Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1914/2024 24.07.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi – X2, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, müdafiəçi – Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri “Leqal” Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, 23 avqust 1979-cu ildə Şəki rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, himayəsində 1 (bir) azyaşlı uşağı olan, ali təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, 2-ci mədən, korpus 73 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs (Fin:xxxxxxx) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 24 iyul 2024-cü il tarixdə, saat 10:35-də Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:
1. Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı olan qeyrisi ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə cinayətkar qrupun digər üzvü olan qeyrisi vasitəsi ilə tanış olduğu Zərərçəkmiş şəxs heç bir fəaliyyət növü ilə məşğul olmadıqları, dövlət idarəetmə orqanlarında və məhkəmə sistemində çalışmamaqla hər hansı bir səlahiyyətləri olmadığı halda özünün guya əvvəllər Azərbaycan Respublikasının Baş Prokurorluğunda işlədiyini, bu sahələrdə yaxın əlaqələrinin olmasını bildirərək cinayətkar niyyətlərini pərdələyib tanışları vasitəsi ilə Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 21 fevral 2001-ci il tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Zərərçəkmiş şəxs kürəkəni X5 həbsxanadan azad olunmasına köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 2017-ci ilin iyul ayının əvvəllərində Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 171 ünvanında yerləşən “Zanbaq” kafesində 160000 manat, 2017-ci ilin oktyabr ayının sonlarında həmin ünvanda 150000 manat pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə nağd şəkildə şəxsən alıb ələ keçirərək sonradan cinayətkar qrupun digər üzvü, tanışı olan qeyrisi ilə aralarında olan razılaşmaya əsasən bölüşdürərək həmin pul vəsaitlərini şəxsi istifadələrinə sərf edib Zərərçəkmiş şəxs ümumilikdə 310000 manat, yəni külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir.
Tərəflərin bildirdiyi və təqdim etdiyi işin halları və dəlilləri:
2. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək məhkəməyədək icraat zamanı verdiyi ifadələri (bax iş vərəqi (bundan sonra mətndə-i.v.) Cild 1, 66, 83-86; 106-109; 147-150;; Cild 2, 115-118;155-157;) ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, X9 tanıdığı şəxslə tanışlıq münasibəti 2017-ci ilin əvvəllərində Moskva şəhərində yaranmış və Mehmanı iş adamı kimi tanışları vasitəsi ilə tanımışdır. Belə ki, Mehmanla tanışlıq zamanı sonuncu İstanbul şəhərinə gedəcəyini, onunla birlikdə bir sıra işlər görəcəyini demiş, aralarında mütəmadi olaraq ailəvi gediş-gəlişləri olduğuna görə sonradan Mehmanla yaxın münasibətləri yaranmışdır. 2017-ci ilin yay aylarında Mehman vasitəsi ilə Zərərçəkmiş şəxsla tanış olmuşdur. Belə ki, 2017-ci ildə Moskva şəhərində Mehmanla görüş zamanı sonuncu ona Zərərçəkmiş şəxs kürəkəninin cinayət törətdiyinə görə ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini bildirərək Akifə kömək etmək istədiyini demişdir. Mehman Zərərçəkmiş şəxs kürəkəninin cəzasını müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməsinə köməklik etmək istədiyini deyərək həmin işdə Akifə nə kimi köməklik edə biləcəyi barədə maraqlanmışdır. O isə Mehmana Akifin kürəkəni ilə bağlı köməklik etmək üçün hər hansı tanışının olmadığını bildirmişdir. Bir müddətdən sonra Mehman mobil telefonda onunla danışıq zamanı ona Akiflə görüşməsini xahiş edərək sonuncunun kürəkəninin işini Ali Məhkəmədə “Vüqar” adlı hakimin köməkliyi ilə həll edəcəyini demişdir. Mehman danışıq zamanı həmin şəxslərin vəzifəli şəxslər olduğuna görə onları Akiflə görüşdürmək istəmədiyini deyərək ondan (Təqsirləndirilən şəxs) Akiflə görüşüb sonuncunun verəcəyi pulu götürüb “Vüqar” adlı hakimin “Samir" adlı katibinə verməsini xahiş etmişdir. O da etiraz etməyib razılaşmış, bundan sonra Akif onun ***-***-**-** mobil telefon nömrəsinə zəng edib onunla görüşməyi təklif etmiş və o da Bakı şəhəri, Binəqədi rayonu ərazisində “Qoşa Zapravka” adlanan yerin yaxınlığında yerləşən “Zanbaq” kafesində Akiflə görüşmüşdür. Həmin görüş zamanı Akifi ilk dəfə görmüş, Akiflə “Zanbaq” adlı kafenin kabinetlərindən birində ikilikdə görüşmüşlər. Akif kürəkəninin cinayət törətdiyinə görə ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyini, kürəkəninə köməklik göstərmək istədiyini demişdir. O da Akifə bu barədə heç bir iş görə bilməyəcəyini demiş, Mehman ondan xahiş etdiyinə görə onunla (Akiflə) görüşdüyünü demişdir. Mehman ona həmin iş üçün Akifin ümumilikdə 310000 manat pul verəcəyini, onun (Təqsirləndirilən şəxs) isə həmin pulun 10000 manatını vəkil xərcləri üçün, qalan 300000 manat hissəsini isə Mehmanın deyəcəyi işi həll edəcək şəxslərə verməsini xahiş etmişdir. O da etiraz etməyib Akifdən pulu götürməyə razılaşmış, görüş zamanı Akif ona pulu qısa müddət ərzində verəcəyini demişdir. Təxminən 2-3 ay ərzində Akif hissə-hissə olmaqla ona 230000 manat pul vermiş, o da hər dəfə pulları götürdükdə Mehmanla əlaqə saxlayaraq sonuncunun dediyi kimi pulları aparıb “Vüqar” adlı hakimin katibi “Samir” adlı şəxsə çatdırmışdır. Bu barədə o, Akifə heç nə deməmişdir. Bundan sonra Mehmanın dediyi hüquqi yardım göstərilməsi üçün vəkil X28 ilə danışıb sonuncudan köməklik göstərməsini xahiş etmiş, Əbil də etiraz etməyib razılaşmışdır. Vəkil Əbilə səhv etmirsə, 2500-3000 manat pul vermiş, bu barədə Mehmana da demişdir. Bundan başqa həmin vaxt Bakı şəhəri “Şamaxinka” adlanan yerdə Mehmanın təklifi ilə “Raci” adlı Mehmanın tanışına 10000 ABŞ dolları pul verilmiş, həmin pulu da dostu Rahim Rəsulov aparıb “Raci” adlı şəxsə vermişdir. Mehmandan nəyə görə həmin şəxsə pul verdiyini soruşanda Mehman borcu olduğunu ona demiş, həmçinin götürdüyü ümumi puldan 28000 manat da o, Mehmanın özünə vermişdir. Qalan pulları isə aparıb “Samir” adlı hakimin katibinə vermişdir. Samir adlı şəxslə “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə hazırda dəqiq xatırlamadığı mobil nömrə vasitəsi ilə əlaqə saxlamış, bundan başqa heç kimə pul verməmişdir. Bundan sonra o, baş verənlərdən ümumiyyətlə xəbərsiz olmuş, bütün məsələlərlə vəkil özü şəxsən məşğul olmuşdur. Bir müddət sonra Mehmanla söhbət zamanı həmin məsələnin nə yerdə olduğunu soruşmuş, Mehman isə ona səhv etmirsə, 110000 manat pulun iş alınmadığına görə Mehmana qaytarıldığını, qalan pulun isə həmin şəxslərdə qaldığını, həmin pulu da qısa vaxt ərzində alacağını demişdir. O, baş verənləri öyrənəndə pulları Akifdən aldığına görə narahatlıq keçirib bu barədə Mehmana demiş, sonuncu isə onu işin içindən çıxartdığını, Akifdən aldığı pula görə şəxsən özünün cavabdehlik daşıdığını, bu işə görə heç kimin onu narahat etməyəcəyini demiş, o da Mehmana inanmışdır. Akif isə ondan şikayət etməmiş, həmin pulla bağlı ona heç nə deməmişdir. Səhv etmirsə, 2021-ci ilin sentyabr ayında İstanbul şəhərində olan zaman ona Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən telefon zəngi gəlmiş, danışıq zamanı ona Akif adlı şəxsin onun barəsində şikayət etdiyi bildirilmişdir. O, hansı məsələ ilə bağlı ondan şikayət edildiyini soruşanda Mehmanın aldığı pulları qaytarmadığını, hər şeyi də onun üzərinə atdığını bilmiş, bundan sonra Mehmanla əlaqə saxlamağa çalışsa da, sonuncu onun zənglərinə cavab verməmişdir. Bundan sonra həmin polis idarəsində Akif adlı şəxsə pul borcu olmadığını, Mehmanın dediklərini yerinə yetirdiyini, Akif adlı şəxslə isə ümumiyyətlə Nərimanov rayonu ərazisində görüşmədiyini bildirmişdir. Sonradan həmin məsələ ilə bağlı onu narahat edən olmamış, bir müddət sonra Bakı şəhərinə gəldikdə hava limanında saxlanılmışdır. Həmin vaxt “bandotdel” tərəfindən axtarıldığını bilmiş, orada da gedib baş verənləri danışmış, bundan sonra sərbəst buraxılmışdır. Bir müddət sonra isə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi tərəfindən ondan şikayətlə bağlı dəvət olunaraq izahatı alınmışdır. Növbəti dəfə həmin polis idarəsinə dəvət edildikdə cinayət işi başlandığına görə şübhəli şəxs qismində tutulmuş, iki gün sonra sərbəst buraxılmışdır. Bir müddət sonra isə İstanbul şəhərinə getdiyindən barəsində cinayət işinin aparılmasından xəbərsiz olmuşdur.
3. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsinə davam edərək göstərdi ki, Mehmanın xahişi ilə aldığı pulları sonuncunun dediyi şəxslərə çatdırmış, həmin işlə bağlı heç bir maddi marağı olmamış, heç bir gəlir əldə etməmiş və ya ona gəlir vəd verilməmişdir. Bununla bağlı da cinayət məsuliyyətinə cəlb olunacağı barədə məlumatsız olmuş, Mehmana dəfələrlə onun verdiyi pul barədə Akifə məlumat verməyini bildirsə də, Mehman Akifə xəbər verməməsini xahiş etmiş, bununla bağlı da özündə səsyazıları olmuşdur. Mehmana 28000 manat məbləğində pulu köçürmə yolu ilə Bakı şəhəri ərazisində “Tbilisi” prospektində yerləşən pul köçürmə məntəqəsindən Mehmanın xahişi ilə köçürmüş, həmin pulun Mehman tərəfindən alınması barədə özündə səsyazıları olmuşdur. Zərərçəkmiş şəxs götürdüyü pulları Elxan Məmmədov adlı şəxsə verməsini deməmiş, belə bir hadisə ümumiyyətlə olmamışdır. “Vüqar” adlı hakimin katibini “Samir” adlı şəxs kimi tanımış, onun anket məlumatlarını bilməmiş, mobil nömrəsini isə hazırda dəqiq xatırlamır. Lakin “Samir” adlı şəxs təxminən 40 yaşlarında, ortaboylu, orta çəkili, bir qədər sarısaçlı, ağbəniz bir şəxs olmuş, həmin şəxslə üç dəfə görüşmüşdür. Zərərçəkmiş şəxs ümumiyyətlə vəkil Əbil Həsənova pulun verilməsi ilə bağlı heç nə deməmiş, həmin məsələləri Mehman özü danışmışdır. Pulları Zərərçəkmiş şəxs alan zaman orada o və Akif olmuşdur. Şahid1 tanımır. Əvvəllər hər hansı ömürlük azadlıqdan məhrum etmə cəzasına və sair bu kimi məsələlərlə bağlı heç bir iş görməmişdir. Mehmanla aralarında olan danışıqlarla bağlı səs yazılarında başqa məsələlər də olduğuna görə həmin səs yazılarını qısa variantda təqdim etmiş, hazırda həmin səs yazıları tam olaraq silindiyi üçün onları təqdim edə bilmir.
4. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsinə davam edərək göstərdi ki, “Asim” adlı şəxsi tanımır, onunla heç vaxt görüşməmişdir. Təxminən 2020-ci ildə lotu “Quli” adı ilə tanınan şəxs ölməmişdən bir müddət əvvəl Mehmanın ona guya Qulinin adamları kimi təqdim etdiyi “Asim” adı ilə tanıdığı şəxs onunla dəfələrlə əlaqə saxlamış, 310000 manat pulu verməyəcəyi halda onu öldürəcəkləri ilə hədələmişdir. O, “Asim” adlı şəxslə heç vaxt görüşməmiş, sonuncuya da aldığı pulu Mehmanın dediyi adamlara və Mehmana verdiyini demişdir. “Elxan” adlı şəxsi Elxan Məmmədov kimi tanımış, Mehmanı onunla Elxan tanış etmişdir. X50 Bağırovun işi ilə bağlı hər hansı pul verməsə də, təxminən 150000 manat dəyərində Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən, inzibati həbs olunanların saxlanma məntəqəsi yaxınlığında yerləşən ikimərtəbəli fərdi yaşayış evini rəhmətlik anası X3 adından Elxana evlə bağlı etibarnamə vermişdir. Təxminən 2020-ci ilin avqust ayında İstanbul şəhərində olan zaman ona “Tural” adlı şəxs zəng eləmiş və onunla görüşmək istədiyini bildirmişdir. O, dostu Razil Məmmədovla birlikdə İstanbul şəhərində “Bağçasaray” adlanan ərazidə görüşə getmişdir. Orada həmin vaxt Elxan, Tural, Şahin, Roma və özlərini gürcü kriminal aləmin üzvü kimi təqdim edən iki nəfər də şəxs olmuş, Akifdən aldığı pulun qaytarılmasını ondan tələb etmişlər. O həmin şəxslərə bu işlə bağlı ev verdiyini, Mehmana isə pul verdiyini bildirmiş, bundan sonra həmin şəxslər ona iki gün sonra yenidən bu işlə bağlı görüşəcəklərini demişlər. Təxminən 2-3 gündən sonra ona yenə zəng gəlmiş, onu İstanbul şəhərində yerləşən “Hayat Regency” hotelinə çağırmışlar. Hotelə Razil və digər iki nəfər türk dostları ilə birlikdə getmişdir. O, orada təxminən 10 nəfərdən ibarət özlərini kriminal aləmin üzvü kimi təqdim edən şəxslərlə görüşmüş, həmin şəxslər ondan 310000 manat pul tələb etmişlər. O, bir daha ev verdiyini onlara bildirərək Akifə borcu olmadığını demişdir. Akifin onlara necə müraciət etdiyini öyrənmək istəmiş, həmin şəxslərdən “Tural” adlı şəxs Akifə mobil telefonla zəng edib telefonu səs gücləndiriciyə qoymuş və Akifə Ruslanla görüşdüyünü bildirmişdir. Akif ona “bundan sonra sənin mənə borcun yoxdur, bundan sonra borcun qardaşalaradır” demişdir. Daha sonra həmin şəxslər ona Bakı şəhərində “Təzə” bazar yaxınlığında torpaq sahəsi olduğunu bildirərək həmin torpaq sahəsinin sənədlərinin surətlərini ona göstərmişlər. Ona verdiyi evin qaytarılacağı deyilmiş, torpağın ona aid hissəsini satıb 310000 manat verməsi tələb edilmiş, verməyəcəyi halda onu ailəsi ilə hədələmişlər. Həmin şəxslərə torpağın ona aid hissəsinin 10 faizini Hüseynin adamına etibarnamə verdiyini demiş, onlar da Hüseynin Surqut şəhərində yaşadığını, Hüseynlə danışdıqlarını, sonuncu da bu məsələyə razılıq verdiyini demişlər. 2020-ci ilin dekabr 2021-ci ilin yanvar aylarında o həmin torpağa alıcı tapdıqdan sonra alıcını “Tural” adlı şəxslə əlaqələndirmiş, onlar öz aralarında razılaşdıqdan sonra Hüseynin və onun payını 1 milyon 300 min manata razılaşdırmışlar. Alıcı “Baksovet” adlanan ərazidə girov kimi obyekt qoyub əlavə olaraq da 200000 manat da pul verəcəyini demişdir. Sonradan ona verilməli olan puldan 110000 manat pulu alqı-satqıdan sonra Sumqayıt şəhərində “Tural” adlı şəxsin aldığı məlum olmuşdur. Həmin faktı tanışları Razil, Novruz və Hüseyn adlı şəxslər də təsdiq edə bilər. Pulu Akifdən aldıqdan sonra Mehman ona işlərinin olduğunu deyərək işləri həll edib pulu qaytaracağını demiş, sonra pulu qaytarmayıb Akiflə olan məsələni həll edəcəyini, hər şeyin onluq olduğunu bildirmişdir. O da Mehmana bir dəfə 15000 ABŞ dolları, bir dəfə isə 45000 ABŞ dolları pul vermiş, sonradan bütün baş verənləri təşkil edənin Mehman olduğunu öyrənmiş, kriminal aləmin üzvlərini də onun üstünə Mehmanın göndərdiyini öyrənmişdir.
5. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsinə əlavə edərək göstərdi ki, O, Akifin verdiyi pullardan özünə hər hansı məbləğdə pul götürməmiş, hər dəfə Mehman adlı şəxsə Akifdən özünün pul götürdüyünü, bu səbəbdən gördüyü işdə problem çıxacağını söyləmiş, lakin Mehman ona 310.000 (üç yüz on min) manatı özünün (Mehmanın) götürdüyünü, onun (Ruslanın) heç bir günahı olmadığını, bu səbəbdən onu (Ruslanı) heç kimin narahat edə bilməyəcəyinə dair vəd vermişdir. Onun Mehmanla həmin danışıqlarına dair səs yazıları da olmuş, o həmin səs yazılarını ibtidai istintaq orqanına təhvil vermişdir. Həmin hadisədən sonra Akif ona mesaj yazmamış və ya zəng etməmişdir. O, Mehmana olan yoldaşlıq borcunu yerinə yetirərək Akifdən 230.000 (iki yüz otuz min) manat almış, sonuncu ilə görüşərkən özünü prokurorluq orqanının işçisi və ya digər hər hansı vəzifəli şəxs kimi təqdim etməmiş, habelə Akif ona pul verərkən onun işinin Mehman tərəfindən görüldüyünü bilmişdir. O, Akifdən 310.000 (üç yüz on min) manat deyil, 230.000 (iki yüz otuz min) manat almış, həmin 230.000 (iki yüz otuz min) manat pulu da öz şəxsi vəsaiti hesabına Akifə geri ödəmiş, bununla əlaqədar sonuncu ziyanın onun tərəfindən tam ödənilməsi barədə ərizə yazmış, habelə Akifə olan ziyanın ödənilməsi üçün Mehmandan hər hansı məbləğdə pul almamışdır. Baş vermiş hadisədən 5 il keçmiş, həmin müddət ərzində onu heç kim axtarmamış, lakin 5 il sonra Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsindən ona zəng gələrək onun Ayna Sultanova heykəlinin yanında pul aldığı bildirilmiş, sonradan həmin işə xitam verilmiş, Akiflə də hər hansı danışıqları olmamışdır. O, Akifə ev vermiş, sonuncu Türkiyədə “gürcü mafiyası” ilə əlaqə yaradaraq onu hədələyib verdiyi evin ona lazım olmadığını, habelə onun (Ruslanın) adına olan mənzil tikinti kooperativindəki payını satıb borcunu ödəməsini tələb etmiş, bu səbəbdən Azərbaycana gəlib həmin mənzil tikinti kooperativindəki payını satıb aldığı 110.000 (bir yüz on min) manatı ona hədə-qorxu gəlmiş mafiyanın üzvü olan Tural adlı şəxsin adamına vermişdir. O, mafiya tərəfindən hədə-qorxuya məruz qalması barədə Daxili İşlər Nazirliyinə müraciət etmiş, Akif isə həmin mafiya ilə olan əlaqəsini təkzib etmişdir. Mehman Yusibovun xahişini yerinə yetirməklə Zərərçəkmiş şəxs pulu alıb bir hissəsini Mehman Yusibova, bir hissəsini isə Vüqar adlı hakimin köməkçisinə vermişdir. Zərərçəkmiş şəxs ona verdiyi pulların İran casuslarına məxsus olmasını ona Mehman Yusibov demişdir. İfadəsinin sonunda 2000-ci illərdə Füzuli rayonunda hərbi hissədə tağım komandiri vəzifəsində, baş leytenant rütbəsində xidmət etdiyini, döyüşlərdə iştirak etdiyini, sonradan səhhəti ilə bağlı ehtiyata buraxıldığını, himayəsində bir azyaşlı uşağı olduğunu və zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilərək onunla barışıq əldə etdiyini bildirərək məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi.
6. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.
7. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir.
8. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, kürəkəni X10 törətdiyi cinayət əməlinə görə ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Mahir Zeynalovun 20 ildən artıq cəza çəkdiyini nəzərə alaraq, onun məhkum edildiyi ömürlük azadlıqdan məhrum etmə cəzasının müddətli azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməsi və bu əsasla sonradan Mahirin həbsxanadan azad olunması üçün müxtəlif yollar axtarmış, bu barədə dost-tanışları, hüquq-mühafizə sahəsində fəaliyyət göstərən müxtəlif şəxslərə müraciət etmiş, lakin bu məsələni müsbət həll etməyi heç kəs öhdəsinə götürməmişdir. 2017-ci ilin yay aylarında dostu Mehman Yusubov ona zəng edərək “Səninlə görüşüb bərabər oturub çay içmək istəyirəm” demiş, o da Mehmanın təklifini qəbul edərək Binəqədi rayonu 8-ci mikrorayon ərazisində yerləşən çayxanaya getmişdir. Orada Mehmanın yanında əvvəllər tanımadığı, sonradan Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxslə tanış olmuşdur. Söhbət zamanı Ruslan ona yuxarı vəzifəli şəxslərin adlarını çəkərək onların yaxın qohumları olduğunu bildirmiş və əvvəllər özünün də şəxsən Baş Prokurorluqda yüksək vəzifədə işlədiyini, halhazırda isə biznes fəaliyyəti ilə məşğul olduğunu demişdir. O, Ruslanın bu sözlərinə inanaraq həbsxanada olan kürəkəni Mahir Zeynalov barəsində məsləhət almış, Ruslan onu vaxtı ilə kürəkəni Mahir Zeynalova hökm oxumuş Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ənvər Seyidovla yaxın dostluq münasibəti olduğuna inandırmış və Akifə telefonda Ənvər Seyidovun şəklini göstərərək “Sənin kürəkənin X47 müəllimin vasitəsi ilə köməklik göstərə bilərəm” demişdir. Bu söhbətdən bir neçə gün sonra Təqsirləndirilən şəxs ona zəng edərək görüşmək istədiyini bildirmiş, yenidən Binəqədi rayonu 8-ci mikrorayon ərazisində yerləşən çayxanaya gələrək Ruslanla görüşmüş, həmin çayxanada Ruslan ona “Artıq mən Ənvər müəllimlə sizin kürəkəninizin işi haqda söhbət etmişəm, kürəkəninizin işinə köməklik göstərə bilərəm” demişdir. Bunun üçün Ənvər müəllimə 300.000 (üç yüz min) manat, 10.000 (on min) manat isə vəkilə vermək lazım olduğunu qeyd etmiş, o isə ilk öncə Ruslana hal-hazırda o qədər vəsaiti olmadığını, gərək borca girib, bəzi əşyalarını sataraq həmin vəsaiti toplayacağını bildirmişdir. Ruslan isə onu inandırmışdır ki, “ilkin olaraq həmin vəsaitin yarısını, yəni 150.000 (yüz əlli min) manatı verəcəksiniz, məhkəmə prosesləri başladıqda isə yerdə qalan məbləği və vəkilin pulu da daxil olmaqla 160.000 (yüz altmış min) manatı çatdırarsınız”. Bundan sonra o, Ruslanın sözlərinə inanıb evdə olan özünə və həyat yoldaşına məxsus qızıl-zinət əşyalarını sataraq Ruslanın dediyi 150.000 (yüz əlli min) manatı toplayaraq səhəri günü tanışı Şahid1 avtomobili ilə gedərək sonuncunun yanında 8-ci mikrorayonda yerləşən çayxanada Təqsirləndirilən şəxs təqdim etmiş, Ruslan ondan 150.000 (yüz əlli min) manat vəsaiti qəbul etdikdən sonra ona qısa zamanda məhkəmənin olacağını və kürəkəni Mahir Zeynalovun tezliklə azadlığa çıxacağını bildirmişdir. Bir neçə gün sonra Ruslan onu yenidən Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının yaxınlığına çağıraraq əvvəllər tanımadığı, sonradan Ruslanın vasitəsilə tanış olduğu Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili X28 ilə tanış edərək vəkillə Mahirin hüquqlarını müdafiə etməsi üçün müqavilə bağlamasını bildirmiş və o da Ruslanın məsləhəti ilə vəkil X28 ilə müqavilə bağlamışdır. Bundan sonra Ruslan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsində məqsədi ona məlum olmayan bir məhkəmə təşkil etmiş, o, Ruslandan bu məhkəmənin nə üçün olduğunu soruşduqda Ruslan ona artıq “Ənvər müəllimin yuxarılarla danışıb məsələni həll etdiyini” demişdir. Ali Məhkəmənin sədri cənab Ramiz Rzayevin adını çəkərək bu məsələdən xəbəri olduğunu və razılığı alındığını qeyd etmişdir. Sonra ona dərhal məhkəmə baxışına qədər yerdə qalan 160.000 (yüz altmış min) manatı da çatdırmaq lazım olduğunu demiş, o da Ruslanın adlarını çəkdiyi şəxslərin nüfuzlarına inanaraq yerdə qalan 160.000 (yüz altmış min) manatı da qohuməqrabalarından 3 gün içərisində toplayaraq tanışları Telman İmanov və Şahid2la birlikdə gedərək həmin 160.000 min (yüz altmış min) manatı da yenə Ruslanın dediyi yerdə 8-ci mikrorayon ərazisində yerləşən “Zanbaq” kafesində Ruslana çatdırmış, sonra səbirsizliklə məhkəmənin olacağı günü və kürəkəni Mahir Zeynalovun həbsxanadan çıxacağına inanaraq gözləmişdir. Bundan sonra 6 dekabr 2017-ci il tarixində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsində olan məhkəmə iclasında kürəkəni Mahir Zeynalovla bağlı qərar dəyişdirilmədən saxlanılmışdır. O, Ruslandan bunun səbəbini soruşduqda Ruslan onu inandırmışdır ki, niyə belə olduğunu guya özü də bilməmiş, axşam Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ənvər Seyidovla görüşüb niyə belə olduğunu bildirəcəyini qeyd etmişdir. Həmin günün axşamı Ruslan ona “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə guya Ənvər Seyidovla bərabər olduğunu, birgə yeyib-içdiyini əks etdirən şəkillər göndərərək ona “Akif müəllim narahat olma Ənvər müəllimlə görüşüb danışdım, tezliklə Bakı Apellyasiya məhkəməsində məhkəmə olacaq və kürəkənin Mahir Zeynalov həbsdən azadlığa buraxılacaq” demişdir. Bundan bir neçə ay sonra Ruslanın dediyi kimi apellyasiya instansiya məhkəməsində məhkəmə iclası olmuş, lakin Bakı Apellyasiya Məhkəməsi də Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qərarını dəyişdirməyərək qüvvədə saxlamış, o, artıq bu məhkəmədən sonra Ruslanın onu dələduzluq edərək aldatdığını başa düşərək verdiyi 310.000 (üç yüz on min) manatı geri tələb etməyə başlamış, lakin həmin vaxtdan xeyli müddət keçməsinə baxmayaraq Ruslan ona müxtəlif bəhanələr gətirərək pulunu geri qaytarmamışdır. Eşitdiyinə görə bu Ruslanın tək ona qarşı olan dələduzluq əməli deyil, sonuncu ondan başqa digər şəxslərə qarşı da dələduzluq əməli törədərək külli miqdarda pullarını alaraq ələ keçirmişdir. Sonradan Ruslanın yaxın tanışlarından aldığı məlumata görə sonuncu ondan dələduzluq yolu ilə ələ keçirdiyi 310.000 (üç yüz on min) manat pulu Türkiyə dövlətinə apararaq orada kef məclisləri qurmuşdur. Ruslana dəfələrlə zəng edərək verdiyi pulları geri qaytarmasını tələb etsə də, Ruslan hər dəfəsində müxtəlif bəhanələr gətirərək onun pullarını geri qaytarmamışdır. Sonuncu dəfə o, Ruslana zəng edib pullarını istədikdə sonuncu ona guya həmin pulları tanımadığı, heç zaman üzünü görmədiyi, sonradan adını bildiyi “Molla Elxan” adı ilə tanınan şəxsə çatdırdığını demişdir. O, Ruslandan Elxan adlı şəxsin kimliyini və nə üçün dələduzluq yolu ilə aldadıb aldığı pullarını məhz ona yox, tanımadığı şəxsə geri qaytarılmasını soruşduqda Ruslan bahanə gətirərək guya onun nə vaxtsa öz təşəbbüsü ilə X11 məxsus pulların alınıb geri qaytarılmasını istədiyini bildirmişdir. O, X41 tanımadığını, adını çəkdiyi şəxsin üzünü belə heç görmədiyini və ona məxsus olan pulları qaytarmaq fikri var idisə, onun özünə zəng edib qaytara biləcəyini demişdir. Bundan sonra məcbur qalaraq Elxan Məmmədovun kimliyini, harada yaşamasını və telefon nömrəsini axtarmağa başlamış, ona X14 Ruslanın yaxın dostu, hazırda Türkiyədə yaşadığı, dostu və iş adamı Mehman Yusibovun biznes ortağı olması müəyyən olmuşdur. O, Mehman Yusifov vasitəsi ilə Elxan Məmmədovun telefonunu taparaq Elxandan Ruslanın dediklərini soruşmuş, Elxan isə telefonda bunun yalan olduğunu, Ruslanın özünü müdafiə etmək üçün Elxana şər atdığını bildimiş və belə bir məsələdə lazım gələrsə, Ruslanla üzləşməyə hazır olduğunu bildirmişdir. Bundan sonra Elxan Ruslanla telefonla danışaraq aralarında olan həmin danışıq səslərini yazaraq “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə ona göndərmişdir.
9. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs ifadəsinə davam edərək göstərdi ki, Ruslan Mehmanla birgə onu aldadıb külli miqdarda pullarını ələ keçirdiklərinə görə o, cinayət hadisəsinin baş verdiyi ərazi üzrə Bakı şəhərəi Binəqədi Rayon Polis idarəsinə müraciət etmiş, şikayət ərizəsi həmin idarənin müstəntiqi Kamran Əliyevin icraatına verilmiş və sonuncu dələduzluq faktı üzrə cinayət işinin başlanması barədə qərar qəbul edib Ruslanı təqsirləndirilən şəxs qismində cəlb etmişdir. Ruslan istintaqa verdiyi ifadəsində, habelə onunla üzləşmə zamanı 310.000 (üç yüz on min) manat məbləğində pulu ondan aldığını etiraf edərək həmin pulları şəxsi biznes məqsədləri üçün istifadə etdiyini demişdir. Ruslan istintaq zamanı həmçinin etiraf etmişdir ki, ona hər hansı pul qaytarmamışdır. Lakin dələduzluq faktı göz qabağında olduğu halda sonradan X43 tərəfindən əsassız olaraq Ruslan barəsində cinayət işinə xitam verilmişdir. Mehman Yusubovun hazırda Rusiya Federasiyasının Moskva şəhərində yaşadığını, dediyinə görə biznes fəaliyyəti ilə məşğul olduğunu, Şahid1 Xırdalan şəhərində “Gənclər şəhərciyi”ndə dəqiq bilmədiyi ünvanda yaşadığını, hazırda işsiz olduğunu, Telmanın səhv etmirsə, metronun “Gənclik” stansiyası yaxınlığında dəqiq bilmədiyi ünvanda yaşadığını, Azərin Fəridin dostu olduğunu və harada yaşadığını dəqiq bilmədiyini bildirmişdir. Ruslan vəkil Əbil Həsənova 10.000 manat vermək lazım olduğunu desə də, həmin pulu ondan Ruslan özü almış, özü şəxsən Əbil Həsənova heç bir məbləğdə pul verməmişdir. Hətta Ruslan vəkilə vermək adı ilə ondan 10.000 manatı alandan sonra ona vəkil Əbilə 10.000 manat pul verməsi barədə heç bir söz deməməsini, Ruslanın özünü Əbilə 10.000 manatı verəcəyini bildirmişdir. Hətta Ruslan ondan iki dəfəyə 310.000 (üç yüz on min) manatı alanda da dəfələrlə ona bu işin həlli üçün 310.000 (üç yüz on min) manat pul verməsi barədə vəkilin heç bir məlumatı olmamasını tapşırmış, çünki bu işin çox məxfi həll olunduğunu, kürəkəninin işinin Ənvər Seyidov vasitəsilə şəxsən Ali Məhkəmənin sədri Ramiz Rzayevin məlumatı olmaqla həll olunduğunu bildirmişdir. Odur ki, kənar şəxslərin bu barədə məlumatı olmamalı, vəkil kimi Əbilin işinin yalnız hüquqi yardım göstərmək olduğunu demişdir. Ruslan ona Ali Məhkəmədə “Vüqar” adlı hakimin Samir adlı katibinə işin həll edilməsi üçün pul verməsi barədə heç nə deməmiş, Ruslanın ona qarşı etdiyi dələduzluğa görə məsuliyyətdən yaxa qurtarmaq üçün belə bir fikir uydurduğunu güman edir. Mehman Yusubov +7926562-27-07 saylı, Şahid1 ***-***-**-** saylı və Şahid2 isə ***-***-**-** saylı mobil telefon nömrələrindən istifadə etmişdir.
10. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs ifadəsinə davam edərək göstərdi ki, Mehman adlı tanışı X23r. O, Mehmanın Rusiya Federasiyasının vətəndaşı olmasını dəqiq bilsə də, onun həmçinin Azərbaycan Respublikasının vətəndaşı olub-olmamasını dəqiq bilmir. Mehman 50-52 yaşlarında, təxminən 175 sm boyunda, orta bədən quruluşlu, buruq saçları, uzun burnu, nazik dodaqları olan şəxsdir. O, Mehmanı sonuncu dəfə 2021ci ildə Bakı şəhərində görmüş, hazırda Mehman Rusiya Federasiyasının Mosvka şəhərindədir. O, polisə şikayət etdikdən sonra da bir neçə dəfə “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə Mehman istifadəsində olan +7 926 *** ** ** mobil telefon nömrəsi ilə onunla bir neçə dəfə əlaqə saxlamış, həmin danışıqlar zamanı da Mehman Ruslanın ondan aldığı pulu hissə-hissə qaytaracağını vəd verib şikayətini götürməyinə razı salmağa çalışmışdır. O, Mehmana inanmadığı üçün razılaşmamış, həmçinin Mehman Bakı şəhərində bir neçə dəfə ***-***-**-** mobil telefon nömrəsindən də onunla əlaqə saxlamışdır. Mehmanın da onun külli miqdarda pulunu ələ keçirilməsində birbaşa rolu olmuş, Mehman onu Ruslanla tanış etmişdir. Bundan başqa o, həm birinci dəfə 150.000 manat pulu, həm də ikinci dəfə 160.000 manat pulu Ruslana verəndə Mehmana da bu barədə demiş və Mehman da onu heç bir problem olmayacağına tam inandırmışdır. Mehman guya Ruslanın dəfələrlə cəzaçəkmə müəssisəsində cəza çəkən şəxslərin azadlığa buraxılmasına köməklik etdiyini, Ruslanın bu işi bacardığını deyib onu inandırmış, o da Mehmana olan etibarına görə Ruslana ümumilikdə 310.000 manat pulu vermişdir. Namiq və Tural adlı şəxsləri ümumiyyətlə əvvəllər heç vaxt tanımamış, bir dəfə mobil telefonla “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə Tural onunla əlaqə saxlamışdır. Həmin vaxt o, Turalla danışmaqdan imtina etmiş, Namiq və Tural adlı şəxslərə həmin məsələ ilə bağlı da heç vaxt müraciət etməmiş və həmin şəxslərin elə Ruslanın öz tanışları olduğunu düşünmüşdür. Elxan adlı şəxsin anket məlumatlarını bilməmiş, həmin şəxsin özü Ruslanla bağlı məsələdə onunla əlaqə saxlamışdır. Belə ki, Elxanın onunla əlaqə saxlamağına səbəb o olmuşdur ki, Ruslan Elxana guya onun kriminal aləmə müraciət etdiyini demiş, Elxan da onunla əlaqə saxlayıb bu barədə demişdir. Danışıq zamanı da onun Elxanla tanışlığı yaranmış, əvvəllər heç vaxt Elxanı görməmiş və tanışlığı olmamışdır. 1975-ci ildən zərgərliklə məşğul olduğunu, təxminən 50 ilə yaxın müddətdir bu sahədə işləmişdir. O, uzun müddət cilalayıcı olaraq fəaliyyət göstərmiş, həmçinin qızıl-zinət əşyalarının satışı ilə də məşğul olmuşdur. Tutulmazdan əvvəl “Laçın” ticarət mərkəzində zərgər kimi işləmişdir. Ruslana pul verdiyi dövrdə 147.000 manat nağd pulu olmuş, ilkin olaraq Ruslanın ondan tələb etdiyi 160.000 manat pulu vermək üçün 13.000 manat pulu çatmamışdır. O, tanışlıq münasibətində olduğu Şahid1 xahiş edib bu məsələ ilə bağlı ona köməklik etməsini demiş, sonuncu da etiraz etməyib razılaşmışdır. Bundan sonra o, Fəriddən 13.000 manat pul alıb 160.000 manat pulu tamamlamışdır. Bir gün sonra Ruslan ona “pulu deyəndə sən hazırlıqlı ol” demiş, o da bundan sonra evə gəlib həyat yoldaşı ilə məsləhətləşib pulu düzəltmək barədə razılaşmışdır. Ruslana verdiyi ikinci pulu, yəni 150.000 manat pulu isə o, qohuməqrəbalarından borc alaraq, eləcə də həyat yoldaşına məxsus qızıl-zinət əşyalarını sataraq çətinliklə də olsa düzəltmişdir. Pulu düzəltdikdən sonra iki dəfəyə olmaqla birinci dəfə 160.000 manat pulu nağd formada şəxsən Təqsirləndirilən şəxs 2017-ci ilin iyul ayının əvvəllərində Bakı şəhəri Binəqədi rayonu 8-ci mikrorayon ərazisində yerləşən “Zanbaq” adlı kafedə, ikinci dəfə isə 150000 manat pulu yenə də nağd formada şəxsən Təqsirləndirilən şəxs eyni ünvanda vermişdir. O, ümumilikdə 310.000 manat pulu şəxsən Təqsirləndirilən şəxs vermişdir.
11. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs ifadəsinə əlavə edərək göstərdi ki, o, hazırda Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən istintaq olunan cinayət işi üzrə məhkəmənin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri ilə əlaqədar həmin xidmətin istintaq təcridxanasında saxlanılır. Belə ki, həmin cinayət işi üzrə də ondan Təqsirləndirilən şəxs verdiyi pulların mənbəyi ilə bağlı suallar verilmiş, o da həmin suallara hazırda məhkəmədə verdiyi kimi cavablar vermişdir. Onun kürəkəni X42 həbsxanasında ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla cəzasının 24 ilini çəkmişdir. Kürəkəni Mahirin həbsdə olması ilə əlaqədar qızı uzun müddət əziyyət çəkmiş, bu səbəbdən kürəkəninin cəzasını yüngülləşdirmək (azaltmaq) və ya həbsdən azad etmək üçün tədbir görmək qərarına gəlmişdir. Moskva şəhərində yaşayan qardaşı Mehman adlı şəxslə məclisdə olarkən sonuncuya kürəkəni Mahir Zeynalovun vəziyyəti barədə danışmış, Mehman da həmin məsələdə onlara köməklik edə biləcəyini bildirmişdir. O, Mehmanla danışdıqdan sonra Ruslanla zəngləşib görüşmüş, sonuncu həmin işin həll edilməsi məqsədilə pul lazım olduğunu bildirmiş, birinci dəfə 160.000 manat, daha sonra isə 150.000 manat pul almışdır. Qaradağ Rayon Məhkəməsində Mahirin işinə (ərizəsinə) baxılmaqla rədd qərarı qəbul edilmiş, həmin qərardan apellyasiya instansiya məhkəməsinə şikayət verilmiş, lakin apellyasiya instansiya məhkəməsində Qaradağ Rayon Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra Ruslan məsələnin Ali Məhkəmədə həll ediləcəyini bildirilmiş, lakin iş həll olunmadan yarımçıq qalmış, bu səbəbdən verdiyi pulları tələb etməyə başlamışdır. İlk dəfə Nərimanov rayonununda araşdırma aparıldıqdan sonra prokurorluğa, ombudsmana, habelə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə şikayət ərizələri yazmışdır. X16 öz yanına çağırmaqla orada izahat aldıqdan sonra qanunamüvafiq qaydada işinə baxılacağını bildirmiş, lakin 2 həftə sonra iş üzrə icraata xitam verilmişdir. Yenidən şikayət ərizəsi yazıb poçtla göndərmiş, cinayət işi üzrə icraat başlanıldıqdan sonra Ruslan 110.000 manat ödəyib müəyyən qədər vaxt istəmiş, sonradan evini satıb 120.000 manat ödəməklə ona ümumilikdə 230.000 manat pul vermişdir. Bundan sonra qalıq qalmış pulu nə zaman pulu olarsa, həmin vaxt qaytarmasını deyərək barışıq ərizəsi yazmışdır. O, hazırda Təqsirləndirilən şəxsla barışmış, sonuncu ona sonradan hər hansı miqdarda pul ödəməmiş, buna baxmayaraq Ruslandan hər hansı şikayəti və ya tələbi yoxdur. Təqsirləndirilən şəxsla görüşərkən o, kürəkəni Mahir Zeynalovun işinin həll edilməsini öz üzərinə götürmüş, Ruslanla danışıqlarına Fərid şahid olmuşdur. O, Təqsirləndirilən şəxs və Mehman Yusibovla birlikdə görüşməmiş, Ruslanla tək görüşmüşdür. O, 45 ildir zərgər kimi işləmiş, həmin işindən gündəlik 150-300 manat gəlir əldə etmiş, Təqsirləndirilən şəxs verdiyi pullar onun öz qazancı olmaqla hamısı ona məxsus olmuş, habelə öz vəsaiti hesabına həmin pulları ona vermişdir. O, Təqsirləndirilən şəxs ümumilikdə 310.000 manat pul vermişdir. Bakı Ağır Cinayət Məhkəməsinin hakimi Ənvər Seyidovu görməmiş, vəkil X52 işi üzrə məhkəmə proseslərində müdafiəçi qismində iştirak etməklə ona həmin məsələnin qanuni yolla həll edilməsinin mümkün olmadığını bildirmişdir. X48 vətəndaşı olmaqla orada yaşayır, habelə ticarətlə məşğul olur. O, Ali Məhkəmədə Vüqar adlı hakimi tanımamış, Ruslan aldığı 150.000 manat pulu həmin hakimin köməkçisinə verəcəyini bildirmişdir. O, Elxan adlı şəxsi tanımır. Təqsirləndirilən şəxs verdiyi pullar İran casuslarına məxsus olmamış, o cümlədən iş materiallarında olan səs yazılarında Təqsirləndirilən şəxs verdiyi pulun İran casuslarına aid olduğunu deməmiş, həmin pullar onun özünün qazancı və arvadının qızıllarını sataraq topladığı vəsait olmuşdur. İfadəsinin sonunda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ona vurulmuş ziyanın 230000 manatını ödədiyini, təqsirləndirilən şəxslə barışdığını, ondan hər hansı şikayət və ya tələbinin olmadığını və ödənilməmiş qalmış ona dəymiş maddi ziyanın digər hissəsi ilə bağlı aralarında razılıq əldə edildiyini bildirərək məhkəmədən ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi.
12. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, Zərərçəkmiş şəxs təxminən 2015-ci ildən tanımış, Akifgilin yaşadıqları həyətdə kirayə qalmışdır. 2017-ci ildən isə Akiflə çox yaxın dostluq münasibətləri yaranmışdır. Aralarında yaxın münasibətlər yaranandan sonra o, Akifdən sonuncunun kürəkəni Mahirin törətdiyi hansısa cinayət əməlinə görə ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğunu öyrənmişdir. Mahir uzun illərdir cəza çəkdiyindən Akif Mahirə təyin edilmiş ömürlük cəzanın müddətli cəza ilə əvəz edilməsi və ya azad olunması üçün yollar axtarmışdır. Səhv etmirsə, 2017-ci ilin yay aylarında Akif bir nəfər şəxslə tanış olduğunu, həmin şəxsin 300.000 manat müqabilində Mahiri azadlığa buraxdıra biləcəyini söz verdiyini demişdir. Həmin ərəfələrdə bir gün Akif ona zəng edib görüşmək lazım olduğunu bildirmişdir. O, Akiflə məhlədə görüşdükdə sonuncu ona pulun yarısını həmin şəxsə təcili çatdırmalı olduğunu, lakin 137.000 manat düzəldə bilsə də, 13.000 manatı düzəldə bilmədiyini deyərək ondan 13.000 manat borc verməsini xahiş etmiş, həmin vaxtlar o, özünə ev almaq üçün pul yığdığından Akifə həmin pulu borc verməyə razılaşmış, Akif də qısa müddətdə onun borcunu qaytarmağa çalışacağını söz vermişdir. O həmin 13.000 manatı Akifə verəndə sonuncu ondan öz avtomobili ilə Akifi pulu kürəkəni Mahiri azad etdirməyi söz verən şəxsə çatdırması üçün 8ci mikrorayona aparmağını xahiş etmişdir. O da etiraz etməmiş və özünə məxsus “Toyota Prado” markalı, **-RC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Akifi 8-ci mikrorayonda, “Qoşa zapravka” deyilən yerdə, yəni “Lukoyl” yanacaq doldurma məntəqəsinin arxa hissəsində yerləşən “Zanbaq" restoranına aparmışdır. Orada o, Akifə “maşında gözləyim” demiş, lakin Akif “gəl birlikdə gedib həmin şəxslə görüşək” dediyi üçün avtomobildən düşmüş və birlikdə restorana daxil olmuşlar. Orada onu və Akifi sonradan adının Ruslan olduğunu bildiyi şəxs qarşılamış və kabinetlərdən birində oturmuşlar. Onun yanında Ruslan adlı şəxs özünün Baş Prokurorluqda yüksək vəzifədə işlədiyini, Ağır Cinayətlər Məhkəməsinin hakimi Ənvər Seyidovla yaxın dost olduğunu, Ənvər müəllimin vasitəsilə tezliklə Mahiri həbsdən azad etdirəcəyini qeyd etmişdir. Bir qədər bu mövzuda söhbət edilmiş və Ruslan söhbət zamanı dəfələrlə Akifi bu işi 100 faiz danışıb həll edib, pulun hamısı çatan kimi Mahirin qısa müddətdə həbsdən buraxılacağını söz vermişdir. Akif 15 ədəd bağlamalarda olan, cəmi 150.000 manat pulu onun yanında sayıb Ruslan adlı şəxsə vermiş, Ruslan adlı şəxs də pulu sayıb götürmüş və bundan sonra onlar Ruslan adlı şəxsdən ayrılıb qayıtmışlar. Ruslan adlı şəxslə restoranda oturub söhbət edərkən sonuncu özünü çox yüksək vəzifədə işləmiş şəxs kimi təqdim etdiyindən və əlaqələrinin çox geniş olduğunu dediyindən o özü də Ruslana ailə problemini danışmışdır. Belə ki, onun keçmiş həyat yoldaşı ilə övladına görə problemlər olduğundan, yəni həyat yoldaşı uşağı ona göstərmədiyindən bu işdə ona kömək edə bilib-bilməməsi barədə Ruslan adlı şəxsə deyəndə, sonuncu ona belə işlərin onun üçün su içimi kimi bir şey olduğunu, narahat olmamağını bildirmişdir. Mahirin işi düzələn kimi onun da problemini həll edəcəyini dediyi üçün o sevinmişdir. Ruslan özünün nömrəsini Akifdən götürməyini ona demiş, lakin bir müddət sonra Akifdən Ruslan adlı şəxsin onu aldadıb daha 160.000 manat olmaqla, Akifdən cəmi 310.000 manat pul alsa da, heç bir vədinə əməl etmədiyini, Mahirin həbsdən buraxılmadığını, Ruslan adlı şəxs də Akif dayıdan aldığı pulu qaytarmayaraq qaçıb gizləndiyini öyrənmişdir. Akif bir neçə il Ruslandan pulunu tələb etsə də, Ruslan əvvəllər pulu qaytaracağını vəd etməklə Akifi aldadıb vaxtı uzatsa da, sonradan pulu qaytarmadığından Akif Ruslanın barəsində şikayət etmiş və cinayət işi açılmışdır. Ancaq Akifdən eşitdiyi qədər Ruslan adlı şəxsi Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində iki gün saxlasalar da sonradan buraxmış, Ruslan da ölkəni tərk edib qaçmışdır.
13. Verilən suallara cavab olaraq şahid F.C.Cavadov ifadəsinə əlavə edərək göstərdi ki, Zərərçəkmiş şəxsla 2014-cü il tarixdən qonşuluq münasibətlərində olmaqla sonuncunun yaşadığı məhlədə yerləşən kirayə evlərin birində yaşamışdır. Belə ki, Zərərçəkmiş şəxs ona zəng edib bir nəfər şəxslə görüşməli olduğunu, bununla əlaqədar onunla birlikdə ona (Şahid1) məxsus “Prado” markalı, **-LC-*** dövlət qeydiyyat nişanlı maşını ilə həmin şəxslə görüşə gəlməsini xahiş etmişdir. Bundan sonra Zərərçəkmiş şəxsla birlikdə “Zanbaq” restoranına yola düşmüş, həmin vaxt sonuncunun əlində içərisində 150.000 (bir yüz əlli min) manat pul olan sellofan torba olmuş, maşında olarkən Akif ona həmin restorana nə səbəbə getdiyini, habelə Təqsirləndirilən şəxs hakim Ənvər Seyidovun yaxını olmaqla kürəkəni Mahir Zeynalovun cəzasının yüngülləşdirilməsi üçün ona köməklik göstərəcəyini bildirmiş, lakin həmin məsələnin necə həll ediləcəyini bildirməmişdir. Zərərçəkmiş şəxs “Zanbaq” restoranında Təqsirləndirilən şəxsla görüşmüş, Təqsirləndirilən şəxs ilk dəfə orada qapının yanında görmüş, onunla ümumiyyətlə söhbət etməmişdir. Zərərçəkmiş şəxs ondan 13.000 (on üç min) manat borc pul istəmiş, həmin dövrdə ev almaq üçün pul topladığından əlində pulu olmuş, 2016-cı il tarixdə ona Mahir Zeynalovun işi ilə bağlı olmayan məsələ ilə əlaqədar borc pul vermişdir.
14. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, Zərərçəkmiş şəxs təxminən 2014-2015-ci illərdən tanımışdır. Belə ki, həmin vaxtlar o, Akifin əmisi oğlu İmranın Yasamal rayonunda yerləşən evinin təmirində “santexnik” kimi işləmişdir. Sonradan Akif ona Saray qəsəbəsində olan evində də görülməli işləri olduğunu demiş və Akifin həmin evində də təmir işləri aparmış, həmin vaxtdan sonra aralarında yaxşı münasibətlər yaranmış və dostluğa çevrilmişdir. Təmir işlərini başa çatdırandan sonra da aralarında dostluq münasibətləri davam etmişdir. Akifin Saray qəsəbəsində yerləşən evində təmir işləri apardığı vaxtlar söhbət əsnasında ona Akifin kürəkəni Mahir adlı şəxsin uzun illər əvvəl törətdiyi cinayətə görə ömürlük azadlıqdan məhrum etmə cəzası aldığı və hazırda da həbsdə olduğunu öyrənmişdir. Akif Mahirin uzun illərdir azadlıqdan məhrum etmə cəzası çəkdiyindən və ağır xəstəliyə düçar olduğundan ona verilmiş ömürlük cəzanın müəyyən müddətə cəza ilə əvəz edilməsinə, yaxud da imkan olsa azad olunmasına çalışdığını demişdir. X60 ağır xəstə olduğundan sonuncunun taleyinə görə çox narahat olduğunu, başına bir iş gəlməsindən qorxduğunu, ona görə də mümkün olsa, azadlığa çıxmasına çalışdığını qeyd etmişdir. Artıq Akiflə aralarında dostluq münasibətləri yarandığından, yadında qaldığı qədər 2017-ci ilin yay aylarında Akif ona bir nəfər şəxsin 300.000 manat müqabilində Mahiri azadlığa çıxarmaq barədə söz verdiyini bildirmişdir. Bu xəbərdən Akif çox sevinmiş, həmin ərəfələrdə bir gün o, yenə Akifin Saray qəsəbəsində olan evində müəyyən təmir işləri ilə əlaqədar onun evində olmuş və Akif ona bu gün aparıb həmin şəxsə 150.000 manat pul verməli olduğunu demişdir. Akif ona pulu Fəridlə aparacağını, əgər imkanı varsa, onun da öz avtomobili ilə Akifgilin ardınca gəlməyini xahiş etmişdir. Çünki Akifgilin aparmalı olduqları pulun məbləği böyük olduğundan Akif hər hansı bir təhlükə olacağından narahat olduğundan onun da öz maşını ilə Akifgilin ardınca gəlməyini xahiş etmişdir. Fərid adlı şəxsi dəfələrlə Akifin yanında gördüyündən Fəridi də tanımış, hətta Akif pulun bir hissəsini də elə həmin Fərid adlı şəxsdən borc aldığını demişdir. O, Akifin xətrini çox istədiyindən heç bir problem olmadığını deyib getməyə razılaşmış, Akif Fəridin “Toyota Prado” markalı, nömrəsini xatırlamadığı avtomobili ilə Fəridlə birlikdə getmiş, o da özünə məxsus “VAZ 2104” markalı avtomobillə onların ardınca getmişdir. Akifgil 8-ci mikrorayonda, “Qoşa zapravka” deyilən “Lukoyl” yanacaq doldurma məntəqəsinin arxa hissəsində yerləşən “Zanbaq” restoranına getmiş, o da Akifgilin ardınca getmişdir. Orada Akif və Fəridi sonradan adının Ruslan olduğunu Akifdən öyrəndiyi, dolu bədənli, nisbətən qısa boylu, saçı tökülmüş, təxminən 40 yaşlarında bir kişi qarşılayıb onları restoranın kabinetlərindən birinə dəvət etmiş, həmin vaxt Akif əlindəki içində 150.000 manat olan sellofan torbanı da özü ilə götürmüşdür. Akif həmin şəxslə restoranın kabinetində təxminən bir saata yaxın söhbət etdikdən sonra qayıtmış, qayıdanda artıq Akif pulu həmin şəxsə verdiyindən əliboş qayıtmışdır. Aradan təxminən 15-20 gün keçmiş Akif ondan Ruslan adlı şəxsə 150.000 manatı aparıb çatdırmalı olduğunu deyərək Akiflə birlikdə getməyini xahiş etmiş, o da razılaşıb yenə əvvəlki qaydada Akifgillə, o öz avtomobilində həmin “Zanbaq” restoranına getmişdir. Yenə restoranın qarşısında Akifi əvvəl qarşılayan və adının Ruslan olduğunu sonradan öyrəndiyi şəxs qarşılayıb kabinetlərdən birinə dəvət etmiş, o isə yenə Akifgili çöldə gözləmişdir. Akifgil yenə həmin şəxslə təxminən bir saat yarımdan artıq söhbət edəndən sonra qayıtmış, yenə də Akif əlində götürüb restorana daxil olduğu, içində 150.000 manat pul olan sellofan torba əlində olmadan qayıtmışdır. Ancaq sonradan Akifdən Ruslan adlı şəxsin Akifi aldatdığını, guya kürəkəni Mahiri azad etdirmək adı ilə aldığı pulları ələ keçirdiyini eşitmiş, onun bildiyi qədər Akif həmin şəxsdən neçə il ərzində pulunu tələb etsə də, Ruslan adlı şəxs pulu qaytarmadığından Akif Ruslanın barəsində şikayət etmişdir. Lakin Akifdən öyrəndiyi qədər həmin şəxs bu günə qədər də aldadıb aldığı pulu qaytarmamışdır.
15. Verilən suallara cavab olaraq Şahid2 ifadəsinə əlavə edərək göstərdi ki, o, Zərərçəkmiş şəxs Saray qəsəbəsində yerləşən evində santexnik ustası kimi işləmişdir. Zərərçəkmiş şəxs ona kürəkəni Mahirin cəzasını azaltmağa köməklik edə biləcək bir nəfər tapdığını, bunun müqabilində həmin şəxsə pul verməli olduğunu, lakin pulun miqdarının çox olmasına görə tək getməkdən ehtiyat etdiyini (qorxduğunu) bildirmişdir. Zərərçəkmiş şəxs Şahid1la birgə sonuncuya məxsus “Prado” markalı avtomobillə “Qoşazapravka” deyilən yerə gedərkən o (Şahid2) da sonuncuları mümkün ola biləcək təhlükələrə qarşı xəbərdarlıq etmək üçün özünə məxsus “VAZ 2104” markalı avtomobil ilə onların arxası ilə getmişdir. Zərərçəkmiş şəxs maşından düşdükdə onu bir nəfər şəxs qarşılamış, Zərərçəkmiş şəxs restorandan içəri girdikdən sonra onu 10-15 dəqiqə gözləmiş, daha sonra özü çıxıb getmişdir. O, Zərərçəkmiş şəxs pulu verdiyi şəxslə arasında aparılan danışıqlarda iştirak etməmişdir. Zərərçəkmiş şəxs ona kürəkənin cəzasını azaltmaq üçün həmin gün 150.000 (bir yüz əlli min) manat pul apardığını demişdir. O, Təqsirləndirilən şəxs üzünü dəqiq görməmiş, Zərərçəkmiş şəxs arxası ilə 2 dəfə maşınla getmiş, 2-ci dəfə də o, “Prado” markalı avtomobillə görüşə getmişdir.
16. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş X4 8 fevral 2024-cü il tarixdə verdiyi ifadəsi tərəflərin vəsatəti əsasında məhkəmədə elan edilərək tədqiq edilmişdir. N.Ş.Gülməmmədov həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uzun müddət tanımış, sonuncu ilə həmişə yaxşı münasibətləri olmuş, habelə şərikli işlər görmüşdür. Zərərçəkmiş şəxs isə əvvəllər tanımamış, onunla hər hansı ədavət və düşmənçiliyi olmamışdır. Belə ki, o, Akiflə Ruslan arasında həbsxanadan azadlığa buraxdırmaq üçün pul haqq-hesabı olduğunu eşitmişdir. O, sonradan Ruslanın özündən Akifin qohumlarından birinin X32 qətlində təqsirli bilinməklə ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyini öyrənmişdir. Onun özünün də Ənvər Seyidovla yaxşı tanışlıq münasibəti olmuş, Ruslan da bundan xəbərdar olduğundan ondan xahiş etmişdir ki, Ənvər Seyidovla birlikdə gedib Ali Məhkəmədən həmin şəxsi azadlığa buraxılmasını xahiş etsinlər. Lakin o həmin vaxt Ruslanın xahiş etdiyi şəxsin nəyə görə azadlıqdan məhrum edildiyini bilməmiş, Ənvər Seyidovla birlikdə Ali Məhkəməyə getdikdən sonra orada söhbət əsnasında onlara Ruslanın xahiş etdiyi şəxsin X32 qətlində təqsirli bilinən şəxslərdən biri olması məlum olmuşdur. Bunu öyrəndikdən sonra həm o, həm də Ənvər Seyidov bu məsələdən kənar dayanmış, həmin məsələ ilə bağlı hətta özü də Ruslana belə iş görməməsi ilə bağlı irad bildirmişdir. Bundan başqa Ruslanla onun Bakı şəhəri, Nəsimi rayonu ərazisində Göy məscidin yaxınlığında şərikli torpaq sahəsi olmuş, təxminən 2020ci ilin dekabr ayının sonları 2021-ci ilin yanvar ayının əvvəllərində Ruslan ona Akiflə olan məsələ ilə bağlı kriminal aləminin üzvləri tərəfindən ona hədə-qorxu gəlindiyini demiş, ona görə də ondan həmin torpaq sahəsini satıb 110.000 manat pul ödəmək lazım olduğunu ondan xahiş etmiş, o da etiraz etməyib razılaşmışdır. Ruslan torpaq sahəsinin özünə məxsus hissəsini satdıqdan sonra 110.000 manat pulu Tural adlı şəxsə verməli olmuşdur. Beləliklə, o, Ruslan və dostları Razil Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon ərazisində yerləşən “Zanbaq” kafesində 110.000 manat pulu saydıqdan sonra Ruslan xatırlamadığı bir nəfərlə pulu Tural adlı şəxsə verilməsi üçün Sumqayıt şəhərinə göndərmişdir. Lakin o, pulun konkret olaraq Turala verilməsində iştirak etməmiş, eləcə də belə bir hadisənin şahidi olmamışdır. O, sonradan Ruslan bir dəfə Ənvər Seyidov onunla görüşərkən ondan gizli olaraq Ənvər Seyidovla şəkil çəkdirdiyini eşitmişdir. Sonradan həmin şəkli Akifə göstərib guya Ənvər Seyidovla özünün yaxın tanışlıq münasibəti olduğunu demişdir. O, Ruslanın belə işlər gördüyünü, eləcə də Akifdən həmin iş üçün 310.000 manat pul aldığını sonradan öyrənmişdir (Cild 2, i.v. 196-198;).
17. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş X15 16 fevral 2024-cü il tarixdə verdiyi ifadəsi tərəflərin vəsatəti əsasında məhkəmədə elan edilərək tədqiq edilmişdir. Ə.Y.Həsənov həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 2015-2016-cı illərdən etibarən tanımışdır. Belə ki, onunla tanışlığının yaranmasına səbəb Ruslanın dəqiq xatırlamadığı cinayət işlərindən birində ona zərərçəkmiş şəxs qismində hüquqi yardım göstərməsi olmuşdur. Təxminən 2017-ci ildə Ruslan onunla əlaqə saxlayıb bir nəfər tanışına hüquqi yardım göstərmək lazım olması barədə xahiş etmişdir. O, Ruslandan müqavilə bağlamaq istəyən şəxslə, habelə hüquqlarını müdafiə edəcəyi şəxslə yaxın qohumluq əlaqəsinin olub-olmaması bardə soruşduqda Ruslan ona müqaviləni bağlayacaq şəxsin hüquqlarını müdafiə edəcəyi şəxsin yaxın qohumu olduğunu demişdir. Bundan sonra o, Ruslanın xahişi ilə sonradan sonuncunun vasitəsi ilə tanıdığı Zərərçəkmiş şəxs ilə tanış olmuşdur. Ruslan və Akif birlikdə Bakı şəhəri 2 Saylı Vəkil bürosuna gəlmiş, söhbət zamanı ona hüquqlarını müdafiə edəcəyi şəxsin X32 qətlində təqsirli bilinərək ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyini bildirmişlər. O, Akifdən təqsirləndirilən şəxslə nə kimi qohumluq əlaqəsinin olduğunu soruşduqda Akif ona Mahir Zeynalovun qayınatası olduğunu bildirmişdir. O, söhbət zamanı Akif və Ruslana Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrini göstərərək həmin şəxsin ömürlük azadlıqdan məhrum etmə cəzasının 25 ilini çəkdikdən sonra bu məsələyə baxıla biləcəyini, habelə Mahir Zeynalovun təqsirləndirildiyi cinayət işinin ciddi məsələ olduğunu, həmin şəxsin asanlıqla azadlığa çıxmasının mümkün olmayacağını, yəni qeyri-mümkün olduğunu bildirmişdir. Akif ondan ərizə alıb bu işi məhkəməyə çıxartmaq lazım olduğunu xahiş etmiş, o da Akiflə müqavilə bağlayaraq Qobustan həbsxanasına gedib Mahirə ərizə yazması üçun köməklik etmişdir. Bundan sonra Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən Qobustan həbsxanasında məsələyə baxılmış, lakin təmin edilməmişdir. O, Akifin xahişi ilə müvafiq olaraq Bakı Apellyasiya Məhkəməsinə, sonra isə Ali Məhkəməyə müraciət etmiş, lakin Mahir Zeynalovun cəzası dəyişdirilmədən saxlanılmışdır. Həmin hadisədən təxminən 2-3 il keçdikdən sonra Akif yenidən ona Mahir Zeynalovun işinə görə əfv ərizəsi yazmaq üçün müraciət etmiş və onlar vəkil bürosunda görüşmüşlər. Həmin söhbət zamanı Akif ona 2-3 il əvvəl müraciət edərkən Mahir Zeynalova təyin edilmiş cəzanı dəyişdirmək üçün ondan (Akifdən) pul alındığını etiraf edərək ondan alınmış pulun məbləğini də demiş, lakin hazırda həmin məbləğin nə qədər olduğunu dəqiq xatırlamır (Cild 2, i.v. 225-227;).
18. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, habelə ifadəsi elan edilməklə tədqiq edilmiş şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
19. “Cinayət işi başlamaq və icraata qəbul etmək haqqında” 17 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin (bundan sonra mətndə - Binəqədi RPİ-nin İŞ) baş müstəntiqi, polis mayoru X37 tərəfindən Təqsirləndirilən şəxs 2017-ci ilin iyul ayının əvvəllərindən 2017-ci ilin oktyabr ayının sonlarına qədər olan müddət ərzində Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, Əcəmi Naxçıvani küçəsi ilə Azadlıq prospektinin kəsişməsində yerləşən “Zanbaq” kafesində X1 qapalı tipli cəzaçəkmə müəssisəsindən azad olunmasını təşkil edəcəyi adı ilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək 310.000 manat pulunu dələduzluqla ələ keçirməsinə dair toplanmış material əsasında fakta görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmaqla icraatına götürülərək istintaqı davam etdirilmişdir (Cild 1, i. v. 1;).
20. Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 21 fevral 2001-ci il tarixli, A-0384/2001 nömrəli hökmündən görünür ki, X12 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 218.2, 277, 228.3, 312.2, 232.3.1, 232.3.2 və 189cu maddələri ilə təqsirli bilinərək az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə cəzasını həbsxanada çəkməklə qəti olaraq ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə digər təqsirləndirilən şəxslər barəsində də müvafiq qərarlar qəbul edilmişdir (Cild 1, i. v. 11-18;).
21. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 24 iyul 2001-ci il tarixli qərarından görünür ki, Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 21 fevral 2001-ci il tarixli hökmü X38, X12, X17, X39, X18 və X8 haqqında dəyişdirilmədən saxlanmışdır. Həmin hökm X29 haqqında dəyişdirilərək Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 218.1-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum olunma cəzası 14 ildən 10 ilə endirilmiş, üzərində 10 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır (Cild 1, i. v. 19-22;).
22. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 6 dekabr 2017-ci il tarixli, 7(002)- 1017/2017 nömrəli və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 fevral 2018-ci il tarixli 7(103)-42/2018 nömrəli qərarlarından görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Həbsxanasında cəza çəkən məhkum X5 cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi və ömürlük azadlıqdan məhrum etmə cəza növünün müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməsinə dair ərizəsi Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qərarı ilə təmin edilməmiş, həmin qərar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Qeyd edilən qərarlardan görünür ki, məhkum X6 hüquqlarını müdafiə etmək üçün məhkəmə iclaslarında müdafiəçi qismində Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili X28 iştirak etmişdir (Cild 1, i. v. 23-28;).
23. Azərbaycan Respublikası Ali məhkəməsinin Cinayət Kollegiyasının 21 iyun 2018-ci il tarixli, 7(102)-50/2018 nömrəli qərarından görünür ki, məhkum X5 ərizəsi təmin edilərək cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi və ömürlük azadlıqdan məhrumetmə cəza növünün müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməsindən imtina edilməsi barədə material üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 fevral 2018-ci il tarixli qərarından müdafiəçi X28 tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır (Cild 1, i. v. 29-30;).
24. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 13 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru X40 tərəfindən Zərərçəkmiş şəxs ərizəsi əsasında toplanmış material üzrə Ruslan adlı şəxsin şəxsiyyəti müəyyən edilərək izahatı alınmadığından, habelə kifayət qədər sübutlar olmadığından cinayət işinin başlanması rədd edilmişdir (Cild 1, i. v. 51-53;120-122).
25. “Zərərçəkmiş şəxs qismində tanınması haqqında” 20 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (Cild 1, i.v.74;).
26. “Şübhəli şəxsin tutulması haqqında” 21 dekabr 2021-ci il tarixli qərar və protokoldan görünür ki, Abbasov X20 RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru X37 tərəfindən 21 dekabr 2021-ci il tarixdə, saat 21:58 dəqiqədə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (Cild 1, i.v. 99-101;).
27. “Cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarın ləğv edilməsi və əlavə araşdırma aparılması haqqında” 8 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri, Nərimanov rayon prokurorunun müavini, ədliyyə müşaviri Elgiz Qənizadə tərəfindən Zərərçəkmiş şəxs ərizəsi əsasında toplanmış material üzrə müstəntiq Elşən Zamanov tərəfindən qəbul edilmiş 13 sentyabr 2021-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsinə dair qərarı əsassız və qanunsuz olduğuna görə ləğv edilmişdir (Cild 1, i.v. 126-127;).
28. “Materialın ərazi aidiyyəti üzrə göndərilməsi haqqında” 20 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs Əlmirzə oğlunun şikayət ərizələri əsasında toplanmış material ərazi aidiyyəti üzrə araşdırmanın davam etdirilməsi üçün Binəqədi RPİnin İŞ-yə göndərilmişdir (Cild 1, i.v. 135-137;).
29. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 23 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilməklə hüquq və vəzifələri izah edilmişdir (Cild 1, i.v. 139-140;).
30. “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsi barədə” Bakı şəhəri Binəqədi rayon prokuroru, baş ədliyyə nüşaviri Fuad Məmmədovun 23 dekabr 2021-ci il tarixli və “Qətimkan tədbiri seçilməsi barədə” 23 dekabr 2021-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan başqa qətimkan tədbiri seçilməsi və saxlanıldığı müvəqqəti saxlama yerindən azad edilməsinə dair ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun qərarına əsasən müstəntiq X37 tərəfindən Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (Cild 1, i.v. 155-158;).
31. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsi tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin 17 yanvar 2022-ci il tarixli cavabından və müvafiq hökmdən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 7 avqust 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 3000 manat cərimə cəzasına məhkum edilmiş, 29 aprel 2015-ci ildə təyin edilmiş cəriməni ödədiyi üçün qeydiyyatdan çıxarılmışdır (Cild 1, i.v. 179-180;).
32. “Təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verilməsi və iş üzrə icraatın diyandırılması barədə” 1 mart 2022-ci il tarixli qərardan görünür ki, Binəqədi RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru X37 tərəfindən Təqsirləndirilən şəxs əməlində hər hansı cinayətin tərkib əlaməti müəyyən olunmadığından barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə başlanılmış cinayət təqibinə xitam verilmiş, Təqsirləndirilən şəxs cinayət işi üzrə təqsirləndirilən şəxs statusuna və barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbirinə xitam verilmiş və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır (Cild 1, i.v. 204-209;).
33. “Təqsirləndirilən şəxs qismində cəlb etmə, qətimkan tədbirinin seçilməsi haqqında qərarların ləğv edilməsi və cinayət işinin icraatının dayandırılması haqqında qərarın ləğv edilməsi barədə” 31 mart 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilməsi, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi barədə və iş üzrə icraatın dayandırılması haqqında 1 mart 2022-ci il tarixli qərarlar ləğv edilərək cinayət işi istintaqın davam etdirilməsi üçün Bakı şəhəri Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin istintaqı şöbəsinə (bundan sonra mətndə-BBPİ İTİ ACİŞ) göndərilmişdir (Cild 1, i.v. 211-213;).
34. “Cinayət işinin icraata qəbul edilməsi haqqında” 14 aprel 2022-ci il tarixli qərardan görünür ki, BBPİ İTİ ACİŞ-in müstəntiqi, polis polkovnik-leytenantı X13 tərəfindən ********* nömrəli cinayət işi icraata qəbul edilərək istintaqı davam etdirilmişdir (Cild 1, i.v. 214-215;).
35. “Təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi haqqında” və “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” 20 aprel 2022-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə BBPİ İTİ ACİŞ-in müstəntiqi, polis polkovnik-leytenantı X13 tərəfindən ********* nömrəli cinayət işi üzrə icraat Təqsirləndirilən şəxs istintaqa təqdim edilənədək dayandırılmışdır (Cild 1, i.v. 244-245; 250-251;).
36. Binəqədi RPİ-nin əməliyyat işi üzrə rəis müavini, polis polkovnik-leytenantı Zaur Əliyevin 27 aprel 2022-ci il tarixli məktubundan görünür ki, aparılmış araşdırma zamanı axtarışda olan Təqsirləndirilən şəxs cinayəti törətdikdən sonra məsuliyyətdən yayınmaq məqsədi ilə Azərbaycan Respublikasının hüdudlarını 6 mart 2022-ci il tarixdə Heydər Əliyev adına X22 Bakı-İstanbul aviareysi ilə Türkiyə Respublikasına getməsi və hazırda həmin ölkədə gizlənməsi müəyyən edilmişdir (Cild 2, i.v. 15;).
37. “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” 11 may 2022-ci il tarixli qərardan görünür ki, BBPİ İTİ ACİŞ-nin müstəntiqi, polis polkovnik-leytenantı X13 tərəfindən ********* nömrəli cinayət işi üzrə icraat təzələnərək istintaqı davam etdirilmişdir (Cild 2, i.v. 16-17;).
38. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 may 2022-ci il tarixli, 4(011)-267/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli icra edildiyi andan hesablanmaqla 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (Cild 2, i.v. 24-27;).
39. “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” 12 may 2022-ci il tarixli qərardan görünür ki, BBPİ İTİ ACİŞ-nin müstəntiqi V.S.İsmayılov tərəfindən ********* nömrəli cinayət işi üzrə icraat Təqsirləndirilən şəxs tutularaq istintaqa təqdim edilənədək dayandırılmışdır (Cild 2, i.v. 29;).
40. Azərbaycan Respublikası Ali Məhkəməsinin Aparatından verilmiş 29 aprel 2022-ci il tarixli, 2-389 nömrəli məktubda göstərilmişdir ki, Azərbaycan Respublikasının Ali Məhkəməsində 2017-2019-cu illərdə “Vüqar” adlı şəxs hakim vəzifəsində işləməmişdir (Cild 2, i.v. 34;).
41. “Cinayət işinin icraata qəbul edilməsi və icraatın təzələnməsi haqqında” 1 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, BBPİ İTİ ACİŞ-nin müstəntiqi, polis baş leytenantı X19 tərəfindən ********* nömrəli cinayət işi icraatına qəbul edilmiş və dayandırılmış icraat təzələnərək ibtidai istintaqı davam etdirilmişdir(Cild 2,i.v. 62;).
42. “Baxış keçirilməsi haqqında” 6 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, BBPİ İTİ ACİŞ-nin müstəntiqi X.A.Əsgərov tərəfindən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi istintaqa təqdim etdiyi 1 (bir) ədəd “CD-R” formatlı diskə həmin tarixdə, saat 09:45-dən 10:20-dək baxış keçirilmiş və baxış zamanı diskdə Təqsirləndirilən şəxs və “Mehman” adlı şəxsə məxsus səs yazılarının olması müəyyən olunmuşdur. Həmin səs yazılarının məzmununda Zərərçəkmiş şəxs müraciətində qeyd etdiyi məsələlərlə bağlı Təqsirləndirilən şəxs və “Mehman” adlı şəxs arasında danışıqların olduğu aşkar olunmuş, lakin həmin səs yazılarına baxış zamanı səs yazılarının daha uzun müddət davam etməsinə baxmayaraq, təqdim edilən səs yazılarının müxtəlif hissələrdən olmaqla əsasən “Mehman” adlı şəxsə məxsus səslərin kəsilərək təqdim edilməsi müəyyən edilmişdir. Həmin səs yazılarında Təqsirləndirilən şəxs nitqləri olsa da, səs yazıları kəsilərək istintaqa təqdim edildiyindən iş üzrə əhəmiyyət kəsb edən halları müəyyən etmək mümkün olmamışdır (Cild 2, i.v. 70;).
43. “Doğum haqqında” şəhadətnamədən və arayışdan görünür ki, 20 fevral 1963-cü ildə Ağcabədi şəhərində anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı Mekhman Yusubovun (şəhadətnamədə X36) istifadəsində olan mobil telefon nömrəsi +**********7dir (Cild 2, i.v.80;85;).
44. “İttiham elan etmək üçün şəxsin tutulması və axtarış elan edilməsi haqqında” 30 sentyabr 2023-cü il tarixli və “Təqsirləndirilən şəxs qismində cəlb etmə və ittiham elan etmə haqqında” 4 oktyabr 2023-cü il tarixli qərarlardan görünür ki, Mekhman Yusibovun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə, ittiham elan edilməsi üçün tutulması və barəsində axtarış elan edilməsinə dair qərarlar qəbul edilmişdir(Cild 2, i.v. 83-84; 86-87;).
45. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli, 4(011)-647/2023 saylı qərarından görünür ki, Mekhman Yusibov (X36) barəsində əvvəli icra edildiyi andan hesablanmaqla 1 (bir) ay 3 (üç) gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir (Cild 2, i.v. 96-101;).
46. “Axtarışda olan şəxsin tutulması barədə” 20 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Türkiyə Respublikasında saxlanılmış Təqsirləndirilən şəxs həmin tarixdə, saat 10:00-da Heydər Əliyev adına Hava Limanından təhvil alınmışdır (Cild 2, i.v. 105;).
47. “Üzləşdirmə” 21 noyabr 2023-cü il tarixli protokollarından görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs və Şahid1 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkətləri zamanı Zərərçəkmiş şəxs və Şahid1 öz ifadələrini Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha təsdiq etmişlər (Cild 2, i.v. 119-123;124-126;).
48. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 yanvar 2024-cü il tarixli, 4(011)-60/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilərək o, məhkəmə iclas zalından həbsdən azad olunmuşdur (Cild 2, i.v. 158-164;).
49. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 fevral 2024-cü il tarixli, 4(103)-92/2024 saylı qərarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 yanvar 2024-cü il tarixli, 4(011)-60/2024 saylı qərarı ləğv edilərək Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilmişdir (Cild 2, i.v. 172-186;).
50. “Baxış keçirilməsi haqqında” 5 fevral 2024-cü il tarixli protokoldan görünür ki, BBPİ İTİ ACİŞ-nin müstəntiqi X.A.Əsgərov tərəfindən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi istintaqa təqdim etdiyi 1 (bir) ədəd “CD-R” formatlı diskə həmin tarixdə, saat 15:20-dən 16:00-dək baxış keçirilmiş və baxış zamanı diskdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs və Mekhman Yusibov, eləcə də qeyriləri arasında qeydə alınmış 5 (beş) ədəd səs yazısının olması müəyyən edilmişdir. Həmin səs yazılarında Təqsirləndirilən şəxs “Racı” adlı şəxsə 10.000 ABŞ dollarını Mekhman Yusibova çatdırmaq üçün verdiyini bildirir. Həmçinin “CD-R” formatlı diskdə 1 (bir) ədəd video görüntünün olması, həmin görüntüdə “Elxan” adlı şəxslə Təqsirləndirilən şəxs arasında danışığın qeydə alınması aşkar olunmuşdur. Bundan başqa, 5 (beş) ədəd fotoşəkildə “Elxan” adlı şəxsə pul verilməsi ilə bağlı çekin olması müəyyən olunmuşdur (Cild 2, i.v. 189;).
51. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 fevral 2024-cü il tarixli, 4(011)-116/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti 1 (bir) ay olmaqla ümumilikdə 4 (dörd) ay müddətinə, yəni 20 mart 2024-cü il tarixinə qədər uzadılmışdır (Cild 2, i.v. 219-222;).
52. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 fevral 2024-cü il tarixli, 4(011)-154/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilərək ev dustaqlığında saxlanılma müddəti 20 mart 2024-cü il tarixədək müəyyən edilmişdir (Cild 2, i.v. 241-245;).
53. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş “Məhkəmə-fonoskopik” ekspertizasının 27 fevral 2024-cü il tarixli, 3-16- 16/2-4/151-4/176 nömrəli rəyindən görünür ki, ekspertlər tərəfindən ayrılıqda və kollegial dinlənilmələr nəticəsində tədqiqatı tələb olunan mübahisəli fonoqramlardakı danışıqların yazılı mətnləri əldə olunmuş və həmin mətnlər aşağıda verilmişdir: “WhatsApp Audio 2022-03-20 at 17.54.13”
K1 - Ver, işi icra eliyək yəni// K2 - ... səs yazır// Gör sənə nə deyirəm e sən məni nə vaxt axtardın? Sən gəldin axırda çıxdın ortalığa, axır Mehmanın sözü ilə getdin haralarasa çıxdın. K1 - Yo yo Ruslan gəl belə danışaq da. Ay Ruslan gəl belə danışaq da. Sən yəqin danmırsan bir kişi balası kimi mən sənə 310000 vermişəm. K2 - Yox e qulaq as gör nə deyirəm. K1 - Yo gəl detalniy danışaq da. Sən danırsan mən sənə 310000 vermişəm? K2 - mən demişəm 310000 verilib mən onu danmıram K1 - Ay sağ ol. K2 - Mən niyə danım ki onu? O heç onnan söhbət getmir... K1 - Özü də bilirsən də ki mən onu kimin azadlığı üçün sənə vermişəm? Ruslan qardaşımsan qulaq asginen. O müddət ki mən səninlə əlaqədə oldum bizim aramızda bir hörmətsizlik oldu? K2 - Yo xeyr K1 - Allah eləməsin bir səmimiyyətimiz pozulmuş oldu mu? Hər cürə dedin, gəldin dedin əfv olacaq, əfvə salacam, alınmadı. Sonra nə bilim dedin ki, məhkəmə olacaq. Məhkəmə də gəldi. Qulaq as da xahiş eliyirəm biz mədəni adamlarıq Ruslan. K2 - Mehman deyirdi ki belə denən. K1 - Mehmannan mənim nə işim var qadasın alım. Mehmanın da gözü sənin əlində idi. Mənim də gözüm sənin əlində idi. K2 -... Deyirdi düzələcək, səsyazıları var e məndə hamısı... K1 - indi onu qoyaq qırağa da Mehmanla neynəmisən, Mehman səndən 45000 alıb. K2 - Qulaq as da. ilk gündən pul veriləndə Mehman bilirdi ki, o pul işə verilmişdi. Mehman hamısını yaxşı bilir. Mehman deyib götür qoy işə mən cavabdehəm, mənim orda adamım var iş görək pul qazanaq. Mən də hər ay ordan, eşidirsən həci (...800?) dollar Mehmana pul göndərmişəm. K1 - Eşidirəm, eşidirəm. K2 - Bütün səsyazıları var, hər ay göndərmişəm. K1 - Nə məqsədə göndərmisən? K2 - İş görmüşük də iş görəndə K1 - Bəs mən sənə o pulu vermişdim qadasın alım mən o pulu vermişdim ki, sən iş görəsən? Alver eliyəsən yoxsa mənim uşağımı türmədən qurtarasan? K2 - Sənə qurban Mehman dedi ki, mənlikdi də sən o pulu götür iş görək. Mən səni tanıyırdım? Sən kimə görə verdin o pulu mənə? K1 - Mehmana görə bəli. K2 - Ay sağ ol. Onda mənim problemimdi? Bugünki gündə də səsyazıları var. Sənə atacam get bir qulaq as. Sonra sənin bir adamın var e Moskvada K1 - Həə K2 - O kişinin adı nədi? Səsini göndərərəm sənə. (faydalı siqnal qısamüddətli itir) K1 - Tanımıram onu tanımıram. Kimdi adı nədi onun? Alo. Ruslan K2 - Tanıyırsan elə bir adam? K1 - Eşidirəm, eşidirəm səni. K2 - Alo. Tanıyırsan elə bir adam? K1 - Nədi adı onun? K2 - Adını məndən gizlədir Mehman. Adını mənə Asim kimi təqdim eləyib. Amma Asim deyil adı. Doqquz dənə də oğlu var. Səsyazısını göndərsəm tanıya bilərsən onu? K1 - Göndər görüm amma bilmirəm mən Moskvada Mehmannan sənnən başqa adam tanımıram. İnan Allaha mən onların heç birini tanımıram. K2 - Bir nəfər ortaya çıxardıb deyir ki, Akifin dostlarındadı. O adamla məni danışdırır, o adama məni faiz ödətdirir, pul ödətdirir. Başa düşürsən bunu? Mehman şərəfsiz səsyazısı var. K1 - Hə K2 - Axırıncı dəfə də mənə dedi Ki, mən vaxt verirəm get sən işivi gör, 50000 dollar bu pulun üstündə pul gətir ver. Başa düşdün nə deyirəm? İndi mən səsyazılarını da göndərəcəm. K1 - Başa düşdüm hə. İndi bəs belə şeylər olan halda ay Ruslan can yiyəsi mənəm qulaq as da. Qadasın alım qulaq as da. Heç olmasa, mənim yaşıma görə mənim limitimi artıq elə də. Xahiş eləyirəm səndən. Bax can yiyəsi mənəm 310000-i mən sənə vermişəm. Arada bir Mehman beləçinə xəyanət eləyəndə sən dediyin kimi olarsa, sən mənə niyə demirsən ki? K2 - Obiznavat verərəm, aydınlıq verərəm. K1 - Ay Ruslan sən mənə niyə demirsən ki Mehman burda məndən pulu alır ha sən sabah məndən heç nə tələb eləmə. Bax sən mənə bunu desəydin, zamanında mən məsələn bilərdim neyniyərdim. Mən məsələn bilərdim Mehmanı necə kaznit eləyim və yaxud cəzalandırım və yaxud pulumu geriyə alım. Sən bunları gizlətdikcə elə bil ki onuynan əlbir olmusan qardaş. K2 - Mehman tutdurub qulaq as mənə o vəkili də Mehman tutdurub. O səsyazısı var e, səsyazısı göndərmişəm e sənə. Eşidirsənmi? K1 - A başıva dönüm səsyazısı, səsyazısı bir başqa məsələdi. K2 - Mehman orda deyir ki, belə denən, belə səs göndər. Mən hamısını yazdım. Mən səni tanımırdım. Deyirdi mənlikdir. Bilirsən nə deyirdi? Deyirdi bunlar şərəfsizdilər. Sənin dalınca sənin var yoxuva söyürdü. And olsun Allaha. K1 - indi yaxşı ba yaxşı Ruslan iş baş verib qadası qulaq as. K2 - Qulaq as bidənə xahiş eləyirəm mənə qulaq as. Mənə dedi ki, bunlar İran casusudu, pul irandan gəlir, iran casuslarının puludu. K1 - A onun məsələyə nə dəxli var ay Ruslan? Onlar casusdu, nəbilim residivistdi, nədi. K2 - Mənə deyirdi ki, sənə gələn pul İran casuslarınındı. Məndə səsyazıları var e sənə onları bir-bir... K1 - Qulaq as Ruslan qulaq as. Sən bilirsən ki, bu türmənin puludu, sən bilirsən. Bunu ivan verib, Andrey verib, sən deyən adamlar verib onu heç kəs mənə deyə bilməz. Əvvəla onu dostlarım yığıb, bir də mən evdə uşaqların, qızlarımın qızılları satıb bərabər eləyib vermişəm sənə. K2 - Mən pulu danmamışam K1 - Sən dana da bilməzsən. Bir kişi əgər adını kişi qoyubsa, o heç vaxt dana bilməz. K2 - Yoo, mən kişi oğluyam mən o pulu dananmaram. K1 - Mən də bilirəm kişi oğlusan. K2 - Mən söydürə bilmərəm, mən o pulu dananmaram. Mən o puldan eşidirsən mi məni? Gətirdim 45000 dollar Mehmana pul vermişəm sonra. (Kənar replika: 45000 dollar yoxsa manat?) K1 - Aha, aha. Ruslan 45000 dollar yoxsa manat? K2 - Dollar e dollar nə manat. K1 - Ay sağ ol. Aydın oldu hə buyur. Dalını danış. K2 - 15000 dollarını nağd boynuna alır. Sonra 45000-i də boynuna alır. Onların hamısının məndə səsyazısı var. Bircə-bircə göndərəcəm sənə. Gətirdim Hacı 150000-lik ev verdim Mehmana. Mən sənə yalan danışıramsa, mən şərəfsizəm, mən namussuzam. 150000-lik ev verdim. Ev il yarım qaldı Mehmanda. 3-4 ay o evdə adam yaşadı. Eşidirsən? Xəbərin var bunlardan? K1 - Eşidirəm, yoo heç nədən xəbərim yoxdu. Mən sizin içivizə girməmişəm axı orda neyniyriz neynəmirsiz. K2 - Xahiş eləyirəm mənə qulaq as. Qayıtdım dedim ki, ay Mehman mən bu evi sata bilirəm, betonla dəyişə bilirəm pula çevirə bilərəm. 130000-lik betonla danışmışdım. Birinci dabro verdi, sonra dedi ki, mən şey eləmirəm Adəm var e Adəm onun vəkili, tanıyırsan da onu? O dedi evə 120000 verir. Səsyazıları var e bircə-bircə qulaq asarsan. K1 - hə, hə. K2 - Dedim mən səndən 150000 hesablayıb götürmüşəm istəyirsən 100000-ə sat, istəyirsən 150000-ə sat. Mən sənə ev vermişəm. Qayıtdı dedi ki, mən evi betonla dəyişmirəm, evi obşi 100000-120000-ə Adəmə satıram. Dedim özün bilərsən, üstündən biraz keçdi qayıtdı dedi ki, yo mən sata bilmirəm, Adəm almır. Dedim o mənim problemim deyil... K1 - Ruslan bir dəqiqə qardaşıva qulaq as ay Ruslan qulaq as qardaşıva. O şeyləri ki danışırsan sırf özüvüzə aid olan şeydi. Mənə aid olan şey bir qulaq as da a kişi qadasın alım qulaq as. Neçə illərdi mənimlə danışmırsan bir heç olmasa səsimi duy da. Mən sənə deyirəm ki, o şeylər ki danışmısız Mehmanla, Adəmlə nəbilim kimnən kimnən. Onun mənə nə dəxlisi var qadasın alım? Məndən 310000 almısan onu haçan qaytaracaqsan? K2 - Hacı, sən mənə qulaq as gör sənə nə deyirəm. Mən sənə yenə deyirəm sən mənə qulaq as itoka gətirirəm sözümü. Sən özün yaxşı bilirsən ki nə demək istəyirəm. Axırda qardaş bu söhbətin axırı gəldi nəyə çıxdı. Sən yaxşı bilirsən gəldiz çıxdız burda qardaşlara. Düzdü mü? Çıxmısız? K1 - Heç qardaşlarnan da mənim bir dəfə söhbətim olub olarnan. Namiq mənnən danışıb vəssalam. Sonra bu axırıncı gün Tural danışdı məniynən. K2 - Bir dəqiqə yoo, xeyir. Stolda sənə zəng olundu. Mən oturmuşam o stolda. K1 - Tural mənə zəng eləmişdi, mən Turala yox. A kişi Tural mənə zəng eləmişdi, mən Turala yox. Məndə telefonda qalıb onun gəliş zəngi K2 - Ağsaqqal, səndə telefonda nömrə qala bilər. Sən çıxmısan da düzdü mü? K1 - Yo yəni telefonda ox işarə var da o mənə zəng eləyib. Amma Tural deyir ki Hacı Akif mənə o qədər zəng eləyib ki dəng eləyir məni. Mənim onunla nə işim var? Mən Tural görmüşəm yoxsa ki. Mən həyatda səni tanıyıram, sənə pul vermişəm. Bir də Mehmanı tanıyıram. K2 - Sən qayıtdın dedin ki, o pul çatacaq onlara. Sən qayıtdın dedin ki day onlarnan söhbət elə. Düzdü mü? K1 - Bəli, hə K2 - Yadındadı mı? Demisən də bu söhbəti? K1 - Bəli, bəli. K2 - Ay sağ ol. Dedilər sənin torpağın var. Dedim bəli var. Dedim ev vermişəm mənim cəmi 100000 manat borcum ya qalar, ya qalmaz Mehmana. Heç 100000 də eləmir e hardasa 50-60 min onda borc qalar. Qayıtdılar ki, qardaş evivi qaytarırıq sənin özüvə Mehmanın qurmasıdı bu. Sən o torpağı ver bizə. Mən də dedim mənim gözüm üstə. Mənə evimin açarını gətirdilər özləri təqdim elədilər qaytardılar. Hələ mən onda İstanbuldaydım Bakıda rəhmətlik anamı aparmışdım. K1 - Allah rəhmət eləsin. K2 - Davernusu da getdik ləğv elətdirdik. İ bundan sonra dedilər ki torpaq, dedim bəli var. Hüseyn adlı adamla 3 nəfər şərik olmuşuq 33 faiz də mənim payımdı. Hacı sənin işin üçün mən çalışmamışamsa, şərəfsizəm. Mehmanın üzünə tüpürüm. Mehman kişi deyil, üzünə deyəcəm oların hamısını ki səni oyuna salıb. Gəldim qardaş Azərbaycana. Bu torpağı satırdım eşidirsənmi mənə qulaq as. K1 - Eşidirəm, eşidirəm. K2 - Alıcı otkaz elədi. Başqa müştəri tapdım alqı-satqı elədik. Alqı-satqı elədik torpağın yerinə obyekt gətirdilər qoydular. Obyektdə ki hardasa iki milyoluq, milyon yarımlıq obyektdi. Torpaq satılıb bir milyon iki yüz minə 50 faizi. Ordan qardaş 4 dənə sənə .... verirəm. Orda mənim 100000-200000 yox, 400000-500000 pulum var. Amma satılıb torpaq prosta zalok qoyulub sənədləşdirmə gedir. Başa düşdün qardaş? K1 - Eşidirəm bəli başa düşürəm. K2 - Zalok qoyulub orda kupçalı obyektdi (350000-kvadrat?) Baksavetdə, sənədləşmə gedir. K1 - Ay Ruslan indi bunlar hamısı yaxşı e Allah sənin o yerivi bərəkətli eləsin. Sənə 800000 yox, bir milyon qalsın. Qardaşım o Məşədi ibadın bir sözü var e hambalın bir abbası məsələsi, mənim pulumu kim verəcək qardaşım? Mən Mehmanı tanımırdım, səni tanımırdım. Mehman məynən səni tanış elədi. O ki deyir e əlli min ver bir dəfə, yüz min ver, yüz əlli min ver. Mən səni bir gün gecikdirmədim ki elədi ya elə deyil Ruslan? K2 - Yo mən sənə demirəm ki Mehmanın deyirəm işləri oldu da əziz qardaş. K1 - İndi Mehmannan özün araşdıra bilərsən. Özün neyniyə bilərsən. Qardaş mənim 310000 çatmalıdı ki, mən gedim o uşağı ordan qurtarım qardaş. Onun dişləri tökülüb qarnına artıq. K2 - Allah köməyində dursun mən nə deyirəm ki? Mən də öz üzərimə düşən hissəni mən sənə demişəm də sən ki qardaşlara abraşat elədin mən də qardaşlaraİİİ K1 - Mən abraşat eləmişəm? Mən ata babamla qələt eləyərəm abraşatsa eləyərəm. Abraşatsa eləyən Mehman olub, ayə mən ömür billah 13 yaşımdan namaz qılıram mən lotu hardan tanıyıram a kişi? Mən abraşatsa eləmişəm? Bu nə böhtandı atırsan mənə? Mən Namiq hardan tanıyırdım, nəbilim o birisini hardan tanıyırdım? K2 - Ay qardaş təsdiqləmisən də mənim yanımda təsdiqləməmisən bu söhbəti? K1 - Nəyi təsdiqləmişəm? K2 - Qardaş mənim yanımdan qardaşlar səni yığdılar da. K1 - Hə yığıblar mənə nə deyiblər? Mən zəng eləmişəm onlara ya onlar mənə zəng eləyib? Nömrəni yəqin vermisən onlara K2 - Onlar sənə zəng eləyəndə il yarım bundan qabaq sentyabrda olmuşdu bu söhbət düz bir il bundan qabaq sən nə dedin onda? K1 - Nə dedim? Dedim bəli mən Mehmanı qulaq as dedim ki Mehmanın əliynən, Mehmanın fitvasıynan Ruslana 310000 pul vermişəm, qardaş qaytarın onu Mehmana, Mehmanın əliynən Mehman mənim işimi həll eləsin. K2 - Ay ölənlərin rəhmətlik K1 - Ay ölənlərin də rəhmətlik belə demişəm bəli K2 - Mənə də dedilər gətir torpağıvı ver də, mən də torpağımı verdim də. K1 - Bəsdi bu qədər? K2 - indi torpaq da bugünki gündə satılıb. Bugünki gündə Baksavetdən obyekt götürmüşəm. K1 - indi mən gözləyim ki sənin torpağın satıldı mənim pulumu qaytarırsan? K2 - Allahın köməkliyi ilə burda nə var ki. Burda obyekt satılsın sən o abraşat eləyəndə qardaşlar sənə nə dedi? Tural sənə zəng eləyəndə K1 - Gör nə deyirəm Ruslan gör nə deyirəm ba mən sənin barəndə Nərimanov rayonuna şikayət vermişəm əgər sən mənim bu yaxınlarda qulaq as mənim pulumu qaytarsan mən kişi oğlu deyiləm gedim şikayətimi geri götürüm. Bax sən də yəni get azad yaşa, mən də gedim o məzlum uşağın işini həll eləyim qurtaraq bu məsələni K2 - Başa düşürəm e amma bu puluvu məni düzgün başa düş sən axı dediyin yer var da dediyin yernən danış deyiblər də buları K1 - Kim deyib, kimdi o dediyim yer? K2 - Mehman nə deyir? Mehman sənə nə deyir? K1 - Mehmana mən verməmişəm ki pulu Mehmanın əliynən sənə vermişəm ay Ruslan. Səndən də şikayət vermişəm qulaq as mən Mehmandan şikayət verməmişəm. K2 - Sən Mehmana görə vermisən də mənə düzdü? K1 - Hə düzdü K2 - Nətər eliyək? Sən Mehmana görə vermisən K1 - Mehmana görə vermişəmsə, pul nağd sənə verilib də priçom Mehman. Pul nağd sənə verilib də Mehmana görə sən istəyirsənsə ki K2 - Mən dedim axı mən Mehmana bir hissəsini qaytarmışam. K1 - indi onun mənə dəxlisi yoxdu e qadasın alım o Mehmannan sənin öz işindi, amma istəyirsən ki, istəyirsən ki həyatda namuslu, şərəfli, qeyrətli yaşayasan mənim pulumu qaytar qardaş əbədi biz qardaş qalaq pulumu qaytar. Mən də gedim o uşağı qurtarım ordan. Allah da razı qalsın bu işdən, hamımız razı qalaq. Yaşa özünçün də gəl Azərbaycana yaşa sərbəst səniynən mənim nə işim var qardaşım? K2 - Proseslər gedir orda. Orda da mən sənə o satılan kimi əlbəttə ki sən də gələcəksən oturacayıq müraciət elədiyin yerdə Mehmanı da çağıracaqsan pulun qayıdacaq da burda nə var ki? K1 - İndi bu haçan baş verəcək? K2 - indi bu hardasa qardaş mən sənə deyim ki yəni mən onu birinci gün danışıb dəqiq sənə deyərəm. Yəqin ki iki aydan o yana olmaz. K1 - Dəqiq yəni iki ay olacaq? K2 - Bəli, bəli, bəli birinci gün danışım görüm onlar sənədləşmə nə yerdədi dəqiq söz deyəcəm də. Amma mənim üzərimə düşən hissəsi, sonra da Mehman da gəlməlidi. K1 - Mənə qardaş bax Ruslan mən bir daha deyirəm mən kişi balasıyam qulaq asırsan? K2 - Buyur K1 - Mən kişi balasıyam. Mənim 310000-im çatan zamanı mənim səninlə nə işim var? Hə biz biri-birimizi 10 ildi, 20 ildi tanımırdıq ki elədi? K2 - Hə K1 - Biz biri-birimizi hardasa 3 ay, 4 ay ərzində tanıdıq o pulu mən sənə verdim. Və sən söz verdin ki düzəldəcəyəm. İndi orda Mehmannan nə kaşa eləmisiz neynəmisiz onun mənə nə dəxli var? Mənim pulumu tezliklə iki aya yox, iki ay çoxdu diriltginen pulumu qardaşım mən də gedim ərizəmi götürüm, deyim Ruslan ba sən mənə söz verdin verməyi pulu götürdüm, mən də getdim götürdüm ərizəni. Ba yəni bu cürə kişi söhbəti eləyirəm sənnən. K2 - Başa düşürəm e səni sən düz deyirsən. İndi burda mənim suçum yoxdu ki burda siz çıxmısız o tərəfə də qardaş. Mən vermişdim də, ev də vermişdim, pul da vermişdim. K1 - A kişi o evi mənə də təklif elədilər mənə ev lazım deyil. Mənə 310000 nağd pul vermişəm o 310000-i istəyirəm səndən Ruslan. K2 - Necə? K1 - 310000 nağd pul vermişəm 310000-i istəyirəm indi onun üçün də evivi satırsan, maşınıvı satırsan, nəbilim qohum-əqrəbandan borc götürürsən onun mənə heç bir dəxli yoxdur. Mən 310000-i sən da deyən kimi mən sənə bu demişəm 50000 dollar o birisi, bu birisi hamısını vermişəm sənə. K2 - Alo K1 - Bəli eşidirəm. K2 - Mən indi qoy bir dənə bu sənədləşmə söhbətini danışım mən sənə deyəcəm ki nə var nə yox. K1 - Yaxşı, yaxşı amma Ruslan mən səndən çox xahiş eləyirəm mənə sən özün zəng eləyən Ruslan eşidirsən? Mənə sən özün zəng elə. Heç kəsin əli ilə mənə zəng eləmə xahiş eləyirəm. Məni narahat eləməginen. K2 - Necə? K1 - Ya özün mənə zəng elə, hə ya da ki elə mənə zəng elə fərqi yoxdu. Zəng eləginen mən bilim ki nə var nə yox. Sənin də mən ömrümdə ay Ruslan qulaq asırsan? Mən ömrümdə heç bir dənə quşa kiş eləməmişəm gör məni nə vəziyyətə salmısan ki mən durub səndən Nərimanov rayonuna şikayət yazmışam. K2 - Mənim nə günahım var ki orda? K1 - Günah kimdədi ki? Günah səndə olmayanda məndədi günah? Pulu sən almısan da, sən almısan məndən də icazəsiz Mehmana niyə vermisən sən pulu? K2 - Necə? K1 - Məndən pulu alıb məndən icazəsiz Mehmana niyə vermisən pulu? K2 - Sən mənə pulu kimə görə vermişdin? K1 - A kişi onun dəxli yoxdu e pulu mən sənə vermişəm. Sənə nə məqsədlə vermişdim kürəkənimi qurtarmaq üçün vermişdim? K2 - Bidənə sən mənə qulaq as mən sənə deyim K1 - indi mən sənə bidənə söz deyim onda belə çıxır ki sən elə Mehmanla iş görüb bir yerdə dələduzluq eləmisiz. Elədi elə deyil? K2 - Mən dələduzluq eləməmişəm. K1 - Day bunun adını başqa nə qoyaq? Nə qoyaq bunun adını? K2 - Mənim dələduzluğum yoxdur. Mən dələduzluq eləməmişəm. Mən dələduzluq niyə eləyirəm? Dələduzluq eləsəm ... K1 - Onda qardaş inciməginən mən ərizəmi geri götürməyəcəm, o gün ki sən mənim pulumu verəcəksən eşidirsən? O gün ki sən mənim pulumu verəcəksən mən ərizəmi götürəcəm geri. Ərizə geri götürülməyəcək bağışdaginan. Sən məndən incimə sonra. Oldu sağ ol K2 - Heç nə ay ağsaqqal oldu sağ ol, sağ ol K1 - Ay Allah evivi yıxsın sənin. “WhatsApp Audio 2022-03-20 at 18.45.53 (2)” K? - Hacı qardaşım burda heç bir narahatçılıq yoxdur. Heç bir narahatçılıqdan söhbət gedə bilməz. Bu üzümüzə gələn həftə bu məsələ tam bitəcək. Sən o qardaşlara da denən ki, bu məsələ ilə bağlı afşirivat eləməsinlər, çox bunu səsləndirməsinlər bu məsələni. Sakitcə yerlərində otursunlar. Cəmiyyət var, media var, o birisi var, bu birisi var. Ona görə də bunlar sakit yerlərində otursunlar qardaş. Bu məsələlər tam həllini tapıb bitib Allahın izni ilə inşallah heç bir problem ola bilməz.
“WhatsApp Audio 2022-03-20 at 18.45.54 (1)” K2 - Ona görə yoxsa mən o Bakıdakı məsələni deyərəm Bakıdakına. Bakıdakına da deməkdən ötrü gərək Bakıya gedəm deyəm başa düşürsən qardaş? Həm də bu məsələ var vallahi billahi deyirəm yəni belədi vəziyyət narahat olma indi bidənə yeddidə görüşüm mən sənə dəqiq deyəcəm orda nə var nə yox “WhatsApp Audio 2022-03-20 at 18.45.55” K1 - Bu məlun, bu məlun deyir ki, guya Elxan mən sənə şikayət eləmişəm, guya sən də çıxmısan oğrulara və yaxud da guya məndən olub fitva guya sənə ki sən çıxmısan oğrulara nəbilim bunun başını yarıblar o da oğrulara pul verib ki bunu öldürməsinlər neynəməsinlər. Qardaşım Elxan, olub belə şey belə söhbətimiz olub bizim? K3 - Hacı getdiyin o beytullaha Allahın evinə and olsun mənim heç kimdən çəkinəcək qorxacaq yerim yoxdu. Mən onu bugün Kənana da başa saldım ki, o liçniy başının yarılmağı mənim börümdə Allahın işinə bax da dekabrın 18-di, noyabrın 28-di neçəsidisə mənim yanımdakı insan götürüb bunun başının şəklini çəkib atıb Mehmana. Bax Allahın işinə bax aa Mehmanda da o durur. Başa düşdün? Həmin o başının yarılması. Bu biz bunnan görüşəndə qayıtdı mənə dedi ki, dedim a başuva nolub? .... elə sarıqlıydı, başı dedim ə bu nədi belə? Qayıtdı dedi ki bəs başım yarılıb Allah saxladı bəs ölümnən qurtardım nəbilim bəs nolub? Dedi bəs hamamda ayağım sürüşdü cakkuziyə dəydi bilmirəm şüşəyə dəydi ya güzgüyə. Qırıldı şüşə başına girmişdiye 8-10 yerdən Allah haqqı. Yəni bunun burda 4 dənə şahid var e. Bunu o vəziyyətdə 4 dənə adam görüb. Allahdan şəkli də çəkilib başa düşdün? K1 - Bu məndən gedib MVD-yə məni çağırmışdılar Daxili işlər Nazirliyinə orda mən içəri girən kimi Kənan müəllim o sənlə danışan Kənan müəllim birdən mənə müraciət elədi ki ağsaqqal kişisən utanmırsan nəbilim ee götürüb lotularnan əlaqə saxlamısan kriminalnan bu kişinin başını yardırmısan neynəmisən. Dedim bağışlıyın adıvız nədi sizin? Dedi Kənan. Dedim Kənan müəllim sən bir mənim cismimə, mənim bir simama fikir verginən mən nə yaşdayam mən kriminal hardan tanıyıram. Dedi yoo bu ifadə verib dedim ifadə verib o demək deyil ki siz o saat məni ittiham eliyəsiz. Yəni belənçiynə dedi dedim vapşem mən sənə cavab vermirəm, iftiradı indi bilmirəm bizim ailəni tanıyırsan ya tanımırsan belənçiynə biz ümumiyyətlə heç kriminal ümumiyyətlə tanımırıq və yaxud da məhəllənin uçaskovısını heç tanımırıq. Ə indi bu belənçiynə bir iftira atıb mən də cavabını verdim. Sonra bir dəfə də Kənan müəllim çağırdı mən vəkil tutmuşdum. Vəkilnən getdim o qəbul eləmədi ki, vəkilnən gəlmə biz sənin xeyirivə istəyirik məsələni həll eləyək filan eləyək. Mən də dedim ki xeyirimə həll eləyirsən vəkilnən həll elə sənin burda nə marağın var? Bunuynan da söhbət qurtardı. Yəni bunun mənə atdığı o iftira ki var a deyir ki sən kriminala zəng eləmisən Elxana demisən Elxan səninçün vəkil dayanıb orda kriminalnan danışıb yəni bunun həm sənə iftirası var, həm mənə iftirası var. Ona görə, can K3 - Elə şeylər olmuyub ki hacı K1 - Ümumiyyətlə biz biri-birimizi görmüşük Elxan? K3 - Yox görməmişik. K1 - Ay sağ ol mən indi Zahid müəllimə deyirəm ki Vallah Allaha and olsun mən Mehmanı görmüşəm, bir də ki Ruslanı görmüşəm də. Mən Elxanı ümumiyyətlə nə sifətdədi görməmişəm. K3 - Bəli bəli K1 - Axı mən məsəlçün çox istəyərdim ki tanış olum siziynən insan insan kimi məsələn danışsın eləsin şad olardım. K3 - İnşallah inşallah. K1 - Amma bu işdə ki səni məniynən calıyıb başa düşdün? Mən qardaş bu işdərin yiyəsi deyiləm bu götürüb məndən iftira yazıb ora ki başımı yardırıb. Şükür Allaha siz də belə həqiqi kişi kimi, centlmen kimi etiraf eləyirsiz ki bu şey yəni bunun başı orda hamamda yıxılıb cakkuziyə dəyib hara dəyib sınıb başına batıb. K3 - Bəli, bəli, bəli orda hacı, mən bugünləri mən ona tam icabını verdim e .... o mənə qarşı 360 dəyişdi çünki ruslar ona informasiyanı tam başqa cür verirdi məni də başqa cür görürdü. Məni də başqa cür görürdü mən ona dedim ki mən insanlarla 15 il 15 il mən bütün insanları Moskvada oğrunu öldürüblər mən yola salmışam, xəstəni öldürüblər mən yola salmışam. Ondan sonra ağacdan yıxılanı mən yola salmışam. Mən insanların arasında olmuşam. 15 ildi də mənim nömrəm işləyir. Mən dələduz adam niyə olmalıyam ki prezidentin kürəkəninin məclisində mən oluram. Mən ruhani kimi fəaliyyət göstərmişəm. K1 - Allah köməyiviz olsun, Allah təala nəsib eləsin həmişə xalqın xidmətində olasız. Mən də mən də Kənan müəllimə ifadə verəndə eşidirsən Elxan? Kənan müəllimə ifadə verəndə elə ki Kənan müəllim bir az üstümə ittihamla getdi mən ona dedim ki Kənan müəllim biraz səbir eləyin sizin məni ittiham eləməyə haqqıvız yoxdu. Çünki o gəlib burda nə deyib neyniyibsə onun sözünü əsas götürüb mənə ittiham eləməyə ixtiyarıvız yoxdu. Siz məndən də ən azından izahat almalısız sonra tutuşdurmalısız və yaxud da üzləşdirməlisiz sonra birdən qayıtdı ki vallah mən sənə baxıram simava dedi sən elə işləmən məşğul olan adama oxşamırsan indi orda müəyyən şeyləri dedi, dedi üzün nurludu, nəbilim nədi. Dedim Kənan müəllim sən Allah onları qoy qırağa amma sizin birinci hərəkətiviz heç məni açmadı. Yəni bir təhqiqatçı kimi, bir müstəntiq kimi adam belə iş aparmaz axı bu axı qeyri normal bir şeydi də. Hə belənçiynə.. K3 - Onu mən bu günləri ona tam başa saldım ki Ruslan bu işdə Ruslannan mən görüşəndə mən bu işdə insan kimi olmuşam ki bunların arasını düzəldim camaatın. Ruslan mənim səsimi yazsa da 10 dənə disk Qurani Kərim haqqı diskin əvvəlindən axırına qədər orda görəcək ki demişəm apar xalxın pulunu ver. K1 - Elxan bax Elxan kak raz o sualın üstünə gəldin pul məsələsinə. Mən sənə tapşırmışam ki yaa telefonla və ya canlı şəkildə get Ruslandan mənim pulumu al? K3 - Yo yo heç bizim aramızda elə söhbət olmuyub. K1 - Yox heç olmuyub axı biz bir-birini görməyə-görməyə və yaxud tanış olmayaolmaya mən sənə necə deyim ki ? Məsələn tutaq ki adam adamı tanıyır da mən məsəlçün Ruslanı tanıdım ki dələduzdu aldatdı pulumu atdı mənə, indi mən pulumu tanımadığım adama indi məsəlçün səni də üzrlü sayginen bu sözə görə, tanımadığım adama mən necə deyə bilərəm ki get Ruslannan mənim pulumu alginen? Deyə bilərəm belə söz? K3 - O söhbət deyil ki. O bizə kazık atır türklər demiş bizə kazık atır ki biz düşək o kazıkın içinə. Mən Ruslana bidənə söz dedim, dedim Ruslan adamlar sənə naliçniy 310000 manat pul veriblər səndən onu alanmırlar. Bugün Kənana da dedim onu. Dedim a Ruslan sən məni nə qədər zəif görürsən ki, sən mənə vermədiyin pulu deyirsən ki, 127000 deyir, 117000 dollar deyir mənə vermisən. Verməmisən onu mənim boynuma qoya bilərsən? Sən aldığıvı boynuva almırsan eşidirsən? Sən mənə elə deyirsən ki boynuva götür. K1 - Hə bir də ki Elxan, Elxan qadasın alaram qulaq asırsan? K3 - Hə K1 - Bidənə sual çıxır meydana, təbii sual çıxır ki mən məsəlçün niyə bu vaxta kimi hüquq mühafizə orqanlarına şikayət eləməmişəm? İndi məsəlçün durub eləmişəm. Elxan ee şey də Ruslan da məni qabaqlıyıb məndən qabaq gedib şikayət eləyib. Yəni çatıb ona hardansa çatıb ona bilmirəm hardan çatıb kim xəbər verib nə əlaqəsi var hüquq mühafizə orqanlarıynan filannan indi vermisən. Qardaş məsələ budu. Biz namaz qılanıq, biz oruc tutanıq, biz tutaq ki insanı insan yerinə qoyanıq. Məsələn adam ola bilər səhv eləsin mən bu 4 ildə, 5 ildə dəfələrlə Ruslannan danışmışam telefonnan. İndi bilmirəm sənə diyib dimiyib. Dəfələrnən mənə deyib ki ay hacı bir az səbirli ol ay hacı belə, ay hacı düzələcək filankəsnən danışmışam. Ay hacı şeynən Ənvər Seyidovnan danışmışam. Ay hacı Ramiz müəllimnən danışmışam belə eləmişəm helə eləmişəm. O Ramiz müəllim bilirsən də kimdi ali sovetin sədri. Ay onnan danışmışam sənin işivü həll eliyəcək filan eliyəcək. Yəni mən gözləmişəm ki insan kimi bu pulumu qaytarsın, indi də görürəm ki qardaş yeri yoxdu o uşaq da orda çürüyür. Sözün düzünü deyim sənə Mahir olub bilirsən necə 80 yaşında qoca bir kişiyə oxşuyur. A mən oturdun belə təsir elədi mənə dedim bu məni nə qədər aldadacaq, bu məni nə qədər fırladacaq, nə qədər şey eliyəcəy getdim şikayət yazdım. Mən neynəməliyəm ki? Sanki insan cana dolur cana dolur axırda götürür bir şey eliyir də. Mən ona görə şikayət eləmirdim ki qoy insan kimi olsun, qoy tutaq ki məsəlçün insan yoluynan olsun sabah bir üzləşəndə, adam bir Bakıda görüşəndə bir nəbilim Moskvada görüşəndə bir oturub toyda zadda rast gələndə barmağıynan bizi bu apardı məni verdi polisə belə elədi. Mən pulunu verəcəydim bu apardı məni polisə verdi. Yəni belə-belə şeylər var insanlıq var insanda. K3 - Bəli bəli o da qananlar üçündü də hacı, qanmıyan üçün... K1 - indi gəldi bıçaq sümüyə dirəndi gərək belə olaydı da başqa cür mümkün deyil. K3 - Mən ona yüz dəfə dedim ki Ruslan bu on min dollar olsa bəlkə bağışdıyallar, bəlkə iyirmi min dollar olsa bağışdıyallar Ruslan Allaha and olsun hələ əvvəllər e. Dedim yadından çıxartma ki bu 310000 sənə heç kim bağışlamayacaq. Bunun bir gün poxu çıxacaq. Deyirəm ki Ruslan sən bu işdə mənə on dollar vermisən? Deyir ki yox. X35 da soruş onu deyəcək verməmişəm. Deyirəm mənim nə suçum varıydı getdin orda adımı vermisən məhkəməyə nəbilim prokraturaya, nəbilim Daxili işlər Nazirliyinə. Deyir mən sənə heç nə yazmamışam heç nə deməmişəm sənin haqqında heç nə yoxdu. K1 - Bir də ki, Elxan məntiq var da. Bu adam məntiq də başa düşmür də. Belə necə deyim sənə o qədər bu o şey işlərnən məşğul olub ki nə məntiq qalıb bunda, nə vicdan qalıb, nə qeyrət qalıb. Əgər mən kriminala şikayət eləmişdimsə, sonra mən niyə gəlib şeyə şikayət eləyirəm hüquq mühafizə orqanlarına şikayət eləyirəm? Elə mən də onun kimi gedərdim Türkiyəyə məsəlçün əgər onlara şikayət eləmişəmsə deyərdim qardaş sizə şikayət eləmişəm mən də canlı şəkildə gəlmişəm oturmuşam siziynən. Zəngnən zadnan demişəm məsəlçün əgər demişəmsə mən indi bura gəlib hüquq mühafizə orqanlarına niyə şikayət eləyirəm bu bir? ikincisi mənim ümumiyyətlə, ümumiyyətlə bu kriminal aləmdən zəhləm gedir. Bizdə qohumlarda biri varıydı birini zədə yetirmişdi vurmuşdu inan Allaha nəsilliknən onun dalıyca getmədik dedik bizim yolumuz deyil bu nə yoldu getmisən sən belənçiynə? Yəni bizim yolumuz bu şəxsən özümün yoludu ki şey eləmişəm. K3 - Hə təbii ki Allaha şükür bizim kitabımız, dinimiz var. Biz kiminsə yoluynan niyə getməliyik ki e? And olsun Allaha bizim yolumuz hamısından gözəldi. Biz ondan da bilirik həqiqəti də doğrunu da bilirik həqiqət nədi, ədalət nədi biz onu gözəl bilirik. Bizə ədaləti kimsə gəlib öyrədəsi döül ki K1 - Bəli biz ədaləti Həzrəti Əlidən öyrənmişik. K3 - Bəli bəli biz ədaləti dinimizdən, şəriətimizdən, peyğəmbərimizdən, imamımızdan öyrənmişik. K1 - Elxan bu sənə demişdi ki şey hacıdan nə qədər pul almışam? K3 - Hə demişdi demişdi. K1 - Nə qədər demişdi almışam? Görüm aldadıb səni aldadmıyıb. K3 - Yo yo mənə 310000, o 45000 söhbəti var e K1 - O heç onnan işim yoxdu o 45000 kimə deyib. Deyib ki Akifdən 310000 almışam? K3 - Koneşno mənə yazıb da mənə yazıb kağız var məndə. K1 - Hə ay sağ ol. K3 - Yazıb ki 310000 almışam, indi bilmirəm kağız sizdə var ya yoxdu, istəyirsiz göndərim kağız var məndə K1 - Yo məndə yoxdu, bir də qaytarmağı barədə. Olsa Elxan o kağızı atarsan mənə telefona, ya Zaur müəllimə atarsan. K3 - Bu dəqiqə ba Zaura atım bu kağızı mənə yazıb. 29-u onuncu aydı mənə yazdı ki mən Təqsirləndirilən şəxs Mehman tərəfindən tanış olduğum Akifdən 310000 manat pul almışam. Bu 310000 manatın 100000 manatına ev vermişəm. Ondan sonra bunu bilirəm Kənana da atmışam bu kağızı. 45000 manatı da Mehmana qaytarmışam. 165000 də borcum qalıb. Dekabrın xx.xx.2019-cu il tarixədək də bu pulu qaytaracam. Bunun yazdığı kağız məndədi. K1 - Yo mənə çatmıyıb mənə çatsa mən də Kənan müəllimə təqdim eləyərəm onu. Zaura atarsuz mən Zaurdan götürərəm İnşallah. Çünki mənim telefonumu bilmirsiz. K3 - Yo mən Kənana da atdım. Mən də deyirəm ki Kənan müəllim əgər bu pulu götürmüyübsə, bu pulu bizə veribsə Elxana verib, Akifə verib, Mehmana verib deyir dörd dənə yerdə izahat verib. Birində deyir ki Nərimanovda deyir vermişəm Akifə, nəbilim Binəqədi Banditizmdə misalçün deyir Elxana vermişəm, şey də deyir Turala vermişəm, bu birində deyir Mehmana vermişəm. K1 - Dələduzun şeyləri odu da yadında qalmır ki yalan danışmaqları. K3 - Ay sağ ol. İndi deyirəm Kənan müəllim siz niyə bidənə ondan soruşmursuz ki dörd dənə həqiqət olmaz ki bunun hansına vermisən sən pulu? Birini denən də sən bizə, bunu ondan heç kəs soruşmur. Başa düşdün? Mən də onu... K1 - Elxan ay Elxan K3 - Ay can K1 - Bu məlunnan indi bu sənə yaraşmıyan insandı da yəni belə dostluq eləmisiz, çörək yemisiz neynəmisiz. İndi buna bir dəfə də olsun demədin ki o yazığın pulunu qaytarginan? K3 - Hacı onu demədin nədi sən bilsəydün ki mən nağayırmışam ondan ötrü Allaha and olsun. Sən orda olmamısan Allah olub. Onu Mehman da bilir mən onnan konkret onu vuracıydıme onun üstündə. Mən o uşağın bir dəfə statusunu gördüm status mənim əlimə hardan gəldi keçdi Allah haqqı o Mahirin uşağının K1 - Hə hə K3 - Onun statusun da yazıb ki ata səni gözlüyürəm and olsun Allaha onu atdım ona dedim ə cındır sən də məni bağışla dedim o günləri də dostu var qayıtdı mənə dedi ki bəs Ruslanın uşağı gəldi banditizm tutdu aeroportda hacı bilirsən nətər ağlıyırdı. Dedim ə mənə ba 25 ildi, 23 ildi adam oturub srokda evində min dənə gözlüyən var onun balalarının ağlamağını saymırsız bu birilər dana zaddı ə Ruslanın uşağı ağladı ay dədə dünya dağ ildə elə mi? K1 - Hə elədilər də K3 - O birisilərin ağlıyanını görmürsüz ə? Ruslanın uşağı ağlayanda sizə təsir eləyir insan döülsüz siz? Bu birilər insan döül ə? A düzəltməmisən qardaş gətir pulunu qaytarda düzəlmədi də iş düzəlmədi gətir camaatın pulunu qaytar. K1 - Tuladı da tuladı. Elxan sənə zəhmət verdim başıva dönərəm tanış olmağıma da çox şad oldum səniynən K3 - Mən də mən də K1 - Sonra inşallah Allah qismət eliyər görüşərik Allah qoysa oturub bir stəkan çay içərik İnşallah K3 - inşallah inşallah K1 - Oldu gecən xeyirə qalsın sağ ol. “pycnaH” K2 - Alo K3 - Axşamın xeyir Ruslan K2 - Salam K3 - Nə var nə yox, vəziyyət zad? K2 - Kimdi? K3 - Mənəm Elxandı K2 - Elxan kimdi? K3 - Elxan da Elxan, tanımırsan? K2 - Həəə eşidirəm Elxan eşidirəm buyur K3 - Nə var nə yox vəziyyət zad nətərdi? K2 - Vəziyyətdi şükür bu günümüzə yaşıyırıq. K3 - Allaha həmd olsun. Ruslan mənə de görüm sən mənim adımı gedib orda verirsən, nəbilim gedib yazmısan Allah işivi avand eləsin e verginen K2 - Sağ ol, sağ ol K3 - Amma bir qeşey indi baxdım gözəl şeir yazmısan orda eşidirsən şərəfdən, qeyrətdən, hər şeydən. K2 - Hə hə əlbəttə ki K3 - indi burda heç kim yoxdu K2 - Sən şərəfli oğlan idin mənə dost deyirdin məni apardın oğru stoluna oturtdurdun K3 - Yalançıya Allah lənət eləsin a bir dəqiqə dur əə K2 - Allah bəlasını versin K3 - Oğrunu sən mənə tanıtmısane K2 - Yalançının balası ölsün K3 - Hə bir dəqiqə də yaxşı da sakit ol K2 - Yalançının balası ölsün K3 - Biraz sakit ol deyim K2 - Hayat reycens... K3 - A bir dəqiqə dur K2 - Sual verirəm sənə, sual verirəm sənə yalançının balası ölsün K3 - a bir dəqiqə dur da yaxşı da bildik K2 - Razısan? K3 - a həə ölsün bir dənə qulaq as gör nə deyirəm K2 - Ə kişi ol ə kişi ol K3 - a bir dəqiqə dur da K2 - Allahdan qorx K3 - Ə görürsən ə oğrunu K2 - Sən Akifin səsini mənə göndərmədin ki Akif nədi səni verib oğrulara K3 - A sən bir dəqiqə durassan ə? Elə bil ki bu 310000 manatı sən yeməmisən mən yemişəm ə bir dəqiqə dur ee ə K2 - Mən bir manat da yeməmişəm hamısını qaytarmışam sənə də qaytarmışam hanı sənə verdiyim çeklər, hanı sənə verdiyim pullar K3 - a bir dəqiqə səbirli ol da K2 - Mehmana da qaytarmışam, lazım olan yerlərin hamısına qaytarmışam mən bir manatda .... K3 – A kişi bir dəyqə dur da ə ə ə hııır bir dəqiqə dur da. Ekspertizaya təqdim olunmuş 1 ədəd “Verbatim” markalı CD-R diskdə olan və tədqiqatı tələb olunan mübahisəli fonoqramlardakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətnlərdən ibarətdir. Ekspertizaya təqdim olunmuş 1 ədəd “Verbatim” markalı CD-R diskdə olan və tədqiqatı tələb olunan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində “K1” kimi işarə olunmuş diktorun səsi və nitqi - Zərərçəkmiş şəxs, “K2” kimi işarə olunmuş diktorun səsi və nitqi - Təqsirləndirilən şəxs məxsusdur. Mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində “K?” kimi işarə olunmuş diktorun səsi və nitqi Zərərçəkmiş şəxs deyil digər şəxsə məxsusdur. Mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində “K?” kimi işarə olunmuş diktorun səsi və nitqinin Təqsirləndirilən şəxs və ya digər şəxsə məxsus olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Ekspertizaya təqdim olunmuş 1 ədəd “Verbatim” markalı CD-R diskdə olan və tədqiqatı tələb olunan mübahisəli fonoqramlardakı danışıqlarda diktorların emosional vəziyyətinin və sayının əsaslanmamış dəyişməsi, akustik fonun kəskin şəkildə dəyişməsi, danışıqlarda məntiqi ardıcıllığın pozulması, kəskin fon sıçrayışları və audosiqnalın itməsi kimi montaj əlamətləri müəyyən olunmamışdır. Mübahisəli fonoqramların qeydə alındığı yazı qurğusu tədqiqata təqdim olunmadığından digər dəyişikliklərin olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Aparılmış tədqiqatın dəyərinin 200 (iki yüz) manat olması müəyyən edilmişdir (Cild 3, i.v. 6-15;).
54. “Baxış keçirilməsi haqqında” 16 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs tərəfindən istintaqa təqdim edilən “CD-R” diskdə olan səs yazıları Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs, “Elxan” adlı şəxslə Təqsirləndirilən şəxs arasında, eləcə də Zərərçəkmiş şəxsla “Elxan” adlı şəxs arasında aparılan danışıqlar zamanı qeydə alınmışdır (Cild 3, i.v. 16-29;).
55. “Polisin nəzarəti altında vermə qətimkan tədbirinin seçilməsi haqqında” 20 mart 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə BBPİ İTİ ACİŞ-nin müstəntiqi, polis baş leytenantı X19 tərəfindən Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (Cild 3, i.v. 47-48;).
56. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” 27 may 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə yeni məzmunda ittiham elan edilməklə hüquq və vəzifələri izah edilmişdir (Cild 3, i.v. 56-58;).
57. “Sübutların qiymətləndirilməsi haqqında” 1 iyun 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi materiallarında olan Zərərçəkmiş şəxs könüllü olaraq istintaqa təqdim etdiyi və diskə baxış keçirilməsi haqqında 16 yanvar 2024-cü il tarixli protokola əlavə edilmiş 1 (bir) ədəd “Verbatim” markalı CD-R diskin cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halları müəyyən etdiyindən maddi sübut hesab edilməklə cinayət işinin materiallarında saxlanılması qərara alınmışdır (Cild 3, i.v. 67-103;).
58. “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrıca ayrılması və icraata qəbul edilməsi haqqında” 1 iyun 2024-cü il tarixli qərardan görünür ki, ********** nömrəli cinayət işindən Mekhman Yusibovun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmaqla icraata qəbul edilərək istintaqı davam etdirilir (Cild 3, i.v. 104-105;).
59. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq X.A.Əsgərov tərəfindən 7 iyun 2024-cü il tarixdə tərtib edilmiş ittiham aktından görünür ki, həmin ittiham aktı 8 iyun 2024-cü il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş, həmin məhkəmənin 20 iyun 2024-cü il tarixli hazırlıq iclasının qərarı ilə iş məhkəmə baxışına təyin edilməklə təqsirləndirilən şəxs həmin maddə ilə məhkəməyə verilmişdir (Cild 3, i.v.116-141; Cild 4;).
60. Zərərçəkmiş şəxs tərəfindən verilməklə notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, cinayət işi üzrə ona dəymiş 310.000 (üç yüz on min) manat məbləğində maddi ziyan Təqsirləndirilən şəxs tərəfindən tam ödənilməklə sonuncu ilə barışmış və R.X.Abbbasova qarşı heç bir şikayəti və tələbi yoxdur, gələcəkdə də eyni məzmunlu şikayət və tələbi olmayacaqdır (Cild 4;).
61. “Azemis” elektron məhkəmə sistemindən əldə edilmiş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs 26 noyabr 2015-ci il təvəllüdlü Banu Abbasova adlı bir azyaşlı uşağı vardır (Cild 4;).
62. ZE№0010676 nömrəli hərbi biletdən görünür ki, Təqsirləndirilən şəxs 18 may 2001-ci il tarixdən 19 yanvar 2003-cü tarixədək № saylı hərbi hissədə motatıcı tağım komandiri vəzifəsində hərbi xidmətdə olmuş, 29 sentyabr 2000-ci ildə ona leytenant hərbi rütbəsi verilmişdir (Cild 4;). Əməlin tövsifi və digər hüquqi məsələlər:
63. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.
64. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.
65. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə-CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.
66. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.
67. CM-in 178.1-ci maddəsində dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməyə görə cinayət məsuliyyəti müəyyən edilir. Həmin məcəllənin 178.2.1-ci maddəsinə görə dələduzluq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə həmin maddə ilə cinayət məsuliyyəti müəyyən edilir. Qeyd edilən məcəllənin 178.3.2-ci maddəsinə görə CM-in 178.1 və ya 178.2-ci maddələrində nəzərdə tutulmuş dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə həmin maddə ilə cinayət məsuliyyəti müəyyən edilir və həmin maddənin sanksiyasında beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.
68. CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür.
69. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərini rəhbər tuturaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2005-ci il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır.
70. Belə ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər.
71. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi CM-in 178.3.2-ci maddəsi ilə olan cinayət əməlinin tövsifi ilə əlaqədar qeyd edir ki, mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. Ümumiyyətlə, mülkiyyət əleyhinə olan cinayətlərin bir növü kimi talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd və əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Talamın obyektiv cəhəti mülkiyyət münasibətlərinə qəsddən ibarətdir. Cinayət qanunvericiliyi cinayətin törədilmə üsullarından asılı olaraq, talamanın oğurluq (CM-in 177-ci maddəsi), dələduzluq (CM-in 178-ci maddəsi), soyğunçuluq (CM-in 180-ci maddəsi) və quldurluq (CM-in 181-ci maddəsi) formalarını fərqləndirir. Qanunverici talamanın ayrı-ayrı formalarına görə cinayət məsuliyyətini məhz talamanın üsullarını nəzərə alaraq fərqləndirmişdir. Hansı formada törədilməsindən asılı olmayaraq, talama özgənin əmlakının götürülməsindən və (və ya) özünün, yaxud başqa şəxsin xeyrinə keçirilməsindən ibarətdir. Özgənin əmlakını talama cinayətlərinin əksəriyyəti (yalnız kəsik tərkibli cinayət hesab edilən quldurluq istisna olmaqla) maddi tərkibli cinayət olduğundan, belə cinayətlərin daha bir obyektiv əlaməti ictimai təhlükəli nəticənin-əmlakın mülkiyyətçisinə real maddi ziyan vurulmasının mövcud olmasıdır. Bu tərkiblərdə ziyanın miqdarı əmlakın mülkiyyətçisinə real maddi ziyan vurulmasının mövcud olmasıdır. Talama cinayətləri törədildikdə zərərçəkmiş şəxsə dəymiş başqa ziyan (məsələn, əldən çıxmış fayda) təqsirkarın vurduğu real maddi ziyanın miqdarı müəyyən edilərkən nəzərə alınmır (lakin zərərçəkmiş talama cinayətləri nəticəsində əldən çıxmış fayda formasında maddi ziyanın da əvəzinin ödənilməsi ilə əlaqədar mülki iddia qaydasında tələb irəli sürə bilər).
72. Məhkəmə ilk növbədə vurğulayır ki, dələduzluq cinayətinin obyekti qismində mülkiyyət münasibətləri çıxış edir və subyektiv cəhətdən yalnız birbaşa qəsd formasında tamah məqsədilə törədilir. Dələduzluq cinayəti digər talama cinayətlərindən fərqli olaraq, məhz aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında, heç bir təzyiq və ya təsir, zor tətbiq etmə, yaxud zor tətbiq etmə hədəsi olmadan könüllü surətdə vermiş olur. Başqa sözlə, əmlak şəxsin sahibliyindən gizli yolla çıxmır, aldadılma və ya etibarından sui-istifadə edilmə nəticəsində zərərçəkmiş şəxsin özü tərəfindən zahirən könüllü şəkildə təqsirkar şəxsə verilir. Təqsirkar şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxsi yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olur.
73. Ali Məhkəmənin Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (qərarın 1-ci bəndi). Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (qərarın 2-ci bəndi). Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərərçəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər (qərarın 3-cü bəndi). Dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (qərarın 4-cü bəndi). Vahid qəsdlə əhatə olunan istər bir neçə şəxsə, istərsə də eyni şəxsə qarşı törədilən dələduzluq, ümumilikdə, vurulmuş zərərin miqdarına uyğun olaraq tövsif edilir (qərarın 31-ci bəndi). CM-in 34.2-ci maddəsinin tələblərinə uyğun olaraq qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən dələduzluq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş dələduzluq (CM-nin 178.2.1-ci maddəsi) hesab edilir (qərarın 34-cü bəndi). Şəxs, heç bir səlahiyyətə malik olmayan digər şəxsdən onun xeyrinə olan hər hansı hərəkətin (hərəkətsizliyin) vəzifəli şəxs tərəfindən edilməsində köməklik göstərilməsini xahiş etdikdə və onun razılığını aldıqdan sonra bunun müqabilində vəzifəli şəxsə çatdırılması üçün vasitəçiyə pul və ya sair nemətlər verdikdə, lakin vasitəçi pulu və ya sair nemətləri hansısa vəzifəli şəxsə çatdırmaq niyyətində olmayaraq ələ keçirdikdə sonuncunun əməli dələduzluq kimi qiymətləndirilir (qərarın 36-cı bəndi).
74. Məhkəmə istintaqı ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı olan qeyrisi ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə cinayətkar qrupun digər üzvü olan qeyrisi vasitəsi ilə tanış olduğu Zərərçəkmiş şəxs heç bir fəaliyyət növü ilə məşğul olmadıqları, dövlət idarəetmə orqanlarında və məhkəmə sistemində çalışmamaqla hər hansı bir səlahiyyətləri olmadığı halda özünün guya əvvəllər Azərbaycan Respublikasının Baş Prokurorluğunda işlədiyini, bu sahələrdə yaxın əlaqələrinin olmasını bildirərək cinayətkar niyyətlərini pərdələyib tanışları vasitəsi ilə müvafiq məhkəmə hökmü ilə ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Zərərçəkmiş şəxs kürəkəni X5 həbsxanadan azad olunmasına köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 2017-ci ilin iyul ayının əvvəllərində və 2017-ci ilin oktyabr ayının sonlarında 310000 manat məbləğində pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə nağd şəkildə şəxsən alıb ələ keçirərək sonradan cinayətkar qrupun digər üzvü qeyrisi ilə aralarında olan razılaşmaya əsasən bölüşdürərək həmin pul vəsaitlərini şəxsi istifadələrinə sərf edib Zərərçəkmiş şəxs ümumilikdə 310000 manat, yəni külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir.
75. Məhkəmə Təqsirləndirilən şəxs CM-in 178.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi nəticəsinə gələrkən ilk növbədə ona istinad etmişdir ki, o, məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsində özünü ona ittiham elan edilmiş əməllər üzrə təqsirli bilməsə də, həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi həmin ifadələrində faktiki olaraq törətmiş olduğu cinayət əməllərinin törədilmə üsulunu və mexanizmini açıqlamışdır.
76. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi və müdafiə tərəfinin qeyd etdiyi işin faktiki hallarına uyğun olmayan sair xüsusatlar onun özünün ziddiyyətli ifadəsindən başqa hər hansı mötəbər sübutla öz təsdiqini tapmadığından, əksinə cinayət təqibi üzrə toplanmış mötəbər sübutlarla tam inkar olunduğundan məhkəmə həmin ifadələrə tənqidi yanaşaraq onları Təqsirləndirilən şəxs ağır cinayət əməlinə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan və cəzalanmaqdan yayınmaq məqsədi daşıması kimi qiymətləndirir.
77. Belə ki, məhkəmədə işin faktiki halları ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs 310000 manat məbləğində nağd pul vəsaitini iki dəfəyə olmaqla vahid qəsdlə alaraq həmin pulu guya müxtəlif tanışları vasitəsilə müvafiq məhkəmə hökmü ilə ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Zərərçəkmiş şəxs kürəkəninin azad edilməsi üçün sərf ediləcəyinə vəd verməklə inandıraraq aldatmış, bu məqsədlə həm özünün guya əvvəllər müxtəlif yüksək vəzifələrdə işləməsini, hazırda da yüksək vəzifələrdə işləyən tanışlarının olmasını, əvvəllər də oxşar xarakterli işlərlə bağlı “uğurlu nəticələr” əldə etməsini bildirərək özünə qarşı yaranmış inam və etibardan sui-istifadə edərək Zərərçəkmiş şəxs əmlakını dələduzluqla ələ keçirərək əldə etdiyi pulları qabaqcadan əlbir olduğu tanışı ilə birgə öz şəxsi ehtiyaclarına sərf etmiş, zərərçəkmiş şəxsin ondan şikayət etməsinin qarşısının alınması və son nəticədə ələ keçirilmiş puldan gələcəkdə zərərçəkmiş şəxsin imtina etməsinə nail olması üçün əldə etdikləri pulun bir hissəsi ilə guya kürəkəninin həbsxanadan çıxarılması üçün hüquqi yardım göstərmək adı ilə vəkillə müqavilə bağlanıldığını bildirmiş, cinayət qanunvericiliyi baxımından heç bir perspektivi olmayan məhkəmə çəkişmələri bütün instansiya məhkəmələrində yekunlaşdıqdan sonra müxtəlif bəhanələrlə ələ keçirdikləri pulları geri qaytarmaqdan yayınmağa çalışmış, o cümlədən məsuliyyəti öz üzərindən kənarlaşdırmaq üçün guya yalnız qabaqcadan əlbir olduğu tanışının xahişini yerinə yetirməsi və bunun müqabilində özünün hər hansı maddi və sair marağının olmaması görüntüsünü yaratmağa çalışmışdır. Halbuki, özünün də etiraf etdiyi kimi heç bir marağı, o cümlədən ələ keçirilmiş külli miqdarda pul vəsaitindən heç bir gəliri olmadığı halda zərərçəkmiş şəxsin müxtəlif hüquq-mühafizə orqanlarına çoxsaylı və təkidli şikayətlərindən, habelə ağır cinayət əməlinə görə cinayət məsuliyyətinə cəlb olunaraq həbs olunmaq təhlükəsi qarşısında müxtəlif əmlakları satmaqla və sair yolla zərərçəkmiş şəxsə vurulmuş ziyanın bir hissəsini ödəyərək sonuncu ilə barışıq əldə etməyə cəhdlər etmişdir. Məhkəmə zərərçəkmiş şəxsin ifadəsinə və işin digər faktiki hallarına görə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurulmuş ziyandan yalnız bir hissəsinin, yəni 230000 manatının ödənilməsinə baxmayaraq, sonuncunun təqsirləndirilən şəxsdən hər hansı şikayət və ya tələbinin olmamasına dair sərbəst iradə ifadəsini məhkəmədə bildirməsini nəzərə alaraq həmin halı cinayət işi üzrə zərərçəkmiş şəxsə vurulmuş ziyanın tam olaraq ödənilməsi kimi qiymətləndirərək qəbul edir.
78. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan və yuxarıda qeyd edilən ifadələri, istintaq hərəkətlərinin protokollarını, sənədləri və digər sübutları CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə, onları CPM-in 143-146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində CM-in 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin bütün zəruri tərkib əlamətləri mövcuddur.
79. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.
80. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
81. “Təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmalıdır” müddəası Avropa Məhkəməsinin Barbera, Messegue və Habardo İspaniyaya qarşı işində xüsusi vurğulanmışdır. CPM-nin 21.2-ci maddəsinin tələblərinə görə CPM-in müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələblərinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir.
82. CPM-in 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.
83. “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur.
84. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsdən 310.000 manat deyil, 230.000 manat məbləğində pul alması, aldığı nağd pul vəsaitinə münasibətdə özünün hər hansı maddi və ya sair marağının olmaması, törədilmiş əməldə özünün hər hansı təqsirinin olmaması, özünün yalnız tanışı Mekhman Yusibovun xahişinə əsasən sonuncunun tapşırıqlarını yerinə yetirməsi və ifadələrində göstərdiyi işin faktiki hallarına uyğun olmayan sair xüsusatlar özünün ifadələrindən başqa hər hansı mötəbər sübutla öz təsdiqini tapmadığından, əksinə cinayət təqibi üzrə toplanmış mötəbər sübutlarla tam inkar olunduğundan məhkəmə həmin ifadələrə tənqidi yanaşaraq həmin ifadələri Təqsirləndirilən şəxs ağır cinayət əməlinə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan və cəzalanmaqdan yayınmaq məqsədi daşıması kimi qiymətləndirir.
85. Qeyd edilənlərə əsasən, məhkəmə, CPM-in 143-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış və biri digərini tamamlayan sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymət verib belə hesab edir ki, məhkəmədə Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək külli miqdarda ziyan vurmaqla dələduzluq etməsi tam sübuta yetirildiyindən onun əməli CM-in 178.3.2-ci maddəsi ilə tövsif edilməli və o həmin maddə ilə təqsirli bilinməklə ona cəza təyin edilməlidir.
86. Beləliklə, məhkəmə kollegiyası, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını bir daha qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində CM-in 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də, Təqsirləndirilən şəxs CM-in 178.3.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır.
Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:
87. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmə hökmü haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları da nəzərə alır.
88. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.
89. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır.
90. Məhkəmə CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində bir azyaşlı uşağının olmasını, CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini, CM-in 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın tamamilə ödənilməsini və CM-in 59.2-ci maddəsinə əsasən 44 yaşında olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində zabit kimi hərbi xidmət keçməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.
91. Məhkəmə CM-in 61.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cəzasını ağırlaşdıran halın olmasının müəyyən edilmədiyini qeyd edir.
92. CM-in 60.1-ci maddəsinə əsasən 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi CM-in Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz.
93. Məhkəmə eyni zamanda törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halın olmamasını, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş yalnız azadlıqdan məhrum etmə növündə cəzasının aşağı həddə yaxın təyin edilməsi ilə cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə həmçinin təqsirləndirilən şəxsin barəsində CM-in 62 və 70-ci maddələrinin tətbiq edilməsi ilə bağlı halları da müzakirə edərək hazırkı iş üzrə Təqsirləndirilən şəxs barəsində CM-in 62 və 70-ci maddələrinin tətbiq edilməsi üçün hər hansı əsasların müəyyən edilmədiyini hesab edir.
94. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 178.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.
95. CM-in 56.1.2-ci maddəsinin tələbinə görə azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir.
96. Odur ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.
97. CPM-in 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.
98. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs hazırkı iş üzrə 21 dekabr 2021-ci il tarixdən 23 dekabr 2021-ci il tarixədək 2(iki) gün müddətində tutulmuş, habelə 20 noyabr 2023-cü il tarixdən 20 mart 2024-cü il tarixədək məhkəmənin qərarı ilə həbsdə saxlanılmış və ev dustaqlığında olmuş, 20 mart 2024-cü il tarixdə isə barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır.
99. Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin CM-in 69.3cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 21 dekabr 2021-ci il tarixdən 23 dekabr 2021-ci il tarixədək, 20 noyabr 2023-cü il tarixdən 20 mart 2024-cü il tarixədək tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında olduğu 4 (dörd) ay 2 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılaraq ona qəti cəza təyin edilməli və təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı hökmün çıxarıldığı tarixdən, yəni 24 iyul 2024-cü il tarixdən hesablanmalıdır.
100. Məhkəmə, CM-in 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir və iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir.
101. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan 1(bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır.
102. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 200 (iki yüz) manat məbləğində məhkəmə məsrəfi olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir (bax hökmün 53-cü bəndi).
103. İş üzrə üzərinə həbs qoyulmuş əmlak və mülki iddianın olmaması nəzərə alınmalıdır.
104. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.
105. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2005-ci il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.
106. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 21 dekabr 2021-ci il tarixdən 23 dekabr 2021-ci il tarixədək və 20 noyabr 2023-cü il tarixdən 20 mart 2024-cü il tarixədək tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında olduğu 4 (dörd) ay 2 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılaraq üzərində qəti olaraq 5 (beş) il 1 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri ləğv edilsin, onun barəsində həbs qətimkan tədbiri seçilsin, o, məhkəmə iclas zalından dərhal həbsə alınsın və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına köçürülsün. Bu hissədə hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Konvoy Taboruna və Bakı İstintaq Təcridxanasına həvalə olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 24 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut kimi tanınmış 1(bir) ədəd diskin iş materiallarında saxlanılması, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli olan əmlakın, habelə mülki iddianın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs 200 (iki yüz) manat məbləğində məhkəmə məsrəfi olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, hökmün surətinin Təqsirləndirilən şəxs isə verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.