Məhkəmə qərarları › İş №1(101)-1922/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-1922/2022

16.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-1922/2022 16.11.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ (cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə) 16 noyabr 2022-ci il Bakı şəhəri Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 15 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-1-ci maddələri təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, m ü ə y y ə n e t d i: Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatına Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Cinayət işinin ibtidai istintaqı Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X3 tərəfindən 20 oktyabr 2022-ci il tarixdə tamamlanaraq, ittiham aktı ilə yalnız 31 oktyabr 2022-ci il tarixdə mahiyyəti üzrə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuşdur. Təqsirləndirilən şəxs istintaq orqanı tərəfindən təqsirli bilinmişdir ondan ötrü ki, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə şəxsiyyəti istintaqa məlum olmayan tanışı «Zaur» adlı şəxslə və tanışı «Nazim» adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında müxtəlif tarixlərdə ayrı-ayrı şəxslərə malik əmlakları gizli olaraq talayıb ələ keçirməklə, zərərçəkmiş şəxslərə maddi ziyan vuraraq oğurluq etmiş, həmçinin, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq, təmiz çəkisi 3,859 qram narkotik vasitə olan külli miqdarda heroini əldə edərək üzərində saxlamaqla daşımışdır. Məhkəmə hazırlıq iclasında Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı və Təqsirləndirilən şəxs müdafiəçisi – Bakı şəhəri 15 saylı vəkil bürosunun vəkili Müdafiəçi yazılı vəsatətlər verərək cinayət işi üzrə icraata xitam verilməsini və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etmişlər. Dövlət ittihamçısı vəsatətini onunla əsaslandırmışdır ki, cinayət işinin 1-ci cild 231- 232-ci vərəqələrində olan Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X9 tərəfindən qəbul edilmiş 25 aprel 2022-ci il tarixli təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında qərar, 25 aprel 2022-ci il tarixdə saat 14:30-da müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs elan edilmiş, orada müdafiəçi X2 iştirakı ilə qərarın təqsirləndirilən şəxsə elan edilməsi qeyd edilmiş, lakin imza hissəsində müdafiəçi qismində Aytəkin Hüseynova göstərilmiş və müdafiəçi Aytəkin Hüseynova imza etməmişdir. Təqsirləndirilən şəxsə müdafiəçi qismində Aytəkin Hüseynova təqdim edilmiş, lakin, qətimkan tədbirinin seçilməsi barədə qərarın elan edilməsi zamanı müdafiəçi qismində X6 qeyd edilmişdir. Təqsirləndirilən şəxsə müdafiəçi kimi təqdim edilməyən şəxsin cinayət işi materiallarında olan sənədləri imza etməsi ona dəlalət etməyə əsas verir ki, həmin imzalar təqsirləndirilən şəxsin öz müdafiəçisi tərəfindən icra edilməməklə, əksinə digər hər hansı bir şəxs tərəfindən icra edilmişdir. Dövlət ittihamçısı hesab edir ki, qeyd edilən qanun pozuntusu təqsirləndirilən şəxsin bilavasitə müdafiə hüququnun pozulmasıdır. Bundan başqa, ibtidai istintaqı aparan müstəntiq Elşən Quliyev tərəfindən CPM-nin 289-cu maddəsinin tələbləri kobud surətdə pozulmuşdur. Belə ki, iş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-1-ci maddələri ilə təqsirləndirilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinn İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X3 tərəfindən ittiham aktı tərtib edilmişdir. Lakin, həmin ittiham aktı müstəntiq Elşən Quliyev tərəfindən imzalanmamış və 20 oktyabr 2022-ci il tarixdə cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Sabunçu rayon prokuroruna göndərilərək, sonuncu tərəfindən təsdiq edilmişdir. (cild 2 iş vərəqə 146-163). Bundan başqa, dövlət ittihamçısı vurğulamışdır ki, cinayət işinə əlavə edilmiş bəzi sənədlərdə müdafiəçinin və şahidlərin imzaları mövcud deyildir. Bu isə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 230.6-cı maddəsinə ziddir. Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi vəsatətini onunla əsaslandırmışdır ki, iş üzrə təqsirləndirilən şəxsin hüquqlarının müdafiə edilməsi üçün 7 saylı vəkil bürosunun vəkili X7 təyin edilmiş, lakin, cinayət işi materiallarına vəkilin orderi əlavə edilməmiş, iş üzrə tərtib edilmiş ittiham aktı müstəntiq Elşən Quliyev tərəfindən imzalanmadığı halda cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilmiş, həmçinin, cinayət işində olan şahid qismində dindirilmiş Şahid1 dindirmə protokolunda nə dindirilən Şahid1, nə də müstəntiq Elşən Quliyev imza etməmişdir. Məhkəməyə daxil olmuş cinayət işinin materialları üzrə olan sənədlər tədqiq edilərkən aşağıdakılar müəyyən edilmişdir: Cinayət işi 21 iyun 2022-ci il tarixdə Bakı şəhəri Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X3 tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində başlanılmışdır. Cinayət işinin başlanmasına əsas və səbəb Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədilə naməlum mənbədən və tarixdə 3,859 qram narkotik vasitə olan heroini əldə edərək, üzərində saxlayaraq daşıması olmuşdur. Bakı şəhəri Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X4 23 aprel 2022-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərara əsasən fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə cinayət işi başlanmışdır. Bakı şəhəri Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X1 01 iyul 2022-ci il tarixli cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında qərarına əsasən, Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə araşdırılan ********* saylı cinayət işi Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə olan ********* saylı cinayət işinə birləşdirilməklə, ********* saylı nömrə altında istintaqı davam etdirilmişdir. Məhkəmə cinayət işində irəli sürülmüş ittihamın mahiyyəti üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünü cinayət prosesi tərəflərinin iştirakı ilə ilkin dinləmələr vasitəsilə yoxlayıb, tərəfləri dinləyib, cinayət işinin materiallarını araşdıraraq hesab edir ki, iş üzrə dövlət ittihamçısının və Təqsirləndirilən şəxs müdafiəçisi – vəkil Müdafiəçi vəsatətləri təmin edilməli, cinayət işi mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verilməklə aparıldığından cinayət işinin baxılmasına xitam verilməklə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Azərbaycan Respuğlikası CPM-nin 299.3.2 maddəsinə əsasən məhkəmə kollegiyası məhkəməyədək icraat zamanı CPM-nin müvafiq maddələrində əks edilmiş aşağıdakı prosessual pozuntularını aşkar etmişdir: Belə ki, cinayət işinin 1-ci cild 231-232-ci vərəqələrində olan Sabunçu RPİ-nin İŞnin müstəntiqi, polis mayoru X9 tərəfindən qəbul edilmiş 25 aprel 2022-ci il tarixli təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında qərar, 25 aprel 2022ci il tarixdə saat 14:30-da müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs elan edilmiş, orada müdafiəçi X2 iştirakı ilə qərarın təqsirləndirilən şəxsə elan edilməsi qeyd edilmiş, lakin imza hissəsində müdafiəçi qismində Aytəkin Hüseynova göstərilmiş və həmçinin, müdafiəçi Aytəkin Hüseynova da imza etməmişdir. Təqsirləndirilən şəxsə müdafiəçi qismində Aytəkin Hüseynova təqdim edilmiş, lakin, qətimkan tədbirinin seçilməsi barədə qərarın elan edilməsi zamanı müdafiəçi qismində X6 qeyd edilmişdir. Belə olan təqdirdə, istintaq dövründə təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması müəyyən edilmişdir. Təqsirləndirilən şəxsə müdafiəçi kimi təqdim edilməyən şəxsin cinayət işi materiallarında olan sənədləri imza etməsi ona dəlalət etməyə əsas verir ki, həmin imzalar təqsirləndirilən şəxsin öz müdafiəçisi tərəfindən icra edilməməklə, əksinə digər hər hansı bir şəxs tərəfindən icra edilmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən qanun pozuntusu təqsirləndirilən şəxsin bilavasitə müdafiə hüququnun pozulmasıdır. Bu da İnsan hüquq və azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan «ədalətli məhkəmə» hüququnun tələblərinə əməl edilməməsidir. Qeyd edilən hallar aradan qaldırılmadan işin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün deyildir. Cinayət prosesi tərəflərinin hər hansı şəkildə hüquqlarının pozulmasının yolverilməzliyi Azərbaycan Respublikası Ali Məhkəməsinin «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və insan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-ci il tarixli Plenumunun 5 saylı Qərarında da bir vəzifə kimi müəyyən edilmişdir. Belə ki, adı çəkilən plenumun qərarının 1-ci bəndinin izahına görə, insan hüquqları ümumi səciyyəyə malikdir və onların həyata keçirilməsi ilə bağlı məhkəmələr aşağıdakıları nəzərə almalıdır: - hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquq və azadlıqlarını müdafiə etmək hüququ vardır; -hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Avropa Konvensiyasının həmin maddəsinin 3-cü bəndinə əsasən, cinayət törətməkdə ittiham olunan hər kəs, ən azı ona qarşı irəli sürülmüş ittihamın xarakteri və əsasları haqqında onun başa düşdüyü dildə dərhal və ətraflı məlumatlandırmaq, öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxtda və imkana malik olmaq və şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsi ilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsait kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə, belə müdafiəçidən pulsuz istifadə etmək kimi hüquqlara malikdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 90.7.7-ci maddəsinə əsasən isə şübhəli şəxs müstəqil olaraq müdafiəçi seçmək, onun səlahiyyətinə xitam vermək, müdafiəçidən imtina etdiyi halda özü özünü müdafiə etmək hüquqlarına malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsində, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 90.7.2-ci və 91.5.4-cü maddələrində göstərilir ki, şübhəli şəxsin tutulduğu, təqsirləndirilən şəxsin isə həbsə alındığı və ya ona ittiham elan olunduğu andan müdafiəçiyə malik olmaq hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinə görə hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.2.1-ci maddəsinə görə insan və vətəndaşların konstitusiya hüququqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.2.3-cü maddəsinə görə şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 9-cu maddəsinə görə insan və vətəndaş hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılması hallarından onun müdafiəsini təmin edilməsini cinayət mühakimə icraatının əsas prinsipləri və şərtlərindən biridir Bu Məcəllənin 9.2-ci maddəsinə görə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. Həmçinin, ibtidai istintaqı aparan müstəntiq Elşən Quliyev tərəfindən CPM-nin 289cu maddəsinin tələbləri kobud surətdə pozulmuşdur. Belə ki, iş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-1-ci maddələri ilə təqsirləndirilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinn İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X3 tərəfindən ittiham aktı tərtib edilmişdir. Lakin, həmin ittiham aktı müstəntiq Elşən Quliyev tərəfindən imzalanmamış və 20 oktyabr 2022-ci il tarixdə cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Sabunçu rayon prokuroruna göndərilərək, sonuncu tərəfindən təsdiq edilmişdir. (cild 2 iş vərəqə 146-163) Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 289.6-cı maddəsinə əsasən müstəntiq ittiham aktının tərtib edilməsinin qurtardığı tarixi, vaxtı və yeri göstərməklə onu imzalayır. Azərbaycan Respublikası CPM-nin 303.3.6-cı maddəsinə əsasən cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddələrinin tələblərinin pozulması yol verildikdə çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 230.6-cı maddəsinə əsasən dindirmə protokolu müstəntiq və şahid tərəfindən onun axırında, habelə şahid tərəfindən əlavə olaraq onun hər səhifəsində imzalanır. Lakin cinayət işinin 1-ci cild 58-ci vərəqəsində olan 22 iyun 2022-ci il tarixli təqsirləndirilən şəxsin ekspertiza təyin olunmasına dair qərarla tanış edilməsi haqqında protokoldan görünür ki, həmin protokol istintaqı aparan müstəntiq Elşən Quliyev, müdafiəçi X8 tərəfindən imzalansa da, Təqsirləndirilən şəxs tərəfindən imzalanmamışdır. Cinayət işinin 1-ci cild 211-213-cü vərəqələrində olan 24 aprel 2022-ci il tarixli şahidin dindirilməsi haqqında protokoldan görünür ki, Şahid2 şahid qismində dindirilməsi barədə tərtib edilmiş dindirmə protokolu, Şahid2 tərəfindən imzalansa da, dindirməni aparan müstəntiq Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X9 tərəfindən imzalanmamışdır. Cinayət işinin 1-ci cild 227-ci vərəqəsində olan və Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X9 tərəfindən tərtib edilmiş 25 aprel 2022-ci il tarixli təqsirləndirilən şəxsi həbsə almazdan əvvəl məhkəməyə təqdim edilən materiallarla tanış etmək haqqında protokolda adı qeyd olunsa da, müdafiəçi Aytəkin Hüseynova tərəfindən imza edilməmişdir. Cinayət işinin 2-ci cild 28-29-cu vərəqələrində olan 11 iyul 2022-ci il tarixli dindirmə protokolundan görünür ki, Şahid1 istintaq zamanı şahid qismində dindirilmiş, lakin, həmin dindirmə protokoluna nə şahid qismində dindirilmiş Şahid1, nə də dindirməni aparan müstəntiq X3 imza etməmişlər. Bundan başqa, cinayət işi materiallarına əlavə edilmiş, yalnız cinayət işinin cildinə tikilməmiş və nömrələnməmiş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli, 4(008)-879/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 15 (on beş) gün müddətinə uzadılmışdır. Azərbaycan Respublikası CPM-nin 286.1-ci maddəsinə əsasən müstəntiq cinayət işinin materialları ilə tanış etmə protokolunda, tanış etmənin tarixini, vaxtını və yerini, öz soyadını, adını və vəzifəsini, işlə tanış olan şəxslərin soyadlarını və adlarını, müdafiəçinin, habelə zərər çəkmiş şəxsin, mülki iddiaçının, mülki cavabdehin nümayəndəsinin səlahiyyətlərini təsdiq edən sənədlər barədə məlumatları göstərməklə cinayət işinin materialları ilə tanış etmə haqqında protokol tərtib edir. Azərbaycan Respublikası CPM-nin 286.2 və 3-ci maddələrinə əsasən cinayət prosesi iştirakçılarından hər birinin cinayət işinin materialları ilə tanış edilməsi haqqında ayrıca protokol tərtib edilir. Cinayət işinin materialları ilə müdafiəçi və nümayəndə təmsil etdiyi şəxslə birlikdə tanış olduqda onların cinayət işinin materialları ilə tanış edilmələrinə dair bir protokol tərtib olunur. Cinayət işinin materialları ilə tanış etmə haqqında protokolda tanış olmaq üçün təqdim edilmiş cinayət işinin cildlərinin və hər bir cilddə vərəqlərin sayı, habelə təqdim edilmiş maddi sübutlər və istintaq hərəkətlərinin protokollarına əlavələr göstərilir. Protokolda cinayət işinin materialları ilə tanış etmənin hər günü üçün tanış etmənin başlanmasının və qurtarmasının tarixi, saatı və dəqiqəsi göstərilir. Azərbaycan Respublikası CPM-nin 290-cu maddəsində göstərilmişdir ki, müstəntiq təqsirləndirilən şəxsin qətimkan tədbirinin müddətinin bitməsinə ən azı 20 gün qalmış ittiham aktını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərməlidir. Azərbaycan Respublikası CPM-nin 292.1-1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində həbs və ya ev dustağlığı qətimkan tədbiri seçilmişdirsə, cinayət işi həmin qətimkan tədbirinin müddətinin bitməsinə ən azı 15 gün qalmış məhkəməyə göndərilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CPM-nin 159.6-cı maddəsində qeyd edilmişdir ki, həbsdə saxlanılma müddətinin uzadılması və ya bundan imtina edilməsi barədə məhkəmə qərarından apellyasiya instansiyası məhkəməsinə şikayət və ya protest verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin bu məsələ üzrə qərarı qətidir. Məhkəməyə daxil olmuş cinayət işinin 1-ci cild 141-ci vərəqəsində olan protokoldan görünür ki, təqsirləndirilən şəxs 18 oktyabr 2022-ci il tarixdə cinayət işinin materialları ilə tanış olmuş, 20 oktyabr 2022-ci il tarixdə isə Azərbaycan Respublikası CPM-nin 290.1-ci maddəsinə əsasən ittiham aktı tərtib olunmuş və həmin tarixdə Sabunçu rayon prokuroru tərəfindən təsdiq edilmişdir. Lakin cinayət işinin 164-169-cu vərəqələrinə əlavə edilmiş 20 oktyabr 2022-ci il tarixli təqdimatdan və cinayət işinə əlavə edilmiş, lakin tikilməyərək, siyahıya alınmayaraq həmin tarixli Bakı şəhəri Sabunçu rayon məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti uzadılmışdır. Məhkəməyədək icraat zamanı Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli qərarı ilə nəzərdə tutulmuş 3 gün müddətinə apellyasiya instansiyası məhkəməsinə şikayət vermək müddəti gözlənilmədən ittiham aktı Sabunçu rayon prokuroru tərəfindən təsdiq olunaraq, həmin tarixdə cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Göründüyü kimi Azərbaycan Respublikası CPM-nin 284 və 286-cı maddələrinə əsasən ibtidai istintaqın qurtarması elan olunandan sonra və cinayət işinin materialları ilə təqsirləndirilən şəxsin tanış olmasından bilavasitə sonra əlavə qərar qəbul olunaraq təqsirləndirilən şəxsə təqdim olunmamışdır. Həmçinin, Təqsirləndirilən şəxs Sabunçu rayon məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli həbs müddətinin uzadılması barədə qərarından apellyasiya instansiyası məhkəməsinə şikayət vermək hüququndan təqsirləndirilən şəxs istifadə edə bilməmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən qanun pozuntusu təqsirləndirilən şəxsin bilavasitə müdafiə hüququnun pozulmasıdır. Bu isə “İnsan hüquq və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan «ədalətli məhkəmə» hüququnun tələblərinə əməl edilməməsidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303.3.1-ci maddəsinə görə təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) zamanı cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303.3.6-cı maddəsinə görə cinayət işi üzrə ittiham aktı və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokol müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmadıqda cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılır. Azərbaycan Respublikası CPM-nin 303.1-ci maddəsinə görə məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntulara yol verildiyini müəyyən etdikdə, məhkəmə cinayət işinin baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Azərbaycan Respublikası CPM-nin 300.1.5-ci maddəsinə görə məhkəmənin hazırlıq iclasında cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilə bilər. Ona görədə məhkəmə kollegiyası hesab edir ki, işin bu halları ətraflı araşdırılmalı, nəticəsindən asılı olaraq buna müvafiq hüquqi qiymət verilməlidir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303.3.1 və 303.3.6-cı maddələrinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntulara yol verildiyini müəyyən etdiyinə görə hesab edir ki, cinayət işinin baxılmasına xitam verilməli, iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, işin istintaqı zamanı yuxarıda göstərilən kobud qanun pozuntuları aradan qaldırılmalı, habelə gələcəkdə qarşıya çıxa biləcək hər hansı bir məsələnin həlli təmin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməli və həbsdə saxlama müddəti uzadılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300.1, 300.1.5, 303.3.1 və 303.3.6-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l ı r:

1. Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi – vəkil Müdafiəçi vəsatətləri təmin edilsin və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntulara yol verildiyi müəyyən edildiyindən cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Sabunçu rayon prokuroruna qaytarılsın.

2. Təqsirləndirilən şəxs 13 avqust 2002-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Mingəçevir şəhəri, Xətai küçəsi, ev 111, mənzil 38-də qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin və həbsdə saxlama müddəti 20 (iyirmi) gün müddətə uzadılsın.

3. Qərarın surəti cinayət prosesinin tərəflərinə və Təqsirləndirilən şəxs şəxsi işinə əlavə edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin.

Sədrlik edən Azad Məcidov

Hakimlər Zeynal Ağayev

Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar