Məhkəmə qərarları › İş №1(101)-1920/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1920/2024

12.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1920/2024 12.12.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyeva Aytən Heydər qızı (sədrlik edən), X3 və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxxx 1991-ci il tarixdə Yevlax rayonu, 28 Aprel sovxozunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, Yevlax rayonu, Aran Ərazi dairəsi, Aran Qəsəbəsində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə saat 10:30-da açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttihamın mahiyyəti: 1.Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq küllü miqdarda narkotik vasitəni və külli miqdarda psixotrop maddəni əldə edib üzərində saxlamaqla daşımışdır. 2.Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi ilə qanunsuz olaraq ümumi təmiz çəkisi 122,850 qram olmaqla külli miqdarda narkotik vasitə heroin və ümumi təmiz çəkisi 61,605 qram olmaqla külli miqdarda psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla daşımış, həmin pisoxotrop maddə metamfetamindən xeyli miqdarda, təmiz çəkisi 0,286 qram olan hissəni 05 mart 2024-cü il tarixdə qohumu Şahid1 Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci Mədən yaşayış massivi ərazisində 50 manata satmış, Şahid1 xx.xx.2024-cü il tarixdə saat 14:30 radələrində Nərimanov Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən ünvan 1 ünvanının qarşısında saxlanılıb, ünvan 2anov RPİ-nə gətirilərək üzərində keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki qara rəngli idman gödəkcəsinin sol yan cibində olan portmanatının qəpik üçün nəzərdə tutulmuş hissəsindən təmiz çəkisi 0,286 qram ağ rəngli, kristallik hissəciklərdən ibarət, kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüş, Nərimanov Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinə daxil olmuş məlumat əsasında həmin Bölmənin əməkdaşları tərəfindən 06 mart 2024-cü il tarixdə həyata keçirilmiş əməliyyataxtarış tədbiri zamanı həmin tarixdə saat 17:15- də yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci Mədən yaşayış massivi ərazisində yerləşən nömrəsiz fərdi yaşayış evinin qarşısında saxlanılıb, ünvan 2anov RPİ-nə gətirilərək üzərində keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 122,850 qram qəhvəyi rəgli, kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 61,319 qram ağ rəngli, kristallik hissəciklərdən ibarət, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Sübutların tədqiqi: 3.Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində qeyd etmişdir ki, mart ayının 2-3-ü tarixlərində polislər səhər saatlarında onun kirayə qaldığı evə gələrək Kənan adlı şəxsə niyə “mal” satdığını soruşmuşlar. “AP” seriyalı, ağ maşınla gələn dörd nəfər onu polis bölməsinə aparıb döymüşlər. Onu aparanda evdə həyat yoldaşı və altı aylıq uşağı olmuşdur. Bölmədə onun üzərinə silah qoymaq istəmişlər və qorxduğu üçün məcburiyyətdən pis vəziyyətdə qalıb polislərin dedikləri ilə razılaşmışdır. Onun üzərində özünün istifadə edəcəyi qədər narkotik olmuşdur. Kənanla hər ikisi “narkoman” olmuşlar, hər biri 5, 10, 15 manat qoyaraq birlikdə narkotik almışlar. Onun üzərində ittiham aktında yazıldığı kimi yüz qram yox, təxminən bir büküm sıfır üç və ya sıfır dörd qram heroin olmuşdur. Kənan onun uzaq qohumudur, Kənanla onun arasında hansısa satış olmamış, birlikdə pul qoyaraq narkotik almışlar. Narkotiki otuz manat pul verib almışlar, pulun on beş manatını o, on beş manatını isə Kənan vermişdir. Narkotiki iranlıdan kartına pul göndərməklə almış, “Binəqədi sentral” deyilən yerdə, marketin arxasından götürmüşdür. Kənan gələndən sonra birlikdə istifadə edəcəkdilər. Kənanla daha əvvəl bir neçə dəfə birlikdə narkotik istifadə etmişlər. O, döyülməsi ilə bağlı heç kimə şikayət etməmişdir. 4.Məhkəmə iclas zalında verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi arasında ziddiyyətlər yarandığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Yevlax rayonu, Aran ərazi dairəsi, Aran qəsəbəsində qeydiyyatda olsa da, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədən massivi nömrəsiz evdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləməmişdir. 5 ildir ki, narkotik vasitələrdən istifadə etmişdir. Narkotik vasitəni Bakı şəhəri ərazisində müxtəlif şəxslərdən alaraq istifadə etmişdir. Rusiya Federasiyasında olan zaman Tural adlı şəxsi tanımışdır. Tural da onun kimi narkotik vasitə istifadəçisidir. Turalla dostluq münasibəti yaranmışdır. Bakı şəhərinə qayıtdıqdan sonra da Turalla görüşmüşdür. xx.xx.2024-cü il tarixdə yaşadığı evin yaxınlığında olan zaman Turalla görüşmüşdür. Tural ona iki büküm verərək bildirmişdir ki, bükümlərdən birində narkotik vasitə olan heroin, digər bükümdə isə psixotrop maddə olan metamfetamin vardır. Tural həmin bükümləri tanımadığı İran İslam Respublikası vətəndaşından aldığını və həmin narkotik vasitə ilə psixotrop maddəni ondan saxlamasını istəmişdir. O, Turaldan qeyd olunan maddələri nə üçün özünün saxlamadığını soruşan zaman Tural bina evində yaşadığından maddələri yaşadığı evə apara bilmədiyini, əgər evə apararsa valideyinləri tərəfindən narkotik istifadə etməsinin aşkara çıxmasından qorxduğunu bildirmişdir. O da dostluq münasibətinə görə məcbur olaraq Tural ilə razılaşmış və iki ədəd bükümü götürərək yaşadığı evin qarşısında olan daşlardan birinin arxasında gizlətmişdir. Turalla danışıqlarına əsasən sonuncu ona verdiyi maddələri xx.xx.2024-cü il tarixdə saat 17 radələrində görüşərək ondan götürəcəkmiş. xx.xx.2024-cü il tarixdə saat 17:15 radələrində yaşadığı evdən çıxmış, yaşadığı evin qarşısında, daşın altında gizlətdiyi maddələri cibinə qoyaraq aşağı məhəlləyə doğru hərəkət etmək istəyən zaman iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşmışlar. Özlərini təqdim edərək polis əməkdaşları olduqların bildirib ondan anket məlumatlarını soruşmuşlar. O, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu demişdir. Polis əməkdaşları onu Nərimanov RPİ-nə dəvət etmişlər. O da heç bir etiraz etmədən birlikdə polis idarəsinə gəlmişdir. Polis idarəsində narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu və üzərinə şəxsi axtarış keçiriləcəyi ona bildirilmişdir. Ona hüquq və vəzifələri izah olunmuş, müdafiəçi təqdim olunmuş və şübhəli şəxs qismində tutulduqdan sonra xidməti otaqların birində polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Həmin vaxt ona üzərində qanunsuz əşya və ya maddə varsa könüllü olaraq təqdim etməyini bildirmişlər. O da əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən iki ədəd bükümü, sol yan cibindən isə 01 ədəd “Xiaomi note 7” markalı, 01 ədəd “FLY” markalı mobil telefonu və bir ədəd özünə məxsus 4127- 2093-0787-9004 nömrəli “Beynəlxalq Bank”-ın plastik kartını təqdim etmişdir. Bükülülərin içərisində nə olması ondan soruşulan zaman o, bükümlərdən birində narkotik vasitə olan heroin, digər bükümdə isə psixotrop maddə olan metamfetamin olmasını bildirmişdir. Polis əməkdaşları üzərindən aşkar olunaraq götürülmüş maddənin haradan aldığını soruşanda, o, həmin maddələri bir gün əvvəl Tural adlı tanışının ona saxlaması üçün verdiyini bildirmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilsə də, üzərindən başqa heç bir şey aşkar olunmamışdır. Üzərindən aşkar edilmiş mobil telefonlar ona izah edilməklə götürülmüşdür. Bundan sonra isə bütün hərəkətlər protokollaşdırılmış, onun və iştirakçıların iştirakı ilə həmin maddələr zərfə qoyulub möhürlənmiş və onlar imzaları ilə protokolun doğruluğunu təsdiq etmişlər. O, həmin narkotik vasitəni və psixotrop maddəni Turala saxlamağı üçün vermişdir. Həmin maddələr ona məxsus deyildir. O, həmin maddələri xx.xx.2024-cü il tarixdə Turala verəcəkmiş. O, narkotik və psixotrop maddələrin istifadə etsə də satışı ilə məşğul olmamışdır. Polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilən zaman ona qarşı hər hansı fiziki zor və sair təzyiqlər göstərilməmişdir. O, Turalın anket məlumatları barədə heç nə bilmir, Turalla mobil telefon vasitəsi ilə əlaqə saxlamamış, mobil nömrəsini, harada yaşamasını bilməmiş, onlar təsadüfən görüşmüşlər. O, ***-***-**- ** saylı mobil nömrəni istifadə etmişdir. Üzərindən aşkar olunmuş mobil telefonlardan yalnız 01 ədəd “Xiaomi note 7” markalı mobil telefon işlək vəziyyətdədir. Digər mobil telefon işləməmişdir. Şahid1 çoxdan tanımış, Kənan onun qohumudur. Şahid1 yalan demişdir. O, Kənana psixotrop maddə satmamışdır (İ cild, səh. 97-99). 5.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Kənan adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və həmin şəxs tərəflərindən saxlanılmışdır. Üzərinə baxış keçirilən zaman bir büküm metamfetamin aşkar edilmiş, sorğu zamanı Binəqədi rayonu ərazisində olan qohumu Orxan adlı şəxsdən əlli manata əldə etdiyini bildirmişdir. Bundan sonra qərar qəbul edilərək əməliyyat qrupu yaradılmış, keçirilmiş tədbir nəticəsində Təqsirləndirilən şəxs Binəqədi rayonunda “Mədən” deyilən ərazidə tərəflərindən saxlanılaraq Nərimanov rayonu ərazisinə gətirilmişdir. Üzərinə videoçəkilişlə baxış keçirilən zaman əynindəki gödəkcənin sağ yan cibindən iki büküm heroin və metamfetamin aşkar edilmişdir. Aşkar edilənlər təhqiqatçının və müdafiəçinin iştirakı ilə qablaşdırılaraq götürülmüşdür. Əməliyyatda iki nəfər - onunla Fariz iştirak etmişdir və təqsirləndirilən şəxsi yaşadığı evdə saxlamışlar. Polis əməkdaşları tərəfindən təqsirləndirilən şəxsə hansısa narkotik vasitə verilməmişdir. Saxlanılan zaman, idarəyə gətirildikdən sonra Təqsirləndirilən şəxs hansısa təzyiq olmamışdır. Şahid2 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. 6.Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Nərimanov RPİ-nin NMB-nin rəisi vəzifəsində işləyir və polis polkovnik-leytenantıdır. 06 mart 2024-cü il tarixdə saat 14:30 radələrində ünvan 4 ünvanın qarşısında narkotik vasitələrin istifadəsində şübhəli şəxs qismində saxlanılaraq Nərimanov RPİ-nə gətirilmiş Şahid1 üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini Bakı şəhəri, Binəqədi rayonu ərazisində qohumu Təqsirləndirilən şəxs 50 manata əldə etməsini bildirmişdir. Buna görə də Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmadı barədə daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə onun tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Buna görə də ondan, Nərimanov RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid3 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Bundan sonra o və Fariz birlikdə məlumat əsasında həmin gün saat 17:15 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, ikinci mədən adlanan ünvana getmişlər. Həmin vaxt onlar xarici görkəm əlamətlərinə görə Orxanın əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin orada olmasını və özünü şübhəli apardığını görüb, həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər və həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü xx.xx.1991-ci ildə Yevlax rayonu 28 Aprel sovxozunda anadan olmuş, Yevlax rayonu, Aran Ərazi dairəsi, Aran Qəsəbəsində qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2 saylı Mədən yaşayış massivi, nömrəsiz fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar Orxana narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib sonuncunu saxlayaraq Nərimanov RPİ-nin inzibati binasına dəvət etmişlər. Orxan da buna etiraz etmədikdən sonra sonuncunu Polis İdarəsinə gətirib barəsində araşdırma aparılması üçün təhqiqatçı Toğrul Məmmədova təhvil vermişlər. Toğrul Məmmədov da Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkilin iştirakı ilə sonuncunu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra onların və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirməmişdən əvvəl Orxana üzərində qeyriqanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif edilmişdir. Bu təklifdən sonra Orxan da əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd içərisində qəhvəyi rəngli və 01 ədəd içərisində ağ kristallik maddə olan sellofan bükümü, həmin gödəkcənin sol yan cibindən 01 ədəd “Redmi Note7” markalı, 01 ədəd “Fly” markalı mobil telefonu, 01 ədəd “Beynəlxalq Bank”a məxsus plastik kartı çıxarıb masanın üzərinə qoyaraq içərisində həmin bükümlər narkotik vasitə və psixotrop maddə olduğunu bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş maddələrin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olmasını, həmin maddələri Tural adlı şəxsin ona saxlamaq üçün verdiyini bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı sonuncunun üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Bundan sonra axtarış iştirakçılarının iştirakı ilə Orxanın üzərindən aşkar olunmuş maddələr qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Orxan tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir (İ cild, səh. 154-156). 7.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, onlar tərəfindən Kənan adlı şəxs tutulmuş, üzərindən narkotik aşkar edilmiş, mənbəyini soruşduqda bir gün əvvəl Orxan adlı qohumundan əlli manata aldığını bildirmişdir. Kənan məlumatları verdikdən sonra Binəqədi rayonunda Təqsirləndirilən şəxs yaxınlaşıb şöbəyə dəvət etmişlər, bölmədə viodeoçəkilişlə və müdafiəçinin iştirakı ilə baxış keçirilərkən üzərindən heroin və metamfetamin aşkar edilmiş, lakin çəkiləri dəqiq yadında qalmamışdır. Əməliyyat tədbirində onunla Qasım müəllim iştirak etmiş, əməliyyat qrupunun rəhbəri Qasım müəllim olmuşdur. Təqsirləndirilən şəxs evindən aparılmamışdır. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi kimi polis əməkdaşları tərəfindən üzərinə narkotik vasitə qoyma halı olmamışdır. Təqsirləndirilən şəxs hər-hansı təzyiq olmamışdır. Şahid3 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. 8.Məhkəmə iclasında Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir (İ cild, səh. 157-159). 9.Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Yevlax rayonu, Aran ərazi dairəsi, Aran qəsəbəsində qeydiyyatda olsa da, faktiki olaraq ailəsi ilə birlikdə ünvan 6 ünvanında kirayə yaşayır. Fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, ailəlidir və iki azyaşlı övladı vardır. Əvəllər məhkum olunmamışdır. Təxminən bir ildir ki, psixotrop maddə olan metamfetamindən istifadə etmişdir. Psixotrop maddəni əvvəllər tanımadığı, şəxsiyyətləri haqqında məlumatı olmadığı şəxslərdən almışdır. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə saat 19 radələrində istifadəsində olan ***-***-**-** və ya ***-***-**-** nömrəli mobil telefonundan uzaq qohumu Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi ilə əlaqə saxlamışdır. Orxanın narkotik vasitə istifadəçisi olduğunu, bundan əlavə psixotrop maddə satdığını bildirmiş və əvvəllər də bir neçə dəfə Orxandan psixotrop maddə almışdır. Orxanla əlaqə saxlayan zaman sonuncudan psixotrop maddə olan metamfetamin istəmişdir. Orxan da metamfetaminin olduğunu və ona sata biləcəyini bildirmişdir. Bundan sonra o, yaşadığı evdən çıxaraq Binəqədi rayonu, 2-ci mədən massivinə gedərək Orxanla görüşmüşdür. Orxandan təxminən yarım qram psixotrop maddə olan metamfetamin almış, aldığı metamfetamini portmanatının qəpik yığılması üçün nəzərdə tutulmuş cibinə qoymuş və qarşılığında Orxana 50 manat pul vermişdir. Sonra oradan uzaqlaşaraq atasıgilə getmişdir. Səhər saatlarında da yaşadığı evə getmişdir. 06 mart 2024-cü il tarixdə saat 14:30 radələrində yaşadığı evdən çıxmışdır ki, rahat yer taparaq Orxandan aldığı psixotrop maddəni istifadə etsin. Evin qarşısından kənarlaşmaq istəyən zaman 2 nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini polis əməkdaşları olaraq təqdim edərək ondan özünü təqdim etməyini xahiş etmişlər. Üzərində psixotrop maddə olduğuna görə o, özünü itirmiş, cavab verməkdən yayınmaqla polis əməkdaşlarından qaçaraq uzaqlaşmaq istəmişdir. Həmin vaxt polis əməkdaşları onun arxasınca qaçaraq onu saxlamışlar. Həmin vaxt polis əməkdaşları ondan narkotik istifadəçisi olub-olmadığmı soruşmuşlar və o, istifadəçi olduğunu, hal-hazırda üzərində narkotik olduğunu demişdir. Bundan sonra polis əməkdaşları onu Nərimanov RPİ-nə gətirmişlər. Yolda söhbət zamanı polis əməkdaşları ondan narkotiki kimdən və hansı qaydada aldığını soruşmuşlar. Şifahi söhbət zamanı o, istifadə etdiyi psixotrop maddəni qohumu Orxandan aldığını bildirmişdir. Polis əməkdaşları ondan Orxanın anket məlumatlarını və yaşadığı ünvanın yerini soruşmuşlar. O da Orxanın anket məlumatlarını və yaşadığı ünvanı demişdir. Polis idarəsinə çatdıqdan sonra hüquq və vəzifələri ona izah olunmuş, əlavə olaraq onun hüquqlarının müdafiəsi üçün vəkil dəvət olunmuşdur. Ona üzərinə video çəkilişlə şəxsi axtarış keçiriləcəyini izah edilmişdir. Daha sonra video çəkilişlə üzərində olan əşyaları təqdim etməyi dedikdə, o, əynindəki idman gödəkcəsinin sol yan cibindən portmanatını və sağ yan cibindən isə özünə məxsus “Samsung” markalı mobil telefonu təqdim etmişdir. Polis əməkdaşları portmanatın içərisinə baxış keçirən zaman portmanatdan 4 manat pul və qəpik üçün nəzərdə tutulmuş hissəsindən bir ədəd büküm aşkar etmişlər. Polis əməkdaşı ondan həmin bükümdəki maddənin nə olmasını soruşduqda, o, yalan danışmağın bir əhəmiyyət kəsb etməyəcəyini başa düşüb həmin bükümdə olan maddənin “şüşə” adlandırılan psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Eyni zamanda ondan həmin maddəni haradan və kimdən almağını soruşanda, o, həmin narkotiki bir gün əvvəl qohumu Orxandan öz istifadəsi üçün 50 manata aldığını bildirmişdir. Sonra polis əməkdaşı başqa harada hər hansı qanunsuz əşya saxlayıb-saxlamadığını ondan soruşanda, o, təqdim etdiyi narkotikdən başqa heç bir yerdə qanunsuz əşya və ya narkotik maddə saxlamadığını bildirmişdir. Sonra isə polis əməkdaşları və vəkilin iştirakı ilə üzərinə axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, üzərindən aşkar edilmiş həmin psixotrop maddə metamfetamin cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb möhürü ilə möhürlənərək götürülmüşdür (İ cild, səh. 116-118). 10.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 mart 2024-cü il tarixli 3-16-16/2-6/1360 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Şübhəli (imza) Təqsirləndirilən şəxs...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 122,850 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, bir ədəd bükümdə təmiz çəkisi 61,319 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik narkotik vasitələr”-in siyahısına Siyahı İ) daxildir (İ cild, səh. 42-48). 11.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 mart 2024-cü il tarixli 3-16-16/2-6/1361 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Şübhəli şəxs Şahid1 üzərindən...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,286 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir (İ cild, səh. 71-73). 12.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 may 2024-cü il tarixli 3-16-16/2-6/1857 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Şübhəli (imza) Təqsirləndirilən şəxs...” sözləri olan 1 №-li zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 61,219 qram olan psixotrop maddə metamfetaminlə üzərində “...Şübhəli şəxs Şahid1 üzərindən...” sözləri olan 2 №-li zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,236 qram olan psixotrop maddə metamfetamin xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər (İ cild, səh. 248-252). 13.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsi Ambulator X1 03 may 2024-cü il tarixli, 2936 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbul edilməsi nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (İ cild, səh. 253-254). 14.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X7-Hüquqi şəxsi ambulator məhkəmə psixiatrik ekspertizasının 03 may 2024-cü il tarixli, 1249 nömrəli rəyindən görünür ki, İ. Motivləşdirici hissə. Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. İİ.Yekun hissə. Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM- nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs halhazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (İ cild, səh. 255-257). 15.«Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması barədə» 06 mart 2024-cü il tarixli protokoldan və həmin istintaq hərəkətinin video-görüntüləri özündə əks etdirən DVD diskdən görünür ki, şəxsi axtarış və götürmə başlamamışdan əvvəl Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri varsa könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 01 (bir) ədəd şəffaf rəngli sellofana bükülmüş və içərisində ağ rəngli spesifik qoxuya malik maddəni və 01 (bir)ədəd şəffaf rəngli sellofana bükülmüş və içərisində olan qəhvəyi rəngli spesifik qoxuya malik maddəni təqdim etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən isə 01 (bir) ədəd göy rəngli “Xiaomi Note 7” markalı mobil telefon cihazını, 01 (bir) ədəd qara rəngli “FLY” mobil telefon cihazını və 01 (bir) ədəd üzərində 4127-2093-0787-9004 sayları olan “Beynəlxalq Bank”-a məxsus bank kartını könüllü təqdim etmişdir. Aşkar edilmiş 01 (bir) ədəd şəffaf rəngli sellofana bükülmüş və içərisində ağ rəngli spesifik qoxuya malik maddə, 01 (bir) ədəd şəffaf rəngli sellofana bükülmüş və içərisində olan qəhvəyi rəngli spesifik qoxuya malik maddə iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi götürülərək qablaşdırılıb möhürlənmişdir (İ cild, səh. 33-34). 16.«Baxış keçirilməsi haqqında» 07 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus bir ədəd “Redmi Note 7” və bir ədəd “FLY” markalı mobil telefon aparatlarına baxış keçirilmiş, baxış zamanı “Redmi Note 7” markalı mobil teflonda olan “Whatsapp” proqramının Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatda keçməsi , “Whatsapp” proqramında “Kenan” adı ilə qeyd edilmiş ***-***-**- ** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrənin arasında 05 və 06 mart 2024-cü il tarixində narkotik vasitələrin əldə edilməsi, ünvanlara qoyulması barədə şəkil, məkan və ünvan bildirişlərinin, səs yazıların göndərilməsi aşkar edilmişdir. Bununla bağlı baxışda iştirak edən Təqsirləndirilən şəxs ***-***-**-** mobil nömrənin ona məxsus olduğunu, “Kənan” adı ilə qeyd edilmiş şəxsin qohumu Şahid1 olduğunu bildirmişdir. “FLY” markalı mobil telefondan iş üzrə sübut əhəmiyyəti kəsb edən hal aşkar edilməmişdir (İ cild, səh. 62-67). 17.«Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında» 04 iyun 2024-cü il tarixli qərardan görünür ki, İstintaq zamanı Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 122,850 qram olan narkotik vasitə heroin, 01 ədəd bükümdə ilkin təmiz çəkisi 61,319 qram olan psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və qalıq qalmış 122,750 qram çəkidə narkotik vasitə heroin, 61,169 qram çəkidə psixotrop maddə metamfetamin saxlanış üçün Nərimanov Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmişdir. İş üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD formatlı disk maddi sübut kimi tanınmış və istintaq materiallarına əlavə edilmişdir. İş üzrə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Redmi Note 7” markalı mobil telefon aparatı maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (İ cild, səh. 258-272). 18.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş Təqsirləndirilən şəxs adına açılmış tibbi kitabçanın surətindən görünür ki, alın, hər iki əlin arxa səthi, sol əlin ovuc səthi, hər iki said, sol baldır nahiyədə köhnə çapıq toxumaları, sağ əlin üst nahiyəsində postineksion şişkinliyi aşkar olunmuşdur. 19.«Tutma haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 mart 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, səh. 23-24). 20.Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 mart 2024-cü il il tarixli, 4(005)- 345/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 06 mart 2024-cü il tarixdən hesablamaqla 04 (dörd) ay müddətinə “həbs" növündə qətimkan tədbiri seçilmişdir (İ cild, səh. 111-115). 21.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və Şəki Ağır Cinayətlər Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli, 1(091)-132/2022 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Şəki Ağır Cinayətlər Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır (İ cild, səh. 163-164, 165-187). 22.İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Şəki Ağır Cinayətlər Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli, 1(091)-132/2022 nömrəli hökmü ilə ona təyin edilmiş 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını çəkməmişdir. 23.İş materiallarında olan elektron çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il təvəllüdlü bir uşağı vardır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: 24.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.1 və 125.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur və məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 25.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 26.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 27.Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarının tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib və məhkəmə iclasında tam, hərtərəfli, obyektiv araşdırılmış sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə birgə hüquqi qiymət verib, həmin sübutlara əsaslanaraq, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibi vardır. 28.Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarına görə tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. 29.«Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». 30.Qanunun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 31.Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 32.Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. 33.“Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının 8-ci bəndinə əsasən digər şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. 34.Qeyd olunan Plenum qərarının 9-cu bəndində qeyd edilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 35.«Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İ siyahının 83-cü bəndinə əsasən 2 qram və yuxarı həddə narkotik vasitə olan heroin külli miqdar hesab edilir. İİ siyahının 118-ci bəndinə əsasən 2 qram və yuxarı həddə psixotrop maddə olan metafetamin külli miqdar hesab edilir. 36.Məhkəmə, təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən azad olunmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri məhkəmə iclasında təqiq edilmiş şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. 37.Məhkəmə Təqsirləndirilən şəxs narkotik vasitənin və psixotrop maddənin satışı ilə məşğul olmaması ilə əlaqədar ifadəsinə münasibətdə isə onu qeyd edir ki, Təqsirləndirilən şəxs məxsus olmaqla istifadəsində olmuş “Redmi Note 7” markalı mobil telefon aparatına keçirilmiş baxış zamanı “Whatsapp” proqramının Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatda keçməsi, “Whatsapp” proqramında “Kenan” adı ilə qeyd edilmiş ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrənin arasında 05 və 06 mart 2024-cü il tarixində narkotik vasitələrin əldə edilməsi, ünvanlara qoyulması barədə şəkil, məkan və ünvan bildirişlərinin, səs yazıların göndərilməsinin müəyyən olunması təqsirləndirilən şəxsin həmin narkotik vasitəni və psixotrop maddəni satış məqsədi ilə əldə etdiyini tam sübuta yetirir. 38.Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalması ilə bağlı ifadəsində göstərdiyi xüsusatlarla əlaqədar qeyd edir ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin məhkəməyədək icraat dövründə fiziki təqzyiqə məruz qalması halı öz təsdiqini tapmamışdır. 39.İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, konvensiyanın 6-cı maddəsi ədalətli məhkəmə araşdırması hüququna təminat verir və məhkəmənin vəzifəsi bütövlükdə məhkəmə araşdırmasının, o cümlədən sübutların əldə edilməsinin, qiymətləndirilməsinin ədalətliliyini, müdafiə və ittiham tərəflərinin hüquq bərabərliyi təmin edilməklə çəkişmə prinsipinə əməl edilməsinin, təqsirləndirilən şəxsin sübutları mübahisə etmək, onlara etiraz etmək hüququnun təmin edilməsini araşdırmaqdır. (Bikkov v. Rusiya [GC], 4378/02, §§ 88- 90, xx.xx.2009 və Rowe və X4rşı [GC], 28901/95, § 60, AİHM 2000 İİ) 40.Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə təzyiq edilməsi dair iddialar müvafiq sübutlarla təsdiq olunmalıdır. 41.Məhkəmə təqsirləndirilən şəxsin ona verilmiş ittihamda qeyd olunduğu kimi üzərində narkotik vasitə və psixotrop maddə olmaması məzmunda ifadəsinə münasibətdə qeyd edir ki, təqsirləndirilən şəxsin üzərinə .«Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması barədə» 06 mart 2024-cü il tarixli protokolun və həmin istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən DVD diskin mötəbərliliyini şübhə altına alan əsaslar müəyyən edilmədiyindən, həmin istintaq hərəkətinin həyata keçirilməsi zamanı sonuncudan aşkar edilərək götürülmüş narkotik vasitənin ona məxsus olması qənaətinə gəlməyə tam əsas verir. 42.Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitənin və psixotrop maddənin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətləri törətməsi məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarla öz təsdiqini tapır. 43.Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə edib üzərində saxlayaraq daşıması mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun törətmiş olduğu ictimai təhlükəli əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. 44.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs törətmiş olduğu ictimai təhlükəli əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir 45.Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətməsində təqsirli olması məhkəmə araşdırması zamanı araşdırılmış sübutlarla, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, eləcə də iş materiallarında olan digər təkzibolunmaz sübutların məcmusu ilə sübuta yetirildiyini müəyyən edərək hesab edir ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. 46.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında cəzanı bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası olmasını, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsi olmasını qeyd etmişdir. Bundan başqa məlumdur ki, sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. 47.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 48.Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 49.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 50.Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinin tələblərini rəhbər tutaraq, himayəsində azyaşlı uşağının olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. 51.Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. 52.Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanı yüngüləşdirən və ağırlaşdıran halları, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyini qanuni, ədalətli və cəzanın tətbiqi məqsədinə uyğundur. 53.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. 54.“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. 55.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə görə azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. 56.“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 may 2009-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. 57.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 58.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə görə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. 59.Göründüyü kimi Təqsirləndirilən şəxs Şəki Ağır Cinayətlər Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli, 1(091)-132/2022 nömrəli hökmü ilə məhkum edildiyi cinayət əməlinə münasibətdə məhkumluğu ödənilməmişdir, lakin ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza - azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyindən Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən cinayətin residivini yaratmır. 60.Verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə təqsirləndirildiyi ictimai təhlükəli əməli Şəki Ağır Cinayətlər Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli, 1(091)-132/2022 nömrəli hökmü ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi vaxt yəni, cəzanın çəkilməmiş hissəsi ərzində törətmişdir. 61.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. 62.Şəki Ağır Cinayətlər Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli, 1(091)-132/2022 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş qalan 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanmaqla, yəni 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki iş üzrə təyin ediləcək cəzaya qismən birləşdirməklə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. 63.Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. 64.Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. 65.Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. 66.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. 67.Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu - 06 mart 2024-cü il tarixdən hesablanmalıdır. 68.Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. 69.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. 70.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. 71.Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.11-ci maddəsinə uyğun olaraq iş üzrə maddi sübut Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan, iş üzrə aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 122,750 qram çəkidə narkotik vasitə heroinin və 61,169 qram çəkidə psixotrop maddə metamfetaminin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı çəkilən videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD formatlı diskin cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məxsus bir ədəd «Redmi Note 7» markalı mobil telefon aparatı onun özünə (etiraz etmədikdə yaxın qohumlarına) qaytarılmalıdır. 72.İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. 73.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. 74.Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 81 (səksən bir) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. 75.Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxsin məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. 76.İş materiallarından görünür ki, müdafiəçi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət hesabına göstərdiyi hüquqi yardım üzrə iş saatları 60 saat, iş saatları üzrə vəkilə ödənilməli haqq 360 (üç yüz altmış) manat təşkil edir. 77.Beləliklə Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərara əsasən Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə icraatı dövründə göstərilən hüquqi yardımla bağlı 360 (üç yüz altmış) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. 78.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Şəki Ağır Cinayətlər Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli, 1(091)-132/2022 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş qalan 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası azadlıqdan məhrum etmə cəzasının bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanmaqla, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə ona qəti olaraq 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı 06 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 81 (səksən bir) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Məhkəmə icraatı dövründə göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsindən 360 (üç yüz altmış) manat Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Maddi sübut olaraq Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan - iş üzrə aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq qalmış 122,750 qram çəkidə narkotik vasitə heroin və 61,169 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilsin, 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın, bir ədəd «Redmi Note 7» markalı mobil telefon aparatı Təqsirləndirilən şəxs (etiraz etmədikdə yaxın qohumlarına) qaytarılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Aytən Əliyeva

2. Elmin Rüstəmov

3. Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar