Məhkəmə qərarları › İş №1(101)-192/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-192/2025

08.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-192/2025 08.05.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu, Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X3, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1 və həmin idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4 nümayəndələri - Bakı şəhəri, 9 saylı Vəkil Bürosunun vəkili Nümayəndə1 və Bakı şəhəri, 6 saylı Vəkil Bürosunun vəkili Nümayəndə2, Təqsirləndirilən şəxs, müdafiəçilər - Bakı şəhəri, 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri, 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxxxxx 1988-ci il tarixdə Bakı şəhərində doğulmuş (FİN: xxxxxxx), Azərbaycan Respublikası vətəndaşı, subay, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, ********* saylı cinayət işi üzrə istintaqdan yayındığına görə 19 yanvar 2023-cü il tarixdə barəsində axtarış elan edilmiş, 02 mart 2023-cü il tarixdə tutulmuş və 03 mart 2023-cü il tarixdə barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün verilmiş vəsatətin müdafiə olunmasından imtina olunduğundan, həmin tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, 01 aprel 2023-cü il tarixdə ********* nömrəli cinayət işi üzrə barəsində axtarış elan edilmiş, 20 iyun 2023-cü il tarixdə tutularaq istintaqa təqdim edilmiş, Bakı şəhəri, Xətai rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 fevral 2024-cü il tarixli qərarı ilə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.4 və 178.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakım ələ keçirmək məqsədilə «Tap.az» elan saytının tanışlıq bölməsində tanış olduğu Zərərçəkmiş şəxs3 özünü işgüzar şəxs kimi təqdim etməklə, xarici ölkədən avtomobil gətirib icarəyə verməklə gəlir əldə edəcəkləri adı ilə Zərərçəkmiş şəxs3 yalan vədlər verib etibarından sui-istifadə etməklə aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə 2021-ci ilin oktyabr ayının əvvəllərində sonuncuya məxsus Sumqayıt şəhərində yerləşən 3 sot torpaq sahəsini Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində yerləşən 4 saylı notariat ofisində şəxsiyyəti məlum olmayan şəxsə sataraq əldə etdiyi 12.000 manat pulu, 2021-ci ilin dekabr ayında Sumqayıt şəhəri, 3-cü məhəllə ərazisində yerləşən “Lombard”ın qarşısında Zərərçəkmiş şəxs3 700 manat pulu, 2021-ci ilin dekabr ayında Sumqayıt şəhəri, 30-cu məhəllədə yerləşən “Bazar store” marketin qarşısında Zərərçəkmiş şəxs3 500 manat pulu ələ keçirib verdiyi vədə əməl etməyərək, Zərərçəkmiş şəxs3 ümumilikdə 13200 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrar, etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə «Tap.az» elan saytının tanışlıq bölməsində tanış olduğu Zərərçəkmiş şəxs3 sonuncuya məxsus qızıl-zinət əşyalarının yenisi ilə əvəz edəcəyi ilə bağlı yalan vədlər verib etibarından sui-istifadə etməklə aldadaraq, 2021-ci ilin dekabr ayının sonlarında Sumqayıt şəhəri, Çay Stansiyası fərdi yaşayış evində Zərərçəkmiş şəxs3 1 ədəd 585 əyarlı, 12 qram çəkidə bir cüt sırğa, bir ədəd üzük, bir ədəd kulondan ibarət 960 manat dəyərində qızıl komplektini, 1 ədəd 585 əyarlı, 4 qram çəkidə 320 manat dəyərində qızıl üzüyü, 1 ədəd 585 əyarlı, 4 qram çəkidə 320 manat dəyərində qızıl üzüyü, 1 ədəd 585 əyarlı, 24 qram çəkidə 1920 manat dəyərində qızıl tros boyunbağını, 1 ədəd 585 əyarlı, 20 qram çəkidə 1600 manat dəyərində qızıl tros boyunbağını, 1 ədəd 585 əyarlı «lezva italyan» adlı 7 qram çəkidə 560 manat dəyərində qızıl boyunbağını, 1 ədəd 585 əyarlı, 4 qram çəkidə 320 manat dəyərində qızıl qolbağı, 1 ədəd 585 əyarlı, 7 qram çəkidə 560 manat dəyərində qızıl ayaqbağını götürüb ələ keçirərək, verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs3 ümumilikdə 6560 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrar, etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə «Tap.az» elan saytında müxtəlif iş elanları yerləşdirib, 2021-ci ilin aprel ayında iş üçün ona müraciət etmiş Zərərçəkmiş şəxs2 özünü guya videomüşahidə kameralarının quraşdırılması ilə məşğul olan şirkətin rəhbəri kimi təqdim etdikdən sonra Zərərçəkmiş şəxs2 onu bəyəndiyini, maddi cəhətdən köməklik göstərəcəyini, valideynləri ilə tanış edəcəyini bildirib münasibət quraraq etibarını qazanıb, sonuncuya məxsus “Nissan Micra” markalı **-SN-*** dövlət qeydiyyat nişanlı avtomobili satıb, əldə olunmuş pulun çatışmayan hissəsinin özü tərəfindən əlavə olunaraq Zərərçəkmiş şəxs2 xarici ölkədən “Hyundai Elantra” markalı avtomobil alacağına dair yalan vəd verib etibarından sui-istifadə etməklə aldadaraq, bu adla Zərərçəkmiş şəxs2 məxsus “Nissan Micra” markalı **-SN-*** dövlət qeydiyyat nişanlı avtomobili 2022-ci ilin may ayının əvvəlində Sumqayıt şəhərində «123» adı ilə fəaliyyət göstərən avtosalonda məlum olmayan şəxsə sataraq, əldə etdiyi 6000 manat pul vəsaitini ələ keçirib Zərərçəkmiş şəxs2 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrar, etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə «Tap.az» elan saytı vasitəsilə tanış olduğu Zərərçəkmiş şəxs2 bəyənmədiyi qızıl-zinət əşyalarının guya zərgər dostuna verib qarşılığında istədiyi model qızıl-zinət əşyaları düzəltdirə biləcəyi ilə bağlı yalan vəd verib etibarından sui-istifadə etməklə aldadaraq, bu adla Zərərçəkmiş şəxs2 2022-ci ilin may ayının ortalarında Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, 26 “A” nömrəli binanın qarşısında zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə ümumi dəyəri 1500 manat təşkil edən “Şah maral” tipli üzüklə qolbağın birləşməsindən ibarət qızıl dəsti və 1 ədəd brilyant qaşlı üzüyü götürüb ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs2 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrar, etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə «Tap.az» elan saytı vasitəsilə tanış olduğu Zərərçəkmiş şəxs2 qızma guya xarici ölkələrin birində fəaliyyət göstərən bankda sonuncunun adına hesab açdırdığını, həmin hesaba özünün 8500 manat mədaxil etdiyini, hesabda 10000 manat olduğu halda faiz olaraq hər həftə 400 manat alacağını və 10000 manat məbləğin tam olması üçün 1500 manat pul vəsaitinin lazım olduğunu bildirib, bu adla Zərərçəkmiş şəxs2 2022-ci ilin may ayının ortalarında ünvan 3 ünvanın qarşısında 1500 manat pulunu alaraq verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs2 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrar, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs1 avtomobillərin icarəyə verilməsi və Kanada dövlətindən avtomobillər gətizdirib onların satışı ilə məşğul olan şəxs kimi təqdim edib etibarını qazandıqdan sonra Zərərçəkmiş şəxs1 21000 manat müqabilində Kanada Respublikasından “Toyota Camry” markalı avtomobil gətizdirəcəyinə dair yalan vəd verib etibarından sui-istifadə etməklə aldadaraq, bu adla vahid niyyətlə əhatə olunan qəsdlə 23 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, “Qara Qarayev” metrostansiyasının yaxınlığında ilkin ödəniş adı ilə Zərərçəkmiş şəxs1 12000 manat, 25 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, “Neftçilər” metrostansiyasının yaxınlığında avtomobilin gömrük sənədləşdirilməsi xərci adı ilə 6500 manat, 2022-ci ilin dekabr ayının sonlarında ünvan 4 ünvanında yerləşən "Yasamal” klinikasının qarşısında Gürcüstan Respublikasında avtomobilin sənədləşdirilməsində yaranmış problemi həll etmək adı ilə 1500 manat və avtomobilin Gürcüstan-Azərbaycan sərhədində Gürcüstan gömrüyündə olduğunu, orada avtomobilin sənədləşdirilməsində problemin yarana biləcəyini və bu problemi həll etmək adı ilə Zərərçəkmiş şəxs1 11 yanvar 2023-cü il tarixdə saat 21:30-da ünvan 6 ünvanın yaxınlığında fəaliyyət göstərən “İsmayıl" marketində quraşdırılmış “eManat” elektron ödəmə terminalı vasitəsilə onun adına olan "xxxx" ASC-yə aid 4169-73**-****-1067 nömrəli bank kartına göndərdiyi 700 manat pul vəsaitini ələ keçirərək, verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs1 ümumilikdə 20700 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrar, etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə «Tap.az» elan saytında müxtəlif iş elanları yerləşdirib, 2022-ci ilin sentyabr ayında iş üçün ona müraciət etmiş Zərərçəkmiş şəxs4 özünü guya şirkət müdiri kimi təqdim edib, sonuncu ilə tanışlıq münasibəti qurduqdan sonra Zərərçəkmiş şəxs4 yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Qəzənfər Vəliyev küçəsi, ev 5, 8 nömrəli mənzili satmağı təklif edərək, satışdan əldə olunmuş pulun çatışmayan hissəsinin özü tərəfindən əlavə edib sonuncunun adına Nəsimi rayonu ərazisində yerləşən hündürmərtəbəli binadan 250.000 manat dəyərində 6 otaqlı təmirli mənzil alacağına dair yalan vəd verib etibarından sui-istifadə etməklə aldadaraq, bu adla Zərərçəkmiş şəxs4 11 oktyabr 2022-ci il tarixdə ünvan 7 ünvanda fəaliyyət göstərən 50 saylı notariat ofisində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Qəzənfər Vəliyev küçəsi, ev 5, 8 nömrəli mənzili X1, əldə etdiyi 70000 manat pul vəsaitini götürüb ələ keçirərək, verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs4 70000 manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrar, etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə «Tap.az» elan saytı vasitəsilə tanış olduğu Zərərçəkmiş şəxs4, sonuncuya məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Qəzənfər Vəliyev küçəsi, ev 5, 8 nömrəli mənzili satdıqdan sonra həmin mənzildə olan zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə ümumi dəyəri 20000 manat təşkil edən yataq mebel dəstini, qonaq mebel dəstini, dəhliz mebel dəstini, dörd oturacağı ilə birlikdə mətbəx masasını, uşaq mebel dəstini, bir ədəd xalçanı, bir ədəd divan örtüyünü, bir ədəd sobanı, bir ədəd mikrodalğalı sobanı, bir ədəd «Toshiba» markalı və bir ədəd «Samsung» markalı televizoru, bir ədəd «Samsung» markalı soyuducunu, bir ədəd «LG» markalı paltaryuyan maşını, 1200 manat dəyərində bir ədəd «HP» markalı «notebook» tipli kompüteri və hər birinin dəyəri 1680 manat təşkil edən ümumilikdə 6720 manat dəyərində 4 ədəd «G8» markalı arıqlama cihazlarını guya atasına məxsus Rəşid Behbudov küçəsində yerləşən qarajda müvəqqəti saxlaması adı ilə 2022-ci ilin oktyabr ayının sonlarında Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Qəzənfər Vəliyev küçəsi, ev 5, 8 nömrəli mənzildən götürüb ələ keçirərək, Zərərçəkmiş şəxs4 ümumilikdə 27920 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrar, etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə «Tap.az» elan saytı vasitəsilə tanış olduğu Zərərçəkmiş şəxs4 guya barəsində polis oqranında araşdırma aparıldığını, araşdırmanın dayandırılması üçün pul vəsaitinin lazım olduğunu bildirib, Zərərçəkmiş şəxs4 məxsus qızıl- zinət əşyalarını girov qoyub nağd pul götürmək adı ilə 2022-ci ilin noyabr ayının ortalarında kirayədə yaşadıqları ünvan 9 ünvanında yerləşən “28 Park Residence” yaşayış kompleksində olan mənzildə Zərərçəkmiş şəxs4 sonuncuya məxsus 1606 manat 50 qəpik dəyərində «Tifany» markalı 585 əyarlı, 18,9 qram çəkidə 2 cüt sırğa, 1 ədəd üzük, 1 ədəd qolbaqdan ibarət qızıl dəsti, 2040 manat dəyərində «Cartier» markalı 24 qram çəkidə 585 əyarlı 1 ədəd qolbaq və 1 ədəd üzükdən ibarət qızıl dəsti, 1759 manat 50 qəpik dəyərində «Pandorra» markalı 20,7 qram çəkidə 585 əyarlı bir ədəd qolbaq, iki ədəd üzük, bir cüt sırğadan ibarət qızıl dəsti, 4 ədəd ümumilikdə 578 manat dəyərində 585 əyarlı 6,8 qram çəkidə qızıl boyunbağıları, 1 ədəd 585 əyarlı 8 qram çəkidə 680 manat dəyərində qızıl qolbağı, 2 ədəd ümumilikdə 510 manat dəyərində 6 qram çəkidə 585 əyarlı tək qaşlı qızıl üzükləri götürüb ələ keçirərək, Zərərçəkmiş şəxs4 7174 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrar, «Tap.az» elan saytı vasitəsilə tanış olduğu Zərərçəkmiş şəxs4 ilə birlikdə kirayədə yaşadıqları ünvan 9 ünvanında yerləşən “28 Park Residence” yaşayış kompleksindəki mənzildən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2023cü ilin yanvar ayının ortalarında hissə-hissə olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs4 məxsus zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə ümumi dəyəri 8725 manat təşkil edən geyim əşyalarını, kosmetik əşyaları, çarpayı örtüklərini, pərdələri, qabları, əl çantalarını və ümumilikdə 765 manat dəyərində 585 əyarlı 9 qram çəkidə 3 cüt qızıl sırğaları, ümumilikdə 510 manat dəyərində 585 əyarlı 6 qram çəkidə 4 ədəd qızıl üzükləri gizli olaraq talayaraq, Zərərçəkmiş şəxs4 10000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittihamlar üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs3 ilə bağlı istintaqda ifadə vermişdir və həmin ifadəni məhkəmədə verdiyi ifadə kimi qəbul olunmasını xahiş edir. Qızıl-zinət əşyaları ilə bağlı epizodu, həmçinin 6500 manatı da qəbul etmir. Nisə özünə məxsus torpağı satıb pulunu ona vermişdir. Həmin hissədə ittihamı qəbul edir. Zərərçəkmiş şəxs2 ilə bağlı epizodla əlaqədar bildirmək istəyir ki, həqiqətən də Ramilə öz maşınını satıb pulunu ona vermişdir. Lakin Ramilə qızıl qolbağın qiymətini şişirdilmiş şəkildə bildirmişdir. Ramilənin maşını satıb 6000 manat pulu ələ keçirməsi barədə ittihamı qəbul edir, lakin 1500 manat nağd pul söhbəti olmamışdır. «Şah Maral» tipli qolbaqla bağlı epizod olmuşdur. Həmçinin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1la bağlı epizodun da doğru yazıldığını və həmin ittihamı da qəbul etdiini bildirdi. Zərərçəkmiş şəxs4 ilə bağlı epizod üzrə ifadəsində Təqsirləndirilən şəxs bildirdi ki, o, Aygünlə bir yerdə yaşamışdır, hətta sonuncu ondan hamilə də qalmışdır. Aygün özünə məxsus evi satıb 70000 manat pulu ona vermişdir. Həmin vaxt evi alan şəxs evdəki əşyalara görə 4000 manat da pul vermiş, həmin qiymətə Aygün də razılaşmışdır. Lakin onun özü bununla razılaşmamışdır. Zərərçəkmiş şəxs4 qızıl-zinət əşyaları ilə bağlı istintaqda dediklərini qəbul etmir. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs bildirdi ki, o, Zərərçəkmiş şəxs4 aid epizod üzrə 70.000 manat və 4000 manat ziyan vurulduğunu etiraf edir. Aygünlə və Nicatla bağlı epizodları qəbul edir. Evi Aygünlə bir yerdə satmışlar və pulunu da bir yerdə xərcləmişlər. Onun özü həbs olunana qədər maşın icarəyə verməklə məşğul olmuşdur. O, internetdə elan vermiş, həmin elanda adını «Ramiz» kimi göstərmişdir. Tanışlıq saytında da başqa adla qeydiyyatdan keçmişdir. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Təqsirləndirilən şəxs istintaq zamanı elan olunmuş Azərbaycan Respublikası CM-nin 178.3.2, 177.2.2 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan ittihamlarda özünü qismən təqsirli bilərək göstərmişdir ki, 2021-ci ildən 2023-cü ilədək Bakı şəhərinin müxtəlif ərazilərində səyyar şəkildə avtomobillərin icarəyə verilməsi ilə məşğul olmuşdur. Paralel olaraq Bakı şəhərində fəaliyyət göstərən müxtəlif təyinatlı obyektlərdə videomüşahidə kameralarının quraşdırılması işi ilə də məşğul olmuşdur. Zərərçəkmiş şəxs1 istintaqa verdiyi ifadəsi ilə tanış olmuşdur. Nicatın ifadəsində göstərdiklərini təsdiq edir. Nicat ona Kanadadan «Toyota» markalı «Camry» modelli avtomobil gətizdirməyi xahiş etmiş və bu məqsədlə Nicat ona hissə-hissə olmaqla ümumilikdə 20700 manat pul vermişdir. Həmin pulları 12.000 manat, 6.500 manat, 1.500 manat olmaqla əlbəəl almış, sonuncu dəfə Nicat ona məxsus "xxxx" ASC-yə aid plastik karta pul atmış və o da, pulu nəğdləşdirərək istifadə etmişdir. Onun həmin vaxt pula ehtiyacı olduğu üçün Nicatın verdiyi pulları şəxsi ehtiyaclarına xərcləmiş, Nicata isə yalandan demişdir ki, sifariş etdiyi avtomobil bu günsabah Bakıya gələcəkdir. Reallıqda o, Nicat üçün avtomobil sifariş etməmişdir. Nicatdan aldığı pulları xərcləmiş, həmin pulların hamısını elə Aygünlə münasibəti olduğuna görə özünə xərcləmişdir. Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsinə görə, ondan şikayət etmiş Zərərçəkmiş şəxs2 ifadəsi ilə tanış olmuşdur. Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiklərini qismən təsdiq edir. Belə ki, Ramilə ilə 2022-ci ilin aprel ayında «Tap.az» saytında tanış olmuş, yəni həmin saytda bir xanımla tanış olmaq istəyi haqda elan yerləşdirmiş və mobil nömrəsini yazmış, adını isə Rasim kimi qeyd etmişdir. O, ailəli olmuş, sonradan boşanmışdır. Ramilə də özü ona zəng edib onunla tanış olmuşdur. Ramiləyə işlə bağlı heç bir təklif etməmiş, noutbuku isə Ramilə ona sadəcə təmir etdirmək üçün vermişdir, lakin noutbuku təmir edə bilmədiyi üçün onu Ramilənin özünə qaytarmışdır. Ramilənin kreditə yeni noutbuk almaq istəməsi isə öz təşəbbüsü olmuşdur. Ramilə ilə yaxın münasibətdə olduğu müddətdə Ramilənin tələbatlarını ödəmiş, yəni yaşadığı mənzilin kirayə ödənişlərini (iki aya görə 900 manat) etmiş, evinə bir neçə dəfə bazarlıq etmiş, uşağına pul xərcləmiş və müəyyən məbləğlərdə Ramiləyə nağd pullar vermişdir. Ramilənin idarə etdiyi «Nissan Micro» avtomobilini isə Ramilənin öz təşəbbüsü ilə satmışdır. Belə ki, həmin avtomobilin mühərrikində nasazlıqlar olmuş, ona görə də məcbur olub həmin avtomobili nisbətən ucuz qiymətə, 6000 manata avtomobil salonuna satmışdır. Həmin məbləğ onda qalsa da, pulun böyük hissəsini yuxarıda qeyd etdiyi kimi Ramilənin özünə xərcləmişdir. «Şah maral» tipli üzüklə qolbağının birləşməsindən ibarət olan dəstə gəldikdə isə həmin dəsti o, təmir etdirmək adı ilə Ramilədən götürüb onu «Xalqlar Dostluğu» ticarət mərkəzində tanımadığı bir zərgərə satmışdır. Brilyant üzüklə bağlı Ramilənin dedikləri isə yalandır, o, brilyant üzük götürməmişdir. Ramilənin ifadəsində bank hesabı ilə bağlı göstərdikləri də yalandır, o, Ramiləyə sadəcə ölkədə fəaliyyət göstərən banklardan birində hesab açdırmağı təklif etmişdir ki, ehtiyacı olanda həmin bank hesabına pul göndərə bilsin. O, Ramiləyə xaricdə fəaliyyət göstərən bankların birində adına hesab açdırdığını, hesaba öz adına 8500 manat qoyduğunu, 10000 manat məbləğin düzəlməsi üçün 1500 manat pul vəsaiti çatmadığını, hesabda 10000 manat olduğu halda isə hər həftə 400 manat faiz alacağını deməmiş və Ramilədən bu adla 1500 manat almamışdır. Ramilə ondan polisə şikayət edəndən sonra sonuncuya 2500 manat pul qaytarmışdır. Ramiləni aldatmaq niyyəti olmamışdır. Bir sözlə Ramiləyə heç bir ziyan vurmamış, o, Ramilənin ifadəsində göstərdiyi xüsusatlarla bağlı daha çox pulu Ramiləyə xərcləmişdir. Belə ki, Ramilə onun barəsində ilk dəfə polis bölməsinə şikayət edən zaman Ramiləyə 1.000 manat pul vermişdir. Bundan başqa Ramilə ilə bir yerdə olduqları müddətdə hər ay 450 manat olmaqla 2 ay müddətində, yəni ümumilikdə 900 manat pul vermişdir. Həmçinin bir yerdə olduqları müddətdə Ramiləyə əlavə olaraq xərcləmək üçün 1.000 və 500 manat olmaqla 1.500 manat pul vermişdir. Ramilənin 2 qızı vardır. Həmin uşaqlardan birinin müalicəsinə 300 manat yardım kimi pul vermişdir. Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsinə görə, ondan şikayət etmiş Zərərçəkmiş şəxs4 verdiyi ifadəsi ilə tanış olmuşdur. Zərərçəkmiş şəxs4 dediklərini qismən təsdiq edir. Belə ki, Aygünlə 2022-ci ilin sentyabr ayında «Tap.az» saytında tanış olmuş, yəni orada bir xanımla tanış olmaq istəyi haqda elan yerləşdirmiş və mobil nömrəsini yazmış, adını isə Ramiz kimi qeyd etmişdir. Aygün də özü ona zəng edib onunla tanış olmuşdur. Aygünə işlə bağlı heç bir təklif etməmiş, noutbuka gəldikdə isə Aygünün qızı Nurayın noutbuku köhnə vəziyyətdə olduğundan, sonuncuya yeni modeldə olan noutbuku kreditə götürməyi təklif etmişdir. Sonradan həmin noutbukun ödənişini tamamilə özü etmişdir. Aygünlə faktiki olaraq ər-arvad kimi yaşamışlar. Aygünün guya evinə bir qadın gətirib anası Dünyaxanım kimi təqdim etməyini göstərməsi yalandır. Həmçinin, o, özünü Aygünə geniş imkana malik olan bir iş adamı kimi təqdim etməmiş, Rəşid Behbudov küçəsində əmlaklarının olduğunu deməmiş, həmçinin Aygünün bacısı Bikə ilə bağlı dedikləri də yalandır. Aygünə «28 Park Residence» yaşayış kompleksində mənzilinin olduğunu deməmiş, həmin mənzildə onlar sadəcə kirayə yaşamışlar. Aygünün mənzilinə gəldikdə isə, həmin mənzili Aygün özü satmaq istəmişdir. O da, bu haqda Qaraçuxurda fəaliyyət göstərən bir neçə maklerə demişdir. Mənzili 70000 manata, içindəki əşyaları Aygünün özü ilə birlikdə tanımadıqları şəxslərə 2.500 manata satmışlar. Aygün mənzilin satışından qalan 65000 manat pulu ona vermişdir. Rüsumlara və vergilərə də pul çıxılmışdır. Sonradan həmin 65000 manat pulu o və Aygün birlikdə xərcləmişlər. Aygün Qaraçuxur qəsəbəsində yaşamaq istəmədiyi üçün mənzilini satmış və onlar Aygünün istəyi ilə «28 Park Residence» yaşayış kompleksində kirayə yaşamağa başlamışlar. Aygünlə ər-arvad kimi yaşamağa başlayandan sonra Aygünə əsl adının Rəşvin olduğunu demişdir. Aygünün ifadəsində girov qoymaq üçün ona ümumi qiyməti 10000 manat olan qızıl-zinyət əşyalarını verməsi ilə bağlı göstərdikləri də yalandır. Belə ki, həmin əşyaları Aygün Bahar adlı qadından almışdır və əşyalara görə Bahara borcu qalmamış, Bahardan aldığı qızıl-zinət əşyalarının və digər əşyaların pulunu tamamilə o, ödəmişdir. O da, Bahara təxminən 2000 manat pul ödəmişdir. Sonradan pula ehtiyacı olduğundan bu haqda Aygünə demiş və sonuncudan həmin əşyaları götürüb tanımadığı bir şəxsə 800 manata satmışdır. Həmçinin, Aygünün mənzilində olan yataq və digər mebel dəstlərini, məişət əşyalarını Aygünün razılığı ilə tanımadığı şəxslərə satmış, əldə olunmuş pulu isə Aygünlə birlikdə xərcləmişlər. Aygünün guya «28 Park Residence» yaşayış kompleksində yaşadıqları mənzildən 2023-cü ilin yanvar ayının ortalarında Aygünə və qızına məxsus əşyaları Aygündən xəbərsiz götürüb aparmağı da yalandır, həmin əşyalar mənzildə qalmış və onlara toxunmamışdır. O, Aygünlə ər-arvad kimi yaşamışlar, hətta Aygün ondan hamilə də qalmışdır, lakin sonradan Aygünlə aralarında münasibətlər korlanmış və o, Aygündən ayrılmışdır. Nə o, nə də bacısı Bikə 2022-ci ilin noyabr ayından 2023-cü ilin yanvar ayına kimi kirayə yaşadığı Nəsimi rayonu, «28 Park Residens»də yerləşən mənzili guya ona məxsus olması barədə Aygünə heç bir söz deməmişlər, Aygünün ifadəsində göstərdikləri tamamilə yalandır. X12 yalnız bir dəfə onların münasibətləri pozulduqdan sonra görüşmüş və ilk dəfə Aygünü görmüşdür. Aygün ondan hamilə qalmış və 5 aylıq uşaq düşmüşdür. Onlar faktiki olaraq ər-arvad kimi yaşamışlar, hər bir ehtiyacını maddi tərəfdən o, ödəmiş, həmin mənzildə Aygünə məxsus qızıl-zinət əşyaları olmamış, o, Aygünə məxsus heç bir qızıl-zinət əşyası götürməmişdir. Aygünün və qızının heç bir qızıl əşyası olmamışdır. Aygünün Bahar adlı qızıl əşyasının satışı ilə məşğul olan tanışından onunla ər-arvad kimi yaşadığı müddətdə 2 cüt sırğa, 2 cüt balaca sırğa, 2 ədəd üzük və 1 ədəd ayaq qolbağı üçün nəzərdə tutulan qızılları almışdır, həmin qızılların pullarını şəxsən o, ödəmiş, hətta bir neçə dəfə də Baharla danışaraq Aygünün götürdüyü qızılların pullarının onun tərəfindən ödəniləcəyini bildirmişdir. Bu proseslər 2023-cü ilin yanvar-fevral aylarında olmuşdur. Sonradan ona pul lazım olduğundan həmin qızılları Aygün ona vermişdir ki, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən lombarda qoyub 800 manat pul götürmüşdür. Yəni, Aygün həmin qızılları da ona verərkən demişdir ki, onsuz da qızıllar onun pulları ilə alınmış, buna görə də onun halalıdır. O, aldıqlarından başqa Aygünün özünə və yaxud da qızına məxsus hər hansı bir qızıl-zinət əşyası olmamışdır. Bundan əlavə Aygünə məxsus əlavə olaraq heç bir əşya götürməmiş, Aygünün ifadəsində göstərdikləri sadəcə olaraq gülüncdür. Aygünə məxsus 4 ədəd «G» aparatlarının faktiki olaraq kredit pullarını o, keçirmiş, evi təhvil verən zaman həmin aparatları götürərək ofisinə yığmış, daha sonra həmin aparatların 3 ədədi Aygünə təhvil verilmiş, aparatların kreditlərini 4 ay müddətində o, ödədiyindən onun 1 ədədini pul əvəzi özündə saxlamışdır. Bundan əlavə, Aygün öz ifadəsində qeyd etmişdir ki, guya o, kirayə yaşadıqları mənzildən köçərkən Aygünə məxsus olan geyim əşyalarını, pərdələri, yataq dəstlərini, əl çantaları, qızıl əşyalarını və sair digər məişət ləvazimatlarını aparmışdır. Həqiqətdə belə bir hal olmamışdır. Aygünə və ailə üzvlərinə məxsus geyim əşyaları və sair məişət ləvazimatları ona nə səbəbə lazımdır ki, onları götürsün. Aygün belə görünür ki, hər cür vasitə ilə onun əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunmağını istəyir. Bu səbəbdən də öz ifadəsində göstərdiklərinin heç bir məntiqi əsası yoxdur. Həmçinin ifadəsində guya bacısı Bikə onu görən zaman «Ramiz» kimi çağırmış, əslində belə bir hal baş verməmişdir. Aygün onunla ailə həyatı qurmağa hazırlaşmış, onlar bir-birlərini sevmişlər, hətta Aygün ondan hamilə qalmışdır. Hamilə qaldıqdan sonra qeydiyyata düşdüyü yerdən arayış götürərək nikaha daxil olmaq üçün müvafiq zaks idarəsinə müraciət etmişdir. Aygünün öz ifadəsində qeyd etidikləri tamamilə yalandır. Aygünə qarşı nəinki oğurluq, heç dələduzluq da etməmiş, Aygün onu şərləyir, onlar bir ailə kimi yaşamışlar, bir ailə kimi Aygünə və sonuncunun övladına baxmış, hətta övladına atalıq da etmişdir. Həmçinin ona müstəntiq tərəfindən ittiham verilmişdir ki, guya Aygünə məxsus olan Bakı şəhəri, Suraxanı rayonu Qaraçuxur qəsəbəsi, Qəzənfər Vəliyev küçəsi ev 5, 8 nömrəli mənzili dəyərindən ucuz qiymətə, yəni 70.000 manata satıb həmin pulu dələduzluq yolu ilə ələ keçirmişdir. Aygün özünə məxsus mənzili öz fikri əsasında satmışdır. Belə ki, həmin mənzilin satılma prosesində Aygünün anası Tamilla özü də iştirak etmişdir. Mənzili ilk öncə Aygün və Tamilla birlikdə «KABU» kimi tanınan, əsl adı Abuzər olan maklerlə əlaqə saxlayıb satmaq istədiklərini bildirmişlər. Həmin makler mənzili sata bilmədikdən sonra başqa makler vasitəsi ilə Anar adlı şəxsə satılmışdır. Mənzili satmaqda məqsədi o olmuşdur ki, guya keçmiş əri onların yaşadıqları mənzili bildiyindən tez-tez onları narahat edir, həmçinin qonşularla münasibətləri yaxşı deyil, guya onları mənzildə «cinlər» boğur, bir sözlə həmin mənzildə sıxılırlar. Mənzili satdıqdan sonra 70.000 manatın 2.000 manatını maklerə vermişlər, qalan 68.000 manatın təxminən 20.000 manatı ona məxsus olan "xxxx" ASC-yə məxsus plastik kartdan Aygünə məxsus olan karta göndərilmişdir. Həmçinin həmin pula Aygün özü dəfələrlə geyim əşyaları almış, həmçinin gündəlik tələbatlarını qarşılamaq üçün həmin puldan istifadə edilmişdir. Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsinə görə, bundan başqa, Zərərçəkmiş şəxs3 ilə 2021-ci ilin avqust ayında «Tap.az» saytının tanışlıq səhifəsindən tanış olmuş, sonradan aralarında normal münasibətlər yaranmış, daha sonra isə aralarında qeyri-rəsmi münasibətlər olmuşdur. 2021-ci ilin sonlarında Nisəyə təklif etmişdir ki, ona məxsus stansiya Sumqayıt qəsəbəsi ərazisində yerləşən torpaq sahəsini satsınlar və xaricdən avtomobil gətizdirməklə «rentkar»da icarəyə verməklə işlədib gəlir qazansınlar. Nisə onun təklifi ilə razılaşmış və Nisəyə məxsus Sumqayıt şəhərində yerləşən torpaq sahəsinə müştəri tapmışlar və torpaq sahəsini 10.000 (on min) manata satmışlar. Nisə Sumqayıt şəhərində yerləşən 4 saylı Notariat ofisinin içində ona 10.000 (on min) manat pul vermişdir. Həmin zaman maddi durumu yaxşı olmadığından həmin pulu şəxsi ehtiyaclarına xərcləmiş və fikirləşmişdir ki, pulu olanda xarici ölkədən avtomobil gətirər. Həmin puldan 5650 manatı da tanışı Yusifə bir neçə günlüyə borc vermişdir. Lakin Yusif də verdiyi pulu qaytarmamışdır. Ona görə də, Nisə ondan maşın haqqında soruşduqda, o, səbrli olmasını bildirmiş, lakin pulu Yusifə verdiyini söyləməmişdir. Artıq Nisə ondan tez-tez pulunu istəməyə başladıqda, o, məcbur olub özü Nisənin pulundan bir hissəsini, yəni 1.000 manat, 1.000 manat, 500 manat, 500 manat, 1000 manat olmaqla müxtəlif vaxtlarda kart hesabına köçürmüş və ya əlbəəl Nisənin özünə vermişdir. Bundan əlavə, Nisənin kirayə yaşadığı evin iki aylıq kirayə pulunu da, yəni 500 manat pulu da o, Nisəyə vermişdir. Nisə ona 10.000 manat pulu verdikdən bir müddət sonra pul qurtarmış və Nisəyə demişdir ki, avtomobil gəlmiş, gömrük rəsmiləşdirilməsi üçün pul lazımdır. Nisə də ona etiraz etməyib öz qızıllarını lombarda girov qoyub Sumqayıt şəhəri parkın yaxınlığında görüşüb ona 700 manat pul vermiş, bir neçə gündən sonra əlavə olaraq 500 manat pul vermişdir. Onun hesablamalarına görə onun Nisəyə hazırda 6.200 (altı min iki yüz) manat borcu qalmışdır. O, Nisədən xaricdən avtomobil alıb gətirmək adı ilə ilk dəfə 10.000 (on min) manat, daha sonra isə 700 və 500 manat olmaqla, ümumilikdə 11.200 manat pul almışdır. Həmçinin, təxminən 2022-ci ilin yay aylarında Nisəyə olan borcundan qaytarmaq üçün 3.000 (üç min) manat vermək istədikdə, Nisə həmin pulu almamış və bildirmişdir ki, pulu saxlasın, birgə gəzməklərdə xərcləyərlər. Belə də olmuş, həmin 3.000 manat pulu onlar birgə xərcləmişlər. O, Nisə adlı xanımdan heç bir qızıl-zinət əşyaları qəbul etməmiş və yaxud da dələduzluq yolu ilə ələ keçirməmişdir. Əvvəlki ifadəsində müstəntiq tərəfindən qeyd edilmişdir ki, guya o, Nisəyə məxsus qızıl-zinət əşyalarını zərgər dostunun köməkliyi ilə yenisi ilə əvəz edə biləcəyini yalandan deyib 7-8 predmet Rusiya istehsalı olan Nisəyə məxsus qızılları Bakı şəhərində xatırlamadığı ünvanda xatırlamadığı şəxsə 2500 manata satıb əldə olunan pulu şəxsi ehtiyaclarına xərclədiyini göstərmişdir. Əslində belə bir hal olmamış, ola bilsin ki, ifadəsini alan müstəntiq onu düzgün başa düşməmiş, o, Nisəyə məxsus hər hansı bir qızıl əşyasını dələduzluq yolu ilə ələ keçirməmişdir. Nisə özünə məxsus bir neçə qızıl dəstini lombarda qoyaraq 700 manat pul götürüb ona vermişdir. Təqsirləndirilən şəxs ifadəsində həmçinin göstərmişdir ki, Nisədən avtomobil gətirmək üçün 10.000 manat pul almışdır. Belə ki, Nisəyə məxsus avtomobil satılan zaman 12.000 manatı Nisə götürmüş, üzərindən 2000 manat özü götürmüş, qalan 10.000 manatını Nisə avtomobil gətirmək üçün ona vermiş, lakin həmin günü kart vasitəsi ilə o, 10.000 manat puldan 1.000 manat pulu Nisə istədiyinə görə özünə göndərmişdir. X2 dedikləri yalandır və əsassızdır. Belə ki, həmin ərəfədə, yəni 2023-cü ilin fevral ayında o, Zərərçəkmiş şəxs4 ilə ər-arvad kimi yaşamışdır. 2023-cü ilin fevral ayında Aygünün qardaşı X8 Krallığından yeni gəlmişdir. 2023-cü ilin fevral ayının sonlarında onunla görüşən zaman demişdir ki, İsveç Krallığından gələn zaman 2 ədəd «İphone 14 Pro Max» markalı mobil telefon gətirmiş, 36 faiz gömürük rüsumunu ödəmədiyindən telefonların işlək vəziyyətdə olması məhdudlaşdırılacaq və belə olan halda da mobil telefonları kiməsə sata bilməyəcək. Hətta söhbətin davamında mobil telefonla internetə daxil olub mobil telefonlar barəsində maraqlanmışlar. Bir sözlə Elməddin Məmmədov mobil telefonların satışını ona tapşırmış, lakin mobil telefonların hansı qiymətə satılacağı və yaxud da Elməddin Məmmədova konkret olaraq nə qədər pul verəcəyi barədə aralarında heç bir danışıq olmamışdır. Bundan sonra Elməddin Məmmədov atasının yaşadığı mənzildə mobil telefonları ona təqdim etmiş, o, mobil telefonları Elməddindən qəbul etmişdir. Mobil telefonların gömrük pulları olan, yəni mobil telefonların ayrı-ayrılıqda maya dəyərinin 36 %-ni ödəmədən ümumilikdə onları 3.900 manata tanımadığı şəxsə satmışdır. Mobil telefonları satdıqdan sonra o, inciklik olmasın deyə 4.600 manat Elməddinə pul vermişdir. Çünki bilmişdir ki, 3.900 manata satdığını Elməddinə desə, sonuncu ondan inciyəcək. Elməddin yalandan yazmışdır ki, guya aralarında həmin mobil tejefonları 6.500 manata satılacağı barədə razılığa gəlmişlər, bu tamamilə yalandır, mobil telefonları 36 % olan gömrük rüsumu ödənmədiyindən mobil telefonların birini 1950 manat olmaqla, ümumilikdə 3900 manata satmışdır. Şahid1 dedikləri yalandır, şər və böhtandır. Belə bir hal ümumiyyətlə olmamışdır. Çünki həmin vaxt onun onlarla heç bir əlaqəsi olmamışdır, onlar ümumiyyətlə onun istifadəsində olan bütün mobil nömrələri qara siyahıya atmışlar, onun istifadəsində başqa mobil nömrə olmamışdır. O, bir daha göstərir ki, Zərərçəkmiş şəxs4 ilə ər-arvad kimi yaşamışlar, aralarında da mütəmadi olaraq yaxın münasibətlər olmuşdur, hətta Zərərçəkmiş şəxs4 ondan hamilə qalmışdır. O, nə vaxtsa Aygünlə aralarında olan intim münasibətlərini video görüntüyə almamış, onda elə bir videogörüntü olmamışdır. Düşünür ki, Zərərçəkmiş şəxs4 və Şahid1 qəsdən olaraq belə bir mövzuda ifadə vermişlər, buna da səbəb ona başqa cür təzyiq edib onlara dəymiş maddi ziyanın ödətdirilməsinə nail olmaq və onunla ədavət aparmalarıdır (cild 2, iş vərəqi 269-274). Elan olunmuş ifadələrlə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs dindirmə protokollarındakı imzaların ona məxsus olduğunu, lakin həmin ifadələri qismən, yəni məhkəmədə verdiyi etirafedici ifadələr hissəsində təsdiq etdiyini bildirdi. Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs4 ifadəsində bildirdi ki, internet vasitəsilə təqsirləndirilən şəxslə tanış olmuş və hətta iki dəfə onunla dəniz kənarında görüşmüşdür. Sonuncu, ona qarşı olan fikrinin ciddi olduğunu və evlənmək istədiyini bildirmişdir. Bundan sonra hətta anasını da dəvət etmiş və ona da fikrinin ciddi olduğunu demişdir. Zərərçəkmiş şəxs4 ifadəsinə görə, həmin vaxt o, Qaraçuxurda yaşamışdır. Bir dəfə isə Rəşvinin bacısı Bikə qardaşının telefonu ilə ona zəng edərək Qaraçuxurdan şəhərə necə gəlib-getdiyini, oranın uzaq olduğunu, qardaşının Rəşid Behbudov küçəsində evi olduğunu deyərək, Qaraçuxurdakı evi satmağı və gəlib buradan ev almağı məsləhət görmüşdür. Bacısı həmçinin ona bildirmişdir ki, onun «Kandella» aparatı var, özü həkim işlədiyinə görə həmin aparat ona lazım deyildir və aparatı verib işlətməyi ona təklif etmişdir. Bundan sonra onlar Nəsimi rayonu ərazisində onların dediyi evə köçmüşlər. Bikə ona bildirmişdir ki, ev sahibi əlimyandıda 600.000 manatlıq evi 450.000 manata satır, onların həmin evi almağa pulu çatmır, ona görə də təklif etmişdir ki, o da, öz evini satsın və onlar həmin evi alsınlar. Həmin vaxt Rəşvin özü qəsdən evdə krantın başını sındırmış və evi su basmışdır. Bundan istifadə edən Rəşvin su krantını düzəltmək üçün usta çağıracağını bildirmiş və onları evdən çıxarmışdır. Həmin vaxt onun özünün mədəsində ağrılar olduğu üçün müalicə olunmuşdur. Bir müddətdən sonra Rəşvinə evə getmək istədiyini deyib evinə aparmağı xahiş etmiş, lakin hər dəfə Rəşvin evin su içində olduğunu bildirib müxtəlif bəhanələr gətirmişdir. Bacısı Bikə də evin su içində olduğunu, düzələndən sonra özünün gəlib aparacağını bildirmişdir. Artıq baş verənlərə atası dözməmiş və onları da götürüb evə getmişlər. Onlar gələndə oradakı şəxslər evin Murad Mustafayev adlı şəxsə məxsus olduğunu demişlər. O da, bunu biləndən sonra Rəşvinin bacısına zəng edib bildirmiş, bacısı demişdir ki, məlumatı yoxdur, ola bilsin ki, qardaşı evi satmışdır. Sonra baxanda bilmişdir ki, onlar evdən hər şeyi oğurlamışlar, uşağının atasından qalan qızıllarını, paltarlarını, qələm, dəftər-kitabına qədər hamısını oğurlamışlar. Sonradan ona aydın olmuşdur ki, baş verənlər hamısı qabaqcadan quraşdırılmış işlər olmuşdur və qəsdən ona qarşı edilmişdir. Bir dəfə polis işçiləri «Rahat market»in yanında Rəşvini tutub aparanda, polislərə şəxsin özünün həyat yoldaşı olduğunu demişdir. Onda polis əməkdaşları ona bildirmişlər ki, o, təhlükəli cinayətkardır və respublikada atmadığı adamlar qalmamışdır. Həmin vaxt Nicat həkim də ona zəng etmiş və Rəşvinin ona da pul atdığını demişdir. Zərərçəkmiş şəxs4 ifadəsinə görə, bundan sonra Rəşvin intim videolarla onu şantaj etməyə başlamışdır. Onlara Qaraçuxurdakı atanın evini də satıb getməyə məcbur olacaqlarını demişdir. Bir dəfə də atasına bir video atmış, həmin videoya baxandan sonra atasının vəziyyəti pisləşmiş və 3 ay komada qalmışdır. Onun Qaraçuxurdakı evinin qiyməti 70000 manat deyil, daha bahadır. Çünki həmin ev 4 otaqlı, tam təmirli mənzil olmuşdur. Həmçinin Rəşvin onun 9-10 min manat dəyərində qızıl-zinət əşyalarını götürmüşdür. Sualları cavablandıran Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs tərəfindən ona bir manat da olsa qaytarılmadığını, evdə qızının alimentini belə kartdan çıxarıb apardığını, təqsirləndirilən şəxsin bacısının onlara «28 May»da yerləşən evin qardaşına məxsus olduğunu bildirdiyini, təqsirləndirilən şəxs tutulandan sonra evə qayıdanda komendatın onlara mənzilin Murad adlı şəxsə məxsus olduğunu dediyini, evdən əşyaları götürəndə qızıllarının, bahalı sumkasının olmadığını gördüyünü, birgə yaşadıqları müddətdə Rəşvinin 1-2 dəfə evə bazarlıq etdiyini, çox vaxt isə bazarlığın atası tərəfindən edildiyini, Rəşvinlə iki ay evli olduqlarını, ona dəymiş ziyanla bağlı heç bir ödəniş edilmədiyini, onların evinə Rəşvinin anası kimi təqdim etdiyi qarasaçlı bir xanımın elçi gəldiyini, sonradan həmin qadının Rəşvinin anası olmadığını bildiyini, Rəşvinin öz anası və bacısının köməkliyi ilə onu aldatdığını bildirdi. Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, təxminən iki il qabaq internet saytında iş elanını görüb qeyd olunmuş mobil telefonla əlaqə saxlamışdır. Zəngə cavab verən şəxs adının Rasim olduğunu bildirib videokameraların quraşdırılması ilə məşğul olan şirkətin rəhbəri kimi xanım işçi axtardığını demiş və onunla əlaqə saxlayacağını bildirmişdir. Polisə şikayət edəndən sonra özünü Rasim kimi təqdim etmiş şəxsin əsl adının Rəşvin olduğunu bilmişdir. Təxminən iki-üç gün sonra Rəşvin yenidən zəng edərək onu işə götürdüyünü bildirmiş və ondan şəklini istəmişdir. O da, «VVhatsApp» vasitəsilə Rəşvinə fotoşəkilini göndərmişdir. Rəşvin ona işə çıxacağı gün özü ilə şəxsiyyət vəsiqəsini və Covid-19 virusuna qarşı 3-cü peyvəndin vurulmasını təsdiq edən sənədi gətirməyi demişdir. 3-4 gün sonra Rəşvin zəng edərək onda noutbuk olub-olmadığını soruşmuş, o, müsbət cavab verəndən sonra Rəşvin gəlib noutbuku götürəcəyini və ofisdə işləmək üçün yeni proqram yazdıracağını bildirmişdir. O, etiraz etməmiş və həmin gün Rəşvinlə yaşadığı binanın qarşısında görüşüb noutbuku ona vermişdir. Rəşvin görüşə Lexus markalı avtomobillə gəlmiş, onda Rəşvinə qarşı inamı daha da artmışdır. Rəşvin notubuku götürüb getmiş, ikiüç saat sonra ona zəng edərək noutbuka lazım olan proqramı yazdırmaq mümkün olmadığını, buna görə kreditə yeni modeldə noutbuk götürməyi təklif etmiş, kredit ödənişinin özünün edəcəyini bildirmişdir. O, etiraz etməmiş, növbəti gün Rəşvinlə Xətai rayonundakı «Kontakt home» mağazasına getmiş, lakin əvvəl həmin mağazadan kreditə götürdüyü əşyaya görə gecikmə olduğundan orada noutbukun kreditə verilməsindən imtina edilmişdir. Bundan sonra Rəşvin onunla daha səmimi söhbətlər etməyə başlamış, ona boşandığını, ondan xoşu gəldiyini, ona arxa-dayaq olacağını, maddi cəhətdən kömək edəcəyini bildirmişdir. O da, Rəşvinə inanıb onunla yaxınlıq etməyə başlamışdır. 2022-ci ilin may ayında Rəşvin onu «28 May» metrostansiyasınm yaxınlığında yerləşən bir mənzilə gətirmiş, həmin mənzilin özünə məxsus olduğunu, həmin mərtəbədə ayrı-ayrı mənzillərdə bacısının və anasının yaşadıqlarını bildirmişdir. Həmin gün onlar Rəşvinlə intim münasibətdə olmuşlar. Sonra yenidən görüşlər keçirərək intim əlaqədə olmuşlar və Rəşvin tam olaraq onun etibarını qazanmışdır. 2022-ci ilin aprel ayında Rəşvin ona idarə etdiyi 2013-cü il buraxılışlı «Nissan Micro» markalı avtomobili satmağı, əvəzində xaricdən ona «Hyundai Elantra» markalı avtomobil gətizdirəcəyini, çatmayan 6000-7000 manat məbləği özünün verəcəyini demişdir. O da, avtomobilində nasazlıq olduğu üçün Rəşvinin təklifini qəbul etmişdir. Sonra Rəşvin onu Sumqayıt şəhərində fəaliyyət göstərən bir avtosalona gətirmiş, orada avtomobil salonunu işlədən şəxslə danışandan sonra maşını həmin şəxsə 6000 manata satdığını bildirmişdir. O, avtomobilinin qiymətinin daha yüksək olduğunu desə də, Rəşvin ona narahat olmamağı, onun üçün alacağı maşına görə çatışmayan məbləği öz cibindən qoyacağını demiş, o da, Rəşvinə inanmışdır. Onlar notariusa getmiş, orada Rəşvinin dediyi adamın adına etibarnamə yazdırmışdır. Avtomoblin satışından əldə etdiyi 6000 manat pul isə Rəşvinin özündə qalmışdır. Bir neçə gün sonra Rəşvin ona almaq istədiyi «Hyundai Elantra» markalı avtomobilə görə ilkin ödəniş etdiyini, həmin maşının bir aydan sonra çatacağını bildirmiş, o da, Rəşvinə inanmışdır. Zərərçəkmiş şəxs2 ifadəsinə görə, 2022-ci ilin may ayında Rəşvin ona zərgər dostu olduğunu, bəyənmədiyi qızıl-zinyət əşyası varsa, onu dostuna verib istədiyi modeldə əşya düzəltdirə biləcəyini demişdir. O da, özündə olan «Şah maral» adlı komplekti düzəltdirmək istədiyini bildirmiş, yaşadığı binanın qarşısında Rəşvinlə görüşüb həmin dəsti sonuncuya vermişdir. Həmin vaxt Rəşvin onun barmağında brilyant qaşlı üzüyü görüb həmin üzüyü də sözügedən dəstə birləşdirməyi təklif etmiş və o, Rəşvinə inandığından üzüyü çıxarıb vermişdir. Lakin deyildiyi vaxt Rəşvin dəsti gətirməmiş və müxtəlif bəhanələr gətirmişdir. Həmin ərəfədə Rəşvin ona xarici ölkələrin birində fəaliyyət göstərən bankda adına hesab açdırdığını, həmin hesaba 8500 manat qoyduğunu, 10000 manat məbləğin düzəlməsi üçün 1500 manat pul vəsaitinin çatmadığını, hesabda 10000 manat olduğu halda hər həftə 400 manat faiz alacağını demişdir. O, Rəşvinə inanıb təxminən 2022-ci ilin may ayının ortalarında Xətai rayonunda fəaliyyət göstərən «Bazarstore» supermarketinin qarşısında görüşmüş və orada Rəşvinə 1500 manat pul vermişdir. Lakin Rəşvin vəd etdiyi avtomobili gətizdirməmiş və qızıl-zinyət əşyalarını qaytarmamış, vəd etdiyi bank faizlərini də almamışdır. O da, bir müddət gözləyəndən sonra DİN-nin 102 xidmətinə Rəşvindən şikayət etmişdir. Şikayət edəndən sonra Rəşvin ona bir dəfə 1000 manat və bir dəfə də 1500 manat qaytarmışdır. Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs1 istintaqda verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, təqsirləndirilən şəxsi bir tanışının toyunda tanımış, Rəşvin ona «Rent Kar»da işlədiyini demişdir. Sonradan Rəşvin ona Kanadada tanışı olduğunu, həmin şəxsin vasitəsilə Azərbaycana bir neçə avtomobil gətizdirib satdığını bildirmiş, ona da maşın gətizdirə biləcəyini demişdir. Rəşvin ona bir neçə avtomobilin Azərbaycana gətirilməsi ilə bağlı videolar göstərmiş və həmin videolar onda Rəşvinə qarşı inam yaratmışdır. Rəşvin ona Kanadadan 21000 manata «Toyota Camry» markalı maşın gətizdirmək imkanı olduğunu demiş, o da, Rəşvinin təklifini qəbul etmişdir. Sonradan Rəşvinə hissə-hissə əvvəlcə 12000 manat, sonra 6500 manat, 1500 manat və 700 manat olmaqla ümumilikdə 20700 manat pul vəsaitini ələ keçirmişdir. Lakin Rəşvin nə söz verdiyi vaxtlarda, nə də ki, ondan sonra maşını gətirməmiş, hər dəfə müxtəlif bəhanələr gətirməklə onu aldatmışdır. Son vaxtlar o, Rəşvindən pulunu qaytarmağı tələb etmiş, Rəşvin pulu qaytaracağına söz versə də, ondan yayınmışdır. Hazırkı vaxtadək Rəşvin ondan aldığı pulu qaytarmamışdır, vurulmuş maddi ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs3 istintaqa verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, 2021-ci ildə tanışlıq saytında adını «Cəmil» kimi qeyd etmiş şəxslə tanış olmuş, onunla bir ay saytda danışmış və sonradan görüşmüşlər. Görüş zamanı Rəşvin ondan evi olub-olmadığını və nə işlə məşğul olduğunu soruşmuş, o da, evinin olmadığını, kirayə qaldığını bildirmişdir. Lakin söhbət zamanı o, 3 sot torpağı olduğunu və həmin ərazidə həmin torpağın qiymətinin 24.000 manat olduğunu da Rəşvinə demişdir. Rəşvin ona həmin torpağı yarı qiymətinə, yəni 12.000 manata satdırmış və puluna iki maşın gətizdirməyi təklif etmişdir. O, razılaşmış, notarusa gedərək 1000 manat pulu özünə götürmüş, qalan 11.000 manatı isə Rəşvinə vermişdir. Üstündən 1 ay keçsə də, maşın gəlməmiş və o, hər dəfə soruşanda Rəşvin ona narahat olmamağı, maşının gələcəyüini bildirmişdir. Həmin ərəfədə də onun özü işdən çıxmış, pulu olmayan müddətdə Rəşvin ona 3-4 dəfə pul vermişdir. Sonradan ona yenidən pul lazım olduğunu bildirmiş, o da, qızıllarını girov qoub 750 manat pul götürmüş, onun 50 manatını özünə saxlamış, qalan 700 manatı isə Rəşvinə vermişdir. Daha sonra isə o, öz xalasından 500 manat da əlavə pul alıb Rəşvinə vermişdir. Suallara cavabında Zərərçəkmiş şəxs3 Rəşvinlə ümumən iki ay münasibəti olduğunu və bunun bir ay müddətində ər-arvad münasibətində yaşadıqlarını, torpağı satıb pulu götürəndə Rəşvinin ona maşın gətirib icarəyə verəcəyini və bununla da gün ərzində 70- 100 manat qazanc olacağını dediyini, Rəşvinlə tanış olanda özünün kirayədə yaşadığını, Rəşvinin ona Bakıda kirayə ev tutub yanına gətirəcəyini dediyini, qaldığı evin 350 manat kirayə pulunu verdiyini, Rəşvinlə tanış olduğu müddətdə sonuncunun ona təxminən 2500- 3000 manat pul xərclədiyini, Rəşvinin sonda ona ümumi nə qədər pul qaytardığını bilmədiyini, bu barədə qəbzlərin Rəşvində olduğunu bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində Aygünün onun doğma qızı olduğunu, Təqsirləndirilən şəxs isə hadisə baş verənə qədər tanımadığını, onunla qohumluq, düşmənçilik və ədavəti olmadığını bildirdi. Şahd Şahid1 ifadəsinə görə, qızı Aygün əvvəllər ailəli olmuş, 2021-ci ildə həyat yoldaşından boşanmış, Aygün boşandıqdan sonra öz qızı ilə Qaraçuxur qəsəbəsi, Qəzənfər Vəliyev küçəsi, ev 5, mənzil 8 ünvanında yaşamışlar. 2022-ci ilin oktyabr ayında həyat yoldaşı Tamella Həşimova ona Ramiz adlı bir nəfərin Aygünlə tanış olduğunu və ailə qurmaq fikrində olduqlarını bildirmişdir. O da, bu təklifə heç bir söz deməmişdir. Təxminən 1 ay sonra Ramiz adlı bir nəfər ona mobil telefonla zəng vurub onun qızı ilə ailə qurmaq istədiyini, fikrinin ciddi olduğunu bildirmişdir. O da, etiraz etməmiş, həm qızından, həm də arvadından nə vaxt elçiliyə gələcəyini soruşduqda, onlar 1-2 günə gələcəklərini demişlər. Lakin Ramizgildən bir xəbər çıxmamış, onun bir ata kimi Ramizlə və ailəsi ilə ünsiyyəti olmamışdır. Ramiz özü və bacısı Bikə hər dəfə elçi gələcəyini desələr də, sonradan müxtəlif bəhanələr etmişlər. Onun Aygünün yaşadığı Qaraçuxur qəsəbəsindəki mənzilin Rəşvin tərəfindən başqa şəxsə satılması barədə heç bir məlumatı olmamışdır. X13 məxsus mənzili satan zaman bacısı Bikə ilə demişlər ki, bu barədə heç kimin məlumatı olmasın, guya Ramiz özü bu pulun üstünü düzəldib, şəhərin mərkəzindən 6 otaqlı ev alıb süpriz edəcəklər. Sonradan iki dəfə Bikəni onun yaşadığı mənzilin qarşısına gələn zaman görmüş, sonuncu Aygünə arıqlama cihazlarını gətirmişdir. 2023-cü ilin yanvar ayında o, özünün və bacısının təqdim etdiyi Ramiz adlı şəxsin əsl adının Rəşvin olduğunu, sonuncu qızı Aygünlə birlikdə yaşadığı müddətdə həmin yaşadıqları mənzili Aygünə və onun arvadı Tamellaya öz evi kimi təqdim etdiyini bilmişdir. Rəşvin birgə yaşadıqları müddətdə qızı Aygünə məxsus mənzili dələduzluq yolu ilə ələ keçirmiş, həmçinin qızı Aygünə məxsus qızıl əşyalarını və digər çoxlu sayda elektron əşyaları, qabaq-qacaq, yataq dəstlərini, geyim paltarlarını ələ keçirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Təvəkül qızı Zərərçəkmiş şəxs4 anası olduğunu bildirərək, əri Şahid1 məhkəmədəki ifadəsi ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Rəşvin onun doğma oğludur, əvvəllər ailəli olmuş, təxminən 3 ildən çoxdur ki, boşanmışlar və ayrı-ayrı yaşayırlar. Oğlu Rəşvinin hansı qızlarla yaxın münasibətdə olması, həmçinin Zərərçəkmiş şəxs4 ilə yaxın münasibətdə olması, ər-arvad kimi yaşamaları barədə əvvəlcədən onun heç bir məlumatı olmamışdır. Bu barədə sonralar Rəşvin axtarışa verildikdən sonra bilmişdir. Sonradan eşitmişdir ki, Rəşvin Zərərçəkmiş şəxs4 əlavə Ramilə, Nisə adlı xanımlarla da münasibətdə olmuşdur. 20 iyun 2023-cü il tarixdə Rəşvin Xətai rayon Polis İdarəsində olarkən ona mobil telefon vasitəsi ilə tutulmağı barədə məlumat vermişdir. Həmin vaxtdan sonra Aygün ilə cəmi 1 dəfə mobil telefonla danışmışdır. Belə ki, bir gün gecə bir nəfər qadın ona zəng vuraraq Aygün olduğunu demiş, onu nalayiq sözlərlə təhqir etmişdir. Daha sonra isə bir dəfə Aygünün atası Əlövsət kişi onunla telefon əlaqəsi saxlamış və onunla normal danışmışdır. Sonradan isə bir dəfə Rəşvinin vəkili vasitəsi ilə Aygünün anası Tamella xanımla görüşüb ziyan barədə söhbət etmişlər. Bundan başqa onlarla heç bir əlaqəsi olmamışdır. Sonradan eşitmişdir ki, Aygünlə Rəşvin ər-arvad kimi yaşamış və aralarında pul problemi var. Aygünün guya əşyalarının Rəşvin tərəfindən götürülməsi barədə onun heç bir məlumatı yoxdur. Ümumiyyətlə müstəntiqə ifadə verənə qədər Aygünü görməmiş, onu tanımamış, yalnız adını eşitmişdir. Oğlu Rəşvini o, həmçinin ailə üzvləri və digər qohumları «Ramiz» kimi çağırmışlar. Çünki Rəşvinin öz atası Bala-Ağa ilə 10 ildən çoxdur ki, münasibətləri yoxdur. Rəşvinin adını atası qoyduğundan, sonuncu, onlara və tanışlarına xahiş etmişdir ki, onu Ramiz deyə çağırsınlar. Aygün və onun ailə üzvləri oğlu tərəfindən onlara dəymiş maddi ziyanın ödənilməməsini görüb hər vasitə ilə ona və qızı Bikəyə təzyiqlər göstərir və bu gün də həmin təzyiqlər davam edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qardaşıdır, əvvəllər evli olmuş, təxminən 4-5 il bundan əvvəl boşanmışdır. O, Rəşvini sonuncu dəfə 2023-cü ilin mart ayında görmüş, sonradan qardaşı ilə heç bir ünsiyyəti olmamışdır. Zərərçəkmiş şəxs4 ilə ilk dəfə 2023-cü ilin mart ayında tanış olmuş, qardaşı Rəşvin Aygünlə birlikdə yaşadığını, xoşbəxt olduqlarını və Aygünün ondan hamilə qaldığını bildirmişdir. Həmin vaxt Rəşvin onu Aygünlə tanış olmaq üçün valideynləri ilə birlikdə yaşadığı evin qarşısına gətirmiş, orada Aygün, azyaşlı qızı və anası Rəşvinin idarə etdiyi maşına minmişlər. Söhbət zamanı Aygün ona Rəşvinin ona məxsus mənzili 70000 manata satıb pulu ələ keçirdiyini bildirmiş, ya pulu, ya da mənzilin qaytarılmasını Rəşvindən tələb etmişdir. O, Rəşvinə iradlarını bildirərək, belə olubsa, Aygünün pulunu qaytarmağını demişdir. Rəşvin isə Aygünə mənzilini, ya da ki, 70000 manat pulunu qaytaracağına söz vermişdir. X11 arasında avtomobildə mübahisə də olmuş, o, Aygünün anası ilə birlikdə onları sakitləşdirdikdən sonra Aygünün anası və atası çay içmək üçün onu evə dəvət etmişlər. Lakin o, həmin şəxsləri yaxşı tanımadığı üçün onların evinə getməmiş və Rəşvinlə birlikdə oradan uzaqlaşmışlar. Sonradan ona məlum olmuşdur ki, Rəşvin Aygünün nə mənzilini, nə də ki, pulunu qaytarmamışdır. Ona görə də, Aygün Rəşvindən polisə şikayət etmişdir. Qardaşının 70000 manat pulu hara xərclədiyini bilmir. O, heç vaxt Zərərçəkmiş şəxs4 məxsus mənzildə olmamış, özünü Aygünə həkimpsixoloq kimi təqdim etməmişdir. Həmçinin onlarla söhbət zamanı Rəşvinə «Ramiz» deyə müraciət etməmişdir. Rəşvinin «28 Park Residence» yaşayış kompleksində mənzili olduğunu Aygünə deməmiş, Rəşvinin Aygünə məxsus olan əşyaları hara apardığını və kimə verdiyini bilmir, bu haqda heç bir məlumatı yoxdur. Şahid4 Aygünün evində heç vaxt olmadığını, ümumiyyətlə Aygünün evinin harada olmasını bilmədiyini, onun «Aleksandrit» adlı aparatının olmadığını və Aygünə bu barədə heç vaxt heç nə demədiyini, qardaşı Rəşvinlə atası Bala-Ağanın artıq 10 ildir ki, münasibətlərinin olmadığını, buna görə adını atası qoyduğu üçün Rəşvinin onlardan xahiş edərək onu «Ramiz» adlandırmağı xahiş etdiyini, neçə ildir ki, onları Rəşvini «Ramiz» deyə çağırdıqlarını, Zərərçəkmiş şəxs4 onun və ailəsi barədə dediklərinin yalan, şər və böhtan olduğunu, Aygünlə yalnız bir dəfə görüşdüyünü və sonradan görüşlərinin olmadığını ifadəsinə əlavə etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi, 10 ünvanında yerləşən «28 May Residens» yaşayış kompleksində ona məxsus mənzil vardır. Mənzil 28 nömrəli, 3 otaqlı mənzildir. O, 2022-ci ilin oktyabr ayına kimi ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşamış, sonradan maddi imkanı ilə əlaqədar mənzili kirayəyə verib özü qeydiyatda olduğu ünvanda yaşamaq qərarına gəlmişdir. Bu barədə ətrafda olan maklerlərə də bildirmişdir. 2022-ci ilin oktyabrında bir makler ona zəng vuraraq bildirmişdir ki, Rəşvin adlı bir nəfər ailəsi ilə birlikdə həmin mənzildə kirayə yaşamaq istəyirlər. O da, heç bir problem olmadığını bildirmiş, maklerə 1500 manata mənzili kirayə verə biləcəyini demişdir. Makler də öz növbəsində Rəşvinlə danışmış və aylıq 1500 manat müqabilində ona məxsus mənzildə kirayə yaşamaları barədə razılığa gəlmişlər. 2022-ci il oktyabrın sonlarından Rəşvin ailəsi ilə həmin mənzildə yaşamağa başlamış, ilkin ödəniş olan 1500 manatı Rəşvin elə həmin gün vermişdir. O, Rəşvinin istəyi ilə mənzildə olan soyuducunu və kombini dəyişmişdir. Həmin bir ayın ödənişindən sonra 2023-cü ilin yanvar ayına qədər Rəşvin mənzildə yaşasa da, həmin ayların kirayə pulunu verməmişdir. Buna görə bir neçə dəfə Rəşvinlə əlaqə saxlamış, hər dəfə ona müxtəlif bəhanələr gətirmişdir. 2023-cü ilin yanvar ayının əvvəllərində o, Rəşvinlə mənzilin qarşısında görüşmüş, elə Rəşvinin yanında o, mənzilin açarlarını dəyişmiş və Rəşvindən xahiş etmişdir ki, mənzildən çıxsın, Rəşvin də mənzildən çıxacağını bildirib bir neçə gün gözləməyi xahiş etmiş, daha sonra özü mənzilə daxil olaraq mobil telefonla videogörüntü şəklində Rəşvinlə əlaqə saxlamış və əşyaları götürməyi tapşırmışdır. Rəşvin də həmin əşyaları mənzildə bir mərtəbə yuxarıda olan boş otağa qoymağı tapşırmış, oradan gəlib götürəcəyini bildirmişdir. Bundan sonra o, mənzildəki qab-qacağı və paltarları çıxarıb həmin boş otağa yerləşdirmişdir. Təxminən 1 ay keçdikdən sonra Rəşvinin həyat yoldaşı kimi təqdim etdiyi Aygün atası və qızı ilə gələrək həmin əşyaları götürüb aparmışlar. O, sonradan bilmişdir ki, Rəşvinlə bir mənzildə yaşayan xanım sonuncunun arvadı olmamış, sadəcə bir yerdə yaşamışlar. Rəşvinin mənzildə kirayə qaldığına görə ona 3.000 manatdan artıq borcu vardır. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş 21 iyun 2023-cü il tarixli üzləşdirmə protokoluna əsasən, həmin istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs4 istintaqa verdiyi sərbəst ifadəsində göstərdiyi halları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə onu ifşa etmiş, həmin üzləşdirmə zamanı Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsini təsdiq etmişdir (cild 1, iş vərəqi 216-222). Cinayət işində olan 21 iyun 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, həmin istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs2 istintaqa verdiyi sərbəst ifadəsində göstərdiyi halları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə onu ifşa etmiş, həmin üzləşdirmə zamanı Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsini təsdiq etmişdir (cild 1, iş vərəqi 223-227). Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 18 may 2023-cü il tarixli 9/2961 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən qızıl-zinət əşyalarının 2021-ci ilin dekabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 6560 manat müəyyən edilir (cild 2, iş vərəqi 50-54). Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 22 dekabr 2023-cü il tarixli 9/9330 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən zərgərlik məmulatlarının 2022-ci ilin noyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 7174 manat, 2023-cü ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri isə nəzəri qaydada təxminən 1275 manat müəyyən edilir (cild 2, iş vərəqi 220-224). İbtidai istintaq orqanının 12 yanvar 2024-cü il tarixli qərarı ilə Zərərçəkmiş şəxs1 təqdim etdiyi 1 ədəd ödəmə qəbzi, Zərərçəkmiş şəxs2 təqdim etdiyi 1 ədəd ödəmə qəbzinin surəti, Zərərçəkmiş şəxs4 təqdim etdiyi “Vatsapp” mobil tətbiqi yazışmalarının çıxarışları cinayət işi üzrə maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir (cild 2, iş vərəqi 231-256). Elektron Məhkəmə portalından əldə olunmuş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2017-ci il təvəllüdlü Əmir adlı bir azyaşlı uşağı vardır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 30 avqust 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Neftçala rayon Məhkəməsinin 12 may 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək 5 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 27 avqust 2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində Xəzər RPİ-də CM-nin 178.1-ci maddəsi ilə istintaqı aparılmış ********* nömrəli cinayət işi üzrə icraata xx.xx.2022-ci il tarixli qərarla CPM-nin 40.3-cü maddəsinə əsasən xitam verilmişdir (cild 1, iş vərəqi 319-321). Göründüyü kimi, Təqsirləndirilən şəxs əvvəllər dələduzluq cinayətini törətdiyinə görə məhkum olunsa da, hazırda onun məhkumluğu ödənilmişdir və o, məhkumluğu olmayan şəxs hesab edilməlidir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamlar üzrə özünü qismən təqsirli bilərək, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1la bağlı ittihamları qismən qəbul etdiyini, Nisənin özünə məxsus torpağı satıb pulunu ona verdiyini, Zərərçəkmiş şəxs2 öz maşınını satıb pulunu ona verdiyini, lakin Ramilənin qızıl qolbağın qiymətini şişirdilmiş şəkildə bildirdiyini, Zərərçəkmiş şəxs1la bağlı epizodun doğru yazıldığını və həmin ittihamı da qəbul etdiini, lakin Zərərçəkmiş şəxs4 ilə bağlı epizodu qəbul etmədiyini, onun Aygünlə bir yerdə yaşadıqlarını, hətta sonuncunun ondan hamilə də qaldığını, Aygünün özünə məxsus evi satıb 70000 manat pulu ona verdiyini, həmin vaxt evi alan şəxsin evdəki əşyalara görə 4000 manat da pul verdiyini və həmin qiymətə Aygünün də razılaşdığını, Zərərçəkmiş şəxs4 qızıl-zinət əşyaları ilə bağlı istintaqda dediklərini qəbul etmədiyini, evi Aygünlə bir yerdə satdıqlarını və pulunu da bir yerdə xərclədiklərini bildirib, öz müdafiəsi üçün dəlillər gətirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviri-əsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin gətirdiyi həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs4 qarşı törətdiyi cinayət əməlini etiraf etməyib evin satışından əldə olunan pulları zərərçəkmiş şəxslə birlikdə xərcləməsi, həmçinin digər qadın zərərçəkmiş şəxslərin onlara vurulmuş maddi ziyanı şişirtdiklərini bildirib həmin hissələrdə öz təqsirini etiraf etməsə də, onun Zərərçəkmiş şəxs3 qarşı iki epizodda, Zərərçəkmiş şəxs2 qarşı üç epizodda, həmçinin Zərərçəkmiş şəxs1 qarşı bir epizodda xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq cinayətlərini törətməsi, eləcə də Zərərçəkmiş şəxs4 qarşı bir epizodda külli miqdarda, iki epizodda xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq və bir epizodda xeyli miqdarda maddi ziyan vurmaqla təkrar oğurluq cinayətlərini törətməkdə təqsiri iş üzrə adları çəkilən zərərçəkmiş şəxslərin ifadələri, iş üzrə dindirilmiş şahidlərin ifadələri, həmçinin məhkəmədə tədqiq edilmiş üzləşdirmə protokolları ilə, Zərərçəkmiş şəxs4 təqdim etdiyi və məhkəmədə tədqiq olunmuş “Vatsapp” səs yazışmaları ilə, maddi sübutlar və ekspertiza rəyləri ilə, həmçinin işdə olan və məhkəmədə tədqiq edilmiş digər sübutlarla tam təsdiq olunur. Bu səbəbdən məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmədə gətirdiyi dəlilləri onun tərəfindən məsuliyyətini yüngülləşdirmək üçün seçilmiş müdafiə taktikası kimi qiymətləndirir. Qeyd olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlərdir. Təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan əməllər az ağır, həmin Məcəllənin 178.3.2-ci maddəsində nəzərdə tutulan əməllər isə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər, həmin Məcəllənin 15.4-cü maddəsinə əsasən isə, on iki ildən artıq olmayan əməllər isə ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.4 və 178.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşağının olmasını və 59.1.14-cü maddəsinə uyğun olaraq cinayət nəticəsində vurulmuş maddi ziyanın qismən ödənilməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddələr üzrə ayrı-ayrılıqda cəzalar təyin edilməli, həmin cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplanılmaqla qəti cəza təyin olunmalıdır. Məhkəmədə həmçinin müəyyən edildi ki, hazırkı cinayət işinə birləşdirilmiş ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində 19 yanvar 2023-cü il tarixdə axtarış elan edilmiş, o, 02 mart 2023-cü il tarixdə tutulmuş və 03 mart 2023-cü il tarixdə barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün verilmiş vəsatətin müdafiə olunmasından imtina olunduğundan, həmin tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Daha sonra ********* nömrəli cinayət işi üzrə 01 aprel 2023-cü il tarixdə barəsində axtarış elan edilmiş və 20 iyun 2023-cü il tarixdə tutulmuş, Bakı şəhəri, Xətai rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli qərarına əsasən onun barəsində həbs qətimkan tədbiri seçilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 fevral 2024-cü il tarixli qərarı ilə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış və Təqsirləndirilən şəxs həmin tarixdən hal-hazıra qədər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılır. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan müddəlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı şübhəli şəxs qismində tutulub həbsdə saxlanıldığı 1 (bir) gün ona təyin olunmuş cəza müddətinə daxil edilməklə çıxılmalı və üzərində azadlıqdan məhrum etmə növündə cəza saxlanılmalı, ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 20 iyun 2023-cü il tarixdən hesablanmalıdır. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs4 mülki iddia qaldıraraq vurulmuş maddi ziyana görə 110.054 (yüz on min əlli dörd) manat və dövlət rüsumu kimi ödənilmiş 403 (dörd yüz üç) manat, ümumilikdə 110.457 (yüz on min dörd yüz əlli yeddi) manat məbləğində pul vəsaitinin Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. "Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 №-li qərarının 38-ci bəndində məhkəmələrə tövsiyyə edilir ki, dələduzluğun törədilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi ilə bağlı zərərçəkmiş şəxs cinayət təqibi mərhələsində CPM-nin 179- 183-cü maddələrinin tələblərinə əməl etməklə mülki iddia verdikdə, həmin iddialara cinayət işi ilə birlikdə baxılmalıdır. Məhkəmədə müəyyən edildi ki, Zərərçəkmiş şəxs4 Azərbaycan Respublikası CPMnin 179-183-cü maddələrinin tələblərinə əməl etməklə cinayət təqibi mərhələsində mülki iddia qaldırmış və həmin mülki iddiaya görə müəyyən edilmiş dövlət rüsumunu ödəmişdir. Həmçinin, məhkəmə iclasında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 qarşı aldatma və etibardan sui-istifadə etmə yolu ilə külli miqdarda ziyan vurmaqla dələduzluq, həmçinin xeyli miqdarda oğurluq cinayətlərini törətməsi tam sübuta yetirilmişdir. Bundan başqa, məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs4 qaldırdığı mülki iddianın təmin olunması haqqında qərar edilməsi ilə əlaqədar onun dövlət rüsumu qismində ödədiyi 403 (dörd yüz üç) manat pul vəsaiti də Təqsirləndirilən şəxs alınıb zərərçəkmiş şəxsə ödənilməlidir. Cinayət işi üzrə maddi ziyanı ödənilməmiş qalan digər zərərçəkmiş şəxslərə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinin tələbinə görə isə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Cinayət-prosessual qanunvericiliyinin qeyd olunan müddəalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi üzrə maddi sübutlar – Zərərçəkmiş şəxs1 təqdim etdiyi 1 ədəd ödəmə qəbzi, Zərərçəkmiş şəxs2 təqdim etdiyi 1 ədəd ödəmə qəbzinin surəti, Zərərçəkmiş şəxs4 təqdim etdiyi “Vatsapp” mobil tətbiqi səs yazılarının çıxarışları cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 100 (yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 №-li qərarına əsasən hər iş saatı üçün 11 manat hesabı ilə müdafiə xərcləri hesablanmalıdır. Cinayət işinə əlavə edilmiş orderdən və hesabatdan görünür ki, məhkəmə baxışının ilkin mərhələsində Təqsirləndirilən şəxs müdafiəsini təyinat əsasında vəkil Müdafiəçi1 həyata keçirmiş, bununla bağlı müdafiəçi 52 (əlli iki) saat vaxt sərf etmişdir. Ona görə də, dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil Müdafiəçi1 ödəniləcək 480 (dörd yüz səksən) manat məbləğində pul vəsaiti Bakı şəhəri, 26 saylı Vəkil bürosunun hesabına köçürülməlidir. Cinayət işi üzrə əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.4 və 178.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddələri ilə 3 (üç) il müddətə, Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 7 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs 02 mart 2023-cü il tarixdən 03 mart 2023-cü il tarixədək həbsdə saxlanıldığı 1 (bir) gün ona təyin olunmuş cəza müddətinə daxil edilməklə çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 7 (yeddi) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı bütün müddət cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 20 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Zərərçəkmiş şəxs4 və nümayəndəsinin Təqsirləndirilən şəxs qarşı mülki iddiası tam təmin edilsin. Vurulmuş maddi ziyana görə 110.054 (yüz on min 54) manat, dövlət rüsumu kimi ödənilmiş 403 (dörd yüz üç) manat, ümumilikdə 110.457 (yüz on min dörd yüz əlli yeddi) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Zərərçəkmiş şəxs4 ödənilsin. Cinayət işi üzrə maddi ziyanı ödənilməmiş qalan digər zərərçəkmiş şəxslərə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. İş üzrə maddi sübutlar - Zərərçəkmiş şəxs1 təqdim etdiyi bir ədəd ödəmə qəbzi, Zərərçəkmiş şəxs2 təqdim etdiyi bir ədəd ödəmə qəbzinin surəti və Zərərçəkmiş şəxs4 təqdim etdiyi "WhatsApp" mobil tətbiqi səs yazılarının çıxarışları cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri hesab edilən: - 100 (yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün; - məhkəmə baxışı zamanı dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil Müdafiəçi1 ödənilməli olan 480 (dörd yüz səksən) manat məbləğində pul vəsaiti Bakı şəhəri, 26 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Cinayət işi üzrə əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov, Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar