Məhkəmə qərarları › İş №1(101)-1920/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1920/2023

04.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1920/2023 04.12.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 10:25 Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Ağalarov Mahmud Muradxan oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, xx xxxxxx 1996-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və faktiki həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.2.1-ci, 234.1-ci və 234.1-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış, daşımış, həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq yivli odlu avtomatik silahı, onun komplekt hissələrini və döyüş sursatlarını əldə etmiş, habelə satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmiş və üzərində saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda qeyrisindən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 7,420 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində saxlayaraq ünvan 2 ünvanının qarşısına qədər daşımış, 30 yanvar 2023-cü il tarixdə saat 21:45-də özünü şübhəli apardığına görə Sabunçu rayon Polis İdarəsinin Cinayət-Axtarış şöbəsinin əməkdaşları tərəfindən həmin ünvanda saxlanılaraq Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə gətirilmiş, orada üzərində şəxsi axtarış keçirilərkən əynindəki gödəkçəsinin sol yan cibindən 01 ədəd şəffaf sellofan bükümün içərisində təmiz çəkisi 7,420 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatlarını başqa şəxsə vermək niyyəti ilə, şəxsiyyəti istintaqa məlum olmayan qeyrisi ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, qeyrisi ilə ona həm də psixotrop maddə satacağı barədə razılığa gəlmiş, aralarındakı razılaşmaya əsasən o, sonuncu tərəfindən şəxsiyyəti istintaqa məlum olmayan qeyrisi vasitəsilə Qaradağ rayonunun Sahil qəsəbəsindəki dəniz limanı ərazisinə 01 ədəd bükümdə külli miqdarda - təmiz çəkisi 9,547 qram təşkil edən psixotrop maddə olan metamfetaminlə birlikdə yerləşdirilmiş idman çantasının içərisində olan, 01 ədəd 1962-ci ildə keçmiş SSRİ-də İjevsk mexaniki zavodunda istehsal edilmiş, saz vəziyyətdə və atəş açmaq üçün yararlı olan “Kalaşnikov” konstruksiyalı 7,62 mm kalibrli, “AKMS” markalı, TP 8633 №-li yivli odlu avtomatik döyüş silahı olan avtomat silahını, həmin silahda istifadə oluna bilən, “Kalaşnikov” konstruksiyalı “AK" (“AKM”, “AKS”, “AKMS”) markalı avtomat silahların funksional əhəmiyyət daşımayan komplekt hissələri olmaqla, zavod üsulu ilə hazırlanmış, 30 (otuz) ədəd 1943-cü il nümunəli, 7,62x39 mm kalibrli patron tutumuna malik, təyinatları üçün istifadəyə yararlı olan 02 ədəd sandıqça, döyüş sursatı olan, zavod üsulu ilə hazırlanmış, pistonları mərkəzdən alışan, 1943-cü il nümunəli, 7,62x39 mm kalibrli olmaqla həmin kalibrə malik “Kalaşnikov” konstruksiyalı “AK" (“AKM”, “AKS”, “AKMS”) markalı avtomat silahlarda, “RPK” (“RPKS”) markalı əl pulemyotlarında, “SKS” karabinində və sair yivli oldu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş, atəşə (istifadəyə) yararlı döyüş sursatları olan 60 ədəd patronlarını digər qrup üzvünün sonradan götürməsi məqsədilə başqa əraziyə yerləşdirməkdən ötrü Təqsirləndirilən şəxs 12 aprel 2023-cü il tarixdə saat 04 radələrində Qaradağ rayonunun Sahil qəsəbəsindəki dəniz limanına gələrək qeyd olunan odlu döyüş silahı, onun komplekt hissələri və patronlar olan bir ədəd idman çantasını götürərək qanunsuz əldə etmiş, həmçinin həmin vaxtda eyni şəxs tərəfindən qeyd olunan yerə qoyulmuş, öz istifadəsi üçün pul müqabilində aldığı, bir ədəd bükümdə külli miqdarda təmiz çəkisi 9,547 qram təşkil edən psixotrop maddə olan metamfetamini satış məqsədi olmaqdan qanunsuz olaraq əldə edib üzərində saxlamış, həmin gün saat 05:10-da X6 İdarəsinin Bakı Dəniz Ticarəti Limanında X9 əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində saxlanılaraq X6 İdarəsinin inzibati binasına gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilərkən əlindəki idman çantasının içərisindən 01 ədəd “Kalaşnikov” konstruksiyalı avtomat silahı, həmin silahda istifadə oluna bilən 02 ədəd sandıqça, 60 ədəd patronlar, digər bağlamanın içərisindən isə 01 ədəd bükümdə külli miqdarda - təmiz çəkisi 9,547 qram təşkil edən psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən, yəni narkotik vasitələrin, psixotrop maddənin istifadəsində təqsirli bilərək göstərdi ki, narkotik vasitə istifadəçisidir, “Bolmart” marketdə işləyərkən narkotik vasitə qəbul etməyə başlamışdır. Saxlanıldığı vaxt da narkotik vasitənin təsiri altında olmuşdur. Özü nişanlı olmuşdur, artıq ailə quracağı üçün bu zillətdən qurtulmaq istəmişdir. Həmin iranlı ilə əlaqədə olduğu müddət ərzində 2-3 dəfə onu aldatmış, iranlıdan “M-40” adlanan həb istəmiş, sonuncu da “bu gün verəcəyəm, sabah verəcəyəm” deyə-deyə ondan sui-istifadə etmişdir. Onun həmin dərmana ehtiyacı olmuş, çünki həm bu zillətdən qurtulmaq istəmiş, həm də narkotikdən istifadə işini yerinə yetirməkdə mane olmuşdur. Birinci dəfə Hövsanda dəniz qırağında çay içərkən xoşagəlməz vəziyyətdə 3-4 nəfər adam görmüş, onlara yaxınlaşıb pul verib narkotik vasitə almışdır. Həmin vaxtlarda narkotik vasitə istifadəçisi olmuş, orada da nəfsinə hakim ola bilməmişdir. Narkotik vasitəni aldıqdan sonra Bakıxanovda yaşadığı ünvanın qarşısında polis əməkdaşları tərəfindən saxlanılmış, üstündə olan narkotik vasitəni onlara təqdim etmişdir. Həmin narkotik vasitəni təxminən 70-90 manata almışdır. Bu hadisə yanvar ayında baş vermişdir. Bir gün “İnstagram” sosial şəbəkəsində "M-40" dərmanı ilə bağlı maraqlanırmış, təxminən 1 ay keçəndən sonra ona İran nömrəsindən 3 saniyəlik səsli mesaj gəlmişdir. Həmin şəxs mesajda “Salam, baba, necəsən?” demişdir. O da cavab yazıb kim olduğunu soruşmuş, amma həmin şəxsdən cavab gəlməmişdir. Həmin nömrəni və şəxsi tanımamış,onunla əvvəl heç bir əlaqəsi olmamışdı. Bu hadisədən 3-4 gün keçəndən sonra həmin şəxsin statuslarında narkotik tərkibli vasitələri paylaşdıqlarını görmüşdür. Bir-iki dəfə onların “İnstagram” səhifələrinə baxmış və görmüşdür ki, səhifədəki nömrələr ilə bu nömrə düz gəlir. O da əlaqə yaradaraq “M-40” həbi lazım olduğunu bildirmişdir. İranlı şəxs də “90 manat at, problem yoxdu, həll edərik” demişdir. Bir dəfə 90 manat atmış, sonra isə onu yubatdığını və ona yalan danışdığını görmüşdür. Onun də həmin həbə çox ehtiyacı olmuşdur. Ətrafındakı insanlar onu belə biri kimi tanımadığı üçün dərdini kimsəyə deyə bilməmişdir. Heç kimin ona bu həbi göndərmədiyini görüb, ikinci dəfə də 90 manat pul atmışdır. Həmin şəxs də ona “problemlər oldu, narahat olma, bu gün ya da sabah həbi sənə göndərəcəyik” deyə cavab vermişdir. O, üçüncü dəfə yenə pulu atmışdır. Bir gün axşam tərəfi ona zəng edib dedi ki, “qoymuşam həbləri, gedib götürərsən”. O, bundan 2-3 gün qabaq həmin şəxsə “sənə 3 dəfə 90 manat pul göndərmişəm və 10 ədəd həb istəmişəm” demişdir. Həmin şəxs ona rezin güllə atan silahın şəklini göndərmişdir. Həmin silah “İnstagram”da 110-150 manata satılır və lazımlı bir şey deyil. İstintaq çəkilişi zamanı telefonda həmin şəkli göstərmişdir. İranlı şəxs ona demişdir ki, “bu silahı da sənə verəcəyəm, götürərsən”. Həmin vaxt da narkotik vasitənin təsiri altında olmuş və anası gecədən səhərə kimi ona zəng etmiş, onun telefonlarını belə açmamışdır. Bir list həbi və rezin güllə atanı götürmək üçün ona deyilən ünvana getmiş, əvvəlcə bir az orada yubanıb yeri tapa bilməmiş, sonra həmin yeri tapmışdır. Bakıxanovdan həmin ünvana öz maşını ilə necə getdiyi də yadında deyil. Həmin təyin olunan yerə çatdıqdan sonra orada bir büküm metamfetamin və üstü skotçlanmış qara çantanı görmüş, əlini də vurmamışdır. Telefonla həmin şəxsə zəng etmiş, sonuncu da özünü bilməməzliyə vurub “nə baş verib?” demişdir. O da həmin şəxsə “mən sənə nə demişəm, sən mənə nə göndərmisən” demişdir. Bu vaxt telefon qulağında olarkən polis əməkdaşları gəlib onu saxlamışlar və Polis Bölməsinə aparmışlar. Saxlanılan zaman bir büküm metamfetamini əlinə götürmüş, çanta isə yerdə olmuşdur. Bükümdə 9,5 qram narkotik vasitə olmuş, onu istifadə etməmişdir. Avtomat silahdan da xəbəri olmamışdır. İstintaq zamanı çantanı açanda dəhşətə gəlmişdir. Əgər avtomat silahın olduğunu bilsəydi, heç çantaya yaxın belə durmazdı. Məhkəmədən bu halların nəzərə alınıb barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, 2022-ci ilin sentyabr ayından narkotik tərkibli maddələrdən istifadə edir, narkotik tərkibli maddələr yəni marixuana, heroin və metamfetamini falqaya bükərək çəkmişdir. Son dövrlər narkotik tərkibli maddələri tapmaq çətinləşdiyi üçün narkotik tərkibli maddə alarkən 10-15 günlük almışdır ki, istənilən vaxtda ehtiyyat narkotiki olsun. 20 yanvar 2023-cü il tarixdə 100 manat pul toplayaraq marixuana almaq qərarına gəlmiş, bu məqsədlə səhər saatlarında Suraxanı rayonu, Hövsan qəsəbəsinə getmişdir. Heç bir anket məlumatını bilmədiyi, görsə belə tanıya bilməyəcəyi şəxsi narkotik aludəçisinə oxşadıb ona yaxınlaşaraq adını soruşmuş, həmin şəxs ona adının Xalid olduğunu bildirmişdir. Ona ağrıları olduğunu deyib marixuana təşkil etməsini xahiş etmişdir. O, söz vermişdir ki, təşkil edə bilər. 20 manatı özündə saxlayaraq 80 manatını özünü Xalid kimi təqdim edən şəxsə verib 80 manatlıq marixuana sifariş vermişdir. Xalid adlı şəxs ondan 80 manatı alıb, ona həmin yerdə gözləməyini bildirərək uzaqlaşmışdır. Təxminən 10 dəqiqə sonra həmin şəxsin ona gətirdiyi bükümü alaraq əynində olan gödəkçəsinin sol yan cibinə qoyub oradan uzaqlaşmışdır. Həmin vaxtdan marixuanadan az-az istifadə etmişdir. 30 yanvar 2023-cü il tarixdə saat 21:45 radələrində yaşadığı evin, yəni Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Eldar Xəlilov küçəsi ev 3 ünvanının yaxınlığında olarkən mülki geyimli iki şəxs ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin polis əməkdaşları ondan anket məlumatlarını soruşmuşlar. Cibində marixuana olduğundan həyəcanlanmış, fikirləşmişdir ki, hansısa yolla olur olsun polis əməkdaşlarından qaçıb uzaqlaşın. Polis əməkdaşlarına əhəmiyyət verməyərək onlardan qaçmaq istəyərkən onlar qarşısını kəsərək ondan kimliyi barədə soruşmuş və şəxsiyyətini təsdiq edən sənəd istəmişlər. Üzərində sənədinin olmadığını deyərək yenidən polis əməkdaşlarından uzaqlaşmaq istəyərkən onu Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə dəvət etmişlər. Etiraz etməmiş, düşünmüşdür ki, yolda marixuananı tullayar, lakin polis əməkdaşları buna şərait yaratmamışlar. Onlar birlikdə 13cü Polis Bölməsinin inzibati binasına getmişlər. Bölmədə ona özünün siyahıdan seçdiyi vəkil Vüqar Əhmədov təqdim olunmuş, hüquq və vəzifələri ona izah edilmişdir. Vəkilin iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış aparılacağı bildirilmiş, videoçəkilişlə axtarış aparılmasına etiraz etməmiş, lakin vəkilin iştirakından imtina etmiş, bu barədə ərizə yazmışdır. Vəkildən ona görə imtina etmişdir ki, əgər vəkil canlı olaraq üzərindən marixuana aşkar olunmasını görsəydi məhkəmədə onu əminliklə müdafiə etməyəcəkdi. Şəxsi axtarış zamanı üzərində dövriyyəsi qadağan edilmiş hər hansı bir maddə və ya predmet olduğu halda təqdim etməyi təklif edilmişdir. O da əynində olan gödəkçəsinin sol yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş marixuananı çıxararaq masanın üzərinə qoymuşdur. Sorğu zamanı bildirmişdir ki, üzərindən aşkar edilmiş yəni təqdim etdiyi maddə narkotik vasitə olan marixuanadır. On gün əvvəl Suraxanı rayonu, Hövsan qəsəbəsindən tanımadığı Xalid adlı şəxsdən şəxsi istifadəsi üçün 80 manata almışdır. Daha sonra üzərinə ətraflı baxış keçirilsə də başqa heç nə aşkar olunmamışdır. Təqdim etdiyi içində marixuana olan bir ədəd büküm polis əməkdaşı tərəfindən zərfə qoyularaq qablaşdırılmışdır. Bundan başqa o ifadəsində göstərmişdir ki, 2023-cü ilin mart ayında İran İslam Respublikasından ona həmin Respublikaya məxsus +**********38 nömrəli “WhatsApp” proqramı vasitəsilə Nadir adlı şəxs “Salam qardaş, necəsən” səs yazısı göndərmişdir. Ondan kim oluğunu soruşduqda o cavab verməmişdir. İki gün sonra həmin şəxsin “WhatsApp” statusunda narkotik vasitələri reklam etməsini görmüş və ona necə əldə edə biləcəyini soruşmuşdur. O da şirnikləşdirərək həmin narkotik vasitələri X3 ucuz qiymətə, tez və təhlükəsiz təşkil edə biləcəyini bildirmişdir. Bundan öncə Nadir adlı şəxsdən bir dəfə hesabına pul göndərib narkotik vasitə əldə etmişdir. Nadir ona pul köçürməsi ilə bağlı təlim videosu göndərmiş və o da pul köçürmə əməliyyatını həyata keçirmişdir. 2023-cü ilin aprel ayının əvvəlində ona “M40” adlı narkotik vasitə lazım olmuşdur. Nadirlə əlaqə saxlayıb ondan özünə “M-40” adlı narkotik vasitə təşkil edə biləcəyini soruşmuş, Nadir razılıq verib bildirmişdir ki, “M-40” adlı narkotik vasitənin yanında 1 ədəd bağlamada dəmir olacaq və ondan xahiş etmişdir ki, öz malını götürəndə həmin dəmiri də götürüb dediyi ünvana qoysun. Nadir ona şəkil atan günü o ağrı keçirtdiyi üçün heç nəyə əhəmiyyət verməmiş, Nadirə 90 manat pul göndərmiş, lakin, Nadir onu yola verib vədinə əməl etməmişdir. Daha sonra ondan təkrar pul tələb etmiş və o yenə onun hesabına ikinci dəfə 90 manat pul köçürmüşdür. Nadir adlı şəxs vədinə əməl etməyərək yenə onu aldatmış və ondan əlavə pul tələb etmişdir. Üçüncü dəfə ona yenidən 90 manat pul göndərmişdir. Razılaşdıqları kimi Nadir ona qabaqcadan yer təyin etmiş və onu həmin ünvana “WhatsApp” proqramı vasitəsi ilə göndərmişdir. Həmin ünvan Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən Qaradağ limanı ərazisi olmuşdur. Həmin ünvana getmiş və Nadirin Qaradağ limanında kolluqda gizlətdiyi qara rəngli bağlamanı və 1 ədəd bükümdə olan metamfetamini tapmışdır. O, həmin yerə dərman preparatı olan “M40” adlı həbin dalınca getsə də, həmin zaman orada iki ədəd bağlamanı görmüş, bir ədəd bağlamada olan maddənin metamfetamin olduğunu bilib Nadir adlı şəxslə əlaqə saxlamış və əlini həmin bağlamalara vurmamışdır. Telefonda Nadirdən soruşmuşdur ki, bu bağlamalar nədir? Həmin ağ rəngli bağlama metamfetamin, digər bağlama isə ağır və uzundur. Nadir ona demişdir ki, “qara bağlamada olan sənə dediyim dəmir silahdır, digər bağlama isə səhvliklə gəlibdir.” Nadirə narahatçılğını bildirərək bunu özü ilə şəhərə apara bilməyəcəyini demişdir. Nadir ona “eybi yoxdur, yəgin səhv atıb oğraş, sən həmin qara bağlamanı götür giriş nöqtəsindən başqa yerə qoy və həmin ünvanı ona at”, “metamfetamini isə götür özünlə get, onu da gələcəkdə dediyim yerə qoyarsan və mən sənə söz verdiyim həbləri də göndərəcəm” demişdir. Onunla danışıqları bitirmiş və həmin bağlamaları götürüb oradan uzaqlaşmaq istəyərkən bir neçə nəfər şəxsin ona yaxınlaşdığını görmüş, həmin şəxslər özlərini polis əməkdaşı kimi təqdim etmişlər. Polis əməkdaşlarına heç bir təzyiq və müqavimət göstərməmiş, onu saxlayıb Polis İdarəsinə aparmışlar. İdarədə üzərinə və əl yüklərinə videokamera vasitəsi ilə baxış keçirilmiş və ondan bir ədəd qara rəngli skoçla bağlanmış bağlamadan odlu silah olan 1 ədəd avtomat, 2 ədəd daraq, 60 ədəd patron və bir bağlamada metamfetamin olan narkotik vasitə aşkar edilərək götürülmüşdür (cild 2, iş vərəqə 177-180). Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı qismən etirafını iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsinin kiçik əməliyyat müvəkkili Şahid4 göstərdi ki, 30 yanvar 2023-cü il tarixdə Şahid5la birlikdə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, E.Xəlilov küçəsində xidmət aparmışlar. Həmin tarixdə saat 21:45-də Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, E.Xəlilov küçəsi 3 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs diqqətlərini cəlb etmişdir. O, görünüşünə görə narkotik aludəçisi təəssüratı yaradaraq özünü şübhəli apardığına görə ona yaxınlaşıb özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs anket məlumatlarını soruşmuşlar, o isə əhəmiyyət verməyərək onlardan yanınmaq istəmişdir. Amma onlar təkrarən Orxana yaxınlaşıb şəxsiyyətini təsdiq edən sənədi tələb etmişlər. Orxan ziddiyyətli cavablar verdiyindən onu ərazi aidiyyəti üzrə Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs də etiraz etmədən onlarla birlikdə bölməyə getmişdir. X7 Əzizəliyevin üzərində şəxsi axtarış və götürmə aparılmış, üzərində qanunsuz əşya və ya predmet olub-olmaması soruşulmuş, olduğu tədqirdə təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçəsinin sol yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi maddənin narkotik vasitə olan marixuana olduğunu, 10 gün əvvəl Suraxanı rayonu, Hövsan qəsəbəsindən Xalid adlı şəxsdən şəxsi istifadəsi üçün 80 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş büküm zərfə qoyularaq qablaşdırılmışdır. Sonra bu barədə protokol tərtib olunmuş, o və digər iştirakçılar tərəfindən imzalanmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid5 Şahid4 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etmişdir (cild 1, iş vərəqə 263-264) Məhkəmədə şahid qismində dindirilmiş X10 İdarəsinin Bakı Beynəlxalq Dəniz Ticarəti Limanında X9 Qaradağ limanında X4 cinayət-axtarış üzrə əməliyyat müvəkkili Şahid1 göstərdi ki, 12 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində odlu silah gəzdirməsi, saxlaması, həmçinin narkotik vasitə əldə etməklə üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Alınmış məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin hazırlanıb həyata keçirilməsinə dair tərəfindən qərar qəbul olunmuşdur. Şahid2 və Şahid3 ilə birlikdə 12 aprel 2023-cü il tarixdə, saat 03 radələrində Təqsirləndirilən şəxs ola biləcəyi ehtimal olunan yerləri əməliyyat nəzarətinə götürmüşlər. Təxminən saat 05 radələrində Təqsirləndirilən şəxs Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən Qaradağ limanına gələrək orada nəsə axtardığını müşahidə etmişlər. Təqsirləndirilən şəxs ağacların sıx olduğu hissədə yerdən bağlamanı götürüb ərazini tərk etmək istəyərkən dərhal ona yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin vaxt onun əlində 01 ədəd qara rəngli skoçla bağlanmış sellofan paket və 01 ədəd kiçik ölçülü,yəni təxminən bir ovuc qədər ağ rəngli sellofan paket olmuşdur. Təqsirləndirilən şəxs X10 İdarəsinə gətirilmiş, orada xidməti otaqların birində ona qanunsuz olaraq odlu silah gəzdirmə, saxlama, həmçinin narkotik vasitə əldə etməklə üzərində saxlamaqda şübhəli olduğu bildirilmiş və şübhəli şəxs kimi tutulduqdan sonra videoçəkilişlə üzərində şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs əlində saxladığı 01 ədəd qara rəngli sellofan paketi, 01 ədəd ağ rəgli sellofan paketi və 01 ədəd qara rəngli mobil telefonu təqdim etmişdir. Həmin 01 ədəd qara rəngli sellofan paket açılarkən içində 01 ədəd Kalaşnikov markalı avtomat silah, 60 ədəd patronlar və 02 ədəd həmin silaha aid daraq, həmçinin ağ rəngli bağlamadan isə psixotrop maddə olan metamfetaminə oxşar kütlənin olduğu müəyyən edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs ağ rəngli bağlamanın içindəki maddənin metamfetamin olduğunu, qara rəngli bağlamanın içində isə nə olduğunu bilmədiyini demişdir. Təqsirləndirilən şəxs sözlərinə görə iranlının göndərdikləri ona aid olmadığı üçün iranlıya zəng vurub demiş, iranlı isə ona bildirmişdir ki, metamfetamini özünə götürsün, içində dəmir olan qara rəngli bağlamanı 15-20 metr aralıda bir yerə qoyub həmin yer barədə iranlının mobil telefonuna “WhatsApp” proqramı vasitəsilə yeri göndərsin. Amma qara rəngli bağlamanı götürüb təxminən 10-12 metr məsafə getdikdən sonra saxlanılmışdır. Təqsirləndirilən şəxs aşkar olunmuş 1 ədəd “Kalaşnikov” markalı odlu silah, 60 ədəd patronlar, 02 ədəd həmin avtomata aid daraq və 01 ədəd bükümdə metamfetaminə oxşar maddə götürülərək qablaşdırılmış və bu barədə müvafiq protokol tərtib edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X10 İdarəsinin Bakı Beynəlxalq Dəniz Ticarəti Limanında X9 digər əməkdaşları Şahid2 və Şahid3 Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdilər. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Şəxsi axtarış və götürmə aparılması haqqında 30 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa könüllü təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli qış gödəkçəsinin sol yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş ot kütləsini çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi ot kütləsinin qurudulmuş marixuana olduğunu, 10 gün əvvəl Suraxanı rayonu, Hövsan qəsəbəsində yaşayan Xalid adlı şəxsdən 80 manata aldığını bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmış və müvafiq disk protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 240-241,258-260). Məhkəmə-kimyəvi ekspertizasının 31 yanvar 2023-cü il tarixli 7/134 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş ot kütləsi....” yazısı və imzalar olan zərfdə 1 ədəd şəffaf sellofanda təmiz çəkisi 7,420 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Ekspert tədqiqatından sonra marixuananın qalıq çəkisi 7,370 qram təşkil etmişdir (cild 1, iş vərəqə 244-247). Şəxsi axtarış və götürmə aparılması haqqında 12 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində gəzdirilməsi qadağan olunmuş hər hansı predmet və ya əşya varsa könüllü təqdim etməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs əlində saxladığı 02 ədəd bağlamada olan əşyaları təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bir ədəd bağlamada metamfetamin olduğunu, digər bağlamada isə nə olduğunu bilmədiyini bildirmişdir. Həmin bağalamalara baxış zamanı 01 ədəd “Kalaşnikov” markalı avtomata oxşar əşya, həmin avtomata aid 02 ədəd darağa,60 ədəd patronlara oxşar və 01 ədəd metamfetaminə bənzər maddə aşkar edilmişdir.Şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmış və müvafiq disk protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 32-34,84). Baxış keçirilməsi haqqında 12 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs “Kalaşnikov” markalı avtomatı, 02 ədəd darağı, 60 ədəd patronları və 01 ədəd bkümdə olan metamfetaminə bənzər maddəni 12 aprel 2023-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən Qaradağ limanında ağac kollarının üzərindən götürdüyünü bildirmişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 50-54). Məhkəmə-kimyəvi ekspertizasının 12 aprel 2023-cü il tarixli 6/2160 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsi X6 İdarəsi Zərflər üçün” dairəvi möhür əksi və "...Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilən narkotik vasitə metamfetaminə bənzər maddə;...imza, İştirakçılar - üç imza, qablaşdırdı: A.Sədrəddinov-imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki bir ədəd bükümdəki təmiz çəkisi - 9,547 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in Siyahısına (Siyahı İ) daxildir. Ekspert tədqiqatından sonra metamfetaminin qalıq çəkisi 9,447 qram təşkil etmişdir (cild 1, iş vərəqə 63-67). Mobil telefona baxış keçirilməsi haqqında 13 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs aid “Samsung Galaxy A-33 markalı mobil telefonun WhatsApp proqramında “Nadir teze” adı ilə qeyd edilmiş rabitə əlaqəsinə aid səhifədə “0:14 / 00:24 - Orxan - “qadan alım Nadir yığ gör nouldu? Başıva dönüm sənin lazımsız adam bilyəə.... qabağa saldılar varyoxuna nəhlət mən yetimin balasını saldılar dala, ay bilyəə!”; 0:07 / 00:33 - Orxan - “qadan alım Nadir bir xəbər yoxdur başıva dönüm?”; 00:38 - qısaqol köynəkdə şəkli Nadirə göndərilib.; 0:11 / 00:41 - Orxan - “Nadir Allaha and olsun özümdə qısaqolda çıxmışam, donuramda brat, varyoxuna nəhlət, sənin qadan alım bir təhər gör onu tezləşdirə bilərsən?”; 0:01 / 00:41 - Nadir - “yaxşı-yaxşı"; 0:21 / 01:41 - Orxan - “Nadir qadan alım sənin heç olmasa şərəfsiz gələnə kimi mənim o amanatımı atardındaa, bu fayşənin balası … basa-basa deyir ki, 5 dəqiqəyə gəlirəm, 3 dəqiqəyə gəlirəm, qai saxladı 20 manatımı aldı, nə bilim bu Nadir niyə belə xeyirsizdi? Nə bilim nədi .........bunun naşükür ağzını, əə bilət adamda getdi harda fayşə var onu saldı qabağa, mənim işim gücüm sarvat oldu yenə”; 0:05 / 01:39 - Nadir - “qadan alım qoy əylən baxe, qoy atsın atımda, canı yeyim biraz səbirli ol qadan alım sənin”; 0:06 / 02:28 - Nadir - “bu uşağı ünvana yollamışam, mənə cavab verir haa, zəng vururam adboy verir....mənim ağzımı”; 0:06 /02:36 - Orxan - “danışmadın qardaşım? Bir dənə zəng vurda istəyirsən Nadir!”; 0:12 / 03:35 - Nadir - “Salam qardaşım necəsən? Nə var nə yox? Qardaşım temanı götürəndən sonra dəmir tumvan eləsin, adam gedəndən sonra götürə bir yerə salamatçılıqla çıxıb gedər”; 0:17 / 03:36 - Orxan - “yaxşı qardaşım yaxşı başa düşdüm, bir dənə mal atardı düzələrdim nə istəsə eləyər, problem yoxdu gör neçə saatdı burdayam ee, Nadir Allaha and olsun”; 03:47-də ünvan barədə məlumat göndərmə (Qaradağ rayonu Sahil qəsəbəsi istiqamət); 03:47-də Nadir-dən sms - “Konuma çatanda görücek Liman market var həmin marketin boyrunden gelir sağda bizim zavoddur sola vorotadan girib saxlasın duşub piyada 20 metr qabagi duz gəlsin quyu kimi yer var bu şekildeki yer oradı”; 03:47-də Nadirdən 02 ədəd istiqamətləndirici fotolar göndərilib. Həmin fotolarda yaşın rəngli istiqamət xətləri çəkilib.; 0:11 / 03:48 - Nadir - “qardaşım o avto meh var ee, silah dəmir onu apar bir yerdə ünvan elə gəlsin götürsünlər, bildində nouldu?”; 0:05 / 03:48 - Orxan - “Nadir mal da yəni burdadı, silahdan əlavə malda burdadı qaqa?”; 0:37 / 03:51 - Orxan - “qardaşım silahı amanatı götürəndən sonra yəni onu burda eləməyimdə başa düşdün yəni buralara bələd deyiləm həmdə buralar birəz iti-qurdu çoxdu, şəhər tərəfə gedim həmdə yəni gəlib götürən adam kimdisə baxım görümdəə, onu bildin nətər, buralarda güdüb edənmərəm, güdüb edərik nəsə olub eləyər, özümüzü ələ verərik, elə burdan götürüm şəhərə qayıdım yarım saata 40 dəqiqəyə amanatı şey edim, sən dediyim kimidə qaydasına qoyum”; 04:18-də ünvan barədə məlumat göndərmə - Nadirə (Qaradağ rayonu Sahil qəsəbəsi istiqamət); 04:27, 04:31 və 04:32-də zənglər buraxılmışdır.; 0:13 / 04:39 - Orxan - “qaqa bu dediyi kimi gəldim varotadan girdim içəri, prosto deyir biraz qabağa gəlsin orda 20 metr zad, burda şəkildə heykəl kimi nəsə var arxadan, heykəli tapa bilmirəm deyə yanılıram, bildin nətər?” məzmunlu səsli və yazılı smsİərin olması müəyyən edilmişdir (cild 1, iş vərəqə 86-101). Diskə baxış keçirilməsi haqqında 22 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə baxış zamanı, ***-***-**-** saylı mobil telefon nömrəsindən ***-***-**-** saylı nömrəyə “Bidene wey götürək çəkək yetim alınırsa xəbər elə Mən allam” məzmunlu smsin göndərilməsi müəyyən edilmişdir (cild 2, iş vərəqə 76). Məhkəmə-ballistik ekspertizasının 26 iyul 2023-cü il tarixli 3-16-16/2-3/1050;1051 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd silah - 1962-ci ildə, keçmiş SSRİ-də, İjevsk mexaniki zavodunda istehsal edilmiş, “Kalaşnikov” konstruksiyalı, 7,62 mm kalibrli, “AKMC” markalı, TP 8633 №-li avtomat silahdır - yivli odlu avtomatik döyüş silahıdır, saz vəziyyətdədir və atəş açmaq üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 2 (iki) ədəd sandıqça - “Kalaşnikov" konstruksiyalı “AK” (“AKM”, “AKC”, “AKMC”) markalı avtomat silahların funksional əhəmiyyət daşımayan komplekt hissələri olmaqla, zavod üsulu ilə hazırlanmış, 30 (otuz) ədəd 1943-cü il nümunəli, 7,62x39 mm kalibrli patron tutumuna malik olan sandıqçalardırlar, təyinatları üzrə istifadəyə yararlıdırlar və təyinatlarına uyğun olaraq həmçinin tədqiqata təqdim edilmiş 7,62 mm kalibrli, “AKMC” markalı, TP 8633 №-li avtomat silahda da istifadə onuna bilərlər. Tədqiqata 2 (iki) ədəd sandıqçanın birinə 30 (otuz) ədəd, digərinə isə 25 (iyirmi beş) ədədi doldurulmuş vəziyyətdə təqdim edilmiş, cəmi: 55 (əlli beş) ədəd patron - zavod üsulu ilə hazırlanmış, pistonları mərkəzdən alışan, 1943-cü il nümunəli, 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrə malik “Kalaşnikov” konstruksiyalı “AK” (“AKM”, “AKC”, "AKMC”) markalı avtomat silahlarda, “RPK" (“RPKS”) markalı əl pulemyotlarında, “CKC” karabinində və sair yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş patronlardırlar- döyüş sursatıdırlar, atəşə (istifadəyə) yararlıdırlar və üzərlərində odlu silahdan atəş açılarkən yaranmış izlər, o cümlədən pistonları üzərində odlu silahın vurucusunun izi yoxdur (cild 2, iş vərəqə 122-126). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Təhqiqatlar İdarəsinin 25 aprel 2023-cü il tarixli 3-13-11/2-5347/2023 nömrəli məktubundan görünür ki, 01 ədəd 7,62 mm kalibrli, TP-8633 №-li “Kalaşnikov” konstruksiyalı “AKMS” modelli avtomatdan eksperimental qaydada atılmış güllə-giliz nümunələri idarənin «güllə-giliz» kartotekasında «ARSENAL» avtomatlaşdırılmış balistik sistemi vasitəsilə yoxlanılmış,müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir (cild 1, iş vərəqə 200). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 22 may 2023-cü il tarixli 3122 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs eyni zamanda bir neçə narkotik vasitə və digər psixoaktiv maddənin qəbulu nəticəsində asılılıq sindromu aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır (cild 2, iş vərəqə 127-128). Ambulator məhkəmə-psixiatrik ekspertizasının 25 iyun 2023-cü il tarixli 1782 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 2, iş vərəqə 130- 131). 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin 39 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs haqqında heç bir şikayətin daxil olmadığı göstərilmişdir (cild 2, iş vərəqə 40). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının 20 aprel 2023-cü il tarixli 5088 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs göstərilən xəstəxanada müalicədə olmamışdır (cild 2, iş vərəqə 52). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 208-209). Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmişdir, başa çatmış cinayətlərdir. Təsnifata görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.2.1-ci maddəsində nəzərdə tutulan əməl az ağır, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 -ci maddəsində nəzərdə tutulan əməl az ağır, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1 -ci maddəsində nəzərdə tutulan əməl isə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 27 may 2005-ci il tarixli qərarlarının izah və tələblərini də rəhbər tutur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 27 may 2005-ci il tarixli 2 saylı Qərarında ifadə edilmiş hüquqi mövqeyə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsində qeyd olunan predmetləri qanunsuz daşıma dedikdə, onların yerinin dəyişdirilməsi məqsədi ilə istənilən üsulla qəsdən edilən hər hansı bir hərəkət başa düşülür. Müvafiq izah və tövsiyyələrə əsasən göstərilən predmetlərin müvafiq xüsusi icazə olmadan təqsirkarın idarə etdiyi nəqliyyat vasitəsində olması işin konkret hallarından asılı olaraq onları qanunsuz saxlama, daşıma və ya gəzdirmə kimi tövsif olunmalıdır. Bu cinayətin predmetlərini qanunsuz saxlama dedikdə, onların binalarda, gizli saxlanc yerlərində, habelə mühafizəsi təmin edilən və üzərində zəruri nəzarət həyata keçirilən digər yerlərdə saxlanılması başa düşülməlidir. Məhkəmə, ibtidai istintaq orqanının təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamdakı qanunsuz olaraq yivli odlu avtomatik silahını, onun komplekt hissələrini və döyüş sursatlarını «üzərində daşımaqla gəzdirməsi», habelə satış məqsədi olmadan külli miqdarda psixotrop maddəni əldə edərək, üzərində saxlamaqla daşıması» ittihamı ilə bağlı qeyd edir ki, tam, obyektiv və hərtərəfli məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların məcmusuna əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs yivli odlu avtomatik silahını, onun komplekt hissələrini və döyüş sursatlarını faktiki olaraq qanunsuz əldə etmişdir. Eyni zamanda, satış məqsədi olmadan külli miqdarda psixotrop maddəni də əldə etmiş və üzərində saxlamışdır. İbtidai istintaq orqanının təqdim etdiyi sübutların özləri də təqsirləndirilən şəxsin törətdiyi cinayət əməllərinin dispozitiv əlamətlərinin məhz bunlardan ibarət olmasını təsdiq edir. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs yivli odlu avtomatik silahını, onun komplekt hissələrini və döyüş sursatlarını yalnız qanunsuz əldə etmiş, onları saxlamamış, daşımamış və gəzdirməmişdır. Daşımağa, saxlamağa və gəzdirməyə macal tapmadan polis əməkdaşları tərəfindən cinayət başında yaxalanmışdır. Satış məqsədi olmadan külli miqdarda psixotrop maddəni isə təqsirləndirilən şəxs qanunsuz əldə etmiş, saxlamış, psixotrop maddənin yerinin dəyişdirilməsinə yönəlmiş daşımanı ehtiva edəcək hər hansı hərəkət etməmişdir. Onu da daşımağa macal tapmadan cinayət başında yaxalanmışdır. Müəyyən edilmiş bu xüsusatlar işin mübahisəsiz hallarıdır. Ona görə də məhkəmə, Təqsirləndirilən şəxs qeyd olunan iki cinayət epizoduna münasibətdə əməllərinin obyektiv cəhətinin qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq yivli odlu avtomatik silahı, onun komplekt hissələrini və döyüş sursatlarını əldə etməkdən, habelə satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etməkdən və üzərində saxlamaqdan ibarət olması nəticəsinə gəlir. Məhkəmə, Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsinə dair mövqeyini, onun subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirir. Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - şahidlərin ifadələri, habelə iş üzrə toplanmış digər çoxsaylı və mötəbər sübutların məcmusu, işin faktiki halları, cinayət işinin digər materialları ilə təkzib olunur. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.2.1-ci, 234.1-ci və 234.1-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.2.1-ci, 234.1-ci və 234.1-1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 12 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 aprel 2023-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 12 aprel 2023-cü il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 24-25, 131-136, 235). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 12 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Həm də Təqsirləndirilən şəxs 30 yanvar 2023-cü il tarixdən 01 fevral 2023-cü il tarixədək tutulduğu 2 gün ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X6 İdarəsinin silah anbarına təhvil verilmiş, 01 ədəd TP-8633 №li, 7,62 mm kalibrli olmaqla zavod üsulu ilə keçmiş SSRİ dövlətində, 1962-ci ildə silah zavodunda istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı olan “AKMS” modelli, “Kalaşnikov” konstruksiyalı odlu yivli silah avtomat, 60 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrli “Kalaşnikov” konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, döyüş sursatı və atəş üçün yararlı olan ştat patronlar, 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı, həmin kalibrli “Kalaşnikov” konstruksiyalı avtomatların komplekt hissəsi olan 02 ədəd daraqlar xüsusi müsadirə tətbiq edilməklə dövlət nəfinə alınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X6 İdarəsinin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 7,370 qram təşkil edən marixuana, qalıq çəkisi 9,447 qram təşkil edən metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və nəqliyyat vasitəsinə baxış keçirilməsinin görüntülərini özündə əks etdirən üç ədəd disk, telefon danışıqları ilə bağlı məlumatları özündə əks etdirən 04 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, “Samsung Galaxy A-33” markalı mobil telefon Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 334 (üç yüz otuz dörd) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 64, 245, cild 2, iş vərəqə 123, 213). Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.2.1-ci, 234.1-ci və 234.1-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.2.1-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 2 gün təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılaraq onun üzərində 5 (beş) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 12 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X6 İdarəsinin silah anbarına təhvil verilmiş, 01 ədəd TP-8633 №li, 7,62 mm kalibrli olmaqla zavod üsulu ilə keçmiş SSRİ dövlətində, 1962-ci ildə silah zavodunda istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı olan “AKMS” modelli, “Kalaşnikov” konstruksiyalı odlu yivli silah avtomat, 60 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrli “Kalaşnikov” konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, döyüş sursatı və atəş üçün yararlı olan ştat patronlar, 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı, həmin kalibrli “Kalaşnikov” konstruksiyalı avtomatların komplekt hissəsi olan 02 ədəd daraqlar xüsusi müsadirə tətbiq edilməklə dövlət nəfinə alınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X6 İdarəsinin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 7,370 qram təşkil edən marixuana, qalıq çəkisi 9,447 qram təşkil edən metamfetamin məhv edilsin; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və nəqliyyat vasitəsinə baxış keçirilməsinin görüntülərini özündə əks etdirən üç ədəd disk, telefon danışıqları ilə bağlı məlumatları özündə əks etdirən 04 ədəd disk cinayət işinin materiallarında saxlanılsın; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X6 İdarəsinin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, “Samsung Galaxy A-33” markalı mobil telefon Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılsın. Təqsirləndirilən şəxs 334 (üç yüz otuz dörd) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Faiq Qəniyev Hakimlər: Mahmud Ağalarov Samir Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar