Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1910/2023 27.09.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Saat 14:45 Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Məmmədzadə Səbinə Adil qızı və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçıları- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokurorları X6 və Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri “Kredo” vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 16 avqust 1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni külli miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, naməlum vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 2,256 qram psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımış, 08 aprel 2023-cü il tarixdə saat 19:30-da Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, M.Ə.Sabir küçəsi nömrəsiz fərdi evin qarşısında olan zaman özünü şübhəli apardığından Sabunçu Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün polis nəfərləri tərəfindən saxlanılaraq Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan tünd göy rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 2,256 qram təşkil edən ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, ustadır, fərdi əməklə məşğul olur. O, 19 ildir ki, narkotik vasitə olan heroindən iynə vasitəsilə damara vurmaqla istifadə edir. O, 08 aprel 2023-cü il tarixdə saat 10:00- 11:00 radələrində yanında olan anket məlumatlarını açıqlamaq istəmədiyi şəxslə işə gedərkən Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən 69 nömrəli məktəbin yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılmışdır. O, saxlanılan zaman üzərində narkotik vasitə yox imiş, lakin, onun yanında olan şəxsin üzərində 01 ədəd «insulin» və 01 ədəd «fizrastvor» olmuşdur. Həmin şəxs polis əməkdaşlarını görüb qorxduğundan üzərində olan 01 ədəd insulin və 01 ədəd «fizrastvor»-u ataraq qaçmışdır. Polis əməkdaşları həmin şəxsdən şübhələnib onu saxlamışlar. Onun üzərindən yalnız sxem aşkar olunmuşdur. Onu saxlayan polis əməkdaşları onu Mövsüm adlı polis əməkdaşına təhvil verib Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə göndərmişlər. Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsində rəisin müavini olan Bəxtiyar adlı şəxs bilirmiş ki, o narkomandır və əvvəllər onu dəfələrlə işə gedərkən saxlayıb həbs etməməsi qarşılığında ona narkotik vasitə istifadəçilərinin adlarını deməyini istəyirmiş. O, Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə gətiriləndə həmin rəis müavini Bəxtiyar adlı şəxs onun saxlanıldığını görüb artıq onu tutmağın vaxtı olduğunu demişdir. Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsində 2 gün ərzində həmin rəis müavini Bəxtiyar adlı şəxs tərəfindən döyülmüşdür. Videoçəkiliş ərəfəsində bütün Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsi axtarılaraq 0.5 qrama yaxın metanfetamin tapılmış və Habil və Bəxtiyar adlı şəxs ona demişlər ki, həmin psixotrop maddə olan 0.5 qram metamfetamini boynuna qoymuşlar. O, Bəxtiyar adlı rəis müavini tərəfindən döyüldüyündən həmin 0.5 qrama yaxın metanfetamini boynuna götürməyə məcbur olmuş və video çəkiliş zamanı həmin 0.5 qrama yaxın metamfetamınin ona məxsus olduğunu demişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, onun 1 övladı var. O, usta işlədiyindən narkotik vasitə olan heroinin pulunu qazandığı puldan əldə edirmiş. Döyülməsi barədə heç yerə müraciət etməmişdir. Xəsarətlər izləri onda olmamışdır. Şəxsi axtarış və götürmə videoçəkiliş vasitəsilə aparılırmış. Videoçəkiliş vasitəsilə aparılan şəxsi axtarış və götürmə zamanı müdafiəçi iştirak edirmiş. Sonuncu dəfə saxlanılan zaman narkotik vasitədən istifadə etmişdir. O, narkotik vasitəni günbəgün alırmış. Axşam narkotik vasitəni alıb səhər aldığı həmin narkotik vasitədən istifadə edib işə gedirmiş. O, saxlanılan zaman narkotik vasitənin təsiri altında deyilmiş. Elan olunmuş cinayət işinin 1-ci cild 24-cü vərəqəsində olan ərizə və ərizədə olan imzaya əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, imza onun imzasıdır. O fiziki təzyiq altında ərizəni imzalamışdır. Elan olunmuş cinayət işinin 1-ci cild 25-26-cı vərəqələrində olan şəxsi axtarış və götürmə aparılması haqqında protokola və protokoldakı imzaya əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, imza onun imzasıdır. O, fiziki təzyiq altında protokolu imzalamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadələri və izahatı elan olunmuş, izahat və ifadələrin sonunda olan imzalar təqsirləndirilən şəxsə təqdim edilmişdir. Belə ki, cinayət işinin 31-32-ci vərəqələrində olan izahatında, 43-45 və 63-65-ci vərəqələrində olan ifadələrində Təqsirləndirilən şəxs aşağıdakıları göstərmişdir: «... o, 19 ilə yaxındır ki, narkotik vasitələrdən istifadə edir. 08 aprel 2023-cü il tarixdə saat təxminən 18 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsindən üzdən tanıdığı, adını bilmədiyi şəxsdən 30 manat pul müqabilində “patı” kimi tanıdığı psixotrop maddəni şəxsi istifadəsi üçün alaraq üzərində saxlamışdır. 08 aprel 2023-cü il tarixdə saat 19:30-da Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, M.Ə.Sabir küçəsi nömrəsiz fərdi evin qarşısında olan zaman 2 nəfər polis əməkdaşları ona yaxınlaşmışlar, özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirib xidməti vəsiqələrini göstərmişlər. Polis əməkdaşları ondan şəxsiyyətini təsdiq edən sənədi istəmişlər. Üzərində psixotrop maddə olduğu üçün o, verilən suallara yayındırıcı cavab verərək polis əməkdaşlarından yayınmaq istəmişdir. Bu vaxt polis əməkdaşları ondan şübhələndikləri üçün onu saxlayaraq Sabunçu rayon polis idarəsinin 12-ci polis şöbəsinə dəvət etmişlər. O da etiraz etməyərək polis şöbəsinə gətirilmişdir. Polis Şöbəsinə aparılana kimi olan müddət ərzində polis əməkdaşları tərəfindən müşahidə altında saxlanılmış, bu səbəbdən də, üzərində olan psixotrop maddəni hər hansı bir üsulla özündən kənarlaşdırmağa imkanı olmamışdır. Sabunçu rayon polis idarəsinin 12-ci polis şöbəsinin inzibati otaqlarının birində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi İlə şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş, o, müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur...Şəxsi axtarış keçirilən zaman ona ilk öncə üzərində dövriyyəsi qadağan edilmiş hər hansısa bir maddə və ya predmet olduğu halda təqdim etməyi təklif olunmuşdur. O, bu təklifdən sonra əynində olan tünd göy rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd bükümü təqdim etmişdir. Təqdim etdiyi bükümün içərisində "patı" deyilən maddə olduğunu bildirmişdir. Həmin maddəni hansı məqsədlə, haradan və kimdən əldə etməyi barədə soruşulduqda həmin maddəni şəxsi istifadəsi üçün 08 aprel 2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində üzdən tanıdığı, adını bilmədiyi şəxsdən 30 manata alaraq üzərində gəzdirdiyini bildirmişdir. ...polis əməkdaşları tərəfindən ona qarşı heç bir qanuna zidd hərəkətlərə yol verilmədiyini və heç bir təzyiqə məruz qalmadığını bildirmişdir. ...» Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, imzalar onun imzasıdır. O, fiziki təzyiq altında izahatı və protokolları imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Sabunçu RPİ-nin Post Patrul Xidmət Bölüyünün polis nəfəri vəzifəsində işləyir. 08 aprel 2023-cü il tarixdə saat 19:30-da Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, M.Ə.Sabir küçəsi nömrəsiz evin qarşısında inzibati ərazidə Sabunçu RPİ-nin PPXB-nin polis nəfəri Şahid1 ilə birlikdə xidmətdə olan zaman bir nəfər şəxsin özünü şübhəli apardığını gördükdə həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib şəxsiyyəti təsdiq edən sənədini təqdim etməsini xahiş etmişlər. Bu zaman həmin şəxs üzərində sənədlərinin olmadığını bildirərək verilən suallara yayındırıcı cavablar verib yayınmaq istəmişdir. Onlar həmin şəxsdən şübhələndiyindən onu Sabunçu RPİ-nin 12-ci PŞ-nə dəvət etmişlər. Polis şöbəsində həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmiş və Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunaraq müdafiəçi ilə təmin olunmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli idman şalvarının cibindən 01 ədəd kristal formalı maddəni çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümün içərisində “patı” deyilən psixotrop maddə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş maddəni nə məqsədlə əldə edildiyi sual edildikdə, həmin maddəni Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 30 manat pul müqabilində şəxsi istifadəsi üçün alaraq üzərində saxladığını bildirmişdir. Bu barədə protokol tərtib edilmiş, bütün iştirakçılar protokola imza atmışlar. Təqsirləndirilən şəxs Sabunçu RPİ-nin 12-ci PŞ-nə dəvət edərkən və gətirilərkən ona heç bir zor tətbiq edilməyibdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid2 bildirmişdir ki, onlar tərəfindən Təqsirləndirilən şəxs qarşı fiziki zor və ya psixoloji təzyiq tətbiq olunmamışdır. Təqsirləndirilən şəxs tərəflərindən Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən 69 nömrəli məktəbin yaxınlığında saxlanılmışdır. Onlar 5 nəfər polis əməkdaşı olaraq Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən 69 nömrəli məktəbin qarşısında başqa cinayət işi ilə bağlı əməliyyat tədbiri əsasında yığışmışlar. O, və digər polis əməkdaşı Şahid1 piyada imiş. Təqsirləndirilən şəxs və yanında olan 1 nəfər şəxs 14:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən 69 nömrəli məktəbin ərazisində olan ağacın ətrafında fırlandıqlarından həmin şəxslərdən şübhələnib onlara yaxınlaşmışlar. Həmin şəxslərin şəxsiyyətini müəyyənləşdirdikdə Təqsirləndirilən şəxs yanında olan şəxs qaçmağa başlamışdır. Yanında olan digər polis əməkdaşı olan Şahid1 qaçan şəxsin arxasınca gedib həmin qaçan şəxsi saxlamışdır. Tərəflərindən Təqsirləndirilən şəxs və yanında olan şəxs Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə gətirilmişdir. Polis maşınında o və Şahid1 əlavə 2 nəfər polis əməkdaşı var imiş. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmədən birbaşa Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə gətirilmişdir. Onlar Təqsirləndirilən şəxs və yanında olan şəxsə yaxınlaşdıqda Təqsirləndirilən şəxs yanında olan şəxs üzərində olan 01 ədəd insulin və 01 ədəd fizulu ataraq qaçmışdır. Həmin qaçan şəxs yanındakı digər polis əməkdaşı olan Şahid1 tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs və yanında olan şəxs tərəflərindən Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə gətirildikdə Təqsirləndirilən şəxs yanında olan şəxs həmin yerə atdığı 01 ədəd insulin və 01 ədəd fizulu götürüb Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsində videoçəkiliş vasitəsilə aparılan şəxsi axtarış və götürmə zamanı masanın üzərinə qoymuşdur. Videoçəkiliş vasitəsilə aparılan şəxsi axtarış və götürmə zamanı o orada imiş. Videoçəkiliş vasitəsilə aparılan şəxsi axtarış və götürmə zamanı müdafiəçi iştirak etmirmiş. Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı olmadan şəxsi axtarış və götürmənin həyata keçirilməsi barədə ərizə yazmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. O, Sabunçu RPİ-nin Post Patrul Xidmət Bölüyünün polis nəfəri vəzifəsində işləyir, 08 aprel 2023-cü il tarixdə saat 19:30-da Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, M.Ə.Sabir küçəsi nömrəsiz evin qarşısında inzibati ərazidə Sabunçu RPİ-nin PPXB-nin polis nəfəri Şahid2 ilə birlikdə xidmətdə olan zaman bir nəfər şəxsin özünü şübhəli apardığını gördükdə həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib şəxsiyyəti təsdiq edən sənədini təqdim etməsini xahiş etmişlər. Bu zaman həmin şəxs üzərində sənədlərinin olmadığını bildirərək verilən suallara yayındırıcı cavablar verib yayınmaq istəmişdir. Onlar həmin şəxsdən şübhələndiyindən onu Sabunçu RPİ-nin 12-ci PŞ-nə dəvət etmişlər. Polis şöbəsində həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmiş və Təqsirləndirilən şəxs hüququ vəzifələri izah olunaraq müdafiəçi ilə təmin olunmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli idman şalvarının cibindən 01 ədəd kristal formalı maddəni çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümün içərisində “patı” deyilən psixotrop maddə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş maddəni nə məqsədlə əldə edildiyi sual edildikdə, həmin maddəni Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 30 manat pul müqabilində şəxsi istifadəsi üçün alaraq üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs Sabunçu RPİ-nin 12-ci PŞ-nə dəvət edərkən və gətirilərkən ona heç bir zor tətbiq edilməmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid1 bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Şəxsi axtarış və götürmə zamanı müdafiəçi iştirak etməmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 3-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Sabunçu RPİ-nin PPXB-nin polis nəfərləri, polis serjantı Şahid1 və Şahid2 08 aprel 2023-cü il tarixli raportundan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 19:30 radələrində Sabunçu rayonu, Balaxanı qəsəbəsi, M.Ə.Sabir küçəsiz, nömrəsiz fərdi evin qarşısında inzibati ərazidə xidmət apararkən bir nəfər şəxsin özünü şübhəli apardığını görüb yaxınlaşdıqda, həmin şəxs yayınmağa çalışdığından, üzərində hər hansı qanunsuz əşya olmasından şübhələndiklərindən şəxsi PŞ-nə dəvət etmişlər, Sabunçu RPİ-nin 12-ci PŞ-də həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Cinayət işinin 24-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs 08 aprel 2023-cü il tarixli ərizəsindən görünür ki, sonuncu ərizə yazaraq, müdafiəçisinin iştirakı olmadan üzərinə baxış keçirilməsini xahiş etmişdir. Cinayət işinin 25-26-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 08 aprel 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsindən əvvəl, şübhəli şəxs Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli idman şalvarının sağ yan cibindən bir ədəd sellofana bükülmüş içərisində ağ rəngdə kristal formalı maddə olan bükümü təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə patı olduğunu, Balaxanı qəsəbəsində üzdən tanıdığı, adını bilmədiyi şəxsdən 30 manata alaraq istifadə üçün üzərində saxladığını bildirmişdir. Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən hər hansı qanunsuz predmet aşkar edilməmişdir. Aşkar edilmiş 01 ədəd büküm qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarış və götürmə zamanı “Panasonic” markalı videokamera vasitəsilə videoçəkiliş aparılmışdır. Cinayət işinin 34-37-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 09 aprel 2023-cü il tarixli, 6/2065 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №159“ dairəvi möhür əksi olan, “vətəndaş Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 2,256 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə -metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin 95-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 17 may 2023-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı qeydə alınmış videogörüntünü özündə əks etdirən bir ədəd DVD diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsindən əvvəl, şübhəli şəxs Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilir, bundan sonra Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli idman şalvarının sağ yan cibindən bir ədəd sellofana bükülmüş içərisində ağ rəngdə kristal formalı maddə olan bükümü təqdim edir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə patı olduğunu, Balaxanı qəsəbəsində üzdən tanıdığı, adını bilmədiyi şəxsdən 30 manata alaraq istifadə üçün üzərində saxladığını bildirdir. Aşkar edilmiş 01 ədəd büküm qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin 94-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış "xxxx" MMC-dən daxil olmuş 20 aprel 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına "xxxx" MMC-də mobil nömrə qeydiyyatdan keçmir. Cinayət işinin 96-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış "xxxx" MMC-dən daxil olmuş 19 may 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına "xxxx" MMC-də mobil nömrə qeydiyyatdan keçmir. Cinayət işinin 98-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Sabunçu RPİ-nin 12-ci PŞ-dən daxil olmuş 18 iyul 2023-cü il tarixli, ********* nömrəli məktubdan görünür ki, keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminin mənbəyini müəyyən etmək mümkün olmamış, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması müəyyən edilməmişdir. Cinayət işinin 107-112-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X1 31 iyul 2023cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminin mənbəyini müəyyən etmək üçün hazırki cinayət işindən material ayrılaraq araşdırılması üçün Sabunçu RPİ-nin 12-ci PŞ-nə göndərilmişdir. Məhkəmə iclasında dindirilərkən Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, mütəmadi olaraq narkotik vasitədən istifadə edir, lakin, saxlanılan zaman üzərində narkotik vasitə olmamışdır, onun yanında olan şəxsin üzərində maddə olmuş, o, döyüldüyü üçün üzərində psixotrop maddə olmasını bildirmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmədə ibtidai istintaq zamanı verdiyi ifadələrindən fərqli ifadə verməsini, ona elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməlinin törədilməsində iştirakını inkar etməsini araşdırılmış sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli təhlil edib onun bu barədə verdiyi ifadələrini özünümüdafiə və cinayət məsuliyyətindən boyun qaçırmağa cəhd kimi qiymətləndirir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının qorunması sahəsində məhkəmələrin fəaliyyəti haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 mart 2000-ci il tarixli qərarın, Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin qətnaməsi ilə qəbul edilmiş «İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqət alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiyanın» və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının müvafiq tövsiyyələrinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN-nin Sabunçu RPİ-nin 12-ci PŞ-nin polis əməkdaşları tərəfindən işgəncəyə məruz qalıbqalmamasını, saxlanıldığı istintaq Təcridxanasına daxil olan zaman bədəni üzərində xəsarətlərin olub-olmamasını müəyyən etmək üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına, Bakı şəhəri, Sabunçu rayon prokurorluğuna sorğu ilə müraciət edilmişdir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 28.4.2-ci maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrə təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları araşdırmaq vəzifəsi qoyulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından daxil olmuş 11 sentyabr 2023-cü il tarixli, 3-16-17/38/2-6228/2023 saylı məktubdan və məktuba əlavə edilmiş tibbi kitabçanın kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs təcridxanaya daxil olan zaman müayinə zamanı, bədənində xəsarətlər aşkar edilməmiş, bədəni üzərində yalnız köhnə çapıq toxumalar aşkar edilmişdir. Həmçinin, Bakı şəhəri, Sabunçu rayon prokurorluğundan daxil olmuş 11 sentyabr 2023-cü il tarixli, 3161-xid-23 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs, Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşları tərəfindən təzyiq və işgəncələrə məruz qalması ilə bağlı rayon prokurorluğuna hər hansi bir məlumat daxil olmamış və bu barədə araşdırma aparılmamışdır. Bundan başqa, təqsirləndirilən şəxs , Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarışın görüntülərini özündə əks etdirən bir ədəd DVD diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, sonuncu könüllü olaraq cibindən narkotik vasitəni çıxarıb təqdim edərək, özünə məxsus olduğunu bildirmişdir. Məhkəmə, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını, əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif olunmuş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2005-ci il tarixli və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qanunlarının tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qanuna əsasən “metamfetamin”in 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda külli miqdar hesab edilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. (mad 1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 93-cü vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 19 aprel 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilərək araşdırılmış şəxsiyyət vəsiqəsinin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağı – xx.xx.2013-cü il təvəllüdlü X7 vardır. Cinayət işinin 99-100-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi X3 11 aprel 2023-cü il tarixli 2091 saylı ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyatda alınması məsləhət görülür. Cinayət işinin 102-103-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X3 ambulator məhkəmə-psixiatrik ekspertizasının 11 iyul 2023- cü il tarixli, 1883 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Buna cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs öz psixi vəziyyətinə görə barəsində aparılan istintaq hərəkətlərinin mahiyyətini dərk etmək, onlara uyğun istintaq hərəkətlərində iştirak etmək imkanına malikdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə (08 aprel 2023-cü il tarixdə) öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci madddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxsov Adil oğlu ona ittiham elan olunan zaman həmin ittihamın mahiyyətini dərk etmək iqtidarında olmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunduğu və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93-1-ci maddəsinə əsasən onun barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməsini və ərazi narkoloji dispanserində qeydiyyata alınmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının başlanğıcı müvafiq olaraq 08 aprel 2023cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 14-cü vərəqəsində olan 08 aprel 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin 75-78-ci vərəqələrində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 aprel 2023-cü il tarixli, 4(008)-288/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 08 aprel 2023-cü il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, aparılmış ekspertiza tədqiqatdan sonra qalıq qalmış 2,206 qram çəkidə qalan psixotrop maddə metamfetamin məhv edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həl etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, cinayət yolu ilə əldə edilmiş əmlak müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında”, xx.xx.2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 08 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, aparılmış ekspertiza tədqiqatdan sonra qalıq qalmış 2,206 qram çəkidə qalan psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Səbinə Məmmədzadə Əli Məmmədov
Məhkəmə qərarları › İş №1(101)-1910/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1910/2023
27.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver