Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-191/2025 26.02.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X13-Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X11, X1, X6, dövlət ittihamçıları, Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin prokuroru, Dövlət ittihamçısı, X7, zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs2, müdafiəçilər, Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, “Sübhan Məmmədov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2, iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs xx xxxxxx 1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işsiz, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda oluba həmin ünvanda da yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4, 120.2.9, 133.2.1, 133.2.4, 133.2.6 və 145.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs 21 noyabr 2023-cü il tarixdə tanışı Zərərçəkmiş şəxs2 oğlu xx xxxx 2011-ci il təvəllüdlü, “Uşaq serebral iflici mikrosefoliya tetraparetik forma” xəstəliyindən əziyyət çəkən yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs1 onun yaşadığı ünvan 3indən sonuncunun istəyi əsasında kompüter oyunları oynamaq məqsədilə ünvan 2 ünvanında yerləşən kompüter salonuna aparmış, orada kompüter oyunu oynayarkən Zərərçəkmiş şəxs1 nəcisini qeyri-iradi olaraq alt paltarına ifraz etməklə təbii ehtiyacını ödədiyi üçün onun alt paltarı və bədəninin aşağı hissəsindən nəcisin yuyulub təmizlənməsi lazım gəldiyinə, lakin xəstəliyinə görə ciddi hərəkət məhdudiyyəti olan Zərərçəkmiş şəxs1 bunu özü edə bilmədiynə görə, Təqsirləndirilən şəxs onu təmizləmək məqsədi ilə salonun sanitar qovşağına aparmış, burada Zərərçəkmiş şəxs1 arxa nahiyəsini su ilə yuyarkən sonuncunun sürüşərək unitaza düşməsi səbəbindən unitazın içərisindən nəcisli su Təqsirləndirilən şəxs ağız, üz nahiyələrinə və paltarına sıçradığına görə bundan hiddətlənən Təqsirləndirilən şəxs, həm də Zərərçəkmiş şəxs1 sanitar qovşağına getmədən nəcisini alt paltarına ifraz etməsini kompüter salonunda olan şəxslər arasında Özünün şəxsiyyətinin alçalması kimi qiymətləndirib, Zərərçəkmiş şəxs1 cəzalandırmaq məqsədi ilə bir neçə dəfə onun arxa nahiyəsinə əli ilə zərbə vurmasına baxmayaraq, Zərərçəkmiş şəxs1 xəstəliyi ilə bağlı fiziki qüsurlarına görə qeyri-iradi olaraq nəcisini ifraz edərək alt paltarını və arxasını batırması kimi hərəkətini bəhanə edib, sonuncunu cəzalandırmaq üçün onu kompüter salonundan 21 noyabr 2023-cü il saat 19 radələrində özünün yaşadığı ünvan 1 ünvanına apararaq orada onu, həmçinin Təqsirləndirilən şəxs zənginə əsasən həmin ünvana 21 noyabr 2023-cü il tarixdə saat 19:59 radələrində gəlmiş Zərərçəkmiş şəxs1 anası Zərərçəkmiş şəxs2 - biri yetkinlik yaşına çatmayan şəxs olmaqla hər iki şəxsi 23 noyabr 2023-cü il saat 23:01 radələrinədək yuxarıda göstərilən ünvanda yerləşən özünün yaşadığı evdə çıxış qapılarını açarla bağlayaraq tərk etməyə imkan verməyib zərərçəkmiş şəxslərin həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə, silah kimi istifadə edilən əşyalardan istifadə etməklə qanunsuz azadlıqdan məhrum edərək, həmin ünvanda, günün müxtəlif saatlarında Zərərçəkmiş şəxs1 əl-ayaqla, plastik su qabı, qara rəngli qırıq daraq, qəhvəyi rəngli taxta parçası, bel kəməri, qara rəngli ayaqqabı, ağ rəngli asılqan, soyuq silah hesab edilməyən və məişət təyinatlı qara rəngli tutacağı olan qayçı, tünd-qəhvəyi rəngli dəstəkli bıçaq, açıq-qəhvəyi rəngli dəstəkli bıçaq, o cümlədən süpürgə kimi bərk küt əşyalarla həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığı qısa müddətə pozan və sağlamlığa yüngül zərərvurmaya aid sağ və sol sağrı nahiyələrinin dərialtı hematomaları və sıyrıqları, həm ümumilikdə və həm də ayrı-ayrıhqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmayan sağ gicgah- almacıq nahiyəsinin sıyrığı, sağ və sol yanaq nahiyəsinin, sağ və sol çənə cismi nahiyəsinin, burun əsasının qançırlı sıyrıqları, sol bazu nahiyəsinin yuxarı 1/3-nin ön səthinin, aşağı 1/3- nin bayır səthinin, orta 1/3-nin arxa-bayır səthlərinin qançırları, alın nahiyəsinin, sol bazu nahiyəsinin orta 1/3- nin bayır səthinin qançırları, sol qulaq seyvanı nahiyəsinin qançırlı sıyrığı, sağ qulaq seyvanı nahiyəsinin, boyun nahiyəsinin, sağ və so) dirsək oynağı nahiyələrinin, sol diz oynağı nahiyəsinin, sol əlin lll-İV barmaqlarının, sağ bud nahiyəsinin sıyrıqları xəsarətlərini; Zərərçəkmiş şəxs2 isə həm ümumilikdə və həm də ayrı- ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmayan sağ bazu nahiyəsinin, sağ göz qapaqları və gözaltı nahiyənin, sağ və sol bazu nahiyələrinin, döş qəfəsinin sağ yarısının arxa səthinin, döş qəfəsinin sol yarısının arxa səthinin qançırları, sol bud nahiyəsinin, sol diz oynağı nahiyəsinin, sağ baldır nahiyəsinin qançırları, sağ said nahiyəsinin, sol baldır nahiyəsinin qançırları, burun əsasının, sol bazu nahiyəsinin, döş qəfəsinin sol yarısının ön səthinin, sol əlin İV barmağının sıyrıqları, dərəcəsinə görə sağlamlığı qısa müddətə pozan sağlamlığa yüngül zərərvurmaya aid sol bud nahiyəsinin dərialtı hematomasından İbarət güclü fiziki ağrıya səbəb olan xəsarətlər yetirmiş, həmçinin aldığı xəsarətlərdən halsız vəziyyətdə olan MirZərərçəkmiş şəxs1 evin küncündə dizləri üzərində uzun müddət ərzində oturmuş halda saxlamış, onun saçlarını və qaşlarını qırxaraq, tam çılpaq şəkildə itə bənzədərək, boynuna ip keçirib gəzdirməklə, üzərinə soyuq su axıtmaqla, eləcə də həm onu, həm də Zərərçəkmiş şəxs2m nalayiq ifadələrlə təhqir edib mütəmadi olaraq güclü psixi izitirablar verməklə onun üçün aşkar surətdə yetkinlik yaşına çatmayan və xəstəliyinə görə köməksiz vəziyyətdə olan şəxs Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 - iki nəfər şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə, şəxsiyyətlərini alçadaraq və sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və psixi iztirablara məruz qoyaraq işgəncə vermiş, bundan başqa, qeyd olunan ünvanda xx.xx.2023-cü il saat 19 radələrindən 23,11.2023-ci il saat 23 radələrinədək biri yetkinlik yaşına çatmayan şəxs olmaqla iki nəfər şəxsi həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə, həmçinin yuxarıda qeyd olunmuş bıçaq, qayçı və sair küt əşyaları silah kimi istifadə etməklə həmin şəxslərdən birinin ölümü ilə nəticələnməklə ağır nəticəyə səbəb olan adam oğurluğu ilə bağlı olmayan qanunsuz olaraq azadlıqdan məhrum etmiş, habelə fiziki qüsurlarına görə təqsirkara müqavimət göstərmək imkanında olmamaqla köməksiz vəziyyətdə olan və yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs1 yuxarıda göstərilən evdə, 23 noyabr 2023-cü il tarixdə sonuncunun kompüter salonundakı hərəkətini özünə təhqir sayaraq, ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə Zərərçəkmiş şəxs1 fiziki qüsurlarına görə onun vəziyyətində məqbul hesab edilə bilən hərəkətini- kompüter salonunda qeyri-iradi olaraq nəcisi alt paltarına ifraz etməsini bəhanə edib, onun xəstə və fiziki qüsurlarının olmasına əhəmiyyət vermədən, başqa əsaslı səbəb olmadan, özünün şəxsiyyətini digər şəxslərin şəxsiyyətlərinin fövqündə qoyaraq, Zərərçəkmiş şəxs1 öldürməklə hədələyib, sonuncuya onun yaxın qohumu anası Zərərçəkmiş şəxs2 gözlən qarşısında, qəsdən öldürmək məqsədi ilə həyatı üçün mühüm əhəmiyyəti olan baş nahiyəsinə və bədənin digər nahiyələrinə əllə-ayaqla, həmçinin soyuq silah hesab edilməyən və məişət təyinatlı qayçı, bıçaq və yuxarıda göstərilən müxtəlif bərk küt əşyalarla gün ərzində zərbələr vurmaqla xüsusi ağrılar, əzab və işgəncə verən çoxsaylı xəsarətlər yetirməkdə davam edərək, həmin xəsarətlərdən Əİi Əhmədzadənin ölə biləcəyini dərk edib, bunu arzulamaqla, müstəsna dərəcədə qəddarlıq və rəhimsizliklə ona dərəcəsinə görə həm ümumilikdə, həm də ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid olan və ölümlə səbəbli əlaqəsi olan baş beynin alın payının sağ yarısının, sağ təpə və sol təpə-gicgah paylarının yumşaq qişalarına və toxumasına qansızmalarla müşayiət olunan alın, sağ təpə və sol təpə-gicgah nahiyələrinin dərialtı hematomalarından ibarət çoxsaylı xəsarətlər yetirmiş,bundan sonra, yəni 23 noyabr 2023-cü il tarixdə saat 22:54 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvana gəlmiş tanışı Şahid3 Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs onu və oğlu Mirəlini evdə məcburi saxlayaraq döyməsini bildirdikdən sonra Şahid3 Təqsirləndirilən şəxs narazılığına baxmayaraq Zərərçəkmiş şəxs2m və MirZərərçəkmiş şəxs1 taksi ilə əvvəllər yaşadıqları ünvana ünvan 3inə gətirmiş, lakin Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ona yetirdiyi xəsarətlər nəticəsində 24 noyabr 2023- cü il tarixdə günorta saatlarında həmin ünvanda ölmüşdür, bununla da Təqsirləndirilən şəxs onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs1 Mirəli oğlunu xüsusi amansızlıqla və xuliqanlıq niyyəti ilə qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Təqsirləndirilən şəxs X19 ifadələrində göstərdi ki, ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmir. Zərərçəkmiş şəxs2 çoxdan tanıyır. Onu 14 saylı Cəzaçəkmə Müəssisəsində onunla birlikdə cəza çəkən Abdullagilə getdiyi vaxt görmüşdür. İpəyi uşaq ölməmişdən 15- 20 gün əvvəl tanımışdır. İpəyin şikəst uşağı da var idi, lakin İpək həmin uşağın özünün qardaşı olduğunu demişdi. Sonradan o, həmin uşağın İpəyin uşağı olduğunu öyrənmişdir. O, bundan sonra onlara maddi, mənəvi köməklik etmişdir. İpək ona yeddi il Sətdar adında bir şəxslə münasibətdə olduğunu, həmin şəxsin narkotik vasitənin qanunsuz dövriyyəsi ilə tutulduğunu, kirayə ev axtardığını dedi. O da İlqar adlı makler ilə əlaqə saxlamışdır, İlqar da iki günə ev olacağını dedi. İpək də 300 manat uşağına görə pensiya alacağını, həmin pulla kirayə haqqını ödəyəcəyini dedi. İpəkdən iki gün özünün yaşadığı Rəsulzadə qəsəbəsində yerləşən evində qalmasını istəmişdir. Çünki İpək həmin vaxt dörd-beş nəfər oğlanla bir yerdə qalırdı. İpək onun evinə gəldiyi gün ona narkotik vasitə tapmağı istədikdə o da onu vurmuş, telefonunu da qırmışdır. Növbəti gün yenidən narkotik vasitə istifadə etmək istədiyini bildirdikdə ona şikəst uşağına baxmasını tapşırmışdır. İpək ifadəsində həmin onları evdə qoyub evin qapısını bağlayıb getdiyini deyir, lakin bu yalandır, o, evdən çıxanda evin qapısını bağlamışdır. Eldəniz adlı şəxs saatını götürməyə evə gələndə o, Eldənizə İpəyin uşağı hansı vəziyyətə saldığını göstərmiş, daha sonra Eldənizlə bir yerdə uşağı xəstəxanaya yollamışdır. Bir gün sonra uşağın rəhmətə getdiyini öyrənmişdir. İpək evdəki pilləkanlardan uşağın qucağından düşdüyünü demişdir. İpəyin uşağını yerə saldığı vaxt o, orada olmamışdır. Onun öz uşağı var. Əvvəllər idmançı olmuş, bir neçə dəfə Dünya çempionu olmuşdur. Qaldıqları ev öz evi idi, sadəcə havalar soyuq olan zaman orada yaşamırdılar. Uşağı xəstəxanaya Eldənizin aparmasının səbəbi onun tanıdığı həkimlərin olması idi. İpəyin onu həmin evdə məcburi saxlamağı ilə bağlı dediyi yalandır. İpək ilə narkotik vasitə istifadə etməsi ilə bağlı mübahisələri olurdu. Asim polis əməkdaşlarının onu axtardığını bildirdi, sonra gedib özü könüllü təslim olmuşdur. Eldənizin yanında İpəyi vurmağının səbəbi, İpəyin uşağı döyməsi idi. İpək uşağı Abdullagilə aparıb, dəfn etmək istəyib. O, İpəyin telefonunu İpək narkotik vasitə istifadə etməsin deyə sındırmışdır. O, Eldənizə uşağı xəstəxanaya aparmasını təklif etmişdir. Onun üzərində pul olmadığına görə, uşağı xəstəxanaya özü aparmamışdır. Narkotik vasitə istədiyinə görə, o İpəyə bədən xəsarətləri yetirmişdir. İpək ona narkotik vasitə istifadə etməyəcəyinə dair söz vermişdi. O, uşağı həmin vəziyyətdə gördükdə, İpəkdən nə olduğunu soruşmuş, İpək uşağı qucağından yıxdığını bildirmişdir. O, hadisədən sonra Şahid6ı görməmişdir. Şahid6 prokurorluğa könüllü gedib ifadə verib. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 24 yanvar 2024-cü il tarixdə ona CM-nin 120.2.2, 120.2.4, 120.2.9, 133.2.1, 133.2.4, 133.2.6 və 145.3-cü maddələri ilə elan edilmiş yeni məzmunlu ittiham üzrə özünü təqsirli bilməmiş, 29 noyabr 2023-cü il tarixdə ona Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə də özünü təqsirli bilməyərək ifadələrində göstərmişdir ki, 2012-ci ildə Lamiyə adlı qadınla tanış olmuş, lakin övladları olmamış və 2013-cü ildə ayrılmışlar. 2015-ci ildə isə Türkay adlı qadınla rəsmi nikaha daxil olmuş və birgə nikahlarından 2016-cı il təvəllüdlü Asiman adlı bir övladları olmuş, Türkaydan da 2017-ci ildə rəsmi qaydada boşanmışdır. Azərbaycan Bədən Tərbiyəsi Akademiyasını bitirmiş, sambo üzrə bir dəfə dünya, bir dəfə avropa çempionu olmuş, bundan başqa digər dərəcələrdə də medalları vardır. Yaşadığı ev ata evi olmuş, həmin ev bibisi Yeganənin adınadır, atası təxminən iki il bundan qabaq vəfat etmiş, anası isə həyatdadır və hazırda qızı Qızxanımgildə Digah qəsəbəsində yaşayır. 2021-ci ildə Binəqədi rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177 və 127-ci maddələri ilə məhkum olunmuş, 2022-ci ilin yanvar ayının 17-də vaxtından əvvəl cəzadan azad edilmiş, hadisədən təxminən bir ay bundan qabaq onunla birlikdə 14 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən və Binəqədi rayonu, Binəqədi qəsəbəsi, İ Mədən, Korpus 10, nömrəsiz fərdi yaşayış evində yaşayan dostu Şahid1 evinə gedib gələrkən Mələk ləqəbli, əsl adı İpək olan qadını tanımış, Abdulla həmin evdə böyük qardaşı Etiram və tanışları Mərdanla birlikdə yaşamış, bundan başqa, onlarla birlikdə Mirəli adlı fiziki qüsurlu övladı ilə birlikdə İpək adlı qadın yaşamış, İpəklə Mirəliyə görə münasibətə başlamış, çünki Mirəlınin bu vəziyyətinə acımış, onlara kömək etmək qərarına gəlmiş, bu qaydada İpəyin bank kartına hər gün azı 10 manat pul köçürmüş, bəzi hallarda şəxsən özü bazarlıq edib onlara ərzaq alıb aparıb vermiş, İpəklə yalnız bir dəfə “Sait” adlı oteldə cinsi əlaqə olmuş, İpək övladı ilə kobud rəftar edir, bəzən döyür və qəsdən əlində yerə buraxır, İpək öz dili ilə Mirəlinin əlindən bezdiyini, ona görə çöllərdə qaldığın deyir, Mirəlini şillələyək döyüb ağladırmış. Bir dəfə də buna görə İpəyə irad tutmuş, onu kənara çəkib bir iki şillə də vurmuşdur. MirZərərçəkmiş şəxs1 serebral iflic olduğuna yeriyə bilməmiş, yemək yeməyi sevən uşaq olduğu üçün bəzən hətta özü belə o uşağa əli ilə yemək vermişdir. Bu səbəbdən fikirləşmişdir ki, Mirəliyə uşaq arabası lazımdır. O, dəfələrlə Mirəlini qəsəbədəki kompüter klubuna aparmışdır ki, uşaq oyun oynasın, bundan başqa, uşağa paltar almaq üçün dəfələrlə İpəyi geyim mağazasına aparmış, lakin uşaq arabası almağa yetərincə pulu olmadığı üçün Amil adlı dostuna müraciət etmiş, Amil də təmənnasız olaraq 380 manata Mirəliyə uşaq arabası almışdır. 21 noyabr 2023-cü il tarixdə günorta saatlarında İpəkgildə oiarkən dostu Amil uşaq arabasını gətirdikdən sonra arabanın Mirəliyə uyğunluğunu yoxlayıb əmin olduqdan sonra Amilin avtomobili ilə M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən “Meduza" çay evinin ikinci mərtəbəsində yerləşən kompüter salonuna getmiş, içəri Mirəli ilə ikisi girmiş, Mirəlini qucağında aparmış, bir-iki saat avtomobil oyunu oynadıqdan sonra Mirəli nəcisini altına buraxmış, sonuncunu qucağında tualetə aparmış, Mirəlinin arxasını su ilə yumaq istəyərkən murdar su ağzına dəymiş, lakin Mirəliyə əsəbləşməmiş və geri qayıtmışlar. Bir qədər də oyun oynadıqdan sonra yaxınlıqdakı geyim mağazasına gedib Mirəliyə corab, şalvar, köynək, alt tumanı, maykalar almış, sonra birlikdə öz yaşadığı evə getmiş, buna qədər İpəklə Mirəliyə ev axdarırmış, çünki İpək başqa evə çıxmaq istəyirmiş. O, da bu məqsədlə İlqar adlı maklerlə danışmış, sonuncu da bir-iki günə bir evin boşalacağını demişdir. Geyim mağazasından evə gedərkən İpəyin mobil nömrəsinə zəng etsə də, İpək telefonu açmadığı üçün Abdullaya zəng etmiş, sonuncuya İpəyə telefonu açmasını deməsini bildirmişdir. Həmin vaxt uşaq tərli olduğu üçün dostu İlqardan xahiş etmişdir ki, onları avtomobili ilə evlərinə aparsın. Hələ yolda olarkən o, yenidən İpəyə zəng etmiş, bu dəfə İpək zəngi açmış, İpəyə paltarlarını yığıb evə gəlməsini, uşaq pensiyasını aldıqdan sonra özünün də ona kömək edəcəyini, İpəyə yaxşı ana olmadığını, uşağının altını batırdığını və özünün də yatdığını demişdir. Həmçinin kompüter salonunda olarkən Mirəlini anası ilə telefon vasitəsi ilə danışdırmışdır. Evə gəldikdən bir qədər sonra axşam saatlarında da İpək onlara gəlmiş, Mirəli yorğun olduğu üçün yatmış, bundan sonra dostu İlqar və İpəklə birlikdə dostu Tariyeldən pul almaq üçün Maştağaya getmiş, həmin vaxt İpək darıxdığını deyərək onlarla gəlmək istəmişdir. Tariyeldən 30-40 manat pul aldıqdan sonra üçü də evə qayıtmış, yolda “Line” mağazasından 4 dönər sifariş vermiş, mağazadan dönərləri götürüb evə gəlmiş, İlqar onlarda dönərini yedikdən bir qədər sonra çıxıb getmiş, onlar da uşağa yemək yedizdirmək istəyərkən Mirəlinin yenidən altını batırdığını görmüş, o, da həyət soyuq olduğu üçü vedrə gətirmişdir ki, Mirəli ehtiyacını vedrə ilə təmin etsin. Bir qədər sonra onlar üçü bir otaqda yatmış, səhəri günü saat 11-12 radələrində mağazaya gedib evə ərzaq almış, İpək isə ondan narkotik vasitə tələb etdiyi üçün İpəyi kənara çəkib uşaqdan kənarda bir-iki şillə vurmuş, bir neçə gün öncə narkotik vasitədən istifadə etməyəcəyinə dair söz verdiyini İpəyə xatırlatmış, narkotik ala bilməməsi üçün İpəyin bir ədəd Samsung, bir ədəd İphod və İphone cihazlarını sındırmış, günorta saatlarında evdə çıxıb qəsəbəyə getmiş, axşam saatlarında da evə qayıtmış, qayıdanda Mirəlinin üzündə yaralar, xəsarətlər görmüş, İpəkdən bu barədə soruşduqda sonuncu ona Mirəlinin qucağından düşdüyünü və xəsarətlərin bu formada əmələ gəldiyini bildirmiş, lakin İpəyin dedikləri ona inandırıcı gəlməmiş, çünki İpək əvvəllər də Mirəlini onun gözləri qarşısında döymüş, bundan başqa İpəyə narkotik almasını əngəllədiyi üçün İpək özünü yaxşı hiss etmirmiş. Mirəlini İpəyin döydüyünü düşünüb İpəyə əli ilə bir neçə dəfə zərbələr vurmuş, evdən çıxıb getmiş, 2-3 saatdan sonra evə qayıtmış, qayıdan zaman görmüşdür ki, Mirəlinin qaşları qırxılmışdır. O, bu dəfə İpəkdən bu barədə soruşduqda sonuncu ona Mirəlinin şeytan olduğunu, uşağı şeytan kimi gördüyünü və qanının xarab olduğunu demiş, Mirəlinin atasına oxşadığını və sonuncunun onu pambıq sahəsində zorladığını bildirmişdir. O, həmin ana qədər Mirəlinin İpəyin qardaşı olduğunu bilmiş, çünki İpəyin uşağı onlara belə təqdim etmiş, Mirəliyə işgəncə verdiyi üçün İpəyi yumruq təpiklə döymüş, növbəti gün yaxınlıqdan aptekdən bir maz almışdır ki, yaralarına sürtsün. Aptekdən qayıtdıqdan sonra İpək yenidən “patı” istədikdə onun düzəlməyəcəyini görüb elektrik peçini İpəyin başına vurmuş, peç qırılmış, həmin gün İpəyi 5-10 dəqiqə döymüş, su qabını İpəyin başına vurmuş, daha sonra evdən çıxıb bir qədər ərazidə gəzdikdən sonra uşağa yenidən yoqurt yedizdirmiş, 23 noyabr 2023-cü il tarixdə axşam saatlarında dostu Eldəniz saatını almaq üçün onlara gəlmiş, Eldənizə Mirəlini göstərib anasının nə etdiyini və buna görə uşağın anasını döydüyünü demişdir. O, Eldənizə onları həkimə aparmasını demiş, taksi gəldikdən sonra İpəyin kartı evdə qaldığı üçün onların arxası ilə qaçmış, kartı Eldənizə vermiş, özü də adəti üzrə bibisigilə getmiş, sonrakı gün isə Asim adlı dostu Mirəlinin vəfat etdiyini demiş, dərhal İpəyə zəng vurub vəziyyəti soruşmuş, İpək vəziyyəti bildirmiş və telefonda ona şər atmağa başlamışdır ki, guya hadisəni o, törətmişdir. Bu səbəbdən məsələnin aydınlaşdırılması üçün 43-cü PB-nə təslim olmaq qərarına gəlmişdir. O, həmçinin bildirmişdir ki, Zərərçəkmiş şəxs2m əvvəllər Mirəli ilə pis rəftarına görə bir-iki dəfə vurmuş, MirZərərçəkmiş şəxs1 qarşı isə heç vaxt zorakılıq göstərməmiş, Mirəlini anası İpək döyərək öldürmüşdür. Çünki, İpək Mirəlidən bezdiyini deyir və uşağı döyürmüş, hadisə vaxtı evdə Murad adlı dostu və sonuncunun iki qız tanışı qonaq kimi gəlmiş, lakin İpəklə Mirəlini gizlətməmiş, sonuncular digər otaqda yatmışlar. Mirəlinin bədənindəki xəsarətləri MirZərərçəkmiş şəxs1 o, evdə olmadığı müddətdə Zərərçəkmiş şəxs2 yetirmişdir. Çünki, evdə başqa şəxs olmamış, evin yeganə açarını İpəyə vermişdir. Şokda olduğu üçün polisə gəlməmiş, sonradan dostu Asimin polisə çağrıldığını bildiyi üçün 43-cü polis bölməsinə getmiş, polisə gələnədək əvvəlcə bibisigildə bir gecə qaldıqdan sonra küçələrdə gecələmiş, şokda olduğu üçün evi tərk edib getmiş, dostunun saxlanıldığını bildiyi üçün də sonradan polisə getmişdir. Bundan başqa, o, Şahid3 23 noyabr 2023-cü il tarixdə telefon danışığı zamanı avtoqəzaya düşdüklərini dediyini xatırlamadığını, lakin Eldənizin həmin gün onlara gəldikdə Eldənizə zarafatyana İpəkgilin avtoqəzaya düşdüyünü dediyini bildirmişdir. Hadisə zamanı əynində göy rəngli cins şalvar və ağ isti köynək (vadolaska) olmuşdur. Zərərçəkmiş şəxs2mn mobil telefonlarını İpək narkotik vasitə ala bilməsin deyə sındırmış, hadisə zamanı xəsarət almamış, hadisə zamanı nə etdiyini başa düşürmüş, İpəyin övladını öldürdüyünü düşündüyü üçün İpəyi bərk döymüş, İpəkdən nə üçün Mirəlini döydüyünü soruşduqda İpək ona uşağın əlindən düşdüyünü demişdir. Narkotik vasitə istifadəçidir, sonuncu dəfə hadisədən bir neçə gün bundan qabaq heroin iyləmişdir. Hadisə zamanı İpəyin başına qırmızı rəngli elektrik peçi vurmuş, sonradan həmin peçi küçədə hansısa zibilliyə atmış, bundan başqa İpəyi rezin bel kəməri ilə, eləcə də yumruq təpiklə möhkəm döymüşdür. “Meduza” internet klubuna 21 noyabr 2023-cü il tarixdə Əli ilə birlikdə getmiş, lakin həmin gün Əli onlarla 5 dəqiqə sonra qaldıqdan sonra getmiş, Əlini həmin gün təsadüfən görmüş, Əli ona əlindəki sumkanı daşımaq üçün kömək etmişdir. O, bundan başqa İpəyin Mirəlini nə üçün məhz onun evində öldürməsinin səbəbini bilmədiyini, həqiqi hərbi xidmətdə olmadığını, səbəbinin yoxlama zamanı qolunda və qarnında kəsiklər aşkar edilməsi olduğunu demişdir. Həmin kəsikləri o, özü özünə yetirdiyini bildirdiyi üçün onu əsgərliyə aparmamışlar. O, Zərərçəkmiş şəxs2 Mirəlini onun evində olduğu müddətdə öldürdüyünü bildirməsi və nə üçün hüquq mühafizə orqanlarına və ya həkimə müraciət etməməsi barədə suala İpəyə Mirəlini həkimə aparmağı təklif etsə də, İpəyin uşağın sənədlərinin keçmiş sevgilisi Səftərdə olduğunu dediyi üçün həkimə getməkdən imtina etməsi ilə izah etmişdir . Zərərçəkmiş şəxs2 ifadələrində göstərdi ki, qətlə yetirilən uşaq Mirəli onun oğludur. O, Mİrəli ilə kirayədə yaşamışdır. Evin kirayə pulunu ödəyə bilmədiyinə görə Ehtiram adlı şəxsin Binəqədi rayonu ərazisindəki evində qalmışlar. Təqsirləndirilən şəxs onun oğluna yemək, geyim və s. alıb. Yaşar bir gün uşağı Əli üçün “uşaq arabası” almağa getmişdi, uşaq arabasını alıb gətirdikdən sonra Əlini “PlayStation”a apardı. Bir müddət sonra Yaşar ona zəng edib Əlinin təbii ehtiyaclarını ödədiyi zaman onun nəcizinin üzərinə sıçradığını demişdi və o da bundan qəzəblənərək Əliyə şillə vurmuşdu. Yaşar ona zəng vurub gəlib oğlunu götürməyini bildirdi, ancaq heç kimə deməməyini söylədi. Evə getdikdən sonra gördü ki, oğlu Əlinin üzü örtülüdü və yanında da İlqar adında dostu var idi. O, oğlunun yanına getmək istəyəndə Yaşar icazə vermədi, daha sonra uşağın üzünə baxanda gördü ki, Yaşar uşağı necə döymüşdürsə, uşağın üzündə qanlar var idi. İlqardan gəlib kömək etməyini istəsə də, Yaşar onu döyərək nalayiq ifadələrdən istifadə etdi. İlqar özü də ora getməmişdən əvvəl Yaşarın uşağı döydüyünü bildirdi. Oğlu Mirəlinin ölməsinin səbəbi Yaşarın onu döyməsi idi. Həkimə zəng vurub uşaq haqqında məlumat verdi ki, guya qəza keçirib zərər alıb, amma özü ona zor tətbiq etmişdi. Təqsirləndirilən şəxs dostu Eldəniz Yaşardan saatı almaq məqsədilə onlara gəlmişdi, gələndə onların vəziyyətini gördü elə bildi ki, qəzaya düşüblər, daha sonra Yaşar Eldənizə özü etdiyini, özünün öldürdüyünü bildirdi. 23 noyabr 2023cü il tarixdə oğlu Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs öldürmüşdür. Yaşar həm oğlunu, həm də onu döyürdü. Yaşar 3 gün oğlunu döydükdən sonra Əli dözməyib dünyasını dəyişdi. Yaşar Əlini “PlayStation”-dan gətirdikdən sonra evdə gəlib yenə döydü, 3 gün dayanmadan oğlunu döyüb, zor tətbiq edib. Eldəniz saatı götürməyə gələndə onları gördü. Yaşarın uşağını döyməsi ilə bağlı polis orqanlarına şikayət etməməyinin səbəbi Yaşarın telefonunu sındırması idi. Uşağını döyməsinin səbəbi olaraq Əlinin təbii ehtiyaclarını ödədiyi zaman onun nəcizinin Yaşarın üzərinə sıçradığını demişdi. Yaşar onlara üç gün Yaşar çölə çıxmağa icazə vermirdi deyə şikayət edə bilmirdi. Yaşar Eldənizin gözü qarşısında onları döyürdü, Eldənizə uşağı əhliləşdirmək üçün döydüyünü bildirirdi. Eldəniz və İlqar Yaşarın onları döydüyünü təsdiq edə bilərlər. Üç gün Yaşar onları məcbur evdə saxlayıb, çölə çıxmağa icazə vermirdi. Ölməmişdən əvvəl oğlu Yaşar tərəfindən döyülüb. Oğlu onun yanında ölüb. Mirəli ancaq xoşladığı adamlarla ünsiyyət qururdu. Yaşar Mirəlini hamamda döymüşdü. Eldəniz əvvəlcə onları qohumlarının evlərinə aparacaqdı, lakin sonra Abdullagilə apardı. Eldəniz onları Yaşardan qorumaq üçün apardı. Yaşar uşağını onun yanında döyüb. Mirəli dölüdüyü günün səhəri gün vəfat etdi. Eldəniz gələndə uşaq zarıldayırdı. Mirəli Abdullagildə vəfat etdi. Yaşar Mirəlini kəmərlə döyüb, qırmızı sobanı başlarında sındırıb. Yaşar uşağın arxasını şüşə ilə kəsmişdi. Yaşar uşağı tort bıçağı ilə, turba ilə döyürdü. O, Yaşarın evinə könüllü getmişdir. Yaşar uşağını playstation oynamağa aparmışdı. O, Yaşarın evinə ayın 20-si getmiş, Yaşar onu üç gün məcbur edib evdə saxlamışdır. Qonşulardan kömək istəmək imkanı yox idi. Yaşar uşağı çarpayının altına, onu da şkafa salmışdı. Yaşar uşağının dişini sınıq daraqla sındırmışdı. Yaşar uşağın ayağını sındırmışdı. Yaşar uşağın saçını və qaşlarını qırxmışdı. Yaşar ona hədə-qorxu gəldiyinə görə polisə məlumat verməmişdir. Abdullagilin evinə Eldənizlə birlikdə daxil olublar. Uşaq səhərisi gün vəfat etdi. Yaşara zəng etdilər, Eldənizə zəng etdilər, hərə bir söz deyirdi, ona görə saat 18-ə kimi uşağı xəstəxanaya aparmamışdır. Yaşarın evində qalanda Yaşar özü narkotik vasitə istifadə edirdi, lakin onu istifadə etməyə qoymurdu. O, Eldənizə uşağın döyülməsini demişdir. O, uşağını heç kimə məlumat vermədən dəfn etmək istəməmişdir. Yaşargildən gələn gecənin səhəri yuxudan oyananda Mirəliyə baxanda onun öldüyünü görüb qışqırıb demişdir ki, Mirəli vəfat edib. Həmin vaxt Ehtiram və dostu evdə idilər, lakin Abdulla evdə deyildi. Abdulla mağazaya gedərkən nə Abdulla, onu görüb, nə də o Abdullanı görüb. Övladı Yaşarın evində döyülüb. Övladını Yaşar döymüşdü, həmin vaxt İlqar da orada idi. O, İlqara işarə ilə “kömək elə” demişdir. İlqar ona dedi ki, “Yaşar səndən əvvəl məni də döyüb”. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı göstərmişdir ki, 2011-ci ildə bibisi oğlu Seyidəli İbrahimlə kəbinlə dini nikaha daxil olmuş, birgə nikahlarından Mirəli adlı bir oğulları olmuş, Mirəli Əhmədov anadan gəlmə serebral iflic xəstəsidir və hər iki ayağı işləmədiyi üçün yeriyə bilmir, həm də çətinliklə danışır. Lakin, Mirəli fikrini izah edə bilir, kənar şəxsləri başa düşür, aydın görür və eşidir. Bundan başqa, Mirəlinin hər iki əli də düzgün işləmir. 2011-ci ilin sentyabr ayında bibisi Mehribanla dolanmadığı üçün Seyidəlidən ayrılmış, ata evinə qayıtmış, lakin anasının ili çıxmamış atası gənc xanımla ailə qurduğu üçün atası ilə də münasibətləri korlanmış, o da övladını psixoloji mərkəzə yerləşdirmək üçün Bakı şəhərinə gəlmiş, övladını xəstəxanaya yerləşdirmiş, özü isə Nərimanov rayonunda kirayədə yaşamış, övladına görə dövlət ona 300 manat pul ödəmiş, təxminən bir ay bundan qabaq dostu Etiramgildə kirayə pulunu ödəyə bilmədiyi üçün onlarda qaldığı zaman Etiramın qardaşı Abdulla və dostu Yaşarı tanımış, Etiram və Abdulla və o, üçü bir evdə qalmış, hər iki qardaşı hər ikisi subay olmuş, onlar arasında yalnız dostluq münasibəti olmuş, Abdullanın dostu Təqsirləndirilən şəxs da arasıra oraya gəlmiş, onlar bu qaydada Yaşarla tanış olmuş, aralarında münasibət yaranmış, bundan sonra o, Təqsirləndirilən şəxsla bir dəfə otellərin birində cinsi əlaqədə olmuş, Təqsirləndirilən şəxs bu münasibətdən sonra onun övladını çox istədiyini deyib ona kömək etmək istəmiş, Təqsirləndirilən şəxs Mirəlini bir neçə dəfə kompüter oyunu oynatmaq üçün kompüter klubuna aparmış və əvvəllər oğurluq cinayətinə məhkum olunmuş, iki dəfə ailə qurub boşanmış və Asiman adlı bir oğlu da vardır. Hadisənin mahiyyəti üzrə bildirmişdir ki, 21 noyabr 2023-cü il tarixdə səhər 11 radələrində yaşadığı Etirama məxsus Bakı şəhəri, Binəqədi rayonu, Mədən 1, Korpus 10-da yerləşən nömrəsiz fərdi yaşayış evində Etiram, Abdulla və övladı ilə birlikdə olarkən Təqsirləndirilən şəxs Mirəlini qucağında məhlədəki mağazaya aparıb uşağa meyvə şirəsi, kofe və digər ərzaq məhsulları alıb evə qayıtmış, Mirəliyə yemək yedirdikdən sonra Təqsirləndirilən şəxs Mirəliyə paltar alacağını və Mirəlini kompüter oyunları oynamağa aparacağını demiş, həmin vaxt Yaşara adını bilmədiyi bir şəxs Mirəli üçün uşaq arabası aldığını və gətirib təhvil vermək istədiyini bildirmiş, Yaşar isə həmin şəxsə arabanı qəsəbəyə gətirməsini bildirmiş, bir qədər sonra Təqsirləndirilən şəxs Mirəlini qucağına alıb taksi ilə Rəsulzadə qəsəbəsinə getmiş, təxminən 30 dəqiqə sonra Yaşar adını bilmədiyi əvvəllər tanımadığı bir dostu ilə qara rəngli maşınla evə gəlmiş və Mirəli də avtomobilin qabaq sərnişin oturacağında oturmuş, onlar uşaq arabasını evə qoyduqdan sonra Mirəlini həmin arabaya qoyub işlədiyini yoxlamış, az sonra Yaşar Mirəliyə paltar alacağını deyib uşağı dostu ilə birlikdə Rəsulzadə qəsəbəsinə aparmış, yarım saat sonra Təqsirləndirilən şəxs mobil nömrəsini zəng etmiş, Mirəli ilə danışmış, oğlu ona kompüter klubunda oyun oynadığını demiş, o, da Mirəliyə ayaqyolu ehtiyacı hiss etdiyi halda Yaşara deməsini bildirmişdir. Danışıqları bitdikdən sonra bir saat yatmış, sonra Yaşar ona zəng edib qışqıraraq “Tez gəl yetimçənə sahib çıx” demiş, o, Yaşardan nə baş verdiyini soruşduqda Yaşar Mirəliyə yeni paltar aldığını və kompüter klubunda Mirəlini sidiyini ifraz etməsi üçün tualetə apardığını, tualetdə olarkən Mirəlini unitaza qoyduğunu və uşağın arxasını yumaq istəyərkən Mirəlinin yıxılaraq unitazın içinə düşdüyünü və çirkli suyun üzərinə sıçradığını və buna qəzəbləndiyi üçün Mirəlin üzünə yumruqla bir neçə dəfə vurduğunu bildirmiş və ona uşaq üçün yeni paltar gətirməsini istəmiş, o, da paltar götürüb Yaşarın yaşadığı ünvana taksi ilə getmiş, evə daxil olmuş, Mirəlini divanda üzü örtülü vəziyyətdə görmüş, Yaşardan Mirəlinin üzünü nə üçün örtdüyünü soruşduqda Yaşar ona Mirəlini döyərək üzünə xəsarət yetridiyini bildirmiş, Mirəlinin üzünü açdıqda görmüşdür ki, Mirəlinin üzü göyərmiş, qızarmış vəziyyətdədir. Yaşar həmin vaxt ona ikibaşlı sözlər deyərək əvvəlcə Mirəlini gah kompüter klubunda döydüyünü, gah da yaşadığı evin hamamında döydüyünü desə də, o, Mirəlidən bu barədə soruşduqda Mirəli ona Yaşarın onu kompüter klubunda döyməyə başladığını demiş, Yaşardan bunun səbəbini soruşduqda sonuncu Mirəlinin tərbiyəsizlik etdiyini, Mirəlini tərbiyələndirəcəyini demiş və onları evdən buraxmamışdır. 21 noyabr 2023-cü il tarixdə 23 noyabr 2023-cü il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs evin qapısını bağlamış və onları evdən buraxmamış, bütün bu müddətdə Yaşar dönər, çöplü meyvə şirəsi alsa da, onlar yemək yeyə bilməmiş, bu müddətdə Mirəliyə olan nifrətindən dolayı Yaşar taxta parçası, dəmir, böyük dəmir qaşıqla, yumruq, təpiklə Mirəlinin bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr endirir, bundan başqa qəhvəyi rəngli taxta dəstəkli bıçaqla Mirəlinin arxa nahiyəsinin dərisini qaşıyır, o, buna mane olmaq istədikdə Yaşar onu həmin alətlərlə və yumruq təpiklə vurmuş, ona “İti görüm uşağı görməyim” demiş, Yaşar Mirəlini xüsusi nifrətlə, sanki həzz alaraq işgəncə vermiş, Mirəlini öldürmək istəmiş, bunu öz dili ilə ona bildirmişdir. Belə ki, Təqsirləndirilən şəxs ona “Ya səni, ya da uşağını öldürəcəm” demiş, bundan başqa uşağı bir itə oxşatdığını və uşağı döyməkdən ləzzət aldığını öz dili ilə bildirmiş, Yaşar onları hər gün vəhşicəsinə döymüş, polisə şikayət edəcəyi təqdirdə onu ölümlə hədələmiş, Yaşar kauçuk dişli darağı Mirəlinin ağzına salıb sonuncunun dişlərini qırır, qayçı ilə uşağın başındakı saçını, lezvə ilə isə qaşlarını qırxır, lüt vəziyyətdə Mirəlinin boğazına ip bağlayıb balkonda sürüyür, soyuq suyu üzərinə tökür, həmçinin Mirəlinin cinsiyyət orqanına təpiklə zərbələr vurur, bundan başqa, Yaşar onun boğazında siqaret söndürür, başında elektrik peçini sındırır, Mirəlini onu dişləməyə məcbur edir, ondan Mirəlinin qarşısında lüt şəkildə soyunmağı tələb edir, Mirəlidən onu əxlaqsız sözlərlə çağırmasını tələb edir, onun haqqında pis danışmağa məcbur edirmiş. 23 noyabr 2023-cü il tarixdə saat 23 radələrində Yaşarın dostu Eldəniz evə gəlmiş və onları görən kimi Yaşarın onları döyüb döymədiyini soruşmuş, həmin gün bir qədər əvvəl Yaşar Eldənizə zəng edib guya onların avtoqəzada xəsarət aldıqlarını bildirmiş, o, Eldənizə Təqsirləndirilən şəxs onları döydüyünü dedikdə, Eldənizlə Yaşar arasında sözlü mübahisə olmuş, Eldəniz söyüş söydükdən sonra Yaşar ağlamağa başlamış, az sonra Eldəniz onları evdən aparmaq istədikdə Yaşar qışqırıq salıb Eldənizə mane olmağa çalışmış, Eldənizin çağırdığı taksi qapıya gəldikdən sonra onlar paltarlarını yığıb həyətə düşmək istəyərkən Yaşar onun saçından tutub evə sürümüş, Mirəlini onun üzərinə atmış, bu zaman Eldəniz evə girərək yenidən Yaşar ilə mübahisə etmiş, onlar zorla Eldənizin köməyi ilə evdən qaçıb taksiyə minə bilmiş, Eldəniz də taksiyə mindikdən Yaşar arxaları ilə gəlməyə başlamış, bu zaman Eldəniz taksidən düşüb Yaşarla nəsə danışmış, Yaşar artıq onların arxası ilə gəlməmişdir. 23 noyabr 2023-cü il tarixdə Eldənizin köməyi ilə evdən qaça bildikdən sonra Eldəniz onları yaşadıqları evə aparmış, səhər gəlib onları xəstəxanaya aparacağını demiş, lakin səhər Eldəniz gəlməmiş, günorta saatlarında Mirəliyə toxunduqda uşağın bədəninin soyuq olduğunu görmüş, öldüyünü anlamış, Eldəniz ona qabaqcadan demişdir ki, əgər polisə nəsə desə Yaşar onu tapıb qisasım alacaq. O da Eldənizə zəng edib Yaşara təslim olmasını və polisə məlumat verəcəyini demiş, həmin vaxt Eldəniz evə gəlməmiş, ona yaxşılıq etdiyini, bu səbəbdən onun adını çəkməməsini istəmişdir ki, onun üçün problem yaranmasın. Az sonra taksi ilə övladını Semashko xəstəxanasına aparmış, xəstəxanada Mirəlinin vəfat etdiyini qəbul şöbəsinə bildirdikdə, onlar meyit qəbul etmədiklərini demiş, bu zaman oradakı mühafizəçilərə yaxınlaşmış və onun xahişi ilə 4-cü polis şöbəsinə məlumat vermiş, həmin vaxt Yaşar ona zəng edərək “Mələk başına dönüm, nə istəsən edəcəm, gəl mənim yanıma, uşağın ölümündən indi xəbərim olub” demiş, o, isə bunun səbəbini soruşub Mirəlini öldürdüyünü demiş, Yaşar da ona “Mən sənə inanıram, sən məni ələ vermərsən” deyə bildirmişdir. O, Yaşara dəfələrlə uşağını öldürdüyünü bildirdikdə Yaşar ona “Qurban olum nə desən edəcəm, gəl yanıma məni ələ vermə” deyə dayanmadan demiş, o, isə Yaşarın bu sözlərinə məhəl qoymayıb 102 xidmətinə zəng edib hadisə barəsində məlumat vermişdir. O, həmçinin bildirmişdir ki, Yaşar onu bir dəfə hadisədən, yəni 21 noyabr 2023-cü il tarixindən 2-3 qabaq qısqanclıq zəmnində yumruq təpiklə vurmuş, lakin həkimə və ya polisə getməmiş, hər hansı xəsarət qalmamış, lakin hadisə günü Yaşar onu pis döymüşdür. Yaşar Mirəlini əvvəllər döyməmiş, lakin Yaşar Mirəlinin normal insanlar kimi davranmasını istəmiş, Mirəlidən normal insanların edə bilməyəcəyi şəkildə davranmağı tələb etmiş, Mirəli Yaşarın xoşuna gəlməyəcək şəkildə telefonda yüksək şəkildə səsli qulaq asır və bu Yaşarı narahat edir, Yaşar Mirəliyə əsəbləşirmiş. Hadisə günlərində Yaşarın evinə bir oğlan və iki qadın qonaq gəlmiş, bu səbəbdən həmin vaxt Yaşar onu paltar şkafına, Mirəlini də taxtın altında gizlətmiş, Yaşar onları qorxutduğu üçün səslərini çıxara bilməmiş, həmin şəxslərin kim olduqları bilmir, Yaşara yalvarsa da, Yaşar onları döyməyə davam etmişdir. Qeyd olunan günlərdə Yaşarın əynində qara rəngli cins şalvar, ağ rəngli sviter, öz əynində mavi rəngli cins şalvar, qara rəngli isti köynək, Mirəlinin əynində isə idman şalvar və ağ köynək olmuşdur. İfadənin yerində yoxlanılması zamanı Zərərçəkmiş şəxs2 21 noyabr 2023-cü il tarixdə gecə ünvan 4 ünvanına ilk dəfə gəldiyini deyərək hadisənin baş verdiyi evin həyətyanı sahəsinə daxil olub Yaşarın ona zəng vurub “gəl uşağa sahib çıx” dediyini, oraya gəldikdə isə Yaşarın ona birinci uşağın hamamda yıxıldığını, “Playstation” adlanan yerdə uşağa bir-iki dəfə vurduğunu dediyini, bunu etdiyini ona həm telefonla danışan zaman, həm də orada olarkən dediyini bildirdi, daha sonra evə daxil olub giriş qapısı ilə üzbəüz olan otaqdan soldakı otağa giriş Mirəlinin həmin otaqda divanda uzadıldığını, Yaşarın isə sol tərəfdəki divanda oturduğunu, Mirəlinin üzünün prostina ilə örtülü olduğunu, Yaşarla salamlaşdıqdan sonra Mirəliyə nə olduğunu soruşduqda Yaşarın “Playstation” da olarkən Mirəlini ayaqyoluna apardığını dediyini, Mirəlinin özünün unitazda otura bilmədiyini və sürüşüb unitaza düşdüyünü və Mirəlinin nəcisinin ağzına və üzünə sıçradığını və buna görə əsəbləşərək Mirəliyə 1-2 şillə vurduğunu dediyini bildirdi, daha sonra otaqdakı şkafdan iki ədəd boşqab çıxararaq Yaşarın hər gün olmaqla günə 2-3 qram “kola” adlı narkotik vasitəsindən istifadə etdiyini, 21 noyabr 2023-cü il tarixdə Yaşarın yanına gələrkən Yaşarın onu özü ilə Maştağa qəsəbəsinə aparmaq istədiyini, Mirəlinin ağlayacağını Yaşara dedikdə isə Yaşarın Mirəlidən ağlayıb ağlamayacağını soruşduğunu, Mirəlinin də qorxudan ağlamayacağını dediyini, daha sonra Yaşarın küçəyə çıxdıqdan sonra başqa bir dostu ilə danışdığını, yaxınlıqda polislərin olmasını düşünüb Yaşarın İlqar dostunun avtomobilinə onlarla birlikdə mindiyini, İlqarın avtomobili öz məhəllələrinə sürdüyünü, avtomobildə gözlədiyini, X24 yaşadığı binanın blokuna çıxdıqlarını, təxminən 15 dəqiqə sonra geri qayıtdıqlarını, daha sonra Maştağa qəsəbəsinə, Yaşarın “dostum ilə işim var dəyim gəlim” sözü ilə 14 saylı polis bölməsinin yaxınlığına getdiklərini, Yaşam avtomobildən tək düşərək 5 dəqiqə sonra qayıtdığını, onun yanında avtomobildə arxa oturacaqda oturduğunu, geri qayıdarkən yolda Yaşarın ona 15 qram “kola” adlı narkotik vasitəni və 150 manat da pulu saxlaması üçün verdiyini, yol üstü dönər və ayran sifariş etdiklərini, bunların 16,60 manat tutduğunu, evə çatdıqda Mirəlinin üzünü tutduğunu gördüyünü, ağladığını, Yaşarın uşağa yaxınlaşmağa icazə vermədiyini, Mirəliyə özünü Yaşarın özünü yaxınlaşdığını, Mirəli ilə biraz oynadıqdan sonra uşağın ayaqyolusunun gəldiyini, qaz buraxdığını, Mirəliyə baxdıqda uşağın altını . batırdığını, çəkindiyindən Yaşara bu barədə demədiyini, həmin vaxt İlqarın evdə oturub dönər yediyini, Mirəliyə yaxınlaşmaq istədikdə Yaşarın ona təpik atdığını və yıxıldığını, Yaşarın ona uşağı pozduğunu, bu zaman üzünü döndərib İlqara baxan zaman Yaşarın ona “İlqara vermək istəyirsən?” dediyini, İlqarın isə Yaşara” Sən nə danışırsan mən onu səndən qabaq tanıyıram, bu qız o qızlardan deyil” dediyini, onun İlqara qorxudan baxdığını dediyini, İlqar dönər yedikdən sonra Yaşarın ona “bas get burdan”, İlqarın isə otaqdan çıxan zaman “qaqa nə qulluğun olsa mənə de” dediyini, Mirəlinin həmin vaxt dodağının, burnunun şişdiyini, Yaşarın onları Etiram və digər şəxslərin Mirəlinin görməməsi üçün evdən buraxmadığını və ya hər hansı başqa niyyətlə bunu etdiyini bilmədiyini, Yaşarın belə bir hadisəni törədəcəyinin onun ağlına belə gələ bilməyəcəyini, uşağın ayaqyolusu gəldikdə isə Yaşarın oniarı tualetə qoymadıqlarını, çöldən bir vedrə gətirib otağa qoyduğunu, Mirəlini təbii ehtiyacını görməsi üçün vedrəyə oturtduqda isə onların yanında dayanan Yaşara Mirəlinin nəcisinin dəydiyini, bu zaman Yaşarın aqressivləşdiyini, Yaşarın Mirəliyə “səndən adam olmayacaq, anan edir səni belə”, ona isə “sən uşağı tərbiyəsiz eləmisən”dediyini, daha sonra Yaşarın həmin vedrəni aparıb çölə qoyduğunu, Yaşarın Mirəlini həmin otaqda dizi üstə küncə divarın dibində oturtduğunu, Mirəlinin qorxudan arxası təmizlənməmiş vəziyyətdə bu qaydada yarım və ya bir saat dayandığını, Yaşarın özünün isə divanda oturduğunu, Yaşarın ona başına şillə vuraraq dönər yeməsini tələb etdiyini, məcbur olub dönərin yarısını yediyini, Yaşardan uşağı təmizləməyə icazə verməsini xahiş etdiyini və uşağı da yedizdirmək istədiyini dedikdə, Yaşarın salfetqanı Mirəliyə tərəf tullayıb ona “ get biclərini təmizlə...” dediyini, uşağı təmizlədikdən sonra Mirəlini divanda uzandırdığını, ağzı ağrıdığı üçün Mirəlinin yemək yeyə bilmədiyini, gecə yarısı olanda Mirəlinin yanında uzandığını, Yaşarın da aqressiv şəkildə kresloları birləşdirib onlarla birlikdə uzandığını, Yaşarın Mirəliyə “gəl qucağıma, səni qucaqlayım” dediyini, Mirəlinin də Yaşara “qaqa sən gəl qucaqla məni, üzüm ağnyır” dediyini, daha sonra Mirəlinin xəsarətlərinin necə əməl gəldiyini Yaşardan soruşduqda Yaşarın “Playstation” da olarkən Mirəli altını batırdığı üçün biabır oldum” dediyini, evə qaz gəlmədiyini, Yaşarın guya hardansa isti su tapıb Mirəlini çimizdirdiyini, Mirəlinin başında qansızma olduğu üçün onun başından tutmaq olmaz olduğunu, Yaşarın Mirəlinin başından vurmadığını, saçından tutub yonduğunu dediyini, daha sonra Yaşardan Mirəliyə “sən mənə niyə deyirsən sən gəl məni qucaqla?!” dedikdə, Mirəlinin Yaşara “qaqa ağrıyıramda” deyə cavab verdikdə, Yaşardan ayağa durub yorğanı kənara atdığını, otaqdan olan stulu yanına çəkib boşqabda “kola” çəkdiyini, Yaşarın belindəli kəməri çıxarıb Mirəlinin arxasına çox zərbələr vurduğunu, Mirəlinin Yaşarın əlindən almaq istəyərkən isə Yaşarın həmin kəmərlə onun başına çoxlu vurduğunu, Yaşarın ayın 21-dən 23-nə işgəncə verdiyini, Yaşarın ürəyinin soyumadığını, daha sonra yumruq təpiklə Mirəlinİ vurduğunu, Yaşarın həmçinin onu da vurduğunu, kəllə ataraq onun qaşını əzdiyini, səhəri günü Mirəlinİ yatızdırdıqdan sonra axşam saatlannadək heç bir şey olmadığını, Yaşarın ona “sən pozğunsan, ya onu öldürəcəm, ya da onu əhəlliləşdiricəm” dediyini, Yaşarın iki gün evdən çıxmadığını, Mirəlinin gün ərzində səsi çıxdıqda Yaşarın buna əsəbiləşdiyini, uşaq döyülməkdən su içə bilmədiyini, bu səbəbdən salfetqanı isladıb uşağın ağzını islatdığını, Yaşar narkotik vasitə aldığını, hətta evdə tərəzi belə olduğunu, evdə həmçinin peç, bıçaq, Mirəlinin telefonunun olduğunu, orda olduqları müddətdə Yaşarın hər gün narkotik vasitə istifadə etdiyini dedi, daha sonra həmin otaqda olan qara rəngli bir cüt ayaqqabını göstərib Yaşarın həmin ayaqqabı ilə Mirəlinin ağzına vurduğunu, bu zərbələr zamanı ayaqqabının cırıldığını, ayaqqabıda qan olduğunu, 22 noyabr oraya tanımadığı iki qız bir oğlan olmaq onun evinə qonaqlar gələn zaman Yaşarın onunla Mirəlin digər otağa salıb Yaşarın həmin otaqdakı şkafın qapısını qınb Mirəlinin üzərinə atdığını, qonaqların orada 23 noyabr tarixinədək günorta saatlannadək qaldıqlarını, daha sonra Yaşarın həmin qapının üzərinə çıxıb Mirəlinİ əzdiyini, onu da həmin şkafa salıb qapını nə iləsə bağladığını, Mirəlinİ də taxtın altına saldığını, həmin müddətdə Yaşarın əlində kəmər olduğunu, qorxudan səs edə bilmədiyini, 23 noyabrda qonaqlar getdikdən sonra isə Mirəlinİ döyüb qanlı baçokdakı suyu uşağın başına töküb Mirəli ilə onu taxtda uzandıdığını, Mirəliyə sakit durmasını, bir yol tapıb oradan çıxacaqlarını dediyini, Mirəlinin ona ağrıdığını dediyini, qonaqların Yaşardan “içəridə kimsə var?” deyə soruşduğunu, Yaşarın da onlara evdə kimdə olmadığını dediyini eşitdiyini, Yaşarın məcbur olaraq Mirəliyə dönər yedirtmək istədiyini, Mirəli yeyə bilmədikdə isə Yaşarın “iti görüm uşağı görməyim” deyib Mirəlin cins itlərə oxşadıb döydüyünü, qonaqlar getdikdən sonra Yaşarın onları dünənki otağa gətirib evdə “kulivatladığını”, nəşə çəkdiyini, Yaşarın Mirəlidən düz oturmasını tələb etdiyini, Mirəlinin isə ayaqları tam açılmadığı üçün anadangəlmə belə oturduğunu, Yaşarın buna əsəbləşərək Mirəlinin ayaqlarının üzərinə çıxıb zorla ayaqlarını açdığını, daha sonra isə süpürgə, elektrik peçinin tutacağı ilə Mirəlinin arxa nahiyəsinə çoxlu vurduğunu, buna mane olmaq istədikdə Yaşarın onu da döydüyünü, Yaşarın uşağdan it səsi çıxarmasını tələb etdiyini, Mirəlinin də məcbur olub it səsi çıxardığını, uşaq “paçtı” öldüyünü, Mirəlinİ zorla Yaşarın əlindən aldıqdan sonra Yaşarın ona uşağı pozduğunu dediyini, daha sonra asılqanın başına dəmir künclü tort alətini bağlayaraq bununla Mirəlinİ yerdə arxası üstə uzadıb çılpaq arxa nahiyəsinə vurduğunu, Yaşarın onu da vurduğunu, daha sonra Yaşarın mismarı olan taxta parçası ilə vurduğunu, daha sonra həmin taxtanı Mirəlinİ ağzına vurduğunu, bundan sonra Yaşarın su qabının qapağı ilə Mirəlinin arxa nahiyəsinə basdığını, Mirəlinin dərisini bıçaqla qaşıdığını, Mirəlinin dözməyib altına işədiyini, Yaşarın yenə dayanmadığını, Yaşarın Mirəlinİ divanda oturdub ayaqları İlə onu vuraraq onun oynadığını, daha sonra Yaşarın Mirəlinin “stanok” ilə qaşını qırxdığını, onuda yumruq, təpiklə vurduğunu, daha sonra Yaşarın uşağın başına öz ağ rəngli köyəniyinın başına bağlayaraq Mirəlinİ sürüyərək balkona çıxardığını, qonşuların onları görməməsi üçün qapını bağlayıb hamamdan vannanı gətirib Mirəlinİ yenidən sürüyərək evə gətirdiyini, evdə Mirəlinİ vannaya qoyub soyuq suyu onun başından tökdüyünü, Mirəlinin başını suya soxduğunu, uşağı suda boğmaq istədiyini, Yaşarın ona da badalağ verib onu Mirəlinin yanına yıxdığını, süpürgəni ilə Mirəlinİ döydüyünü, darağı Mirəlinin ağzına saldığını, bundan başqa Yaşarın Mirəlinin uşağın qıçını sındırdığını, Mirəlinİ sürüyərək yanında oturdub Mirəliyə anasının əlini dişləməsini bildirdiyini, Mirəlinin isə onun əlini dişlədikdə onun əlində anasının əlindən qan gəldiyini görüb bunu dayandırqda isə Yaşarın alışqan isə Mirəlinin qulağını, əlini yandırdığını, barmaqlarını Mirəlinin burnuna saldığını, Mirəlinin ağzı cırıldığı üçün yemək yeyə bilmədiyini, Mirəlinin suya “muğa” dediyini, Mirəlinin suyu qaytardıqda Yaşarın “qəsdən qaytarır sənin bicbalan” dediyini, Yaşarın üstü batdığı üçün yenidən əsəbləşdiyini, daha sonra Eldənizin saatı üçün oraya gəldiyini, Eldənizin Yaşara zəng etdiyini, zəng zamanı Yaşarın Eldənizə qəzaya düşdüklərini dediyini, Eldəniz oraya gəldikdə isə Yaşarın ondan pul istədiyini, Eldənizin ona 10 manat pul verdiyini, Eldənizin onları gördükdə “adam adamın balasını belə döyər?” deyə dediyini, daha sonra Yaşarın Mirəlinin üzünü açıb Eldənizə “mən eləmişəm bicbalanın balasını, qəzaya düşməyib” dediyini, Eldənizin Yaşara “nə danışırsan adam uşağı o günə qoyar” dediyini, Eldənizin Yaşara “əgər mən dediyimi eləməsən özümə soxaram” dediyini, Eldənizin ona “Mələk getmək istəyirsən” deyə soruşduğunu, hə cavabı verdikdə Yaşarın söyüş söyərək əsəbiləşdiyini, Eldənizin Yaşara “kişisən söz dedin” dediyini, Eldəniz taksi sifariş verdikdən sonra Yaşarın “Mən geyindiricəm bicbalanı” deyib krasovka ilə Mirəlinin ağzından vurduğunu, o, çıxmaq istədikdə isə Yaşarın onun başından tutub içəri sürüdüyünü, daha sonra Yaşarın uşağı yenidən sürüyüb döydüyünü, taksi gəldikdən sonra Yaşarın ona “ölə sənin acığına Tosu ilə danışıram” dediyini, Eldənizlə birlikdə həyətə düşüb taksiyə mindiklərini, taksiyə mindikdən sonra pul kartları evdə qaldığı üçün Yaşarın kartları Eldənizə verdiyini, Eldənizin onları ilk olaraq əmisioğlugilə aparacağını, daha sonra Yaşarın xeyrinə çalışaraq “Semashka” adlanan yerdə işləyən həkimlə danışdığını, lakin Eldənizin onu Abdullagilə apardığını, Eldənizin onların qəzaya düşdüyünü dediyini, Eldənizin onu Yaşarın əleyhinə danışacağı ahlda onu ödürəcəyini dediyini, səhəri günü uşağın keçindiyini, Eldənizə zəng edib Mirəlinin öldüyünü, Eldənizdən Yaşarı tapıb üzə çıxmağını dediyini, Eldənizin Yaşarı söyərək onun adını hallardırmamağını istədiyini, “Semaşko” nun həyətində olarkən Yaşarın ona zəng edərək “Mələk qurbanın olum, başına dönüm, nə deyirsən edəcəm, gəl mənim yanıma” dediyini, Yaşardan harada olduğunu soruşduqda sonuncunun Digahda olduğunu dedikdə, artıq gec olduğunu övladını öldürdüyünü, Yaşarın Səlim adlı tanışına uşağı dəfn etməyi təklif etdiyini, Yaşarın “mən sənə inanıram” dedikdə əsəbiləşib Semaşkonun həyətində qışqırdığını, Yaşarın onun övladını öldürdüyünü bildirdikdə Yaşarın “qəzadı oldu” dediyini, səs yazılarında bunun olduğunu, bunun təsdiq ediləcəyini, Yaşarın həmin evdə onun uşağını öldürdüyünü, qorxduğu üçün evdən qaça bilmədiyini, uşağın ölməyəcəyini düşündüyü üçün pislik etməmək üçün həmin gecə polisə məlumat verdiyini bildirmişdir. Şahid1 ifadələrində göstərdi ki, təqsirləndirilən şəxs Yaşar dostudur, zərərçəkmiş şəxs İpəyi tanıyır. Gecə saat üç radələrində İpək qucağında xəstə uşaqla onlara gəlmişdi, İpək avtoqəzaya düşdüklərini və Yaşarın reanimasiyada olduğunu bildirdi. Onları evə qəbul etmişdir. İpək və övladı baş-başa yatdılar, səhər yuxudan oyananda gördü ki, İpək və övladı baş-ayaq formada yatıblar. O, bayıra çıxdı və bir müddət sonra evə qayıdanda İpək övladının “keçindiyini” bildirdi. İpək ona bildirdi ki, “gedək övladının kartından pul çıxardaq”. Onlar yolda gedərkən, İpək avtoqəzaya düşmədiklərini, övladını Yaşarın öldürdüyünü bildirdi. Ondan bu məsələni niyə axşam demədiyini soruşdu, İpək bildirdi ki, “bir yer tap uşağı dəfn edək”, o isə İpəyə bildirdi ki, “mən ancaq polisə məlumat verə bilərəm”. Kartda pul olmadığına görə evə qayıtdılar. Sonra taksi çağırıb, uşağı anası ilə birlikdə xəstəxanaya yola salmışdır. Yaşar İpəyin övladına çox yaxşı baxırdı, uşaq fiziki qüsurlu olduğuna görə, Yaşar uşağı çimdirirdi, əvvəl uşağı yedidirirdi, sonra özü yeyirdi, Yaşar uşağa yoqurt, oyuncaq, hətta əlil arabası da almışdı. Yaşarı çoxdan tanıyır. Yaşarla eyni cəzaçəkmə müəsissəsində cəza çəkmişlər. İpəyi “Mələk” adı ilə tanıyır. İpək uşağı ilə ondan bezmiş kimi davranırdı. Yaşarın uşağı döydüyünü görməmişdir. O, Yaşara zəng etmişdir, lakin Yaşara zəng çatmadı. Hadisə günü İpək və övladı ilə eyni otaqda yatmışdılar. İpəyin yüngül xəsarəti var idi. İpək özünün döyülməsi ilə bağlı heç nə demədi. İpək uşağa qulluq edərkən əziyyət çəkirdi. İpəyin övladını oturduğu yerdən ğaşqa yerə atdığını görmüşdür. İpək Yaşarın övladını öldürəcəyini bildirmişdi. Yaşarın həbs olunmasını prokurorluğa gələndə bilmişdir. Yaşar axtarışda olan zaman onunla danışmamışdır. İpək övladını basdırmaq təklifini verəndə yanlarında heç kim yox idi. O, mağazadan qayıdanda İpək övladının öldüyünü bildirdi. O, evə girəndi uşağın ağzından köpük gəldiyiyni görmüşdür. Uşaq gecə necə uzanmışdısa, səhər də elə qalmışdı. Səhər evdən çıxarkən İpəyi görmüşdür. İpək ona heç nə deməmişdir. Gecə onlara gələndə uşaq nəfəs alırdı. O, səhər evdən çıxanda uşağa yaxın getməmişdir. Qayıdanda İpək övladının öldüyünü bildirdi. İpək taksi ilə getmək üçün pulunun olmadığını və kartdan pul çıxartmaq üçün onunla birlikdə getməyini bildirdi. İfadələrinə əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində ibtidai istintaq zamanı Şahid1 göstərmişdir ki, narkotik vasitə istifadə etməsi ilə əlaqədar azadlıqdan məhrumetmə cəzasına məhkum olunaraq, xx.xx.2022-ci il tarixdə azadlığa buraxılmış, qardaşı Ehtiram da onun kimi narkotik vasitə istifadə etdiyi üçün azadlıqdan məhrumetmə cəzasına məhkum olunaraq xx.xx.2023- cü il tarixdə azad olunmuş, təxminən 2023-cü ilin sentyabr ayının ortalarında uşaqlıq dostu Şahid5 evi olmadığı üçün müvəqqəti olaraq onlarla birlikdə yaşamağa başlamış, hadisədən təxminən bir ay qabaq Mələk adı ilə çağırılan İpək və azyaşlı oğlu Mirəli də onlarla birgə yaşamağa başlamış, İpəklə Ehtiram vasitəsilə tanış olmuş, İpəyin pulu olmadığını dediyi üçün İpəkdən heç kirayə haqqı da almamışlar. İpəyin övladı Mirəli fiziki qüsurlu uşaq olmuş, ayaqları işləmədiyi üçün dizləri üzərində hərəkət edə bilmiş, əlləri də işləmədiyi üçün biləyini işlətmiş, Mirəli bu qüsurlarına görə özünə qulluq etmək imkanında olmadığından sonuncunun bütün gündəlik ehtiyaclarını görməsinə anası İpək yardım etmişdir. Belə ki, İpək Mirəlini həm yedizdirir, yuyundurur və təbii ehtiyaclarını qarşılamasını birbaşa kömək edirmiş. Bəzən bu bezdirici olur, İpəyi yorurmuş. İpək Mirəlinin ağır çəkisinə baxmayaraq uşağı qucağında daşıyırmış. Bir dəfə uşaq çox ağır olduğu üçün İpək daşımaqda çətinlik çəkmiş və o, İpəyə uşağı daşımağa yardım etmiş, bütün bu çətinliklərə baxmayaraq İpək səngimədən sevgi ilə Mirəliyə qayğı göstərmiş, ana olmasına baxmayaraq bəzən İpək də yorulduğunu dilə gətirir, ərköyün uşaq olan Mirəli onu qəsdən incitməsinə, yormasına və anası ilə pis davranmasına baxmayaraq İpək Mirəliyə şiddət göstərməmişdir. Bildiyinə görə İpək bir dəfə əli ilə Mirəliyə yalandan altını batırmasını dediyinə görə bir ana kimi yüngül şillə vurmuşdur. Təqsirləndirilən şəxs isə 2022-ci ildən tanıyır, Yaşarla birgə eyni cəzaçəkmə müəssisəsində cəza çəkmiş, həmin vaxtdan aralarında dostluq yaranmış, Yaşar hərdən onların evinə gəlir, bu vasitə ilə də İpəklə Mirəlini də tanımış, Yaşarla İpəyin arasında bir müddət sonra münasibət yarandığı üçün Yaşar İpəyin övladı fiziki qüsurlu övladı Mirəli ilə də maraqlanır, uşağa paltar alır, kompüter salonuna aparıb oyun oynadır və onlara ərzaq da alırmış. Yaşar özü sambo üzrə dünya və avropa çempionudur. Yaşar Mirəlİyə vaxt ayırır, onunla zaman keçirir, uşağa normal insanlar kimi davranmağı öyrətməklə Mirəlini insan içinə çıxarırmış ki, Mirəli də normal insanlar kimi davransın. Mirəlinin bir qədər ərköyün uşaq olmasını Yaşar da bilmiş və İpəyin uşağı belə böyütməsi Yaşara xoş gəlmirmiş. Belə ki, Yaşar da şahid olurmuş ki, İpək Mirəlinin altını belə özü yuyur, uşağa hər işində kömək edir, lakin eyni zamanda uşağa bəzən acıqlanır. Uşağı ərköyün öyrətdiyi üçün Yaşar hətta İpəyə irad tutmuş, hətta İpəyi vurmuşdur. 21 noyabr 2023-cü il tarixdə günorta saatlarında Yaşar Mirəlini “Playstation” oynamaq üçün evdən götürüb aparmış, daha sonra axşam saatlarında Mələk də Yaşarın yanına getmiş, bildiyi qədərilə Mələk övladı ilə birgə bir neçə gün Yaşarın evində yaşamış, X25 evində olduqları vaxt görməmiş, o da zənninə görə noyabr ayının 22-də axşam saatlarında Yaşarla əlaqə saxlamış, həmin vaxt Yaşardan sonuncunun ona verməli olduğu “Nokia” markalı telefonu istəmiş, Yaşar isə əsəbi şəkildə narazılıq edərək zəngi sonlandırmış, 23 noyabr 2023-cü il tarixdə axşamüstü saatlarında tanışı Eldəniz onlara gəlmiş, həmin evdə ondan başqa Etiram da olmuş, o, Eldənizlə həyətdə ikisi oturmuş, Etiram isə evdə yatdığı üçün onlar evə keçməmiş, Eldəniz ondan Yaşarın mobil nömrəsini istəmiş və öz telefonu ilə Yaşara rəng edib saatını istəmiş, həmin Eldənizin yanında olduğu üçün telefondan eşitmişdir ki, Yaşar avtoqəzaya düşdüklərini bildirir. Eldəniz də Yaşarla danışdıqdan sonra Yaşarın avtoqəzaya düşdüyünü deyərək onlara gedəcəyini bildirmişdir. O, da Eldənizə bir gün öncə Yaşarla danışdığını, Yaşarın onunla kobud davrandığını demişdir. Bundan sonra Eldəniz təkbaşına onlardan çıxıb Yaşargilə getmiş, həmin gün gecə saatlarında İpək Mirəliylə birgə yenidən onlara Eldənizlə birlikdə qayıtmış, həmin vaxt Mərdan evin qapısını açmış, o və Etiram isə yatmış, uşaq səsinə oyanıb Mirəlinin dodağında şişkinlik olduğunu görmüş, lakin uşağın bədəninin digər hissələrində xəsarət olub-olmamasını görə bilməmiş, İpək Mirəliyə su verirmiş. O, İpəkdən nə baş verdiyini soruşduqda İpək həmin vaxt ona avtoqəzaya düşdüklərini və səhər bu barədə danışacağını bildirmiş, İpəyin hansı səbəbdən avtoqəzaya düşdüklərini bilmir, bəlkə də kimsə İpəyi qorxudaraq belə deməsini istəmişdir. Lakin, bu barədə dəqiq məlumatı yoxdur. O, oyananda isə Eldəniz artıq getmiş, çıxarkən ona səhər gəlib xəstəxanaya gedəcəklərini bildirmişdir. Səhəri günü, yəni 24 noyabr 2023-cü il tarixdə səhər saat 11 radələrində mağazaya getmiş, bir-iki saat küçədə fırlanıb evə qayıtdıqda Mirəlinin yerdə döşəyin üzərində hərəkətsiz dayandığını görmüş, Mirəlinin ağzından köpük gəlirmiş, üzündə qızartılar var imiş. İpəkdən bu barədə soruşduqda İpək ona Yaşarın onu və Mirəlini işgəncə ilə döydüyünü, Mirəlini Yaşarın öldürdüyünü və avtoqəzaya düşmədiklərini bildirmiş və ağlayaraq Yaşarın Mirəlini öldürdüyünü deyərək “Mənim Mirəlimi öldürdü, Mirəlimi istəyirəm” demiş, bundan başqa İpək ona bildirmişdir ki, o, Yaşara zəng edən zaman Yaşar onları incidirmiş. Daha sonra İpək Binəqədi qəsəbəsində yerləşən bankomatdan Mirəlinin pul kartından pul çəkmək üçün onunla birlikdə getməyi xahiş etmiş, piyada yol ilə gedərkən də İpək ona Yaşarın Mirəlini öldürdüyünü və özünü də döydüyünü ağlayaraq danışırmış. İpək həmçinin deyirmiş ki, “Yaşar mənim övladımı öldürdüyü üçün mən onun Asiman adlı övladını öldürərək qisasımı alacağam”. Bankomatda pul olmadığı üçün onlar qayıtmış, bütün yol boyu İpək Yaşarın ona və Mirəliyə əziyyət verdiyini deyərək ağlamsınaraq danışmış, evə qayıtdıqdan bir saat sonra axşam saatlarında əmisioğlu Səlim baş çəkmək üçün hadisədən xəbərsiz onlara gəlmiş, daha sonra İpək özü taksi sifariş edərək uşağı xəstəxanaya tək aparmışdır. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində ibtidai istintaq zamanı Şahid3 göstərmişdir ki, 23 noyabr 2023-cü il tarixdə səhər saatlarında Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəsinə zəng edib olan qol saatını istəmişdir. Belə ki, bir tanışı ona çatacaq qol saatını Yaşara vermiş, o, da həmin saatı Yaşardan təhvil alacaqmış. Həmin vaxt Təqsirləndirilən şəxsla aralarında 2-3 dəqiqə danışıq olmuş, danışıq zamanı o, Abdullagildə olmuş, çünki mobil telefonunun yaddaşı itdiyi üçün Yaşarın mobil nömrəsini öyrənmək üçün Abdullagilə getmiş, oradan Yaşara zəng etmiş, Yaşara Abdullagilə gəlməsini dedikdə, Yaşar evdə olduğunu və İpək və övladı ilə birlikdə avtoqəzaya düşdüklərini bildirmiş, lakin o, Yaşardan kiminlə və nə zaman avtoqəzaya düşdüyünü soruşmamışdır. Onlar belə qərara gəlmişlər ki, Yaşargilə getsin, həmin vaxt Abdulla da onun yanında olduğu üçün Abdulla da bu söhbəti eşitmiş, bu səbəbdən də, o, həmin gün axşamüstü saatlarında Təqsirləndirilən şəxs yaşadığı Binəqədi rayonu, Rəsulzadə qəsəbəsindəki evinə getmiş, içəriyə daxil olduqda əvvəllər Abdullagildə gördüyü İpək və onun fiziki qüsurlu övladı Mirəlini görmüş, salamlaşdıqdan sonra Mirəlinin üzünə baxdıqda xəsarətlər görmüş, həmin vaxt içkili olduğu üçün uşağa görə kövrəlmiş, saatı alıb getmək istəyərkən Yaşargildən onlarla getmək istədiklərini soruşmuş, bu zaman İpək getmək istədiyini dedikdə, Yaşar eyni anda getməyəcəklərini bildirmiş, Yaşardan İpəyi zorla burada saxladığını deyərək nəsə baş verdiyini soruşmuş, yenidən İpəkdən gedib getmədiyini soruşduqda İpək getmək istədiyini bildirmişdir Həmin vaxt İpəyin də üzündə xəsarətlər olmuş, İpəyin gözünün altı qaralmış vəziyyətdə olmuşdur Yaşar onun sözündən çıxmadığı üçün İpəyə hazırlaşmasını bildirmiş, İpək hazırlaşmış, Mirəlini də götürmüş və onun çağırdığı taksi ilə yola çıxmışlar Həmin vaxt Yaşar İpəyi vurmaq istəyərkən o, Yaşarın qarşısında dayanmış, Yaşar onu görüb dayanmış, bundan başqa Yaşar İpəyi “qancığın balası, fahişənin balası...” və sair sözlərlə təhqir etmiş, birlikdə Mərkəz Binəqədi adlanan yerdə çatdıqdan sonra Abdullagilin evinə çatanadək yol boyu heç bir şey barədə danışmamışlar və ünvana çatdıqda qapını Mərdan adlı şəxs açmış, evə daxil olmuşlar və uşağı evə qoyub bir qədər keçdikdən sonra evinə qayıtmışdır. Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs2 bildiyinə görə təxminən hadisədən bir ay bundan qabaq tanış olmuşlar. O, Yaşargilə tez-tez getmədiyi üçün aralarındakı münasibət barədə dəqiq məlumatı yoxdur. Lakin, Təqsirləndirilən şəxs həddindən artıq əsəbi insandır, buna görə heç kim Yaşarla yola getmir. Yaşar əsəbiləşəndə çəkisindən və boyundan asılı olmayaraq bir zərbə ilə insanı zərərsizləşdirə bilər. O, həmçinin bildirmişdir ki, 23 noyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanında yerləşən evdə olarkən X4 dodaqları, burnu və ağzı şişmiş, üzü qızarmış və divanda uzanaraq nıqqıldayırmış, Zərərçəkmiş şəxs2 isə gözünün birində göy var olmuş, üzündə də müəyyən xəsarətlər olmuş, lakin Təqsirləndirilən şəxs üzərində heç bir xəsarət olmamış, həmin gün hadisəyə yaxın günlərdə atası insult keçirdiyindən İpəyə onları səhəri gün vaxtı olduğu təqdirdə həkimə aparacağını demiş, lakin səhəri günü atasının vəziyyəti ilə əlaqədar vaxtı olmadığı üçün İpəkgili həkimə apara bilməmişdir. 23 noyabr 2023-cü il tarixdə içkili olduğu üçün həmin günə dair bəzi şeyləri xatırlamır. Çünki, narkotik vasitələrdən istifadəni dayandırdıqdan sonra mütəmadi olaraq spirtli içki qəbul edir, spirtli içki aludəçidir və belə hallarda yaddaşı pozulur, çox şeyi xatırlamır. Belə ki, bir dəfə Gürcüstan Respublikasının Tiblisi şəhərində olarkən içkili halda kazinoların birində 36.000 dollar uduzmuş, bundan isə yalnız səhəri günü məlumatı olmuş və həmin gündən yalnız kazinonun adı yadımda qalmışdır. Ağır şəkər xəstəsidir və hətta içki içmədiyi hallarda da yaddaş pozuntusundan əziyyət çəkir. Spirtli içki qəbul etdiyi hallarda isə ümumiyyətlə yaddaşı çox ciddi pozulur və əksər şeyləri xatırlamır. Bu səbəbdən ola bilsin ki, Yaşar Mirəlini vurduğunu həmin vaxt ona demişdir, lakin bunu xatırlamaqda çətinlik çəkir. Şahid4 Əlşirin oğlu ifadələrində göstərdi ki, təqsirləndirilən şəxs Yaşarı və zərərçəkmiş şəxs İpəyi tanıyır. İpək onun azadlığa çıxdığını öyrənib, onlara gəlib özünün də kirayədə yaşadığını bildirdi. Üç gün sonra İpək ona bildirdi ki, kirayə yaşadığı evdən onu çıxardıblar, qalmağa yer yoxdu, o da İpəyin övladına görə, İpəyə , “gəl bizim evdə qal” demişdir. Yaşar da qardaşı Abdullanın yanına gəlib-gedirdi, Yaşarla İpək orada tanış olmuşdular. Yaşar İpək və övladını aparmışdı, İki-üç gün sonra gecə İpək və övladını geri gətiriblər, həmin vaxt o yatmışdır. Səhəri gün günorta vaxtı İpək qışqıraq Mirəlinin vəfat etdiyini bildirdi. O, hadisənin şahidi olmamışdır. Mirəlinin üzərində xəsarət görməmişdir. O, İpəkgili gələndə yatmış olmuşdur, X28 öldürdüyünü günorta dedi. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində ibtidai istintaq zamanı Şahid4 Əlşirin oğlu göstərmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının 1 il 10 ayı tamam olduqdan sonra 14 sentyabr 2023-cü il tarixdə şərti olaraq vaxtından əvvəl azadlığa buraxılmış, təxminən 4 il bundan əvvəl Zamiq adlı uzaq qohumu Mələk adlı qadınla onun yaşadığı evə gəlmiş, Mələyi, yəni əsl adı İpək olan həmin qadını ilk dəfə orada görmüş, tanış olduqdan sonra bir-birilərinə əlaqə nömrələrini vermiş, bundan sonra İpək ara-sıra ona zəng edərək köməyə çağırır, o, da İpəyə köməyə gedirmiş. İpəklə yeni tanış olduqda, sonuncu Binəqədi rayonu, Biləcəri qəsəbəsi, DSK yolun üstündəki Orxan marketin yaxınlığında kirayədə yaşamış, ora getdikdə görmüşdür ki, İpəyin fiziki qüsurlu, yəni yeriməyi bacarmayan Mirəli adlı azyaşlı bir övladı vardır. Həmin ünvanda İpəyin bacısı Günel və sonuncunun adını xatırlamadığı əri də qalırmış. O, da İpəyin bir dəfə su qızdırıcısını və Mirəlinin arabasını götürüb öz evinə apararaq təmir etmiş, bundan sonra İpək yaşadığı ünvanı dəyişdiyi üçün sonuncu ilə əlaqəsi kəsilmiş, bundan sonra o, məhkum olunduğuna görə İpəyi görə bilməmiş, İpək onlara gələn vaxt həmişə tək olmuş, Mirəlini özü ilə gətirməmiş, İpəklə 2023-cü ilin sentyabr ayında baş tutmuş sonuncu görüşlərindən üçdörd gün sonra İpək onun 077-348- 87-76 sim kartına zəng edərək, onlara gəlmək istədiyini, Mirəlini də özü ilə gətirəcəyini demiş, o, da razılıq verəndən sonra İpəkgil onlara gəlmişdir. Eyni zamanda əmisi oğlu Səlim də ona zəng edərək İpəyin onlara gəlmək istədiyini demiş, o, da razılıq verdikdən sonra Səlim avtomobili ilə İpək və onun övladı Mirəlini əşyalan ilə birlikdə onlara gətirmiş, Səlim ona demişdir ki, İpəyi qaldığı yerdən çıxardıblar deyə evsiz olaraq çöldə qalmışdır və getməyə də evi yoxdur. Bu hadisə 2023-cü ilin oktyabr ayının ortalarına təsadüf etmişdir. Təqsirləndirilən şəxs isə qardaşı Abdulla vasitəsi ilə tanımış, belə ki, onlar birlikdə eyni cəzaçəkmə müəssisəsində cəza çəkmişlər. Təqsirləndirilən şəxs sambo idman növü üzrə əvvəllər bir dəfə dünya və avropa çempionu olmuş, lakin sonradan narkotik vasitələrdən istifadə etdiyi üçün ailəsi ilə də ayrılmış, anası da evi ona görə tərk edib qızıgildə yaşamağa başlamış, hətta Yaşar avtomobilini də narkotikə görə satmışdır. Yaşar narkotik istifadə etməyə başladıqdan sonra dava-dalaşlara, mübahisələrə girişmiş, bir neçə dəfə xəsarət almış və hətta məhkumluq həyatı yaşamışdır. Mirəliyə isə həqiqətən qulluq etmək çətin olmuşdur. Belə ki, İpək uşağı ilə birlikdə onlarda yaşadıqları üçün bunu öz gözləri ilə görmüş, Mirəli fiziki qüsurlu olduğu üçün ayaqları üstə dura bilmir, yeriyə bilmir, əllərini işlədə bilmir və sərbəst danışa bilmirmiş. Bu səbəbdən anası İpək Mirəlini çimizdirir, yedizdirir və təbii ehtiyaclarını ödəməsinə yardımçı olurmuş. Bəlkə də, bu xüsusi qayğıya görə Mirəli ərköyün böyümüşdür. Onlar Mirəlinin sözlərini anlamır, lakin anası İpək Mirəlini başa düşürmüş. Anasının deməsinə görə Mirəli İpəyi söyürmüş, bir dəfə Mirəli İpəyə nəsə bir söz demiş və həmin vaxt anası İpək də Mirəliyə “öz nəslindi” deyə cavab vermişdir. Mirəlinin söyüşünə əsəbləşən İpək Mirəliyə qıyıb əl qaldırmamış, lakin əlləri ilə Mirəlini tutub sirkələmişdir. Bundan başqa, Mirəli yeriyə bilmədiyi üçün tualetə getməsi üçün Mirəlini anası İpək öz qucağında aparırmış. Mirəli ağır olduğu üçün İpək Mirəlini zorla daşıyırmış və bir dəfə də Mirəlini tualetdən evə gətirərkən çata-çatda Mirəli İpəyin qucağından evdəki yatağında üzərinə düşmüşdür. Bu səbəbdən bəzən o, özü də İpəyə Mirəlini daşımaqda kömək edirmiş. Yaşarla İpək arasında münasibət yarandıqdan sonra Yaşar onların hər ikisi ilə maraqlanmağa başlamış, onlara ərzaq, Mirəliyə geyim almış, hərdən bir Mirəlini kompüter klubuna aparmışdır ki, Mirəli normal insanlarla ünsiyyət ola bilsin. Çünki, Mirəli bir qədər çətin uşaq olmuş və Mirəli ilə ünsiyyətdə olmaq asan deyilmiş. Yaşar da Mirəlinin xeyrinə çalışırmış ki, uşaq normal davranış qaydalarını və insanlarla ünsiyyət qurmaq bacarıqlarına yiyələnsin. İpəyin Mirəliyə lap balacalığından xəstəliyindən dolayı bütün fiziki işlərində kömək etməsi Mirəlini ərköyün etmişdir. Yaşar da İpəyə buna görə əsəbləşər, Mirəlini pis öyrətdiyini deyər, anasını Mirəliyə acıqlanmaqla onun düzəlməyəcəyini bildirər, hətta bir dəfə İpəyi buna görə acılamış və əli ilə vurmuşdur. Təqsirləndirilən şəxs Mirəlini insan içinə çıxararaq normal insan davranış qaydalarını öyrətmək istəmişdir. 21 noyabr 2023-cü il tarixdə günorta saatlarında Yaşar onlara gəlmiş, Mirəlini özü ilə apararaq uşağa paltar almış, sonradan Mirəli ilə birlikdə onlara geri qayıtmış və adını hazırda xatırlamadığı hansısa dostuna Mirəli üçün əlil arabası aldırmış, bundan sonra Yaşar yenə Mirəlini aparmış, o, isə sonra yatmış, oyananda görmüşdür ki, İpək evdən çıxıb getmiş, Abdulla ona məlumat vermişdir ki, İpək Yaşarın yanına getmiş, bundan sonra İpəklə əlaqə saxlaya bilməmiş, 23 noyabr 2023-cü il tarixdə gecə saatlarında yatdığı zaman ayaqyoluna getmək üçün oyandıqda İpək Mirəlinin həmin otaqda yatdığını görmüş, həmin vaxt hamı yatırmış və o, hələki nə baş verdiyini anlamamış, otaqda işıqlar söndüyü üçün onların üzlərini görməmiş, həmin vaxt o, İpək, Mirəli, Abdulla və Mərdan yatmışdır. O, bir də növbəti gün günorta təxminən saat 14 radələrində yuxudan İpəyin qışqırtısına oyanmış, yuxudan oyandıqda İpək “Eti Mirəli ölüb” deyə ağlayaraq qışqırmış, İpək buna görə saçını kəsmək istəmiş, o, isə İpəyə mane olmuş, həmin vaxt artıq Mərdan da otaqda olmuş, Abdulla isə küçədə olmuş, Mirəliyə uzaqdan baxdıqda üzündə xəsarətlər görmüş, İpəkdən nə baş verdiyini soruşduqda İpək ona avtoqəzaya düşdüklərini demiş, sonradan Abdulla ilə uşağı həkimə aparmaq üçün taksi pulu götürmək üçün bankomata gedib qayıtdıqdan sonra Abdulla ona İpəyin həqiqəti danışdığını, avtoqəzaya düşmədiklərini, Yaşarın işgəncə ilə döyərək Mirəlini öldürdüyünü və İpəyi də döydüyünü bildirmiş, o, da İpəyə nə üçün ona yalandan avtoqəzaya düşdüyünü soruşduqda İpək nə etdiyini bilmədiyini, bu səbəbdən belə bir söz işlətdiyini demiş, İpək ağlayaraq və qışqıraraq Yaşardan qisasını alacağını, Yaşarın Asiman adlı bir oğlunun olduğunu deyərək Yaşarın oğluna qarğış edərək Asiman ölməsini istədiyini demiş, daha sonra əmisi oğlu Səlim gəlmiş, İpək Səlimə də Yaşarın uşağı öldürdüyünü demiş, İpək Səlimdən böyük kimi məsləhət alaraq uşağı necə dəfn oluna biləcəyini soruşaraq uşağına yas mərasimi vermək istədiyini bildirmiş, Səlim də əvvəllər qəbirstanlıq sahəsində tanışları olan və bu proseduru bilən biri kimi əvvəlcə polis məlumat vermək lazım olduğunu demiş, İpək də hadisə barəsində məlumat vermək üçün tanıdığı Semaşko adlı xəstəxanaya Mirəlini aparacağını və orada hadisənin necə baş verdiyini, bunu hər kəsə danışacağını, Yaşarın Mirəlini necə öldürdüyünü və onu necə döydüyünü hər oradakı hər kəsə deyəcəyəni bildirmiş. Səlim də daha sonra evə gedəcəyini deyib küçəyə çıxmış və yolda gedə-gedə ona zəng edib evə təcili tibbi yardım çağırmağını istəmiş, o, isə qonşulardan ayıb olacağını, məhəllədə səs-küy düşəcəyəni deyib X27 Semaşko adlanan xəstəxanaya aparmaq istədiyini bildirmiş, Səlim də onunla razılaşmış, bundan sonra İpək bir taksi çağırmış və Mirəlini də götürüb evdən getmişdir. Şahid8 ifadələrində göstərdi ki, təqsirləndirilən şəxs Yaşarı və zərərçəkmiş şəxsi İpəyi tanıyır. Uşaq vəfat edən gün evdə olmamışdır. . O, axşam saat yeddi-səkkiz radələrində Ehtiramgilə gəlmişdir. Orada İpəklə qarşılaşmışdır. İpək övladının vəfat etdiyini və övladını dəfn etmək istədiyini bildirdi. O isə İpəyə bildirdi ki, “uşağı dəfn edərik”. Sonra İpək övladını Yaşarın öldürdüyünü və övladına işgəncə verdiyini bildirdi, o da İpəyə polisə məlumat verməyini bildirmişdir. Yaşar İpəyin övladına çox qayğı göstərirdi. Özü, Mirəlini vəfat etməmişdən bir həftə əvvəl görmüşdü. İpək övladını dəfn etmək lazım olduğunu bildirdi. Ehtirama pul verib İpəklə övladını xəstəxanaya taksi ilə yola salmağı taşırmışdır. O, uşağı görməmişdir. İpək övladını dəfn etmək lazım olduğunu bildirəndə yanında Ehtiram da olub. Mirəli vəfat edən gün İpəyin sağ gözünün altında yüngül göyərti var idi. İpək övladını Yaşarın öldürdüyünü bildirdi Həmin vaxt İpək polisə zəng etmədi. İbtidai istintaq zamanı verdiyi ifadsini təsdiq edir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində ibtidai istintaq zamanı Şahid8 göstərmişdir ki, Zərərçəkmiş şəxs2m təxminən 5-6 il bundan qabaq əmisi oğlu Etiramın vasitəsi ilə tanımış, İpəyin Mirəli adlı bir fiziki qüsurlu oğlu da olmuş, İpək Mirəlini onlara əvvəlcə qardaşı kimi təqdim etmiş, lakin sonradan Mirəlinin İpəyin oğlu olmasını bilmişlər. İpək Binəqədidə ayrı-ayrı yerlərdə kirayələrdə yaşamış, sonuncu hadisədən təxminən bir ay bundan qabaq əmisi oğlu Etiram Şükürovla birlikdə yaşamağa başlamış, İpəyin Səftər adlı şəxslə uzun müddətli münasibəti olmuş, İpək Səftər tutulduqdan sonra sonuncundan ayrılmışdır. Etiram da qardaşı Abdulla və Mərdan adlı başqa bir şəxslə birlikdə yaşamış, həmin ev demək olar ki, bir yararlı otaqdan ibarətdir. Təqsirləndirilən şəxs da Etiramgil vasitəsi ilə təxminən 4-5 il bundan qabaq tanımış, bildiyinə görə Yaşar idmançı olmuş, sonuncunu ilk dəfə 4-5 ildən bundan qabaq tanımış, təxminən 2-3 ay bundan qabaq isə Yaşarı yeni-yeni görməyə başlamış, həmin vaxtdan Yaşarla münasibəti yaranmış və mobil nömrələri bir birilərində olmuş, İpəyin oğlu Mirəlinin dərk etmə qabiliyyəti yüksək olmuş, əllərinin işləməməsinə baxmayaraq, uşaq telefonda asanlıqda oyunlar oynaya bilmiş, Mirəli çox ərköyün, eqoist və tələbkar uşaq olmuş, anasını incitmişdir. Anası uşağı 2-3 saatlıq evdə qoyub harasa gedəndə Mirəli anasına əsəbləşir, aqressivləşir, İpək buna görə Mirəliyə acıqlanır və bir dəfə onun gözləri qarşısında Mirəli İpəyi əsəbləşdirdiyi üçün əli ilə Mirəyə bir dəfə şillə də vurmuşdur, “lakin İpəyin haqqına girə bilmərəm” deyib, bu zərbə hər ananın övladını vura biləcəyi zərbə olmuş, şillə adi yüngül şillə olmuşdur. O, ədalət naminə qeyd edir ki, Mirəli çətin uşaq olsa da, İpək Mirəlini çox istəmiş, demək olar ki, bütün günü vaxtını Mirəliyə ayırmaqla sonuncunun qulluğunda durmuş, bəzən İpək Mirəliyə deyinir, onu incitdiyini deyirmiş amma İpək Mirəliyə öz qulluğunu əsirgəməmişdir. Mahiyyəti üzrə bildirmişdir ki, 24 noyabr 2023-cü il tarixdə axşamüstü saatlarında Binəqədi RPİ-nin 43-cü PB-dən çıxıb təxminən saat 6-dan sonra əmisi uşaqları Abdulla və Etiramgilə baş çəkmək üçün onların evinə getmiş, qapını Etiram açmış, həyətə daxil olmuş, həyətdə olarkən İpək həyətə düşmüş, ona Mirəlinin vəfat etdiyini bildirmiş, həmin vaxt İpəyin gözlərinin birinin altı göyərmiş, o, “Allah rəhmət eləsin” deyən kimi X29 işgəncə ilə öldürdüyünü, uşağın ciyərini partlatdığını, ayağını sındırdığını və uşağı dəfn lazım olub-olmadığını, necə olacağını demişdir. İpək uşağı həkimə aparmaq lazım olduğunu bildirirək “əmi nə məsləhət bilirsən necə edək” deyə ona müraciət etmiş, o, da dövlətə məlumat vermək lazım olduğunu bildirmişdir. İpək özü də bərk döyüldüyü üçün Yaşarın uşağa etdiklərindən qorxmuşdur. O, da İpəyə Yaşarla danışmayanadək hadisənin kim tərəfindən və necə törədilməsini bilməyənədək heç bir şey etməyəcəyimi demiş, İpəyə polisə məlumat verməyi təklif etmiş, həmin vaxt orada Etiram da olmuş, Etiramın narahat olduğunu görüb sonuncu ilə birlikdə bayıra çıxmış, qapının ağzında Etiram ona evə polis gəldikdə biabırçılıq olacağını, qonşular arasında biabır olacaqlarını, ərazidə narkomanların çox olduğunu demiş, o, taksi çağırsınlar ki, uşağı xəstəxanaya aparsınlar demişdir. İpək də uşağı “Semashko” adlanan xəstəxanaya aparmağı təklif etmiş, daha sonra o, Maarif adlı qonşunun yanına getmişdir ki, sonuncu da olan “Vaz 2104” markalı avtomobili götürmüş, Maariflə birlikdə söhbət edən zaman Yaşardan ona zəng gəlmiş, ona Abdullaya zəng çatmadığını demiş, o, da Yaşara Abdullanın öz telefonunu İpəyə verdiyini, mən Yaşara İpəyin öz nömrəsinə zəng çatdığını bildirmiş, daha sonra hazırda xatırlamadığı hansısa sözdən sonra Yaşar ona Mirəlini dəfn etmək lazım olduğunu demiş, Yaşara bunu edə bilməyəcəyini dedikdən sonra aralarında başqa bir danışıq olmadan söhbətləri bitmiş, bundan sonra yenidən Etiramgilə qayıtmış, bu dəfə İpək evdə olmamış, Etiram və Mərdan ilə evin içində oturmuş, sonunculara polisə hər şeyi olduğu kimi deməyi tapşırmışdır ki, özlərinə problem yaranmasın. O, həmçinin bildirmişdir ki, sambo üzrə keçmiş dünya və avropa çempionu olan Yaşar nailiyyətlərinə baxmayaraq təvazökar biridir və hər kəsin də özü kimi, eyni zamanda düzgün və disiplinli biri olmasını istəməsi normaldır. Bu səbəbdən Yaşar fiziki qüsurlu olmasına baxmayaraq ərköyün uşaq olan Mirəlinin normal insan kimi davranmasını və düzgün şəkildə rəftar etməsini istəyirmiş. Belə ki, Mirəli insanlarla görüş zamanı qarşısındakı şəxsə sol əlini uzadar, sağ əli ilə görüşmək isə uşağa çətin olarmış. Buna görə Yaşar bir dəfə əlini Mirəliyə uzatmış, Mirəli isə Yaşara sol əlini uzatsa da, Yaşar Mirəlinin sol əlini, yəni biləyini tutmamış və Mirəlini sağ ilə görüşməyə sövq etmiş, həmin vaxt Mirəli tər-su içində və çox yorularaq haldan düşmüş, bu Mirəli üçün çox çətin olmuş, bundan başqa, Təqsirləndirilən şəxs Mirəlini normal insanlar kimi düzgün davranış qaydalarını öyrətmək istəmiş, ərköyün uşaq olan Mirəli isə Yaşara çətinlik yaradırmış. Belə ki, Mirəlinin öz altına yuya bilməməsi səbəbindən anasını incitməsi və sair ərköyün hərəkətləri Yaşarda Mirəlini düzgün tərbiyə etmək istəyini yaratmışdır. Hadisədən sonra eşitmişdir ki, Yaşar Mirəlinin altını yumaq istəyərkən Yaşarın üzərinə murdar su sıçramış və Yaşar da Mirəliyə əsəbləşmişdir. Lakin, o, həmin vaxt onların yanında olmadığı üçün Yaşarın Mirəlini vurub vurmadığını bilmir. 24 noyabr 2023-cü il tarixdə Abdullagildə İpək ona Mirəlini Yaşarın öldürdüyünü dedikdən sonra küçəyə çıxdıqda Yaşara bir neçə dəfə zəng etsə də, Yaşarın nömrəsinə zəng çatmamış, təxminən yarım saat sonra Yaşar ona zəng etmiş, ola bilsin Yaşar onun zəng etməyindən bilmişdir ki, o, Abdullagildədir. Bundan başqa, eşitdiyinə görə Təqsirləndirilən şəxs İpəyi Mirəlini ərköyün öyrətdiyinə görə və uşağı acılamaqla, şillə vurmaqla düzəlməyəcəyini bildirməklə döymüşdür. Şahid9 ifadələrində göstərdi ki, Zərərçəkmiş şəxs2 tanımır, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 öldürdüyünə inanmır. Yoldaşı rəhmətə gedəndən sonra həmin evdə yaşamırdı, qızıgildə qalırdı, nə hadisə olduğunu dəqiq bilmir, sonradan belə bir hadisənin olduğunu öyrənmişdir. Bildiyi qədərilə Yaşar Zərərçəkmiş şəxs1 yaxşı baxırdı, onun üçün lazım olan hər şeyi alırdı. Öz uşağına baxmamasının səbəbi köhnə həyat yoldaşının icazə verməməsi idi. Ev şəraitsiz olduğuna görə o, qızıgildə qalırdı. İbtidai istintaqda verilən ifadə ona məxsus deyil. Evin qapısını yox evin özünü satmışdılar. Yaşar ondan məcburi pul istəməyib, amma özü ona pul verirdi. Yaşarın narkotik vasitə alması üçün ona pul verməyi barədə ibtidai istintaqda yazılanlar doğru deyil. Yaşar əvvəl evli olub, hal-hazırda boşanıblar, Asiman adlı uşağı var. Əvvəllər köhnə həyat yoldaşı Turkayla araları yaxşı idi, sonradan münasibətləri pisləşdi deyə ayrıldılar. Yaşar Turkayı döyməyib, ondan pul tələb etməyib.Başqa deyəcəyi bir söz yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində ibtidai istintaq zamanı Şahid9 göstərmişdir ki, Aydın Abbasovla olan birgə nikahlarından Yaşar adlı bir oğulları və Qızxanım adlı bir qızları olmuş, qızı hazırda evlidir və ailəsi ilə birlikdə ayrı yaşayır. Əri Aydın isə 2021- ci ildə vəfat etmiş, Aydın Yaşarı tək oğlu olduğu üçün çox sevmiş, Yaşara istədiyi hər şəraiti yaratmağa çalışmış və idmanla məşğul olmağa sövq etmişdir. Təqsirləndirilən şəxs hərbi xidmətə yararsız olduğu əsgərliyə aparılmamışdır. Belə ki, Təqsirləndirilən şəxs özünü bıçaqla vurduğu üçün psixiatriya xəstəxanasında yatmışdır. Yaşarın ilk evliyindən övladı olmamışdır. İlk arvadı ilə yola getmədikləri üçün bir il keçməmiş boşanmışlar. İkinci dəfə Türkay adh qızla ailə qurmuş və həmin arvaddan Yaşarın Asiman adlı bir övladı olmuşdur. Yaşarın narkotik vasitə istifadə etməsinə görə Türkay da ondan rəsmi qaydada boşanmışdır. Bildiyinə görə Təqsirləndirilən şəxs Türkayı döymüşdür. 2023cü ilin yay aylarında Yaşar ondan tez-tez pul tələb etdiyi üçün Yaşara pul verməmiş, buna görə Yaşar evdəki əşyaları yandırmış, o da bu səbəbdən evdən çıxıb qızıgildə yaşamağa başlamış, yalnız Yaşar tutulduqdan sonra hazırkı evinə qayıda bilmiş, Yaşar həmçinin evin darvazasını da narkotik vasitə almaq üçün satmışdır. Yaşar sambo üzrə dünya və avropa çempionu olmuş, Təqsirləndirilən şəxs idmanı buraxdıqdan sonra dava-dalaşlara qarışdığı üçün sonuncunun qulağını da kəsmişlər. 24 noyabr 2023-cü il tarixdə baldızı Yeganə qızına zəng edərək Yaşarın qızına zəng edib polislərin Yaşarı axtarıb-axtarmadığını bildirmiş, sonradan polislərdən və digər şəxslərdən eşitmişdir ki, Təqsirləndirilən şəxs bir uşağı döymüşdür. O, İpək və Mirəli adlı şəxsləri tanımır, hadisə barəsində məlumatı yoxdur. Şahid X8 ifadələrində göstərdi ki, təqsirləndirilən şəxs Yaşar qardaşı oğludur, zərərçəkmiş şəxs İpəyi tanıyır. Tarixi xatırlamır, Yaşar ona zəng edərək bildirdi ki, bir ana və bir uşaq var, onları evdən çıxardıblar, sabah uşağı həkimə aparacaq, bir gecə onlarda qala bilərlərmi, o da Yaşarı çox istədiyinə görə razılıq vermişdir. Səhər saat beş radələrində Yaşargil onlara gəldi. Yaşar uşağı qucağında 5-ci mərtəbəyə qaldırmışdı. O da səhər işə getmişdir. O,işdən qayıdanda onların getdiklərini bilmişdir.. O, hadisənin şahidi olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində ibtidai istintaq zamanı şahid X8 göstərmişdir ki, Təqsirləndirilən şəxs qardaşı Aydının oğludur. Təqsirləndirilən şəxs sambo üzrə dünya və avropa çempionudur. Yaşar idmanı buraxdıqdan sonra idman ustası kimi fəaliyyət göstərməyə başlamış, həmin müddətdə narkotik vasitələrdən istifadə etməyə başlamış, Yaşar iki dəfə evli olmuş, həmin nikahlardan Asiman adlı bir oğlu olmuş, hər iki arvadından da boşanmışdır. Yaşar onun adına olan Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Katib Şamilov küçəsi ev 1 ünvanında qeydiyyatda olmaqla ana, atası ilə birlikdə yaşamışdır. Qardaşı Aydın da məhz Yaşarın bu hərəkətlərinə görə ürəyi partlayaraq vəfat etmişdir. Anası Ulduz isə evin şəraitsizliyindən və Yaşarın hərəkətlərindən bezərək qızıgildə yaşamağa getmiş, Yaşar əsəbləşəndə əlində olan bahalı telefonları sındırırmış. 24 noyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs özündə olan açarla onun yaşadığı evə gələrək hamamda çimmiş, paltarlarını yuyub qurudaraq çıxıb getmiş, bunu ona Yaşar həmin gün o, işdə olarkən ona zəng edərək demiş, həmin gün axşam evə gəldikdən sonra isə polis əməkdaşları evə gəlmiş, Yaşarın harada olduğunu bilmədiyini polislərə demiş, Yaşara həmin vaxtdan sonra zəng çatmadığı üçün sonuncu İlə əlaqə saxlaya bilməmişdir. Lakin, Yaşarın barəsində həbs qətimkan tədbiri seçildikdən sonra Yaşarla mobil telefon vasitəsi ilə Bakı İstintaq Təcridxanasından danışarkən Yaşar ona Mirəlini öldürmək istəmədiyini, sadəcə Mirəlinin arxasına vurduğunu ona demişdir. Yaşar həmin uşağın arxasına vursa da, niyyəti uşağı öldürmək olmamış, həmin zərbədən uşaq ola bilməzdi. Şahid2 ifadələrində göstərdi ki, təqsirləndirilən şəxs Yaşarı və zərərçəkmiş şəxsi İpəyi tanıyır. O, hadisənin şahidi olmamışdır. Yaşar o uşağa valideynin öz övladına göstərmədiyi qayğını göstərib. Evdə dörd-beş nəfər adam var idi, onlar qərara gəldilər ki, uşağa əlil arabası alsınlar. Hərə öz dost-tanışına pul yığmaq üçün xəbər verdi, 10 dəqiqə çəkmədi Yaşarın dostları xəbər etdilər ki, arabanı alıblar. Yaşar uşağa öz doğma övladı kimi baxırdı, onu kompyuter oyunları oynamağa aparırdı, uşağın şalvarı nəcis olanda Yaşar uşağı yuyub, təmizləyirdi. Yaşar işləmirdi. Əlil arabasını Yaşar tək almamışdı. İpək və övladını 4-5 dəfə görmüşdür. İpəyi Abdullagilin evinə Yaşar gətirməmişdi. Yaşarın İpək və övladına zor tətbiq etməsini görməmişdir. İpəyin öz övladının üzərinə qışqırmağını görmüş, lakin döyməyini, xəsarət yetirməyini görməmişdir. Yaşarın belə hadisə törətdiyiyni eşitmişdir. Hadisədən sonra Yaşarla görüşmüşdür. Yaşar hadisə barədə heç nə demədi. Yaşar polis əməkdaşlarının onu axtardığını və təslim olacağını dedi. Yaşar uşağı döyməsi ilə bağlı heç nə deməyib. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində ibtidai istintaq zamanı Şahid2 göstərmişdir ki, Təqsirləndirilən şəxs uzun illərdi ki, tanıyır. Belə ki,o,Yaşarla birlikdə məşqə getmiş, Yaşar sambo üzrə, o, isə klassik güləş üzrə idmanla məşğul olurmuş. Mələk adı ilə bilinən İpəyi isə Abdullagilin evində görmüş, Abdulla və sonuncunun qardaşlarını isə məhəllədən tanıyır. İpəyin Mirəli adlı bir fiziki qüsurlu övladı da olmuş, Mirəli nə yeriyə, nə danışa bilmiş, uşağı ən yaxşı başa düşən elə anası olmuş, Yaşar da Mirəliyə yaxşı baxır, uşağın qulluğunda durur, paltar alır, Mirəlini kompüter oyunu oynamağa aparırmış. Səhv etmirsə 24 ya da 25 noyabr 2023-cü il tarixdə ona polisdən zəng gəlmişdir ki, Yaşarın harada olmasını onlara desin. O, da polislərə Yaşarla bir neçə gündür əlaqə saxlamadığını, lakin Yaşarla danışıb onlara məlumat verəcəyini bildirmiş, bu səbəbdən Yaşara zəng etmiş, Yaşara zəng çatmamış, bir qədər sonra Yaşar özü ona zəng etmiş, sanki ağlayaraq evinin yıxıldığını, Mirəlinin öldüyünü demiş, o, isə Yaşara uşağı kimin öldürdüyü soruşduqda Yaşar ona aydın cavab verə bilməmiş, bundan sonra o, Yaşarın bibisi ilə danışmış, bibisi Yeganə ona Yaşarın yüksək dozada narkotik vasitə qəbul edərək intihara cəhd etdiyini, lakin birtəhər Yaşarı ayıltdıqlarını bildirmiş, həmin günü səhəri saat 05 radələrində Yaşar ona zəng edib Hövsanda yanına gəlmiş, onlar birlikdə danışmağa başlamış, həmin vaxt Yaşar ona bildirmişdir ki, noyabr ayının 21-də Mirəlini kompüter salonuna aparmış, orada Mirəli qəsdən altını batırmış, buna görə Mirəlinin arxasına iki dəfə şillə vurmuş, daha sonra Mirəlini salonun tualetinə aparmış, tualetdə Mirəlinin arxasını yuyarkən Mirəli unitazın içinə düşmüş, Mirəlinin nəcisi Yaşarın ağzına düşmüş və buna əsəbləşdiyi üçün Yaşar Mirəlinin arxasına bir-iki dəfə şillə vurmuş, Mirəlini çimdikləmiş, salonda çıxarkən İpəyə zəng edib nalayiq ifadələrlə onu təhqir etmiş, uşağa paltar gətirməsini demişdir. Bundan sonra Yaşar Mirəlini öz evinə aparmış, daha sonra İpək də Yaşargilə gəlmiş, sonradan X26 oradan götürərək Abdullagilə gətirmişdir. Yaşar ona həmçinin bildirmişdir ki, İpək onlara gəldikdən sonra İpəyə Mirəlinin “bicbala” olduğunu deyərək qəsdən altını batırdığını demiş və İpəyi də döymüşdür. Yaşar ona bunları danışdıqdan sonra Yaşar onun bilmədiyi bir yerə getmiş, polisə təslim olmamışdır. Sonrakı gün polislər onu 43-cü polis bölməsinə çağırmış, orada ondan Yaşarı soruşmuşlar və o, polislərə Yaşarla bir gün öncə görüşdüyünü demiş, bundan sonra Yaşarla yenidən əlaqə saxlamış və Yaşar ona görə bölməyə gəlmişdir. Şahid6 ifadələrində göstərdi ki, Təqsirləndirilən şəxs dostudur, Zərərçəkmiş şəxs2 tanıyır. Prokrorluğun müstəntiqi onu çağırıb izahatını almışdır. O da izatı oxumayıb qol çəkmişdir. O, müstəntiqə heç nə deməmişdir. O, Yaşara zəng edib, harada olmağını soruşmuşdur. Yaşar evdə olduğunu bildirdi. O da Yaşarla görüşüb sonra Yaşarla beş ədəd dönər alıb Yaşargilə getmişlər. Yaşar evdə adam olduğunu bildirdi və dönərin ikisini içəri otağa keçib, kiməsə verdi. On dəqiqə oturdular, dönəri yedilər, o getmək istəyəndə Yaşar ondan xahiş etdi ki, onu da maşınla Binəqədiyə aparsın. O, Yaşarı Binəqədiyə aparmışdır. Bundan sonra o, maşındakı qızları evlərinə aparmışdır. Bir gündən sonra İpək ona zəng edərək, Mirəlinin vəfat ediyini və Mirəlini basdırmaq üçün kömək etməyini bildirdi. Yaşar həbs olunandan sonra bilmişdir ki, i, guya Mirəlini Yaşarın öldürüb. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etmir. Yaşarı iki ildir ki, tanıyır. Yaşarla birlikdə narkotik vasitə istifadə etməmişdir. Yaşarla eyni məhəllədə böyümüşdürlər. O, Yaşardan evdə kimlərin olmasını soruşmayıb. İpəyi beeş altı ildir ki, tanıyır. İpəyi Yaşardan əvvəl tanımışdır. İpək özü ona zəng etməyib, zəng elətdirib. Səlimə zəng elətdirib. Uşağın vəfat etməsi barədə polisə məlumat verməmişdir. O, Səlimə demişdir ki, özünüz polisə məlumat verin. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etmir, ifadəmi oxumadan imzalamışdır. Başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində ibtidai istintaq zamanı Şahid6 göstərmişdir ki, Təqsirləndirilən şəxs uzun illərdir ki, tanıyır. Belə ki, o, Yaşarla Digah qəsəbəsində bir məhəllədə yaşamışdır. Zərərçəkmiş şəxs2m isə bir neçə il bundan qabaq Binəqədi rayonundan tanımış, İpək Binəqədi rayonunda Abdullagildə oğlu Mirəli ilə birlikdə yaşamış, İpəyin Mirəli adlı həmin övladı fiziki qüsurlu uşaq olduğu üçün danışma, yerimə kimi bacarıqları olmamış, Mirəli xoşuna gəlməyən adamlara yalandan döyüldüyünü desə də, lakin onun Mirəli ilə yaxşı münasibəti olmuş, çünki Mirəlinin hər istədiyini etmişdir. 23 noyabr 2023-cü il tarixdə Yaşar ona zəng edib onlara gəlməsini, onu görmək istədiyini, gələndə də dörd ədəd dönər almasını istəmiş, Yaşarla razılaşıb “line” adlı yeməkxanadan dörd ədəd dönər alıb Yaşargilə getmiş, telefonda danışarkən Yaşar qışqıraraq əsəbi şəkildə söyüş söyərək danışmış, bir qədər sonra Yaşarın yaşadığı evə getmiş, həyətdə darvaza olmadığı üçün həyətə daxil olmuş, pilləkənlərdən evə qalxmış, lakin evin qapısını açmaq istədikdə dəmir qapının içəndən bağlı olduğunu görmüş, Yaşar qapını açmış, içəriyə daxil olmuş, həmin vaxt Yaşarın əynində köynək olmamış, Yaşarın saçları dağılmış, özü də bərk əsəbi olmuş və əli də qanayırmış. O, Yaşardan nə baş verdiyini soruşduqda Yaşar ona “baytar” döydüyünü bildirmişdir. “Baytar” jarqon sözdür və narkotik vasitə satan şəxsə deyirlər. Bundan sonra, Yaşarla birlikdə soldakı otağa keçmiş, Yaşarla dərdləşmiş, dönər yemişlər. Giriş qapısı ilə üzbəüz olan otağın qapısı isə bağlı olmuş, həmin otağa gedib qapını açmaq istədikdə qapının bağlı olduğunu görmüş, Yaşar ona həmin otağa girəcəyi halda onu döyəcəyini bildirmiş, təxminən bir saata yaxın bir müddətdə onlar birlikdə oturmuş, bu müddətdə o, qonşu otaqdan inilti səsləri eşitmiş, lakin həmin otaqda kimlərin olduğunu bilməmiş, artıq bir saat yarıma yaxın bir müddət keçdikdən sonra Yaşara getmək istədiyini dedikdə Yaşar sanki ondan incimiş, onunla acı-acı danışmağa başlamışdır. Qonşu otaqdan inilti səsi gələndə Yaşar da həmin otaqda olmuş, Yaşarın həmin otaqdakı qadınla cinsi əlaqədə olduğunu düşünmüş, az sonra Yaşar geri qayıdanda ona bunu dedikdə Yaşar ona bu hörmətsizliyi etməyəcəyini deyib ona əsəbləşmiş, onu vurmaq istəmiş, lakin o, geri çəkildiyi üçün ona yumruq dəyməmiş, bu zaman Yaşar ona əsəbləşəndə gözünün qaraldığını və onu əsəbləşdirməməsini istəmiş, daha sonra ordan çıxıb evinə getmişdir. O, həmçinin bildirmişdir ki, Yaşarın yaşadığı evdə olduğu müddətdə Yaşar qapısı bağlı olan otağa 2-3 dəfə gedib gəlmiş, həmin otaqdan gələn səsi qadın səsi olmuş, orada olduğu müddətdə Yaşar narkotik vasitədən istifadə etmiş və ona adını demədiyi həmin şəxsi narkotik satdığını görə döydüyünü demiş, lakin o, anlamışdır ki, Yaşarın məqsədi onu aldatmaqdır. Lakin, o, Yaşarın niyyətini və ondan nə gizlətdiyini anlamamışdır. Şahid5 ifadələrində göstərdi ki, təqsirləndirilən şəxs Yaşarı və zərərçəkmiş şəxsi İpəyi tanıyır. Əvvəllər özü Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə məhkum olunmuşdur. 2023cü ilin noyabr ayı idi, gecə qapını o açmışdır. İpək avtoqəzaya düşdüyünü bildirdi, uşağın üzündə şiş var idi. Günorta saat 2-3 radələrində İpəyin qışqırıq səsinə yuxudan oyanmışdır. Mirəli İpəyin qucağında idi. Mirəlinin üzündəki şişdən başqa xəsarəti yox idi. İpək uşağın öldüyünü deyib qışqırarkən, otaqda o, Ehtiram, Abdulla və İpək olmuşdur. Həmin gecə hamısı eyni otaqda yatmışlar. İpəyin üzündə göyərti var idi. İpək avtoqəzaya düşdüyünü bildirdi. Həmin vaxt Yaşara zəng etməmişlər. Səhərsi Yaşara zəng etmişlər,lakin ona zəng çatmadı. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Şahid5 istintaq zamanı verdiyi ifadsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində ibtidai istintaq zamanı Şahid12 göstərmişdir ki, Təqsirləndirilən şəxs məhəllə dostudur, bir məhəllədə böyümüşlər, Yaşar sambo üzrə bir dəfə dünya, iki dəfə avropa və 17 dəfə respublika çempionu olmuş, bundan başqa iki dəfə ailə həyatı qurmuşdur və hazırda Asiman adlı bir övladı vardır. İdmanı buraxdıqdan sonra Yaşar narkotik vasitələrdən istifadə etməyə başlamış, buna görə bir dəfə də məhkum olunmuş, Yaşarın bu hərəkətlərinə görə atası Aydın da infarktdan vəfat etmiş, lakin Yaşarı onu ərköyün böyüdən elə atası da olmuşdur. Təqsirləndirilən şəxs bildiyinə görə həyətlərindəki darvazanı da narkotik vasitə əldə etmək üçün satmış, anası Ulduzə Yaşardan bezdiyi üçün başqa yerdə yaşayır. Yaşar bir neçə dəfə dava dalaşa qarışmış, buna görə xəsarət almışdır. Mələk adı ilə bilinən İpək və oğlu Mirəlini isə təxminən bir il bundan qabaq tanımış, Mirəli fiziki qüsurlu şəxsdir və yerimək, sərbəst danışmaq kimi qabiliyyətləri yoxdur. Yaşar ilə İpək hadisədən təxminən bir ay qabaq tanış olmuşlar və buna qədər İpək Səftər adlı oğlanla uzun müddətli münasibətdə olmuşdur. 21 noyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ona zəng edərək bir uşaqla olduğunu və onları evə aparmasını istəmiş, o, da qardaşına məxsus “Opel” markalı, **-BD-*** markalı avtomobili götürüb qəsəbədəki Baba adlı şəxsə məxsus paltar mağazasının yanına getmiş, oradan Yaşarla uşağı götürüb Yaşarın yaşadığı evə aparmış, həmin vaxt görmüşdür ki, bu uşaq İpəyin övladı Mirəli imiş. Onlar birlikdə Yaşarın yaşadığı evə daxil olmuş, Yaşar İpəyə zəng edib “gəl yetiminə sahib çıx, başıma oyun açır mənim” demiş, təxminən 20 dəqiqə sonra İpək oraya gəlmiş, bundan sonra Yaşar kiməsə zəng etmiş, həmin şəxs Yaşara Maştağaya gəlməsini bildirmiş, Yaşar da İpəyə onlarla gəlməsini demiş və onlar birlikdə Maştağaya getmişlər. Maştağada yolun kənarında avtomobili saxlamış, Yaşar təkbaşına avtomobildən düşüb harasa getmiş, 5-6 dəqiqədən sonra geri qayıtmış, Yaşar İpəklə gedəndə də, gələndə də ikisi birlikdə avtomobilin arxa oturacağında əyləşmişlər. Geri qayıdarkən yolda “Line” adlı mağazadan 4 ədəd dönər almış və evə getmişlər. Evə çatdıqdan sonra otaqda divanda oturub dönərini yeməyə başlamış, bu zaman Yaşar İpəyə hazırda xatırlamadığı bir söz dedikdən sonra İpək kömək istərcəsinə yazıqcasına ona baxmış, Yaşar bu zaman İpəyə pis baxaraq sanki İpəyi ona qısqandığını hiss etdirmiş, o, da buna əsəbləşib Yaşara “Sözün qulluğun nə olsa de qaqa” demiş, Yaşar da ona “İlqar mal zad yoxdu bas get burdan’' dedikdən sonra otağın qapısını bağlayıb oradan çıxıb getmiş, Yaşarı bundan bir gün sonra Yaşarın darvasının ağzında görmüş, ondan hal əhvalını soruşmuş, Yaşar isə vəziyyətinin yaxşı olduğunu bildirmiş, həmin zaman İpəklə Mirəlini görməmiş, sonradan Yaşara zəng etdikdə Yaşar heç vaxt onun telefonlarını açmamış, sonradan Yaşar ona zəng edərək Bakı istintaq Təcridxanasında olduğunu və istintaqa gedib ifadə verməsini istəmişdir. O da Yaşara istintaqa düzünü deyəcəyini bildirmişdir. 21 noyabr 2023-cü il tarixdə MirZərərçəkmiş şəxs1 gördükdə Mirəlinin ağzında və burnunda qanaxma və xəsarət izləri olmuş, lakin Mirəliyə yaxından baxmadığı üçün və Mirəlinin üzəri örtülü olduğu üçün sonuncunun üzərində olan digər qızartı və ya göyərti xəsarətlərini görməmişdir. Bundan başqa, həmin xəsarətləri Yaşarın yetirib yetirmədiyini öz gözləri ilə görməmiş, başqa da məlumatı yoxdur., Maştağa qəsəbəsində olarkən Yaşar avtomobildən düşüb getdikdən sonra İpək ondan Yaşarın Mirəlini vurub-vurmadığını soruşduqda o, bu barədə məlumatının olmadığını İpəyə bildirmiş, çünki Yaşar bunu onun yanında etsəydi buna imkan verməzdi. Bundan başqa, Maştağaya getməzdən əvvəl avtomobilində Yaşarın darvazasının qabağında dayanarkən ətrafda polislərin olduğunu görmüş, lakin polislər onlara dəymədən öz yolları ilə getmişlər, sonra isə o, Yaşarla onun yaşadığı binanın blokunun ağzına getmiş, Yaşar ona 30 manat borca pul vermiş və yalnız bundan sonra onlar Maştağaya getmişlər, həmin pulu Yaşara səhəri günü görüşən zaman sonuncuya qaytarmışdır. xx.xx.2023-cü il tarixdə Yaşar Maştağa qəsəbəsinə ona adını demədiyi bir dostu ilə görüşəcəyini desə də, hansı məqsədlə oraya getdiklərini bildirməmiş, o, Yaşarın onun yol pulunu verdiyi üçün başqa da sual verməmişdir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində ibtidai istintaq zamanı Şahid7 göstərmişdir ki, Zərərçəkmiş şəxs2m Mələk adı ilə təxminən 5-6 il bundan qabaq tanımış, Zərərçəkmiş şəxs2 ilə tanış olduqdan sonra 5-6 il ərzində ayrı-ayrı evlərdə ümumilikdə bir il birgə yaşamışlar. Digər hallarda İpək gah bacısı Günelgildə və gah da başqa şəxslərin evində kirayədə yaşamışdır. Zərərçəkmiş şəxs2 ona dediklərindən bilir ki, İpək bibisioğlu ilə arzusuz olaraq evləndirilmiş, uşaqları xəstə doğulduğu üçün uşağın yaşamayacağını düşünüb aparatdan uşağını ayıraraq Bakı şəhərinə qaçmış, bundan başqa İpəyin atası anasının ölümündən çox keçməmiş gənc qızla ailə qurduğu üçün atası ilə də münasibətləri pozulmuşdur. İpəyin atası həyatının son vaxtlarında iflic olmuş, atasının İpəyə qarşı laqeyd münasibətinə baxmayaraq İpək atasına qulluq göstərmiş, sonuncunun qayğısına qalmış, Zərərçəkmiş şəxs2 bildiyinə görə Bakıya gəldikdən sonra Gənclik adlanan yerdə fiziki qüsurlu övladını ödənişli bir Mərkəzə qoymuş, lakin sonradan yaşı çatdığı üçün uşaq Mərkəzdən çıxarılmışdır. İpəklə təxminən bir aydan bir qədər çox müddət qabaq ayrılmışlar. Belə ki, o, 16 oktyabr 2023-cü ildə 20 sutqa müddətinə DİN İHOSM-də yerləşdirilmiş və noyabr 07-də oradan buraxılmış, çıxdıqdan sonra evə, yəni anasıgilə hazırda birlikdə yaşadıqları Pirşağıdakı evlərinə getmiş, İpəyin evdə olmadığını görüb bir gün sonra İpəyə zəng edib nə üçün getdiyini soruşduqda, İpək tanış bir adamın yanında yaşadığını demiş, oğlu Mirəlinin sənədlərini göndərməsini istəmiş, çünki evdə olmadığı üçün İpək sıxılmış, o, da İpəyə həmin vaxt “Allah mehriban eləsin, insan kimi nə vaxt ehtiyacın olsa kömək edərəm” demiş, İpək onunla görüşmək istədiyini dedikdə İpəyə incidiyi üçün görüşməyəcəyini deyib uşağın sənədlərini də taksi ilə göndərəcəyini bildirmişdir. Bundan təxminən bir həftə sonra dostu X21 Seymurun xahişi ilə bir tanış kimi getmiş, ünvana çatanda Seymur avtomobildən düşdükdən sonra qəsəbədən tanıdığı, lakin yaxın dostluq münasibəti olmayan Yaşar ona yaxınlaşmış, salamlaşmış, ondan Mirəlinin ondan nə üçün qorxduğunu soruşmuş, o, isə Yaşara İpəyin övladı ilə onun evində qaldığını, anasının onlara baxdığını və onlara həmişə kömək etdiklərini və Mirəlinin ondan qorxmaması gərəkdiyini bildirmişdir. Yaşar ondan Mirəli İlə görüşməsini xahiş etmiş, o, da Yaşarın sözünü yerə salmayıb Yaşarla əvvəllər tanıdığı Abdullanın evinə daxil olmuş, İpəyi görüb sonuncu ilə salamlaşmış, daha sonra Mirəlinin üzündən öpmüş, Mirəli onun avtomobilini soruşmuş, o, isə avtomobilini satdığını demiş, çünki Mirəli onun “Topaş” markalı avtomobilini sevmiş, o, Mirəlini avtomobilində gəzdirirmiş. Sonradan İpək ona “Whatsapp” da yazaraq münasibəti davam etdirmək istədiyini sözləri ilə hiss etdirsə də, o, buna razı olmamışdır. Son aylarda İpək onunla birlikdə anasıgilin evində yaşayırmış. 24 noyabr 2023-cü il tarixdə saat 21 radələrində İpək ***-***-**-** saylı mobil nömrəsi ilə ona qısa zəng etmiş, lakin konturu olmadığı üçün İpəyə geri zəng edə bilməmiş, sonra İpəyə “Whatsapp” mobil tətbiqində “salam, Mələk səndən vızıv gəlib, nolub salamatçılıq” deyə SMS yazmış, lakin Mələk(yəni İpək) ona heç bir cavab yazmamış, bu İpəklə sonuncu ünsiyyəti olmuş və bir daha İpəklə danışa bilməmişdir. MirZərərçəkmiş şəxs1 fiziki qüsurlu uşaq olsa da, əqli cəhətdən çox inkişaf etmiş, dərk etmə qabiliyyəti güclü olmuş, bundan başqa, Mirəli yaşının az olmasına baxmayaraq söyüş də söyə bilmişdir. Belə ki, bir dəfə İpəklə birlikdə Xırdalan şəhərində bir evdə yaşayan zaman evə gəldikdə, İpəyin ağladığını görmüş, sonuncudan nə baş verdiyini soruşduqda İpək Mirəlinin ona “Get qəhbəlik et mənə al gətir” dediyini, Mirəlinin onun qədrinin bilmədiyini demiş, Mirəli fiziki qüsurlu olsa da, həddindən artıq ərköyün uşaq olmuş, Mirəli həm də yalançı uşaq olmuş, bəzən İpəklə onun arasını vurmağa çalışmışdır. Belə ki, əlinin işləməməsini baxmayaraq telefonda ona başqa bir oğlan profilini göstərib anasının həmin oğlanla danışıdığını, o, evdə olmadığı hallarda İpəyin ondan gizlin harasa getdiyini deyərək aralarında mübahisə yaratmağa çalışmış, Mirəli həmçinin bir dəfə qəsdən altını batıraraq anasına əziyyət vermək istəmiş, bütün bunlara baxmayaraq İpək Mirəliyə qayğıkeş münasibətini kəsmir, uşağa əsəbləşsə də, əli ilə yüngülcə vursa da, Mirəliyə olan sevgisini və qayğısını heç vaxt əsirgəməmişdir. Mirəli çox yeyən uşaq olmuş, buna görə İpək əlindən gələn hər şeyi etmişdir ki, övladı ac qalmasın. İpək bir dəfə ona övladına görə hər şeyini qurban verdiyini demiş, ərköyün uşaq olması səbəbindən İpəyə dəfələrlə Mirəlinə baxmağın çətin olduğunu deyib uşağı bir Mərkəzə yerləşdirməyi təklif etsə də, İpək heç cür buna razı olmamış, Mirəlisiz yaşaya bilməyəcəyini, onsuz qala bilməyəcəyini bildirmişdir. İpək bu yaşına qədər Mirəliyə xüsusi qulluq göstərmiş, uşaq böyüməsinə və çəkisinin artmasına baxmayaraq İpək Mirəlini son günlərinədək qucağında daşımış, hətta İpək buna görə belindəki ağrılardan dolayı bir neçə həftə yeriyə bilməmiş, yataqda qalmışdır. O, Mirəliyə qarşı zorakılıq göstərməmiş, ən Mirəlini cəmi bir neçə dəfə məhz anasını təhqir etdiyi üçün danlamış, lakin heç vaxt həmin uşağı vurmamış, söyməmişdir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində ibtidai istintaq zamanı Şahid10 göstərmişdir ki, təxminən 2-3 il olar ki, taksi sürücüsü kimi işləyir, hazırda “2111” taksi şirkətində özünə məxsus “Toyoto Carolla” markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə işləyir. Mahiyyəti üzrə bildirmişdir ki, 24 noyabr 2023-cü İl tarixdə saat 20:48 radələrində 050- ***-**-** saylı mobil nömrədən müştəri sifarişi daxil olmuş, sifarişə görə müştərini Binəqədi rayonu, İ Mədən, Korpus 10 ünvanından “X33”ə aparmalı olmuş, təxminən 3- 4 dəqiqə sonra ünvana çatmış və əvvəllər tanımadığı qucağında uşaqla bir qadını bir oğlan maşına oturmağa kömək etmiş, avtomobilə minərkən hava qaranlıq olduğu üçün qadının üzünü, uşaq isə nəyəsə büküldüyü üçün uşağın üzünü görə bilməmiş, onlara kömək edən oğlan isə ünvanda qalmış, bir neçə dəqiqə sonra X30 çatmağa az qalmış sonradan adının İpək olduğunu öyrəndiyi həmin qadın ona uşağının vəfat etdiyini, ona verməyə də pulunun olmadığını bildirmiş, o, da avtomobili xəstəxananın həyətinə sürmüş, avtomobildən düşdükdən sonra mühafizəçilərin köməyi ilə həkimlər çağırılmış, onlar bildirmişlər ki, uşaq vəfat etmişdir. Bundan sonra İpək DİN 102 xidmətinə zəng edib xəstəxananın həyətdə nəsə danışmış, lakin o, bir qədər uzaqda olduğu üçün İpəyin nə danışdığını bilməmiş, artıq xəstəxananın həyətində olarkən ətrafda çoxsaylı işıqlar olduğu üçün qadının üzündəki göyərtiləri görmüş, İpəkdən uşağı kimin öldürdüyünü və İpəyi kimin döydüyünü soruşduqda İpək adlı həmin qadın ona uşağı öldürənin və özünü döyənin birlikdə yaşadığı səhv etmirsə Yaşar adlı şəxs olduğunu bildirmiş, bir qədər sonra xəstəxanaya polis əməkdaşları gəlmiş, İpək polis əməkdaşlarına da hadisə barəsində məlumat verdikdən sonra evə qayıtmışdır. O, həmçinin bildirmişdir ki, İpək adlı həmin qadın ona qucağındakı uşağı basdırmaq barədə bir söz deməmişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş: 20 dekabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs2 arasında aparılmış üzləşdirmə zamanı, Zərərçəkmiş şəxs2 istintaqa verdiyi ifadəni Təqsirləndirilən şəxs üzünə qarşı deyərək əvvəlki ifadəsini təsdiq etmişdir. 20 dekabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ilə Şahid3 arasında aparılmış üzləşdirmə zamanı, Şahid3 istintaqa verdiyi ifadəni Təqsirləndirilən şəxs üzünə qarşı deyərək əvvəlki ifadəsini təsdiq etmişdir. 20 dekabr 2023-cü il tarixdə Şahid3 ilə Zərərçəkmiş şəxs2 arasında aparılmış üzləşdirmə zamanı, Zərərçəkmiş şəxs2 istintaqa verdiyi ifadəni Şahid3 üzünə qarşı deyərək əvvəlki ifadəsini təsdiq etmişdir. 24 noyabr 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Hadisə yeri ünvan 8 ünvanıdır. Ünvan həyətyanı sahədən və fərdi yaşayış evindən ibarətdir. Həyətyanı sahə dörd tərəfdən mişar daşla hasarlanmış, darvaza yeri isə boşdur. Həyətə daxil olduqda sol tərəfdə tualet, hamam və əl damına bənzər sıra ilə tikilmiş təmirsiz tikililər, sağ tərəfdə isə ev vardır. Evin giriş qapısı isə dəmir materialdandır. Evə daxil olduqda sağ tərəfdə mətbəx, ondan sonra saat əqrəbinin əksi istiqamətində baxdıqda isə daha 3 otaq görünür. Giriş qapısı ilə üzbəüz otaqdakı otağın qapısı tünd qəhvəyi rəngdədir, iki taylıdır, içəriyə doğru açılır. Həmin otaqda bir ədəd taxt, bir ədəd uşaq taxtının dəmir konstruksiyası, sol tərəfdə, eləcə də sağ-yuxarı küncdə şkaflar, qapının sağ dibində, o cümlədən taxtın yuxarı başında rəflər vardır. Otaq səliqəsiz vəziyyətdədir, bütün məişət əşyaları, paltarla və digər bütün əşyalar dağınıq şəkildə otağa səpələnmişdir. Həmin otaqdan qeyd olunan döşəmədəki qanabənzər ləkəyə bənzər bir ədəd pambığa hopdurulmuş nümunə götürüldü. Daha sonra həmin otaqdan soldan otağa daxil oldum. Həmin otağın giriş qapısı da taxtadandır, İçəriyə açılır, iki laylıdır. Otağa daxil olan kimi içəridə qara rəngli bir divan, ondan solda üzərinə örtük çəkilmiş başqa bir divan, qapıdan solda isə qırmızımtıl divan-oturacaq, bir ədəd şkaf və sol küncdə təxminən bir metr hündürlükdə dəmir konstruksiya vardır. Baxış zamanı həmin otaqda yerləşən şkafın rəfindən dəstəkləri açıq və tünd qəhvəyi rəngli olmaqla iki ədəd bıçaq, divanların üzərində olan üzərində qırmızı-yaşıl rəngli gül təsvirləri olan ağ mələfə, bir ədəd sarımtıl örtük vardır. Giriş qapısı ilə üzbəüz olan otaqdan isə qara rəngli tutacağı olan qayçı da tərəfimdən götürüldü. Daha sonra 3-cü otağa daxil oldum, bu otaqda da digər iki otaq kimi dağınıq vəziyyətdədir. Qeyd olunan otaqda yerdə məişət əşyaları, taxta parçaları, bundan başqa döşəmədə qırmıtızımtıl ləkələ vardır. Qanabənzər həmin ləkələrdən bir ədəd pambığa hopdurulmuş nümunə, bir ədəd taxta parçası qablaşdırılaraq götürüldü. Dəhlizə qayıtdıqda sol küncdə üzərində “adasu” sözləri yazılmış, üzərində qanabənzər ləkələr olan su qabı, bir ədəd dəstəyi olmayan qara rəngli daraq qablaşdırılaraq götürüldü. Daha sonra isə mətbəxə daxil olduq, mətbəxə sol tərəfdə içində mətbəx əşyaları olan şkaf, ağ rəngli qaz plitəsi, pol taxtaları, süpürgələr, sol tərəfdə pəncərənin ağzında isə çörək, kitab, boşqab vardır. Daha sonra balkona çıxdıqda giriş qapısından sol bir ədəd tava, içərisində maye olan (sidiyə bənzər) kəsik su butulkası və içərisində nəcisəbənzər qalıntı olan vedrə göründü. Həyətdəki hamama daxil olduqda isə qırmızı rəngli qolsuz uşaq maykası, ağ rəngli uşaq idman şalvarı, bir ədəd corab, bir cüt uşaq idman ayaqqabısı və videomüşahidə kamerasından yaddaş kartı götürülmüşdür. 25 noyabr 2023-cü il tarixli baxış protokolundan görünür ki, baxış keçirilən yer Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Arif Hüseynov küçəsi, ev 8 ünvanında yerləşən mərtəbəli qeyri-yaşayış binasının ikinci mərtəbəsində yerləşən kompüter salonudur. Salona pilləkənlə qalxılır, binanın giriş qapısının və 1-ci ilə 2-ci mərtəbələrinin arasında quraşdırılmış üzərində “Playstation, VİP club” sözləri həkk olunmuş lövhə vardır. Salonun giriş qapısı şabalıdı rəngli taxta materialdandır, qapı çölə doğru açılır, içəri daxil olduqda zalda divarlar boyunca və 7 ədəd manitor və divanlar, giriş qapısından sağ tərəfdə isə qeydiyyat bölməsi vardır. Giriş qapısı ilə üzbəüz qeyd olunan otaqdandan digər zaka keçid vardır. Həmin dəhlizə keçdikdə sağda və solda kabinetlər vardır. Sağ tərəfdə bir kabinet vardır, həmin kabinetdən yuxarıda sanitar qovşaq vardır. Tualetin qapısı plastik materialdandır, çölə doğru açılır, tualetdə ağ rəngli unitaz, zibil qabı vardır, yer kafeldir. Daha sonra salonun videokamera görüntülərinə baxış keçirildi və Təqsirləndirilən şəxs X9 ilə birlikdə 21 noyabr 2023-cü il tarixdən saat 16:22 radəiərində salona daxil olması və həmin gün saat 18:41 radəiərində salonu tərk etmələrini əks etdirən videogörüntülər CD diskə yazılaraq protokola əlavə edildi. 24 noyabr 2023-cü il tarixli meyitə baxış keçirilməsi haqqında protokoldan görünür ki, meyit təşrih masası üzərində arxası üstə uzadılmışdır, əynində boz-kül rəngdə üçdüymə sviter, ağ rəngdə mayka, belində qara kəməri olan göy rəngdə cins materialdan şalvar, ağ- boz rəngdə, üzərində romb şəkilli naxışları olan kişi alt tumanı, bir cüt göy rəngdə corab vardır. Paltarlar tərəfimizdən soyunduruldu. Sviterin ön səthinin daha çox aşağı sol yarısı, maykanın ön səthi və cins şalvarın sol ayaqlığının ön səthi nəm halda tünd qırmızı rəngdə qanabənzər maddə ilə çirklənmişdir. Bu fonda sviterin ön səthinin sol-aşağı yarısında 4 (dörd), maykanın ön səthinin yuxan yarısında 1 (bir), mərkəzi hissəsində 1 (bir) və sol yarısında 2 (iki), şalvarın sol ağaqlığının ön səthində 1 (bir) ədəd ölçüləri 1,7x0,3 smdən 3,0x1,0 sm-dək olan, vizual olaraq kənarları hamar, ucları iti şəkilli görünən dəlib-keçən zədələr vardır. Lupa altında zədə kənarları toxunma saplarının düz bölünmüş uclarından təşkil olunmuş, onlardakı liflər yığçam olub saçaqlanmamışdır. Meyit kişi cinslidir, düzgün bədən quruluşlu, yaxşı qidalıdır, uzanmış vəziyyətdə boyunun uzunluğu 128 sm-dir. Əllə toxunduqda meyitin ətraflarının dərisi soyuqdur, avazımış-boz rəngdədir, qoltuqaltı və qasıq nahiyəsində istihaldır. Meyit qacıması çeynəmə qrup əzələlərində yaxşı, yuxarı və aşağı ətraf əzələlərində mülayim inkişaf etmişdir. Meyit ləkələri gövdənin arxa səthində yerləşməklə solğun qırmızımtıl-bənövşəyi rəngdədir, zəif intensivlikdə inkişaf etmişdir, barmaqla təzyiq etdikdə itir və təzyiq kəsildikdən 20-30 saniyə sonra əvvəlki rənginə bərpa olunur. Meyitin başı düzgün formadadır, baş tükləri boz rəngdə olmaqla 1,0-1,5 sm uzunluğundadır, alın- təpə nahiyəsində kəskin seyrəkdir. Əllədikdə kəllə qapağı sümüklərində patoloji hərəkətlilik və krepitasiya müəyyən edilmədi. Qulaq seyvanları oval şəkillidir, tamdır. Xarici qulaq keçəcəkləri azaddır, ifrazatsızdır. Üz skeleti sümüklərini və burun sümük və qığırdaqlarını əllədikdə patoloji hərəkətlilik və krepitasiya müəyyən edilmədi. Burun dəliklərindən və ağız yarığından ifrazat müəyyən edilmir. Gözləri cüzi açıqdır, göz almalarının konyuktiva qişasına qansızmalar yoxdur, bəbəklər dairəvidir, 0,4 sm diametrindədir. Ağzı qapalıdır, dodaqların selikli qişa keçidi avazımış-boz rəngdədir. Dişləri protezdir, ağ rəngdədir. Boynu gövdəyə müvafiq inkişaf etmişdir, adi qalınlıqda və uzunluqdadır. Döş qəfəsi yastılaşmış silindrik formadadır, simmetirikdir. Əllədikdə döş qəfəsini təşkil edən sümüklərdə patoloji hərəkətlilik və krepitasiya müəyyən edilmədi. Qarının ön divan qabırğa qövsləri səviyyəsində yerləşmişdir, əllədikdə az elastikidir. Yuxarı və aşağı ətrafları düzgün formalaşmış, sümüklərini əllədikdə deformasiya, patoloji hərəkətlilik və krepitasiya müəyyən edilmədi. Xarici cinsiyyət üzvləri kişi tipinə müvafiq düzgün formalaşmışdır, kişi xarici cinsiyyət üzvü tamdır, sidikçıxarıcı kanalın xarici dəliyindən ifrazat yoxdur, sünnət olunmuşdur. Aralıq tamdır, anal dəlik ətrafında xəsarət müəyyən edilmədi. Arxa keçəcək dəliyi nahiyəsində dəri toxuması şüavari büküşlüdür, qəhvəyimtil rəngdə olmaqla büküşlər seçilir. Arxa keçəcəyin büzücü əzələsində (sfinktor) boşalma müəyyən edilmir, qıfvari genişlənmə yoxdur. Xəsarətlər: -alın nahiyəsinin mərkəzinə yaxın sol yarısında 3,5x1,7 sm ölçüdə bozumtul-göy rəngdə ovalvari formada qançır və qançır fonunda 2,0x0,7 sm ölçüdə dibi sağlam dəridən aşağı səviyyəli açıq qırmızı rəngdə düzgün olmayan zolaqvari formada sıyrıq vardır. -Döş qəfəsinin ön səthinin sol yarısında, orta körpücük xətti üzrə İV-V qabırğalararası sahədə, sol məmə giləsindən 6,0 sm sağa və 3,0 sm aşağıda uzunluğu çəpköndələn istiqamətdə yerləşmiş 2,8x0,7 sm ölçüdə kənarları hamar, ucları vizual olaraq iti şəkilli görünən yara (Nq1) vardır, şüşə zondla yoxlandıqda yara kanalının döş boşluğuna nüfuz etdiyi müəyyən edildi. (Bədən səthindəki yaralar yuxandan-aşağıya olmaqla şərti olaraq işarələnmişdir). -Döş qəfəsinin sol-yan divarında, ön qoltuq xətti üzrə Vİ-Vİİ qabırğalararası sahədə boşluğa nüfuz edən, tərəflərinin uzunluğu 2,0 sm və 1,2 sm, eni 1,0 sm-dək olan, düzgün olmayan kiril “Q” hərfinə bənzər formada bir ədəd (Ne2), ön qoltuqaltı xətt üzrə sol qabırğaaltı nahiyədə uzunluğu boylama istiqamətdə yerləşmiş 2,5x1,0 sm ölçüdə, mənfəzindən piylik hissəsi bayıra çıxmış bir ədəd (N°3), qarının sol yan divannda, sonuncu yaradan 3,0 sm sola 4,5x1,8 sm ölçüdə boşluğa nüfuz edən bir ədəd (Ne4) və qarının ön divarının sağ yarısında, sağ pararental xətt üzrə göbəkdən 4,0 sm yuxanda 1,7xOt5 sm ölçüdə qarın boşluğuna nüfuz edən daha bir ədəd (Ne5) yara müəyyən edilir. -Sol baldırın yuxarı 1/3- nin iç səthində, diz oynağına yaxın 1,7x0,7 sm ölçüdə kənarları hamar, ucları vizual olaraq iti şəkilli qurtaran, dərini zədələyən səthi yara (N°6) müəyyən edilir. Qeyd olunan yaradan 4,0 sm sola və 2,0 sm aşağıda 2,0x0,8 sm ölçüdə eyni xarakterli sıyrıq vardır. Meyitin xarici müayinəsi zamanı bədən səthi üzərində gözlə görünən digər xəsarət və xəsarət izləri aşkar edilmədi. Bundan başqa meyitə baxış zamanı ağ rəngli mayka, ağımtıl-boz rəngli alt tuman, boz rəngli isti köynək, göy rəngli cins şalvar, bir cüt göy rəngli corab, tük və dırnaq nümunələri tərəfimdən baxış keçirildi. 25 noyabr 2023-cü il tarixli telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, mobil telefonun ön və arxa tərəfləri ağ-qara rənglərdə olmaqla “Nokia" markalıdır. Mobil telefonun ön və arxa kameraları vardır. Telefon qoruyucuya keçirilməmiş, ümumi vəziyyəti qənaətbəxşdir, köhnəmişdir, üzərində hər hansı ciddi zədə və ya çat müşahidə edilmir. Mobil telefon qoşuludur, üst hissəsi yuxan dartılmaqla açılır. Menyuya daxil olduqda "Mesajlar”, “Contactlar”, “Galereya” və digər mobil tətbiqlər vardır. Zənglər bölməsinə daxil olduqda 24 noyabr 2023-cü il tarixdə saat 21:16 radələrində mobil telefondan “102” xidmətinə zəng edildiyi, saat 21:34-də isə ***-***-**-** saylı mobil nömrədən mobil telefona zəng gəldiyi görünür. 25 noyabr 2023-cü il tarixli əşyaya baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 21 noyabr 2023-cü il tarixdə saat 19:59 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvanında yaxınlığına “Toyoto Prius” markalı avtobillə gəlir, Zərərçəkmiş şəxs2 sağ əlində ağ rəngli sellofan, sol əlində isə mobil telefon vardır. Daha sonra həmin günə dair videogorüntülərdə saat 23:25 radələrində tünd-göy rəngə bənzər rəngdə, markası görünməyən avtomobilin Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında dayanması, saat 23:37 radələrində isə oradan uzaqlaşması müşahidə edilir. 23 noyabr 2023- cü il tarixdə qeydə alınmış videogörüntülərə nəzərə saldıqda isə saat 22:54 radələrində göy rəngli "Toyota Prius” markalı bir avtomobilin Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında dayanması, saat 23:01 radələrində isə oradan uzaqlaşması müşahidə edilir. 25 noyabr 2023-cü il tarixli əşyanın tanınması haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 təqdim edilən əşyaları nəzərdən keçirib hadisə zamanı Təqsirləndirilən şəxs MirZərərçəkmiş şəxs1 birinin dəstəyi açıq qəhvəyi, digərinin dəstəyi tünd qəhvəyi rəngdə olan 2 və 3 rəqəmləri İlə nömrələnmiş iki ədəd bıçaqla xəsarətlər yetirdiyini, həmin bıçaqları dəstəklərinin rəngindən və formasından tanıdığını bildirmişdir. 25 noyabr 2023-cü il tarixli əşyanın tanınması haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 təqdim edilən əşyaları nəzərdən keçirib hadisə zamanı Təqsirləndirilən şəxs MirZərərçəkmiş şəxs1 1 nömrə ilə işarələnmiş qara rəngli başlığı olan dəstəyi olmayan daraqla xəsarətlər yetirdiyini, həmin darağı dəstəklərinin rəngindən və qırıq olmasından tanıdığını bildirmişdir. 25 noyabr 2023-cü il tarixli əşyanın tanınması haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 təqdim edilən əşyaları nəzərdən keçirib hadisə zamanı Təqsirləndirilən şəxs MirZərərçəkmiş şəxs1 1 nömrə ilə işarələnmiş, qara rəngli plastmas materialdan olmaqla tutacağının uzunluğu 50 mm, tiyəsinin uzunluğu 100 mm olan qayçı ilə xəsarətlər yetirdiyini, həmin qayçını rəngindən və formasından tanıdığını bildirmişdir. 25 noyabr 2023-cü il tarixli əşyanın tanınması haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 təqdim edilən əşyaları nəzərdən keçirib hadisə zamanı Təqsirləndirilən şəxs MirZərərçəkmiş şəxs1 1 nömrə ilə işarələnmiş qəhvəyi rəngli taxta parçası ilə xəsarətlər yetirdiyini, həmin taxta parçasını rəngindən və formasından tanıdığını bildirmişdir. 21 dekabr 2023-cü il tarixli sənədə baxış keçirilməsi haqqında protokoldan görünür ki, “507037814_SMS.txt” adlı faylda xx/xx/2023 və xx/xx/2023-cü il tarixlərində 070-844-44- 64 saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “melek meni baqıwla ıncıtdıyıme gore amma her kesın qelbını bılen allahdı menim nıyyetımde sene qarwı pıs nese varsa allah belamı versin bunuda bil sen mene ele bilirdim hormet qoyurdun amma yanılmıwam sen mene qetıyyen hormet qoymamısan eger qoysaydın neyse sen eger kiminse oynawiydinsa naxuy maskalanib meniynen daniwirdin bele mene ne cox melek doludu yer goy uje hemde iyrenmiwem ozbawina yiyesiz qızlardan sende get ceyhundu nedi onunla qan'ee olarsan kul qiz bawiva darıxma uzbeuz sebe Oduracaqsan eybi yox demiwdim ALLAH 3Cuden saxlasin onuynanda tupurecem get oynawlarin gelib-geder EHTİRAM gile ne heya var ne abir var butun gunu sikivi almısan elive soyuwun biri bir qepikden hoqqa verirsen bu weyleri eleyen soska olar mene qarwi elimi qana batirma vurub wikest eleyerem seni get uzaq ol qammaz yekexana ozbawina adamsan poxa salacaqsan elimde qalarsan” məzmunlu SMS-lər göndərilmiş, cinayət işinə əlavə edilmiş “Nokia” markalı mobil telefona baxış protokolundan ***-***-**-** saylı mobil nömrədən xx.xx.2023-cü il tarixdə ***-***-**-** saylı mobil nömrəyə zəng də daxil olması müəyyən edilmiş, Zərərçəkmiş şəxs2 istintaq zamanı ***-***-**-** mobil nömrənin Təqsirləndirilən şəxs, ***-***-**-** saylı mobil nömrənin isə öz istifadəsində olduğunu bildirmişdir. Cinayət işi üzrə X4 barəsində keçirilmiş məhkəmə-tibbi ekspertizasının 24 noyabr 2023-cü il tarixli, 242 saylı rəyindən görünür ki, mərhum M.S.Əhmədzadənin meyitində çoxsaylı xəsarətlər əmələ gəlmişdirlər, onları 3 qrupa bölmək olar: İ qrup xəsarətlər: baş beynin sağ təpə və sol təpə-gicgah paylarının yumşaq qişalarına və toxumasına qansızmalar ilə müşayiət olunan sağ təpə nahiyəsinin və sol təpə- gicgah nahiyəsinin dərialtı hematoması, sağ gicgah-almacıq nahiyəsinin sıyrığı, sağ və sol yanaq nahiyəsinin, sağ və sol çənə cismi nahiyəsinin, burun əsasının qançırlı sıyrıqları bərk küt əşyaların təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gələ bilərdilər. İİ qrup xəsarətlər: sol bazu nahiyəsinin yuxarı 1/3-nin ön səthinin, aşağı 1/3-nin bayır səthinin, orta 1/3-nin arxa-bayır səthlərinin qançırları müayinədən 1-2 gün əvvəl bərk küt əşyaların təsirindən əmələ gələ bilərdilər. İİİ qrup xəsarətlər: baş beynin alın payının sağ yarısının yumşaq qişasına və toxumasına qansızma ilə müşayiət olunan alın nahiyəsinin sağ yarısının dərialtı hematoması, alın nahiyəsinin, sol bazu nahiyəsinin orta 1/3-nin bayır səthinin qançırları, sol qulaq seyvanı nahiyəsinin qançırlı sıyrığı, sağ və sol sağrı nahiyələrinin dərialtı hematomaları və sıyrıqları, sağ qulaq seyvanı nahiyəsinin, boyun nahiyəsinin, sağ və sol dirsək oynağı nahiyələrinin, sol diz oynağı nahiyəsinin, sol əlin lll-İV barmaqlarının, sağ bud nahiyəsinin sıyrıqları müayinədən 2-3 gün əvvəl bərk küt əşyaların təsirindən əmələ gələ bilərdilər. Qeyd olunan xəsarətlər həyatidirlər, həmin xəsarətlərdən baş beynin alın payının sağ yarısının, sağ təpə və sol təpə-gicgah paylarının yumşaq qişalarına və toxumasına qansızmalar ilə müşayiət olunan alın, sağ təpə və sol təpə-gicgah nahiyələrinin dərialtı hematomaları dərəcəsinə görə həm ümumilikdə və həm də ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya, sağ və sol sağrı nahiyələrinin dərialtı hematomaları və sıyrıqları həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığı qısa müddətə pozan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər, sağ gicgah-almacıq nahiyəsinin sıyrığı, sağ və sol yanaq nahiyəsinin, sağ və sol çənə cismi nahiyəsinin, burun əsasının qançırlı sıyrıqları, sol bazu nahiyəsinin yuxarı 1/3-nin ön səthinin, aşağı 1/3-nin bayır səthinin, orta 1/3-nin arxa- bayır səthlərinin qançırları, alın nahiyəsinin, sol bazu nahiyəsinin orta 1/3-nin bayır səthinin qançırları, sol qulaq seyvanı nahiyəsinin qançırlı sıyrığı, sağ qulaq seyvanı nahiyəsinin, boyun nahiyəsinin, sağ və sol dirsək oynağı nahiyələrinin, sol diz oynağı nahiyəsinin, sol əlin lll-İV barmaqlarının, sağ bud nahiyəsinin sıyrıqları isə həm ümumilikdə və həm də ayrı- ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Mərhum M.S.Əhmədzadənin meyitində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyalarım nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarda göstərilən tarixdə və şəraitdə, yəni 21-xx.xx.2023-cü il tarixlərdə insan bədəninin hissələri, (əl, əl barmaqlarının dırnaqları, yumruq, təpik və s.) və eləcə də küt əşyalar ilə (ola bilsin ekspertizaya təqdim olunmuş taxta parçası, bıçağın dəstək hissəsi, daraq və s.) ilə endirilmiş zərbələr nəticəsində əmələ gələ bilərdilər. Mərhumun meyitində kəsici və deşicikəsici kənara malik əşyaların (o cümlədən ekspertizaya təqdim olunmuş) təsirindən əmələ gələ biləcək xəsarət aşkar olunmamışdır. Mərhum M.S.Əhmədzadənin meyitində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyalarım nəzərə alaraq demək olar ki, xəsarət yetirən şəxs onunla müxtəlif vəziyyətlərdə (üzbə-üz, yan, arxa və s.) ola bilərdi. Mərhum M.S.Əhmədzadənin ölümünə səbəb baş beynin alın payının sağ yansının; sağ təpə və sol təpə-gicgah paylarının yumşaq qişalarına və toxumasına qansızmalar ilə əlaqədar inkişaf edən baş beynin travmatik ödemi olmuşdur. Beləliklə, mərhum M.S.Əhmədzadənin meyitində aşkar olunmuş baş beynin alm payının sağ yınsının, sağ təpə və sol təpə-gicgah paylarının yumşaq qişalarına və toxumasına qansızmalar ilə müşayiət olunan alın, sağ təpə və sol təpə-gicgah nahiyələrinin dərialtı hematomalan ilə onun ölümü arasında səbəbli əlaqə vardır. İlkin meyit əlamətlərinin inkişaf səviyyəsinə əsasən demək olar ki, M.S.Əhmədzadənin ölümü onun meyitinin meyitxanada müayinəsi başlanandan (meyitin müayinəsi xx.xx.2023-cü il tarixdə saat 23:25-da başlanılıb) 8-12 saat əvvəl baş vermiş, mərhumun meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti, narkotik və güclü təsiredici maddələr, arxa keçəcək dəliyi ətrafında və arxa keçəcək dəliyinin selikli qişasında qeyri-təbii yolla cinsi əlaqədə olma zamanı əmələ gələ bilən xəsarət və dəyişikliklər aşkar olunmamışdır. Cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində təyin edilərək keçirilmiş məhkəmətibbi ekspertizasının 27 noyabr 2023-cü il tarixli, 2262 saylı rəyindən görünür ki, görünür ki, Təqsirləndirilən şəxs sol əlin ovuc hissəsinin, sağ said nahiyəsinin, sol dirsək oynağı nahiyəsinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 4-8 gün əvvəl müxtəlif şəraitlərdə əmələ gələ bilərdilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Cinayət işi üzrə Zərərçəkmiş şəxs2 barəsində təyin edilərək keçirilmiş məhkəmətibbi ekspertizasının 25 noyabr 2023-cü il tarixli, 2250 saylı rəyindən görünür ki, Vət. Zərərçəkmiş şəxs2nm bədən səthində aşkar olunmuş xəsarətlər - sağ bazu nahiyəsinin, sağ göz qapaqları və gözaltı nahiyənin, sağ və sol bazu nahiyələrinin, döş qəfəsinin sağ yarısının arxa səthinin, döş qəfəsinin sol yarısının arxa səthinin qançırları, sol bud nahiyəsinin dərialtı hematoması, sol bud nahiyəsinin, sol diz oynağı nahiyəsinin, sağ baldır nahiyəsinin qançırları, sağ said nahiyəsinin, sol baldır nahiyəsinin qançırları, burun əsasının, sol bazu nahiyəsinin, döş qəfəsinin sol yarısının ön səthinin, sol əlin İV barmağının sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən, qərarda göstərilən 21.11-xx.xx.2023-cü il tarixlərdə əmələ gəlmişdirlər. Qeyd olunan xəsarətlərdən sol bud nahiyəsinin dərialtı hematoması dərəcəsinə görə sağlamlığı qısa müddətə pozan sağlamlığa yüngül zərərvurmaya aidir, digər xəsarətlər isə həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Zərərçəkmiş şəxs2nm bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyalarım nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarda göstərilən şəraitdə, yəni insan bədəninin hissələri (əl, əl barmaqlarının dırnaqları, yumruq, təpik və s.) və eləcə dəmir parçası və bıçağın dəstəyi ilə endirilmiş zərbələr nəticəsində əmələ gələ bilərdilər. Cinayət işi üzrə təyin edilərək keçirilmiş məhkəmə-narkoloji ekspertizasının 08 yanvar 2024-cü il tarixli, 55 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə halı olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işi üzrə təyin edilərək keçirilmiş materialların məhkəmə ekspertizasının 14 dekabr 2023-cü il tarixli, 3-16-16/2-6/6304 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 ifadəsinin yerində yoxlanması zamanı götürülmüş iki ədəd boşqabda heroin izləri vardır, təmiz çəkisini müəyyən etmək mümkün deyildir. Cinayət işi üzrə təyin edilərək keçirilmiş məhkəmə-tibbi kriminalistik və məhkəmə- kriminalistik ekspertizasının 12 yanvar 2024-cü il tarixli, 593-MTKŞ/2022 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş uşaq maykası, iki ədəd uşaq idman şalvarı, bir cüt uşaq idman ayaqqabısı, bir tay corab, bir cüt corab, qısaqol köynək, mələfə, örtük, bir cüt ayaqqabı, qısa şalvar, şalvar və köynək üzərində hər hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmadı. X4 meyitinin üzərində aşkar edilmiş xəsarətlər- baş beynin sağ təpə və sol təpə-gicgah paylarının yumşq qişalarına və toxumasına qansızmalar ilə müşayiət olunan sağ təpə nahiyəsinin və sol təpə-gicgah nahiyəsinin dərialtı hematoması; sağ gicgah-almacıq nahiyəsinin sıyrığı; sağ və sol yanaq nahiyəsinin, sağ və sol çənə cismi nahiyəsinin, burun əsasının qançırlı sıyrıqlan; sol bazu nahiyəsinin yuxarı 1/3-nin ön səthinin, aşağı 1/3-nin bayır səthinin, orta 1/3-nin arxa-bayır səthlərinin qançırları; baş beynin ahn payının sağ yarısının yumşaq qişasına və toxumasına qansızma ilə müşayiət olunan alın nahiyəsinin sağ yarısının dərialtı hematoması, alın nahiyəsinin, sol bazu nahiyəsinin orta 1/3-nin bayır səthinin qançırları, sol qulaq seyvanı nahiyəsinin qançırlı sıyrığı, sağ və sol sağrı nahiyələrinin dərialtı hematomaları və sıyrıqlan, sağ qulaq qeyvanı nahiyəsinin, boyun nahiyəsinin, sağ və sol dirsək oynağı nahiyələrinin, sol diz oynağı nahiyəsinin, sol əlin lll-İV barmaqlarının, sağ bud nahiyəsinin sıyrıqlan ona məxsus olan paltarlarda öz əksini tapmamışlar. Təqdim olunmuş 02 ədəd bıçaq məişət təyinatlı mətbəx bıçaqlarıdır və soyuq silah hesab edilmirlər.Təqdim olunmuş qayçı zavod üsulu ilə hazırlanmış məişət təyinatlı qayçıdır və soyuq silah hesab edilmir. Cinayət işi üzrə təyin edilərək keçirilmiş məhkəmə-tibbi bioloji ekspertizasının 25 dekabr 2023-cü il tarixli, 795/2023-MTBŞ saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs ABO sistemi üzrə qrup göstəricisi: A(ll)(şəxsiyyətini təsdiq edən sənədlər üzrə axtarış vərəqəsinin kserosurəti), Zərərçəkmiş şəxs2 ABO sistemi üzrə qrup göstəricisi: A(11)(şəxsiyyətinin təsdiq edən sənədlər üzrə axtarış vərəqəsinin kserosurəti), X4 ABO sistemi üzrə qrup göstəricisi :Oalfa, beta (İ), Ekspertizaya təqdim edilmiş hadisə yerinə baxış zamanı götürülmüş bir ədəd plastik qab, qırıq daraq, qayçı, 02 ədəd pambıq tamponlar, salfet kağızı, dəstəyi tünd qəhvəyi rəngli bıçaq, bir ədəd mələfə, idman fınkası, bir ədəd örtük, Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş ağ rəngli vodolazka, Zərərçəkmiş şəxs2 tərəfindən təqdim edilmiş cins şalvar, zolaqlı qısa şalvar, meyitə baxış zamanı götürülmüş uşaq idman şalvarı, uşaq corabları, qısaqol köynək üzərində insan qanı ləkələri aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə bir ədəd mələfə, idman fınkası, bir ədəd örtük, Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş ağ rəngli vodolazka, Zərərçəkmiş şəxs2 tərəfindən təqdim edilmiş cins şalvar, zolaqlı qısa şalvar, meyitə baxış zamanı götürülmüş uşaq idman şalvarı, uşaq corabları, salfet kağızı, qısaqol köynək və bir ədəd dəstəyi tünd qəhvəyi rəngli bıçaq üzərində olan ləkələrdə yalnız H antigeni alındı. Belə olan halda bu qan ləkələri ABO sistemi üzrə Oalfa, beta(l) qruplu şəxsə, o cümlədən də X5 məxsus ola bilər. Ekspertizaya təqdim edilmiş hadisə yerinə baxış zamanı götürülmüş bir ədəd plastik qab, qırıq daraq, qayçı, 02 ədəd pambıq tamponlar üzərində olan ləkələrdə A və H antigenləri alındı. Aqqlyutininlər isə alınmadı. Belə olan halda bu qan ləkələri Abeta/H/ qruplu şəxsə (şəxslərə), o cümlədən də Zərərçəkmiş şəxs2 qızma və ya Təqsirləndirilən şəxs məxsus ola bilər (əgər onların qanında müşayiətçi El antigeni və hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarətləri olubsa). Ekspertizaya təqdim edilmiş dəstəyi acıq qəhvəyi rəngli bıçaq, taxta hissəsi, uşaq idman ayaqqabısı, uşaq qolsuz mayka, bir cüt corab, bir cüt kişi ayaqqabısının sol tayı, bir ədəd süpürqə üzərində qan, bir cüt kişi ayaqqabısının sağ tayı, 02 ədəd qaşıq, Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş cins şalvar, bir ədəd köynək və bir ədəd asılqan üzərində isə qana şübhəli ləkələr aşkar olunmadı. Cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində təyin edilərək keçirilmiş kompleks komisyon ambulator məhkəmə-psixiatrik və məhkəmə psixoloji ekspertizasının 04 dekabr 2023-cü il tarixli, 3362 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs ona ittiham olunan əməli törədənədək, cinayət əməlini törətdiyi zaman və hal-hazırda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli AR CM- nin 21.1-ci, 21.3-cü və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə onun barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyəti onun istintaq və prosessual hərəkətlərində iştirak etməsinə və öz prosessual hüquq və vəzifələrini icra etməsinə imkan verir. Təqsirləndirilən şəxs idrak prosesləri (yaddaş, diqqət, təfəkkür, qavrama, xarakter və s.) normaya uyğundur. O, ünsiyyətçillik, situativlik, adaptivlik və s. kimi xarakterik xüsusiyyətlərə malikdir. O, cinayət əməlini törədərkən psixi-emosional halında hirslilik yarana, həmin halın yaranma səbəbləri situasiya ilə əlaqədar ola bifərdi. Təqsirləndirilən şəxs emosional halından asılı olaraq hadisə zamanı öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Onun əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müşahidə olunmur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin 30 noyabr 2023-cü il tarixli, 18977 sayh məktubundan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs2 Respublika Psixiatriya Xəstəxanasında müalicədə olmamışdır. Cinayət işinə əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Bakı Şəhər Narkoloji Mərkəzi” publik hüquqi şəxsin 16 dekabr 2023-cü il tarixli, 6826 saylı məktubundan görünür ki, Əhmədova X20 qeydiyyatda yoxdur. Təqsirləndirilən şəxs isə xx.xx.2020-ci il tarixdən “Opioidlərin istifadə edilməsi nəticəsində psixi və davranış pozuntuları” diaqnozu ilə BŞNM-də qeydiyyatdadır. Cinayət işinə əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsin 09 dekabr 2023-cü il tarixli, 19/51- 14918 saylı məktubundan görünür ki, Abbasov X16 müalicədə olmamış, lakin xx.xx.2019-cu il tarixdən dispanser qeydiyyatındadır. Zərərçəkmiş şəxs2 isə Mərkəzdə qeydiyyatda yoxdur. Məhkəmənin hüquqi qiymətləndirməsi: İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4, 120.2.9, 133.2.1, 133.2.4, 133.2.6 və 145.3-cü maddələri ilə tövsif etmişdir. Məhkəmə istintaq orqanının bu qiymətləndirməsini əsaslı sayır. Çünki Təqsirləndirilən şəxs bu əməlləri törətməsi sübuta yetirildi. Onun özünün müdafəsi üçün gətirdiyi dəlillər işin faktiki halları və ittihamı təsdiq edən sübutlarla təkzib olundu. İstər ibtidai istintaq, istərsə də məhkəmə istintaqı zamını cinayət qurbanı olumuş X4 baş beynin sağ təpə və sol təpəgicgah paylarının yumşaq qişalarına və toxumasına qansızmalar ilə müşayiət olunan sağ təpə nahiyəsinin və sol təpə- gicgah nahiyəsinin dərialtı hematoması, sağ gicgahalmacıq nahiyəsinin sıyrığı, sağ və sol yanaq nahiyəsinin, sağ və sol çənə cismi nahiyəsinin, burun əsasının qançırlı sıyrıqları, sol bazu nahiyəsinin yuxarı 1/3-nin ön səthinin, aşağı 1/3nin bayır səthinin, orta 1/3-nin arxa-bayır səthlərinin qançırları, baş beynin alın payının sağ yarısının yumşaq qişasına və toxumasına qansızma ilə müşayiət olunan alın nahiyəsinin sağ yarısının dərialtı hematoması, alın nahiyəsinin, sol bazu nahiyəsinin orta 1/3-nin bayır səthinin qançırları, sol qulaq seyvanı nahiyəsinin qançırlı sıyrığı, sağ və sol sağrı nahiyələrinin dərialtı hematomaları və sıyrıqları, sağ qulaq seyvanı nahiyəsinin, boyun nahiyəsinin, sağ və sol dirsək oynağı nahiyələrinin, sol diz oynağı nahiyəsinin, sol əlin lll-İV barmaqlarının, sağ bud nahiyəsinin sıyrıqları aşakar olması, qeyd olunan xəsarətlər həyat olub həmin xəsarətlərdən baş beynin alın payının sağ yarısının, sağ təpə və sol təpə-gicgah paylarının yumşaq qişalarına və toxumasına qansızmalar ilə müşayiət olunan alın, sağ təpə və sol təpə-gicgah nahiyələrinin dərialtı hematomaları dərəcəsinə görə həm ümumilikdə və həm də ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aid edildiyini, meyitində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyalarım nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarda göstərilən tarixdə və şəraitdə, yəni 21xx.xx.2023-cü il tarixlərdə insan bədəninin hissələri, (əl, əl barmaqlarının dırnaqları, yumruq, təpik və s.) və eləcə də küt əşyalar ilə (ola bilsin ekspertizaya təqdim olunmuş taxta parçası, bıçağın dəstək hissəsi, daraq və s.) ilə endirilmiş zərbələr nəticəsində əmələ gələ bilməsi, M.S.Əhmədzadənin meyitində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyalarım nəzərə alaraq demək olar ki, xəsarət yetirən şəxs onunla müxtəlif vəziyyətlərdə (üzbə-üz, yan, arxa və s.) ola bilməsi və bu xəsəaərətlərdən ağır bədən xəsəarətələrinin onun öümünə səbəb olması, Zərərçəkmiş şəxs2nm bədən səthində sağ bazu nahiyəsinin, sağ göz qapaqları və gözaltı nahiyənin, sağ və sol bazu nahiyələrinin, döş qəfəsinin sağ yarısının arxa səthinin, döş qəfəsinin sol yarısının arxa səthinin qançırları, sol bud nahiyəsinin dərialtı hematoması, sol bud nahiyəsinin, sol diz oynağı nahiyəsinin, sağ baldır nahiyəsinin qançırları, sağ said nahiyəsinin, sol baldır nahiyəsinin qançırları, burun əsasının, sol bazu nahiyəsinin, döş qəfəsinin sol yarısının ön səthinin, sol əlin İV barmağının sıyrıqları kimi xəsəarətələrin aşkar olunması, bu xəsəpətələrin bərk küt əşyanın (əşyaların) təsirindən, qərarda göstərilən 21.11-xx.xx.2023-cü il tarixlərdə əmələ gəlməsi, qeyd olunan xəsarətlərdən sol bud nahiyəsinin dərialtı hematoması dərəcəsinə görə sağlamlığı qısa müddətə pozan sağlamlığa yüngül zərərvurmaya aid olması, digər xəsarətlər isə həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmayan xəsarətlər aşkar olunması, Ə.Əhmədovanm bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyaları nəzərə alınaraq, həmin xəsarətlər qərarda göstərilən şəraitdə, yəni insan bədəninin hissələri (əl, əl barmaqlarının dırnaqları, yumruq, təpik və s.) və eləcə dəmir parçası və bıçağın dəstəyi ilə endirilmiş zərbələr nəticəsində əmələ gələ bilməsi təsdiqin tapdı. Məhkəmədə də həmin tarixlərdə də M.S.Əhmədzadənin və Zərərçəkmiş şəxs2nm Təqsirləndirilən şəxs mənzilində olub onun qanunsuz nəzarəti altında, onun iradəsi ilə hərəkət etdikləri, bundan başqa, 21 noyabr 2023-cü tarixdə M.S.Əhmədzadənin və Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs tərəfindən başqa ünvandan xəsarətsiz götürülmələri təsdiqini tapdı. Məhkəmə göstərilənləri nəzərə alıb yetirilmiş xəsarətlərin kəmiyyət və keyfiyyət göstəricilərini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs idmançı kimi iflic vəziyyətində olan xəstə, özünü müdafiə etməyi, zərbələrdən yayınmağı bacarmayan şəxsə yuxarıda təsvir edilən xarakterli xəsarətləri yetirərkən sonuncunun aldığı zərbələrdən ölə biləcəyini bilmiş, bunu arzu etmiş və bu barədə törətdiyi əməlin qurbanı olmuş M.S.Əhmədzadənin anası Zərərçəkmiş şəxs2 birbaşa bildirmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs M.S.Əhmədzadəyə xəsarət yetirdikdən sonra onları başqa şəxsin əlindən alb başqa ünvana aparması, sonuncunun da həmin ünvanda vəfat etməsini, baş vermiş nəticənin M.S.Əhmədzadəyə yetirilmiş xəsarətlər nəticəsində baş verdiyi və bu xəsarətlərin ona ağır bədən xəsarətləri yetirmək məqsədi ilə deyil, məhz onu həyatdan məhrum etmək üçün yetirildiyi qənaətinə gəlir. Çünki işin faktiki hallarından görünür ki, M.S. Əhmədzadə iflic olub sərbəst hərəkət edə bilməmişdir. Ona bu işdə anası kömək etmişdir. Təqsirləndirilən şəxs onun anası ilə yaxın münasibətlər yarandıqdan sonra ona bu işdə kömək edəcəyini vəd etmişdir. Bundan sonra onun tərəfindən M.S.Əhmədzadəyə ağır bədən xəsarətləri yetirilib, öz öhdəliklərini dahada ağırlaşdırmaq niyyətində olması ağlabatan deyildir. Buda özü-özlüyündə Təqsirləndirilən şəxs M.S.Əhmədzadəyə ağır bədən xəsarətləri yetirmək məqsədi ilə deyil, məhz onu həyatdan məhrum etmək məqsədi ilə xəsarətlər yetirdiyinin sübutudur. Məhkəmə göstərilənlərlə bərabər qeyd edir ki, Təqsirləndirilən şəxs əməlləri törətmək üçün əsas olmuş hallardan biri onun M.İ.Əhmədzadəyə və Zərərçəkmiş şəxs2 qarşı törətdiyi şiddətli, davam edən fiziki və mənəvi basqılarına sonuncunun biganə münasibəti olmuşdur. Məhkəmənin bu qənaəti M.S. Əhmədzadənin və onun anasının qanunsuz olaraq azadlıqdan məhrum edildikləri yerdən başqa şəxsin vasitəsi ilə çıxarıldıqdan sonra anasının hərəkətsiz qalıb səhhəti barəsində həkimə, hadisə barəsində polis orqanlarına müraciət etməməsi, M.S.Əhmədzadənin öldüyünü bildikdən sonra, hadisə barəsində ətrafındakı şəxslərə həqiqətə uyğun olmayan məlumatlar verməsi, qətlə yetirilmiş uşağını evdə sahibsiz qoyub, həmin uşağa çatacaq təqaüdü almaq üçün evdən getməsi, yalnız başqalarının təhriki ilə ölmüş uşağı xəstəxanaya aparıb, oradan polisə məlumat verilməsi baxımından da əsaslıdır. Məhkəmə, iş üzrə dindirimiş şahidlərin bəziləri və Təqsirləndirilən şəxs özünün qətlə yetirdiyi M.S.Əhmədzadəniyə yetirdiyi fiziki ağırları, sonuncunun nizam-intizamlı olmağı üçün yetirdiyi barəsində iddialarının da işin faktiki hallarına uyğun olmayan ifadələr kimi qiymətləndirir. Çünki ümumi anlamda hərəkətləri iflic olub başqasının köməyinə daimi ehtiyacı olan M.S. Əhmədzadəyə işgəncə verməklə, ağır və sair xəsarətlər yetirib, qanunsuz azadlıqdan məhrum etməklə onun məişət davranışlarının dəyişdirilməsinin mümkün olmaması, ağır bədən xəsarətləri nəticəsində həkim müdaxiləsi olmadan şəxsin ölümə məhkum olması qabaqcadan bəlli olmuşdur. Təqsirləndirilən şəxs da öz qurbanına belə xəsarətlər yetirib, onun müstəqil surətdə həkimə müraciət edə bilmədiyini bilib, bu barədə həkimə müraciət edə biləcək cinayətin digər qurbanı X12 telefonunu əlindən alıb sındırmışdır. Bundan sonra hadisəni öz axarına buraxıb M.S.Əhəmədzadənin ölümünə nail olmuşdur. Bu səbəbdən də məhkəmə, istər təqsirləndirilən şəxsin özünün, istərsə də onun müdəfiəsinə yönələn ifadələri faktiki əsası olmayan, təqsirələndirilən şəxin güman etdikləri cəzasını yüngülləşdirməyə yönələn cəhdləri kimi qiymətləndirir. Məhkəmə, göstərilənləri nəzərə alıb, Təqsirləndirilən şəxs elan olunmuş əməldə Azərbaycan Respublikası CM-nin 145.3-cü maddəsində nəzərdə tutulan ağır nəticələrin baş verməsinin sübüta yetirildiyi qənaətinə gəlir. İstintaq orqanı göstərilənlərlə bərabər, Təqsirləndirilən şəxs əməllərini ona elan olunmuş ittihamda həmçinin yuxarıda qeyd olunmuş bıçaq, qayçı və sair küt əşyaları silah kimi istifadə etməklə həmin şəxslərdən birinin ölümü ilə nəticələnməklə ağır nəticəyə səbəb olan adam oğurluğu ilə bağlı olmayan qanunsuz olaraq azadlıqdan məhrum etmə kimi qiymətləndirmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs M.S.Əhəmədzadəni qanunsuz azadlıqdan məhrum etdiyinin sübuta yetiriliyini qeyd edir, lakin onun ölümünə səbəb azadlıqdan məhrum etmənin deyil, təqsirləndirilən şəxs tərəfindən ona qəsdən yetirilmiş ağır xəsarətlər nəticəsində baş verdiyi kimi qiymətləndirir və ağır nəticələr kimi isə təqsirləndirilən şəxs tərəfindən M.S. Əhmədzadəyə ağır bədən xəsarətləri yetirməsi kimi qiymətləndirir və ittiham aktından « həmin şəxslərdən birinin ölümü ilə nəticələnməklə ağır nəticəyə səbəb olan » sözlərinin çıxarılmasını əsaslı sayır. Həmçinin məhkəmə, Təqsirləndirilən şəxs Mirəli Əhəmədzadəni o deyil, Mirəlinin anası, yəni hazırki halda zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Zərərçəkmiş şəxs2 öldürməsi barədə iddialarına münasibətdə qeyd edir ki, yuxarıda göstərilən və məhkəmədə elan olunub araşdırılan sübutlar əsasında sözügedən cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədildiyi sübuta yetirildiyindən onun bu iddiaları faktiki əsası olmayan, öz müdafiəsinə yönəlmiş, təqsirləndirilən şəxsin ifadə verməkdə sərbəstik hüququndan sui-istifadəsi kimi qiymətləndirilir. Cinayət işinə əlavə olunmuş Azərbaycan Respublikası Baş Prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları idarəsinin 01 dekabr 2023-cü il tarixli məktubundan görünür ki, Abbasov X17 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 01 il 02 ay 14 gün müddətinə ona cəza təyin edilmiş, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cəzası 06 azaldılmış, xx.xx.2022-ci il tarixdə cəzasını çəkib qurtardığından azad edilmişdir. Zərərçəkmiş şəxs2 barəsində isə Sabunçu RPİ-nin İŞ-də CM-nin 234.1-1 -ci maddəsi ilə cinayət işi başlanmışdır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, cinayətlərin residivi mövcuddur. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə iş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Binəqədi rayon prokurorluğunun maddi sübutlar otağına təhvil verilmiş hadisə yerinə baxış zamanı götürülmüş bir ədəd ağ rəngli mələfə, bir ədəd sarımtıl rəngli örtük, bir ədəd plastik su qabı, bir ədəd qırmızı rəngli qolsuz uşaq maykası, bır ədəd göy rəngli uşaq idman şalvarı, bir cüt ağ rəngli uşaq idman ayaqqabısı, bir ədəd qaramtıl rəngli corab, bir ədəd qara rəngli qırıq daraq, bir ədəd qara rəngli tutacağı olan qayçı, bir ədəd tünd-qəhvəyi rəngli dəstəkli bıçaq, bir ədəd açıq-qəhvəyi rəngli dəstəkli bıçaq, bir ədəd qəhvəyi rəngli taxta parçası, iki ədəd qanabənzər ləkəyə hopdurulmuş tampon, Təqsirləndirilən şəxs tərəfindən könüllü olaraq İstintaqa təqdim edilmiş qaramtıl rəngli cins şalvar, ağ rəngli uzunqol isti köynək, Zərərçəkmiş şəxs2 tərəfindən könüllü olaraq istintaqa təqdim edilmiş ağ zolaqlı qara rəngli qaramtıl rəngli qısa şalvar, göy rəngli cins şalvar, üzərində “Barbie” sözləri həkk olunmuş uzunqol qara rəngli köynək, Zərərçəkmiş şəxs2 ifadəsinin yerində yoxlanılması zamanı götürülmüş bir cüt qara rəngli ayaqqabı, üzərində “esperato” sözləri həkk olunmuş ağ rəngli asılqan, iki ədəd boşqab, iki ədəd qaşıq, bir ədəd süpürgə və bir ədəd divardan qanabənzər ləkəyə hopdurulmuş tampon, şübhəli şəxs Təqsirləndirilən şəxs və şahid Zərərçəkmiş şəxs2 götürülmüş iki ədəd yanaq epiteli, meyitə baxış zamanı X3 götürülmüş tük nümunələri, bir cüt ağ rəngli corab, iç etiketində “junior” sözü həkk olunmuş bir ədəd ağ rəngli qısaqol köynək və iç etiketində “Mışıl” sözü həkk olunmuş boz rəngli idman şalvarının istehlak dəyəri olmayan əşyalar kimi məhv edilməsini əsaslı sayır. Məhkəmə dövlət büdcəsi hesabına məhkəmə ekspertizalarının keçirilməsinə sərf olunmuş 114 (yüz on dörd) manatın Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsini və həmin məbləğin Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilməsini əsaslı sayır. Məhkəmə araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hadisə ilə bağlı axtarıldığını və yaxın münasibətdə olan şəxsin iş üzrə saxlanıldığını bilib hüqüq-mühafizə orqanına gedmiş, lakin törətdiyi əməli etiraf etməmiş və təslim olmamışdır. Bu səbəbdən də onun hüquq-mühafizə orqanlarına müraciəti könüllü deyil məcburi müraciət kimi qiymətləndirilir. Könüllü təslim olmaq dedikdə əməli törətmiş şəxsin özünün hüqüqmühafizə orqanına müraciət edib törətdiyi əməli etiraf etməsi və törətdiyi əməlin halları barəsində ətraflı bəyanatlar verməsi ehtiva edilir. Məhkəmədə Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hal kimi təqsirli bilindiyi əməllərinin törədilməsi barəsində ifadələr verməsi müəyyən olundu. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi onun əməllərində cinayətlərin residivi olması müəyyən olundu. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməlinin xarakterini və Təqsirləndirilən şəxs onun şəxsiyyətini xarakterizə edən məlumatları nəzərə alıb, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır. Çünki məhkəmənin qənaətinə görə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasına nisbətən daha yüngül cəza təyin etmək üçün əsas müəyyən olunmadı. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4 və 120.2.9-cu maddəsinin sankasiyasında müddətli azadlıqdan məhrum etmə cəzası ilə bərabər, həmin əmələ görə ömurlük azadlıqdan məhrum etmə cəzasının nəzərdə tutulduğunu nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs müddətsiz, yəni ömürlük azadlıqdan məhrumetmə cəzası təyin etmək üçün əsas müəyyən olunmadı. Bu səbəbdən də məhkəmə onun şəxsiyyətini xarakterizə edən halları və məsuliyyətini yüngülləşdirən halın olmasını nəzərə alaraq Təqsirləndirilən şəxs müddətli azadlıqdan məhrumetmə cəzası təyin edilməsini əsaslı sayır. Məhkəmədə elan olunub, araşdırılmış cinayət işinin materiallarından Təqsirləndirilən şəxs 28 noyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulub, 29 noyabr 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək onun barəsində həbs qətimkan tədbiri seçilib hazırki vaxtadək həbsdə saxlanılması müəyyən olundu. Məhkəmə bu halı Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcını müəyyən edərkən nəzərə alır. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməllərinin xarakterini və Təqsirləndirilən şəxs ilk dəfə qəsdən xüsusilə ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğunu nəzərə alıb, təyin edilmiş cəzanın onun tərəfəindən Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olmasını nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən, onun barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini müəyyən edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halların olmasını, ağırlaşdıran halın olmasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına, həyat və ailə şəraitinə təsirini, onun cəmiyyətə reinteqrasiya olma hallarını nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.2, 120.2.4, 120.2.9, 133.2.1, 133.2.4, 133.2.6 və 145.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 120.2.2, 120.2.4, 120.2.9-cu maddələri ilə 17 (on yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 133.2.1, 133.2.4, 133.2.6-cı maddələri ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 145.3-cü maddəsi ilə 8 ( səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbləri baxımından ona təyin olunmuş cəzaları qismən toplamaq üsulu ilə ona qəti olaraq 18 (on səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın başlanğıcı 28 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində seçilmiş həbs hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut kimi tanınmış Binəqədi rayon prokurorluğunun maddi sübutlar otağına təhvil verilmiş hadisə yerinə baxış zamanı götürülmüş bir ədəd ağ rəngli mələfə, bir ədəd sarımtıl rəngli örtük, bir ədəd plastik su qabı, bir ədəd qırmızı rəngli qolsuz uşaq maykası, bır ədəd göy rəngli uşaq idman şalvarı, bir cüt ağ rəngli uşaq idman ayaqqabısı, bir ədəd qaramtıl rəngli corab, bir ədəd qara rəngli qırıq daraq, bir ədəd qara rəngli tutacağı olan qayçı, bir ədəd tünd-qəhvəyi rəngli dəstəkli bıçaq, bir ədəd açıq-qəhvəyi rəngli dəstəkli bıçaq, bir ədəd qəhvəyi rəngli taxta parçası, iki ədəd qanabənzər ləkəyə hopdurulmuş tampon, Təqsirləndirilən şəxs tərəfindən könüllü olaraq İstintaqa təqdim edilmiş qaramtıl rəngli cins şalvar, ağ rəngli uzunqol isti köynək, Zərərçəkmiş şəxs2 tərəfindən könüllü olaraq istintaqa təqdim edilmiş ağ zolaqlı qara rəngli qaramtıl rəngli qısa şalvar, göy rəngli cins şalvar, üzərində “Barbie” sözləri həkk olunmuş uzunqol qara rəngli köynək, Zərərçəkmiş şəxs2 ifadəsinin yerində yoxlanılması zamanı götürülmüş bir cüt qara rəngli ayaqqabı, üzərində “esperato” sözləri həkk olunmuş ağ rəngli asılqan, iki ədəd boşqab, iki ədəd qaşıq, bir ədəd süpürgə və bir ədəd divardan qanabənzər ləkəyə hopdurulmuş tampon, şübhəli şəxs Təqsirləndirilən şəxs və şahid Zərərçəkmiş şəxs2 götürülmüş iki ədəd yanaq epiteli, meyitə baxış zamanı X3 götürülmüş tük nümunələri, bir cüt ağ rəngli corab, iç etiketində “junior” sözü həkk olunmuş bir ədəd ağ rəngli qısaqol köynək və iç etiketində “Mışıl” sözü həkk olunmuş boz rəngli idman şalvarı istehlak dəyəri olmayan əşyalar kimi məhv edilsin. Dövlət büdcəsi hesabına materialların məhkəmə ekspertizasının keçirilməsinə sərf olunmuş 114 (yüz on dörd) manat miqdarında pul vəsaiti Məhkəmə Ekspertiza Mərkəzinin hesabına, məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə 540 (beş yüz qırx) manat Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 ödənilməsi üçün Azərbaycan Respublikası Vəkillər X10 və Tədris Mərkəzinin hesabına ödənilsin. Məhkəmə ekspertizasının keçirilməsinə sərf olunmuş məbləğ Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə qaytarılsın. O, müdafiə xərcindən azad olunsun. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Novruz Kərimov Hakimlər: Rasim Sadıxov Leyla Əsgərova-Məmmədova
Məhkəmə qərarları › İş №1(101)-191/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-191/2025
26.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver