Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1917/2023 19.10.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Qəniyev Faiq Əsəd oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi: Qasımzadə Banu Pənah qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi Şöbəsinin prokuroru Dövlət ittihamçısı Təqsirləndirilən şəxs müdafiəçisi: Bakı şəhər 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun Tərcüməçi: X5 iştirakları ilə, xx xxxx 1982-cü ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay (1 azyaşlı övladı var), orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2ənzil 64-də kirayədə yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 5 aprel 2023-cü il tarixdə, saat 18 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yaşayan, tüfeyli həyat tərzi keçirən tanışı Zərərçəkmiş şəxs özünün kirayədə yaşadığı ünvan 3 ünvanına qonaq gətirmiş, orada Zərərçəkmiş şəxsla, həmçinin özünün qeyri-rəsmi ər-arvad münasibətlərində olaraq birgə yaşadığı Şahid1 və evinə qonaq gəlmiş tanışı Özbəkistan Respublikasının vətəndaşı Şahid2 Yureviçlə birlikdə mənzilin mətbəxində oturub yemək yeyib, spirtli içki olan araq içdikdən sonra, həmin gün, saat 19 radələrində Şahid2 və Zərərçəkmiş şəxsla birgə saç kəsdirmək məqsədi ilə həmin evdən təxminən 300 metr aralıda yerləşən bərbərxanaya getmiş, orada Zərərçəkmiş şəxs və Şahid2 saçını kəsdirdikdən sonra yaxınlıqdakı dükandan araq alıb evə qayıtmış, orada Şahid1, Şahid2 və Zərərçəkmiş şəxsla birlikdə mənzilin mətbəxində oturub yenidən araq içmişlər, bu zaman Zərərçəkmiş şəxs yüngül dərəcəli sərxoş vəziyyətdə ona qarşı nalayiq ifadələr işlətməsi və Şahid1 yaxınlıq təklif etməsi səbəbindən Zərərçəkmiş şəxsla aralarında mübahisə baş vermiş, mübahisə zamanı Təqsirləndirilən şəxs orta dərəcəli sərxoş halda Zərərçəkmiş şəxs qisas almaq niyyəti ilə onun sifət və baş nahiyəsinə yumruqla bir neçə zərbə vurmuş və sonuncu müvazinətini itirib mətbəxdə yıxılaraq altını nəcislə batırmış, Təqsirləndirilən şəxs daha da hiddətlənərək Zərərçəkmiş şəxs sürüyüb mənzilin dəhlizinə gətirərək orada sonuncunun sifət, baş və bədənin digər müxtəlif nahiyələrinə çoxsaylı yumruq zərbələri vurmaqla, baş beyin maddəsinə, mədəciklərə və qişalarına qansızma, baş beyinin əzilməsi, beyinciyə qansızma ilə müşayiət olunan və ölümünə bilavasitə səbəb olan ağır dərəcəli, burun sümüklərinin açıq yerdəyişməli sınıqları və yumşaq toxumasının əzilmiş yarası ilə müşayiət olunan az ağır dərəcəli, ağciyərdə ocaqlı qansızmalar və döş qəfəsinin yumşaq toxumasına qansızma, sağ göz almasına qansızma və göz qapağının qançırı ilə müşayiət olunan yüngül dərəcəli, başın alın, təpə, ənsə nahiyəsinin, sifətin, sol əlin arxa səthinin və sağ baldırın sıyrıqları, sağ anağın, döş qəfəsinin sağ yan səthində körpücükaltı nahiyənin, döş qəfəsinin sağ və sol yuxarı bayır səthlərinin, hər iki tərəfdə mədəüstü nahiyənin bayır səthlərinin, sol bud nahiyəsinin, döş qəfəsinin sol aşağı bayır səthinin qançırları ilə müşayiət olunan sağlamlığa zərərvurmayan və dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirməklə Zərərçəkmiş şəxs oğlunu qəsdən öldürmüş-həyatdan məhrum etmişdir. Məhkəmənin iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Müşfiq ilə münasibəti var imiş, ona yazığı gəldiyi üçün ona köməklik etmişdir. Həyat yoldaşı rəhmətə getmişdir, 1 qızı var amma hadisə zamanı orada olmamışdır, nənəsigildə olmuşdur. O Sevda ilə qeyri-rəsmi olaraq yaşayırmış. Hadisə günü Müşfiqi yanına çağırmışdır, Müşfiq ona döyüldüyünü demişdir. O Müşfiqi götürməyə getmişdir. Onu kimin döydüyünü soruşduqda heç nə deməmişdir, həm ağrıyırmış, həm də döyülmüşdür. O, saçını kəsdirməyə getmiş, sonra mağazadan pivə istəmiş, o da alıb vermişdir, sonra isə evə getmişdir. O, Müşfiqi danlamış, bu qədər içki içməyin ziyan olduğunu söyləmişdir. “Kafel ustası kimi bacarığın var ged işlə” demişdir. Sonra isə onu söyməyə başlamışdır, mübahisələri başlamışdır. Evdə Sevda, o və Yuri olmuşdur. İki-üç dəfə onu başından vurmuşdur, bədənindən vurmamışdırm. O Müşfiqi vurduqdan sonra altını batırıb dəhlizə keçib yerdə oturmuşdur və Sevda isə yeri təmizləmişdir. O dəhlizdə olarkən bir dəfə başından vurmuş sonra isə yuxuya getmiş, o isə fikirləşmişdir ki içkili olduğu üçün yatıb. Evdəkilərə demişdir ki “əl dəyməyin birazdan durub yerində yatar”. O yatmağa getmiş, səhər duranda isə görmüşdür ki keçinib. 2-3 dəfə mətbəxdə vurdu, bir dəfə də dəhlizdə. Ancaq baş nahiyəsindən şillə və yumruq vurmuşdur. Dəhlizdə keçinməmişdir, çünki həmin vaxt xoruldayırmış. Müşfiqi iki ilə yaxın imiş ki, tanıyırmış. Əvvəllər heç bir ədavətləri olmamışdır. Müşfiqə ara-sıra köməklik edirmiş. O, kirayə ev tutmuş, Sevda, o və qızı orada yaşayırmışlar. Yuri onun dostudur, Özbəkistandan qonaq gəlmişdir. Həm onlarda, həm də başqa tanışlarının evində qalırmış. Hirsli olduğu üçün Müşfiqin başından vurmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini dinləyib, iş materiallarını araşdıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə Təqsirləndirilən şəxs mərhumu qəsdən öldürmək niyyətində olmamasına dair verdiyi ifadəsi ilə məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin bir-birinə, habelə işin faktiki hallarına uyğun olan ifadələri ilə təkzib olunduğundan, məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşır və onun ifadəsini özünümüdafiə edilməsi kimi qiymətləndirir. Zərərçəkmiş şəxsin hüquqi varisi X3 məhkəməyə telefon vasitəsi ilə şifahi məlumat verərək, ailə vəziyyəti ilə əlaqədar məhkəmə proseslərində iştirak edə bilməməsini nəzərə alıb, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi olmadığını bildirərək, onun iştirakı olmadan məhkəmə proseslərini keçirilməsini, təqsirləndirilən şəxsə qanunvericiliklə nəzərdə tutulmuş qaydada cəza verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının fikirini nəzərə alıb, məhkəmə proseslərini zərərçəkmiş şəxsin hüquqi varisinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, o Özbəkistan Respublikası vətəndaşıdır. 2010-2015-ci illərdə Saratovda cəza çəkərkən, orada Samirlə tanış olmuşlar. Həmin vaxtdan Samirlə əlaqəni itirməmişlər. 13 mart 2023cü il tarixdə Samirlə Bakıya gəlmişlər. Gəldiyim gündən Samirin qaldığı evdə, aradabir İnn Oteldə qalmışdır. 04 aprel 2023-cü il tarixdə Samirin evində Samir, o, Sevda və rəfiqəsi Alesiya olmuşdur. Alesiya gecəni qonaq otağında divanda, o isə həmin otaqda çarpayıda yatmışdır. Sevda və Samir öz otaqlarında yatmışlar. X12 nə isə mübahisə etmişlər, ancaq azərbaycan dilini bilmədiyi üçün onların danışıqlarını başa düşməmişdir. 05 aprel 2023-cü il tarixdə günorta Samir Alesiya ilə getmiş, o Sevda ilə tək qalmışdır. Bir neçə saatdan sonra Samir Müşfiq adlı şəxslə evə qayıtmışdır. O, Samir və Müşfiq araq almış, evdə yeyib içdikdən sonra bərbərə getmişlər. Qayıdanda araq alıb, oturub araq içmişlər. Samirlə Müşfiq azərbaycan dilində nə isə danışırmış, amma o başa düşmürmüş. Söhbət zamanı Samirlə Müşfiqin arasında mübahisə yaranmış, Samir 3-4 dəfə Müşfiqin üzünə güclü yumruq zərbələri vurmuşdur. Zərbələrdən sonra Müşfiq altını batırmış, Sevda yeri təmizləmiş, o da kömək etmişdir. Daha sonra dəhlizdə Samir yenə Müşfiqin üzünə 2 yumruq zərbəsi vurmuşdur. O və Sevda Samirlə mətbəxə qayıdıb araq içmiş, Müşfiq isə dəhlizdə, döşəmədə uzanıqlı vəziyyətdə qalmışdıe. O saat 4-5 radələrində gedib yatmış, Müşfiq hələ də dəhlizdə uzanıqlı vəziyyətdə olmuşdur, saat 10-da o yuxudan oyanıb qanlı əskiləri və araq şüşələrini zibilliyə tullamışdır. Samir ona sok almadığımı demiş və o yenidən evdən çıxıb sok alıb evə qayıtmışdır. O, Samir və Sevda oturub araq içmişlər, sonra o getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, Samiri 4-5 ildi tanıyırmış. Hadisə günü Samir ona zəng vurub evə çağırmış və demişdir ki, “gəl bizə telefon söhbəti deyil”. Ora getdikdə Samir qapıya çıxmış, biraz içkili imiş, təxmini saat 10-11 arası olarmış. Samir ona demişdir ki, dostu axşam onlara getmiş, axşam yeyibiçmişlər amma indi ayılmır. O Samirdən həkimlə danışıb-danışmadığını soruşmuş, Samir isə ehtiyac olmadığını demişdir. Daha sonra ona ağzından qaçırtmışdır ki aralarında mübahisə olmuş, bir dənə şillə vurmuşdur. Sonra o zəng edib Dumana olanları demiş, o isə hazırda işi olduğunu demiş və birazdan gələcəyini söyləmişdir. Daha sonra o da getmişdir. O meyidi görməmişdir. Ölən şəxsi tanımamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, onu oraya Mikayıl çağırmışdır. Çöldə söhbət etmişlər, meyidi görməmişdir. O oraya gedəndə gündüz vaxtı olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o ev sahibidir, evi Samirə kirayə vermişdir. Samir evdə 1 ay qalmış, növbəti ay onu çıxardacaqmış. O, hadisəni görməmişdir, ona sonradan xəbər vermişlər. İstintaqdakı ifadəsini təsdiq edir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan 06 aprel 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, ünvan 4 ünvanıdır. Həmin mənzil Şahid4 məxsus olmaqla, Təqsirləndirilən şəxs yaşaması üçün kirayə verilmişdir. Sağ tərəfdən binanın birinci blokuna daxil olub, birinci mərtəbədə sağ tərəfə burulduqda 64 saylı mənzildir. Mənzildəhliz, mətbəx, sanitar qovşağı, hamam otağı, qonaq otağı, yataq otağından ibarətdir. Mənzilə giriş qapısından sol tərəfdə yataq otağı, giriş qapısı ilə üzbə-üz qonaq otağı, sağ tərəfdə isə hamam, sanitar qovşağı və mətbəx yerləşir. Dəhlizdə döşəmə üzərində, yaxma halında qana bənzər ləkələr müşahidə olunur. İlk olaraq mənzilin qonaq otağına daxil olduqda divanda uzadılmış halda, sifətində yaralar və qana bənzər ləkələr olan meyit vardır. Meyitin altına yerliyi mavi rəngli, güllü bəzəklərlə olan mələfə, üzərinə isə ağ-qırmızı rəngləri olan odeyal örtülmüş, başının altında yastıq vardır, divanın divar tərəfə söykənəcək hissəsində, döşəmə üzərində şüşə sınıqları, üzərində qana bənzər ləkələri olan sarı rəngli stolüstü əski, siqaret kötüyü, yonulmuş halda saç topası və qurumuş halda qana bənzər ləkələr vardır, həmin otaqda stol, pəncərə və pəncərənin qarşısında açılıbbağlanan çarpayı (raskladuşka) vardır. Otağın ümumi vəziyyəti səliqəsizdir. Qonaq otağından 01 ədəd üzərində qana bənzər ləkə olan döşək üzü, həmin otaqdan sarı rəngli stol silmək üçün parçalar, döşəmə üzərində olan saç topaları, yataq otağından 01 ədəd döşək üzü, yataq otağında döşəmədə aşkar edilmiş, üzərində qana bənzər ləkələri olan mavi rəngli cins şalvar, boz rəngli uzunqol köynək, mətbəxdə paltaryuyan maşının qarşısında, üzərində qana bənzər ləkəsi olan 01 ədəd şortik, 01 ədəd qana bənzər mayeyə bulaşmış salfetka və mənzilin ümumi olaraq döşəməsindən tampona hopdurulmaqla 04 ədəd qana bənzər nümunələr, yataq otağında biri sınmış vəziyyətdə olmaqla cəmi 02 ədəd Redmi markalı mobil telefon, dəhlizdə dəstəyi açıq qırmızı rəngli, üzərində gözlə görükə biləcək qana bənzər ləkə olmayan, üzəri toz basmış vəziyyətdə olan «zubil» iş üzrə əhəmiyyət kəsb edə biləcəyindən hal şahidlərinin iştirakı ilə müvafiq qaydada qablaşdırılaraq, möhürlənib tərəfimdən götürülmüşdür. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan “meyitin xarici müayinə edilməsi və paltarlara baxış keçirilməsi barədə” 06 aprel 2023-cü il tarixli protokoldan görünür ki, meyitin əynində qara rəngli gödəkcə, qara rəngli uzun qol kofta, qara rəngli idman şalvarı, qara rəngli bir cüt corab, mərhumun yanında qara rəngli tibbi maska var. Mərhumun üst paltarları səliqəsizdir, islaqdır, idman şalvarı nəcislidir. Meyit kişi cinsli olub, üzdən baxdıqda 50-55 yaşlarına uyğun gəlir. Meyitin dəri örtüyü solğun rəngdədir, üz nahiyəsi burundan gəlmiş duru və laxta şəkilli tünd qırmızı rəngli qan hesabına çirklənmişdir. Meyit ləkələri bədənin arxa səthində yerləşərək solğun bənövşəyi rəngdədir, Başın alın, təpə və ənsə nahiyəsində qeyri-müəyyən formalı, üzərləri ətraf dəri səviyyəsindən aşağıda yerləşmiş qırmızı rəngli, bir qədər nəm qərtməklə örtülü kiçik ölçülü sıyrıqlar vardır, ətraf yumşaq toxumalar əllə müayinədə bir qədər şişkindir. Sağ alt göz qapağının dəri örtüyü qırmızımtıl-göy rəngdədir. Belə ki, burunun yumuşaq toxuması şişkindir, dəri örtüyü qırmızımtıl-göy rəngdədir, burun belində çəp yerləşmiş kənarları nahamar, bucaqları küt, divarları tünd qırmızı rəngli qansızmalıdır. Burun boşluğunda tünd qırmızı bir qədər duru və laxta şəkilli qan vardır. Digər xəsarətləri: Sağ və sol yanaqda, çənəaltı nahiyədə, sol əlin arxa səthinda, sağ baldırın orta və aşağı 1/3-nin ön sətlılərinda 3.5x3.0 sm-dan 1.5x1.0 sm-dək ölçülərdə eyni xarakterli sıyrıqlar var. Sağ yanaqda, döş qəfəsinin sağ yan səthində körpücükaltı nahiyədə, döş qəfəsinin sağ və sol yuxarı bayır səthlərində, hər iki tərəfdə mədəüstü nahiyənin bayır səthlərində, sol budun yuxarı 1/3nin bayır səthində, büzdüm nahiyəsində qeyri-müəyyən formalı, qırmızımtıl-göy rəngli 3.8x3 sm-dan 2.2x2 sm-dək ölçülərdə qançırlar var. Döş qəfəsinin sol aşağı bayır səthində 4.5x4 sm ölçüdə mərkəzi hissəsi solğun, bozumtul-göy rəngdə periferiyası solğun yaşılımtıl- sarımtıl çalarlıdır. Meyitin xarici müayinəsi zamanı digər xəsarətlər müəyyən edilməmişdir. Cinayət işində olan “şübhəli olan şəxsin tutulması haqqında” 06 aprel 2023-cü il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan “geyim paltarlarının götürülməsi və baxış keçirilməsi barədə” 07 aprel 2023-cü il tarixli protokoldan görünür ki, hadisə baş verən zaman Təqsirləndirilən şəxs əynində olan paltarları iş üzrə sübut əhəmiyyətinə malik ola biləcəyindən götürülmüşdür. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan 07 aprel 2023-cü il tarixli “üzləşdirmədə dindirmə protokolundan” görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları Şahid1 ilə üzləşdirmə istintaq hərəkəti zamanı da bir daha təsdiq edərək, törətdiyi cinayət əməlini etiraf etmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Bakı şəhəri Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 4(010)-165/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 06 aprel 2023-cü il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan “mobil telefona baxış keçirilməsi barədə” 10 aprel 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yerinə baxış zamanı götürülmüş Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefona baxış keçirilmiş, baxış zamanı müəyyən olunmuşdur ki, 06 aprel 2023-cü il tarixdə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən qətlə yetirildikdən sonra sonuncu Votsap proqramı vasitəsi ilə «İlqar» adı ilə qeyd etdiyi şəxsə səs yazıları göndərmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan doğum haqqında və ölüm haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci ildə vəfat etmiş X4 adlı şəxsdən xx.xx.2021-ci il təvəllüdlü X7 adlı aşyaşlı övladı vardır. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan 13 aprel 2023-cü il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılmasına dair” protokoldan və protokola əlavə olunmuş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək, törətdiyi cinayət əməlini etiraf etmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan 22 aprel 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 106.2-ci maddəsinə əsasən X3 zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan zərərçəkmiş şəxsin hüquqi varisi X2 “Elektron Məhkəmə Sistemi” vasitəsilə məhkəməyə ünvanladığı ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs cinayət törətməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi ilə bağlı heç bir tələbi yoxdur. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs kirayə yaşadığı müddət ərzində qonşularla mülayim davranmış, ictimai işlərdə iştirak etməmiş, spirtli içkilərə meylli olmuş, barəsində polis bölməsinə şikayət daxil olmamışdır. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan AR Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6 publik hüquqi şəxsinin Meyitin müayinəsinə dair məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli, 51 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs meyitinin müayinəsi zamanı onda aşağıdakı xəsarətlər aşkar edilmişdir: baş beyin maddəsinə, mədəciklərə və qişalarına qansızma. Baş beyinin əzilməsi. Beyinciyə qansızma. Burun sümüklərinin açıq yerdəyişməli sınıqları və yumşaq toxumasının əzilmiş yarası. Ağciyərdə ocaqlı qansızmalar və döş qəfəsinin yumşaq toxumasına qansızma. Sağ göz almasına qansızma və göz qapağının qançırı. Başın alın, təpə, ənsə nahiyəsinin, sifətin, sol əlin arxa səthinin və sağ baldırın sıyrıqları. Sağ yanağın, döş qəfəsinin sağ yan səthində körpücükaltı nahiyənin, döş qəfəsinin sağ və sol yuxarı bayır səthlərində, hər iki tərəfdə mədəüstü nahiyənin bayır səthlərində, sol bud nahiyəsində qançırlar. Qeyd olunan xəsarətlər həyati olub bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, mərhumun ölümündən az əvvəl qərarda göstərilən şəraitdə yənibədən səthinə yetirilmiş çoxsaylı güclü yumruq zərbələrinin təsirindən törənə bilər. Dərəcəsinə görə baş beyin - maddəsinə, mədəciklərə və qişalarına qansızma. Baş beyinin əzilməsi. Beyinciyə qansızma canlı şəxslərdə sağlamlığa AGİR zərər vurmanın əlamətlərinə malik olmaqla, onun ölümü ilə birbaşa səbəbli əlaqəlidir. Xəsarətlərdən burun sümüklərinin açıq yerdəyişməli sınıqları və yumşaq toxumasının əzilmiş yarası canlı şəxslərdə sağlamlığa AZ AGİR zərərvurmanm əlamətlərinə; ağciyərdə ocaqlı qansızmalar və döş qəfəsinin yumşaq toxumasına qansızma, sağ göz almasına qansızma və göz qapağının qançırı- canlı şəxslərdə sağlamlığa YÜNGÜL zərərvurmanm əlamətlərinə malikdirlər; başın alın, təpə, ənsə nahiyəsinin, sifətin, sol əlin arxa səthinin və sağ baldırın sıyrıqları, sağ yanağın, döş qəfəsinin sağ yan səthində körpücükaltı nahiyənin, döş qəfəsinin sağ və sol yuxarı bayır səthlərində, hər iki tərəfdə mədəüstü nahiyənin bayır səthlərində, sol bud nahiyəsində qançırları isə canlı şəxslərdə sağlamlığa zərərvurmayan xəsarətlərin əlamətlərinə malikdirlər və onun ölümü ilə hər hansı bir səbəbli əlaqəsi yoxdur. Eləcədə mərhumun bədən səthində döş qəfəsinin sol aşağı bayır səthinin qançırı da müəyyən edilmişdir, həmin xəsarət həyatidir, meyitin müayinəsindən 6- 10 sutka əvvələ uyğun gəlir, canlı şəxslərdə sağlamlığa zərər vurmayan xəsarətin əlamətinə malik olmaqla onun ölümü ilə hər hansı bir səbəbli əlaqəsi yoxdur. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb yuxarıda qeyd edilən xəsarətlər fonunda - baş beyin maddəsinə, mədəciklərə və qişalarına, beyinciyə qansızma və baş beyinin əzilməsi olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 12-16 saat əvvələ uyğun gəlir. Mərhum Zərərçəkmiş şəxs meyiti üzərində olan xəsarətləri -bədənin istənilən duruş vəziyətlərində ola bilərdi. Onun meyiti üzərində deşici-kəsici alətlə yetirilməyə məxsus xəsarətlər müəyyən edilmədi. Mərhum Zərərçəkmiş şəxs arxa keçəcək dəliyində ölümdən sonra boşalma əlamətləri müəyyən edilmişdir, beləki anal dəlik və ətrafı nəcis kütləsi ilə çirklənmişdir. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə kimya tədqiqatı nəticəsində etil spirti aşkar edilmişdir. Etil spirtinin qatılığı -1,0960-dir, bu da canlı şəxslərdə yüngül dərəcəli sərxoşluq kimi qiymətləndirilir. Metil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, fenilkilamin qrupuna aid olan amfetamin və metamfetamin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Məhkəmə kompüter-texniki ekspertizasının 11 may 2023-cü il tarixli 5/546 saylı rəyindən görünür ki, təqdim edilmiş bir ədəd sensor ekranlı "Android 11" əməliyyat sistemi ilə təhciz olunmuş "X13 9" markalı "M2003J15SG" modelli, "**********52206, **********52214" "imei" kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Təqdim edilmiş bir ədəd sensor ekranlı "Android" əməliyyat sistemi ilə təhciz olunmuş "Xiaomi Redmi 8" markalı arxa markalanma göstəricisinə görə "M1 908C31C" modelli "**********33028, **********33036" "imei" kodlu mobil smartfon hal hazırda təyinatı üzrə istifadəyə yararlı deyildir. Tədqiq olunan "X13 9" markalı "M2003J15SG" modelli mobil smartfonun yaddaşında (kontaklar, zənglər, "SMS" mesajlar, audio, foto, video fayllar, "WhatsApp", "WhatsApp Business", "Facebook Messenger", "Telegram" proqram teminatları, "instagram", "Odnoklassniki", "Snapchat", "TikTok" sosial şəbəkələr vasitəsilə aparılmış məlumat mübadilələri və sairə) mövcud olan və yaddaşından pozulmuş məlumatlar müəyyən olundu (bax rəyə əlavə olunmuş xarici yaddaş qurğuya). Rəyin "Tədqiqi hissəsi"nin 4-cü bəndində göstərilən səbəblərə görə tədqiq olunan "Xiaomi Redmi 8" markalı arxa markalanma göstericisinə görə "M1 908C31C" modelli mobil smartfonun yaddaşında hər hansı bir (kontakt, zəng, "SMS" mesaj, audio, foto, video fayllar, "WhatsApp", "Telegram" proqram təminatları, "Facebook", "instagram", "Twitter" sosial şəbəkələr vasitəsilə aparılmış məlumat mübadilələri və sairə) məlumatın olub-olmaması, eləcə də həmin mobil smartfonun yaddaşından hər hansı bir məlumatın pozulubpozulmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmadı. Tədqiq olunan «X13 9» markalı "M2003J15SG" modelli və «Xiaomi Redmi 8» markalı arxa markalanma göstəricisinə görə "M1 908C31 C" modelli mobil smartfonların internetə çıxış üçün texniki imkanları mövcuddur. (ekspertiza xərcinin dəyəri 80(səksən) manat) Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Məhkəmə-lifli ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/2295 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, Zərərçəkmiş şəxs, Şahid1, Təqsirləndirilən şəxs, Şahid2 məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1 №-İi cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş, Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən şalvarın səthi üzərindən aşkar edilmiş açıq- boz rəngli poliester kimyəvi liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən köynəyin tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Şahid1 və Yuriy Yureviçə məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. (ekspertiza xərcinin dəyəri 154(yüz əlli dörd) manat) Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Məhkəmə-trasoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 3/669 saylı rəyindən görünür ki, təqdim edilmiş üzərində Şahid1 qızma məxsus yazıları olan bağlamadan aşkar edilmiş geyim əşyalarının, üzərində Şahid2 Yureviçə məxsus yazıları olan bağlamadan aşkar edilmiş geyim əşyalarının, üzərində Zərərçəkmiş şəxs məxsus yazıları olan bağlamadan aşkar edilmiş geyim əşyalarının, üzərində Təqsirləndirilən şəxs məxsus yazıları olan bağlamadan aşkar edilmiş geyim əşyalarının üzərində trasoloji zədə, hər hansı alətin təsirindən yaranmağa xarakterik zədə, o cümlədən fiziki qüvvənin təsiri nəticəsində əlbəyaxa savaşma zamanı yaranmağa xarakterik zədə yoxdur. (ekspertiza xərcinin dəyəri 64 (altmış dörd) manat) Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli 240/2023-MTBŞ nömrəli rəyindən görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu- B alfa (H)/İİİ/, Təqsirləndirilən şəxs təqdim olunan şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən qan qrupu-O/İ/3- Şahid1 təqdim olunan portalından çıxarılışm kserosurətinə əsasən qan qrupu-A/İİ/. Ekspertizaya təqdim olunan rulon halındakı təmizlik bezi, ağ kağız salfetka, 04 ədəd çubuqlu pambıq tampon, Zərərçəkmiş şəxs məxsus idman şalvarı sviter, Təqsirləndirilən şəxs məxsus şalvar, kofta, Şahid1 məxsus cins şalvar üzərində insan qanı ləkələri aşkar olundu. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda «B» və «H» antigenləri alındı. Bu qan ləkələri bir şəxsə məxsusdursa B alfa(H)/İİİ/ qruplu şəxsə, o cümlədən zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus ola bilər. Qanın qarışıq olduğu halında və hadisə zamanı Təqsirləndirilən şəxs qanaxma ilə müşahidə olunan xəsarət olduğu halda ləkələrdə onunda qarışmış qanmı olmasını inkar edilmir. Ekspertizaya təqdim olunan 2 ədəd təmizlik bezi, 02 ədəd mələfə, Təqsirləndirilən şəxs məxsus poluver, Şahid1 məxsus kofta və idman şalvarı üzərində insan qanı ləkələri aşkar olundu. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda «A» və «H» antigenləri alındı. Bu qan ləkələri bir şəxsə məxsusdursa A beta(H)/İİ/ qruplu şəxsə, o cümlədən Şahid1 qızma məxsus ola bilər, əgər onun qanında müşayiətçi «H» antigeni varsa. Qanın qarışıq olduğu halında və hadisə zamanı Təqsirləndirilən şəxs qanaxma ilə müşahidə olunan xəsarət olduğu halda ləkələrdə onunda qarışmış qanının olması inkar edilmir. Tədqiqata təqdim olunan Şahid2 Yureviçə məxsus köynək, idman şalvarı və gödəkcəsi, Təqsirləndirilən şəxs məxsus damalı köynək, Şahid1 məxsus şortik üzərində isə qana şübhəli ləkələr aşkar olunmadı. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Komisyon məhkəmə-psixatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 1312 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs öz hərəkətlərini ölçüb-biçmək və onlara rəhbərlik etmək qabiliyyətinə malikdir. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs öz hərəkətlərini ölçüb-biçmək və ona rəhbərlik etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs əvvəllər hər hansı psixi xəstəlik keçirməmişdir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hadisəni düzgün qavrayıb və düzgün ifadə vermək qabiliyyətinə malikdir. Yalan danışmağa, özündən qondarma fikirlər söyləməyə meyillilik əlamətləri aşkar olunmadı. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur. Nümayişkəranəlik, eqosentrizm, ətrafdakılardan özünə qarşı hörmət təleb etmək, başqalarının hiss və həyəcanlarına qarşı biganəlik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs emosional halından asılı hərəkətlərini tam dərk elmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixiemosional vəziyyətində hirslilik yaranmış, həmin halın yaranması adi alkoqol sərxoşluğu vəziyyətində olması ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 3392 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya və alkoqolizm xəstəliyinin əlamətləri aşkar olunmur. Müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya və alkoqolizm xəstəliyindən əzab çəkmir. Narkomaniyadan və alkoqolizmdən məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübüta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin məcələnnin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin məcəllənin ümumi hissələrinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu, cinayətin içtimai təhlükəliliyini nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni 06 aprel 2023-cü il tarixdən hesablanmaqla, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini mümkün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrumetmə növündə cəza çəkmişsə ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını, cəzanı yüngülləşdirən hal kimi nəzərə alır, onun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla ) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və Suraxanı rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan hadisə yerindən götürülmüş 01 ədəd üzərində qana bənzər ləkə olan döşək üzü, həmin otaqdan sarı rəngli stol silmək üçün parçalar, döşəmə üzərində olan saç topaları, yataq otağından 01 ədəd döşək üzü, üzərində qana bənzər ləkəsi olan 01 ədəd şortik, 01 ədəd qana bənzər mayeyə bulaşmış salfetka və mənzilin ümumi olaraq döşəməsindən tampona hopdurulmaqla 04 ədəd qana bənzər nümunələr, Təqsirləndirilən şəxs paltarları - bir ədəd mavi rəngli cins şalvar, bir ədəd açıq boz rəngli, uzunqol köynək, Şahid1 qızma məxsus paltarlar - bir ədəd qara rəngli köynək, bir ədəd şortik, Şahid2 Yureviçə məxsus paltarlar - 01 ədəd tünd göy rəngli idman şalvarı və gödəkcə dəsti, 01 ədəd yerliyi qara, ağ zolaqlı köynək, Zərərçəkmiş şəxs məxsus paltarlar - qara rəngli gödəkcə, qara rəngli uzun qol kofta, qara rəngli idman şalvarı hökm qanuni qüvvəyə mindikdən sonra müsadirə olunaraq dəyərləri olmadığı və eyni zamanda geri qaytarılması barədə vəsatət olmadığı üçün məhv edilməli, hadisə yerindən götürülmüş Şahid2 Yureviçə məxsus sınmış vəziyyətdə olan Redmi markalı mobil telefon qanuni sahibinə və Təqsirləndirilən şəxs məxsus 01 ədəd Redmi markalı mobil telefon onun yaxın qohumuna qaytarılmalı, iş üzrə ekspertiza xərci təşkil edən 298 (iki yüz doxsan səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 06 aprel 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs iş üzrə ekspertiza xərci təşkil edən 298 (iki yüz doxsan səkkiz)manat tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübutlar olan və Suraxanı rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan hadisə yerindən götürülmüş 01 ədəd üzərində qana bənzər ləkə olan döşək üzü, həmin otaqdan sarı rəngli stol silmək üçün parçalar, döşəmə üzərində olan saç topaları, yataq otağından 01 ədəd döşək üzü, üzərində qana bənzər ləkəsi olan 01 ədəd şortik, 01 ədəd qana bənzər mayeyə bulaşmış salfetka və mənzilin ümumi olaraq döşəməsindən tampona hopdurulmaqla 04 ədəd qana bənzər nümunələr, Təqsirləndirilən şəxs paltarları - bir ədəd mavi rəngli cins şalvar, bir ədəd açıq boz rəngli, uzunqol köynək, Şahid1 qızma məxsus paltarlar - bir ədəd qara rəngli köynək, bir ədəd şortik, Şahid2 Yureviçə məxsus paltarlar - 01 ədəd tünd göy rəngli idman şalvarı və gödəkcə dəsti, 01 ədəd yerliyi qara, ağ zolaqlı köynək, Zərərçəkmiş şəxs məxsus paltarlar - qara rəngli gödəkcə, qara rəngli uzun qol kofta, qara rəngli idman şalvarı hökm qanuni qüvvəyə mindikdən sonra müsadirə olunaraq dəyərləri olmadığı və eyni zamanda geri qaytarılması barədə vəsatət olmadığı üçün məhv edilsin, hadisə yerindən götürülmüş Şahid2 Yureviçə məxsus sınmış vəziyyətdə olan Redmi markalı mobil telefon qanuni sahibinə, Təqsirləndirilən şəxs məxsus 01 ədəd Redmi markalı mobil telefon onun yaxın qohumunan qaytarılsın. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasi protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Faiq Qəniyev Mahmud Ağalarov
Məhkəmə qərarları › İş №1(101)-1917/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1917/2023
19.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver