zərərçəkmiş şəxs2 ümumilikdə 132800 (yüz otuz iki min səkkiz yüz) manat məbləğində, külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. 2.Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs5 ilə arasında olan şifahi razılaşmaya əsasən ona özünü işgüzar və ticarətlə məşğul olan şəxs kimi təqdim edib Zərərçəkmiş şəxs5 ilə ticarət qurub spirtli və enerji içkilərini ucuz qiymətə alıb baha qiymətə sataraq qazanc əldə edəcəyinə dair yalan vəd verməklə aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə, hissə-hissə ilk dəfə xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi 8 ünvanında yerləşən “Pivka” restoranında tanışı Zərərçəkmiş şəxs1 vasitəsi ilə 6500 (altı min beş yüz) manat pulu, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi 8 ünvanında yerləşən “Pivka" restoranında tanışı Zərərçəkmiş şəxs1 vasitəsi ilə 8000 (səkkiz min) manat pulu, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi 8 ünvanında yerləşən “Pivka” restoranında tanışı Zərərçəkmiş şəxs1 vasitəsi ilə 9.000 (iyirmi üç min beş yüz) manat pul vəsaitini ələ keçirib heç bir iş görməmiş, bütün pulları öz şəxsi ehtiyaclarına xərcləməklə Zərərçəkmiş şəxs5 ümumilikdə 23.500 (iyirmi üç min beş yüz) manat məbləğində, xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. 3.Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 Cəlal oğlu ilə arasında olan şifahi razılaşmaya əsasən ona özünü işgüzar və ticarətlə məşğul olan şəxs kimi təqdim edib Zərərçəkmiş şəxs1 ilə ticarət qurub spirtli və enerji içkilərini ucuz qiymətə alıb baha qiymətə sataraq qazanc əldə edəcəyinə dair yalan vəd verməklə aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə, hissə-hissə ilk dəfə xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi 8 ünvanında yerləşən “Pivka” restoranında 12.735 (on iki min yeddi yüz otuz beş) manat pulu, xx.xx.2022-ci il tarixdə tarixdə Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi 8 ünvanında yerləşən “Pivka” restoranında 7.000 (yeddi min) manat pulu, xx.xx.2022-cİ il tarixdə tarixdə Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi 8 ünvanında yerləşən “Pivka” restoranında 7.000 (yeddi min) manat pulu, xx.xx.2022-ci il tarixdə tarixdə Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi 8 ünvanında yerləşən “Pivka” restoranında 20000 (iyirmi min) manat pulu, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi ev 8-də yerləşən “Rahat” marketdə "xxxx" ödəmə terminalı vasitəsi ilə "xxxx" ASC tərəfindən Təqsirləndirilən şəxs verilmiş 4098-5844-5842-1789 saylı bank kartına köçürülmüş 10.000 (on min manat) manat pul vəsaitini ələ keçirib heç bir iş görməmiş bütün pulları öz şəxsi ehtiyaclarına xərcləməklə Zərərçəkmiş şəxs1 ümumilikdə 56735 (əlli altı min yeddi yüz otuz beş) manat məbləğində, külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. 4.Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 ilə arasında olan şifahi razılaşmaya əsasən ona özünü işgüzar və ticarətlə məşğul olan şəxs kimi təqdim edib Zərərçəkmiş şəxs3 ilə ticarət qurub spirtli və enerji içkilərini ucuz qiymətə alıb baha qiymətə sataraq qazanc əldə edəcəyinə dair yalan vəd verməklə aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə, hissə-hissə ilk dəfə xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi 8 ünvanında yerləşən “Pivka” restoranında tanışı Zərərçəkmiş şəxs1 vasitəsi ilə 8500 (səkkiz min beş yüz) manat pulu, 01,04.2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi 8 ünvanında yerləşən “Pivka” restoranında tanışı Zərərçəkmiş şəxs1 vasitəsi ilə 6000 (altı min) manat pul vəsaitini ələ keçirib heç bir iş görməmiş, bütün pulları öz şəxsi ehtiyaclarına xərcləməklə Zərərçəkmiş şəxs3 ümumilikdə 14.500 (on dörd min beş yüz) manat məbləğində, xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. 5.Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs4 oğlu ilə arasında olan şifahi razılaşmaya əsasən ona özünü işgüzar və ticarətlə məşğul olan şəxs kimi təqdim edib Zərərçəkmiş şəxs4 ilə ticarət qurub spirtli və enerji içkilərini ucuz qiymətə alıb baha qiymətə sataraq qazanc əldə edəcəyinə dair yalan vəd verməklə aldadaraq, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi 8 ünvanında yerləşən “Pivka” restoranında tanışı Zərərçəkmiş şəxs1 vasitəsi ilə 19800 (on doqquz min səkkiz yüz) manat pul vəsaitini ələ keçirib heç bir iş görməmiş, bütün pulları öz şəxsi ehtiyaclarına xərcləməklə Zərərçəkmiş şəxs4 ümumilikdə 19.800 (on doqquz min səkkiz yüz) manat məbləğində, xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Sübutların tədqiqi: 6.Məhkəmə baxışında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində qeyd etmişdir ki, o, heç kimə qarşı dələduzluq etməmiş, borca pul lazım olduğundan götürmüş, biznes fəaliyyəti ilə məşğul olmuş, vaxtında da 5-6 ay işləyib pulları qaytarmışdır. Onun Zərərçəkmiş şəxs1 246535 manat borcu olmuşdur. O, bizneslə məşğul olmuş, işlədiyi firmalarda tanış olduğu ekspeditorlar endirimdə olan mallar təklif etmişlər, ucuz qiymətə götürərək köhnə müştərilərinə satmış, həmin vaxt pulları götürmüşdür. O, Zərərçəkmiş şəxs1 5-6 il olar ki, tanımışdır. Ona firmalardan ekspeditorlar zəng edərək müəyyən mallarda endirimlər olduğunu demişlər, o da pulu olmadığına görə Sərxanla danışmış ki, pul götürüb satsın və Sərxanın da xeyrini versin. O, pulları 10-15 gün müddətində hissə-hissə götürmüş, Sərxandan pulu ilk dəfə faizə götürmüşdür. Digər zərərçəkmiş şəxslərdən Kamranı bir dəfə görmüş, Emil və Rövşəni isə tanımamışdır. Sərxanın işlədiyi yerdə restoranında görüşmüşlər, 5-6 aya yaxın işləmişlər, həmişə pul götürəndə qaytarmış, amma axırıncı dəfəni qaytarmamışdır. O, 2022-ci ilin mart ayında götürdüyü pulları Zərərçəkmiş şəxs1 qaytarmışdır. Pulları nə üçün qaytara bilmədiyini deyə bilməmiş, həyat təhlükəsi olmuşdur. O, əvvəl "xxxx" şirkətində işləmişdir. O, "xxxx" və "xxxx"-la işləmiş, 246000 manatı əhatə edəcək mal almış, malları alandan sonra öz mağazasında da və köhnə müştərilərinə də satmışdır. Onun VÖEN-ni olmuş, mallar ona rəsmi gəlməmiş, rəsmi faktura olmamış, adi fakturalarla gəlmiş, vergidən kənar aparılan işlər olmuşdur. Malların hamısı satılmışdır. Onun "xxxx" şirkətinə 25000 manat borcu olmuşdur. O, 2-3 gün müddətində 246000 pulu yığmış, pullar onda avtomobilində olmuş, evə çatanda 3 nəfər şəxs tərəfindən pullar ondan götürülmüş, qarət edilmişdir. Bu barədə heç kimə müraciət etməmiş, həmin adamları tanımamış, üzləri açıq olmuşdur. Maşında oturanda yaxınlaşmışlar, sadəcə olaraq demişlər ki, bildirsə həyat təhlükəsi olacaq. Onların onda pul olmasını haradan bildikləri barədə məlumatı yoxdur. O, həbsdə olduğu müddətdə ödəniş etməmişdir. Azadlığa çıxdığı zaman bütün pulları ödəyəcəkdir. 7.Məhkəmə iclas zalında verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi arasında ziddiyyətlər yarandığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində göstərmişdir ki, o, 2017-ci ildə “Avrora" şirkətində satış nümayəndəsi işləyən zaman Sərxan Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi 8 ünvanda yerləşən “Pivka” restoranında adminstrator vəzifəsində çalışırmış. İşlədiyi şirkətin içki məhsullarını həmin restorana verən zaman Sərxanla münasibətləri yaranmışdır. Sonradan isə yaxın münasibətləri olmuşdur. 2017-ci ilin sonunda şirkətdən işdən çıxdıqdan sonra 2019-cu ilədək Sərxanla əlaqəsi olmamışdır. 2019-cu ilin fevral ayında “Elite Group” şirkətinə satış nümayəndəsi vəzifəsində işə başlamış və Sərxanın işlədiyi restoran fəaliyyət göstərdiyi əraziyə aid olduğundan yenidən onunla işlə əlaqədar münasibətləri yaranmışdır. 2022-ci ilin may ayında sonuncu iş yerindən də çıxmışdır. 27 dekabr 2019-cu il tarixdə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev prospektində icarə əsasında “Elmir" şərab evi açaraq fəaliyyət göstərmişdir. “Elite group” şirkətində işləyən zaman bəzi müştərilərdən ödənişləri alıb bir qismini şirkətə ödəmədən şərab evinin açılmasında xərcləmişdir. Belə olan halda sözügedən şirkətdən işdən çıxan zaman şirkətə 10.000 manata yaxın borcu qalmışdır. Lakin şirkət həmin borcun onun deyil vaxtilə işlədiyi obyektlərin borcunun olduğunu bilirmiş. Belə ki, obyektlərin nümayəndələrindən onların borclu qalmasını etiraf etmələrini xahiş etmiş onlara pulları ödəyəcəyinə söz vermişdir. Həmin borcdan hər ay ödənişlərini alıb özü üçün istifadə etdiyi obyektlərin işçilərinə və ya sahiblərinə hissə-hisə 50-100 manat məbləğində pullar ödəyirmiş. Sonradan həmin obyektlərlə şirkətin yeni nümayəndəsi çalışmağa başladığı üçün və həmin obyektlərdən borcları tələb etdiyinə görə məcbur qalıb 2020-ci ilin sentyabr ayında "Gəncə Şərab” ASC-dən 8000 manat dəyərində nisyə müxtəlif adlı araqlar götürmüşdür. Oradan götürdüyü araqları öz şərab evində 5 faiz endirimlə sataraq borclu olduğu obyektlərə borcunu ödəmişdir. "xxxx" ASC ilə arasındakı şifahi razılaşmaya əsasən 14 oktyabr 2020-ci il tarixədək bütün borcunu ödəməliymiş. Həmin tarixədək "xxxx" ASC-yə olan borcunu ödəmək məqsədiylə "xxxx" MMC-dən 9000 manatlıq nisyə enerji və spirtli içkilər götürərək 10- 12 faiz endirimlə öz şərab evində satırmış. "xxxx" MMC-lə ilə arasındakı razılaşmaya əsasən isə hər ayın 31-dək borcu tamami ilə ödəməli imiş. Bu cür yəni, "xxxx" ASC-nin məhsullarını ucuz satmaqla hər ayın 31-dək "xxxx" MMC-nin borcunu, "Avrora” MMC-nin nisyə götürdüyü məhsullarını satmaqla hər ayın 14-dək "xxxx" ASC-nin borclarını ödəməklə xeyr əldə etmədən 14 aprel 2022-ci il tarixədək işləyirmiş. 2021-ci ilin may ayında “Avrora" şirkəti yay fəslinin gəlişiylə əlaqədar olaraq nisyə mal verməkdən imtina etmiş, həmin vaxt "Gəncə Şərab” ASC-dən 25.000 manat dəyərində nisyə mal götürüb 5 faiz endirimlə satdığı üçün təxminən 21.000 manat pul əldə etmiş və 4000 manat pul borcu yaranmışdır. Həmin ilin yay aylarında "xxxx" ASC-dən məhsulları nağd pulla alırmş, ona görə də telefon kitabçasında adları yazılan və münasibəti olan bəzi tanışlarına zəng edərək faizlə borc pul vermələrini istəmişdir. Zəng etdiyi şəxslərdən biri də Sərxan olmuşdur. Sərxan məbləğin 10 faizi qədər borc verən tanışının olmasını söyləmiş, o da Sərxanla razılaşıb 2021-ci ilin iyul ayında Sərxanın işlədiyi Pivka restoranında ondan 4000 manat borc pul götürüb "xxxx" ASC-yə 14 iyul 2021-ci il tarixdə 25.000 manat borcunu ödəmişdir. Sərxanla razılaşdığı kimi 1 ay sonra ona verdiyi məbləğin 10 faizi ilə birlikdə 4400 manat pulu onun işlədiyi yerdə qaytarmışdır. Yay ayları ərzində Sərxandan 3-4 dəfə müxtəlif vaxtlarda faiziylə 3000-5000 məbləğlərində faizlə borc pul götürüb qaytarmışdır. Həmin ilin sentyabr ayında Sərxanla onun işlədiyi obyektdə görüşən zaman onunla birlikdə işləməyi təklif etmişdir. Belə ki, birlikdə "xxxx" MMC və "Gəncə Şərab” ASC-dən nisyə spirtli və enerji içkiləri götürüb satmaqla onun sərmayə üçün verəcəyi məbləğin 12 faizi məbləğində ona xeyir verəcəkmiş. Sərxan onun razılaşaraq müxtəlif vaxtlarda onun işlədiyi obyektə ondan 10000-15000 aralıqda məbləğdə pullar götürüb razılaşdığı kimi 10 gün müddətində "Avrora” MMC və “Gəncə Şərab" ASC-nin məhsullarını sataraq əldə etdiyi pulla 12 faiz artıq ödəniş etməklə geri qaytarırmış. Bundan başqa, Sərxana verdiyi pulların üzərində borc kimi götürdüyü şəxslərə verməsi üçün 2-3 faiz artıq pul da verirmiş. Beləliklə, 2021-ci ilin sentyabr ayından etibarən "xxxx" MMC və "xxxx" ASC- dən aldığı məhsulları endirimlə sataraq Sərxana olan borcunu ödəyirmiş. Sərxandan aldığı pullarla isə "xxxx" MMC və "xxxx" ASC-nin məhsullarını endirimlə satan zaman itirdiyi məbləğlərə əlavə edib borclarını ödəyirmiş. 2022-ci ilin 14 aprel tarixinədək bü cür işləmişdir. 18 aprel 2022-ci il tarixdə isə şərab evi bağlanmışdı. 05 aprel 2022-cİ il tarixdə "xxxx" ASC ona nisyə məhsul verməyi dayandırmışdır. Həmin vaxt həmin şirkətə 95000 manat borcum qalmışdır. Sərxandan aldığı puldan 10000 manat ödədikdən sonra 85000 manat borcu qalmışdır. Həmin tarixdə sözügedən şirkət şərab evindən özünə məxsus olan və digər şirkətin məhsullarını borcun müqabilində heç bir məhkəmə qərarı olmadan özbaşına yığışdırıb aparmışdır. xx.xx.2022ci il tarixdə bu barədə 102 xidmətinə zəng edərək və Suraxanı RPİ-nin 32-ci PB-nə ərizəylə müraciət edərək şikayət etmişdir. "Avrora” MMC-yə isə 28400 manat borcu yaranmış, şərab evi bağlandığı üçün həmin şirkətdən məhsul götürməmişdir. Avrora şirkətinə olan borcunu 30 aprel 2022-ci il tarixdə ödəməli imiş. xx.xx.2022-ci il tarixdə həmin şirkətin nümayəndəsi ilə əvvəlcə üzləşmə aktı imzalamış, daha sonra isə Sərxanın işlədiyi restoranda borc müqaviləsi bağlamışdır. Hissə-hissə ümumilikdə Sərxandan faiziylə birlikdə hesab edilsə 246500 manat pul almış və qeyd edilən məbləğdə ona pul qaytarmalıymış. O bütün pulları Sərxandan onun işlədiyi restoranda almışdır. Bundan başqa, Sərxan bəzi tanışlarını da bu işə cəlb edərək onlardan da pul alıb vermişdir. O nə Sərxana nə də onun tanışlarına onlardan aldığı pulla "xxxx" MMC və "Gəncə Şərab” ASCyə borclarını ödəməyini bildirməmişdir. O Sərxandan pul istəmiş o, isə bu işə tanışlarını da cəlb etmişdir. Tanışlarını cəlb etməyi ondan xahiş etməmişdir. O Sərxandan aldığı pulları ardıcıl olaraq müxtəlif tarixlərdə almışdır. Belə ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi 8 ünvanında yerləşən “Pivka” restoranında 12.735 (on iki min yeddi yüz otuz beş) manat pulu, xx.xx.2022-ci il tarixdə tarixdə Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi 8 ünvanında yerləşən “Pivka” restoranında 7,000 (yeddi min) manat pulu, xx.xx.2022-ci il tarixdə tarixdə Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi 8 ünvanında yerləşən “Pivka” restoranında 7.000 (yeddi min) manat pulu, xx.xx.2022-ci il tarixdə tarixdə Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi 8 ünvanında yerləşən “Pivka” restoranında 20000 (iyirmi min) manat pulu əlbəəl almışdır. xx.xx.2022-ci il tarixdə isə ona məxsus olan "xxxx" ASC tərəfindən verilmiş 4098-5844-5842-1789 saylı bank kartına 10.000 (on min manat) manat pulu Sərxan köçürmüşdür. Zərərçəkmiş şəxs2 isə Sərxanın vasitəsi ilə xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi 8 ünvanında yerləşən “Pivka” restoranında 50.000 (əlli min) manat pulu, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi 8 ünvanında yerləşən “Pivka” restoranında 13.300 (on üç min üç yüz) manat pulu, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi 8 ünvanında yerləşən “Pivka” restoranında 25.000 (iyirmi beş min) manat pulu, 14.03.22-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi 8 ünvanında yerləşən “Pivka” restoranında 41.000 (qırx bir min) manat pulu, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi 8 ünvanında yerləşən “Pivka” restoranında 3.500 (üç min beş yüz) manat pulu əlbəəl almışdır. Zərərçəkmiş şəxs5 isə Sərxanın vasitəsi ilə xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi 8 ünvanında yerləşən “Pivka” restoranında 6500 (altı min beş yüz) manat pulu, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi 8 ünvanında yerləşən “Pivka” restoranında 8000 (səkkiz min) manat pulu, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi 8 ünvanında yerləşən “Pivka” restoranında 9.000 (iyirmi üç min beş yüz) manat pulu Sərxandan əlbəəl almışdır. Zərərçəkmiş şəxs3 Sərxanın vasitəsi ilə xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi 8 ünvanında yerləşən “Pivka” restoranında 8500 (səkkiz min beş yüz) manat pulu, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi 8 ünvanında yerləşən “Pivka” restoranında 6000 (altı min) manat pulu Sərxandan əlbəəl almışdır. Zərərçəkmiş şəxs4 isə Sərxanın vasitəsi ilə xx.xx.2022-ci il tarixdə ünvan 2 ünvanında yerləşən “Pivka” restoranında 19800 (on doqquz min səkkiz yüz) manat pulu Sərxandan əlbəəl almışdır. O Sərxandan və onun vasitəsi ilə digər şəxslərdən almış olduğu pullarla heç bir iş görməmiş həmin pulları öz borclarına xərcləmiş, yalandan Sərxana həmin pulları işə qoyduğunu bildirmişdir (İ cild, səh. 172-176). 8.Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 Cəlal oğlu ifadəsində bildirmişdir ki, 2021-ci il iyul ayının 18-i Elnur zəng edərək ona iş təklif etmişdir. Araq və bizon işinə baxmaq istədiyini, pulu olmadığını bildirmişdir. Ətrafında dostları olduğundan pulu onun verməsini, işi özünün görəcəyini demişdir. 18 faiz gəlir olacağını, 6 faizi götürəcəyini, 12 faizini ona verəcəyini bildirmişdir. O, 3000 manat pul vermiş, bir həftə ərzində qazancı ilə qaytarmışdır. Yavaş-yavaş miqdarlar qalxmış, fevral ayında təmiz sıfırlaşmışlar. Mart ayında ondan pullar almış, o da şəxslərin hamısından almışdır. Çingiz və Rövşən Elnur adlı şəxsi tanımamışlar, sadəcə belə şəxslə iş gördüyünü bilmişlər. Alanda fərqli günlərə razılaşmışlar, pulları qaytarmamış, harada olduğunu soruşmuş, Elnur da Müdafiə Nazirliyində Bayram adlı şəxslə iş gördüyünü, onu da DTXnın tutduğunu demişdir. Sonra içki işinə baxmadığını demiş, sonra isə malların satışının olmadığını bildirmiş, o da demişdir ki, “gedək malları götürək mənim yerlərim var sataq, malları təklif etmək üçün Nargilə döngəsində “Şuşa” marketlə danışıram”. Mallar onun malı olmamış, Elnurun evinə gedəndə bütün firmaların qapısının ağzına yığışdığını görmüşdür. Elnur ona "xxxx" və "xxxx"-dan mal götürdüyünü demişdir. Elnur qaraj icarə götürüb malları ora yığdığını demiş, onlar gedəndə guya açar olmamış, qaraja baxa bilməmişlər. O, Rövşən, Emil, Çingiz və Kamrandan pul almışdır. Şəxsən o, özü 80000-ə yaxın ziyan çəkmişdir, hal-hazırda şikayətçidir. 9.Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 Cəlal oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, 2017-ci ilin may ayından etibarən hazırkı günədək ünvan 3 ünvanında yerləşən “Pivka” restoranında administrator kimi çalışırmış. Təqsirləndirilən şəxs 2017-ci ilin əvvəllərində Bakı şəhəri, Suraxanı rayonu ərazisində yerləşən “Mokko” restoranında administrator kimi çalışdığı dövrdə “Efes” şirkətinin ekspeditoru kimi tanımışdır. Belə ki, Təqsirləndirilən şəxs işlədiyi “Mokko” restoranına sifarişi əsasında spirtli içkilər gətirib satırmış. Həmin vaxt Təqsirləndirilən şəxslə münasibəti salam-sağoldan ibarət olmuş bundan başqa münasibəti olmamışdır. Bir müddət sonra isə “Pivka” restoranında işə başlayanda Təqsirləndirilən şəxs həmin restorana da spirtli içkilər satdığını öyrənmişdir. Bununla da oradan dostluq münasibətləri yaranmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs sonuncu iş yeri olan “Elite” şirkətindən işdən çıxaraq fərdi qaydada içki satışını təşkil etməyə başlamışdır. Təqsirləndirilən şəxs demək olar ki, ölkə ərazisində fəaliyyət göstərən bütün spirtli içki istehsalçılarının mallarının satışını həyata keçirirmiş. 2021-ci ilin iyul ayının 18-də "Pivka” restoranında Təqsirləndirilən şəxslə söhbət zamanı sonuncu zavodlardan spirtli və enerji içkilərini nağd şəkildə pul ödəyib almaqla Bakı şəhəri ərazisində fəaliyyət göstərən ərzaq məhsullarının topdan satışı obyektlərinə daha baha qiymətə sataraq yaxşı qazanc əldə etdiyini demişdir. Təqsirləndirilən şəxs dediyinə görə spirtli və enerji içkilərini istehsalçı zavodlardan alıb ərzaq mallarının topdan satışı obyektlərinə baha qiymətə satdıqda xərclənmiş məbləğin 18 faizi qədər xalis gəlir əldə etmək mümkündür. Belə ki, 5.000 manata aldığı spirtli və enerji içkilərini qısa müddət ərzində 5.900 manata sataraq gəlir əldə edir. Malın alınmasına qoyulmuş məbləğ böyük olduğu halda qazanc da böyük olur. O cümlədən uzun müddət içki sektorunda işlədiyindən istehsalçı zavodlarla əlaqələrindən istifadə edərək daha əlverişli şərtlərlə mal almaq imkanları vardır. Beləliklə Təqsirləndirilən şəxs 18 fazilik gəlirin 12 faiz hissəsinin ona qalacağı ilə bağlı vəd verib onun sözügedən biznesinə pul yatırmağı təklif etmişdir. Onun həmin təklifi cəlbedici gəldiyindən razılıq vermişdir. Danışıqlarına əsasən Təqsirləndirilən şəxs spirtli və enerji içkilərinin satışını tək başına olaraq təşkil etməklə gəlirin yalnız 6 faizlik hissəsini götürəcək imiş. Bununla da hər ikisi qazanc əldə edəcəkmişlər. Bundan əlavə razılaşmalarına uyğun olaraq Təqsirləndirilən şəxs tərəfindən verilmiş pul müqabilində maya məbləğlə yanaşı gəlirin 12 faizlik hissəsini də 15 gün müddətində qaytaracağına dair söz vermişdir. Lakin həmin vaxt lazım olan məbləğdə pulu olmadığından Təqsirləndirilən şəxs spirtli və enerji içkilərinin satışı ilə bağlı biznesi və irəli sürdüyü şərtlər barədə dostu Zərərçəkmiş şəxs2 Rəfail oğluna danışıb sonuncunu birlikdə pul qoymağa razı salmışdır. Beləliklə 2021-ci ilin iyul ayının ortalarından etibarən dostu Zərərçəkmiş şəxs2lə birlikdə Təqsirləndirilən şəxs həmin biznesinə davamlı şəkildə 3.000-5.000 manat civarında olmaqla pul qoymağa başlamışdır. Təqsirləndirilən şəxs isə vaxtı-vaxtında pulunu maya və faiz hissələrindən ibarət olmaqla qaytarırmış. Bir müddət sonra Təqsirləndirilən şəxs hansısa istehsalçı zavodda çoxlu sayda enerji içkisinin dəyərindən daha ucuz qiymətə olmaqla 50.000 manata satıldığını deyib ortaya çıxan həmin şansdan yararlanmaq üçün dövriyyəni artırmaqla bağlı təklif etmişdir. Həmin təklif barədə Zərərçəkmiş şəxs2 bildirdikdə sonuncu məbləğin böyük olduğunu deyib təklifdən imtina etmişdir. Belə olan halda Təqsirləndirilən şəxs spirtli və enerji içkilərinin satışı ilə bağlı biznesi və irəli sürdüyü şərtlər barədə Kamran adlı dostuna danışıb sonuncunu onlarla birlikdə pul qoymağa razı salmışdır. Kamran 2021-cİ ilin oktyabr ayının sonlarında onun vasitəsi ilə Təqsirləndirilən şəxs biznesinə ilkin olaraq 14.000 manat pul qoymuşdur. Bununla da Zərərçəkmiş şəxs2 və Kamranla birlikdə biznesə 3 nəfər olmaqla pul yatırmağa başlamışdır. Təqsirləndirilən şəxs isə vaxtı-vaxtında pulu maya və faiz hissələrindən ibarət olmaqla qaytarırmış. Bunu görən digər tanışlarıda biznesin uğurlu gətirdiyini gördüyündən əlində olan pulla onlara qoşulmaq üçün ona müraciət edirmişlər onlara işin hansı qaydada aparıldığını izah edirmiş. Bu minvalla daha sonra həmin biznesə əlavə olaraq 2 nəfər yəni Kamranın dayısı Rövşən və atası Çingiz də qoşulmuşdur. Bir müddət sonra Təqsirləndirilən şəxs məbləği artırmaqla bağlı yenidən təklif etmişdir. Onun həmin təklifi barədə Zərərçəkmiş şəxs2 və Kamrana bildirdikdə onlar razılaşaraq məbləği artırmaqla pul qoymağa davam etmişdirlər. Beləliklə 2022-ci ilin mart ayının 5-dən 2022-ci ilin aprel ayının 17-nə kimi olan müddət ərzində Təqsirləndirilən şəxs 56.735 manat, Zərərçəkmiş şəxs2 132.800 manat, Kamran 23.500 manat, Kamranın dayısı Rövşən 19.800 manat, Kamranın atası 14.500 manat olmaqla ümumilikdə 246.535 manat pulu Pivka restoranında almışdır. 2022-ci ilin mart aynın 18dən Təqsirləndirilən şəxs razılaşdırılmış tarixlərdə pulları gecikdirməyə başlamışdır. Bununla bağlı soruşduqda o, əvvəlcə bayram günləri olduğundan bankların işləmədiyini, sonra isə Keşlə qəsəbəsində yerləşən hansısa ərzaq məhsullarının topdan satışı obyektinin sahibinə məxsus bank hesabı vergi orqanları tərəfindən dondurulduğu üçün verdiyi mallara görə pul köçürməsinin mümkün olmadığını deyərək bəhanələr gətirməyə başlamışdır. Bəhanələr şübhəyə səbəb olduğundan “bir halda ki obtavoy pulu vermir, o zaman malları geri versin” deyərək həmin topdan satış obyektindəki malları geri götürmək istəməsi barədə Təqsirləndirilən şəxs bildirmişdir. Həmçinin vermiş olduqları pullarla alınmış malları əyani olaraq göstərməyi ondan tələb etmişdir. Təqsirləndirilən şəxs isə onu aldadıb spirtli içkilərin siyahısı qeyd edilmiş hansısa faktura sənədini göstərərək onların malları olduğunu bildirmişdir. Fakturada qeyd edilmiş spirtli içkilərin satış üçün başqa topdan satış obyektlərinə yönləndirilməsini ondan tələb etdikdə göndərəcəyinə söz vermişdir. Bir müddət sonra razılaşmamıza əsasən malların başqa topdan satış obyektlərinə göndərilib-göndərilməməsi barədə soruşduqda Təqsirləndirilən şəxs “hələki astatka çıxardıram" deyə cavab vermiş, bir-iki gün gözlədikdən sonra Təqsirləndirilən şəxs sorğu-suala tutmağa başlamış və sonuncunun etirafı əsasında faktura sənədində siyahısı qeyd edilmiş spirtli içkilərin ümumiyyətlə mövcud olmaması ona məlum olmuşdur. Təqsirləndirilən şəxs onlara məxsus malların olmadığını etiraf etməklə yanaşı ayrı- ayrı marka araqlar üçün ona verdikləri pulları da aidiyyəti üzrə ödəniş etmədiyini bildirmişdir. Verdikləri pullarla araq firmalarına olan öz şəxsi borclarını ödədiyini demişdir. O biznesə pul yatırmış dostlarına verdiyi pullarla Təqsirləndirilən şəxs ümumiyyətlə mal almadığını, həmin pullarla öz şəxsi borclarını ödədiyi barədə bildirmişdir. Onlarla birlikdə Təqsirləndirilən şəxslə görüşüb pulların hara xərclənməsi ilə bağlı danışmaq qərarına gəlmişdirlər. Bu məqsədlə onu 19 aprel 2022-ci il tarixdə saat 15 radələrində "Pivka” restoranına dəvət edib kabinetlərin birində əyləşməkə söhbət etmişdirlər. Aralarında baş tutmuş həmin danışığı istfadəsində olan "İphone 7” markalı mobil telefon vasitəsi ilə Elnurun razılığı əsasında video çəkliş şəkilində qeydə almışdır. Beləliklə söhbət zamanı Təqsirləndirilən şəxs onlardan ümumilikdə 246.535 manat məbləğində pul aldığını, həmin pulun 72.000 manat hissəsini dediyinə görə hazırda həbs edilmiş Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin hansısa “Bayram” adlı işçisinə verdiyini, qalan hissələri ilə isə araq firmalarına olan şəxsi borclarını bağladığını demiş, onunla daha sonralar apardığı danışıqlar zamanı isə onları aldatmaq məqsədi ilə yalandan heç tanımadığı şəxsin adını bildirdiyini söyləmişdir. Zərərçəkmiş şəxs1 Cəlal oğlu verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ona vurduğu ziyan üzrə xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi 8 ünvanında yerləşən “Pivka” restoranında 12.735 (on iki min yeddi yüz otuz beş) manat pulu,xx.xx.2022-ci il tarixdə tarixdə Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi 8 ünvanında yerləşən “Pivka” restoranında 7.000 (yeddi min) manat pulu, xx.xx.2022-ci il tarixdə tarixdə Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi 8 ünvanında yerləşən “Pivka” restoranında 7.000 (yeddi min) manat pulu, xx.xx.2022-ci il tarixdə tarixdə Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi 8 ünvanında yerləşən “Pivka” restoranında 20000 (iyirmi min) manat pulu, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi ev 8-də yerləşən “Rahat” marketdə "xxxx" ödəmə terminalı vasitəsi ilə "xxxx" ASC tərəfindən Təqsirləndirilən şəxs verilmiş 4098-5844-5842-1789 saylı bank kartına 10.000 (on min manat) manat pulu köçürmüş, Zərərçəkmiş şəxs2 dəymiş ziyana görə Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi 8 ünvanında yerləşən “Pivka” restoranında 50.000 (əlli min) manat pulu, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi 8 ünvanında yerləşən “Pivka” restoranında tanışı 13.300 (on üç min üç yüz) manat pulu, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi 8 ünvanında yerləşən “Pivka” restoranında 25.000 (iyirmi beş min) manat pulu, 14.03.22-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi 8 ünvanında yerləşən “Pivka” restoranında 41,000 (qırx bir min) manat pulu, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi 8 ünvanında yerləşən “Pivka” restoranında 3.500 (üç min beş yüz) manat pulu vermiş, Zərərçəkmiş şəxs5a dəymiş ziyana görə Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi 8 ünvanında yerləşən “Pivka” restoranında 6500 (altı min beş yüz) manat pulu, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi 8 ünvanında yerləşən “Pivka” restoranında 8000 (səkkiz min) manat pulu, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi 8 ünvanında yerləşən “Pivka” restoranında 9.000 (iyirmi üç min beş yüz) manat pulu vermiş, Zərərçəkmiş şəxs3 dəymiş ziyana görə Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi 8 ünvanında yerləşən “Pivka” restoranında 8500 (səkkiz min beş yüz) manat pulu, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi 8 ünvanında yerləşən “Pivka” restoranında 6000 (altı min) manat pulu vermiş, Zərərçəkmiş şəxs4 dəymiş ziyana görə Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi 8 ünvanında yerləşən “Pivka” restoranında 19800 (on doqquz min səkkiz yüz) manat pulu vermişdir (İ cild, səh. 79-85). 10.Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, 2021-ci ilin iyul-avqust ayından Sərxan ondan bir neçə dəfə pul almışdır. Avqust ayında yaxınlaşmışdır ki, “mən belə bir iş görürəm bir nəfərlə, mal alır, mənə kömək et onunla işləyirəm”. Ayda 1-2 dəfə ondan pul almış, Elnur gəlib yanında qol çəkmişdir. Elnur yalan ifadə vermişdir. Faiz söhbəti olmamış, ancaq borca vermişdir. 50000 manat ayın 9-u vermiş, 13300 manat Sərxana vermişdir. 25000 manat araq almaq üçün almışlar. Hamısı yalan imiş. Hamıya borcu olmuşdur. Sonuncu dəfə 41000 manat bir vermiş, 3500 manat da bir vermişdir. Hamısı martda olmuşdur. Sonra bilmişdir ki, Sərxan o biri şəxslərdən də pul almışdır. Elnur ona heç nə ödəməmişdir. Sərxan onun dostudur. Birinci dəfə pulu Sərxana vermiş, istədiyi borcu Sərxan həmişə geri qaytarmışdır. Sərxan Elnurla iş gördüyünü, içkiləri ucuz alıb başqalarına satdığını bildirmişdir. Sərxan da satışdan ona xeyir ödəmiş, amma o, deməmişdir ki, ona xeyir versin. O, satışlarda iştirak etməmişdir. Pullar ona məxsus olmamış, o da borc almışdır. Onun heç bir şərti olmamış, üstündə xeyir verəcəyini bildirmiş, o da “nə verərsən verərsən” demişdir. O, dostuna kömək etmək üçün başqasından borc götürmüşdür. 11.Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Zərərçəkmiş şəxs1ı əvvəlcə 2017-ci il tarixdən yaşadığı evin yaxınlığında yerləşən “Pivka" restoranının adminstratoru kimi tanımış, sonradan isə dostluq münasibətləri yaranmışdır. 2021-ci ilin avqust ayında ilk dəfə Sərxan restoranda olan zaman ona spirtli və enerji içkilərinin biznesi ilə məşğul olduğunu və bu iş üçün pul lazım olduğunu söyləmişdir. Bundan başqa Sərxan ona birlikdə bu işlə məşğul olub gəlir əldə etməyi təklif etsə də, onunla razılaşmamışdır. Lakin daha sonra onun etmiş olduğu təklif uyğun olduğundan onunla razılaşmışdır. İlk dəfə xx.xx.2021-ci il tarixdə Pivka restoranında otaqların birində Sərxana 3000 manat pul vermiş, təxminən 1 həftədən sonra Sərxan pulunu geri qaytarmışdır. Əlavə olaraq Sərxan onun pulu ilə iş görüb xeyir qazandığı üçün ona 100 manat artıq pul qaytarmışdır. Daha sonra Sərxan biznesi 10 ildir ki, tanıdığı Elnur adlı şəxslə gördüyünü və pulları ona verməsini söyləmişdir. O Sərxandan Elnurla onu tanış edib gördüyü işin mahiyyətini və işin xüsusatlarını öyrənmək istədiyini söyləmişdir. Sərxan, o və Elnur Pivka restoranında görüşmüşdür. Onlar görüşən zaman Elnurla Sərxan aralarında gördükləri iş barədə hansı şirkətlərdən nə məhsullar almalarını danışırmışlar. Daha sonra bu cür müxtəlif vaxtlarda Sərxan ondan 70000 min manat məbləğində pul alıb üzərində xeyirlə birlikdə geri qaytarmışdır. Hər dəfə pul geri qaytaran zaman müxtəlif məbləğlərdə ona əlavə olaraq pul vermişdir. 2022-ci ilin fevral ayında Sərxan ona bütün verdiyi pulları ödəmişdir. Bundan sonra Sərxan ona Novruz bayramı ilə əlaqədar tələbatın artmasını buna görə də yeni məhsulların alınması zəruriliyini Elnurun ona söyləməsini bildirmişdir. Bu məqsədlə xx.xx.2022-ci il tarixdə Sərxanın yanında Elnura 50000, xx.xx.2022-ci il tarixdə 13300, xx.xx.2022-ci il tarixdə 25000, xx.xx.2022-ci il tarixdə 41000, xx.xx.2022-ci il tarixdə isə 3500 manat pulu Pivka restoranında vermişdir. xx.xx.2022-ci il tarixdə Sərxan ona əvvəlcə zəng edərək sonra isə görüşən zaman bayramla əlaqədar pulun gecikməsini, sonra isə topdan satış məntəqəsində köçürmələr olmadığı üçün pulun gecikməsini söyləmişdir. Təxminən 2 gün sonra Pivka restoranında Elnur və Sərxan ilə görüşən zaman Elnur Sərxanın söylədiklərini təsdiq etmişdir. Əlavə olaraq məhsulların hamsının topdan satış məntəqəsində olmasını və oranın vergilər departamenti ilə probleminin yaranmasını da söyləmişdir. Bir neçə gün sonra işiylə əlaqədar dənizdə olan zaman Sərxana zəng edərək Elnurun söylədiyi topdan satış yerinə gedib məhsulların orada olub-olmamasına baxmasını məsləhət görmüşdür. Sərxan isə həmin yerə gedib baxmasını və məhsulların orada olduğunu qısa müddətə məhsulları çıxardılıb sataraq pulların geri qaytaracağını söyləmişdir. Lakin, bügünədək onun pulu geri qaytarılmamışdır. Sonradan isə Sərxan Elnurun ona başqa şəxsə məxsus məhsulları göstərməsini və Elnurun onlara yalan danışmasını bildirmişdir (İ cild, səh. 120-123). 12.Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində bildirmişdir ki, çox keçdiyindən vaxtı dəqiq yadında qalmasa da ümumilikdə 23500 manatı ay yarım iki ay ərzində 3-4 dəfəyə Sərxan vermişdir. Birində Elnur özü də “Pivka” restoranında Sərxan müəllimin yanında olmuşdur. O, Elnuru Sərxan müəllimin vasitəsilə tanımışdır. Sərxan onun ailəvi dostu olmuşdur. Sərxan Elnurla birlikdə spirtli içkilərin və enerji içkilərinin alışı və satışı ilə məşğul olmuşdur. Hansı enerji içkilərinin satışı ilə məşğul olduqlarını bilməmişdir. O, Sərxanın pulu kimə verdiyini, kimlə iş gördüyünü bilmişdir. Təzə-təzə soruşmamış, sonradan maraqlandığında Sərxan da Elnur adlı şəxsin adını çəkmişdir. Sonradan onlar görüşəndə Elnur özü də orada olmuşdur. Sərxan pulu yanında Elnura çatdırmışdır. Ona cəmi 1500 manat qazanc verilmişdir. Puldan demək olar ki, heç nə qaytarılmamışdır. 13.Məhkəmə iclasında Zərərçəkmiş şəxs5 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Sərxanı təxminən 4 il əvvəl adminstrator işlədiyi Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi 8 ünvanda yerləşən “Pivka” restoranından tanımışdır. Tanışlarıyla ora müştəri kimi gəlmiş sonradan isə dostluq münasibətləri yaranmışdır. 2021-ci ilin avqust ayında Sərxan ona enerji və spirtli içkilərə sərmayə qoyub, qoyulan məbləğin 10-12 faizi dəyərində gəlir əldə etmək kimi iş təklif etmişdir. Bu barədə təxminən aralarında 4 ay söhbət olmuşdur. Sərxan özünün pul qoymasını və xeyir əldə etməsini danışmışdır. Əvvəlcə inanmasa da sonradan razılaşmışdır. Sərxan bu işlə Elnur adlı tanışının məşğul olduğunu və özünün əvvəlcə 30- 50 min manat aralıqda pul verməsini və verdiyi məbləğin 10 faizi miqdarında gəlir əldə etməsini söyləmişdir. 2021 -ci ilin dekabr ayında Sərxanın işlədiyi restoranda otaqda ona 6500 manat pul vermişdir. Həmin vaxt orada Sərxanla ikisi olmuşdur. Təxminən 1 aydan az müddətdə yenidən Sərxana onun işlədiyi restoranda 8000 manat pul vermiş, həmin vaxtda orada yalnız ikisi olmuşdur. Sonuncu dəfə 2022-ci ilin fevral ayında Sərxana onun işlədiyi restoranda ortaq tanışı Familin iştirakı ilə 9000 manat pul vermişdir. O qeyd edilən məbləğlərin hamısını Sərxana Elnur adlı tanışına verərək spirtli və enerji içkiləri biznesi ilə məşğul olması üçün vermişdir. Onun Sərxanla razılaşmasına əsasən verdiyi məbləğin 12 faiz məbləğində gəlir götürməklə verdiyi pulu isə işin sonunda geri götürməli imiş. Sərxan ona müxtəlif vaxtlarda hissə-hissə ümumilikdə 3000 manata yaxın məbləğdə pul qaytarmışdır. Həmin pulu Sərxan gördüyü işin gəliri kimi vermişdir. 2022-ci ilin aprel ayında Sərxan zəng edərək əvvəlcə ramazan ayı ilə əlaqədar spirtli içkilərin satılmadığını buna görə pulları verə bimədiyini, sonra isə Elnurun verdikləri pulları mənimsədiyini və həmin pullara mal almadığını bildirmişdir. Bundan sonra o, Sərxan, Emil və pulu verdiyi Elnurla Sərxanın işlədiyi Pivka restoranında görüşmüşdür. Orada pullarını Sərxandan istəmiş, Sərxan isə Elnurdan tələb etmişdir. Elnur isə onlardan aldığı pulları şirkətlərə və digər borclarına verməsini söyləmişdir. Həmin görüşdə olan danışıqları o da özünə məxsus "Samsung S9” markalı telefonla qeydə almışdır. O Sərxana birgə biznes qurmaq məqsədiylə pulu versə də hansı firmalardan mal alınması və hara satılması, yəni ümumilikdə işin xüsusatlarından məlumatı olmamışdır. Çünki, Sərxan özü cavabdeh duraraq bu işlərlə özünün məşğul olduğunu söyləmişdir. 2022-ci ilin fevral ayının əvvəlində yaşadığı evdə atası və dayısı Rövşənlə görüşən zaman bu cür işlə məşğul olmasını və xeyir əldə etməsini danışmışdır. Bundan sonra dayısı və atası həmin bizneslə məşğul olub pul verib gəlir əldə etmək qərarına gəlmişdirlər. Bu barədə Sərxana bildirmişdir. Bir gün sonra atası, dayısı ilə birlikdə Pivka retoranında otaqda Sərxanla görüşmüş, orada da Sərxan bizneslə məşul olduğunu bu işə görə sərmayə yatırıb gəlir əldə etməyi təklif etmişdir. Bundan sonra dayısı Sərxana 19800 manat, atası isə hissə-hissə ümumilikdə 14500 manat pul vermişdir (İ cild, səh. 132-135). 14.Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, 2022-ci fevral ayının əvvələrində qayını Zərərçəkmiş şəxs4 iş qurmasını təklif etmişdir. Bu zaman oğlu Zərərçəkmiş şəxs5 Sərxan adlı bir dostu olduğunu, spirtli içkilərin və enerji içkilərinin satışı ilə məşğul olduğunu, həmin alverdən yaxşı qazanc, pul götürə biləcəklərini demişdir. Səhəri gün o, oğlu Kamran və qayını Rövşən birlikdə “Pivka” restoranına Sərxanın yanına gedib söhbət etmişlər. Sərxan spirtli içkilərin və enerji içkilərinin satışı ilə məşğul olduğunu, həmin alverdən yaxşı qazanc götürmək olduğunu bildirmişdir. Həmin vaxt qayını Rövşən Sərxana müəyyən qədər, təxminən 19000 manat pul vermişdir. O da şirnikləşərək Sərxana belə bir iş olanda ona da deməsini bildirmişdir. Sərxan da razılaşmışdır. Sonra mart ayının 17-si, Novruz bayramına 4-5 gün qalmış Sərxan ona zəng edib iş olduğunu qoşulmaq istəyib istəmədiyini soruşmuşdur. O da istədiyini demişdir. Sərxan 8500 manat pul lazım olduğunu bidirdikdə o, 8500 manat pulu götürüb “Pivka” restoranının qarşısına getmişdir. Sərxana maşında 8500 manat pul vermişdir. Mart ayının axırı 29-31-i Sərxan ona zəng edərək 6000 manat pul lazım olduğunu demiş, o da pulu götürüb getmişdir. Sərxan bu səfər maşına oturmamış, pulu pəncərədən ona vermişdir. O, Sərxandan nə vaxt pul verəcəyini soruşmuş, Sərxan da təxminən 10-15 günə satışdan yaxşı gəlir olacağını, ona yaxşı xeyir verəcəyini bildirmişdir. Sonra əlaqə olmamışdır. Aprel ayında zəng edib nə olduğunu soruşduqda Sərxan vəziyyətin pis olduğunu, kimləsə iş gördüyünü və həmin şəxsin onu aldatdığını bildirmişdir. Sərxan ona oğlu Kamrana və qayını Rövşənə vəziyyət belə olduğunu bildirməsini demişdir. Sonra onlar Sərxanın yanına getmişlər, məlum olmuşdur ki, Sərxan Elnur adlı şəxslə iş görür. Onun gəlir barədə məlumatı olmamış, gəlirdən ona 10-12 faiz verilməli idi. O, Elnuru görməmişdir və tanımamışdır. Pulunu verdiyi adamdan, yəni Sərxandan tələb edir, Elnura qarşı şikayəti yoxdur. Belə ki, Elnura əllə pul verməmişdir. Polisdə ona verillən suallara cavab vermiş, onu dəvət etmişlər, o da getmişdir. Videogörüntüdə Elnur onun adını çəkdiyindən o, ərizə yazmışdır. Sərxan oğlunun dostu olmuş, ailəvi gediş-gəlişləri olmuşdur. 15.Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Sərxanı təxminən 2 ildir ki, oğlu Kamranın dostu kimi tanımışdır. 2022-ci ilin fevral ayının əvvəlində qaynı Rövşən onların evdə qonaq olan zaman oğlu Kamran dostu Sərxanın spirtli və enerji içkilərinin biznesi ilə məşğul olaraq gəlir əldə etməsi barədə danışmışdır. Kamranın bu söhbəti dayısı Rövşənin marağına səbəb olmuş, Rövşən də bu biznesə sərmayə yatırmaq qərarına gəlmişdir. Bu məqsədlə bir gün sonra onlar yəni, oğlu Kamran, Rövşən və o, Sərxanın işlədiyi Pivka restoranına getmişdir. Orada olan otaqların birində dördü görüşmüşdür. Sərxan Rövşənə gördüyü iş barədə danışıb verəcəyi məbləğin aylıq 10-12 faizi gəlir əldə edəcəyini söyləyib, alacağı məbləğə cavabdeh olacağına söz vermişdir. Bundan sonra Rövşən onların iştirakıyla Sərxana 19800 manat pul vermişdir. Həmin vaxt Sərxan ona da pul yatırım edib gəlir əldə etməyi təklif etmişdir. O həmin vaxt Sərxanla razılaşıb pul lazım olduğu təqdirdə onunla əlaqə saxlamasını söyləmişdir. Sərxan isə həmin ərəfələrdə pul lazım olmadığını bildirmişdir. xx.xx.2022-ci il tarixdə Sərxan zəng edərək pulunun olub-olmadığnı soruşub yatırım etmək üçün pul lazım olduğunu söyləmişdir. O isə Sərxandan hansı məbləğin lazım olduğunu soruşmuş, Sərxan 8500 manat pulun lazım olduğunu bildirdikdə mən ona istədiyi məbləği verə biləcəyimi söyləmişdir. Həmin gün Pivka restoranının yaxınlığına idarə etdiyim avtomobillə gəlmiş, Sərxan da avtomobilə əyləşmiş, həmin pulu Sərxana avtomobildə vermişdir. xx.xx.2022-ci il tarixdə Sərxan ona yenidən zəng edərək 6000 manat pula ehtiyac olduğunu bildirib və həmin məbləği ona verə bilib-bilməyəcəyimi soruşmuş, onunla razılaşıb həmin gün yenidən idarə etdiyi avtomobillə Pivka restoranının yaxınlığına yollanmış və Sərxanla görüşmüşdür. Sərxan avtomobilə əyləşmədən pəncərədən həmin məbləği ondan götürmüşdür. Sərxanla olan danışıqlara əsasən aprel ayının 15-dək həm gəlir əldə etməli, həm də verdiyim ümumi məbləği yəni, 14500 manat pulu geri götürə biləcəkmiş. xx.xx.2022-ci il tarixdə Sərxana zəng edərək pul verməli olduğunu bildirmiş, Sərxan isə həmin vaxt problem yarandığı üçün ödənişlərin gecikməsini və bu barədə qaynı Rövşən və oğluma da məlumat verməsini bildirmişdir. xx.xx.2022-ci il tarixdə oğlu Kamran zəng edərək Sərxanın işlərində problemin yaranmasını və pulları geri qaytara bilmədiyini demişdir. Bundan sonra Sərxanın işlədiyi restorana gedib Sərxanla görüşmüşdür. Ondan pulu tələb etdikdə Sərxan Elnur adlı şəxslə iş görməsini və sonuncunun işlərində problem yaranmasını söyləyib qısa müddətə qaytaracağına söz vermişdir. O Elnur adlı şəxslə heç bir münasibətinin olmadığını, Sərxanı oğlunun dostu kimi tanıdığı üçün ona güvənərək pul verdiyini söyləmişdir (İ cild, səh. 96-99). 16.Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 oğlu ifadəsində bildirmişdir ki, 2022-ci fevral ayının əvvələrində bacısıgildə qonaq olan zaman söhbət əsnasında Kamran dostunun spirtli içkilərin və enerji içkilərinin ticarəti ilə məşğul olduğunu, ora pul yatırdıqda ayda 500 manat, 1000-2000 manat, verdiyin məbləğin 10-12 faizi həcmində faizi olaraq yaxşı gəlir olduğunu demişdir. O, da təkliflə raşılaşmış, səhəri günü üçü, yəni Zərərçəkmiş şəxs3, Kamran və o, Sərxanın işlədiyi Günəşlidə yerləşən “Pivka” restoranına getmişlər. Orada kabinetlərin birində Sərxanla söhbət etmişlər. Sərxan spirtli içkilərin və enerji içkilərinin satışı ilə məşğul olduqlarını bildirmiş, həmin vaxt ad çəkməyərək, pula “qarantiya” verdiyini bildirmişdir. O, pulu nəyə görə verdiyini, ehtiyacının olduğunu izah etmiş, Sərxan bildirmişdir ki, “kişi kimi söz verirəm ki, pul batmayacaq”. Sərxan 19800 manat pul istəmiş, o da 19800 manat pul vermişdir. Sərxan ona təxminən 3000-3500 manat pul vermişdir. O, martın 17-si Sərxanın pul vermədiyini görmüş, Sərxana tez-tez zəng edərək pulun nə olduğunu soruşmuşdur. Sərxan ona 10-12 faizi qədər xeyir verilməli idi. Martın axırı Sərxana pul verməli olduğunu demiş, Sərxan demişdir ki, “pul verə bilmirəm, bir az uzanır, Novruz bayramı, Ramazan bayramı ilə əlaqədar alver zəifləyib narahat olma verəcəyəm, sənin vəziyyətini bilirəm”. O, Sərxana bildirmişdir ki, “faiz verə bilmirsənsə verdiyim 19800 manat pulun hamısını qaytar”. Sərxan axırıncı dəfə martın 17-si onun pulunu verəcəyinə söz vermiş, lakin qaytarmamışdır. Sonra martın axırları Sərxan ona cəmi 800 manat pul vermişdir. Sərxan Təqsirləndirilən şəxs barəsində ona məlumat verməmiş, Təqsirləndirilən şəxs əvvəllər görməmişdir. Sonradan yeznəsi Çingiz ona zəng edərək Sərxanın iş gördüyü adamı tutduqlarını bildirmişdir. O, pulu Sərxandan tələb edir. Təqsirləndirilən şəxs şikayətçi deyil. Çünki Elnura əlbəəl pul verməmişdir. Ümumi baxanda pulu yığan Elnurdur. 17.22 dekabr 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs1 Cəlal oğlu ilə Təqsirləndirilən şəxs aralarında keçirilmiş üzləşdirmə zamanı onlar istintaqa verdikləri ifadələrini bir-birinin üzünə qarşı bir daha bildirmişlər (İ cild, səh. 230-235). 18.«Hadisə yerinə baxış keçirilməsi haqqında» 22 aprel 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 4 ünvanında yerləşən “Pivka” restoranıdır (İ cild, səh. 13-14). 19.«Elektron məlumat daşıyıcılarına baxış keçirilməsi haqqında» 21 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, diskin içərisində 02 ədəd “Excel” proqramının qeyd olunması adının Kart-1789, Kart-5609 olmalan müəyyən edilmişdir. Qovluqlara daxil olduqda Təqsirləndirilən şəxs Uni Bank ASC tərəfindən verilmiş 4098-5844- 5842-1789 və 5243- 7544-1022-5609 saylı bank kartlarına və həmin bank kartlarından xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixdək olan müddət ərzində daxil olan və ondan çıxan məbləğlər əks edilmiş siyahı göstərilmişdir. Həmin siyahılara baxış keçirən zaman Təqsirləndirilən şəxs hesabına xx.xx.2022-ci il tarixdə 5000 və 5000 manat olmaqla 10000 manat pulun "xxxx" tətbiqi vasitəsi ilə Təqsirləndirilən şəxs Uni Bank ASC tərəfindən verilmiş 4098-5844-5842- 1789 saylı karta köçürülməsi aşkar edilmişdir (İ cild, səh. 227). 20.«Baxış keçirilməsi haqqında» 21 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 təqdim etdiyi cinayət işinin materiallarında olan müxtəlif vaxtlarda ödəniş edilmiş pulların əl yazma sənədlərinin kserosurətinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs həqiqətəndə müxtəlif vaxtlarda Zərərçəkmiş şəxs1 vasitəsi ilə müxtəlif məbləğlərdə pul vəsaitlərini alması və pulların digər vaxtlarda ödənilməsi öhdəliyi götürməsi öz əksini tapmışdır (İ cild, səh. 228). 21.«Sübutların qiymətləndirilməsi haqqında» 16 yanvar 2023-cü il tarixli qərardan görünür ki, iş üzrə danışıqların əks oldunduğu 01 ədəd DVD formatlı disk, "xxxx" ASC-dən daxil olmuş 01 ədəd disk, "xxxx" MMC-dən daxil olmuş 01 ədəd disk və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (İ cild, səh. 238-252). 22.«Şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, səh. 150). 23.Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, 4(011)- 573/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 01 noyabr 2022-ci il tarixdən hesablamaqla 03 (üç) ay 08 (səkkiz) gün müddətinə “həbs" növündə qətimkan tədbiri seçilmişdir (İ cild, səh. 194-199). 24.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyininin Baş X2 İdarəsindən verilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (İ cild, səh. 67). 25.İş materiallarında olan elektron çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2017-ci il və xx.xx.2011-ci il təvəllüdlü iki uşağı vardır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: 26.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.1 və 125.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur və məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 27.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 28.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 29.Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarının tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib və məhkəmə iclasında tam, hərtərəfli, obyektiv araşdırılmış sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə birgə hüquqi qiymət verib, həmin sübutlara əsaslanaraq, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibi vardır. 30.Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarına görə tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. 31.İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, konvensiyanın 6-cı maddəsi ədalətli məhkəmə araşdırması hüququna təminat verir və məhkəmənin vəzifəsi bütövlükdə məhkəmə araşdırmasının, o cümlədən sübutların əldə edilməsinin, qiymətləndirilməsinin ədalətliliyini, müdafiə və ittiham tərəflərinin hüquq bərabərliyi təmin edilməklə çəkişmə prinsipinə əməl edilməsinin, təqsirləndirilən şəxsin sübutları mübahisə etmək, onlara etiraz etmək hüququnun təmin edilməsini araşdırmaqdır. (Bikkov v. Rusiya [GC], 4378/02, §§ 88- 90, xx.xx.2009 və Rowe və X3rşı [GC], 28901/95, § 60, AİHM 2000 İİ) 32.Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini özünümüdafiə xarakterli ifadə və cinayət məsuliyyətindən yayınmağa cəhd kimi qiymətləndirərək hesab edir ki, onun ifadəsində qeyd etdiyi hallar məhkəmədə tədqiq edilmiş sübutların məcmusu ilə təsdiqini tapmamışdır. 33.Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxslərə xeyli və külli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarla öz təsdiqini tapır. 34.Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakım ələ keçirib zərərçəkmiş şəxslərə xeyli və külli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq cinayət əməlini törətməsi mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun törətmiş olduğu ictimai təhlükəli əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. 35.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs törətmiş olduğu ictimai təhlükəli əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. 36.Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətməsində təqsirliliyinin sübuta yetirildiyini müəyyən edərək hesab edir ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. 37.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında cəzanı bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası olmasını, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsi olmasını qeyd etmişdir. Bundan başqa məlumdur ki, sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. 38.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 39.Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 40.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 41.Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinin tələblərini rəhbər tutaraq, himayəsində azyaşlı uşağının olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. 42.Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. 43.Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanı yüngüləşdirən və ağırlaşdıran halları və cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini və qanunvericiliyin residivə görə cəza təyini ilə bağlı tələblərini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyini qanuni, ədalətli və cəzanın tətbiqi məqsədinə uyğundur. 44.Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. 45.Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. 46.Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. 47.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. 48.Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu - 01 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. 49.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. 50.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. 51.Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.11-ci maddəsinə uyğun olaraq, iş üzrə maddi sübut 01 ədəd DVD formatlı disk, "xxxx" ASC-dən daxil olmuş 01 ədəd diskin, "xxxx" MMC-dən daxil olmuş 01 ədəd diskin və "xxxx" MMCdən daxil olmuş 01 ədəd diskin cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmasını əsaslı hesab edir. 52.İş üzrə mülki iddia, ekspertiza xərci və üzərinə həbs qoyulmuş əmlak yoxdur. 53.Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxsin məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. 54.Müdafiəçi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət hesabına göstərdiyi hüquqi yardım üzrə iş saatları 40 saat, iş saatları üzrə vəkilə ödənilməli haqq 240 manat təşkil edir. 55.Beləliklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərara əsasən Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə icraatı dövründə göstərilən hüquqi yardımla bağlı 240 manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Bakı şəhəri 3 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. 56.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı - 01 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Məhkəmə icraatı dövründə göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsindən 240 (iki yüz qırx)manat Bakı şəhəri 3 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Maddi sübutlar - iş materiallarında olan 01 ədəd disk, "xxxx" ASC-dən, "xxxx" MMCdən və "xxxx" MMC-dən daxil olmuş 03 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Aytən Əliyeva

2. Siyavuş Hacıyev

3. Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar