Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1915/2023 04.12.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Ağalarov Mahmud Muradxan oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Əfəndiyev Emil Habil oğlunun katibliyi ilə, dövlət ittihamçıları: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları X5 və Dövlət ittihamçısı müdafiəçi: Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə 2 dekabr 1998-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu ödənilməmiş, Bakı şəhəri Nizami rayonu, M.İbrahimov küçəsi ev 19-da qeydiyyatda olmaqla yaşamış, 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq Müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan külli miqdarda, təmiz çəkisi 7,258 qram narkotik vasitə heroini qanunsuz əldə edib üzərində saxlayaraq daşımış, Bakı şəhəri Nizami RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən 4 aprel 2023-cü il tarixdə saat 00:30 radələrində ünvan 1 ünvanın qarşısında şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri K.Balakişiyev 25/37 ünvanda yerləşən Nizami RPİ-nin 25-ci PŞ-nə gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd ağ rəngli sellofan bükümdə təmiz çəkisi 7,258 qram külli miqdarda qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 5 ildir ki, narkotik vasitə olan heroini inyeksiya, patı kimi tanıdığı pisixotrop maddəni isə yandırıb tüstüsünü çəkmək yolu ilə qəbul etmişdir. 4 aprel 2023-cü il tarixdə «Whatsapp» tətbiqində İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı Tural adlı şəxslə əlaqə saxlayaraq «kakos» adı ilə bilinən narkotik vasitə sifariş vermiş və kart vasitəsilə sonuncuya 150 manat pul göndərmişdir. Tural adlı şəxs ona narkotik vasitənin ünvan 4 ünvanında yerləşdirildiyini bildirmişdir. Avtomobili olmadığından qeyd olunan ünvana getmək üçün qonşuluqda yaşayan tanışı Cavid Kərimovdan onu həmin ünvana aparmasını xahiş etmişdir. Cavid ondan nə üçün həmin yerə getdiyini soruşanda sonuncuya, işi olduğunu və tez qayıdacağını bildirmişdir. Cavidin avtomobili ilə qeyd edilən ünvana getmiş, sonuncu avtomobildə gözləmiş, özü isə avtomobildən düşüb təyin olunmuş yerə getmişdir. Turalın ona dediyi yerdən sellofan bükümdə «kakos» adı ilə tanıdığı narkotik vasitəni götürmüşdür. Sübut saxlamamaq üçün Turalın ona «Whatsapp» proqramı vasitəsi ilə göndərdiyi mesajları və şəkilləri silib telefonunu format etmişdir. Daha sonra ünvan 5 ünvanının qarşısında duran zaman onlara polis əməkdaşları yaxınlaşıb özlərini təqdim edərək Bakı şəhər Nizami RPİ-nin PPXB-nin əməkdaşları olduqlarını bildirib, onların narkotik vasitələrin istifadəsində şübhəli olduğunu deyərək Bakı şəhər Nizami RPİ-nin 25ci PŞ-nə dəvət etmişlər. Etiraz etmədən polis əməkdaşları ilə birlikdə Bakı şəhər Nizami RPİ-nin 25-ci PŞ-nə getmişlər. Şöbədə polis əməkdaşlarına narkotik vasitələrin aludəçisi olduğunu demiş, həmçinin də üzərində «kakos» kimi tanıdığı narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Şöbədə ona hüquq və vəzifələri izah olunmuş və vəkillə təmin edilmişdir. Şəxsi axtarış və götürmə zamanı əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd ağ rəngli sellofan bükümü, həmçinin şalvarının sol cibindən bir ədəd «Redmi» markalı mobil telefonunu çıxarıb masanın üzərinə qoymuşdur. Həmin ağ rəngli sellofan bükümə baxış keçirildikdə içərisindən qəhvəyi rəngli maddə aşkar edilmişdir. Polislərə həmin heroini İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı Tural adlı şəxsin vasitəsilə əldə etdiyini demişdir. Bundan sonra protokol tərtib edilmiş və o, protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Bakı şəhər Nizami RPİ-nin post patrul xidmətində polis nəfəri kimi xidmət edir. 4 aprel 2023-cü il tarixdə saat 00:30-da iş yoldaşları polis nəfərləri Şahid1 və Şahid3 ilə birlikdə ünvan 6 ünvanının qarşısında xidmət aparan zaman iki nəfər şəxsi görmüş, həmin şəxslərdən biri özünü şübhəli apardığı və zahiri əlamətlərindən narkotik maddə qəbul edən şəxsə oxşadığı üçün sonunculara yaxınlaşmışlar. Xidməti vəsiqələrini göstərib özlərini təqdim etdikdən sonra həmin şəxsləri Nizami RPİ-nin 25-ci Polis Şöbəsinə dəvət etmişlər. Şöbədə həmin şəxslərdən birinin Təqsirləndirilən şəxs, digərinin isə X6 olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və video çəkiliş vasitəsi ilə sonuncunun üzərində şəxsi axtarış aparmağa başlanmışdır. Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd ağ rəngli sellofana bükülmüş bükümü çıxararaq təqdim etmişdir. Həmin bir ədəd ağ rəngli sellofan bükümə baxdıqda, içərisində tünd qəhvəyi rəngli toz şəklində maddənin olduğu müşahidə olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs 5 ilə yaxındır ki, narkotik vasitə qəbul etdiyini, cibindən aşkar edilmiş bir ədəd ağ rəngli sellofan bükümdə «kakos» kimi tanıdığı narkotik vasitə heroin olduğunu, həmin heroini 4 aprel 2023-cü il tarixdə Tural adlı İran İslam Respublikasının vətəndaşından «Whatsapp» vasitəsilə sifariş edib, 150 manata əldə edib şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd ağ rəngli sellofan bükümdəki maddə kağız zərfdə qablaşdırılıb möhürlənmiş və götürülmüşdür. Bu barədə protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. X2 üzərindən isə qanunla qadağan olunmuş hansısa əşya və ya maddə aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 Şahid2 ifadəsinə oxşar ifadə verdi. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmədə tədqiq edilmiş Şahid1 ifadəsindən görünür ki, Nizami RPİ-nin post patrul xidmətinin polis nəfəri vəzifəsində xidmət edir. 4 aprel 2023-cü il tarixdə saat 00:30-da iş yoldaşları polis nəfərləri Şahid2 və Şahid3 ilə birlikdə Nizami rayonu, Rizvan Teymurov küçəsində xidmət apararkən 8 saylı binanın qarşısında iki nəfər şəxsin özlərini şübhəli aparmalarını görmüş, sonunculara yaxınlaşıb xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını bildirib, onlardan şəxsiyyətini təsdiq edən sənəd soruşmuşlar. Həmin şəxslər üzərlərində hər hansı bir sənəd olmadığını bildirmişlər. Həmin şəxslərdən biri zahiri əlamətlərtindən narkotik maddə qəbul edən şəxsə oxşadığından, onları Nizami RPİ-nin 25-ci Polis Şöbəsinə dəvət etmişlər. Birlikdə şöbəyə gəlmiş və raport yazıb sonuncuları şöbənin növbətçi hissəsinə təhvil vermişlər. Şöbədə həmin şəxslərdən birinin Təqsirləndirilən şəxs, digərinin isə X6 olduğu müəyyən olunmuşdur. Şöbə rəhbərliyinin göstərişinə əsasən həmin şəxslərin üzərində şəxsi axtarış və sənədləşmə aparılması üçün təhqiqatçı ayrılmışdır. Bundan sonra təhqiqatçı X4 tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Onun və iş yoldaşları Şahid2 ilə Şahid3 iştirakı ilə video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmağa başlanılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra təklif edilmişdir ki, üstündə hər hansı qeyri-qanuni nə varsa təqdim etsin. Odur ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd ağ rəngli sellofana bükülmüş bükümü çıxarıb təqdim etmişdir. Həmin bükümün içərisinə baxıldıqda tünd qəhvəyi rəngli toz şəklində maddə olduğu müşahidə olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən çıxararaq təqdim etdiyi 1 ədəd ağ rəngli sellofan bükümdəki maddənin «kakos» kimi tanıdığı narkotik vasitə heroin olduğunu, həmin heroini 4 aprel 2023-cü il tarixdə Tural adlı İran İslam Respublikasının vətəndaşına «Whatsapp» vasitəsi ilə sifariş edib, 150 manat ödədikdən sonra qoyulmuş yerdən götürüb şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd ağ rəngli sellofan bükümdəki kütlə bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənmiş və götürülmüşdür. Bu barədə protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. X2 üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və ya maddə aşkar edilməmişdir. İşin 29-30-cu vərəqlərindəki 4 aprel 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd ağ rəngli sellofan bükümdə qəhvəyi rəngli toz şəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İşin 97-ci vərəqindəki 5 aprel 2023-cü il tarixli elektron məlumatların əks olunduğu bir ədəd DVD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin 25-ci Polis Şöbəsinin təhqiqatçısı, polis baş leytenantı X1 xidməti otağında şübhəli şəxs Təqsirləndirilən şəxs Nizami RPİ-nin PPXB-nin polis nəfərləri, polis serjantları Şahid2, Şahid1 və Şahid3 iştirakları ilə özünü təqdim etməsi təklif edilir. Sonuncu özü barədə məlumat verdikdən sonra ona təhqiqatçı tərəfindən Azərbaycan Respublikası CPM-nin 246-cı maddəsinin tələbləri izah edilərək üzərində əldə edilməsi, saxlanması və gəzdirilməsi qanunla qadağan olunmuş əşya və ya maddəni könüllü olaraq təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd ağ rəngli sellofana bükülmüş bükümü çıxararaq təqdim etdi. Həmin bir ədəd ağ rəngli sellofan bükümün içərisinə baxıldıqda tünd qəhvəyi rəngli toz şəklində maddənin olduğu müşahidə olunur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirir ki, əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən çıxararaq təqdim etdiyi 1 ədəd ağ rəngli sellofan bükümdəki «kakos» kimi tanıdığı narkotik vasitə heroindir. Təxminən 5 ilə yaxındır ki, narkotik vasitə qəbul edir. Təqdim etdiyi narkotik vasitə heroini 4 aprel 2023-cü il tarixdə «Tural» adlı İran İslam Respublikasının vətəndaşı ilə «Whatsapp» sosial xəbərləşmə proqramı vasitəsi ilə əlaqə saxlayaraq öz istifdəsi üçün 150 manat müqabilində razılaşaraq sifariş etdikdən sonra, həmin şəxs 4 aprel 2023-cü il tarixdə heroini Bakı şəhəri Nizami rayonu, R.Teymurov küçəsi 8 ünvanda təyin olunmuş yerə qoyulmasını bildirmiş və o, həmin gün bükümü oradan götürmüşdür. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni şəxsi isifadəsi üçün əldə etdiyini bildirmişdir. Aşkar edilən bir ədəd ağ rəngli sellofan bükümdəki kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Bundan sonra şəxsi axtarışın video çəkilişi təhqiqatçı tərəfindən dayandırılmışdır. Diskdə yazılmış video çəkiliş 5 dəqiqə 38 saniyə davam etmişdir. İşin 124-cü vərəqindəki 25 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus bir ədəd «Redmi» markalı mobil telefonun SMS, MMS bölmələrinə, ***-***-**-** nömrəsində olan «Whatsapp» tətbiqinə, şəkil bölmələrinə baxış keçirilmiş, lakin, iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat və qeydiyyat aşkar olunmamışdır. İşin 66-70-ci vərəqlərindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 4 aprel 2023-cü il tarixli 6/1954 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «...vətəndaş Təqsirləndirilən şəxs tədqiqata təqdim etdiyi narkotikə bənzər kütlə...» yazı və imzalar olan olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 7,258 qram olan qəhvəyi rəngli maddə kustar üzulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə təstiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (Siyahı İ) daxildir. İşin 153-155-ci vərəqlərindəki Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 23 iyun 2023-cü il tarixli 4011 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nətcəsində yaranan asıllıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşin 156-159-cu vərəqlərindəki ambulator məhkəmə-psixiatrik ekspertizasının 17 iyun 2023-cü il tarixli 1678 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı psixi xəstəlik və psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əməlin mahiyyətini dərk etmək və düzgün ifadə vermək iqtidarındadır. İşin 171-183-cü vərəqlərindəki Sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən aşkar olunaraq götürülmüş 7,258 qram narkotik vasitə heroin və üzərində şəxsi axtarış keçirilməsinin videogörüntülərini özündə əks etdirən bir ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalan 7,208 qram narkotik vasitə heroin məhkəmə baxışınadək saxlanılması üçün Bakı şəhər Nizami Rayon Polis İdarəsinin «maddi sübutların saxlanılması otağına» təhvil verilmiş, disk isə cinayət işinin materiallarına əlavə edilmişdir. Həmin qərarla Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş külli miqdarda narkotik vasitənin mənbəyini müəyyən etmək məqsədilə ********* nömrəli cinayət işindən ********* nömrəli cinayət işi ayrılmış və X2 barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. İşin 122-123 və 147-152-ci vərəqlərindəki Azərbaycan Respublikası DİN-nin BƏSİİnin tələbnaməsi və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 11 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli qərarı ilə 4 ay 6 gün vaxtından əvvəl şərti azad edilmiş, 22 sentyabr 2021-ci il tarixdə cəza müddəti bitdiyinə görə qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə görə az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Odur ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. İşin 18-ci vərəqindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs 4 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs təqsirini təkzib edən hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək hesab edir ki, onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs qeyd olunan maddə ilə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsində əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edərək qərara gəlir ki, ona Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbi nəzərə alınmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 56.1.3cü maddəsinə əsasən o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 4 aprel 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən maddi sübutlar: Nizami RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 7,258 (tədqiqatdan sonra qalıq 7,208) qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, onun üzərində şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış videogörüntüləri özündə əks etdirən bir ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatına sərf edilmiş 88 (səksən səkkiz) manat pul Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Təqsirləndirilən şəxsin hüquqlarını məhkəmədə dövlət hesabına dəvət edilmiş Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193-cü maddəsi və «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına 180 (yüz səksən) manat pul onun işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 4 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınaraq Nizami RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 7,258 (tədqiqatdan sonra qalıq 7,208) qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Onun üzərində şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış videogörüntüləri özündə əks etdirən bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 88 (səksən səkkiz) manat pul Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına 180 (yüz səksən) manat pul onun işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1915/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1915/2023
04.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver