Məhkəmə qərarları › İş №1(101)-192/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-192/2022

17.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-192/2022 17.02.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, 21 avqust 1991-ci il tarixdə Siyəzən şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, subay, himayəsində bir azyaşlı uşağı olan, məhkum olunmuş, Bakı şəhəri Yasamal rayonu Əbilov küçəsi ev 60, mənzil 4-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs, 19 mart 2021-ci il tarixdə axşam saatlarında Bakı şəhəri Binəqədi rayonu Mircəlal küçəsində yerləşən Tərlan şadlıq sarayının qarşısındakı istirahət parkında istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq bir ədəd bükümdə təmiz çəkisi 6,530 qram olan kustar üsulla hazırlanmış qəhvəyi rəngli narkotik vasitə hesab edilən külli miqdarda heroini, bir ədəd bükümdə təmiz çəkisi 0,705 qram olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış tünd qəhvəyi rəngli narkotik vasitə hesab edilən tiryəki, bir ədəd bükümdə təmiz çəkisi 4,434 qram olan kustar üsulla hazırlanmış ağ rəngli kristal şəkilli psixotrop maddə hesab edilən külli miqdarda metamfetamini və tərkibində təsiredici maddəsinin miqdarı 0,320 qram təşkil edən, üzərində “Methadone 40...Faran” göstəriciləri olan blisterdə, ümumilikdə 08 ədəd olmaqla üzərində “F/M40” yazısı həkk olunmuş bozumtul-qəhvəyi rəngli narkotik vasitə hesab edilən metadon tabletlərini əldə edib qara rəngli çantanın içərisində saxlamaqla daşımış, 22 fevral 2021-ci il tarixdə saat 21:00 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri Yasamal rayonu Əbilov küçəsi ev 60 ünvanının yaxınlığında saxlanılaraq Yasamal RPİ-nin 27-ci PB-nin inzibati binasına gətirilmiş və inzibati binada üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman sağ əlində saxladığı qara rəngli çantanın içərisindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı bir ədəd bükümdə təmiz çəkisi 6,530 qram olan kustar üsulla hazırlanmış qəhvəyi rəngli narkotik vasitə hesab edilən külli miqdarda heroin, bir ədəd bükümdə təmiz çəkisi 0,705 qram olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış tünd qəhvəyi rəngli narkotik vasitə hesab edilən tiryək, bir ədəd bükümdə təmiz çəkisi 4,434 qram olan kustar üsulla hazırlanmış ağ rəngli kristalşəkilli psixotrop maddə hesab edilən külli miqdarda metamfetamin, tərkibində təsiredici maddəsinin miqdarı 0,320 qram təşkil edən, üzərində “Methadone 40...Faran” göstəriciləri olan blisterdə, ümumilikdə 08 ədəd olmaqla üzərində “F/M40” yazısı həkk olunmuş bozumtul-qəhvəyi rəngli narkotik vasitə hesab edilən metadon tabletləri və bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, Bakı şəhəri, ünvan 2 ünvanda yaşamışdır. Əvvəllər 17.06.2020-ci il tarixdə Bakı şəhər Yasamal rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Onun bədəni ağrıdığından, təxminən 4 il olar ki, narkotik vasitə heroin, psixotrop maddə metamfetamin eləcə də tiryək növündən qəbul etmişdir. O, heroini və metamfetamini alüminium falqada tüstüsünü çəkməklə, tiryəki udmaqla və həblərdən də hərdən bir istifadə etmişdir. Bədəninin ağrıdığı dövrdə narkotik vasitəni və psixotrop maddəni Bakı şəhəri ərazisində tanımadığı şəxslərdən almışdır. Sonradan instaqram sosial şəbəkəsində o özünü ona İran İslam Respublikası vətəndaşı Nəcəf, Məhəmməd və Əhməd kimi təqdim edən şəxslə tanış olmuşdur. O, onunla yazışanda, bədəni ağrıdığından narkotik vasitə və psixotrop maddə istədiyini bildirmiş, o da ona razılıq vermiş. Sonra ona sms vasitəsilə bildirmişdir ki, «sənə şəkil göndərərik, şəkildə işarələnmiş kordinatlar olacaq, həmin kordinatlarda narkotik vasitəni qoyduğumuz yer olacaq, həmin narkotik vasitəni götürdükdən sonra, sənə göndərdiyimiz bank hesabına narkotik vasitənin pulunu göndərərsən». O, onunla instaqram sosial şəbəkəsi vasitəsilə əlaqə saxlamış, ona bir neçə dəfə sms vasitəsilə şəkillər və kordinatlar göndərmiş, o da həmin kordinatlar üzrə Bakı şəhəri Şamaxinka, 28 may, 9-cu mikrorayon deyilən ərazilərdən narkotik vasitələri özünün istifadəsi üçün götürmüşdür. Bundan sonra pulunu ona verilən bank hesabına göndərmiş, həmin narkotik vasitəni özü bir müddət istifadə etmişdir. Axırıncı dəfə, tutulmamışdan 3-4 gün əvvəl, yəni 19 mart 2021-ci il tarixdə instaqram sosial şəbəkəsi vasitəsilə özünü ona İran İslam Respublikası vətəndaşı Nəcəf, Məhəmməd və Əhməd kimi təqdim edən şəxslə smslə əlaqə saxlamışdır. O, ondan narkotik vasitə heroin, psixotrop maddə matemfetamin, narkotik vasitə tiryək və bir list metadon, yəni 10 ədəd metadon həbi istəmişdir. O da ona demişdir ki, «mən sənə şəkil göndərərəm, orada şəkildə işarələmişəm, hara qoymuşam, orada 8 qram narkotik vasitə heroin, 6 qram psixotrop maddə matemfetamin, 10 ədəd metadon həbi, bir ədəd bükümdə 2 qram çəkidə narkotik vasitə tiryək qoymuşam, götürərsən». O, həmin şəxsdən qoyduğu 8 qram narkotik vasitə heroinin, 6 qram psixotrop maddə matemfetaminin, 10 ədəd metadon həbin, 2 qram tiryəkin qiymətini soruşmuş, o da ona demişdir ki, «8 qram narkotik vasitə heroinin hər qramı 12 manat olmaqla, 96 manat, 6 qram psixotrop maddə matemfetaminin hər qramı 16 manat olmaqla 96 manat, 10 ədəd metadon həbinin qiyməti 60 manat, 2 qram tiryəkin qiyməti isə 25 manat olmaqla, ümumilikdə 267 manat pulu heroini, psixotrop maddə metamfetamini, tiryəki və metadon həbini götürdükdən sonra sənə göndərdiyim bank hesabına göndərərsən». O da onunla razılaşmış, ona sms vasitəsilə göndərdiyi şəkillərdəki kordinatlara və yazışmalara baxdıqda, bilmişdir ki, qeyd edilən ünvan Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən Tərlan şadlıq sarayının qarşısındakı parkdadır. Axşam saatlarında Bakı şəhəri Binəqədi rayonu Tərlan şadlıq sarayının qarşısındakı parka getmiş, özünü İran İslam Respublikası vətəndaşı kimi təqdim edən şəxs ona sms vasitəsilə göndərdiyi şəkildəki ox işarəsinə baxmış, görmüşdür ki, istiqamət parkdakı ağacın alt hissəsidir. O oradan qara selofan paketi görmüş, həmin qara selofan paketi götürüb içərisinə baxanda, içərisində bir bükümdə heroini, bir bükümdə psixotrop maddə metamfetamin, bir bükümdə narkotik vasitə tiryək və list şəkilində 10 ədəd metadon həbinin olmasını görmüş, o, onları götürüb oradan uzaqlaşmışdır. Sonra yaşadığı evinə gəlmiş, yaşadığı evində ona məxsus elektron tərəzidə həmin kütlələri çəkmiş, çəkilər Nəcəfin qeyd etdiyi çəkilərə uyğun olmuş, sonra o 267 manat pulu yaşadığı ərazidə milion vasitəsilə həmin şəxsin ona sms vasitəsilə göndərdiyi bank hesabına göndərmişdir. Sonra onun bədəni ağrıdığından narkotik vasitə heroinin və psixotrop maddə olan metamfetaminin az bir hissəsini, həblərdən də ikisini, narkotik vasitə tiryəkin isə bir hissəsini qəbul etmiş, qalan hissəsini də ona məxsus olan qara rəngli çantanın içərisində saxlamışdır. 22 mart 2021-ci il tarixdə saat 18 radələrində ünvan 5 ünvanında yerləşən yaşadığı evində olduğu vaxt mülki geyimdə şəxslər yaşadığı evinə gəlmiş, o, həmin şəxslərin içərisində məhəllə uşağı Anarı və Səttarı tanımış, onlar AR DİNnin BNMİ-nin əməkdaşlarıdır. Onlar onu BNMİ-nə dəvət etmiş, o da onlara etiraz etməmiş, o yatdığı otaqda polis əməkdaşları yataq otağını axtarmış, orada güldanın yanında ona məxsus olan qara rəngli çantanı götürmüşlər. Çantanı açıb içərisinə baxanda, polis əməkdaşları içərisində özünün istifadəsi üçün əldə etdiyi narkotik vasitəni aşkar etmiş, həmin vaxt yaşadığı evində anası, iki bacısı və qardaşı olmuşdur. O polis əməkdaşları ilə birlikdə ağ rəngli Hyundai elantra markalı avtomobilə oturmuş, onu Səbail rayonu ərazisində yerləşən Avtoş dönərin yanına aparıb, orada iki saat dayandıqdan sonra yenidən onu BNMİ-nə, orada da iki saat dayandıqdan sonra onu 27-ci PB-nə aparmışlar. Bundan sonra orada üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı ona məxsus qara rəngli çantanın içərisindən özünün istifadəsi üçün əldə etdiyi bir ədəd bükümdə narkotik vasitə olan heroin, bir bükümdə psixotrop maddə metamfetamin, bir bükümdə narkotik vasitə olan tiryək, 8 ədəd narkotik vasitə metadon həbi, dörd ədəd falqa kağızı, bir ədəd elektron tərəzi, həmçinin əynində olan göy rəngli şalvarının sağ yan cibindən içərisində siqaret dənələri olan siqaret qutusu, bir ədəd alışqan aşkar edilmişdir. Sonra aşkar edilmiş əşyalar bir ədəd zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri onun və iştirakçılar tərəfindən imzalanmışdır. O şifahi sorğu zamanı bildirmişdir ki, aşkar edilmiş narkotik vasitələr, psixotrop maddə və həblər ona məxsusdur, özünün istifadəsi üçün 3-4 gun əvvəl axşam saatlarında Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən Tərlan şadlıq sarayının yaxınlığında yerləşən parkdan götürmüşdür. Şəxsi axtarış zamanı onun üzərindən cinayət xarakterli hər hansı bir əşya və predmet aşkar edilməmiş, bu barədə protokol tərtib edilmiş, o və iştirakçılar protokola imza etmişlər. Onun üzərinə 27-ci PB-də polis əməkdaşları tərəfindən 22 mart 2021-ci il tarixdə saat 22-23 arası şəxsi axtarış keçirilmiş, polis əməkdaşları onun evinə gələndə, evində müşahidə kameraları olmuş, lakin polis əməkdaşları kamera görüntülərini götürmüşlər. Ona görə də o kamera görüntülərini təqdim edə bilməmiş, amma evində qardaşı Pərviz Həsənov, anası Mətanət Həsənova və bacıları Məlahət Həsənova və Leyla Zeynalova olmuş, onlar dediklərini təsdiq edə bilərlər. Narkotik vasitələri satış məqsədi ilə əldə etməmiş, öz şəxsi istifadəsi üçün əldə edib saxlamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, AR DİN-nin BNMİ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Bakı şəhər sakini Təqsirləndirilən şəxs 22.03.2021-ci il tarixdən etibarən tanımış, onu əvvəllər tanımamış, onunla əvvəllər aralarında narazılıq, düşmənçilik və ədavəti olmamışdır. 22.03.2021-ci il tarixdə, Bakı şəhəri Yasamal rayonu Əbilov küçəsi ev 60, mənzil 4-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edib, Bakı şəhəri Yasamal rayonu ərazisində qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatının yoxlanılmasından ötrü raportla rəhbərliyə məruzə edildikdən sonra, 22.03.2021-ci il tarixdə rəhbərlik tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilməklə, əməliyyat qrupuna rəhbərliyi ona həvalə edilmişdir. Əməliyyat qrupunun tərkibində BNMİ-nin XMİÜ baş əməliyyat müvəkkili Şahid2 da olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs olduğu yerin müəyyən edilməsi ilə əlaqədar tərəflərindən əməliyyat– axtarış tədbirləri həyata keçirilmişdir. Keçirilmiş əməliyyat–axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal rayonu Əbilov küçəsi 60 ünvanının yaxınlığında müəyyən etdikdən sonra, ona yaxınlaşıb, özlərini təqdim etdikdən sonra, ona qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edib Bakı şəhəri Yasamal rayonu ərazisində qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmasını izah etdikdən sonra, bununla əlaqədar onu üzərinə şəxsi axtarış keçirilməsindən ötrü Yasamal RPİ-nin 27-ci PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlarla Yasamal RPİ-nin 27-ci PB-nə gəlməyə etiraz etməmiş, onlar birlikdə Yasamal RPİ-nin 27-ci PB-nə gəlmişlər. Yasamal RPİ-nin 27-ci PB-nin xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, o, müdafiəçi ilə təmin olunmasını tələb etmiş, bununla əlaqədar Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsindən ötrü dövlət hesabına müdafiəçi ilə təmin edilmişdir. Sonra isə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması barədə qərar qəbul edilmiş, Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə video müşahidə altında şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində narkotik vasitə və cinayət xarakterli hər hansı bir əşya varsa təqdim etsin. Sonra isə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs sağ əlində saxladığı qara rəngli çantanı təqdim etmişdir. Həmin çantanın içərisinə baxış keçirilərkən, içərisindən üç ədəd şəffaf selofan bükümündə bükülülər aşkar edilmiş, həmin bükülülərə baxış keçirilərkən, bir ədəd şəffaf selofan bükümün içərisində açıq qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə heroinə bənzər maddə, bir ədəd şəffaf selofan bükümün içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər maddə, bir ədəd şəffaf selofan bükümün içərisində tünd qəhvəyi rəngli narkotik vasitə tiryəkə bənzər maddə, bir ədəd blisterdə 8 ədəd narkotik vasitə metadon həbinə bənzər kütlə, 4 ədəd alüminium falqa kağızı, bir ədəd elektron tərəzi olması aşkar edilmişdir. Sonra isə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sağ yan cibindən içərisində siqaret dənələri olan siqaret qutusu, bir ədəd alışqan, həmin şalvarın sağ arxa cibindən bir ədəd alışqan aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd şəffaf selofan bükümün içərisində açıq qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə heroinə bənzər maddə, bir ədəd şəffaf selofan bükümün içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər, bir ədəd şəffaf selofan bükümün içərisində tünd qəhvəyi rəngli narkotik vasitə tiryəkə bənzər maddə, bir ədəd blisterdə 8 ədəd narkotik vasitə metadon həbinə bənzər kütlə, 4 ədəd alüminium falqa kağızı, bir ədəd elektron tərəzi götürülərək ekspertizaya təqdim edilməsi üçün qablaşdırılmış və bağlamanın üzəri AR DİNnin 7 saylı möhürü ilə möhürlənmiş və bağlamanın üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs üzərindən başqa narkotik vasitə və ya cinayət xarakterli hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd şəffaf selofan bükümün içərisində açıq qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə heroinə bənzər maddə, bir ədəd şəffaf selofan bükümün içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər maddə, bir ədəd şəffaf selofan bükümün içərisində tünd qəhvəyi rəngli narkotik vasitə tiryəkə bənzər maddə, bir ədəd blisterdə 8 ədəd narkotik vasitə metadon həbinə bənzər kütlələri tutulmamışdan 3-4 gün əvvəl, votsapp praqramı vasitəsilə özünü ona İran İslam Respublikası vətəndaşı Nəcəf kimi təqdim edən şəxsin ona sms vasitəsilə göndərdiyi şəkillərdəki kordinatlara və yazışmalara əsasən, Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən Tərlan şadlıq sarayının qarşısındakı parkda olan ağacın alt hissəsindən qara selofan torbanın içərisində əldə etdiyini, həmin qara rəngli selofanın içərisinə baxdıqda içərisində bir bükümdə heroini, bir bükümdə psixotrop maddə metamfetamin, bir bükümdə narkotik vasitə tiryək və list şəkilində 10 ədəd metadon həbinin olmasını gördüyünü, həmin bir bükümdə heroini, bir bükümdə psixotrop maddə metamfetamini, bir bükümdə narkotik vasitə tiryəki və list şəkilində 10 ədəd metadon həbini götürüb oradan uzaqlaşdığını, həmin əldə etdiyi kütlələr müqabilində pulu yaşadığı ərazidə milion vasitəilə Nəcəfin sms vasitəilə ona göndərdiyi bank hesabına göndərdiyini, bədəni ağrıdığından narkotik vasitə heroinin və psixotrop maddə olan metamfetaminin az bir hissəsini, həblərdən də ikisini, narkotik vasitə tiryəkin bir hissəsini qəbul etdiyini, qalan hissəsini də özünə məxsus olan qara rəngli çantanın içərisində saxladığını, üzərindən aşkar edilmiş bir ədəd şəffaf selofan bükümün içərisində açıq qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə heroinə bənzər maddə, bir ədəd şəffaf selofan bükümün içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər, bir ədəd şəffaf selofan bükümün içərisində tünd qəhvəyi rəngli narkotik vasitə tiryəkə bənzər maddə, bir ədəd blisterdə 8 ədəd narkotik vasitə metadon həbinə bənzər kütlələri satış məqsədilə deyil, özünün istifadəsi üçün əldə etməsini bildirmişdir. Bu barədə protokol tərtib edilmiş, protokol tərəflərindən və Təqsirləndirilən şəxs tərəfindən imzalanmış, video çəkiliş SONY markalı video kamera vasitəsilə çəkilmiş və görüntü SD diskə yazılaraq protokola əlavə edilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və polis bölməsinə aparılarkən ona qarşı fiziki zor tətbiq edilməmiş, döyülməmiş və xəsarət yetirilməmişdir. O qeyd olunan xüsusatlarla əlaqədar onu deyə bilər ki, Laçıın Həsənovun ifadəsində göstərdiyi xüsusatlar həqiqətə uyğun deyil, Təqsirləndirilən şəxs yaşadığı evinin yaxınlığında o və Şahid2 tərəfindən saxlanılmış, özlərini ona təqdim etdikdən sonra o, 27-ci PB-nə dəvət edilmişdir. Onun yaşadığı evdə axtarış aparılmamış, o, yaşadığı evindən götürülməmiş, onlar ümumiyyətlə Laçının ailə üzvləri ilə rastlaşmamış, onun evindən müşahidə kamerasının görüntüləri götürülməmişdir. Məhkəmədə ifadəsi elan edilmiş Şahid2 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Bakı şəhər sakini Təqsirləndirilən şəxs 22.03.2021-ci il tarixdən etibarən tanımış, onu əvvəllər tanımamış, onunla əvvəllər aralarında narazılıq, düşmənçilik və ədavəti olmamışdır. 22.03.2021-ci il tarixdə, Bakı şəhəri Yasamal rayonu Əbilov küçəsi ev 60, mənzil 4-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edib, Bakı şəhəri Yasamal rayonu ərazisində qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatının yoxlanılmasından ötrü raportla rəhbərliyə məruzə edildikdən sonra, 22.03.2021-ci il tarixdə rəhbərlik tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilməklə, əməliyyat qrupuna rəhbərlik Şahid1 həvalə edilmişdir. Əməliyyat qrupunun tərkibində o da olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs olduğu yerin müəyyən edilməsi ilə əlaqədar tərəflərindən əməliyyat– axtarış tədbirləri həyata keçirilmişdir. Keçirilmiş əməliyyat–axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal rayonu Əbilov küçəsi 60 ünvanının yaxınlığında müəyyən etdikdən sonra, ona yaxınlaşıb, özlərini təqdim etdikdən sonra, ona qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edib Bakı şəhəri Yasamal rayonu ərazisində qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmasını izah etdikdən sonra, bununla əlaqədar onu üzərinə şəxsi axtarış keçirilməsindən ötrü Yasamal RPİ-nin 27-ci PBnə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlarla Yasamal RPİ-nin 27-ci PB-nə gəlməyə etiraz etməmiş, onlar birlikdə Yasamal RPİ-nin 27-ci PB-nə gəlmişlər. Yasamal RPİ-nin 27-ci PBnin xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, o, müdafiəçi ilə təmin olunmasını tələb etmiş, bununla əlaqədar Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsindən ötrü dövlət hesabına müdafiəçi ilə təmin edilmişdir. Sonra isə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması barədə qərar qəbul edilmiş, Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə video müşahidə altında şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində narkotik vasitə və cinayət xarakterli hər hansı bir əşya varsa təqdim etsin. Sonra isə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs sağ əlində saxladığı qara rəngli çantanı təqdim etmişdir. Həmin çantanın içərisinə baxış keçirilərkən, içərisindən üç ədəd şəffaf selofan bükümündə bükülülər aşkar edilmiş, həmin bükülülərə baxış keçirilərkən, bir ədəd şəffaf selofan bükümün içərisində açıq qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə heroinə bənzər maddə, bir ədəd şəffaf selofan bükümün içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər maddə, bir ədəd şəffaf selofan bükümün içərisində tünd qəhvəyi rəngli narkotik vasitə tiryəkə bənzər maddə, bir ədəd blisterdə 8 ədəd narkotik vasitə metadon həbinə bənzər kütlə, 4 ədəd alüminium falqa kağızı, bir ədəd elektron tərəzi olması aşkar edilmişdir. Sonra isə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sağ yan cibindən içərisində siqaret dənələri olan siqaret qutusu, bir ədəd alışqan, həmin şalvarın sağ arxa cibindən bir ədəd alışqan aşkar edilmişdir. Həmin Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd şəffaf selofan bükümün içərisində açıq qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə heroinə bənzər maddə, bir ədəd şəffaf selofan bükümün içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər, bir ədəd şəffaf selofan bükümün içərisində tünd qəhvəyi rəngli narkotik vasitə tiryəkə bənzər maddə, bir ədəd blisterdə 8 ədəd narkotik vasitə metadon həbinə bənzər kütlə, 4 ədəd alüminium falqa kağızı, bir ədəd elektron tərəzi tərəfimizdən götürülərək ekspertizaya təqdim edilməsi üçün qablaşdırılmış və bağlamanın üzəri AR DİN-nin 7 saylı möhürü ilə möhürlənmiş və bağlamanın üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs üzərindən başqa narkotik vasitə və ya cinayət xarakterli hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd şəffaf selofan bükümün içərisində açıq qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə heroinə bənzər maddə, bir ədəd şəffaf selofan bükümün içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər maddə, bir ədəd şəffaf selofan bükümün içərisində tünd qəhvəyi rəngli narkotik vasitə tiryəkə bənzər maddə, bir ədəd blisterdə 8 ədəd narkotik vasitə metadon həbinə bənzər kütlələri tutulmamışdan 3-4 gün əvvəl, votsapp praqramı vasitəsilə özünü ona İran İslam Respublikası vətəndaşı Nəcəf kimi təqdim edən şəxsin ona sms vasitəsilə göndərdiyi şəkillərdəki kordinatlara və yazışmalara əsasən, Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən Tərlan şadlıq sarayının qarşısındakı parkda olan ağacın alt hissəsindən qara selofan torbanın içərisində əldə etdiyini, həmin qara rəngli selofanın içərisinə baxdıqda içərisində bir bükümdə heroini, bir bükümdə psixotrop maddə matemfetamin, bir bükümdə narkotik vasitə tiryək və list şəkilində 10 ədəd metadon həbinin olmasını gördüyünü, həmin bir bükümdə heroini, bir bükümdə psixotrop maddə metamfetamini, bir bükümdə narkotik vasitə tiryəki və list şəkilində 10 ədəd metadon həbini götürüb oradan uzaqlaşdığını, həmin əldə etdiyi kütlələr müqabilində pulu yaşadığı ərazidə milion vasitəilə Nəcəfin sms vasitəilə ona göndərdiyi bank hesabına göndərdiyini, bədəni ağrıdığından narkotik vasitə heroinin və psixotrop maddə olan metamfetaminin az bir hissəsini, həblərdən də ikisini, narkotik vasitə tiryəkin bir hissəsini qəbul etdiyini, qalan hissəsini də özünə məxsus olan qara rəngli çantanın içərisində saxladığını, üzərindən aşkar edilmiş bir ədəd şəffaf selofan bükümün içərisində açıq qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə heroinə bənzər maddə, bir ədəd şəffaf selofan bükümün içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər, bir ədəd şəffaf selofan bükümün içərisində tünd qəhvəyi rəngli narkotik vasitə tiryəkə bənzər maddə, bir ədəd blisterdə 8 ədəd narkotik vasitə metadon həbinə bənzər kütlələri satış məqsədilə deyil, özünün istifadəsi üçün əldə etməsini bildirmişdir. Bu barədə protokol tərtib edildi, protokol tərəflərindən və Təqsirləndirilən şəxs tərəfindən imzalanmış, video çəkiliş SONY markalı video kamera vasitəsilə çəkilmiş və görüntü SD diskə yazılaraq protokola əlavə edilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və polis bölməsinə gətirilərkən, ona qarşı fiziki zor tətbiq edilməmiş, döyülməmiş və xəsarət yetirilməmişdir. O qeyd olunan xüsusatlarla əlaqədar onu deyə bilər ki, Laçıın Həsənovun ifadəsində göstərdiyi xüsusatlar həqiqətə uyğun deyildir, Təqsirləndirilən şəxs yaşadığı evinin yaxınlığında onun və Şahid2 tərəfindən saxlanılmış, özlərini ona təqdim etmiş və o, 27-ci PB-nə dəvət edilmişdir. Onun yaşadığı evdə axtarış aparılmamış, o, yaşadığı evindən götürülməmiş, onlar ümumiyyətlə Laçının ailə üzvləri ilə rastlaşmamış, onun evindən müşahidə kamerasının görüntüləri götürülməmişdir. Məhkəmədə əlavə şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun doğma qardaşıdır. 22 mart 2021-ci il tarixdə, saat 18-19 radələrində onlar evdə olarkən qapı döyülmüş, bu zaman o, ev işləri ilə məşğul olmuş, qardaşı Laçın isə evdə yatmış, qapını açarkən 7-8 nəfər evə daxil olmuşdur. Həmin şəxslər mülki geyimli polis əməkdaşları olmuşlar. O, polis əməkdaşlarına gözləmələrini desə də, onlar onun dediyinə məhəl qoymamış, onu itələmişlər, bu zaman onun qolu da əzilmişdir. Bunu görən böyük qardaşı Pərviz Həsənov polislərin hərəkətlərinə etiraz etmiş, lakin polis əməkdaşları onu da itələmiş, evdə körpə uşaqların olmasına baxmayaraq, onlar Laçının yatdığı otağa daxil olaraq onu zorla evdən aparmışlar. Polislər Mənzildə heç bir axtarış aparmamışlar. Onların evində işlək vəziyyətdə videokameralar olmuş, videokamerada daimi olaraq çəkiliş getmişdir. Lakin, həmin videoçəkiliş aparatını da polis əməkdaşları özləri ilə apararaq, yaddaşında olan görüntüləri silib sonra geri gətirmişlər. Məhkəmədə əlavə şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun doğma oğludur. 22 mart 2021-ci il tarixdə, qapı döyülmüş və 7-8 nəfər mülki geyimli polis əməkdaşı evə daxil olaraq, oğlu Laçını yatdığı yerdən qaldıraraq güclə evdən aparmışlar. Evdə daimi olaraq videoçəkiliş aparan kameralar olmuş, polis əməkdaşlarının qanunsuz əməllərini qeydə almış, lakin həmin videoçəkiliş aparatını polis əməkdaşları özləri ilə apararaq, yaddaşında olan görüntüləri silib geri gətirmişlər. Oğlu narkotik vasitə asılılığından qurtarmaq üçün müalicə olunmuş, lakin narkotik vasitə istifadəçisi olsa da, heç vaxt satışı ilə məşğul olmamışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 mart 2021-ci il tarixli, 6/1151 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №7” möhür əksi, “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən...” və s. yazılar olan 01 ədəd kağız paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 6,530 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, 01 ədəd bükümdə təmiz çəkisi 0,705 qram tünd qəhvəyi rəngli maddə kütləsi xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir, 01 ədəd bükümdə təmiz çəkisi 4,434 qram ağ rəngli kristal şəkilli kustar üsulla hazırlanmış psixotrop maddə -metamfetamindir, üzərində “Methadone 40...Faran” göstəriciləri olan blisterdə ümumilikdə 08 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş bozumtul-qəhvəyi rəngli tabletlərin tərkibində təsiredici maddəsinin miqdarı 0,320 qram olan narkotik vasitə-metadon müəyyən edildi; 08 ədəd metadon tableti kimyəvi tərkibinə görə öz aralarında eynilik təşkil edirlər. 01 ədəd “AOSAİ” markalı elektron tərəzinin səthində metamfetaminin izləri müəyyən edildi, 04 ədəd folqa materialdan vərəqlərdə nəzarətdə olan maddələrə məxsus əlamətlər müəyyən edilmədi. Heroin, Tiryək Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı1), Metadon Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in siyahısına (Siyahı İİ), Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. (iş vərəqə 40-46) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsi Ambulator X1 17.05.2021-ci il tarixli, 1464 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində Asılılıq Sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş vərəqə 149-150) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X7 Hüquqi Şəxsinin 11 may 2021-ci il tarixli, 1456 saylı rəyindən görünür ki, cinayət işi materiallarından və halhazırkı psixiatrik müayinənin nəticələrinin tədqiqi və təhlili əsasında belə nəticəyə gəlirəm ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. (iş vərəqə 146-148) 27 avqust 2021-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə video müşahidə altında şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sağ əlində saxladığı qara rəngli çantanı təqdim etmiş, həmin çantanın içərisindən bir ədəd şəffaf selofan bükümün içərisində açıq qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə heroinə bənzər maddə, bir ədəd şəffaf selofan bükümün içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər, bir ədəd şəffaf selofan bükümün içərisində tünd qəhvəyi rəngli narkotik vasitə tiryəkə bənzər maddə, bir ədəd blisterdə 8 ədəd narkotik vasitə metadon həbinə bənzər kütlələr, 4 ədəd alüminium falqa kağızı, bir ədəd elektron tərəzi aşkar edilmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman, əynində olan göy rəngli şalvarın sağ yan cibindən içərisində siqaret dənələri olan siqaret qutusu, bir ədəd alışqan, həmin şalvarın sağ arxa cibindən bir ədəd alışqan aşkar edilmişdir. Sonra şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd şəffaf selofan bükümün içərisində açıq qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə heroinə bənzər maddə, bir ədəd şəffaf selofan bükümün içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər, bir ədəd şəffaf selofan bükümün içərisində tünd qəhvəyi rəngli narkotik vasitə tiryəkə bənzər maddə, bir ədəd blisterdə 8 ədəd narkotik vasitə metadon həbinə bənzər kütlələri tutulmazdan 3-4 gün əvvəl, votsapp praqramı vasitəsilə özünü ona İran İslam Respublikası vətəndaşı Nəcəf kimi təqdim edən şəxsin ona sms vasitəsilə göndərdiyi şəkillərdəki kordinatlara və yazışmalara əsasən, Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən Tərlan şadlıq sarayının qarşısındakı parkda olan ağacın alt hissəsindən qara selofan torbanın içərisində əldə etdiyini, həmin qara rəngli selofanın içərisinə baxdıqda içərisində bir bükümdə heroini, bir bükümdə psixotrop maddə metamfetamin, bir bükümdə narkotik vasitə tiryək və list şəkilində 10 ədəd metadon həbinin olmasını gördüyünü, həmin bir bükümdə heroini, bir bükümdə psixotrop maddə metamfetamini, bir bükümdə narkotik vasitə tiryəki və list şəkilində 10 ədəd metadon həbini götürüb oradan uzaqlaşdığını, həmin əldə etdiyi kütlələr müqabilində pulu yaşadığı ərazidə milion vasitəilə Nəcəfin sms vasitəsilə ona göndərdiyi bank hesabına göndərdiyini, bədəni ağrıdığından narkotik vasitə heroinin və psixotrop maddə olan metamfetaminin az bir hissəsini, həblərdən də ikisini, narkotik vasitə tiryəkin bir hissəsini qəbul etdiyini, qalan hissəsini də özünə məxsus olan qara rəngli çantanın içərisində saxladığını, üzərindən aşkar edilmiş bir ədəd şəffaf selofan bükümün içərisində açıq qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə heroinə bənzər maddə, bir ədəd şəffaf selofan bükümün içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər, bir ədəd şəffaf selofan bükümün içərisində tünd qəhvəyi rəngli narkotik vasitə tiryəkə bənzər maddə, bir ədəd blisterdə 8 ədəd narkotik vasitə metadon həbinə bənzər kütlələri satış məqsədilə deyil, özünün istifadəsi üçün əldə etməsini bildirir, narkotik vasitədən təxminən 01 il, 01 il yarım olar ki, istifadə etdiyini, narkotik vasitədən heç kimə satmadığını və hədiyyə vermədiyini, gəlir əldə etmədiyini, yaxınlarından heç kimin üzərində narkotik vasitə olmasından xəbərinin olmamasını, ona qarşı polis əməkdaşları tərəfindən zor tətbiq edilmədiyini bildirmişdir. (iş vərəqə 29-33, 215-217) İş materiallarında olan 22 mart 2021-ci il tarixli şəxsi axtarış və götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs saxlanılaraq, 27-ci PB-nə gətirilmiş və üzərinə video müşahidə altında şəxsi axtarış keçirilən zaman, o, sağ əlində saxladığı qara rəngli çantanı təqdim etmiş, həmin çantanın içindən 1 (bir) bükümdə, açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər, 1 (bir) bükümdə, ağ rəngli, kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər, 1 (bir) bükümdə, tünd qəhvəyi rəngli, narkotik vasitə tiryəkə bənzər, 8 (səkkiz) ədəd narkotik vasitə metadon həbinə bənzər kütlələr, 4 (ədəd) falqa kağızı, 1 (bir) ədəd elektron tərəzi aşkar olunmuşdur. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonuncunun əynində göy rəngli şalvarın sağ yan cibindən içərisində siqaret dənələri olan siqaret qutusu 1(bir) ədəd alışqan, həmin şalvarın sağ arxa cibində 1 (bir) ədəd alışqan, sonra həmin 1 (bir) ədəd heroinə bənzər kütlə elektron tərəzidə çəkildi və qablaşdırma ilə birlikdə çəkisi 7,80 qram oldu. Sonra həmin 1 bükümdə- tiryəkə bənzər kütlə elektron tərəzidə çəkildi və qablaşdırma ilə çəkisi 0,83 qram oldu. Sonra heroinə, tiryəkə, metafetaminə, metadonabənzər həmin kütlələr 4 ədəd falqa kağızı və elektron tərəzi içi boş olan ağ rəngli zərfə qoyuldu. Həmin zərf möhürləndi və üzərində mavi qeydlər aparıldı, şübhəli şəxs, müdafiəçi tərəfindən imzalandı və götürüldü. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindəki aşkar olunmuş narkotik maddələri İran İslam Respublikası vətəndaşı özünü Nəcəf, Məhəmməd və Əhməd adları ilə təqdim edən şəxsin vasitəsilə şəxsi istifadəsi üçün əldə etdiyini, əvvəllər narkotik vasitələri üzərində qanunsuz saxladığına görə cinayət məsuliyyətinə cəlb olunduğunu, polis əməkdaşları tərəfindən zor tətbiq olunmadığını bildirmişdir. (iş vərəqə: 29-33) Təqsirləndirilən şəxs yaşadığı, Bakı şəhəri Yasamal rayonu Əbilov küçəsi ev 60, mənzil 4 ünvanında yerləşən evində axtarış və götürmə istintaq hərəkəti keçirilmiş, axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs yaşadığı evindən istintaq üçün sübut əhəmiyyətinə malik olan narkotik vasitə və ya cinayət xarakterli hər hansı bir əşya və predmet aşkar edilməmişdir. (iş vərəqə 128-129, 136-137) Cinayət işinə əlavə edilmiş, "xxxx" MMC-dən daxil olmuş 20.04.2021-ci il tarixli, BKC/LGL-7684-21 saylı məktubla istintaqa təqdim edilmiş 1 ədəd CD diskə, baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, həmin diskdə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsindən 22.02.2021-ci il tarixdən 22.03.2021-ci il tarixədək olan müddət ərzində daxil olan və çıxan zənglərin, habelə SMSlərin siyahısı, mətnləri, vaxtı, müddəti, əhatə dairəsi (dislokasiya yeri) barədə məlumatlar göstərilmişdir. Belə ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsindən 22.02.2021-ci il tarixdən 22.03.2021-ci il tarixədək olan müddət ərzində daxil olan və çıxan zənglərin, habelə SMS-lərin siyahısı, mətnləri, vaxtı, müddəti, əhatə dairəsi (dislokasiya yeri) barədə məlumatlar olan SD diskə baxış keçirilən zaman istintaq üçün əhəmiyyət kəsb edən hər hansı bir sübutlar müəyyən edilməmişdir. (iş vərəqə 98-99, 208) Cinayət işi üzrə, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, bir ədəd şəffaf selofan bükümündə təmiz çəkisi 6,530 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd şəffaf selofan bükümündə təmiz çəkisi 0,705 qram tünd qəhvəyi rəngli maddə kütləsi xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, bir ədəd şəffaf selofan bükümündə təmiz çəkisi 4,434 qram ağ rəngli kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, üzərində “Methadone 40...Faran” göstəriciləri olan blisterdə ümumilikdə 08 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş bozumtul-qəhvəyi rəngli tabletlərin tərkibində təsiredici maddəsinin miqdarı 0,320 qram olan narkotik vasitə-metadon, bir ədəd elektron tərəzi, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətləri keçirilərkən, həmin istintaq hərəkətlərinin video çəkilişi zamanı qeydə alınmış və içərisində görüntülər olan bir ədəd SD disk sübut əhəmiyyətinə malik olduğu üçün, maddi sübut qismində tanınmışdır. (iş vərəqə 218-235) Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda təsvir edilmiş cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmədə özünü qismən təqsirli bilərək üzərindən aşkar edilmiş bir ədəd şəffaf selofan bükümündə təmiz çəkisi 6,530 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd şəffaf selofan bükümündə təmiz çəkisi 0,705 qram tünd qəhvəyi rəngli maddə kütləsi xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, bir ədəd şəffaf selofan bükümündə təmiz çəkisi 4,434 qram ağ rəngli kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, üzərində “Methadone 40...Faran” göstəriciləri olan blisterdə ümumilikdə 08 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş bozumtul-qəhvəyi rəngli tabletlərin tərkibində təsiredici maddəsinin miqdarı 0,320 qram olan narkotik vasitə-metadonu özünün istifadəsi üçün əldə etməsini, həmin narkotik vasitəni satış məqsədilə əldə etmədiyini, əldə etdiyi narkotik vasitəni və psixotrop maddədən heç kimə satmadığını, hər hansı bir şəxslə birlikdə qəbul etmədiyini, onu polis əməkdaşları yaşadığı evin içərisində narkotik tərkibli kütlələr olan çanta ilə birlikdə götürdüklərini, polis əməkdaşları tərəfindən əvvəlcə Səbail rayonu ərazisində yerləşən «Aftoş dönər» adlanan yerə aparıldığını, oradan BNMİ-nə aparıldığını, oradan isə 27-ci PB-nə aparılmasını, həmçinin yaşadığı evində müşahidə kameralarının olmasını, lakin polis əməkdaşları tərəfindən həmin müşahidə kamerasının aparatının götürülməsi barədə ifadəsinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, onun bu ifadəsi məsuliyyətdən boyun qaçırmağa yönəlməklə, iş üzrə şahidlərin ifadələri, ekspert rəyləri, şəxsi-axtarış, götürmə və baxış protokolları və iş materiallarında olan digər mötəbər sübutlarla tam təkzib olunur. Belə ki, Təqsirləndirilən şəxs şübhəli şəxs və təqsirləndirilən şəxs qismində dindirilməsi protokollarından görünür ki, saxlanılaraq, 27-ci PB-nə gətirilmiş və üzərinə video müşahidə altında şəxsi axtarış keçirilən zaman, o, sağ əlində saxladığı qara rəngli çantanı təqdim etmiş, həmin çantanın içindən 1 (bir) bükümdə heroin, 1 (bir) bükümdə, ağ rəngli, kristal şəkilli, psixotrop maddə metamfetamin, 1 (bir) bükümdə tiryək, 8 (səkkiz) ədəd narkotik vasitə metadon, 4 (ədəd) falqa kağızı, 1 (bir) ədəd elektron tərəzi aşkar olunmuşdur. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdi. Şəxsi axtarış zamanı sonuncunun üzərindən siqaret qutusu, 2 ədəd alışqandan başqa heç bir əşya aşkar olunmamışdır. Üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddə tərəzi ilə çəkildi və heroinin çəkisinin 7,80 qram, metamfetaminin çəkisinin 4,91 qram, tiryəkin çəkisinin 0,83 qram olması müəyyən edilmiş, sonra həmin maddələr ağ rəngli zərfə qoyularaq qablaşdırılmışdır. Məhkəmə şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs doğma bacısı X2 və doğma anası X3 məhkəmədə verdikləri ifadələrinə hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, onların bu ifadələri ailə üzvü kimi Təqsirləndirilən şəxs məsuliyyətdən yayındırmaq xarakteri daşıyaraq həqiqəti əks etdirmir. Belə ki, həmin ifadələr iş üzrə şahidlərin ifadələri, vidiogörüntü həmçinin şəxsi axtarış və götürmə protokolu, digər istintaq və təhqiqat sənədləri, ekspert rəyləri və iş materiallarında olan digər mötəbər sübutlarla tam təkzib edilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin hüquqi tövsifinə gəlincə, məhkəmə belə hesab edir ki, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə gəldiyi nəticələri, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunun izah tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, həmin Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər – narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” 04.03.2011ci il tarixli qərarında izah edilir ki, “narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır”. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin arayışından və müvafiq məhkəmə hökmünün surətindən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs əvvəllər 1(004)-84/2020 saylı, 17 iyun 2020-ci il tarixli Bakı şəhəri Yasamal rayon məhkəməsinin hökmünə əsasən, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, lakin cəzasını tam çəkib qurtarmamışdır. (iş vərəqə 84-86, 131-135) İş materiallarında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Probasiya İdarəsinin 25 noyabr 2021-ci il tarixli, 21-1/673 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Yasamal Rayon Məhkəməsinin 17.06.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmasına dair hökm idarənin icraatına 15.07.2020-ci il tarixdə daxil olmuş və məhkum 17.07.2020-ci il tarixdən Bakı şəhər Probasiya İdarəsində qeydiyyata götürülmüşdür. Ona təyin olunmuş cəzanın çəkilmiş hissəsi 08 ay 05 gün azadlığın məhdudlaşdırılması cəzası, çəkilməmiş hissəsi isə 01 il, 03 ay 21 gün azadlığın məhdudlaşdırılması cəzası təşkil edir. AR Cəzaların İcrası Məcəlləsinin 51-2.2-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası zamanı məhkuma inzibati tənbeh kimi verilmiş, yaxud başqa cinayət işi ilə əlaqədar qətimkan tədbiri kimi seçilmiş həbsin müddəti həmin cəzanın icrası müddətinə hesablanmır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Odur ki, Yasamal Rayon Məhkəməsinin 17.06.2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs barəsində təyin edilmiş cəzanın çəkilməmiş hissəsi yeni hökm üzrə təyin edilmiş cəza ilə qismən birləşdirilməlidir. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən, hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmadığından, Təqsirləndirilən şəxs əməlində hazırkı iş üzrə cinayətlərin residivi halı müəyyən edilmir. Məhkəmə cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində cəzasını yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal rayon məhkəməsinin 17.06.2020-ci il tarixli hökmü ilə təyin edilmiş 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi, yəni 01 il, 03 ay 21 gün azadlığın məhdudlaşdırılması cəzası həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla, 07 ay 25 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunaraq hazırkı hökmlə ona təyin edilmiş cəza ilə qismən birləşdirilməli və bu yolla Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Məhkəmə maddi sübutlarla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Yasamal RPİ-nin növbətçi hissəsinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, bir ədəd şəffaf selofan bükümündə təmiz çəkisi 6,530 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindən ekspert tədqiqatları nəticəsində qalıq qalmış təmiz çəkisi 6,480 qram narkotik vasitə heroin, bir ədəd şəffaf selofan bükümündə təmiz çəkisi 0,705 qram tünd qəhvəyi rəngli maddə kütləsi xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdən ekspert tədqiqatları nəticəsində qalıq qalmış təmiz çəkisi 0,605 qram tünd qəhvəyi rəngli maddə kütləsi xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, bir ədəd şəffaf selofan bükümündə təmiz çəkisi 4,434 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindən 4,384 qram ağ rəngli kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, üzərində “Methadone 40...Faran” göstəriciləri olan blisterdə ümumilikdə 08 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş bozumtul-qəhvəyi rəngli tabletlərin tərkibində təsiredici maddəsinin miqdarı 0,320 qram olan narkotik vasitəmetadondan ekspert tədqiqatları nəticəsində qalıq qalmış üzərində “Methadone 40...Faran” göstəriciləri olan blisterdə ümumilikdə 07 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş bozumtul-qəhvəyi rəngli narkotik vasitə hesab edilən tabletlər, bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətləri keçirilərkən, həmin istintaq hərəkətlərinin videoçəkilişi zamanı qeydə alınmış və içərisində görüntülər olan bir ədəd SD disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq işi üzrə aparılmış ekspertiza xərcinin dəyərini təşkil edən 109,90 (yüz doqquz manat doxsan qəpik) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsi Ambulator X1 17.05.2021-ci il tarixli, 1464 nömrəli rəyinə əsasən, Təqsirləndirilən şəxs oğlunun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsində nəzərdə tutulan narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş materiallarında olan 22 mart 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan və Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 24.03.2021-ci tarixli, 4(004)- 154/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs 22 mart 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, onun barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 22 mart 2021-ci il tarixdən hesablanmışdır. Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 22 mart 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 07 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal rayon məhkəməsinin 17.06.2020-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi, yəni 01 il, 03 ay 21 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla, 07 ay 25 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunaraq hazırkı hökmlə ona təyin edilmiş cəzaya qismən birləşdirilsin və ona qəti olaraq 07 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 22 mart 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – Yasamal RPİ-nin növbətçi hissəsinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, təmiz çəkisi 6,480 qram narkotik vasitə heroin, təmiz çəkisi 0,605 qram narkotik vasitə tiryək, təmiz çəkisi 4,384 qram psixotrop maddə metamfetamin, üzərində “Methadone 40...Faran” göstəriciləri olan blisterdə ümumilikdə 07 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş narkotik vasitə hesab edilən tabletlər, bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətləri keçirilərkən, həmin istintaq hərəkətlərinin videoçəkilişi zamanı qeydə alınmış və içərisində görüntülər olan bir ədəd SD disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcləri – ekspertiza tədqiqatının dəyərini təşkil edən 109, 90 (yüz doqquz manat doxsan qəpik) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Quliyev hakimlər: Azər Paşayev İradə Həsənzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar