Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-192/2024 30.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Ağalarov Mahmud Muradxan oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Əfəndiyev Emil Habil oğlunun katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər: «Kiçikbəyov və Partnyorları» Vəkil Bürosunun vəkilləri Müdafiəçi3, Müdafiəçi2, Müdafiəçi1, «Xəzər Konsaltinq» Vəkil Bürosunun vəkili Müdafiəçi4 və Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi5 iştirakı ilə 21 avqust 1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkum olunmuş, işləməyən, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış və hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx.xx.1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, məhkum olunmuş, işləməyən, ünvan 2 ünvanında qeydiyyatda olmaqla ünvan 3 ünvanında yaşamış və hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx.xx.1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmuş, işləməyən, ünvan 5 ünvanında qeydiyyatda olmaqla yaşamış və hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021- ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 06 ay 05 gün vaxtından əvvəl şərti azad olunmasına baxmayaraq, məhkumluğu ödənilmədən və qanunla müəyyən edilmiş qaydada götürülmədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmə, saxlama, daşıma, göndərmə və satma barədə tanışları Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, habelə şəxsiyyəti istintaqla araşdırılan “İsi” adlı şəxs və qeyriləri ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 “İsi” adlı şəxsin 2500 manat məbləğində pul təklifi və təlimatı əsasında gələcəkdə ayrı-ayrı müştərilərə çatdırılması, həmçinin satışının həyata keçirilməsi üçün naməlum tarixdə, vaxtda və şəraitdə Qazax-Bakı avtomobil yolunun kənarında olan beton bəndlərin arxasında 02 ədəd kisənin içərisində yerləşdirilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxil olan külli miqdarda - 10160,263 qram çəkidə narkotik vasitə heroini, külli miqdarda - 11010 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı və “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxil olan külli miqdarda - 4006 qram çəkidə psixotrop maddə metamfetamini satış məqsədi ilə həmin yerdən qanunsuz əldə edərək cinayətkar razılaşmaya uyğun olaraq əldə etdikləri maddələrdən narkotik vasitə heroinin bir hissəsini, qurudulmuş marixuananı və psixotrop maddə metamfetamini Təqsirləndirilən şəxs3 idarə etdiyi “Niva” markalı **-HX-*** qeydiyyat nişanlı avtomobildə, narkotik vasitə heroinin qalan hissəsini isə üç yerə bölüb öz üzərilərində saxlamaqla Qazax-Bakı avtomobil yolunun Bakı şəhəri Qaradağ rayonu ərazisindən keçən 55-ci km-ə daşımışlar, bu barədə daxil olmuş məlumat əsasında DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Samir Yusifov, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 13 oktyabr 2022-ci il tarixdə saat 21:00-da Qazax-Bakı avtomobil yolunun Bakı şəhəri Qaradağ rayonu ərazisindən keçən 55-ci km-də saxlanılaraq BNMİ-nə gətirilmişlər və orada həmin tarixdə saat 23:30-dan etibarən şəxsi axtarış və götürmə keçirilən zaman Samir Yusifovun əynindəki şalvarın sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı bir ədəd bükümdə külli miqdarda təmiz çəkisi 30,866 qram olan narkotik vasitə heroin, Təqsirləndirilən şəxs3 əynindəki şalvarın sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı bir ədəd bükümdə külli miqdarda təmiz çəkisi 27,955 qram olan narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 əynindəki şalvann sağ yan cibindən isə satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı bir ədəd bükümdə külli miqdarda təmiz çəkisi 21,442 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Tədbirin davamı olaraq 14 oktyabr 2022-ci il tarixdə saat 00:45-dən etibarən Samir Yusifov, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 razılıq və iştirakları ilə sonuncunun idarə etdiyi “Niva” markalı **-HX-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirmə və götürmə zamanı avtomobilin arxa yük yerindən Samir Yusifov, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə əldə edib saxladıqları 10 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 1009 qram, 1008 qram, 1006 qram, 1006 qram, 1009 qram, 1009 qram, 1006 qram, 1008 qram, 1011 qram və 1008 qram olmaqla ümumilikdə külli miqdarda təmiz çəkisi 10080 qram olan narkotik vasitə heroin, 04 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 994 qram, 1002 qram, 1009 qram və 1001 qram olmaqla külli miqdarda təmiz çəkisi 4006 qram olan psixotrop maddə metamfetamin və 06 ədəd bağlamada ayrı-ayrılıqda çəkiləri 995 qram, 2005 qram, 2000 qram, 2010 qram, 2005 qram və 1995 qram olmaqla ümumilikdə külli miqdarda təmiz çəkisi 11010 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs3 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmə, saxlama, daşıma, göndərmə və satma barədə tanışlan Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, habelə şəxsiyyəti istintaqla araşdırılan “İsi” adlı şəxs və qeyriləri ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 “İsi” adlı şəxsin 2500 manat məbləğində pul təklifi və təlimatı əsasında gələcəkdə ayrı-ayrı müştərilərə çatdırılması, həmçinin satışının həyata keçirilməsi üçün naməlum tarixdə, vaxtda və şəraitdə Qazax-Bakı avtomobil yolunun yol kənarında olan beton bəndlərin arxasında 02 ədəd kisənin içərisində yerləşdirilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxil olan külli miqdarda - 10160,263 qram çəkidə narkotik vasitə heroini, külli miqdarda - 11010 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı və “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxil olan külli miqdarda - 4006 qram çəkidə psixotrop maddə metamfetamini satış məqsədi ilə həmin yerdən qanunsuz əldə edərək cinayətkar razılaşmaya uyğun olaraq əldə etdikləri maddələrdən narkotik vasitə heroinin bir hissəsini, qurudulmuş marixuananı və psixotrop maddə metamfetamini Təqsirləndirilən şəxs3 idarə etdiyi “Niva” markalı **-HX-*** qeydiyyat nişanlı avtomobildə, narkotik vasitə heroinin qalan hissəsini isə üç yerə bölüb öz üzərilərində saxlamaqla Qazax-Bakı avtomobil yolunun Bakı şəhəri Qaradağ rayonu ərazisindən keçən 55-ci km-ə daşımışlar, bu barədə daxil olmuş məlumat əsasında DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində Samir Yusifov, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 13 oktyabr 2022-ci il tarixdə saat 21:00-da Qazax-Bakı avtomobil yolunun Bakı şəhəri Qaradağ rayonu ərazisindən keçən 55-ci km-də saxlanılaraq BNMİ-nə gətirilmişlər və orada həmin tarixdə saat 23:30-dan etibarən şəxsi axtarış və götürmə keçirilən zaman Samir Yusifovun əynindəki şalvarın sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı bir ədəd bükümdə külli miqdarda təmiz çəkisi 30,866 qram olan narkotik vasitə heroin, Təqsirləndirilən şəxs3 əynindəki şalvann sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı bir ədəd bükümdə külli miqdarda təmiz çəkisi 27,955 qram olan narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 əynindəki şalvarın sağ yan cibindən isə satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı bir ədəd bükümdə külli miqdarda təmiz çəkisi 21,442 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Tədbirin davamı olaraq 14 oktyabr 2022-ci il tarixdə saat 00:45-dən etibarən Samir Yusifov, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 razılıq və iştirakları ilə sonuncunun idarə etdiyi “Niva” markalı **-HX-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirmə və götürmə zamanı avtomobilin arxa yük yerindən Samir Yusifov, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə əldə edib saxladıqları 10 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 1009 qram, 1008 qram, 1006 qram, 1006 qram, 1009 qram, 1009 qram, 1006 qram, 1008 qram, 1011 qram və 1008 qram olmaqla ümumilikdə külli miqdarda təmiz çəkisi 10080 qram olan narkotik vasitə heroin, 04 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 994 qram, 1002 qram, 1009 qram və 1001 qram olmaqla külli miqdarda təmiz çəkisi 4006 qram olan psixotrop maddə metamfetamin və 06 ədəd bağlamada ayrı-ayrılıqda çəkiləri 995 qram, 2005 qram, 2000 qram, 2010 qram, 2005 qram və 1995 qram olmaqla ümumilikdə külli miqdarda təmiz çəkisi 11010 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmə, saxlama, daşıma, göndərmə və satma barədə tanışları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, habelə şəxsiyyəti istintaqla araşdırılan “İsi” adlı şəxs və qeyriləri ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 “İsi” adlı şəxsin 2500 manat məbləğində pul təklifi və təlimatı əsasında gələcəkdə ayrı-ayrı müştərilərə çatdırılması, həmçinin satışının həyata keçirilməsi üçün naməlum tarixdə, vaxtda və şəraitdə Qazax-Bakı avtomobil yolunun yol kənarında olan beton bəndlərin arxasında 02 ədəd kisənin içərisində yerləşdirilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxil olan külli miqdarda - 10160,263 qram çəkidə narkotik vasitə heroini, külli miqdarda - 11010 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı və “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxil olan külli miqdarda - 4006 qram çəkidə psixotrop maddə metamfetamini satış məqsədi ilə həmin yerdən qanunsuz əldə edərək cinayətkar razılaşmaya uyğun olaraq əldə etdikləri maddələrdən narkotik vasitə heroinin bir hissəsini, qurudulmuş marixuananı və psixotrop maddə metamfetamini Təqsirləndirilən şəxs3 idarə etdiyi “Niva” markalı **-HX-*** qeydiyyat nişanlı avtomobildə, narkotik vasitə heroinin qalan hissəsini isə üç yerə bölüb öz üzərilərində saxlamaqla Qazax-Bakı avtomobil yolunun Bakı şəhəri Qaradağ rayonu ərazisindən keçən 55-ci km-ə daşımışlar, bu barədə daxil olmuş məlumat əsasında DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində Samir Yusifov, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 13 oktyabr 2022-ci il tarixdə saat 21:00-da Qazax-Bakı avtomobil yolunun Bakı şəhəri Qaradağ rayonu ərazisindən keçən 55-ci km-də saxlanılaraq BNMİ-nə gətirilmişlər və orada həmin tarixdə saat 23:30-dan etibarən şəxsi axtarış və götürmə keçirilən zaman Samir Yusifovun əynindəki şalvarın sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı bir ədəd bükümdə külli miqdarda təmiz çəkisi 30,866 qram olan narkotik vasitə heroin, Təqsirləndirilən şəxs3 əynindəki şalvarın sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı bir ədəd bükümdə külli miqdarda təmiz çəkisi 27,955 qram olan narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 əynindəki şalvarın sağ yan cibindən isə satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı bir ədəd bükümdə külli miqdarda təmiz çəkisi 21,442 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Tədbirin davamı olaraq 14 oktyabr 2022-ci il tarixdə saat 00:45-dən etibarən Samir Yusifov, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 razılıq və iştirakları ilə sonuncunun idarə etdiyi “Niva” markalı **-HX-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirmə və götürmə zamanı avtomobilin arxa yük yerindən Samir Yusifov, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə əldə edib saxladıqları 10 ədəd bükümdə ayrı-ayrılıqda çəkilən 1009 qram, 1008 qram, 1006 qram, 1006 qram, 1009 qram, 1009 qram, 1006 qram, 1008 qram, 1011 qram və 1008 qram olmaqla ümumilikdə külli miqdarda təmiz çəkisi 10080 qram olan narkotik vasitə heroin, 04 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 994 qram, 1002 qram, 1009 qram və 1001 qram olmaqla külli miqdarda təmiz çəkisi 4006 qram olan psixotrop maddə metamfetamin və 06 ədəd bağlamada ayrı-ayrılıqda çəkiləri 995 qram, 2005 qram, 2000 qram, 2010 qram, 2005 qram və 1995 qram olmaqla ümumilikdə külli miqdarda təmiz çəkisi 11010 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, saxlanılmazdan 3-5 ay əvvələ qədər taksi fəaliyyəti ilə məşğul olmuşdur. Narkotik vasitə və psixotrop maddə istifadəçisidir. Gündə ortalama 2-3 qram heroin və ya metamfetamin istifadə etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3ı çoxdan tanıyır, eyni qəsəbədə yaşamışlar. Təqsirləndirilən şəxs2 isə saxlanıldığı gün tanımışdır. Maşını olmadığı vaxtlarda Zulal istifadəsində olan Niva markalı maşınla onu pul müqabilində gedəcəyi yerlərə aparmışdır. Öz maşını son 1 həftədə xarab olduğu üçün 13 oktyabr 2022-ci ildə Zulala müraciət etmiş, sonuncuya zəng edib Səngəçalda yaşayan dostu ilə görüşəcəyini deyib onu aparıbgətirməsi üçün 40 manat pul təklif etmiş və Zulal razılaşmışdır. Həmin gün Fərid Zulalla birlikdə olmuşdur. Axşam saatlarında Mərdəkandan çıxıb yola düşmüşlər. Saxlanılmazdan 15-20 dəqiqə əvvəl marketə daxil olaraq İran vətəndaşının kartına 150 manat pul köçürərək 10 qram narkotik vasitə heroin sifariş vermişdir. Həmin çek onun telefonunda qalmışdır. Fərid və Zulalın bundan xəbəri olmamışdır. Bir az sonra telefonda “Whatsapp” mobil tətbiqinə narkotik vasitənin qoyulduğu yerin məlumatları göndərilmişdir. Həmin yeri yalnız narkotik vasitə aldığı İran vətəndaşı və özü bilmişdir. Ora çatdıqda Zulala yolun digər tərəfinə keçəcəyini, dostunun orada olduğunu demişdir. Geri dönmələri üçün 8 km irəli gedib sonra qayıtmaq lazım olduğundan Zulala gedib dönmələrini və həmin əraziyə çatarkən yolun əks tərəfində saxlamasını tapşırmışdır. Telefon işığı ilə heroini axtarmış, lakin tapa bilməmişdir. Sonra 6 nəfər mülki geyimli polis əməkdaşı yaxınlaşıb onu saxlamışlar. Sonuncuları əvvəllər tanımamışdır. Bir qədər sonra Zulal və Fərid də gəlib çarmış və polislər onları da saxlamışlar. Polis əməkdaşları içərisində 25 kq narkotik vasitə və psixotrop maddə olan iki ədəd torbanı maşına yerləşdirmiş, onların maşınını 5-6 km qabağa sürdükdən sonra əməliyyat görüntüsü yaradıb, videoçəkiliş aparmışlar. Sanki onların maşınlarını saxlayıb narkotik vasitəni aşkar etmişlər. Halbuki onlar həmin vaxt öz maşınlarında yox, polis əməkdaşlarının maşınında olmuşlar. Təxminən 1 saatdan sonra onları BNMİ-nə aparmışlar, orada yarım saat saxladıqdan sonra videoçəkiliş edəcəklərini, üzərlərindən narkotik vasitə aşkar olunacağını, əgər qəbul etməzlərsə, evlərinə də narkotik vasitə qoyub ailə üzvlərini də cinayət məsuliyyətinə cəlb edəcəklərini bildirmişlər. Onlara fiziki zorakılıq və psixi təzyiq göstərilmiş, təzyiq göstərən şəxslərdən birinin adı Mişa, digəri isə Samir olmuşdur. Daha sonra polislər şəxsi axtarış zamanı nə etməli, nə deməli olduqlarını onlara diktə etmiş və onlar şəxsi axtarış zamanı maşında da narkotik vasitə olduğunu bildirmək məcburiyyətində qalmışlar. Sonra videoçəkilişlə maşına baxış keçirilmiş və onlar torbaları çıxarmışlar. İttiham aktında onların güya torbalara narkotik vasitələri əvvəlcədən yığmaları qeyd edilmişdir, halbuki videoda torbaların ümumiyyətlə açılmadığı görsənir. Onların arasında qabaqcadan əlbirlik və üzərlərində külli miqdarda narkotik vasitə olmamışdır. İttiham aktında göstərilənlərlə razı deyil. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmamış, heç kimə narkotik vasitə satmamış, lakin ağrıları olan kimsə ondan narkotik vasitə istədikdə vermişdir. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Yasamal rayonunda qeydiyyatda olsa da, Mərdəkanda yaşamışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmkəndlisi kimi tanıyır. Samir taksi fəaliyyəti göstərmiş, bəzən sonuncunun maşını ilə müxtəlif yerlərə getmişdir. Sonuncularla ayda 1-2 dəfə görüşüb çay içmiş, onlarla ayrıayrılıqda bəzən narkotik vasitə qəbul etmişdir. Saxlanıldığı gün idarə etdiyi “Niva” markalı avtomobil atasına məxsusdur, onu etibarnamə əsasında idarə edir. Belə ki, Samir ona zəng edərək Qaradağ ərazisində rayondan gələn bir tanışı ilə görüşməyə getməli olduğunu bildirmişdir. O, etiraz etməmiş, lakin sürücülük vəsiqəsi olmadığından yalnız kənddə avtomobil idarə etdiyini, ayıq sürücü kimi işləyən Fərid adlı tanışının avtomobili idarə edə biləcəyini demişdir. Bundan sonra onlar üçü yola düşmüşlər. Qaradağda olarkən maşını saxlamış və Samir maşından düşmüşdür. Sonuncu yolun digər tərəfinə keçəcəyini bildirib, onun bir qədər irəlidən dönüb qayıdıb, həmin yerdə gözləməsini xahiş etmişdir. O, bir qədər irəliyə gedib, yolu dönüb qayıtmış və Samirin düşdüyü yerə gəlmişdir. Orada polislər onları saxlayıb BNMİ-nə aparmışlar. İdarədə polislər evinə narkotik vasitə qoyaraq ailə üzvlərini həbs etməklə hədələmiş və ona yüngül fiziki təzyiq göstərilmişdir. Məruz qaldığı fiziki təzyiqlərlə bağlı dövlət orqanlarına şikayət etmişdir. Bundan sonra üzərlərinə və avtomobilə narkotik vasitələr qoyulmuşdur. Videoçəkiliş aparmaqla üzərlərindən və maşından 25 kq narkotik vasitə aşkar etmişlər. Onun qeyd olunan narkotik vasitələr ilə heç bir əlaqəsi yoxdur, o, sadəcə Samirin xahişi ilə 40 manat müqabilində atasının maşınını götürüb onlarla Qaradağa getmişdir. Onun üzərində narkotik vasitə olmamışdır. Fərid və Samirin üzərində narkotik vasitə qoyulmasını görmüşdür. O, narkotik vasitələr marixuana və heroindən istifadə etmiş, onları yaşadığı kənddə əldə etmişdir. Narkotik vasitələrin satışı ilə məşğul olmamış, heç kimə narkotik vasitə vəd verməmiş, narkotik vasitələrin satışını təşkil etməmişdir. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 onun Ramil adlı tanışının qohumudur, Təqsirləndirilən şəxs1 isə saxlanılan gün tanımışdır. Pandemiyaya qədər aşbaz kimi, son vaxtlarda isə 5959 şirkətində ayıq sürücü kimi fəaliyyət göstərmiş, Mərdəkandan Buzovnaya gedən yolda Qoşa Qala restoranı yaxınlığında işləmişdir. Narkotik vasitələrdən istifadə etsə də, ayıq sürücü kimi fəaliyyət göstərmiş, maşın idarə edə bilmişdir. Sonuncu dəfə hadisə günü axşam saat 17:00 radələrində inyeksiya yolu ilə təxminən 0,2 qram narkotik vasitə heroin istifadə etmişdir. Təxminən 3 saat sonra Qaradağa yola düşmüşdür. Belə ki, 13 oktyabr 2022-ci il axşam saatlarında müştəri olmadığı üçün Zulala zəng edib, çay içməyə dəvət etmişdir. Sonuncu yaxınlıqda yaşamışdır. Bir az sonra Zulal ona zəng edib, bir tanışı ilə birlikdə atasının maşını ilə Qaradağa getməli olduğunu, sürücülük vəsiqəsi olmadığı üçün onları həmin yerə aparmağını xahiş edib, ona 20 manat pul təklif etmiş və o, razılaşmışdır. Maşın Zulalın atasına məxsus olmuş, lakin sonuncunun sürücülük vəsiqəsi olmadığı üçün maşını onun sürməsini xahiş etmişdir. Samir onlara Qaradağa niyə getdiklərini deməmiş, sadəcə işlərini həll etməli olduğunu bildirmişdir. Zulalın vəsiqəsi olmadığı üçün postu keçənə qədər avtomobili idarə etmiş, Qaradağ postunu keçdikdən sonra maşını saxlamışdır. Samirlə düşüb marketə getmişlər. Onun səhhəti pisləşib ağrıları yaranmış, postdan sonra maşını Zulal özü sürmüşdür. Avtomobildə olarkən onların heç biri narkotik vasitə istifadə etməmişdir. Sonra yola davam etmişlər, bir müddət sonra Samir maşını saxlatdırmış, işi olduğunu deyib aşağı düşmüş, yolun digər tərəfinə keçəcəyini bildirib, qarşıdan dönüb geri qayıtdıqdan sonra həmin yerdə onu da götürmələrini tapşırmışdır. Onlar geri qayıdıb həmin yerdə maşını saxladıqda bir neçə polis əməkdaşı onları maşından düşürdərək saxlayıb dərəyə aparmışlar. Samir də orada 6-7 polis əməkdaşı ilə birlikdə olmuşdur. Polis əməkdaşları onları saxladıqdan sonra əvvəlcə maşından düşürüb dərəyə, torbaların olduğu yerə aparmış, sonra isə öz maşınlarına mindirib 200-300 metr qarşıya sürmüşlər. Orada video və şəkil çəkilmişdir. Sonra onları maşına mindirib, 150-200 metr qabağa sürüb, yenidən saxlamışlar. Təxminən yarım saatdan sonra onları BNMİ-nə aparmışlar. Orada şəxsi axtarışdan əvvəl onun üzərinə narkotik vasitə qoyulmuş, polis əməkdaşlarının Zulal və Samirin üzərinə narkotik vasitə qoyduğuna şahid olmuşdur. İdarədə videoçəkilişlə şəxsi axtarış və maşına baxış keçirilmişdir. Onlara təzyiq göstərilmiş, əgər polis əməkdaşlarının dediklərini etməzsə, narkotik vasitə istifadəçisi olduğu üçün, telefonun kontaktında olan digər şəxsləri də tutub gətirəcəklərini bildirmişlər. Bu səbəbdən, onların dediklərini etməyə məcbur olmuşdur. Ona təzyiq göstərən şəxsin adını bilmir. Narkotik vasitələrdən istifadə etmiş, lakin heç vaxt satışı ilə məşğul olmamışdır. Öz dost-tanışları ilə narkotik vasitələrdən itifadə edərkən bölüşmüşdür. Bu narkotik vasitə istifadəçiləri arasında adət olduğu üçün pul müqabilində etməmişdir. Samir və Zulaldan narkotik vasitə almamış və onlara narkotik vasitə verməmişdir. Sonuncularla aralarında birlikdə narkotik vasitə əldə etməklə bağlı hər hansı danışıq, razılaşma olmamışdır. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, hadisə vaxtı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsində baş əməliyyat müvəkkili vəzifəsində işləmişdir. 13 oktyabr 2022-ci il tarixdə idarəyə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması bərədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün tərəfindən qərar qəbul edilmişdir. Bundan sonra onun rəhbərliyi altında idarənin əməliyyat müvəkkilləri Şahid2, Şahid3 və Şahid4 ibarət əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 13 oktyabr 2022-ci il tarixdə saat 20 radələrində Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 sonuncunun idarə etdiyi **-HX-*** dövlət qeydiyyat nişanlı «Niva» markalı avtomobildə Bakı-Qazax yolunun Bakı şəhəri Qaradağ rayonu əraizisindən keçən 55-ci kilometrliyində olmaları müəyyən edilmişdir. Onlar dərhal həmin yerə getmiş, qeyd edilən şəxslər saat 21:00-da tərəflərindən saxlanılmış və avtomobillə birlikdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmişlər. İdarədə xidməti otaqların birində dəvət edilmiş müdafiəçilərin iştirakı ilə təhqiqatçı tərəfindən onların üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs3 əynində olan şalvarın cibindən bir ədəd bükümdə olan narkotik vasitə olan heroinə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Sonuncunun təqdim etdiyi heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş, qablaşdırılmış, qablaşdırılmanın üzəri möhürlənmiş və imzalanmışdır. Sonra Təqsirləndirilən şəxs2 əynində olan şalvarın cibindən bir ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütləni çıxardıb təqdim etmişdir. Sonuncunun təqdim etdiyi heroinə bənzər kütlə elektron tərəzidə çəkilib zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri möhürlənmiş və imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs1 əynində olan şalvarın cibindən bir ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütləni çıxarıb masanın üzərinə qoymuşdur. Bundan başqa onun əynində olan şalvarın cibindən bir ədəd “Honor” markalı mobil telefon da aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 təqdim etdiyi heroinə bənzər kütlə elektron tərəzidə çəkildikdən sonra zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri möhürlənmiş və imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs1 aşkar olunmuş kütləni “İsi” kimi tanıdığı İran İslam Respublikası vətəndaşının vasitəsi ilə Bakı şəhəri, Qaradağ rayonunda əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara çatdırmaq məqsədi ilə əldə etdiyini, bunun qarşılığında sonuncunun ona istifadə etməsi üçün narkotik vasitə verəcəyini, həmin narkotik vasitə heroindən Fərid və Zulala da verdiyini, bundan başqa Təqsirləndirilən şəxs3 idarə etdiyi avtomobildə də narkotik vasitə və psixotrop maddə saxladıqlarını bildirmişdir. Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 də Təqsirləndirilən şəxs1 qeyd etdiyi xüsusatları təsdiq etmişlər. Sonra şəxsi axtarışların nəticəsinə dair protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Bundan sonra Baş İdarənin həyətində saxlanılmış Təqsirləndirilən şəxs3 idarə etdiyi «Niva» markalı **-HX-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsinə başlanılmışdır. Baxış zamanı şübhəli şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 avtomobilin yük yerindən iki ədəd kisəni çıxarıb təqdim etmişlər. Həmin kisələrin içərisindən ümumilikdə 10 ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlə, 4 ədəd bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütlə və 6 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Qeyd edilən kütlələr ayrı-ayrılıqda elektron tərəzidə çəkilmiş, qablaşdırılmış, qablaşdırılmanın üzəri möhürlənmiş və imzalanmışdır. Sonda baxışın nəticəsinə dair protokol tərtib edilmiş və iştirakçılar protokolun doğrluğunu imzaları ilə təsdiq etmişlər. Əməliyyat-axtarış tədbiri zamanı saxlanılan şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qarşı heç bir fiziki və ya psixoloji təzyiq göstərilməmişdir. Şəxsi axtarış və avtomobilə baxış keçirilərkən sonuncular sərbəst şəkildə üzərlərində və avtomobildəki narkotik vasitələr və psixotrop maddələri çıxarıb təqdim etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2, Şahid3 və Şahid4 Şahid1 ifadəsinə oxşar məzmunda ifadə vermişlər. İşin 1-ci cildinin 79-82-ci vərəqlərindəki “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, BNMİ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat- axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 13 oktyabr 2022-ci il tarixdə saat 21:00-da Bakı-Qazax yolunun Bakı şəhəri Qaradağ rayonu ərazisindən keçən 55-ci km-də Təqsirləndirilən şəxs3 idarə etdiyi “Niva” markalı **-HX-*** qeydiyyat nişanlı avtomobilin yanında olduqları zaman saxlanılmışlar və BNMİ-nin inzibati binasına gətirilərək üzərilərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs3 bir büküm narkotik vasitə heroinə bənzər kütlə, bir ədəd “Nokia” markalı mobil telefon, şəxsiyyət vəsiqəsi və bir ədəd açar, Təqsirləndirilən şəxs2 bir büküm narkotik vasitə heroinə bənzər kütlə, bir ədəd “Realmi” markalı mobil telefon və sürücülük vəsiqəsi, Təqsirləndirilən şəxs1 isə bir büküm narkotik vasitə heroinə bənzər kütlə, bir ədəd “Honor” markalı mobil telefon, bir ədəd plastik bank kartı və 41 manat pul aşkar olunmuşdur. Aşkar edilmiş bükümlər, mobil telefonlar, plastik bank kartı və vəsiqələr götürülmüş, bir ədəd açar Təqsirləndirilən şəxs3, 41 manat pul isə Təqsirləndirilən şəxs1 geri qaytarılmışdır. Şəxsi axtarış və götürmə istintaq hərəkəti 13 oktyabr 2022-ci il tarixdə saat 23:30-da başlamış və həmin tarixdə saat 23:54-də bitmişdir. İşin 1-ci cildinin 90-91-ci vərəqlərindəki “avtomobilə baxış və götürmə aparılması haqqında” protokoldan görünür ki, BNMİ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 13 oktyabr 2022-ci il tarixdə saat 21:00-da Bakı-Qazax yolunun Bakı şəhəri Qaradağ rayonu ərazisindən keçən 55-ci km-də Təqsirləndirilən şəxs3 idarə etdiyi “Niva” markalı **-HX-*** qeydiyyat nişanlı avtomobilin yanında olduqları zaman saxlanılmışlar və BNMİ-nin inzibati binasına gətirilərək üzərlərinə şəxsi axtarış keçirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs3 idarə etdiyi “Niva” markalı **-HX-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin arxa yük yerindən 06 bağlama narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə, 10 bağlama narkotik vasitə heroinə bənzər kütlə və 04 bağlama psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Baxış keçirmə və götürmə istintaq hərəkəti 14 oktyabr 2022-cı il tarixdə saat 00:45-də başlamış və həmin tarixdə saat 01:11-də bitmişdir. İşin 2-ci cildinin 139-143-cü vərəqlərindəki mobil telefona baxış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 götürülmüş “Honor 8A” markalı mobil telefona baxış zamanı müəyyən edilmişdir ki, “Whatsapp” mobil tətbiqinin söhbətlər bölməsində adı “İsi” kimi yazılmış İran İslam Respublikasına məxsus +98 933 *** **** mobil nömrənin istifadəçisi ilə Təqsirləndirilən şəxs1 arasında xx.xx.2022-ci il tarixdən etibarən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı çoxsaylı yazışmalar aparılmışdır. Sonuncu dəfə isə xx.xx.2022-ci il tarixdə saat 19:28-dən etibarən onlar arasında yazışmalar başlanılmışdır. Belə ki, Təqsirləndirilən şəxs1 həmin şəxsə səsli ismarıc göndərərək bildirir ki, “bacardığın qədər tez at konumu, mən uje Qaradağ yolundayam”, həmin şəxs cavab olaraq səsli ismarıc göndərərək bildirir ki, “hə yaxşı gör nə deyirəm, o, 10-15 dəqiqəyə çatır ora, qoyur bir yerə şəklin, konumun atır mənə, darıxma başına dönüm”, “Qaqaş ordan-postdan keç Ələtə tərəf təxminən bir az hardasa 5 km”. Bundan sonra Təqsirləndirilən şəxs1 “qaqa”, "ac”, “teli” məzmununda ismarıclar yazır. Sonra həmin şəxs konum və iki şəkil göndərir. Konum Bakı-Qazax yolunu göstərir, şəkillərdə isə yol kənarında olan 04 ədəd böyük beton bəndlərin və beton bəndlərin aşağı hissəsində 02 ədəd kisənin (biri qara, digəri ağ rəngli olmaqla) işarələnməsi əks olunmuşdur. Samir səsli ismarıc göndərərək bildirir ki, “İsi bildim də, konum məndədir, narahat olma”. İranlı şəxs cavab olaraq “Goturdun birdene yaz mene” məzmununda ismarıc yazır. Təqsirləndirilən şəxs1 cavab olaraq “yaxşı” məzmununda ismarıc yazır. Bundan sonra həmin şəxs “qaqa neqeder ceker”, “ora sene yaxındı ya uzaxdı” məzmununda ismarıc yazır. Saat 20:38-də Təqsirləndirilən şəxs1 səsli ismarıc göndərərək bildirir ki, “İsi bunları götürdüm mən, iki meşokdu, hara aparıram, neyniyirəm, bir dene de mene”. İranlı şəxs cavab olaraq səsli ismarıc göndərib bildirir ki, “Pramoy Bakıya başına dönüm, sən get çat ora mən deyim”, “Qardaşım elə bil ki, onun birini aparacaqsan Əzizbəyova, birində ki, Koroğlu. Sənə dedime bir uşaq var onun da vəsaitini çatdırsan onların da pulları hazırdı, sən malı Bakıya çatdır, vəsaiti qoy, mənə kart göndər, onlar sənə 2500 manat pul vuracaqlar. Mənlik deyil onların haqq-hesabı. Narahat olma məndə verəcəm. Prosta onların haqq-hesabını deyirəm ki, bir belədir”. Həmin şəxs “qaqa sese qulaq as” məzmununda ismarıc yazır. Təqsirləndirilən şəxs1 isə səsli ismarıc göndərərək bildirir ki, “hə oldu yaxşı”. Bundan başqa “Whatsapp” mobil tətbiqinin söhbətlər bölməsində adı “Orkan” kimi yazılmış İran İslam Respublikasına məxsus +98 993 *** **** mobil nömrənin istifadəçisi ilə Təqsirləndirilən şəxs1 arasında xx.xx.2022-ci il tarixdən etibarən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı çoxsaylı yazışmalar aparılmışdır. xx.xx.2022-ci il tarixdə saat 18:09-da Təqsirləndirilən şəxs1 həmin şəxsə “80x14=1120 1120-160-30=930” məzmununda ismarıc yazmış və arxasınca səsli ismarıc göndərərək bildirmişdir ki, “Bax bir dənə gör Orxan, 80 dənə vəsait vermişdin mənə, aramızda sənlə 1120 manat borc var idi, 1120 manatdan 160 manatını lap birinci siftə 10 dənə verdin, 160 manatını bir çıxdıq, bu dəfə də elə bil ki, dedine mən sənə borclu çəki itirmək söhbətində, onu da day borc zad sayma, sənlə şotuq, 30 manat da burdan çıxdıq, qaldı 930 manat sənə borcum”. Bundan başqa “Whatsapp” mobil tətbiqinin söhbətlər bölməsində +994 55 *** ** ** mobil nömrənin istifadəçisi ilə Təqsirləndirilən şəxs1 arasında narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı yazışmalar aparılmışdır. Belə ki, xx.xx.2022-ci il tarixdə saat 15:02-də həmin şəxs Təqsirləndirilən şəxs1 “Allaha şükür”, “Yaxşılıqdı”, “Hecne ölürem evde”, “Xesde mal verib bize he?” məzmununda ismarıclar yazmışdır. Təqsirləndirilən şəxs1 isə “Sende salamatçılıqdı brat ne xesde mal, tiryekli maliydi her adam tapa bilmir o maldan” məzmununda ismanc yazmışdır. Həmin şəxs də “Qaqaş”, “canı beyag durdum vurdum”, “yeni hecnede” məzmununda ismanc yazmışdır. Təqsirləndirilən şəxs1 cavab olaraq “Brat sennen başqa 100 nefer vurub o maldan hamida terifliyir bidene sen beyenmedin” məzmununda ismanc yazmışdır. Bundan başqa “Whatsapp” mobil tətbiqinin söhbətlər bölməsində +994 70 285 95 95, +994 55 606 06 54, +994 50 502 00 08, +994 51 420 91 89, +994 55 848 42 00, adı “Tebriz” kimi qeyd edilmiş +994 77 519 01 01, adı “Wahin" kimi qeyd edilmiş +994 70 240 95 95, adı “Nizam” kimi qeyd edilmiş +994 70 *** ** ** mobil nömrələrin istifadəçiləri ilə Təqsirləndirilən şəxs1 arasında narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı çoxsaylı yazışmalar aparılması müəyyən edilmişdir. İşin 2-ci cildinin 163-165-ci vərəqlərindəki "xxxx" MMC-dən daxil olmuş CD diskdə olan məlumatlara baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 istifadəsində olmuş ***-***-**-** mobil nömrəsi ilə müxtəlif nömrələr arasında aşağıdakı məzmunda SMS yazışmaları aparması müəyyən edilmişdir: xx-xx-2022 03:40:28 **********06 – **********99 Qaqaw menqorxuram gelebılişe gel bitge kola verim; xx-xx-2022 13:38:38 **********06 - **********99 Məndə alınmadı pulumduzelmır 3 dene kokuwumvar şatabılmirem seheracılanan; xx-xx-2022 16:31:05 **********76 - **********99 Zulal.aramhzda hecna olmayhb onu biliram mani qoydun lomkada pulumda yoxdu qaytara qaytara eva gediram coxsaxul ayib olsun sani bala bilməzdim nolar adam da xastanin pulnu atar; xx-xx-2022 18:37:33 **********76 - **********99 Zulal qaqaw ustumda 10 manat var gedim 30 manatda alhm gatirib veriram sana yada kartun varsa nömrəsini ver karta athm man biyam nasa didim burda manim canhm axrayhr kima axhz achram hamsh mana pul diyir man yetimda olanda kimsa mana axhz acanda man naxadu chxarthb veriram ona gorada, bu gundayam darhxma; xx-xx-2022 01:59:15 **********75 - **********99 Bidene acda olurem lomkadan pul var mal gortureyde; xx-xx-2022 16:38:28 **********99 - **********06 Evdəsənsə bidənə pati var cəkəj bir ishim varidi bir soz de; xx-xx-2022 20:42:21 **********99 - **********41 Oku senin basiva dönüm sen kimese de 10 manat atsin bu karta bir iki sey alim Leo bankdi 4098.5844.6209.9209 qurban olum bu gun meni basa dus şeher vurarlar 10 manat at; xx-xx-2022 22:39:52 **********99 - **********75 Gəldə birdə imkan vatsa 5 manatig pat lazimdi. Telefon danışıqlarına dair məlumatlara baxış keçirilən zaman Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** mobil nömrəsi ilə müxtəlif nömrələrə aşağıdakı məzmunda SMS-lər yazdığı müəyyən edilmişdir: xx-xx-2022 14:55:41 **********49 - **********95 Qaqaw acmirsan hec acma ozunbilen meslehetdi dunen gece yigirdimki malivi verim yigmadun indide adboy verirsen. Men senin puluvu yeyesi adam deyilem onnan bunnan sef salma meni; xx-xx-2022 15:07:22 **********49 - **********95 Qaqaw butun merdekan mene deyirki wahinin mayəsini goturub getmisen gune 3 qram mal eliyen adam mene gore qalib bele. Men sennen bir gunde olsa elaqesiz qalmadim herweyide daniwirdim sennen.senin iwin dayanmasın deye men mal atdirmiwam. Yoxsa heresinnen 1 kilo varimdi 3 gunede gedib gotururem Elediylerimi mende dilime getirmirem men risqe gedende sen 170 vermiwdun 200de men tapmiwdim o mallaridaki sennen men eridib ozumuze pul eliyeciydik. Men seni ozumnen ayirmamiwdim sen malsiz olanda men arazi uze uze keçirdim eziyetden daniwanda hamisini fikirlew; xx-xx-2022 13:07:18 **********49 - **********43 Yig bawqa yere qaqaw 40 manat yoxdu 30 manat var sene 25 manat vere bilerem. 40 manatnan list demir vare metresi 40 qepiye olan ikiside axwam saat 11 in yarsi mende olacag; xx-xx-2022 20:12:56 **********49 - **********95 Daw lazimdi bratyari. Alinar?; xx-xx-2022 21:28:39 **********49 - **********06 Elwen evdekilerin eli yanib cixiram indi 10 deyqiyede mali atillar cixiramda indi narahat olma; xx-xx-2022 19:37:47 **********49 - **********01 Aye pat pat mewognandi bugun saba olmuyacag durun gelin qonagimsuz; xx-xx-2022 12:30:30 **********49 - **********06 Qaqaw 40 manatvar Patında getırırem; xx-xx-2022 20:43:46 **********49 - **********06 Elwen men indi gedirem gujdu malcun senol sene 1 cetde vermiyecem. Gelirem pulu goturmeye; xx-xx-2022 06:58:55 **********49 - **********06 Ona pul deyaaa mal qetiyen deme serf elemir burdan buraya mal vermey; xx-xx-2022 17:56:53 **********49 - **********95 Salam brat ne olur olsun birazdan hell edecem allaha and olsun puluda atmiwam helede gozduyurem mali biraza atacaglar sebirli ol; xx-xx-2022 21:40:14 **********49 - **********95 Wukur saat 11cun xeber eliyecem gelib apararsan 10 qram mali. Sora sizinki sizde menimki mende. Telefon danışıqlarına dair məlumatlara baxış keçirilən zaman Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə müxtəlif nömrələrdən aşağıdakı məzmunda SMS-lər yazıldığı müəyyən edilmişdir: xx-xx-2022 20:12:57 **********95 - **********49 Daw lazimdi brat yar; xx-xx-2022 06:44:17 **********06 - **********49 İmkan olsa abedekimi 1 koko yarm ! pato versen yaxwiolar; ! xx-xx-2022 17:14:42 **********95 - **********49 Qaqas men dediyimi saxlamisan buterefe kecende verde mene M 40; xx-xx-2022 01:15:41 **********06 - **********49 Qaqaw 2 q patuwqa 3 denede derman lazımdır getırebılsen cox wad olardım mende 100 azen duzeltmiwem; xx-xx-2022 12:43:55 **********06 - **********49 Patında getınrem 100 yaxın pulda mənə besdır yalancıdedız; xx-xx-2022 12:49:42 **********06 - **********49 Patı isdıyənərva; xx-xx-2022 18:11:44 **********06 - **********49 5 dənə dərman ısdıyənvar gəlim; xx-xx-2022 17:54:39 **********95 - **********49 Samir qardasimsan hecolmasa bir kelme dide mene bugun gece olucey olmicey bir keledi mene xais eliyirem sennen basqa ne diyim; xx-xx-2022 16:53:40 **********06 - **********49 Qədew xaıwedırəm ımkanunvarsa 03 patı 02 də kola duzelər valah canım ağrıyır pulda 20 man təmizdr; xx-xx-2022 14:48:46 **********11 - **********49 Samir alindira bilmirse cixax gedek qardasim 1 saatdi uje. İşin 1-ci cildinin 108-111-ci vərəqlərindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 oktyabr 2022-ci il tarixli, 7/1173 nömrəli məhkəməbioloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs3 idarə etdiyi avtomobil...” yazısı və imzalar olan sintetik torbadakı 6 (altı) ədəd qara rəngli polietilen bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri: 995,0 qram; 2005 qram; 2000 qram; 2010 qram; 2005 qram; 1995 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi 11010 qramdır (11 kq 10 qram). Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Qeyd: Marixuananın ümumi çəkisi 11010qram, tədqiqata istifadə olundu 0,6 qram, (hər obyektdən 0,1 qram) qalıq - 11009,4 qram. İşin 1-ci cildinin 112-118-ci vərəqlərindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 oktyabr 2022-ci il tarixli, 6/5934 nömrəli materialların məhkəmə ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs2 üzərindən...” və s. yazılar, imzalar olan bir ədəd paketdəki bir ədəd bükümdə təmiz çəkisi 21,442 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir; üzərində “Təqsirləndirilən şəxs1 üzərindən...” və s. yazılar, imzalar olan bir ədəd paketdəki bir ədəd bükümdə təmiz çəkisi 30,866 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir; üzərində “Təqsirləndirilən şəxs3 üzərindən...” və s. yazılar, imzalar olan bir ədəd paketdəki bir ədəd bükümdə təmiz çəkisi 27,955 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir; üzərində “Təqsirləndirilən şəxs3 idarə etdiyi avtomobildən...'' və s. yazılar, imzalar olan bağlamalardan birində bir ədəd p/e bağlamada 10 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1009 qram; 1008 qram; 1006 qram; 1006 qram; 1009 qram; 1009 qram; 1006 qram; 1008 qram; 1011 qram; 1008 qram; ümumi təmiz çəkisi 10080 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, digər bağlamadakı dörd ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 994 qram; 1002 qram; 1009 qram; 1001 qram; ümumi təmiz çəkiləri 4006 qram ağ rəngli, kristalşəkilli maddə kütlələri kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Dörd bükümdəki metamfetamin kütlələri kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər; 10 ədəd bükümdəki (avtomobildən), habelə Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 üzərindən aşkar olunmuş heroin kütlələri kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ), Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. 1 P№-li paketdə Heroinin təmiz çəkisi 21,442 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq 21,342 qram; 2 P№-li paketdə heroinin təmiz çəkisi 30,866 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq 30,766 qram; 3P№-li paketdə heroinin təmiz çəkisi 27,955 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq 27,855 qram; 4B№-li bağlamada metamfetaminin ümumi təmiz çəkisi 4006 qram, tədqiqata sərf edildi 0,16 qram, qalıq 4005,84 qram; 5B№-li bağlamada heroinin ümumi təmiz çəkisi 10080 qram, tədqiqata sərf edildi 0,2 qram, qalıq 10079,8 qram. İşin 2-ci cildinin 207-208-ci vərəqlərindəki Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi X5 daxil olmuş məhkəmə-narkoloji ekspertizasının 5 dekabr 2022-ci il tarixli, 7361 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin, kannabinoidlərin və psixostimulyatorların qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşin 2-ci cildinin 209-210-cu vərəqlərindəki Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi X5 daxil olmuş məhkəmə-narkoloji ekspertizasının 19 dekabr 2022-ci il tarixli 7717 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs3 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşin 2-ci cildinin 211-212-ci vərəqlərindəki Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi X5 daxil olmuş məhkəmə-narkoloji ekspertizasının 14 yanvar 2023-cü il tarixli 170 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşin 2-ci cildinin 213-215-ci vərəqlərindəki Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-X2 X5 daxil olmuş komisyon ambulator məhkəmə-psixatrik ekspertizasının 16 yanvar 2023-cü il tarixli 73 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs3 xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs3 xasiyyətin psixopatik cizgiləri aşkar edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs3 qeyd edilən əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs3 ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs3 öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs3 əməli Azərbaycan Respublikası CM-in 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs3 barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. İşin 2-ci cildinin 81-82-ci vərəqlərindəki Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, ona qazancından 20 % dövlət nəfinə tutulmaqla iki il müddətə islah işləri cəzası təyin edilmişdir. Bundan başqa o, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, CM-nin 67.1-ci maddəsinə əsasən ona bir il üç ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə altı ay beş gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2022-ci il tarixdə cəza müddəti başa çatmışdır. İşin 2-ci cildinin 83-85-ci vərəqlərindəki Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 Nərimanov Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, ona qazancından 20 % dövlət nəfinə tutulmaqla bir il müddətə islah işləri cəzası təyin edilmişdir. Bundan başqa o, Nizami Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, ona bir il altı ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bundan başqa o, Nizami Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 263.1, 66.5 və 66.3-cü maddələrinə əsasən iki il bir ay iyirmi iki gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2013-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə iki il səkkiz ay azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Bundan başqa Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1, 177.2.1 və 66.3-cü maddələrinə əsasən ona bir il beş ay iyirmi dörd gün müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç il doqquz ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə altı ay doqquz gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2020-ci il tarixdə cəza müddəti başa çatmışdır. Bundan başqa Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 228.4 və 69.3-cü maddələrinə əsasən ona dörd ay iyirmi doqquz gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. İşin 2-ci cildinin 86-87-ci vərəqlərindəki Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Xəzər Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, ona dörd il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2014-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. İşin 2-ci cildinin 216-243-cü vərəqlərindəki Sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, iş üzrə şəxsi axtarış və götürmə və avtomobilə baxış keçirmə və götürmə zamanı aparılmış videoçəkilişləri özündə əks etdirən iki ədəd DVD disk və "xxxx" MMC-dən daxil olmuş bir ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İşin 2-ci cildinin 40-42-ci vərəqlərindəki maddi sübut hesab edilməsi haqqında qərardan görünür ki, iş üzrə şəxsi axtarış və baxış zamanı aşkar edilərək götürülmüş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 10 kq 159,763 qram qalmış narkotik vasitə heroin, qalıq çəkisi 11 kq 9,4 qram qalmış qurudulmuş marixuana və qalıq çəkisi 4 kq 5,84 qram qalmış psixotrop maddə metamfetamin maddi sübut hesab edilərək saxlanılmalarından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilmişdir. İşin 2-ci cildinin 157-158-ci vərəqlərindəki maddi sübut hesab edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 götürülmüş “Honor 8A” markalı mobil telefon maddi sübut hesab edilərək saxlanılmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilmişdir. İşin 1-ci cildinin 24-cü vərəqindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 13 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşin 1-ci cildinin 49-cu vərəqindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 13 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşin 1-ci cildinin 68-ci vərəqindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 13 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşdəki Bakı İstintaq Təcrixanasından daxil olmuş məktubdan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 15 oktyabr 2022-ci il tarixdə istintaq təcridxanasına yerləşdirilmiş və tibbi müayinədən keçirilmişdir. Təqsirləndirilən şəxs1 müayinəsi zamanı xəsarət aşkar edilməmiş, sağ diz, sol pəncə üzərində, sol bel və alın nahiyəsində, sol əlin İ barmağı üzərində köhnə çapıq toxuma müşahidə olunmuşdur. Təqsirləndirilən şəxs3 mayinəsi zamanı sağ körpücük üstü nahiyədə, döş sümüyünün yuxarı sərhədində sarımtıl rəngli qançır müşahidə edilmişdir. Təqsirləndirilən şəxs2 müayinəsi zamanı xəsarət aşkar edilməmiş, yuxarı və aşağı ətraflarda postinyeksion çapıq toxuma və kiçik ölçülü trofik yaralar müşahidə edilmişdir. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tam, hərtərəfli və obyektiv tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, X3 və X1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli olmaları kifayət qədər sübuta yetirilmişdir. Məhkəmədə təqsirləndirilən şəxslərin təqsirlərini təkzib edə biləcək hal müəyyən olunmadı. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 məhkəmədə elan edilmiş ittiham üzrə özlərini təqsirli bilməsələr də, onların ittiham olunduqları cinayətləri törətməkdə təqsirli olmaları ibtidai istintaq zamanı müdafiəçilərinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində verdikləri və məhkəmədə tədqiq edilmiş etirafedici ifadələri, şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, cinayət işi materiallarına əlavə edilmiş çoxsaylı protokollar, Bakı İstintaq Təcridxanasından daxil olmuş məktub və işin digər faktiki halları ilə təkzib edildiyindən məhkəmə ifadələrinə tənqidi yanaşır və sübut hessb etmir. Yuxarıda sadalanan və biribirini tamamlayan sübutları isə mötəbər hesab edir. Məhkəmə təqsirləndirilən şəxslərin əməllərinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunmalı, onlar həmin maddələrlə təqsirli bilinməli və onlara cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar müəyyən etmədi. Cinayətlərin residivi Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzanı ağırlaşdıran haldır. Məhkəmə, Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə, Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etmədi. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 65.2-ci madəsinin tələbi nəzərə alınmaqla CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.3-cü maddəsinə əsasən o, cəzasını ciddi rejimli cəzaçəkmə müəsisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 13 oktyabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 13 oktyabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 13 oktyabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Maddi sübutlar: Azərbaycan Respublikası DİN-in BMCMİ-də saxlanılan iş üzrə şəxsi axtarış və baxış zamanı aşkar edilərək götürülmüş 13 ədəd bükümdə ümumi təmiz çəkisi 10160,263 (tədqiqatdan sonra qalıq 10159,763) qram narkotik vasitə heroin, 4 ədəd bükümdə ümumi təmiz çəkisi 4006 (tədqiqatdan sonra qalıq 4005,84) qram psixotrop maddə metamfetamin, 6 ədəd bağlamada ümumi təmiz çəkisi 11010 (tədqiqatdan sonra qalıq 11009,4) qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs1 götürülmüş “Honor 8A” markalı mobil telefon onun qohumlarına qaytarılmalı, şəxsi axtarış və götürmə və avtomobilə baxış keçirmə və götürmə zamanı aparılmış videoçəkilişləri özündə əks etdirən iki ədəd DVD disk və "xxxx" MMC-dən daxil olmuş bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 188 (yüz səksən səkkiz) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 hər birindən 62 (altmış iki) manat 67 (altmış yeddi) qəpik, Təqsirləndirilən şəxs2 isə 62 (altmış iki) manat 66 (altmış altı) qəpik olmaqla dövlət nəfinə tutulmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 hüquqlarını məhkəmədə dövlət hesabına dəvət edilmiş «Kiçikbəyov və Partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs3 hüquqlarını «Kiçikbəyov və Partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 hüquqlarını «Kiçikbəyov və Partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi3 və «Xəzər Konsaltinq» Vəkil Bürosunun vəkili Müdafiəçi4 müdafiə etmişlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193-cü maddəsi və «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 göstərdiyi hüquqi yardıma görə Müdafiəçi2 ödənilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına 450 (dörd yüz əlli) manat onun işlədiyi «Kiçikbəyov və Partnyorları» Vəkil Bürosunun hesabına, Təqsirləndirilən şəxs3 göstərdiyi hüquqi yardıma görə Müdafiəçi1 ödənilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına 288 (iki yüz səksən səkkiz) manat onun işlədiyi «Kiçikbəyov və Partnyorları» Vəkil Bürosunun hesabına, Təqsirləndirilən şəxs2 göstərdiyi hüquqi yardıma görə Müdafiəçi3 ödənilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına 186 (yüz səksən altı) manat onun işlədiyi «Kiçikbəyov və Partnyorları» Vəkil Bürosunun hesabına, Müdafiəçi4 ödənilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına 306 (üç yüz altı) manat onun işlədiyi «Xəzər Konsaltinq» Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 13 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 13 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 13 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası DİN-in BMCMİ-də saxlanılan iş üzrə şəxsi axtarış və baxış zamanı aşkar edilərək götürülmüş 13 ədəd bükümdə ümumi təmiz çəkisi 10160,263 (tədqiqatdan sonra qalıq 10159,763) qram narkotik vasitə heroin, 4 ədəd bükümdə ümumi təmiz çəkisi 4006 (tədqiqatdan sonra qalıq 4005,84) qram psixotrop maddə metamfetamin, 6 ədəd bağlamada ümumi təmiz çəkisi 11010 (tədqiqatdan sonra qalıq 11009,4) qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs1 götürülmüş “Honor 8A” markalı mobil telefon onun qohumlarına qaytarılsın. Şəxsi axtarış və götürmə və avtomobilə baxış keçirmə və götürmə zamanı aparılmış videoçəkilişləri özündə əks etdirən iki ədəd DVD disk və "xxxx" MMC-dən daxil olmuş bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 188 (yüz səksən səkkiz) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 hər birindən 62 (altmış iki) manat 67 (altmış yeddi) qəpik, Təqsirləndirilən şəxs2 isə 62 (altmış iki) manat 66 (altmış altı) qəpik olmaqla dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 göstərdiyi hüquqi yardıma görə Müdafiəçi2 ödənilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına 450 (dörd yüz əlli) manat onun işlədiyi «Kiçikbəyov və Partnyorları» Vəkil Bürosunun hesabına, Təqsirləndirilən şəxs3 göstərdiyi hüquqi yardıma görə Müdafiəçi1 ödənilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına 288 (iki yüz səksən səkkiz) manat onun işlədiyi «Kiçikbəyov və Partnyorları» Vəkil Bürosunun hesabına, Təqsirləndirilən şəxs2 göstərdiyi hüquqi yardıma görə müdafiəçilər Müdafiəçi3 ödənilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına 186 (yüz səksən altı) manat onun işlədiyi «Kiçikbəyov və Partnyorları» Vəkil Bürosunun hesabına və Müdafiəçi4 ödənilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına 306 (üç yüz altı) manat onun işlədiyi «Xəzər Konsaltinq» Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-192/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-192/2024
30.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver