Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1914/2021 08.12.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 17 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxxxx 1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 evdə kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlayaraq daşımış, həmçinin, özgənin əmlakını ələ keçirmək məqsədi ilə silah qismində istifadə edilən əşya tətbiq etməklə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edərək quldurluq etmişdir. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni, 1,158 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, Binəqədi RPİ-nin 5-ci PB-nin əməkdaşları tərəfindən 18 iyun 2021-ci il tarixdə, saat 20 radələrində ünvan 3 ünvanının yaxınlığında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb bölməyə gətirilmiş və bölmədə onun üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd gümüşü rəngli falqa kağızında təmiz çəkisi 1,158 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə 13 iyul 2021-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Kəlpəli Orucov küçəsində yerləşən ərzaq məhsullarının satışı dükanına daxil olaraq üzərində olan bıçağı dükanın satıcısı Zərərçəkmiş şəxs kürək nahiyəsinə dirəyərək basqın edib hücuma məruz qalmış Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli zor tətbiq edəcəyi ilə yəni bıçaqlayacağı ilə hədə-qorxu gəlib pulları tələb edərək kassada olan 600 manat nəğd pulu, içərisində 131 manat dəyərində 50 qəpiklik pullar olan 1 kiloluq şüşə balonu, ümumi dəyəri 17 manat olan 05 ədəd “Winston boz kompakt" markalı siqareti və ümumi dəyəri 2 manat olan 04 ədəd “Zavira” markalı alışqanı, cəmi 750 (yeddi yüz əlli) manat dəyərində əmlakı ələ keçirib quldurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, kimsəsiz ailədə böyümüşdür. Uşaq olanda anası onları atıb getmişdir, atası isə bir müddət öncə rəhmətə getmişdir. Özü müxtəlif yerlərdə günəmuzd fəhləlik edir, tutulmamışdan təqribən 3-4 ay əvvəldən narkotik vasitə heroindən və psixotrop maddə metamfetamindən istifadə etməyə başlamışdır. Ehtiyacı olan narkotik vasitəni və psixotrop maddəni müxtəlif üzdən tanıdığı, lakin adını və yaşadığı ünvanı bilmədiyi şəxslərdən almışdır. 17 iyun 2021ci il tarixində, saat 22 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidən, üzdən tanıdığı, lakin adını, soyadını və yaşadığı ünvanı bilmədiyi şəxsdən öz istifadəsi üçün 20 manata bir büküm psixotrop maddə metamfetamin almışdır. Həmin bükümü gələcəkdə istifadə etmək üçün cibinə qoymuşdur. 18 iyun 2021-ci il tarixində, saat 20 radələrində Bakı şəhəri, Binəqədi rayonu, C.Hacıbəyli küçəsində olduğu zaman üç nəfər şəxs ona yaxınlaşmışdır. Onlar özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər və onu Binəqədi RPİ-nin 5-ci PB-nə dəvət etmişlər. O, polis əməkdaşları ilə razılaşaraq Binəqədi RPİ-nin 5-ci PB-nə gəlmişdir. Bölmədə onun üzərində şəxsi axtarış aparılacağını bildirdilər. Axtarış başlamamışdan əvvəl üzərində qanunla əldə edilməsi, saxlanılması, daşınması qadağan edilən əşya, maddə və ya predmet olub-olmaması soruşularaq olduğu halda təqdim etməsi təklif edilmişdir. O, bu təklifdən sonra əynində olan göy rəngli cins şalvarın sağ yan cibində olan bir ədəd gümüşü rəngli falqa bükülünü təqdim etmişdir. Polis əməkdaşları bükümün içərisində olan maddələrin nə olduğunu soruşmuşlar. Polis əməkdaşlarının sualına cavab olaraq o, təqdim etdiyi bükümdə olan maddənin metamfetamin olduğunu, onu 17 iyun 2021-ci il tarixində, saat 22 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidən tanımadığı şəxsdən öz istifadəsi üçün 20 manata aldığını bildirmişdir. Üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamin qablaşdırılmış və polis əməkdaşları tərəfindən imzalanmışdır. Daha sonra şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, həmin protokol da onun və polis əməkdaşları tərəfindən imzalanmışdır. Bu hərəkətlərinə görə onun barəsində cinayət işi başlanılmış, lakin o, həbsə alınmamışdır. O, narkotik vasitələrin aludəçisi olduğu üçün, mütəmadi olaraq narkotik vasitələrdən istifadə etmədiyi müddətdə bədənində ağrılar başlamışdır. Bu səbəbdən ona daimi pul lazım olurmuş ki, narkotik alsın. 13 iyul 2021-ci il tarixində, gündüz saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsinə qohumlarına baş çəkməsi üçün gəlmişdir. Cibində bir qəpik də olsun pul olmamışdır. Axşam saatlarına qədər orada gəzmiş və bədənində «lomka» başlamış və fikirləşmişdir ki, hardansa narkotik üçün pul əldə etmək lazımdır. Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, K.Orucov küçəsində yerləşən ərzaq məhsullarının satışı dükanının qarşısına gəlmişdir. Bu zaman satıcının dükanın içərisində tək olduğunu görmüş və üzərində gəzdirdiyi bıçaqla satıcıya hədə-qorxu gələrək pul götürmək qərarına gəlmişdir. Bu məqsədlə dükana daxil olmuş və əynində olan şalvarın bel hissəsinə keçirtdiyi bıçağı oradan çıxartmış və satıcının üzərində gedərək belinə dirəmişdir. Ondan kassanı açaraq pulları verməsini tələb etmişdir. Lakin satıcı kassada pul olmadığını bildirmiş və o, satıcını kənara itələyərək kassanı açmışdır. Kassada olan pulları, eyni zamanda içərisində qəpik olan balonu götürmüşdür. Daha sonra dükandan 05 qutu ““Winston ” markalı siqaret, 03 ədəd alışqan götürmüş və dükandan çıxaraq qaçmışdır. Dükanın yaxınlığında dayanmış vəziyyətdə olan, dövlət nömrə nişanını xatırlamadığı "Passat” markalı taksiyə əyləşmiş və ondan yaxınlıqda taksilər dayanan yola aparmasını xahiş etmişdir. Həmin avtomobillə taksilər dayanan yola gəlmiş və orada “Passat” markalı avtomobildən düşmüş və başqa bir taksiyə əyləşmişdir. Həmin taksidən onu Maştağa qəsəbəsinə aparmasını xahiş etmişdir. Taksi onu Maştağa qəsəbəsinə gətirmiş və orada başqa bir taksiyə minərək yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Ş.Abduliayev küçəsinə gəlmişdir. Evə gəldikdən sonra dükandan götürdüyü pulları saymışdır. Bu zaman 344 manat pul olduğunu görmüşdür. Həmin pulun 14 manatını öz ehtiyacları üçün xərcləmiş, 280 manat pulu isə borclu olduğu şəxsə vermişdir. Üzərində isə 50 manat nəğd pul qalmışdır. Həmin günün axşamı polis əməkdaşları onu saxlayaraq Sabunçu RPİ-nin 42-ci PB-nə gətirmişlər. Orada dükandan oğurladığı pullardan qalan 50 manatı, bir ədəd alışqanı və qəpik pulları təqdim etmişdir.Əməlindən peşmandır. Məhkəmə iclasında İş üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Kəlpəli Orucov küçəsində yeriəşən ərzaq məhsullarının satışı dükanında satıcı işləyir. Hər gün səhər saatlarında işə gəlir və axşam saatlarında işdən çıxaraq gedir. 13 iyul 2021-ci il tarixində, saat 17 radələrində işlədiyi dükanda olduğu zaman əvvəllər bir neçə dükana gələn, üzdən tanıdığı, Kamil kimi təqdim edən, sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs dükana gəlmişdir. O, dükana daxil olduqdan sonra yanına yaxınlaşmış və yaxınlaşdıqdan sonra belindən bıçaq çıxardaraq kürəyinə dirəmişdir. Təqsirləndirilən şəxs bıçağı kürəyinə dirədikdən sonra kassanı açmağı və pulları verməyi tələb etmişdir. Təqsirləndirilən şəxs bıçağı kürəyinə dirəyərək köməyə adam çağıracağı halda onu öldürəcəyini bildirmişdir. O, Təqsirləndirilən şəxs kassada pul olmadığını bildirmişdir. Bu zaman Təqsirləndirilən şəxs onu kənara itələmiş və kassanı özü açmışdır. Oradan 600 manat nəğd pulu, kassanın yanında olan və içərisində təqribən 131 manat dəyərində 50 qəpiklər olan 1 kiloqramlıq şüşə balonu, həmçinin 5 qutu “Winston boz kompakt” markalı siqaretləri və 4 ədəd “Zavira” markalı alışqanları götürərək dükandan çıxmışdır. O, çıxdıqdan sonra onun arxası ilə çıxsa da, onun “Passat” markaiı avtomobilə əyləşərək getdiyini görmüşdür. Bundan sonra Sabunçu RPİ-nin 42-ci PB-nə ərizə ilə müraciət edərək izahat vermiş, baş verənləri polis əməkdaşlarına danışmışdır. Hal-hazırda o, Təqsirləndirilən şəxs ilə barışıq əldə etmiş, ona qarşı heç bir şikayət və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, özünə məxsus olan “Vaz 2104” markalı, ** LD *** dövlət nömrə nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. 13 iyul 2021-ci il tarixində, saat 17 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən və Bilgəh yolu kimi tanınan yolla üzü Maştağa qəsəbəsinə doğru hərəkət etdiyi zaman yolun kənarında dayanmış bir nəfər şəxsin əli İlə saxla işarəsi verdiyini görüb avtomobili saxlamışdır. Avtomobili saxladıqdan sonra həmin şəxs ön sərnişin qapısını açmış və Bakı şəhərinin mərkəzinə getmək istədiyini bildirmişdir. Onun əlində şüşə balon, həmin balonun içərisində qəpik pullar olduğunu görmüşdür. O, həmin şəxsə Bakı şəhərinin mərkəzinə gedə bilməyəcəyini, onu yalnız Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən Məmmədyarov dairəsinə apara biləcəyini bildirmişdir. Həmin şəxs onunla razılaşaraq avtomobilə əyləşmiş və o, avtomobili qeyd edilən ünvana doğru hərəkət etdirmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Məmmədyarov dairəsinə çatdığı zaman avtomobili saxlamış və həmin şəxs 01 manat pul verərək düşmüşdür. O, isə oradan çıxaraq yaşadığı evə getmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, özünə məxsus olan “Opel Astra” markalı, ** ZU *** dövlət nömrə nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. 13 iyul 2021-ci il tarixində, saat 17 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən Məmmədyarov dairəsində dayandığı zaman bir nəfər şəxs ona yaxınlaşmışdır. O, Bakı şəhəri, Nəsimi rayonu, Ş.Allahyarov küçəsinə getmək istədiyini bildirmişdir. O, heç bir problemin olmadığını bildirmiş və gediş haqqının 15 manat edəcəyini demişdir. Həmin şəxs onunla razılaşmış və bundan sonra avtomobilə əyləşmişdir. O, avtomobili Bakı şəhəri, Nəsimi rayonu, Ş.Allahyarov küçəsinə doğru hərəkət etdirmişdir. Qeyd edilən ünvana çatdıqdan sonra həmin şəxs pulu ödəyərək avtomobildən düşmüşdür. Apardığı şəxsin əlində şüşə balon, həmin balonun içərisində isə qəpik pullar olduğunu görmüşdür. O, da oradan çıxaraq yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsinə gəlmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Binəqədi RPİ-nin 5-ci PB-də əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 18.06.2021-ci il tarixdə xidmətdə olduğu zaman xx.xx.1992-ci il təvəllüdlü Bakı şəhərində anadan olmuş, ünvan 6 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, C.Hacıbəyli küçəsində yerləşən fərdi evdə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlayıb gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat ətrafında əməliyyat axtarış tədbirlərinin keçirilməsi məqsədilə Bölmənin rəhbərliyinə qərarla müraciət etmişdir. Daxil olmuş mötəbər məlumat əsasında Binəqədi RPİ-nin 5-ci PB-nin Cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid4 ilə birlikdə 18.06.2021-ci il tarixdə saat 20:30 radələrində Təqsirləndirilən şəxs olduğu ehtimal olunan Bakı şəhəri, Binəqədi rayonu, C.Hacıbəyli küçəsində yerləşən 64 saylı binanın qarşısına gəlmişlər. Orada qabaqcadan xarici görkəmi və əlamətləri barədə məlumatlı olduqları Təqsirləndirilən şəxs adlı şəxsə yaxınlaşaraq özlərini təqdim etdikdən sonra, ona psixotrop maddələrin qanunsuz əldə etmə, saxlama və gəzdirməsində şübhəli olduğunu bildirib, onlarla birlikdə xidmət göstərdikləri Binəqədi RPİ-nin 5-ci PB-nə getməsini təklif etmişlər. Həmin şəxs təkliflərindən imtina etməsə də, narahatçılıq hissi keçirdib onlarla birlikdə Binəqədi RPİ-nin 5-ci PB-nə getmişdir. Polis bölməsinə Təqsirləndirilən şəxs gətirilərək raportla rəhbərliyə məlumat verdikdən sonra, faktın araşdırılması Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis kapitanı Elçin Rzazadəyə həvalə olunmuşdur. Video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman, təhqiqatçı tərəfindən sonuncuya hüquq vəzifələri izah olunmuş, şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunsuz saxlanılan, gəzdirilən əşya və ya maddənin könüllü təqdim olunması təklif edilmişdir. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd bükümü təqdim edərək, həmin bükümün içərisində psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxış keçirilmiş, təhqiqatçı tərəifndən həmin büküm açılaraq və içərsində olan maddə kütləsi qablaşdırılaraq müvafiq ekspertizanın keçirilməsi üçün götürülmüşdür. Təqsirləndirilən şəxs həmin bükümdəki narkotik vasitəyə oxşar kütləni hardan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyni soruşduqda o, həmin bükümdə olan metamfetamini 17.06.2021-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri, Nəsimi rayonu, «Papanin» deyilən yerdən tanımadığı şəxsdən 20 manat müqabilində aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi, onun üzərindən narkotik vasitəyə bənzər kütlənin aşkar edilib götürülməsi barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, daha sonra bütün iştirakçılar tərfindən həm zərf, həm də protokol imzalanmışdır. Məhkəmə baxışında iş üzrə şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 5-ci PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid4 Şahid3 göstərdiyi xüsusatlan təsdiq edərək onun ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Şahid1 ifadəsindən görünür ki, o, 13 iyul 2021 -ci il tarixində, saat 17 radələrində yaşadığı evdə içməli su olmadığından idarə etdiyi “Wolksvagen Passat” markalı, ** MG *** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən və “İntiqamın dükanı” kimi tanınan dükanın yanında olan bulağa gəlmişdir. Oradan gətirdiyi su balonlanna su doldurmuş və avtomobilinə yükləmişdir. Bu zaman bir nəfər ayağında axsaqlıq olan şəxs ona yaxınlaşmış və ayağında problem olduğunu bildirərək yaxınlıqda yerləşən taksi dayanacağına onu aparmasını xahiş etmişdir. O, həmin şəxsin ayağında həqiqətən problem olduğunu görüb onu aparmaq qərarına gəlmiş və avtomobilə əyləşməsini bildirmişdir. Həmin şəxs avtomobilə əyləşmiş və o, avtomobilini yaxınlıqda yerləşən taksi dayanacağına doğru hərəkət etdirməyə başlamışdır. Yolda olduğu zaman həmin şəxsin əlində şüşə balon olduğunu və içərisində 50 qəpiklik pullar olduğunu görmüşdür. Ancaq onun haradan gəldiyini və hara getdiyini, kim olduğunu soruşmamışdır. Taksi dayanacağına çatdıqdan sonra həmin şəxs avtomobildən düşərək getmişdir. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 106-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Binəqədi RPİ-nin 5-ci PB-nin CA üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid3 18 iyun 2021-ci il tarixli raportundan görünür ki, etimad doğuran, qərəzsiz mənbədən təxminən 25-30 yaşlarında olan, Kamil adlı şəxsin qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması və istifadə etməsi barədə məlumat daxil olmuşdur. Cinayət işinin 107-108-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Binəqədi RPİ-nin 5-ci PB-nin CA üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid3 18 iyun 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması və istifadə etməsi barədə daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işinin 133-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs 18 iyun 2021-ci il tarixli ərizəsindən görünür ki, sonuncu vəkilin iştirakı olmadan üzərinə baxış keçirilməsinə etiraz etməmişdir. Cinayət işinin 135-137-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 18 iyun 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üstündə, paltarında, əşyalarında və ya bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd gümüşü rəngli falqa kağıza bükülmüş bükümü və həmin cibindən 01 ədəd çəhrayı rəngli alışqanı çıxararaq masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı başqa əşya ya predmet aşkar edilməmişdir. Təqdim edilmiş bir ədəd bükümə baxış keçirdikdə içərisində Təqsirləndirilən şəxs bükümün içərisində şüşə deyilən narkotik olduğunu, həmin narkotik vasitəni 17.06.2021-ci il tarixdə saat 22:00 radələrində Papanin adlanan ərazidə tanımadığı şəxsdən 20 manata aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmin büküm qablaşdırılaraq götürülmüş, bir ədəd alışqan isə özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı “Panasonic” markalı videokamera ilə videoçəkiliş aparılmışdır. Cinayət işinin 103-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci PB-nin baş təhqiqatçısı, polis kapitanı X1 19 iyun 2021ci il tarixli cinayət işinin başlanması və icraata götürülməsi haqqında qərarına əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlamışdır. Cinayət işinin 145-150-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 iyun 2021-ci il tarixli, 6/2490 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...» yazısı olan zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 1,158 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr’-in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin 159-161-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 iyun 2021-ci il tarixli, 5(001)- 866/2021 saylı qərarından görünür ki, Bakı şəhər Binəqədi RPİ-nin 5-ci PB-nin CA üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid3 tərəfindən qəbul edilmiş və həmin bölmənin rəisi, polis mayoru Cavid İsmayılzadə tərəfindən təsdiq edilmiş 18 iyun 2021-ci il tarixli qərar və həmin qərar əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri qanuni hesab edilmişdir. Cinayət işinin 192-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 21 iyun 2021-ci il tarixli diskə baxış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı qeydə alınmış videogörüntünü özündə əks etdirən bir ədəd DVD diskə baxış zamanı müəyyən edilmişdir ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üstündə ola biləcək maddələri və əşyaları təqdim etməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd gümüşü rəngli falqa kağıza bükülmüş bükümü təqdim edərək içərisində psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı başqa əşya ya predmet aşkar edilməmişdir. Təqdim edilmiş bir ədəd bükümə baxış keçirilmişdir. Həmin büküm qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin 197-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Binəqədi RPİ-nin 5-ci PB-dən daxil olmuş 10 avqust 2021-ci il tarixli, 069-45171-1221 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni kimlərlə istifadə etməsi, narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmas, həmçinin, üzərindən aşkar edilmiş narkotik vasitəni haradan əldə etməsi barədə məlumatı müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin 209-211-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X3 26 oktyabr 2021-ci il tarixli cinayət işinin istintaq aidiyyəti üzrə göndərilməsi barədə qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi Sabunçu Pİ-nin İŞ-nə göndərilmişdir. Cinayət işinin 5-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Zərərçəkmiş şəxs 13 iyul 2021-ci il tarixli ərizəsindən görünür ki, 13.07.2021-ci ildə saat 17:00 radələrində Zərərçəkmiş şəxs satıcı işlədiyi Nardaran qəsəbəsində yerləşən ərzaq mağazasına özünü Dəyanətin oğlu Kamil kimi təqdim edən şəxsin mağazaya girib belindən bıçaq çıxararaq onun kürəyinə söykəyib kassanı açmağı tələb etdiyini, sonra həmin şəxsin kassanı açaraq 600 manatlıq kağız pul, 1 kq-lıq şüşə balonun yarısından 50 qəpiklik pulu, 5 paçka “Winston” boz kompakt siqareti və 4 alışqan götürüb getdiyini, baş vermiş hadisə zamanı mağazaya təxminən 750 manat maddi ziyan dəydiyini bildirmişdir. Cinayət işinin 8-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 13 iyul 2021-ci il tarixli baxış keçirilməsi və maddi sübutun götürülməsi haqqında protokoldan görünür ki, hadisə yeri Nardaran qəsəbəsi, K.Orucov küçəsində yerləşən ərzaq mağazasıdır. Mağaza satıcısı Zərərçəkmiş şəxs 13.07.2021-ci ildə saat 17:00 radələrində əvvəllər mağazaya bir neçə dəfə gəlib-getmiş, özünü Dəyanətin oğlu Kamil kimi təqdim edən şəxsin mağazaya girib belindən bıçaq çıxararaq onun kürəyinə söykəyib kassanı açmağı tələb etdiyini, sonra həmin şəxsin kassanı açaraq 600 manatlıq kağız pul, 1 kq-lıq şüşə balonun yarısından 50 qəpiklik pulu, 5 paçka siqaret qutusu və 4 alışqan götürüb getdiyini, hadisə zamanı xəsarət almadığını bildirmişdir. Cinayət işinin 18-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 13 iyul 2021-ci il tarixli baxış keçirilməsi və maddi sübutun götürülməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs üzərində olan 10 ədəd 5 manatlıq, cəmi 50 manat pulu, 1 ədəd metro kartını, yara bandını və bir qədər qəpik pulu təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs mağazadan əldə etdiyi 340 AZN puldan 290 manatı xərclədiyini və 50 manat qaldığını bildirmişdir. Təqdim edilmiş əşyalar qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin 20-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 14 iyul 2021-ci il tarixli, 1/1233 nömrəli tibbi müayinə protokolundan görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs AMP, MET, OPİ(+) tiryək qəbulu aşkar edilmişdir. Cinayət işinin 70-71-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 16 iyul 2021-ci il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs baş vermiş hadisəni əyani şəkildə göstərərək, mağazadan cəmi 344 manat pul, 03 ədəd alışqan və 05 qutu siqaret götürdüyünü bildirərək, istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq etmişdir. Cinayət işinin 97-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Sabunçu RPİ-nin 42-ci Polis Bölməsindən daxil olmuş 13 sentyabr 2021-ci il tarixli, 210050512-2547 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs cinayəti törətdiyi zaman istifadə etdiyi bıçağın yerini müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin 100-101-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Sabunçu RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru X2 29 oktyabr 2021-ci il tarixli cinayət işlərinin bir icraatda birləşdirilməsi barədə qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi və CM-nin 181.2.5-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işləri bir icraatda birləşdirilərək, ********* saylı nömrə ilə istintaqı davam etdirilmişdir. Cinayət işinin 164-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 05 noyabr 2021-ci il tarixli maddi sübutun götürülməsi barədə protokoldan görünür ki, Zərərçəkmiş şəxs işlədiyi mağazadan oğurlanmış 600 manat pulun 50 manatını, yəni 10 ədəd 5 manatlıq əsginası qəbul etmişdir. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməllərini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməllərinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 181.2.5 və 234.1-ci maddələri ilə düzgün olaraq tövsif olunmuş, o, həmin maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarının, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28.06.2005-ci il tarixli və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» 28.06.2005ci il tarixli qanunlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli plenum qərarının 1-ci bəndində qeyd edilmişdir ki, məhkəmələr oğurluğa, soyqunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Həmin qərarın 5-ci bəndində qeyd edilmişdir ki, oğurluq edilərkən təqsirli şəxsin hərəkətləri mülkiyyətçi və ya əmlakın digər sahibi, yaxud da digər şəxs tərəfindən aşkar edilərsə, təqsirli şəxs bunu dərk etsə də, əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirərsə və ya həmin əmlakı saxlamağa çalışarsa, o zaman belə hərəkətlər soyğunçuluq, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə müşayiət edildiyi hallarda isə quldurluq kimi tövsif edilməlidir. Həmçinin, qərarın 7-ci bəndində qeyd edilmişdir ki, quldurluq cinayəti isə özgənin əmlakını talamaq məqsədilə həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından başa çatmış hesab edilir. Qərarın 23-ci bəndində qeyd edilmişdir ki, CM-nin 181.1-ci maddəsində «həyat və sağlamlıq üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi hücuma məruz qalmış şəxsi (şəxsləri) öldürməklə, sağlamlığına zərər vurmaqla, onlara işgəncə verməklə və bu kimi psixi təsirləri ehtiva edir. Özgənin əmlakını ələ keçirmək məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın o zaman CM-nin 181.1-ci maddəsi ilə tövsif edilir ki, zərərçəkmişin sağlamlığına zərər yetirilməsə də, basqın anında onun həyatı və ya sağlamlığı üçün real təhlükə yaranmış olsun. Bundan başqa, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» 28.06.2005-ci il tarixli qanuna əsasən «Metamfetaminin» 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda isə külli miqdar hesab edilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. (mad 1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasiətələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 72-73-cü vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 16 iyul 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin 218-219-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdıırlmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik X5 Hüquqi Şəxsinin 30 iyul 2021-ci il tarixli, 1648 saylı ambulator məhkəmə psixiatrik ekspertizanın rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Cinayət işinin 220-221-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 30 oktyabr 2021-ci il tarixli, 4216 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs oğlunun cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 59.1.8, 59.1.10 - 59.1.13-cu maddələrində göstərilən cəzanı yüngülləşdirən hallar olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə kollegiyası belə hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Cinayət işinin 124-cü vərəqəsində olan 18 iyun 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin 180-182-ci vərəqələrində olan Binəqədi rayon prokuroru, baş ədliyyə müşaviri Nazim İmanovun 19 iyun 2021-ci il tarixli təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin təmin edilməməsi və barəsində başqa qətimkan tədbiri seçilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatət təmin edilməmiş və Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.3-cü maddəsində qeyd edilmişdir ki, şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə şübhəli və təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Beləliklə, Təqsirləndirilən şəxs 18 iyun 2021-ci il tarixdən 19 iyun 2021-ci il tarixədək olan 01 (bir) gün müddət hazırki hökmlə təyin ediləcək cəza müddətinə hesablanaraq qəti cəza müəyyən edilməlidir. Həmçinin, Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı 14 iyul 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 24-cü vərəqəsində olan cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 iyul 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin 61-62-ci vərəqələrində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 15 iyul 2021-ci il tarixli, 4(008)-488/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 14 iyul 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunduğu və narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93-1-ci maddəsinə əsasən onun barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Sabunçu Rayon Polis İdarəsinin axlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatlardan sonra qalıq qalmış 1,108 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə görüntünü əks etdirən bir ədəd diskin cinayət işinin materiallarına əlavə edilib saxlanılması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs götürülmüş 10 ədəd 5 manatlıq, yəni, 50 manat məbləğində pul vəsaitinin iş üzrə Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində zərərçəkmiş şəxsə dəymiş maddi ziyanla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Zərərçəkmiş şəxs cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək ona dəymiş ziyanla bağlı mülki iddia vermədiyindən ona Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsində nəzərdə tutulan mülki iddianı mülki mühakimə icraatı qaydasında vermək hüququ izah edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.3-cü maddəsinə əsasən mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Məhkəmə işin faktiki hallarına və araşdırılmış sübutlara istinad edib Zərərçəkmiş şəxs dəymiş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun izah edilməsini əsaslı sayır. Məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla); Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi əmlakı müəyyən edilməmiş, istintaq zamanı ona məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, iş üzrə mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə 09 (doqquz) il müddətə azadlıqdan məhrumetmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs oğlu 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 18 iyun 2021-ci il tarixdən 19 iyun 2021-ci il tarixədək tutulduğu 01 (bir) gün müddət nəzərə alınsın və ona hazırki hökmlə təyin edilmiş cəzasına hesablanmaqla Təqsirləndirilən şəxs oğlu qəti olaraq 09 (doqquz) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 14 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Sabunçu Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatlardan sonra qalıq qalmış 1,108 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə görüntünü əks etdirən bir ədəd diskin cinayət işinin materiallarına əlavə edilib saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs götürülmüş 10 ədəd 5 manatlıq, yəni 50 manat məbləğində pul vəsaitinin iş üzrə Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə Zərərçəkmiş şəxs dəymiş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1914/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1914/2021
08.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver