Məhkəmə qərarları › İş №1(101)-1918/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1918/2021

22.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1918/2021 22.12.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Hüseynova Aytac Faiq qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçisi: Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1978-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri Suraxanı rayonu, Zığ qəsəbəsi, R.Göyüşov küçəsi, 10 saylı evdə qeydiyyatda olmaqla yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı rayonu, Zığ qəsəbə ünvanında istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi ilə 05 (beş) ədəd qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış ayn-ayrılqda təmiz çəkisi, 0,253 qram, 0,268 qram, 0,113 qram 0,260 qram, 0,197 qram ümumi təmiz çəkiləri 1,091 qram narkotik vasitə olan heroini 30 manat müqabilində, 03 (üç) ədəd bükümdə ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış ayrı-ayrılıqda təmiz çəkiləri 0,021 qram, 0,020 qram, 0,027 qram ümumi təmiz çəkiləri 0,068 qram psixotrop maddə-metamfetamini 50 manat müqabilində əldə edib, üzərində saxlayaraq daşımış və 20 iyul 2021-cı il tarixdə həmin narkotik vasitələri özü ilə daşıyaraq Bakı şəhəri Suraxanı rayonu, Zığ qəsəbəsi, R.Göyüşov küçəsi, 10 saylı evin qarşısına gətirmiş və onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əvvəlcədən daxil olmuş əməliyyat məlumatı əsasında həmin tarixdə saat 03:45-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri Suraxanı rayonu, Zığ qəsəbəsi, R.Göyüşov küçəsi, 10 saylı evin qarşısında Təqsirləndirilən şəxs saxlanılaraq Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü PB-nin Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” Yaşayış Sahəsi 21 saylı evin 1-ci mərtəbəsində yerləşən inzibati binasına gətirilib üzərinə keçirilən baxış zamanı satış məqsədi ilə qanunsuz olaraq əldə edib özündə saxlayaraq daşıdığı və əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edən 05 (beş) ədəd qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış ayrı-aynhqa təmiz çəkisi, 0,253 qram, 0,268 qram, 0,113 qram 0,260 qram, 0,197 qram ümumi təmiz çəkiləri 1,091 qram narkotik vasitə olan heroin və kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edən 03 (üç) ədəd bükümdə ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış ayrı-ayrılıqda təmiz çəkiləri 0,021 qram, 0,020 qram, 0,027 qram ümumi təmiz çəkiləri 0,068 qram psixotrop maddə-metamfetamin aşkar edilərək götürülmüş və həmin gün əməliyyat-axtarış tədbirinin davamı olaraq saat 10:45-də Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri Suraxanı rayonu, Zığ qəsəbəsi, R.Göyüşov küçəsi, 10 saylı evin qonaq otağında olan şüşə servantda gizlətdiyi dəm çaydanın içərisində satış məqsədilə qanunsuz əldə edib gizlətməklə saxladığı kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edən 04 (dörd) ədəd bükümdə ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış ayrı- ayrılıqda təmiz çəkiləri 0,298 qram, 0,138 qram, 0,182 qram, 0,130 qram olmaqla ümumi çəkiləri 0,748 qram psixotrop maddə-metamfetamin və kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edən 04 (dörd) ədəd qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış külli miqdarda ayrı-ayrıhqa təmiz çəkisi, 1,218 qram, 0,712 qram, 0,407 qram, 0,734 qram olmaqla ümumi təmiz çəkisi 3,071 qram narkotik vasitə olan heroin və ümumilikdə Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar edilərək götrülmüş heroinin ümumi təmiz çəkisi 4,162 qram və ümumi təmiz çəkisi 0,816 qram metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, polis əməkdaşları tərəfindən üzərində və evində aşkar edilmiş narkotik vasitələri şəxsi istifadəsi üçün saxlamışdı, o narkotik vasitə satışı ilə məşğul olmamışdır. 20 iyul 2021-ci il tarixdə saat 3 radələrində yaşadığı Bakı şəhəri Suraxanı rayonu, Zığ qəsəbəsi, R.Göyüşov küçəsi, 10 saylı evin qarşısında ona mülkü geyimdə üç nəfər şəxs yaxınlaşaraq, xidməti vəsiqələrini təqdim etməklə polis əməkdaşları olduqlarını bildirdilər. Bundan sonra onlar onu Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinə apardılar. Orada üzərinə şəxsi axtarış keçirildi və o könüllü olaraq üzərində olan narkotik vasitələri polis əməkdaşlarına təqdim etdi. Bundan sonra polis əməkdaşları yaşadığı evə də baxış keçirdi və evində olan narkotik vasitəni də onlara təqdim etdi. Həm üzərində, həm də evində aşkar edilən narkotik vasitələri başqa yerdən tapmışdı, narkotik vasitəni özü bükümlərə bölməmişdir, həmin narkotik vasitələri tapanda onlar ayrı-ayrı bükümlərdə idi. Narkotik vasitə istifadə etdiyinə görə peşmandır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili işləyir. Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini və metamfetamini əldə etmə, saxlama, daşıması, satması və narkotik vasitələrdən istifadə etməsi barədə agentur əməliyyat məlumatı daxil olmuşdu. Daxil olmuş əməliyyat məlumatının yoxlanılması məqsədilə əməliyyat qrupu yaradıldı. O və digər əməkdaşları Şahid2 və Şahid3 əməliyyat qrupunda iştirak edirdilər. Daxil olmuş əməliyyat məlumatının yoxlanılması məqsədi ilə keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs tərəflərindən saxlanıldı. Onlarla birgə polis bölməsinə gəlməsi təklif olundu və o da heç bir etiraz etmədən və müqavimət göstərmədən onlarla birgə polis bölməsinə gəldi. Polis bölməsində videoçəkilişdən istifadə olunmaqla, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildi. Şəxsi axtarış keçirilməsi zamanı onun üzərində 05 (beş) ədəd şəffaf sellofana bükülmüş narkotik maddə sayılan heroinə bənzər maddə və 03 (üç) ədəd şəffaf sellofana bükülmüş psixotrop maddə sayılan metamfetaminə bənzər maddə aşkar edildi. Təqsirləndirilən şəxs həmin narkotik vasitə olan 05 (beş) ədəd heroini ümumilikdə 30 manat pula, 03 (üç) ədəd metamfetamini isə 50 manat nağd pula tanımadığı şəxsdən aldığını bildirdi. Bununla yanaşı olaraq əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirildi və oradan da evin qonaq otağında olan şüşə servantda gizlətdiyi dəm çaydanın içərisində 04 (dörd) ədəd şəffaf sellofana bükülmüş içərisində narkotik maddə sayılan heroinə bənzər maddə və 04 (dörd) ədəd şəffaf sellofana bükülmüş psixotrop maddə sayılan metamfetamin aşkar edilərək götürüldü. Təqsirləndirilən şəxs narkotik vasitələri tanımadığı şəxsdən aldığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişlər. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə prosesində özünü narkotik vasitəni satmaqda təqsirli bilməməsinə dair verdiyi ifadəsinə tənqidi yanaşaraq, özünü müdafiə üsulu kimi qiymətləndirir və hesab edir ki, o cinayət məsuliyyətindən yayınmaq üçün digər sübutlarla öz təsdiqini tapan ilkin ifadələrindən imtina edir. İş üzrə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək 21.07.2021-ci il tarixdə dindirilmiş Təqsirləndirilən şəxs fadəsində ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, o narkotik vasitələrdən istifadə edir.Narkotik vasitənin heroin və metamfetamin kimi tanıdığı növlərindən istifadə etdiyinə və asılı vəziyyətə düşdüyünə görə Bakı şəhəri Suraxanı rayon Zığ qəsəbəsində yaşayan üzdən tanıdığı “Tural" kimi tnıdığı şəxsdən müxtəlif məbləğlərə heroin və metamfetamin alaraq istifadə etməklə yanaşı satışını həyata keçirirmişdir. Cinayət işində olan 20 iyul 2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 20.07.2021- ci il tarixli 6/2985 №-li rəyindən görünür ki, -tədqiqata təqdim edilmiş, üzərində Təqsirləndirilən şəxs üzərindən...” və s.yazılar olan zərfdə 05 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,253 qram; 0,268 qram; 0,113 qram; 0,260 qram; 0,197 qram; ümumi təmiz çəkiləri 1,091 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir.03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,021 qram; 0,020 qram; 0,027 qram; ümumi təmiz çəkiləri 0,068 qram ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir.-üzərində "... Təqsirləndirilən şəxs evindən...” və s.yazılar olan zərfdə 04 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 1,218 qram; 0,712 qram; 0,407 qram; 0,734 qram; ümumi təmiz çəkiləri 3,071 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir.04 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,298 qram; 0,138 qram; 0,182 qram; 0,130 qram; ümumi təmiz çəkiləri 0,748 qram ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir.Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar olunmuş heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər, həmçinin üzərindən və evindən aşkar olunmuş metamfetamin kütlələri də kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər.Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş siyahılar üzrə Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahıl), Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Heroinin ümumi təmiz çəkisi - 4,162 qram, tədqiqata sərf edildi - 0,09 qram, qalıq- 4,072 qram. Metamfetaminin ümumi təmiz çəkisi - 0,816 qr, tədqiqata sərf edildi - 0,07 qram, qalıq - 0,746 qram. Cinayət işində olan məhkəmə-kimyəvi ekspertizasının 27.08.2021- ci il tarixli 6/3113 №-li rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi №60 dairəvi möhür əksləri olan bir ədəd kağız paketə qablaşdırılmış üzərində “Vət.Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyadlar və İmzalar qeyd edilmiş bir ədəd zərfdə və Vət.Təqsirləndirilən şəxs evindən ...” sözləri soyadlar və imzalar qeyd edilmiş digər zərfdə olan ümumilikdə 8 ədəd bükümdə ümumi təmiz çəkisi 4,072 qram olan heroinlər xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edir.Digər yeddi ədəd bükümdə ümumi təmiz çəkisi 0,746 qram olan metamfetaminlər xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edir. Metamfetaminin ümumi təmiz çəkisi - 0,746 qram, tədqiqata sərf edildi - 0,035 qram, qalıq - 0,711 qram.Heroinin ümumi təmiz çəkisi-4,072 qram, tədqiqata sərf edildi-0,045 qram, qalıq - 4,027 qram. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 X4-narkoloji X2 02.09.2021-ci il tarixli 3196 №- li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin birgə qəbulu və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asıllıq sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur.Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan 20.07.2021-ci il tarixdə Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü PBnin baş təhqiqatçısı, polis kapiatnı X3 tərəfindən “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi” protokolundan müəyyən olunur ki, video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərindən gümüşü kağıza bükülmüş 05 (beş) ədəd qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış ayrı-ayrılıqa təmiz çəkisi, 0,253 qram, 0,268 qram, 0,113 qram 0,260 qram, 0,197 qram ümumi təmiz çəkiləri 1,091 qram narkotik vasitə olan heroin və 03 (üç) ədəd bükümdə ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış ayrı-ayrılıqda təmiz çəkiləri 0,021 qram, 0,020 qram, 0,027 qram ümumi təmiz çəkiləri 0,068 qram psixotrop maddə-metamfetamin götürülmüşdür. Cinayət işində olan 20.07.2021-ci il tarixdə Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü PBnin baş təhqiqatçısı, polis kapiatnı X3 tərəfindən “baxış keçirmə və götürmə haqqında” protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri Suraxanı rayonu, Zığ qəsəbəsi, R.Göyüşov küçəsi, 10 saylı evin qonaq otağında olan şüşə servantda gizlətdiyi dəm çaydanın içərisində satış məqsədilə qanunsuz əldə edib gizlətməklə saxladığı kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edən 04 (dörd) ədəd bükümdə ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış ayrı-ayrılıqda təmiz çəkiləri 0,298 qram, 0,138 qram, 0,182 qram, 0,130 qram olmaqla ümumi çəkiləri 0,748 qram psixotrop maddə-metamfetamin və kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edən 04 (dörd) ədəd qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış külli miqdarda ayrı-ayrılıqa təmiz çəkisi, 1,218 qram, 0,712 qram, 0,407 qram, 0,734 qram olmaqla ümumi təmiz çəkisi 3,071 qram narkotik vasitə olan heroin götürülmüşdür. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni 20 iyul 2021-ci il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” 07.03.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş materiallarından müəyyən edilir ki, məhkəmə ekspertizasının rəylərinin verilməsi üçün aparılmış tədqiqatın ümumi dəyəri 174 (yüz yetmiş dörd) manat təşkil edir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Suraxanı RPİ-nin saxlanc anbarında saxlanılan qalıq - 0,711 qram metamfetaminin, qalıq - 4,027 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 1 ədəd DVD formatlı disk və Nar MMC dən götürülmüş 1 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 174 (yüz yetmiş dörd) manat alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 20 iyul 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 174 (yüz yetmiş dörd) manat alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Suraxanı RPİ-nin saxlanc anbarında saxlanılan qalıq - 0,711 qram metamfetaminin, qalıq - 4,027 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 1 ədəd DVD formatlı disk və Nar MMC dən götürülmüş 1 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Cavid Hüseynov Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar