Məhkəmə qərarları › İş №1(101)-1915/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1915/2024

31.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1915/2024 31.07.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 17:00 Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Ağalarov Mahmud Muradxan oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər - Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakı ilə, xx xxxxxx 1986-cı il tarixdə Şuşa rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Şuşa rayonunun Malıbəyli kəndində qeydiyyatda olan, faktiki Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci, 234.4.2-ci və 234.4.3-cü maddələri, xx xxxx 1985-ci il tarixdə Naxçıvan Muxtar Respublikasında doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 fevral 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü və 221.3-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi 450 adlanan ərazidə yerləşən nömrəsiz fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə heroini və təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda tərkibində narkotik vasitələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdar - təmiz çəkisi 0,345 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə etmiş, 10 mart 2024-cü il tarixdə Hacıqabul rayonunun Nəvahi kəndində yerləşən Daxili İşlər Nazirliyinin BDYPİ-nin 720 saylı postuna kimi idarə etdiyi “Kia forte” markalı **-FE-*** dövlət qeydiyyat nişanlı avtomobildə üzərində saxlamaqla daşımış, həmin gün orada hərəkətdə olan zaman saat 01:25-də 720 saylı polis postunun və Hacıqabul rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Polis Şöbəsinə aparılmış, orada saat 02:05-də videoçəkiliş aparılaraq üzərində şəxsi axtarış keçirilərkən əynindəki boz rəngli şalvarının qabaq sağ cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş halda saxladığı xeyli miqdar - təmiz çəkisi 0,345 qram təşkil edən narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, təkrarən istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq ümumi çəkisi 7042,03 qram olan eyni tərkibli bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı külli miqdarda Təqsirləndirilən şəxs2la birlikdə əldə edib daşıyaraq hissələrə bölüb ümumi çəkisi 6995,0 qram olan hissəsini Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Mərdəkan bağları adlanan ərazidə yerləşən özünə məxsus nömrəsiz fərdi evin mətbəxində üzərini skoçla bağlayıb sellofan bağlamalarda 7 ədəd bükümdə hər birində ayrı-ayrılıqda təmiz çəkiləri 995,0 qram, 985,0 qram, 1010,0 qram, 1000,0 qram, 1005,0 qram 1005,0 qram və 995,0 qram olmaqla 01 ədəd yaşıl rəngli kisəyə qablaşdıraraq satış məqsədi ilə gizlədib saxlamış, həmin narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 24,48 qram olan hissəsini 01 ədəd sellofan bükümə qablaşdırıb əynindəki göy rəngli şalvarının sol yan cibində Elmədin Cəfərov, təmiz çəkisi 22,55 qram olan hissəsini isə əlbir olduğu Təqsirləndirilən şəxs2 01 ədəd sellofan bükümə qablaşdırıb əynindəki göy rəngli cins şalvarının sağ yan cibində saxlamaqla satış məqsədi ilə 14 mart 2024-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Mərdəkan bağları adlanan ərazidə yerləşən nömrəsiz fərdi yaşayış evinin yaxınlığına kimi birlikdə üzərilərində daşımış, həmin gün orada saat 03:10 radələrində o, Təqsirləndirilən şəxs2 ilə birlikdə piyada hərəkətdə olarkən hər ikisi Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq həmin idarənin inzibati binasına aparılmış, orada saat 05:30-da müdafiəçilərin iştirakları ilə videoçəkiliş aparılmaqla üzərilərində şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs2 əynindəki göy rəngli cins şalvarının sağ yan cibində satış məqsədi ilə saxladığı təmiz çəkisi 22,55 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik maddə qurudulmuş marixuana 01 ədəd sellofan bükümə qablaşdırılmış halda aşkar edilərək Təqsirləndirilən şəxs2, eyni zamanda Təqsirləndirilən şəxs1 əynindəki göy rəngli şalvarının sol yan cibində satış məqsədi ilə saxladığı təmiz çəkisi 24,48 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannnabis) bitkisindən kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vaitə olan qurudulmuş marixuana 01 ədəd sellofan bükümə qablaşdırılmış halda təkrarən aşkar edilərək götürülmüşdür. Bundan sonra üzərindən kustar üsulla hazırlanmış xeyli miqdarda qurudulmuş marixuana aşkar edilən Təqsirləndirilən şəxs1 fərdi yaşayış evində də həmin narkotik vaitənin bir hissəsinin olmasına dair verilmiş məlumat əsasında Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirinin davamı olaraq 15 mart 2024-cü il tarixdə saat 06:40 radələrində təxirəsalınmaz istintaq hərəkətlərinin aparılması zərurəti ilə əlaqədar Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Mərdəkan bağları adlanan ərazidə yerləşən Təqsirləndirilən şəxs1 məxsus nömrəsiz fərdi evin yaşayış sahəsinə baxış keçirilən zaman evin mətbəxində üzəri skoçlanmış sellofan bağlamalarda 7 ədəd bükümdə, hər birində ayrı-ayrılıqda təmiz çəkiləri 995,0 qram, 985,0 qram, 1010,0 qram, 1000,0 qram, 1005,0 qram, 1005,0 qram və 995,0 qram olmaqla Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 ilə birlikdə satış məqsədi ilə əldə edib daşıyaraq gizlədib saxladıqları və Təqsirləndirilən şəxs2 üzərində aşkar edilərək götürülmüş təmiz çəkisi 22,55 qram olan və Təqsirləndirilən şəxs1 üzərində aşkar edilərək götürülmüş təmiz çəkisi 24,48 qram olan qurudulmuş marixuanalarla tərkibinə görə eyni olan, ümumi çəkisi 6995,0 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda qurudulmuş marixuana 01 ədəd yaşıl rəngli kisəyə qablaşdırılmış halda aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda tərkibində narkotik vasitələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - ümumi çəkisi 7042,03 qram olan eyni tərkibli bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı Təqsirləndirilən şəxs1la birlikdə əldə edib daşıyaraq hissələrə bölüb, ümumi çəkisi 6995,0 qram olan hissəsini Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Mərdəkan bağları adlanan ərazidə yerləşən Təqsirləndirilən şəxs1 məxsus nömrəsiz fərdi evin mətbəxində üzərini skoçla bağlayıb sellofan bağlamalarda, 7 ədəd bükümdə hər birində ayrı-ayrılıqda təmiz çəkiləri 995,0 qram, 985,0 qram, 1010,0 qram, 1000,0 qram, 1005,0 qram, 1005,0 qram və 995,0 qram olmaqla 01 ədəd yaşıl rəngli kisəyə qablaşdıraraq satış məqsədi ilə gizlədib saxlamış, həmin qurudulmuş marixuananın təmiz çəkisi 24,48 qram olan hissəsini 01 ədəd sellofan bükümə qablaşdırıb əynindəki göy rəngli şalvarının sol yan cibində Təqsirləndirilən şəxs1, təmiz çəkisi 22,55 qram olan hissəsini isə Təqsirləndirilən şəxs2 01 ədəd sellofan bükümə qablaşdırıb əynindəki göy rəngli cins şalvarının sağ yan cibində saxlamaqla satış məqsədi ilə 14 mart 2024-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Mərdəkan bağları adlanan ərazidə yerləşən nömrəsiz fərdi yaşayış evinin yaxınlığına kimi birlikdə üzərilərində daşımış, həmin gün orada saat 03:10 radələrində Təqsirləndirilən şəxs1 ilə birlikdə piyada hərəkətdə olarkən hər ikisi X7 Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanaraq həmin idarənin inzibati binasına aparılmış, orada saat 05:30-da müdafiəçilərin iştirakları ilə videoçəkiliş aparılmaqla üzərilərində şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs1 əynindəki göy rəngli şalvarının sol yan cibindən satış məqsədi ilə saxladığı 01 ədəd sellofan bükümdə xeyli miqdarda təmiz çəkisi 24,48 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, Təqsirləndirilən şəxs2 əynindəki göy rəngli cins şalvarının sağ yan cibində satış məqsədi ilə saxladığı 01 ədəd sellofan bükümdə xeyli miqdarda təmiz çəkisi 22,55 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannnabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan sonra üzərindən kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilən Təqsirləndirilən şəxs1 fərdi yaşayış evində də həmin narkotik vasitənin bir hissəsinin olmasına dair verilmiş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən onunla bağlı keçirilən əməliyyat tədbirinin davamı olaraq 15 mart 2024-cü il tarixdə saat 06:40 radələrində təxirəsalınmaz istintaq hərəkətlərinin aparılması zərurəti ilə əlaqədar Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Mərdəkan bağları adlanan ərazidə yerləşən Təqsirləndirilən şəxs1 məxsus nömrəsiz fərdi evin yaşayış sahəsinə baxış keçirilən zaman evin mətbəxində üzəri skoçlanmış sellofan bağlamalarda 7 ədəd bükümdə, hər birində ayrıayrılıqda təmiz çəkiləri 995,0 qram, 985,0 qram, 1010,0 qram, 1000,0 qram, 1005,0 qram, 1005,0 qram və 995,0 qram olmaqla Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 ilə birlikdə satış məqsədi ilə əldə edib daşıyaraq gizlədib saxladıqları və Təqsirləndirilən şəxs2 üzərində aşkar edilərək götürülmüş təmiz çəkisi 22,55 qram olan və Təqsirləndirilən şəxs1 üzərində aşkar edilərək götürülmüş təmiz çəkisi 24,48 qram olan qurudulmuş marixuanalarla tərkibinə görə eyni olan, ümumi çəkisi 6995,0 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda qurudulmuş marixuana 01 ədəd yaşıl rəngli kisəyə qablaşdırılmış halda aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərdi ki, 7 kiloqram narkotik vasitə ona məxsus olmuşdur. Səhər avtomobili saxlayıb Salehə “rayona gedək” demiş, özü avtomobilin baqaj hissəsinə narkotik vasitə olan yükünü qoymuşdur. İbtidai istintaq zamanı düzgün danışmışdır, verdiyi ifadələri təsdiq edir. Təqsirləndirilən şəxs1 məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirdi ki, 7 kiloqram narkotik kütlə ona məxsusdur. O, avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olmuş, lakin həmin vaxt avtomobilini vurmuşdur. Hacıqabulda saxlanılanda “Rent a car”dan avtomobil götürmüş, avtomobildə bir nəfər də olmuş, onu yoldan götürmüş, lakin həmin şəxs qaçıb çıxıb getmişdir. Onu aparıb postda yoxlamışlar, həmin vaxt sərxoş olmamışdır, o, narkotik istifadə etmir. Onu yolda saxlayan əməkdaşa pul vermədiyi üçün onu posta aparmışlar. Postda üzərini yoxlamışlar, cibində narkotik olmuş, amma avtomobildən heç nə aşkar olunmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı ətraflı ifadə verərək göstərmişdir ki, 15 mart 2024-cü il tarixdə, saat 03:10-da Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Mərdakan bağları adlanan ərazidə yerləşən nömrəsiz fərdi evin yaxınlığında tanışı Təqsirləndirilən şəxs2la birlikdə piyada hərəkət edərkən üç nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini onlara polis əməkdaşı kimi təqdim edərək onların qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, xidməti vəsiqələrini göstərmişlər və barələrində əməliyyat - axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına aparmışlar. Orada müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs2la birlikdə şübhəli şəxs qismində tutulmuşdur. Onlara hüquq və vəzifələri elan olunmuş və buna dair bildirişlər təqdim edilmişdir. Bundan sonra onların üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Əvvəlcə o, əynindəki göy rəngli şalvarın sol yan cibindən bir ədəd sellofanda açıq yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə olan qurudulmuş marixuananı, həmin şalvarın sağ yan cibindən bir ədəd “Redmi” markalı mobil telefonu, bir ədəd açarı və bir ədəd plastik bank kartını təqdim edərək masanın üzərinə qoymuşdur. Daha sonra üzərinə şəxsi axtarış davam etdirilmiş və əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Sonra aşkar olunmuş həmin ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzəri o, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. Daha sonra Salehin üzərinə şəxsi axtarış aparılaraq üzərində qanunsuz saxladığı maddələri təqdim etməsi təklif olunmuş, bundan sonra Saleh əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofanda açıq yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə olan qurudulmuş marixuananı, həmin şalvarın sol yan cibindən bir ədəd “Redmi” markalı mobil telefonu və bir ədəd plastik bank kartını və əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd siqaret qutusunu, bir ədəd alışqanı təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və üzəri Saleh, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. O, üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni sosial şəbəkədən tanıdığı İran İslam Respublikası vətəndaşı olan Şəhram adlı şəxsin vasitəsilə tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə bir gün əvvəl Beyləqan rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən iranlının qeyd etdiyi yerlərə çatdırmaq məqsədi ilə əldə etdiklərini, bunun müqabilində Şəhramdan 4000 manat pul alaraq Təqsirləndirilən şəxs2 150 manat verəcəyini, heç kimə narkotik vasitə satmadığını və bağışlamadığını qeyd etmişdir. Üzərindən başqa Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Mərdəkan bağları adlanan ərazidə yerləşən nömrəsiz fərdi evdə narkotik vasitə olduğunu, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Onun iştirakı ilə Təqsirləndirilən şəxs2 verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni onunla birlikdə bir gün əvvəl Beyləqan rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən götürərək, iranlının qeyd etdiyi yerə çatdırmaq məqsədi ilə əldə etdiklərini, bunun müqabilində Təqsirləndirilən şəxs1 150 manat pul alacağını, Beyləqan rayonundan götürdüyü yükün narkotik vasitə olduğunu əvvəlcədən bildiyini, heç kimə narkotik vasitə satmadığını və bağışlamadığını qeyd etmişdir. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Mərdəkan bağları adlanan ərazidə yerləşən nömrəsiz fərdi evdə narkotik vasitə olduğunu, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Üzərinə şəxsi axtarış aparıldıqdan sonra Təqsirləndirilən şəxs2, müdafiəçilər və polis əməkdaşları ilə birlikdə yaşadıqları Mərdəkan bağları adlanan ərazidə yerləşən nömrəsiz fərdi evə getmişlər. Bundan sonra onun, Təqsirləndirilən şəxs2, müdafiəçilər və polis əməkdaşları ilə birlikdə evə baxış keçirilməsinə başlanmışdır. Evə baxış zamanı onlar evin mətbəx otağındakı bir ədəd yaşıl rəngli torbadakı yeddi ədəd bağlamada olan qurudulmuş marixuananı təqdim etmiş, sonra həmin kütlələr elektron tərəzidə çəkilmişdir. Daha sonra həmin kütlələr qablaşdırılmış, möhürlənmiş və üzəri o, Təqsirləndirilən şəxs2, müdafiəçilər və təhqiqatçı tərəfindən imzalanmışdır. 09 mart 2024cü il tarixdə "Kia Forte” markalı **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bərdə rayonuna getmək məqsədilə gecə saat 23:30 radələrində Bakı şəhərindən yola düşmüş, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yaşadığı evin küçəsində 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükülünü yerdə görmüş, bükülünü götürüb içərisinə baxarkən orada narkotik vasitə heroinə bənzər maddənin olduğunu görmüşdür. Narkotik vasitə heroini sonra qəbul etməsi üçün həmin bükülünü əynindəki şalvarının ön sağ cibinə qoymuşdur. Həmin vaxtı tək olmuşdur. 10 mart 2024-cü il tarixdə Hacıqabul rayonu, Nəvahi kəndində yerləşən BDYPİ-nin 720 saylı postunda polis əməkdaşları ona saxla işarəsi vermişlər. O da idarə etdiyi avtomobili yolun kənarında saxlamış və ondan sənədlərini tələb etmişlər. Üzərində narkotik vasitə olmasını bildirərək onu Hacıqabul rayon Polis Şöbəsinə dəvət etmişlər. Orada müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmamışdan əvvəl üzərində hər hansı bir qanunsuz əşya və ya predmetin olub-olmaması soruşulmuşdur. Həmin vaxt əynindəki boz rəngli şalvarının ön sağ cibində gizlətdiyi 01 ədəd siqaret kağızını təqdim edib içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Aşkar edilərək götürülmüş narkotik vasitə heroin onun və müdafiəçinin iştirakı ilə elektron tərəzidə çəkilmiş, bu barədə protokol tərtib edilmiş, protokolun məzmunu ilə tanış olduqdan sonra protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Bundan sonra onun razılığı əsasında avtomobilə baxış keçirilsə də avtomobildən hər hansı bir şübhəli əşya aşkar edilməmişdir (cild 2, iş vərəqə 72-74). Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, Elməddinlə bir qəsəbədə yaşayırlar, Elməddini 10 ildir ki, tanıyır, bir-birilərinin evinə gedib gəlmişlər. Onun heç bir narkotikdən məlumatı olmamış, təzyiq altında sənədlərə qol çəkdirmişlər. Elməddin ona zəng edib taksi ilə rayona fermaya getməli olduğunu demişdir. Elməddin öz avtomobilini bir həftə əvvəl aşırmışdı. Onlar 150 manata razılaşmış, Ramana qəsəbəsindən Beyləqana getmişlər, fermaya gedib ordan Bakıya gəlmişlər. Elməddinin avtomobilə nə yük qoyduğuna heç fikir verməmişdir. Arxalarınca 3 ədəd avtomobil gəlmiş, o isə heç fikir verməmişdir. Amma Elməddin tədirgin olmuşdur. O, avtomobili Elməddingilin bağının qapısının qarşısında saxlamış, Elməddin də yükünü götürüb getmişdir. O, avtomobili ilə hərəkət etmək istəyəndə həmin avtomobillər qarşısını kəsib onu sorğu-sual etmişlər. Həmin vaxt Elməddin də gəlmiş və “mal” gətirdiyini etiraf etmişdir. Bundan sonra onları Polis Şöbəsinə aparmışlar. Təqsirləndirilən şəxs2 məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirdi ki, o, taksi fəaliyyəti ilə məşğul olmuşdur. İbtidai istintaq zaman verdiyi ifadəni təsdiq etmir, həmin ifadəni polislər özləri yazıb doldurmuş, o da təzyiq altında imzalamışdır. Elməddin ona fermaya getdiyini demiş, fermadan yük götürüb avtomobilin baqajına qoymuş, o, həmin yükün nədən ibarət olduğunu soruşmamış, sadəcə avtomobildə oturmuşdur, heç avtomobildən düşməmişdir. Yolda onları Beyləqandan Bakıya qədər saxlamamışlar. Elməddinlə arasında narkotik barədə heç bir söhbət olmamışdır. Əvvəlcə polis əməkdaşları ona oğurluq elədiyini demiş, o da oğurluq etmədiyini demişdir. Sonra ona “gətirdiyiniz mal hanı” demişlər, Elməddin də həmin vaxt gəlib polis əməkdaşlarına malın onda olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunmuş ifadəsində özünü təqsirli bilərək göstərmişdir ki, 15 mart 2024-cü il tarixdə saat 03:10-da Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Mərdakan bağları adlanan ərazidə yerləşən nömrəsiz fərdi evin yaxınlığında Təqsirləndirilən şəxs1la birlikdə piyada hərəkət edərkən üç nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini onlara polis əməkdaşı kimi təqdim edərək onların qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirmişlər və xidməti vəsiqələrini göstərərək barələrində əməliyyat - axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib Elməddini Cəfərovu və onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar. Orada müdafiəçinin iştirakı ilə o və Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuşdur. Onlara hüquq və vəzifələri elan olunmuş və buna dair bildirişlər təqdim edilmişdir. Bundan sonra onların üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Əvvəlcə Elməddinə üzərində qanunla qadağan olunmuş əşya varsa təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynindəki göy rəngli şalvarın sol yan cibindən bir ədəd sellofanda açıq yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə olan qurudulmuş marixuana kütləsini, həmin şalvarın sağ yan cibindən bir ədəd “Redmi” markalı mobil telefonu, bir ədəd açarı və bir ədəd plastik bank kartını təqdim edərək masanın üzərinə qoymuşdur. Daha sonra üzərinə şəxsi axtarış davam etdirilmiş və əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzəri Elməddin, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. Daha sonra o, əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofanda açıq yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə olan qurudulmuş marixuananı, həmin şalvarın sol yan cibindən bir ədəd üzərində “Redmi” markalı mobil telefonu və bir ədəd plastik bank kartını və əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd siqaret qutusu, bir ədəd alışqanı təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzəri o, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni sosial şəbəkədən tanıdığı İran İslam Respublikası vətəndaşı olan Şəhram adlı şəxsin vasitəsilə onunla birlikdə bir gün əvvəl Beyləqan rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun qeyd etdiyi yerlərə çatdırmaq məqsədi ilə əldə etdiklərini, bunun müqabilində Şəhramdan 4000 manat pul alaraq ona 150 manatını verəcəyini, heç kimə narkotik vasitə satmadığını və bağışlamadığını qeyd etmişdir. Üzərindən başqa Mərdəkan bağları adlanan ərazidə yerləşən nömrəsiz fərdi evdə narkotik vasitə olduğunu, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Ona verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə bir gün əvvəl Beyləqan rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən götürərək, Təqsirləndirilən şəxs1 qeyd etdiyi yerə çatdırmaq məqsədi ilə əldə etdiklərini, bunun müqabilində Elməddindən 150 manat pul alacağını, Beyləqan rayonundan götürdüyü yükün narkotik vasitə olduğunu əvvəlcədən bildiyini, heç kimə narkotik vasitə satmadığını və bağışlamadığını qeyd etmişdir. Üzərindən başqa Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Mərdəkan bağları adlanan ərazidə yerləşən nömrəsiz fərdi evdə narkotik vasitə olduğunu, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir (cild 1, iş vərəqə 118-121). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Hacıqabul rayon X3 Mübarizə Qrupunun baş əməliyyat müvəkkili Şahid4 göstərdi ki, 10 mart 2024-cü il tarixdə Bakı şəhəri, Şuşa şəhərciyində yaşayan Təqsirləndirilən şəxs1 üzərində və idarə etdiyi «Kia Cerato» markalı **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobildə narkotik vasitə olması barədə ona məlumat daxil olmuşdur. Bundan sonra əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə qərar qəbul edilmiş və baş əməliyyat müvəkkili Şahid5 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin günü saat 01:25-də Hacıqabul rayonunun Nəvahi kəndində yerləşən Daxili İşlər Nazirliyinin 720 saylı X13 postunda Təqsirləndirilən şəxs1 idarə etdiyi «Kia Cerato» markalı **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobilə saxla işarəsi verib özlərini təqdim edib onun üzərində və avtomobilində narkotik vasitə olduğundan şübhələnərək sonuncunu rayon Polis Şöbəsinə dəvət etmişlər. Polis Şöbəsində Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi üçün müdafiəçi dəvət edilmiş, müdafiəçinin iştirakı ilə videoçəkliş aparılmaqla üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirməmişdən əvvəl Təqsirləndirilən şəxs1 üzərində hər hansı bir qanunsuz əşya və ya predmetin olub-olmaması soruşulmuş, sonuncu əynindəki boz rəngli şalvarının ön sağ cibində gizlətdiyi 01 ədəd siqaret kağızını təqdim edib içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Bu barədə protokol tərtib edilmiş, protokolun məzmunu ilə tanış olduqdan sonra protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs1 razılığı əsasında idarə etdiyi «Kia Cerato» markalı **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilsə də, avtomobildən hər hansı bir əşya aşkar olunmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Hacıqabul rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili Şahid5 Şahid4 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 göstərmişdir ki, 14 mart 2024cü il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olub külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri, Xəzər rayonu ərazisində dövriyyəsi ilə məşğul olmaları barədə məlum və qərəzsiz mənbədən əməliyyat məlumatı alınmışdır. Həmin şəxslərin cinayət əməlini ifşa etmək məqsədi ilə əməliyyat tədbirlərinin keçirilməsindən ötrü raportla idarənin rəhbərliyinə məruzə edilmiş və həmin tarixdə əmrlə əməliyyat tədbirlərinin keçirilməsi, ona, idarənin baş əməliyyat müvəkkili Şahid2 və idarənin əməliyyat müvəkkili Şahid3 tapşırılmışdır. 15 mart 2024-cü il tarixdə 03:10 radələrində keçirilmiş əməliyyat tədbirləri nəticəsində Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Mərdəkan bağları adlanan ərazidə yerləşən nömrəsiz fərdi evin yaxınlığında olan zaman Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına aparılmış və bu barədə tərtib edilmiş raportla idarənin rəhbərliyinə məruzə olunmuşdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində müvafiq araşdırma aparılması üçün idarənin təhqiqat qrupunun təhqiqatçısı X6 tərəfindən araşdırma aparılmasına başlanılmışdır. İdarədə onun, baş əməliyyat müvəkkili Şahid2, əməliyyat müvəkkili Şahid3, Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkilləri X1 və X4 iştirakı ilə şübhəli şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərində videoçəkilişlə şəxsi axtarış keçirilməsinə başlanılmışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunla müəyyən edilmiş müvafiq hüquq və vəzifələri izah olunmaqla elan edilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bu barədə qərarla tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynindəki göy rəngli şalvarın sol yan cibindən təmiz çəkisi 24,48 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı, həmin şalvarın sağ cibindən 01 ədəd “Redmi” markalı mobil telefonu, Təqsirləndirilən şəxs2 isə əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən təmiz çəkisi 22,55 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı və həmin şalvarın sol yan cibindən 01 ədəd "Redmi" markalı mobil telefonu təqdim etmişdir. Bundan sonra həmin maddələr bir ədəd kağız zərfdə qablaşdırılmaqla möhürlənərək götürülmüşdür. Bu barədə təhqiqatçı tərəfindən tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, protokol düzgün tərtib edildiyinə görə imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs1 həmin kütləni sosial şəbəkədən tanıdığı İran İslam Respublikası vətəndaşı olan Şəhram adlı şəxsin vasitəsilə tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə Beyləqan rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun qeyd etdiyi yerlərə çatdırmaq məqsədi ilə əldə etdiklərini, bunun müqabilində Şəhramdan 4000 manat pul alaraq Təqsirləndirilən şəxs2 150 manat verəcəyini, heç kimə narkotik vasitə satmadığını və bağışlamadığını bildirmişdir. Təqsirləndirilən şəxs2 təhqiqatçı tərəfindən ona verilmiş suallara cavab olaraq həmin kütləni tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə Beyləqan rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən götürərək, Təqsirləndirilən şəxs1 qeyd etdiyi yerə çatdırmaq məqsədi ilə əldə etdiklərini, bunun müqabilində Elməddindən 150 manat pul alacağını, Beyləqan rayonundan götürdüyü yükün narkotik vasitə olduğunu əvvəlcədən bildiyini, heç kimə narkotik vasitə satmadığını və bağışlamadığını qeyd etmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Mərdəkan bağları adlanan ərazidə yerləşən nömrəsiz fərdi evdə narkotik vasitə olduğunu, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiklərini, onlara qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiklərini bildirmişlər. Daha sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitəni saxladıqları Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Mərdəkan bağları adlanan ərazidə yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş və həmin evin mətbəx otağından 7 ədəd üzərləri skoçla bağlanmış sellofan bağlamalarda ayrıayrılıqda təmiz çəkiləri 995,0 qram; 985,0 qram; 1010,0 qram; 1000,0 qram; 1005,0 qram; 1005,0 qram; 995,0 qram, ümumi çəkisi - 6995,0 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 evdən aşkar olunmuş kütlələrin özlərinə məxsus olduğunu, həmin kütlələri sosial şəbəkədən tanıdığı İran İslam Respublikası vətəndaşı olan Şəhram adlı şəxsin vasitəsilə tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə Beyləqan rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun qeyd etdiyi yerlərə çatdırmaq məqsədi ilə əldə etdiklərini, bunun müqabilində Şəhramdan 4000 manat pul alaraq Təqsirləndirilən şəxs2 150 manatını verəcəyini, heç kimə narkotik vasitə satmadığını və bağışlamadığını bildirmişdir. Başqa heç yerdə narkotik vasitə saxlamadığını, evə daha əvvəl baxış keçirilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 təhqiqatçı tərəfindən ona verilmiş suallara cavab olaraq evdən aşkar olunmuş kütlələrin özlərinə məxsus olduğunu, həmin kütləni tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə Beyləqan rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən götürərək, Təqsirləndirilən şəxs1 qeyd etdiyi yerə çatdırmaq məqsədi ilə əldə etdiklərini, bunun müqabilində Elməddindən 150 manat pul alacağını, Beyləqan rayonundan götürdüyü yükün narkotik vasitə olduğunu əvvəlcədən bildiyini, heç kimə narkotik vasitə satmadığını və bağışlamadığını qeyd etmişdir. Başqa heç yerdə narkotik vasitə saxlamadığını, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Bundan sonra həmin maddələr cinayət təqibi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən bir ədəd kağız zərfdə qablaşdırılmaqla möhürlənərək götürülmüşdür. Bu barədə təhqiqatçı tərəfindən tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, protokol düzgün tərtib edildiyinə görə imzalarla təsdiq edilmişdir (cild 1, iş vərəqə 155-158). İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadələri elan olunaraq tədqiq olunmuş Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin digər əməkdaşları Şahid2 və Şahid3 Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər (cild 1, iş vərəqə 159-162,162-166). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Şəxsi axtarış və götürmə aparılması haqqında 10 mart 2024-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərində hər hansı bir qanunsuz əşya və ya predmetin olması soruşulduqda Təqsirləndirilən şəxs1 əynindəki boz rəngli şalvarın qabaq sağ cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağızında olan bükümü təqdim edərək içərisində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs1 təqdim etdiyi maddəni Sabunçu rayonu, Şuşa şəhərciyinin yaxınlığından küçədən tapdığını və istfadə etmək üçün üzərində saxladığını bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmış və müvafiq disk protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 200-201, 246). Şəxsi axtarış və götürmə aparılması haqqında 15 mart 2024-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 paltarlarlarında, əşyalarında və ya bədənlərində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 əynindəki göy rəngli şalvarın sol yan cibindən 01 ədəd sellofanda narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni, Təqsirləndirilən şəxs2 əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd sellofanda narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni təqdim etmişlər. Sorğu zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni sosial şəbəkədən tanıdığı İran İslam Respublikasının vətəndaşı Şəhram adlı şəxsin vasitəsilə tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə Beyləqan rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən iranlının qeyd etdiyi yerlərə çatdırmaq məqsədi ilə əldə etdiklərini, bunun müqabilində Şəhramdan 4000 manat pul alaraq Təqsirləndirilən şəxs2 150 manatının verəcəyini, heç kimə narkotik vasitə satmadığını və bağışlamadığını bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə Beyləqan rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən götürərək, Təqsirləndirilən şəxs1 qeyd etdiyi yerə çatdırmaq məqsədi ilə əldə etdiklərini, bunun müqabilində Elməddindən 150 manat pul alacağını, Beyləqan rayonundan götürdüyü yükün narkotik vasitə olduğunu əvvəlcədən bildiyini, heç kimə narkotik vasitə satmadığını və bağışlamadığını bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmış və müvafiq disk protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 51-53, cild 2, iş vərəqə 3-4, 5-6). Evə baxış və götürmə aparılması haqqında 15 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitələri saxladıqları Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Mərdəkan bağları adlanan ərazidə yerləşən fərdi evdə baxış keçirilmişdir. Baxış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 evdə olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin evin mətbəx otağından 01 ədəd yaşıl rəngli kisəni təqdim etmişlər. Sorğu zamanı Təqsirləndirilən şəxs1 evdən aşkar olunmuş kütlələrin özlərinə məxsus olduğunu, həmin kütləni sosial şəbəkədən tanıdığı İran İslam Respublikasının vətəndaşı Şəhram adlı şəxsin vasitəsilə tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə Beyləqan rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən iranlının qeyd etdiyi yerlərə çatdırmaq məqsədi ilə əldə etdiklərini, bunun müqabilində Şəhramdan 4000 manat pul alaraq Təqsirləndirilən şəxs2 150 manatının verəcəyini, heç kimə narkotik vasitə satmadığını və bağışlamadığını bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs2 evdən aşkar olunmuş kütlələrin özlərinə məxsus olduğunu, həmin kütləni tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə Beyləqan rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən götürərək, Təqsirləndirilən şəxs1 qeyd etdiyi yerə çatdırmaq məqsədi ilə əldə etdiklərini, bunun müqabilində Elməddindən 150 manat pul alacağını, Beyləqan rayonundan götürdüyü yükün narkotik vasitə olduğunu əvvəlcədən bildiyini, heç kimə narkotik vasitə satmadığını və bağışlamadığını bildirmişdir. Evə baxış zamanı videoçəkiliş aparılmış və müvafiq disk protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 58-59; cild 2, iş vərəqə 3-4, 5-6). Məhkəmə-bioloji ekspertizasının 15 mart 2024-cü il tarixli 3-16-16/2-7/434 nömrəli rəyindən görünür ki: - tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş kütlə” yazılar və imzalar olan 1№-li kağız paketdə bir ədəd şəffaf sellofan bükülüdə təmiz çəkisi 24,48 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır; - tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş kütlə” yazılar və imzalar olan 2№-li kağız paketdə bir ədəd şəffaf sellofan bükülüdə təmiz çəkisi 22,55 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır; - tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkotik vasitə saxladıqları evdən aşkar edilmiş kütlələr” yazılar və imzalar olan yaşıl rəngli sintetik torbada yeddi ədəd üzərləri skoçla bağlanmış sellofan bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri - 995,0 qram; 985,0 qram; 1010,0 qram; 1000,0 qram; 1005,0 qram; 1005,0 qram; 995,0 qram, ümumi çəkisi - 6995,0 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanalardır. Həmin marixuanaların ümumi çəkisi - 7042, 03 qramdır.Təqdim olunmuş marixuanalar tərkiblərinə görə eynidir. Ekspert tədqiqatından sonra marixuanaların qalıq çəkiləri 24,43 qram, 22,50 qram və 6994,65 qram təşkil etmişdir (cild 1, iş vərəqə 71-75). Məhkəmə-kimyəvi ekspertizasının 10 mart 2024-cü il tarixli 3-16-16/2-18/258 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs1 üzərindən” sözləri yazılmış kağız paketdəki 01 ədəd kağız kəsiyi bükümündə təmiz çəkisi - 0,345 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in Siyahısına (Siyahı İ) daxildir. Ekspert tədqiqatından sonra heroinin qalıq çəkisi 0,295 qram təşkil etmişdir (cild 1, iş vərəqə 210-213). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 05 aprel 2024-cü il tarixli 2196 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 2, iş vərəqə 7-8). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 17 may 2024-cü il tarixli 3415 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (cild 2, iş vərəqə 14-15). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından və müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 fevral 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü və 221.3-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli “Amnistiya” Qərarının 2.4-cü bəndinə əsasən azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir (cild 2, iş vərəqə 38-39, 42-52). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Təqsirləndirilən şəxs2 cəzadan azad olunandan sonra məhkumluğun götürülməsi üçün zəruri olan altı il müddət keçmədiyinə görə onun barəsində məhkumluq ödənilməmiş hesab edilməlidir. Bu hal isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən onun əməlində cinayətlərin təhlükəli residivini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum edilməmişdir (cild 2, iş vərəqə 40-41). İbtidai istintaq orqanının 22 may 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 külli miqdarda narkotik vasitəni əldə etdiyi mənbənin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır (cild 2, iş vərəqə 75-76). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü qərarının izah və tələblərini də rəhbər tutur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli 8 №-li qərarının 9cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. X10 11-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci, 234.3-cü və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs1 qramla olan narkotik vasitənin - heroinin ona məxsus olmaması, Təqsirləndirilən şəxs2 isə ümumiyyətlə narkotik vasitədən xəbərinin olmadığına dair məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizələri, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdləri kimi qiymətləndirərək ittiham olunduqları cinayət əməllərini törətmələrini sübuta yetirilmiş hesab edir. Onların öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdükləri mülahizələri yuxarıda göstərilən sübutlarla - cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadələri də sübut kimi qəbul edir. Eyni zamanda, Təqsirləndirilən şəxs2 ona təzyiq edilərək ifadələrini imzaladılması ilə bağlı bildirdikləri də hər hansı dəlillə təsdiqini tapmır. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı da əməlini etiraf etməsi, ibtidai istintaq zamanı verdiyi bütün ifadələrinin həqiqi olması ilə bağlı ardıcıl və tərəddüdsüz mövqeyi Təqsirləndirilən şəxs2 məhkəmədə bildirdiklərinin yalnız özünümüdafiə məqsədi daşıdığını bir daha təsdiq edir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1ci, 234.4.2-ci və 234.4.3-cü maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmələri tam sübuta yetirilmişdir. Onlar, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci, 234.4.2-ci və 234.4.3-cü maddələrinin, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəzalar təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onların törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, onları səciyyələndirən halları, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzaların onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamasını, özünü təqsirli bilərək səmimi peşman olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivini Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli, Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməlidir. Onların barələrində seçilmiş həbs qətimkan tədbirləri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 15 mart 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşlar, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 16 mart 2024-cü il tarixli qərarları ilə onların barəsində həbs qətimkan tədbirləri seçilmiş, həbs etmənin əvvəli 15 mart 2024-cü il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 23, 41, 138-143, 144-150). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 15 mart 2024-cü il tarixdən hesablanmalıdır. Həmçinin Təqsirləndirilən şəxs1 10-11 mart 2024-cü il tarixdə tutulduğu 2 gün ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmalıdır (cild 1, iş vərəqə 197-198, 231). Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin maddi sübutlar otağında saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkiləri 24,43 qram, 22,50 qram, 6994,65 qram təşkil edən qurudulmuş marixiuana və qalıq çəkisi 0,295 qram təşkil edən heroin məhv edilməli, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərilərinə şəxsi axtarış, evə baxış keçirilməsinin görüntülərini özündə əks etdirən üç ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 85 (səksən beş) manat 74 (yetmiş dörd) qəpik və Təqsirləndirilən şəxs2 36 (otuz altı) manat olmaqla cəmi 121 (bir yüz iyirmi bir) manat 74 (yetmiş dörd) qəpik məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanları olmadığı üçün məhkəmənin qərarı ilə onların hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçilər təyin edilmişdir. Başqa sözlə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi müvafiq olaraq Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi1 və Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun hesabına hər biri üçün 180 (bir yüz səksən) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1ci, 234.4.2-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı tutulduğu 2 (iki) gün təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılaraq onun üzərində 5 (beş) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı 15 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı 15 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin maddi sübutlar otağında saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkiləri 24,43 qram, 22,50 qram, 6994,65 qram təşkil edən qurudulmuş marixiuana və qalıq çəkisi 0,295 qram təşkil edən heroin məhv edilsin; - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərilərinə şəxsi axtarış, evə baxış keçirilməsinin görüntülərini özündə əks etdirən üç ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs1 85 (səksən beş) manat 74 (yetmiş dörd) qəpik və Təqsirləndirilən şəxs2 36 (otuz altı) manat olmaqla cəmi 121 (bir yüz iyirmi bir) manat 74 (yetmiş dörd) qəpik məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 3 saylı Vəkil Bürosunun hesabına vəkillər Müdafiəçi1 və Müdafiəçi2 hər biri üçün 180 (bir yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin onlara verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Faiq Qəniyev Hakimlər: Mahmud Ağalarov Samir Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar