Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1913/2024 18.09.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi ilə, hakimlər Məmmədzadə Səbinə Adil qızı, Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokurorları Dövlət ittihamçısı və X3, müdafiəçi- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1987-ci il tarixdə Ağstafa rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə edib üzərində və mənzilində saxlamaqla daşımış və satmışdır. Belə ki, o, qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitələri və psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, daşıma və satma niyyəti ilə şəxsiyyəti naməlum «Habil» adlı İran İslam Respublikasının vətəndaşı ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq sonuncunun qanunsuz olaraq satış məqsədi ilə naməlum mənbədən və naməlum vaxtda əldə edərək, naməlum qaydada Bakı şəhəri ərazisində yerləşdirdiyi təmiz çəkisi 2209,868 qram təşkil edən ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən külli miqdarda metamfetamini və təmiz çəkisi 575,0 qram təşkil edən bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda qurudulmuş marixuananı həmin yerdən götürüb əldə edərək sonradan şəxsiyyəti naməlum «Habil» adlı şəxsin təlimatı ilə onun deyəcəyi naməlum şəxslərə çatdırılması üçün ayrıayrı yerlərə qoymaq üçün üzərində saxlamaqla kirayədə yaşadığı ünvan 3 ünvanında olan məişət saxlanc otağında olan ütü masasının üzərində saxlamış, o, qrup üzvləri arasında olan cinayətkar razılaşmaya uyğun olaraq 24 oktyabr 2023 tarixdə saat 15 radələrində “Habil” adlı şəxsin təlimatı ilə sonuncuya çatdırmaq üçün qeyd edilən psixotrop maddə metamfetaminin təmiz çəkisi 49,868 qram olan hissəsini ayırıb əynində olan göy rəngli şalvarın sol yan cibinə qoyaraq yaşadığı evdən çıxıb piyada hərəkət edən zaman Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 15:00 dəqiqədə Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 114 ünvanının yaxınlığında saxlanılaraq Baş İdarənin inzibati binasına gətirilmiş, orada üzərinə şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli şalvarın sol yan cibindən təmiz çəkisi 49,868 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən külli miqdarda metamfetamin aşkar olunaraq götürülmüş, bundan sonra keçirilən əməliyyat-axtarış tədbirlərinin davamı olaraq 24 oktyabr 2023-cü il tarixdə saat 17:50 dəqiqədən etibarən onun kirayə yaşadığı ünvan 3 ünvanına baxış keçirilən zaman məişət saxlanc otağında olan ütü masasının üzərində bir ədəd ağ rəngli sellofan bükümdə içərisində təmiz çəkisi 1090 qram ağ rəngli kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən külli miqdarda metamfetamin, 1 (bir) ədəd göy rəngli sellofan bükümdə plastik qabda təmiz çəkisi 1070 qram olan ağ rəngli kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən külli miqdarda metamfetamin, 1 (bir) ədəd qırmızı rəngli torbanının içərisində bir ədəd ağ rəngli sellofana bükülmüş içərisində təmiz çəkisi 575,0 qram bitki mənşəli kütlə,tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş külli miqdarda marixuana və 1 (bir) ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitənin marixuana növündən çəkmək yolu ilə istifadə edir. O, 24 oktyabr 2023cü il tarixdə saat 15:00 radələrində Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 114 ünvanının yaxınlığında saxlanılan zaman üzərində narkotik vasitə yox imiş və yanında bacısı oğlu var imiş. O, bacısı oğlu və ona edilən təzyiq altında narkotik vasitəni boynuna götürmüşdür. O, saxlanılarkən onun üzərində bank kartı, şəxsi sənədləri, pasport, sürücülük vəsiqəsi, maşınının açarı var imiş. Polis əməkdaşları onun şəxsi əmlakını talan etmişlər, onun “Kapital Bank” kartından 2.000 manata yaxın pul çəkmişlər, lizinq şirkətindən əldə olunan “BMW” markralı maşınını saxtakarlıqla satışa çıxarıb, pulu əldə etmişlər. Maşını polis əməkdaşlarında olan zaman yaxınları maşınını qaytarmaları üçün müraciət etmişlər. Lakin polis əməkdaşları bildirmişlər ki, maşın onlarda deyil, Polis İdarəsindədir. Sonradan yaxınları lizinq şirkətinə müraciət etmişlər və şirkət bildirmişdir ki, maşın satışa çıxarılmışdır. O, maşına 8.000-10.000 manat arası pul ödəmişdir. Belə ki, o lizinq şirkətinə 3 ayın ödənişini etmiş və hələ müddətin bitməsinə 3 ay var imiş. Hazırda maşın satışa çıxarıldığı üçün ödədiyi 8.000-10.000 manat pul da batmışdır. Maşın o həbsdə olarkən satışa çıxarılmışdır. O, maşınını qaytarmaları üçün müstəntiqə, sanksiya zamanı hakimə müraciət etmişdir. Yaxınları dəfələrlə 102 xidmətinə şikayət etmişlər. Polis əməkdaşları onun evindən qızıl saat, üzük götürmüşdür. Onun mənzilinə baxış zamanı heçnə aşkar olunmamışdır. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, istintaq zamanı o verdiyi ifadələrlə tanış olmuş və təsdiq etməyərək imzalamamışdır. Lizinqdə ödənişlə bağlı qəbzləri polis əməkdaşları məhv etmişlər. Bacısı oğlunu da polislər döymüşlər. Onun evindən narkotik vasitə, tərəzi aşkar olunmamışdır. O, “Habil” adlı şəxsi tanımır, heç bir əlaqəsi yoxdur. Polis əməkdaşları demişdir ki, Habil adlı şəxs həbs edilməsi üçün onlara lazımdır və buna görə o videoçəkilişdə Habilin adını çəksin. Onu saxlayan polis əməkdaşları kartındakı pulu götürmüşlər. Onlardan birinin adı Azər imiş. O, saxlanılarkən özlərini təqdim etmələrini bildirsə də onlar özlərini təqdim etməmişlər. Sonra Azər ona vəsiqəsini göstərərək polis əməkdaşı olduğunu bildirmişdir. Tutulan zaman üzərində və evində narkotik vasitə olmamış, o, istintaq zamanı təzyiq altında ifadə vermişdir. Onu Azər adlı və adlarını bilmədiyi digər polis əməkdaşları döymüşlər. Lakin, onun bədənində gözlə görünən xəsarət yox imiş. Cinayət işinin 78-79-cu vərəqələrində olan şəxsi axtarış və götürmə aparılması haqqında protokola və protokoldakı imzaya, cinayət işinin 83-84-cü vərəqələrində olan mənzilə baxış aparılması haqqında protokola və protokoldakı imzaya əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, imzalar onun imzasıdır. O, protokolları fiziki təzyiq altında imzalamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edilmiş və ifadələrinin sonunda olan imza ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 1-ci cild 86-cı vərəqəsində olan izahatında, cinayət işinin 1-ci cild 107-109 və 1-ci cild 119-121-ci vərəqələrində olan ifadələrində Təqsirləndirilən şəxs aşağıdakıları göstərmişdir: … «...24 oktyabr 2023-cü ildə saat 15 radələrində Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 114 ünvanının yaxınlığında piyada hərəkət edərkən 3 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini BNMİ-nin əməkdaşları kimi təqdim edərək mənim qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində, satışında şübhəli olduğumu bildirərək, xidməti vəsiqələrini göstərərək, barəmdə əməliyyat - axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib məni DİN-nin BNMİ-nin inzibati binasına dəvət etdilər. Polis İdarəsində dəvət olunmuş müdafiəçinin iştirakı ilə mən şübhəli şəxs qismində tutuldum. Mənə hüquq və vəzifələrim elan olundu və buna dair bildiriş təqdim edildi. Bundan sonra mənim üzərimə baxış keçirilməyə başlanıldı. Şəxsi axtarış zamanı mənə üzərimdə olan qanunla qadağan olunmuş əşya var. Mənə onları təqdim etməyim təklif olundu. Bu təklifdən sonra mən əynimdə olan göy rəngli şalvarımın sağ yan cibindən iki ədəd yaşdığım evin açarını, bir ədəd avtomobil açarı, iki ədəd telefonumu, sol yan cibində isə saxladığım bir ədəd bükümdə içərisində psixotrop maddə metamfetamin olan bükülünü masanın üzərinə qoydum. Bundan sonra mən yaşadığım Yasamal rayonu, İnşaatçılar prospekti 114, mənzil 42 ünvanında da narkotik vasitələrin olduğunu bildirdim. Daha sonra razılıq ərizəm əsasında müdafiəçi və polis əməkdaşları ilə birlikdə yaşadığım evə getdik. Orada evin qapısı tərəfimdən açıldı və mənzilin məişət əşyalarının saxlanıldığı yerdə olan ütü masasının üzərində saxladığım bir ədəd içərisində 2 ədəd bükümdə metamfetamini, 1 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuananı və 1 ədəd elektron tərəzini təqdim etdim. Üzərimdən və yaşadığım evdə aşkar olunaraq götürümüş narkotik vasitə və psixotrop maddəni sosial şəbəkə vasitəsi ilə tanış olduğum özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən "Habil" adlı şəxsdən Yasamal rayonu ərazisindən 6 gün əvvəl almışam. Onun dediyi yerlərə qoymaq şərti ilə üzərimdə və mənzilimdə saxlamışam. Narkotik vasitə və psixotrop maddəni payladıqdan sonra qarşılığında "Habil" mənə 2000 manat ödəniş etməli idi. ...» Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, imzalar onun imzasıdır. O, izahatı və protokolları fiziki təzyiq altında imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası DİN-in BNMİ-də əməliyyat müvəkkili vəzifəsində işləyir. BNMİnə Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında idarənin əməliyyat müvəkkilləri Şahid2, Şahid1 iştirakları ilə əməliyyat qrupu yaradılmışdır. 24 oktybar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 114 ünvanının qarşısında piyada hərəkətdə olan zaman saxlanılmış, tərəflərindən ona narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində və satışında şübhəli olduğu izah olunaraq BNMİ-nə dəvət edilmişdir. Təqsirləndirilən şəxs könüllü olaraq onlarla İdarəyə gəlmişdir. Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunmuş, hüquq və vəzifələri izah olunmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarının cibindən bir ədəd sellofan bükümdə metamfetaminə bənzər maddəni təqdim etmişdir. Təqsirləndirilən şəxs Oqtay oğlu bildirmişdir ki, ondan aşkar olunmuş psixotrop maddəni 6 gün əvvəl İran İslam Respublikası vətəndaşı “Habil” adlı şəxsdən satış məqsədi ilə əldə etmiş, həmçinin yaşadığı ünvan 4 ünvanında da narkotik vasitə və psixotrop maddə saxladığını qeyd etmişdir. Təqsirləndirilən şəxs razılıq ərizəsi əsasında 24 oktyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı Yasamal rayonu, İnşaatçılar prospekti, ev 114, mənzil 42 ünvanına baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs mənzilin məişət saxlanc otağında olan ütü masasının üzərindən marixuana və metamfetaminə bənzər bükümlər, elektron tərəzini təqdim etmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid3 bildirmişdir ki, istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Əməliyyat tədbirində o və digər 2 əməkdaş iştirak etmişlər. Mənzildən metamfetamin və marixuana, elektron tərəzi aşkar olunmuşdur. Mənzildən avtomobilə aid nəsə aşkar olunması yadında deyil. Avtomobil Cəlalın yanında imiş. Təqsirləndirilən şəxs özü etiraf etmişdir ki, narkotik vasitəni satış məqsədi ilə İran vətəndaşından əldə etmişdir. Təqsirləndirilən şəxs telefonunda olan yazışmalar barədə məlumatı yoxdur, bu təhqiqatçının işidir. Cəlal saxlanılarkən tək olmuşdur. Cəlal axtarış zamanı təxminən 50 qrama yaxın metamfetamin təqdim etmiş, evdə isə daha çox imiş. Evdə təxminən 2 kiloqrama yaxın metamfetamin və marixuana aşkar olunmuşdur. O, aşkar olunan maddələrin miqdarlarını dəqiq xatırlamır, unutmuşdur. Onlar Təqsirləndirilən şəxs maşınını satmamış, özünü döyməmiş, kartındakı pulu götürməmişlər. Bu sözlər təqsirləndirilən şəxslərin işlətdikləri şablon ifadələrdir. Onlar Təqsirləndirilən şəxs saxlayanda maşını yanında imiş. Onlar Cəlalın maşınını qoyub gedə bilməzmişlər. Odur ki, Cəlalı İdarəyə gətirərkən maşını da İdarəyə gətirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası DİN-in BNMİ-də əməliyyat müvəkkili vəzifəsində işləyir. Ona Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında idarənin əməliyyat müvəkkilləri Şahid2, Şahid3 iştirakları ilə əməliyyat qrupu yaradılmışdır. 24 oktyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 114 ünvanının qarşısında piyada hərəkətdə olan zaman saxlanılmış, tərəflərindən ona narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində və satışında şübhəli olduğu izah olunaraq BNMİ-nə dəvət edilmişdir. Təqsirləndirilən şəxs könüllü olaraq onlarla İdarəyə gəlmişdir. Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunmuş, hüquq və vəzifələri izah olunmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarının cibindən bir ədəd sellofan bükümdə metamfetaminə bənzər maddəni təqdim etmişdir. Təqsirləndirilən şəxs Oqtay oğlu bildirmişdir ki, yaşadığı Yasamal rayonu, İnşaatçılar prospekti 114, mənzil 42 ünvanında da bir qədər miqdarda narkotik vasitə saxlayır. Təqsirləndirilən şəxs razılıq ərizəsi əsasında 24 oktyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı Yasamal rayonu, İnşaatçılar prospekti, ev 114, mənzil 42 ünvanına baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs mənzilin məişət saxlanc otağında olan ütü masasının üzərindən marixuana və metamfetaminə bənzər bükümlər təqdim etmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid1 bildirmişdir ki, istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Təqsirləndirilən şəxs qarşı fiziki və psiki təzyiq olmamış, Təqsirləndirilən şəxs özünü çox tərbiyəli aparmışdır. Şəxsi axtarış zaman o və digər 2 əməliyyatçı, təhqiqatçı və vəkil iştirak etmişdir. Videoçəkiliş aparılmış, baxış aparsalar əməkdaşların iştirak etdiklərini görmək olar. Mənzildən marixuana və metamfetaminə bənzər bükümlər aşkar olunmuşdur. Mənzildən avtomobilə aid sənədlər aşkar olunmamış, götürülməmişdir. Təqsirləndirilən şəxs yaşadığı evdəki narkotik vasitəni, psixotrop maddəni 6 gün əvvəl İran İslam Respublikası vətəndaşı “Habil” adlı şəxsdən satış məqsədi ilə əldə etdiyini bildirmişdir. Cəlalın telefonunda İran nömrəsi var imiş, nömrə yadında qalmamışdır. Cəlalın maşınını satmamışlar, özünü döyməmişlər, kartındakı pulu götürməmişlər. Cəlalın maşınını təhqiqatçı vermiş, maşının sahibi maşını götürmüşdür. Cəlalın anası ona müraciət etmiş və o anasına kömək üçün onu həmin şəxsə yönəltmişdir. Sonra Cəlalın anası bildirmişdir ki, 1000 manat pulu almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-in BNMİ-nin əməliyyat müvəkkili Şahid2 eyni məzmunlu ifadə verərək, şahidlər Şahid1 və Şahid3 dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 1-ci cild 52-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-nin BNMİ-nin x.m.i.ü baş əməliyyat müvəkkili, polis polkovnik leytenantı Şahid1 24 oktyabr 2023-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edərək, Bakı şəhəri, Yasamal rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə etimad doğuran, qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Cinayət işinin 1-ci cild 53-54-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 24 oktyabr 2023-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edərək, Bakı şəhəri, Yasamal rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Cinayət işinin 1-ci cild 101-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli, 5(004)-1153/2023 nömrəli qərarına əsasən, Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 24 oktyabr 2023-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarı qanuni hesab edilmişdir. Cinayət işinin 1-ci cild 57-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general-mayoru İslam Hümbətovun 24 oktyabr 2023-cü il tarixli, 3-13-7/Ə362/2023 nömrəli Əmrindən görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edərək, Bakı şəhəri, Yasamal rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat qrupu yaradılmışdır. Cinayət işinin 1-ci cild 58-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 24 oktyabr 2023-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs yuxarıdakı tarixdə şübhəli şəxs qismində saxlanılmış, BNMİ-nin inzibati binasına gətirilmişdir. Cinayət işinin 1-ci cild 78-79-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 24 oktyabr 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında qərardan görünür ki, şəxsi axtarış başlamazdan əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən dövriyyəsi qadağan edilmiş, narkotik vasitə və ya iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və sənədləri təqdim etməsi təklif edilmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarının sol yan cibindən bir ədəd sellofan bükümdə içərisində ağ rəngli, kristalşəkilli psixotrop maddə metamfetaminə bənzər kütləni masanın üzərinə qoymuşdur. Daha sonra onun üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan həmin şalvarın sağ yan cibindən 2 ədəd ev açarı, 1 ədəd avtomobil açarı,1 ədəd içərisində ***- ***-**-** sim kart nömrəsi olan “Samsung” markalı mobil telefon ,1 ədəd içərisində ***-***- **-** sim kart nömrəsi olan“Tecno pop" markalı mobil telefon və 20(iyirmi) manat pul aşkar olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkildikdə, çəkisi 56 qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs ondan aşkar olunaraq götürülmüş psixotrop maddəni sosial şəbəkə vasitəsilə tanidığı “Habil” adlı şəxsdən satış məqsədi ilə əldə etdiyini, Habil adlı şəxsin Yasamal rayonu ərazisində gizlədilmiş yerdən sonuncunun qeyd etdiyi ünvanlara və şəxslərə çatdırmaq məqsədi ilə 6 gün əvvəl əldə etdiyini, bunun müqabilində sonuncudan 2000 manat pul aldığını, üzərində aşkar edilmiş psixotrop maddədən başqa yaşadığı Yasamal rayonu, İnşaatçılar prospekti, ev 114, mənzil 42 ünvanında narkotik vasitə olduğunu, evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə heç bir etirazı olmadığını bildirmişdir. Ev və avtomobil açarları, 20 manat pul onun özünə qaytarılmışdır. Şəxsi axtarış və götürmə zamanı «Sony» markalı videokamera vasitəsilə videoçəkiliş aparılmışdır. Cinayət işinin 1-ci cild 81-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs 24 oktyabr 2023-cü il tarixli ərizəsindən görünür ki, sonuncu ərizə yazaraq, yaşadığı ünvan 2 ünvanına polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etməmişdir. Cinayət işinin 83-84-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 24 oktyabr 2023-cü il tarixli mənzilə baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanına baxış keçirilən zaman, Təqsirləndirilən şəxs həmin ünvanda hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs saxlanc otağındakı ütü masasının üzərindən 2 ədəd torbanı, 1 ədəd elektron tərəzini təqdim etmişdir. Həmin bir ədəd ağ rəgli torbanın içərisindən 1 (bir) ədəd ağ sellofanda ağ rəngli kristalşəkilli psixotrop maddə olan metamfetaminə bənzər kütlə, 1 (bir) ədəd göy rəngli sellofan bükümdə plastik qabda ağ rəngli kristalşəkilli psixotrop maddə olan metamfetaminə bənzər kütlə, digər 1 (bir) ədəd qırmızı rəngli torbanının içərisindən 1 (bir) ədəd şəffaf sellofanda açıq yaşıl rəngli narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Bundan sonra həmin kütlələr elektron tərəzidə çəkildikdə, qurudulmuş marixuananın kütləsi 610 qram, metamfetaminə bənzər kütlənin ümumilikdə çəkisi 2kq 255 qram olmuşdur. Daha sonra həmin kütlələr və 1 ədəd elektron tərəzi qablaşdırılaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı mənzilin digər hissələrinə baxış keçirildikdə, narkotik vasitə, psixotrop maddə, qanunla dövriyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və sənədlər aşkar edilməmişdir. Baxış zamanı «Sony» markalı videokamera vasitəsilə videoçəkiliş aparılmışdır. Cinayət işinin 1-ci cild 91-96-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-6/5708 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №7” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan paketdəki bir ədəd bükümdə təmiz çəkisi 49,868 qram ağ rəngli kristallik maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə -metamfetamindir. Tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №7” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilmiş kütlələr və elektron tərəzi şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan bağlamadaki bir ədəd polietilen torbada təmiz çəkisi 1090 qram və bir ədəd göy rəngli plastik qabda təmiz çəkisi 1070 qram, ümumi təmiz çəkisi 2160 qram kristallşəkilli maddələr kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, bir ədəd üzərində “SH-125” yazısı olan elektron tərəzinin üzərində metamfetaminin izləri vardır. Təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar edilərək götürülmüş metamfetaminin ümumi təmiz çəksi 2209,868 qram (2 kq 209,868 qram) təşkil edir və həmin metamfetamin xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynilik təşkil edir. Təqdim edilmiş Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş elektron tərəzinin üzərində metamfetamin iz şəklində olduğu üçün,metamfetaminin təmiz çəkiləri və bükümlərindəki metamfetaminlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılara əsəsən metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxildir. Cinayət işinin 1-ci cild 97-101-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 oktybar 2023-cü il tarixli 3-16-16/2-7/1489 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs yaşadığı mənzildə aşkar edilmiş kütlələr və elektron tərəzi” yazılar və imzalar olan birinci polietilen bağlamada 1 ədəd sellofan torbada təmiz çəkisi 575,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır. Təqdim olunmuş ikinci polietilen bağlamada olan bir ədəd elektron tərəzinin üzərində bitki mənşəli narkotik vasitənin hissəcikləri yoxdur. Bitki mənşəli narkotik vasitənin hissəcikləri olmadığı üçün onunla müqayisəli tədqiqat aparılmamışdır. Cinayət işinin 1-ci cild 110-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 25 oktybar 2023-cü il tarixli “Videoyazıya baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı qeydə alınmış videogörüntünü özündə əks etdirən DVD diskə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsi təklif edilir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarının sol yan cibindən bir ədəd sellofan bükümdə içərisində ağ rəngli, kristalşəkilli psixotrop maddə metamfetaminə bənzər kütləni masanın üzərinə qoyur. Daha sonra onun üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan həmin şalvarın sağ yan cibindən 2 ədəd ev açarı, 1 ədəd avtomobil açarı, 1 ədəd içərisində “Samsung” markalı mobil telefon ,1 ədəd “Tecno pop” markalı mobil telefon və 20 manat pul aşkar olunaraq götürülür. Aşkar olunmuş kütlə içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs ondan aşkar olunaraq götürülmüş psixotrop maddəni sosial şəbəkə vasitəsilə tanıdığı “Habil” adlı şəxsdən satış məqsədi ilə əldə etdiyini, Habil adlı şəxsin Yasamal rayonu ərazisində gizlədilmiş yerdən sonuncunun qeyd etdiyi ünvanlara və şəxslərə çatdırmaq məqsədi ilə 6 gün əvvəl əldə etdiyini, bunun müqabilində sonuncudan 2000 manat pul aldığını, üzərindən aşkar edilmiş psixotrop maddədən başqa yaşadığı Yasamal rayonu, İnşaatçılar prospekti, ev 114, mənzil 42 ünvanında narkotik vasitə olduğunu, evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə heç bir etirazı olmadığını bildirir. Ev və avtomobil açarları, 20 manat pul onun özünə qaytarılır. Cinayət işinin 1-ci cild 111-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 25 oktybar 2023-cü il tarixli “Videoyazıya baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirilməsi zamanı qeydə alınmış videogörüntünü özündə əks etdirən DVD diskə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, baxış zamanı Təqsirləndirilən şəxs həmin ünvanda hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs saxlanc otağındakı ütü masasının üzərindən 2 ədəd torbanı, 1 ədəd elektron tərəzini təqdim edir. Həmin bir ədəd ağ rəgli torbanın içərisindən 1 (bir) ədəd ağ sellofanda ağ rəngli kristalşəkilli psixotrop maddə olan metamfetaminə bənzər kütlə, 1 (bir) ədəd göy rəngli sellofan bükümdə plastik qabda ağ rəngli kristalşəkilli psixotrop maddə olan metamfetaminə bənzər kütlə, 1 (bir) ədəd ağ sellofanda ağ rəngli kristal şəkilli psixotrop maddə olan metamfetaminə bənzər kütlə, digəri (bir) ədəd qırmızı rəngli torbanının içərisindən 1 (bir) ədəd şəffaf sellofana açıq yaşıl rəngli qurudulmuş marixuanaya bənzər kütləni təqdim edir. Bundan sonra həmin kütlələr elektron tərəzidə çəkilir. Daha sonra həmin kütlələr və 1 ədəd elektron tərəzi qablaşdırılaraq götürülür. Cinayət işinin 1-ci cild 166-169-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kompüter texniki ekspertizasının 19 fevral 2024-cü il tarixli 5/104 nömrəli ekspert rəyindən görünür ki; 1.Təqdim edilmiş bir ədəd sensor ekranlı “Android” əməliyyat sistemi ilə təhciz olunmuş “Samsung Galaxy A20s” markalı arxa markalanma göstəricisinə görə “SM- A207F/DS” modelli “3532xx/xx/150690/0, 3532xx/xx/150690/8” imei kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Təqdim edilmiş bir ədəd sensor ekranlı ’’Android” əməliyyat sistemi ilə təhciz olunmuş “Tecno Pop 6Pro” markalı mobil smartfon hal-hazırda işlək vəziyyətdədir.
2. Rəyin “Tədqiqi hissəsi”nin 2-ci bəndində göstərilən səbəblərə görə təqdim edilmiş “Tecno Pop 6Pro” markalı mobil smartfonun “imei” kodunu və modelini müəyyən etmək mümkün olmamışdır. 3.Rəyin “Tədqiqi hissəsi”nin 3-cü bəndində göstərilən səbəblərə görə təqdim edilmiş “Samsung Galaxy A20s” markalı arxa markalanma göstəricisinə görə “SM- A207F/DS” modelli və “Tecno Pop 6Pro” markalı mobil smartfonların yaddaşından məlumatları silmədən istifadəçi tərəfindən tətbiq edilmiş qrafik təsvir ilə mühafizə olnan ekran klidini ləğv etmək mümkün olmamışdır. 4.Rəyin “Tədqiqi hissəsi”nin 3-cü bəndində göstərilən səbəblərə görə təqdim edilmiş “Samsung Galaxy A20s” markalı arxa markalanma göstəricisinə görə “SM- A207F/DS” modelli və “Tecno Pop 6Pro” markalı mobil smartfonların yaddaşında hər hansı bir məlumatın olub olmaması, eləcə də həmin mobil smartfonların yaddaşından hər hansı bir məlumatın pozulub-pozulmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmamışdır. Cinayət işinin 1-ci cild 251-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış baxış keçirilməsi haqqında 24 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə daxil olan və çıxan zəngləri, sms məlumatlarını özündə əks etdirən "xxxx" MMC-dən daxil olmuş bir ədəd CD- R diskə baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. Cinayət işinin 1-ci cild 151-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Yasamal RPİ-dən daxil olmuş 21 noyabr 2023-cü il tarixli, 091-525 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələr və psixotrop maddələrin satışı ilə məşğul olması müəyyən edilmişdir. Cinayət işinin 2-ci cild 50-53-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Yasamal RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru X2 24 may 2024-cü il tarixli cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs əlbir olduğu şəxsiyyəti naməlum İran İslam Respublikasının vətəndaşı «Habil» adlı şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə hazırki cinayət işindən ********* nömrəli ayrıca icraata cinayət işi ayrılmışdır. Məhkəmə iclasında dindirilərkən Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək göstərmişdir ki, onun nə üzərində, nə də yaşadığı mənzildə narkotik vasitə olmamış, polis əməkdaşları tərəfindən ona təzyiq göstərildiyi üçün o istintaq zamanı etirafedici ifadəyə qol çəkmişdir. Məhkəmə kollegiyası, Təqsirləndirilən şəxs məhkəmədə, ibtidai istintaq zamanı verdiyi ifadələrindən tam fərqli, bir-birinə zidd ifadələr verib ona elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməllərininin törədilməsində iştirakını inkar etmələrini araşdırılmış sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli təhlil edib onların məhkəmədəki ifadələrinin təkzib olunduğunu, ibtidai istintaq zamanı verdiyi ifadələrinin ittihamın mahiyyətinə uyğun hissəsinin isə öz təsdiqini tapdığını və onun məhkəmə iclasında verdiyi ifadəsini özünümüdafiə və məsuliyyətini yüngülləşdirmək xarakter daşıdığı qənaətinə gəlir. Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma külli miqdarda törədildikdə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur ki, hazırki halda satış məqsədi ilə əldə edilməsi sübuta yetirilmiş narkotik vasitənin təqsirləndirilən şəxsin konkret kimə, nə vaxt narkotik vasitəni satmasının müəyyən edilməməsi onun həmin narkotik vasitəni məhz şəxsi istifadəsi üçün əldə etməsinə dəlalət edən hal kimi qiymətləndirilə bilməz. Belə ki, maddənin dispozitiv şərtlərindən görünür ki, AR CM-nin 234.4.3-cü maddəsinin tərkibinin yaranması üçün əsas şərt narkotik vasitənin satılması yox, məhz satış məqsədi ilə əldə edilməsi, saxlanılması və ya daşınmasıdır ki, həmin narkotik vasitənin kimə satılması, ümumiyyətlə satışın həyata keçirilib-keçirilməməsi əməlin tövsifi üçün əhəmiyyət kəsb etməyən hallardandır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 21 noyabr 2023-cü il tarixli qanununa əsasən psixotrop maddə metamfetaminin 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda külli miqdar, 400 qramdan artıq xüsusilə külli miqdar, “qurudulmuş marixuana”nın 5 qramı şəxsi istehlak miqdarından artıq, 500 qramından artıq miqdarda külli miqdar, 50.000 qramından artıq miqdarda isə xüsusilə külli miqdar hesab edilir. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən birlikdə aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 575 qram narkotik vasitə qurudulmuş marixuana şəxsi istehlak miqdarından 115 dəfə çox, 2209,868 qram psixotrop maddə metamfetamin isə şəxsi istehlak miqdarından 14.732 dəfə çox olmuşdur ki, qeyd olunan hal da onun narkotik maddəni məhz satış məqsədi ilə əldə etdiyinə dəlalət edən hallardan biridir. Həmçinin, cinayət işinin 2-ci cild 28-33-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış baxış keçirilməsi haqqında 24 may 2024-cü il tarixli mobil operatordan daxil olmuş CD-R diskinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə daxil olan və çıxan zəngləri, sms məlumatlarını özündə əks etdirən "xxxx" MMC-dən daxil olmuş bir ədəd CD- R diskə baxış zamanı aşağıdakı məzmunda sms mətnləri olması müəyyən edilmişdir; -xx.xx.2023-cü ildə saat 03:53-də ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**-** mobil nömrəsinə “qaqa kola var”; -xx.xx.2023-cü ildə saat 01:45-də Təqsirləndirilən şəxs ***-***-**-** mobil nömrəsindən ***-***-**-** nömrəsinə “X8 Var yanimda”; -xx.xx.2023-cü ildə saat 02:01-də ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs ***- ***-**-** mobil nömrəsinə “qaqa gozdiyram 05 imkan olsa 2 nol beş ela 1 in sabah verərəm”; xx.xx.2023-cü ildə saat 16:49-da ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs ***- ***-**-** mobil nömrəsinə “qaqa bir tana ot bir qram patl naq pula harda gorusej qaqa mene zeng ele biraz tez zeng ele” məzmunlu mesaj mətnləri göndərilmişdir. Bundan başqa, istintaq dövründə verilmiş müvafiq ekspertiza rəyindən göründüyü kimi, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə halları olmuşdur. Həmçinin, məhkəmə iclasında dindirilən zaman Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qaldığı üçün etirafedici ifadələr verdiyini bildirmişdir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 28.4.2-ci maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrə təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları araşdırmaq vəzifəsi qoyulmuşdur. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının qorunması sahəsində məhkəmələrin fəaliyyəti haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 mart 2000-ci il tarixli qərarın, Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin qətnaməsi ilə qəbul edilmiş «İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqət alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiyanın» və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının müvafiq tövsiyyələrinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncəyə məruz qalıb-qalmamasını müəyyən etməkdən ötrü Bakı şəhəri, Yasamal rayon prokurorluğuna və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı istintaq Təcridxanasına sorğu ilə müraciət edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı istintaq Təcridxanasından daxil olmuş 22 iyul 2024-cü il tarixli, 3-16-17/40/2-4816/2024 nömrəli məktubdan və məktuba əlavə edilmiş tibbi kitabçanın surətindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət aşkar edilməmişdir. Bakı şəhəri Yasamal rayon prokurorluğundan daxil olmuş 25 iyul 2024-cü il tarixli, 2- 2/321/3-054044/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalması faktı ilə bağlı Yasamal rayon prokurorluğunda araşdırma aparılmamışdır. Məhkəmə, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunmuş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2005-ci il tarixli və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 21 noyabr 2023-cü il tarixli qanununlarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasiətələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrə izah edilsin ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Həmin Plenumun 9-cu bəndinə əsasən, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 2-ci cild 21-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin 1-ci cild 160-161-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 17 noyabr 2023-cü il tarixli, 7525 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərdən və psixostimulyatorlardan istifadə etmə halları olub. Lakin, halhazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Cəlilov X1 xəstəliyindən Əzab Çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 1-ci cild 163-164-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsinin 17 noyabr 2023-cü il tarixli, 3187 nömrəli ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Təqsirləndirilən şəxs ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə müvafiq olaraq cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə kollegiyası belə hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirlərinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq 24 oktyabr 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət 1-ci cild 64-cü vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 24 oktyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin 1-ci cild 128- 133-cü vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli, 4(004)-835/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 24 oktyabr 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası DİN-in Yasamal RPİ-nin Növbətçi Hissəsində saxlanılan iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 (bir) ədəd sellofan bükümdə 49,768 qr psixotrop maddə metamfetamin, sonuncunun yaşadığı mənzildən aşkar edilmiş 2159,6 qram psixotrop maddə metamfetamin, 574,95 qram qurudulmuş marixuana, 01 ədəd elektron tərəzi məhv edilməli; 01 ədəd üzərində ***-***-**-** mobil nömrəsi olan “Samsung Galaxy A20s” markalı mobil smartfon, 01 ədəd üzərində ***-***-**-** mobil nömrə olan “Tecno Pop 6Pro” markalı mobil smartfon Təqsirləndirilən şəxs yaxın qohumuna qaytarılmalı; Təqsirləndirilən şəxs “üzərinə şəxsi axtarış və götürmə” aparılarkən qeydə alınmış videogörüntülərin köçürüldüyü 1 ədəd DVD disk, mənzilə baxış keçirilərkən qeydə alınmış videogörüntülərin köçürüldüyü 1 ədəd DVD disk, istifadəsində olan 051-942-40- 67 mobil nömrə ilə ötürülən məlumatların köçürüldüyü 1 ədəd CD-R disk, ***-***-**-** mobil nömrə ilə ötürülən məlumatların köçürüldüyü 1 ədəd CD-R diskin cinayət işi materiallarrına əlavə edilib saxlanılması nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə ekspertiza xərci olan 266 (iki yüz altmış altı) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99.1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi əmlakları müəyyən edilməmiş, istintaq zamanı ona məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, ona xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, «Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu qərarlarının və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 21 noyabr 2023-cü il tarixli qanununun izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 24 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası DİN-in Yasamal RPİ-nin Növbətçi Hissəsində saxlanılan iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 (bir) ədəd sellofan bükümdə 49,768 qr psixotrop maddə metamfetamin, sonuncunun yaşadığı mənzildən aşkar edilmiş 2159,6 qram psixotrop maddə metamfetamin, 574,95 qram qurudulmuş marixuana, 01 ədəd elektron tərəzi məhv edilsin. 01 ədəd üzərində ***-***-**-** mobil nömrəsi olan “Samsung Galaxy A20s” markalı mobil smartfon, 01 ədəd üzərində ***-***-**-** mobil nömrə olan “Tecno Pop 6Pro” markalı mobil smartfon Təqsirləndirilən şəxs yaxın qohumuna qaytarılsın. Təqsirləndirilən şəxs “üzərinə şəxsi axtarış və götürmə” aparılarkən qeydə alınmış videogörüntülərin köçürüldüyü 1 ədəd DVD disk, mənzilə baxış keçirilərkən qeydə alınmış videogörüntülərin köçürüldüyü 1 ədəd DVD disk, istifadəsində olan 051-942-40- 67 mobil nömrə ilə ötürülən məlumatların köçürüldüyü 1 ədəd CD-R disk, ***-***-**-** mobil nömrə ilə ötürülən məlumatların köçürüldüyü 1 ədəd CD-R diskin cinayət işi materiallarrına əlavə edilib saxlanılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci olan 266 (iki yüz altmış altı) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir.
Sədrlik edən hakim: Azad Məcidov
Hakimlər: Səbinə Məmmədzadə
Əli Məmmədov